Məhkəmə qərarları › İş №1(100)-229/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-229/2022

14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-229/2022 14.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X4 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1971-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, işləməyən, həbs olunana qədər Bərdə şəhəri C.Məmmədquluzadə küçəsi 68-№ li evdə daimi qeydiyyatda olub yaşamış, ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin 15.12.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinə əsasən 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 29.04.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, Bərdə rayon məhkəməsinin 16.08.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq 03.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ və İİ siyahısına əsasən 8 ədəd (səkkiz) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,3 qram, 0,290 qram, 0,273 qram, 0,282 qram, 0,277 qram, 0,269 qram, 0,371 qram, 0,287 qram ümumi təmiz çəkisi 2,349 qram, yəni külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroin, bir ədəd sellofan bükümün içərisində 22 (iyirmi iki) ədəd sellofon bükümlərdə ayrıayrılıqda təmiz çəkiləri 0,426 qram, 0,421 qram, 0,407 qram, 0,324 qram, 0,415 qram, 0,418 qram, 0,476 qram, 0,448 qram, 0,423 qram, 0,460 qram, 0,426 qram, 0,424 qram, 0,438 qram, 0,402 qram, 0,342 qram, 0,481 qram, 0,337 qram, 0,444 qram, 0,393 qram, 0,368 qram, 0,367 qram, 0,425 qram ümumi təmiz çəkisi 9,065 qram olan külli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 1 ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 6,703 olan kustar üsulla hazırlanmış külli miqdarda olan narkotik vasitə heroini əldə edib, Bərdə şəhəri C.Məmmədquluzadə küçəsində yaşadığı 68 saylı evdə qonaq otağında “cempio” çay qutusunun içərisində siqaret qutusu və kibrit qutularının içərisində xırda bükümlər halında büküb yerləşdirib satış məqsədi ilə saxlamış, Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında 30 noyabr 2021-ci il tarixdə saat 7:50 radələrində yaşadığı həmin ünvanda yerləşən evin qonaq otağına baxış keçirilərkən qonaq otağında olan stolun üzərindəki “cempion” çay qutusunun içərisində olan həmin narkotik vasitə heroin və psixotrop maddə olan metamfetamin rayon polis şöbəsinin əməkdaşları tərəfindən videoçəkilişdən istifadə edilərək baxış keçirilməklə aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, əvvəllər dəfələrlə narkotik vasitələrin satışı və istifadəsi ilə bağlı cinayət məsuliyyətinə cəlb olunmasına baxmayaraq tutulana qədər narkotik vasitələrdən istifadə etsə də heç kimə narkotik vasitə satmamışdır. O, 30 noyabr 2021-ci il tarixdə səhər saat 5 radələrində narkotikdən istifadə etmiş və narkotikin təsiri altında evdə televizora elə narkotik vasitələrin insana təsirlərindən olan verilişə baxan zaman, həmin vaxt evin qapısı açılmış və evə 10-12 nəfər mülki və xidməti geyimdə polis əməkdaşları içəri daxil olmuşlar. Polis əməkdaşları ondan evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuş, o da masanın üzərində hər biri 1 bükümdə olan ittiham aktında qeyd edildiyi kimi deyil çox az miqdarda heroin və metamfetamini göstərib özünün istifadəsi üçün saxladığını polis əməkdaşlarına bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları onun yaşadığı evdə qonaq otağına müxtəlif bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metamfetamin qoyaraq həmin narkotik vasitələrin də ona məxsus olduğunu bildirmişlər. O da narkotikin təsiri altında olduğu üçün və ona kömək edəcəklərini bildirdikləri üçün polis əməkdaşları ilə razılaşmışdır. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq, heç kimə narkotik vasitə satmadığını, video çəkiliş zamanı ona kömək edəcəklərinə söz verdikləri üçün evindən aşkarlanan narkotik vasitələri boynuna götürdüyünü, həmçinin qardaşı Şahid4 onun evdə narkotik vasitə saxlamasında xəbəri olmadığını bildirdi. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zaman bildirmişdir ki, “30.11.2021-ci il tarixdə səhər saat 07-50 radələrində o, evinin qarşısında olarkən polis işçiləri ona və qardaşı Asifə yaxınlaşıb özlərini təqdim edib onun yaşadığı evdə narkotik vasitə saxlamaqda şübhəli olduğundan baxış keçirilməsi üçün razı olub-olmamağını ondan soruşmuşlar. O da demişdir ki, razıdır və həmin ev qardaşı Asifin evi olduğundan Asif də evə həmin məqsədlə baxış keçirilməsinə razı olduğunu bildirmiş və bu barədə ərizə də yazıb vermişdir. O da razı olduğunu bildirmişdir. Ondan polislər evdə narkotik saxlayıb-saxlamadığını soruşmuşlar. O da artıq görmüşdür ki, polislərin evdə narkotik vasitə saxlamağından xəbərləri var. Ona görə də evin qonaq otağında narkotik vasitəni özünün istifadəsi üçün saxladığını onlara bildirmişdir. Eyni zamanda həmin evdə narkotik olmasından qardaşı Şahid4 xəbəri olmadığını bildirmişdir. Bunu o, Asifdən gizli saxlamışdır. Bundan sonra o, polis işçiləri ilə birlikdə həmin qonaq otağına daxil olmuş, polislər bütün bunların videoçəkilişini aparmışlar. Həmin vaxt qeyd olunan otaqda stolun üzərinə qoymuş olduğu “cempion” adlı çay qutusunun içərisində kibirit qutusunda və siqaret qutusunda bükümlərdə saxladığı özünə məxsus olan “kakoş” və “şüşəni” polis əməkdaşlarına göstərmişdir. Şüşə deyəndə o, metamfetamini kakoş da deyəndə heroini nəzərdə tutur. Polis əməkdaşları tərəfindən onun və qardaşı Asifin iştirakı ilə həmin narkotiklərə baxış keçirilmişdir. Sonra isə polislər həmin yerdən aşkar etdikləri narkotikləri ayrı-ayrılıqda olaraq çəkmişlər. Sonra isə qablaşdırıb ekspertizaya göndərəcəklərini bildirmişlər. Həmin vaxt polislər bütün bunların videoçəkilişini aparmışlar və ən nəhayət bu barədə protokol tərtib edib ucadan onlara iştirakçılara oxumuşlar. Protokolda hər şey olduğu kimi doğru və düzgün yazıldığından onlar iştirakçılar protokolda qeyd olunanların doğruluğunu imzaları ilə təsdiq etmişlər. Eyni zamanda qablaşdırılmış həmin zərfin və kağız paketin də üzərinə imza etmişlər. Bundan sonra polis işçiləri onun üzərində şəxsi axtarış keçirəcəklərini bildirib onu polis şöbəsinə gətirib şübhəli şəxs kimi tutub müdafiəçi Zaur müəllimin iştirakı ilə üzərində şəxsi axtarış keçirməzdən əvvəl onun hüquq və vəzifələrini izah edib və bundan sonra üzərində şəxsi axtarış aparsalar da üzərində heç bir narkotik olmadığından aşkar olunmamışdır. Həmin şəxsi axtarış zamanı da videoçəkiliş aparılmış və bu barədə də protokol tərtib olunmuş və ucadan onlara iştirakçılara oxunmuşdur. Protokolda qeyd olunanların doğruluğunu onlar iştirakçılar imzaları ilə təsdiq etmişlər. Həmin metamfetaminin və heroinin onda olmasından kimsənin məlumatı olmamışdır. O, əvvəllər də narkotikdən, şüşədən istifadə edən olmuş, indi də istifadə edir və elə buna görə də onları yaşadığı evdə saxlamışdır. O, kiməsə narkotik, şüşə satmamış və belə bir fikiri də olmamışdır. Elə evdə saxlamışdır ki, istifadə edər. Onun yaşadığı evdən aşkar olunmuş həmin metamfetamini və heroini 1 həftə əvvəl Bakı şəhərindən bir nəfər tanımadığı şəxsdən 115 manata almışdır. Bilavasitə Bakı şəhərindən o, həmin şəxslə təsadüfən 28 may metrosunu qarşısında rastlaşmış və onun sifətində maska olduğundan sifətini görə biməmiş, harada yaşaması və sair barədə heç bir məlumatım olmadığından bu barədə heç nə deyə bilmir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə RPŞdə CAB-də əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə satış məqsədi ilə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin saxlaması, həm də onlardan istifadə etməsi barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olduğundan Təqsirləndirilən şəxs ətrafında tərəflərindən əməliyyat tədbirləri keçirilməsinə zərurət yaranmışdır. Odur ki, o, raportla müraciət etmiş, Təqsirləndirilən şəxs ifşa olunması üçün ondan və digər polis əməkdaşlarından ibarət tərkibdə əməliyyat qrupu təşkil olunmuş, onlar Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirləri keçirərkən onun əvvəllər də dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilmişdir. 30.11.2021-ci il tarixdə səhər saat 7:50 radələrində Təqsirləndirilən şəxs qardaşı Asiflə birlikdə evin qarşısında olarkən yaxınlaşıb özlərini təqdim edib Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli olduğundan evə baxış keçirilməsi üçün hər iki qardaşdan razı olub-olmamalarını soruşmuşlar. Asəf və evin faktiki sahibi qardaşı Asif də evə baxış keçirilməsinə razı olduğunu bildirərək bu barədə ərizə yazıb vermişlər. Bundan sonra polis əməkdaşları Asəfdən evdə narkotik saxlayıb-saxlamadığını soruşmuş, Asəf polis əməkdaşlarının onun evdə narkotik vasitə saxlamasından xəbərləri olduğunu başa düşdüyündən evin qonaq otağında narkotik vasitə olduğunu, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Eyni zamanda Asəf həmin evdə narkotik saxlamasından qardaşı Asifin xəbəri olmadığını və həmin narkotiki qardaşı Asifdən gizli saxladığını bildirmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxslə birlikdə həmin yaşayış sahəsinin qonaq otağına daxil olmuşlar, həmin vaxt Asəf otaqda stolun üzərinə qoyduğu “cempion” çay qutusunun içərisində kibirit qutularında və siqaret qutusunda sellofan bükümlərdə saxladığı özünə məxsus olan “kakos” və “şüşə” adı ilə tanınan narkotik vasitə və psixotrop maddəni onlara göstərmişdir. Bundan sonra həmin narkotik vasitə və psixotrop maddəyə baxış keçirilmiş, tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs özü səmimi etiraf edərək, yaşadığı evdən aşkar olunub götürülmüş 8 ədəd sellofan bükümdə olan heroninin, 22 ədəd sellofon bükümdə olan metamfetaminin və 1 ədəd qara rəngli sellofan bükümdə olan heroinin özünə məxsus olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə RPŞ-nə üzərində şəxsi axtarış aparılması üçün getməsinin vacibliyi bildirilmiş, Təqsirləndirilən şəxs də etiraz etməmiş və onlarla birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişlər. Bundan sonra polis şöbəsində müdafiəçinin iştirakı və videoçəkilişlə onun üzərinə şəxsi axtarış aparılmış, lakin üzərindən hər hansı bir qeyri-qanuni saxlanılan əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Bərdə RPŞdə CAB-də əməliyyat müvəkili vəzifəsində işləyir, polis baş leytenantıdır. Bərdə şəhər sakini Təqsirləndirilən şəxs üzərində və yaşadığı evdə satış məqsədi ilə psixotrop maddə metamfetamin və narkotik vasitə heroin saxlaması, həm də onlardan istifadə etməsi barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında 30.11.2021-ci il tarixdə saat 7:45 radələrində Təqsirləndirilən şəxs və sonuncunun qardaşı Şahid4 evin qarşısına gəlmişlər. Həmin vaxt Təqsirləndirilən şəxs qardaşı Asifə yaxınlaşıb özlərini təqdim edib onun və qardaşı Asəfin yaşadığı evdə Təqsirləndirilən şəxs narkotik vasitə saxlamaqda şübhəli olduğundan baxış keçirilməsi üçün razı olub-olmamağını Asif və Təqsirləndirilən şəxslərdən soruşmuşlar və onların hər ikisi baxış keçirilməsinə razı olduğunu bildirərək bu barədə hər iki qardaş ərizə yazıb vermişlər. Onlar Asəfdən evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuş, Asəf də polis əməkdaşlarının onun evdə narkotik vasitə saxlamasından xəbərləri olduğunu gördükdə evin qonaq otağında narkotik vasitə olduğunu, özünün istifadəsi üçün saxladığını polis əməkdaşlarına bildirmişdir. Eyni zamanda Asəf həmin evdə narkotik saxlamasından qardaşı Asifin xəbəri olmadığını, həmin narkotiki o, Bakı şəhərindən bir nəfər tanımadığı şəxsdən alıb evə gətirdiyini, Asifdən xəbərsiz evə qoyaraq öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra onlar videoçəkilişlə Təqsirləndirilən şəxslə birlikdə həmin yaşayış sahəsinin qonaq otağına daxil olmuşlar, həmin vaxt Asəf otaqda stolun üzərinə qoyduğu “cempion” çay qutusunun içərisində kibirit qutularında və siqaret qutusunda sellofan bükümlərdə saxladığı özünə məxsus olan “kakos” və “şüşə” adı ilə tanınan narkotik vasitələri onlara göstərmişdir. Bundan sonra həmin narkotiklərə Asəf və onun qardaşı Asifin iştirakı baxış keçirilmiş, həmin yerdən kiçik bükümlərdə olmaqla heroin və metamfetaminə bənzər kütlələr aşkar edib götürülmüşdür. Həmin narkotik vasitə və psixotrop maddənin özünə məxsus olduğunu və bunlardan qardaşı Asifin xəbəri olmadığını bildirmişdir. Bundan sonra tərəflərindən Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmiş, polis şöbəsində onun üzərinə videoçəkilişlə şəxsi axtarış zamanı hər hansı bir qeyri-qanuni saxlanılan əşya və ya narkotik vasitə aşkar olunmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 şahidlər Şahid3 və Şahid1 ifadələrinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Qardaşı Təqsirləndirilən şəxs əvvəllər dəfələrlə narkotik üstündə tutulmuşdur. 30 noyabr 2021-ci il tarixdə təxminən səhər saat 5 radələrində o, evdə yatan zaman evin içərisində polis əməkdaşları daxil olmuş, o, səsə yuxudan oyanmışdır. Bu zaman o, evin içərisində xeyli sayda polis əməkdaşlarının olduğunu görmüşdür. Polis işçiləri ona alınmış əməliyyat məlumatına əsasən gəldiklərini və evə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları ona qardaşı Asəfin evdə narkotik və psixotrop maddə saxladığını bildirmişlər. O da polis əməkdaşlarına Asifin evdə belə şeylər saxlamasından onun xəbəri olmadığını bildirmişdir. Bundan sonra onun iştirakı ilə evə baxış keçirilərkən evdin qonaq otağında olan stolun üzərində olan “chempion” çay qutusunun içərisindən bir-iki büküm narkotik vasitə aşkar edilmişdir. Onun həmin narkotikin və “şüşə”nin onların evində olmasından xəbəri olmamışdır. Şahid4 məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ifadəsində bildirmişdir ki, “30 noyabr 2021-ci il tarixdə təxminən saat 07- 50 radələri olardı ki, o və qardaşı Təqsirləndirilən şəxs Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi 68 saylı evlərində olarkən evin qapısının döyüldüyünü görmüşlər. Gedib qapını açarkən polis işçiləri onlara bildirmişlər ki, alınmış əməliyyat məlumatına əsasən gəliblər ki, evə baxış keçirsinlər. Onlar demişlər ki, evdə qardaşı Asəf narkotik və psixotrop maddə saxlayır ki, satsın, camahatı zəhərləsin. O da polislərə bildirmişdir ki, Asifin evdə belə şeylər saxlamasından onun xəbərim yoxdur. Polislər bildirmişlər ki, evə baxış keçirilməsinə razıdır, yoxsa yox. O da razı olduğunu bildirmişdir. Elə Asəf də razı olduğunu demişdir. Onlar hər ikisi bu barədə ərizə yazmışlar ki, yaşadıqlar evə baxış keçirilməsinə heç bir etirazları yoxdur, baxış keçirilə bilər. Polislər baxışın videoçəkilişlə aparılacağını və onların da baxışda iştirak edəcəklərini bildirmişlər. Bundan sonra onların iştirakı ilə evə baxış keçirilərkən evdən qonaq otağında olan stolun üzərində olan “chempion” çay qutusunun içərisindən kibrit qutusunun və siqaret qutusunun içərisindən xırda sellofanlara bükülü halda olan kütlələri polislər aşkar etmişlər. Onları elektron tərəzində çəkmişlər. Sonra isə qablaşdırdırıb götürmüşlər. Həmin vaxt qardaşı Asəfdən və ondan polislər həmin narkotikə, şüşəyə bənzər kütlələrin kimin olduğunu soruşmuşlar. O da həmin kütlələrin onun olmadığını qardaşı Asəf isə həmin narkotikin və şüşənin özünə məxsus olduğunu bildirmişdir. Onun həmin narkotikin və şüşənin onların evində olmağından xəbəri olmadığını qardaşı Asəf polis işçilərinə bildirmişdir. Bundan sonra polis işçiləri protokol tərtib etmişlər və həmin protokolu onlar baxış iştirakçılarına ucadan oxumuşlar. Protokolda hər şey olduğu kimi doğru və düzgün yazılmış olduğundan protokolda qeyd olunanların doğruluğunu imzaları ilə təsdiq etmişlər. O, bir daha qeyd edir ki, həmin narkotik qardaşı Asəfə məxsusdur. Həmin narkotik evlərindən aşkar olunub götürülənə qədər onun bunlardan xəbəri olmamışdır” Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 noyabr 2021-ci il tarixli raportdan görünür ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi ev 68-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, yaşadığı evdə saxlaması, üzərində gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” və DVD diskə baxış protokollarından görünür ki, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yaşadığı 68 saylı Təqsirləndirilən şəxs evinin qonaq otağında “cempion” çay qutusunun içərisində siqaret qutusunun və kibrit qutuları içərisində xırda bükümlər halında 8 ədəd (səkkiz) ədəd sellofan bükümlərdə narkotik vasitə olan heroinə bənzər kütlə, bir ədd sellofan bükümün içərisində 22 (iyirmi iki) ədəd sellofon bükümlərdə ayrı-ayrılıqda olmaqla psixotrop maddə olan metamfetaminə bənzər kütlə, 1 ədəd qara rəngli sellofan bükümdə heroinə bənzər kütlə aşkar olunub götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X5 Bölməsinin 30 noyabr 2021-ci il tarixli 16/1273 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş yazı və imzalar olan zərfdəki 8 (səkkiz) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,3 qram, 0,290 qram, 0,273 qram, 0,282 qram, 0,277 qram, 0,269 qram, 0,371 qram, 0,287 qram, umumi təmiz çəkiləri 2,349 qram olan maddəllər kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş yazı və imzalar olan kağız paketdəki bir ədəd sellofan bükümdə olan 22 (iyirmi iki) ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çıkiləri 0,426 qram, 0,407 qram, 0,324 qram, 0,415 qram, 0,418 qram, 0,476 qram, 0,448 qram, 0,423 qram, 0,460 qram, 0,426 qram, 0,424 qram, 0,438 qram, 0,402 qram, 0,342 qram, 0,481 qram, 0,337 qram, 0,444 qram, 0,393 qram, 0,368 qram, 0,367 qram, 0,425 qram, ümumi təmiz çəkisi 9,065 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin kağız paketdəki 1 (bir) ədəd sellofan bükümün içərisindəki 1 (bir) qara rəngli sellofan bükümdə təmiz çəkisi 6,703 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Tədqiqata təqdim edilmiş heroinlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidir. Tədqiqata təqdim edilmiş metamfetaminlər xarici əlamətlərinə və tərkiblərinə görə eynidir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1- ci siyahısının İİ bəndinə daxildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 02 dekabr 221-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinin qanuniliyinin yoxlanılması barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi üçün təxirə salınmadan onun ətrafında əməliyyat-axtarış tədbirləri keçirərək əməliyyat axtarış tədbiri zamanı qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 22 fevral 2022-ci il tarixli 234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə rayon Polis şöbəsinin 28 fevral 2022-ci il tarixli, 2898 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsi, 68 saylı evindən 30.11.2021-ci il tarixdə aşkar olunub götürülmüş təmiz çəkisi 2,349 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi 9,065 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini və təmiz çəkisi 6,703 qram çəkidə narkotik vasitə olan heroini o, satış məqsədi ilə yaşadığı evdə saxlamış olduğu müəyyən olunmuşdur. Onun yaşadığı evdən aşkar olunub götürülmüş həmin psixotrop maddə olan metamfetamini və narkotik vasitə olan heroini haradan əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 02 mart 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi və cinayət işindən başqa cinayət işinin ayrılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunub götürülmüş heroinin təmiz çəkiləri 2,349, 6,703 qram olmaqla, həin heroinlərdən tədqiqata 0,54 qram sərf olunmaqla qalıq 1,869 qram və 6,643 qram heroin qalmış olduğundan həmin qalıq qalmış narkotik vasitə olan heroin və həmçinin onun evindən aşkar olunmuş metamfetaminin ümumi çəkisi 9,065 qram olmaqla tədqiqata 1,32 qram( hər bir obyektdən 0,06 qram) sərf olunmaqla qalıq qalmış psixotrop maddə olan 7,745 qram çəkidə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyindən maddi süsut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon polis şöbəsinin saxlanc anbarına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi konsultativ poliklinika şöbəsinin 01 fevral 2022-ci il tarixli 344 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklikasının narkoloji kabinetində 05 yanvar 2006-ci il tarixdən proklaktiki qeydiyyata alınmış, 8 sentyabr 2021-ci il tarixdə marixuanadan sui istifadəyə görə qeydiyyata alınmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər İƏD üzrə nümayəndəlisinin 02 fevral 2022-ci il tarixli, 676 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər, C.Məmmədquluzadə küçəsi, ev 68 qeydiyyatdadır və yaşamış, qonşularla yaxşı münasibətdə olmuş, narkotikaya meyilli olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan və Bərdə Rayon Məhkəməsinin 01 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxs Şahid4 yaşadığı evdə ittiham aktında göstərilənin əksinə olaraq hər biri bir bükümdə olmaqla çox az miqdarda narkotik vasitə heroinin və psixotrop maddə metamfitamin olmasına, onun evinə müxtəlif bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə mütamfetaminin polis əməkdaşları tərəfindən qoyulmasına dair ifadələri, özünün məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadəsi, Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, 30 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokol, maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmiş Şahid4 yaşadığı fərdi yaşayış evinə və üzərinə baxış zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən “DVD” diskə baxış zamanı, ekspert rəyləri, həmçinin cinayət işinin obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən (Şahid4 məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsi qardaşı Təqsirləndirilən şəxs münasibətdə) özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıyır, heç bir mötəbər sübutla təsdiq olunmadığından inandırıcı hesab olunmur və odur ki, məhkəmə onun ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04.03.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin yaşadığı evdən aşkarlanmış narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına, çoxsaylı bükümlər halında olmaqla müxtəlif növdə olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitəni və psixotrop maddəni satış məqsədi ilə əldə edərək yaşadığı evdə saxlaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsininnin 59-cu maddəsinə əsasən məhkəmədə Şahid4 cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cümaddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 11 fevral 2022-ci il tarixli tələbnamədən, Bərdə Rayon Məhkəməsinin 16.08.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ Azərbaycan Respublikası məhkəməsinin 15.12.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.4.2-ci maddəsinə əsasən 08 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 29.04.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, Bərdə rayon məhkəməsinin 16.08.2019-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, 03.11.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin təhlükəli residivi sayılır. Azərbacan Respublikası Cinayət Məcəlləsinin 234.4.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il, CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməli cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 30 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 7,745 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 6,643 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd kağız paketdə və 1 ədəd zərfdə 1,869 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilməli, onun məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilməli, Təqsirləndirilən şəxs oğlunun yaşadığı evdən 30.11.2021- ci il tarixdə baxış keçirməklə psixotrop maddə olan metamfetaminin və nakotik vasitə olan heroinin aşkar olunub götürülməsi videogörüntülərini özündə əks etdirən 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 14 (on iki) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş 03.05.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 84 (səksən dört) manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 30 noyabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olaraq Bərdə rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 7,745 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetam, 6,643 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 1 ədəd kağız paketdə və 1 ədəd zərfdə 1,869 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin məhv edilsin, onların məhv edilməsi «Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin, 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat Şahid4 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Şahid4 dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 84 (səksən dört) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar