Məhkəmə qərarları › İş №1(100)-23/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-23/2021

08.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-23/2021 08.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, xx.xx.1989-cu ildə Qazax rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, əvəllər məhkum olunmamış, orta təhsilli, işsiz, Ağsatafa rayonu, Aşağı Göycəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin Gəncə 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq ümumi təmiz çəkisi 72,107 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitədən bir ədəd salfet kağıza bükülmüş 0,870 qram çəkidə qurudulmuş marixuananı etibarnamə əsasında idarə etdiyi “VAZ 21013” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuq altı hissəsinə, bir ədəd salfet kağıza bükülmüş 2,535 qram və 15 ədəd kibrit qutusunda ayrılıqda 3,387qram, 3,053 qram, 3,481 qram, 3,369qram, 2,862 qram, 3,765 qram, 3,611 qram, 2,110qram, 2,003 qram, 3,147 qram, 3,542 qram, 3,587 qram, 3,532 qram, 3,538 qram, 3,267 qram olmaqla ümumilikdə 48,254 qram çəkidə qurudulmuş marixuananı yaşadığı Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində yerləşən mətbəxinə, bir ədəd açıq vəziyyətdə və iki ədəd polietilen bükülülərdə ayrılıqda 1,166 qram, 0,354 qram, 0,606 qram olmaqla cəmi 2,126 qram çəkidə və beş ədəd kibrit qutusunda ayrılıqda 3,955 qram, 3,399 qram, 3,358 qram, 3,966 qram, 3,644 qram olmaqla cəmi 18,322 qram çəkidə qurudulmuş marixuananı yaşadığı evin yataq otağına qanunsuz daşıyaraq gizlətməklə saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 şöbəsinin əməkdaşları tərəfindən 24 iyul 2019-cu il tarixdə saat 15 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq idarə etdiyi “VAZ 21013” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qoltuq altı hissəsindən bir ədəd salfet kağıza bükülmüş 0,870 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs icazəsi və razılığı ilə faktiki yaşadığı Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətində yerləşən mətbəxindən satış məqsədi ilə əldə edib gizlətməklə saxladığı bir ədəd salfet kağıza bükülmüş 2,535 qram çəkidə və 15 ədəd kibrit qutusunda olmaqla cəmi 48,254 qram çəkidə, yaşadığı evin yataq otağından bir ədəd açıq vəziyyətdə və iki ədəd polietilen bükülülərdə birlikdə 2,126 qram çəkidə və beş ədəd kibrit qutusunda olmaqla cəmi 18,322 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 24 iyul 2019-cu il tarixdə saat 15 radələrində polis əməkdaşları tərəfindən kəndin içərisində, yaşadığı evdən 3-4 kilometr aralıda tutularaq evə gətirilmiş, avtomobilində və yasadığı evdə narkotik maddə olan marixuana saxlamağı ilə bağlı barəsində əməliyyat məlumatları olduğu üçün avtomobilinə və yaşayış evinə baxış keçiriləcəyi bildirilmişdir. Polis əməkdaşlarına səmimi etiraf edərək avtomobilində və evində narkotik vasitə marixuana olmasını bildirmişdir. Ərizə yazaraq polis əməkdaşlarına avtomobilinə və yaşayış evinə baxış keçirilməsinə icazə vermişdir. Əvvəlcə özünə məxsus **-BS-*** dövlət qeydiyyat nişanlı “VAZ 21013” markalı avtomobilində qoltuq altında açıq vəziyyətdə saxladığı narkotik vasitə marixuananı təqdim etmişdir. Bundan sonra avtomobilinə baxış keçirilməsinə başlanılmış və avtomobilində təqdim etdiyi narkotik vasitə marixuanadan başqa heç bir narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evin həyətinə daxil olaraq sol tərəfdə yerləşən yardımçı tikilidə, mətbəx kimi istifadə olunan otağa daxil olmuşlar. Orada olan şkafın üstündən polietilen torbalara yığdığı kibrit qutularında və salfet kağızının arasında olan narkotik vasitə marixuananı polis əməkdaşlarına təqdim edib, həmin mətbəxdə başqa narkotik vasitə marixuana olmadığını bildirmişdir. Baxış zamanı da təqdim etdiyi narkotik vasitə marixuanadan başqa heç bir predmet aşkar olunmamışdır. Bundan sonra polis əməkdaşları mətbəxdən yataq otağına keçmişlər və həmin otaqda göy rəngli polietilen torbadan 5 kibrit qutularında və üç ədəd salfet bükümlərdə narkotik vasitə marixuana aşkar etmişlər. Həmin narkotik vasitələr ona məxsus olmamışdır. Lakin çəkilişdən əvvəl döyüldüyü və fiziki təsirlərə məruz qaldığı üçün həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları başqa yerlərdə narkotik vasitə olub-olmaması barədə ona sual vermişlər. O isə başqa heç bir yerdə narkotik vasitə olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları ona evin digər otaqlarına da baxmaq istədiklərini bildirdikləri üçün polis əməkdaşları ilə birgə əvvəlcə evinin otaqlarına, sonra həyətində olan hamama, sonra isə toyuq hini kimi istifadə etdikləri yardımçı tikiliyə keçmişlər. Baxış zamanı hamamdan heç nə aşkar olunmamış, toyuq hinindən isə iki ədəd içərisində narkotik vasitə marixuana olan polietilen torbalar aşkar olunmuşdur. Aşkar olunan həmin narkotik vasitələr də ona məxsus olmamışdır. Bundan sonra həmin bağlamaların üzərinə imzalar etmiş və həmin bağlamalar möhürlənərək götürülmüşdür. Bundan sonra polis əməkdaşları aşkar edilən narkotik vasitələri haradan əldə etdiyi barədə maraqlandıqda o, həmin narkotik vasitələri 2018-ci ilin mart ayının sonlarında yaşadığı Ağstafa rayonu, Aşağı Göycəli kəndinin çıxacağında, el arasında “İskira dəyirmanı” deyilən yerə çatmamış su kanalının kənarına 2 (iki) ədəd çətənə bitkisini əkib becərib kultivasiya edərək yetişdirdiyini, daha sonra isə qurudaraq yaşadığı evə gətirib yığdığını bildirmişdir. Bundan sonra tədbir iştirakçıları ilə birlikdə həmin ünvana yollanmış və oraya aqranom mütəxəssis dəvət edilmişdir.Narkotik vasitə marixuanaları əkib becərdiyi ərazini polis əməkdaşlarına təqdim etmiş, polis əməkdaşları həmin ərazidən torpaq nümunəsi götürərək qablaşdırmışlar. Sonra polis əməkdaşları onu Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsinə aparmışlar. İfadəsinə əlavə olaraq avtomobilindən aşkar olunan narkotik vasitənin və mətbəxdə rəfin üzərindən aşkar olunan 15 kibrit qutusunda, həmçinin həmin rəfin üzərindən bir ədəd kağiz bükümdə aşkar olunan qurudulmuş marixuananın ona məxsus olduğunu, digər aşkar olunmuş narkotik vasitələrin, yəni yataq otağındakı stolun üzərində olan göy rəngli sellofan torbadakı beş ədəd kibrit qutularındakı və stolun üzərində olan şüşə qabın içərisindəki iki ədəd sellofan bükümdə və bir ədəd açıq şəkildə qurudulmuş marixuananın, həmçinin toyuq hini kimi istifadə olunan tikilinin divarının yanından bir ədəd qırmızı və bir ədəd ağ rəngli polietilen torbalarda aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. Həmçinin əlavə olaraq göstərmişdir ki, döyüldüyü üçün videoçəkiliş zamanı yataq otağındakı stolun üzərində olan göy rəngli sellofan torbadakı beş ədəd kibrit qutularındakı və stolun üzərində olan şüşə qabın içərisindəki iki ədəd sellofan bükümdə və bir ədəd açıq şəkildə qurudulmuş marixuananın ona məxsus olduğunu, toyuq hini kimi istifadə olunan tikilinin divarının yanından bir ədəd qırmızı və bir ədəd ağ rəngli polietilen torbalarda aşkar olunan narkotik vasitələri isə xatırlamadığını, həmin torbalardan xəbərinin olmadığını bildirmişdir. Əlavə olaraq ona məxsus olan və baxış zamanı avtomobilindən və mətbəxdən aşkar edilmiş 15 kibrit qutusunda və bir ədəd kağiz bükümdə aşkar olunan qurudulmuş marixuananınsatış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitə qurudulmuş marixuanadan heç kəsə satmadığını, heç kəsə satmaq niyyətinin olmadığını, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini və həmin narkotik vasitələri də istifadə etmək məqsədi ilə avtomobilində və yaşadığı evdə saxladığını, törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşı Şahid1 ifadəsində göstərmişdir ki, DİN-in BNMİ-nin X8 şöbəsinə Ağstafa rayonu Aşağı Göycəli kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi“VAZ 21013” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilində və yaşadığı evində narkotik vasitə olan qurudulmuş marixuana gəzdirməsi, daşıması və saxlaması, eləcə də həyətyanı torpaq sahəsində tərkibində narkotik maddə olan bitkilər əkib becərməsi və kultivasiya etməsi barədə məlumat daxil olmuşdur. Həmin məlumat dərhal raportla QBRŞ-nin rəhbərliyinə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs həmin avtomobilinə, yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsi ilə bağlı təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar çıxarılmış, həmçinin, şöbə əməkdaşlarından ibarət əməliyyat-axtarış qrupu yaradılmışdır. 24.07.2019cu il tarixdə saat 14:20 radələrində əməliyyat axtarış qrupunun üzvləri BNMİ-nin QBRŞ-nin balansında olan avtomobillərlə Ağstafa rayonuna çatmışlar. Ağstafa rayonu Aşağı Göycəli kəndinə gələrək Ağstafa RİHB-nın Aşağı Göycəli inzibati ərazi dairəsi üzrə nümayəndəsi ilə görüşmüş və keçiriləcək əməliyyat axtarış tədbirinin mahiyyəti barədə məlumat verilmişdir. Bundan sonra tədbirdə iştirak edən, protokolda göstərilmiş şəxslər birlikdə saat 15 radələrində Təqsirləndirilən şəxs Aşağı Göycəli kəndində yerləşən, yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmişlər.Evin qarşısında, küçədə, “VAZ 21013” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış Təqsirləndirilən şəxs müəyyən edib yaxınlaşmış və xidməti vəsiqələri göstərərək polis əməkdaşları olduqlarını bildirərək barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi barədə səlahiyyətli subyektin qərarını elan etmiş, avtomobilində, yaşadığı evdə narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən video çəkiliş altında baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və avtomobilində və qarşısında dayandığqları yaşadığı evində narkotik vasitə marixuana saxladığını səmimi olaraq etiraf etmişdir. Sonra video çəkiliş altında Təqsirləndirilən şəxs həmin avtomobilin qabaq qapısını açaraq qabaq oturacaqların arasında yerləşən saxlanc yerindən bir ədəd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsini götürüb təqdim etmişdir.Bitki kütləsi tərəflərindən götürülmüşdür.Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni ötən il yaşadığı kəndin ərazisində, çöldə özünün istifadəsi üçün əkib becərdiyi narkotik xassəli çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Həmin avtomobilə baxış zamanı digər narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır.Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitə marixuananı təqdim etmək üçün yaşadığı evə dəvət etmişdir.Təqsirləndirilən şəxs arxasınca həyətə daxil olaraq sol tərəfdə yerləşən mətbəx kimi istifadə olunan tikiliyə daxil olmuşlar.Təqsirləndirilən şəxs həmin otaqda üzərinə əsasən boşqablar yığılmış rəfin üzərində, içərisində kibrit qutuları olan ağ rəngli sellofan torbanı göstərərək təqdim etmiş, həmin kibrit qutularının içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir.Həmin torba tərəflərindən götürülüb otağın ortasında olan stolun üzərinə qoyulmuş və baxış keçirilərkən torbada içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu on beş ədəd kibrit qutusu, eləcə də həmin rəfin üzərindən bir ədəd kağız bükümün içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu aşkar olunmuşdur. Həmin torba və büküm, eləcə də avtomobildən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər bitki kütləsi kağız qutuya qoyularaq qablaşdırmaq üçün götürülmüşdür. Təqsirləndirilən şəxs olduqları otaqdan çıxdıqda sol tərəfdə yerləşən yataq otağına dəvət etmiş və həmin otağa gəlmişlər. Təqsirləndirilən şəxs otaqdakı stolun üzərində olan göy rəngli sellofan torbadakı kibrit qutularını göstərib içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Baxış zamanı həmin torbanın içərisində olan beş ədəd kibrit qutularının içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu, eləcə də stolun üzərində olan şüşə qabın içərisindən iki ədəd sellofan bükümdə və bir ədəd açıq şəkildə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar olunub tərəflərindən götürülmüşdür.Təqsirləndirilən şəxsla aparılan sorğular nəticəsində evin digər otaqlarında narkotik vasitə vardırsa könüllü olaraq təqdim etməsi təklif edildikdə sonuncu ötən il əkib becərdiyi narkotik xassəli bitkilərdən əldə etdiyi narkotik vasitələri evin müxtəlif yerlərində saxladığından həmin narkotik vasitələrdən evin hansı yerindəsə yaddan çıxıb qalmaq ehtimalının olduğunu bidirmişdir. Buna görə evin digər otaqlarına və tikililərə baxış keçirilərkən toyuq hini kimi istifadə olunan tikilinin divarının yanından bir ədəd qırmızı və bir ədəd ağ rəngli polietilen torbanın içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar olunmuşdur. Həmin polietilen torbalar da tərəflərindən götürüldükdən sonra evin həyətində həmin narkotik vasitə marixuanaya bənzər kütlələr ekspertizaya göndərilməsi üçün video çəkiliş altında ayrı-ayrılıqda qablaşdırılmış, möhürlənməklə imzalanmışdır. Bundan sonra şifahi sorğu zamanı tərəflərindən aşkar olunub götürülmüş həmin narkotik vasitələri Təqsirləndirilən şəxs özünün istifadəsi üçün ötən il yaşadığı kəndin ərazisində, çöldə əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyinibildirdiyindən dəvət edilmiş aqronom mütəxəssisin iştirakı ilə Təqsirləndirilən şəxs göstərdiyi, Ağstafa rayonu Aşağı Göyçəli kəndinin çıxacağında, su arxının kənarına baxış keçirilmişdir. Baxış zamanı həmin yerdə narkotik tərkibli çətənə bitkilərinin əkilib becərilməsi, həmin yerdə narkotik tərkibli bitkilərin qalıqları aşkar olunmamış və aqronom mütəxəssis həmin bitkilərin əkilib becərilməsi izlərinin aşkar olunmaması barədə rəy vermişdir.Həmin yerdən gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən ağ rəngli polietilen torbada torpaq nümunəsi götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs Gəncə şəhərində yerləşən BNMİ-nin QBRŞ-nə gətirilmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı heç bir təsir və ya təzyiq göstərilməmiş, aşkar olunmuş narkotik vasitələri özü könüllü olaraq təqdim etmişdir. Baxış keçirilərkən birinci çəkilişin hansı səbəbdən dayandırılmasını xatırlamadığını, birinci çəkilişdən dərhal sonra ikinci çəkilişin aparıldığını, ikinci çəkiliş vaxtı aşkar edilmiş narkotik vasitələrin Təqsirləndirilən şəxs məxsus olmasını Sənanın özü tərəfindən də etiraf olunduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları Şahid2, Şahid3, Şahid4, Şahid5 və Şahid6 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Sənan onlarla birlikdə Ağstafa rayonundakı evlərində yaşayır. Oğlu Sənanın narkotik vasitə istifadə etməsindən və yaşadıqları evdə saxlamasından xəbəri olmamışdır. Bu barədə polis əməkdaşları gəldikdən sonra və narkotik vasitələri aşkar etdikdən sonra məlumatı olmuşdur. Bağda işləyən zaman səs eşitmiş, evə gələndə həyətdə 7-8 nəfər mülki geyimli polis əməkdaşlarının olduğunu görmüşdür. Onların rəhbəri yaxınlaşıb, özünü təqdim edərək axtarış aparmağa gəldiklərini bildirmiş, heç bir etiraz etməyərək yazılı ərizə təqdim etmişdir. Ancaq baxışda iştirak etməmişdir. Onlar axtarış apararkən özü bağda onların rəhbərləri Zəfər Abıyevlə ağacın altında oturmuşdur. Sonradan narkotik vasitələrin qablaşdırılmasında iştirak edərək protokolu imzalamışdır. İfadəsinə əlavə olaraq göstərmişdir ki, axtarış aparılan zaman ona hər hansı bir formada təsir olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu X6 rəisi vəzifəsində işlədiyi vaxt 24.07.2019-cu il tarixdə saat 15-16 radələrində DİN-in BNMİ-nin X8 şöbəsinin əməkdaşları ona yaxınlaşaraq Ağstafa rayonu, Aşağı Göyçəli kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu və evinə keçirilən baxış zamanı narkotik vasitə qurudulmuş marixuana aşkar edildiyini bildirmişlər. Polis əməkdaşları Təqsirləndirilən şəxs aşkar olunub götürülmüş həmin narkotik vasitələri Təqsirləndirilən şəxs özünün istifadəsi üçün ötən il yaşadığı kəndin ərazisində, çöldə əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərindən əldə etdiyini və narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyi həmin yeri göstərə biləcəyini bildirmişdir. Polis əməkdaşları onlarla birlikdə həmin əraziyə gəlməsini və keçiriləcək baxışda iştirak etməsini təklif etmişlər. Polis əməkdaşlarının təklifi ilə razılaşmış və onlarla birlikdə Ağstafa rayonu, Aşağı Göyçəli kəndinin çıxacağında, su arxının kənarına yollanmışlar. Həmin əraziyə baxış keçirilmişdir. Baxış zamanı həmin yerdə narkotik tərkibli çətənə bitkilərinin əkilib becərilməsi, həmin yerdə narkotik tərkibli bitkilərin qalıqları aşkar olunmamış və həmin bitkilərin əkilib becərilməsi izlərinin aşkar olunmaması barədə rəy vermişdir. Həmin yerdən gələcəkdə iş üçün əhəmiyyət kəsb edə biləcəyindən ağ rəngli polietilen torbada torpaq nümunəsi götürülmüş və ağ rəngli kağız zərfə qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Ağstafa rayonu İcra Hakmiyyəti Başçısının Aşağı Göycəli inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində çalışır. 24.07.2019-cu il tarixdə saat 14 radələrində DİN-in BNMİ-nin X8 şöbəsinin əməkdaşları Ağstafa rayonu Aşağı Göyçəli kəndinə gələrək ona həmin kəndin sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirib keçiriləcək əməliyyat axtarış tədbirinin mahiyyəti barədə məlumat vermişlər. Bundan sonra tədbirdə iştirak edən, protokolda göstərilmiş şəxslər birlikdə saat 15 radələrində Təqsirləndirilən şəxs Aşağı Göyçəli kəndində yerləşən, yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmişlər. Evin qarşısında, küçədə “VAZ 21013” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmışlar. Polis əməkdaşları xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirib, ona barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi barədə səlahiyyətli subyektin qərarını elan etmiş, avtomobilində, yaşadığı evdə narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən video çəkiliş altında baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, avtomobilində və qarşısında dayandıqları yaşadığı evində narkotik vasitə marixuana saxladığını səmimi olaraq etiraf etmişdir. Sonra video çəkiliş altında Təqsirləndirilən şəxs həmin avtomobilin qabaq qapısını açaraq qabaq oturacaqların arasında yerləşən saxlanc yerindən bir ədəd yaşıl rəngli, kəskin iyli, narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsini götürüb təqdim etmişdir. Bitki kütləsi polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni ötən il yaşadığı kəndin ərazisində, çöldə özünün istifadəsi üçün əkib becərdiyi narkotik xassəli çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Həmin avtomobilə baxış zamanı digər narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitə marixuananı təqdim etmək üçün onları yaşadığı evə dəvət etmişdir. Təqsirləndirilən şəxs arxasınca həyətə daxil olaraq sol tərəfdə yerləşən mətbəx kimi istifadə olunan tikiliyə daxil olmuşlar. Təqsirləndirilən şəxs həmin otaqda üzərinə əsasən boşqablar yığılmış rəfin üzərində, içərisində kibrit qutuları olan ağ rəngli sellofan torbanı göstərərək təqdim etmiş, həmin kibrit qutularının içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin torba polis əməkdaşları tərəfindən götürülüb otağın ortasında olan stolun üzərinə qoyulmuş və baxış keçirilərkən torbada içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu on beş ədəd kibrit qutusu aşkar olunmuşdur. Eləcədə həmin rəfin üzərindən bir ədəd kağız bükümün içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu aşkar olunmuşdur. Həmin torba və büküm, eləcədə avtomobildən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər bitki kütləsi kağız qutuya qoyularaq qablaşdırmaq üçün götürülmüşdür. Təqsirləndirilən şəxs onları olduqları otaqdan çıxdıqda sol tərəfdə yerləşən yataq otağına dəvət etmiş və həmin otağa gəlmişlər. Təqsirləndirilən şəxs otaqdakı stolun üzərində olan göy rəngli sellofan torbadakı kibrit qutularını göstərib içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirmişdir. Baxış zamanı həmin torbanın içərisində olan beş ədəd kibrit qutularının içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu aşkar olunmuşdur. Eləcə də stolun üzərində olan şüşə qabın içərisindən iki ədəd sellofan bükümdə və bir ədəd açıq şəkildə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar olunmuş və polis əməkdaşları tərəfindən götürülmuşdür. Bundan sonra toyuq hini kimi istifadə olunan tikilinin divarının yanından bir ədəd qırmızı və bir ədəd ağ rəngli polietilen torbanın içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar olunmuşdur. Həmin polietilen torbalar da polis əməkdaşları tərəfindən götürüldükdən sonra evin həyətində həmin narkotik vasitələr qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş 24 iyul 2019-cu il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə” protokoldan görünür ki, Ağstafa rayonu Aşağı Göycəli kəndində yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21013” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilində və yaşadığı evində narkotik vasitə olan qurudulmuş marixuana gəzdirməsi, daşıması və saxlaması, eləcə də həyətyanı torpaq sahəsində tərkibində narkotik maddə olan bitkilər əkib becərməsi və kultivasiya etməsi barədə DİN-in BNMİ-nin QBRŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra tədbirdə iştirak edən protokolda göstərilmiş şəxslər birlikdə təxminən saat 15:00 radələrində Təqsirləndirilən şəxs Aşağı Göycəli kəndində yerləşən yaşadığı fərdi yaşayış evinin qarşısına gəlmişlər. Onlar evin qarşısında, küçədə “VAZ 21013” markalı ** BS *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmış Təqsirləndirilən şəxs müəyyən edib ona yaxınlaşmışlar. Onlar xidməti vəsiqələrini göstərərək polis əməkdaşları olduqlarını bildirmişlər. Ona barəsində təxirəsalınmaz əməliyyat axtarış tədbirinin keçirilməsi barədə səlahiyyətli subyektin qərarını elan etmiş, ondan avtomobilində, yaşadığı evdə narkotik vasitə və ya digər qanunsuz əşya olub-olmadığını soruşmuşlar. Həmin vaxt Təqsirləndirilən şəxs heç bir müqavimət göstərmədən video çəkiliş altında baxış keçirilməsinə heç bir etirazının olmadığını, avtomobilində və qarşısında dayandıqları yaşadığı evdə narkotik vasitə marixuana saxladığını səmimi olaraq etiraf etmişdir. Sonra video çəkiliş altında Təqsirləndirilən şəxs həmin avtomobilin qabaq qapısını açaraq qabaq oturacaqların arasında yerləşən saxlanc yerindən bir ədəd yaşıl rəngli kəskin iyli, narkotik vasitə marixuanaya bənzər qurudulmuş bitki kütləsini götürüb təqdim etmişdir. Bitki kütləsi tərəflərindən götürülmüşdür. Təqsirləndirilən şəxs həmin bitki kütləsinin narkotik vasitə marixuana olduğunu, həmin narkotik vasitəni ötən il yaşadığı kəndin ərazisində, çöldə özünün istifadəsi üçün əkib becərdiyi narkotik xassəli çətənə bitkilərindən əldə etdiyini bildirmişdir. Həmin avtomobilə baxış zamanı digər narkotik vasitə və ya qanunsuz əşya aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə saxladığı narkotik vasitə marixuananı təqdim etmək üçün onları yaşadığı evə dəvət etmişdir. Onlar Təqsirləndirilən şəxs arxasınca həyətə daxil olaraq sol tərəfdə yerləşən mətbəx kimi istifadə olunan tikiliyə daxil olmuşlar. Təqsirləndirilən şəxs həmin otaqda üzərinə əsasən boşqablar yığılmış rəfin üzərində, içərisində kibrit qutuları olan ağ rəngli sellofan torbanı göstərərək təqdim etmiş, həmin kibrit qutularının içərisindəkinin narkotik vasitə olan marixuana olduğunu bildirmişdir. Həmin torba tərəflərindən götürülüb otağın ortasında olan stolun üzərinə qoyulmuş və baxış keçirilərkən torbada içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu 15(on beş) ədəd kibrit qutusu aşkar olunmuşdur. Eləcədə həmin rəfin üzərindən bir ədəd kağiz bükümün içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu aşkar olunmuşdur. Həmin torba və büküm, eləcədə avtomobildən aşkar olunmuş qurudulmuş marixuanaya bənzər bitki kütləsi kağız qutuya qoyularaq qablaşdırmaq üçün götürülmüşdür. Təqsirləndirilən şəxs onları olduqları otaqdan çıxdıqda sol tərəfdə yerləşən yataq otağına dəvət etmiş və onlar həmin otağa gəlmişlər. Təqsirləndirilən şəxs otaqdakı stolun üzərində olan göy rəngli sellofan torbadakı kibrit qutularını göstərib içərisindəkinin narkotik vasitə marixuana olduğunu bildirdi. Baxış zamanı həmin torbanın içərisində olan beş ədəd kibrit qutularının içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələrinin olduğu aşkar olundu. Eləcə də stolun üzərində olan şüşə qabın içərisindən iki ədəd sellofan bükümdə və bir ədəd açıq şəkildə yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar olunmuş və götürülmüşdür. Təqsirləndirilən şəxsla aparılan sorğular nəticəsində ona evin digər otaqlarında narkotik vasitə vardırsa könüllü olaraq təqdim etməsi təklifi edildikdə sonuncu ötən il əkib becərdiyi narkotik xassəli bitkilərdən əldə etdiyi narkotik vasitələri evin müxtəlif yerlərində saxladığından həmin narkotik vasitələrdən evin hansı yerindəsə yaddan çıxıb qalmaq ehtimalının olduğunu bildirmişdir. Buna görə evin digər otaqlarına və tikililərə baxış keçirilərkən toyuq hini kimi istifadə olunan tikilinin divarının yanından bir ədəd qırmızı və bir ədəd ağ rəngli polietilen torbanın içərisində yaşıl rəngli, kəskin iyli, narkotik vasitə qurudulmuş marixuanaya bənzər bitki kütlələri aşkar olunmuş, Həmin polietilen torbalar da tərəfimizdən götürüldükdən sonra evin həyətində həmin narkotik vasitə marixuanaya bənzər kütlələr ekspertizaya göndərilməsi üçün video çəkiliş altında ayrı-ayrılıqda qablaşdırılmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 Şöbəsindən alınmış 14dekabr 2019-cu il tarixli, 206- 1651-1219 nömrəli əməliyyat tapşırığına cavabdan görünür ki,Təqsirləndirilən şəxs yaşadığı ərazidə keçirilmiş sorğular nəticəsində onun narkotik vasitə olan marixuananın qanunsuz satışı və qəbulu barədə məlumatlar daxil olsa da konkret həmin şəxsin şəxsiyyətini, digər cinayət əlaqələrini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 24iyul 2019-cu il tarixli 19077 nömrəli məhkəmə bioloji ekspertizasının rəyindən görünür ki, “Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi ** BS *** dövlət qeydiyyat nişanlı avtomobildən təqdim etdiyi narkotik maddəyə oxşar kütlə” yazılar və imzalar olan 1№-İi kağız paketdə 1 (bir) ədəd salfet kağızı bükümündə təmiz çəkisi-0,870 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşayış evinin mətbəxindən təqdim etdiyi narkotik vasitəyə marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 2№-li kağız paketdə 1 (bir) ədəd salfet kağızı bükümündə təmiz çəkisi-2,535 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs könüllü olaraq mətbəx kimi istifadə olunan qapalı tikilidən könüllü olaraq təqdim etdiyi 15 (on beş) ədəd kibrit qutusunun içərisində olan narkotik maddə qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 3№-li kağız paketdə 15 (on beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 3,387 qram; 3,053 qram; 3,481 qram; 3,369 qram; 2,862 qram; 3,765 qram; 3,611 qram; 2,110 qram; 2,003 qram; 3,147 qram; 3,542 qram; 3,587 qram; 3,532 qram; 3,538 qram; 3,267 qram, ümumi təmiz çəkisi - 48,254 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs baxış zamanı yaşadığı otaqdan təqdim etdiyi polietilenlərə bükülmüş 3 (üç) büküm narkotik vasitə olan marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 4№-li kağız paketdə 1 (bir) ədəd açıq vəziyyətdə 2 ədəd polietilen bükülülərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 1,166 qram; 0,354 qram; 0,606 qram, ümumi təmiz çəkisi - 2,126 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs könüllü olaraq yataq otağından təqdim etdiyi 5 (beş) ədəd kibrit qutularında olan qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan 5№-li kağız paketdə bir ədəd göy rəngli sellofan torbadakı 5 (beş) ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 3,955 qram; 3,399 qram; 3,358 qram; 3,966 qram; 3,644 qram, ümumi təmiz çəkisi - 18,322 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “...Təqsirləndirilən şəxs baxış zamanı yardımçı otaqdan aşkar olunan 2 (iki) ədəd polietilen torbada olan qurudulmuş marixuanaya oxşar kütlə” yazılar və imzalar olan qəhvəyi rəngli karton qutuda iki ədəd polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri-1510,0 qram; 990,0 qram, ümumi təmiz çəkisi-2500,0 qram bitki mənşəli kütlələr, tərkiblərində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır. Tədqiqata təqdim olunmuş 5 ədəd ağ rəngli kağız paketlərdə və bir ədəd qəhvəyi rəngli karton qutuda olan marixuanalar tərkiblərinə görə eynidirlər. Həmin marixuanaların ümumi təmiz çəkisi -2572,107 qramdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 07 avqust 2019-cu il tarixli, 1873 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi pereparatlarından sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzitərəfindən təqdim edilmiş 19avqust 2019-cu il tarixli 20317 nömrəli məhkəmə bioloji ekspertizasına dair rəyindən görünür ki, marixuana-əkilib-becərməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin xırdalanmasından kustar üsulla hazırlanmış narkotik vasitə olduğu üçün onun torpaqda əkilməsi mümkün deyil. Tədqiqata təqdim olunmuş üzərində “24.07.2019-cu il tarixdə Ağstafa rayonu Aşağı Göycəli kəndində keçirilən baxış zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi yerdən götürülmüş torpaq nümunəsi” yazılar və imzalar olan kağız paketdə bir ədəd sellofan torbada olan torpaq nümunəsinin tərkibində əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın hissəcikləri yoxdur və ona görə də müqayisəli tədqiqat aparılmamışdır. İş materiallarına əlavə edilmiş “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 24iyul 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 26iyul 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 24iyul 2019-cu il tarixdən hesablanmaqla, 04 (dörd) ay müddətində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa Rayon Məhkəməsinin 29 iyul 2019-cu il tarixli qərarından görünür ki, xx.xx.1989-cu ildə anadan olmuş, Ağstafa rayonu Aşağı Göycəli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs idarə etdiyi **-BS-*** dövlət qeydiyyat nişanlı, VAZ-21013 markalı avtomobilində və fərdi yaşayış evində axtarış keçirilməsi barədə Azərbaycan Respublikası DİN BNMİ-nin QBRŞ-nin əməliyyat müvəkkili polis baş leytenantı Şahid2 24 iyul 2019-cu il tarixli qərarı əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbirinin nəticələri qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş Ağstafa rayon icra hakimiyyəti başçısının Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 28.10.2019-cu il tarixli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Ağstafa rayon Aşağı Göycəli kəndində qeydiyyatdadır və onun ailə tərkibinə atası Şahid7, anası X5, bacısı X2 və qardaşı X4 daxildir. İş materiallarına əlavə edilmiş Ağstafa rayon icra hakimiyyəti başçısının Aşağı Göycəli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 28.10.2019-cu il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 1 nömrəli Respublika Psixatriya Xəstəxanası tərəfindən verilmiş 21.10.2019-cu il tarixli 7481 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs 1 nömrəli Respublika Psixatriya Xəstəxanasında müalicədə olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 22.10.2019-cu il tarixli 19/51-10194 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Respublika Narkoloji Mərkəzində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə tərkibi cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini, baxış keçirilməsi haqqında protokolu və ona əlavə edilmiş videoçəkilişləri və digər iş materiallarını tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs iki ədəd polietilen torbada ayrı-ayrılıqda 1510 qram və 990 qram olmaqla cəmi 2500 qram çəkidə qurudulmuş marixuananı yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımçıq tikiliyə qanunsuz daşıyaraq gizlətməklə saxlamasına dair verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilmədiyindən həmin ittiham verilmiş ittihamlardan xaric edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamdan görünür ki, o,istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - ümumi təmiz çəkisi 2572,107 qram olan narkotik vasitə qurudulmuş marixuananı əldə edərək həmin narkotik vasitədən bir ədəd salfet kağıza bükülmüş 0,870 qram çəkidə qurudulmuş marixuananı etibarnamə əsasında idarə etdiyi “VAZ 21013” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilin qoltuq altı hissəsinə, bir ədəd salfet kağıza bükülmüş 2,535 qram və 15 ədəd kibrit qutusunda ayrılıqda 3,387qram, 3,053 qram, 3,481 qram, 3,369qram, 2,862 qram, 3,765 qram, 3,611 qram, 2,110qram, 2,003 qram, 3,147 qram, 3,542 qram, 3,587 qram, 3,532 qram, 3,538 qram, 3,267 qram olmaqla ümumilikdə 48,254 qram çəkidə qurudulmuş marixuananı yaşadığı Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin həyətində yerləşən mətbəxinə, bir ədəd açıq vəziyyətdə və iki ədəd polietilen bükülülərdə ayrılıqda 1,166 qram, 0,354 qram, 0,606 qram olmaqla cəmi 2,126 qram çəkidə və beş ədəd kibrit qutusunda ayrılıqda 3,955 qram, 3,399 qram, 3,358 qram, 3,966 qram, 3,644 qram olmaqla cəmi 18,322 qram çəkidə qurudulmuş marixuananı yaşadığı evin yataq otağına və iki ədəd polietilen torbada ayrılıqda 1510 qram və 990 qram olmaqla cəmi 2500 qram çəkidə qurudulmuş marixuananı yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımçıq tikiliyə qanunsuz daşıyaraq gizlətməklə saxlamış, onun qanunsuz əməlləri barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 şöbəsinin əməkdaşları tərəfindən 24 iyul 2019-cu il tarixdə saat 15 radələrində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı o, Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinin qarşısında saxlanılaraq idarə etdiyi “VAZ 21013” markalı **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qoltuq altı hissəsindən bir ədəd salfet kağıza bükülmüş 0,870 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 15 radələrində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin X8 şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs icazəsi və razılığı ilə faktiki yaşadığı Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evinə keçirilən baxış zamanı həyətində yerləşən mətbəxindən satış məqsədi ilə əldə edib gizlətməklə saxladığı bir ədəd salfet kağıza bükülmüş 2,535 qram çəkidə və 15 ədəd kibrit qutusunda olmaqla cəmi 48,254 qram çəkidə, yaşadığı evin yataq otağından bir ədəd açıq vəziyyətdə və iki ədəd polietilen bükülülərdə birlikdə 2,126 qram çəkidə və beş ədəd kibrit qutusunda olmaqla cəmi 18,322 qram çəkidə və yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımçıq tikilidən iki ədəd polietilen torbada ümumilikdə külli miqdarda - 2500 qram çəkidə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs verilmiş ittihamla özünü təqsirli bilməyərək avtomobilindən aşkar olunan narkotik vasitənin və mətbəxdə rəfin üzərindən aşkar olunan 15 kibrit qutusunda, həmçinin həmin rəfin üzərindən bir ədəd kağız bükümdə aşkar olunan qurudulmuş marixuananın ona məxsus olduğunu, digər aşkar olunmuş narkotik vasitələrin, yəni yataq otağındakı stolun üzərində olan göy rəngli sellofan torbadakıbeş ədəd kibrit qutularındakı və stolun üzərində olan şüşə qabın içərisindəki iki ədəd sellofan bükümdə və bir ədəd açıq şəkildə qurudulmuş marixuananın, həmçinin toyuq hini kimi istifadə olunan tikilinin divarının yanından bir ədəd qırmızı və bir ədəd ağ rəngli polietilen torbalarda aşkar olunan narkotik vasitələrin ona məxsus olmadığını bildirmişdir. İş materiallarında olan “əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi” haqqında 24 iyul 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində saxladığı narkotik vasitəni təqdim etdikdən sonra yaşadığı evdə saxladığı narkotik vasitələri təqdim etmək üçün mətbəx kimi istifadə olunan tikilidə saxladığı 15 kibrit qutusunda və 1 ədəd kağız bükümdə olan narkotik vasitələri təqdim etmiş, bundan sonra yataq otağındakı stolun üzərindən 5 ədəd kibrit qutularındakı və şüşə qabın içərisindən 2 ədəd sellofan bükümdə və 1 ədəd açıq şəkildə olan narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin digər otaqlarında narkotik vasitə vardırsa könüllü olaraq təqdim etməsi təklif edildikdə Sənan ötən il əkibbecərdiyi narkotik xassəli bitkilərdən əldə etdiyi narkotik vasitələri evin müxtəlif yerlərində saxladığından həmin narkotik vasitələrdən evin hansı yerindəsə yaddan çıxıb qalmaq ehtimalının olduğunu bildirmişdir. Buna görə də evin digər otaqlarına və tikililərə baxış keçirilərkən toyuq hini kimi istifadə olunan tikilidən 2 ədəd polietilen torbada narkotik vasitələr aşkar edilmişdir. Həmin protokola əlavə edilmiş videoçəkiliş məhkəmə istintaqı zamanı tədqiq edilərkən isə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində saxladığı narkotik vasitəni təqdim etdikdən sonra yaşadığı evdə də narkotik vasitə olduğunu bildirərək həmin narkotik vasitələri təqdim etmək istədiyini bildirmiş, mətbəx kimi istifadə olunan tikilidə saxladığı 15 kibrit qutusunda və 1 ədəd kağız bükümdə olan narkotik vasitələri təqdim etmiş, bundan sonra yataq otağındakı stolun üzərindən 5 ədəd kibrit qutularındakı və şüşə qabın içərisindən 2 ədəd sellofan bükümdə və 1 ədəd açıq şəkildə olan narkotik vasitələri könüllü olaraq təqdim etmişdir. Bundan sonra polis əməkdaşının başqa yerdə narkotik vasitənin olub-olmaması barədə dəfələrlə verdiyi suala cavab olaraq Təqsirləndirilən şəxs qəti şəkildə evin yaşayış yerində və digər hissələrində narkotik vasitənin olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı videoçəkilişin dayandırıldığını elan edərək, çəkilişin dayandırılmasına göstəriş vermiş və çəkiliş dayandırılmışdır. Göründüyü kimi iş materiallarında olan “əməliyyat axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi” haqqında protokolda Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilində, yaşadığı evdə saxladığı 15 kibrit qutusunda və 1 ədəd kağız bükümdə, həmçinin 5 ədəd kibrit qutularında və şüşə qabın içərisindəki 2 ədəd sellofan bükümdə və 1 ədəd açıq şəkildə olan narkotik vasitələri könüllü olaraq təqdim etdikdən sonra ötən il əkib-becərdiyi narkotik xassəli bitkilərdən əldə etdiyi narkotik vasitələri evin müxtəlif yerlərində saxladığından həmin narkotik vasitələrdən evin hansı yerindəsə yaddan çıxıb qalmaq ehtimalının olduğunu bildirsə də, həmin protokola əlavə edimiş videoçəkilişdə Təqsirləndirilən şəxs sadalanan narkotik vasitələri təqdim etdikdən sonra polis əməkdaşının başqa yerdə narkotik vasitənin olub-olmaması barədə dəfələrlə verdiyi suala cavab olaraq, qəti şəkildə evin yaşayış yerində və digər hissələrində narkotik vasitənin olmadığını bildirmiş, bundan sonra polis əməkdaşı səbəbini göstərmədən videoçəkilişin dayandırıldığını elan edərək, çəkilişin dayandırılmasına göstəriş vermiş və çəkiliş dayandırılmışdır. Növbəti çəkiliş başlandığı vaxt isə polis əməkdaşı birinci çəkilişin qurtardığını qeyd edərək əlavə yaşayış yerində olan narkotik vasitənin könüllü olaraq təqdim etməsini Təqsirləndirilən şəxs yenidən təklif etdikdə Təqsirləndirilən şəxs başqa yerdə narkotik vasitənin olmadığını, polis əməkdaşı isə yenidən evə və qapalı tikililərə baxış keçirəcəklərini bildirmişdir. Bundan sonra yaşayış evindəki otaqlara, yaşayış evinə bitişik olan yarımçıq tikiliyə baxış keçirilmiş və evin həyətinə çıxaraq əvvəlcə hamam kimi istifadə olunan yerə sonra isə toyuq hini kimi istifadə olunan yerə baxış keçirilmişdir. Toyuq hininə baxış keçirilərkən videogörüntünün 5:38-ci dəqiqəsində hansısa predmetin yerə atılmasına xarakterik səs eşidildiyi vaxt polis əməkdaşı “o nədir, qoydunuz ora” deyərək Təqsirləndirilən şəxs divarın dibində olan qırmızı rəngli polietilen torbanı göstərmiş, sonuncu isə həmin torbanı yerdən götürərək “baxaq, görək nədir də” deyərək torbanı açmış, həmin torbada narkotik vasitənin olduğu aşkar olunmuş, bundan sonra polis əməkdaşı yerdə olan digər ağ rəngli polietilen torbanı da götürərək açmış və həmin torbada da narkotik vasitənin olduğu müəyyən olunmuşdur. Polis əməkdaşının sualına cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitənin yadından çıxdığını, keçən il tualetə tulladığını zənn etdiyini, həmin bitkilərin əkilmədiyini, eləcə yığdığını bildirmiş, toyuq hinindən çıxdıqdan sonra isə polis əməkdaşlarına oradan aşkar olunan narkotik vasitələrdən xəbərinin olmadığını bildirmiş, polis əməkdaşları isə “yadından çıxıb” deyə soruşsalar da Təqsirləndirilən şəxs onlara heç bir cavab vermədiyi müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs polis əməkdaşlarına polietilen torbalarda aşkar edilmiş narkotik vasitələrin yadından çıxdığını, keçən il tualetə tulladığını zənn etdiyini bildirməsini həmin vaxt çəkilişdən əvvəl baş nahiyəsinə yumruqla vurulmaqla təsir altında bildirdiyini, lakin həmin tikilidən bayıra çıxdıqları vaxt yenidən həmin narkotikdən xəbərinin olmadığını polis əməkdaşlarına dediyini bildirmişdir. Göründüyü kimi toyuq hininə videoçəkilişlə baxış keçirilərkən videogörüntünün 5:38-ci dəqiqəsində polis əməkdaşının “o nədir, qoydunuz ora” deməsinin Təqsirləndirilən şəxs ünvanlandığı hesab olunsa da həmin kadrlarda Sənanın qırmızı və ağ polietilen torbaların aşkar olunduğu yerə nə isə qoyması, o cümlədən həmin torbaların ora necə və kim tərəfindən qoyulması müəyyən olunmamış, həmin vaxt Sənanın əlində qara rəngli torbanın olması müəyyən edilmiş, bununla bağlı protokolda heç bir qeydiyyat aparılmamışdır. Bundan başqa videoçəkiliş məhkəmə istintaqı zamanı tədqiq edilərkən müəyyən olunmuşdur ki, yaşayış evinə və tikililərə baxış qeyri ardıcıl, xaotik şəkildə aparılmışdır. Belə ki, avtomobildə aparılmış baxışdan sonra evin həyətinə həyətinə daxil olarkən sol tərəfdən birinci tikili olan toyuq hininə (2 ədəd polietilen torbanın aşkar olunduğu yer) baxış keçirilmədən, ondan sonra yerləşən otağa (15 kibrit qutusunda və 1 ədəd kağız bükümdə olan narkotik vasitələrin aşkar olunduğu yer) baxış keçirilmiş, bundan sonra həmin sıranın sonunda yerləşən otağa (5 ədəd kibrit qutularındakı və şüşə qabın içərisindən 2 ədəd sellofan bükümdə və 1 ədəd açıq şəkildə olan narkotik vasitələrin aşkar edildiyi yer) baxış keçirilmiş və videoçəkiliş dayandırılmış, videoçəkiliş bərpa edildikdən sonra isə evin otaqlarına baxış keçirilmiş, sonra, yəni baxışın sonunda həyətə giriş qapısından sol tərəfdə,birinci tikili olan toyuq hininə baxış keçirilmişdir ki, oradan da 2 ədəd polietilen torba aşkar olunmuşdur. Videoçəkilişdən həmçinin müəyyən olunur ki, ikinci dəfə yaşayış evinə əlavə baxış keçirilərkən Təqsirləndirilən şəxs polis əməkdaşlarının bir hissəsilə birgə yaşayış evinə keçərkən həyətə giriş qapısı, o cümlədən toyuq hini açıq vəziyyətdə olmuş, həyətdə isə digər polis əməkdaşının olduğu müəyyən olunmuşdur. Bundan başqa ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Təqsirləndirilən şəxs ifadələrində göstərmişdir ki, idarə etdiyi avtomobilində, yaşadığı evdə saxladığı 15 kibrit qutusunda və 1 ədəd kağız bükümdə, həmçinin 5 ədəd kibrit qutularında və şüşə qabın içərisindəki 2 ədəd sellofan bükümdə və 1 ədəd açıq şəkildə olan narkotik vasitələri təqdim etmiş, polis əməkdaşları başqa yerdə narkotik vasitə olub-olmaması barədə sual verdikdə həyətində və başqa yerlərdə narkotik vasitə əkib-becərmədiyini,lakin həyətdə, başqa yerlərdə də narkotik vasitə, marixuana ola biləcəyini bildirmişdir. Çünki, ötən ildən əkib-becərdiyi narkotik vasitə marixuananı qurudaraq evinin müxtəlif yerlərində gizlətdiyini göstərmişdir. Lakin videoçəkilişdə Təqsirləndirilən şəxs sadalanan narkotik vasitələri təqdim etdikdən sonra polis əməkdaşının başqa yerdə narkotik vasitənin olubolmaması barədə dəfələrlə verdiyi suala cavab olaraq, qəti şəkildə evin yaşayış yerində və digər hissələrində narkotik vasitənin olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşadığı evin toyuq hini kimi istifadə olunan hissəsindən aşkar edilmiş, içərisində ümumilikdə 2500 qram çəkidə narkotik vasitə, qurudulmuş marixuana olan 2 ədəd polietilen torbanınTəqsirləndirilən şəxs məxsus olmasını, onun həmin narkotik vasitələri əldə etməsini, saxlamasını və daşımasını inandırıcı hesab etmir. O cümlədən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini 2 ədəd polietilen torbanın aşkar edilməsi hissəsində inandırıcı hesab etmir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı polietilen torbalarda aşkar edilmiş narkotik vasitələrin ona məxsus olmadığına dair verdiyi ifadəsini daha inandırıcı ifadə kimi qəbul edərək hesab edir ki, həmin hissədə ona qarşı verilmiş ittiham öz təsdiqini tapmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs yataq otağındakı stolun üzərindən aşkar edilmiş göy rəngli sellofan torbadakı beş ədəd kibrit qutularındakı və stolun üzərində olan şüşə qabın içərisindəki iki ədəd sellofan bükümdə və bir ədəd açıq şəkildə qurudulmuş marixuananın ona məxsus olmadığını, ona məxsus olan və baxış zamanı avtomobilindən və mətbəxdən aşkar edilmiş 15 kibrit qutusunda və bir ədəd kağız bükümdə aşkar olunan qurudulmuş marixuananın satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etdiyini, həmin narkotik vasitə qurudulmuş marixuanadan heç kəsə satmadığını, heç kəsə satmaq niyyətinin olmadığını, uzun müddətdir ki, narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini və həmin narkotik vasitələri də istifadə etmək məqsədi ilə avtomobilində və yaşadığı evdə saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş videoçəkilişdən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs yaşadığı evin mətbəx kimi istifadə olunan hissəsindən aşkar olunmuş narkotik vasitələrin yığıldığı 15 ədəd kibrit qutuları yataq otağındakı stolun üzərindən aşkar edilmiş göy rəngli sellofan torbadakı beş ədəd kibrit qutuları ilə tamamilə eyni görünüşə malikdirlər. Bundan başqa videoçəkiliş zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitələrin ona məxsus olduğunu bildirmişdir. Odur ki, məhkəmə həmin hissədə, o cümlədən aşkar edilmiş həmin narkotik vasitələri satış məqsədi ilə deyil, öz şəxsi istifadəsi üçün əldə etməsilə bağlı verdiyi ifadəsini inandırıcı ifadə kimi qəbul etmir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs tərəfindən iki ədəd polietilen torbada ayrılıqda 1510 qram və 990 qram olmaqla cəmi 2500 qram çəkidə qurudulmuş marixuananı yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımçıq tikiliyə qanunsuz daşıyaraq gizlətməklə saxlamasına dair verilmiş ittihamı inandırıcı hesab etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs verilmiş ittihamlardan iki ədəd polietilen torbada ayrılıqda 1510 qram və 990 qram olmaqla cəmi 2500 qram çəkidə qurudulmuş marixuananı yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımçıq tikiliyə qanunsuz daşıyaraq gizlətməklə saxlamasaına dair ittiham xaric edilməlidir. Azərbaycan Respublikası CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Təqsirləndirilən şəxs verilmiş ittihamlardan iki ədəd polietilen torbada ayrı-ayrılıqda 1510 qram və 990 qram olmaqla, cəmi 2500 qram çəkidə qurudulmuş marixuananı əldə edərək yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən yarımçıq tikiliyə qanunsuz daşıyaraq gizlətməklə saxlamasına dair ittiham xaric edildikdən sonra 72,107 qram narkotik vasitə olan qurudulmuş marixuananı əldə edərək, qanunsuz daşıyıb gizlətməklə saxlamasına dair hissədə onun əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin tərkibini yaradır. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətdiyi əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. İbtidai araşdırma orqanının qənaətinə görə cinayəti tamah məqsədilə törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, tamah niyyəti Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə cinayət tərkibinin əlaməti olduğundan cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmamalıdır. Azərbaycan Respublikası CM-nin 61.3-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində cinayət tərkibinin əlaməti kimi nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal, cəza təyin edilərkən təkrar nəzərə alına bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasındasaxlanılanTəqsirləndirilən şəxs oğlunun oğlunun idarə etdiyi “VAZ 21013” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən və yaşadığı Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evindən aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 72,107 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edildikdən sonra qalan 71,567 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və içərisində torpaq nümunəsi olan bir ədəd kağız paket məhv edilməli və əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsinin videogörüntülərinin əks edildiyi 01 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs verilmiş ittihamlardan təqsirliliyi sübuta yetirilmədiyindən xaric edilmiş ittiham üzrə maddi sübut olan 2500 qram (1510 qram və 990 qram olmaqla cəmi 2500 qram) çəkidə qurudulmuş marixuana həmin narkotik vasitənin aşkar edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 132 manat 92 qəpik (yüz otuz iki manat doxsan iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş materiallarına əlavə edilmiş narkoloji tibbi yoxlamanın rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318.1, 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 24 iyul 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs oğlunun idarə etdiyi “VAZ 21013” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobildən və yaşadığı Ağstafa rayonu, Aşağı Göycəli kəndində yerləşən nömrəsiz fərdi yaşayış evindən aşkar edilərək götürülmüş ümumilikdə təmiz çəkisi 72,107 qram olan narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edildikdən sonra qalan 71,567 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana və içərisində torpaq nümunəsi olan bir ədəd kağız paket məhv edilsin və əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsinin videogörüntülərinin əks edildiyi 01 ədəd “CD” disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs verilmiş ittihamlardan təqsirliliyi sübuta yetirilmədiyindən xaric edilmiş ittiham üzrə maddi sübut olan 2500 qram (1510 qram və 990 qram olmaqla cəmi 2500 qram) çəkidə qurudulmuş marixuana həmin narkotik vasitənin aşkar edilməsi ilə bağlı xüsusatlar araşdırılanadək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin saxlama kamerasında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 132 manat 92 qəpik (yüz otuz iki manat doxsan iki qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar