Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-228/2023 06.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və X5 ibarət tərkibdə, X25, X22, X19, X13 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, – xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmuş, Şəmkir rayonu, Çinarlı qəsəbəsində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən xuliqanlıq niyyətilə və təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2022-ci il tarixdə, saat 23-24 radələrində Şəmkir rayonunun Aşağı Seyfəli kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evində müvəqqəti olaraq yaşayan tanışı, Şəmkir rayonu, Çinarlı qəsəbə sakini, xx.xx.1979-cu il təvəllüdlü X15 ilə həmin fərdi yaşayış evində yemək yeyib, spirtli içki olan araq qəbul edərək hər ikisi sərxoş vəziyyətinə düşdükdən sonra Ruslan Bayramova səriştəsiz ovçu olmasını deməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı heç bir əsaslı səbəb olmadan Ruslan Bayramovu qəsdən öldürmək qərarına gəlmiş, bundan sonra Ruslan Bayramovun otaqdakı dəmir çarpayıda sərxoş halda uzanmaqla yuxulamasından istifadə edərək sonuncunun ona müqavimət göstərməsindən məhrum olması və yatmış halda aşkar surətdə köməksiz vəziyyətdə olmasını dərk edərək təxminən 0,5 - 1 metrlik yaxın məsafədən Ruslan Bayramova məxsus zavod üsulu ilə istehsal edilmiş, 16 kalibrli, patronluğunun uzunluğu 70 mm olan, “3K” modelli, “7274B” nömrəli, xarici çaxmaqlı, təklüləli yivsiz odlu ov silahı ilə heç bir əsaslı səbəb olmadan qəsdən öldürmək məqsədilə Ruslan Bayramovun üz nahiyəsinin sol yarısında kəllə boşluğuna keçən, giriş dəliyi sol burun-dodaq-yanaq büküşündə yerləşən, yara kanalının istiqaməti qismən sağdan-sola, aşağıdan yuxarıya, öndən arxaya olan, yara kanalı boyunca dərini, dərialtı yumşaq toxumaları, əngi, damağı, kəllə qapağını, kəllə əsası sümüklərini, beynin sərt və yumşaq qişasını, beyin toxumalarını zədələyən, ov tüfəngindən qırmaların kompakt təsir etdiyi distansiyadan bir dəfə atəş açaraq, ağırlıq dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran və Ruslan Bayramovun ölümünə səbəb olan bədən xəsarətləri yetirərək xuliqanlıq niyyəti ilə təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsi qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.9-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində anadan olmuş, həmin qəsəbədə qeydiyyatda olsa da, faktiki olaraq Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsində yaşayır. 2015-ci ildə Bakı şəhər sakini X16 ilə rəsmi nikaha daxil olmaqla evlənmiş və birgə nikahdan 3 övladı vardır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, lakin Bakı şəhərində və Şəmkir rayonunda fəhlə kimi işləmişdir. 2022-ci ilin may ayında Bakı şəhərində işləyib ailəsini dolandıra bilmədiyi üçün doğulduğu Şəmkir rayonu, Çinarlı qəsəbəsinə qayıtmış, qəsəbə ərazisində yerləşən nənəsi X6 məxsus evdə bir müddət yaşayıb fəhlə kimi işləmiş, qazandığı pulun bir hissəsini Bakı şəhərində yaşayan valideynlərinə və arvadına göndərmişdir. X2 həmkəndlisi kimi tanımış, onunla əvvəllər aralarında heç bir mübahisə, dava-dalaş, ədavət və düşmənçilik münasibəti olmamış, əksinə səmimi münasibətləri yaranmışdir. 2020 və 2021-ci illərdə Ruslan Bayramovun yaşamağa evi olmadığından onlar, onun nənəsi evində birlikdə yaşamışlar. Belə ki, Ruslan Bayramovun əmisi Bayram Bayramovla babası Muxtar Bayramova məxsus evə görə aralarında narazılıq olmuş, bu səbəbdən də Ruslan Bayramov 2007-ci ildə ailəsi ilə birlikdə həmin evdən çıxaraq ayrı evlərdə yaşamışlar. X29 spirtli içki aludəçisi olduğundan və maddi imkanı zəif olduğu üçün ev ala bilmədiyindən arvadı X12 Bayramova ilə birlikdə ata yurduna getmiş, həmin vaxtdan hal-hazıradək orada yaşamışlar. 2022-ci ilin yanvar ayında X30 rayonu, Aşağı Seyfəli kənd sakini Xəqani adlı şəxsin evində pulsuz olaraq yaşamağa başlamışdır. O, 2022-ci ilin may ayında Şəmkir rayonu, Çinarlı qəsəbəsinə qayıtdıqda oktyabr ayının əvvəllərinədək Ruslan Bayramovun yaşadığı evə getməmişdir. Birinci dəfə Ruslan Bayramovun yaşadığı evə 2022-ci ilin oktyabr ayının əvvəllərində, dəqiq tarixini xatırlamadığı gündə, gecə saatlarında getmişdir. Həmin vaxt Ruslanla telefonla danışdıqda Ruslan ona dükandan araq və qida məhsulları alıb, birlikdə yeyib-içməyi təkilif etmişdir. O, Ruslan Bayramovun təklifini qəbul etmiş və yaşadığı evə getmişdir. Evə gəlib çatdıqda Ruslan Bayramov onu süfrəyə dəvət etmiş və televizora baxaraq araq içmişlər. 2018–2021-ci illər ərzində Ruslan Bayramovla bir neçə dəfə havalar soyuyan ərəfədə, xüsusən payız aylarında dağlıq əraziyə yollanıb ov etmişlər. Lakin, 2022-ci il ərzində Ruslan Bayramovla heç vaxt ova getməmişlər. Belə ki, Ruslan Bayramov ov həvəskarı olmuşdur. Hətta onun qanuni sənədləri olan ov tüfəngi olmuş və həmin tüfəngi yaşadığı evin divarından asmışdır. 2022-ci ilin oktyabr ayının əvvəllərində, Ruslanın yaşadığı evə ilk dəfə gedəndə Ruslan ona ova getməyi təklif etmiş, o isə razılaşaraq silahı hazırlamasını söyləmiş, 1-2 həftəyə gedə biləcəyini ona bildirmiş, Ruslan isə buna etiraz etməmişdir. 19 oktyabr 2022-ci il tarixində, saat 22 radələrində Ruslan Bayramov ona zəng edərək yeyibiçmək üçün müvəqqəti yaşadığı evə dəvət etmiş, o da həmin evə tərəf getmiş, Aşağı Seyfəli kəndinə çatdıqda Ruslanın “EN Market” adlı mağazadan ərzaq məhsulları və araq alıb çıxdığını görmüşdür. Ruslanla rastlaşmış və birlikdə yaşadığı evə getmişlər. Evə çatdıqları zaman Ruslan Bayramov yemək bişirməyə başlamışdır. O isə Ruslanın evdə olan yarımçıq qalmış arağını təkbaşına içmişdir. Ruslan yeməyi bişirib qurtarmış və süfrə arxasında xörək yemək üçün oturmuşlar. Ruslan mağazadan aldığı 1 litrlik arağı da süfrəyə gətirmiş və yemək yeyə-yeyə həmin arağı içməyə başlamışlar. Birlikdə arağın təxminən yarısını içdikdən sonra Ruslan daha araq içə bilməyəcəyini deyib çarpayısına uzanmışdır. Çünki Ruslan başqa yerdə də spirlti içki qəbul etdiyindən sərxoş olmuşdur. Ruslan çox sərxoş olduğu üçün ayaq üstə dayana bilmədiyindən çarpayıya uzandıqdan sonra o, özü 2-3 badə də araq içdikdən sonra Ruslanın divardan asılı olan tüfəngini götürüb etrəsi ov üçün hazırlaşmağa başlamışdır. Belə ki, o, Ruslanla yemək yeyərkən ərtəsi gün Yeni Həyat kəndinin dağlıq ərazisinə ova getməyi planlaşdırmışlar. O, patronları patron qabına doldurmuş, araqdan da içmişdir. Ruslan isə həmin vaxt arxası üstə çarpayıda uzanaraq onunla söhbət etmişdir. Söhbət əsnasında o, Ruslana, – “Dəfələrlə əvvəllər ova getsək də, bir şey vura bilməmisən, yalandan niyə gedirik ki”, – deyib ona zarafatla nalayiq ifadə işlətmişdir. Ruslan onun bu sözlərindən qıcıqlanaraq onun ünvanına nalayiq ifadə işlədərək cavab vermişdir. Həmin vaxt o, Ruslana söyüş söyməməsini, işlətdiyi sözlərə fikir verməsini bildirmişdir. Ruslan təkrarən ona söyüş söymüş, o da cavab olaraq Ruslana söymüşdür. Bu zaman Ruslan başını güclə yastıqdan qaldırıb ona yenidən söyüş söymək istəyərkən o, əlində olan tüfənglə bir dəfə Ruslanın sol gözətrafı nahiyəsinə atəş açmış və Ruslan ölmüşdür. O, Ruslana təxminən 0,5-1 metr məsafədən atəş açdığı üçün otağın içərisinə xeyli miqdarda qan sıçramışdır. Daha sonra yorğanla Ruslanın üstünü örtərək siqaret çəkmiş, siqareti çəkib qurtardıqdan sonra tüfəngi, Ruslana məxsus 1 ədəd “Samsung” markalı telefonu, araq içdiyi badəni, su içdiyi stəkanı, yemək yediyi boşqabı, çəngəli və araq butulkasını götürmüş, eləcə də patronları doldurduğu patron qabını hərbi təyinatlı yaşıl rəngli çantaya qoyub çiynindən asaraq evdən çıxıb getmişdir. Lakin çox miqdar spirtli içki qəbul etdiyindən sərxoş olduğu üçün boş gilizi haraya atdığını xatırlamamışdır. O, evin həyətindən çıxıb sağ tərəfə, Çinarlı qəsəbəsi istiqamətinə yola düşmüş, təxminən 50-60 metr getdikdən sonra ağ paketə yığdığı araq içdiyi badəni, su içdiyi stəkanı, yemək yediyi boşqabı, çəngəli və araq butulkasını yolun kənarına atmışdır. Bir neçə metr də irəlilədikdən sonra telefonu da yolun kənarına atmışdır. Daha sonra o, Çinarlı qəsəbəsində yerləşən nənəsinin yaşadığı evə getmişdir. O, içinə patronlarla dolu olan patron qabını qoyduğu hərbi təyinatlı, yaşıl rəngli çantanı fərdi yaşayış evinin bağ sahəsində yerləşən ayaqyolunun quyusuna, tüfəngi isə sökülü halda quyuya atmışdır. O, iki gün Çinarlı qəsəbəsində qaldıqdan sonra 22 oktyabr 2022-ci il tarixdə, saat 05 radələrində Bakı şəhərinə getmiş, ora getməkdə məqsədi ailəsi ilə görüşmək olmuşdur. Çünki törətdiyi cinayət əməlinə görə polis əməkdaşları tərəfindən tutulacağını bilmişdir. 23 oktyabr 2022-ci il tarixdə o, Bakı şəhərində evdə olan zaman saat 15:20 radələrində polis əməkdaşları yaşadığı evə gələrək onu Şəmkir rayon polis şöbəsinə aparmışlar. Hadisə vaxtı əynində olan paltarları könüllü olaraq istintaqa təqdim etmişdir. Hadisənin 19 oktyabr 2022-ci il tarixdə, saat 24 radələrində baş verdiyini, X2 qətlə yetirən zaman hadisə yerində heç kəsin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum X15 ilə 2007-ci ildə ailə həyatı qurmuş, birgə evlilikdən Gülnar Bayramova və Leyla Bayramova adlı iki övladları dünyaya gəlmişdir. 2007-ci il tarixdə ailə həyatı qurduqdan bir neçə ay sonra Ruslan Bayramovun əmisi Bayram Bayramovla yaşadıqları evə görə aralarında mübahisə yaranmışdır. Belə ki, həmin ev Ruslanın babasından miras qalmışdır. Bu mübahisələrin nəticəsində həmin evdən çıxıb kirayədə yaşamağa başlamışlar. 2007-2020-ci illərdə ayrı-ayrı kirayə evlərdə yaşamışlar. Ruslan da heç cürə əmisi Bayram Bayramovla razılaşa bilməmişdir. Belə olan halda o, 2020-ci ilin iyun ayında qızı Gülnar Bayramovanı da götürüb Şəmkir şəhərində yaşayan anasının evinə gedərək yaşamışdır. Ruslan ailəsini dolandırmaq üçün tikintilərdə fəhləlik etmişdir. Həmçinin, Ruslan ovçuluqla da məşğul olmuşdur. Ruslanın qanuni sənədi olan tüfəngi olmuşdur. Ruslan xasiyyətcə sakit, mehriban bir insan olmuşdur. Onun heç kimlə hər hansı bir ədavət və ya düşmənçiliyi olmamışdır. Lakin o, spirtli içki qəbul etdikdən sonra əsəbi olmuşdur. Belə ki, Ruslan spirtli içki aludəçisi olmuşdur. Ruslan əmisi Bayram Bayramov ilə evə görə mübahisə etsə də, aralarında dava olmamışdır. Bayram onlar üçün ev alacağına söz vermişdir. Lakin, onlara ev almaq istəməmişdir. Ruslan ailəsinə bağlı bir insan olmuşdur. O, qızı Gülnarı da çox istəmişdir. 2020-ci ilin iyun ayında Rəmalə qızı Gülnarla birlikdə anasının evinə gəldikdən sonra Ruslan ayrı-ayrı evlərdə müvəqqəti yaşamağa başlamışdır. Ruslan 2022-ci ilin yanvar ayından Şəmkir rayonu, Aşağı Seyfəli kəndində müvəqqəti olaraq tanışının evində yaşamışdır. 22 oktyabr 2022-ci il tarixdə o, evdə olan zaman saat 18 radələrində polis əməkdaşları gələrək onu Şəmkir rayon polis şöbəsinə aparmış, Ruslanın onun barəsində polisə şikayət etdiyini düşünmüşdür. O, polis şöbəsinə çatdıqda Ruslanın müvəqqəti olaraq Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşadığı evdə öldürüldüyünü bilmişdir. Ruslan içən kimi yatmağa meyili şəxs olmuşdur. Hesab edir ki, ərini yatdığı yerdə öldürmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, X2 təxminən 2022-ci ilin yanvar ayında tanımışdır. Belə ki, onun həmkəndlisi Şahid2 Ruslan Bayramov adlı qohumunun olduğunu, ailəsində yaranmış ailədaxili münaqişələrə görə yaşadığı evdən çıxarıldığını və hal-hazırda qalmağa yerinin olmadığını bildirmiş və istifadəsiz qalmış ata evini müvəqqəti olaraq yaşamaq üçün Ruslan Bayramova verməyini Şahid1 xahiş etmişdir. O da Ruslan Bayramova yazığı gəldiyi üçün evini təmənnasız olaraq müvəqqəti yaşamaq üçün Ruslana vermişdir. Ruslan onun evində yaşaması müqabilində evi təmiz saxlayacağını və həyətə qulluq edəcəyini söyləmişdir. Belə ki, evin həyətində xeyli meyvə ağacları olmuşdur. Bir müddət keçdikdən sonra o, Ruslan Bayramovun əvvəllər arvadı və bir qız övladı ilə birlikdə Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşadığını, daha sonra adını bilmədiyi əmisi ilə aralarında yaranmış ailədaxili münaqişədən sonra əmisinin Ruslanı həmin evdən çıxartdığını öyrənmişdir. Ruslan əmisi tərəfindən evdən çıxarıldığı üçün arvadı və qızının Şəmkir şəhərində yaşayan qayınanası ilə birlikdə yaşadığını da söyləmişdir. Ruslan əmisi tərəfindən evdən çıxarıldığı üçün onun arvadı ilə münasibətləri korlanmışdır. Ruslanın arvadı boşanmaq üçün məhkəməyə də müraciət etmişdir. Ruslanın bu kimi ailədaxili problemləri olduğu üçün mütəmadi olaraq spirtli içki qəbul etmiş, tikintilərdə fəhləliklə məşğul olmuş və hər gün işə səhər gedib, axşam qayıtmışdır. Evə gəldikdən sonra isə spirtli içki qəbul etmişdir. Ruslan mütəmadi olaraq spirtli içki qəbul etsə də, heç kimlə mübahisə və ya dava etməmişdir. Ümumiyyətlə, Ruslanın kiminləsə hər hansı bir ədavət və ya düşmənçiliyinin olduğunu eşitməmişdir. Onun yaşadığı ev ilə Ruslanın yaşadığı ev arasındakı məsafə təxminən 500 metr təşkil etmişdir. Onun yolu hər dəfə həmin ev tərəfə düşdükdə, o, Ruslana baş çəkmişdir. 22 oktyabr 2022-ci il tarixdə, saat 12:50-də o, Ruslanın yaşadığı evin qarşısından keçərkən evin həyətinin darvazasının açıq olduğunu görmüşdür. O, darvazanın açıq olmasına təəccüblənmişdir. Çünki, Ruslan həmişə günorta saatlarında işdə olmuşdur. O, darvazadan içəri daxil olub Ruslanı səsləməyə başlamışdır. Lakin, ona cavab verən olmamışdır. O, yavaş-yavaş evə yaxınlaşmışdır. Evə çatdıqda evin qapısının açıq olduğunu görmüşdür. Qapıdan içəri baxdıqda Ruslanın yatdığı tək nəfərlik dəmir çarpayıda qan içində uzandığının şahidi olmuşdur. O, diqqətlə baxdıqda Ruslanın baş nahiyəsindən yaralandığını görmüşdür. O, çox həyəcanlanamış oradan uzaqlaşmış, daha sonra qohumu Seymur Qurbanova zəng edərək bu barədə ona danışmışdır. Sonra isə Seymurla birlikdə Şəmkir rayon polis şöbəsinə gedərək hadisə ilə bağlı məlumat vermişdir. X31 heç bir yaxın münasibəti olmamışdır. Sadəcə olaraq Ruslan Bayramova yazığı gəldiyi üçün istifadəsiz qalmış ata evini müvəqqəti yaşamaq üçün ona vermişdir. X7i olaraq sənədli ov tüfəngi ilə bəzən ovçuluqla da məşğul olmuşdur. Ruslan həmişə tüfəngi yaşadığı evin divarından asmışdır. X29 işə səhər gedib axşam gəldiyi üçün onun yaşadığı evə dostlarının gəlib-gəlməməyi, dostları ilə yeyib-içməyi barədə məlumatlı olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, mərhum X15 onun qohumudur. X31 yaxın münasibəti olmasa da, tanışlığı olmuşdur. 2021-ci ilin sonlarında o, Aşağı Seyfəli kəndində Ruslan Bayramovla qarşılaşmışdır. Ruslan ondan müvəqqəti qalmaq üçün ev tapmağını xahiş etmişdir. O da ev tapacağı halda Ruslana xəbər edəcəyini demişdir. Bir neçə gün sonra əmisi arvadı İlhamə Mahmudova ona zəng edərək Ruslana ev tapmağını xahiş etmişdir. Belə ki, Ruslan İlhamənin qardaşı Nizami Bayramovun oğludur. O da İlhamənin xətrini çox istədiyi üçün sözünü yerə salmamış və Ruslan üçün ev axtarmağa başlamışdır. 2022-ci ilin əvvəllərində Aşağı Seyfəli kəndində yaşayan Şahid1 ata evində heç kimin yaşamadığını öyrənmişdir. O, Şahid1 həmin evi müvəqqəti yaşaması üçün Ruslana verməyini xahiş etmişdir. Şahid1 Ruslanın orada problem yaratmayacağı təqdirdə orada yaşaya biləcəyini söyləmiş və Ruslanın həmin evdə yaşamasına icazə vermişdir. Həmçinin, Şahid1 Ruslanın həmin evdə yaşaması müqabilində evi təmiz saxlayacağını və həyətə qulluq edəcəyini demişdir. Belə ki, evin həyətində xeyli sayda meyvə ağacları olmuşdur. Ruslan evə baxdıqdan sonra evi bəyənmişdir. O, Ruslana evi təmizləməkdə köməklik etmişdir. Ruslan mütəmadi olaraq spirtli içki qəbul etsə də, heç kimlə mübahisə və ya dava etməmişdir. O, sonuncu dəfə X32 kəndində görmüşdür. 22 oktyabr 2022-ci il tarixdə, saat 20 radələrində Ruslanın yaşadığı evdə odlu silahla öldürüldüyü xəbərini almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, o, X2 təxminən 10 il olar ki, tanımışdır. Belə ki, o, ailəsini dolandırmaq üçün fəhləlik etmişdir. Ruslan Bayramov da uzun müddətdir ki, tikintilərdə fəhlə olaraq çalışmış və onun Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşadığını bilmişdir. Ruslan Bayramov xaraktercə çox sakit bir insan olmuşdur. Ondan sonra o, Ruslanı kəndin içində görmüşdür. O, Ruslanı görəndə sadəcə olaraq bir-birləri ilə salamlaşmışlar. Onun Ruslanla başqa heç bir yaxın münasibəti olmamışdır. 21 oktyabr 2022-ci il tarixdə saat 8-də o, işləmək üçün Yeni-Həyat kəndinə işə getmişdir. Lakin hava yağışlı olduğu üçün o, işdən yarımçıq geri qayıtmışdır. Saat 10 radələrində o, Çinarlı qəsəbəsi ərazisi ilə piyada evə qayıdarkən Seyfəli kənd orta məktəbinin yanından yerdən bir ədəd qara rəngli “Samsung” markalı mobil telefon tapmışdır. O, telefonu yerdən götürmüşdür. Telefonun ekranı sınmış vəziyyətdə olmuş, telefonun ekranı kiliddə olduğu üçün o, telefonu açıb kiməsə zəng edə bilməmişdir. Daha sonra o, evə getmişdir. Evə getdikdən sonra telefona müxtəlif sayda zənglər gəlməyə başlamışdır. Həmin zənglərə cavab verdikdən sonra o, telefonun Ruslan Bayramova məxsus olduğunu başa düşmüşdür. O, zəng edən şəxslərə Ruslanın telefonunun onda olduğunu və gəlib telefonunu aparmasını demişdir. Lakin Ruslan telefon üçün onunla əlaqə saxlamamışdır. Axşam saatlarında telefonun enerjisi qurtardığı üçün o, telefonun içərisində olan iki ədəd nömrədən birini çıxarıb öz telefonuna salmışdır. Çünki Ruslanın telefonu götürmək üçün öz nömrəsinə zəng edəcəyinə ümid etmişdir. Belə ki, o, telefonun arxasını açdıqda iki ədəd nömrə olduğunu görmüşdür. O, hətta Şəmkir rayonu, Çinarlı qəsəbəsinə, Ruslanın yaşadığı evə gedib telefonu ona geri qaytarmağı da düşünmüşdür. 22 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində o, Ruslan Bayramovun öldürüldüyü xəbərini eşitmişdir. Təxminən 15-20 dəqiqə sonra da polis əməkdaşları ona zəng edərək Şəmkir rayon polis şöbəsinə çağırmışlar. O da Şəmkir rayon polis şöbəsinə getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 göstərmişdir ki, mərhum X15 ilə 1 il bundan qabaq Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən çayxanada tanış olmuşdur. O, Ruslanın fəhləlik etdiyini öyrənib işə çağırmışdır. O, təxminən 1 həftə Ruslanla birlikdə işləyib sifarişi müştəriyə təhvil vermişdir. Ruslan ailədaxili problemlər yaşadığı üçün mütəmadi olaraq spirtli içki qəbul etmiş, dəfələrlə Ruslana spirtli içki qəbul etməməsini bildirmişdir. Ruslan mütəmadi olaraq spirtli içki qəbul etsə də, heç kimlə mübahisə və ya dava etməmişdir. Ümumiyyətlə, Ruslanın kiminləsə hər hansı bir ədavət və ya düşmənçiliyinin olduğunu eşitməmişdir. Ruslan boş vaxtlarında ovçuluqla məşğul olmuşdur. 2022-ci ilin oktyabr ayının əvvəllərində o, Çinarlı qəsəbəsində suvaq işi sifarişi almış və işləmək üçün yenə Ruslanı çağırmışdır. O, Ruslanla təxminən 15 gün birlikdə işləmişdir. Sonuncu dəfə 19 oktyabr 2022-ci il tarixdə saat 19 radələrində Ruslan ilə gündəlik işi yekunlaşdırmışlar. Həmin gün o, Ruslana 55 manat zəhmət haqqını vermişdir. Ruslan onunla sağollaşıb evə getmişdir. Səhəri gün, yəni 20 oktyabr 2022-ci il tarixdə Ruslan işə gəlməmişdir. O, dəfələrlə Ruslana zəng etsə də, zənginə cavab verməmiş, yalnız saat 16 radələrində polis əməkdaşları onun işlədiyi yerə gələrək Ruslanın müvəqqəti yaşadığı evdə odlu silahla öldürüldüyünü bildirmişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 23 oktyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 4(076)-214/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 23 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının 25 oktyabr 2022-ci il tarixli, 1317 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində hər hansı bir xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 19 dekabr 2022-ci il tarixli, 591/2022-MTKŞ nömrəli rəyindən görünür ki, Ekspertizaya təqdim edilmiş mərhum X11 məxsus şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus gödəkcənin sol qolun arxa səthində, gödəkcənin arxa səthinin sol yuxarı nahiyyəsində və gödəkcənin arxa səthinin sol nahiyyəsində altı ədəd yalnız üst qatını zədələyən dəlib-keçməyən zədələr aşkar olunmuşdur. Bu zədələr kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli kəsici alətin (alətlərin) təsirindən törənmişdir. Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus gödəkcənin sol qoltuqaltı tikişi üzərində və gödəkcənin daxili sol yan tikişi üzərində iki ədəd natamam sökülmə zədələri aşkar olunmuşdur. Bu sökülmələr, gödəkcənin müvafiq nahiyyələrinə küt qüvvə tətbiq etməklə gərilib-dartılması nəticəsində əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş örtük, döşəkcə və yastıq üzərində əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli, 742/2022-MTBŞ nömrəli rəyindən görünür ki, X8 ABO sistemi üzrə qrup göstəricisi: AB/İV/Rh+. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: O/İ/Rh+. Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/ Ekspertizaya təqdim edilən balış, üzərinə keçirilmiş balış üzlüyü, yay yorğanı, döşəkcə üzərindəki ləkələrdə və hadisə yerindən 04 ədəd kosmetik çubuğun uclarındakı pambığa hopdurulumuş maddə ləkələrində insan qanı aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti təsdiq olunduqda A,B,H antigenləri alındı. Beləliklə, bu qan ləkələri AB/H/İV/ qruplu bir şəxsə, o cümlədən ABO sistemi üzrə mərhum X11 məxsus ola bilər/onun qanında müşayiətçi H antigeni olduğu təqdirdə/. Ləkələrdə O/İ/ qruplu Təqsirləndirilən şəxs qanının olması yalnız həmin ləkələrdə qarışıq qanın olduğu halında mümkündür/əgər onda hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarətlər olubsa/. Təqdim edilən mərhum X11 məxsus cins şalvar, şalvarın belinə keçirilmiş kəmər, Təqsirləndirilən şəxs məxsus sviter üzərindəki ləkələrdə qan, Təqsirləndirilən şəxs məxsus gödəkcə və cins şalvar üzərində isə baxış zamanı qana şübhəli hər hansı bir ləkə aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleksməhkəmə psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 801/280 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər-hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Şəmkir MRX-nın poliklinikasından verilmiş xx.xx.2022-ci il tarixli 377 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, onda əsəbiliyə meyillilik müşahidə olunması, əvvəllər əsəbilik zamanı özünə xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, hadisəni faktiki düzgün qavramış və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini dərk və idarə etmək, baş verən hadisələri düzgün qavramaq iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə X14 əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (Şəmkir MRX-nın poliklinikasından verilmiş xx.xx.2022-ci il tarixli 377 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, psixoproduktiv simptomatika qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, psixoproduktiv simtomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozuntusunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, tez qıcıqlanması, xırda qıcığa nisbətən güclü cavab reaksiyası verməsi, onda əsəbiliyə meyillilik müşahidə olunması, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) az ifadəli olması əsas verir. 1. Təqsirləndirilən şəxs aşağıdakı fərdipsixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. 2. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranması səbəblərindən biri zərərçəkmişin onu və ailəsini nalayiq ifadələrlə təhqir etməsi ola bilər. 3. Təqsirləndirilən şəxs hadisə vaxtı əsəbi vəziyyətdə olsa da bu vəziyyət fizioloji (psixoloji) affekt halına çatmamışdır (keçirməmişdir). 4. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk etmək və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 29 dekabr 2022-ci il tarixli, 1953 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən əvvəllər istifadə edib. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Hal-hazırda narkotik abstinensiya (narkotik maddələrin aclığı) əlamətləri olmadığı üçün məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, götürülmüş yerliyi çəhrayı, üzərində ağ rəngli xalları olan yastıq, bir tərəfi yerliyi qırmızı, üzərində qara xətləri, digər tərəfi yerliyi qara, üzərində boz xətləri olan döşəkcə, açıq mavi rəngli örtük, 1 ədəd boşqab, 1 ədəd balaca boşqab, 1 ədəd araq içmək üçün qədəh, 1 ədəd su içmək üçün stəkan, 1 ədəd fincan, 1 ədəd külqabı kimi istifadə olunmuş konserv qabı, 1 ədəd qəbz, hər iki tərəfi qanabənzər şübhəli ləkələrə batırılmış 4(dörd) ədəd pambıq çöp, 1 ədəd tünd qırmızı rəngli 16 kalibrli patron, 1 ədəd qırmızı rəngli 16 kalibrli patron, 6 ədəd yaşıl rəngli, 16 kalibrli patron və 5 ədəd qırma (karteç), xx.xx.2022-ci il tarixli meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş zərərçəkmiş şəxs X1 hadisə vaxtı əynində olmuş qara rəngli cins şalvar, 6 (altı) ədəd qırma (karteç), axtarış və götürmə zamanı götürülmüş ümumi uzunluğu 114 sm olan təklüləli ov tüfəngi və 29 ədəd patron, xx.xx.2022-ci il tarixli paltarlara baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş tünd göy rəngli gödəkcə, zoğalı rəngli uzunqol köynək və göy rəngli cins şalvar, xx.xx.2022-ci il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolla götürülmüş 1 ədəd üzərində “Senator” yazısı olan 1 litrlik şüşə butulka, xx.xx.2022-ci il tarixli əşya baxış keçirilməsi və götürülməsi haqqında protokolla götürülmüş ümumi uzunluğu 14 sm, eni isə 7,5 sm təşkil edən qara rəngli “Samsung” markalı mobil telefon xx.xx.2022-ci il tarixli axtarış və götürmə protokolunun əlavəsi olan 01 ədəd disk və Şəmkir rayon polis şöbəsi tərəfindən göndərilmiş 01 ədəd disk öz xüsusiyyətinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxtına, eləcə də üzərlərində hadisənin izlərinin saxlandığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və təqsirləndirilən şəxs, onun müdafiəçisi və zərərçəkmiş şəxs tanış olduqdan sonra Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş hadisə yerinə baxış keçirilməsi barədə 22 oktyabr 2022-ci il tarixli protokolla müəyyən edilmişdir ki, hadisə yeri Şəmkir şəhər mərkəzindən cənub-şərq istiqamətdə 13 km məsafədə yerləşən rayonun Aşağı Seyfəli kəndindəki Şahid1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsindəki yardımçı tikilidir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “meyitə baxış keçirilməsi” haqqında 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, meyitin başının tüklü hissəsində sol gözün bucağından başlayaraq sol təpə-ənsə nahiyəsinədək davam edən 15x10 sm ölçüdə əzilmiş-cırılmış yara vardır. Kəllə qapağı sümükləri çox qəlpəli sınmışdır. Alın, sol güzgah və sol təpə fraqmentləri hissəsi yerində yoxdur. Qalan hissədə sümüklər dəridən asılmış vəziyyətdədir. Böyük yara mənfəzində asılmış-dağılmış beyin toxuması vardır. Beyin toxuması hissəvi yerində yoxdur. Yaranın giriş dəliyi sol burunyanaq büküşündə üst dodağın 1,5 sm məsafədə yerləşir. Burunun sol qanadı və sol yarısı yerində yoxdur. Üst skelet sümükləri kəllə əsası və qapağı sümükləri çox qəlpəli sınmışdır. Üzü tüklüdür, sol əng sümüyü, sol damaq və sol almacıq sümükləri çox qəlpəli sınmış, hissəvi yerində yoxdur. Yara kanalı istiqaməti öndən arxaya, sağdan sola doğru, yataq vəziyyətindədir (arxası üstə). X1 meyitinin xarici müayinəsi zamanı yuxarıda qeyd edilən xəsarətlərdən başqa hər hansı bir xəsarət və ya xəsarət izi aşkar olunmamışdır. Baxış zamanı meyitin əynində olan qara rəngli cins şalvar cinayət işi üçün əhəmiyyət kəsb etdiyindən götürülərək müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş diskə baxış keçirilməsi haqqında 22 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Baxışı aparılan diskin üzəri ağ rənglidir, üzərində “PRİNCO CD-R 700MB/80 Min 2x-56x CD-Recordable Contents” sözləri yazılmışdır. Diski kompüterə daxil etdikdə içərisində 03 ədəd videofayl olduğu nəzərə çarpır. 1-ci faylın adı “VİD-20230208-WA0001.mp4” olaraq qeyd olunmuşdur. Faylın həcmi 3,49 MB (3.665.168 bayt), müddəti 18 saniyədir. Həmin videofayldan aydın görünür ki, X3 rayonu, Aşağı Seyfəli kəndində, yol kənarı ərazidə yerləşən “EN Market” adlı mağazaya daxil olur. 2-ci faylın adı “VİD-20230208- WA0000.mp4” olaraq qeyd olunmuşdur. Faylın həcmi 6,27 MB (6.576.614 bayt), müddəti 35 saniyədir. Həmin videofayldan aydın görünür ki, X15 mağazaya daxil olub aldığı “Senator” markalı spirtli içki olan araq və ərzaq məhsullarına görə ödəniş edir mağazanın kassiri ona 3-4 manat pulu və çeki təqdim edir, aldığı məhsullar sellofan paketə qoyulduqdan sonra Ruslan Bayramov mağazadan çölə çıxır. 3-cü faylın adı “VİD- 20230208-WA0002.mp4” olaraq qeyd olunmuşdur. Faylın həcmi 4,78 MB (5.015.166 bayt), müddəti 26 saniyədir. Həmin videofayldan aydın görünür ki, X15 mağazadan məhsul alıb çölə çıxdıqdan sonra bir qədər kənarda üzərində ağ rəngli idman gödəkcəsi və tünd göy rəngli idman şalvarı olan, başı çallanmış kişi 45-55 yaşlarında olan bir nəfər şəxslə 10 saniyə ərzində salamlaşıb söhbət etdikdən sonra həmin şəxsdən ayrılıb, kamerada müşahidə edilməyən istiqamətdə piyada olaraq yol getmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş axtarış və götürmə aparılması haqqında 22 oktyabr 2022-ci il tarixli prokolla müəyyən edilmişdir ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən fərdi yaşayış evinin həyətyanı bağ hissəsində mövcud olan sanitar qovşağının kanalizasiya quyusunda aşkar surətdə gözlə görünən odlu silah hesab edilən ov tüfənginin qundaq hissəsi müəyyən edilmiş, quyunun üst hissəsi qaldırılaraq odlu silah hesab edilən tək lüləli ov tüfəngi, hərbi təyinatlı əşya çantası aşkar edilmişdir. Tüfəngə baxış keçirilərək onun üzərində “7274B” nömrəsinin olması müəyyən edilmişdir. Hərbi təyinatlı əşya çantasına baxış keçirilən zaman çantanın daxilində 1 (bir) ədəd patrondaş və onun içərinə düzülmüş 29(iyirmi doqquz) ədəd patron aşkar edilmişdir. Həmçinin, əşya çantasının hərbi təyinatlı, yəni yaşıl rəngdə olması və üzərində heç bir zədə və ya cırılma izlərinin olmaması müəyyən edilmişdir. Cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən ov təyinatlı “7274B” nömrəli odlu silah hesab edilən ov tüfəngi, 1 (bir) ədəd patrondaş və onun içərinə düzülmüş 29 (iyirmi doqquz) ədəd patron müvafiq qaydada qablaşdırılmaqla videoçəkiliş aparılmaqla götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Paltarlara baxış keçirilməsi və götürülməsi” haqqında 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı şübhəli şəxs Təqsirləndirilən şəxs əynində olmuş tünd göy rəngli gödəkcənin uzunluğu 148 sm, eni 65 sm təşkil edir. Gödəkcənin üzərində düzbucaqlı formasında naxışlar mövcuddur. Gödəkcənin önü zəncirbəndli olmaqla yan tərəflərində cibləri vardır. Gödəkcənin sol döş nahiyəsində “CLASSİC FASHİON MEN’S COLLECTİON” etiketi və sağ və sol ciblərinin üzərində yaşıl və qırmızı rəngli xətləri mövcuddur. Gödəkcənin sol qolaltı nahiyəsində 11 sm uzunluqda, sol qolaltı iç nahiyəsində 8 sm uzunluqda və sol qol nahiyəsində 0,5 sm diametrində cırılma izləri vardır. Gödəkcə çirkli vəziyyətdədir. Gödəkcənin üzərində digər zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Göy rəngli cins şalvarın ümumi uzunluğu 103 sm, eni 43 sm təşkil edir. Şalvarın arxa sağ cib nahiyəsində “FASHİNG” yazısı mövcuddur. Şalvarın sağ arxa bel nahiyəsində üzərində “XİMİNANZHUANG” yazısı olan tünd göy rəngli emblem vardır. Şalvar ön tərəfdən bir ədəd zəncirbənd və bir ədəd üzərində “J jeans” yazısı olan metal düymə ilə bağlanır. Şalvarın arxa hissəsində və yan hissəsində 2(iki) ədəd ciblik mövcuddur. Şalvarın üzərində zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. Zoğalı rəngli uzunqol kişi koftasının uzunluğu 141 sm, eni 64 sm təşkil edir. Koftanın boyun nahiyəsində “BLACK RİVER AUTHENTİC STYLE FASHİON WEAR” yazısı olan emblem mövcuddur. Köynəyin boğaz, hər iki qol və aşağı nahiyələri manjetlidir. Köynəyin üzərində hər hansı zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “paltara baxış keçirilməsi” haqqında 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı zərərçəkmiş şəxs X8 əynində olmuş qara rəngli cins şalvarın ümumi uzunluğu 98 sm, eni 48 sm təşkil edir. Şalvarın arxa bel nahiyəsində üzərində “TRUEBİG” yazısı olan emblem mövcuddur. Şalvar ön tərəfdən bir ədəd zəncirbənd və bir ədəd qara rəngli metal düymə ilə bağlanır. Şalvarın arxa hissəsində və yan hissəsində 2(iki) ədəd ciblik mövcuddur. Sağ cibliyinin içərisində əlavə ciblik də vardır. Şalvarın belində tünd qəhvəyi rəngli dəri kəmər vardır. Şalvarın üzəri çirklidir və ağ rəngli ləkələr vardır. Şalvarın üzərində zədə, sökülmə, cırılma və sair izlər aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi və götürülməsi” barədə 23 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Şahid5 könüllü şəkildə istintaqa təqdim etdiyi, ümumi uzunluğu 14 sm, eni isə 7,5 sm təşkil edən qara rəngli “Samsung” markalı mobil telefon istintaq zərurəti ilə əlaqədar müvafiq qaydada qablaşdıraraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “əşyaya baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, cinayətin aləti olan tüfəngin səthinə müxtəlif bucaq altında təbii və süni işıqda vizual baxdıqda gözlə görünə bilən hər hansı bir iz müşahidə edilməmişdir. Tüfəngin ümumi uzunluğu 114 sm, lüləsinin uzunluğu 74 sm, qundağ hissəsinin uzunluğu isə 37 sm-dir. Tüfəngin qundağı sarıqəhvəyimtil rəngli olmaqla taxta materialdan hazırlanmışdır. Tüfəngin qundaq hissəsinin sağ tərəfinin rəngi bir qədər tökülmüşdür. Tüfəngin çiyindən asılması üçün kəməri vardır. Həmin kəmər bir neçə yerdən şəffaf rəngli izolentlə bağlanmışdır. Bundan sonra tüfəngin lüləsi açılaraq lülə yuvasına baxılmış və orada hər hansı bir əşya aşkar edilməmişdir. Lülənin qundağa daxil olan hissəsində “72 74 B” rəqəmləri həkk olunmuşdur. Axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş 29 ədəd patronun hər biri tünd qırmızı rəngli olmaqla silindrik formalı olub dib hissəsinin səthi üzərində 4(dörd) ədəd 16 rəqəmləri və beş guşəli ulduz şəkili, gövdəsinin səthi üzərində isə “AZOT”, “70 mm”, “28 gr” və “00 4,5 mm” sözləri həkk olunmuşdur. Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd qırmızı rəngli patron silindrik formalı olub dib hissəsinin səthi üzərində 2 (iki) ədəd 16 rəqəmləri və “CLEVER MİRAGE” sözləri, gövdəsinin səthi üzərində isə “MİRAGE Caccia O-16”, “70 mm”, “29 gr” sözləri həkk olunmuşdur. Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 1 ədəd tünd qırmızı rəngli patron silindrik formalı olub dib hissəsinin səthi üzərində 4(dörd) ədəd 16 rəqəmləri və beş guşəli ulduz şəkili, gövdəsinin səthi üzərində isə “AZOT”, “70 mm”, “28 gr” və “00 4,5 mm” sözləri həkk olunmuşdur. Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 4 ədəd yaşıl rəngli patronun hər biri silindrik formalı olub dib hissəsinin səthi üzərində 4(dörd) ədəd 16 rəqəmləri həkk olunmuşdur. Hadisə yerinə baxış zamanı aşkar edilərək götürülmüş 2 ədəd yaşıl rəngli patronun hər biri silindrik formalı olub dib hissəsinin səthi üzərində 16 rəqəmi və “CHEDOİTE” sözləri həkk olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 24 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs Rafık oğlu əvvəllər istintaqa vermiş olduğu ifadəsini təsdiq edərək 19 oktyabr 2022-ci il tarixdə, saat 24 radələrində X10 yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evində spirtli içki içib yemək yedikdən sonra tüfənglə bir dəfə atəş açaraq qəsdən öldürməsi ilə əlaqədar hadisə yerini əli ilə göstərərək hadisənin təfərrüatları, cinayətin baş vermə şəraiti və mexanizmi barədə ətraflı ifadə vermiş, onun törətmiş olduğu cinayət hadisəsi ilə bağlı ifadəsinin düzgünlüyü müəyyən edilmiş və dəqiqləşdirilmişdir. Həmçinin, ifadənin yerində yoxlanması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs göstərməsinə əsasən hadisə baş verən yerdən Çinarlı qəsəbəsi istiqamətində təxminən 50-60 metr gedilmiş və o, ağ paketə yığdığı araq içdiyi badəni, su içdiyi stəkanı, yemək yediyi boşqabı, çəngəli və araq butulkasını atdığı yeri, həmçinin bir neçə metr irəlidə telefonu atdığı yeri əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yerdə üzərində “Senator” yazısı olan 1 litrlik şüşə butulka aşkar edilsə də, ağ paketə yığdığı araq içdiyi badə, su içdiyi stəkan, yemək yediyi boşqab və çəngəl müəyyən edilməmişdir. İş üçün əhəmiyyət kəsb edə biləcəyindən üzərində “Senator” yazısı olan 1 litrlik şüşə butulka götürülərək müvafiq qaydada qablaşdırılmış və möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs Çinarlı qəsəbəsində yerləşən nənəsinin yaşadığı evə getdiyini, tüfəngi və içinə patronlarla dolu olan patron qabını qoyduğu hərbi təyinatlı, yaşıl rəngli çantanı fərdi yaşayış evinin bağ sahəsində yerləşən ayaqyolunun quyusuna atdığını bildirmişdir. Bundan sonra Şəmkir rayonu, Çinarlı qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs nənəsi Tamam Eyubovanın yaşadığı fərdi yaşayış evinə gedilmiş və Təqsirləndirilən şəxs həmin fərdi yaşayış evinin giriş hissəsini, fərdi yaşayış evini, tüfəngi və içinə patronlarla dolu olan patron qabını qoyduğu hərbi təyinatlı, yaşıl rəngli çantanı atdığı fərdi yaşayış evinin bağ sahəsində yerləşən ayaqyolunun quyusunu əyani olaraq göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Əşyanın (tüfəngin) tanınma üçün təqdim edilməsi barədə 25 oktyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs tanınma üçün ona təqdim edilmiş tüfəngləri diqqətlə nəzərdən keçirib 3 nömrə altında tanımaq üçün ona təqdim edilmiş və mərhum X11 məxsus təklüləli tüfəngdən hadisə zamanı istifadə etdiyini göstərmişdir. O, həmin tüfəngin qundağının sağ tərəfinin rənginin tökülməsinə və tüfəngin kəmərinin şəffaf rəngli izolyasiya lenti ilə bürünməsinə görə tanıdığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 noyabr 2022-ci il tarixli, 994 nömrəli arayışından görünür ki, Eyubov X18 rayonu, Çinarlı qəsəbəsində daimi qeydiyyatda olmaqla yaşamışdır. Cinayət işinə əlavə edilmiş Şəmkir rayon İcra Hakimiyyətinin Çinarlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 21 noyabr 2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə ərizə və ya şikayət daxil olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin 23 oktyabr 2022-ci il tarixli, 190-36709-1222 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək axtarış elan olunmuş, barəsində 800349 nömrəli axtarış işi açılmış, xx.xx.1990-cı il təvəllüdlü Şəmkir rayonu, Çinarlı qəsəbəsində yaşayan, Təqsirləndirilən şəxs yeri xx.xx.2022-ci il tarixdə, saat 15:30-da keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhəri, Kürdəxanı qəsəbəsində müəyyən olunaraq tutulub aidiyyəti üzrə Şəmkir rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin 22 noyabr 2022-ci il tarixli, 190-39587-1222 nömrəli məktubuna əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli, 07 nömrəli arayışdan görünür ki, Şəmkir rayonu, Çinarlı qəsəbə sakini xx.xx.1990-cı il təvəllüdlü Eyubov X18 rayon məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinərək 160 saat ictimai işlər cəzasına məhkum edilmiş, Şəmkir rayon məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2012-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən, təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 120.2.9-cu maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 120.2.9-cu maddələri ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Məhkəmə bu nəticəyə gələrkən Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 6-cı bəndini də qeyd edir. Belə ki, qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 6-cı bəndində göstərilir ki, Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2002-ci il 12 dekabr tarixli qərarının 13-cü bəndində göstərilir ki, CM-nin 120.2.9-cu maddəsi ilə məsuliyyət (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) o vaxt yaranır ki, zərərçəkmiş şəxs özünün fiziki və ya psixi qüsurlarına görə təqsirkara müqavimət göstərmək imkanına malik olmur və cinayət törədən şəxs zərərçəkmişin köməksiz vəziyyətdə olduğunu dərk edir. Köməksiz vəziyyətdə olmaq dedikdə zərərçəkmişin qoca, xəstə, azyaşlı,bəzi hallarda yetkinlik yaşına çatmamış olması, özündən getmə, huşsuz, yatmış, bərk sərxoş vəziyyətdə olması kimi hallar başa düşülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 120.2.9-cu maddələrinin sanksiyasının yuxarı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, himayəsində üç azyaşlı uşağının olması, yaşayış yerindən müsbət xarakterizə olunması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cinayəti odlu silahdan istifadə etməklə törətməsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61.1.10-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon polis şöbəsinin 22 noyabr 2022-ci il tarixli, 190-39587-1222 nömrəli məktubuna əlavə edilmiş 19 noyabr 2022-ci il tarixli, 07 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 2000 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 2.11-ci bəndinə əsasən, təyin edilmiş cərimə cəzasından azad edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs əvvələr məhkum olunduğu cərimə cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan, onun əməlində restiv müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan mərhumetmə cəzası təyin etməklə cəzanın məqsədinə nail olmasını mümkün sayır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi reyimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli xüsusilə ağır cinayət hesab olunduğundan, o, Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarına əlavə olunmuş Şəmkir rayon polis şöbəsinin 27 dekabr 2016-cı il tarixli, 09/11 saylı şəhdətnamədən görünür ki, X1 adına 16 kalibrli, “TOZ” markalı 7274 nömrəli silah qeydiyyata alınmışdır. Həmçinin 1 ədəd tünd qırmızı rəngli 16 kalibrli patron, 1 ədəd qırmızı rəngli 16 kalibrli patron, 6 ədəd yaşıl rəngli, 16 kalibrli patron və 5 ədəd qırma (karteç), axtarış və 29 ədəd patron müsadirə olumamalı və zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmaldır. Məhkəmədə təqsirləndirilən şəxs X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı əmlakları müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə maddi sübutlar- Şəmkir rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan yastıq, döşəkcə, örtük, 1 ədəd boşqab, 1 ədəd balaca boşqab, 1 ədəd araq içmək üçün qədəh, 1 ədəd su içmək üçün stəkan, 1 ədəd fincan, X1 hadisə vaxtı əynində olmuş qara rəngli cins şalvar, ov tüfəngi və 29 ədəd patron zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, imtina etdikdə məhv edilməli, konserv qabı, 4(dörd) ədəd pambıq çöp, 1 litrlik şüşə butulka, 6 (altı) ədəd qırma (karteç), 5 ədəd qırma (karteç) məhv edilməldir. Təqsirləndirilən şəxs tünd göy rəngli gödəkcə, zoğalı rəngli uzunqol köynək və göy rəngli cins şalvar onun qaxın qohumlarına qaytarılmalı, qara rəngli “Samsung” markalı mobil telefon qanuni sahibi Şahid5 qaytarılmalıdır. 01 ədəd disk, Şəmkir rayon polis şöbəsi tərəfindən göndərilmiş 01 ədəd disk, 1 ədəd qəbz cinayət işinin materiallarına əlavə edilmədir. İş üzrə məhkəmə məsrəflərinə aid olan 128 (yüz iyimi səkkiz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.2 və 120.2.9-cu maddələri ilə təqsirli bilinsin, ona 18 (on səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar- Şəmkir rayon prokurorluğunda saxlanılan yastıq, döşəkcə, örtük, 1 ədəd boşqab, 1 ədəd balaca boşqab, 1 ədəd araq içmək üçün qədəh, 1 ədəd su içmək üçün stəkan, 1 ədəd fincan, X1 hadisə vaxtı əynində olmuş qara rəngli cins şalvar, ov tüfəngi və 29 ədəd patron zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, imtina etdikdə məhv edilsin, konserv qabı, 4(dörd) ədəd pambıq çöp, 1 litrlik şüşə butulka, 6 (altı) ədəd qırma (karteç), 5 ədəd qırma (karteç) məhv edilsin. Təqsirləndirilən şəxs tünd göy rəngli gödəkcə, zoğalı rəngli uzunqol köynək və göy rəngli cins şalvar onun qaxın qohumlarına qaytarısın, qara rəngli “Samsung” markalı mobil telefon qanuni sahibi Şahid5 qaytarılsın. 01 ədəd disk, Şəmkir rayon polis şöbəsi tərəfindən göndərilmiş 01 ədəd disk, 1 ədəd qəbz cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə məhkəmə məsrəflərinə aid olan 128 (yüz iyimi səkkiz) manat məbləğində ekspertiza tədqiqatlarının dəyəri Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ödənilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-228/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-228/2023
06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver