Məhkəmə qərarları › İş №1(100)-227/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-227/2020

26.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-227/2020 26.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X25 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi X4, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1971-ci ildə Tovuz rayonunun Yanıqlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, Tovuz rayonunun Yanıqlı kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həbs edilənədək qeyd olunan ünvanda yaşamış, barəsində Tovuz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxx 2019-cu il tarixdə, saat 18 radələrində yaşadığı Tovuz rayonunun Yanıqlı kəndindəki toy məclisində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra piyada yaşadığı evə qayıdarkən yolda onunla rastlaşan həmkəndlisi Şahid1 onun yerişini yamsılamasından əsəbləşib Şahid1 söyərək özünün yaşadığı evə getmiş, sonuncunun onun arxasınca gələrək yaşadığı evin qarşısında ona və ailə üzvlərinə fiziki zor tətbiq etməsindən hiddətlənib evin mətbəx otağına daxil olaraq oradan soyuq silah hesab edilməyən təsərrüfat təyinatlı bıçağı götürərək həmin vaxtı artıq həyətdən çıxıb evləri istiqamətində gedən Şahid1 arxasınca piyada hərəkət etməklə sonuncunun yaşadığı evin həyətinin giriş darvazasının qarşısına gəlmiş, bu zaman onun əlində bıçaqla gəlməsini görən Şahid1 səsinə baş verə biləcək qanunazidd hərəkətlərinin qarşısını almaq məqsədi ilə küçəyə çıxan və əlindəki bıçaqla zorakı hərəkətlər etməyə cəhd etməsini görüb ictimai borcunu yerinə yetirərək onun qarşısına çıxıb sakitləşdirməyə çalışan Şahid1 atası X14 buna görə qisas alıb qəsdən öldürmək qərarına gələrək bu niyyətlə Calal Tağıyevi arvadı X4 gözləri qarşısında hər ikisinə bununla əzab və iztirab verdiyini dərk edərək xüsusi amansızlıqla əlində olan bıçaqla Calal Tağıyevin həyat fəaliyyəti üçün vacib orqanlar yerləşən qarın nahiyəsinə bir dəfə vuraraq, ona qarın nahiyəsinin sol yan divarının, nazik bağırsaq müsaqirələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayiət edilən, törədildiyi an həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra zərərçəkmişə növbəti zərbələr yetirməyə çalışdıqda həmin vaxt hadisə yerində olan Şahid3 və Şahid4 bıçağı əlindən alaraq onu zərərsizləşdirdiklərindən Calal Tağıyevi bilavasitə qəsdən öldürməyə yönəldilmiş hərəkətlərini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Calal Tağıyevi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri, yəni azyaşlı oğlu və həyat yoldaşı Şahid2 ilə birlikdə Tovuz rayonu, Yanıqlı kəndində yaşamaqla X19 onun həmkəndlisidir. Əvvəllər onun Calal və oğlu Şahid1lə aralarında hər hansı bir problemləri, ədavəti, narazılığı olmamış, hər zaman normal münasibətləri olmuşdur. xx xxxxx 2019-cu il tarixdə həmkəndlisi Şahid bacısı oğluna toy məclisi keçirmiş, həmin toy məclisinə dəvət etmişdir. Buna görə də o, da ailə üzvləri ilə birlikdə həmin toy məclisinə getmişdir. Həyat yoldaşı ilə uşağı ondan əvvəl qayıdıb evə gəlmişlər. Sonradan bildiyinə görə həmkəndlisi Şahid1 da həmin toy məclisində iştirak etmişdir. Lakin o, Seymurla toy məclisində rastlaşmadığı üçün onu şəxsən özü orada, yəni toy məclisində görməmişdir. Toy məclisində o, spirtli içki olan araq qəbul etmişdir. xx xxxxx 2019-cu il tarixdə, saat 17 radələrində o, toy məclisindən çıxmış və piyada yaşadığı evə tərəf getməyə başlamışdır. Toy yerindən onların evinə qədər olan məsafə təxminən 700-800 metr olmuşdur. Yolda gedərkən həmkəndlisi Seymurun da ondan 10-15 metr qabaqda piyada getdiyini görmüşdür. O, içkili olduğu üçün yeriyəndə səndələmişdir. Bu zaman Seymur onun yerişini yamsılamağa, yəni təkrar etməyə başlayaraq ona acıq vermişdir. O, da bunu görüb nəzərə almadan kənardan keçib getmək istədikdə Seymur ona «başına papaq qoyub özünü də kişi sayırsan, süni mayalanmaynan uşaq düzəltdirib gətirmisən» deyəndə o artıq dözə bilməyib Seymura süni mayalanma elətdirənin də, onu bilməyib deyənin də ünvana nəlayiq sözlər işlətmişdir. Bundan sonra Seymur ona heç bir söz deməyib fermaya tərəf getmiş, o, isə evinə gəlmişdir. O, əvvəlki ifadələrində Seymurun onun ünvanına uşağı ilə bağlı dediyi sözləri utandığına görə deməmişdir. Qeyd etdiklərindən başqa yolda olarkən Seymurla aralarında hər hansı başqa dava-dalaş, söz-söhbət olmamışdır. O, yaşadığı evə gələndən sonra arvadı Səbinə, oğlu Amin və həmkəndlisi Fəridənin evdə olduğunu görmüşdür. O, evə daxil olanda həyat yoldaşından heyvanlara su və yem verib-verməməsini soruşmuşdur. Həyat yoldaşı isə vermədiyini bildirdiyi üçün ona əsəbləşmiş və üstünə qışqıraraq «allahın qara gəlsin heyvan yazıqdı, niyə baxmırsan?» deyəndən sonra evə keçib yatağında uzanmışdır. Bu zaman Seymurun onun ünvanına nəlayiq söyüşlər söydüyünü eşitmiş, ona görə də Səbinəyə toydan evə qayıdanda Seymurun yolda onun yerişini yamsılayaraq, onun var-yoxuna söydüyünü və söyməyə davam etdiyini demişdir. Səbinə isə ona “səni söyməz görmürsən qulağında telefon var, yəqin başqasına söyür” demişdir. Həmin vaxt Fəridə onlara yaxınlaşmışdır. O, Fəridəyə Seymurun onu söydüyünü bildirəndə, Fəridə onu sakitləşdirmiş, ona görə də evində olan yataq otağına keçərək uzanıb yatmışdır. Yatağında yatan zaman evinin həyətində səs-küy olmasını eşitmişdir. Yatağından durduqda görmüşdür ki, Seymur onun arvadını və uşağının ünvanına nəlayiq sözlər işlədərək onu çağırmış, yataq otağından çıxan zaman Seymur onun qolundan və paltarından tutaraq sürüyüb, evin həyətinə çıxarmışdır. Həmin vaxt yağış yağmış, evin qabağı palçıq olmuşdur. Seymur onu yerə yıxmış və təpiklə sifətinə vurmuşdur. Həmin vaxt o, hər iki əlini sifətinə tutmuş və təpik zərbəsi onun əlinə dəymişdir. Arvadı Səbinə onları aralamaq istəyən zaman Seymur onun arvadı Səbinənin də yumruqla qoluna zərbə vurmuşdur. Azyaşlı oğlu yanlarına yaxınlaşıb, Seymura «mənim atamı vurma» demiş, ayağından tutmuş, bu zaman Seymur azyaşlı oğlunun çiyin hissəsindən tutub kənara itələmişdir. Sonra yenə Seymur təpik və yumruqla onun bədəninin müxtəlif nahiyyələrinə zərbələr vurmuşdur. Həmin vaxt əmisi oğlu Şakirin arvadı Fəridə də onların yanlarında olmuş və Səbinə ilə birlikdə Seymuru aralamağa çalışmış, lakin Seymuru ondan aralaya bilməmişlər. Seymurun azyaşlı oğlunu itələyərək yerə yıxdığını görmüş, əsəbləşmiş, çünki ona pis təsir etmiş, ona görə də özündə güc toplayıb Seymurun əlindən çıxaraq, evə bıçaq götürmək üçün qaçmış, yenidən evin həyətinə qayıtmış, həmin vaxt Seymur yenə də evin həyətində olmuş, Səbinə və Fəridə onu evin həyətindən çıxarmaq istəmiş, Seymur onun əlində bıçaq olduğunu görüb, evin həyətindən qaçaraq getmişdir. O, da Seymurun arxasınca qaçmışdır. Məqsədi isə Seymuru bıçaqla qorxutmaq olmuş, çünki Seymur ailəsinin gözü qarşısında onu söyüb, döyməsi və onun gözü qarşısında arvadını və uşağını döyməsi ona pis təsir etmiş, əsəbindən özündə olmamışdır. O, evinin həyətindən çıxıb Seymurun arxasınca qaçmış, oğlu, həyat yoldaşı Səbinə və qonşuları Fəridə də onun arxasınca gəlmiş, dərənin başına çatanda oğlu ona çatmış və ayağından tutaraq ona qayıtmasını yalvarmış, bu zaman Seymurun uzaqdan yenə də onun ünvanına nalayiq söyüşlər söyərək «kişi deyilsənmi gəl gözləyirəm» dediyini eşitmiş və yenidən Seymurun arxasınca qaçmışdır. Seymurgilin yaşadığı evin dəmir darvazalarının qarşısına çatan zaman atası Calal və Elşad adlı qohumları onun qabağına çıxmışlar. Seymur həmin vaxtı darvazadan içəridə, yəni həyətdə olmuşdur. Həmin vaxt onlar Seymuru evin həyətinə salmışlar. O, evin darvazasının qarşısına yaxınlaşıb Seymuru soruşanda əvvəlcə Seymurun atası Calal onu qabaqdan tutub qucaqlamış, daha sonra isə qohumu Elşad ona arxadan yaxınlaşaraq onu arxaya çəkib arxası üstə yerə yıxmışdır. Həmin vaxtı Elşad onu arxaya çəkəndə Calal da onu üstünə yıxılmışdır və əlində olan bıçaq Calalın qarın nahiyəsinə batmışdır. Bu zaman Calal bıçağın ona batdığını deyərək onun üstündən qalxmışdır. Calal onun üstündən qalxandan sonra Elşad onun qolundan tutaraq onu üzü üstə yerə çevirmişdir. Bu vaxt Seymur da onlara yaxınlaşmış və hər ikisi bıçağı onun əlindən almaq istəyəndə o, bıçağı var gücü ilə yerə sancmışdır. Bundan sonra Seymur boynunun arxasına zərbə vurmuş və o, huşunu itirmişdir. Yaşadığı evinə necə getməsini xatırlamamış, onun Calalı bıçaqla vurmaq niyyəti olmamış, məqsədi Seymuru qorxutmaq olmuş, Seymura ağır xəsarət yetirmək və ya onu öldürmək niyyəti olmamışdır. İlkin hadisə zamanı qeyd etdiyi kimi orada Calal və onun bacısı oğlu Elşad olmuşdur. Sonrdan Seymur gəlmiş, anası Fatməsə isə ondan sonra gəlmiş, hansı ki, həmin vaxtı Seymur onu vurduğu üçün huşunu itirmişdir. O, ümumiyyətlə Fatmasəni hadisə yerində görməmişdir. Guya Fatmasənin və onun nəvəsinin hadisə yerində olmaları və onun Calalı onların yanında bıçaqla vurması barədə deyilənlər həqiqətə uyğun olmamışdır. Onun kimsəni öldürmək niyyəti olmamış, elan olunmuş ittiham üzrə özümü təqsirli bilmədiyindən bu ittihamla bağlı hər hansı bir sənədi imza etməkdən imtina etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X11 ifadəsində göstərmişdir ki, həyat yoldaşı X19 xx.xx.2019-cu il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulub və Tovuz RMX-da əməliyyat olunduqdan sonra xx.xx.2019-cu il tarixdə həmin xəstəxanada vəfat etmişdir. xx xxxxx 2019-cu il tarixdə saat 16 radələrində həyat yoldaşı Calal, Tovuz rayonunun Mollaayrım kəndində yaşayan Bəhruz adlı şəxs və Calalın bacısı oğlu Elşad yaşadığı evdə olmuşlar. Bəhruzun atası ilə əri Calal yaxın olmuş, aralarında get-gəli olduğundan Bəhruzu da ona görə tanımışlar. Bəhruz həmin günü ərinin xahişi ilə arı yeşiyi düzəltməyə gəlmişdir. Elşad isə həmin günü səhər tezdən qatardan düşüb Bakı şəhərindən onlara qonaq gəlmişdir. Həmin günü kəndlərdə Kamran adlı oğlanın toyu olmuş, oğlu Seymur isə Kamranın heyvanlarına yem vermək üçün onların həyətinə getmişdir. O, gedəndən sonra qeyd etdiyi kimi əri Calal, Bəhruz, Elşad, nəvəsi və o, evdə olmuşlar. Aradan təxminən 20 dəqiqə keçmiş, Seymurun qışqırtı səsləri gəlmiş, Seymur “mənə özümü müdafiə etməyə bir ağac verin” sözlərini demiş, həmin vaxtı o, tez darvazanın qarşısına, küçəyə çıxmış, elə bu vaxt Seymur da qaça-qaça onun olduğu yerə, yəni darvazanın qarşısına çatmış, eyni zamanda əri Calal, Elşad və Bəhruzda qapının ağzına çıxmış və Seymuru darvazadan içəri həyətə salıb qapını örtmüşlər. Həmin vaxt o, görmüşdür ki, Oqtay adlı həmkəndliləri təxminən onların olduğu yerdən 50-60 metr məsafədən qaça-qaça onlar tərəf gəlmişdir. Ondan təxminən 20-25 metr arxada isə arvadı Səbinə və əmisi gəlini Fəridə gəlmişlər. Yaxınlaşanda Oqtayın əlində bıçaq olduğunu görmüşdür. Oqtay həmin vaxtı ondan bir qədər aralıda olan Elşadın üstünə getmiş və bıçaqla onu vurmaq istəyəndə bıçaq Elşadın əynindəki gödəkcəni kəsmiş və o, arxası üstdə yerə yıxılmışdır. Elşadın yıxıldığını görüb davrvazanın qarşısında olan əri Calala tərəf getmişdir. Calal onun yaxınlaşdığını görüb, “a bala nə olub” deyənə kimi Oqtay əlindəki bıçaqla onun sol yan tərəfindən bir dəfə vurmuşdur. Oqtay ərini vurandan sonra Elşadla Bəhruz arxadan onu tutub yenidən vurmağa imkan verməmişlər. Əri bıçaqlandığı üçün özünü itirmiş, qışqırıb “Calalı vurdu” deyəndən sonra Seymur da həyətdən çıxmışdır. O, ərinin yarasından qan axdığını görüb həmin vaxt həyətdə olan nəvəsinə qışqırıb əski gətirməsini istəmişdir. Seymur, Elşad və Bəhruz bir yerdə Oqtayı tutub ağzı üstdə yerə yıxaraq əlindəki bıçağı almaq istəyəndə Oqtay bıçağı yerə sancmış, ancaq əlini bıçağın sapından çəkməmişdir. Ona görə də Bəhruz təpiklə onun əlindən vurub bıçağı yerdən çıxararaq həyətə atmışdır. O, ərini xəstəxanaya apardığı üçün bıçağı kimin götürdüyünü görməmişdir. Oqtayla hadisəyə kimi münasibətləri bir qonşu kimi həmişə normal olmuş, aralarında hər hansı bir narazılıq, sözsöhbət, ədavət, düşmənçilik olmamışdır. Onun arvadı bir qonşu kimi nəsə lazım olanda həmişə onun evinə gəlib getmişdir. Hadisə baş verən günü Oqtay toyda içib, sərxoş olduğuna görə qabaqda gedən oğlunu heç bir səbəb olmadan söyüb, təhqir etmiş, oğlu ondan “kimnənsən ay Oqtay?” deyərək soruşanda o, “sənnənəm” deyərək cavab vermişdir. Sonra Oqtay evlərinə gedib və çöl qapısının ağızından oğlu Seymuru çağırmış və oğlu yaxınlaşanda yenə də onu söymüş və üstünə hucum edib, sonrada evə gedib bıçağı götürmüş və oğlunun dalınca düşmüşdür. Hətta əmisi gəlini Fəridə də ona demişdir ki, qaç ay Seymur Oqtay bıçaqla gəlir. Baş verənləri ona sonradan oğlu Seymurun özü danışmışdır. Hadisə ərəfəsində Seymurun Oqtayın ünvanına nalayiq ifadələr işlətməsini eşitməmiş, həmçinin Oqtay onların evinə gələrkən “hamınızı qıracam öldürəcəm” deyərək gəlmişdir. X32 Tağıyevi qəsdən həyatdan məhrum etmişdir. Qarşısında duran zaman sağ əlində olan bıçaqla Calal Tağıyevin sol tərəf qarın nahiyəsindən zərbə endirmişdir. Oqtay Abdıyevin ifadəsində göstərdiyi xüsusatlar özünü müdafiə xarakterlidir, bildirdikləri yalandır. Vurğulayır ki, onlar Oqtay Abdıyevin əlindən bıçağı almasaydılar Oqtay yenidən bıçaqla Calalı vuracaqdı. Belə ki, Oqtay əlində olan bıçaqla Calala xəsarət yetirdikdən sonra da yenidən Calalı vurmaq istəmiş, lakin buna nail ola bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, X1 onun atasıdır, onlar, yəni o, anası, atası və qardaşının azyaşlı qızı Gülmira birlikdə yaşayırlar. Təqsirləndirilən şəxs isə onun həmkəndlisi və qonşusudur. Təqsirləndirilən şəxslə və onun ailəsi ilə aralarında əvvəllər heç bir ədavəti olmamışdır. xx xxxxx 2019-cu il tarixdə saat 13 radələrində həmkəndlisi Şahid oğluna böyük toy məclisi etmiş, həmin toy məclisində iştirak etmiş, toy məclisindən saat 15 radələrində yaşadığı evə qayıtmışdır. Evdə öz heyvanlarına ot və su vermiş, həmin vaxt Şahid ona zəng edərək onun da heyvanına ot verməyini ondan xahiş etmişdir. O da Şahidin onun yaşadığı evin yanında yerləşən fermasına, heyvanlarına ot verməyə getmişdir. Həmin vaxt yolda ondan təxminən 100 metr arxada qonşusu Oqtayın söyüş söyə-söyə gəldiyini eşitmiş, əvvəlcə elə başa düşmüşdür ki, Oqtay kimisə söyür, ona görə də Oqtaya əhəmiyyət vermədən öz yoluna davam etmişdir. Şahidin fermasına gedərək heyvanlarına ot vermişdir. Bu zaman eşitmişdir ki, Oqtay evinin qarşısında onun ünvanına nalayiq söyüşlər söyərək, əl işarəsi ilə onu yanına çağırır. O isə qışqıraraq Oqtaya ondan nə istədiyini, niyə onu söydüyünü soruşmuşdur. Oqtay da ona: “gəl bura başa salacam” demişdir. Ona görə də o, Oqtayın evinin qarşısına getmişdir. Həmin vaxt Oqtay evinin içində mətbəxdə su içmişdir. Oqtay onu darvazanın qarşısında küçədə görəndə onu evinin həyətinə çağırmış, o da Oqtayın evinin həyətinə girmişdir. Oqtay evdən çıxaraq onun üstünə hücum edib, ona yumruq atmış, lakin yumruq ona dəyməmiş, daha sonra Oqtay ona təpik atmış, Oqtayın atdığı təpik onun yan hissəsinə dəymiş, lakin heç bir xəsarət almamışdır. Bu zaman o, Oqtayı əli ilə itələmiş, Oqtay arxası üstə yerə yıxılmışdır. Oqtay yerə yıxılanda Oqtayın arvadı Səbinə onlara yaxınlaşmış, Səbinə onun üzərinə gələrək ona “sən ona söymüsən o da yaxşı edib sənə söyüb” demişdir. Oqtay isə yerdən qalxaraq evinə girmiş, təxminən 5-10 saniyədən sonra əlində bıçaq evdən çıxaraq onun üzərinə gəlmişdir. O da Oqtayın əlində bıçaq olduğunu görüb qaçmışdır. O, evdən çıxıb qaçanda, yolda qonşusu Fəridənin Oqtayın evinə getdiyini görmüşdür. Yaşadığı evə çatmağa az qalmış anasına səslənərək “ay mama çölə ağac çıxart” demişdir. O, yaşadığı evin darvazasının qarşısına çatanda görmüşdür ki, anası əlində ağacla küçəyə çıxmış, bu zaman atası Calal da onun arxasınca küçəyə çıxmışdır. Atası küçəyə çıxan kimi onu evin həyətinə salmış, darvazanın qapısını örtmüşdür. Bu zaman onların evdə işləyən usta Bəhruz və qohumu Elşad onu içəridə, yəni evin həyətində qoyub, özləri də küçəyə çıxmışlar. O da evin həyətində qalmışdır. Təxminən bir dəqiqə keçmişdir ki, anasının qışqırıq səsini eşitmiş və darvazanın yan tərəfində olan dəmir tordan (setkadan) baxanda görmüşdür ki, Elşad arxası üstə yerə yıxılı vəziyyətdədir və Oqtayın da əlində bıçaq var.. Ona görə də darvazanı açaraq küçəyə çıxmış, həmin vaxt Oqtay onun üzərinə gələndə, əvvəlcə Elşad Oqtayı arxadan qucaqlamış, o da qarşı tərəfdən Oqtaya yaxınlaşıb Elşada köməklik edərək Oqtayı yerə yıxmışdır ki, bıçağı Oqtayın əlindən alsınlar. Həmin vaxt Bəhruz da onlara yaxınlaşmış və birlikdə Oqtayın əlindən bıçağı almışlar. Onlar bıçağı Oqtayın əlindən almaq istəyəndə Oqtay bıçağı yerə batırmışdır. Bundan sonra Bəhruz bıçağı Oqtayın əlindən alıb, hadisə yerində kiməsə vermişdir. Onlar Oqtayı yerə yıxanda Oqtayın arvadı Səbinə və qonşu Fəridə onlara yaxınlaşmış və onu dartışdıraraq Oqtayı buraxmağını istəmişlər. Onlar da Oqtaydan aralanmışdır. Oqtay isə yerdən qalxan kimi kənarda yerdə olan ağacı götürərək onunla da onların üstünə gəlmək istəmiş, lakin Bəhruz, Fəridə və Səbinə Oqtayı sakitləşdirib aparmışlar. Onlar getdikdən sonra atasına tərəf çevriləndə, atası Calal əlini qarnına tutaraq bıçaqlandığını demişdir. O, görmüşdür ki, atasının əli qandır. Ona görə də əvvəlcə DİN-in 102 xidmətinə, daha sonra isə təcili yardıma zəng etmiş, məlumat vermiş, bundan sonra isə qonşusu Vladik adlı şəxsin avtomobili ilə atası Calalı Tovuz rayon mərkəzi xəstəxanasına gətirmişdir. Xəstəxanada atası Calal əməliyyat olunmuş, hadisədən 7 gün sonra xəstəxanada ölmüşdür. Atası Calal nə Oqtayın üstünə yıxılmamış, nə də ki, araya keçməmiş, Oqtay qəsdən atası Calalı bıçaqla vuraraq xəsarət yetirmişdir. Oqtayın əlindən aldığı bıçağı könüllü olaraq istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 Şahid1lə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, Tovuz rayonunun Yanqlı kənd sakini X1nu və onun ailəsini tanıyır, Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, Calal Tağıyevlə aralarında ailəvi dostluq olmuş, lakin nə Calal nə də Oqtayla arasında heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. O, arı qutularını təmir etməklə məşğul olmuş, xx xxxxx 2019-cu il tarixdə, saat 09 radələrində Calalın yaşadığı evə onun ailəsinə məxsus arı qutularını təmir etməyə getmişdir. Calalın evində sonuncu, arvadı Fatməsə, oğlu Seymur və qohumu Elşad olmuşlar. O, Calalın evində olarkən saat 13 radələrində Seymur yaşadığı kənddə toya getmişdir. Həmin tarixdə saat 15-16 radələrində Seymur evə qayıtmış, paltarını dəyişmiş və onlara toy edən qonşularının heyvanlarına ot verməyə getdiyini demişdir. Seymur evdən çıxıb getdikdən təxminən bir saat sonra o, evin həyətində işləyərkən, görmüşdür ki, Seymur qaçaraq evə tərəf gələgələ anasını çağırır. O da ona görə Seymurun anası Fatməsəyə Seymurun onu çağırdığını demişdir. Seymurun anası Fatməsə əvvəlcə evin qarşısına, yəni darvazadan çölə çıxmış və tez əri Calalı qışqıraraq səsləyib küçəyə çağırmış və Calala “bura gəl Oqtay əlində bıçaq gədənin dalınca düşüb” demişdir. Ona görə də əvvəlcə Calal evin darvazasından küçəyə çıxmış, ondan sonra Elşad çıxmış, Fatməsə isə artıq küçədə olmuş, o isə evin həyətində qalmışdır. O, evin həyətindən görmüşdür ki, Oqtay artıq evin qarşısına çatmış, bu zaman Seymur evin həyətinə girmiş, o isə küçəyə çıxıb darvazanın qapısını əli ilə tutmuşdur ki, Seymur küçəyə çıxa bilməsin. Həmin vaxt Seymurun burnunda qan olduğunu görmüşdür. Oqtayın əlində bıçaq evin qarşısına gəldiyini görən Calal və qohumu Elşad Oqtaya yaxınlaşıb, sakitləşdirmək istəmişdir. Bu zaman Oqtay əlində olan bıçağı sağa-sola istiqamətləndirərək “Seymuru bura çağırın, öldürəcəm hamınızı” demişdir. Həmin vaxt, yəni Oqtay bıçağı sağa-sola istiqamətləndirərkən əvvəlcə Calal arxaya çəkilmiş, bu zaman Calalın arvadı Fatməsə qışqıraraq “kişini vurdu, kişini öldürdü” deyərək nalə çəkmişdir. Həmin vaxt Elşad istəmişdir ki, Oqtaya yaxınlaşıb bıçağı onun əlindən alsın, lakin Oqtay yenə də bıçağı sağa-sola istiqamətləndirdiyi üçün Elşad arxa-arxaya geriyə getmiş və sonradan arxası üstə yerə yıxılmışdır. Bu zaman Oqtay darvazaya tərəf gələndə o, darvazadan aralanmış və Calalın yanına yaxınlaşmışdır.Elə bu an Seymur darvazadan küçəyə çıxmışdır. Oqtay Seymuru görən kimi ona tərəf yaxınlaşanda, Elşad Oqtayı arxadan tutmuş və qolunu burub, Oqtayı üzü üstə yerə yıxmışdır. Bundan sonra o Seymurla birlikdə Oqtayı yerdə saxlamışdır. O zorla bıçağı Oqtayın əlindən almış, evin həyətinə atmışdır. Bu zaman Calalın qarnından qan axaraq ayaqqabısının üzərinə düşdüyünü görmüş və bıçaq dəyən yerdən köynəyinin düyməsini açaraq əli ilə yarasının üstündən tutmuşdur. Həmin vaxt Oqtayın arvadı və qonuşusu hadisə yerinə yaxınlaşmışdır. Daha sonra isə həmin qadınlar Oqtayı hadisə yerindən aparmışlar. Oqtay getdikdən sonra tanımadığı qonşusu idarə etdiyi avtomobili ilə hadisə yerinə gələrək Calalı xəstəxanaya aparmışdır. Hadisə zamanı Calal Oqtayın üstünə yıxılmamış, Oqtay qəsdən Calalı öldürmək üçün bıçaqla vuraraq xəsarət yetirmiş, Belə ki, Oqtay qarşıma keçməyin hamınızı öldürəcəyəm deyib qışqırmışdır. Həmçinin məhkəmənin diqqətinə çatdırar ki, Seymurun Oqtayın evinə getməsini, orada nə baş verməsini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində göstərmişdir ki, X19 onun dayısıdır, Şahid1 isə dayısı oğludur. Təqsirləndirilən şəxs əvvəllər həmkəndlisi kimi tanımış, lakin onunla arasında əvvəllər heç bir ədavəti və ya qohumluq əlaqəsi olmamışdır. xx xxxxx 2019-cu il tarixdə Bakı şəhərindən Tovuz rayonuna dayısı Calalın evinə qonaq gəlmişdir. Həmin tarixdə saat 12 radələrində dayısı evinə çatmışdır. O, dayısının evinə gedəndə evdə dayısı Calal, dayısı oğlu Seymur, dayısının arvadı Fatməsə olmuşdur. O, dayısı Calalın evinə getdikdən təxminən 2 saat sonra Seymur evdən çıxaraq Yanıqlı kəndində olan toy məclisinə getmişdir. Seymur getdikdən təxminən 3-4 saat sonra evə qayıtmış və paltarlarını dəyişib, heyvanlarına qulluq etmişdir. Həmin vaxt o, Bəhruz və Calal evin digər hissəsində işləmiş, belə ki, Bəhruz arı yeşikləri düzəltmiş, onlar da Bəhruza köməklik etmişlər. Həmin vaxt Seymura zəng gəlmiş və Seymur evdən çıxaraq getmiş, sonradan ona məlum olmuşdur ki, kənddə toy edən şəxs Seymura zəng edərək yaxınlıqda yerləşən fermadakı heyvanlara ot verməyini xahiş etmişdir. Seymur evdən çıxaraq getmiş və təxminən 20-30 dəqiqə sonra evin həyətində olarkən dayısı arvadı Fatməsənin evin darvazasının qarşısında dayanaraq qışqırıb, “kömək edin” deyə onlara səsləndiyini eşitmişdir. Ona görə də o, Calal və Bəhruz birlikdə Fatməsənin yanına getmişlər. Hər üçü darvazadan küçəyə, yəni darvazanın qarşısına çıxmışlar. Həmin vaxt görmüşdür ki, Seymur qabaq tərəflə, Oqtay isə ondan təxminən 18-10 metr arxa ilə qaçmış, Oqtayın əlində bıçaq olmuş, Seymur onlara yaxınlaşan kimi, Fatməsə Seymuru darvazadan evin həyətinə salmışdır. Seymurdan sonra Oqtay onlara çatmış və əlində olan bıçağı sağa-sola istiqamətləndirərək, nalayiq söyüşlə “hamınızı qıracam, nəslinizi kəsəcəm” demişdir. O, Oqtayı sakitləşdirmək üçün “Oqtay ayıbdı, yaraşmır, bıçağı qoy kənara, görək nə olub, niyə belə edirsən?” demişdir. Bu zaman Oqtayın əlində olan bıçağı sağa-sola istiqamətləndirərkən bıçaq onun əynində olan boz rəngli gödəkçəsinin sağ qarşı tərəfini kəsmişdir. Oqtayın onları öldürməkdə qətiyyətli olduğunu görüb geri addım atmışdır ki, özünü qorusun, həmin vaxt ayağı nəyəsə ilişmiş və arxası üstə yerə yıxılmışdır. O, yerə yıxılanda Calal yerində dayanıqlı vəziyyətdə Oqtaya “ay bala sakitləş görək nə olub?” demiş, həmin vaxt Calalın bir əli cibində olmuşdur. Calal bu sözləri deyən kimi Oqtay Calala yaxınlaşmış və bıçaqla Calalın qarın nahiyyəsinə bir dəfə zərblə vurmuşdur. O və Calalın ailə üzvləri Calalın bıçaqlandığını görüb, Oqtaya yaxınlaşmış, əvvəlcə o və Bəhruz Oqtaya yaxınlaşmış və Oqtayı yerə yıxaraq bıçağı əlindən almağa çalışmışlar. Onlar Oqtayı yerə yıxandan sonra Seymur da onlara yaxınlaşmış, Bəhruz bıçağı Oqtayın əlindən almış və kənara atmışdır. Oqtay yerdə yıxılı vəziyyətdə olanda Oqtayın arvadı Səbinə və qonşusu, sonradan tanıdığı Fəridə hadisə yerinə gəlmişlər. Səbinə və Fəridə hadisə yerinə gələndən sonra onlar Oqtaydan aralanmış, Səbinə və Fəridə isə Oqtayı yerdən qaldırıb, aparmışlar. Onlar da qonşusu Vladik adlı şəxsin avtomobili ilə Calalı Tovuz rayon mərkəzi xəstəxanasına aparmışlar. Xəstəxanada Calal əməliyyat olunmuş, hadisədən 7 gün sonra xəstəxanada ölmüşdür. Hadisə zamanı Calal Oqtayın üstünə yıxılmamış, Oqtay qəsdən Calalı bıçaqla vuraraq sonuncunu qəsdən öldürmək istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əridir, onunla 2002-ci il tarixdə ailə həyatı qurmuş, himayəsində 1 azyaşlı uşağı vardır. X14 da tanımış, Calal həmkəndlisi, həm də qonşusu olmuş, Calal və ailəsi ilə arasında əvvəllər heç bir ədavəti olmamışdır. Calalın oğlu Seymurla əri Oqtay arasında da əvvəllər heç bir narazılıq, mübahisə və ya dava-dalaş olmamışdır. xx xxxxx 2019-cu il tarixdə ailəliklə, yəni Oqtay, o, və azyaşlı oğlu birlikdə həmkəndlisi Şahidin toy məclisinə getmişlər. Həmin tarixdə saat 17-18 radələrində o, azyaşlı uşağı ilə birlikdə toy məclisindən çıxaraq yaşadığı evə qayıtmış, Oqtay isə toy məclisində qalmışdır. O, evə çatmağa təxminən 100-150 metr qalmış yolun kənarında yerləşən bulağın yanında həmkəndlisi Fəridə ilə rastlaşmış və Fəridə ona evində qatıq olub-olmamasını soruşmuşdur. O da olduğunu demişdir. Ona görə də Fəridə ilə birlikdə yaşadığı evə gəlmiş, evdə mətbəxdə Fəridə ilə təxminən 10-15 dəqiqə idi ki, söhbət etmişdir, həmin vaxt mətbəxin pəncərəsindən görmüşdür ki, əri Oqtay sərxoş olduğu üçün səndələyərək yeriyir, qonşusu “Akaş” ləqəbli Seymur isə onun arxasınca gələrək Oqtayın yerişini yamsılayır. Bu zaman Oqtay evin həyətinə daxil olmuş və evin həyətində Seymura: “Akaş səhər ayılanda səninlə söhbət edəcəm get evinə” dediyini eşitmişdir. Oqtay evə daxil olmuş, evdə Fəridəni görüb “ay Fəridə buna bax uşaq olduğu yerdə məni yamsılayır, məni söyür” demişdir. O isə Oqtayı sakitləşdirmək üçün “sənə demir, telefonla danışır yəqin başqasına söyür” demişdir. Oqtay isə ona “yox məni söyür” deyərək yataq otağına keçib yatmışdır. Təxminən 10 dəqiqə sonra Oqtay yuxudan oyanaraq onun yanına mətbəxə gəlib ona “o inəklərə niyə su verməmisən?” deyib onu söymüş və yenidən yatmağa getmişdir. O isə Fəridə ilə birlikdə evdən çıxıb, heyvanlara su verməyə getmək istədikdə evin seyf qapısını açanda görmüşdür ki, Seymur yaşadığı evin həyətində kiməsə zəng edərək “Elşad, Oqtay mənim anama, bacıma söyür” dediyini eşitmişdir. O, Seymuru görən kimi “xoş gəlmisən Akaş” demişdir. Bu zaman Seymur Oqtayın ünvanına nalayiq söyüşlər söyərək “onu bura çağır, görüm kimə söyür?” deyib, evinə daxil olmaq istəmişdir. Bu zaman o, Seymurun qarşısına duraraq “Oqtay piyandı get sabah gəlib sənin anandan da bacından da üzr istəyər, sən onu söymüsən o da səni söyüb” demişdir. Bu zaman Seymur onun qolundan tutub onu evin seyf qapısına çırpmış və Oqtayın ünvanına nalayiq söyüşlər söyə-söyə evə daxil olmuşdur. Seymur Oqtayın yatdığı otağa daxil olanda, o Seymurun arxasınca getmişdir. Seymur otağa daxil olanda Oqtay çarpayıdan ayağa qalxmaq istəmiş, bu zaman Seymur Oqtayı oturaqlı vəziyyətdə vuraraq, sürüyüb pilləkəndən evin həyətinə çıxarmışdır. Evin həyətində Seymur Oqtayı dizi üstə yerə yıxmış, belə ki, Oqtayın bir dizi yerdə olmuşdur. Seymur da Oqtayı əli ilə vurmağa davam etmiş, bu zaman o, Seymuru Oqtaydan aralamaq istəyəndə Seymur bir dəfə də təpiklə onun sağ ayağından vurmuşdur. Bundan sonra Seymur bir əli ilə Oqtayın ağzını tutaraq dartıb, Oqtaya nalayiq söyüşlərlə “bu saat sənin şalvarını soyundurub ağzını, gözünün qabağında arvad uşağını...” deyərək söyüşlər söymüşdür. Həmin vaxt Fəridə də Seymuru çəkərək Oqtaydan aralamaq istəmiş, lakin bacarmamışdır. Bu zaman o, Fəridənin nəvəsi Əliyə “Əli mənim telefıonumu gətir qaynar xəttə zəng edəcəm” deyəndə Seymur bir dəfə də yumruğu ilə sol qoluna vuraraq “qanun mənəm” demişdir. Bundan sonra azyaşlı oğlu Amin Seymurun ayağından tutaraq “akaş qadan alım atamı öldürmə” demişdir. Seymur isə əli ilə oğlunun paltarının boyun nahiyyəsindən tutaraq itələyib yerə yıxmışdır. Oğlunun yerə yıxıldığını görən Oqtay güclə də olsa yerdən qalxmış və evə daxil olmuşdur. Bu zaman o və Fəridə birlikdə Seymuru itələyərək evin həyətindən çıxarmaq istəmiş, lakin Seymur yenə də getmək istəməmiş, Oqtayın arxasınca evə daxil olmaq istəmişdir. Təxminən bir dəqiqədən də az vaxt keçmişdir ki, Oqtay yenidən evin həyətinə çıxmış, Oqtayın evin həyətinə çıxdığını görən Seymur qaçmışdır. Oqtay da Seymurun arxasınca qaçmışdır. Oqtay evin həyətindən çıxanda yolda Oqtayın əlində bıçaq olduğunu görmüşdür. Ona görə də o da Fəridə də onların arxasınca getmişdir. Oğlu qaçaraq Oqtaya çatmış və Oqtayın yanında dayanaraq “ata getmə” demişdir. Oqtay da bir neçə saniyəlik əlində bıçaq yerində dayanmışdır. Bu zaman Seymur evinə çatmamış, yolda yenidən Oqtayın ünvanına nalayiq söyüşlər söyərək ona “kişi deyilsənmi gəl, gəl səni yabaya taxacam” demişdir. Seymurun bu sözündən sonra Oqtay Seymurun arxasınca yenidən qaçmışdır. O, oğlu və Fəridə də Oqtayın arxasınca qaçmışdır, Oqtaya çatanda görmüşdür ki, Seymur, tanımadığı bir cavan oğlan və qohumu Elşad Oqtayı yerə yıxıb döymüş, Seymurun atası Calalın isə qarın nahiyyəsindən qan axmışdır. Fəridə həmin şəxslərə yaxınlaşıb Oqtayı göstərərək “bunu niyə öldürürsünüz” demiş, Seymurun anası isə Fəridəyə “Oqtay mənim də evimi yıxdı, öz evini də yıxdı” demişdir. Bundan sonra Fəridə ilə birlikdə Oqtayı yerdən qaldırmış və yaşadığı evə aparmışlar. O, Oqtayın Calalı hansı şəraitdə necə bıçaqla vurduğunu görməmiş, o hadisə yerinə sonradan çatmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X2 Nəcəfova ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun uzuq qohumudur. X1 isə onun qonşusu olmuşdur. xx xxxxx 2019-cu il tarixdə saat 16-17 radələrində o, qatıq almaq üçün yaşadığı evdən çıxıb qonşusu Oqtayın evinə getmişdir. O, piyada yolla hərəkətdə olarkən Oqtayın arvadı Səbinə ilə yolda rastlaşmış, Səbinə azyaşlı oğlu ilə piyada toydan gəlmişdir. Səbinəni görüb onunla salamlaşmış və ondan qatığı olub-olmamasını soruşmuşdur. Səbinə isə olduğunu demiş və ona görə də Səbinə ilə birlikdə evə getmişlər. Səbinə ilə sonuncunun yaşadığı evdə oturub, təxminən 25-30 dəqiqə söhbət etmiş, həmin vaxt Səbinə onun yanından qalxaraq evin mətbəxinə keçmişdir ki, çay gətirsin. Həmin vaxt Səbinənin kiminləsə danışmasını, müsahibinə “sənlə olmaz, bəlkə telefonla kiminləsə danışır” dediyini eşitmişdir. Ona görə də otaqdan çıxıb, mətbəxə keçərək Səbinədən kiminlə danışdığını soruşmuşdur. Səbinə isə cavabında ona: “Oqtaydır toydan gəlib, deyir ki, qonşumuz Akaş ona söyüb” deyə bildirmişdir. Bu zaman Oqtay evin həyətindən evə daxil olmuşdur. Səbinə Oqtaya: “get yat” demişdir. Oqtayda heç bir söz demədən yatmağa getmişdir. Oqtay yatmaq üçün otağa getdikdən sonra o da öz evinə tərəf getmişdir. Oqtayın evindən təxminən 20-25 metr aralanmışdır ki, “Akaş” ləqəbli Seymuru yolda görmüş, Seymur onu görən kimi ona “Fəridə xala o kimə söyür?” demişdir. O da Seymura “səni söymür” deyə cavab vermişdir. Belə ki, o Oqtayın yanında olanda Oqtay həqiqətən də Seymurun barəsində heç bir söyüş söyməmişdir. Seymur isə ona “yox məni söyürdü” deyərək Oqtayın evinə tərəf qaçmışdır. Ona görə də o, da Seymurun arxasınca qaçmış və Seymurun Oqtayın evinin həyətinə daxil olduğunu görüb, Seymurdan biraz sonra Oqtayın evinin həyətinə çatmışdır. O, darvazadan evin həyətinə daxil olanda Seymurun Oqtayın evinin qapısının qarşısında Oqtayı arxası üstə yerə yıxıb döydüyünü görmüşdür. Səbinə isə onları aralamağa çalışmış, ona görə də o, Oqtay və Seymura yaxınlaşmışdır. Səbinə ilə birlikdə Seymuru Oqtaydan aralamışdır. Seymur Oqtaydan aralandıqdan sonra Oqtay yerdən qalxıb evə qaçmışdır. Seymur isə Oqtayı döydüyü yerdən təxminən 2-3 metr aralanıb evin həyətində dayanmış, getməmişdir. Bu zaman Oqtay evdən küçəyə çıxdığını görən Seymur evin həyətindən qaçaraq getmişdir. Oqtay da Seymurun arxasınca qaçmışdır. Həmin vaxt o, Oqtayın əlində bıçaq görməmiş, daha doğrusu buna fikir verməmişdir. Oqtaydan sonra o, Səbinə və Səbinənin azyaşlı oğlu Oqtayın arxasınca qaçmışlar. Onun ayağında ağrılar olduğundan qaça bilməmiş, Səbinəyə Oqtayın arxasınca qaçmasını demişdir. O da asta addımlarla Oqtayın arxasınca getmişdir. O, mərhum Calalın evinin qarşısına çatanda görmüşdür ki, Seymur və iki nəfər tanımadığı orta yaşlı kişi Oqtayı yerə yıxmışlar. O yenə də istəmişdir ki, Oqtayı həmin şəxslərin əlindən alsın, bu zaman mərhum Calalın həyat yoldaşı Fatməsə ona “gördünmü Oqtay kişini bıçaqladı” demişdir. O da tez Calala yaxınlaşıb, onun əynində olan köynəyinə baxanda Calalın qarın nahiyyəsində qan izləri görmüşdür. Bu zaman o Seymur və yanında olan şəxsləri Oqtaydan aralamış, Oqtayı Səbinə ilə birlikdə yerdən qaldırıb evlərinə tərəf aparmışdır. Onun eşitdiyinə görə Oqtay toydan sərxoş vəziyyətdə evə gələrkən Seymur Oqtayı yolda görmüş, Oqtayın yerişini yamsılamış, buna görə də aralarında mübahisə yaranmış, nəticədədə dava-dalaş olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid8 ifadəsində göstərmişdir ki, X1nu və Təqsirləndirilən şəxs tanıyır, her ikisi həmkəndliləridir. Onlarla arasında əvvəllər heç bir ədavəti olmamış, qohumluq əlaqəsi də yoxdur. xx xxxxx 2019-cu il tarixdə saat təxminən 16-17 radələrində o Oqtayın evinin yerləşdiyi yerdən təxminən 500-600 metr aralıda, təpənin üzərində əkdiyi lobya üçün ağac parçaları yığmışdır. Onun dayandığı yerdən Oqtayın yaşadığı evin həyəti açıq görsənmişdir. O, ağac parçalarını toplayarkən səs-küy eşitmiş və ətrafa baxanda Oqtayın evinin həyətində Oqtayı, ailə üzvləri, həmkəndlisi Fəridə və “Akaş” ləqəbli Şahid1 görmüşdür. Oqtayla Seymur dalaşmış, qadınlar isə qışqırmışlar. O, hadisə yerindən kənarda olduğu üçün dəqiq olaraq kimin-kimi vurduğunu görməmişdir. Dava-dalaşın səbəbini bilmədiyi üçün Oqtayın evinə getməmiş, öz işi ilə məşğul olmuşdur. Sonradan o, Oqtayın Calalı bıçaqla vurduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid7 ifadəsində göstərmişdir ki, X1nu və Təqsirləndirilən şəxs tanıyır, onlar onun həmkəndlisi və qonşularıdır. xx xxxxx 2019-cu il tarixdə saat 18 radələrində kəndin mərkəzində olarkən ailə üzvləri ona zəng edərək qonşusu Oqtayın digər qonşusu Calalı bıçaqladığını, Calalı tez xəstəxanaya aparmaq lazım olduğunu demişlər. O, idarə etdiyi Opel markalı **-BU-*** dövlət nömrə nişanlı avtomobili ilə Calalın yaşadığı evin qarşısına getmişdir. Həmin vaxt Calalın qarın nahiyyəsinin qanadığını görmüşdür. Ona görə də o, Calal, Calalın arvadı Fatməsə, Elşad və Bəhruz birlikdə Tovuz rayon mərkəzi xəstəxanasına getmişlər. Xəstəxanada Calalı əməliyyat etmişlər. O, Oqtayın Calalı bıçaqla vurduğunu görməmiş, lakin o, Calalın evinə tərəf gedəndə Səbinə və Fəridənin Oqtayın qolundan tutaraq apardıqlarını görmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli Tovuz RPŞ-nin məsul növbətçisi E.Qəhrəmanovun raportundan görünür ki, xx.xx.2019-cu il tarixdə saat 19:20-də Tovuz rayon MX-nin həkimi Ə.Ələkbərova Tovuz RPŞ-yə zəng edərək, 1949-cu il təvəllüdlü Tovuz rayonunun Yanıqlı kəndində yaşayan X12 qarının ön divarının kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya daxil olması barədə məlumat vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Tovuz rayonunun Yanıqlı kəndində X13 yaşadığı fərdi yaşayış evinin darvazasının qarşısında hadisə yerinə baxış keçirilmiş və baxış zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək heç bir əşya və ya predmet müəyyən edilərək götürülməmişdir. Hadisə yerində torpaq üzərində qana bənzər ləkələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli 226 nömrəli “Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanıı X7 yüngül dərəcəli alkoqol sərxoşluğu aşkar edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, X15 məxsus 1 ədəd boz rəngli pencək, 1 ədəd uzunqol altgeyimi və 1 ədəd ağ rəngli qolsuz mayka istintaq zamanı zəruri olduğundan Fatmasə Tağıyevadan götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid1 bir ədəd bıçağı istintaqa könüllü olaraq təqdim edərək, hadisə zamanı Təqsirləndirilən şəxs əlində olan bıçaq olduğunu, həmin bıçaqla Calal Tağıyevə xəsarət yetirdiyini bildirmişdir. Ona görə də həmin bıçaq Şahid1 maddi sübut kimi götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, X16 xx.xx.2019cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli şalvar və 1 ədəd uzunqol poliver istintaq zamanı zəruri olduğundan O.Abdıyevdən gütürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək əvvəlcə Şahid1 onun yaşadığı evin həyətində onu və ailə üzvlərini döydüyü yeri, daha sonra isə əlində olan bıçaqla X14 vuraraq xəsarət yetirdiyi yeri göstərmişdir. Bununla bağlı fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Tovuz Rayon Məhkəməsinin 4(062)-11 /2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİH Başçısının Yanıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 414 nömrəli arayışdan görünür ki, Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi arvadı Şahid2 və oğlu Şahid9 Oktay oğlundan ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİH Başçısının Yanıqlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 42 nömrəli xassiyətnamədən görünür ki, Yanıqlı kənd sakini Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AZ İİ 846645 nömrəli döğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Şahid9 Oqtay Abdıyevin oğludur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “İnsan meyitinin baxışının aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, C.Şahid1 meyitinin müayinəsi zamanı meyitin sol böyür nahiyyəsində 14 sm uzunluğunda kəsilmiş yara vardır, həmin yara izlərinə 12 ədəd tikiş qoyulmuş, meyitin qarnının ön divarında 10 sm qalınlıqda yara vardır, həmin yaraya 6 ədəd tikiş qoyulmuş, meyitin qarın nahiyyəsinin ön divarının alt hissəsində 1x3 sm ölçüdə səthi kəsilmiş yara vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Götürmə və baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid4 məxsus gödəkçə istintaq zamanı zəruri olduğundan Şahid4 götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş hüquqi varis X11 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı F.Tağıyeva bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs qəsdən əri Calal Tağıyevi bıçaqla vurduğunu bildirsə də, Təqsirləndirilən şəxs ifadəsində onun Calal Tağıyevi bıçaqla vurmaq niyyətinin olmadığını, bıçağın bilmədən Calal Tağıyevə dəydiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid1 bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs qəsdən atası Calal Tağıyevi bıçaqla vurduğunu, onun Oqtayın evinin həyətinə və mənzilinə daxil olmadığını, Oqtayı və ailə üzvlərini döymədiyini bildirsə də, Təqsirləndirilən şəxs ifadəsində onun Calal Tağıyevi bıçaqla vurmaq niyyətinin olmadığını, bıçağın bilmədən Calal Tağıyevə dəydiyini, bıçağı Seymuru qorxutmaq üçün götürdüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Üzləşdirmə” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid3 bir daha ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs qəsdən Calal Tağıyevi bıçaqla vurduğunu bildirmiş, Təqsirləndirilən şəxs isə ifadəsində onun Calal Tağıyevi bıçaqla vurmaq niyyətinin olmadığını, bıçağın bilmədən Calal Tağıyevə dəydiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə psixiatrik və psixioloji ekspertizasının 234-101 №-li xx xxx 2019-cu il tarixli rəyinə əsasən Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. O hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tələblərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, bubyektivizim əlamətləri, şəxslər arası konfilikt problemlərinin olması və başqaları ilə müqaviləyə çətin daxil olma. Hazırkı hadisə baş verən vaxtı Təqsirləndirilən şəxs fizioloji affekt vəziyyətində olmamışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının 7 №-li xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, X13 məhkəmə tibbi müayinəsi zamanı bədəni üzərində müəyyən edilmiş xəsarətlər- qarın nahiyyəsinin sol yan divarının daxilə nüfuz edən, nazik bağırsaq müsariqələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayət olunan deşilmiş-kəsilmiş yarası, qarın nahiyyəsinin ön divarının səthi kəsilmiş yarası iti kənara malik əşyanın təsirindən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdir, həyatidir, ölümlə səbəbli əlaqələri vardır və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir. Bu xəsarətlər iti kənarlı əşyanın, eləcədə bıçağın tiyəsinin deşicikəsici təsiri nəticəsində əmələ gələ bilərdi. X13 ölümünə səbəb qarın nahiyyəsinin sol yan divarının nazik bağırsaq müsariqələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayət edilən bıçaq yaralanması nəticəsində inkişaf edən peritonitlə əlaqəli orqanizmin ümumi intoksikasiyası olmuşdur. X13 ölümü, xx.xx.2019-cu il tarixdə saat 15:30-da Tovuz RMX-nın Reanimasiya şöbəsində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, materialların məhkəmə ekspertizasının 230 №-li, xx xxx 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X13 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X15 məxsus 01 ədəd pencəyin üzərindən tapılmış tünd-göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış təbii pambıq lifləri cinsi əlamətlərinə görə X15 məxsus 01 ədəd isti alt geyimi köynəyinin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ballistik və trasoloji ekspertizasının 231-232 №-li xx xxx 2019-cu il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş bıçaq kustar üsulla hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişqət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Zərərçəkmiş şəxs C.Şahid1 məxsus pencəyin üzərində olan bir ədəd «a» zədəsi, köynəyin üzərində olan bir ədəd zədə və maykanın üzərində olan bir ədəd zədə ucu deşici xassəyə malik olan predmetin (o cümlədən təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş zərərçəkmiş şəxsə məxsus pencəyin üzərində olan bir ədəd «a» zədəsində, köynəyin və maykanın üzərində olan bir ədəd zədədə zədə yaradan predmetə aid xüsusi alamətlər əks edilmədiyindən, həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxsə məxsus pencəyin üzərindəki 1 ədəd «b» zədəsi fiziki qüvvənin təsiri nəticəsində yarana bilən dartılma-sökülmə zədəsidir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus polive rvə şalvarın üzərlərində trosoloji zədələr aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, komision məhkəmə-tibbi ekspertizasının 234 KES №-li xx.xx.2019-cu il tarixli rəyindən görünür ki, X13 meytinin məhkəmə tibbi müayinəsinə əsasən onun ölümünə səbəb qarın nahiyyəsinin sol yan divarının nazik bağırsaq müsariqələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayət edilən bıçaq yaralanması nəticəsində inkişaf edən peritonitlə əlaqəli orqanizmin ümumi intoksikasiyasının olduğu müəyyən olmuşdur. Calal Tağıyevin xx.xx.2019-cu il tarixdə «Tovuz rayon mərkəzi xəstəxanası»na «Qarnın ön divarının kəsilmiş yarası» diaqnozu ilə daxil olmuş və həmin tarixdə onun üzərində «laparotomiya» cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın icrası zamanı onda yalnız nazik bağırsaq müsaqirəsinin yarası tikilsədə, sağ böyrəyin aşağı qütbünün zədələnməsi müəyyən edilməmişdir. Sağ böyrəyin aşağı qütbünün zədələnməsi nəticəsində xəstənin vəziyyəti getdikcə ağırlaşaraq peritonitə səbəb olmuş və sonda orqanizmin ümumi infeksiyası fonunda ölümə gətirib çıxarmışdır. Qeyd olunanları nəzərə alaraq aparılmış nəticələrlə baş vermiş ölüm arasında səbəbli əlaqənin olması inkar edilmir. Calal Tağıyevin almış olduğu xəsarətlə əlaqədar ona xx xxxxx 2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək «Tovuz rayon mərkəzi xəstəxanasın»da göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, əməliyyat zamanı sağ böyrəyin aşağı qütbünün zədələnməsi aşkar olunaraq aradan qaldırılmış olsaydı baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə bioloji ekspertizasının 477-2019-MTBŞ №-li, xx xxxx 2019-cu il tarixli rəyindən görünür ki, X13 ABO sistemi üzrə qrup göstəricisi O(İ). Ekspertizaya təsdiq edilmiş C.Şahid1 məxsus pencək, qolsuz mayka və uzunqol alt köynəyi üzərində insan qanı ləkələri aşkar edildi. Bu qan ləkələrində qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə «H» antigeni alındı. C.Şahid1 məxsus qolsuz mayka və uzunqol alt köynəyi üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. «H» antigeni O(İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə Oalfa, beta(İ) qruplu şəxsə, o cümlədən X15 məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində qan aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2019-cu il tarixli tələbnamədən görünür ki, X16 barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təkrar komisiyon məhkəmə tibbi ekspertizasının xx xxxxxxx 2019-cu il tarixli, 515 №-li rəyindən görünür ki, Calal Tağıyevin meytinin məhkəmə-tibbi müayinəsinə, adına tərtib edilmiş tibbi sənədlərə əsasən demək olar ki, onun ölümünə səbəb qarın nahiyyəsinin sol yan divarının, nazik bağırsaq müsariqələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayət edilən bıçaq yaralanması nəticəsində inkişaf edən peritonitlə əlaqədar orqanizmin ümumi infeksiyasının olduğu müəyyən edilmişdir. X30 rayonu Mərkəzi xəstəxanasında göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, meytin müayinəsi zamanı aşkar olunmuş bağırsaq müsariqələrində və sağ böyrəkdəki yaralar vaxtında yəni əməliyyat zamanı və ya əməliyyatdan sonra müəyyən edilərək aradan qaldırılmış olsaydı baş vermiş ölümün qarşınının alınması imkanı çox ola bilərdi. cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxx 2019-cu il tarixli Tovuz RPŞ-nin İB-nin müstəntiqi Amil Tağıyev cinayət işinin ayrılması və istintaq aidiyyəti üzrə göndərilməsi barədə qərardan görünür ki, iş üzrə X13 ölümü ilə bağlı həkim səhvi müəyyən edildiyindən cinayət işindən Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə yeni cinayət işi ayrılaraq istintaq aparılması üçün Tovuz rayon prokurorluğuna göndərilməsi barədə qərar qəbul olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X25 Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(100)-264 saylı məhkəmə hazırlıq iclasının qərarından görünür ki, iş üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilmiş və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Tovuz rayon prokuroruna qaytarılmış, eyni zamanda Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti xx xxxxxx 2019-cu il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 2611.2919-cu il tarixli “cinayət işinin icraata götürülməsi haqqında” qərardan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə iş üzrə istintaqın aparılması Tovuz rayon Polis şöbəsinin İB-nin rəisi, polis polkovniki X21 tərəfindən icraata qəbul edilməklə istintaq davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, təkrar komisyon məhkəmə-tibb ekspertizası üzrə xx.xx.2020-ci il tarixli 23 saylı rəyindən görünür ki, C.Şahid1 meyitinin məhkəmə-tibbi müayinəsinə əsasən, onun ölümünə səbəb qarın nahiyəsinin sol yan divarının, nazik bağırsaq müsariqələrinin və sağ böyrəyin aşağı qütbünün zədələnməsi ilə müşayiət olunan bıçaq yaralanması nəticəsində inkişaf edən peritonitlə əlaqəli orqanizmin ümumi intoksikasiyasmın olduğu müəyyən edilmişdir. C.Şahid1 xx.xx.2019-cu il tarixdə “Tovuz rayon Mərkəzi xəstəxanası”na “Qarının ön divarının kəsilmiş yarası” diaqnozu ilə daxil olmuş və həmin tarixdə onun üzərində “Laparotomiya” cərrahiyyə əməliyyatı icra edilmişdir. Əməliyyatın icrası zamanı onda yalnız nazik bağırsaq müsariqəsinin yarası tikilsə də,meyitin müayinəsi zamanı aşkar olunan sağ böyrəyin aşağı zədələnməsi nəticəsində xəstənin vəziyyəti getdikcə ağırlaşaraq peritonitə səbəb olmuş və sonda orqanizmin ümumi intoksikasiyası fonunda ölümə gətirib çıxarmışdır. Qeyd olunanları nəzərə alaraq aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Calal Tağıyevin almış olduğu xəsarətlə əlaqədar ona xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək “Tovuz rayon Mərkəzi xəstəxanasın” da göstərilmiş tibbi yardımlar tam həcmdə olmamışdır. Belə ki, əməliyyat zamanı sağ böyrəyin aşağı qütbünün zədələnməsi aşkar olunaraq aradan qaldırılmış olsaydı baş vermiş ölümün qarşısının alınması imkanı çox ola bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “cinayət əməlinin tövsif edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə” qərardan görünür ki, Tovuz rayon Polis şöbəsinin İB-nin rəisi polis polkovnikleytenantı Nazim Məmmədov tərəfindən xx xxxx 2020-ci il tarixdə cinayət işinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2., 126.2.3., və 126.2.4-cü maddəsindən 29,120.2.2., 29,120.2.3., 29,120.2.4-cü maddəsinə tövsif edilməsi və aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs əməli Tovuz rayon prokurorluğunun böyük müstəntiqi ədliyyə müşaviri X8 tərəfindən Azərbaycan Respublikası CM-in 29,120.2.2., 29,120.2.3., 29,120.2.4-cü maddələrindən həmin Məcəllənin 29,120.2.3-cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxs X9 əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3-cü maddəsindən həmin Məcəllənin 29, 120.2.3 və 29, 120.2.4-cü maddəsinə tövsif edilərək həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən ittiham elan edilməsinə, iş üzrə Təqsirləndirilən şəxs məxsus paltarlar - 1 ədəd qara rəngli şalvarın, 1 ədəd uzunqol poluverin, X15 məxsus 1 ədəd pencəyin, 1 ədəd uzunqol altgeyiminin, 1 ədəd ağ rəngli qolsuz maykanın, Şahid4 məxsus, hadisə zamanı üzərində olan gödəkcənin, cinayətin törədilmə aləti olan 1 ədəd bıçağın cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunun maddi sübütlar otağında saxlanılmasına dair qərar qəbul edilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxs Oqtay Abdıyevin məhkəmə istintaqında vermiş olduğu ifadədə onun zərərçəkmiş Calal Tağıyevi öldürmək niyyətinin olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, X9 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3 və 29, 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Oqtay Abdıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.3 və 29, 120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs X9 əməli Azərbaycan Respublikası CM-nin 29, 120.2.3 və 29, 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxs X10 cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs X9 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.3 və 29, 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Oqtay Abdıyev isə nəzərdə tutulan həmin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməlini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Oqtay Abdıyevin təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2-ci maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin yuxarı həddi 20 ildir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti də 20 ilin dörddə üçündən, yəni 15 ildən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, X16 xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2019-cu il tarixli “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Tovuz Rayon Məhkəməsinin 4(062)-11 /2019 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, X3in tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2019-cu il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, X3 ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 29,120.2.3 və 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsimüəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, X10 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. X3 barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub və Tovuz rayon prokurorluğunda saxlanılan iş üzrə Təqsirləndirilən şəxs məxsus 1 ədəd qara rəngli şalvar, 1 ədəd uzunqol poliver, X15 məxsus 1 ədəd pencək, 1 ədəd uzunqol alt geyimi, 1 ədəd ağ rəngli qolsuz mayka, Şahid4 məxsus, hadisə zamanı üzərində olan gödəkcə qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, cinayətin törədilmə aləti olan 01 ədəd bıçaq yararsız olduğundan məhv edilməlidir Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 159,10 (yüz əlli doqquz manat on qəpik) dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq X3in maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən X9 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Məhkəmə hesab edir ki, iş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılmalı və mülki iddia qaldırmış zərərçəkmiş şəxsin hüquqi varisinə mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.3 və 29,120.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 14 (on dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx xxxxx 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Tovuz rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 1 (bir) ədəd qara rəngli şalvar, 1 (bir) ədəd uzunqol poliver, X15 məxsus 1 (bir) ədəd pencək, 1 (bir) ədəd uzunqol alt geyimi, 1 (bir) ədəd ağ rəngli qolsuz mayka, Şahid4 məxsus 01 (bir) ədəd gödəkcə qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, cinayətin törədilmə aləti olan 01 (bir) ədəd bıçaq yararsız olduğundan məhv edilsin. X5 159,10 (yüz əlli doqquz manat on qəpik) məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Təqsirləndirilən şəxs X10 göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. İş üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X11 tərəfindən verilmiş mülki iddia baxılmamış saxlanılsın və ona mülki-mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüquqları izah edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində X25 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar