Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-23/2020 27.07.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X25 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X13 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı3, Zərərçəkmiş şəxs, onun nümayəndəsi “Verdiktum” Vəkil Bürosunun vəkili X8, Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Kəlbəcər rayonu, Milli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, Kəlbəcər rayonu Milli kəndində qeydiyyatda olan və Bərdə rayonu, Cəyirli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı Gəncə İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ona görə ki, o, uzun müddət Rusiya Federasiyasında məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasına qayıdıb Bərdə rayonunun Cəyirli kəndində yerləşən evində ailəsi ilə birlikdə yaşamağa başladıqdan sonra arvadı Zərərçəkmiş şəxs onu uzun müddət həbsdə olması ilə əlaqədar əri kimi qəbul etməməsi, sözünün ailədə keçərli olmaması, övladlarına irad bildirəndə buna qarşı çıxıb onu oğullarının gözündə hörmətdən salması səbəbindən aralarında mütəmadi davam edən mübahisələrdən hiddətlənib ailə münaqişəsi zəminində arvadını qisas almaq niyyəti ilə qəsdən öldürüb bütün bunlara son qoymaq qərarına gəlmiş, bu məqsədlə xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində əvvəlcədən evinin həyətində olan yardımçı tikilidən götürdüyü işçi metalik hissəsi zavod üsulu ilə, dəstəyi isə kustar üsulla hazırlanmış təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən baltanı arvadının onun niyyətindən agah olmaması üçün köynəyinin altında gizlədib evin həyətində olan Zərərçəkmiş şəxs yaxınlaşıb, onu söz deyəcəyi adı ilə evin yataq otağına çağırıb köynəyinin altından çıxartdığı baltanın iti tərəfi ilə öldürmək niyyəti ilə azyaşlı oğlu Şahid1 həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə qəsdən bir neçə dəfə həyat üçün vacib orqanına, baş nahiyəsinə zərbə endirib başının sol təpə nahiyəsinin əzilmiş çapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, sol əl nahiyəsinin V barmağının kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol bazu nahiyəsinin kəsilmiş yarası, qançırı kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, lakin, dayanmadığını görən Zərərçəkmiş şəxs onun əlindən canını qurtarmaq üçün hadisənin baş verdiyi otaqdakı çarpayının altına girib gizlənmiş, o, cinayətkar əməlini başa çatdırmaq üçün sonuncunun üzərinə getsə də, ağlayıb qışqıraraq çölə qaçan oğlu Şahid1 qonşuları köməyə səsləməsi, qonşuların həyətə toplaşması, yaxalanacağından qorxaraq hadisə yerindən uzaqlaşmağa məcbur olması, oraya gəlmiş qonşuların köməyi ilə Zərərçəkmiş şəxs hadisədən dərhal sonra Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan qeyd edilən səbəblərdən cinayət əməlini başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, Bərdə rayonu, Cəyirli kəndində ailə üzvləri ilə birlikdə yaşamışdır. 1993-cü il tarixdə Kəlbəcər rayonu, Milli kəndi erməni hərbi birləşmələri tərəfindən işğal olunduqdan sonra məcburi köçkün düşmüş və məcburi köçkün kimi əvvəlcə Yevlax rayonu, Qoyunbinəsi kəndində məskunlaşmış, sonra isə işləmək üçün X9 rayonuna getmişdir. O, 2006-cı il tarixdə Bərdə rayonu, Cəyirli kəndinə yaşayan qardaşı Xanvələdin evinə gəlmiş, həmin il Zərərçəkmiş şəxs ilə evlənmiş və birgə nikahlarından 12 yaşlı oğlu Vəfadar və 11 yaşlı oğlu Elnur anadan olmuşdur. 2008-ci il tarixdə Bərdə rayonu, Cəyirli kəndində birmərtəbəli ev tikdirmiş və ailə üzvləri ilə birlikdə həmin evdə yaşamağa başlamışdır. O, 2008-ci il tarixdə tikintidə fəhlə kimi işləmək üçün X9 vilayətinə getmişdir. Altay vilayətində yaşadığı zaman o, polis əməkdaşları tərəfindən həbs edilmiş, onun barəsində X10 Məcəlləsinin 228-ci maddəsi ilə cinayət işi başlanmışdır. O, külli miqdarda narkotik vasitənin satışı ilə məşğul olmaqda ittiham edilərək X18 şəhərinin İndustralnıy rayon məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Rusiya Federasiyasında 10 il müddətində cəza çəkmişdir. O, xx xxxxxx 2018-ci il tarixdə cəzasını tam çəkib qurtardığı üçün azadlığa buraxılmış və xx xxxxxx 2018-ci il tarixdə Bərdə rayonu, Cəyirli kəndinə yaşadığı evə gələrək oğlanları və arvadı ilə birlikdə yaşamağa başlamışdır. Pərvanənin anası Nəzakət də onun evində yaşamışdır. Evinə gəldikdən sonra Nəzakətə çıxıb getməsini, evində yaşamamasını demiş lakin Nəzakət onun sözünə baxmayaraq yaşadığı evdən çıxmamışdır. Arvadı Pərvanə ona anası Nəzakətin evdən gedəcəyi halda oğlanlarını da götürüb gedəcəyini bildirmişdir. O, oğlanları Vəfadar və Elnuru yaxşı övlad olmaları üçün onları tərbiyələndirmək məqsədilə dərslərini yaxşı oxumadıqlarına, dəcəllik edib evi səliqəsiz vəziyyətə saldıqlarına görə onlara ata kimi bəzi iradlar bildirirmiş, lakin yoldaşı Pərvanə ona oğlanları Vəfadar və Elnurun üzərində hər hansı əməyinin, haqqının, onlara tərbiyə vermək hüququnun olmadığını, onlara tərbiyə vermək üçün gecikdiyini bildirmişdir. Bu sözlər ona pis təsir etmiş, bununla bağlı onunla Pərvanə arasında mübahisə olmuş, bu mübahisədən sonra arvadı və qaynanası ona qarşı soyuq münasibət göstərmişdirlər. Ailə arasında olan söz söhbətdən sonra 2019-cu ilin fevral-mart ayında Pərvanə övladlarını götürüb getmiş, qaynanası da həmin zaman evdən getmişdir. O, bir neçə gün sonra Pərvanəni və uşaqlarını yaşadığı evə gətirmişdir. Ailə üzvləri ilə arasında yaranmış mübahisənin səbəbi qayınanası Nəzakət olmuşdur. Bundan sonra xx xxxx 2019-cu il tarixdə qaynanası Nəzakət yaşadığı evin ona məxsus olmadığını, onun evdə heç bir haqqının olmadığını və başqa təhqiredici sözlər demiş, buna görə də Nəzakətlə onun arasında mübahisə yaranmışdır. Bundan sonra həmin gün qardaşı Xanvələdin evində ailəsi ilə birlikdə çörək yemiş və təxminən 100 qram spirtli içki qəbul eləmişdir. O, ailə üzvləri ilə evdən ayrı-ayrı vaxtlarda çıxmış və evə gələndə ailə üzvlərinin evdə olmadığını görmüşdür. Qayınanasının mobil telefonuna zəng edib nə üçün evdə olmadıqlarını soruşduqda qayınanası ona Pərvanə və uşaqların evə gəlməyəcəklərini bildirmişdir. O, telefonda Nəzakətə evi yandırıb külə döndərəcəyini demiş və bundan sonra evdə olan dizel yanacağını otağa tökmüş, lakin, sonradan evi yandırmaq fikrindən daşınmışdır. Belə ki, bu hərəkəti o, ailə üzvlərini qorxutmaq üçün etmiş və bundan sonra ailə üzvləri evə gəlmişdirlər. Bundan sonra qardaşı Xanvələd onu evinə aparmış, həmin gün Xanvələdin evində qalmış və hadisə baş verən günə qədər evə getməmişdir. xx xxxx 2019-cu il tarixdə, günorta saatlarında qardaşı Xanvələdin evində olan zaman Pərvanəni birdəfəlik özündən qorxutmaq qərarına gəlmiş, bunun üçün yaşadığı evə getməyi, Pərvanəni qorxutmağı planlaşdırmışdır. Bundan sonra o, piyada və tək yaşadığı evə getmiş, arvadı Pərvanənin və oğlu Vəfadarın evin həyətində olduğunu görmüşdür. O, evin qarşı tərəfində yerləşən yardımçı tikiliyə daxil olmuş və özünə məxsus ət baltasını götürüb əynində olan köynəyinin altında gizlətmişdir. Evə daxil olub Pərvanəni yanına çağırmış Pərvanə onun yanına gələn zaman evin qonaq otağında o, Pərvanəyə “siz məni niyə bu evdən didərgin salmısınız” demişdir. Pərvanə isə ona “yaxşı eləmişik, sən kişi deyilsən” sözlərini demişdir. O, bu sözdən əsəbiləşərək əynində olan köynəyin altından baltanı çıxarıb sağ əlinə götürərək Pərvanənin başından bir dəfə zərbə endirmişdir. Bu zaman Pərvanənin başından qan axmış və Pərvanə qışqırmağa başlamışdır. O, özünü itirmiş və evdən çıxarkən qonşuların gəldiyini görmüşdür. Lakin o, özünü itirdiyi üçün Pərvanəni yenidən vurub-vurmadığını, baltanı yerə atdığını və ya qonşusu Sərxanın əlindən aldığını xatırlamır. Bundan sonra o, Bərdə rayon polis şöbəsinin növbətçi hissəsinə yaxınlaşıb balta ilə arvadı Pərvanəni vurduğunu, xəsarət yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində bildirdi ki, arvadı Zərərçəkmiş şəxs onu ər kimi qəbul etmədiyindən, onu uşaqlarının gözündə hörmətdən saldığından aralarında teztez mübahisələr olmuşdur. O, Pərvanəni öldürmək məqsədi olmamış, sadəcə baltanı göstərərək onu qorxutmaq istəmişdir. Onun Pərvanəni öldürmək məqsədi olsaydı ona dəfələrlə zərbə vurmaq imkanı vardı. Bundan başqa o, yardımçı tikiliyə daxil olan zaman orada baltadan başqa taxta və çəkiç olmuş, lakin o, Pərvanəni qorxutmaq üçün baltanın daha məqsədəuyğun olduğu üçün baltanı götürmüşdür. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, Bərdə rayonu, Cəyirli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2006cı ildə Kəlbəcər rayonu, Milli kənd sakini Təqsirləndirilən şəxs ilə evlənmiş və bu nikahdan 2007-ci il təvəllüdlü oğlu Vəfadar, 2008-ci il təvəllüdlü oğlu Elnur anadan olmuşdur. Şahvələd 2008-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, işlədiyi müddət ərzində narkotik maddə satdığı üçün həbs olunmuş və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşdur. Şahvələdin qardaşı və bacısı həmin zaman Rusiya Federasiyasında yaşamışdır. 2018-ci ilin dekabr ayının 15-də Şahvələd cəzasını bitirib Bərdə rayonuna evinə gəlmişdir. Şahvələd 2008-ci ildə Rusiya Federasiyasına gedənə qədər onunla münasibəti normal olmuşdur. X1yıdandan sonra onunla yaşamağa başlayan zaman anası Şahid5 da onlarla birlikdə yaşamağa davam etmişdir. Şahvələd gələndən sonra anası Nəzakət evdən getmək istəyəndə Şahvələd buna mane olmuş və anası Nəzakətə uşaqları böyütməyində çox əziyyəti olduğu üçün evdən getməməsini xahiş etmişdir. Bundan sonra Şahvələd hər şeyə əsəbiləşərək tez-tez onunla mübahisə edib evdə dava salmışdır. Eyni zamanda Şahvələd uşaqların böyüdüyünü görmədiyi üçün onlarla düzgün münasibət qura bilməmiş və onlara kobud davranmışdır. O, Şahvələdin balaca oğlu Elnuru döydüyü üçün Şahvələdə etirazını bildirmiş və buna görə Şahvələd onunla dalaşmağa başlamışdır. xx xxxx 2019-cu il tarixdə ailə üzvləri ilə birlikdə əri Şahvələdin qardaşı Xanvələdgilə getmiş, həmin gün günorta radələrində Şahvələd evdə spirtli içki qəbul etmiş və Xanvələdgildə olarkən Şahvələd yenə spirtli içki qəbul edib sözsöhbət yaratmağa başlamışdır. O, anası və uşaqları ilə birlikdə oradan çıxıb evə getmiş və Şahvələdin evə gəlib problem yaradacağından qorxub o, anası və uşaqlarla birlikdə bacısı Sahiləgilə getmişdir. Sahiləgildə olarkən təxminən saat 23:30 radələrində Şahvələd Nəzakətə zəng etmiş əsəbi şəkildə əgər evə qayıtmasalar evi yandıracağını bildirmiş, anası isə səhəri gün evə gələcəklərini bildirmişdir. Bundan sonra Nəzakət Xanvələdə zəng edib hadisə barədə məlumat vermişdir. Yenidən evə getdikdə Şahvələdin nefti evin hər tərəfinə tökdüyü ona məlum olmuş və orada o, Şahvələd ilə mübahisə etmişdir. Həmin zaman Şahvələdin bacısı oğlu Nüsrət, qardaşı oğlu Sərxan da orada olmuşdur. Şahvələd onun üzərinə yerisə də Nüsrət və Sərxan buna mane olmuş, onu götürüb Xanvələdin evinə aparmışdırlar. xx xxxx 2019-cu il tarixdə Şahvələd Xanvələdgilə, onlar isə öz evlərinə getmişdirlər. Lakin, qorxduğu üçün axşamlar bacısı Sahiləgilə gedib orada qalmışdır. Bundan sonra hadisə baş verən günə qədər Şahvələdi görməmişdir. xx xxxx 2019-cu il tarixdə evdə olmuş, oğlu Elnur ilə anası Nəzakət əsgər yığıncağına getmişdirlər. O, oğlu Vəfadar ilə evdə tək olmuşdur. Saat təxminən 15 radələrində oğlu Vəfadar Şahvələdin gəldiyini demiş və o, Şahvələdin qonşunun məhləsindən gəldiyini görmüşdür. Şahvələd qapıda Vəfadarın üzündən öpmüş, ona isə içəri keçməsini bildirmişdir. Bundan sonra o, evin yataq otağına keçmiş və həmin vaxt Şahvələd əynində olan köynəyi yuxarı qaldırıb altından baltanı çıxarmışdır. Şahvələd baltanı sağ əli tutub güclü zərbə ilə onun başına vurmuşdur. Bu zaman o, başından qan axdığını hiss etmiş və ikinci dəfə Şahvələd onun başına balta ilə vurmaq istəyəndə başını qaçırmış, zərbə onun sol çiyninə dəymişdir. Şahvələd ona üçüncü dəfə baş nahiyəsinə balta ilə vurmaq istəyən zaman o, sol əli ilə buna mane olmuş və sol əlinin barmağı xəsarət almışdır. Həmin zaman otaqda olan oğlu Vəfadar başına dəyən birinci zərbədən sonra qorxub yüksək səslə qışqırmağa başlamış və qaçaraq həyətə çıxmışdır. Vəfadar həyətdə olanda qonşuları çağırmışdır. Şahvələd ona balta ilə bir neçə dəfə zərbə endirdikdən sonra o, özünü otaqdakı çarpayının altına atmışdır. Çarpayının altında döşəmənin üzərində olarkən Şahvələd bir əlində balta digər əli ilə ayaqlarından tutub onu çarpayının altından çıxarmağa cəhd etmişdir. Bundan sonra Şahvələd səs-küyə qonşuların gəldiyini görüb əlində balta ilə həyəcanlı şəkildə evdən çıxıb getmişdir. Şahvələd onu öldürmək məqsədilə bir neçə dəfə balta ilə zərbə endirmişdir. Zərbənin biri başına digərləri isə çiyninə və əlinə dəymişdir. O, Şahvələdin onu öldürəcəyindən qorxub özünü çarpayının altına atmışdır. Əgər oğlu Vəfadar həmin zaman orada olmasaydı, qonşuları səsləməsəydi Şahvələd onu öldürəcəkmiş. Şahvələd evdən çıxıb gedəndən sonra çarpayının altından çıxmışdır. Qonşuları Sərxan, Ziyad, Fikrət, Elnarə, Mənsurə, Ayşə, Zərifə onun hayına gəlmişdirlər. Fikrət onu avtomobilinə əyləşdirib Bərdə rayon Mərkəzi xəstəxanasına aparmış və orada həkimlərin tibbi yardımı nəticəsində özünü normal hiss etmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirdi ki, hadisə vaxtı onun başında yaylıq olmamış, onun başı ilə yanaşı Şahvələdin yetirdiyi xəsarət nəticəsində əli də qanadığına görə hadisədən sonra xəstəxanaya gedərkən qonşusu Zərifə onun əlinə yaylıq bağlamışdır. Hazırda Şahvələddən şikayətçidir və onun cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, anasının adı Pərvanə, atasının adı isə Şahvələddir. Özündən bir yaş balaca Elnur adlı qardaşı vardır. O, hazırda 6-cı sinif şagirdidir. Atasının Rusiyada tutulmasını nənəsı ona danışmışdır. Nənəsi Nəzakət onlarla birlikdə yaşayır. 2018-ci ilin dekabr ayından atası yenidən yaşadığı evə gəlib onlarla birlikdə yaşamağa başlamış, mart ayının 23-ü nənəsi ilə qardaşı Elnur əsgər yığıncağına getmişlər, lakin o, anası ilə birlikdə evdə olmuşlar. Nahardan sonra həyətdə olarkən qonşuluqda olan Ramizgil tərəfdən atasının gəldiyini görmüşdür. Anası da həyətdə saçını darayanda atasının gəldiyini görmüşdür. O, anasına Şahvələdin köynəyinin altında nəsə olduğunu, qaçıb getməyini söyləmiş, Pərvanə isə ona qorxmamağını söyləmişdir. Atası Şahvələd ona yaxınlaşıb öpmüş, anası Pərvanəyə isə evə keçib söhbət eləmək istədiyini söyləmişdir. Atasına evə girmək istədiyini bildirəndə anası razılığını bildirmişdir. Evə daxil olduqdan sonra anasının arxası çarpayıya tərəf olmuş, atası anası ilə üzbəüz dayanmış, o, isə atasının sol tərəfində olmuşdur. Atası anasına “Sən məni ortalıqda nə hesab edirsən?” sözlərini deyərək, köynəyini qaldırıb baltanı çıxarmışdır. Atasına mane olmağa çalışanda sonuncu onu itələmiş, balta ilə anasının başına zərbə vurmuşdur. Bundan sonra o, çölə qaçmış və qonşuları səsləyib köməyə çağırmışdır. Atası Şahvələd anası Pərvanəni öldürmək istəmiş, lakin qonşular gələndən sonra atası əlində balta ilə evdən çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs ilə çəpər qonşusudur. Həyətləri bir-birindən dəmir setka ilə ayrılır. O, həmin yerə köçəndə Zərərçəkmiş şəxs əri X2 cəzaçəkmə müəssisəsində cəza çəkdiyini bilmişdir. 2018-ci ilin dekabr ayında Şahvələd kəndə gəlmiş və onun Təqsirləndirilən şəxs ilə qonşu kimi münasibəti normal olmuş, aralarında heç bir narazılıq və ya ədavət olmamışdır. Rusiyadan gəldikdən sonra Şahvələd yenidən öz ailəsi ilə birlikdə yaşamağa başlamış, o, onların arasında söz-söhbət olduğunu, yola getmədiklərini eşitmişdir. O, 2019-cu ilin mart ayının 11-dən 22-nə qədər Bakı şəhərində xalasıgildə olduğundan Şahvələdin mart ayının 20-i yaşadığı evi yandırmağa cəhd etməsindən xəbəri olmamışdır. xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində həyətdə saxladığı cücələrə yem verən zaman Pərvanənin oğlu Vəfadarın səsini eşitmiş, belə ki, Vəfadar yüksək səslə kömək edin deyə qışqıraraq qonşuları köməyə çağırmışdı. O, dərhal dərmir setkadan Pərvanəgilin yaşadığı evin həyətinə baxmış, sonra onların yaşadığı evin həyətinə daxil olmuşdur. Onu görən Təqsirləndirilən şəxs əlində balta ilə evin pilləkanlarına tərəf gəlmiş, o, Şahvələd pilləkənləri düşəndən sonra onun yanına getmiş və Şahvələd həmin zaman onu gördüyü üçün həyəcanlı olmuşdur. O, Şahvələdin yanında olan zaman Pərvanəni baş nahiyəsi qanlı vəziyyətdə qapının yanında görmüş, Şahvələdin Pərvanəni görməməsi üçün onun boynundan tutub yaşadığı evin həyətinə aparmışdır. Şahvələd həmin zaman baltanı öz həyətlərindəki su kranın hasarının arxa tərəfinə söykəmiş və bundan sonra Şahvələd oradan çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində həyətdə kəlbətin ilə yeni aldığı dəmir setkanı düzəldəndən zaman Şahvələdin oğlu Vəfadarın yüksək səslə qışqırdığını eşitmişdi. Evin darvazasından çölə çıxanda Vəfadarın “anamı öldürürlər, anamı öldürürlər” sözlərini deyərək həyəcanlı şəkildə qışqırdığını görmüş, dərhal evə doğru getmiş, lakin Şahvələdin orada olduğunu ilkin olaraq qonşusu Sərxan görmüşdür. Hadisəni Şahvələdin törətdiyi ona məlum olmuşdur. Sərxan ora gələndən sonra Şahvələd çıxıb getmişdir. O, evə çatanda Pərvanəni baş nahiyəsi qanlı vəziyyətdə evin darvazasında olduğunu görmüşdür. O, qonşusu Fikrətə məlumat vermiş və Fikrətə məxsus VAZ 2103 markalı avtomaşın ilə Pərvanəni Bərdə rayon mərkəzi xəstəxanasına aparmışdır. Eyni zaman o, hadisə barədə Pərvanənin anası Nəzakətə məlumat vermişdir. O, Vəfadarın səsinə görə həmin evə getmişdir. Hadisə yerinə çatanda Vəfadar orada olmuş, həmçinin Vəfadarın qışqırtısına qonşusu Sərxan ilk olaraq gəlmişdir. O, hadisə yerinə gələn zaman Şahvələdi görməmiş, o, evə gələnə qədər Şahvələd artıq çıxıb getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə oxşar məzmunlu ifadə verərək bildirmişdir ki, o, Zərərçəkmiş şəxs xəstəxanaya ona məxsus avtomobillə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Baxşeyiş qızı ifadəsində bildirdi ki, kürəkəni Şahvələd 2008-ci ildə işləmək üçün Rusiya Federasiyasına getmiş, həmin il Şahvələd Rusiyada törətdiyi cinayət əməlinə görə, yəni narkotik vasitə satdığı üçün həbs olunmuş və 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Həmin zaman o, qızı Pərvanə və nəvələri ilə birlikdə yaşamağa başlamışdır. Şahvələd 2018-ci ilin dekabr ayında cəzasını bitirib Azərbaycana gəlib onlarla birlikdə yaşamağa başlamışdır. Şahvələd ona uşaqların böyüməsində əziyyətinin olduğunu bildirib onu evdən getməyə qoymamışdır. Şahvələd ilə qızı Pərvanənin əvvəllər münasibəti yaxşı olmuş, hətda Rusiya Federasiyasından qayıdıb birlikdə yaşamağa başlayanda da ilkin olaraq münasibətləri yaxşı olmuşdur. Lakin bir müddət sonra Şahvələd evdə onlarla mübahisə etməyə, tez-tez dava-dalaş salmağa başlamışdır. Şahvələd hər şeyə əsəbləşib tez-tez sərt reaksiyalar verərək, oğulları ilə də münasibət qura bilməmiş və uşaqlarla kobud rəftar etmişdir. Şahvələd Elnuru döyən zaman qızı Pərvanə Şahvələdə etirazını bildirmiş, bundan sonra onlar mübahisə etmişlər. Hətta Şahvələd bir neçə dəfə də Pərvanəni döymüşdür. Şahvələd əsəbi insan olduğu üçün spirtli içki qəbul etdikdən sonra mübahisə etməyə başlayırmış. xx xxxx 2019-cu il tarixdə bayram günü Şahvələdin qardaşı Xanvələdgildə olarkən söz-söhbət yarandığı üçün qızı və nəvəsi ilə birlikdə oradan çıxıb bacısı Sahiləgilə getmişlər. Şahvələd təxminən saat 23 radələrində ona zəng edərək evə qayıtmayacaqları təqdirdə evi yandıracağını söyləmiş, o, bu barədə onun qardaşı Xanvələdə məlumat vermişdir. Yenidən evə gedəndə Şahvələdin evin hər tərəfinə neft məhlulunu tökdüyünü, lakin, yandırmadığını görmüşdür. Bundan sonra qorxduğu üçün həmin evdə qalmamışdır. Gündüz vaxtları həmin evdə olub axşamları isə qızı Sahiləgilə getmişdir. xx xxxx 2019-cu il tarixdə saat 13 radələrində nəvəsi Elnur ilə Bərdə şəhərində olan qohumunun əsgər yığıncağına getmiş, həmin gün Şahvələdi görməmişdir. Yığıncaqda olarkən yeznəsi X14 döydüyünü, evə getməli olduğunu bildirmişdir. Yolda olarkən X14 baltaladığını bildirmiş və o, dərhal Bərdə rayon Mərkəzi xəstəxanasına getmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs 2006-cı ildə Bərdə rayonu Cəyirli kənd sakini Zərərçəkmiş şəxs ilə evlənmiş və bu nikahdan 2 oğlu olmuşdur. 2008-ci il tarixdə qardaşı Təqsirləndirilən şəxs işləmək üçün Rusiya Federasiyasına getmiş, orda olan zaman Şahvələd narkotik vasitəsinin satışına görə tutulmuş və 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və xx xxxxxx 2018-ci il tarixdə qardaşı Bərdə rayonu Cəyirli kəndinə gəlmişdir. Qardaşının qaynanası Nəzakət isə öz evinə getmişdi. Bir neçə gündən sonra Nəzakət yenidən həmin evə qayıtmışdır. Qardaşı Şahvələd ona evində heç kim tərəfindən sayılmadığını, Nəzakətin uşaqlara söz deməyə qoymadığını, yad münasibət göstərdiyini bildirmişdir. Şahvələd Nəzakətin evdə onları rahat yaşamağa qoymadığını bildirmişdir. Evdə uşaqları nadinclik edəndə danlayan zaman Nəzakət Şahvələdə “uşaq böyütmüsənki, hələ bir onu danlayırsan” sözlərini demişdir. Pərvanə isə həmin zaman Şahvələdə “sən uşaqlara əl vura bilmərsən, sən gecikib gələnlərdənsən” sözlərini demişdir. Bu səbəbdən qardaşının evində problemlər, söz-söhbət tez-tez olmuş, Şahvələd Nəzakətin evdən gedib sonuncunun qızı Sahiləgildə yaşamasını istəmişdir. Lakin Nəzakət buna razı olmamış, qardaşı Şahvələdə əgər belədirsə evdən çıxmağını və onunla birlikdə yaşamasını təklif etmişdir. Qardaşı isə hər şeyin günahını Nəzakətdə görmüşdür. Qardaşı Bərdə rayonuna gələndən sonra əsəbi olmuş, hər şeyə tez reaksiya vermişdir. O, xx xxxx 2019-cu il tarixdə evində Novruz bayramına görə qonaqlıq vermiş, ondan bir gün öncə yenə də Şahvələd ilə qaynanası Nəzakət arasında mübahisə olmuşdur. O, hamını evə yığıb bayramı qeyd eləmək və ailə arasında olan problemləri düzəltmək istəmişdir. Evdə çörək yediyi zaman az miqdarda spirtli içki qəbul etmiş, Şahvələd həmin gün günorta öz evlərində də spirtli içki qəbul etmiş, axşam stol arxasında olan zaman yenə Nəzakət və Pərvanə Şahvələd ilə mübahisə etmişdirlər. Bu zaman Pərvanə, Nəzakət və uşaqlar evdən çıxıb getmişlər. Pərvanəyə öz evlərinə getmələrini bildirmişdir. Şahvələd çıxıb öz evinə gedəndə orada heç kimin olmadığını görmüş və bu barədə Nəzakətə zəng edib əgər evə gəlməsələr evi yandıracağını söyləmişdir. Həmin zaman Nəzakət ona zəng edib bu barədə məlumat vermiş, Şahvələd evə neft töksə də evi yandırmamışdır. Həmin vaxt Nəzakətgil Sahiləgildə olmuşlar. Nəzakətgili götürüb evinə gətirmiş, həmin gecə onun evində qalmışlar. Səhəri gün Şahvələdin evinə getmiş və boşanacaqları barədə məlumat vermişdir. Bu səbəbdən Şahvələdin ailəsini öz evlərinə aparmış, Şahvələd isə onun evində qalmışdır. O, xx xxxx 2019-cu il tarixdə saat 11 radələrində Bərdə rayonu Buəhmədli kəndində yas yerinə getmiş, evə gələndə Şahvələdi evin həyətində görmüşdür. Şahvələd qardaşı Səxavətgildə çörək yediyini, evdə uzanacağını bildirmişdir. Şahvələdi sonuncu dəfə həmin vaxt saat 14 radələrində görmüş, sonradan Şahvələdin bacanağı Murad ona zəng edərək Şahvələdin Pərvanəni balta ilə vurduğunu söyləmişdir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş ekspert X23 ifadəsində bildirdi ki, zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə xəsarət almış, həmin gün xəstəxanaya müraciət etmiş və xəstaxanada ona ilkin tibbi yardım göstərilmişdir. Hadisədən 2 gün sonra yəni xx xxxx 2019-cu il tarixdə ona müraciət edilmişdir. O, Zərərçəkmiş şəxs baxmış, zədələrini müəyyən edib qeyd etmiş, sonradan tibbi sənədləri tələb edib təkrarən müayinə etmişdir. Rəyi həm özünün, həm də Mərkəzi xəstəxananın ******* saylı tibbi sənədi və əlavə kompüter-tomoqrafik müalicə protokolu əsasında vermişdir. Rəyin nəticəsi olaraq qənaətə gəlinmişdir ki, başın sol təpə nahiyəsinin əzilmiş çapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı, sol əl nahiyəsinin V barmağının kəsilmiş yarası, sol bazu nahiyəsinin kəsilmiş yarası və qançırı vardır. Həmin xəsarətlərdən başın sol təpə nahiyəsinin əzilmiş çapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı çapıcı alətin təsirindən, sol əl nahiyəsinin V barmağının və sol bazu nahiyəsinin kəsilmiş yaraları kəsici xassəyə malik əşyanın təsirindən, sol bazu nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, təqdim olunan balta ilə törənə bilər, müddətləri qərarda göstərilən tarixə-yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə başın sol təpə nahiyəsinin əzilmiş çapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, sol əl nahiyəsinin V barmağının kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, sol bazu nahiyəsinin kəsilmiş yarası və qançırı birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmə iclasında müdafiə tərəfinin vəsatəti əsasında dəvət edilmiş ekspert X23 əlavə olaraq ifadəsində bildirdi ki, o rəy verərkən tomoqrafiyada ancaq sınığa istinad etmiş, tomoqrafiya sümükdə olan dəyişiklik, birdə beyin toxumasında gedən dəyişiklik proseslərini göstərir. O, yaranın hamar və ya qeyri hamar olmasını göstərmir. Bundan başqa o, xəsarətin baltanın kəsici hissəsi ilə vurulması qənaətinə gəlir. Həmçinin bildirdi ki, Zərərçəkmiş şəxs başında olan xəsarət baltanın kəsici hissəsi ilə törənə bilər. Təsir gücündən asılı olaraq xətti sınıq əmələ gəlməsi absurddur. Məhkəmə iclasına əlavə şahid qismində çağırılıb dindirlimiş İlyasova Zərifə Adgözəl qızı ifadəsində bildirdi ki, o, hadisə olan ərəfədə ağır əməliyyatdan təzə çıxdığından hadisə olan günü yoldaşı onun qolundan tutub həyətdə gəzdirən zaman həyətin qapısı açılmış, qonşu Ziyad içəri daxil olmuş, Pərvanənin yaralandığını və həkimə aparmaq lazım olduğunu bildirmişdir. Bundan sonra yoldaşı maşını çıxarmış və Pərvanə özü gəlib maşına əyləşmişdir. O, əməliyyatdan yeni çıxdığı üçün belində yaylıq olmuşdur. O, Pərvanənin əlində qan gördüyü üçün yaylığı belindən açıb Pərvanənin əlinə bağlamış və sonra onu xəstəxanaya aparmışlar. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2019-cu il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisənin baş verdiyi yer Bərdə rayonu, Cəyirli kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evdir. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən döşəmənin üzərindən iki ədəd, pərdənin üzərindən iki ədəd, pərdənin üzərindən bir ədəd, pilləkənin üzərindən bir ədəd qana bənzər ləkə götürüldü (pambıq vasitəsilə). Həyətə baxış zamanı su kranının arxa tərəfindən bir ədəd balta aşkar edilmiş və qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə Müalicə X7 Tomoqrafiya müayinəsi xx xxxx 2019-cu il tarixli protokolundan görünür ki, Zərərçəkmiş şəxs sol təpə sümüyünün xarici səhifəsinin xətti sınığı (natamam sınıq), həmin nahiyədə yumşaq toxumasının əziyi aşkar olunmuş və nevropataloqun konsultasiyası məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2019-cu il tarixli, 126-MTKŞ/2019 nömrəli “maddi sübutların ekspertizası” rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus yaylıq üzərində küt yaranma mexanizminə malik çoxsaylı cırılma zədələri aşkar olundu. Bu zədələrinin ekspertizaya təqdim edilmiş baltanın işçi metalik hissəsinin tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus yaylıq üzərində olan zədələrlə Zərərçəkmiş şəxs bədəni üzərində olan başın sol təpə nahiyəsinin əzilmiş-çapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı xəsarətləri yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus xələtin sol qolu üzərində, öndə iki ədəd dəlib keçən zədə aşkar olundu. Bu zədələr deşilmiş-kəsilmiş zədələrdir, ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus xələtdə aşkar olunmuş deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş baltanın işçi metalik hissəsinin tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus xələtin sağ qolu üzərində iki ədəd küt yaranma mexanizminə malik zədələr aşkar olundu. Bu zədələr sökülmüş zədələrdir və xələtın müvafiq nahiyəsinin kəskin dartılması nəticəsində əmələ gəlmişdirlər. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus xələtin üzərində olan zədələrlə Zərərçəkmiş şəxs bədəni üzərində olan sol bazu nahiyəsinin kəsilmiş yarası xəsarətləri yerləşməsinə görə nisbi olaraq üst-üstə düşür. Zərərçəkmiş şəxs bədəni üzərində aşkar olunmuş sol əl nahiyəsinin V barmağında olan kəsilmiş yara paltarla örtülmədiyi üçün öz əksini tapmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd gödəkcə, bir ədəd şalvar və bir ədəd köynəyin üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş baltanın işçi metallik hissəsi zavod üsulu ilə, dəstəyi isə kustar üsulla hazırlanmış təsərrüfat təyinatlı baltadır və soyuq silah hesab edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X16nin Təqsirləndirilən şəxs barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxx 2019-cu il tarixli, 226 nömrəli rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və X16nin Zərərçəkmiş şəxs barəsində təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx xxxxx 2019-cu il tarixli, 225 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarətlər-başın sol təpə nahiyəsinin əzilmiş çapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı, sol əl nahiyəsinin V barmağının kəsilmiş yarası, sol bazu nahiyəsinin kəsilmiş yarası və qançırı vardır. Həmin xəsarətlərdən başın sol təpə nahiyəsinin əzilmiş çapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı çapıcı alətin təsirindən, sol əl nahiyəsinin V barmağının və sol bazu nahiyəsinin kəsilmiş yaraları kəsici xassəyə malik əşyanın (əşyaların) təsirindən, sol bazu nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, təqdim olunan balta ilə törənə bilər, müddətləri qərarda göstərilən tarixə-yəni xx.xx.2019cu il tarixə uyğun gəlir. Dərəcəsinə görə: a) başın sol təpə nahiyəsinin əzilmiş çapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir b) sol əl nahiyəsinin V barmağının kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir v) sol bazu nahiyəsinin kəsilmiş yarası və qançırı birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2019-cu il tarixli 189/2019-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu AB0 sistemi üzrə B alfa,/H/(İİİ). Təqsirləndirilən şəxs şəxsiyyət vəsiqəsinə əsasən onun qan qrupu O/1/. Ekspertizaya təqdim olunmuş 01 ədəd balta, Zərərçəkmiş şəxs məxsus xələt, yaylıq, 04 ədəd pambıq topası üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu qan ləkələrində AB0 sistemi üzrə qrup tədqiq etdikdə B və H antigenləri alındı. Beləliklə göstərilən qan ləkələri B/H/(İİİ)/ qruplu bir şəxsə, həmçinin Zərərçəkmiş şəxs məxsus ola bilər. Lakin, bu qan ləkələrinin bir neçə şəxsin qarışmış qanı hesabına yaranma ehtimalını nəzərə alsaq, həmin ləkələrdə AB0 sistemi üzrə B(İİİ), B/H(İİİ) və O(İ) qruplu şəxslərin qanının olması mümkündür və bu halda ləkələrdə həmçinin Təqsirləndirilən şəxs qarışmış qanının olması inkar oluna bilməz (əgər hadisə zamanı sonuncunun bədənində qanaxma ilə müşahidə olunan xəsarət olubsa). Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus gödəkçə, pulover (köynək), şalvar üzərində qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X15 X27 xx xxxx 2020-ci il tarixli, T161/2020 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs təpə nahiyyəsində solda əzilmiş-çapılmış yara, təpə sümüyünün xarici sümük səhvəsini əhatə edən xətti sınığı, sol əlin V barmağının kəsilmiş yarası, sol bazuda səthi əzilmiş yara və qançır olmuşdur. Qeyd edilən xəsarətlərdən təpə nahiyəsinin əzilmiş-çapılmış yarası, təpə sümüyünün natamam sınığı çapıcı alətin, ola bilsin ki, baltanın iti tərəfi ilə yetirilən zərbənin təsirindən törənmiş, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Sol əlin V barmağının kəsilmiş yarası iti uclu və ya kənarlı alətin təsirindən törənmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol bazunun səthi kəsilmiş yarası iti uclu və ya kənarlı alətin, qançır isə küt əşyanın təsirindən törənmiş, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2019-cu ilə uyğun gəlir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Psixonevroloji Dispanseri tərəfindən verilmiş məhkəmə-psixiatrik ekspertizasının xx xxx 2019-cu il tarixli 245 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq hazırki cinayət əməlinin törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərinə cavab vermək və onlara rəhbərlik etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1.-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Rayonlararası Narkoloji Dispanseri tərəfindən verilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2019-cu il tarixli 424 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktik qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə rayon Mərkəzi xəstəxanası tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli 1/171 saylı məktubundan görünür ki, Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə xx xxxxx 2019-cu il tarixədək Bərdə RMX-nın travmatologiya şöbəsində “Başın təpə nahiyyəsinin əzilmiş yarası, təpə sümüyünün xətti sınığı” diaoqnozu ilə stasionar müalicədə olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bərdə Rayon Mərkəzi Xəstəxanasının xx xxxxx 2019-cu il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Bərdə RMX-nın şöbələrinə hər hansı bir xəstəliklə və ya xəsarətlə müraciət etməmiş, şəhər polikilinikasının ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxxx 2019-cu il tarixli 720 və 723 nömrəli arayışlardan və xx xxxxx 2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Cəyirli kəndindən məcburi köçkündür və hazırda ailə üzvləri, yəni arvadı Zərərçəkmiş şəxs, azyaşlı övladları Şahid1 və X5 ilə birlikdə Bərdə rayonu, Güloğlular kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağı var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında xx xxxx 2019-cu il tarixli qərardan görünür ki, törədilməsində istifadə olunan 01 ədəd balta, hadisə yerinə baxış zamanı götürülmüş qan nümunələri, Zərərçəkmiş şəxs məxsus 01 ədəd xələt, 01 ədəd yaylıq, Təqsirləndirilən şəxs məxsus 01 ədəd qəhvəyi rəngli dəri gödəkcə maddi sübut kimi tanınmış və Bərdə rayon prokurorluğunun “Maddi sübutları saxlama otağı”nda saxlanca verilmişdir. 01 ədəd “CD disk” maddi sübut kimi tanınmış və iş materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X16” X27 xx xxxxxx 2020-ci il tarixli, 7/64 nömrəli məktubundan görünür ki, xx.xx.2019-cu il tarixli, 126\2019- MTKŞ saylı məhkəmə-tibbi kriminalistik rəyin nəticəsini bir daha təsdiq edilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X15 X27 xx xxxx 2020-ci il tarixli, T161/2020 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs təpə nahiyyəsində solda əzilmiş-çapılmış yara, təpə sümüyünün xarici sümük səhvəsini əhatə edən xətti sınığı, sol əlin V barmağının kəsilmiş yarası, sol bazuda səthi əzilmiş yara və qançır olmuşdur. Qeyd edilən xəsarətlərdən təpə nahiyəsinin əzilmiş-çapılmış yarası, təpə sümüyünün natamam sınığı çapıcı alətin, ola bilsin ki, baltanın iti tərəfi ilə yetirilən zərbənin təsirindən törənmiş, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Sol əlin V barmağının kəsilmiş yarası itiucluvə ya kənarlı alətin təsirindən törənmiş, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir, sol bazunun səthi kəsilmiş yarası iti uclu və ya kənarlı alətin, qançır isə küt əşyanın təsirindən törənmiş, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Xəsarətlərin yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni xx.xx.2019-cu ilə uyğun gəlir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx xxxx 2019-cu il tarixli “könüllü gəlib təqsirini boynuna alma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 15:00 radələrində balta ilə arvadı Zərərçəkmiş şəxs baş nahiyyəsinə vurub ona xəsarət yetirmiş, könüllü olaraq Bərdə rayon polis şöbəsinə gəlib özünü təqdim etmiş, təqsirini boynuna alıb törətdiyi əməldən peşman olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış şübhəli şəxsin tutulması haqqında protokoldan və Bərdə Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin Bərdə Rayon Polis şöbəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs X11 şəhəri, İndustrial rayon məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə RF CM-in 30-cu maddəsinin 3-cü hissəsinin 228.1-ci maddəsinin 3-cü hissəsinin q bəndi ilə 10 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və xx xxxxxx 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 31/28 nömrəli məktubundan görünür ki, X11 şəhəri, İndustrial rayon məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü ilə məhkum edilmiş vətəndaş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası qanunvericiliyi ilə tənzimlənməsinə dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Məhkəmə Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 31/28 nömrəli məktubuna əsasən qeyd edir ki, X11 şəhəri, İndustrial rayon məhkəməsinin xx xxxx 2009-cu il tarixli hökmü qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikası ərazisində tanınmadığından heç bir hüquqi qüvvəyə malik olmaması nəzərə alınmalıdır. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2019-cu il tarixli, 126-MTKŞ/2019 nömrəli rəyində Zərərçəkmiş şəxs məxsus yaylıq üzərində küt yaranma mexanizminə malik çoxsaylı cırılma zədələrinin aşkar olunması, bu zədələrinin ekspertizaya təqdim edilmiş baltanın işçi metalik hissəsinin tiyəsi ilə törənməsinin inkar olunmaması, ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus yaylıq üzərində olan zədələrlə Zərərçəkmiş şəxs bədəni üzərində olan başın sol təpə nahiyəsinin əzilmişçapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı xəsarətlərinin yerləşməsinə görə nisbi olaraq üst-üstə düşməsi göstərilsə də məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadə verərək hadisə baş verdiyi vaxt başında yaylıq olmadığını, ekspertizaya təqdim edilmiş üzərində qan ləkələri olan yaylığın qonşusu Zərifə İlyasova tərəfindən hadisədən sonra xəstəxanaya gedərkən əlindəki qanamanın qarşısını almaq məqsədilə onun əlinə bağlandığını göstərmişdir. Həmin xüsusat məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş İlyasova Zərifə Adgözəl qızı tərəfindən də təsdiq edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 127.3-cü maddəsində göstərilir ki, ekspertin rəyi təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburi deyil, hər hansı başqa sübut kimi cinayət prosesini həyata keçirən orqan tərəfindən yoxlanılmalı və işin bütün halları ilə bağlı surətdə qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs balta ilə zərbə yetirərkən zərərçəkmişin başında yaylıq olmadığı, ekspertiza təqdim edilmiş yaylığın hadisədən sonra zərərçəkmiş şəxs xəstəxanaya aparılarkən qonuşu tərəfindən onun əlinə bağlandığı məhkəmə istintaqı zamanı müəyyən edildiyindən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X21-Təcrübi və Tədris Birliyinin xx xxxxx 2019-cu il tarixli, 126-MTKŞ/2019 nömrəli rəyi həmin hissədə sübut kimi qəbul edilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2002-ci il tarixli 3 saylı qərarının 2-ci bəndində qeyd edilir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Həmin Qərarın 3-cü bəndində göstərilir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin Qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə hazırki iş üzrə sübutlara qiymət verərkən, həmçininAzərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun həmin tövsiyələrini də nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına, niyyətinin sadəcə baltanı göstərərək Pərvanəni qorxutmaq olduğuna, həmçinin hadisə baş verdiyi vaxt oğlu Vəfadarın otaqda olub-olmamasını xatırlamadığına dair məhkəmə istintaqında verdiyi ifadəsini zərərçəkmiş şəxsin, hadisənin birbaşa şahidi olmuş oğlu Şahid1, iş üzrə digər şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə digər şübhə doğurmayan sübutlarla ziddiyyət təşkil etdiyi qənaətinə gələrək həmin ifadələri həqiqətə uyğun gəlməyən, təqsirləndirilən şəxs tərəfindən cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs evin qarşı tərəfində yerləşən yardımçı tikilindən baltanı götürən zaman orada insan həyatı və sağlamlığı üçün daha az təhlükə yarada biləcək, lakin başqa şəxsi qorxutmaq üçün yetərli sayıla bilən digər predmetlər olmasına baxmayaraq məhz baltanı götürmüş, baltanı köynəyinin altında gizlədərək Pərvanəni evin içinə dəvət edərək hadisələrin davamı zamanı balta ilə zərbəni Pərvanənin məhz həyat üçün mühüm orqan olan baş nahiyəsinə yetirmiş, əlləri və qolları ilə növbəti zərbələrdən yayınan zaman zərərçəkmiş şəxs xəsarətlər almış, otaqdakı çarpayına altına girərək özünü növbəti zərbələrdən qoruya bilmiş və oğlu Vəfadarın anasına yetirilən birinci zərbənin şahidi olduqdan sonra çölə çıxıb qışqıraraq qonşuları köməyi çağırması səbəbindən təqsirləndirilən Təqsirləndirilən şəxs öz niyyətini sonlandıra bilməmişdir. Beləliklə, məhkəmə, məhkəmə baxışında tədqiq edilmiş yuxarıda sadalanan sübutlara obyektiv hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs uzun müddət Rusiya Federasiyasında məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasını çəkdikdən sonra xx xxxxxx 2018-ci il tarixdə Azərbaycan Respublikasına qayıdıb Bərdə rayonunun Cəyirli kəndində yerləşən evində ailəsi ilə birlikdə yaşamağa başladıqdan sonra arvadı X6 onu uzun müddət həbsdə olması ilə əlaqədar əri kimi qəbul etməməsi, sözünün ailədə keçərli olmaması, övladlarına irad bildirəndə buna qarşı çıxıb onu oğullarının gözündə hörmətdən salması səbəbindən aralarında mütəmadi davam edən mübahisələrdən hiddətlənib ailə münaqişəsi zəminində arvadını qisas almaq niyyəti ilə qəsdən öldürüb bütün bunlara son qoymaq qərarına gəlmiş, bu məqsədlə xx xxxx 2019-cu il tarixdə saat 15 radələrində əvvəlcədən evinin həyətində olan yardımçı tikilidən götürdüyü işçi metallik hissəsi zavod üsulu ilə, dəstəyi isə kustar üsulla hazırlanmış təsərrüfat təyinatlı, soyuq silah hesab edilməyən baltanı arvadının onun niyyətindən agah olmaması üçün köynəyinin altında gizlədib evin həyətində olan Zərərçəkmiş şəxs yaxınlaşıb, onu söz deyəcəyi adı ilə evin yataq otağına çağırıb köynəyinin altından çıxartdığı baltanın iti tərəfi ilə öldürmək niyyəti ilə azyaşlı oğlu Şahid1 həmin hərəkətləri ilə əzab verdiyini dərk etdiyi halda onun gözü qarşısında müstəsna dərəcədə qəddarlıq nümayiş etdirməklə qəsdən bir neçə dəfə həyat üçün vacib orqanına, baş nahiyəsinə zərbə endirib başının sol təpə nahiyəsinin əzilmiş çapılmış yarası ilə sol təpə sümüyünün xarici səhvəsinin xətti sınığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid, sol əl nahiyəsinin V barmağının kəsilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid, sol bazu nahiyəsinin kəsilmiş yarası, qançırı kimi birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, lakin, dayanmadığını görən Zərərçəkmiş şəxs onun əlindən canını qurtarmaq üçün hadisənin baş verdiyi otaqdakı çarpayının altına girib gizlənmiş, o, cinayətkar əməlini başa çatdırmaq üçün sonuncunun üzərinə getsə də, ağlayıb qışqıraraq çölə qaçan oğlu Şahid1 qonşuları köməyə səsləməsi səbəbindən yaxalanacağından qorxaraq hadisə yerindən uzaqlaşmağa məcbur olması, oraya gəlmiş qonşuların köməyi ilə Zərərçəkmiş şəxs hadisədən dərhal sonra Bərdə Mərkəzi rayon Xəstəxanasına çatdırılaraq ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən öz iradəsindən asılı olmayan qeyd edilən səbəblərdən cinayət əməlini başa çatdıra bilməmiş, Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni onu qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində Təqsirləndirilən şəxs təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlukəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CMnin 41.2-ci və 58.3-cü maddələrinə əsaslanaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları müzakirə edir, sosial ədalətin bərpası, həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətin törədilməsinin qarşısının alınması məqsədi ilə təyin olunacaq cəzanın onun islah olunmasına, ailə vəziyyətinə təsirini nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxx 2019-cu il tarixli “könüllü gəlib təqsirini boynuna alma haqqında” protokola əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət hadisəsini törətdikdən sonra azad və könüllü surətdə Bərdə rayon polis şöbəsinə gəlib törətdiyi cinayət əməlini etiraf edərək cinayətin açılmasına fəal kömək etdiyindən qeyd edilən hal cəza təyin edilməsi zamanı nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna almaqla cinayətin açılmasına fəal kömək etməsini, Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində iki azyaşlı uşağının olmasını, CM-in 59.2-ci maddəsinin tələbinə görə əməlindən peşman olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx xxxxx 2012-ci il tarixli «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi kimi qəbul edilməlidir. Cinayət törətmiş şəxsin könüllü surətdə istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə törətdiyi cinayəti etiraf edərək təqsirini boynuna alması, cinayət mühakimə icraatının sonrakı mərhələlərində öz təqsirini inkar etməsindən asılı olmayaraq, məhkəmələr tərəfindən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində qeyd olunan “bu Məcəllənin 59.1.9 və 59.1.10-cu maddələrində” müddəası bu maddələrdə nəzərdə tutulan halların həm məcmu şəklində, həm də təqsirin formasından, cinayətin xarakterindən asılı olaraq müstəqil tətbiqini nəzərdə tutur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir. Həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə görə cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” qərarından görünür ki, başa çatmamış cinayətə görə CM-nin 60-cı maddəsində nəzərdə tutulmuş əsaslarla cəza təyin edilərkən nəzərə almaq lazımdır ki, bu zaman daha ciddi cəza növünün son həddinin dörddə üçü qanunla cinayətə hazırlıq və cinayətə cəhd üçün müəyyən edilən cəzanın yuxarı həddindən hesablanmalıdır. Yəni cinayətə hazırlığa görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş ən ciddi cəza növünün yuxarı həddinin yarısının dörddə üçündən, cinayətə cəhd üçün isə dörddə üçünün dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsinin sanksiyanın yuxarı həddi 20 ildir və Təqsirləndirilən şəxs cinayət etməyə cəhdə görə təqsirləndirildiyindən Cinayət Məcəlləsinin 63.3-cü maddəsinin və Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə görə ona bu maddə ilə 20 ilin dörddə üç hissəsi olan 15 ilin dörddə üçü olan 11 il 03 aydan artıq azadlıqdan məhrum etmə cəzası təyin edilə bilməz. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəməqərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu xx xxxx 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 99-1.1.-ci maddəsində nəzərdə tutulmuş əmlakı müəyyən edilmədiyindən barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. MəhkəməAzərbaycan Respublikasının CPM-nın 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübutlar - Bərdərayonprokurorluğundasaxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qan nümunələri, bir ədəd balta, Zərərçəkmiş şəxs məxsus bir ədəd xələt, bir ədəd yaylıq, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd göy-qara naxışlı uzunqol köynək, bir ədəd qəhvəyi rəngli dəri gödəkcə məhvedilməlidir. İş üzrə maddi ziyan, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 11 ( on bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan – xx xxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübutlar - Bərdə rayon prokurorluğunda saxlanılan hadisə yerinə baxış zamanı götürülmüş qan nümunələri, bir ədəd balta, Zərərçəkmiş şəxs məxsus bir ədəd xələt, bir ədəd yaylıq, Təqsirləndirilən şəxs məxsus bir ədəd tünd göy rəngli cins şalvar, bir ədəd göy-qara naxışlı uzunqol köynək, bir ədəd qəhvəyi rəngli dəri gödəkcə məhv edilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X25 Məhkəməsi vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-23/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-23/2020
27.07.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver