Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-227/2025 23.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən), Müslümov Bəhruz Firizman oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X9 məhkəmə iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Ağdam rayonu, Əliağalı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, subay, Ağdam rayonu, Əliağalı kəndində qeydiyyatda olmaqla ünvan 4, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu olan, Ağdam rayon “Dördyol-2 qəsəbə uşaq bağçasının” müdiri vəzifəsində işləmiş, barəsində xx.xx.2024-cü il tarixli qərarla “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün birbaşa yolla, şəxsən maddi neməti istəyib almaqla rüşvət alma cinayət əməlini törətmişdir. Belə ki, o, Ağdam rayon Təhsil şöbəsinin xx.xx.2006-cı il tarixli, 57 nömrəli əmrinə əsasən həmin tarixdən etibarən Ağdam rayon “Dördyol-2 qəsəbə uşaq bağçasının” müdiri vəzifəsində işləyərkən vəzifəli şəxs kimi işçilərin işə təyin və azad edilməsi, kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsi, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərinin həll edilməsi, pedaqoji, tibbi və xidməti heyətin işinə rəhbərlik və nəzarətin həyata keçirilməsi və s. vəzifələrinin icrası ilə əlaqədar ailəvi tanışı olan Şahid1 özünün rəhbəri olduğu uşaq bağçasına ocaqçı vəzifəsinə işə düzəltmək müqabilində 2022-ci ilin sentyabr ayının müəyyən olunmayan günündə 2300 manat məbləğində maddi nemət olan pulu rüşvət qismində istəmiş, aralarında olan razılaşmaya əsasən yenə 2022-ci ilin sentyabr ayının müəyyən olunmayan günündə Bərdə şəhər, Heydər Əliyev prospektində “Köhnə Saray” adlanan yerin qarşısında Şahid1 məxsus VAZ 21015 markalı ** OA *** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində sonuncunun həyat yoldaşı X4 iştirakı ilə Şahid1 özü üçün birbaşa yolla, şəxsən 23 ədəd 100 manatlıq əsginazdan ibarət cəmi 2300 manat (iki min üç yüz) məbləğində pul vəsaitini rüşvət olaraq almışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki,hadisənin tarixi dəqiq yadında qalmamışdır. Dilgüşə İmanova onun tələbə yoldaşı olmuş,ərinin işə düzəlməsi ilə bağlı ona müraciət etmişdir. Həmin vaxt onun işlədiyi müəsissədə vakant yer olmuş və Dilgüşə İmanova ona ərinin o işə düzəlməsini ondan istəmişdir. Bundan sonra qazi olan şəxsin arvadı vakant olan vəzifəyə təyin edildiyindən Dilgüşə İmanovanın ərinin həmin vəzifəyə təyin edilməsi mümkün olmamışdır. O aldığı pul vəsaitini Dilgüşə İmanovaya geri qaytarmışdır. Vakant olan yer ocaqçı vəzifəsi olmuşdur. O, Dilgüşə İmanovadan 2300 manat pul vəsaiti almışdır. Onun işə düzəlmək üçün söhbəti Şahid1 və Dilgüşə İmanovla olmuşdur. Həmin vaxt o Dilgüşə İmanovaya 900 manat pul qaytarmış, qalan borcu isə sonra ödəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımış, qohumluq düşmənçilik və ədavəti olmamışdır. O işsiz olmuşdur. Onun arvadı X18 Quliyeva ilə tələb yoldaşı olmuşlar. Arvadı X18 Quliyevaya onun işsiz olmasını demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onun X19ya vakant yerin olduğunu və onu işə götürə biləcəyini demiş və onu bağban işinə qəbul edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımış, qohumluq düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs onun rəfiqəsi olmuşdur. Onun ərini işə götürmək məqsədi ilə ona demiş və onların aralarında pul söhbəti olmuşdur. Təqsirləndirilən şəxs pulu qaytarmadığı üçün onun əri şikayət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımış, qohumluq düşmənçilik və ədavəti olmamışdır. Bu işlə bağlı onun heç bir günahı olmamışdır. Ona pul lazım olduğu deyilmiş və ondan pul alınmışdır. O pulu X11 göndərmişdir. Əvəz Hümbətəliyev ona iş olduğunu və 2300 manat pul lazım olduğunu demişdir. xx.xx.2024-cü il tarixdə aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid1 əvvəl vermiş olduğu ifadəsini təsdiq edərək Təqsirləndirilən şəxs onu rəhbəri olduğu Ağdam rayon Dördyol-2 qəsəbə uşaq bağçasına işə düzəltməyi təklif edərək, qarşılığında isə 2300 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək aldığını bildirmiş və sonuncunun üzünə demişdir. Təqsirləndirilən şəxs isə əvvəl vermiş olduğu ifadəsini təsdiq edərək Şahid1 rəhbəri olduğu Ağdam rayon Dördyol-2 qəsəbə uşaq bağçasına işə düzəltməyi təklif edərək, qarşılığında isə 2300 manat məbləğində pul vəsaitini rüşvət qismində istəyərək aldığını bildirmiş və sonuncunun üzünə demişdir. xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli diskə baxış protokolundan görünür ki, diskdə AUD-20240108-WA0001, AUD-20240108-WA0002, AUD-20240108-WA0003 audio fayllar aşkar edilmişdir. AUD-20240108-WA0001 audio fayla baxış zamanı 03 saniyəlik səs yazısı müəyyən edilmiş və həmin faylda “Tanımadın ay Yunus Kəmaləydidie səni narahat eliyən” səs yazısı vardır. AUD-20240108-WA0002 faylda 01 saniyəlik səs yazısı müəyyən edilmiş və həmin faylda “ Dilişlə oxuyan dana” səs yazısı vardır. AUD- 20240108-WA0003 faylda 43 saniyəlik səs yazısı müəyyən edilmiş və həmin faylda “Bu Əvəz məni aparıb verib prokurora, şikayət eliyib məndən. Bilmirəm xəbərin var ya yox, heş nə Şamilin zadın yanında da demə e lazım döyül. Həə.. Səki onu o vaxtı işə düzəltmək üçün 2300 manat pul vermişdi. Düzü mənim də başıma elə bir oyun açdılar ki, get gəl, getgəl, onun da 900 manatını ala bildim, qalanı qaldı. İndi o 1400 manatı mən də dedim ki, düzəldib verəjəm də. İlin axırıydı deyə yoxlamam zadım çox olur. Eləcə məni aparıb prokurora, qalmışam mən də belə. İşimdən də oldum, nəbilim, hər şeydən də” səs yazısı vardır. Diskdə iş üçün əhəmiyyət kəsb edəcək başqa bir hal aşkar edilməmişdir. Məhkəmə-fonoskopik ekspertizasının 06 iyun 2024-cü il tarixli, 3-16-16/2-4/477 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş 1 ədəd “BİNGO” markalı DVD diskdə olan mübahisəli fonoqramdakı danışıqların tədqiqi hissədə verilən yazılı mətnlərində “Q1” kimi işarə olunmuş diktorun səsi və nitqi-X7 məxsusdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və Ümumi Təhsil Üzrə X8 Regional Təhsil İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-29-38/2-145/2024 nömrəli məktubuna və məktuba əlavə edilmiş sənədlərə əsasən, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq İdarənin tabeliyində fəaliyyət göstərən ümumi və məktəbəqədər təhsil müəssisələrində işçilərlə qarşılıqlı əmək müqaviləsi bağlamaq, bağlanılmış əmək müqaviləsinə xitam vermək və müvafiq dəyişiklik etmək səlahiyyətləri təhsil müəssisəsinin rəhbərinə məxsusdur. Qeyd edilmişdir ki, Qarabağ Regional Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində vakant olan texniki və müsabiqə tələb etməyən vəzifələr üzrə işə qəbul prosesi zamanı mövcud qanunvericiliyin tələblərinin gözlənilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə qeyd edilmiş vəzifələrə təyinatlar İdarənin razılıq məktubu əsasında həyata keçirilir. Həmin məktuba əlavə edilmiş sənədlərə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 29 may tarixli, 61 N-li qərarı ilə təsdiq edilmiş Büdcədən maliyyələşən məktəbəqədər təhsil müəssisələrinin nümunəvi ştatında göstərilmişdir ki, ocaqçı vəzifəsi və binaların, qurğuların, avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifəsi binanın qızdırılması üçün mərkəzi istilik sistemi mənzil-kommunal sisteminə verilməyən uşaq bağçalarında müəyyən edilir. Mərkəzi istilik sistemi olduqda—hər bir qazanxanada növbədə bir ocaqçı vəzifəsi, bərk növlü yanacaqla (torf, daş,kömürlə) qızdırılan qazanxananın sahəsi 75 kv. metrdən çox olduqda—növbədə bir ocaqçı vəzifəsi; Qazla qızdırıldıqda—növbədə bir ocaqçı vəzifəsi, təhlükəsizliyin avtomat tənzimləyicisi olmayan qazanxanalarda isə növbədə 2 ocaqçı vəzifəsi; Mərkəzləşdirilmiş istiliklə təchiz edilən uşaq bağçalarında istilik məntəqəsi və ya elevator olduqda—binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə bir fəhlə vəzifəsi, boylar, nasos olduqda isə növbədə bir fəhlə vəzifəsi; soba ilə qızdırılan uşaq bağçalarında 0,5 vahiddən az olmamaqla hər beş sobaya 0,5 vahid sobayandıran vəzifəsi; bu bənddə nəzərdə tutulmuş ocaqçı, sobayandıran, binaların, qurğuların və avadanlığın cari təmiri və xidmət üzrə fəhlə vəzifələri binanı qızdırma mövsümü üçün nəzərdə tutulur. Həmin məktuba əlavə edilmiş sənədlərə əsasən, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin vahid X5”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 20 dekabr 2017-ci il traixli 18-1 nömrəli qərarında məktəbəqədər təhsil müəssiələrində rəhbər vəzifə olan müdirin əmək funksiyası qeyd edilmişdir. Belə ki, o, müəssisənin bütün fəaliyyətini idarə edir. Məktəbəqədər təhsil müəssisəsinin illik fəaliyyət planını hazırlayır və həyata keçirilməsini təmin edir. Təlimtərbiyə işlərinin keyfiyyəti, müəssisənin uşaqlarla komplektləşdirilməsi, maliyyə-təsərrüfat fəaliyyəti, təlim-tərbiyə sahəsində yüksək səmərəlilik əldə etmək məqsədilə pedaqoji kollektivin və başqa işçilərin fəaliyyətini elmi əsaslar üzərində qurur. Proqram materiallarının yerinə yetirilməsinə nəzarət edir. Uşaqların həyatının mühafizəsi və sağlamlığının möhkəmləndirilməsi, rasional yeməyin təşkili, sanitariya-gigiyena vəziyyəti üçün məsuliyyət daşıyır. İşçiləri işə təyin və azad edir, kadrların (təsisçinin nomenklaturasında olanlardan başqa) seçilib yerləşdirilməsini, onlara həvəsləndirmə və intizam tənbehi tədbirlərinin tətbiqi məsələlərini həll edir, pedaqoji, tibbi və xidməti heyətin işinə rəhbərlik və nəzarəti həyata keçirir. İşçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün şərait yaradır. Pedaqoji şuraya rəhbərlik edir, valideynlər arasında pedaqoji və gigiyena biliklərinin təbliğini təşkil edir. Valideyn komitəsinin işini istiqamətləndirir, məktəblə və müvafiq təşkilatlarla əlaqə yaradır. Avadanlıqların saxlanmasına, eləcə də təhlükəsizlik texnikası qaydalarına düzgün əməl olunmasına nəzarət edir. Aidiyyəti təşkilatlar qarşısında müəssisənin işi haqqında hesabat verir. İşçilərinin profilaktik tibbi müayinədən keçməsini təmin edir. Əmək qanunvericiliyinin tələblərinin yerinə yetirilməsinə nail olur, daxili intizam qaydalarını təsdiq edir. İşçilərin vəzifələrini müəyyənləşdirir, ştat cədvəlində metodist nəzərdə tutulmadığı halda onun vəzifələrini yerinə yetirir. Məktəbəqədər təhsil müəssisəsinin uşaqların ailələri, ictimai təşkilatlar və digər təhsil müəssisələri ilə qarşılıqlı əlaqəsini təmin edir. Ağdam rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli, 2-2-401/2-002338/2024 nömrəli məktubundən görünür ki, Şahid1 Ağdam prokurorluğuna daxil olmuş müraciəti Bərdə rayon prokurorluğuna daxil olmuşdur. xx.xx.2024-cü il tarixli teleqramdan görünür ki, Bərdə rayon Alpoud kəndində yaşayan Şahid1 rayon prokurorluğuna teleqramla müraciət edərək Təqsirləndirilən şəxs ondan borc alıb qaytarmadığı üçün, şikayəti olmuşdur. Hazırda borcunu qaytarmışdır. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi Təhsil üzrə X8 Regional Təhsil İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli məktuba və məktuba əlavə edilmiş xx.xx.2006-cı il tarixli, 57 nömrəli Ağdam rayon Təhsil şöbəsinin əmrindən, xx.xx.2022-ci il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişdən, əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən və əmək kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonu Dördyol- 2 qəsəbə uşaq bağçasının müdiri vəzifəsində işləmişdir. Bakı şəhəri, Xətai Rayon Məhkəməsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 1(011)-124/2024 nörəli hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ağdam rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, PX0016262 nömrəli məktubdan görünür ki, Ağdam rayon Əliağalı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xətai Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib, barəsində Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair hökmü xx.xx.2024-cü il tarixdə Ağdam rayon İcra və probasiya şöbəsinin icraatına daxil olmuş, xx.xx.2024-cü il tarixdə məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmış və cəza çəkir. Əlavə olaraq bildirilmişdir ki, Ağdam rayon Məhkəməsinin 7(013)-8/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs ərazi hüdudlarını tərk etməsi barədə üzərinə qoyulmuş vəzifə dəyişdirilərək və onun hərəkət ərazisinin Ağdam rayonundan başqa Bərdə və Tərtər rayonlarının ərazisi olması müəyyən edilmişdir. X23 Dispanserindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 1205 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X23 Dispanserində dispanser müşahidəsində deyildir Ağdam Rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 15 mart 2024-cü il tarixli, 220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs heç bir xəstəliklə bağlı “Ağdam Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsində və Polikilinika şöbəsində qeydiyyatda yoxdur. Bundan başqa xx.xx.2023-cü il tarixdə Yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu ilə Ağdam RMX-ya müraciət etmişdir. Ağdam Rayon Məhkəməsindən daxil olmuş 13 mart 2024-cü il tarixli, 1-122/2024 saylı məktuba əsasən Ağdam Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs barəsində təqsirləndirici materiala baxılmamışdır. Əlavə olaraq bildirilmişdir ki, Ağdam Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixli, 2(0130-1538/2022 saylı qətnamə mövcuddur. Belə ki, cavabdeh Təqsirləndirilən şəxs 218.95 manat əsas, 23.26 manat faiz, 7.97 manat cərimə olmaqla, cəmi 250.18 manat borc, 0.40 qəpik xidmət haqqı və ödənilmiş 30 manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Ağdam rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-61/2- 10879/2024 nömrəli məktubundan görünür ki, Ağdam rayon Əliağalı kəndində qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs barəsində Ağdam rayon Polis Şöbəsində hər hansı bir ərizə və izahat, cinayət xarakterli məlumat və ya münaqişəli ailə kimi qeydiyyatda olmamışdır. Ağdam rayon İcra Hakimiyyəti Başçısının X20 İnzibati Ərazi Dairəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və eyni tarixli, 1765 nörəli arayışa əsasən Təqsirləndirilən şəxs ailəsi oğlu X3 və digər oğlu X2 ibarətdir, ali təhsillidir, qəsəbədə yaşadığı müddətdə sakit təbiətli və mehriban xarakterli olduğu üçün qəsəbə sakinlərinin hörmətini qazanmışdır. Onun və ailə üzvlərinin haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi Təhsil üzrə X8 Regional Təhsil İdarəsindən daxil olmuş 14 iyun 2024-cü il tarixli, 3-29-38/2- 385/2024 nömrəli məktuba əsasən, məktəbəqədər təhsil müəssisələrinin ştat cədvəlinin təsdiq olunması barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 29 may 1996-cı il tarixli, 61 nömrəli qərarına uyğun olaraq müvafiq müəssisədə 1(bir) ştat vahidi ocaqçı vəzifəsi müəyyən edilmişdir. Lakin, 2022-ci ilin noyabr ayının 15-dən 2024-cü ilin yanvar ayınadək həmin ştatda heç bir işçi çalışmamışdır. 2024-cü ilin yanvar ayından həmin müəssisəyə işçi təyinatı keçirilməmişdir. Təqsirləndirilən şəxsin ifadəsinin qeydə alındığı 01 ədəd DVD-disk müvafiq istintaq hərəkəti protokolları sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 19 iyun 2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Şahid1 ifadəsinin qeydə alındığı 01 ədəd DVD-disk müvafiq istintaq hərəkəti protokollarına əlavə qismində saxlanılmaqla sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilməlidir. Şahid1 araşdırmaya təqdim etdiyi 01 ədəd DVD disk sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilməlidir.Məhkəməfonoskopik ekspertizasının 06 iyun 2024-cü il tarixli, 3-16-16/2-4/477 nömrəli rəyi, rəyə əlavə edilmiş 04 ədəd optik disk, şahidlərin ifadələri iş materiallarına uyğun olduğundan sübut növü kimi qiymətləndirilərək cinayət işinin materiallarına əlavə edilməlidir. Ağdam rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli PX0016262 nömrəli məktubundan görünür ki, Ağdam rayon icra və probasiya şöbəsinin qeydiyyatında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-124/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3- 1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) ilmüddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X1 02 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınaraq təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmaqla onun üzərində qəti 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün icrası barədə Göstəriş xx.xx.2025-ci il tarixdə Ağdam rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış. X13 xx.xx.2025-ci il tarixə cəzasının 01 il 03 ay çəkmiş, çəkilməmiş cəzası 08 ay 26 gün təşkil edir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, maddi sübutları, istintaq hərəkəti protokollarını, Şahid1 araşdırmaya tədqim etdiyi 01 ədəd “DVD” disk, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsində nəzərdə tutulmuş vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün birbaşa yolla, şəxsən maddi neməti istəyib almaqla rüşvət alması qismində istəyərək alması cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması məhəkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun etirafedici ifadəsi ilə (pulu rüşvət kimi deyil işə götürmək adı ilə alıması barədə etirafedici ifadəsi ilə) yanaşı məhkəmədə dindirilmiş şahid ifadələri, tədqiq edilmiş istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2013-cü il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə görə “vəzifəli şəxs” dedikdə dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatlarında, digər kommersiya və qeyri-kommersiya təşkilatlarında xüsusi səlahiyyət üzrə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən şəxslər başa düşülür. Təşkilati-sərəncamverici funksiyanı həyata keçirən şəxs, dövlət və bələdiyyə müəssisə, idarə və təşkilatların, habelə digər kommersiya və qeyri-kommersiya təşkilatların fəaliyyətini idarə edir. Bu cür funksiyanın həyata keçirilməsi insanlar üzərində rəhbərlik etməklə əlaqədardır (kadrların seçilməsi, yerləşdirilməsi, işə qəbul, işdən çıxarma, işin təşkili və s.). İnzibati-təsərrüfat funksiyası üçün isə insanlar üzərində rəhbərlik etmək mütləq deyil. Burada əsas maddi nemətlər üzərində nəzarət və onların idarə olunması, onların buraxılmasının, qəbul olunmasının, məsuliyyətli saxlanılmasının, realizə olunmasının və s. təşkil edilməsidir. Şəxsə müvafiq funksiyaların verilməsinin hüquqi əsası qismində Konstitusiya, qanun, nizamnamə, təlimat, əmr və ya konkret vəzifə tutan şəxsin hüquq və vəzifələrinin müəyyən edildiyi vəzifəyə təyin edilməyə dair digər hüquqi akt çıxış edir. Göründüyü kimi Təqsirləndirilən şəxs 57 nömrəli Ağdam rayon Təhsil şöbəsinin əmri ilə Ağdam rayonu Dördyol-2 qəsəbə uşaq bağçasının müdiri vəzifəsinə təyin edilməklə vəzifəli şəxs olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Qərarından görünür ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Məhkəmədə araşdırılmış sübutlardan görünür ki, Təqsirləndirilən şəxs vəzifəli şəxsin xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətə görə özü üçün birbaşa yolla, şəxsən maddi neməti istəyib almaqla rüşvət qismində istəyərək almışdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmədə öz təsdiqini tapdığından, sonuncu Azərbaycan Respublikasının CM-in 311.1ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs bir uşağının yataq xəstəsi olmasını, cinayəti səmimi etiraf etməklə əməlindən peşman olmasnı, dul olmaqla, ailənin yeganə qazanc gətirən şəxs olmasını, eləcə də iş üzrə vurulmuş ziyanı tam ödəməsini, yaşayış yerindən müsbət xarkterizə olunmasını Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Ağdam rayon icra və probasiya şöbəsinin qeydiyyatında olan, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 1(011)-124/2024 saylı xx.xx.2024-cü il tarixli hökmünə əsasən X13 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 02 (iki) ilmüddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. X1 02 (iki) gün Azərbaycan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə nəzərə alınaraq təyin olunmuş 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından 04 gün çıxılmaqla onun üzərində qəti 01 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmün icrası barədə göstəriş xx.xx.2025-ci il tarixdə Ağdam rayon icra və probasiya şöbəsinin icraatına daxil olmuş və məhkum xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmış. X13 xx.xx.2025-ci il tarixə cəzasının 01 il 03 ay çəkmiş, çəkilməmiş cəzası 08 ay 26 gün təşkil edir. Bundan başqa, cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs X13 hazırda baxılan cinayət əməlini, barəsində Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-124/2024 nömrəli hökmü çıxarılmamışdan əvvəl törətmişdir, eyni zamanda Ağdam rayon icra və probasiya şöbəsinin 18 iyul 2025-ci il tarixli məktubundan görünür ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-124/2024 saylı hökmünə əsasən X7 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından 01 (bir) il 03 (üç) ayını çəkmiş, cəzasının çəkilməmiş qalan hissəsi 08 (səkkiz) ay 26 (iyimi altı) gün təşkil edir. Belə olan halda, məhkəmə hesab edir ki, X7 cəza cinayətlərin məcmusu üzrə təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Odur ki, məhkəmə X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, onun azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən ona Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)- 124/2024 saylı hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) hazırki hökm üzrə təyin ediləcək azadlıqdan məhrum etmə cəzası ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməsini, onun (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla) qəti cəza müddətinə hesablanmasını məqsədəuyğun hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs X7 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Kəmalə Quliyevanın qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Kəmalə Quliyeva Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə əsas cəza qismində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzası, əlavə cəza qismində isə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmaq hüququndan məhrum etmə növündə cəza təyin edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə əsas cəza təyin olunmaqla, ona dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində olan yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, onların şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, törətdiyi əməldə cəzanı ağırlaşdıran halların olmamasını, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin himayəsində iki uşağının olmasını, bir uşağının yataq xəstəsi olmasını, əməlindən peşman olması, dul olmaqla, ailənin yeganə qazanc getirən şəxs olması, eləcə də iş üzrə vurulmuş ziyanı tam ödəməsini yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək, CM-nin 70-ci maddəsi tətbiq edilməklə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci madəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən barəsində işdə olan və ayrı-ayrılıqda yuxarıda şərh olunan cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, həmçinin himayəsində iki uşağının olmasını, bir uşağının yataq xəstəsi olmasını, əməlindən peşman olması, dul olmaqla, ailənin yeganə qazanc getirən şəxs olması, eləcə də iş üzrə vurulmuş ziyanı tam ödəməsini nəzərə alaraq, eləcə də şəxsiyyətcə azadlıqdan məhrum etmə növündə cəza çəkmədən islah olunmasını mümkün sayaraq, onu barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə, ona təyin olunan cəzanın sınaq müddəti ilə şərti hesab edilməsini qanuni və əsaslı hesab edir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən onun üzərinə müəyyən vəzifələrin qoyulmasını məqsədə uyğun hesab edir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı ünvan 4 ünvanında üzrə Ağdam rayon İcra və probasiya şöbəsinə həvalə edilməli, onun davranışına nəzarət edən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək, öz davranışı ilə islah olunduğunu sübut etmək bir vəzifə olaraq tapşırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 23-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etməlidirlər. Bu zaman əlavə cəza maddənin sanksiyasında nəzərdə tutulmuş hər hansı əsas cəza ilə yanaşı təyin edilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” 14 noyabr 2011-ci il tarixli qərarına görə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında əsas cəzalardan biri kimi nəzərdə tutulması, təqsirkara başqa növ əsas cəza təyin olunduğu halda onun barəsində CM-in 46.2-ci maddəsinə müvafiq olaraq əlavə cəza qismində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının təyin olunmasını istisna etmir. Yalnız şəxsə əsas cəza qismində təyin olunmuş müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəzasının həm də əlavə cəza qismində təyin edilməsinə yol verilmir. O da nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 46-cı maddəsində müəyyən vəzifə tutma hüququndan məhrum etmə və müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə “və ya” bağlayıcısı ilə birbirindən ayrılmaqla alternativ cəzalar kimi təsbit edildiyindən, eyni bir cinayətə görə həmin cəzaların istər əsas, istərsə də əlavə cəza qismində eyni zamanda təyin edilməsinə yol verilmir. Hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-in 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedaqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablandığından,məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin olunmuş dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə cəzasının müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul Təqsirləndirilən şəxsdan alınaraq Azərbaycan Respublikasının Ekspertiza Mərkəzinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ifadəsinin qeydə alındığı 01 ədəd DVD-disk, Şahid1 ifadəsinin qeydə alındığı 01 ədəd DVD-disk, Şahid1 araşdırmaya təqdim etdiyi 01 ədəd DVD disk, ekspert rəyi, rəyə əlavə edilmiş 04 ədəd optik disk cinayət işinin materiallarında saxlanılmalıdr. Təqsirləndirilən şəxs barəsində seçilmiş əsas qətimkan tədbiri qismində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 311.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.4 və 66.5-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(011)-124/2024 nömrəli hökmə ilə təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla (azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulmaqla), yəni 11 (on bir) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş əsas cəza ilə qismən toplamaqla və əlavə cəzanı əsas cəzaya tam birləşdirməklə Təqsirləndirilən şəxs qəti olaraq 03 (iki) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəza təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin olunmuş 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 03 (üç) il sınaq müddəti ilə şərti hesab edilsin. Təqsirləndirilən şəxs barəsində əsas qətimkan tədbiri qismində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinə dəyişdirilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı Ağdam rayonu, Dördyol-1 qəsəbəsi, ev 1248 ünvanında üzrə Ağdam rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddətinin başlanğıcı hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə dövlət orqanlarında və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutmaq hüququndan məhrum etmə növündə əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablansın. İş üzrə maddi sübut olan CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin ifadəsinin qeydə alındığı 01 ədəd DVD-disk, Şahid1 ifadəsinin qeydə alındığı 01 ədəd DVD-disk, Şahid1 araşdırmaya təqdim etdiyi 01 ədəd DVD disk, ekspert rəyi, rəyə əlavə edilmiş 04 ədəd optik disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 100 manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs, müştərək qaydada tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-227/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-227/2025
23.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver