Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-23/2022 03.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X17 oğlu, Zərərçəkmiş şəxs, müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X9 və ictimai təhlükəli əməli anlaqsız vəziyyətdə törətmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə açıq məhkəmə iclasında xx xxxxxxx 1996-cı ildə Goranboy rayonu, Aşağı Ağcakənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu, Aşağı Ağcakənd kəndində qeydiyyatda olmaqla, Aşağı Ağcakənd qədəbəsi Əlif Hacvıyev küçəsi 13-də yaşayan, hazırda Gəncə şəhər Psixiatrik Xəstəxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4, 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən, haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə işə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs qarışıq tipli şizoaffektiv pozuntu kimi psixi pozuntu nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyərək və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olmaqla, 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində anası Şahid1 ilə qeyri-rəsmi nikahda yaşayan Zərərçəkmiş şəxs yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində olan iki mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən mənzilinə gedib əvvəllər aralarında yaranmış ailədaxili mübahisə ilə əlaqədar qisas almaq niyyəti ilə qanunsuz olaraq hazırlayaraq üzərində gəzdirdiyi kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici olan, tərəfindən əvvəllər işlətdiyi dönərxanada bıçaq itiləyən alətlə tiyəsinin küt tərəfi küstar üsulla hər iki üzdən itilənərək təyinatı dəyişdirilmiş soyuq silah olan bıçaqla həmin vaxt evdə olan sonuncu ilə qeyri-rəsmi nikahda yaşayan həyat yoldaşı Şahid1 və 28 yanvar 2017-ci il təvəllüdlü ögey qardaşı Qismət Əlizadənin gözü qarşısında onlara xüsusi əzab, iztirab verdiyini dərk edərək Zərərçəkmiş şəxs bir neçə dəfə zərbə vuraraq boyunun sol yan səthinin, vena şaxəsinin zədələnməsi, venoz qanaxma, sol qulaq seyvanının kəsilmiş-deşilmiş yaraları ilə müşayiət olunan ağır zərər vurmaya aid edilən xəsarətlər və qarının sol yan səthinin kəsilmişdeşilmiş yaraları ilə müşayiət olunan yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirdikdən sonra, Zərərçəkmiş şəxs fəal müdaxiləsi ilə və sonuncunun həyat yoldaşı Şahid1 onun əlindən bıçağı alıb zərərsizləşdirərək çölə çıxarması səbəbindən öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmiş, buna görə çölə çıxdıqdan bir neçə dəqiqə sonra yenidən evə daxil olaraq çöldən tapdığı kərpic parçası ilə Zərərçəkmiş şəxs baş nahiyəsinə bir dəfə zərbə vurub ona ənsə nahiyəsinin əzilmiş yarası və qəlpəli sınığı ilə müşayiət olunan ağır zərər vurmaya aid edilən xəsarətlər yetirmiş, lakin yenə də Şahid1 dərhal müdaxilə edərək onun əlindəki kərpic parçasını alıb onu çölə çıxarması və Zərərçəkmiş şəxs Goranboy Mərkəzi Xəstəxanası publik hüquqi şəxsə çatdırılaraq dərhal tibbi müdaxilə yolu ilə həyatı xilas edildiyindən, öz iradəsindən asılı olmayan səbəblərə görə cinayəti başa çatdıra bilməmiş, bununla da qanunsuz olaraq soyuq silah hazırlayıb üzərində gəzdirərək Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi şahid ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyləri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 2011-ci ilin may ayında Şahid1 ilə nikah bağlamadan ailə həyatı qurub Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə yaşayır. Şahid1 ilə qeyri-rəsmi nikahlarından 4 yaşlı Qismət Əlizadə adlı oğlunun dünyaya gəlmişdir. Həyat yoldaşı Şahid1 əvvəlki evliliyindən bir oğlan və bir qız olmaqla iki övladı vardır. Nərgiz adlı qızı onlarla birlikdə qalır, Təqsirləndirilən şəxs isə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən, Şahid1 mərhum əri Məzahir Kərimovdan miras qalmış evində yaşayır. Həyat yoldaşı Arzunun övladları - Nərgiz və Hikmətlə münasibətləri həmişə yaxşı olmuş, onlara övladı kimi yanaşmış, aralarında hər hansı bir ədavət və düşmənçilik olmamışdır. O, 1995-ci il tarixdə Leyla Qasımova ilə ailə həyatı qursa da sonradan rəsmi qaydada boşanmış, birgə nikahlarından 4 övladı doğulmuşdur. Həmin övladlarından üç qızı ailə həyatı qurub köçmüş, oğlu Əziz isə hal-hazırda hərbi xidmətdədir. 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində o, yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzilində arvadı Arzuu ilə birlikdə olarkən Arzunun birinci nikahdan olan oğlu Təqsirləndirilən şəxs onların mənzilinə gələrək mənzilin giriş qapısını döymüşdür. Həmin vaxt evdə həyat yoldaşı Arzu və oğlu Qismət olmuşdur. Həmin vaxt Arzu oğlunu yatızdırırmış, o da mətbəxdə siqaret çəkmişdir. Qapının arxasından kim olduğunu soruşduqda Hikmət anası Arzunun yanına gəldiyini deyən zaman arvadı Arzu ikinci otaqda paltarını dəyişdiyindən ona qapını özü gəlib açacağını bildirmişdir. Həmin vaxtı o, mənzilin giriş qapısını yarı vəziyyətdə açıb Hikmətə “nə istəyirsən” deyən zaman Hikmət qapını tam geri açaraq ona heç bir söz demədən qəflətən sağ əli ilə şalvarının belindən çıxardığı mətbəx bıçağı ilə təxminən üç dəfə ardıcıl olaraq boyun nahiyəsinin sol tərəfinə zərbə vurmuş və boyun nahiyəsindən qan sıçramağa başlamışdır. Həmin vaxt Hikmətin üzərinə gedərək əlindəki bıçağı almaq üçün sol əli ilə Hikmətin bıçağı tutduğu sağ əlinin biləyindən yapışmış, aşağı doğru endirmiş və sağ qolunu Hikmətin boyun nahiyəsinə keçirib güləş fəndi ilə yerə, döşəmənin üzərinə yıxmışdır. O, Hikmət yerə yıxılan anda bıçaq sağ əlində olduğuna görə istiqamətini dəyişərək qarın nahiyəsinin sol tərəfinə batıb-çıxmışdır. Hikmət arxası üstə yerdə olarkən hərəkət etməməsi üçün sol dizi ilə Hikmətin sinəsindən, sağ dizi ilə isə sol əlinin üstündən sıxaraq saxlamış, sol əli ilə isə Hikmətin bıçaq tutan sağ əlini döşəməyə sıxıb saxlamışdır ki, onu vura bilməsin. Bu zaman o, uca səslə qışqırıb arvadı Arzuya bıçağı oğlu Hikmətin əlindən almasını tapşırmış, Arzu da gəlib bıçağı yerdə olan Hikmətin əlindən almış və aparıb hamam otağına atmışdır. Həmin vaxt əsəbindən sağ əli ilə yerdə olan Hikmətin boyun nahiyəsindən tutub qaldıraraq onu cəzalandırmaq məqsədilə sol əli ilə bir neçə dəfə yumruqla sifət nahiyəsinə vurmuş, sonra itələyərək Hikməti çölə çıxararkən Arzu onun boyun nahiyəsindən qan axdığını görüb Hikməti buraxmağını xahiş etmiş, o da Hikməti buraxandan sonra arvadı Arzu oğlu Hikməti mənzildən çölə çıxarıb qapını bağlamışdır. Bundan sonra o, özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla qardaşı Şahid2 ***-***- **-** nömrəli mobil telefonuna zəng vurub Hikmətin onun boyun və qarın nahiyəsinə bıçaqla vurub xəsarət yetirdiyi üçün gəlib onu xəstəxanaya aparmasını xahiş etmişdir. Sonra boyun nahiyəsindən qan axdığı üçün yarasını bağlayan zaman qapı döyülmüş, o da elə başa düşmüşdür ki, qardaşı Şahid2dir, ona görə arvadı Arzuya qapını açmağını xahiş etmişdir. Həmin vaxtı Arzu mənzilin giriş qapısını çölə baxmadan kiliddən açıb ona parça gətirmək məqsədi ilə mənzilin ikinci otağına getmişdir. O, baş vermiş hadisədən Arzu həyəcanlı vəziyyətdə olduğunu qeyd etmişdir. Özü isə boyun nahiyəsini sağ əli ilə sıxaraq ayaqüstə durmuşdur. Bu zaman başını arxaya doğru çevirərək Hikmətin arxada tərəfdən gəlib əlində boz rəngli kərpic parçası ilə dayandığını görmüş və Hikmətə çıxıb getməsini bildirmişdir. Həmin vaxt üzünü qarşı tərəfə çevirərkən Hikmətin kərpic parçası ilə başının arxa tərəfindən bir dəfə zərbə vurduğunu hiss etmiş, huşunu itirərək yerə yıxılmışdır. Həmin vaxt qan çox itirdiyinə görə Hikmətin onu kərpic parçası ilə vuracağını güman etməmişdir. Yerə yıxılan vaxtı Arzuun həyəcanlı vəziyyətdə “öldü” deyərək səsini eşitmiş, lakin tez özünə gələrək Arzuun oğlu Hikməti mənzildən dəhlizə çıxarıb qapını bağladığını görmüşdür. Bir neçə dəqiqədən sonra qardaşı Yəhya onun yaşadığı mənzilə gələrək onu “VAZ-2107” markalı avtomobili ilə Goranboy rayon mərkəzi xəstəxanasına aparmış və xəstəxanada ona tibbi yardım göstərilmişdir. Təqsirləndirilən şəxs arasında əvvəllər ədavət və narazılıq olmamışdır. Təqsirləndirilən şəxs ruhi xəstə olduğu üçün Goranboy rayon mərkəzi xəstəxanasında psixi xəstə kimi qeydiyyatdadır. Ona görə də hesab edir ki, Təqsirləndirilən şəxs ruhi xəstə olduğu üçün onu, Hikməti kiminsə öyrətməsinə görə öldürməyə cəhd etmişdir. Belə ki, Şahid1 ilə yaşadığı evi təmir etdirərkən uzun müddət Hikmət yaşadığı evdə onunla birlikdə qalmış, həmin illər ərzində də aralarında heç bir narazılıq olmamışdır. Lakin Hikmətin onu öldürmək üçün kimin öyrətməsi barədə heç bir şey deyə bilməmiş və heç kimdən şübhələnmir. Hadisə zamanı 4 yaşlı Qismət adlı oğlunun da evdə olduğunu, hadisə baş verən vaxt Qismətin yanlarında səssiz dayandığını qeyd etmişdir. Hikmət onun mənzilinə onu öldürmək məqsədilə gəlmişdir. Həmçinin hadisə vaxtı Təqsirləndirilən şəxs döş qəfəsinin sol yarısının ön səthində yaranmış xəsarətlə bağlı qeyd etmişdir ki, o, mətbəx bıçağını Hikmətin əlindən almaq üçün sol əli ilə Hikmətin bıçağı tutduğu sağ əlinin biləyindən yapışıb aşağı doğru endirərkən, ola bilsin ki, Hikmətin əlində olan bıçaq sonuncunun döş qəfəsinin ön səthinə dəyərək kəsmişdir. Təqsirləndirilən şəxs Goranboy rayonu Aşağı Ağcakənd qəsəbə mərkəzində yerləşən, həyat yoldaşı Şahid1 mülkiyyətində olan obyekti dönərxana kimi işlədərkən Hikmətə istifadə üçün Arzu ilə birlikdə dükandan alıb vermişlər. O, Təqsirləndirilən şəxs yaxın ünsiyyətdə olduğu dosttanışları barədə heç kimi tanımadığını, lakin dayısı Elxanla yaxın münasibəti olduğunu qeyd etmişdir. Təqsirləndirilən şəxs onu öldürmək istəməyinin səbəbi kimi onun və yaxın qohumlarının sonuncunu təhqir etmələri, anası, yəni həyat yoldaşı Şahid1 döymələri, həmçinin ona dəfələrlə irad bildirməyinə baxmayaraq anası ilə rəsmi nikaha daxil olmaması və bununla da namusuna toxunması barədə dedikləri ilə qismən razılaşaraq bildirmişdir ki, hər bir ailədə olduğu kimi o da həyat yoldaşı Şahid1 tənbeh etmiş, hətta döydüyü vaxtlar da olmuşdur. Şahid1 ilə nikaha daxil olmamasının səbəbi isə sözlərinin düz gəlməməsi olmuş, Arzu ilə ailə münasibətləri həmişə münaqişəli olmuşdur. Lakin Qismət adlı oğlu olduğuna görə Arzunu özündən kənarlaşdıra bilmir. Yaxın qohumları və ailə üzvləri də onların ailə münasibətlərinə mənfi yanaşaraq Şahid1 qəbul etməmişlər. Nəticədə onlarla da Şahid1 arasında narazılıqlar olmuşdur. Təqsirləndirilən şəxsla süpürləşəndən və həyat yoldaşı Şahid1 onun əlindəki bıçağı alandan sonra Təqsirləndirilən şəxs boyun nahiyəsindən tutub qaldıraraq bir neçə dəfə sifət nahiyəsinə yumruqla vurmaqda məqsədi Hikməti etdiyi hərəkətə görə cəzalandırmaq, yəni onu tənbeh etmək olmuşdur. Hikməti yumruqla vurandan sonra itələyərək mənzildən çölə çıxarmışdır. Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2012-ci ilin may ayında Zərərçəkmiş şəxs ilə nikah bağlamadan ailə həyatı qurub sonuncuya məxsus Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə yaşayır. O, əvvəllər Məzahir Kərimov adlı şəxslə nikaha daxil olduğunu, həmin nikahdan Nərgiz adlı bir qız və Hikmət adlı bir oğlu dünyaya gəlmişdir. 2003-cü il tarixdə əri Məzahir vəfat etmişdir. Qızı Nərgiz və oğlu Hikmət ərindən miras qalan, Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən 13 nömrəli fərdi yaşayış evində qalmışlar. Hal-hazırda isə qızı onlarla birlikdə yaşayır. Zərərçəkmiş şəxslə qeyri-rəsmi nikahlarından 2017-ci il təvəllüdlü Qismət adlı oğlan övladının dünyaya gəlmişdir. Oğlu Hikmət ağıllı, mehriban övladdır. 2013-cü il tarixdə FHN-nin Akademiyasına daxil olmuş, lakin psixi xəstəliyi ilə bağlı oradan xaric olunmuşdur. Hesab edir ki, oğlunda irsi olaraq psixi xəstəlik vardır. Belə ki, rəhmətlik əri də “şizofreniya” xəstəliyindən müalicə almışdır. 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində o, yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə əri Zərərçəkmiş şəxs və azyaşlı oğlu Qismətlə birlikdə olmuşlar. Məqsəd mətbəxdə siqaret çəkmiş, o isə oğlunu yatızdırırmışdır. Bu zaman qapı döyülmüş, Məqsəd qapıya yaxınlaşandan sonra ona Hikmətin yanına gəldiyini bildirmiş, o da yataq otağında paltarını dəyişdiyindən Məqsədə qapını özü gəlib açacağını demişdir. Təxminən 30-40 saniyədən sonra səs-küy eşitmiş və otaqdan çıxarkən qapının qarşısında Hikmətin yerdə arxasıüstə uzandığını, Məqsədin də Hikmətin üstünə uzanaraq süpürləşdiyini, sol əli ilə onu vurmaması üçün Hikmətin bıçaq olan sağ əlinin biləyindən tutduğunu və Məqsədin boyun nahiyəsinin sol tərəfindən qan axdığını görmüşdür. Dərhal oğlu Hikmətin əlindən bıçağı alaraq aparıb hamam otağına atmış, geri qayıdarkən Məqsədin hələ də Hikmətin üzərinə yıxılıb onunla süpürləşdiyini, sol əli ilə isə sifət nahiyəsinə bir neçə dəfə yumruq vurduğunu görmüşdür. Bu zaman Məqsədin boyun nahiyəsindən çox qan axdığını görüb Hikməti buraxmasını və həkimə getməsini xahiş etmiş, Məqsəd də oğlu Hikməti buraxandan sonra o, Hikməti mənzildən çölə çıxarıb qapını bağlamışdır. Bundan sonra Məqsəd özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla qardaşı Şahid2 ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub Hikmətin onu bıçaqla boyun və qarın nahiyəsinə vurub xəsarət yetirdiyi üçün gəlib onu xəstəxanaya aparmasını xahiş etmişdir. Məqsədin də boyun nahiyəsindən qan axdığı üçün yaranı bağlayan zaman qapı döyülmüş, onlar da elə başa düşmüşlər ki, qardaşı Şahid2dir, ona görə o, mənzilin giriş qapısını kiliddən açıb Məqsədə parça gətirmək məqsədilə mənzilin yataq otağına getmişdir. Geri qayıdarkən Hikmətin əlində kərpic parçası olduğunu, Məqsədi isə üzüüstə, yerə sərilmiş, hərəkətsiz vəziyyətdə görmüşdür. Həmin vaxt belə başa düşmüşdür ki, Hikmət əlindəki kərpic parçası ilə Məqsədi vurub yıxmışdır. Hikmətin Məqsədə yaxınlaşıb əlindəki kərpic parçası ilə yenidən onu vurmaq istəyərkən dərhal kəpici əlindən alaraq Hikməti mənzildən qovmuş və kərpic parçasını da qeyri-müəyyən istiqamətdə arxasınca atmış və qapını bağlamışdır. Bir neçə dəqiqədən sonra Məqsədin qardaşı Yəhya yaşadıqları mənzilə gələrək Məqsədi avtomobili ilə Goranboy rayon mərkəzi xəstəxanasına aparmış və xəstəxanada ona tibbi yardım göstərilmişdir. Sonra oğlunun yenidən cinayət törətməməsi üçün ruhi xəstə kimi qeydiyyatda olduğu Goranboy RMX-dən göndəriş alaraq Hikməti 16.06.2020-ci il tarixdə Gəncə şəhər Psixiatriya xəstəxanasına yerləşdirmişlər. Hikmətin Məqsədi vurduğunu şəxsən görməsə də həmin vaxt oğlunun Məqsədlə süpürləşərkən sağ əlində bıçağın olmasından, həmçinin sonradan evə daxil olub əlindəki kərpic parçası ilə Məqsədin üzərinə getməsindən Hikmətin həmin əməli törətməsinə əmindir. O, evdə onlardan başqa azyaşlı oğlunun olduğunu, hadisə baş verən vaxtı kənarda dayanaraq səssiz baxdığını qeyd etmişdir. Hikmətin əri Məqsədi öldürmək istəməsinin səbəbi kimi ərinin və onun qohumlarının – qardaşları Yəhya, Halay, onun arvadı Sevda, oğlu Anar və İntiqam adlı şəxslərin onu təhqir edib döymələri olduğunu qeyd etmişdir. Buna görə də oğlu Hikmət ruhi xəstə olduğundan onun təhqir olunmağımı qəbul etmədiyi üçün Məqsədi bıçaqla onun boyun, qarın nahiyəsinin sol yan hissəsinə və kərpiclə başının ənsə nahiyəsinə vuraraq ona ağır bədən xəsarəti yetirmişdir. Belə ki, onların ailəsində həmişə münaqişə olmuşdur, oğlu Hikmət onun döyülməyinin birbaşa şahidi olmasa da hər dəfə qeyd etdiyi şəxslər tərəfindən döyüləndən sonra oğluna bu barədə məlumat vermişdir. Onların onu döymələrinin səbəbi isə onu ailə üzvü kimi qəbul etməmələri olmuşdur. Döyülməyi ilə bağlı Xocalı RPŞ-yə müraciət etmiş, bu barədə müvafiq tədbirlər görülmüşdür. Hikmətin dediyinə görə həmin bıçağı dönərxanada istifadə məqsədilə özü hər iki tərəfdən itiləmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs 2012-ci ilin may ayından Şahid1 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin vaxtdan da atası Şahid3 məxsus və onunla birlikdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə yaşayırlar. O, qardaşının Arzu ilə qeyri-rəsmi nikahından 4 yaşlı Qismət adlı oğlu dünyaya gəlmişdir. Şahid1 əvvəlki evliliyindən bir oğlan və bir qız olmaqla iki övladı var. Nərgiz Kərimova və Təqsirləndirilən şəxs Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən, Arzunun mərhum əri Məzahir Kərimovdan miras qalmış evində yaşamışlar. O, qardaşı, Arzu ilə birlikdə yaşayandan sonra Arzu və onun övladları ilə hər hansı bir əlaqəsinin olmadığını qeyd etmişdir. Belə ki, həmin qadından heç vaxt xoşu gəlməmiş, lakin Arzu və övladları ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Həmin qadından xoşu gəlməməsinin səbəbi isə qardaşı Məqsədin əvvəlki ailəsini dağıtdığına görədir, çünki qardaşı Arzu ilə tanış olandan sonra əvvəlki arvadından boşanmışdır və bunun səbəbkarı kimi də Şahid1 görür. Hal-hazırda Arzu atası Namaz ilə də yola getmir, tez-tez aralarında ailə münaqişəsi olur. 14 iyun 2020-ci il tarixdə saat 15:10 radələrində yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən fərdi yaşayış evində olarkən qardaşı Məqsəd özünə məxsus ***-***-**-** nömrəli mobil telefonla onun ***-***-**-** nömrəli mobil telefonuna zəng vurub Təqsirləndirilən şəxs onu bıçaqla boyun və qarın nahiyəsinə vurub xəsarət yetirdiyi üçün onlara gəlməyini və onu xəstəxanaya aparmağını xahiş etmişdir. Buna görə özünə məxsus “VAZ-21074” markalı **-BN-*** dövlət qeydiyyat nişanlı avtomobillə qardaşı Zərərçəkmiş şəxs yaşadığı mənzilə getmiş və qapını döyəndə Məqsədin arvadı Arzu qapını açmış, o da mənzilə daxil olanda qardaşı Məqsədi qanın içində pis vəziyyətdə olduğunu görüb onu avtomobili ilə Goranboy rayon mərkəzi xəstəxanasına aparmışdır. Məqsədi xəstəxanaya apararkən Məqsəd ona Hikmətin onu öldürmək məqsədilə bıçaqla iki-üç dəfə boyun, bir dəfə qarın və kərpiclə başın ənsə nahiyəsinə vurduğunu bildirmişdir. Hətta Təqsirləndirilən şəxs onu da bıçaqla öldürməklə hədələdiyi üçün o, 15 iyun 2020-ci il tarixdə Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə məlumat vermişdir. Təqsirləndirilən şəxs 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində qardaşı Zərərçəkmiş şəxs yaşadığı mənzilə gedərək bıçaqla Məqsədin boyun, qarın və kərpiclə başın ənsə nahiyəsinə vuraraq ona xəsarət yetirdiyini görməmiş, lakin qardaşı Zərərçəkmiş şəxs çağırışı ilə onun yaşadığı mənzilə hadisədən sonra gedəndə Məqsədin boyun, qarın və başın ənsə nahiyəsində xəsarət olduğunu görmüşdür. 15 iyun 2020-ci il tarixdə isə çörək alıb evə gedərkən Hikmətin yaşadığı evin qarşısından keçərkən Hikmət əlində bıçaq darvazanın qarşısında, ətrafında isə onu nəzarətdə saxlamaq üçün polis əməkdaşları dayanmışdılar. Bu zaman Hikmət onu görəndə bıçaqla hədələyərək bildirmişdir ki, “birini öldürmüşəm, ikinci də ki sənsən”. Hikmət bunu deyən zaman polis əməkdaşları onun əlindən bıçağı alıb darvazadan içəri salmışlar. Şahid1 və onun oğlu Təqsirləndirilən şəxs dedikləri tamamilə yalan və böhtandır, o və yaxın qohumlarım onları nə təhqir etməmiş, nə də döyməmişlər. Əksinə olaraq Arzu onların ailəsi ilə yola getməmiş və hesab edir ki, Arzunun onlardan bu cür şikayət yazmasının səbəbi özünümüdafiə xarakter daşıyır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Hasan oğlu ifadəsində göstərdi ki, oğlu Zərərçəkmiş şəxs Şahid1 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin vaxtdan da ona məxsus və onunla birlikdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə yaşayırlar. O, oğlunun Arzu ilə qeyri-rəsmi nikahından 4 yaşlı Qismət adlı oğlunun dünyaya gəlmişdir. Şahid1 əvvəlki evliliyindən Hikmət adlı bir oğlan və Nərgiz adlı bir qız olmaqla iki övladı doğulmuş, Nərgiz Kərimova və Təqsirləndirilən şəxs Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən, Şahid1 mərhum əri Məzahir Kərimovdan miras qalmış evində yaşayırlar. Şahid1 oğlu Məqsəd ilə onun evində yaşayandan bəri Arzu ilə yaxşı münasibətlərinin olmadığını, aralarında tez-tez ailə münaqişəsinin baş verdiyini qeyd etmişdir. Yaşlı insan olmağına və qayğıya ehtiyacı olmasına baxmayaraq Arzu ona heç bir qulluq göstərmir və ona qulluq göstərmək istəyən qızlarının da yaşadıqları evə gəlməsinə imkan vermir. Hətta Arzu bir qayınata kimi onunla yola getmədiyinə görə hal-hazırda yaşadıqları ona məxsus mənzil dörd otaqlı olmasına baxmayaraq tərəflərindən iki otaq-iki otaq olmaqla arakəsmə ilə iki yerə bölünmüş və o, yaşadığı iki otağa binanın arxa tərəfindən ayrıca giriş-çıxış açmışdır. 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində evdə istirahət edərkən oğlu Məqsədlə Arzunun yaşadığı mənzildən səs-küy eşitmişdir. Təxminən 20 dəqiqə sonra nə baş verdiyini öyrənmək üçün Məqsədin olduğu mənzilə doğru hərəkət edib binanın qarşısına çatarkən tanımadığı bir şəxsin baş nahiyəsi qana bulaşmış Məqsədin qoluna girib çölə çıxardığını görmüşdür. Həmin vaxt Məqsədi elə vəziyyətə gördüyünə görə huşunu itirmiş, bir neçə dəqiqə sonra ayılarkən qonşular X4 tərəfindən bıçaqla vurulduğunu və Məqsədin xəstəxanaya aparıldığını bildirmişlər. O, 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində oğlu Zərərçəkmiş şəxs, yaşadığı evdə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla və kərpic parçası ilə vurulmasının səbəbi barədə konkret heç nə deyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, qardaşı Zərərçəkmiş şəxs 2012-ci ilin may ayından Şahid1 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin vaxtdan da atası Şahid3 məxsus və onunla birlikdə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə yaşayırlar. O, qardaşının Şahid1 ilə qeyri-rəsmi nikahından 4 yaşlı Qismət adlı oğlunun dünyaya gəlmişdir. Şahid1 əvvəlki evliliyindən Hikmət adlı bir oğlan və Nərgiz adlı bir qız olmaqla iki övladı doğulmuş, Nərgiz Kərimova və Təqsirləndirilən şəxs Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən, Şahid1 mərhum əri Məzahir Kərimovdan miras qalmış evində yaşamışlar. Şahid1 və onun övladları ilə hər hansı bir əlaqəsinin olmadığını qeyd etmişdir. Belə ki, həmin qadından heç vaxt xoşu gəlməmişdir, lakin Arzu və övladları ilə heç bir ədavət və düşmənçiliyi olmamışdır. Arzu atası Namaz ilə də yola getmir, tez-tez aralarında ailə münaqişəsi olur. 14 iyun 2020-ci il tarixdə saat 22 radələrində qardaşı Yahya Əliyev ona zəng edərək qardaşı Məqsədin Hikmət tərəfindən bıçaqla vurulması və Hikmətin Xocalı RPŞ-yə aparılıb sonra buraxılması barədə məlumat vermişdir. O da Hikmətin cinayət törətməsinə baxmayaraq evə buraxılmasından əsəbiləşərək DİN-in 102 xidmət mərkəzinə zəng vurub şikayət vermiş və qardaşı Məqsədin və atası Namazın təhlükəsizliyinin qorunmasını xahiş etmişdir. O, 14 iyun 2020ci il tarixdə saat 15 radələrində qardaşı Zərərçəkmiş şəxs, öz evində Təqsirləndirilən şəxs tərəfindən bıçaqla və kərpic parçası ilə vurulmasının səbəbi barədə konkret heç nə deyə bilməmişdir. O, ailə üzvləri və yaxın qohumları onları nə təhqir etməmişlər, nə də döyməmişlər. Əksinə olaraq Şahid1 onların ailəsi ilə yola getməmiş və hesab edir ki, Arzunun onlardan bu cür şikayət yazmasının səbəbi özünümüdafiə xarakter daşıyır. O və yaxın qohumlarının Şahid1 ilə arasında yaranmış ailə münaqişəsinin səbəbi əmlak məsələləridir. Belə ki, Şahid1 hal-hazırda yaşadığı, atasına məxsus evi öz sahibliyinə keçirmək istəyir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs dayısı oğludur. Zərərçəkmiş şəxs 2012-ci ilin may ayından Şahid1 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin vaxtdan da yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə birlikdə qalırlar. O, dayısı oğlunun Şahid1 ilə qeyri-rəsmi nikahından 4 yaşlı Qismət adlı oğlu olmuşdur. Zərərçəkmiş şəxs, həyat yoldaşı Şahid1 və onun ailə üzvləri ilə heç bir əlaqəsi yoxdur. Bir dəfə 23.05.2019-cu il tarixdə Şahid1 onun evinə basqın edərək arvadı Şahid6 saçından tutaraq döymüşdür. Bununla bağlı Xocalı RPŞ-də araşdırma aparılmışdır. Lakin tərəfindən və ailə üzvləri tərəfindən Şahid1 və onun ailə üzvlərinə qarşı hər hansı bir zor tətbiq olunmamışdır. 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində Şahid1 oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı mənzilə gedərək bıçaqla Məqsədi vurması barədə hadisənin necə baş verməsi ilə bağlı heç bir məlumatı yoxdur, hadisə barədə isə sonradan qohumlardan məlumat öyrənmişdir. Zərərçəkmiş şəxs isə həmin hadisədən 3-4 saat sonra Goranboy RMX-də ona baş çəkməyə gedərkən görmüş, həmin vaxt Şahid1 da Məqsədin yanında olmuşdur. Zərərçəkmiş şəxs və digər qohumlarının Şahid1 və onun oğlu Təqsirləndirilən şəxs döymələri və təhqir etmələrini isə görməmiş və eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qəsəbə sakini və qonşu kimi tanıyır, ailəvi yaxşı münasibətləri vardır. Zərərçəkmiş şəxs Şahid1 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin vaxtdan da Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə yaşayırlar. O, Məqsədin Şahid1 ilə qeyri-rəsmi nikahından 4 yaşlı Qismət Əlizadə adlı oğlunun dünyaya gəlmişdir. Şahid1 əvvəlki evliliyindən Hikmət adlı bir oğlan və Nərgiz adlı bir qız olmaqla iki övladı doğulmuşdur. Qəsəbə sakinlərindən eşitdiyinə görə Zərərçəkmiş şəxs Şahid1 ilə olan ailə münasibətləri daim münaqişəli olmuşdur. Həmin münaqişənin də səbəbi Şahid1 Zərərçəkmiş şəxs və onunla birlikdə yaşayan atası Şahid3lə yola getməməsi, həmçinin aralarında bir-birinə qarşı olan əmlak iddiaları ilə bağlı olmuşdur. Şahid1 oğlu Təqsirləndirilən şəxs da sakit təbiətli insan kimi tanıyır, lakin Goranboy RMX-də ruhi xəstə kimi qeydiyyatda olması və müalicə alması barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində təkbaşına dönərxana işlətmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxslə münasibətlərinin normal olması barədə məlumatı olmuşdur. 15 iyun 2020-ci il tarixdə saat 16 radələrində Goranboy rayonu Mədəniyyət evində seminarda iştirak edəndən sonra qəsəbəyə qayıdarkən qəsəbə sakinləri ona 14 iyun 2020-ci il tarixdə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurub xəsarət yetirməsi barədə məlumat vermişlər. O, 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs, yaşadığı evdə Təqsirləndirilən şəxs tərəfindən bıçaqla vurulmasının səbəbi barədə konkret heç nə deyə bilməmiş, lakin qəsəbə sakinlərindən eşitdiyinə görə onların arasında olan mübahisənin ailə münaqişəsindən qaynaqlandığını, yəni Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs anası Şahid1 barəsində təhqiramiz ifadə işlətdiyinə görə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vurmasını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Xocalı RPŞ-nin İTQ-nin polis sahə rəisi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs xidməti ərazidə yaşayan qəsəbə sakini tanıyır. Zərərçəkmiş şəxs Şahid1 ilə qeyri-rəsmi ailə həyatı qurmuş və həmin vaxtdan da Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə yaşayırlar. Məqsədin Arzu ilə qeyrirəsmi nikahından 4 yaşlı Qismət adlı oğlu dünyaya gəlmişdir. Şahid1 əvvəlki evliliyindən Hikmət adlı bir oğlan və Nərgiz adlı bir qız olmaqla iki övladı doğulmuş, Nərgiz Kərimova və Təqsirləndirilən şəxs Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində yerləşən, Şahid1 mərhum əri Məzahir Kərimovdan miras qalmış evində yaşamışlar. O, Zərərçəkmiş şəxs Şahid1 ilə olan ailə münasibətlərinin daim münaqişəli olduğunu qeyd etmişdir. Həmin münaqişənin də səbəbi Şahid1 Zərərçəkmiş şəxs və onunla birlikdə yaşayan atası Şahid3lə yola getməməsi, həmçinin aralarında bir-birinə qarşı olan əmlak iddiaları ilə bağlı olmuşdur. Həmin səbəbdən də Məqsədin atası Şahid3 və Şahid1 münaqişəli ailə kimi tərəflərindən qeydiyyata götürülmüşdür. Şahid1 oğlu Təqsirləndirilən şəxs da sakit təbiətli insan kimi tanıyır, lakin Goranboy RMX-də ruhi xəstə kimi qeydiyyatda olması və müalicə alması barədə məlumatı olmuşdur. Təqsirləndirilən şəxs əvvəllər Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində təkbaşına dönərxana işlətmişdir. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxslə münasibətlərinin normal olması barədə məlumatı olmuşdur. 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində həmkarı, polis sahə nəfəri, polis serjantı Sənan Xudayarovla birlikdə xidməti vəzifəsini icra edərkən Xocalı RPŞ-nin növbətçi hissəsindən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yaşadığı evdə bıçaqla vurub xəsarət yetirməsi barədə məlumat daxil olmuş, dərhal X14 Kərimovun mobil nömrəsinə zəng edərək harada olmasını soruşmuş, Təqsirləndirilən şəxs isə Goranboy rayonu Aşağı Ağcakənd qəsəbə mərkəzində yerləşən Heydər Əliyev adına parkda olduğunu bildirmiş, onlar da həmin vaxt Hikməti parkdan götürüb Xocalı RPŞ-yə təhvil vermişlər. Təqsirləndirilən şəxs Goranboy RMX-də ruhi xəstə kimi qeydiyyatda olması nəzərə alınaraq rəhbərliyin göstərişinə əsasən Hikməti axşam saatlarından yaşadığı evdə polisin nəzarəti altında saxlamış, 16 iyun 2020-ci il tarixdə isə Goranboy RMX-nin göndərişi əsasında polis əməkdaşlarının müşayiəti altında Gəncə şəhər Psixiatriya xəstəxanasına təhvil vermişlər. Təqsirləndirilən şəxs şöbəyə apararkən sonuncudan Zərərçəkmiş şəxs bıçaqla vurmasının səbəbini soruşarkən Zərərçəkmiş şəxs onu ailə münasibətləri zəminində təhqir etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 Şahid9 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında tədqiq olunmuş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsində qeydiyyatda olmaqla, həmin qəsəbədə yaşayır və 16 iyun 2020-ci il tarixdən hal-hazıradək Gəncə şəhər Psixiatriya xəstəxanasında psixi xəstə kimi müalicə alır. Bildirmişdir ki, atası Məzahir Kərimov 2003-cü ildə vəfat etmiş, sonra anası Şahid1 təxminən 2012-ci ilin may ayında Zərərçəkmiş şəxs ilə nikah müqaviləsi bağlamadan ailə həyatı qurmuş və Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzildə yaşayırlar. O, anasının Zərərçəkmiş şəxslə birlikdə 4 yaşlı Qismət adlı oğlunun doğulduğunu qeyd etmişdir. O da atasından miras qalmış ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində tək yaşayırmış. Anası Şahid1 Zərərçəkmiş şəxslə ailə həyatı qurduqdan sonra Məqsədin dəfələrlə ailə münaqişəsi zəminində onun yanında anası Arzunu döydüyünü, yaxın qohumları – Yəhya və İntiqamın isə dəfələrlə təhqir etdiyini görmüşdür. Hətta Məqsədin qardaşı Şahid2 onu da nalayiq ifadələrlə təhqir etmişdir. Belə ki, Məqsədin qohumları anasını və onu ailə üzvləri kimi qəbul etməmiş, o da bütün bu olanlardan bezərək Zərərçəkmiş şəxs qisas almaq niyyəti ilə onu öldürmək qərarına gəlmişdir. Buna görə o, 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən mətbəx bıçağını götürüb Zərərçəkmiş şəxs bıçaqlayıb öldürmək məqsədilə sonuncunun yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən iki mərtəbəli binanın 1-ci mərtəbəsində olan mənzilinə gedərək giriş qapısını döymüşdür. Həmin vaxtı Zərərçəkmiş şəxs qapının arxasından kim olduğunu soruşduqda o, Məqsədi qapını açmağa məcbur etmək üçün anası Arzunun yanına gəldiyini bildirmişdir. Bu zaman Zərərçəkmiş şəxs mənzilin giriş qapısını yarı vəziyyətdə açıb ona “nə istəyirsən” deyən zaman o da Məqsədə demişdir ki, “nəyə görə deyirsən ki, mənim həndəvərimdə gəzmə”, “məndən qorxursan?!”. Bu zaman Məqsəd ona “sən kimsən ki səndən qorxam” cavabını bildirmişdir. Bu sözləri deyərkən hesab etmişdir ki, sanki Məqsəd ondan nəsə gizlədir. Belə ki, Zərərçəkmiş şəxs anası Şahid1 ilə rəsmi nikaha daxil olmaması barədə dəfələrlə Məqsədə irad bildirmiş, onların qeyri-rəsmi olaraq bir yerdə yaşamaları onun namusuma toxunmuş, uzun müddət buna görə fikir və şübhələrlə yaşamış, Zərərçəkmiş şəxs anasına öz arvadı və ya müvəqqəti yaşadığı qadın kimi yanaşması arasında şübhələrdə olmuşdur. Beləliklə, o, qapını tam geri açaraq üzərində olan mətbəx bıçağını sağ əli ilə çıxarıb həmin bıçaqla iki dəfə Məqsədin boyun nahiyəsinin sol tərəfinə və bir dəfə qarın nahiyəsinin sol yan hissəsinə onu öldürmək məqsədilə vuraraq ona ağır bədən xəsarəti yetirmiş, Zərərçəkmiş şəxs də onun əlində olan bıçağı almaq istəyərkən və müdafiə olunmaq üçün əli ilə bıçaq olan əlindən tutaraq geriyə doğru burub döş qəfəsinin sol tərəfinə vurandan sonra onu yerə yıxmış və yerdə sifətinə yumruqla vurandan sonra onu sərbəst buraxmışdır. Bu zaman bıçaq əlindən yerə düşmüş və anası Şahid1 da bu hadisəni görüb bıçağı yerdən götürüb onu mənzildən çölə çıxartmışdır. O da binanın giriş hissəsinə qoyulmuş kərpic parçasını götürüb təkrarən qapısı açıq olan həmin mənzilə daxil olmuş və arxası ona tərəf olan Məqsədə yaxınlaşaraq öldürmək üçün kərpiclə bir dəfə onun baş nahiyəsinin arxa hissəsinə vuraraq ona xəsarət yetirmiş, yetirdiyi zərbədən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Anası Şahid1 da bunu görüb yenidən onu mənzildən çölə çıxararaq kərpici arxasınca tullayıb qapını bağlamışdır. O da Zərərçəkmiş şəxs qohumlarının onu tapıb döyməsindən qorxaraq həmin binanın 2-ci mərtəbəsinə qalxıb təxminən 15-20 dəqiqə gözləmiş, sonra oradan uzaqlaşıb yarasını sarıtdırmaq üçün Xocalı RMX-yə doğru getmişdir. Yolda olarkən mobil telefonuna sinif yoldaşı olan polis əməkdaşı(adı yadında deyil) zəng edərək harada olduğunu soruşmuş, o da ona parkda olduğunu və onu gəlib götürməsini bildirmişdir. Beləliklə, ora gələn bir neçə polis əməkdaşı ilə(adlarını bilmir) birlikdə Xocalı rayon polis şöbəsinə getmişdir. Həmin gün axşam saatlarından 16 iyun 2020-ci il tarixdək polisin nəzarəti altında yaşadığı evdə qalmış, 16 iyun 2020-ci il tarixdən isə müalicə olunmağı üçün onu polisin müşayiəti altında Gəncə şəhəri Psixiatriya xəstəxanasına yerləşdirmişlər.Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, onunla Zərərçəkmiş şəxs arasında əvvəllər ədavət və narazılıq olmuşdur. O, 14 iyun 2020ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı mənzilə onu öldürmək məqsədilə getmişdir. Həmin vaxtı da o, bıçaqla Zərərçəkmiş şəxs boyun, qarın nahiyəsinə və kərpiclə baş nahiyəsinə vuraraq ona ağır zərər vurmaqda məqsədi onu öldürmək olmuşdur. Zərərçəkmiş şəxs öldürmək istəməyinin səbəbi əvvəldə qeyd etdiyi kimi onun və yaxın qohumlarının onu təhqir etmələri, anası Şahid1 döymələri, həmçinin Zərərçəkmiş şəxs dəfələrlə ona irad bildirməyinə baxmayaraq anası ilə rəsmi nikaha daxil olmaması və bununla da onun namusuna toxunması olmuşdur. Lakin o, anası Şahid1 Zərərçəkmiş şəxs qohumları tərəfindən döyülməsini görməmiş, bu barədə anası ona məlumat vermişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs öldürməyə onu heç kim məcbur etməmiş, həmin əməli təkbaşına könüllü etmişdir. 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs yaşadığı mənzildə ona bıçaqla boyun və qarın nahiyəsinə vurub xəsarət yetirdiyi üçün Məqsəd də onun əlində olan bıçağı almaq istəyərkən və müdafiə olunmaq üçün əli ilə bıçaq olan əlindən tutaraq geriyə doğru burub, döş qəfəsinin sol tərəfinə vuraraq ona xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs vurmaq üçün istifadə etdiyi mətbəx bıçağını evdən götürmüşdür, məişətdə istifadə edirmiş. Həmin dəstəyi qəhvəyi rəngli olan mətbəx bıçağını dönərxana işlədərkən anasıgil dükandan alaraq vermişlər. Dönərxanada əti və digər ərzaq məhsullarını rahat kəsmək üçün həmin bıçağın tiyəsinin küt tərəfini bıçaq itiləyən alətlə hər iki üzdən itiləmiş, sonradan işlətdiyi dönərxana bağlandığına görə həmin bıçağı evinə gətirmişdir. 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs evinə gedib ona xəsarət yetirərkən evdə Zərərçəkmiş şəxs, anası Şahid1 və azyaşlı ögey qardaşı Qismətdən başqa heç kim olmamışdır. Hadisə zamanı Qismət kənarda durub ağlayırmış.Bundan əlavə, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, əvvəllər Zərərçəkmiş şəxs öldürmək fikirdə olmamışdır. Belə ki, 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs evinə gedib onu öldürmək istəməyi təsadüfən seçilmiş vaxtdır. X11 15 iyun 2020-ci il tarixdə DİN-in 102 zəng mərkəzinə zəng edərək guya onu bıçaqla hədələməsi barədə verdiyi şikayətin tamamilə yalan olmasını, belə bir hadisənin baş vermədiyini qeyd etmişdir. Hesab edir ki, Yahya onun törətdiyi əməli ağırlaşdırmaq məqsədilə bu cür şikayət yazmışdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15.06.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Xocalı rayon polis şöbəsinin xidməti ərazisinə daxil olan Goranboy rayonun Aşağı Ağcakənd qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs yaşadığı binanın 1-ci mərtəbəsində olan mənzildir. Həmin mənzilə baxış keçirilən zaman mənzilin 1-ci otağının uzunluğu 6 metr və eni 3 metr ölçüdə olan dəmir giriş qapısından sağ tərəfdə 1 ədəd dəmir borunun, dəmir borudan irəlidə 1 ədəd stolun, 2 ədəd stulun, ondan öndə 2 ədəd kreslonun, 5 metr uzunluqda olan gəvənin və dəmir borunun üzərində qanabənzər ləkələrin olması aşkar olundu. Hadisə yerinə baxış keçirilən zaman Şahid1 tərəfindən oğlu Təqsirləndirilən şəxs götürülərək təqdim olunmuş 1 ədəd ümumi uzunluğu 23 sm, dəstəyi 10 sm, tiyəsi 13 sm olan təsərrüfat-məişət təyinatlı bıçaq maddi sübut kimi götürülmüşdür.Bundan başqa, Şahid1 tərəfindən əri Zərərçəkmiş şəxs və oğlu Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 2 ədəd köynək təqdim olunarkən maddi sübut kimi götürülmüşdür. Zərərçəkmiş şəxs məxsus köynək qırmızı rəngli, qısaqoldur və ön hissəsində 3 ədəd düymə ilgəyi vardır. Təqsirləndirilən şəxs məxsus köynək isə ağ rəngli, qısaqoldur, üzərində bənövşəyi rəngli təsvirləri və ön hissəsində 3 ədəd düymə ilgəyi vardır. Hər iki köynəyin üzərində qanabənzər ləkələr aşkar olunmuşdur.Baxış zamanı Şahid1 14 iyun 2020-ci il tarixdə saat 15 radələrində oğlu Təqsirləndirilən şəxs onun yaşadığı Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsinin ərazisində yerləşən binanın 1-ci mərtəbəsində olan mənzilə gələrkən əri Zərərçəkmiş şəxs mənzilin giriş qapısını açan zaman Təqsirləndirilən şəxs Üzərində gəzdirdiyi mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs boynunun və bədəninin sol yan nahiyələrinə vuraraq ona xəsarət yetirdiyini bildirmişdir. “Telefon danışıqlarına baxış keçirilməsi haqqında” 16.09.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş "Samsung" markalı telefona baxış zamanı iş üçün əhəmiyyətli olan 15 iyun 2020-ci il tarixdə “Ugur Cin” adlı profilinə aid ***-***-**-** nömrəsi ilə yazışmalar müəyyən edilmişdir. Həmin yazışmalardan göründüyü kimi Təqsirləndirilən şəxs Məqsədi vuraraq yuxu arteriyasını zədələdiyini və həmin vaxt ruhi zəifliyinin tutduğunu, həmçinin Məqsədin “onun qolunu qaytardığını” və yaralandığını etiraf etmişdir. “Diskə baxış keçirilməsi haqqında” 08.10.2020-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ***-***-**-** və ***-***-**-** nömrələrindən istifadə etdiyi dəqiqləşdirilərək həmin telefon nömrələrinin 01.05.2020- 16.06.2020-ci il tarixlərdə istifadə müddətinə dair telefon danışıqları, sms məlumatları, anten əhatə dairəsi və digər məlumatlar əldə edilərək onların baxışı aparılmışdır.Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin nömrələrdən müxtəlif mobil nömrələrə(anasına, bacısına, qohumlara və s.) qarşılıqlı olaraq Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsi, Borü kəndi, Cinli-Borsunlu, Goran, Meşəli kəndi anten dairələrindən bir neçə dəfə zənglər olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** və ***-***-**-** nömrələrindən həmin mobil nömrələrə göndərilmiş və ya həmin nömrələrdən qəbul edilmiş hər hansı SMS mətnləri aşkar olunmamışdır. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən hər hansı mobil nömrə və ya SMS mətni müəyyən olunmamışdır. Xocalı Rayon Polis Şöbəsinin 02.10.2020-ci il tarixli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs və onun anası Şahid1 ilə münasibətlərinin ailə daxilində olduğu, əvvəllər aralarında olan narazılıq və ədavətin ailə münaqişəsi zəminində yarandığı müəyyən edilmişdir. Hadisə baş verdiyi gün, yəni 14.06.2020-ci il tarixdə və ya ondan bir gün əvvəl Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs görüşlərinin olması müəyyən edilməmişdir. Hadisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək üçün sonuncunun baş nahiyəsinə vurduğu kərpic parçasının əməliyyat yolu ilə müəyyən edilməsi mümükün olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etməsinə səbəb əvvəllər aralarında olan ailə münaqişəsi zəminində yaranan münasibətin olması əməliyyat yolu ilə müəyyən edilmişdir. Təqsirləndirilən şəxs və onun yaxın əlaqələri ilə aparılan profilaktiki söhbətlərin nəticəsində Təqsirləndirilən şəxs ruhiəsəb xəstəsi olması müəyyən edilmişdir. Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd edilməsində digər şəxslərin iştirakı və ya Təqsirləndirilən şəxs həmin cinayəti törətməyə hər hansı bir şəxsin təhrik etməsi müəyyən edilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 16 iyun 2020-ci il tarixli 344 saylı rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – a) boyunun sol yan səthinin, vena şaxəsinin zədələnməsi, venoz qanaxma, sol qulaq seyvanının kəsilmişdeşilmiş yaraları kəsici-deşici alətin(lərin), o cümlədən ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmə zamanı əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir; b) qarının sol yan səthinin kəsilmiş-deşilmiş yarası deşici-kəsici alətin(lərin), o cümlədən bıçaqla yetirilmə zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir; c) ənsə nahiyəsinin əzilmiş yarası və ənsə sümüyünün qəlpəli sınığı isə bərk küt əşyanın(ların), o cümlədən daşla(kərpiclə) vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixə, yəni 14.06.2020-ci il tarixə uyğun gələ bilər. Məhkəmə-tibbi ekspertizasının 16 iyun 2020-ci il tarixli 350 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının ön səthinin deşilmiş-kəsilmiş yarası deşici alətin(lərin), o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə, yəni 14.06.2020-ci il tarixdə kənar şəxs tərəfindən bıçaqla vurulma zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid edilir. Məhkəmə-trasoloji və ballistik ekspertizasının 20 avqust 2020-ci il tarixli 16/517/518 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən 1(bir) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici olan məişət təyinatlı mətbəx bıçağıdır, lakin tiyənin kütə tərəfi kustar üsulla hər iki üzdən itiləndiyindən təyinatı dəyişdirilmişdir və təqdim edilən vəziyyətdə soyuq silah hesab edilir. Tədqiqata təqdim olunan qısaqol köynəklərin üzərində olan(hər birində bir ədəd olmaqla) zədə hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Belə xassəyə malik olan predmetlərə təqdim edilən bıçaq da aiddir. Zədələrin xarakterini nəzərə almaqla onların zədənin yetirildiyi anda alətlə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs qarşılıqlı yerləşmə vəziyyətinin və konkret şəraitdə yetirilməsinin müəyyən edilməsi ilə bağlı sualların həllini xüsusi ədəbiyyatlarda müvafiq metodu olmadığından kriminalistik tədqiqat aparılması yolu ilə cavab verilməsi mümkün olmamışdır. Maddi sübutların ekspertizasının 08.09. 2020-ci il tarixli 39 saylı rəyindən görünür ki,şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən Təqsirləndirilən şəxs qan qrupu A(İİ)-, Zərərçəkmiş şəxs qan qrup göstəricisi A(İİ)+-dir. Ekspertizaya təqdim edilmiş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər. Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək üzərindəki ləkələrdə insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək üzərindəki ləkələrdə insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus ola bilər. Maddi sübutların əlavə ekspertizasının 13 noyabr 2020-ci il tarixli, 843/2020-MTBŞ saylı rəyindən görünür ki, şəxsiyyət vəsiqələrinin kserosurətlərinə əsasən Təqsirləndirilən şəxs qan qrupu A(İİ)-, Zərərçəkmiş şəxs qan qrup göstəricisi A(İİ)+-dir. Ekspertizaya təqdim edilən hadisə yerindən götürülmüş bir ədəd bıçaq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus köynək və Təqsirləndirilən şəxs məxsus köynək üzərində A/İİ/ qruplu insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələri ABO sistemi üzrə A/İİ/ qruplu Zərərçəkmiş şəxs və eyni qruplu Təqsirləndirilən şəxs məxsus ola bilər. Müvafiq mütodik tövsiyələrə görə maddi sübutlar üzərindəki quru qan ləkələrində rezus faktorunun təyini zamanı qeyrispesifik nəticələr alındığı üçün və buna aid dəqiq elmi əsaslandırılmış tədqiqat metodları olmadığından təqdim edilən maddi sübutlar üzərindəki quru qan ləkələrində rezus faktorunun tədqiqi mümkün olmamışdır. Kompleks stasionar məhkəmə-psixiatrik və psixoloji ekspertizası 05 oktyabr 2020-ci il tarixli, 100 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən və ona ittiham edilən cinayəti əməlini törədərkən “qarışıq tipli şizoaffektiv pozuntu” kimi psixi pozuntudan əziyyət çəkmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini psixotik halda törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır. Təqsirləndirilən şəxs hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, onları idarə etmək iqtidarında deyildir. Hazırda yoxlanılan şəxs Təqsirləndirilən şəxs “qarışıq tipli şizoaffektiv pozuntu” kimi psixi pozuntu davam edir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşür. Təqsirləndirilən şəxs mübtəla olduğu psixi patalogiya səviyyəsində təzahür edən əlamətlərin hal-hazırda davam etməsinə görə stasionar müalicəyə ehtiyacı yarandığı, bununla bərabər intensiv müşahidə tələb etmədiyi müəyyənləşir. Buna görə həmin şəxsə qarşı Azərbaycan Respublikası CMnin 95.0.2-cü maddəsinə uyğun olaraq ümumi tipli psixiatriya stasionarında məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirin tətbiq edilməsi məsləhət görülür. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətlərində qıcığa qarşı həssaslıq, emosional reaksiyalara meyillilik, davranışında özünü iradi tənzimləməsinin çatışmazlığı, hövsələsizlik, özünə qapanma müəyyən edilmişdir. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri aşkar olunmamışdır. Psixi vəziyyətinə görə Təqsirləndirilən şəxs 14 iyun 2020-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini dərk etmək və idarə etmək qabiliyyətinə malik olmamışdır. Emosional halından asılı olaraq Təqsirləndirilən şəxs 14 iyun 2020-ci il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmək qabiliyyətinə malik olmamışdır. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində qəzəblilik, gərginlik yaranmışdır. Həmin halın yaranması onda müəyyən edilən psixi pozuntu ilə şərtləşmişdir. Hadisə baş verən vaxtı psixi vəziyyəti ilə əlaqədar öz hərəkətlərini tam dərk etmək, hərəkət və davranışını tənzimləmək, onlara iradi nəzarət etmək iqtidarında olmamışdır. Təqsirləndirilən şəxs 14 iyun 2020-ci il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Gəncə şəhər Psixiatriya Xəstəxanasının 13.07.2020-ci il tarixli 1399/20 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 16.06.2020-ci il tarixdən hal-hazıradək “Bipolyar affektiv pozuntu, qarışıq cərayan edən epizod” diaqnozu ilə Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicədədir. Gəncə şəhər Psixiatriya Xəstəxanasının 25.09.2020-ci il tarixli 115 saylı məktubundan görünür ki, X3 21.09.1998-ci il tarixdən 22.03.1999-cu il tarixədək “Şizofreniya paranoid tunik varian, sayıqlama sindromu” diaqnozu ilə Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicədə olmuşdur. Goranboy rayon Mərkəzi Xəstəxanasının 08.08.2020-ci il tarixli 677 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs 27.03.2015-ci il tarixdən “Kəskin primtiv psixotik hal” diaqnozu ilə Goranboy rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin ruhi-əsəb kabinetində dispanser qeydiyyatındadır.Narkoloji kabinetində dispanser qeydiyyatında dayanmır. Goranboy rayon Aşağı Ağcakənd qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06.08.2020-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Kərimov X5 rayonu, Aşağı Ağcakənd qəsəbəsində yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 08.09.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Goranboy Rayon Məhkəməsinin 10.09.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin stasionar şöbəsinə yerləşdirilməsi barədə qərar qəbul edilmişdir. Goranboy Rayon Məhkəməsinin 27.11.2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs cinayət prosesual qaydada fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi barədə» 10.12.2020-ci il tarixli qərardan görünür, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221,134 və 157-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş, Şahid1 Məzahir qızının əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət işinin başlanması rədd edilmiş,Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sağlamlığına ehtiyatsızlıqdan yüngül zərər vurması faktı, həmçinin Zərərçəkmiş şəxs X6 döyməsi faktı üzrə cinayət hadisəsi olmadığından həmin xüsusatlar üzrə cinayət işinin başlanması rədd edilmişdir.Cinayət işi üzrə hadisə yerindən qablaşdırılaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynək, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, həmçinin cinayətin aləti olan 01 ədəd bıçaq cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və saxlanması üçün Xocalı rayon prokurorluğunun saxlancına verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təkrar komisyon stasionar məhkəmə-psixiatrik ekspertizasının 01.11.2021-ci il tarixli, 140 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda “QARİŞİQ TİPLİ ŞİZOAFFEKTİV POZUNTU” (xəstəliklərin beynəlxakıq təsnifatının 10-cu baxışında kodu F25.2) müəyyən edilir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar (irsiyyətinin psixi xəstəliklərlə ağırlaşması, kursant olduğu müddətdə psixi xəstəliyə tutulduğundan xidmətini davam etdirə bilməməsi, əvvəllər fərdi qaydada psixiatra müraciət etməsi, psixfatrik tibb müəssisəsində müalicə alması, yaşadığı ərazi üzrə xəstəxananın poliklinika şöbəsinin psixiatrik kabinetlərində qeydiyyata düşməsi, dəfələrlə 2 saylı X2 və Silahlı Qüvvələrin Baş Klinik Hospitalında müayinədə və müalicədə olunması) və hal-hazırkı psixiatrik müayinənin nəticələri (yoxlanılan şəxsin şöbədə müayinədə olduğu müddət ərzində geyiminə və təmizliyinə az fikir verməsi, özünə qapılması, gün ərzində vaxtının əksər qismini fikirli halda keçirməsi, əhvali-ruhiyyəsinin dəyişkən olması, bəzən əsəbi olması, əllərini və dişlərini sıxaraq yavaş səslə qışqırması, ünsiyyətə az meyilli olması, taleyindən gileylənməsi, yuxusunun pis və qidalanmasının zəif olması, müayinə gedişində zahirən səliqəsiz, narahat və gərgin görünməsi, simasında narazılıq ifadəsinin müşahidə olunması, produktiv verbal kontakt qurmaqda çətinlik yaranması, söz ünsiyyəti zamanı söhbətə həvəssiz və qeyrifəal şəkildə qoşulması, zəif və monoton səslə danışması, suallara yubanmaqla cavab verməsi, onları əsasən qısa cavablaandırması, təfəkkürünün ləng tempdə olmaqla az məhsuldar olması, nitqində ardıcıllıq olsa da, mülahizə və mühakimələrində qəribəliklər müşahidə edilməsi və s.) sübut edir.Stasionar məhkəmə psixiatrik ekspertizası (ekspert komissiyası) cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stasionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfii təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavablandırır:Sual 1. Təqsirləndirilən şəxs hazırda hər hansı ruhi xəstəlikdən əziyyət çəkirmi? Onun öz hərəkətlərini idarə edib onları qiymətləndirmək qabiliyyəti vardırmı və anlaqlı hesab edilirmi?Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hazırda cQarışıq tipli şizoaffektiv pozuntu? kimi psixi pozuntudan əziyyət çəkir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini psixotik halda törətdiyi üçün öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək, habelə onları idarə etmək iqtidarında olmamışdır. Buna görə ittiham olunduğu cinayət əməli barəsində anlaqsız hesab olunmalıdır.Sual 2. Əgər onda ruhi xəstəlik vardırsa, hazırda və hadisə baş verən vaxt xəstəlik hansı mərhələdə olub?Yoxlanılan şəxs Təqsirləndirilən şəxs aşkarlanan şizoaffektiv pozuntu adətən gənc yaşlarında başlayan, özündə şizofreniya və affektiv patologiya əlamətlərini birləşdirən, təfəkkürün anomal prosesləri və tənzimlənməsi pozulmuş emosiyalara səciyələnən endogen psixi pozuntudur. Affektiv pozulmalar şizofreniyanın produktiv simptomlarına nisbətən daha qüvvətli olur və xeyli uzun çəkir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən onun əziyyət çəkdiyi qarışıq tipli şizoaffektiv pozuntunun gedişində kəskinləşmə mərhələsi olmuş, təfəkkürünün qəribəlikləri fonunda şübhələrin artması və bununla bir vaxtda əhvali-ruhiyyəsinin pozulması qeydə alınmışdır. Təqsirləndirilən şəxs törətdiyi əmələ görə anlaqsız hesab edilməsinin səbəbi məhz bundan ibarətdir.Sual 3. Əgər onda ruhi xəstəlik vardırsa, iş materiallarında olan şahidlərin ifadələrində göstərildiyi kimi, müstəqil fəaliyyət göstərməklə işləyən zaman həmin xəstəlik özünü büruzə verməyə bilərdimi?Cavab. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs qarışıq tipli şizoaffektiv pozuntu olsa da, iş materiallarında olan şahidlərin ifadələrində göstərildiyi kimi, həmin pozuntu remissiya mərhələsində olarkən onun müstəqil fəaliyyət göstərməklə işləməsi mümkündür. Elmi ədəbiyyatdakı məlumata görə, şizoaffektiv pozuntu, xüsusən onunqarışıq tipi həyatın müxtəlif dövrlərində cürbəcür simptomlarla təzahür edən bir psixi patologiyadır. Bu pozuntu praktiki olaraq şəxsiyyət dəyişiklikləri ilə müşayiət edilmir. Onu şizofreniyadan fərqləndirən başlıca cəhət məhz bundan ibarətdir. Şizoaffektiv pozuntunun gedişində remissiya mərhələsi olduqda, yəni həmin pozuntu əlamətlərinin qabarıq şəkildə təzahür etmədiyi müddətdə belə bir patologiya müşahidə olunan şəxs müstəqil fəaliyyət göstərə bilər. Beləliklə, məhkəmə tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qarışıq tipli şizoaffektiv pozuntu kimi psixi pozuntu nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyərək və onu idarə edə bilməməklə anlaqsız vəziyyətdə olmaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-ci, 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən Cinayət Məcəlləsinin Xüsusi hissəsində nəzərdə tutulmuş əməli anlaqsız vəziyyətdə törətmiş şəxslərə məhkəmə tərəfindən tibbi xarakterli məcburi tədbir təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-ci, 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törədərkən anlaqsız olmaqla öz əməlinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığını və barəsində məcburi müalicə şəklində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməli olmasını sübuta yetirilmiş hesab edərək, belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 477.3-cü maddəsinin tələbinə əsasən o, cinayət məsuliyyətindən və cəzadan azad edilməklə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. “Məhkəmələr tərəfindən tibbi xarakterli məcburi tədbirlərin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 08.11.2012-ci il tarixli 8 saylı qərarının 14-cü maddəsində məhkəmələrə tövsiyə olunmuşdur ki, cinayət qanununda nəzərdə tutulmuş əməlin şəxs tərəfindən anlaqsız vəziyyətdə törədilməsi sübuta yetirildikdə və tibbi xarakterli məcburi tədbirlərin tətbiqi əsasları müəyyən edildikdə məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinə əsasən onun cinayət məsuliyyətindən azad edilməsi və barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə qərar qəbul edir. Cinayət işindəki ekspertiza rəylərinə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 95.0.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab olunan və Xocalı rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynək, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, həmçinin cinayətin aləti olan 01 ədəd bıçaq isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilməli, 63 (altmış üç) manat ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 321, 344-348, 356 və 468 - 477 -ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4, 228.4 və 229.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini anlaqsız vəziyyətdə törətdiyindən cinayət məsuliyyətindən azad edilsin və haqqında ümumi tipli psixiatriya stasionarlarında məcburi müalicə təyin olunsun. Qərarın icrası Goranboy rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Qərar qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs davranışına nəzarət onun qanuni nümayəndəsi Qanuni nümayəndə Həsən oğluna və Goranboy rayon polis şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut hesab olunan və Xocalı rayon prokurorluğunda saxlanılan Təqsirləndirilən şəxs məxsus 01 ədəd qısaqol köynək, təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus 01 ədəd qısaqol köynək, zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, həmçinin cinayətin aləti olan 01 ədəd bıçaq isə istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Cinayət əməlini analaqsız vəziyyətdə törətdiyindən Təqsirləndirilən şəxs iş üzrə olan ekspertiza xərcini ödəməkdən azad edilsin, 63 (altmış üç) manat ekspertiza xərci dövlət büdcəsi hesabından Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(100)-23/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-23/2022
03.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver