Məhkəmə qərarları › İş №1(100)-229/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-229/2024

01.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-229/2024 01.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə İclas katibləri: X11, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, kiçik ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxsin hüquqi varisi X12 və nümayəndəsi Gəncə şəhər 1 saylı vəkili Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 2006-cı ildə Bərdə rayonu Qarağacı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay məhkumluğu olmayan, işləməyən, Kəlbəcər rayonu, Bozlu kəndində qeydiyyatda olmaqla, Bərdə rayonunun Qarağacı kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: xx.xx.2006-cı il təvəllüdlü olmaqla yetkinlik yaşa çatmayan Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə, saat 14 radələrində Bərdə rayonu Qarağacı kəndindəki fərdi yaşayış evində yatarkən atası Şahid8 ucadan səsini eşidib nə baş verdiyini aydınlaşdırmaq üçün küçəyə çıxdıqda atasının qonşuluqda yaşayan Şahid1 ilə, sonuncunun idarə etdiyi “Ford” markalı avtomobili atasına məxsus və evlərinin qarşısında saxladığı “Vaz 2106” markalı, ** BA *** dövlət qeydiyyat nişanlı avtomobilin yanından sağa çevirib keçə bilməməsi səbəbindən mübahisə etdiyini görmüş, yaranmış səs küyə gələn Şahid1 atası X13 həmin mübahisəyə qoşulub nalayiq ifadə işlətdiyindən Sahib Bayramova söyüş söyməməsi barədə xəbərdarlıq edib, DİN “102 zəng xidməti”nə zəng edib qonşuların onlarla münaqişə etməsi barədə məlumat verdikdən sonra da Sahib Bayramovun özü və ailə üzvləri haqqında nalayiq ifadələr işlətməyə davam etməsindən hiddətlənərək qisas almaq üçün X9 qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün yaşadığı evə qayıdıb evin mətbəx otağından məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağını götürüb qolunda gizlədərək küçəyə qayıtmış, Sahib Bayramovun nalayiq ifadələr işlətməsindən daha da qəzəblənərək onu qəsdən öldürmək niyyətini qətiləşdirib övladları Şahid1 və mübahisəni kənardan müşahidə edən Şahid6 gözləri qarşısında xüsusi amansızlıqla, yəni sonunculara xüsusi əzab verdiyini dərk edərək və bunu arzulayaraq, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirib əlindəki mətbəx bıçağı ilə X10 bel nahiyyəsindən zərbə vuraraq canlı şəxslərdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa Az ağır zərər vurmaya aid 01 ədəd sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yara xəsarətini, zərbənin təsirindən zərərçəkmiş şəxs ona tərəf çevrildikdən sonra isə canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilməklə diafraqmanın və qaraciyər yaralanması ilə döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən və sağ tərəfli travmatik hemopnevmotoraksla müşayiət olunan kəskin qanitirmə, hipovolemik şok nəticəsində ölümünə səbəb olan, döş qəfəsinin daxilə keçən cəmi 02 ədəd deşilmiş-kəsilmiş yarası olmaqla, ümumilikdə 03 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirib X9 aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilməyərək göstərdi ki, hadisə baş verən gün bazardan gəlib yatmış, təxminən 1 saat sonra səs-küyə oyanmışdır. Atası Şahid8 X17 ilə mübahisə etdiyini görmüşdür. Səs-küyə həyətə düşdüyüm zaman orada Rəşid, ölən şəxsin qardaşı oğlu Rəşad, Sahib, Rəvan, ölən şəxsin qızını görmüşdür. Atasına mübahisəyə ehtiyac olmadığını evə getməyi deyəndə Sahib atasına söyüş söymüş, Rəvan atasını vurmaq istəyəndə qarşısına keçmiş və Rəvan yumruqla başına vurmuşdur. Ona qarşılıq verməyib atasına təkrar “gəl evə gedək!”. Demiş, Sahib atasına söyüş söydükdə və vurmaq istədikdə “102” xidmətinə zəng edib yardım etmələrini istəmişdir. Atasına hücum edəndə evə gedib bıçağı götürüb gəlmiş, Sahibə “sən kimə söyürsən?” soruşanda yaxşı etdiyini demiş və söyüşə davam etmişdir. Sahibə kürək nahiyəsindən bıçaq zərbəsi vurmuş, yaralı vəziyyətdə ona əl atmaq istəyəndə yenidən qarın nahiyyəsindən iki ədəd bıçaq zərbəsi vurmuşdur. Üçüncü bıçaq zərbəsindən sonra bıçağı çıxartmış, mərhum ondan təxminən yarım metr uzaqlaşmış, mərhumun oğlu Rəvan mənə yaxınlaşıb bıçağı əlindən almaq istəsə də bıçağı verməmişdir Mərhum evlərinə tərəf yaralı vəziyyətdə getmişdir. Mərhuma əlavə bıçaq zərbəsi vurmaq imkanı olsa da məqsədi ona xəsarət yetirmək, özündən uzaqlaşdırmaq və mübahisəyə son qoymaq oduğundan bunu etməmişdir. Rəvan ona yaxınlaşanda heç bir xəsarət yetirməmiş, bıçağı ondan almaq istəsədə ona bıçaq verməmişdir. Bu vaxt telefonuna zəng gəlmiş, əlaqə saxlayan şəxs nə baş verdiyini, harada yaşadığını. ünvanı və ad, soyadını soruşmuşdur. Polis əməkdaşları hadisə yerinə gəldikdən sonra onlara baş verənləri danışmış və xəsarət yetirdiyi yeri polis əməkdaşlarına göstərmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, əvvəl mərhumla ədavət düşmənçilikləri olmasa da bir dəfə quzuları qapısının ağzında otardığına görə Sahib buna icazə verməmiş, başqa mübahisələri olmamışdır. Səs-küyə çölə çıxanda atası Rəvanla Sahib arasında mübahisə olmuş, Rəvan atasına maşını çəkməsə vurub əzəcəklərini demiş, keçməsi üçün yol olsa da Rəvan atasından maşını içəri salmağı tələb etmişdir. Mübahisə vaxtı hadisə yerində qarşı tərəfdən mərhum, mərhumun oğlu, mərhumun qardaşı və qardaşı oğlu özü və atası olmuşdur. Atası ilə mərhumun oğlu Rəvanı aralaşdırsa da Rəvan ona zərbə vurmuş, lakin buna qarşılıq verməmişdir. Bıçağı götürməmişdən əvvəl “102” xidməti ilə əlaqə saxlamışdır. Qarşı tərəf isə mübahisəni azaltmaq üçün heçnə etməmişdir Uşaqlıqdan əsəbi olmuş və azyaşlı olduğu üçün əlilliyi müəyyən olunmamışdır. Bərdə rayon Polis Şöbəsinə aparılmış və növbətçi hissənin yanındakı otaqda saxlanılmış, atası da onunla polis şöbəsinə gətirilmiş və 3 gün orada saxlanılmışdır. İfadəsi yoxlanılanda hadisələri olduğu kimi göstərmişdir. Mərhuma dediyi söyüşlərə görə həm də, sonuncu ilk zərbədən sonra ona tərəf çevriləndə özünü qorumaq üçün bıçaqla xəsarət yetirmiş və Hadisə vaxtı özünümüdafiə etmişdir, əməlindən peşmandır və ona yüngül cəza verilməsini istəyir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X12 göstərmişdir ki, Bərdə rayonu, Qarağacı kəndində yaşayır. Təsərrüfatla məşğuldur. X27, anası Qəndil Bayramova qardaşı ilə birlikdə yaşayır Bacıları ailə qurub getmişlər. Qarağacı kəndindəki evlərində atası, anası, qardaşı Şahid1 və ailəsi və o yaşamışdır. Kəlbəcər rayonundan məcburi köçkündür, atası 1992-ci ildən etibarən Bərdə rayonunun Qarağacı kəndində məskunlaşmışdır. Əmiləri Ziyəddin və Şahid2lar onlarla birgə Qarağacı kəndində eyni küçədə yaşayır. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamışdır, Zöhrab və ailə üzvləri ilə əvvəllər heç bir ədavət və ya düşmənçiliyi olmamışdır. xx.xx.2023-cü ildə o, Bakı şəhərində yaşayan bacısının evinə qonaq getmişdir, xx.xx.2023-cü ildə telefonla evdən ona zəng edib atasının Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını demişlər və həmin gün Bakıdan Bərdəyə qayıtmış, atası 2 gün X6 müalicə almış və xx.xx.2023-cü il tarixdə, təxminən saat 12-13 radələrində atası müalicə aldığı xəstəxanada ölmüşdür. Hadisədən 1 həftə əvvəl atası X7 böyrək daşı əməliyyatı olmuş, hadisəsinin şahidi olmamış, ailə üzvlərindən eşitmişdir. Onların deməsinə görə, hadisə qardaşı Rəvan ilə Zöhrabın atası Səxavət arasında sonuncunun avtomobilini küçədə düzgün saxlamadığına görə yaranmış mübahisə vaxtı olmuş, Zöhrab atası Sahibi qardaşbacısının gözü qarşısında bıçaqlamışdır. Məhkəmədə verilən suallara cavab olaraq zərərçəkmiş şəxsin hüquqi varisi X12 göstərdi ki Təqsirləndirilən şəxs şikayətçidir. Onunla barışmamışdır. Təqsirləndirilən şəxsə ən ağır cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Bərdə rayonu, Qarağacı kəndində yaşayır. Əmiləri Ziyəddin və Şahid2lar onlarla Qarağacı kəndində eyni küçədə yaşayır. Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşamışdır, Zöhrab və ya ailə üzvləri ilə əvvəllər heç bir ədavət və ya düşmənçilikləri olmamışdır. Zöhrabgillə onların evi arasında təxminən 50-60 metr məsafə vardır. Yaşadıqları küçəyə daxil olduqda əvvəlcə Zöhrabgililin, sonra isə onların evi yerləşir. Zöhrabın atası Səxavətin “Vaz 2106” markalı, açıq sarı rəngli avtomobili vardır. Səxavət avtomobilini həmişə küçədə, darvazasının qarşısında saxlayır. “Ford” markalı, ** BH *** nömrə nişanlı, ağ rəngli avtomobillə əkin sahələrinə fəhlə aparıb iş tez yekunlaşdıqda evə daha erkən qayıtmışdır. xx.xx.2023-cü il tarixdə, təxminən saat 14 radələrində o, işini tez yekunlaşdırdığı üçün kəndə qayıtmış, küçəyə dönəndə Səxavətin avtomobili öz qapısının qarşısında, yolda saxladığını görmüş və Səxavət avtomobili yolun ortasına yaxın saxladığı üçün o evə gedə bilməmişdir. Avtomobildən düşüb Zöhrabı səsləmiş, Zöhrabın anası Səkinə qapıya çıxdıqda Səkinəyə “Zöhrabı çağır, maşını qırağa versin, küçədən keçə bilim” demişdir. Səkinə içəri girmiş, əri Səxavət küçəyə çıxmışdır. O, Səxavətə “maşınını ver qırağa, keçim” demiş, Səxavət isə ona “vermirəm, mənim darvazamın ağzıdır”demiş, Səxavətə “görürsən ki, yol bağlıdır, avtomobillə buradan keçə bilmirəm” demişdir. Səxavətlə arasında sözlə mübahisə yaranmış, səsinə əmisi Rəşid, Rəşidin arvadı Sürayə, atası, anası və bacısı Elnarə evdən küçəyə çıxıb yanlarına gəlmişlər. Qohumları yanına gələndən sonra da Səxavətlə mübahisələri davam etmiş, atası Sahib ona “maşınını kənara ver, özün də get evə” demiş, həmin vaxt Səxavət həyətə girib “kətman” adlandırdıqları toxa ilə küçəyə çıxıb ona vurmaq istədikdə əmisi Rəşid araya keçib toxanı Səxavətin əlindən alıb atmışdır. X22 əlindən toxanı aldıqdan sonra mübahisə bir qədər sakitləşmiş, atası Sahib yenə ona “maşını ver yolun qırağına, evə get” demiş, o, “Ford” markalı avtomobilə minib işə salmaq istəyəndə, atası və digər qohumları arxalarını çevirib evə tərəf gedərkən Zöhrab qəfil çölə çıxıb bıçaqla atası Sahibin kürəyindən bir dəfə vurmuş, zərbədən sonra atası Zöhraba tərəf çevriləndə daha iki dəfə Sahibin sinəsindən bıçaqlamışdır. Zöhrab atası Sahibə bıçaqla zərbə vuranda aralarında təxminən 10 metr məsafə olsa da maşından düşüb özünü çatdırıb mane ola bilməmiş, yanına gələndə Zöhrab onu da bıçaqla vurmaq istədikdə o, sol əli ilə bıçağın tiyəsindən tutmuş və bıçaq əlini kəsmişdir. Oradakı digər şəxslər Zöhrabı tutmuş, o isə evə qaçıb digər “Mercedes” markalı avtomobili işə salıb atasını xəstəxanaya aparmışdır. xx.xx.2023-cü il tarixdə atası müalicə aldığı X6 vəfat etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq şahid Rəvan Bayramov göstərdi ki, Səxavətgil onlara nalayiq ifadə işlətmiş, Zöhrab ona da bıçaqla xəsarət yetirmək istəmişdir. Anasıgil Səxavətin onunla olan mübahisəsini eşitdikdən sonra həyətə çıxmış, Zöhrab atasına görə onunla mübahisə etmişdir, mübahisə edən özü olsa da Zöhrabın niyə ona yox, məhz atası Sahibə bıçaq zərbələri vurub öldürməsinin səbəbini bilmir. Zöhraba yumruqla zərbə vurmamış, atasının da mübahisə etmək fikri olmamışdır. Zöhrabın “102 xidməti”nə zəng etməsini, nə vaxt gedib bıçağı götürüb gəlməsini bilməmişdir. Atası bıçaqla vurulan zaman Zöhrabın qohumlarından küçədə ancaq atası Səxavət olmuş, onu da əmisi tutub saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş X4 göstərmişdir ki, hadisə baş verən gün oğlu Rəvan işdən gəlmiş, Səxavətdən “Ford” markalı maşına yol verməsini istəsə də sonuncu ona yol verməmiş, mərhum yoldaşı həmin vaxt cərrahi əməliyat olmuş və xəstəxanadan çıxmışdır. Qaynı Rəşid, yoldaşı Sürəya və qızı Elnarə onlarda qonaq olmuş və bir həftə əvvəl əməliyyat olmuş yoldaşının yanına ziyarətə gəlmişlər. Təxminən günorta saat 1 radələrində küçədən səs-küy eşidib hamısı çölə çıxmış, Rəvanla Sahibin mübahisə etdiyini görmüşdür. Səxavət koxa (toxmaq) ilə Sahibə vurmaq istəyəndə qardaşı Rəşid aləti Səxavətin əlindən alıb tullamış, hadisə yerindən uzaqlaşıb evə getmək istəyəndə Zöhrab qəfil ərinin kürəyindən bıçaqla 1 dəfə xəsarət yetirmiş və sonra isə daha 2 dəfə bıçaqla vurub, xəsarəti yetirmişdir. Sahibinin kürək nahiyəsi, nə də digər 2 bıçaq zərbəsi vurularkən görməsə də səsə dönüb baxanda ərini al qan içində görmüşdür. Bıçaq xəsarəti alın 3-4 metr getdikdən sonra əri Sahib yerə yıxılmış, onu xəstəxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq Qəndil Bayramova göstərdi ki, hadisə yerində Səxavət və Rəvan olmuş, səs-küy düşdükdən sonra Rəşid, Sürəya, Rəvan, Elnarə və özü ora getmişdir. Hadisə Zöhrabgilin darvazalarının qarşısında olmuş, Zöhrab onların gəlməsini və orada olmalarını görmüşdür. Təqsirləndirilən şəxsin göstərdiklərinin əksinə olaraq hadisə-bıçaqlanma söyüş üstə olmamış, hələ də hadisənin nəyə görə olduğunu bilmir, əvvəldən də Səxavətgillə ədavətləri olmamışdır. Zöhrab sonra Rəvanı da vurmağa cəhd etmiş, lakin bunu görməmişdir. Polisə isə Zöhrab özü məlumat vermişdir. Qarşı tərəf ata-anası hadisədən sonra ondan üzrxahlıq belə etməmişlər, ailəlikcə Zöhrabdan şikayətçidirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 qızı göstərdi ki hadisə baş verən gün atasıgilə qonaq gəlmiş, yoldan səs-küy gələndən sonra çölə çıxanda qardaşının işdən gəldiyini, Səxavətin maşınına görə keçə bilmədiyini görmüşdür. X19 mübahisə etmiş, atası Sahib gəlib mübahisəni sakitləşdirməyə çalışmışdır. Həmin vaxt Səxavət əlində kətmənlə atasının üzərinə hücum etmiş, əmisigil onu sakitləşdirməyə çalışmışdır. Maşının kənarında olarkən qəfil Səxavətin oğlu Zöhrab evdən əlində bıçaqla gəlib atasına 1 ədəd kürəyindən 2 ədəd sinəsindən zərbələr vurmuşdur. Məhkəmədə verilən suallara cavab olaraq Şahid6 göstərdi ki, bıçaqlanma zamanı atasının yanında Zöhrab olmuş, qardaşı sonradan gəlib onları ayırmağa çalışanda əlindən xəsarət almışdır. Səxavət isə hadisə vaxtı orada olmuş və baş verənləri sadəcə müşahidə etmişdir. Zöhrab mübahisəyə sonradan atasına görə qoşulmuş, münaqişə təxminən 5-10 dəqiqə davam etmiş, mübahisə davam edəndə Zöhrab evə girib bıçaq gətirmişdir. Atasıgil söyüş söyməmiş, Zöhrab atasını öz qapılarının qarşısında vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 götərmişdir ki, qaynı mərhum Sahib Bayramov hadisədən bir müddər əvvəl əməliyyat olduğu üçün onu evlərinə ziyarətə getmişlər. Qəflətən küçədən yol tərəfdən səs gəlmiş, yola çıxanda Səxavətlə Rəvanın mübahisə etdiyini görmüşdür. Səxavət əlində kətmanla çıxmış, həmin vaxt əri kətməni ondan alıb yerə tullamışdır. Biryerdə evlərinə tərəf qaydanda arxadan səs eşitmiş, dönüb baxanda mərhumdan qan axdığını görmüdür. Həmin vaxt Zöhrabın əlində bıçaqla evə tərəf qaçdığını görmüş, mərhum qaynı isə 5-10 addım gedib yerə yıxılmışdır. Sahibi ailə üzvləri götürüb maşınla xəstəxanaya aparmış, sonradan isə Sahib vəfat etmişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 göstərdi ki, hadisə yerində özündən başqa əri, Sahibin qızı Elnarə, oğlu Rəvan, Səxavət olmuşdur. Sahibin necə bıçaqlandığını görməmiş, qəflətən arxadan gələn səsə görə baxdıqda Sahibin yaralandığını görmüşdür. Həmin vaxt artıq mərhum bıçaqlanmış və Zöhrab əlində bıçaq evlərinə tərəf qaçmışdır. İlk əvvəl Sahibə tərəf arvadı Qəndil qaçmışdır. Səxavətgillə Sahibgilin ədavətləri olmasa da Səxavət özü xasiyyətcə çox kobud insan olmuş və qonşularla dolanmamışdır. Sahibgilin evi Zöhrabgilin evindən sonrakı evdir. Sahibi xəstəxanaya öz maşınıyla aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərmişdir ki, hər iki tərəf qonşularıdır. Hadisə baş verən gün bazardan evə gəlmiş və günorta olduğu üçün yatmışdır. Küçədən gələn səs-küyə yuxudan oyanıb, çölə çıxanda Səxavətlə Sahibgilin münaqişə etdiyini görmüşdür. O, çölə çıxanda artıq Sahib bıçaqlanmış, səs-küy içərisində bıçağın Zöhrabın əlində olduğunu görmüşdür, Sahib bıçaqlandıqdan sonra 3-5 addım atıb yerə yıxılmış, hadisə baş verən zaman Sahibin qızı, oğlu, həyat yoldaşı orada olmuşdur. Hadisə yerində Zöhrabdan başqa Səxavət də olmuş, Zöhrab özü “102 xidmətinə məlumat vermişdir. Səxavətin maşını yolun kənarında, öz darvazalarının qarşısında olmuş, hadisə zamanı dediklərindən başqa kimlərin hadisə yerində olduğunu dəqiq görməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki mərhum qardaşı Sahib əməliyyat olduğu üçün ailəlikcə onu ziyarət etməyə getmiş, yoldan səs-küy eşitmişlər. Yola çıxanda Səxavətlə Rəvanın mübahisə etdiyini görmüş, mübahisə Səxavətin Rəvanın maşınına yol verməməsinə görə olmuşdur. Münaqişənin qarşısını almağa çalışanda Səxavət gedib evdən dəmir toxanı gətirmiş, onun əlindən tez toxanı alıb tullamış, maşının arxasına dönəndə isə Zöhrabın Sahibi vurduğunu görmüşdür. Sahibin yan böyür tərəfindən qan axmış, Sahibi xəstəxanaya çatdırmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, səs-küyə çıxıdığı vaxt Zöhrab, Səxavət və Rəvanın münaqişə etdiyini görmüş, özü çıxdıqdan sonra evdəkilər də arxası ilə gəlmişlər. Mübahisənin gedişində Səxavət dəmir toxanı evdən gətirmiş, onlar arasında heç bir ədavət olmamışdır. Sahib onunla birlikdə səs-küyü eşidib çölə çıxmış, qarşı tərəfə hər hansı nalayiq ifadə işlətməmişdir. Sahib Səxavətgilin maşına məqsədli zərbə vurmamış, Sahibin nalayiq ifadə işlətməsini eşitməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 göstərmişdir ki, hadisə günü bazardan gəlib yatmış, günorta Rəvan onu pəncərədən səsləyərək maşına yol verməyi istəmişdir. Nə üçün yol verməli olduğunu soruşanda, Rəvan ona qarşı nalayiq ifadələr işlədib qışqırmağa başlamış, səs-küyə sonuncunun atası, əmisi, əmisi oğlu gəlmiş, onu vurmağa başlamış, sonra isə mərhum Sahib ona qarşı nalayiq ifadələr işlətmişdir. Bu vaxt oğlu Zöhrab ona köməyə gəlib sonuncuları aralamış, Rəvangillə bacarmadığı üçün oğluna tez “102 xidməti”nə zəng edərək məlumat verməsini istəmişdir. Qəflətən oğlu Zöhrab gedib evdən bıçaq gətirmiş və Sahibə heç kimin xəbəri olmadan xəsarət yetirmişdir. Həmin vaxt Sahibin qardaşıgil onu tutub saxlamış, əlində toxa olmuşdur. Sahibə bıçaq zərbəsi kürək və sinə nahiyəsindən vurulmuş, hadisədən sonra Sahibi qohumları xəstəxanaya aparmışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, oğlu Zöhrab Sahibi vuran zaman Rəşidgil onu tutub saxladığı üçün Zöhrabın Sahibi bıçaqla vurmasını görməmiş, hadisə yerində mərhumun qızı, oğlu, qardaşı olmuşdur. Maşını Rəvanın sürdüyü maşının yoldan keçməsinə heç bir maneçlik törətməmiş, buna görə maşını həyətə salmaq istəməmişdir. Toxanı isə özünü müdafiə etmək məqsədilə götürmüşdür. Hadisə yerində özü və oğlundan başqa heç kim olmamışdır. Mübahisəni sakitləşdirməyə çalışan zaman onu tutub saxlayan Sahibin qardaşı olmuş, oğlu Zöhrab çölə çıxanda onun döyüldüyünü görmüşdür. Səs-küyü eşitdikdən sonra Sahibin bıçaqlandığını görmüşdür. Hadisədən sonra gələn polis əməkdaşları onları birlikdə Bərdə rayon polis şöbəsinə aparmış, 3 gün polis şöbəsində saxlanılmış, oğlunun ifadəsi yerində yoxlanılanda oğlunun yanında olmuşdur. Oğlu və özü polis şöbəsindən çıxmamışdır. Özünü növbətçi hissəsinin yanındakı dəmir barmaqlıqlı yerdə, oğlu isə polis şöbəsində ayrı yerdə saxlamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, Təqsirləndirilən şəxs oğludur. X13 isə qonşusu olmuşdur. Hadisə günü yoldan siqnal səsini eşitmiş, pəncərənin qarşısına gələndə Rəvan onu görüb, Zöhraba gəlib maşını yoldan çəkməsini demişdir. Bu vaxt Səxavət söhbəti eşidib yola çıxmış və Rəvanla əri əvvəlcə mübahisə sonra isə münaqişə etmişdir. Mən münaqişə zamanı çöldə olmamış, oğlu telefonla danışadanışa evə girib çölə çıxmışdır. Pəncərədən baxmış, Sahib nalayiq ifadə işlədib darvazalarından içəri daxil olana qədər müşahidəçi olmuşdur. Yoldaşı qısqanc olduğu üçün pəncərənin qarşısından çəkilmiş, qısa müddət sonra oğlu evə qayıdıb Sahibi bıçaqla nalayiq ifadə işlətdiyi bacısına da söyüş söydüyü üçün demişdir. Oğlumun yola çıxdıqdan sonra evə qayıdıb bıçaq götürdüyünü görməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Zöhrabın Sahibi bıçaqladıqdan sonra əlində bıçaqla içəri daxil olduğunu görmüş, bıçaq mətbəxdə işlətdiyi bıçaq olmuşdur. Sahibin nalayiq ifadələr işlətməsini eşitmişdir. Oğlunun evdən bıçaq götürüb getməsini görməmiş, münaqişədən sonra Səxavətin bədənidə xəsarət olmasını görməmişdir. Polis əməkdaşları gəlib həm Səxavəti, həm də Zöhrabı aparmışdır. Yoldaşı Səxavət tutulduqdan 3 gün sonra evə gəlmiş, ifadənin yerində yoxlayanda isə işdə olmuşdur. Sahibi varyox söyüşü söydüyü üçün bıçaqladığını demiş, o isə Zöhraba “gərək sən də ona söyərdin, ancaq bıçaqlamazdın” demişdir. Bundan sonra polis əməkdaşları gəlib Zöhrabı aparmışdır. Sahib Bayramovun ərini və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini özü də eşitmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 09 iyul 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında protokol və fotocədvəl”dən görünür ki, hadisə yeri Bərdə rayonunun Qarağacı kəndi, Şahid8 fərdi yaşayış evinin qarşısıdır. Hadisə yerindən 01 ədəd bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 09 iyul 2023-cü il tarixli aktdan görünür ki, “Bərdə RMX” PHŞ-nin Təcili yardım şöbəsinə daxil olmuş X5 üzərindən çıxarılmış qara rəngli mayka, ağ rəngli mayka, qısaqol köynək Bərdə RPŞ əməkdaşlarına təhvil verilmişdir. Cinayət işinə əlavə edilmiş insan “meyitə baxış keçirilməsi” haqqında 11 iyul 2023cü il tarixli protokol və əlavə edilmiş fotocədvəldən görünür ki, X1 meyitinin məhkəmə-tibbi ekspertizası xarici və daxili müayinəsi aparılmışdır. İş materiallarında olan və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 29 nömrəli rəyindən görünür ki, X5 meyitində diafraqmanın və qara ciyər yaralanması ilə döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən və sağ tərəfli travmatik hemopenvmotoraksla müşayiət olunan döş qəfəsinin daxilə keçən deşilmişkəsilmiş yaraları, sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası xəsarətləri aşkar edilmişdir. Həmin xəsarətlər həyatidirlər, deşici-kəsici alətin (alətlərin) ola bilsin bıçaq təsirindən törənmişdir; törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə: a) diafraqmanın və qara ciyər yaralanması ilə döş qəfəsinin və qarın nahiyəsinin daxilə keçən və sağ tərəfli travmatik hemopenvmotoraksla müşayiət olunan döş qəfəsinin daxilə keçən deşilmiş-kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər; b) sağ bel nahiyəsinin deşilmiş-kəsilmiş yarası canlı şəxslərdə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb döş qəfəsi nahiyəsinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanmaları ilə əlaqədar diafraqmanın və qara ciyər yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə, hipovolemik şok olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, ölüm meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəni və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2023-cü il tarixli 2463/k saylı maddi sübutların müayinəsi aktı). Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli 533 nömrəli rəyindən görünür ki, Şahid1 müayinəsi zamanı aşkar edilmiş xəsarət - sol əlin İİ daraq falanqasının səthi kəsilmiş yarası kəsici xassəyə malik olan əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 413 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. O, öz hərəkətlərini ölçüb-biçmək və ya onlara hesabat vermək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl, cinayət əməlini törədən zaman və ondan sonrakı dövrdə, həmçinin hal-hazırda hər hansı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqət pozulmasından, kəmağıllıq və sair psixi xəstəlikdən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman onda xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik olmamışdır. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onu idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman anlaqlılığı istisna etməyən psixi pozuntu müşahidə olunmamışdır. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən Təqsirləndirilən şəxs baş vermiş hadisə zamanı əsəbi psixi-emosional, hadisədən sonra isə həyəcanlı və qorxmuş emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Təqsirləndirilən Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir. Sualın 2-ci hissəsi psixoloji ekspertizanın predmeti olmadığından bu hissəyə (simulyativ və ya dissimulyativ hərəkətlər etməyə meyillidirmi?) cavab vermək mümkün deyil. Təqsirləndirilən Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1429 nömrəli rəyindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizanın xx.xx.2023-cü il tarixli 473/2023-MTBŞ nömrəli rəyinə əsasən X5 ABO sistemi üzrə qan qrupu A beta (H) /İİ/-dir. Ekspertizaya təqdim edilmiş bıçaq və X10 məxsus iki ədəd qolsuz mayka, qısaqol köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri A-beta(H)/İİ/ qruplu şəxsə, o cümələdən X10 məxsus ola bilər. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizanın xx.xx.2023-cü il tarixli 346- 2023/MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və mərhum X10 məxsus köynəyin və ağ rəngli maykanın ön səthinin sağ yarısının yuxarı hissəsində 01 (bir) ədəd və arxa səthinin sağ yarısının aşağı hissəsində 01 (bir) ədəd (cəmi 02 (iki) ədəd) deşilmiş-kəsilmiş zədələr vardır. Bu zədələr iti ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və mərhum X10 məxsus köynəyin və maykanın üzərində aşkar edilmiş deşilmişkəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçaqların tiyəsinin təsirindən törənmələri istisna olunmur. Ekspertizaya təqdim edilmiş qara rəngli mayka üzərində heç bir zədə aşkar edilmədi. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş komisyon məhkəmətibbi ekspertizanın xx.xx.2023-cü il tarixli KEŞ-611 nömrəli rəydən görünür ki, Bərdə Rayon Mərkəzi Xəstəxanası PHŞ-də X5 adına tərtib edilmiş tibbi sənədlərdən görünür ki, ona “döş qəfəsinin ön divarının qarın boşluğuna keçən və daxilə keçən torakoabdominal yarası 1 ədəd, sağ bel nahiyəsinin iri həcmli kəsilmiş-deşilmiş yarası, diafraqmanm yaralanması, qaraciyərin yaralanması, sağtərəfli travmatik hemopnevmotoraks” diaqnozu aparılmış müvafiq müayinələr əsasında düzgün təyin edilmişdir. Diaqnoza uyğun olaraq onun üzərində “Laparotomiya, qarın boşluğunun təftişi, diafraqma yarasının tikilməsi, qaraciyər yarasının tikilməsi, QBSD, sağ plevra boşluğunun Bilau üsulu ilə drenajlanması, kəsilmiş-deşilmiş yaraların birincili işlənməsi” cərrahiyyə əməliyyatı aparılmışdır. Əməliyyat taktiki və texniki cəhətdən düzgün icra edilmişdir. Sahib Bayramova göstərilmiş ixtisaslı tibbi yardımlar onun vəziyyətinin ağırlığına və səhiyyə sistemində qüvvədə olan müvafiq təlimat qaydalarına uyğun olmuşdur. Sahib Bayramovun meyiti müayinə olunmuş və onun ölümünə səbəb döş qəfəsi nahiyəsinin döş boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanmaları ilə əlaqədar diafraqmanm və qaraciyər yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə, hipovolemik şokun olduğu müəyyən edilmişdir ki, bununla da aparılmış müalicələrlə baş vermiş ölüm arasında səbəbli əlaqə olmamışdır. Belə ki, ölümə səbəb ona yetirilmiş xəsarətlər nəticəsində yaranmış hipovolemik şokun ağır kliniki gedişi olmuşdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılan 25 iyul 2023-cü il tarixli, “ifadəsinin yerində yoxlanılması” haqqında protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs 09 iyul 2023-cü il tarixdə bıçaqla Sahib Bayramova zərbə vurduğu yeri əyani olaraq göstərmişdir. Cinayət işinə əlavə edilmiş və tədqiq edilmiş X29 Dispanserindən verilmiş xx.xx.2023-cü il tarixli 535 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə müşahidədə deyil. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, 9715 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatlarına əsasən həmin xəstəxanada müalicə almamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış “Bərdə RMX” publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-28/2-876/2023 nömrəli məktubuna əsasən Təqsirləndirilən şəxs “Bərdə RMX”-nin phş-nin narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs hər hansı xəstəliklə bağlı xəstəxanaya müraciət etməmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəl cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işinə əlavə edilmiş xx.xx.2023-cü il tarixli, 29108 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs barəsində Bərdə RPŞ-də heç bir təqsirləndirici material olmamış, həmçinin onun münaqişəli ailə kimi Bərdə RPŞ-də qeydiyyatı olmamışdır. Cinayət işinə əlavə edillən və məhkəmədə tədqiq edilən “Bərdə RMX” PHŞ-dən verilən xx.xx.2023-cü il tarixli, PHŞ-6-28/2-874/2023 nömrəli məktubdan görünür ki, X13 “Bərdə RMX PHŞ-yə xx.xx.2023 və xx.xx.2023-cü ildə “böyrək və sidik axarı daşları”, xx.xx.2023-cü ildə isə döş qəfəsinin açıq yarası diaqnozu ilə daxil olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Kəlbəcər rayon VVAQD şöbəsi tərəfindən verilən AZ-İ №767408 saylı xx.xx.2006-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı ildə doğulmaqla hadisə vaxtı 17 yaşı olmaqla yetkinlik yaşına çatmamış şəxs olmuşdur. İŞ materiallarında olan AA*******№li şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2006-cı il təvəllüdlüdür. İş materiallarında olan məhkəmədə araşdırılan Bərdə rayon İHB-nin xx.xx.2023-cü il tarixli, 561№ №li arayışdan görünür ki, Kəlbəcər rayonundan məcburi köçkün Təqsirləndirilən şəxs Bərdə rayonu Qarağacı kəndində atası anası və 2009-cu il təvəllüdlü azyaşlı bacısı ilə müvəqqəti yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işində olan və məhkəmədə araşdırılan 11 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, 01 ədəd bıçaq, 01 ədəd qolsuz ağ rəngli köynək, 01 ədəd boğaz hissəsi qara, qalan hissəsi qırmızı rəngli və üzərində qara nöqtələr olan, etiketində “BENSU” yazısı olan qısaqol köynək və qanaxmanın dayandırılması üçün yaranın üzərinə basılmış 01 ədəd qolsuz qara rəngli köynək maddi sübut qismində tanınıb Bərdə rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması otağında saxlanılmış, təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, üzləşdirmə, habelə Şahid8 dindirilməsi istintaq hərəkətlərinin videogörüntüləri olan 04 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmışdır. Təqsirləndirilən şəxs məhkəmə baxışı və ibtidai istintaq zamanı özünümüdafiəsinə dəlil olaraq göstərmişdir ki, xx.xx.2023-cü ildə zərərçəkmiş şəxsi nalayiq ifadə işlətdiyi üçün əvvəlcə kürək bel nahiyyəsindən vurmuş, zərbədən sonra üzünü ona tərəf çevirdiyindən müqavimət göstərməsinin qarşısını almaq üçün bıçaqla daha iki dəfə qarın boşluğuna xəsarət yetirmiş, məqsədi zərərçəkmişi öldürmək yox, işlətdiyi nalayiq ifadələrə görə ona bədən xəsarəti yetirərək cəzalandırmaq olmuşdur Həmin hallarla bağlı məhkəmə qeyd edir ki, işin faktiki halları - hadisənin başvermə mexanizmi və məhkəmədə araşdırılmış sübutlar Təqsirləndirilən şəxs özünümüdafiə məqsədi ilə hərəkət etməsini və zərərçəkmişi öldürmək məqsədinin olmamasını inkar edir. Belə ki, hadisənin müabhisələndirilməyən başvermə mexanizmindən görünür ki, ilk zərbə zərərçəkmiş şəxs Sahib Bayramova sonuncunun arxası ona tərəf olarkən yəni münaqişə bitdikdən sonra yetirilmiş, zərbənin təsirindən geri dönən və hər hansı hərəkət etməsinə imkan vermədən təqsirləndirilən şəxs tərəfindən ardıcıl 2 dəfəzərərçəkmiş şəxsin qarın boşluğuna daxilə nüauz edən bıçaq xəsarətləri yetirilmişdir. Hadisə yerinin yaxınlığında olan Şahid1 atasının yanına gələrək təqsirlədirilən şəxsə aktiv müqavimət göstərməsi nəticəsində zərərçəkmiş şəxsə digər zərbələri vura bilməmiş, hadisəni törətdiyi bıçağı Rəvana, yaxud digər şəxsə verməmişdir. Təqsirləndirilən şəxs həmin vaxt bıçağı heçkimə verməməsini Rəvanın ona xəsarət yetirməsi mümkünlüyü ilə əlaqələndirsə də, məhkəmənin qənaətinə görə bu daha çox Təqsirləndirilən şəxs bıçağı əlində saxlamaqla digər şəxs(lər)in ona yaxınlaşıb xəsarət yetirmə imkanını aradan qaldırmaq üçün etmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs son iki bıçaq zərbəsini zərərçəkmiş şəxsin onu qarşılıqlı vurmasını, müqavimət göstərməsini aradan qaldırmaq üçün vurduğunu göstərsə də işin faktiki halları və təqsirləndirilən şəxsin öz səmimi ifadəsindən görünür ki, həmin vaxt zərərçəkmiş şəxsin əlində vurulmuş zərbəyə cavab vermək üçün hər hansı silah, yaxud silah qismində istifadə ediləcək əşya yaxud predmet olmamışdır ki, bu da təqsirləndirilən şəxsin “xəyali özünümüdafiəsi” üçün gətirdiyi dəlilləri təkzib edir. Təqsirləndirilən şəxsin hadisəyə qədərki davranışları (mətbəxdən götürdüyü bıçağı heçkimin görməməsi üçün qolunda gizlətməsi, əlindəki bıçağı zərərçəkmiş şəxsə göstərib nalayiq ifadələrinə son qoymasını tələb etməyərək ilk zərbəni zərərçəkmiş şəxsin arxası ona tərəf olanda, yəni onun müdafiə imkanı aradan qalxdıqdan sonra yetirilməsi, digər 2 zərbənin isə zərərçəkmiş şəxs zərbənin təsirindən nə baş verməsini bimək üçün geri çevriləndə ardıcıl olaraq daha az xəsarətlə nəticələnə biləcək yuxarı və aşağı ətraflarına (əl-qol ayaq bud nahiyyələrinə) deyil məhz həyati vacib orqanların yerləşdiyi qarın boşluğuna vurulması, zərbələrin vurulmasının yalnız zərərçəkmiş şəxsin oğlu Rəvanın müdaxiləsindən sonra dayandırılması təqsirləndirilən şəxsin qəsdinin bilvasitə zərərçəkmiş şəxsi qəsdən həyatdan məhrumetməyə yönəlməsini göstərən obyektiv və subyektiv meyarlardır. Təqsirləndirilən şəxs hadisə yerində zərərçəkmiş şəxsin ailə üzvlərinin olmasını dərk edərək gözləri qarşısında və yaxınlıqlarında bədən xəsarətləri yetirməsi zərərçəkmişin münaqişə vaxtı işlətdiyi nalayiq ifadələrə görə məhz ailə üzvlərinin gözü qarşısında xüsusi amansızlıqla sonunculara ağrı və iztirab verdiyini dərk edərək, birbaşa qəsdlə öldürülməsini təsdiq edir. Məhkəmə baxışında ittiham tərəfi (zərərçəkmiş şəxsin hüquqi varisi və yaxın qohumlar qohumları olan ailə üzvləri) mərhum zərərçəkmiş şəxsin münaqişə vaxtı nalayiq ifadə(lər) işlətməməsini, təqsirləndirilən şəxsi və ailə üzvlərini söyməməsini göstərsə də, təqsirləndirilən şəxsə verilmiş ittihamdan və işin məhkəmədə tədqiq edilən faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs mərhum zərərçəkmiş şəxsi məhz işlətdiyi nalayiq ifadələrə görə qisas almaq üçün öldürmək məqsədilə bədən xəsarətləri yetirib həytadan məhrum etmişdir. Belə ki, münaqişə(məhkəmənin mülahizəsinə əsasən baş vermə səbəbi maşının keçməsi üçün yol verilməməsi ilə bağlı yaranmış və cəmiyyətdə ailə və mənəvi dəyərlərin deqradasiyaya uğramasını göstərir...) təqsirləndirilən şəxsin atası Səxavət və mərhumun oğlu Rəvan arasında olsa da, təqsirləndirilən şəxsin məhz zərərçəkmiş şəxsi öldürməsi sonuncunun onun özü və ailə üzvlərinin ünvanın aişlətdiyi nalayiq ifadələrlə bağlı olmuşdur. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə (xüsusi amansızlıqla qəsdən adamöldürmə) tövsif edilmişdir və O, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin yetkinlik yaşa çatmamasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, təqsirləndirilən şəxsin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, Kəlbəcər rayonundan məcburi köçkün olmasını, hadisənin zərərçəkmiş şəxsin qeyri-əxlaqi davranışı nəticəsində baş verməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə tutulması barədə qeyd aparılmışdır. Lakin məhkəmədə müəyyən edilmiş işin obyektiv hallarından görünür ki, X14 cinayət hadisəsindən sonra, hadisə yerinə baxış keçirildikdən sonra xx.xx.2023-cü ildə polis əməkdaşları tərəfindən saxlanılaraq Bərdə RPŞ-yə gətirilmiş, orada naməlum şəraitdə saxlanılaraq, yalnız xx.xx.2023-cü ildə şübhəli şəxs qismində tutulmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrmetmə cəzasının əvvəlinin məhz xx.xx.2023-cü il tarixdən hesablanması qanuni və ədalətli, işin məhkəmə baxışına qədər olan dövrdə yol verilmiş kobud qanun pozuntusunu aradan qaldıran və məhkəmənin dövlətin timsalında mövqeyini göstərən xüsusi hal hesab edir. Tərtib edilmiş “şübhəli şəxs qismində tutma protokol”da xx.xx.2023-cü ildə Bərdə RPŞ-yə gətirilmiş Təqsirləndirilən şəxs tutmanın əvvəlinin hansı səbəbdən xx.xx.2023-cü il kimi qeyd edilməsi, eləcə də atası Şahid8 09.07-xx.xx.2023-cü il tarixlərdə Bərdə RPŞ-də hansı şəraitdə və necə saxlanılması Baş Prokurorluq tərəfindən aparılacaq araşdırmanın predmeti olmaqla, məhkəmə bununla bağlı mövqeyini işin məhkəmə baxışının nəticələrinə dair xüsusi qərarında və Azərbaycan Respublikası Baş Prokurorluğuna veriləcək cinayət xarakterli məlumatda ayrıca qiymət veriləcəkdir. İş materiallarında olan Bərdə Rayon Məhkəməsinin 4(021)-152/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsin sanksiyasına əsasən qeyd edilən cinayət əməli on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrumetmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Lakin “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli, 6 №li qərarın 21-ci bəndin İİ hissəsinə əsasən və “Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünün məhkəmələr tərəfindən təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli 2 №li qərarının 12-ci bəndinin İİ hissəsinə əsasən şəxs yetkinlik yaşına çatmadığı dövrdə qəsdən cinayət törətmiş şəxs (o cümlədən xüsusilə ağır cinayət) hökm çıxarılan vaxt yetkinlik yaşına çatarsa və azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, o, cəzasını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilir. Qeyd edilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsin törətdiyi əməlin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla təqsirləndirildiyi Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasına əsasən qanunvericiliyin imkan verdiyi müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyinini məqsədəmüvafiq sayır. Törədilən əməlin ictimai təhlükəlilik dərəcəsi və xarakterki, şəxsin islah olunması və xüsusilə ağır cinayət görə cəzasızlıq mühitinin yaranmasının qarşısının alınması, cinayət qanununun qanunçuluq və ədalət, eləcə də humanizm prinsipləri əsas götürülməklə şəxsə qanunun imkan verdiyi son həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd bıçaq məhv edilməli, 01 ədəd qolsuz ağ rəngli köynək, 01 ədəd boğaz hissəsi qara, qalan hissəsi qırmızı rəngli və üzərində qara nöqtələr olan, etiketində “BENSU” yazısı olan qısaqol köynək və qanaxmanın dayandırılması üçün yaranın üzərinə basılmış 01 ədəd qolsuz qara rəngli köynək hüquqi varisə qaytarılmalı qəbul etmədikdə məhv edilməli, təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, üzləşdirmə, habelə Şahid8 dindirilməsi istintaq hərəkətlərinin videogörüntüləri olan 04 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və xüsusi müsadirə edilməli olan əmlak yoxdur Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin ona 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs faktiki saxlanıldığı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə rayon prokurorluğunun inzibati binasında “maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd bıçaq məhv edilsin, 01 ədəd qolsuz ağ rəngli köynək, 01 ədəd boğaz hissəsi qara, qalan hissəsi qırmızı rəngli və üzərində qara nöqtələr olan, etiketində “BENSU” yazısı olan qısaqol köynək və qanaxmanın dayandırılması üçün yaranın üzərinə basılmış 01 ədəd qolsuz qara rəngli köynək hüquqi varisə qaytarılsın qəbul etmədikdə isə məhv edilsin, təqsirləndirilən şəxs qismində əlavə dindirilməsi, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması, üzləşdirmə, habelə Şahid8 dindirilməsi istintaq hərəkətlərinin videogörüntüləri olan 04 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar