Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-228/2021 01.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu (mərzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6 və X3, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüqüqşünas Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində biri yetkinlik yaşına çatmayan üç övladı olan, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Gəncə şəhəri, Kəpəz rayonu, M.A.Əliyev küçəsi, ev 55 ünvanında qeydiyyatda olmaqla yaşamış, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 4(043)11/2021 saylı qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi külli miqdarda narkotik vasitə heroini qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə saxlamışdır. Belə ki, o, məlum olmayan vaxt və mənbədən tamah niyyətilə qanunsuz olaraq ayrı ayrılıqda təmiz çəkiləri 0,028 qram, 3,976 qram, 19,107 qram, 0,021 qram, 0,024 qram, 0,030 qram, 0,032 qram, 0,029 qram, 0,027 qram, 0,023 qram, 0,028 qram, 0,036 qram, 0,026 qram, 0,037 qram, 0,194 qram, 0,044 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar hesab edilən 23,662 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə əldə edib yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, M.A.Əliyev küçəsi, ev 55 ünvanında saxlamış, 25.01.2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin qonaq otağındakı divanın qarşısındakı masanın üzərindən kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,024 qram, 0,030 qram, 0,032 qram, 0,029 qram, 0,027 qram, 0,023 qram, 0,028 qram, 0,036 qram, 0,026 qram, 0,037 qram çəkilərdə, həmin otaqda yerləşən musiqi mərkəzinin üst hissəsində «Arqo» siqaret qutusunun içərisində kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,976 qram, 19,107 qram çəkilərdə, musiqi mərkəzinin qarşısındakı kağız bükümdə təmiz çəkisi 0,028 qram çəkidə, yanındakı telvizorun qarşısında kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram və 0,044 qram çəkidə olmaqla ümumi təmiz çəkisi külli miqdar hesab edilən 23,662 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli iş üzrə dindirilmiş şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan heroini təxminən 2011-ci ildən etibarən qəbul etməyə başlamışdır. Onun yaşadığı evdən aşkar edilib götürülmüş narkotik vasitələrdən 05 ədəd bükümdə olan kütlə ona məxsus olmamış və o, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. 25.01.2021-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdə yatdığı zaman evə polis əməkdaşları gəlmiş və ona yaşadığı evə təxirəsalınmaz baxış keçirilməsi barədə qərar təqdim edərək onun razılığı ilə baxış keçirmişlər. Polis əməkdaşları evə baxış keçirən zaman evin qonaq otağında olan masanın üzərindən 11 ədəd siqaret kağızına bükülmüş bir bükümdə 0.06 qram, bir bükümdə 0.05 qram, bir bükümdə 0.07 qram, bir bükümdə 0.04 qram, bir bükümdə 0.05 qram, bir bükümdə 0.05 qram, bir bükümdə 0.05 qram, bir bükümdə 0.05 qram, bir bükümdə 0.06 qram, bir bükümdə 0.06 qram, bir bükümdə 0.06 qram, həmin otaqdakı musiqi mərkəzinin üzərində olan “Arqo” markalı siqaret qutusunun içərisindən 2 ədəd, bir bükümdə 4.71 qram siqaret kağızına bükülü və bir bükümdə 20.29 qram sellofona bükülü, ayrıca bir bükümdə çəkisi 0,06 qram və televizorun qarşısından isə 02 ədəd bir bükümdə 0.37 qram və bir bükümdə 0.06 qram içərisində narkotik maddə heroinə bənzər kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr onun iştirakı ilə qablaşdırılmışdır. O, əynində olan paltarların cibini göstərərək üzərində heç bir narkotik maddənin olmadığını bildirmişdir. O, evin qonaq otağındakı masanın üzərində olan 11 ədəd bükümün içərisindəki narkotik maddə olan heroinin özünə məxsus olduğunu və öz istifadəsi üçün Bakı şəhərindən Zaur adlı tanımadığı şəxsdən ümumilikdə 60 manat ödəməklə aldığını, həmin otaqdakı musiqi mərkəzinin üzərində olan “Arqo” markalı siqaret qutusunun içərisindəki 02 ədəd bükümdə, həmin yerdən götürülmüş 01 ədəd bükümdə, həmin otaqda televizorun qarşısında qoyulmuş 02 ədəd bükümdə olan narkotik vasitələrin ona məxsus olmadığını, həmin narkotik vasitələri evə daxil olarkən polis əməkdaşları tərəfindən qoyulduğunu bildirmişdir. Sonra o, Kəpəz RPİ-nə gətirilmiş, orada müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. O, narkotik vasitələri Zaur adlı şəxsdən alarkən, həmin narkotik vasitələr ayrı ayrı bükümlərdə olmuşdur. O, heç kimə narkotik vasitə satmamış, saxladığı narkotik vasitəni heç kimə verməmiş, yalnız özü istifadə etmək üçün evində saxlamışdır. Məhkəmədən ona ədalətli cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 1-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi olaraq üzərində gəzdirməsi, satması və yaşadığı evdə saxlaması barədə Gəncə şəhər Kəpəz rayon Pİ-nə idarəsinə 25 yanvar 2021-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat əsasında, polis mayoru Şahid2 Nürəddin oğlu, polis baş leytenantları Şahid3 və Şahid4 ibarət tərkibdə əməliyyat qrupu yaradılmışdır. Həmin gün səhər saatlarında onlar Təqsirləndirilən şəxs yaşadığı evinə təxirəsalınmaz qaydada baxış keçirmək qərarına gəlmiş, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmişdən əvvəl əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qəbul edilmiş, qərar Təqsirləndirilən şəxs elan olunmuş, sonuncu qərarla tanış olduqdan sonra onun yaşadığı evə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığına dair rəsmi qaydada ərizə vermişdir. Daha sonra onlar Təqsirləndirilən şəxs evinə sonuncunun iştirakı ilə, həmin vaxt evdə olan oğlanları Şahid5 və Şahid6 iştirakları ilə evə baxış keçirməyə başlamışlar. Baxış zamanı evin qonaq otağında yerləşən divanın qarşısındakı masanın üzərində 11 ədəd siqaret qutusunun iç kağızlarına bükülü vəziyyətdə olan içərisində narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Sonra həmin otaqda olan musiqi mərkəzinin qarşı tərəfindən bir ədəd siqaret qutusunun iç kağızına bükülü vəziyyətdə olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Həmin kütlələr aşkar edilib götürülən zaman Təqsirləndirilən şəxs 12 ədəd bükümdə olan narkotik vasitənin özünə məxsus olmasını, özünün istifadəsi üçün Bakı şəhərindən Zaur adlı şəxsdən aldığını bildirmişdir. Bundan sonra otaqda olan musiqi mərkəzinin üzərindəki «Arqo» markalı siqaretin içərisindən iki ədəd bükümdə nisbətən böyük ölçülü kütlələr də aşkar edilmiş, həmin kütlələrin də narkotik vasitə olan heroin olması məlum olmuşdur. Bundan başqa isə televizorun qarşısında iki ədəd bükümdə kütlələrin də olması məlum olmuş, həmin üktlələrin də heroin olması ekspertiza ilə müəyyən edilmiş, Təqsirləndirilən şəxs siqaret qutusundakı narkotik vasitə olan heroinin ona məxsus olmadığını bildirmiş, həmçinin televizorun qarşı tərəfindəki iki ədəd kiçik bükümlərlərdə olan kütlənin gəc olmasını desə də ekspertiza zamanı həmin kütlələrin də heroin olması məlum olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs baxış zamanı şalvarının ciblərini çıxararaq üzərində hər hansı bir narkotik vasitə olmadığını bildirmiş, həqiqətən də İsfəndiyarın üzərində hər hansı narkotik vasitənin və ya qanunla qadağan olunmuş digər bir əşyanın olmadığı onun tərəfindən müəyyən edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin digər hissələrinə, yataq otağına və digər yerlərə baxış keçirilərkən başqa bir narkotik vasitə və ya qanunla qadağan olunmuş digər əşya müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən ilk əvvəl aşkar edilmiş 11 ədəd siqaret qutusunun iç kağızına bükülü vəziyyətdə olan, eyni zamanda digər 03 ədəd kağız bükülüdə olan heroinlərin aptek tərəzisində çəkiləri müəyyən edilmiş, həmin kiçik ölçülü kütlələr bükümlə birlikdə ayrı-ayrılıqda 0,05, 0,06 və 0,07 qram çəkilərdə olmuş, «Arqo» markalı siqaret qutusunun içərisindəki bükümün birinin çəkisinin bükümlə birlikdə 05 qrama yaxın olması, digər bir bükümün isə çəkisinin bükümlə birlikdə 20 qramdan bir az artıq olması məlum olmuşdur. Aşkar edilmiş narkotik vasitələr Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənib götürülmüş, bu barədə protokol tərtib edilmiş, bütün iştirakçılar həmin protokola imza atmaqla doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra toplanmış material aidiyyatı üzrə verilməsi üçün tərəfindən rəhbərliyə raportla məruzə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Nürəddin oğlu və Şahid3, Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, atası bir neçə vaxtdır ki, narkotik vasitədən istifadə etməyə başlamış, amma o, atasının narkotik vasitədən istifadə etməsini görməmiş, onların yanında istifadə etməmişdir. 25 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, yuxudan durub işə gedən zaman polis əməkdaşları onlara gəlmiş və evdə axtarış etməyə başlamışlar. Həmin vaxt atası da qonaq otağına gəlmişdir. Bundan sonra onun və qardaşı Özcanın da iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı qonaq otağında divanın qarşısındakı masanın üzərindən, televizorun qarşı tərəfindən və musiqi mərkəzinin üst tərəfindən “Arqo” siqaretinin içərisindən bükümülər aşkar olunmuşdur. Bu zaman atası İsfəndiyar televizorun qarşı tərəfindən və musiqi mərkəzinin üst tərəfindən “Arqo” siqaretinin içərisindən aşkar olunmuş bükümlərin ona məxsus olmadığını bildirmişdir. Sonra polislər aşkar edilmiş bükümləri zərfə qoyaraq qablaşdıraraq möhürləmişlər. Atası televizorun qarşı tərəfindən və musiqi mərkəzinin üst tərəfindən Arqo siqaretinin içərisindən aşkar olunan narkotiklərin ona məxsus olmadığını dediyindən, həmin bükümlərin polislər tərəfindən qoyulduğunu düşünmüşdür. Atası narkotik vasitələri mağazada olan soyuducu və kondisioneri sataraq almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, atası İsfəndiyarın narkotik vasitədən istifadə etməsini bilməmişdir. 25 yanvar 2021-ci il tarixdə səhər saatlarında o, qardaşı Elcan və atası İsfəndiyar evdə yatmışlar. Həmin gün saat 9-10 radələrində polis əməkdaşları onlara gəlmiş, o, yuxudan oyanıb qonaq otağına getmişdir. Həmin vaxt atasının əlləri qandallanmış vəziyyətdə çarpayıda əyləşdiyini görmüşdür. Daha sonra onun və qardaşı Özcanın da iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı qonaq otağında divanın qarşısındakı masanın üzərindən bükülülər aşkar edilmişdir. Atası həmin bükülülərdə narkotik vasitə olduğunu, mağazadakı soyuducunu satıb özünün istifadəsi üçün aldığını bildirmişdir. Bundan başqa televizorun qarşı tərəfindən də bir neçə kiçik ölçülü bükümlər aşkar edilmiş, daha sonra musiqi mərkəzinin üst tərəfindən “Arqo” siqaretinin içərisindən nisbətən iri ölçülü bükümlər aşkar olunmuşdur. Həmin vaxt atası İsfəndiyar həmin bükümlərin ona məxsus olmadığını bildirmişdir. Sonra polislər aşkar edilmiş bükümləri zərfə qoyaraq qablaşdırmış və möhürləmiş, protokol tərtib olunmuş və imzalanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 yanvar 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 27 yanvar 2021-ci il tarixli 4(043)11/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 yanvar 2021-ci il tarixli baxış və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq mütəmadi narkotik vasitə əldə etməsi, qəbul etməsi, daimi üzərində narkotik gəzdirməsi, satışı ilə məşğul olması və yaşadığı ünvanda saxlaması barədə Kəpəz rayon Pİ-nə daxil olmuş əməliyyat məlumatı ilə əlaqədar olaraq qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərara əsasən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evdə olması müəyyən edilərək həmin ünvana gedilib Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi barədə məlumat verilmiş, Təqsirləndirilən şəxs buna etiraz etməyərək razılıq ərizəsi vermiş, qərarla tanış olduqdan sonra evə saat 11-04 dəqiqədən başlayaraq təxirəsalınmaz baxış keçirilməyə başlamışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağında divanın qarşısındakı masanın üzərindən 11 ədəd siqaret kağızına bükülmüş kəskin iyli, tünd-qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlələr aşkar olunmuş, otaqdakı musiqi mərkəzinin üzərində olan “Arqo” markalı siqaret qutusunun içərisindən bir ədəd siqaret kağızına bükülmüş, içərisində kəskin iyli, tünd-qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlə və bir ədəd sellofana bükülmüş, kəskin iyli, tünd-qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuş, həmin qutunun yanında isə ayrıca bir ədəd siqaret kağızına bükülmüş, kəskin iyli, tünd-qəhvəyi rəngdə, ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə aşkar olunmuşdur. Bundan sonra baxış zamanı həmin otaqdakı televizorun qarşısında, televizor qoyulan masanın üzərindən isə iki ədəd siqaret kağızına bükülmüş içərisində ilk baxışdan narkotik vasitə olan heroinə bənzər kütlələr aşkar olunaraq götürülmüşdür. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə başqa bir narkotik vasitə olmadığını bildirmiş, həmçinin şalvarının ciblərinin çıxarıb üzərində də heç bir narkotik vasitə olmadığını bildirməklə göstərmişdir. İlk olaraq masanın üzərində aşkar edilmiş 11 bükümdə olan kütlələr aptek tərəzsində çəkilmiş, bir bükümdə 0,06 qram, bir bükümdə 0,05 qram, bir bükümdə 0,05 qram, bir bükümdə 0,07 qram, bir bükümdə 0,04 qram, bir bükümdə 0,05 qram, bir bükümdə 0,05 qram, bir bükümdə 0,05 qram, bir bükümdə 0,05 qram, bir bükümdə 0,06 qram və bir bükümdə 0,06 qram olmuş, həmin kütlələr zərfə qyoularaq qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan sonra “Arqo” siqaret qutusunun içərisində kütlələr aptek tərəzisində çəkilmiş, həmin kütlənin biri bükümlə birlikdə 4,71 qram olmuş, digər kütlə bükülü ilə birlikdə 20,29 qram olmuş, ayrıca aşkar edilmiş digər bir kiçik ölçülü büküm də aptek tərəzsində çəkilmiş, bükümün çəkisi 0,06 qram olmuş, televizorun qarşısındakı iki büküm də aptek tərəzisində çəkilmiş, birinin çəkisi 0,37 qram, digər bükülünün çəkisi isə 0,06 qram olmuşdur, həmin bükülülər də zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 120 saylı möhürü ilə möhürlənmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 11 bükülüdəki narkotik vasitənin ona məxsus olmasını, Bakı şəhərindən Zaur adlı şəxsdən 60 manata aldığını, özünün istifadəsi üçün almasını bildirmiş, digər bükülüdəki narkotik vasitələrin ona məxsus olmadığını, xəbəri olmadığını, iki ədəd bükülüdəki kütlənin isə gəc olmasını, bacısı oğlunun onunla zarafat məqsədilə ona verməsini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş diskə baxışdan görünür ki, 25 yanvar 2021-ci il tarixdə Gəncə şəhər Kəpəz rayon Pİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyindən həmin video görüntüləri əks etdirən bir ədəd DVD diskə baxış keçirilmiş və baxış keçirmə zamanı görünür ki, bir ədəd diskdə bir ədəd video görüntü olmuş, həmin video çəkiliş 28 dəqiqə 52 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməmişdən əvvəl Kəpəz rayon Pİ-nin CAŞ-nin əməkdaşları ona evə baxış keçirilməsi haqqında təxirasalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarı elan etmiş, ondan evə baxış keçirilməsinə hər hansı bir etirazının olub-olmadığını soruşulmuş, Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını demişdir. Baxış keçirilən zaman vaxt elan edilmiş, 25 yanvar 2021-ci il tarixdə saat 11-04 dəqiqədə baxış keçirilməyə başlanıldığı elan edilmişdir. Bundan sonra baxışda iştirak edən şəxslər, ilk əvvəl polis əməkdaları, sonra isə Təqsirləndirilən şəxs özünü təqdim etmiş, sonra 2 nəfər yetkinlik yaşına çatmayan şəxslər Şahid6 və Şahid5 özlərini təqdim etmişlər. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs evində heçə nə olmadığını bildirmiş, bundan sonra yaşayış evinə baxış keçirilməyə başlanılmış, ilk əvvəl qonaq otağında divanın qarşısındakı masanın üzərindəki əşyalara baxış keçirilmiş, masanın üzərində sellofan bükülünün içərisində kiçik bükümlərin olması məlum olmuş, Təqsirləndirilən şəxs həmin bükülülərin nə olması soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükülülərin heroin olmasını, özünün soyuducunu satıb almasını, özünün istifadəsi üçün aldığını bildirmiş, həmin bükülülərin içərisinə baxış keçirilmiş, bükülülərin hamısının içərisində kütlənin olması məlum olmuş, bundan sonra həmin bükülülər aptek tərəzsində çəkilmiş, çəkilərinin bükülü ilə birlikdə çəkiləri 0,04, 0,05, 0,06 və 0,07 qram çəkilərdə olması məlum olmuşdur. Bundan sonra həmin bükülülər zərfə qoyularaq qablaşdırılmış, həmin zərfin üzərində iştirakçılar imza etmişlər. Bundan sonra yataq otağına baxış keçirilmiş, çarpayının alt və ətraf hissəslərinə baxış keçirilmirş başqa bir əşya aşkar edilməmişdir. X2 üzərində narkotik vasitə olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs şalvarının ciblərinin çıxarıb ciblərinin boş olmasını göstərmiş, üzərinə baxış keçirilərkən hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra digər otaqda olan musiqi mərkəzinin qarşı tərəfində iki ədəd büküm aşkar edilmiş, həmin bükümdə nə olması Təqsirləndirilən şəxs soruşulmuş, o, həmin bükümlərin içərisində gəc olmasını demiş, uşaqlar onunla zarafat məqsədilə o, ağrıyanda ona verib zarafat etmələrini bildirmişdir. Sonra musiqi mərkəzinin sol tərəf qarşısında digər bir büküm aşkar edilmiş, həmin bükümün nə olması Təqsirləndirilən şəxs soruşulmuş, Təqsirləndirilən şəxs həmin bükümdə də heroin olmasını, ona məxsus olduğunu, özünün istifadəsi üçün almasını demiş, sonra pambıq, şprislər müəyyən edilmiş, Təqsirləndirilən şəxs heroini ona qatıb istifadə etməsini bildirmişdir. Sonra musiqi mərkəzinin üst tərəfindən “Arqo” markalı siqaret qutusunun içərisindən iki ədəd nisbətən böyük ölçülü sellofan bükümlər aşkar edilmiş, həmin əşyaların nə olması İsfəndiyar İbrahimdan soruşulmuş, Təqsirləndirilən şəxs həmin əşyaların ona məxsus olmadığını bildirmişdir. “Arqo” siqaret qutusunun içərisindəki əşyaların Təqsirləndirilən şəxs məxsus olub-olmadığı oğlanlarından soruşulmuş, onlar isə xəbərləri olmadığını, həmin əşyaların atalarına məxsus olub-olmadığını bilmədiklərini demişlər. Sonra yaşayış evinin digər yerlərinə baxış keçirilmiş, hər hansı bir digər narkotik vasitə və dövriyyəsi qadağan olunmuş digər əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər hamısı aptek tərəzsində çəkilmiş, “Arqo” siqaret qutusunun içərisində bükümlər də çəkilmiş, bükümün birinin çəkisinin 20,29 qram olması məlum olmuş, digər bükülünün çəkisinin isə 4,71 qram olması məlum olmuş, sonra digər kiçik ölçülü büküm, bükümlə birlikdə aptek tərəzisində çəkilmiş, çəkisinin 0,06 qram olması məlum olmuş, aşkar edilmiş bükülülər ayrı-ayrılıqda zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri iştirakçılar tərəfindən imzamlanmış və möhürlənərək götürülmüşdür. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekpsertizası mərkəzinin Gəncə Regional bölməsindən alınmış məhkəmə-kimyəvi ekspertizasının 25 yanvar 2021-ci il tarixli 16/77 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş 3(üç) büküm narkotk vasitə” sözləri və imzalar olan kağız paketdəki: 01 (bir) ədəd gümüşürəngli kağız bükümdə, bir ədəd «ARGO» adlı siqaret qutusunun içərisində olan 01(bir) ədəd «gümüşü» rəngli kağız bükümdə, 01(bir) ədəd polietilen kəisiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,028 qram, 3,976 qram, 19,107 qram, ümumi təmiz çəkisi 23.111 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evdən 11 büküm narkotik vasitə.” sözləri və imzalar olan kağız paketdəki: 07(yeddi) ədəd «gümüşü» rəngli kağız bükümlərdə və 04 (dörd) ədəd qızılı rəngli kağız bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,024 qram, 0,030 qram, 0,032 qram, 0,029 qram, 0,027 qram, 0,023 qram, 0,028 qram, 0,036 qram, 0,026 qram, 0,037 ümumi təmiz çəkisi 0,313 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş, üzərində «Vət.Təqsirləndirilən şəxs Pasim oğlunun yaşadığı evin televizorun qarşısından aşkar edilmiş 02(iki) ədəd büküm» sözləri və imzalar olan kağız paketdəki: 01(bir) ədəd qırmızı rəngli kağız bükümdə və 01(bir) ədəd «gümüşü» rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.194 qram, 0,044 qram, ümumi təzmiz çəkisi 0,238 qram maddələr, kustar üsulla hazırlanmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş 03(üç) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə rayonlararası Narkoloji Dispanserin 27.04.2021-ci il tarixli 468 nömrəli rəyindən görtünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs, Füzuli-Qubdlı Qarnizon Hərbi məhkəməsinin 11.10.1996cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 243-cü maddəsi ilə təqsirli bilinib 11 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası MM-nin17.10.1997-ci il tarixli Amnistiya qərarına əsasən cəzası yarıya qədər azaldılaraq 15.03.2000-ci il tarixdə vaxtından əvvəl şərti olaraq azad olunmuş, Gəncə şəhər Nizami rayon məhkəməsinin 26.04.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, daha sonra Gəncə şəhər Nizami rayon məhkəməsinin 01.05.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 16.07.2015-ci il tarixdə cəzasının sonu ilə azad olumuşdur. Başqa sözlə Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ruhi- Əsəb dispenseri və Gəncə Narkoloji dispanserinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində, onun həmin dispanserlərdə qeydiyyatının olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi” haqqında 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasinin Qanunun İ siyahısının 5-ci bəndində heroin adlı narkotik vasitənin külli miqdar (təmiz halda qramlarla) 2,0 qram daxil olmaqla olması göstərilmişdir. Təqsirləndirilən şəxs isə təmiz çəkisi – 23,662 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib yaşadığı evdə saxlamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onun evində qonaq otağındakı musiqi mərkəzinin üzərində olan “Arqo” markalı siqaret qutusunun içərisindəki 2 ədəd bükümdə, həmin yerdən götürülmüş 01 ədəd bükümdə, həmin otaqda televizorun qarşısında qoyulmuş 02 ədəd bükümdə olan narkotik vasitələrin ona məxsus olmaması, həmin bükümlərin polis tərəfindən qoyulması ilə bağlı verdiyi ifadəsi təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, şahid ifadələri, cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa məhkəmə həmçinin Şahid6 məhkəmə istintaqı zamanı verdiyi atasının musiqi mərkəzinin üzərində olan “Arqo” markalı siqaret qutusunun içərisindəki 02 ədəd bükümdə, həmin yerdən götürülmüş 01 ədəd bükümdə, həmin otaqda televizorun qarşısında qoyulmuş 02 ədəd bükümdə olan narkotik vasitələrin ona məxsus olmadığını bildirdiyindən, həmin bükümlərdə olan narkotik vasitələrin polislər tərəfindən qoyulduğunu düşünməsi ilə bağlı verdiyi ifadəsinə də qiymət verərək hesab edir ki, sonuncunun ifadəsi digər başqa sübutlarla öz təsdiqini tapmadığından atasını müdafiə məqsədilə vermiş kimi qiymətləndirlməlidir. Beləliklə, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən tamah niyyətilə qanunsuz olaraq ayrı ayrılıqda təmiz çəkiləri 0,028 qram, 3,976 qram, 19,107 qram, 0,021 qram, 0,024 qram, 0,030 qram, 0,032 qram, 0,029 qram, 0,027 qram, 0,023 qram, 0,028 qram, 0,036 qram, 0,026 qram, 0,037 qram, 0,194 qram, 0,044 qram olmaqla ümumi təmiz çəkisi külli miqdar hesab edilən 23,662 qram çəkidə narkotik vasitə olan heroini satış məqsədilə əldə edib yaşadığı Gəncə şəhəri, Kəpəz rayonu, M.A.Əliyev küçəsi ev 55 ünvanında saxlamış, 25.01.2021-ci il tarixdə saat 11 radələrində Gəncə şəhər Kəpəz RPİnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilərkən evin qonaq otağındakı divanın qarşısındakı masanın üzərindən kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,021 qram, 0,024 qram, 0,030 qram, 0,032 qram, 0,029 qram, 0,027 qram, 0,023 qram, 0,028 qram, 0,036 qram, 0,026 qram, 0,037 qram çəkilərdə, həmin otaqda yerləşən musiqi mərkəzinin üst hissəsində «Arqo» siqaret qutusunun içərisində kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 3,976 qram, 19,107 qram çəkilərdə, musiqi mərkəzinin qarşısındakı kağız bükümdə təmiz çəkisi 0,028 qram çəkidə, yanındakı telvizorun qarşısında kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,194 qram və 0,044 qram çəkidə olmaqla ümumi təmiz çəkisi külli miqdar hesab edilən 23,662 qram çəkidə narkotik vasitə olan heroin satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnın 59.1-ci maddəsinə əsasən himayəsində azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 25 yanvar 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 23,662 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmalı, təqsirləndirilən şəxs və müafiəçisi cinayət işinin materialları ilə yanaşı maddi sübut hesab edilən narkotik vasitə olan heroinin ekspertizadan qaytarılmış qalığı, yəni 23,501 qram narkotik vasitə olan heroinlə tanış olduqdan sonra həmin çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 25 (iyirmi beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X1 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 25 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülmüş ümumi təmiz çəkisi 23,662 qram çəkidə narkotik vasitə olan heroin iş üzrə mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmalı, təqsirləndirilən şəxs və müafiəçisi cinayət işinin materialları ilə yanaşı maddi sübut hesab edilən narkotik vasitə olan heroinin ekspertizadan qaytarılmış qalığı, yəni 23,501 qram narkotik vasitə olan heroinlə tanış olduqdan sonra həmin çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirdiyindən 150 (yüz əlli) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-228/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-228/2021
01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver