Məhkəmə qərarları › İş №1(100)-229/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-229/2023

13.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-229/2023 13.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 14 avqust 1998-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" ASC-də operator köməkçisi vəzifəsində işləmiş, məhkum olunmamış, Ağdam rayonunun Seyidli kəndində yaşayış yeri üzrə qeydiyyatda olmaqla həbs edilənədək ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 29, 120.2.4 və 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq,məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə saat 21 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində Ağdam rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı, polis baş leytenantı Şahid1 xidməti otağında, qardaşı Şahid4 keçmiş nişanlısının qardaşı Zərərçəkmiş şəxs tərəfindən döyülərək nalayiq ifadələrlə təhqir olunması ilə bağlı rayon polis şöbəsində aparılan təhqiqat yoxlaması zamanı sonuncu tərəfindən qardaşının döyülməsi, sevdiyi qızla ailə qurmasına maneçilik törədilməsi, özünün, ailə üzvlərinin və qardaşının Zərərçəkmiş şəxs tərəfindən söyülüb təhqir edilməsi səbəbinə görə sonuncu ilə Ağdam Rayon Polis şöbəsində qarşılaşdığı zaman təhqiqatçı Şahid1 xidməti otağında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, rayon polis şöbəsinin iş rejimini pozaraq qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxsla mübahisə edib dalaşaraq üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı kiçik cib bıçağı ilə Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vuraraq sonuncuya qarının ön divarında aşağı nahiyyədə boşluğa keçərək qaraciyəri zədələyən deşilmiş-kəsilmiş 01 ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, dava dalaş zamanı hər iki şəxs biri-birinə xəsarət yetirmək istədiyi zaman Təqsirləndirilən şəxs əlindəki bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində solda 02 ədəd, sol qoltuqaltı çuxurda 01 ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində 01 ədəd və aşağı 1/3-nin ön səthində 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində yuxarıdan aşağıya doğru 05 ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində 01 ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu zaman hadisənin törədilmə aləti olan bıçağı əlindən alıb ona xəsarət yetirmək istədiyi vaxt bıçaq Təqsirləndirilən şəxs sağ əl nahiyəsinin İİ barmağının İİ falanqasının sol yan səthini kəsmiş, Təqsirləndirilən şəxs özü də əlin səthi kəsilmiş yarası xəsarəti almış, sağlamlığına dərəcəsi təyin edilməyən zərər vurulmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Azərbaycan Respublikası CM-in 29,120.2.2, 29,120.2.4 və 221.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü qətiyyən təqsirli bilməyərək göstərmişdir ki, Ağdam rayonunun Xındırıstan kəndində yerləşən İlqar adlı şəxsin fermasında yaşayan Zərərçəkmiş şəxs və onun ailə üzvülərini bacısı Zeynəbin əri Ruslanın vasitəsi ilə tanımışlar. 2021-ci ilin yay aylarında qardaşı Əli ilə Hökmüdarın bacısı Ayselin evlənməsi barədə razılaşdıqdan sonra valideyinləri Ayseli Əliyə almaq məqsədi ilə el adəti ilə Ayselgilə elçiliyə getmiş və sonuncular nişanlanmışlar. Bundan sonra bir neçə dəfə Hökmüdargilə qonaq getmiş, hər dəfə İİ Qarabağ müharibəsində iştirak etməsini əsas tutan Hökmüdar spirtli içki aludəçisi olduğu üçün sərxoş olduğuna görə ona və ailə üzvlərinə qarşı kobudluq etmişdir. Hökmüdar sonradan bacısı Ayselin nişanlısı Əli ilə toy edilənədək görüşmələrinə və söhbət etmələrinə maneçilik törətmiş, bu səbəbinə görə, qardaşı Əli nişanlısı Aysellə əlaqə saxlamasını təmin etmək üçün çətinliklə baha qiymətə smartfon telefon alıb nişanlısı Ayselə vermişdir. Hökmüdar bacısının bahalı smartfon işlətdiyini görüb həmin smartfonu Ayselin əlindən almış və özü istifadə etməyə başlamışdır. Qardaşı Əli nişanlısı Ayselə zəng etdiyi zaman telefona Hökmüdar cavab vermiş və telefonun onun istifadəsində olduğunu bildirmişdir. Əli nişanlısı Aysellə müxtəlif variantlarla əlaqə qurmağa çalışsa da Hökmüdar buna imkan verməmiş, Əli tərəfindən alınmış smartfon da Ayselin yox, tamamilə Hökmüdarın istifadəsində olmuşdur. Bu problem getdikcə dərinləşmiş, Hökmüdar get-gedə daha da aqressivləşmiş, qazi olduğu üçün ona hörmət edilməsinin vacib olduğunu, kobudluq etsə də bunun qəbul olunmasını, hər bir halda ondan şikayət edilsə də heç bir dövlət orqanının qazi olduğu üçün ona hər hansı irad bildirməyəcəyini daima vurğulayıb, nümayişkəranə onun valideyinlərini təhqir etmiş və onun belə etməsini qəbul etmələrini həm qardaşı Əlidən, həm ondan, həm də valideyinlərindən tələb etmişdir. Ayselin valideyinləri Hökmüdar qazi olduğu üçün dövlət tərəfindən onlara hörmət qoyulduğunu, buna görə də Hökmüdar nə deyirsə elə olmalı olduğunu həm Əlinin, həm onun, həm də valideyinlərinin diqqətinə çatdırmışdır. Beləliklə, Hökmüdarın təkidi ilə Ayselin atası X14 nişanını pozmuşdur. Hökmüdar ona dəfələrlə zənglər edib hədələmiş, gördüyü yerdə qardaşı Əlini söyüb təhqir etmişdir. xx.xx.2022-ci il tarixdə evdə anası Vəsilə bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdam rayonunun Quzanlı qəsəbəsində Hökmüdar anası Mahruxla Əliyə hücum edib döyüb xəsarət yetirib onu və ailə üzvlərini nalayiq ifadələrlə təhqir edibdir. Buna görə qardaşı Əli polisə şikayət etmişdir. Polisdə onların şikayəti ilə əlaqədar təhqiqat başlanmışdır. Təhqiqatla bağlı qardaşı Əli izahatı alınması üçün Ağdam RPŞ-yə dəvət edilmiş xx.xx.2022-ci il tarixdə qardaşı Əli ilə birlikdə tanımadığı taksi ilə o da Ağdam RPŞ-yə getmişdir. Oraya çatanda Hökmüdarın atası Elxanın və balaca qardaşı Dünyamininin şöbənin qarşısında dayandığını görmüşdür. Əlinin şikayəti əsasında araşdırmanı təhqiqatçı Şahid1 aparmışdır. Qardaşının işinin düzgün aparılmasını xahiş etmək üçün Əhliyyət müəllimin iş otağının qarşısına getmiş, iş otağının qapısını açıb içəri daxil olmuşdur. Otaqda Hökmüdarı görmüş, sonuncu adəti üzrə qazi olduğunu yenə uca səslə vurğulayıb ondan şikayət etdiyi üçün qardaşı Əlini, anası və atasını ağır küçə söyüşləri ilə söyməyə başlamışdır. Hökmüdar qardaşını və ailəsini ağır küçə söyüşləri ilə söydüyü üçün o da öz növbəsində Hökmüdarı söymüşdür. Bundan sonra onlar əlbəyaxa dalaşmağa başlamışlar. Hökmüdar ondan olduqca güclü olduğu üçün, onu döysə də qazi olduğu üçün polislərin Hökmüdarı tutmayacağını bildiyi üçün cibində olan çox kiçik ölçülü limon bıçağı ilə Hökmüdar tərəfindən döyülməsinin qarşısını almaq üçün sonuncuya cəmi bir dəfə aşağı ətrafından xəsarət yetirmiş, Hökmüdar onun bu hərəkətindən lap qəzblənmiş və bıçağı onun əlindən alıb onu vurmağa çalışmışdır. Bu vəziyytdə onlar əlbəyaxa dalaşmışlar. Hökmüdarın və özünün aldığı kiçik xəsarətlər də elə bu vəziyyətdə yaranmışdır. Hökmüdar irəli-geri gedib bıçağı onun əlindən almağa çalışmış o isə Hökmüdarın onu bıçaqla vuracağını və Hökmüdarın tutulmaq qorxusu olmadığı üçün bıçağı əlində saxlamağa çalışmışdır. Dalaşdıqları zaman kreslo yerə aşmış, kağızlar isə yerə tökülmüşdür. Qışqıraraq polislərdən kömək istəmiş, o qışqırandan sonra Hökmüdar ondan aralaşmış və ona xəsarət yetirməyi sonlandırmışdır. Bir qədər sonra bir neçə polis əməkdaşı otağa girmiş Hökmüdara sakit olmalı olduğunu bildirmişdir. Bundan sonra o hadisə törədilən bıçağı könüllü şəkildə polislərə təqdim etmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hadisə onun danışdığı kimi baş vermişdir. Bu hadisə iki ailənin faciəsidir və bu faciə Hökmüdarn qazi olduğu üçün, dövlətin ona göstərdiyi qayğı və ehtiramın fonunda sonuncunun özünü digərlərindən üstün hesab etməsi səbəbindən baş vermişdir. Hansı ki, onlar qohum olmaq, iki gənc biri-birini sevdiyi üçün ailə qurmaq üçün bir araya gəlmişdilər. Lakin baş vermiş hadisədə özünü də günahsız hesab etmir. Valideyinlərinin polis şöbəsində Hökmüdar tərəfindəın təhqir olunması onu bir anlıq özündən çıxarmış və o səhvə yol verib Hökmüdarla mübahisə etmişdir. Sonuncuya cəmi 1 dəfə bıçaqla xəsarət yetirməsini isə Hökmüdarın onu döyməsinin qarşısını almaq üçün törətdiyini vurğulayır və səhv etdiyi, peşman olduğunu hakim heyətinin nəzərinə çatdırır. Eyni zamanda bildirir ki, İbtidai İstintaq orqanı əvvəl onun əməlini düzgün olaraq CM-in 126.1-ci maddəsilə tövsif edib məhkəməyə göndərsə də, sonradan özü-öz mövqeyini ona məlum olmayan səbəblərə görə təkzib etmiş, ona gəncliyi bahasına başa gələcək ittiham, yəni sanksiyasında ömürlük azadlıqdan məhrum etmə nəzərdə tutulan işin hallarına açıqdanaçığa zidd olan ittiham irəli sürülmüşdür. Onun Hökmüdarı nəinki öldürmək, heç xəsarət yetirmək belə niyyəti olmamışdır. Baş verən hal hadisələrin təsadüfi axarı zəmnində baş vermiş, onsuz da aqressiv olan Hökmüdar Əlinin ondan şikayət etməsinə daha da qəzəblənmiş və maksimum hirslə öz aqresiyasını polis şöbəsində onu görən kimi reallaşdırmışdır. Hansı ki, ondan şikayət edən şəxs o deyil, Əli olmuşdur. Amma Hökmüdar içindəki hirsi qarşısına ilk o keçdiyi üçün ona qarşı yönəltmiş və ağır küçə söyüşləri ilə qardaşını, onu, atasını, anasını söymüşdür. Mübahisə də buna görə başlamışdır. Qeyd olunmalıdır ki, baş verən hadisə iki ailənin faciəsidir. Çünki onlar qohum olmaq üçün bir araya gəlmişdilər. Hakim heyətindən xahiş edir ki, onun əməlinə düzgün hüquqi qiymət versin. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2019-cu ildən Ağdam rayonu, Xındırıstan kəndində İlqar adlı şəxsin fermasında ailə üzvləri ilə birlikdə yaşayıb işləmiş, hazırda isə Yuxarı Qiyamaddınlı kəndinə qayıtmışdır. Ələkbər və Şahid4 qardaşlarını onların yeznəsi Ruslanın vasitəsi ilə tanımış, onlara münasibəti əvvəllər yaxşı olmuşdur. Ruslan onun valideyinlərinə bacısı Aysel üçün Əlinin valideyinlərinin elçi düşmək istədiklərini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 18-19 radələrində atasının idarə etdiyi “Vaz 21061” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı maşınla Quzanlı qəsəbəsində hərəkətdə olarkən qəfil maşının qarşısına pişik çıxmış, pişiyi vurmamaq üçün avtomobili saxlayanda ərazidə olan telefon mağazasının qarşısında dayanan Şahid4 görmüş, sonuncu deyəsən uca səslə qaz-ver, qaz-ver demişdir. O, bu hərəkətinə görə Əlini yumruqlamaq istəyəndə orada olan tanımadıqları şəxslər onları aralayıb dava etməyə qoymamışlar. xx.xx.2022-ci il tarixdə saat 19 radələrində qaldığı fermaya 2 nəfər polis gəlib, Əlinin ondan şikayət etdiyinə görə Ağdam polisinə gəlməli olduğunu bildirmişlər. Əvvəlcə anası onun 44 günlük müharibədə travma aldığı üçün səhətinin pis olduğunu, psixi dərman qəbul etdiyini, sonra şöbəyə gedəcəyini desə də, polislər onu məcbur aparacaqlarını demişlər. Atası da, şöbəyə getmək halında olmadığını demişdir. Sonra atası ilə anası 2017-ci ildə anadan olmuş qardaşı Dünyaminlə atasının maşını ilə ağdam RPŞ-yə getmişdir. Təhqiqatçı Əhliyyət ona guya onun Əlini xx.xx.2022-ci tarixdə saat 18-19 radələrində küçədə vurduğunu söyləmiş, o isə, bunun yalan olduğunu deyib, əksinə Əlinin onu təhqir etməsini səsini yazdığını demişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs onun da olduğu təhqiqatçı Əhliyyət müəllimin otağının qapısını açıb içəri girmiş, ayaq üstə stolun qarşısında dayanmışdır. Ələkbəri görüb xəstə olduğu üçün əsəb keçirmiş, buna görə Ələkbərlə aralarında mübahisə yaranmışdır. Sonradan mübahisə əlbəyaxa davaya çevirilmiş Ələkbər sağ əlində barmaqlarının arasına keçirdiyi kiçik ölçülü cib bıçağı ilə ona bir dəfə xəsarət yetirmişdir. Davanın sonrakı mərhələsində isə ona sonradan məlum olmuşdur ki, o bundan başqa da bir neçə kiçik xəsarətlər almışdır. O var gücü ilə bıçağı Ələkdərdən almaq istəmiş, buna görə də Ələkbərin biləyi əli kəsilmiş və Ələkbərdə olan xəsarətlər bu vəziyyətdə yaranmışdır. Mübahisə zamanı o Ələkbəri buraxmamış, buna görə də sonuncu var gücü ilə qışqırmışdır. Səsə 2 nəfər adını bilmədiyi arxasınca fermaya gələn serjantlar içəri girib Ələkbəri dartmış, ondan aralayıb dəhlizə çıxarmışlar. Polislərdən onu maşınla aparmalarına dair kömək istəmiş, amma ona kömək edən olmamış, atasının maşını ilə Ağdam rayon Mərkəzi Xəstəxanasına getmişdir. 2-ci Qarabağ qazisi kimi Ələkbərə ağır cəza verilməsini, Ələkbərin ailəsi tərəfindən ona pul verilməsinin təmin edilməsini məhkəmədən tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında, 2021-ci ildən isə Ağdam rayon polis şöbəsinin təhqiqat bölməsində təhqiqatçı vəzifəsində xidmət edir. Əvvəllər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımamış, həmin şəxslərin heç biri ilə münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qardaşı Şahid4 Hökmüdar və anası Mahruxla Ağdam rayonu Quzanlı qəsəbəsində dava-dalaş etmələri və ona xəsarət yetirmələri barədə Ağdam RPŞ-yə ərizə ilə müraciət etmiş, dəfələrlə Hökmüdarın hazırda yadında qalmayan mobil nömrəsinə zəng edərək onu və anasını Ağdam RPŞ-yə dəvət etsə də, hər dəfə müxtəlif bəhanələrlə şöbəyə gəlməkdən boyun qaçırmışlar. Ona görə də, xx.xx.2022-ci il tarixdə onların şöbəyə dəvət olunmaları ilə bağlı şöbəyə raportla müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Hökmüdar və Mahrux izahat vermələri üçün Ağdam RPŞ-yə gəlmişlər. Məlum olmudurş ki, onları şöbənin İTB-nin əməkdaşları şöbəyə gəlmələri üçün yaşadıqları ünvana gedərək şöbəyə dəvət etmişlər. xx.xx.2022-ci il tarixdə saat təxminən 21 radələrində Hökmüdarla Mahrux onun Ağdam RPŞ-nin inzibati binasında yerləşən Təhqiqat bölməsi üçün ayrılmış xidməti otağında olmuşlar. Eləcə də, Hökmüdarın atası Elxan da, yanında balaca oğlu da Hökmüdar və Mahruxla bir yerdə olublar. Balaca uşaq su istədiyi üçün Elxan uşağı özü ilə götürüb mağazaya su almağa getmiş, daha sonra Hökmüdar özü ilə gətirdiyi mobil telefonda Əlinin onu söyüb təhqir etməsini özündə əks etdirən səs yazısını ona qulaq asdıranda anası Mahrux söyüşləri eşitməsin deyə anası Mahruxa otaqdan dəhlizə çıxmasını bildirmiş və Mahrux xidməti otağı tərk etmişdir. Bundan sonra kompüterin arxasında oturub telefonda Əlinin səsinə qulaq asmağa başlamış, Hökmüdara əyləşməli olduğunu bildirsə də, sonuncu onun sözünə məhəl qoymayıb ayaq üstə otağın mərkəzində pəncərənin qarşısında dayanmışdır. Qəfildən otaqda Əlinin qardaşı Ələkbərin Hökmüdarla əlbəyaxa olduğunu görmüş, hadisə qısa zaman kəsiyində baş verdiyindən onlara müdaxilə edə bilməmişdir. Ələkbər və Hökmüdar biri-birlərinə yumruqla zərbələr endirmişlər. Sonradan Ələkbər qışqırmağa başlamış və bundan sonra əlbəyaxa yekunlaşmışdır. Daha sonra şöbənin iki polis nəfəri onun otağına gəlmiş və Ələkbər onlarla otaqdan çıxmış və əlində olan kiçik ölçüdə olan bıçağı könüllü şəkildə təqdim etmişdir. Vurğulayır ki, Ələkbər hüquqazidd əməllərə yol versə də öz hərəkətlərini özü dayandırmışdır. Ona kimsə mane olmamışdır. Əksinə Hökmüdar fiziki cəhətdən Ələkbərdən olduqca güclü olduğu üçün sonuncu qışqırması isə sanki ətrafdan kömək istəmişdir. Onu da qeyd edir ki, Ələkbər Hökümdara bıçaqla zərbə vurarkən Hökümdar qeyri-adekvat müqavimət göstərdiyindən otaqda olan stolun üzərindəki kağızlar yerə tökülmüş, kreslo isə yerə aşmışdır. Bundan sonra hadisə barədə raport tərtib etmiş, bir neçə gündən sonra Əlinin müraciəti ilə bağlı tərəfindən toplanmış materialın Ələkbərin barəsində başlanmış cinayət işinə əlavə edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 2010-cu il tarixdən Azərbaycan Respublikası Daxili İşlər Orqanlarında, 2022-ci ildən isə Ağdam rayon polis şöbəsinin İstintaq bölməsində müstəntiq vəzifəsində xidmət edir. Əvvəllər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımamış, həmin şəxslərin heç biri ilə münasibəti olmamışdır. 07 iyul 2022-ci il tarixdə Ağdam rayon polis şöbəsinin inzibati binasında xidməti otağında vəzifəsi üzrə prosessual sənədləri hazırlayırmış, xidməti otağı şöbənin təhqiqatçısı Şahid1 xidməti otağı ilə eyni dəhlizdə yerləşir. Həmin gün yəni xx.xx.2022-ci il tarixdə saat 21 radələrində Şahid1 otağından səs-küy səsləri eşidilmiş, bu səbəblə artıq xidməti işlərini yerinə yetirə bilmədiyindən, səs gələn otağa yollanmış, Şahid1 xidməti otağında daxil olduqda sonuncunun əvvəllər tanımadığı adını sonradan öyrəndiyi Ələkbər adlı şəxsin qollarını tutub otaqdan çölə çıxartmasını görmüşdür. Ələkbər adlı şəxs nədənsə çox aqresiv görsənmiş, həmçinin eyni zamanda oraya digər polis əməkdaşı Şahid2 də yaxınlaşmış, bu zaman otaqda olan adını sonradan öyrəndiyi Hökmüdar adlı şəxsin bədəninin yuxarı ətraflarından çoxlu sayda qan axdığını, ximəti otaqda tamamilə dağınıq olduğunu, xidmət sənədlərin yerə səpələndiyini, otaqda olan stol və stulların yerinin dəyişdiyini, kreslonun qırılmış halda aşdığını görmüşdür. Şahid1 Ələkbər adlı şəxsi zərərsizləşdirdikdən sonra polis nəfəri Şahid2 Ələkbərin əlindən olan bıçağı ondan almışdır. Daha sonra polis əməkdaşları Zərərçəkmiş şəxs köməklik göstərib onu xəstəxanaya aparmağa çalışsalar da, sonuncu ilə birlikdə gələn yaxın qohumları Hökmüdarı xəstəxanaya aparmışlar. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 Elman oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 Elman oğlu ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid2 Elman oğlu ifadəsində göstərmişdir ki, 2008-ci ildən DİO-da, tutduğu vəzifədə isə 2017-ci ildən Ağdam RPŞ-nin MSY-nin konvoyu, polis nəfəri vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Ağdam rayon polis şöbəsində xidmətdə olan zaman qəflətən təhqiqat bölməsinin xidməti otağı tərəfdən möhkəm səs-küy eşitmiş və o dərhal həmin yerə tərəf getmək istəyəndə görmüşdür ki, təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Şahid1 bir nəfəri iki əli ilə arxa tərəfindən qucaqlayaraq növbətçi hissəyə tərəf gətirir. O həmin vaxtı əvvəlcə adını bilmədiyi, lakin sonradan adının Ələkbər olduğunu bildiyi şəxsin sağ əlində bıçaq olduğunu görmüş və dərhal həmin bıçağı onun əlindən almışdır. O Ələkbərin əlindən aldığı bir ədəd qatlanan səyahət tipli bıçağı İstintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun ailəsini 2021-ci ilin əvvəllərində tanımışdır. Belə ki, onlar ailəvi yaşadıqları Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndindən köçüb Ağdam rayonunun Xındırıstan kəndində İlqar adlı şəxsin fermasında yaşayıb çoban işləmişlər. Əvvəlcə Hökmüdar bacısının əri Ruslan Həsənli ilə münasibət qurmuşdur. O da onları Ruslanın vasitəsilə tanımışdır. Bir dəfə Ruslan ona Hökmüdarın Aysel adında bacısı olmasını, həmin qızla ailə qurmağının məsləhətli olmasını bildirmişdir. 2021 -ci ilin yay aylarının əvvəllərində vallideynləri Ayseli ona almaq üçün qıza elçi düşmüşlər. Hökmüdarın atası Elxan, anası Mahrux, eləcə də Hökmüdar özü onun Aysellə evlənməyinə razı olmuşlar. Bundan təxminən bir ay sonra onun Aysellə nişan mərasimi olmuşdur. Aysellə rəsmi qaydada nişanlanmışdır. Nişanlandığı gündən Ayselin qardaşı Hökmüdar onlara gün verib işıq verməmiş, qazi olduğu üçün onun hər kəsdən üstün olduğunu, ona qarşı diqqətli olunmasını, evdə onun sözünün keçdiyini vurğulamışdır. Hökmüdarın hərəkətləri ona qəribə gəlmiş, ara-sıra ona bu barədə iradını bildirmişdir. Hökmüdara onunla qohum olduqlarını, qazi olmasının və buna görə hər zaman diqqət mərkəzində olmasını ondan tələb etməyinin yersiz olduğunu bildirmişdir. Bundan sonra o Ayselə onunla əlaqə saxlamasına görüşünə qadağa qoymuşdur. O baş verənləri səbrlə qarşılayıb borcla mağazadn smartfon telefon alıb nişanlısı Ayselə vermişdir. Lakin Hökmüdar telefonu Ayselin əlindən zorla alıb özü istifadə etməyə başlamışdır. Aysellə istifadəsində olan ***- ***-**-** nömrəli mobil nömrə ilə Ayselin atası Elxan işlədən ***-***-**-** mobil nömrə vasitəsilə əlaqə saxlamışdır. Bundan sonra dəfələrlə Hökmüdarla münasibətdə olduğu ərəfələrdə Hökmüdar özünü kobud aparmış, qazi olmasını əsas tutaraq hamının ona hörmət etməsinin borcu olduğunu bildirmiş, o da Hökmüdara hörmətlə yanaşdığını demişdir. Bir dəfə onlarda qonaq olduqları zaman Hökmüdar bir qədər spirtli içki qəbul etdikdən sonra atasının yanında əlini stola çırpıb demişdir ki, mən qaziyəm, əsəbi adamam, mən nə deyirəmsə o da olmalıdır. O sual vermişdir ki, sən guya nə deyirsənki o da olmur? Hökmüdar yenə öz dediyin deyərək tərbiyəsizlik nümayiş etdirmişdir. O da Hökmüdara demişdir ki, sən vətənini, ananı, bacını qorumusan, ancaq bunu əlində bayraq edirsən. Beləliklə Hökmüdarla münasibəti korlanmışdır. Bundan sonra mütəmadi olaraq Hökmüdar ona, qardaşı Ələkbərə, Ruslana zənglər edərək Ayselin onunla evlənməsinə narazı olduğunu bildirib bu işi pozacağını demişdir. Dəfərlərə atası Kərəm onların evinə gedib nişanın pozulmamasına çalışsa da, bu alınmamışdır. Sonda atası Kərəm Elxan və Hökümdarla görüşüb onların nişana görə Ayselə aldıqları paltarları və nişan üzüyünü geri qaytarmışdırlar. Bundan sonra Hökmüdar onu harada görürmüşsə ona qarşı kobudluq göstərib hədə qorxu gəlmiş, söymüşdür. Amma o bu barədə şikayət etməmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18 radələrində o Ağdam rayonu Quzanlı qəsəbəsində Dördyol deyələn ərazidə iş yoldaşları Vüqar Məmmədovla və Elcan Hacıyevlə dayanıb söhbət edərkən orada onlardan başqa bir neçə nəfərdə olmuşdur. Həmin vaxt Hökmüdar atasının idarə etdiyi VAZ- 21061 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə hərəkətdə olarkən avtomobilin qarşı tərəfi ilə dövlət qeydiyyat nişanı yadında qalmayan, sürücüsünü tanımadığı bej rəngli avtomobilin arxa hissəsinə toxunub hadisə törətmişdir. Sonra avtomobildən düşüb toxunduğu avtomobilin sürücüsü ilə mübahisə etməyə başlayıb ona qaziyəm, heç kim mənə heç nə edə bilməz demişdir. Hökmüdarın avtomobildən düşən anası da orada səs-küy salıb oğlunun qazi olmasını bildirmişdir. Sürücü əlacsız qalıb avtomobilinin qopmuş "buferini" götürüb oradan uzaqlaşmışdır. Sonra Hökmüdar onu orada görən kimi yolun digər tərəfindən ona doğru uca səslə ona və ailə üzvlərinin ünvanına küçə söyüşləri söyməyə başlamışdır. Vüqar ona bildirmişdir ki, o adam kimdir ki, səni söyüb-təhqir edir. O Vüqara bildirmişdir ki, həmin adamın adı Hökmüdardır, əvvəllər bacısına nişanlı olmuşdur, hazırda nişanları pozulmuş, ona görə də ondan acıqlı olduğu üçün onu harda görürsə söyüb-təhqir edir. Bu vaxt durduğu yerdə Mahrux ona hücum çəkmişdir. Sonra Hökmüdar gözləmədiyi halda yumruqla ağzının üstündən üç dörd dəfə, bir dəfə də başı ilə zərbə endirmişdir. O həmin zərbələrdən xəsarət almış, Hökmüdara heç nə etməmiş, Vüqar onları aralaşdırmışdır. Hökmüdar isə ondan əl çəkməyərək söyə söyə idarə etdiyi avtomobilin yük yerindən dəmir mismar çıxaran götürüb üzərinə gəlmişdir. Vüqar və orada dayanan taksi sürücüləri Hökmüdarın onu mismar çıxardanla vurmasına mane olmuşdur. Sürücülərdən Bəxtiyar adlı şəxs onu oradan idarə etdiyi ağ rəngli VAZ- 21099 markalı, 10-**- 770 dövlət qeydiyyat nişanlı avtomobillə evlərinə gətirmişdir. O, sonra Ağdam RPŞ-yə gəlib bu barədə şikayət etmişdir. xx.xx.2022-ci il tarixdə, saat təxminən 20-21 radələri olarmış ki, Ağdam RPŞ-dən ona zəng edib bildirmişlər ki, şikayəti ilə bağlı şəxsiyyətini təstiq edən sənədin surətini təqdim etməlidir. O şəxsiyyətini təsdiq edən sənədi götürüb küçəyə çıxanda qardaşı Ələkbərlə qarşılaşmışdır. Ələkbər ondan haraya getdiyini soruşanda o şöbəyə getdiyini demişdir. Ələkbər onunla getmək istədiyini demiş, o buna etiraz etməmişdir. Birlikdə xatırlamadığı taski ilə şöbəyə gəlmişlər. Orada Elxanın yuxarıda qeyd etdiyi avtomobilini görmüş, elə bu zaman Elxan yanında balaca oğlu Dünyaminlə şöbədən küçəyə çıxmış, onu görən kimi demiş ki, adam kişi olar nəyə görə şikayət etmisən. O isə cavabında əgər belə öyüd verənsənsə öz oğluna da öyüd ver. O, oğlunun qazi olduğunu deyib yaxınlıqda yerləşən mağazaya getmişdir. Oradan qayıdıb gəlib ona demişdir ki, onlar çoban adamlardı get şikayətini geri götür. O isə, bunu vaxtında etmək lazım olduğunu demişdir. Sonra o mağazaya su almağa getmişdir. Qayıdanda artıq Ələkbər orada olmamışdır. O qapıda dayanan polislərdən qardaşını soruşmuş, onlar Ələkbəri görmədiklərini demişlər. Təxminən bir neçə dəqiqə sonra şöbədən səs-küy gəldiyini eşdib dərhal içəri daxil olub növbətçi hissənin qarşısına gəlmişdir. Orada Ələkbəri paltarları cırılmış görmüş başa düşmüşdür ki, Hökmüdar qardaşı Ələkbərlə də dalaşmışdır. Sonradan ona məlum olmuşdur ki, qardaşı özünü müdafiə etmək üçün üzərində olan kiçik limon bıçağı ilə bir dəfə hökmüdara xəsarət yetirib. Hökmüdar həmin vaxt polisləri də söyüb təhqir etdiyi üçün orda heç kəs onu maşınla xəstəxanaya aparmayıb. Özü atasının maşınına minib xəstəxanaya gedib və bir neçə saatdan sonra da evə yazılıb. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Ağdam rayon polis şöbəsində, şöbənin giriş qapısında yerləşən Nəzarət Buraxılış postunda xidmətdə olmuşdur. Axşam saat təxminən 20:30 radələrində bir nəfər vətəndaşın şöbənin giriş qapısına yaxınlaşmış, adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs təhqiqatçı Şahid1la görüşmək istədiyini bildirmişdir. Həmin şəxsin üst-başını yoxlamış və onun üzərində qanunsuz bir şey aşkar etmədiyindən həmin şəxsə şöbəyə daxil olmağa icazə vermişdir. Həmin vaxtı şöbənin girişində bir neçə nəfər də olmuşdur. Təxminən bir neçə dəqiqə keçmiş polis şöbəsinin inzibati binasında səs-küy eşitmiş və sonradan bilmişdir ki, həmin Ələkbər adlı şəxs təhqiqatçı Şahid1 xidməti iş otağında Zərərçəkmiş şəxs özü ilə gizlin şəkildə keçirdiyi bıçaqla vuraraq xəsarətlər yetirmişdir. O, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onu həmin günü birinci dəfə idi ki görmüşdür. Ələkbərin üst-başını yoxlayarkən onun üzərində bıçaq və ya digər kəsici-deşici əşya görməmişdir. Əgər onun üzərində belə bir şey aşkar etsəymiş onu həmin əşya ilə birlikdə şöbənin inzibati binasına girməyinə icazə verməyəcəyini bildirmişdir. Ələkbər ona yaxınlaşaraq təhqiqatçı Şahid1la görüşmək istədiyini bildirmiş və onun üst başını yoxladıqdan sonra şöbənin inzibati binasına daxil olmasına icazə vermişdir. O, bu barədə heç kimə məruzə etməmişdir. Həmin şəxslərin təhqiqat bölməsinin xidməti otağına izahat vermək üçün gəldiklərini görmüş, həmin vaxtı onların üst-başını yoxladıqdan sonra içəriyə daxil olmalarına icazə vermişdir. O, xidmətdə olan zaman xidməti postunun qarşısında heç bir mübahisə və ya münaqişə olmamışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Şəmkir şəhəri, S.Vurğun küçəsi ev 71-də yerləşən X5 məxsus çayxananın qarşısıdır. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç bir əşya, predmet aşkar edilməmiş və götürülməmiş, bu barədə müvafiq protokol tərtib edilərək fotocədvəllə birlikdə cinayət işi materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2009-cu ildən DİO-da, tutduğu vəzifədə isə 2012-ci ildən Ağdam RPŞ-nin növbətçi köməkçisi vəzifəsində xidmət etmişdir. xx.xx.2022-ci il tarixdə Ağdam rayon Polis Şöbəsinin növbətçi hissəsində xidmətdə olmuşdur. Həmin günü axşam saat 21 radələrində növbətçi hissənin xidməti otağında xidmətdə olan zaman o səs-küy eşitmiş, dərhal digər köməkçi Orxan Xəlilovla birlikdə növbətçi hissənin giriş qapısının qarşısına çıxmış, həmin vaxtı təhqiqat bölməsinin xidməti otağı tərəfindən səs-küy gəldiyini, bir nəfərin uca səslə qışqırıb sanki kömək istədiyini eşitmişdir. Sonradan bilmişdir ki, adının Ələkbər olduğunu bildiyi şəxs polis şöbəsinə daxil olmuş Hökmüdar adlı şəxslə münasibətlərinin korlanması fonunda mübahisələri düşmüş və əlindəki kiçik ölçülü bıçaqla sonuncuya xəsarət yetirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 2019-cu ildən ailəvi yaşadıqları Ağcabədi rayonunun Yuxarı Qiyamadınlı kəndindən Ağdam rayonunun Xındırıstan kəndində köçüb İlqar adlı şəxsin fermasında yaşayıb çoban işləmişdir. Hazırda isə yenə Yuxarı Qiyamadınlı kəndə öz evinə qayıtmışdır. Orada yaşadıqları müddətdə oğlu Hökümdar Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayan Ruslan adlı şəxslə dostluq etməyə başlamışdır. Ruslanla onların ailəvi gediş gəlişi olmuşdur. Ruslanın vaistəsi ilə Təqsirləndirilən şəxs və Ələkbərin qardaşı Əlini tanımışdır. Belə ki, Ruslan Əli və Ələkbərin bacısı Zeynəbin əridir. Ruslan bir dəfə demişdir ki, qızı Ayseli Əliyə almaq fikirləri vardır. 2021-ci ilin mart-aprel ayında Əlinin valideyinləri onlara elçi gəlmişdir. xx.xx.2022-ci il tarixdə heyvanları otarmağa getmiş, oğlu Hökmüdar onun etibarnamə ilə idarə etdiyi Vaz-21061 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobillə Quzanlıya getmişdir. Ağdam rayonunun Quzanlı qəsəbəsində Əli ilə Hökümüdara ona məlum olmayan səbəbə görə çübahisə edib əlbəyaxa olmuşlar. xx.xx.2022-ci il tarixdə, saat 20-21 radələri olanda evdə olmuşdur. Hökmüdar isə 44 günlük müharibədə travma aldığı üçün ağrıları başladığından psixi dərman içib yatmışdır. Bu vaxt 2 nəfər polis əməkdaşları gəlib Hökmüdarı soruşmuşdur. Polis əməkdalarına Hökmüdarın ağrıları baş qaldırdığı üçün yatdığını demişdir. Hökmüdarın nəyə görə axtardıqlarını soruşanda polislər demiş ki, Hökmüdarddan şikayət olunduğu üçün təcili Ağdam RPŞ-yə getməlidir. Əgər Hökmüdar bu gün gəlməsə onun əllərini qandallayıb aparacaqlarını bildirmişlər. O isə öz avtomobilləri ilə şöbəyə gələcəklərini bildirmişdir. Elxan avtomobili ilə Mahruxu, Hökmüdarı və balaca oğlu Dünyamini götürüb şöbəyə yollanmışdır. Elxan Mahrux, Dünyamin şöbəyə daxil olmuş, məlum olmuşdur ki, Əli Hökmüdardan etdiyi şikayəti Əhliyyət adlı təhqiqatçı araşdırır. Onlar Əhliyyətin iş otağına gəldikdə Əhliyyət demiş ki, guya xx.xx.2022-ci il tarixdə Hökmüdar küçədə onu döymüşdür. Bu vaxt Dünyamin su istədiyi üçün o şöbə ilə üz-üzə yerləşən mağazaya gedəndə şöbənin qarşısında Əlini və Ələkbəri görmüşdür. Onlar küçədə dayanmışdılar. Təxminən 5 dəqiqə sonra şöbədən Mahruxun qışqırtısını eşidib şöbəyə daxil olmuş, növbətçi hissənin qarşısına gələndə Hökmüdardan qan axmasını görmüşdür. Hökmüdar polislərdən kömək istəsə də heç kəs ona kömək etməmişdir. Məlum olmuşdur ki, təhqiqatçı Əhliyyətin otağında Ələkbər Hökmüdarı bıçaqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində əri Şahid7 ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid9 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Şahid9 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs və onun ailəsini 2021 -ci ilin əvvəllərində tanımışdır. Belə ki, onlar ailəvi yaşadıqları Ağcabədi rayonu Yuxarı Qiyamadınlı kəndindən köçüb Ağdam rayonu Xındırıstan kəndində ferması olan İlqar adlı şəxsin fermasında yaşayıb çoban işləmişlər. Əvvəlcə Hökmüdar qızının əri Ruslan Həsənli ilə münasibət qurmuşdur. Kərəm də onları Ruslanın vasitəsilə tanımışdır. Bir dəfə Ruslan ona bildirmiş ki, Hökmüdarın Aysel adında bacısı var, həmin qızın oğlu Əli ilə ailə qurması məsləhətdir. O da buna razılıq vermişdir. 2021 -ci ilin yay aylarının əvvəllərində arvadı Vəsilə ilə Ayseli Əliyə istəmək üçün onlara elçi düşdüklərini, Hökmüdarın atası Elxan, anası Mahrux, eləcə də Hökmüdar özü Ayseli Əliyə verməyə razı olmuşdur. Bundan təxminən bir ay sonra Əli ilə Ayselin nişan mərasimi olmuşdur. Bundan sonra dəfələrlə Hökmüdarla münasibətdə olduqları ərəfələrdə o, özünü kobud aparmış, qazi olmasını əsas tutaraq hamının ona hörmət etməsinin borcu olduğunu bildirirmişdir. Kərəmgildə ona hörmətlə yanaşdıqlarını demişdir. Bir dəfə Hökmüdargildə qonaq olduqları zaman Hökmüdar bir qədər spirtli içki qəbul etdikdən sonra əlini stola çırpıb demiş ki, o qazidir, əsəbi adamdır, o nə deyirsə oda olmalıdır. Kərəm bir ağsaqqal kimi buna fikir vermədiyini, cavan olmasını nəzərə almışdır. Beləliklə Hökmüdar belə hərəkətləri ilə onları narahat etməyə başlamışdır. O, bu işləri sülhlə yoluna qoymağa çalışmışdır. Amma Hökmüdar dahada aqressviləşmişdir. Dəfələrlə Ələkbərə, Ruslana zənglər edərək nişanı pozacağını demişdir. Axırda Elxan və Hökümdar onunla görüşüb nişana görə Ayselə aldıqları paltarları və nişan üzüyünü geri qaytarmışdır. Bundan sonra Hökmüdar Əlini harada görürmüşsə kobudluq göstərib hədə qorxu gəlmişdir. Amma onlar bu barədə şikayət etməmişdir. xx.xx.2022-ci il tarixdə, saat 18-19 radələrində o, evə gələndə Əli bildirmiş ki, Ağdam rayonu Quzanlı qəsəbəsində Dördyol deyələn ərazidə Hökmüdar atasının idarə etdiyi VAZ-21061 markalı, **-LH-*** dövlət qeydiyyat nişanlı ağ rəngli avtomobillə hadisə törətmiş, sonra avtomobildən düşərək Əli ilə mübahisə etmiş, ailə üzvlərinin ünvanına küçə söyüşləri söyüb Mahruxla ona hücum çəkib Əlini vurmuş, mismar çıxardanla üzərinə cummuşdur. Orada dayanan taksi sürücüləri Hökmüdarın Əlini vurmasına mane olmuşdur. xx.xx.2022-ci il tarixdə, saat 20-21 radələrində Kərəm öz evində imiş, ona xəbər gəlmiş ki, Ələkbər Ağdam RPŞ-də Hökmüdarı bıçaqla vurmuşdur. Kərəm şöbəyə gələndə kolidorda qan ləkləri olduğunu, həmin ləklərin Hökmüdara məxsus olduğunu və Hökmüdarı xəstəxanaya apardıqları deyilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid10 ifadəsində əri Təqsirləndirilən şəxs ifadəsində işin halları ilə bağlı göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqında” protokoldan görünür ki, Ələkbərov X4 Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əlavə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekpertiza və Pataloji Anatomiya Birliyi” X12 T 03/2023 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qarının ön divarında aşağıda boşluğa keçərək qaraciyəri zədələyən deşilmiş-kəsilmiş 01 ədəd yara, döş qəfəsinin ön səthində solda 02 ədəd, sol qoltuqaltı çuxurda 01 ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində 01 ədəd və aşağı 1/3-nin ön səthində 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində yuxarıdan aşağıya doğru 05 ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində 01 ədəd yara aşkar edilmişdir. Təkrari ekspertiza aparılarkən həmin yaraların sağalmış izləri çapıq toxumalar müəyyən edilmişdir. Bundan başqa qarının ön divarında daxilə keçən yara ilə əlaqədar aparılmış cərrahi əməliyyat yarasının və qarının ön divarının sağ yarısında aşağıda drenaj boru yarasının nəticəsi olaraq yaranmış 02 ədəd çapıq toxuma aşkar olunmuşdur. Qeyd edilən xəsarətlər deşici-kəsici alətin təsirindən qısa zaman kəsiyində yetirildiklərindən hansı ardıcılıqla törənmələri barədə dəqiq fikir söyləmək mümkün olmamışdır. Həmin xəsarətlərdən qaraciyərin zədələnməsi ilə müşayiət olunan qarının ön divarının daxilə keçən deşilmiş-kəsilmiş yarası dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid, xəstəlik tarixində göstərilənlərə əsasən yaranın istiqaməti öndən arxaya, soldan sağa doğru olmuş, kəsilmiş yaralar isə istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş “Paltarlara baxış keçirilməsi barədə” xx.xx.2020-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, hadisə zamanı təqsirləndirilən şəxs X8 əynində olmuş bir ədəd göy rəngli cins şalvarı, bir ədəd uzunqol jaketi və bir ədəd idman gödəkçəsi baxış keçirilən zaman şalvar, jaket və idman gödəkçəsində qanabənzər ləkələr, ləkələr, zədə, sökülmə, cırılma və sair izlər olduğu müəyyən edilməmişdir. İş üçün əhəmiyyət kəsb ediyindən həmin bir ədəd göy rəngli cins şalvarı, bir ədəd uzunqol jaketi və bir ədəd idman gödəkçəsimüvafiq protokol tərtib edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İstintaq zamanı Təqsirləndirilən şəxs barəsində təyin edilmiş ambulator məhkəməpsixiatrik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 08 sentyabr 2022-ci il tarixli 554 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədərkən və hazırki ekspertiza zamanı NEVRASTENİYA, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və aparılmış ekspertiza imkan verir. Təqsirləndirilən şəxs NEVRASTENİYA, ÖZÜNÜKƏSMƏLƏRLƏ XBT 10 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən o hazırki, cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni Anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəktlərini idarə etmək qabiliyyətindədir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvələr hərbi xidmətə çağrılarkən həkim psixatır tərəfindən müayinə olunaraq “ Mülayim dərəcədə ifadə olunmuş nevrasteniya, özünükəsmələrlə” diaqnozu qoyulması, Ağdam ruhi əsəb Dispanserində qeydiyyata götürülməməsi, 2017-ci ildən sonra tibbi yardım almaq üçün psixiatra müraciət etməməsi, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və aşkar edilməməsi, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya və davranış pozuntularının az ifadəli olması əsas verir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-tibbi-kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 12 oktyabr 2022-ci il tarixli 503/2022-MTKŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus uzunqol hərbi köynəyin və qolsuz maykanın hər birinin ön səthinin sol yarısında, ön səthinin orta hissəsində, ön səthinin sol yan nahiyəsində, arxa səthinin sol yarsının yuxarı hissəsində, arxa səthinin sol və sağ yarısında, sol qolunun üzərində çoxsaylı deşilmiş-kəsilmiş zədələr və ön səthinin sol yarısının aşağı hissəsində kəsilmiş zədələr var. Bu zədələrin ekspertizaya təqdim olunmuş bıçağın tiyəsinin təsirindən, yaxud oxşar konstruktiv xüsusiyyətə malik digər alətin (alətlələrin) tiyəsinin təsirindən törənməsinin mümkünlüyü inkar olunmur. Zərərçəkmiş şəxs məxsus uzunqol köynəyin ön səthinin sol yarısında bir ədəd cırılmış zədə vardır. Bu zədə küt yaranma mexanizmi ilə, köynəyin həmin nahiyyəsinin dartılması nəticəsində törənməyə uyğun gəlir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-bioloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X6” X13 11 oktyabr 2022-ci il tarixli 622/2022-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu-Balfa (H)/İİİ/. Ekspertizaya təqdim edilən 01 ədəd bıçaq, Təqsirləndirilən şəxs məxsus qısaqol kofta, Zərərçəkmiş şəxs məxsus kofta, alt mayka üzərində insan qanı aşkar olundu. Bu qan ləkələri qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “B” və “H” antigenləri, H.Dəmirova məxsus kofta üzərindəki ləkələrdə həmçinin alfa aqqlyutinini alındı. Bu qan ləkələri Balfa (H) İİİ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kərimov Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılmasına dair diskə baxış keçirilməsi haqqında 06 yanvar 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə vermiş olduğu ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə həmin videogörüntüyə baxış keçirilərək yoxlanılmaqla dəqiqləşdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olan 01 ədəd yay köynəyi müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı köynəyin üzərində bir neçə qanabənzər ləkə aşkar olunmuşdur. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 01 ədəd uzunqol köynək və 01 ədəd qara rəngli mayka təqdim edilmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı köynək və maykanın üzərində geniş sahədə qanabənzər ləkələr, bir neçə ədəd dəlib-keçən zədələr aşkar edilmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 08 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı istifadə etdiyi 01 ədəd bıçaq müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, hadisə yerinə baxış keçirilməsi haqqında 07 iyul 2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri Ağdam rayonu Quzanlı Xındırstan kəndi ərazisində yerləşən rayon polis şöbəsinin inzibati binasıdır. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əşyanın tanınmaya təqdim edilməsi haqqında 22 iyul 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi bıçağı ona təqdim edilmiş bıçaqların içərisindən tanıyaraq əli ilə əyani surətdə göstərmiş, bıçağı dəstəyi tünd qırmızı rəngli, üzərində üç ədəd qara rəngli zolaqları olmasından tanıdığını bildirmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 avqust 2022-ci il tarixli, 680 saylı Ağdam rayon İcra Hakimiyyətinin başçısının Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərindən daxil olmuş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon X7 Hüquqi Şəxsindən daxil olmuş 26 iyul 2022-ci il tarixli 49 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam RMX publik hüquqi şəxsi poliklinika şöbəsinin narkoloji şöbəsində qeydiyyatda olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 19 iyul 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi 01 ədəd bıçaq, ona məxsus 01 ədəd qısa qol yay köynəyi, Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzun qol köynək və 01 ədəd mayka cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Ağdam rayon prokurorluğuna təhvil verilmiş və ifadənin yerində yoxlanması videogörüntünün köçürüldüyü 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekpertiza və Pataloji Anatomiya Birliyi” X12 13 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət – sağ əl nahiyəsinin İİ barmağının İİ falanqasının sol yan səthinin səthi kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən, ola bilsin ki, bıçaqla törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekpertiza və Pataloji Anatomiya Birliyi” X12 06 iyul 2022-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət - alt dodağın sağ yarısında dodaq haşiyəsinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla belə Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-in 29, 120.2.2, 29, 120.2.4 maddəsində nəzərdə tutulmuş ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə yanaşı ittiham verilmişdir ki, o, qəsdən Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla öldürməyə cəhd etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə həm ibtidiai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs qəsdən xəsarət yetirilməsindən ibarət əməli qəsdən adam öldürməyə yönəlməmişdir. Eyni zamanda İstintaq orqanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xuliqanlıq niyyətilə xüsusi amansızlıqla öldürmək məqsədi ilə törətdiyi əməlinin başa çatdırmamasının səbəblərini kifayət qədər araşdırmamışdır. Belə ki, həm ibtidiai istintaq, həm də məhkəmə istintaqı zamanı tam sübut olunmuşdur ki, Təqsirləndirilən şəxs 07 iyul 2022-ci il tarixdə saat 21 radələrində Ağdam rayonunun Xındırıstan kəndi ərazisində Ağdam rayon polis şöbəsinin inzibati binasında yerləşən təhqiqatçı, polis baş leytenantı Şahid1 xidməti otağında, qardaşı Şahid4 keçmiş nişanlısının qardaşı Zərərçəkmiş şəxs tərəfindən döyülərək nalayiq ifadələrlə təhqir olunması ilə bağlı rayon polis şöbəsində aparılan təhqiqat yoxlaması zamanı sonuncu tərəfindən qardaşının döyülməsi, sevdiyi qızla ailə qurmasına maneçilik törədilməsi, özünün, ailə üzvlərinin və qardaşının Zərərçəkmiş şəxs tərəfindən söyülüb təhqir edilməsi səbəbinə görə sonuncu ilə Ağdam Rayon Polis şöbəsində qarşılaşdığı zaman təhqiqatçı Şahid1 xidməti otağında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərməklə, rayon polis şöbəsinin iş rejimini tamamilə pozaraq qərəzli xuliqanlıq hərəkətləri etməklə Zərərçəkmiş şəxsla mübahisə edib dalaşaraq üzərində olan zavod üsulu ilə hazırlanmış məişət təyinatlı kiçik cib bıçağı ilə Zərərçəkmiş şəxs bir neçə bıçaq zərbəsi vuraraq sonuncuya qarının ön divarında aşağı nahiyyədə boşluğa keçərək qaraciyəri zədələyən deşilmiş-kəsilmiş 01 ədəd yara dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirmiş, dava dalaş zamanı hər iki şəxs biri-birinə xəsarət yetirmək istədiyi zaman Təqsirləndirilən şəxs əlindəki bıçaqdan istifadə edərək Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthində solda 02 ədəd, sol qoltuqaltı çuxurda 01 ədəd, sol bazunun yuxarı 1/3-nin arxa səthində 01 ədəd və aşağı 1/3-nin ön səthində 01 ədəd, döş qəfəsinin sol yarısının arxa səthində yuxarıdan aşağıya doğru 05 ədəd, sağ bazunun yuxarı 1/3-nin ön səthində 01 ədəd deşilmiş-kəsilmiş yaraları sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid xəsarətlər yetirmiş, mübahisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu zaman hadisənin törədilmə aləti olan bıçağı əlindən alıb ona xəsarət yetirmək istədiyi vaxt bıçaq Təqsirləndirilən şəxs sağ əl nahiyəsinin İİ barmağının İİ falanqasının sol yan səthini kəsmiş, Təqsirləndirilən şəxs özü də əlin səthi kəsilmiş yarası xəsarəti almış, sağlamlığına dərəcəsi təyin edilməyən zərər vurulmuşdur. İstintaq orqanı Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət almasından ibarət hüquqazidd əməlini xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirərkən biri birinə zidd olan ifadələrə əsaslanmış, təqsirləndirilən şəxsin öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməməsinin nədə ifadə olunduğunu isə göstərə bilməmişdir. Belə ki, İbtidai istintaq orqanı eyni nəticələrə görə təqsirləndirilən şəxsə CM-in 126.1-ci maddəsi ilə ittiham irəli sürüb cinayət işinin materiallarını ittiham aktı ilə birlikdə məhkəmə aidiyyatı üzrə Gəncə Ağır Cinayətlər məhkəməsinə göndərmiş, iş üzrə kobud prosessual qanun pozuntularına yol verildiyindən məhkəmənin hazırlıq iclasının qərarı ilə cinayət işinin materialları prosessual rəhbərliyi həyata keçirən Ağdam Rayon prokuroruna qaytarılmışdır. Məhkəmənin sözügedən qərarından sonra iş üzrə yenidən ibtidai istintaq aparılmış, dindirilmiş şəxslərin bəzilərinin ifadələri köçür-yapışdır (copy paste) yolu ilə “yenilənmiş”, kosmetik dəyişikliklər edilərək bəzi ifadələrə CM-in 120-ci maddəsinin dispozisiyası təəssüratı yaradan bir-iki cümlə əlavə edilmişdir. İbtidai istintaq orqanı iş üzrə obyektiv yanaşmanı təmin etməyərək eyni şəxslərin ifadələrindəki sözügedən “dəyişikliklərin” hadisədən uzun müddət sonra haradan meydana çıxdığını araşdırmamış, əslində hadisənin baş verdiyi ilkin vaxtlarda şəxslərin hadisəni təsvir imkanlarının daha obyektiv ola bilməsi reallığını tamamilə görməzdən gəlmiş, sanki hər vəchlə nə olur olsun təqsirləndirilən şəxsə daha ağır ittiham (CM-in 29, 120.2.2, 29, 120.2.4-cü maddələri) irəli sürülməsini qarşıya məqsəd kimi qoymuşdur. Məhkəmə istintaqı zamanı da dindirilmiş bütün şəxslər təqsirləndirilən Ələkbər Ələkbərun zərərçəkmiş Zərərçəkmiş şəxs bədən xəsarəti alması ilə nəticələnən hüquqazidd hərəkətlərini özünün dayandırdığını vurğulamaqla yanaşı, hadisəni yaxından görmüş Ağdam RPŞ-nin təhqiqatçısı Şahid1 da şahid qismində dindirilən zaman sözügedən faktı bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs hərəkətlərinin zərərçəkmişi öldürməyə yönəlmədiyini bir daha vurğulamışdır. Sözegedən əməlin xuliqanlıq niyyətilə, xüsusi amansızlıqla törədilməsinə gəldikdə isə məhkəmə vurğulayır ki, mübahisə edən iki tərəf arasında narazılıqların, söz –söhbətin olması nəinki hadisə gününə hətta ondan çox əvvələ təsadüf etmiş, bunun nəticəsi olaraq təqsirləndirilən şəxsin qardaşı zərərçəkmiş şəxsi qanunsuz hərəkətlərindən çəkindirmək üçün polis orqanına müraciət etmişdir. Müracətin əsaslı olması nəzərə alınaraq ibtidai araşdırma başlanılmış və təhqiqatçı tərəfindən şəxslərin izahatları alınmışdır. Təqsirləndirilən şəxs işə düzgün baxılmasını xahiş etmək məqsədilə təhqiqatçı ilə görüşmək istəyən zaman Zərərçəkmiş şəxsla rastlaşmış və hadisələrin təsadüfi axarı zəminində qisas motivi ilə məlum nəticə hasil olmuşdur. Belə vəziyyətdə isə xuliqanlıq motivi tamamilə istisna olunur. Qeyd olunan əməlin xüsusi amansızlıqla törədilməsinə gəlincə isə istintaq orqanı bununla bağlı məhkəməyə heç bir sübut təqdim etməmiş, yalnız şəxsi mülahizələrə əsaslanmışdır. Zərər çəkmiş şəxsin vaxtında xəstəxanaya çatdırılaraq ona ixtisaslı tibbi yardım göstərilməsi xüsusatını şəxsin əməlini öz iradəsindən aslı olmayan səbəb kimi qəbul edilməsi xüsusatına gəldikdə isə məhkəmə vurğulayır ki, əsassız və tamamilə yalnış yanaşmadır. Əgər qeyd edilən həmin xüsusat şəxsin əməlin hüquqi tövsifinin əlaməti kimi nəzərə alınsa, gərək bütün qəsdən sağlamlığa ağır zərər yetirilən cinayət işlərində təqsirləndirilən şəxslərin əməlləri qəsdən adam öldürüməyə cəhd etmə kimi qiymətləndirilsin. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlinin qəsdən adam öldürməyə cəhd kimi qiymətləndirilməsində istintaq orqanının əsaslandığı qeyd olunan hallar əsassız və tamamilə yalnışdır. İbtidai istintaq zamanı hadisənin yeganə birbaşa şahidi olmuş Şahid1 ifadəsində göstərmişdir ki, Əvvəllər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanımamışdır. Həmin şəxslərin heç biri ilə münasibəti olmamışdır. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qardaşı Şahid4 Hökmüdar və anası Mahruxla Ağdam rayonu Quzanlı qəsəbəsində davadalaş etmələri və ona xəsarət yetirmələri barədə Ağdam RPŞ-yə ərizə müraciət etmişlər. Dəfələrlə Hökmüdarın hazırda yadında qalmayan mobil nömrəsinə zəng edərək onu və anasını Ağdam RPŞ-yə dəvət etsə də hər dəfə müxtəlif bəhanələrlə şöbəyə gəlməkdən boyun qaçırmışlar. Ona görə də xx.xx.2022-ci il tarixdə onların şöbəyə dəvət olunmaları ilə bağlı şöbəyə raportla müraciət etmiş, xx.xx.2022-ci il tarixdə Hökmüdar və Mahrux izahat vermələri üçün Ağdam RPŞ-yə gəlmişlər. Məlum olmuşdur ki, onları şöbənin İTB-nin əməkdaşları şöbəyə gəlmələri üçün yaşadıqları ünvana gedərək şöbəyə dəvət etmişlər. Saat təxminən 20-21 radələri olarkən Hökmüdarla Mahrux onun Ağdam RPŞ-nin inzibati binasında yerləşən TB-nə ayırlmış xidməti otağında olmuşlar. Eləcə də Hökmüdarın atası Elxan da yanında balaca oğluda Hökmüdar və Mahurxla bir yerdə olmuşlar. Uşaq su istədiyi üçün Elxan uşağı özü ilə götürüb mağazaya su almağa getmiş, daha sonra Hökmüdar özü ilə gətirdiyi mobil telefonda Əlinin onu söyüb təhqir etməsini özündə əks etdirən səs yazısını ona qulaq asdıranda anası Mahruxa söyüşləri eşitməsin deyə otaqdan kolidora çıxmasını bildirmişdir. Mahrux kolidora çıxmış, o kompüterin arxasında oturub telefonda Əlinin səsinə qulaq asmağa başlamışdır. Hökmüdar isə ayaq üstə pəncərənin qarşısında dayanmışdı. Həmin vaxtı o səsə qulaq asdığından başı qarşıq olmuş, qəfildən otaqdan səs-küy gəldiyini eşitmişdir. Dərhla ayağa qalxmış sonradan tanıdığı Əlinin qardaşı Ələkbərin Hökmüdarla əlbəyaxa olduğunu görmüşdür. Hadisə qısa zaman kəsiyində baş verdiyindən o onlara müdaxilə edə bilməmişdir. Beləki Ələkbər qısa zamanda bir neçə dəfə yumruğu sıxılmış vəziyyətdə Hökümdara zərbə vurmuşdur. Ancaq Hökümdar ayaq üsdə ola-ola Ələkbər ondan aralanmışdır. Ələkbər Hökümdarı vurmağı dayandırdıqdan sonra o dərhal Ələkbərə yaxınlaşıb otaqdan kənara çıxarmışdır. Bu zaman görmüşdür ki, Ələkbərin sağ əlində barmaqlarının arasında cib bıçağı var. O an başa düşmüşdür ki, Ələkbər həmin bıçaqla Hökmüdara zərbə vurmuşdur. Hökmüdar aldığı bıçaq zərbələrindən bədəni qana boyanmış, səs-küyə gələn polis nəfəri Şahid2 Ələkbərin əlindən bıçağı almışdır. Onu da qeyd etmişdir ki, Ələkbər Hökümdara bıçaqla zərbə vurarkən Hökümdar müqavimət göstərdiyindən otaqda olan stolun üzərində kağızlar yerə tökülmüş, kreslo isə yerə aşmışdır. Hökmüdarın qanı şöbənin kolidoruna tökülmüş, bundan sonra o hadisə barədə raport tərtib etmiş və bir neçə gündən sonra Əlinin müraciəti ilə bağlı tərəfindən toplanmış materialı Ələkbərin barəsində başlanmış cinayət işinə əlavə edilməsinə dair qərar qəbul edilmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə və təqsirləndirilən şəxslə zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətlərinə, cinayətin motivinə, işin faktiki hallarına hüquqi qiymət verərək belə hesab edir ki, Təqsirləndirilən şəxs niyyəti zərərçəkmiş Orxan Rəsulovu öldürməyə yönəlməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəlmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəbələrə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəht hesab olunur. «Qəsdən Adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı qərarına əsasən, qəsdən adam öldürmə cinayəti həm bir başa, həm də dolayı qəsdlə törədilə bildiyi halda, belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyin) içtimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmiş şəxsin fəal müqaviməti) baş vermir. Qəsdən adam öldürmə cinayətini oxşar cinayətlərdən fərqləndirmək üçün təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları,o cümlədən təqsirkarın və zərərçəkmişin hadisədən əvvəlki qarşılıqlı münasibətləri təqsirkarın sonrakı hərəkətləri nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri).Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququn məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiplərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağılabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 29, 120.2.4-cü maddələrinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs xəsarət almasından ibarət əməli qəsdən adam öldürməyə cəhd etmə kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində qəsdən adam öldürməyə cəhd etmə cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə tibb ekspertizasının rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1 və 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin almasını, əməlindən səmimi peşman olmasını və yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzasını yüngülləşdirən halların olmasını cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq, təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Ağdam rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd bıçaq, ona məxsus 01 ədəd qısa qol yay köynəyi, Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzun qol köynək və 01 ədəd mayka qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir, ifadənin yerində yoxlanması videogörüntünün köçürüldüyü 01 ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzrə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri yoxdur, xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən edilməmiş, mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1 və 221.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 4 (dörd) il müddətinə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələblərini nəzərə alaraq cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 iyul 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Ağdam rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd bıçaq, ona məxsus 01 ədəd qısa qol yay köynəyi, Zərərçəkmiş şəxs məxsus 01 ədəd uzun qol köynək və 01 ədəd mayka qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, ifadənin yerində yoxlanması videogörüntünün köçürüldüyü 01 ədəd “DVD” diskin isə cinayət işinin materiallarına əlavə edilməsi nəzrə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar