Məhkəmə qərarları › İş №1(100)-227/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-227/2023

20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-227/2023 20.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər X5 və İmanov Dadaş Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs oğunun, müdafiəçi - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Gədəbəy rayonu Yaqublu kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Gədəbəy rayonu Yaqublu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Ağdam rayonu, Dördyol-1 qəsəbəsində yerləşən 1118 nömrəli evin həyətyanı sahəsində, əmisi oğlu Şahid6 faktiki nikah münasibətində olduğu X2 anası X3 ölümünün birinci ildönümü ilə əlaqədar həmin ünvanda keçirilən məclisdə iştirak edib əmisi oğlu Şahid6la birlikdə həmin məclisi tərk etdikdən sonra Şahid4nın qardaşı Zərərçəkmiş şəxs bacısı Şahid4 ilə Şahid6 arasındakı qeyri-rəsmi münasibəti aydınlaşdırmaq məqsədi ilə sonuncunun idarə etdiyi “Opel Astra” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilin həmin qəsəbənin ərazisində hərəkətdə olduğunu görüb işarə edib saxlatmaqla Şahid6 özünün idarə etdiyi "Mercedes Benz C 200” markalı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobilə əyləşdirərək Ağdam rayonu Dördyol-1 qəsəbəsində yerləşən 1118 nömrəli evin həyətinə gətirdikdən sonra orada Şahid6 ünvanına nalayiq ifadələr işlədib təhqir edərkən həmin vaxt orada Zərərçəkmiş şəxs söyüş söyməsinə görə iradını bildirib mübahisəyə müdaxilə etdiyindən sonuncu onun da ünvanına nalayiq ifadələr işlədərək təpiklə vurub yerə yıxmış, bundan sonra aralarında şəxsi münasibətlər zəminində baş vermiş dava-dalaş zamanı üzərində gəzdirdiyi açılıb qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs arvadı Şahid1, azyaşlı uşaqları Şahid2, Şahid3, bacıları X10 və Şahid5 gözü qarşısında müstəsna rəhimsizlik göstərərək əzab verdiyini dərk edib bunu arzulamaqla ümumilikdə iki bıçaq zərbəsi vuraraq sol bazunun deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid, həmçinin diafraqmanın, dalağın, sol böyrəyin zədələnməsi ilə torako-abdominal yaralanma ilə nəticələnən, yetirildiyi anda insan həyatı üçün təhlükəli olan bədən xəsarətlərini yetirib Zərərçəkmiş şəxs sağlamlığına xüsusi amansızlıqla qəsdən AĞİR zərər vurmuşdur. Məhkəmə baxışında təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktiki halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək göstərdi ki, əvvəllər Rusiya Federasiyasında yaşasa da xx.xx.2022-ci il tarixdə doğulduğu Gədəbəy rayonu, Yaqublu kəndinə qayıtmış, kənddə iş tapmadığı üçün Bakı şəhərində yaşayan əmisi oğlu Şahid6 yanına gedib iş tapana qədər Samirin evində qalmışdır. xx.xx.2022-ci il tarixdə o, Gəncə şəhərində yerləşən Asan Xidmət Mərkəzindən şəxsiyyətini təsdiq edən sənədi götürmək üçün Gəncə şəhərinə gedəcəyini bildirəndə Samir ona qeyri-rəsmi nigah münasibətində olduğu X2 Ağdam rayonunda vəfat etmiş anasının ildönümünə gedəcəyini, getmək istəsə, birgə gedə biləcəyini demişdir. O, Samirin təklifi ilə razılaşaraq Samirin idarə etdiyi "Opel Astra" markalı **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərindən Gəncə şəhərinə gəlib şəxsiyyətini təsdiq edən sənədi əldə etdikdən sonra gecəni Gəncə şəhərində otellərin birində qalıb xx.xx.2022-ci il tarixdə Ülviyyənin anasının Ağdam rayonunda təşkil olunmuş ildönümünə gəlmişlər. Məclisdə iştirak edib Samirlə birlikdə Bakı şəhərinə geri qayıdanda həmin gün təxminən saat 15 radələrində qəsəbə ərazisində Ülviyyənin qardaşı Kəmaləddin qeydiyyat nişanını və markasını xatırlamadığı avtomobillə Samirin idarə etdiyi avtomobili dayanma işarəsi verib saxlatmış, Samirlə şəxsi söhbəti olduğunu bildirib Samiri idarə etdiyi avtomobilə çağırmışdir. Samir Kəmaləddinin avtomobilinə oturduğu üçün, Samirin idarə etdiyi avtomobili arxası ilə sürüb ildönümü keçirilən həyətə qayıtmışlar. X8 ilə Samirin qeyrirəsmi münasibətinə aydınlıq gətirmək üçün bağda Samirə söyüş söyəndə o, yaxınlaşıb Kəmaləddinə Samirin ünvanına söydüyü söyüşlərdən ona da çatdığını bildirmiş, lakin Kəmaləddin onu da söyüb təpiklə sinəsindən vurub yerə yıxmışdır. O, həmin vaxt Kəmaləddinlə əlbəyaxa dava edərkən üzərində olan açılıb qatlanan cib bıçağı ilə bir dəfə Kəmaləddinin sol qoluna vurub onu dayandırmaq istəmiş, lakin Kəmaləddin onun üzərinə gəlməkdə davam etdiyi üçün o, həmin bıçaqla bir dəfə də Kəmaləddinin sol tərəfindən böyrək nahiyəsindən vurmuş, Kəmaləddinin ayağı ağaca ilişmiş və sonuncu yerə yıxılmışdır. Kəmaləddini bıçaqla vurandan sonra Kəmaləddinin hadisə yerində olan yaxınları o və Samirin üzərinə gələndə o, qorxudan Kəmaləddini vurduğu bıçağı həyətə atıb oradan küçəyə çıxmış, Samirlə birlikdə avtomobilinə oturaraq hadisə yerindən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, Kəmaləddinə bıçaqla xəsarət yetirəndə ailə üzvləri yəni arvadı bacıları yaxında olsa da, azyaşlı uşaqlarının onun atalarını bıçaqla vurmasını gördüklərini xatırlamır, hadisədən sonra Kəmaləddinin qohumları onların üzərinə gəldiyi üçün Samirlə biryerdə həyətdən qaçmışlar. Zərərçəkmiş şəxsla aralarında hadisəyə qədər hər hansı münaqişə və ya mübahisə olmamışdır. Hazırda o, zərərçəkmiş şəxslə barışmış və onun sağlamlığına vurduğu ziyanı tam olaraq ödəmişdir. Törətdiyi əməldən peşmandır, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Gəncə şəhərində yerləşən Yeni Kəlbəcər qəsəbəsində yaşayır. Bacısı Ülviyyə ilə münasibətləri yaxşı olmuş, Ülviyyə ərindən boşandıqdan sonra Sumqayıt şəhərində yaşamağa başlamışdır. O, bacısı Ülviyənin boşandıqdan sonra qeyri-rəsmi Samir adlı şəxslə yaşamasını eşitmişdir. xx.xx.2022-ci ildə anası Məlahətin il mərasimində iştirak etmək üçün ailə üzviləri ilə birikdə Ağdam rayonu, Dördyol-1 qəsəbəsində yerləşən 1118 №-li ata evinə gəlmişdir. Həmin gün saat 15 radələrində idarə etdiyi “MERCEDENZ BENZ C 200” maraklı, **-NE-*** dövlət qeydiyyat nişanlı avtomobillə qəsəbədə hərəkətdə olarkən anasının il dönümündə iştirak edən Samirin avtomobilini küçədə görüb Samirlə Ülviyyənin münasibətinə aydınlıq gətirmək üçün Samirin avtomobilinin yanında saxlayıb şəxsi söhbət etməli olduğunu deyib Samiri avtomobilnə çağırmışdır. Samir avtomobilinə oturduqdan sonra bir yerdə evlərinin həyətinə gəlmiş, Samir və Ülviyyəni bağa çağırıb, Samirdən kim olmasını və onun ata evinə nə üçün gəlməsini soruşmuşdur. X13 kimliyini soruşanda Ülviyyə ona cavab verməmişdir. Samirə “ay qardaş mənim evimdə nə işin var” sual verəndə Samir taksi sürücüsü olduğunu bildirmişdir. Samirin Ülviyyənin azyaşlı uşaqlarının gözü qarşısında bacısının evinə gedib-gəlməsini, hələ bunlar azmış kimi qohum, qonşu, dost və tanışının olduğu anasının il dönümünə gəlməsini onu “binamus” hesab etməsini qəbul etməyib Samirə söyüş söymüşdür. Samirlə birlikdə il dönümünə gələn Təqsirləndirilən şəxs ona nə “problem var? dedikdə Eşqinə öz həyətində ona nə “problem” ola bilər deyə cavab vermişdir. Eşqin ona Samirin əmisi oğlu olduğunu, Samirin ünvanına söydüyü söyüşdən ona da çatdığını demişdir. Samir və Eşqinin hərəkətlərini qəbul etməyib əsəblərinə hakim ola bilməmiş Eşqinin köynəyindən tutub özünə tərəf çəkərək təpiklə bir dəfə qarnından vurmuş, Eşqin aşağı çökmüşdür. Ülviyyə və arvadı Aygün araya girib dava-dalaşa mane olanda Ülviyyə onun köynəyindən tutub geri çəkmişdir. Eşqinin şalvarının kəmər yerindən qara rəngli açılıb-qatlanan cib bıçağı çıxartmış, bıçaqla bir dəfə onun sol qolunun dirsəkdən yuxarı nahiyyəsindən vurub qolunu yaralamışdır. O, yenidən Eşqinin üzərində gələndə Eşqin bıçaqla ikinci dəfə ona sol böyrək nahiyəsindən daha bir zərbə endirmişdir. O, ətrafda olan bacılarına “uşaqları qoruyun” deyərək Eşqinin əlində bıçaq olduğunu bildirmiş, sonradan darvazaya tərəf gələrək orada yıxılıb qalmışdır. Eşqin ona bıçaqla xəsarət yetirəndə arvadı, azyaşlı uşaqları yaxında olmuş, sonradan qızı Nurgüllə oğlu Elgün ona bildirmişlər ki, Eşqin onu bıçaqla vurub xəsarət yetirəndə görmüş, qan içində həyət darvazasının qarşısında çabalayanda onun ölməsini güman edib qorxmuşlar. Zərərçəkmiş şəxs məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, hazırda təqsirləndirilən şəxslə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəymiş ziyan təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun əri, Şahid4 isə baldızıdır. Ülviyyə ərə getdikdən sonra Sumqayıt şəhərində yaşamış və 3 il bundan əvvəl isə ərindən boşanaraq Sumqayıt şəhərində qalıb orada yaşamışdır. Ülviyyə boşandıqdan sonra Samir adlı şəxslə birlikdə qeyri-rəsmi yaşayır. Lakin bu barədə heç kimə bildirməmişdir. xx.xx.2022-ci il tarixdə mərhum qaynanası X3 il dönümü olduğu üçün yaşadığı əri və uşaqlarlı ilə birlıikdə Ağdam rayonu, Dördyol-1 qəsəbəsinə Kəmaləddinin ata evinə gəlmişlər. İl dönümünə Samir yanında bir nəfər tanımadığı oğlanla gəlmişdir. Məclis yekunlaşandan sonra Kəmaləddin ona zəng edərək evə qayıtmaq üçün hazırlaşmağı tapşırmışdır. O, uşaqları Elgün və Nurgüllə hazırlaşmağa başlayanda saat təxminən 15 radələrində Kəmaləddin Samirlə birlikdə həyətə gələrək bağa tərəf getmişlər. Kəmaləddin Ülviyyəni də bağa çağıranda, o Kəmaləddinin yanına getmişdir. X12 kim olmasını və onların həyətində nə işi olduğunu soruşub namus söhbətinə görə Samirə söyüş söyəndə Samirlə məclisə gələn Eşqin adlı şəxs Kəmaləddinə yaxınlaşıb Samirin əmisi oğlu olduğunu bildirib Samirə söyülən söyüşdən ona da çatdığını deyəndə Kəmaləddin Eşqindən kim olduğunu soruşmuşdur. Eşqin isə Kəmaləddinə cavab verməmiş, Kəmaləddin Ülviyyədən ərini soruşanda Ülviyyə “sənin bilmədiklərin var” demişdir. Kəmaləddin bir daha Samir və Eşqindən həyətlərində nə işləri olduğunu soruşanda Eşqin Kəmaləddinə “nə problem var” deyə sual vermişdir. Kəmaləddin isə ona öz həyətində “nə problem ola bilər” deyəndə Eşqinlə sözləri çəpləşmiş və Kəmaləddin Eşqinə də söymüşdür. Sonra Eşqini köynəyinin yaxasından tutub özünə tərəf dartıb bir dəfə təpiklə qarnından vurub yerə yıxmışdır. Eşqin ayağa qalxıb şalvarının kəmər yerindən açılıb-bağlanan cib bıçağı çıxarıb bir dəfə Kəmaləddinin sol qolundan vurub xəsarət yetirmiş, Kəmaləddin yenə Eşqinin üzərinə gedəndə Eşqin bir dəfə də bıçaqla Kəmaləddinin sol böyrək nahiyəsindən vurmuş və Kəmaləddin zərbədən yerə yıxılmışdır. Eşqinin Kəmaləddini bıçaqla vurub xəsarət yetirdiyinə görə qohumları Samir və Eşqinin üzərinə gələndə Eşqinlə Samir həyətdən küçəyə qaçmışdır. Kəmaləddin onun gözü qarşısında bıçaqla vurulduğu üçün özünü itirmiş və hadisədən “şok” keçirtmişdir. Kəmaləddin həyət darvazasının qarşısına qədər gəlib küçəyə çıxaraq qan içində yerə uzanıb çabalayıb huşunu itirəndə o, artıq Kəmaləddin öldüyünü güman etmiş, bərk sarsılmışdır. Sonradan Kəmaləddini maşına qoyub xəstəxanaya aparmış və orada tibbi yardım göstərmişlər. Şahid1 məhkəmə iclasında əlavə olaraq bildirdi ki, təqsirləndirilən şəxslə barışmışlar, ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasından qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Gəncə şəhərində yerləşən Kəlbəcər rayon 9 saylı tam orta məktəbin 5ci sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə nənəsi X3 il dönümü olduğu üçün yaşadıqları Gəncə şəhərindən Ağdam rayonu Dördyol-1 qəsəbəsində yerləşən nənəsigilə atası Kəmaləddin, anası Aygün və 8-ci sinif şagirdi olan qardaşı Elgünlə birlikdə gəlmişdir. Məclis başa çatandan sonra atası Kəmaləddin Ülviyyənin tanışı Samirlə həyətə gəlib oradan bağa keçmişlər. Atası bağda nəyəsə narazılıq etdiyi üçün anası Aygün, bibiləri Ruhiyə və Ülviyyə bağa tərəf gedəndə orada səs-küy başlamış və qarışıqlıq düşmüşdür. Samirlə bir yerdə olan Eşqin şalvarının kəmər yerindən çıxardığı cib bıçağı ilə atası Kəmaləddinin qolundan vurmuş, atası bir daha Eşqinin üzərinə gedəndə Eşqin bu dəfə atasını belindən vurmuş və zərbədən atası yerə yıxılmışdır. Qohumları atasının vurulduğunu görüb Samir və Eşqinin üzərinə gələndə Samirlə Eşqin bağdan çıxıb küçəyə qaçıb avtomobilə oturub oradan uzaqlaşmışlar. Məhkəmə baxışı zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 bacısı Şahid2 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmiş, atasının Eşqin tərəfindən vurulduğunu gördüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 göstərdi ki, 2019-cu ildə ərindən boşandıqdan sonra övladları ilə birikdə Sumaqayıt şəhərində yaşamış, həmin ilin sonlarında Şahid6la tanış olub qeyri-rəsmi nigah münasibətində yaşamışlar. xx.xx.2022-ci il tarixdə o, anası Məlahətin vəfat etməsin ildönümünü qeyd etmək üçün Sumqayıt şəhərindən Ağdam rayonu, Dördyol-1 qəsəbəsində yerləşən ata evinə gəlmişdir. xx.xx.2022-ci il tarixdə, saat 14 radələrində Samir əmisi oğlu Eşqinlə idarə etdiyi “OPEL ASTRA” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə mərasimdə iştirak etmək üçün onlara gəlmişlər. Məclis başa çatdıqdan sonra Samir Eşqinlə Bakı şəhərinə getmək məqsədi ilə evdən çıxmışlar. Təxminən 10-15 dəqiqə sonra qardaşı Kəmaləddin, Samir və Eşqin yenidən həyətə qayıdıb gəlmişlər. Kəmaləddin həyətdə söyüş söyüb bildirmişdir ki, Samirlə şəxsi işi var heç kim onlara yaxınlaşmasın. Kəmaləddin Samiri bağa çağrııb onunla Samirin qeyri-rəsmi münasibətinə narazlıq edib Samirə söyüş söymüşdür. O, isə Kəmaləddinə bildirmişdir ki, bu barədə axşam söhbət edərlər. Kəmaləddin bir daha ona söyəndə Samir söyüşlərə son qoymağı və bu barədə başqa vaxt geniş söhbət etməyi demişdir. Həmin vaxt Eşqin Kəmaləddinə söyüş söydüyü üçün irad tutmuş, Kəmaləddin Eşqinə də söymüşdür. Eşqin Kəmaləddinə “qaqa sən məni tanıyırsan ki, mənə söyürsən?” deyəndə Kəmaləddin bir daha onların ünvanına nalayiq söyüş söymüş və bundan sonra Kəmaləddinlə Eşqin əlbəyaxa olmuşlar. X14 tutub saxlasa da ara qarışmış, bacısı oğlu Nihad, bacısı Ruhiyyə qışqıranda məlum olmuşdur ki, Eşqin Kəmaləddini bıçaqla vurub xəsarət yetirib. Kəmaləddin bıçaqla xəsarət alandan sonra yas yerində olan qohumlar əsbiləşib üzərlərinə gələndə Samirlə Eşqin həyətdən küçəyə qaçaraq gəldikləri “OPEL ASTRA” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturub oradan uzaqlaşmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2021-ci il tarixdə vəfat etmiş anası Məlahətin Ağdam rayonu Dördyol-1 qəsəbəsi 1118 №-li evlərinin həyətində təşkil edilmiş il mərasiminə uşaqları ilə birlikdə gəlmişdir. Məclisdə bacısı Ülviyyənin ərindən boşanandan sonra qeyri rəsmi yaşadığı Samir qohumu Eşqinlə birlikdə gəlib iştirak edərək saat 15 radələrində sağollaşıb getmişlər. Təxminən 15 dəqiqə sonra qardaşı Kəmaləddinlə Samir yenidən həyətə qayıtmış, Kəmaləddin Samiri bağa çağırmış, Ülviyyənin ünvanına söyüş söyüb onu da bağa çağırmış və Samirin kimliyini soruşub Samirə də söymüşdür. Ülviyyə Samiri əri kimi təqdim edəndə Eşqin kənardan Kəmaləddindən nə baş verməsini soruşmuşdur. Kəmaləddin Eşqinin kimliyini soruşanda Eşqin Samirin qohumu əmisioğlu olduğunu bildirmişdir. Bu zaman Eşqinlə Kəmaləddin arasında Kəmaləddinin söyüşlərinə görə mübahisə yaranmış, Kəmaləddinin arvadı Aygün o, Ülviyyə dava-dalaş olmasın deyə araya girib Kəmaləddini sakitləşdirməyə çalışmışlar. Kəmaləddin Eşqini təpiklə vurub yerə yıxmış, Eşqin ayağa qalxandan sonra şalvarının kəmər yerindən cib bıçağı çıxarıb gözlənilmədən bıçaqla Kəmaləddinin sol qolundan vurmuşdur. Kəmaləddin bir daha Eşqinin üzərinə gedəndə Eşqin ikinci dəfə bıçaqla Kəmaləddinin böyrək nahiyəsindən vurmuşdur. Zərbədən Kəmaləddin yerə yıxılmış, Samir isə hadisəni görüb özünü itirmişdir. Bundan sonra ətrafdakı qohumlar hadsəyə görə əsəbiləşib üzərlərinə gəldikdə Eşqinlə Samir həyətdən küçəyə qaçıb orada saxladıqları avtomobilə oturub qaçıb getmişlər. Məhkəmə baxışında şahid qismində dindirilmiş Şahid6 göstərdi ki, Şahid4 ilə 2019cu ildə Bərdə rayonunda tanış olmuş və qeyri-rəsmi nigah münasibətində yaşamışlar. 2022-ci ilin iyul ayında əmisi oğlu Təqsirləndirilən şəxs işləmək üçün yaşadığı Gədəbəy rayonundan Bakı şəhərinə yanına gəlmişdir. xx.xx.2022-ci ildə Eşqin ona Gəncə şəhərinə gedib “ASAN Xidmət Mərkəzi”ndən şəxsiyyətini təsdiq edən sənədi götürməli olduğunu demiş, O, da Eşqinə xx.xx.2022-ci ildə Ülviyyənin anasının Ağdam rayonunda il dönümü məclisi olacağını, Ülviyyənin orada olacağını, onunla birlikdə Gəncəyə, oradan da Ülviyyəgilə getməyi təklif etmişdir. Eşqin onunla razılaşdıqdan sonra o, etibarnamə ilə idarə etdiyi “OPEL ASTRA” markalı, **-CF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Eşqinlə Bakı şəhərindən xx.xx.2022-ci il tarixdə, gecə 04 radələrində Gəncə şəhərinə gəlmiş, gecə oteldə qaldıqdan sonra ertəsi gün Elgünün şəxsiyyətini təsdiq edən sənədi götürüb Ağdama- Ülviyyəgilə gəlmişlər. Saat 15 radələrində məclis başa çatmış, o, Bakı şəhərinə qayıdanda Ülviyyənin qardaşı Kəmaləddin idarə etdiyi dövlət qeydiyyat nişanı yadında qalmayan “Merceden BENZ” markalı avtomobillə arxadan onlara çatıb, işarə edərək saxlatmış və onunla şəxsi söhbəti olduğunu geri qayıtmağı demişdir. Özü Kəmaləddinin maşınında onun avtomobilini isə Eşqin idarə edərək məclis keçirilən həyətin qapısına gəlmişlər. Həyətə girəndən sonra Kəmaləddin söyüş söyüb heç kimin söhbətə müdaxilə etməməsini deyib, onu bağa çağırmış, onun Ülviyyə ilə olan qeyri-rəsmi münasibətinə narazılıq edib Ülviyyənin də ünvanına söyüş söymüşdür. Kəmaləddinə söyüş söydüyü üçün irad tutub bu barədə başqa vaxt geniş söhbət etməyi təklif etsə də Kəmaləddin bir daha ona söymüş, həmin vaxt Eşqin onlara yaxınlaşaraq əmisi oğlu olduğu üçün söyüşdən ona da çatdığını demişdir. Kəmaləddin yenə əsəbi şəkildə Eşqinə söyüb həyətlərində nə işi olduğunu soruşmuş, Eşqin isə Kəmaləddinə “qaqa sən məni tanımırsan, nəyə görə söyüş edirsən?” deyib irad bildirmişdir. Kəmaləddin Eşqinə yenə söyüb təpiklə qarnından vurub yerə yıxmışdır. X14 tutub saxlasa da Kəmaləddin Aygünün əlindən çıxıb Eşqinin əlində bıçaq olsa da əhəmiyyət verməyib Eşqinin üzərinə gəlmiş və həmin vaxt Eşqin bıçaqla Kəmaləddinin sol qolundan bir dəfə vurmuşdur. Orada olanlar Kəmaləddinin bıçaqlanmasını bilən kimi Kəmaləddinə qoşulub Eşqin və onun üzərinə gələndə Eşqin bıçaqla Kəmaləddinə sol tərəfindən böyrək nahiyəsinə daha bir zərbə endirmişdir. O, Eşqini Kəmaləddini vurduğu üçün danlayanda Eşqin bunu etmək istəmədiyini, sadəcə Kəmaləddini özündən kənarlaşdırmaq üçün vurduğunu demişdir. Bundan sonra ətrafdakı şəxslərin onların üzərində gəldiyini görüb, Eşqinlə birlikdə onun küçədə saxladığı avtomobilə oturub oradan qaçmışlar. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, “Bərdə rayonunda yerləşən internat tipli orta məktəbin 8-ci sinif şagirdidir. xx.xx.2022-ci il tarixdə vəfat etmiş nənəsi Məlahətin ildönümü mərasimi təşkil edilmiş, həmin məclisə anası Ruhiyə ilə o da gəlmişdir. Saat təxminən 15 radələrində dayısı Kəmaləddinin məclisə gələn Samir adlı şəxslə xalası Ülviyyənin sevgi münasibətinə razı olmadığı üçün bağda mübahisə etməsini görmüşdür. Kəmaləddin orada söyüş söydüyünə görə Samirin qohumu Eşqin kənardan Kəmaləddinə “nəsə problem var” deyəndə Kəmaləddin Eşqinə bildirmişdir ki, “sən kimsən” və “bizim” həyətdə nə işin var”. Kəmaləddinlə Eşqin mübahisə etməyə başlamış və Kəmaləddin Eşqinə təpik atmış, Eşqin isə şalvarının kəmərindən cib bıçağ çıxarıb Kəmaləddinə iki dəfə bıçaqla vurmuşdur”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, “xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində küçədə qışqırıq səsləri gəldiyi üçün küçəyə çıxanda Kəmaləddini həyət qapısının qarşısında qan içində yerdə uzanıqlı vəziyyətdə hüşsuz halda görmüşdür. Məlum olmuşdur ki, Kəmaləddin anasının il dönümündə iştirak edən qonaqlardan biri bıçaqla vurmuşdur. O, Kəmaləddini avtomobillə xəstəxanaya çatdırmışdır”. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 23 iyul 2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdam rayonu Dördyol-1 qəsəbəsində yerləşən 1118 №-li fərdi yaşayış evinin həyətyanı bağ sahəsidir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 327 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - diafraqmanın, dalağın, sol böyrəyin zədələnməsi ilə torako-abdominal yaralanma, sol bazunun deşilmiş-kəsilmiş yarası deşicikəsici alətin (alətlərin), ola bilsin bıçağın təsirindən törənmişdir, müddəti xx.xx.2022-ci il tarixə uyğun gəlir. Dərəcəsinə görə diafraqmanın, dalağın, sol böyrəyin zədələnməsi ilə torako-abdominal yaralanma həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya, sol bazunun deşilmiş-kəsilmiş yarası isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/327 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər, eyni konstruktiv xüsusiyyətlərə malik olan bıçaqla törənə bilməsi istisna edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin məhkəməpsixiatrik eskpertizasının xx.xx.2022-ci il tarixli, 555 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik keçirmir. O, hazırkı cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən verilmiş xx.xx.2022-ci il tarixli, 6/5547 №-li lifli materialların məhkəmə ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan şalvarın tərkib lifləri Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan şalvarın tərkib lifərinə, eyni zamanda Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan şalvarın tərkib lifləri Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan köynəyin tərkib liflərinə uyğun gəlir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi “Gədəbəy Rayon Mərkəzi Xəstəxanası” X20 tərəfindən verilmiş 23 avqust 2022-ci il tarixli 485 saylı və 24 avqust 2022-ci il tarixli,434 saylı arayışdan görünür ki, Şəkiyev X7 RMX PHŞ Poliklinika şöbəsində həkim-psixiatr və həkim-narkoloqun qeydiyyatında dayanmır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs ibtidai araşdırma və məhkəmə istintaqı zamanı təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışmış və ona dəymiş ziyan tamamilə ödənilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Təqsirləndirilən şəxs hərbi həkim komissiyasının 910 saylı səhhətin müayinə aktından görünür ki, ona “sağ tərəfli İ dərəcə, soltərəfli İİ dərəcə birincili obstruktiv meqaureter” diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti başçısının Əmiraslan kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin 22 avqust 2022-ci il tarixli 98 nömrəli arayışı və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs atası və qardaşı ilə birlikdə Gədəbəy rayonu, Yaqublu kəndində qeydiyyatdadır və barəsində icra nümayəndəliyinə şikayət xarakterli məlumat daxil olmamışdır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “cinayət işi üzrə sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” 27 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, Zərərçəkmiş şəxs məxsus şalvar və köynək maddi sübut kimi tanınaraq saxlanması üçün Ağdam RPŞnin saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 iyul 2022ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan, Ağdam rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli və 23 noyabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 25 iyul 2022-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, 23 noyabr 2022-ci ildə seçilmiş “həbs” qətimkan tədbirinin müddəti uzadılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29 sentyabr 2022ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının Samara Vilayətinin Tolyatti şəhər Komsomolski rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Rusiya Federasiyasının CM-nin 327 M 3 hissəsi ilə 5000 rubl cərimə cəzasına məhkum edilmişdir. Gəncə və Bakı Apellyasiya məhkəmələrinə verilmiş sorğuya cavab olaraq Təqsirləndirilən şəxs barəsində olan hökmün tanınması ilə əlaqədar məhkəmələrər Baş Prokurorluğu tərəfindən təqdimat verilmədiyi, bu barədə məlumat olmadığı göstərilmişdir. Məhkəmə Gəncə və Bakı Apellyasiya Məhkəmələrinin məktublarına əsasən qeyd edir ki, Rusiya Federasiyasının Samara Vilayətinin Tolyatti şəhər Komsomolski rayon məhkəməsinin xx.xx.2021-ci il hökmü qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası ərazisində tanınmadığından heç bir hüquqi qüvvəyə malik olmaması nəzərə alınmalıdır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaxın qohumları yəni arvadı və övladların, eləcə də bacılarının gözü qarşısında Zərərçəkmiş şəxs həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurduğuna görə onun əməli ibtidai araşdırma orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışı zamanı qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, əməlindən peşman olmasını, səmimi etirafını, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayətin zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanan dava-dalaş gedişatında törədilməsini isə Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs münasibətdə törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, zərərçəkmiş şəxslə və ailə üzvlər ilə barışıq əldə etməsini, ona dəymiş ziyanı könüllü şəkildə ödəməsini, hal-hazırda səhhətinin vəziyyətini və hökmün təsviri əsaslandırıcı hissəsində göstərilən cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq, qeyd edilən xüsusatları müstəsna hal kimi qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulandan da aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş ......ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut qismində tanınaraq Ağdam rayon Polis şöbəsində saxlanılan, 1 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, Zərərçəkmiş şəxs məxsus şalvar və köynək sahiblərinə qaytarılmalı imtina edildikdə isə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak və mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertizaların dəyəri olan 31,5 (otuz bir manat əlli qəpik) məbləğində pul Təqsirləndirilən şəxs məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkili X11 25 saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli tutulduğu xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan və Ağdam rayon Polis şöbəsində saxlanılan 1 ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs məxsus şalvar və köynək, Zərərçəkmiş şəxs məxsus şalvar və köynək sahiblərinə qaytarılsın, imtina edildikdə isə məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 31,5 (otuz bir manat əlli qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X4 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz iyirmi) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar