Məhkəmə qərarları › İş №1(100)-227/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-227/2021

24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-227/2021 24.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X11 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Saatlı rayonu, Novruzlu kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu ödənilmiş, işsiz, Saatlı rayonu, Novruzlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 22,274 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 470 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, ümumi təmiz çəkisi 2,510 qram psixotrop maddə olan metamfetamini əldə edib daşıyaraq saxlamış, həmin narkotik vasitənin və psixotrop maddənin bir hissəsini, yəni təmiz çəkisi 21,290 qram heroini və təmiz çəkisi 2,510 qram psixotrop maddə olan metamfetamini 29 oktyabr 2020-ci il tarixdə saat 18 radələrində Saatlı rayonu Novruzlu kəndi ərazisində Şahid4 375 manat pul müqabilində satmış, 31 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Şahid4 yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zamanı evin qonaq otağında olan divanın qarşısına qoyulmuş masanın üzərindən 01 ədəd sellofan torbacıqda ümumi təmiz çəkisi 21,290 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd sellofan torbacıqda ümumi təmiz çəkisi 2,510 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülümüş, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş növbəti əməliyyataxtarış tədbirləri nəticəsində 02 noyabr 2020-ci il tarixdə saat 20 radələrində o, Saatlı rayonu Novruzlu kəndində saxlanılaraq Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 Şöbəsinə aparılaraq üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kağız bükümdə ümumi təmiz çəkisi 0,984 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bundan başqa 03.11.2020-cı il tarixdə onun istifadəsində olmuş “VAZ 2101” minik markalı “**-RA-***” dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zamanı avtomobilin yük yerindən təmiz çəkisi 470 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ümumilikdə 22,274 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, 470 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və 2,510 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs oğlu özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, uzun müddətdir ki, narkotik vasitə olan heroin və marixuana istifadəçisidir. Yaşadığı kəndin ərazisindən keçən asfalt örtüklü yolun kənarında idarə etdiyi avtomobilini saxlayıb sükandan yerə düşüb çayxanaya gedən zaman bir neçə nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüş və həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları idarə etdiyi avtomobilə əyləşib onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinə getməli olduğunu bildirmişlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları avtomobili ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinin inzibati binasına aparmışlar. Orada ona əvvəllər birlikdə narkotikdən istifadə etdiyi şəxs olan Şahid4 saxlanılmasını və aşkarlanan narkotik vasitənin ondan almasını bildirdiyini demiş, o, isə Valehə heç vaxt narkotik satmadığını bildirmişdir. Onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərindən özünə məxsus 1 qrama yaxın heroin çıxmışdır. Sonra şöbəyə onunla qeyri rəsmi yaşayan Xəyalə Nəcəfova adlı qadını gətirmişlər. O, polis əməkdaşlarına qızın bu işlə heç-bir əlaqəsinin olmadığını bildirmiş və qızı buraxmalarını xahiş etmişdir. O, əlavə olaraq həmin qadını buraxmaları müqabilində hansı sənədi imzalamaq lazım olsa imzalayacağını bildirmişdir. Polis əməkdaşları onun təklifi ilə razılaşdıqdan sonra qızı buraxmışlar. Sonra o, məcbur olaraq istifadəsində olan VAZ 2101 minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə və götürmə aparılmasına dair ərizə yazmışdır, ertəsi gün saat 09 radələrində onun avtomobilinə baxış keçirilmişdir, o yenədə məcbur olub avtomobilin yük yerində aşkarlanan narkotik vasitə marixuananın ona məxsus olmasını bildirmişdir. Təqsirləndirilən şəxs X8 ifadəsinə əlavə olaraq, heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs X8 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zaman bildirmişdir ki, “rəsmi olaraq heç bir yerdə işləməmiş, gündəlik qazancını fəhləlik edərək əldə etmişdir. Uzun müddətdir ki, narkotik vasitə heroin və marixuanadan çəkməklə istifadə edir. Təxminən 2020-ci ilin yay aylarında yaşadığı Saatlı rayonu, Novruzlu kəndindən keçən Araz çayının sahili ilə gəzərkən orada yabanı halda narkotik vasitə marixuana bitdiyini görmüş, özü marixuana da, istifadə etdiyinə görə həmin marixuananı yığaraq qurudub istifadə etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin marixuandan yığaraq qurutmuş və daha sonra heç kəsin xəbəri olmasın deyə onu özünə məxsus “VAZ 2101” markalı “**-RA-***” dövlət qeydiyyat nişanlı avtomobilimin yük yerində gəzdirmiş, lazım olduqca xəlvətcə istifadə etmişdir. 2020-ci ilin avqust ayının ortalarında isə İstagram sosial şəbəkəsi vasitəsi ilə İran İslam Respublikası vətəndaşı Abbas adlı şəxslə tanış olmuş və həmin tarixdən o, Abbasla “Whatsapp” mobil telefon proqramı ilə əlaqə saxlamışdır. Abbas qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmuşdur. Abbasa məxsus narkotik və psixotrop maddələri, tanımadığı Azərbaycan Respublikası vətəndaşları sonuncunun təyin etdiyi ərazilərə aparıb qoymuş, ərazinin şəkili Whatsapp proqramı vasitəsilə Abbasa ötürüldükdən sonra Abbas Whatsapp proqramı vasitəsilə narkotik vasitəni və psixotrop maddəni qəbul edəcək şəxsə məlumat vermişdir. 2020-ci ilin sentyabr ayının əvvəllərində təxminən saat 11 radələrində o, Whatsapp proqram vasitəsilə Abbasla əlaqə saxlayan zaman ona narkotik vasitə satmasını xahiş etmiş, Abbasın şəkilini göndərdiyi plastik pul kartına 330 (üç yüz otuz) manat ödəmə terminalı vasitəsilə pul göndərmiş və Abbasa bu barədə məlumat vermişdir. Təxminən saat 14 radələrində Abbas Sabirabad rayonu, Sarıcala kəndi ərazisindən keçən asfalt yolun kənarında olan iri ağacın şəkilini göndərərək 30 (otuz) qram narkotik vasitə heroini həmin ağacın dibində olan daşın altına qoyulduğunu bildirmişdir. Bundan sonra o, istifadəsində olan VAZ 2101 minik marklalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edib həmin ağacın yaxınlığına gedib sellofan torbacıqda olan narkotik vasitə heroini götürmüş, ətrafda hər hansı bir şəxsin onu görmədiyinə tam əmin olduqdan sonra o, avtomobilimin sükanında heroindən bir qədər götürmüş və falqada onu çəkmişdir. Həmin ərəfələrdə ailə üzvləri onu nişanlayıb toy etmək istədiklərini bildirmişlər. O, narkotik vasitəni yaşadığı evdə gizlədib narkotik vasitələrdən istifadə etməyə tövbə etmiş ki, ailə həyatı quranda uşaqları sağlam dunyaya gəlsin. Bu məqsədlə 2020-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərində Maştağa kəndində yerləşən narkoloji dispanserdə 17 gün müalicə almışdır. 29 oktyabr 2020-ci il tarixdə, saat 14 radələrində Natiq istifadəsində olan mobil nömrəsi ilə onun istifadəsində olan mobil nömrəyə zəng edib bir qədər danışmış, sonra Natiq ona tanışı Valehə narkotik vasitə heroin verməsini və həmin heroindən bir qədər də, özünün istifadə edəcəyini bildirmişdir. O, isə Natiqə özü istifadə etmək üçün narkotik vasitə heroin aldığını, çox az hissəsi qaldığını, narkotik vasitələrdən istifadə etməyə tövbə etdiyini deyərək Natiqlə bu barədə razılaşmış və ona yaşadığı kəndin içərisindən axan Araz çayının üzərindən keçən dəmir körpünün yaxınlığına gəlməsini bildirmişdir. O da, heroinin üzərindən bir qrama yaxın miqdarda götürüb onu kağıza bükərək cibinə qoymuş ki, birdən ağrıları olarsa istifadə etsin. Təxminən saat 18 radələrində Valeh və Natiq yaşadığı Saatlı rayonun, Novruzlu kəndinin içərisindən axan Araz çayının üzərindən keçən dəmir körpünün yaxınlığına təyin etdiyi yerə gəlmişlər. O, onlarla görüşdükdən sonra sellofan bükülüdə olan təxminən 3 qram narkotik vasitə heroini Valehə vermiş, onlar isə uzaqlaşıb gəldikləri taksi ilə getmişdirlər. 02 noyabr 2020-ci il tarixdə, saat 18 radələrində o, idarə etdiyi “VAZ 2101” minik marklalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə yaşadığı Saatlı rayonu, Novruzlu kəndinə getmiş, həmin vaxt onun əynində olan şalvarın sağ yan cibində özü üçün saxladığı heroin, avtomobilimin yük yerində isə yığdığı marixuana olmuşdur. O, yaşadığı kəndin ərazisindən keçən asfalt örtüklü yolun kənarında idarə etdiyi avtomobilini saxlamış və sükandan yerə düşüb çayxanaya gedən zaman bir neçə nəfər mülki geyimli şəxslərin ona yaxınlaşdıqlarını görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini ona nümayiş etdirib Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Sonra polis əməkdaşları idarə etdiyi avtomobilə əyləşib onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinə gedəcəyini bildirmişlər. O, da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmiş, sonra polis əməkdaşları onu avtomobili ilə birlikdə Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X10 şöbəsinin inzibati binasına aparmışlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlаrının müdаfiə оlunmаsı üçün müdаfiəçi təmin olunmuşdur. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kağıza bükülünü təqdim edərək, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra həmin kütləyə baxış keçirilmiş, baxış zamanı kütlənin kəskin iyli, narkotik vasitə heroinə bənzər olması müəyyən edilmişdir. Sonra həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 1,74 qram olması müəyyən edilmişdir. Bundan sonra əlavə axtaış zamanı üzərindən digər narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Sonra o, istifadəsində olan VAZ 2101 minik markalı ** RA *** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilməsinə və götürmə aparılmasına dair ərizə yazmış, ertəsi gün saat 09 radələrində onun avtomobilinə vəkilin iştirakı ilə baxış keçirilmiş, verilən suallara cavab olaraq o, avtomobilinin yük yerində saxladığı narkotik vasitə marixuana saxladığını bildirmiş, bundan sonra ona həmin narkotik vasitəni təqdim etmək təklif edilmiş, o da, əl çantasının içərisindən avtomobilinə məxsus açar ilə avtomobilin yük yerini açıb orada olan sellofan torbanı təqdim etmişdir. Sonra təqdim etdiyi sellofan torbaya baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisində olan kütlənin kəskin iyli, yaşıl rəngli, narkotik vasitə marixuana olması müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 485 qram olması müəyyən edilmişdir. Bundan sonra avtomobilin salonuna baxış keçirilmiş, baxış zamanı avtomobilin salonundan narkotik vasitə və psixotrop maddə aşkar edilməmişdir. Kütlənin qoyulacağı zərfin üzərinə müvafiq qeydlər aparılmış, qeyd uca səslə oxunduqdan sonra imza etmişdir. Sellofan torbada aşkar edilmiş kütlə zərfin içərisinə qoyulduqdan sonra ağzı bağlanmış, möhürlənərək götürülmüşdür”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN BNMİ-nin X10 şöbənin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 31 оktyаbr 2020-cı il tarixdə Kürdəmir şəhər sakini Şahid4 qanunsuz olaraq üzərində və yaşadığı evdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin saxlaması barədə məxfi mənbələrdən məlumat daxil olmuşdur. Daxil olmuş məlumatı şöbə rəhbərliyinə raportla məruzə etmiş, yoxlanılması üçün əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş, “Əməliyyat Qrupunun yaradılması haqqında əmr qəbul olunduqdan sonra, təhqiqatçı ilə birlikdə Kürdəmir şəhərinə ezam olunmuşlаr. Kürdəmir şəhərində Şahid4 yaşadığı ünvana getmişlər. Həmin gün saat 17:50-də Şahid4 giriş qapısını döymüşlər, qapını оnlаrа Valehin özü açmışdır. Bu zaman əməliyyat qrupunun üzvləri xidməti vəsiqələrini çıxarıb Vаlеhə göstərib özlərini təqdim edib əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsinə dair qərarı nümayiş etdirmişlər. Şifahi sorğu zamanı Valehdən evində narkotik vasitə və psixotrop maddənin olub-olmaması soruşulmuş, Valeh verilən suallara cavab olaraq yaşadığı evdə narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Bundan sonra Valehin öz yazılı ərizəsi əsasında, videoçəkiliş başlanılaraq evinə baxış keçirilmişdir. Valehə təklif etmişlər ki, narkotik vasitə və psixotrop maddəni saxladığı yeri оnlаrа göstərsin. Valeh də bundan sonra оnlаrı аpаrıb qonaq otağını göstərmiş, qonaq otağında divanın qarşısına qoyulmuş masanın üzərinə qoyulmuş sellofan torbacıqları əli ilə göstərərək həmin torbacıqların içərisində narkotik vasitə heroin və psixitrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan başqa masanın üzərində bir ədəd elektron tərəzinin olduğu dа müəyyən edilmişdir. Aşkar olunmuş kütlələrə ayrı-ayrılıqda baxış keçirilmiş, sellofan torbacığın birində narkotik vasitə hesab edilən heroin, digər torbacıqda isə psixotrop maddə metamfetamin olduğu müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş heroin elektron tərəzi ilə ölçülmüş və çəksinin bükülü ilə birlikdə 24.49 qram, metamfetaminin isə çəkisinin bükülü ilə birlikdə 2,62 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr və elektron tərəzi ayrı-ayrılıqda 3 ədəd zərfdə qablaşdırılmış və möhürlənərək götürülmüşdür. Bundan sonra Valehin yaşadığı evin digər otaqlarına baxış zamanı hər hansı bir narkotik vasitə və psixtrop maddə, eləcə də cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Baxış zamanı Valehə verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin heroini Bakı şəhəri 8 kilometr adlanan ərazidə yerləşən bazarda Elman adlı şəxsdən qramını 18 manatdan, metamfetaminin isə qramını 25 manatdan almışdır. Bundan sonra Şahid4lə birlikdə şöbəyə gеtmişlər. Təhqiqatçı tərəfindən Valeh şübhəli şəxs qismində tutulmuş, izahatı alınarkən sоnuncu yaşadığı evdən aşkar edilərək götürülmüş narkotiki vasitə və psixotrop maddəni Saatlı rayon sakini Müşfiq adlı şəxsdən 375 manata aldığını bildirmişdir. Buna görə də Müşfiq adlı şəxsin kimliyini müəyyən edilməsi istiqamətdə əməliyyat-axtarış tədbirləri davam etdirilmiş, məyyən edilmişdir ki, Müşfiq adlı şəxs Saatlı rayonu, Novruzlu kəndində yaşayan Təqsirləndirilən şəxsdur. 02 nоyаbr 2020-ci il tarixdə şöbə rəhbərliyinə raportla məruzə edib yoxlanılması üçün əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, Əməliyyat Qrupunun yaradılması haqqında əmr qəbul olunduqdan sonra təhqiqatçı ilə birlikdə Saatlı rayonuna ezam olunmuşlаr. Təqsirləndirilən şəxs yaşadığı evə atası Əhliman Vəliyevin icazəsi və sоnuncunun iştirakı ilə Müşfiqin özü iştirak еtmədən baxış keçirilmiş, lakin yaşadığı evdən heç bir qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Bundan sonra həmin gün saat 20:05 radələrində Təqsirləndirilən şəxs Saatlı rayonu Novruzlu kəndinin mərkəzindən keçən asfalt örtüklü yolun kənarında idarə etdiyi VAZ 2101 minik markalı, **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayıb sükandan yerə düşən zaman оnlаr tərəfindən saxlanılaraq avtomobili ilə birlikdə AR DİN BNMİ-nin QBRŞnin inzibati binasına gətirilmişdir. Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra Müşfiqin üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Müşfiq əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən kağıza bükülmüş bükülünü təqdim edərək həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin kütlənin açılaraq içərisinə baxış zamanı içərisində narkotik vasitə heroin olduğu aşkar edilmişdir. Daha sonra təhqiqatçı tərəfindən həmin kütlə elektron tərəzidə çəkilərkən 1,74 qram olduğu müəyyən edilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, idarə etdiyi avtomobilində də qurudulmuş halda narkotik vasitə marixuana var. Buna görə də növbəti gün, yəni 03 nоyаbr 2020-ci il tarixdə səhər saatlarında Təqsirləndirilən şəxs idarə etdiyi **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Təqsirləndirilən şəxs və vəkilin iştirakı ilə baxış keçirilmişdir. Baxış zamanı avtomobilin yük yerindən 01 ədəd sellofan torbada içərisində yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilərkən 485 qram olduğu müəyyən edilmişdir. Şifahi sorğu zamanı Müşfiq həmin kütləni Saatlı rayonu Novruzlu kəndində Araz çayının sahilində yabanı halda bitən çətənə kollarında yığıb saxladığını bildirmişdir. О, Şahid4 tanımаmış, sоnuncu ilə heç bir münasibəti olmamış və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Şahid4 oğlunun evinə baxış zamanı sоnuncuyа qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Şahid4 narkotik maddələrin satışı ilə məşğul olmuş, buna görə də yaşadığı evdə 22 qrama yaxın heroin, 3 qrama yaxın psixotrop maddə metamfetamin və elektron tərəzi saxlamışdır. Təqsirləndirilən şəxs də əvvəllər tаnımаmış, sоnuncu ilə ədavəti və düşmənçiliyi оlmаmışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı, avtomobilinə baxış keçirilən zamanı sоnuncuyа qarşı heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs tanışı Xəyalə Nəcafova ilə hədələndiyini göstərməsi yаlаndır. Təqsirləndirilən şəxs nаrkоtk vаsitələrin özünə məxsus olduğunu şəxsi axtarış zamanı və avtomobilinə baxış zamanı özü etiraf etmişdir. Həmçinin də Valehə narkotik vasitə satdığını özü səmimi оlаrаq etiraf etmişdir. Xəyalə Nəcəfova adlı şəxs оnlаr tərəfindən saxlanılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 оğlu və Şahid3 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, 29 оktyаbr 2020-ci il tarixdə, sааt 18 radələrində Müşfiqin yaşadığı Saatlı rayonunun Novruzlu kəndinə qonaq getmiş və Müşfiqi əvvəldən tanıdığı üçün onunla görüşüb kafeyə getmişlər. Müşfiqin heroin istifadəçisi olduğunu bildiyi üçün kafedə o, Müşfiqdən heroin istəmiş Müşfiqdə cibindən 1-2 qram narkotik vasitə olan heroini çıxarıb stolun üstünə qoymuşdur. Onun Müşfiqin narkotik vasitə оlаn heroini haradan və nə vaxt əldə etməsi bаrədə məlumаtı olmamışdır. O, həmin narkotik vasitə olan heroindən bir hissəsini istifadə etmiş və qalanını isə götürüb cibinə qoymuşdur. Sonra o, Müşfiqdən ayrılıb yaşadığı Kürdəmir rayonuna qayıtmışdır. Onu polis əməkdaşları saxlayan zaman yaşadığı evdən 1-2 qram heroin аşkаr оlunub götürülmüşdür. Qalan narkotik vasitə heroini və psixotrop maddə metamfetamini polis əməkdaşları ona psixi təsir göstərib stolun üzərinə qoyub ona demişlər ki, «ya sənin ailəni də məsuliyyətə cəlb edəcəyik, ya da həmin narkotiklərin özünə məxsus olmasını boynuna almalısаn». Buna görə də baxış zamanı o, 21,290 qram narkotik vasitə heroin və 2,510 qram psixotrop maddə metamfetaminin özünə məxsus olduğunu bildirmişdir. Şahid4 məhkəmə iclasında verilən suallara cavab olaraq, Müşfiqdən götürdüyü narkotik vasitəni ondan pulla almadığını, kafedə Müşfiqlə birlikdə istifadə etdiyi heroinin təxmini çəkisinin 1-2 qram olduğunu, istifadə etdikdən sonra stolun üstündə qalan heroini götürdüyünü bildirmişdir. Şahid4 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “29 oktyabr 2020-ci il tarixdə, təxminən saat 15 radələrində о, istifadəsində olan sözügedən mobil nömrəsi ilə Müşfiqin istifadəsində olan lakin, yadında qalmayan mobil nömrəsinə zəng edib sоnuncu ilə bir qədər hal-əhval tutub danışmış, Müşfiqdən оnа şəxsi istifadəsi üçün pul müqabilində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satmasını xahiş etmişdir. Müşfiq də оnunlа razılaşmış, sonra Müşfiq оndаn Sabirabad rayonu ərazisindən axan Araz çayının üzərində olan körpünün yanına gəlməyi, həmin yerdə narkotik və psixotrop maddələri оnа satacağını bildirmişdir. О, dа Müşfiqlə razılaşmış və tanımadığı taksi ilə 20 manat pul müqabilində Müşfiqin dediyi yerə getmişdir. Həmin günü təxminən saat 18 radələrində о, Müşfiqlə görüşmüş, Müşfiq ətrafda hər hansı bir şəxsin оnlаrı görmədiyinə tam əmin olduqdan sonra оnа 25 qram narkotik vasitə heroin, 3 qram isə psixotrop maddə metamfetamin vermişdir. О, Müşfiqə 375 manat pul verdikdən sonra sоnuncu ilə sağollaşıb gəldiyi taksiyə minib yaşadığ evə gеtmişdir” Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 31 oktyabr 2020ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Şahid4 evinə baxış keçirilmiş və baxış zamanı onun evindən 24,49 qram heroin və 2,62 qram metamfetamin aşkar edilb götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 02 noyabr 2020-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında”, 03 noyabr 2020-ci il tarixli “baxış və götürmə aparılması haqqında” və 26 fevral 2021-ci il tarixli “video görüntüyə baxış keçilirməsi haqqında” protokoldan və DVD disklərdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Saatlı rayonu, Novruzlu kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş, Əhliman Vəliyev iştirakçılarla birlikdə evin qonaq otağına keçərək orada yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə yazmış, ərizədən sonra evin otaqlarına baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən kağıza bükülünü təqdim edərək, həmin kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Sonra həmin kütləyə baxış keçirmiş, baxış zamanı kütlənin kəskin iyli, narkotik vasitə heroinə bənzər olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinə bənzər kütləni “Whatsapp” mobil telefon proqramı vasitəsilə əlaqə saxladığı İran İslam Respublikası vətəndaşı Abbas adlı şəxs ona göndərdiyini bildirmişdir. Həmin kütlənin ümumi miqdarı 30 qram olduğunu, 20 qramını götürərək Saatlı rayonu ərazisindən axan Araz çayının üzərində olan dəmir körpünün yaxınlığında Kürdəmir şəhər sakini Valehə 300 manata satdığını, yerdə qalan kütlənin üzərindən bir qədərini özü istifadə etdiyini, narkotik vasitəni Valehə satan zaman yanlarında Natiq adlı şəxsin də, olduğunu bildirir. Sonra həmin kütlə elektron tərəzidə çəkilir, bükümlə birlikdə ümumi çəkisinin 1,74 qram olması müəyyən edilir. Sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən bir ədəd əl çantası aşkar edildi. Aşkar edilmiş əl çantasının içərisinə baxış keçirildi. Baxış zamanı əl çantasının içərisindən 15 ədəd beş manatlıq pul əskinazları, 05 ədəd iyirmi manatlıq pul əskinazları, 30 ədəd bir manatlıq pul əskinazları, iki ədəd avtomobilə məxsus açarlar, 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd avtomobilə məxsus texniki şəhadətnamə, bir ədəd notarial qaydada təsdiq edilmiş etibarnamə, bir ədəd Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və bir ədəd plastik pul kartı aşkar edildi. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə və psixotrop maddə aşkar edilmədi. Aşkar edilmiş 01 ədədə əl çantası, 15 ədəd beş manatlıq pul əskinazları, 05 ədəd iyirmi manatlıq pul əskinazları, 30 ədəd bir manatlıq pul əskinazları, iki ədəd avtomobilə məxsus açarlar Təqsirləndirilən şəxs özünə geri qaytarıldı. 01 ədəd Samsung markalı mobil telefon, 01 ədəd avtomobilə məxsus şəhadətnamə, 1 ədəd notarial qaydada təsdiq edilmiş etibarnamə, 1 ədəd Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi və 1 ədəd plastik kart isə götürülür. Götürülmüş heroin qablaşdırılıb möhürlənir və doğruluğu imzalarla təsdiq edilir. Bundan sonra Təqsirləndirilən şəxs ona məxsus VAZ 2101 markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsinə və götürmə aparılmasına etirazının olmaması barədə ərizə yazır. Bundan sonra müdafiəçi Cəfər Hacıyev baxışın gündüz vaxtı, yəni 03.11.2021-ci il tarixdə həyata keçirilməsini xahiş edir, tərəflər isə buna etiraz etmir. Daha sonra Təqsirləndirilən şəxs barəsində aparılan əməliyyat-axtarış və təhqiqat zamanı hər hansı bir fiziki güc və ya zor tətbiq olunub olunmamsı soruşulur, Təqsirləndirilən şəxs isə ona qarşı hər hansı bir fiziki güc və ya zor tətbiq olunmadığını bildirərək şikayət və tələbinin olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində narkotik vasitə və psixotrop maddə saxlamasına dair sual verilərkən, Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq istifadəsində olan və hazırda baxış keçirilən avtomobilinin yük yerində narktoik vasitə marixuana saxladığını bildimişdir. Sonra Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi əl çantasının içərisindən avtomobilinə məxsus açar ilə avtomobilin yük yerini açıb orada olan sellofan torbanı təqdim etmiş və həmin torbanın içərisində narkotik vasitə marixuana olduğunu, həmin marixuananı Saatlı rayonu ərazisindən axan Araz çayının sahilində yabanı halda bitmiş narkotik tərkibli bitkilərdən öz şəxsi istifadəsi üçün tək yığdığını, hər hansı bir şəxsə satmadığını bildirmişdir. Təqdim edilən sellofan torbaya baxış keçirilmiş, baxış zamanı sellofan torbanın içərisində olan kütlənin kəskin iyli, yaşıl rəngli, narkotik vasitə marixuana olması müəyyən edilmişdir. Sonra kütlə elektron tərəzidə çəkilmiş, ümumi çəkisinin 485 qram olması müəyyən edilmişdir. Sonra avtomobilin salonuna baxış keçirilsə də, iş üçün əhəmiyyət kəsb edən hal aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 02 noyabr 2020ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs adlı şəxsin qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroin, marixuana və psixotrop maddə metamfetamin əldə edib istifadə etməsi, yaşadağı evdə saxlaması və onların qanunsuz dövriyyəsi ilə məşğuldur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 01 noyabr 2020-ci il tarixli 16/740 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “31.10.2020ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospekti 27 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin otağından həmin yaşayış evinin sahibi Şahid4 iştirakı ilə götürülmüş narkotik vasitə heroiniə bənzər kütlə..” sözləri və imzalar olan kazğız paketdəki, 1(bir) ədəd şəffaf rəngli polietilen torba kəsiyində təmiz çəkisi-21,290 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş, üzərində “31.10.2020-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospekti 27 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin otağından həmin yaşayış evinin sahibi Şahid4 iştirakı ilə götürülmüş narkotik vasitə heroiniə bənzər kütlə..” sözləri və imzalar olan kazğız paketdəki, 1(bir) ədəd şəffaf rəngli polietilen torba kəsiyində təmiz çəkisi-2,510 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursiorların” siyahısına əsəslanaraq yoxlanıldı və müəyyən oldu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş üzərində “31.10.2020-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospekti 27 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin otağından həmin yaşayış evinin sahibi Şahid4 iştirakı ilə götürülmüş 1(bir) ədəd elektron tərəzi...” sözləri yazılmış kağız paketdəki 1 ədəd “gümüşü” rəngli, elektron tərəzi üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsinin 03 noyabr 2020-ci il tarixli 16/745 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “....Təqsirləndirilən şəxs məxsus VAZ 2101 minik markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yük yerindən sellofan torbada aşkar edilmiş...” sözləri olan kağız paketdəki 1(bir) ədəd sellofan paketdə təmiz çəkisi 470 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş üzərində “....QBRŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroinə bənzər kütlə” sözlər olan kağız paketdəki 1(bir) ədəd kağız bükümdə, təmiz çəkisi 0,984 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 15 fevral 2021-ci il tarixli 483 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə heroin, metamfetamin və kannobinodlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 Bölməsinin 22 aprel 2021-ci il tarixli 16/324 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “31.10.2020-ci il tarixdə Kürdəmir şəhəri, H.Əliyev prospekti 27 nömrəli ünvanda yerləşən fərdi yaşayış evinin otağından həmin yaşayış evinin sahibi Şahid4 iştirakı ilə götürülmüş narkotik vasitə heroiniə bənzər kütlə..” sözləri olan kağız paketdəki bir ədəd şəffaf sellofan bükümdə olan heroin ilə üzərində “....QBRŞ-nin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroinə bənzər kütlə” sözləri olan kağız paketdəki bir ədəd kağız bükümdə olan heroin xarici əlamətlərinə və tərkiblərinə görə eynidir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “baxış keçirilməsi haqqında” 03 mart 2021-ci il tarixli protokoldan görünür ki, “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan “**********” saylı mobil nömrədən gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, 19.07.2020-ci il tarixdə saat 11:30:07-də “**********” saylı mobil nömrəyə “melim men sene dunen dedim ki pulu gondermisen se halal xosun yo sende dersen ki indi gonderem meni ariya qoyubsan? qoy arya Allah komeyin olsun bugunun sabahida var” məzmununda, eyni qaydada 30.07.2020-ci il tarixdə saat 22:03:14 radələrində “qaqa senin payini 10 k 7p veriler baskasina ne derse”, məzmununda, eyni qaydada 17.08.2020-ci il tarrixdə saat 22:25:35 radələrində “Sadiq qardas cani 19 man olsa vermiyecem” məzmununda, 17.08.2020-ci il tarixdə saat 16:04:04 radələrində ********** saylı mobil nömrəyə “Müdir size gelem 150 dene lazimdi qaqa” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan “**********” saylı mobil nömrədən digər mobil nömrələrə də, müxtəlif məzmunda mesaj mətnləri göndərilsə də, həmin mesaj mətnlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan “**********” saylı mobil nömrəyə gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, müxtəlif tarixlərdə və vaxtlarda “**********” saylı mobil nömrədən “Qaqa sabah axşama kimi uzağı verəcəm söyüş söydüm mənə 5 qram mal kişi kimi söyüş söydüm 100%arxayın lomkıyam” məzmununda, eyni qaydada 09.08.2020-ci il tarixdə saat 00:16:40 radələrində “Salam qaqa hardasan bu günlüy 1qram yarım verərsən?30 manatdı, Salam qaqa 1 qram yarım lazımdı hardasan əmələ gəlir tez bir söz de... 2 qramda alınmır hər gün sənə dəyirəmdə qaqa bir iki günlüy belədirdə... 2 qram başua dönüm imkan varsa hardasansa gəlim 45 manat pullum var... Allahaqqı hələ ki 2 qram dedim hə yox dedə nə olar... 5 qram bütoy 100 manatdı bir söz de mənə gözdüyürəm... Qaqa kimdənsə gedib keçən səfər ki kimi götrə bilmərəm sən gələnə gec olacağ pullda qalmıyacağ 5 10 dəyqiyə alınırsa düz qoş bütöy 100…1 qram kola 1 qram patı 25mnt kola 40 mnt patı alınırsa yarım yarım…elə patını mənə tez hə yox de hardasansa gəlim…3qrm kakı yarım qram patı bütöy 100 manatdı imkan varsa düz qoş” məzmununda, müxtəlif tarixlərdə və vaxtlarda “**********” saylı mobil nömrədən “Qaqa pull gəlir bakıdan verilib şoferə hələ çıxmayıb 2 nəfəri qalıb…ola bilər gec olsun zəngim ama mütləy zəng edəcəm lomkıyam yatma…yalan deyənin öz payna saat uzağı 3ə kimi 100 manatnı çatdıracam ölsünün gorun sikim 5 qram gəlim verdə mənə arxayın ol…X15 səfərliy 3 düzəldə bilərsən?...Qaqa evdiyəm 50 manat bütoy hazırdı 2 3 patı var 10luğ biri gəlib götürməlidi 60 manat olsun onu gözdüyürəm lomkıyam…10 manat borclu qalsam olar Allahaqqı verəcəm pullnu kəsmərəm...Qaqa 60 bütoy düzəldi burdan gələ bilərsən çox halsızzam nə olad…Qaqa 60 bütoy düzəldi burdan gələ bilərsən çox halsızzam nə olad...Gəlirsən?axşama gələcəysən inşalla yarı patı götrəcəm...Qaqa yarım patı bir azdan verərsən bratua 20yə sənin klentinəm onsuzda…Qaqa stolun üsdə qalıb tələsiy çıxdım səhər kontur vuraram arxayın ol…Salam qaqa yadımdan çıxmayıb e konturnu yükləyəcəm pull cibdədi...Qaqa neylirsən?getdim ee pulla 300 manatdan 30 manat aldım lomkayamda sənə də utanıram 1 qram yarım ver deməyə əmələ gəlmir???hə yox…Bir kəlmə hə yox de görüm neylirəm bir iki günə krupnı iş olacağ Allaha and olsun 1 qram yarım alınırsa evdəyəm sms yaz gəlim?...Salam qaqa 4 qram kakı ver yarım patı satım klendə var verim pullu…Olmıyacağ 5 10dəyqiyə 3qram kakı dərman varsa dərmanda lazımdı çox...Allah hər zaman qorusun pislərə qənim olsun işin düzələcəy?az istəyirəm ona görə yox dedin işmi düz qoş hər gün alıram ee ən azı 3 qm…Dərmanın var?listdə dərmanda lazımdı patım hələ ki var çox şükür səsini eşitdim balamcanı Vüsala hər gün zəng edib səni soruşurdum…Salam qaqa işim düzəlmədi?aynoyun lazımdı...Salam brat çox şükür eşitdim uzağsan hər şeydən sevindim lap yaxşı mənə iranlı demişdin haa tanış etdə məni nömrəmi ver başqa dönüm… məzmununda mesaj mətni, müxtəlif tarixlərdə və vaxtlarda “**********” saylı mobil nömrədən “Qaqa lomkayamda ayniyonum yoxdu 2 dana mal yarìmda wuwe getirsaydin bawdiyardì pulun verecam 60 da o birsi partiyada Veracam bata bilmaz narahat olma bir danada yaxwì wey gatir iki qardaw cakay…” məzmununda mesaj mətni, Şahid4 istifadəsində olan “**********” saylı mobil nömrədən kiril əlifbası ilə “А brat manim ayaqmda qandal var saqlasalara problem olacaq…А qaqa Natik ne deyir…qaqaş mən seni gozleyirem…arxa su galmadi…yeni xeber var qaqa…” məzmununda mesaj mətni, “**********” saylı mobil nömrədən “Qaqa yaxwi newun varsa gelim goturum sennen qardawun keyfi yoxdu.qonaqda var senol hechneyim yoxdu…İkimizin cani uzuqara qalmiwam bularin yaninda Rehmetliyin bacisibishaqlaridi bew nefer brat.weherde qalandilar brat yaxshi qardawlardi” məzmununda, müxtəlif tarixlərdə və vaxtlarda “**********” saylı mobil nömrədən “Qaqam sen qelirsen atam qerdesim qurban sene qözdüyürem seni… Müsviq qaqam salam necesen qardasim qaqam bir neferde tapmisam oda 40 qram istiyir birdeki dünenkiler 50 qram biri 70 qram bir qaqam mene bir deqiq söz deneki mende bular deyim mene deyilerki Bes qaqa noldu kliyentler ki alimir qaqas eli” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs istifadəsində olan “**********” saylı mobil nömrəyə digər mobil nömrələrdən də, müxtəlif məzmunda mesaj mətnləri göndərilsə də, həmin mesaj mətnlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. “X3” adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələrlə digər mobil nömrələr arasında, o cümlədən Şahid4 istifadəsində olan “**********” saylı və Natiq adlı şəxsin istifadəsində olmuş “**********” saylı mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Təqsirləndirilən şəxs istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələr Bakı şəhərində, Sabirabada və Saatlı rayonlarında müxtəlif anten dairələrində, əsasən isə 29.10.2020-ci il tarixdə isə Sabirabada və Saatlı rayonlarında müxtəlif anten dairələrində olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “baxış keçirilməsi haqqında” 22 mart 2021-ci il tarixli protokoldan görünür ki, “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan “**********” saylı mobil nömrədən gedən kiril əlifbası ilə yazılmış mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, müxtəlif tarixlərdə və vaxtlarda “**********” saylı mobil nömrəyə “Salam valexdi ora gedram 3 0 ka 2 da pa cemi 600 pulum var usduna imkan varsa patı artır...onlara denen quru mal qoysun birazda imkan varsa artıq atsın ustuna kontur vurduz...axşamkı yaxşı idid sulu dordu nem idi yaxşıdı tapşır ora oxuyandan sonra zeng ele..menim ora borcum qalmadı o 5 dananida borcunu verdim...” məzmununda, müxtəlif tarixlərdə və vaxtlarda “**********” saylı mobil nömrəyə “raxim qaqa o qaradan ver satım ismalı pulun istiyir 300 manatı...qismetden o pul keçdim burda 50 qram qaranı gotur...qara gotur 10 qram... məzmununda, müxtəlif tarixlərdə və vaxtlarda “**********” saylı mobil nömrəyə “10 dana şuşe...qaqarina variant farı naşa ver...qaqa varsa yarı naşa verda...” məzmununda, bundan əlavə müxtəlif tarixlərdə və vaxtlarda Təqsirləndirilən şəxs istifadəsində olan “**********” saylı mobil nömrəyə “А brat manim ayaqmda qandal var saqlasalara problem olacaq…А qaqa Natik ne deyir…qaqaş mən seni gozleyirem…arxa su galmadi…yeni xeber var qaqa…” məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə Şahid4 istifadəsində olan “**********” saylı mobil nömrədən digər mobil nömrələrə də, müxtəlif məzmunda mesaj mətnləri göndərilsə də, həmin mesaj mətnlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. Həmin diskdə “SMS Tarixçəsi” adlı faylın içərisinə daxil olan “**********” saylı mobil nömrəyə gedən mesaj mətnlərinə baxış zamanı müəyyən edildi ki, müxtəlif tarixlərdə və vaxtlarda “**********” saylı mobil nömrədən “qaqulya 7sin 25 m duzeler?...salam zeng vurmadım indilerde oyanmışam patım yoxdu gozum yumulur ancaq... ON BİRİN 6q-birinde 4ele tez bazar ele qaqa gozirjtler meCEM ELE ZERER YOXDU…25-den.7q 175m di…” məzmununda, “**********” saylı mobil nömrədən “Vаlеh, sеnаllаh, cаtаndа, mеni, уig,vеziуеt,pisdi...Vаlеh, sаlаm, nеcе, gundu, xеstе, уаtirаm, mеnе, уаrim, pаs аtа bilеrsеn 40 olsun, аrаmiz, 2, 3, gunе,vеrеcеm... Qаrdаw, imkаn, olsа, mеni, gor, 2 wtuk..уеqin, уаxwi,olаr..dunеnki, уаrimciq, oldu, qеdirli еlxаn...” məzmununda, “**********” saylı mobil nömrədən “sene dedim ahl 2 kraml ver red olsun baülmdan menim demiüem ki valeh bulun isdeyir hec onu tapıb vere bilmirem harda verim yene mal belede nolub ki... bir cet kotur kola yadan cıxmasln...” məzmununda, “**********” saylı mobil nömrədən “Mene normal bir dene daw hell ele pul tapmiwam gelim goturum.. MENİM QONAQİM GOZLEYİR MAWİNİ SAXLATDİRİB GETMELİDİLER İMKAN ELE SENCANİ TEZ YOLA SALİM GETSİN BUNLARİ... Yari pati...” məzmununda, “**********” saylı mobil nömrədən “Brat 5mewok qara qum 1mewok ağ sement kende qayidacam... Menem qara 2 bir 1 pati.sabahda 2 dene yetime hazr ele... Qaqaw ne xeber var.dunenden gozdyrem emi oqlu.3 dene cola bidene pati. Qowinen bir yerdeyik.ikmzkidi... Qardawim necedi veziyet gelmiwem menen wikayet elemiwdiler.gedecem 2kola 1sement.evdeyem…Brat lomkada qalmiwam dunenen 2 mewok qum 1ag sement…4mewok evdeyem…Brat 5mewok qum1aq sement gelda…Brat salam biz terefe gelsun 1ağ sement getirda neolar borcumda bagliyacaq… məzmununda iş üçün əhəmiyyət kəsb edən mesaj mətnləri göndərilmişdir. Bundan əlavə Şahid4 istifadəsində olan “**********” saylı mobil nömrəyə digər mobil nömrələrdən də, müxtəlif məzmunda mesaj mətnləri göndərilsə də, həmin mesaj mətnlərində iş üçün əhəmiyyət kəsb edən hər hansı bir hal aşkar edilməmişdir. “X3” adlı digər faylın içərisinə isə daxil olan zaman müəyyən edilmişdir ki, Şahid4 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələrlə digər mobil nömrələr arasında, o cümlədən Təqsirləndirilən şəxs istifadəsində olan “**********” saylı və Natiq adlı şəxsin istifadəsində olmuş “**********” saylı mobil nömrələr arasında çoxsaylı zənglər olmuş, həmin zənglər zamanı Şahid4 istifadəsində olmuş “***-***-**-**” saylı mobil nömrələr Bakı şəhəri, Kürdəmir, Sabirabad və Saatlı rayonlarında müxtəlif anten dairələrində, əsasən isə Kürdəmir rayonunda müxtəlif anten dairələrində olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “Əşyanın maddi sübut hesab edilməsi haqqında” 18 dekabr 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilib qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 469,8 qram olan narkotik vasitə olan qurudulmuş marixuana, qalıq çəkisi 0,934 qram olan narkotik vasitə heroin iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və cinayət təqibi üzrə icraat başa çatanadək Kürdəmir RPŞ-yə məsul saxlanca verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 aprel 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,734 qram olan heroin, avtomobilindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 469,8 qram olan marixuana, həmçinin cinayət işinə əlavə edilmiş 31 oktyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Şahid4 yaşadığı fərdi yaşayış evinə və üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk, 02 noyabr 2020-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə, üzərinə və avtomobilinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk, həmçinin “xxxx” MMC-dən və “xxxx” MMC-dən əldə edilmiş 2 ədəd “CD” disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Saatlı Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi konsultativ poliklinika şöbəsinin 14 noyabr 2020-ci il tarixli 1356 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs narkoloji xəstəliklə Saatlı rayon Poliklinikasında qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Saatlı Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin 16 aprel 2021-ci il tarixli 1067 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Saatlı RMX PHŞ-in poliklinika şöbəsində ruhi-əsəb kabinetində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Saatlı rayon İcra Hakimiyyəti başçısının Novruzlu kənd İƏD üzrə nümayəndəlisinin 23 noyabr 2020-ci il tarixli, 175 nömrəli arayışından və 06 noyabr 2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs bacısı X4 ( İ qrup əlil) ilə birlikdə Saatlı rayonu, Novruzlu kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “şübhəli şəxsin tutulması haqqında” 02 noyabr 2020-ci il tarixli protokoldan və Kürdəmir Rayon Məhkəməsinin 04 noyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 11 dekabr 2020-ci il tarixli tələbnamədən, Saatlı rayon məhkəməsinin 16.08.2011-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Saatlı rayon məhkəməsinin 16.08.2011-ci il tarixli hökmü ilə Аzərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 1500 manat cərimə cəzasına məhkum edilmiş, 21.06.2013-cü ildə Аzərbaycan Respublikası Milli Məclisinin 07.05.2013-cü il tarixli amnistiya haqqında qərarına əsasən təyin olunmuş cəzadan azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Müşfiqin yuxarıda qeyd edilən məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28.06.2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanununun 10.0.11-ci maddəsinə göstərilir ki, «narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir». Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri və psixotrop maddələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin, psixotrop maddələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinin ona məxsus olmasına baxmayaraq həmin narkotik maddəni satış məqsədilə üzərində saxlamamasına, avtomobilindən aşkar edilmiş 470 qram marixuanın ona məxsus olmadığına, polis şöbəsində ona polis əməkdaşları tərəfindən psixi təsir göstərildiyinə, Şahid4 hər hansı bir narkotik vasitə və psixotrop maddə satmadığına dair ifadələri, özünün məhkəmə istintaqı zamanı qismən etirafedici ifadəsi, ibtidai istintaq zamanı etiraf edici ifadəsi, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, “Şəxsi axtarış və götürmə aparılması haqqında” protokollar, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Şahid4 yaşadığı fərdi yaşayış evinə və üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diskə və Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə, üzərinə və avtomobilinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 2 ədəd “DVD” disk baxış protokolları, ekspert rəyləri, cinayət işinin materiallarına əlavə edilərək məhkəmə iclasında araşdırılmış təqsirləndirilən şəxsə məxsus mobil telefon nömrəsinə gələn və gedən mesaj mətnlərinin tədqiqi, 22 aprel 2021-ci il tarixli 16/324 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş Şahid4 üzərindən götürülmüş narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroinin xarici əlamətlərinə və tərkiblərinə görə eyni olması, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və həmin hissədə sübut növü kimi qəbul etmir. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 02 noyabr 2020-ci il tarixdə şübhəli qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş və ona hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuşdur. Bundan başda, 03 noyabr 2020-ci il tarixdə ona məxsus avtomobilə baxış zamanı prosessual hərəkətləri videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt avtomobildən aşkarlanmış narkotik vasitə marixuananın ona məxsus olmasını bildirmişdir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxs tərəfindən Şahid4 satılmış narkotik vasitə və psixotrop maddənin külli miqdarda yəni şəxsi istehlak miqdarından artıq olmasına, sonuncuya satdığı, həmçinin üzərindən və avtomobildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddənin müxtəlif növlərdə olmasına, 22 aprel 2021-ci il tarixli 16/324 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş Şahid4 üzərindən götürülmüş narkotik vasitə heroinlə Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik vasitə heroinin xarici əlamətlərinə və tərkiblərinə görə eyni olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək üzərində saxlamaqla daşıması və satması qənaətinə gəlir. Beləliklə, cinayət işi üzrə toplanmış və məhkəmə baxışı zamanı əldə edilmiş sübutları, şahid ifadələrini, ekspert rəylərini, istintaq hərəkətinin protokollarını tədqiq edib Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinin tələblərinə müvafiq olaraq araşdırılmış sübutları mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirərək məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, onunla birlikdə yaşayan bacısı X2 İ qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs münasibətdə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 02 noyabr 2020-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 15 fevral 2021-ci il tarixli 483 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,734 qram olan heroin, avtomobilindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 469,8 qram olan marixuana məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, 3 ədəd “DVD” disk və 2 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalı, Şahid4 yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 20,99 qram olan heroin, qalıq çəkisi 2,410 qram olan metamfetamin, 1 ədəd elektron tərəzi Şahid4 barəsində ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 123,60 manat (yüz iyirmi üç manat altımış qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını ibtidai istintaq zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9 prosessual hərəkətlərdə 20 saat, məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 20 saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçlərin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, ibtidai istintaq zamanı vəkil X9 20 iş saat, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 20 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkilləri X9 və Müdafiəçi həyata keçirdiyindən hərəsinə ayrılıqda 120 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 02 noyabr 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 0,734 qram olan heroin, avtomobilindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 469,8 qram olan marixuana məhv edilsin, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, 3 ədəd “DVD” disk və 2 ədəd “CD” diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın, Şahid4 yaşadığı evdən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 20,99 qram olan heroin, qalıq çəkisi 2,410 qram olan metamfetamin, 1 ədəd elektron tərəzi Şahid4 barəsində ayrılmış ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 123,60 (yüz iyirmi üç manat altımış qəpik) manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs oğluna dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X5 vəkil işlədiyi Gəncə şəhıər 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat, Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 120 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar