Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-227/2024 11.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X12 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1999-cu il tarixdə Bərdə rayonu, Kolayır kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kəlbəcər şəhəri, N.Gəncəvi prospekti, ev 11-də qeydiyyatda olmaqla, Tərtər şəhəri, Yeni qəsəbə, bina 8, mənzil 11-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 03 iyul 2023-cü il tarixdə saat 23 radələrində Tərtər rayonu, Səhləbad kəndi ərazisində yerləşən Tərtər şəhər sakini Şahid2 icarə müqaviləsi əsasında işlətdiyi ictimai yer hesab edilən çayxananın qarşısında kiçik futbol meydançasının yan tərəfində heç bir əsaslı səbəb olmadan çayxananın qarşısında olan insanlara əhəmiyyət verməyərək, ictimai qaydanı kobud surətdə pozub ətrafdakılara özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, öz etdiyi hərəkətə kölgə salmaq və ətrafdakı insanları öz cinayətkar əməlinə inandırmaq üçün aralarında yaranmış mübahisəni bəhanə edib qərəzli hərəkətlər edərək çayxananın qarşısında əyləşən insanların istirahət hüququnu pozub silah qismində istifadə etdiyi özü ilə əvvəlcədən gətirib üzərində gəzdirdiyi əlamətləri istintaqa məlum olmayan bıçaq ilə qəsdən Tərtər rayonu, Qazyan kənd sakini xx.xx.1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən qarının sol qalça nahiyəsindən daxilə keçən kəsilmiş deşilmiş yarası, nazik bağırsağın deşib keçən yaralanması xəsarətləri yetirməklə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vuraraq silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Şahid3la birlikdə Tərtər rayonu, Səhləbad kəndində Şahid2 işlətdiyi kafeyə getmişdir. Rasim kafeyə getməmişdən əvvəl həmin kafeni işlədən Əzizə ilə aralarında mübahisəsi olduğu üçün getmək istəmədiyini demiş, o isə sonuncuya narahat olmamasını və onunla birlikdə gəlməsini bildirmişdir. O, Rasimlə birlikdə kafeyə gedən zaman dostu Əkbər kafenin qarşısında onları gözləmişdir. Görüşdükdən sonra onlar kafedə əyləşib adama bir bakal pivə sifariş vermişlər. Sifarişləri gəldikdən bir qədər sonra həmin kafedə işləyən tanımadığı qız işçi Rasimə yaxınlaşıb sonuncunun problem yaratdığını və bu səbəbdən də çıxıb getməsini demişdir. O, həmin qıza narahat olmamasını və onun yanında heç bir problem olmayacağını bildirmişdir. Daha sonra Əzizə yaxınlaşıb eyni sözləri demişdir. O da Əzizəyə təkrarən narahat olmamasını və onun yanında heç bir problem olmayacağını demişdir. Əzizənin sözlərindən sonra Əkbər orada oturmaqlarının düzgün olmadığını və getməli olduqlarını demişdir. Onlar razılaşıb hesabı verərək kafedən çıxan zaman o, Əzizəyə hörmətsizlik etmədikləri halda özlərinin iki dəqiqədən bir yaxınlaşaraq çıxıb getməklərini dediklərini irad bildirmişdir. Məleykə bu vaxt kənardan sərt şəkildə çıxıb getməklərini demişdir. Sonuncunun sözündən sonra o gülmüş, Məleykə də üzərinə doğru gələrək ona təpik atmış, lakin o, həmin təpiyin dəyibdəymədiyini xatırlamamışdır. Daha sonra o, qıza təpik atmışdır. Onlar kafedən çölə çıxan zaman Məleykə və Əzizə hərəsi bir tərəfdən onun yaxasından tutmuş, sonuncuların arxasınca isə Mirsərvər qışqıraraq gəlib onun yaxasından tutmuşdur. O, Mirsərvərdən Əzizəgilin nəyi olduğunu və nə üçün yaxasından tutduğunu soruşmuşdur. Onun bir əli işləməmiş, Məleykə, Əzizə və Mirsərvər isə hərəsi bir tərəfdən onun yaxasından tutmuşlar. O da artıq yıxılacağı üçün üzərindəki bıçağı çıxarıb bir dəfə Mirsərvərə vurmuşdur. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Mirsərvər gəlib yaxasından tutmasaydı bu hadisə baş verməzdi. O, Şahid2 işlətdiyi çayxanaya sonuncu həmin çayxananı işlətməyə başlamamışdan əvvəl də bir neçə dəfə getmişdir. O, Mirsərvərə söyüş söyməmiş, sonuncunu əvvəllər tanımamış, heç bir düşmənçiliyi və ədavəti də olmamışdır. Məleykə ona təpiklə vurub çıxdıqdan sonra o, sonuncunun arxası ilə gedib qolundan tutaraq kənara itələmişdir. Məleykə qışqıraraq səs-küy saldığı üçün Mirsərvər ona tərəf gəlib yaxasından tutmuş, o da Mirsərvərə kim olduğunu və qızın onun nəyi olduğunu demişdir. Mübahisə vaxtı Mirsərvər, Məleykə və Əzizə onun yaxasından tutub hərəsi bir tərəfə çəkişdirmiş, o da sonuncuların onu vurmasına imkan verməmiş və bıçağı çıxarıb Mirsərvəri vurmuşdur. O, mübahisə zamanı nalayiq ifadələr işlətməmiş və Məleykəyə söyüş söyməmişdir. Mirsərvər onun yanına çatan kimi köynəyindən tutub çəkmişdir. Sonuncunun yanına gəlməkdə məqsədi onları ayırmaq olmuşdur. Yaxınlaşan zaman Mirsərvər onu vurmamışdır. O, mübahisə zamanı xanımlara qarşı nə dediyini xatırlamamışdır. Hadisə zamanı kafedə 15-20 nəfər adam olmuşdur. Mirsərvəri bıçaqla vurduqdan sonra sonuncu ona stol atmışdır. O, Əzizənin işlətdiyi kafeyə getməmişdən əvvəl Rasimin orada əvvəllər özünü normal aparmadığını bilməmiş, bununla belə həmin kafeyə getməyi Rasim təklif etmiş və kafeyə çatanda sonuncu əvvəl orada mübahisə etdiyini demişdir. Rasim kafedə əvvəl mübahisə etməsini deməsinə baxmayaraq, o sonuncuya “narahat olma, burdayam gedək” deməmişdir. Onun qolunun biri işləməmiş, lakin əlillik dərəcəsi almamışdır. Törətdiyi əməldən peşmandır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməllərini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 iyul 2023-cü il tarixdə axşam saat 23 radələrində Şahid2 işlətdiyi kafedə əyləşmişdir. Həmin vaxtı Təqsirləndirilən şəxs tanışları ilə içəridə, onlar isə kafenin qarşısında qoyulmuş stolda oturmuşlar. O, Təqsirləndirilən şəxs kafedə birinci dəfə görmüş, sonuncu ilə düşmənçiliyi və ədavəti olmamışdır. Babək mübahisə edəndə, o, sadəcə sonuncuları ayırmaq istəmişdir. Bu zaman Babək bilmədən əlində olan şeylə onu vurmuşdur. Həmin vaxt Babəkin onu vurduğunu bilməmiş, sonradan sonuncunun onu vurduğunu hiss etmişdir. Bundan sonra xəstəxanaya getmiş və əməliyyat olunmuşdur. Onun Təqsirləndirilən şəxs heç bir şikayəti yoxdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Əzizənin işlətdiyi kafeyə xalası oğlu Şahid4la birlikdə getmiş, Babəki hadisə gününə qədər tanımamış, Babək dostları ilə içəridə əyləşmiş, ona görə də sonuncuların stolu ətrafında neçə nəfər əyləşdiyini bilməmişdir. O, kafenin qarşısında əyləşib çay içəndə mübahisə yaranmışdır. Babək kafedən çöldə başqa adamla mübahisə etmiş, o isə sonuncunu aralamaq istəmişdir. Lakin o, Babəkin kiminlə mübahisə etdiyini bilməmiş, sonuncu əyləşdiyi adamlarla da mübahisə etməmiş, mübahisəsi başqaları ilə olmuşdur. Mübahisə zamanı Məleykə ilə Babək tutuşmuşdur. O, mübahisənin nə ilə bağlı olduğunu bilməmiş, sadəcə mübahisənin böyüyəcəyini görüb onları ayırmaq istəmişdir. Mübahisə vaxtı ondan başqa Əzizə və xalası oğlu Ramin də oradakıları ayırmağa çalışmışlar. Hadisə zamanı ondan başqa xəsarət alan olmamış, Babək onu vurduqdan sonra çıxıb getmişdir. O, sonradan qan axdığını görüb Babəkin onu vurduğunu anlamışdır. O, mübahisəni ayıran zaman Babəkin əlində bıçaq görməmişdir. O, kafeni işlədən Əzizə xanımı həmin kafeyə gedibgəldiyi üçün tanımış və sonuncu ilə münasibəti yaranmışdır. Buna görə də o, mübahisəni ayırmağa çalışmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında hadisənin baş vermə mexanizminə dair ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Zərərçəkmiş şəxs həmin ifadəsində göstərmişdir ki, ......... Məleykə tualetə çatmağa az qalmış o, “Qara” ləqəbli Babəkin Məleykə ilə mübahisə etməsini görmüşdür. Bu vaxt Əzizə də sonuncuların mübahisəsini görüb çayxanadan çıxaraq həmin yerə getmişdir. O da sonuncuları aralamaq məqsədi ilə stoldan qalxıb həmin yerə getmişdir. Babək Məleykəyə hücum edəndə o, Məleykəni vurmaması üçün Babəki tutub kənara çəkmişdir. O, sonuncuları aralayan zaman Babək onun qarın nahiyəsindən əlində olan bıçaqla və yaxud kəsici alətlə bir dəfə zərbə vurub qaçmağa başlamış, o da sonuncunu tutmaq üçün arxasınca qaçmış, lakin Babəki tuta bilməmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsini və hadisənin mexanizminə dair həmin ifadəsindəki xüsusatları təsdiq etmiş, hadisədən əvvəl kafenin içərisində nə qədər adam olduğunu bilməmiş, çünki o, xalası oğlu Şahid4 və dostu ilə birlikdə çöldə əyləmiş, üçündən başqa kafenin qarşısında adam olmamışdır. Hadisə vaxtı mübahisə olan yerdə təxminən 7-8 nəfər toplaşmışdır. Təqsirləndirilən şəxs cəza təyin edilməməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, hadisənin necə baş verməsini görməmiş, çünki hadisə baş verən zaman o, kafedə oturmamış, kənarda telefonla danışmışdır. O, Mirsərvərin çayxanada olmasını bildiyi üçün oraya özü getmişdr. Telefonla danışan zaman səs-küy olduğunu eşitmiş və həmin yerə yaxınlaşanda bir neçə nəfərin Mirsərvərin başına toplaşdığını görmüşdür. Məleykə qışqıraraq Mirsərvərdən qan axdığını demişdir. Həmin vaxt o, Babəkin yolun digər tərəfində dayandığını görmüşdür. O, nə Babəklə sonuncular arasında olan söhbəti, nə də ki Babəkin Mirsərvəri bıçaqla vurmasını görməmişdir. O, sadəcə Mirsərvərdən qan axdığını görmüşdür. Mirsərvərin başına toplaşan insanlar arasında Məleykə, Əzizə, Nizaməddin və taksi sürücüləri olmuşdur. O, hadisə zamanı oradan 50-60 metr aralıda Mirsərvərin atası ilə telefonla danışmışdır. Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında hadisənin baş vermə mexanizminə dair ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid4 həmin ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma xalası oğlu olmuş, Təqsirləndirilən şəxs isə tanımamışdır. 03 iyul 2023-cü il tarixdə saat 23 radələrində Mirsərvərdən pul alacağı olduğu üçün sonuncuya zəng etmiş, Mirsərvər də Tərtər rayonu, Səhləbad kəndi ərazisində yerləşən kafedə oturduğunu demişdir. O, Mirsərvərə onunla birlikdə gəlməsini və yaşadıqları evə getmələrini təklif etmiş, həmçinin pulunu da verməsini demiş, ancaq Mirsərvər ona təklif etmiş ki, “gəl kafedə beş dəqiqə əyləşək sonra gedərik”. O da Mirsərvərin olduğu kafeyə getmişdir. Mirsərvərlə salamlaşdıqdan sonra sonuncunun atası ona zəng etmiş, o da çölə çıxaraq kafenin qarşı tərəfində mobil telefon ilə danışmışdır. Təxminən 5-6 dəqiqə keçdikdən sonra tanımadığı sonralar adının Məleykə olduğunu öyrəndiyi qadının kafedən çölə çıxaraq yüksək səslə qışqırdığını, həmçinin sonuncunun arxası ilə əvvəllər tanımadığı sonralar adının Babək olduğunu öyrəndiyi şəxsin çıxdığını görmüşdür. Babək və Məleykə mübahisə etməyə başlamış, Babək Məleykəyə şillə atmış, lakin şillənin sonuncuya dəyib-dəymədiyini bilməmiş, çünki o, telefonla danışmağa davam etmişdir. Ancaq mübahisə olunan yerə baxmış, həmin vaxt Mirsərvərin də kafedən çölə çıxaraq Babəki tutub kənara çəkdiyini görmüş, o da mobil telefonu söndürüb mübahisəni sakitləşdirmək üçün həmin yerə qaçmışdır. O, yaxınlaşanda Mirsərvər əlindəki stolu Babəkin arxası ilə atmaq istəmiş, o, Mirsərvəri qucaqlamış və mübahisə etməməsini demiş, bu zaman Babək bir az kənarda dayanmış, həmin vaxt Məleykə qışqıraraq Mirsərvərdən qan axdığını demiş, o, isə sonuncunun köynəyini qaldırıb baxan zaman barmaq enində deşik izi olduğunu və həmin hissədən qan axdığını görmüşdür. Həmin vaxt Babək kənarda dayanmış və əlində bıçaq olmuşdur. Daha sonra onlar Mirsərvəri Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. Ona görə də o, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirməsinin şahidi olmasa da, Babəkin əlində bıçaq olduğunu və Mirsərvərin üzərində olan ağ rəngli koftanın qarşısının qan ləkəsi olduğunu görmüşdür. Hadisə vaxtı orada tanımadığı təxminən 9-10 nəfər olmuş, o, Mirsərvərdən başqa digər şəxsləri tanımamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid4 bildirmişdir ki, elan edilmiş ifadə onun sözləri ilə doğru yazılmış və o, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, anası Şahid2 Tərtər rayonu, Səhləbad kəndi ərazisində çayxana işlətmişdir. Təqsirləndirilən şəxs iki nəfər dostu ilə birlikdə həmin çayxanaya gəlib oturmuşlar. Babəklə gələn oğlanlardan biri özünü normal apara bilməmişdir. Anası Əzizə onların əyləşdiyi stola tərəf gedib söhbət etmiş, bir qədər sonra Babək anasını çölə dəvət edərək işi olduğunu demişdir. O da sonuncuların arxası ilə getmişdir. Çayxanadan çölə çıxdıqda Babəkgilin anası ilə mübahisə etdiklərini görüb sonuncu ilə nə işləri olduqlarını və utanmadıqlarını demişdir. Bu zaman mübahisənin səs-küyünə Zərərçəkmiş şəxs gəlmiş və Babəkgillə öz aralarında mübahisə etməyə başlamışlar. O, bunu görüb kənara çəkilmiş, Mirsərvər qayıdanda isə o, sonuncunun belindən qan axdığını görmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxsla gələn şəxslərdən özünü normal aparmayan oğlan əvvəllər də çayxanaya gəlmiş, dava salmış və həmin oğlanın nə isə psixi problemi olduğu görünmüşdür. Anası həmin oğlana əvvəllər də çayxanaya gəlməməsini demiş, lakin hadisə günü anasının belə deməsini eşitməmişdir. Babək və yanındakı üçüncü adam masada əyləşib pivə içmişdir. O, anası ilə Babək arasında mübahisənin başlanma səbəbini bilməmiş, Babəkgillə anası çayxanadan çölə çıxdıqdan sonra o da sonuncuların arxası ilə getmişdir. Babək anası Əzizədən nə üçün onunla gəlmiş adamın buraya gəlməməsini dediyini soruşmuş, anası isə həmin oğlanın hər dəfə çayxanaya gələndə səs-küy saldığını və özünü apara bilmədiyini demişdir. Bundan sonra o, Babəkin nə dediyini bilməmişdir. Ona görə də o, sonunculara yaxınlaşıb nə üçün anası ilə mübahisə etdiklərini soruşmuşdur. Babək anası Əzizəni mübahisə zamanı vurmamış, onlar sadəcə sözlü mübahisə etmişlər. Babəkgil anası ilə mübahisə etdikləri zaman o, daha sonra isə Mirsərvər gəlmişdir. O, gəldikdən sonra sonuncular onunla da mübahisə etməyə başlamışlar. Babəkə irad bildirməyi qarşılığında sonuncu ona “yaxşı edirəm” deməmişdir. O, Təqsirləndirilən şəxs təpik atmamış, Babəkə nə üçün mübahisə etdiklərini bildirəndən sonra sonuncu ona tərəf gəlib təpik atmış, lakin təpik ona dəyməmişdir. Bundan sonra isə Mirsərvər gəlmişdir. O, Babəkgil masada əyləşdiyi zaman sonunculara hər hansı irad bildirməmiş, yaxud Babəkə təpik atmamışdır. Babək ona çayxanadan çöldə təpik atmışdır. Çayxananın içərisində nə onunla, nə də ki anası ilə Təqsirləndirilən şəxs arasında əlbəyaxa dava olmamışdır. Əzizə Babəkgilə çayxanadan getmələrini dedikdən sonra sonuncular çıxmışlar. Bundan sonra Babək anasına sözü olduğunu deyib çayxanadan çölə çağırdığı üçün Əzizə də çölə çıxmışdır. O, Babəkin Əzizəyə nə sözü olmasını bilməmişdir. Babək anası ilə qışqıraraq danışdığı üçün o da çölə çıxmışdır. Mirsərvər isə onun dalaşdığını görüb yanına gəlmişdir. Mirsərvərgil çayxanadan çöldə stol qoyub əyləşmiş və sonuncunun yanında başqa bir nəfər də oturmuşdur. O, Mirsərvəri çayxanaya tez-tez gələn müştəri kimi tanımışdır. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında hadisənin baş vermə mexanizminə dair ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, anası Şahid2 Tərtər rayonu, Səhləbad kəndi ərazisində yerləşən çayxana işlətmişdir. Hərdən anası olmayanda çayxananı o, işlətmişdir. Çayxanada onlardan başqa xalası X4 qabyuyan, xalasının əri Şahid5 isə nəzarətçi işləmişdir. Çayxanada müştərilərə çayı anası, sonuncu olmayanda isə Nizaməddin vermişdir. Yay aylarında çayxanada müştərilərə pivə də vermişlər. Çayxanaya sonradan adını bildiyi Şahid3 tez-tez çay içməyə gəlib-getmiş və stolda sonuncu müştərilərlə tez-tez mübahisə etdiyi üçün axırıncı dəfə anası Rasimi çayxanadan qovmuşdur. Hətta o da Rasimi çayxanadan qovmuşdur. 03 iyul 2023-cü il tarixdə saat 23 radələrində Rasim yanında Qara ləqəbli Babək və tanımadığı oğlanla gəlib bir stolun arxasında əyləşərək pivə sifariş etmişlər. Nizaməddin də həmin stola 3 ədəd pivə aparmışdır. Anası stola baxanda Rasimi görüb həmin stola gedərək “pivənizi içib stoldan duraraq çayxanadan çıxıb evinizə gedin” demişdir. Anası belə deyəndə Qara ləqəbli Təqsirləndirilən şəxs anasına “sən kimsən ki, mənim yanımda gələn oğlana belə bir söz deyirsən” demiş, anası da Babəkə “mənim üçün fərqi yoxdur, kim özünü apara bilmirsə mən onu çayxanaya qoymuram” demişdir. Hər üçü çayxanadan çıxıb mini futbol meydançasının yan tərəfi ilə Pambıq məntəqəsi istiqamətində getməyə başlamışlar. O, həmin vaxt çayxanadan çıxıb ayaq yoluna tərəf getmişdir. O, ayaq yoluna tərəf gedəndə həmin oğlanlardan biri yəni, Babək onun ünvanına söyüş işlətmiş, o da cavab verəndə Babək ona tərəf gəlib təpik atmış və o, kənara çəkildiyi üçün təpik ona dəyməmişdir. Bu vaxt Rasim və adını bilmədiyi oğlan da Qaranın yanına gəlib onunla mübahisə etməyə başlamışlar. Həmin vaxt Babək cibindən bıçaq çıxardıb onu hədələmiş, anası Əzizə və çayxanada olan müştəri Tərtər rayonu, Qazyan kənd sakini Zərərçəkmiş şəxs tez çayxanadan çıxıb onlara tərəf qaçmışlar. Anası ilə Mirsərvər çatıb onları aralaşdırmağa başlamış, həmin vaxt Babək Mirsərvərə də təhqiredici söz demiş, Mirsərvər araya girib onları aralaşdıran zaman isə Babək Mirsərvərin qarın nahiyəsindən bıçaqla bir zərbə vurmuş, sonra hər üçü yola tərəf qaçmağa başlamışlar. Onlar işıqlığa çıxan zaman Mirsərvərin qarın nahiyəsindən qan axdığını görmüşlər. Anası isə həmin vaxt Babəkin Mirsərvəri bıçaqla vurmasını bilmiş və tez Tərtər rayon polis şöbəsinə məlumat vermiş, Mirsərvər də özü tibbi yardım alması üçün özünə məxsus VAZ-21015 markalı avtomaşının yanına gedib əynində olan köynəyi dəyişib maşından təzə köynək götürüb əyninə geyinib maşına əyləşib xəstəxanaya getmişdir. O və anası Əzizə Mirsərvərə görə xəstəxanaya getmişlər, xəstəxanada həkimlər Mirsərvərə tibbi yardım göstərmişlər. Səhərə yaxın Mirsərvərin səhhəti pisləşdiyinə görə sonuncuya tibbi yardımın davam etdirməsi üçün Bərdə RMX-na aparmışlar. Xəstəxanada Babəkin vurduğu bıçaq Mirsərvərin qarın nahiyəsindən daxilə nüfuz etdiyi üçün sonuncu üzərində cərrahiyə əməliyyat keçirmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, o, Babəkin əlində bıçaq görmüş və sonuncu əlindəki bıçaqla onu hədələmişdir. Babəklə mübahisə edən zaman sonuncu onu təhqir edərək təpik atmışdır. Anası Əzizə və Mirsərvər o, Babəklə mübahisə etməyə başladıqdan sonra gəlmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 və Qarayev X1 Məleykə Natiq qızı ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 03 iyul 2023-cü il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxsla birlikdə pivə içməyi qərara alaraq Əzizənin işlətdiyi kafeyə getmişlər. Bundan əlavə Əkbər də onlarla getmişdir. Həmin kafedə Əzizənin qızı Məleykə də işləmişdir. Onlar kafeyə girib masada əyləşmişlər. Bir qədər sonra Məleykə onların əyləşdiyi masaya yaxınlaşaraq qalxıb getməklərini istəmişdir. Babək Məleykəyə istirahət etdiklərini və nə üçün getməli olduqlarını demişdir. Babək belə dedikdən sonra Məleykə sonuncunu təpiklə vurmuşdur. Bundan sonra narazılıq yaranmış və mübahisə başlamışdır. Orada olan Mirsərvər adlı şəxs Babəkin üzərinə gəlmiş və sonuncu fiziki olaraq Babəkdən güclü olmuşdur. Onları ayırmağa çalışan zaman Babək bıçaqla Mirsərvərə xəsarət yetirmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, kafedə onlardan başqa digər müştərilər də olmuş, Məleykə kafe sahibinin qızı olmuş, onlara ilk əvvəl başqa qız xidmət göstərmiş, kafedə olarkən onlar adama 1-2 bakal pivə içmişdir. Həmin vaxtı heç bir səbəb olmadan kafenin sahibi onlardan getməklərini istəmişdir. Kafe sahibinin onunla münasibəti yaxşı olmadığı üçün sonuncu masaya yaxınlaşıb ona “burada nə gəzirsən” deyərək getməklərini demişdir. Onun Məleykə ilə əvvəllər mübahisəsi olmuş, sonuncu da buna görə ona işlətdiyi kafeyə gəlməməsini demişdir. Babək pivəni içib gedəcəklərini dedikdə kafe sahibi və qızı təkidlə getməklərini istəmiş, Babək də bir daha pivə içib gedəcəklərini demişdir. Həmin vaxtı kafe sahibləri tək Babəklə deyil, onunla da mübahisə etmişlər. Hadisə zamanı nə o, kimsəni vurmuş, nə də kimsə onu vurmuşdur. Mübahisə zamanı kafenin içərisində 15-20 nəfər adam olmuş, çöldə isə adam olmamışdır. Məleykə onların yanından getdikdən sonra sonuncunun anası Əzizə yaxınlaşıb getməklərini istəmiş, o da sakit dayandıqlarını və mübahisə etmədiklərini dedikdə Əzizə yanlarından getmişdir. Həmin vaxtı Əkbər kafedən getməklərini demişdir. Onlar da hesabı ödəyib çıxmışlar. Kafedən çıxmaq istəyəndə Əzizə yenə onlara getməklərini demişdir. Babək isə həmin vaxt “bir dəfə dedin bildik, gedirik” demişdir. Bu vaxt Məleykə Babəkə təpiklə vurmuşdur. Məleykə təpiklə vuranda onlar hələ də kafenin içərisində olmuş, daha sonra kafedən çölə çıxmışlar. Kafedən çölə çıxan zaman Babək Məleykənin qolundan tutub kənara itələmişdir. Ona görə də kafedən çöldə Məleykə ilə Babək mübahisə etməyə başlamış və səsə Əzizə də gəlmişdir. Daha sonra isə Mirsərvər gəlmiş və sonuncu Babəki sinəsindən tutub itələyərək köynəyini cırmışdır. Babək isə Mirsərvərə “sən kimsən, sənin nə işinə qalıb” demişdir. Hadisə vaxtı orada xatırladığı qədəri ilə o, Mirsərvər, Babək, Məleykə və Əzizə olmuşdur. Babək Mirsərvəri bıçaqla vurduqdan sonra Mirsərvər Babəkə stol götürüb atmışdır. Hadisə günü həmin kafeyə onu və Babəki Əkbər dəvət etmişdir. Həmin vaxtadək Babəklə Mirsərvər arasında heç bir narazılıq olmamış, Babək bir dəfə bıçaqla sonuncuya xəsarət yetirmiş, daha sonra isə onlar oradan aralaşıb getmişlər. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Tərtər rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 189 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - qarının sol qalça nahiyəsindən daxilə keçən kəsilmiş-deşilmiş yarası, nazik bağırsağın deşib keçən yaralanması deşici-kəsici alət, ola bilsin bıçaq təsirindən törənmiş, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağir zərər vurmaya aiddirlər. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” PHŞ-in X10 Şöbəsinin xx.xx.2023-cü il tarixli, 627 nömrəli ambulator məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, cinayət hadisəsi törədərkən öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21-ci maddəsinin təsiri altına düşmür və onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs əvvəllər hər hansı psixi xəstəliklər keçirməmiş, onda əqli cəhətdən geri qalma və ləngimə halları müşahidə olunmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin xx.xx.2023-cü il tarixli, 3-16-16/2-3/1573 nömrəli məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş qısaqol köynəyin səthində rəyin tədqiqi hissəsində sayı göstərilməklə təsvir edilən zədələr vardır. Təqdim edilmiş qısaqol köynəyin səthində olan “a” zədəsi kəsici, ucu deşici xassəyə malik olan alətin (bıçaq və s) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmiş zədəsidir. Qısaqol köynəyin material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyasının səthində olan deşilib-kəsilmə zədəsinin yaranma mexanizmini (istiqamətini) təyin etmək mümkün olmadı. Təqdim edilən qısaqol köynəyin səthində olan “b” zədəsi isə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbcırılma zədəsidir. Xüsusi ədəbiyyatlarda qeyd edilən xarakterə malik zədənin yaranma mexanizminin (istiqamətinin) müəyyən olunması ilə bağlı tədqiqat metodu olmadığından yuxarıda qeyd edilən zədənin əmələ gəlmə mexanizminin müəyyən edilməsi mümkün deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 16:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 11 iyul 2023-cü il tarixdən hesablamaqla 03 (üç) ay 23 (iyirmi üç) gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan olunması haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Tərtər rayonu, Səhləbad kəndi ərazisində yerləşən ictimai yer hesab edilən çayxananın qarşısıdır. Hadisənin baş verdiyi yerdə qan ləkələrinin olması müəyyən edilir. Baxış zamanı Şahid2 hadisə yerində Təqsirləndirilən şəxs bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirdiyi yeri göstərərək xəsarət yetirildikdən dərhal sonra Zərərçəkmiş şəxs köməklik edib avtomobil ilə Tərtər RMX-na apardıqlarını bildirmişdir. Baxış zamanı hadisə yerindən aşkar edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynək iş üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şəxsin təqsirini boynuna almaqla könüllü polis şöbəsinə gələrək cinayət barədə məlumat vermək haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2023-cü il tarixdə saat 15:30-da anası X3 ilə birlikdə Tərtər RPŞ-ya könüllü gəlib təqsirini boynuna almaqla 03 iyul 2023-cü il tarixdə Zərərçəkmiş şəxs bıçaqla bir dəfə xəsarət yetirməsini etiraf edərək hadisədən sonra qorxduğu üçün həmin gün Bakı şəhərinə getdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, həmin gün saat 23:45-də Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri telefonla növbətçi hissəyə məlumat verərək Tərtər rayonu, Səhləbad kəndi ərazisində yerləşən “Qrand” kafesində dava-dalaş olmasını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Tərtər rayonu, Qazyan kənd sakini Zərərçəkmiş şəxs qarnın ön nahiyəsinin daxilə keçməyən, qalça nahiyəsinin deşilmiş yara xəsarəti ilə Tərtər RMX-ya daxil olması barədə xx.xx.2023-cü il tarixdə saat 01:20-də polis şöbəsinə məlumat daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Tərtər rayonu, Yeni Qəsəbə sakini Təqsirləndirilən şəxs könüllü olaraq istintaq orqanına gəlmiş, cinayət hadisəsi zamanı Təqsirləndirilən şəxs istifadə etdiyi bıçağın harada olmasını isə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər RPŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs cinayət hadisəsi zamanı istifadə etdiyi bıçağın yerini və həmin bıçağı əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Tərtər Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş müddətsiz 037467 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs atası X14 müharibə veteranıdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Tərtər Rayon Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Əsgərov X9 rayonundan məcburi köçkün olmaqla Tərtər rayonu, Yeni Qəsəbə, bina 8, mənzil 11-də müvəqqəti qeydiyyatdadır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Kəlbəcər RİH başçısının Kəlbəcər şəhər İƏDÜN-nin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Əsgərov X9 rayonundan məcburi köçkün olmaqla Tərtər rayonu, Yeni Qəsəbə, bina 8, mənzil 11-də müvəqqəti məskunlaşmış və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai araşdırma orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi zaman sonuncunun üzərində olmuş 01 ədəd qısaqol kofta cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün Tərtər RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur. Beləliklə, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllərin silah qismində istifadə olunan əşyadan istifadə etməklə zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində Şahid2 işlətdiyi kafeyə getməmişdən əvvəl Şahid3 həmin kafedə əvvəllər özünü qeyri-adekvat aparmasını və bu səbəbdən Şahid2 ilə Şahid3 arasında mübahisə olduğunu bilmədiyini, bununla belə hadisə günü həmin kafeyə getməyi Şahid3 təklif etdiyini, kafeyə çatanda sonuncunun ona əvvəllər Əzizova Orucova ilə aralarında mübahisə olduğunu dediyini, buna baxmayaraq kafeyə daxil olub pivə sifariş verdiklərini, həmin ərəfədə kafe sahibi Şahid2 və qızı Şahid1 ayrı-ayrılıqda onlara yaxınlaşaraq kafeni tərk etmələrini dediklərini, sonunculara özünün orada olduğu müddət ərzində hər hansı bir problem olmayacağını və buna görə də narahat olmamalarını dediyini, hesabı verib kafedən çıxan zaman Şahid2 hörmətsizlik etmədikləri halda iki dəqiqədən bir yaxınlaşaraq çıxıb getməklərini dediklərini irad bildirdiyini, buna görə də ilk əvvəl sonuncunun qızı Şahid1, daha sonra isə Şahid2 ilə aralarında mübahisə yarandığını, Şahid1 ona təpiklə vurub çıxdıqdan sonra sonuncunun arxası ilə gedib qolundan tutaraq kənara itələdiyini, daha sonra Şahid1 qışqıraraq səs-küy saldığı üçün kafedə əyləşən müştərilərin toplaşdığını və onları aralamağa çalışdığını, həmin ərəfədə onları aralayan şəxslər arasında olan Zərərçəkmiş şəxs bir dəfə bıçaqla vuraraq xəsarət yetirdiyini, Zərərçəkmiş şəxs əvvəllər tanımadığını, sonuncu ilə aralarında hər hansı bir ədavət və ya düşmənçiliyinin olmadığını, hadisə vaxtı Zərərçəkmiş şəxs onun ünvanına nalayiq ifadələr işlətmədiyini, onu vurmadığını, sadəcə aralamağa çalışdığını göstərmişdir. Həmçinin Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əvvəllər Təqsirləndirilən şəxs tanımadığını, sonuncu ilə aralarında ədavət və ya düşmənçiliyin olmadığını, hadisə vaxtı Təqsirləndirilən şəxs qarşı nalayiq ifadələr işlətmədiyini, sonuncunu vurmadığını, sadəcə Şahid1 və sonuncunun anası Şahid2 ilə mübahisə etdiyini görüb Təqsirləndirilən şəxs yaxınlaşaraq aralamağa çalışdığını göstərmişdir. O cümlədən Şahid3 məhkəmə istintaqı zamanı verdiyi ifadəsində onunla Məleykə Orucova arasında əvvəllər mübahisə olduğunu, sonuncunun da buna görə ona özünün işlətdiyi kafeyə gəlməməsini dediyini, bununla belə Təqsirləndirilən şəxs və digər tanışı ilə birlikdə hadisə günü həmin kafeyə getdiyini, kafedə oturub pivə içən zaman ilk əvvəl Şahid1, daha sonra Şahid2 onların əyləşdiyi masaya yaxınlaşaraq aralarında olan mübahisəyə görə kafeni tərk etmələrini dediklərini, daha sonra hesabı verib çıxan zaman Şahid2 bir daha onlara kafeyə gəlməmələrini deyərkən Təqsirləndirilən şəxs sonuncuya “bir dəfə dedin bildik, gedirik” dediyini, ona görə də ilk əvvəl Şahid1 ilə Təqsirləndirilən şəxs arasında mübahisə yarandığını, mübahisə zamanı Təqsirləndirilən şəxs Şahid1 qolundan tutaraq sonuncunu itələdiyini, səs-küyə Zərərçəkmiş şəxs və həmin vaxtı kafedə olan təxminən 15-20 nəfər digər müştərilərin gələrək onları araladığını, həmin vaxtı da Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla bir dəfə Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyini göstərmişdir. Qeyd edilən xüsusatları məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4, Şahid1, Şahid2 və Şahid5 da verdikləri ifadələrində təsdiq etmişlər. Göründüyü kimi Şahid2 işlətdiyi kafeyə daxil olmamışdan əvvəl Təqsirləndirilən şəxs dostluq münasibətində olduğu Şahid3la Şahid2 arasında mübahisə olmasını bilmiş və kafeyə daxil olmamışdan əvvəl sonuncular arasında mübahisə yaranacağı ehtimalını qabaqcadan görərək içəri daxil olmuş, Şahid3 görən kafe sahibi Şahid2 və sonuncunun qızı Şahid1 onlara Şahid3la aralarında olan mübahisəyə görə kafeni tərk etmələrini dedikdə Təqsirləndirilən şəxs özünün üstünlüyünü və müstəsna şəxsiyyət olduğunu göstərmək məqsədilə kafe sahibinə və qızına ayrı-ayrılıqda narahat olmamalarını və özünün orada olduğu müddət ərzində hər hansı bir problem olmayacağını demiş, daha sonra isə verdikləri sifarişin hesabını ödəyib kafedən çıxan zaman heç bir tutarlı səbəb və əsas olmadan, kafe sahibinin kafeni tərk etmələrini bildirməsini özünə sığışdırmayaraq və bu cüzi səbəbi subyektiv qiymətləndirməsinə görə bəhanə edib Şahid2 “bir dəfə dedin bildik, gedirik” deməklə mübahisə yaratmış, səs-küyə gələn Şahid2 qızı Şahid1 üzərinə gələrək ona təpiklə vurub çıxdıqdan sonra sonuncunun arxası ilə gedib Şahid1 qolundan tutaraq kənara itələməklə mübahisəni davam etdirib çayxananın qarşısında əyləşən insanların istirahət hüququnu pozmuş, daha sonra əvvəllər tanımadığı və aralarında hər hansı bir ədavət və ya düşmənçilik olmadığı halda səs-küyə gəlmiş və onları aralamağa çalışan Zərərçəkmiş şəxs bir dəfə üzərində gəzdirdiyi istintaqa məlum olmayan bıçaqla vurmaqla xəsarət yetirməsi Təqsirləndirilən şəxs məhz ittiham olunduğu cinayət əməlini xuliqanlıq niyyəti ilə törətməsini təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs ictimai və şəxsi mənafelərə əhəmiyyətli zərər vurmaqla və cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozmaqla, ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməklə ictimai yer hesab olunan çayxanada olan təxminən 10 nəfərə yaxın insanlara əhəmiyyət verməyərək və sonuncuların istirahət hüququnu pozmaqla, eyni zamanda çayxanada səs-küy salmaqla çayxana sahibinin mənafelərinə əhəmiyyətli dərəcədə ziyan vuracaq hərəkətlər edib ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə Şahid2 və sonuncunun qızı Şahid1 ilə aralarında yaranmış mübahisəni bəhanə edib silah qismində istifadə etdiyi özü ilə əvvəlcədən gətirib üzərində gəzdirdiyi əlamətləri istintaqa məlum olmayan bıçaq ilə müştəri kimi çayxanaya gəlmiş və onunla aralarında hər hansı bir ədavət və ya düşmənçiliyi olmayan Zərərçəkmiş şəxs bir dəfə vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə, yəni zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə olunan əşyalardan istifadə etməklə qərəzli xuliqanlıq etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi şəxsin könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, atası X6 müharibə veteranı olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən, zərərçəkmiş və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzaların müddəti qeyd edilən maddələrin sanksiyalarında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, yüksək ictimai təhlükəli şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən artıq olmamaqla cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanın son həddinin dörddə üçündən artıq olmamaqla cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 40 (qırx) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol kofta sahibinə qaytarımalı, götürülmədikdə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 11 iyul 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 240 (iki yüz qırx) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Tərtər RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qısaqol kofta sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-227/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-227/2024
11.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver