Məhkəmə qərarları › İş №1(100)-23/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-23/2023

18.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-23/2023 18.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X20 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X39 oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, işləməyən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(098)-83/2021 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Davud” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, “Davud” adlı şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda – ümumi təmiz çəkisi 19,878 qram narkotik vasitə heroini və külli miqdarda - ümumi təmiz çəkisi 18,923 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib özü və ya tanışları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında olan yol nişanının altında gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində, bir hissəsini isə idarə etdiyi “Lada Niva” markalı **- FR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 01 noyabr 2021-ci il tarixdə saat 14:10-da yuxarıda qeyd edilən ünvanda idarə etdiyi avtomobillə birlikdə saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş və orada həmin tarixdə saat 15:41-də üzərində şəxsi axtarış və götürmə keçirilən zaman əynindəki tünd göy rəngli gödəkcənin sol iç cibindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümündə təmiz çəkisi 9,410 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümündə təmiz çəkisi 15,537 qram olan narkotik vasitə heroin, həmin tarixdə saat 17:01-də özünün razılığı və iştirakı ilə idarə etdiyi “Lada Niva” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin ön sağ oturacağının qarşısındakı saxlanc yerindən satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamaqla daşıdığı 01 ədəd sellofan bükümündə təmiz çəkisi 9,513 qram olan psixotrop maddə metamfetamin və 01 ədəd sellofan bükümündə təmiz çəkisi 4,341 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2016-2017-ci illərdən narkotik vasitə marixuanadan, son 5-6 ayda isə “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və “patı” kimi tanıdığı metamfetamindən istifadə etmişdir. İstifadə etdiyi narkotik vasitələri tanışları vasitəsi ilə əldə etmişdir. 01 noyabr 2021-ci il tarixdə saat 14:10 radələrində ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “VAZ-2021” markalı, **-FR-*** qeydiyyat nişanlı avtomobilinin yanında olduğu zaman 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan Bakıda Davud adlı şəxsin tutulduğunu və Davud adlı şəxsin əleyhinə ifadə verməyini xahiş etmişlər. O, polis əməkdaşları ilə razılaşaraq idarə etdiyi “VAZ-2021” markalı, **-FR-*** qeydiyyat nişanlı avtomobillə birlikdə Bərdə Rayon Polis Şöbəsinə getmişlər. Bərdə Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən onun üzərinə və avtomobilinə narkotik vasitə olan heroin və metamfetamin qoyulmuş, daha sonra üzərinə videoçəkiliş vasitəsi ilə baxış keçirilmişdir. O, narkotik vasitə istifadəçisi olsa da hər hansı şəxsə narkotik vasitə satmamış, narkotik vasitələri özü başqa şəxslərdən alaraq istifadə etmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, Davud adlı şəxsi ümumiyyətlə tanımamış, narkotik vasitələri adətən tanışları vasitəsi ilə əldə etmiş, hadisə baş verən gün o, Davudun əleyhinə ifadə vermək üçün Bərdə Rayon Polis Şöbəsinə dəvət edilmiş, polislər onun avtomobilinə narkotik vasitə olan heroin və metamfetamin qoymuş və videoçəkiliş zamanı həmin narkotik vasitəni Davud adlı şəxsdən aldığını bildirməsini istəmişlər. Hadisə baş verən gün Bərdədə yerləşən “Sərin” restoranında Murad adlı dostu və sonuncunun əmisi oğlu onun yanında olmuşlar. Muradla görüşmələrinin məqsədi narkotik vasitə almaq olmuşdur. O, oktyabr ayının 29-da Bərdə şəhərində olmuş, həmin ərəfələrdə Bakı şəhərinə getməmiş və əvvəllər hər hansı İran vətəndaşını tanımamışdır. O, Bərdə Rayon Polis Şöbəsində təzyiqlərə məruz qalmasa da, Bakı Şəhər Nərimanov Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qalmış, döyülmüş və dişi qırılmışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməllərini törətməsi məhkəmə istintaqında tədqiq edilmiş aşağıdakı şahid ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam təsdiq olunur. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 01 noyabr 2021-ci il tarixdə Bərdə rayon sakini Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bərədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat raportla rəhbərliyə məruzə edildikdən sonra Təqsirləndirilən şəxs barəsində əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi üçün tərəfindən qərar qəbul edilərək onun rəhbərliyi altında əməliyyat qrupu yaradılmış və qrupa işlədiyi Baş İdarənin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2, polis baş leytenantı X12 və təhqiqatçı polis baş leytenantı X22 daxil edilmişlər. 01 noyabr 2021-ci il tarixdə saat 14 radələrində Təqsirləndirilən şəxs idarə etdiyi “Lada Niva” markalı avtomobillə birlikdə Bərdə şəhəri, Koroğlu küçəsində olması müəyyən edilmiş, sonuncuya yaxınlaşaraq özlərini təqdim edib Bağırdan da özünü təqdim etməsini xahiş etmişlər, sonuncu özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirilmiş, barəsində qəbul edilmiş qərarla tanış edilmiş və sonuncu idarə etdiyi avtomobillə birlikdə Bərdə Rayon Polis Şöbəsinə dəvət edilmişdir. Saxlanılan zaman Təqsirləndirilən şəxs avtomobilinin yanında dayanmış, sonuncu polis şöbəsinə özünə məxsus avtomobillə aparılmış və avtomobili o idarə etsə də Təqsirləndirilən şəxs avtomobildə onun yanında olmuşdur. Şöbəyə çatdıqdan sonra isə avtomobilin açarları Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Şöbənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olması ehtimal edilən narkotik vasitələri, psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyaları könüllü surətdə təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan tünd göy rəngli gödəkçəsinin iç cibindən 02 ədəd sellofan bükümü, təqdim edən zaman qırılmış silindrik formalı şüşə qabı, əynində olan tünd göy rəngli gödəkçəsinin yan ciblərindən mobil telefonu, idarə etdiyi “Niva” markalı **- FR-*** qeydiyyat nişanlı avtomobilin açarını və siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümün içində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə, digər 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində ağ rəngli, kristal formalı psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Siqaret qutusunun içərisindən siqaretlər və alışqan aşkar edilmişdir. 01 ədəd silindirik formalı şüşə qaba baxış keçirilərkən həmin qabın sınması müəyyən edilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin silindrik formalı şüşə qabı narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd sınmış silindrik formalı şüşə qab cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd zərfdə qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş mobil telefon əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Aşkar edilmiş avtomobil açarı, siqaret və 01 ədəd alışqan Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Təqsirləndirilən şəxs, həmçinin idarə etdiyi “Niva” markalı avtomobilin ön hissəsində yerləşən saxlanc yerində əlavə 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin saxladığını bildirmişdir. Avtomobilə baxışa başlamazdan əvvəl Təqsirləndirilən şəxs avtomobildə narkotik vasitələr və psixotrop maddələr, qanunla dövriyyəsi qadağan edilmiş digər əşyalar varsa onları təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs avtomobilin salonunun ön hissəsində saxlanc yerində 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin saxlandığını bildirib, idarə etdiyi “Niva” markalı avtomobilin qapılarını özündə olan açarla açıb salon hissədə ön tərəfdə sağ saxlanc yerindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini və 01 ədəd elektron tərəzini götürüb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə və digər 01 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı **-FR-*** qeydiyyat nişanlı avtomobilin salonunda aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənmiş və imzalanmışdır. Bundan sonra “Niva” markalı avtomobilə baxış keçirilməsi davam etdirilmiş, Təqsirləndirilən şəxs avtomobilin ön sol qapısının yanından 01 ədəd “Redmi” markalı telefonu və 01 ədəd qara rəngli pul qabını təqdim etmişdir. Pul qabına baxış keçirilərkən pul qabının içində Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, digər sənədlər və 01 ədəd qayçı aşkar edilmişdir. Baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilməmişdir. Bundan sonra avtomobilə məxsus açar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Eyni zamanda aşkar edilmiş digər sənədlər və 01 ədəd qayçı pul qabına qoyularaq Təqsirləndirilən şəxs özünə geri qaytarılmışdır. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat-axtarış tədbiri zamanı və daha sonra onlar tərəfindən Təqsirləndirilən şəxs qarşı hər hansı bir fiziki zorakılıq və ya psixoloji təzyiq olunmamış, sonuncunu heç kim döyməmiş və üzərinə narkotik vasitə və psixotrop maddə qoymamış, şəxsi axtarış və avtomobilə baxış zamanı müdafiəçisi Təqsirləndirilən şəxs yanında olmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs döyülmə və narkotik vasitələrin və psixotrop maddələrin guya ki onun üzərinə polis əməkdaşlarının qoyması ilə bağlı göstərdiyi xüsusatlar həqiqətə uyğun olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində əməliyyat müvəkkilləri işləyən Şahid2 və X2 Rüstəm Azər oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış və sonuncu ilə eyni məhəllədə yaşamışdır. Bir ildir “kakos” kimi tanıdığı narkotik vasitə heroindən və “patı” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, Təqsirləndirilən şəxs də narkotik vasitə istifadəçisi olduğunu bilmiş və sonuncu ilə birlikdə dəfələrlə narkotik vasitədən istifadə etmişdir. 4-5 ay olardı ki, sonuncu özünə narkotik vasitə alanda ona da istifadəsi üçün narkotik vasitə almasından ötrü Bağıra pul vermişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, özünə narkotik vasitə alması üçün bir neçə dəfə Bağıra 10 manat pul vermiş, sonuncu da pulu götürdükdən bir müddət sonra narkotik vasitə alaraq gətirib ona vermişdir. BMCMİ-də ifadə verərkən narkoloji ekspertizadan keçirilmiş və müayinə zamanı narkotik müəyyən edildiyindən inzibati məsuliyyətə cəlb olunmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun müddətdir tanımış və sonuncu ilə bir məktəbdə oxumuşdur. Təxminən üç ildir “ot” kimi tanıdığı narkotik vasitə qurudulmuş marixuanadan, bir ilə yaxın isə “şüşə” kimi tanıdığı psixotrop maddə metamfetamindən istifadə etmişdir. O, Bağırın narkotik vasitə istifadəçisi olduğunu bilmiş və sonuncu ilə birlikdə dəfələrlə narkotik vasitədən istifadə etmişdir. Narkotik istifadəçisi olduğunu bildiyi üçün özünə narkotik alanda ona da almasından ötrü o, Bağıra 20 manat pul vermişdir. Bağır da narkotik vasitə aldıqdan sonra aralarında bölmüşlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Abbasov X11 Zülfiqar Vüqar oğlu ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş əvvəlki məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, Murad Salmanzadə ilə Bərdə şəhərində yerləşən “Sərin” restoranında oturmuşlar. Bağıra telefonla zəng edib görüşmək istədiklərini demişlər, bir qədər sonra Bağır da həmin restorana gəlmiş və onlar birlikdə oturub söhbət etmişlər. Restoranda olan zaman Təqsirləndirilən şəxs başqa-başqa adamlarla telefonla danışmış və o, sonuncunun narkotik vasitə axtardığını hiss etmişdir. Bağır, həmçinin onların yanına gələn zaman ağrılarının olduğunu bildirmişdir. Restorandan üçü birlikdə çıxmış və Bağır avtomobilinin qapısını açan zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş əvvəlki məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün o, Bəxtiyar ilə Bərdə şəhərində yerləşən “Sərin” restoranında oturmuşlar. Bir qədər sonra Bağır da həmin restorana gəlmiş və onlar söhbət etmişlər. Restorandan çıxıb evə gedən zaman Bağırı polis əməkdaşları saxlamışlar. Hadisə günü Bağırın üzərində narkotik olub-olmaması barədə məlumatı olmamış, sonuncu onların yanında olan vaxt narkotiklə bağlı kimlərəsə zəng etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 02 noyabr 2021-ci il tarixli, 6/4851 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) tədqiqata təqdim edilmiş üzərində “... Təqsirləndirilən şəxs idarə etdiyi....” sözləri yazılmış 1 №-li kağız paketdə 1 ədəd bükümdə təmiz çəkisi 9,513 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 4,341 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. 2) üzərində “.... Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış....” sözləri yazılmış 2 №-li kağız paketdə açdıqda 1 ədəd bükümdə təmiz çəkisi 9,410 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, 1 ədəd bükümdə təmiz çəkisi 15,537 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, bir ədəd sınıq şüşə borucuqda psixotrop maddə metamfetaminə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların çəkisini müəyyən etmək mümkün olmadı. İz mikrohissəcikləri ilə maddə nümunələrinin müqayisəli tədqiqatı aparılmadığından bu barədə qoyulmuş sual cavablandırılmadı. 3) 1 və 2 №-li kağız paketlərdəki psixotrop maddə metamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 18,923 qramdır. 4) 1 və 2 №-li kağız paketlərdəki narkotik vasitə heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 19,878 qramdır. 5) Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri” in siyahısına (Siyahı İ) daxildir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X43 Şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 4271 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Təqsirləndirilən şəxs sintetik tərkibli opioidlərin, kannobioidlərin və metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X36 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4759 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Şahid4 opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X36 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4760 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, Şahid6 Suriddin oğlunda opioidlərin və psixotrop maddə olan metamfetaminin birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X36 Şəxsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 4761 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəydən görünür ki, X1 və psixotrop maddə olan metamfetaminin birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstəricisi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 15.05-də Bərdə Rayon Polis Şöbəsində müdafiəçisi X17 iştirakı ilə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, yəni 01 noyabr 2021-ci il tarixdən saat 14.10-dan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş videogörüntünü özündə əks etdirən informasiya daşıyıcı olan diskdən görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 01 noyabr 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs ünvan 3 ünvanının yaxınlığında idarə etdiyi “Lada Niva” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında saxlanılaraq həmin avtomobillə birlikdə Bərdə RPŞ-nə gətirilmiş və videoçəkilişdən istifadə edilməklə müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu bildirib, əynində olan tünd göy rəngli gödəkçəsinin sol yan iç cibindən 02 ədəd sellofan bükümü, qırılmış silindrik formalı şüşə qabı, həmin gödəkçənin sağ yan cibindən “Redmi” markalı mobil telefonu və avtomobilin açarını, sol yan cibindən “Kent” markalı siqaret qutusunu çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 02 ədəd sellofan bükümə baxış keçirilən zaman narkotik vasitə heroinə və psixotrop maddə metamfetaminə oxşar maddələr aşkar edilmişdir. “Kent” markalı siqaret qutusundan 10 ədəd siqaret və 01 ədəd alışqan aşkar edilmişdir. Təqdim edilmiş 01 ədəd “Redmi” markalı mobil telefon və 02 ədəd sellofan büküm götürülmüş, avtomobil açarı, “Kent” markalı siqaret və 01 ədəd alışqan Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Şifahi sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini 2 gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsdən sifariş verdiyini, “Davud” adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olduğunu, sonradan WhatsApp proqramı vasitə ilə online qaydada 300 manat pulu əvvəlcədən “Davud” adlı şəxsin göndərdiyi kart hesabına köçürdüyünü, “Davud” adlı şəxsin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mikrorayon dairəsində yol nişanının alt hissəsinə qoyduğunu, həmin yerin şəklini ona çəkib göndərdiyini, “Davud” adlı şəxsin qeyd etdiyi yerdən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürdüyünü, özünün və yaxın tanışlarının istifadə etməsi məqsədi ilə üzərində saxlayıb daşıdığını bildirdi. Şəxsi axtarış davam etdirilərkən Təqsirləndirilən şəxs üzərindən digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd sınmış silindrik formalı şüşə qab cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandı. Təqsirləndirilən şəxs bundan əlavə idarə etdiyi “Niva” markalı, **-FR-*** qeydiyyat nişanlı avtomobilin ön hissəsində yerləşən saxlanc yerində 01 ədəd sellofan bükümdə narkotik vasitə heroin və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin saxladığını bildirdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 noyabr 2021-ci il tarixli “baxış keçirilməsi və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı, **-FR-*** qeydiyyat nişanlı avtomobilə videoçəkiliş aparılmaqla müdafiəçisinin iştirakı ilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı, **-FR-*** qeydiyyat nişanlı avtomobilin qapılarını özündə olan açarla açıb salon hissədə ön tərəfdə sağ saxlanc yerindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini və 01 ədəd elektron tərəzini götürüb təqdim etdi. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda içərisində qəhvəyi rəngli, spesifik qoxuya malik narkotik vasitə heroinə oxşar maddə və digər 01 ədəd sellofan bükümə baxış keçirilərkən içərisində psixotrop maddə metamfetaminə oxşar maddə olması müşahidə edildi. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Niva” markalı, **-FR-*** qeydiyyat nişanlı avtomobilin salon hissəsində ön tərəfdə saxlanc yerindən aşkar olunmuş 01 ədəd sellofan bükümdə narkotik vasitə heroinə oxşar maddə, 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetaminə oxşar maddə və 01 ədəd elektron tərəzi cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalandı. “Niva” markalı, **-FR-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilməsi davam etdirildi. Baxış zamanı avtomobilin ön sol qapısının yanından 01 ədəd “Redmi” markalı telefon və 01 ədəd qara rəngli pul qabını Təqsirləndirilən şəxs təqdim etdi. Pul qabına baxış keçirilərkən içində Təqsirləndirilən şəxs məxsus 01 ədəd şəxsiyyət vəsiqəsi, “Covid-19 vaksinasiyası üzrə məlumat forması”, 01 ədəd Dövlət Sosial Sığorta Şəhadətnaməsi, 01 ədəd hərbi bilet, 01 ədəd Yeni Azərbaycan Partiyasına məxsus üzvlük vəsiqəsi və 01 ədəd qayçı aşkar edildi. Baxış zamanı avtomobildən cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmetlər aşkar edilmədi. Bundan sonra avtomobilə məxsus açar, Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və 01 ədəd “Redmi” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyindən götürüldü. Eyni zamanda baxış keçirilərkən pul qabının içindən aşkar edilmiş Təqsirləndirilən şəxs məxsus “Covid-19 vaksinasiyası üzrə məlumat forması”, 01 ədəd Dövlət Sosial Sığorta Şəhadətnaməsi, 01 ədəd hərbi bilet, 01 ədəd Yeni Azərbaycan Partiyasına məxsus üzvlük vəsiqəsi və 01 ədəd qayçı pul qabına qoyularaq Təqsirləndirilən şəxs özünə geri qaytarıldı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “təqsirləndirilən şəxs qismində cəlb etmək və ittiham elan etmək haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona CM-nin 32.5, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 30 noyabr 2021-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Redmi Pro 9” markalı mobil telefona baxış keçirilən zaman WhatsApp mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Uuurrrfff” kimi qeyd edilmiş +99***- ***-**-** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin şəxsə 30 oktyabr 2021-ci il tarixdə saat 06:58-də “Aye burda pati 60m”, saat 07:01 - 07:02 aralığında “Bir nefer var burda”, “Tanıyırsan”, “Mawinin zaloq qoyub karva goturecek”, “Aynoyn gotrub verecem buna iranlidan”, “Ordan ma xeylam iw qalir” məzmununda mesajlar göndərmişdir. Təqsirləndirilən şəxs adı “Ck3333” kimi qeyd edilmiş +99***-***-**-** mobil nömrənin istifadəçisinə “İki uc gundu qalmiwam patisiz belim agriyir lomkadan” ismarıcını yazmış, həmin şəxs isə cavabında “Dünen gelmişem balinsadan koku elemirem bele sa fener daşı taparam” yazmışdır. Təqsirləndirilən şəxs götürülmüş “Redmi Pro 9” markalı mobil telefonda cinayət təqibi üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edildiyindən həmin telefon maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 01 dekabr 2021-ci il tarixli “telefon zəngləri üzrə aparılmış danışıqlar barədə məlumatlara baxış keçirilməsi haqqında” protokoldan görünür ki, telefon danışıqlarına dair məlumatlara baxış keçirilən zaman Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** saylı mobil telefon nömrəsinin antena dairəsinin xx.xx.2022-ci il tarixdə saat 23.23-də Tbilisi prospekti, Mebel fabrikası ərazisində, xx.xx.2022-ci il tarixdə saat 13.18-də Xırdalan qəsəbəsi DYP ərazisində, həmin gün saat 18.31-də isə Bərdə rayonu Şörəlli kəndi ərazisində olduğu müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** saylı mobil telefon nömrəsi ilə müxtəlif telefon nömrələrinin istifadəçiləri arasında narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsinə dair aşağıdakı məzmunda SMS mətnlərinin göndərildiyi müəyyən edilmişdir: xx/xx/2021,02:12:16,**********89,**********62,Qaqa senol patiya vermiwem tel bagliyib cindiri gozduyurem.qalmiwam maslaprom terefde mawinda yoxdu zaurda tel bagliyib.sebrli ol qaqa sennen bawqada gozdyen vr xx/xx/2021,04:06:44,**********62,**********89,Qaqa 20liy pati isdiyrler var yari goturek 20lik verey ora qalani bizim olsun xx/xx/2021,18:08:35,**********89,**********98,Kola hazr xx/xx/2021,10:01:40,**********17,**********89,Ay tuxta bunu niye bele tuxta bukmuwdun hamisini tokdum yere senol drazit oldum tayda. Bele wey bukeller xx/xx/2021,10:22:55,**********89,**********17, Senol entiq bukmuwdum. bareqa sayagi bukulmuwdu. yaxwi narkuwa onu seliqeli acardi. deyb s….. beynmi. tokmusen yere iyle getsin oda yern payi xx/xx/2021,15:15:51,**********89,**********27,25den kola istemirsen? xx/xx/2021,22:29:24,**********89,**********27,Qaqa varey dermanli xx/xx/2021,15:15:02,**********80,**********89,Nagarsan 100 var nagarax? xx/xx/2021,15:26:27,**********89,**********80,5 olajaq bilesen 20den verir xx/xx/2021,22:41:07,**********89,**********17,İki dend 15diy isdyen vsr dazxr xx/xx/2021,02:44:56,**********98,**********89,Qaqa bir söz demedin axi zakaz eliyim 1-kaset koka-kola ne gelik deyisen kola yaxsidi yoxsa fanta xx/xx/2021,12:59:34,**********01,**********89,Aye lafta men olum yuxu meni aparir sen usaqlarin canina mene bir kirtik agardi ver get sen allah ne olar sen firinin canina cixanmiram hec ara men olum qaqa xx/xx/2021,18:13:58,**********99,**********89,Qaqa salamatciliqdi bu qeder adam yatar men saat 6:45 yatib 11:25 durmusam draf--2 getmedin bazara agartini almamisansa duzelib 2 qabin pulu denen verim xx/xx/2021,14:23:57,**********89,**********98,Hervaxtin xeyir abi neterdi vezyet. Dunen dedin agartinin qabin keciler qirib pis oldum wexsen. Qardawin onnanda entiqin duzeldib. uwagi mektebe getrecem xx/xx/2021,22:14:19,**********89,**********58,Qaqa 10 isdyen var. Alinibsa denan gotrum verim xx/xx/2021,22:02:59,**********89,**********99,Qaqa ancaq keci sudu var qaralti yoxdu xx/xx/2021,16:27:17,**********89,**********22,Qaqa agarti ? Torpagin sotun 20-23 den alram burda qaqa. Gor alinirsa her hefte 50-70 dene gotrum nagd xx/xx/2021,17:02:25,**********89,**********22,x qacr hele olanda.qaqa iki peryotdan sora hefteye cox olajaq reqem 100-120 dene. Qaqa iki aya 2kq arpa torpag dagitmiwam xx/xx/2021,15:12:19,**********89,**********99,Hervaxtin xeyr. 20 sot torpagin yeri hazrdi eyricede xx/xx/2021,23:32:39,**********89,**********99,Qaqa aynoyin lapmpwkaynan bir yerde klokda walbanin dibindedi men berk telesirem evden meni dedemgil xvostumdadi berk. onu cekb bir soz deyersen xx/xx/2021,10:12:35,**********84,**********89, Balamın cana seryoznu deyirəm50 lazımdır xx/xx/2021,15:29:59,**********89,**********66,Salam brad.22 man kola var. Dedm birden lazm olsa de xx/xx/2021,17:00:48,**********89,**********11, 25man kola var istesen denan xx/xx/2021,14:57:54,**********89,**********99,Qaqa bakidayam. 20 den torpax yeri var hokmelide.behmezdi senol. Eger bir fikirin olsa denen kart deym vur. Axwam ordayam xx/xx/2021,20:04:13,**********89,**********66,Yari pati isteyen var. Onun pulun gozduyurem. Goturib gelirem xx/xx/2021,22:37:03,**********99,**********89,Qaqa 1-2 eded qiymeti nedi nece kvadratdi birin hamama birinde eyaq yoluna asmaq isdiyirik xx/xx/2021,22:57:13,**********89,**********99,İkisin 75 e danwdim 80 deyrdi xx/xx/2021,13:16:28,**********89,**********99,Onun ceksin deqiq ele keko deyir. Zona gedr xx/xx/2021,16:03:32,**********99,**********89,Qaqa intiqam meni yigib ki 1 dene güzgü lazimdi dedimki 5 deqiye xeber eliyirem dedim sa kurs eliyim xx/xx/2021,00:36:05,**********17,**********89,Yari pati goture bilirik? xx/xx/2021,19:59:38,**********89,**********58,Hormetli abonent ********* nomreli abonent balansiniza yarm koku yuklemisdir xx/xx/2021,13:01:17,**********48,**********89,Nagarsan yari birdene agarti hell eliye bilersen xx/xx/2021,13:14:02,**********48,**********89,Yox qaqam yari o gunku kimi amma men olum daw ele xx/xx/2021,20:02:53,**********89,**********80,Teze tema gelib senol pt-kola pox yeyir. Bir porsusu 25 man xx/xx/2021,00:18:52,**********89,**********80,Bildimde mende de aynoyn var 2fanta 05kola. Teze mek terefdeyem xx/xx/2021,15:37:12,**********48,**********89,Qaqa mene kola fanta lazimdi xx/xx/2021,15:44:29,**********48,**********89,Alinir qaqa yari ikisinnende xx/xx/2021,16:48:36,**********48,**********89,Agacan o kolani 2 dene elede xx/xx/2021,18:44:30,**********48,**********89,Aga yarim kola naxadi nuxadi neter eliyek xx/xx/2021,18:05:36,**********00,**********89,Paxan koku lazimdi cet. Agartida yari xx/xx/2021,18:23:51,**********89,**********80,Cet koku var xx/xx/2021,02:11:07,**********89,**********80,Agarti var xx/xx/2021,13:57:46,**********48,**********89,Aga 1dene litirlik kola tewkil elede xx/xx/2021,02:29:27,**********08,**********89,X48 Cani Mene 1dene X46 **** **** X40 20mat X49 Olum, X47 Gelim, xx/xx/2021,19:28:10,**********48,**********89,Birdene yarim litirlik kola tewkil elede aga xx/xx/2021,15:10:02,**********80,**********89,Nagarsane gelmirsen bura. 1dene agarti verde mene xx/xx/2021,21:18:04,**********80,**********89,Qaqa duzelmedi agarti? xx/xx/2021,21:26:17,**********89,**********80,Duzelir nagdya al gulum ver gulum 40dan gotur destine xx/xx/2021,21:27:10,**********80,**********89,Bidene yarim eliyek ama tez xx/xx/2021,21:27:31,**********89,**********80,Yarm yalan deyerem xx/xx/2021,21:27:50,**********89,**********80,Butoydu dev kimi xx/xx/2021,21:28:48,**********80,**********89,Heqi deyrsen qaqa belede 1deneni ver 20verim indi 1saata zadada axwama kimi dunenkiynen biryerdeikisinde verimde. xx/xx/2021,22:12:37,**********80,**********89,X48 cani qesden bele edirsen? xx/xx/2021,22:35:23,**********89,**********80,Sen ne abirsiz adamsan xx/xx/2021,22:35:46,**********89,**********80,Sa demedim aynoyn yoxdu ay cindir bu nedi yazrsan xx/xx/2021,13:51:48,**********09,**********89,Reşid salam yarı kola elemek olar xx/xx/2021,14:29:57,**********48,**********89, Aga salam mene patpres lazimdi xamilyon xx/xx/2021,14:50:59,**********48,**********89,He lap yaxwi men mecid terefdeyen prosdu xeylag baxdi cekmirem daw verde mene 10manatim var ele rufetnen bir yerdeyem da kolani xx/xx/2021,14:54:38,**********48,**********89,He men olum tezdewdir qadan alaram hemde daw olsun alinsa yarim ver men sene 10vererem sabax.e he senol balamin cani xx/xx/2021,16:06:05,**********48,**********89,Aga kola var yari naxadi nuxadi xx/xx/2021,18:52:23,**********09,**********89,15 mada yari olar xx/xx/2021,16:53:24,**********09,**********89,Sen oqluyun cani temiz 05 varsa geti evdeyem xx/xx/2021,22:25:04,**********48,**********89,Bro senin qadan alaram evdeyem mene yari patpres hell elede vacib bawina donerem xx/xx/2021,22:42:08,**********48,**********89,Bagir bawina donerem qonaq var vacibdi o iwi hell ele qadan alaram pulu nagdidi evdeyem men taksiye oturum gelim gele bilmirsense xx/xx/2021,22:55:23,**********89,**********48,Qaqa varey 25edi xx/xx/2021,22:55:44,**********48,**********89,24 manatim var qaqam xx/xx/2021,22:55:56,**********89,**********48,Vezyetnen bagli qiymet qalxib xx/xx/2021,14:50:33,**********48,**********89,Bro necesen ne var ne yox yari kola hell elemek olar naxadi nuxadi qadan alaram gele bilmesen de mawini cixardim gelim xx/xx/2021,17:58:30,**********48,**********89,Yarimka duw qow etde qaqana kola.karva destimdedi ozumde saistrosda xx/xx/2021,21:19:55,**********40,**********89,ureyim partdiyir senol qaqa qalmisam bele saaa baxma hec kime bu barede hecne demirem ozunde yarida yoxdu lap yari olsun xx/xx/2021,00:04:49,**********01,**********89,qaqa yarım heç onu verəsən birdəndənədə pütöy ver özümə evdəyəm mən xx/xx/2021,17:54:20,**********89,**********39,Salam. Yaxwi wukur sen necesen senin balan necedi. Tenha *** yiyir. Ona denen ki 1q kola verirem. wikayetni geri gotur. Razilawsa mene denen verim xx/xx/2021,16:10:52,**********89,**********09,Qaqa yaridan azydi ustumde bura gelende gordum ona gore 20 aldm. Bele azdig elese denen qalanin verm 5dik xx/xx/2021,08:11:51,**********89,**********16,qaqa texnikom kanali quruyub Senol 40-45 m alram agarti mehsulunu xx/xx/2021,14:54:12,**********48,**********89,1 butoy birde yari tewkil ele agarti yarinin pulun nagdi verejem butoyude axwam 11de xx/xx/2021,15:09:13,**********48,**********89,20destimdedi butoyunde pulun axwam verecem qaqa men olum alinirsa gelim telesirem eve getmeliyem xx/xx/2021,15:19:07,**********48,**********89, 20manatdi qaqa senol. o birdeneni neter goturek qaqa pulun axwa verecek dedkn 1 saata mende ona hele dedim alinmirsa deyim qaqa alinmir yeni axwam 11 e ki xx/xx/2021,15:19:25,**********48,**********89,Men gelim o yarimi goturum lap artiqdi usdunnen gotur yarim lazimdi xx/xx/2021,15:22:03,**********48,**********89,Yarimi gelim goturum.o birdene nece deyqiye alinar ona deyim iwini bilsin xx/xx/2021,16:54:03,**********48,**********89,Bro yarin kola yarim fanta duz qow gelim goturumde naxadi o bir alinmirsa eybiyox deyerem alinmir xx/xx/2021,16:59:19,**********48,**********89,Ay qaqa qadan alim onu hell ele gelimde yari kola yari fanta pul usdumdedi 40man xx/xx/2021,17:50:34,**********48,**********89,Men evdeyem qaqa xeber edersen o yarim agartini goturerem xx/xx/2021,20:07:23,**********48,**********89,İkisinnnende yarim litir aldirmaq olar qaqa xx/xx/2021,20:32:34,**********48,**********89,E bir Cavab yaz bilimdene alinir her ikisinnen yarim karva desdimdedi xx/xx/2021,13:36:20,**********48,**********89,Nagarsan qaqa birdene fanta hell elemek olar xx/xx/2021,13:46:47,**********48,**********89,Kola neter bro?yeni alinirsa nagdiya birdene fanta xeber eliyim o adama xx/xx/2021,13:46:55,**********48,**********89,Menede kola hell ele xx/xx/2021,10:02:24,**********48,**********89,Qaqa birdene butoy tewkil eledene gelim goturum agarti xx/xx/2021,09:49:14,**********02,**********89,Qaqa karvasynan 1yari lazmdi mene kola cavab ver bilim? xx/xx/2021,16:23:20,**********03,**********89,Qaqa 2.5 goturde xx/xx/2021,21:24:24,**********00,**********89,1dene lazımdı xx/xx/2021,00:13:16,**********00,**********89,Qaqa gunortakinnan var? yarım ? xx/xx/2021,00:13:51,**********89,**********00,He qaqa duzeler xx/xx/2021,00:50:07,**********00,**********89,Hardasan torpaq sahasi götürmek olar yarim hektar xx/xx/2021,15:57:54,**********00,**********89,He qaqa butovde olar 40 elemi? xx/xx/2021,17:02:28,**********09,**********89,Hə qaqa 0.5 xx/xx/2021,17:05:59,**********09,**********89,Fayqada verdə mənə xx/xx/2021,17:06:18,**********89,**********09,Yapiwqan falqadandi xx/xx/2021,05:38:27,**********89,**********08,Qaqa salam menem Maqadi bir dene kola lazim idi brat meni yig xx/xx/2021,17:03:48,**********03,**********89,Qaqa pati lazimdi hardasan sen xx/xx/2021,09:42:38,**********89,**********37,Normalni olsaydn bele elemedeydin indi falqa elinde zaftrk elyrdin.yemedin getdin xx/xx/2021,13:07:11,**********89,**********80,Ucuz aynoyn goture bilirem. İsdyen olsa denen gotrey artx karva verme ora. 25k30p xx/xx/2021,18:09:22,**********89,**********53,Abi bidene vaxt denen. agarti istyen var onnara he yox deym xx/xx/2021,10:00:37,**********03,**********89,Qaqa hardasan pati lazımdı xx/xx/2021,10:20:44,**********03,**********89,Qaqa 2.5 edersen 2 pulun verim xx/xx/2021,10:31:15,**********89,**********03,Yarmin mendedi onsuzda qaqa. 70 m var naqdi sende daniwim xx/xx/2021,10:32:34,**********89,**********53,Abi svyaza cix imkan olsa. 2+1 karvasi elimde zengini gozleyirem xx/xx/2021,11:52:12,**********48,**********89,Qaqa nagarsan ne var ne yox mene agarti lazim idi 10luq xx/xx/2021,17:24:32,**********03,**********89,Qaqa verdiyin teyxa Qend ile doludu bu ne demek olur qayitsin ne qaderdise yaxsi olani versin yoxdusa pulu versin xx/xx/2021,17:25:36,**********89,**********03,Qend nedi ay qaqa yari da ozum goturmuwem lampwkada durur xx/xx/2021,17:25:52,**********89,**********03,Yari istyen var 25e vereh geleh xx/xx/2021,12:11:17,**********03,**********89,Qaqa temiz pati var nese etmeye xx/xx/2021,22:39:46,**********89,**********53, Eynem var tebi. On man daw zornan tapmiwam. muradnanam cikoynan İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş X23 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Zülfiqar Əskərov ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid4 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, iş üzrə şahid qismində dindirilmiş Şahid6 Suriddin oğlu ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı Şahid6 ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı deməklə bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 19,778 qram narkotik vasitə heroin, qalıq çəkisi 18,823 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi və üzərində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd şüşə borucuq maddi sübut hesab edilməklə saxlanılması üçün Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 01 ədəd “Redmi Pro 9” markalı mobil telefon, şəxsi axtarış və götürmə aparılmasının, eləcə də baxış keçirilməsi və götürmə aparılmasının videogörüntülərin əks edildiyi 02 ədəd DVD disklər, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda narkotik vasitə və psixotrop maddələrin əldə edilmə mənbəyinə görə və qrup üzü İran İslam Respublikasının vətəndaşı Davud adlı şəxsin, habelə qrupun digər üzlərinin barəsində Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata cinayət işi ayrılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, etimad doğuran, məlum və qərəzsiz mənbədən daxil olmuş məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması, satış məqsədi ilə külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə edərək saxlaması və daşıması göstərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul olunmuş və həmin idarənin rəisi tərəfindən təsdiq olunmuş xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncun ətrafında təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2021-ci il tarixli, Ə244-007-21 nömrəli əmrindən görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında sonuncu ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi məqsədi ilə həmin idarənin baş əməliyyat müvəkkili Şahid1 rəhbərliyi ilə əməliyyat müvəkkili Şahid2, əməliyyat müvəkkili X4 və təhqiqatçı X9 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirinin aparılması barədə qərarın qanuniliyinin yoxlanılmasına dair” qərardan görünür ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş və həmin idarənin rəisi, polis generalmayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli qərar qanunauyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli, 007-16233 nömrəli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması, aşkar edilmiş narkotik vasitə və psixotrop maddələri İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsdən əldə etməsi, “Davud” adlı şəxsin narkotik vasitələri müxtəlif şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Təqsirləndirilən şəxs verməsi aşkar edilmişdir. Lakin Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitə və psixotrop maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 9759 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 X25 Xəstəxanası tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 1/2010 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs son 10 ildə stasionar müalicə üçün Bakı şəhəri 2 nömrəli Psixiatriya Xəstəxanasına müraciət etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs adına açılmış tibbi kitabçanın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə Bakı İstintaq təcridxanasına daxil olan zaman bədəni üzərində hər hansı xəsarət aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(098)-83/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(001)-343/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 333.1-ci maddəsi ilə 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Binəqədi RPİ TŞ-də də barəsində CM-nin 128-ci maddəsi ilə cinayət işi olmuş və xx.xx.2021-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci tarixli nömrəli hökmü ilə məhkum edildiyi 500 (beş yüz) manat məbləğində cəriməni ödədiyi üçün xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon İcra və Probasiya şöbəsinin 239/01 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(001)-343/2021 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmiş və azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyatı kitabından qeydiyyatdan çıxarılmışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 aprel 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 32.5, 206.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası CPM-nin 41.3-cü maddəsinə əsasən (dövlət ittihamçısı qaçaqmalçılıq cinayət əməlinə münasibətdə cinayət təqibindən imtina etdiyi üçün) xitam verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AA0302370 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012-ci il təvəllüdlü X26 adlı uşağı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş 12744402 nömrəli AZE seriyalı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2015-ci il təvəllüdlü X18 adlı uşağı vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X19 və xx.xx.2015-ci il təvəllüdlü X7 Təqsirləndirilən şəxs himayəsində olması faktı müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs “2-ci Qarabağ müharibəsi”ndə iştirak etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs məxsus şəxsi işin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.2017-ci tarixdən xx.xx.2019-cu il tarixədək Bərdə regional “Asan Xidmət” mərkəzi, Vətəndaşların hüquqlarının təminatı sektorunun baş məsləhətçisi vəzifəsində çalışmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək heroin və metamfetaminin onun üzərinə Bərdə Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən qoyulduğunu, videoçəkiliş zamanı polis əməkdaşlarının ondan həmin narkotik vasitəni Davud adlı şəxsdən aldığını bildirməsini tələb etdiklərini, Bakı Şəhər Nərimanov Rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını, döyüldüyünü və dişinin qırıldığını, 29 oktyabr 2021-ci il tarixdə Bərdə şəhərində olduğunu və həmin ərəfələrdə Bakı şəhərinə getmədiyini, əvvəllər hər hansı İran vətəndaşını tanımadığını, narkotik vasitə istifadəçisi olsa da hər hansı şəxsə narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçilərinin iştirakları ilə özünü qismən təqsirli bilməklə verdiyi izahatı və ifadəsi, o cümlədən şəxsi axtarış aparılması haqqında protokolla, avtomobilə baxış keçirilməsi haqqında protokolla, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli, həmçinin “baxış keçirilməsi və götürmə aparılması haqqında” xx.xx.2021-ci il tarixli protokollardan və həmin protokollara əlavə edilmiş 2 (iki) ədəd informasiya daşıyıcısı olan disklərdəki videoçəkilişlərdən görünür ki, xx.xx.2021-ci il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində və avtomobilində özünün seçdiyi dövlət hesabına dəvət edilmiş və hüquqlarını müdafiə etmiş müdafiəçi X17 iştirakı və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Qeyd edilən videoçəkilişlərdə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılığa, o cümlədən təsirə məruz qalması, həmçinin bədəninin gözlə görünən hissələrində xəsarətlərin olması öz əksini tapmır. Hətta şəxsi axtarışla bağlı videoçəkilişin 4-cü dəqiqəsinin 36-cı saniyəsində şəxsi axtarışı aparan təhqiqatçı hər hansı bir polis əməkdaşı tərəfindən ona qarşı fiziki və ya psixoloji zorakılığa yol verilibverilməməsini soruşduqda Təqsirləndirilən şəxs qəti şəkildə yol verilmədiyini deyir. Avtomobilə baxışa aid videogörüntüdə isə Təqsirləndirilən şəxs cibindən avtomobilin açarlarını çıxaraq özü qapılarını açır və narkotik vasitəni, psixotrop maddəni, o cümlədən elektron tərəzini könüllü təqdim edir. Qeyd edilən videogörüntüdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması öz təsdiqini tapmır. Həmçinin xx.xx.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs müdafiəçisi X17 iştirakı ilə verdiyi qismən etirafedici izahatında “üzərində aşkar edilmiş bir ədəd sınmış vəziyyətdə olan silindrik formalı şüşə qabı narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi üçün üzərində saxladığını, üzərindən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini 2 gün əvvəl İran İslam Respublikasının vətəndaşı “Davud” adlı şəxsdən sifariş verdiyini, “Davud” adlı şəxslə “İnstagram” sosial şəbəkəsində tanış olduğunu, WhatsApp mobil tətbiqi vasitəsi ilə Davud adlı şəxslə əlaqə saxladığını və alacağı narkotik vasitənin pulunu sonuncunun göndərdiyi karta köçürdüyünü, pulu köçürdükdən sonra Davud adlı şəxsin narkotikin yerinin ona dediyini, əvvəllər iki dəfə bu formada Davud adlı şəxsdən narkotik vasitə aldığını, sonuncu dəfə isə xx.xx.2021-ci il tarixdə Davud adlı şəxsdən “kakos” və “patı” istədiyini və qarşılığında sonuncunun kartına 300 manat pul köçürdüyünü, pulu aldıqdan sonra Davud adlı şəxsin narkotik vasitənin və metamfetaminin yerinin ona dediyini, “Davud” adlı şəxsin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini Bakı şəhəri, Binəqədi rayonu, 3-cü mikrorayon dairəsində yol nişanının alt hissəsinə qoyduğunu, həmin yerin şəklini çəkib ona göndərdiyini, xx.xx.2021-ci il tarixdə qeyd edilən narkotik vasitəni və metamfetamini götürmək üçün Bakı şəhərinə getdiyini və “Davud” adlı şəxsin qeyd etdiyi yerdən narkotik vasitə heroini və psixotrop maddə metamfetamini götürdüyünü, özünün və yaxın tanışlarının istifadə etməsi məqsədi ilə üzərində saxlayıb daşıdığını, saxlanılan zaman, o cümlədən şəxsi axtarış və avtomobilinə baxış zamanı hər hansı polis əməkdaşı tərəfindən ona qarşı fiziki zorakılıq hallarına yol verilmədiyini və psixoloji təzyiqlərə məruz qalmadığını” göstərmişdir. Eyni zamanda təqsirləndirilən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə digər müdafiəçisi X5 iştirakı ilə də şübhəli şəxs qismində dindirilərkən eyni məzmunlu qismən etirafedici ifadə vermişdir. O cümlədən adına tərtib olunmuş tibbi kitabçada da Təqsirləndirilən şəxs Bakı İstintaq təcridxanasına daxil olarkən tibbi müayinə zamanı bədəni üzərində hər hansı bir xəsarətin aşkar edilməsi öz təsdiqini tapmamışdır. Habelə iş üzrə şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində baş əməliyyat müvəkkili Şahid1, həmin idarənin əməliyyat müvəkkilləri Şahid2 və X12 da verdikləri ifadələrində Təqsirləndirilən şəxs yalan danışdığını, polis şöbəsində olarkən sonuncuya hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilmədiyini, hər hansı bir polis əməkdaşının Təqsirləndirilən şəxs döymədiyini və sonuncuya xəsarət yetirmədiyini, hər hansı bir polis əməkdaşının Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və ya psixotrop maddə qoymadığını, sonuncunun üzərində axtarış və avtomobilinə baxış videoçəkiliş vasitəsilə müdafiəçisinin iştirakı ilə aparıldığını bildirmişlər. Həmçinin iş materiallarında olan "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə dair telefon nömrələrin siyahısı, şəxslər haqqında məlumat, nömrələrin antena dairəsi və sms mətinlər əks olunmuş informasiya daşıyıcısı olan diski məhkəmə istintaqı zamanı tədqiq edərkən, Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrənin antena dairəsinin xx.xx.2022-ci il tarixdə saat 23.23-də Tbilisi prospekti, Mebel fabrikası ərazisində, xx.xx.2022-ci il tarixdə saat 13.18-də Xırdalan qəsəbəsi DYP ərazisində, həmin gün saat 18.31-də isə Bərdə rayonu Şörəlli kəndi ərazisində olduğu müəyyən edilmişdir. Hətta "xxxx" MMC tərəfindən təqdim olunmuş Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəyə dair telefon nömrələrin siyahısı, şəxslər haqqında məlumat, nömrələrin antena dairəsi və sms mətinlər əks olunmuş informasiya daşıyıcısı olan diski məhkəmə istintaqı zamanı tədqiq edərkən, Təqsirləndirilən şəxs istifadəsində olmuş həmin mobil nömrə ilə ayrı-ayrı telefon nömrələrinin istifadəçiləri arasında qarşılıqlı formada narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı müxtəlif məzmunlu mesajlar yazıldığı müəyyən edilmişdir. Qeyd edilən mesajların əksərində müxtəlif telefon nömrələrinin istifadəçiləri Təqsirləndirilən şəxs onlara narkotik vasitə və psixotrop maddə satmasını istəmişlər, sonuncu da öz növbəsində narkotik vasitə və psixotrop maddələri müəyyən məbləğ qarşılığında sata biləcəyini bildirmişdir. Bundan əlavə Təqsirləndirilən şəxs Davut adlı İran İslam Respublikasının vətəndaşını tanımadığını bildirsə də, onun istifadəsində olmuş “Redmi Pro 9” markalı mobil telefona baxış keçirilən zaman WhatsApp mobil tətbiqinin “Söhbətlər” bölməsində adı “Uuurrrfff” kimi qeyd edilmiş +99***-***-**-** mobil nömrənin istifadəçisi ilə Təqsirləndirilən şəxs arasında yazışmalar olması, Təqsirləndirilən şəxs həmin şəxsə 30 oktyabr 2021-ci il tarixdə saat 06:58-də “Aye burda pati 60m”, saat 07:01-07:02 aralığında “Bir nefer var burda”, “Tanıyırsan”, “Mawinin zaloq qoyub karva goturecek”, “Aynoyn gotrub verecem buna iranlidan”, “Ordan ma xeylam iw qalir” məzmununda ismarıclar göndərdiyi müəyyən edilmişdir. Bundan başqa, cari məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Suriddin oğlu ifadəsində göstərmişdir ki, o, Bağırın narkotik vasitələrin satışı ilə məşğul olmasını bilmiş, 2021-ci ilin oktyabr ayında sonuncudan 2 dəfə bir bükümü 20 manata narkotik vasitə kokos almış, Bağırla telefon vasitəsilə əlaqə saxlamış, sonuncu narkotik vasitəni onun işlədiyi avtoyuma məntəqəsinin qarşısına gətirmiş, Bağırdan hər dəfə 0.5 qram olmaqla 1 həftə ara ilə 2 dəfə kokos almış, 0.5 qram kokosa görə 20 manat pul vermişdir, Bağırın narkotik vasitə satdığını avtoyuma məntəqəsində söhbət əsnasında öyrənmişdir. İbtidai istintaq zamanı vermiş olduğu ifadəsində də Şahid6 həmin xüsusatları eyni ilə təsdiq etmişdir. Göründüyü kimi, iş üzrə Şahid6 ibtidai istintaq və əvvəlki məhkəmə istintaqı zamanı verdiyi ifadələri həqiqətə uyğun olmaqla işin faktiki halları ilə uyğunluq təşkil edir. Azərbaycan Respublikası CPM-nin 329.1-ci maddəsinə əsasən, şahid tərəfindən məhkəməyədək icraat, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verilmiş ifadələrin şahidin məhkəmə iclasında iştirakı olmadan elan edilməsinə, habelə həmin ifadələrin audio yazısının səsləndirilməsinə video və ya kino çəkilişinin göstərilməsinə yalnız şahidin məhkəmə baxışına gəlməsini istisna edən səbəblərə görə həmçinin bu Məcəllənin 327.1-ci maddəsində nəzərdə tutulmuş digər hallarda yol verilir. CPM-nin 327.1.3-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Ona görə də cari məhkəmə istintaqı zamanı verdiyi ifadəsi qeyri səmimi olduğundan məhkəmə tərkibi şahid qismində dindirilmiş Şahid6 Suriddin oğlunun ibtidai istintaq zamanı və əvvəlki məhkəmə istintaqı zamanı verdiyi ifadələrini iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və X6 ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Şahid6 ibtidai istintaq zamanı və əvvəlki məhkəmə istintaqı zamanı verdiyi ifadələri əsas götürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs İnsan Hüquqları və X21 Haqqında Konvensiyanın 3-cü maddəsinin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır (bax: yuxarıda qeyd edilmiş “Assenov və Digərləri” işi, 102-ci bənd və “Labita İtaliyaya qarşı” (Labita v. İtaly [GC], no. 26772/95, § 131, ECHR 2000-İV)). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir (“Boisenko Moldovaya qarşı” (Boicenco v. Moldova, no. 41088/05, § 121, 11 July 2006); “Kolevi Bolqarıstana qarşı” (Kolevi v. Bulgaria, no. 1108/02, § 193, 5 November 2009) və “X3rşı” (X8. Ukraine, no. 1727/04, § 66, 24 June 2010)). Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə fiziki zorakılığa və psixoloji təzyiqlərə məruz qalması, həmçinin iddia etdiyi qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçiləri X27 və X16 da qeyd edilən xüsusatlarla bağlı məhkəməyədək icraat dövründə hər hansı bir orqana müraciət etməmişlər. Bundan əlavə barəsində tərtib olunmuş tibbi sənədlərdə də Təqsirləndirilən şəxs fiziki zorakılığa məruz qalması öz təsdiqini tapmamışdır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı elan edilməklə tədqiq edilmiş Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulduqdan və üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparıldıqdan sonra müdafiəçisi X17 iştirakı ilə verdiyi qismən etirafedici izahatını, eyni zamanda xx.xx.2021-ci il tarixdə digər müdafiəçisi X5 iştirakı ilə şübhəli şəxs qismində verdiyi qismən etirafedici ifadəsini iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və X6 ifadələri ilə, o cümlədən işdə olan ekspert rəyləri, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları və digər sənədlər ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə şübhəli şəxs kimi verdiyi qismən etirafedici izahatı və ifadələri əsas götürülməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Davud” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etməsi, “Davud” adlı şəxsdən narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, o cümlədən satış məqsədilə ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop naddələr”-in İ siyahısına daxil olan külli miqdarda – ümumi təmiz çəkisi 19,878 qram narkotik vasitə heroini və külli miqdarda - ümumi təmiz çəkisi 18,923 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması və avtomobilində daşıması tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin qanunsuz olması yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunda şəxsi maraq dedikdə şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, yaxud qeyri-əmlak xarakterli mənfəət əldə etmə başa düşülür. Həmin Qərarın 14-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilibtörədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədi ilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi müəyyən edildikdə, külli miqdar tövsifedici əlamətin olubolmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı əsas götürülməli, hər hansı bir növ narkotikin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə əməl (satış məqsədi ilə həmin maddələrin əldə edilməsi, saxlanılması və sair) CM-in 234.2-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Hazırkı cinayət işinin materiallarında olan 02 noyabr 2021-ci il tarixli, 6/4851 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən və avtomobilindən aşkar edilmiş 2 (iki) ədəd bükümlərdə olan heroinin ümumi təmiz çəkisi 19,878 qramdır, 2 (iki) ədəd bükümlərdə olan psixotrop maddə metamfetaminin ümumi təmiz çəkisi isə 18,923 qramdır. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin və psixotrop maddə olan metafmetaminin ayrı-ayrılıqda ümumi təmiz çəkiləri külli miqdar təşkil edir. Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, o cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, şəxsi axtarış zamanı, o cümlədən avtomobilinə baxış zamanı Təqsirləndirilən şəxs üzərində 2 büküm narkotik vasitə heroinin, 2 büküm isə psixotrop maddə metamfetaminin aşkar olunması, qeyd edilən narkotik vasitənin və psixotrop maddə olan metamfetaminin hər birinin çəkisinin ayrı-ayrılıqda külli miqdar təşkil etməsi, avtomobilindən elektron tərəzinin aşkar olunması, istifadəsində olan telefona baxış zamanı müxtəlif telefon nömrələrinin istifadəçiləri ilə aralarında qarşılıqlı formada narkotik vasitə və psixotrop maddələrin satışı ilə bağlı müxtəlif məzmunlu mesajların aşkar olunması Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri və psixotrop maddələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Hazırkı cinayət işinin materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilmiş və “əməliyyat-axtarış tədbiri haqqında qərarın qanuniliyinin yoxlanılması barədə” Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkəmə nəzarəti qaydasında yoxlanılaraq qanunauyğun hesab edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.4-cü maddəsində əməlin tövsifedici əlamətləri kimi CM-in 234.2 və 234.3-cü maddələrində sadalanan əməllərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi, təkrar törədilməsi və külli miqdarda törədilməsi nəzərdə tutulmuşdur. İzah edilsin ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi bu cinayətdə birgə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birlikdə iştirak etməsi başa düşülməlidir. Cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi anlayışının şərhi CM-in 34.2-ci maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, CM-in 234.2 və 234.3-cü maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl qeyd olunan cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2 və 234.3-cü maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Qabaqcadan razılaşmaya və vəzifə bölgüsünə əsasən cinayətin bilavasitə icraçısına kömək göstərməyə yönəldilmiş hərəkətlər etmiş şəxs də cinayətin icraçısı hesab edilir (birgə icraçılıq) və belə hallarda əməl CM-in 32-ci maddəsinə istinad edilmədən tövsif edilir. Azərbaycan Respublikası CM-nin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. CM-nin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. CM-nin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı iş materiallarında görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan İran İslam Respublikası vətəndaşı “Davud” adlı şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, “Davud” adlı şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr”-in İ siyahısına daxil olan külli miqdarda – ümumi təmiz çəkisi 19,878 qram narkotik vasitə heroini və külli miqdarda - ümumi təmiz çəkisi 18,923 qram psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib özü və ya tanışları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Bakı şəhəri, Nəsimi rayonu, 3-cü mikrorayon dairəsinin yaxınlığında olan yol nişanının altında gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə heroin və psixotrop maddə metamfetamini satış məqsədi ilə qanunsuz olaraq əldə edib bir hissəsini üzərində, bir hissəsini isə idarə etdiyi “Lada Niva” markalı **-FR-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla ünvan 3 ünvanının yaxınlığına daşımışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, İİ Qarabağ Müharibəsi iştirakçısı olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də məhkəmə tərkibi, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(001)-343/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. İş materiallarında olan Bərdə rayon İcra və Probasiya şöbəsinin 239/01 nömrəli, xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 2.5-ci bəndi tətbiq edilməklə Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(001)-343/2021 nömrəli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. “8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 7-ci bəndində göstərilmişdir ki, bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Azərbaycan Respublikası CM-nin 83.6-cü maddəsinə əsasən, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(001)-343/2021 saylı hökmü üzrə Təqsirləndirilən şəxs məhkumluğu götürülmüşdür. Bundan əlavə, iş materiallarında olan Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(098)-83/2021 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində CM-nin 62-ci maddəsi tətbiq edilməklə 500 (beş yüz) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 500 (beş yüz) manat məbləğində cərimə cəzasını ödədiyi üçün xx.xx.2021-ci il tarixdə idarənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən, azadlıqdan məhrum etməyə nisbətən daha yüngül cəzaya məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı iş üzrə xx.xx.2021-ci il tarixdə cinayət əməlini törədərkən onun Tərtər Hərbi Məhkəməsinin xx.xx.2021-ci tarixli, 1(098)-83/2021 nömrəli hökmü üzrə məhkumluğu ödənilməmişdir. Bununla belə, Azərbaycan Respublikası CM-nin 15.2-ci maddəsinə əsasən CM-nin 333.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli cinayətlərin təsnifatı üzrə böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. CM-nin 18.4.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər, həmçinin 18.4.3-ci maddəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar, o cümlədən 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Ona görə də məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində cinayətlərin residivi mövcud deyildir. Bununla belə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Ona görə də, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 01 noyabr 2021-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs bu günədək davamlı olaraq həbsdə saxlanılır. Ona görə də, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 01 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-nin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 19,778 qram narkotik vasitə heroin, qalıq çəkisi 18,823 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi və üzərində psixotrp maddə metamfetaminin izləri olan 01 ədəd şüşə borucuq məhv edilməli, 01 ədəd “Redmi Pro 9” markalı mobil telefon sahibinə qaytarılmalı, şəxsi axtarış və götürmə aparılmasının, eləcə də baxış keçirilməsi və götürmə aparılmasının videogörüntüləri əks edildiyi 02 ədəd DVD disklər, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli, 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji X43 Şəxsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 4271 nömrəli ambulator məcburi narkoloji-tibbi yoxlamaya dair rəyə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 01 noyabr 2021-ci il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizaları ilə əlaqədar Təqsirləndirilən şəxs 81 (səksən bir) manat 82 (səksən iki) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 19,778 qram narkotik vasitə heroin, qalıq çəkisi 18,823 qram psixotrop maddə metamfetamin, üzərində narkotik vasitə heroinin izləri olan 01 ədəd elektron tərəzi və üzərində psixotrp maddə metamfetaminin izləri olan 01 ədəd şüşə borucuq məhv edilsin. 01 ədəd “Redmi Pro 9” markalı mobil telefon sahibinə qaytarılsın. Şəxsi axtarış və götürmə aparılmasının, eləcə də baxış keçirilməsi və götürmə aparılmasının videogörüntüləri əks edildiyi 02 ədəd DVD disklər, "xxxx" və "xxxx" MMC-dən daxil olmuş 02 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar