Məhkəmə qərarları › İş №1(100)-23/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-23/2024

05.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-23/2024 05.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X9 və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, X16, X22, X17, X18 və X10 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları; Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı və ədliyyə müşaviri X12, zərərçəkmiş şəxsin hüquqi varisi X6, Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə, 25 avqust 1968-ci il tarixdə Bərdə rayonu, Leninabad kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, Bərdə rayonu, Samux kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurmuş və şəxsi münasibətlər zəmnində xüsusi amansızlıqla qəsdən adam öldürmüş, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmişdir. Belə ki, o, təxminən 2011-ci il tarixdən etibarən istifadə etdiyi və Bərdə rayonu, Samux kəndi ərazisində yerləşən 1.95 hektar ölçüdə əkin sahəsinin sərhədində olan Bərdə rayonu, Samux kənd bələdiyyəsinin torpaq fonduna aid olmaqla, xx.xx.2018-ci il tarixli icarə müqavilələri əsasında həmkəndlisi X2 etdiyi 3.15 ha və 2.65 ha ölçüdə olan torpaq sahələrinin sərhədlərinin mərzləşdirilməsi və həmin bələdiyyə əmlakına dair üstün alıcılıq hüququnun mübahisələndirilməsi gedişatında xx.xx.2022-ci il tarixdə, təxminən saat 11 radələrində Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 7 saylı Bərdə Ərazi idarəsinin əməkdaşı Şahid12 tərəfindən mübahisəli torpaq sahəsi ölçülərkən Çapay Sadıqlı ilə aralarında yaranan mübahisə zamanı sol əli ilə sonuncunun sağ qulaq nahiyyəsinin arxa hissəsindən bir dəfə yumruqla vuraraq beyin silkələnməsinə səbəb olan başın ənsə nahiyəsinin qançırı, sağ qulaq pərdəsinin travma yırtığı ilə müşayiət edilən, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələn və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yetirmiş, bundan sonra uzun müddət davam edən torpaq mübahisəsi zamanı Çapay Sadıqlı tərəfindən özünün və ailəsinin nalayiq ifadələrə məruz qaldığından yaşadığı kənddə nüfuzdan düşməsini qəbul etməyərək sonuncunu qisas almaq niyyəti ilə öldürmək qərarına gəlmiş, 26 iyun 2022-ci il tarixdə, təxminən saat 16 radələrində Bərdə rayonu, Samux kəndi ərazisində yerləşən özünə məxsus əkin sahəsinin ayaq tərəfində malqarasını rahatlayarkən Çapay Sadıqlının istifadəsində olan “VAZ 2121” markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı, ağ rəngli avtomobilin təxminən 500 metr irəlidə, həmin əkin sahəsinin baş hissəsində, Samux kəndi istiqamətində torpaq yolun sağ tərəfində dayandığını görüb Çapay Sadıqlının da orada olduğunu yəqin edərək sonuncunu qəsdən öldürmək niyyətini daha da qətiləşdirib Çapay Sadıqlıya yaxınlaşaraq eyni niyyətlə əvvəlcədən əlində gətirdiyi özünə məxsus torpaq sahəsində istifadə etdiyi eni 5 sm, uzunluğu 55 sm ölçüdə olan kustar üsulla dəmir materialdan hazırlanmış tiyəsi və 1.40 sm uzunluğunda nisbi silindir formalı açıq bozumtul rəngli taxta materialdan hazırlanmış dəstəyi olan, tiyəsinin bir kənarı-ülgücü itilənmiş soyuq silah hesab edilməyən təsərrüfatməişət təyinatlı əmək aləti olan kərənti (dəryaz) ilə Çapay Sadıqlının baş nahiyəsinə bir neçə dəfə zərbə vurduqdan sonra kərəntinin sınmış tiyəsinin 38.5 sm uzunluğunda olan hissəsini sağ əlinə alaraq eyni niyyətlə sonuncuya qarşı rəhmsizlik nümayiş etdirib, Çapay Sadıqlıya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq onun bədən səthinin müxtəlif nahiyələrindən çoxsaylı zərbələr yetirməklə başın təpə nahiyəsinin 2 (iki) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd, döş qəfəsi nahiyəsinin daxilə keçməyən 1 ədəd, sol bud nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin İ-ci barmağının 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd, sol saidin 2 (iki) ədəd, sol said, dirsək və sol bazu nahiyələrini əhatə edən sahənin 1 (bir) ədəd, sol əlin ovuc səthində 1 (bir) ədəd sağ bazu nahiyəsində 1 (bir) ədəd, sağ dirsək nahiyəsində 1 (bir) ədəd, sağ əlin İ-ci barmağın 1 (bir) ədəd kəsilmiş yaraları ilə müşayiət edilən və canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurma əlamətlərinə aid edilən cəmi 15 ədəd, sol əlin İ-baş barmağının qəlpəli sınığı ilə müşayiət edilən və canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma əlamətlərinə aid edilən cəmi 01 ədəd, ürəyin, qara ciyərin və ağciyərin kəskin qanitirmə ilə nəticələnən yaralanması və Vİ-Vİİ-Vİİİ qabırğaların kəsilməsi ilə döş boşluğuna keçən 8 (səkkiz) ədəd və sağ qabırğaaltı nahiyədə 1 (bir) ədəd, sağ qasıq nahiyəsində 1 (bir) ədəd, göbək nahiyəsində 1 (bir) ədəd, qarın boşluğuna keçən deşilmişkəsilmiş yaraları ilə müşayiət edilən, dərəcəsinə görə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan, ölümlə nəticələnən sağlamlığa ağır zərər vurma əlamətlərinə aid edilən cəmi 11 ədəd olmaqla, ümumilikdə 27 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək X7 müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, şəxsi münasibətlər zəminində xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni onu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 120.1 və 128-ci maddələri ilə elan olunan ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Samux kənd yaşayış məntəqəsindən əkin sahələrinə gedən torpaq yolun sol tərəfində ona məxsus 3.9 ha ölçüdə əkin sahəsi olmuşdur. Çapay Sadıqlıya məxsus təxminən 18-20 ha torpaq sahəsi Bərdə rayonu, Samux kənd yaşayış məntəqəsindən əkin sahələrinə gedən torpaq yolun sağ tərəfində olmuşdur. Həmin yolun sol tərəfində ona məxsus pay torpağının baş tərəfində Bərdə rayonu, Samux kənd bələdiyyəsinin fonduna aid 0.70 ha, ayaq tərəfində isə 0.37 ha ölçüdə torpaq sahəsi vardır. Həmin torpaq sahələri həmkəndlisi icarə müqaviləsi əsasında Şahid11 sahibliyində olsa da, 2015-ci il tarixə kimi qeyd olunan torpaq sahələinin icarə xərcini o ödəmiş və faktiki olaraq da onun istifadəndə olmuşdur. 2015-ci il tarixdə müqavilənin müddətinin bitməsi ilə bağlı dəfələrlə kənd bələdiyyəsinə icra müqaviləsinin müddətinin artırılması ilə bağlı müraciət etsə də, bələdiyyə sədri müqavilə bağlamaqdan imtina etmişdir. O, bu məsələ ilə bağlı bir neçə aidiyyəti olan və olmayan dövlət qurumlarına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. 2018-ci il tarixdə keçirilən hərracla qeyd olunan bələdiyyə fonduna məxsus torpaq sahələri X5 mülkiyyətinə keçirilmişdir. Onun keçirilən hərracla bağlı heç bir məlumatı olmamışdır. Buna görə də, onunla həm bələdiyyə sədri, həm də Çapay Sadıqlı arasında narazılıq yaranmışdır. Nə onun, nə də ki, Şahid11 həmin bələdiyyə torpağından imtina etmələri ilə bağlı heç bir imtina ərizələri olmamışdır. Bütün bunlara görə də, 2018-ci il tarixdən bu günə kimi Çapayla onun arasında həmişə narazılıq, dava olmuşdur. Çapay Sadıqlı ondan bir neçə dəfə Bərdə Rayon Məhkəməsinə şikayət etmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə və bu gün, yəni xx.xx.2022-ci il tarixdə onun Çapayı öldürdüyü yerdən təxminən 20 metr aralı məsafədə, torpaq yolun kənarında, ona məxsus əkin sahəsinin baş tərəfində Çapayla mübahisəsi olmuşdur. Çapay Bərdə Rayon Polis Şöbəsinə ondan şikayət etmişdir. Çapayın onun barəsində tez-tez məhkəməyə, polisə şikayət etməsi onda Çapaya qarşı əsəb və kin yaratmışdır. xx.xx.2022-ci il tarixdə, Çapayla mübahisə olan zaman o, həmin vaxt Çapaya “səni öldürəcəm, ancaq sənə burdan bir sot da olsun torpaq verməyəcəm” demişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə Cəlilin oğlunun kiçik toy toy mərasiminə getmişdir. O toydan 14-15 radələrində evə qayıtmışdır. Toyda olarkən o, az miqdarda spirtli içki qəbul etmişdir. Toydan evə gəldikdə çay içmiş, əyninin paltarını dəyişib sahəyə, mal-qaranın yanına qayıtmışdır. Sahədə mal-qaranı suluyub otlamaq üçün yenidən otlaq sahəsinə yerləşdirdikdə Çapay Sadıqlının onun torpağının baş hissəsində kənd istiqamətində dayanan ağ rəngli, “Niva” markalı avtomobilini görmüşdür. O, Çapayın da avtomobilinin yaxınlığında olacağını düşünüb Çapayı öldürmək məqsədi ilə daima əkin sahəsində və təsərrüfatında istifadə etdiyi özünə məxsus kərəntini mal-qaranın otladığı yerdən götürmüş və sahənin ayaq tərəfindən baş tərəfinə otlaq yerinin içərisi ilə yavaşyavaş gəlmişdir. Onun əkin sahəsinin baş tərəfində yolun kənarında su arxı olmuşdur. Həmin su arxını “latok” adlandırmışlar. O, həmin “latok”un üstündən yola tərəf rahat şəkildə keçmək üçün beton turbadan körpü də hazırlamışdır. O, əlində kərənti ilə körpüdən keçəndə Çapayın çodanı öz aralarında “Appılış” deyə çağırdıqları kənd sakini Cəmaləddin ilə qarşılaşmış və Cəmaləddindən “hanı bu şərəfsiz” deyərək Çapayı soruşmuşdur. Cəmaləddin isə ona Çapayın avtomobilin yanında oturduğunu demişdir. O, “latok”un kənarı, yolun sol tərəfi ilə Çapaya tərəf gəlmiş və Çapaydan “sən kimin var-yoxuna söyürdün” soruşmuşdur. Çapay isə “yaxşı edirəm” dedikdə o, Çapayı öldürmək məqsədi ilə əvvəlcədən götürdüyü kərəntinin tiyəsi ilə Çapay Sadıqlının baş nahiyəsinə bir dəfə vurmuşdur. O, Çapayı birinci dəfə vuranda Çapay ayaq üstə olmuşdur. Birinci dəfə Çapaya kərəntinin tiyəsi ilə baş nahiyəsindən zərbə ilə vurduqda kərəntinin tiyəsi qırılmış və Çapay, “latok” ilə avtomobilin arasında yerə yıxılmışdır. Bundan sonra o, kərəntinin qırılan tiyəsini yerdən sağ əlinə götürüb Çapayın qarın nahiyəsinə dəqiq xatırlamadığı sayda zərbələr endirmiş, bu zaman Çapay ona heç bir müqavimət göstərə bilməmişdir. O, Çapaya əlindəki kərəntinin tiyəsi ilə zərbələr endirdikdə Çapayın səsinə Şahid2 gəlmiş, o Cəmaləddinə “aralaş burdan” deyərək Cəmaləddini qovmuşdur. O, Çapaya əlindəki kərəntinin tiyəsi ilə zərbələr endirdikdə Çapayın əlində hər hansı bir əşya, taxta parçası olmamışdır. Çapay ona heç müqavimət belə göstərə bilməmişdir.O, kərəntini sağ əlində tutmuş Çapaya yaxınlaşmış və Çapaydan “o günki haqq-hesabda kimin var yoxun söyürdün” soruşanda Çapay ona “yaxşı edirəm” cavabını verdikdə o, kərəntini başının üstünə qaldırdıqda Çapay” oğraş, məni öldürmək istəyirsən” dedikdə o, kərənti ilə Çapayın baş nahiyəsinə bir dəfə zərbə vurmuş, Çapay yerə yıxılmışdır. Zərbədən kərənti svarka yerindən qırılmışdır. O, kərəntinin tiyəsini götürüb Çapayın qarın nahiyəsinə ardıcıl 3-4 dəfə zərbə endirmişdir. Çapay yerdə təxminən 40-50 saniyə xırıldadıqdan sonra nəfəsi kəsilmiş və ölmüşdür. Əgər Çapay ona “səhv etmişəm, bağışla” sözlərini desəydi, o zaman o, heç Çapayı öldürməzdi. Çapayın ona “yaxşı etmişəm, oğraş, sən məni öldürmək istəyirsən” deməsi onu özündən çıxarmış, buna görə də o, əsəbinin, həyacanının qarşısını ala bilməmişdir. O,Çarayı gldürdükdən sonra mobil telefonunu ilə Bərdə RPŞ-nin təhqiqatçısı Natiq müəllimə Çapayı öldürməsi barədə məlumat vermişdir. Natiq müəllim isə ona 102 Çağrı Mərkəzinə zəng etməsini məsləhət bilmişdir. O, bundan sonra qardaşı oğlu Zaura zəng etmiş, Çapayı öldürdüyünü demiş və gəlib onu hadisə yerindən Bərdə RPŞ-yə aparmasını xahiş etmişdir. Zaurla danışdıqdan təxminən 3-4 dəqiqə sonra Cəmaləddin ona yaxınlaşanda o, Cəmaləddinə əsəbi halda söyüb qovmuşdur. Cəmaləddin də qoyun sürüsünün yanına getmişdir. Hadisə yerinə ilk Bərdə RİHB-nın Samux kənd nümayəndəsi Rufan gəlmişdir. Bundan az sonra isə Zaur hadisə yerinə gəlmişdir. O, Zaurun avtomobilinə minib təslim olmaq üçün polis şöbəsinə gəldikdə yolda polis işçiləri ilə qarşılaşmışdır. O, polis əməkdaşlarına könüllü təslim olmuşdur. Bundan sonra o, Çapayın əkin sahəsində işləyən kombayn sürücüsünə qışqıraraq “siz bu şərəfsizin yerini niyə biçirsiniz” sözlərini demiş, həmin şəxslər onun sözlərindən sonra əkin sahəsində biçini dayandırıb öz texnikaları ilə həmin yeri tərk etmişlər. O Çapayı qəsdən öldürmüş, xüsusi amansızlıq göstərməmişdir. Bundan başqa təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə, mübahisəli torpaq sahəsi ölçülərkən Çapay Sadıqlı ilə aralarında yaranan mübahisə zamanı o əli ilə sonuncunun sağ qulaq nahiyyəsinin arxa hissəsindən bir dəfə yumruqla vuraraq ona xəsarət yetirmişdir. Təqsirləndirilən şəxsin ibtidai itstintaq zamanı verdiy ifadəsi ilə məhkəmə istintaqı hamanı verdiy ifadə arasında zəddiyiətlər olduğundan təqsirləndirilən şəxsin ibitidai istintaq verdiyi verdiy ifadəsi elan edilməklə tədqiq edilmişqlir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiy ifadəsində göstərmişdir ki, «O, təxminən 1990-cı il tarixdən 1998-ci il tarixə kimi Rusiya Federasiyasının Moskva şəhərindən başqa demək olar ki, bütün şəhərlərində yaşamış, həmin şəhərlərdə fəhləlik fəaliyyəti ilə məşğul olmuş, 1998-ci il tarixdən etibarən Azərbaycana gəlmiş, Bərdə rayonu, Samux kəndində əvvəlcə bir müddət taksi fəaliyyəti ilə, daha sonra isə kənd təsərrüfatı ilə, cinayət hadisəsini törədənə kimi heyvandarlı və kənd təsərrüfatı ilə məşğul olmuşdur. O, 1993-cü il tarixdə həmkəndlisi Şahid10 ilə evləmiş, evlilikdən bir oğlan, üç qız olmaqla dörd övladları dünyaya gəlmişdir. Böyük qızı ailəlidir və Ağcabədi rayonu, Qaravəlli kəndinə ərə getmişdir, orada yaşayır. Ortancıl qızı Bakı Dövlət Universitetinin 4-cü, kiçik qızı isə həmin Universitetin 3-cü kurs tələbəsidir. Onun azyaşlı oğlu vardır. Bərdə rayonu, Samux kənd yaşayış məntəqəsindən əkin sahələrinə gedən torpaq yolun sol tərəfində ona məxsus 3.9 ha ölçüdə əkin sahəm vardır. Hazırda həmin torpaq sahəsinə əksər hissəsinə yonca əkmiş, digər az hissəsindən isə özünəməxsus 15 baş iri buynuzlu mal-qaranın otarılmasında istifadə etmişdir. X11 onun həmkəndlisidir. Çapay Sadıqlıya məxsus təxminən 18-20 ha torpaq sahəsi Bərdə rayonu, Samux kənd yaşayış məntəqəsindən əkin sahələrinə gedən torpaq yolun sağ tərəfində yerləşməkdədir. Həmin yolun sol tərəfində ona məxsus pay torpağının baş tərəfində Bərdə rayonu. Samux kənd bələdiyyəsinin fonduna aid 0.70 ha, ayaq tərəfində isə 0.37 ha ölçüdə torpaq sahəsi vardır. Həmin torpaq sahələri həmkəndlisi icarə müqaviləsi əsasında Şahid11 sahibliyində olsa da, 2015-ci il tarixə kimi qeyd olunan torpaq sahələinin icarə xərcini o ödəmişdir və faktiki olaraq da onun istifadəndə olmuşdur. 2015-ci il tarixdə müqavilənin müddətinin bitməsi ilə bağlı dəfələrlə kənd bələdiyyəsinə icra müqaviləsinin müddətinin artırılması ilə bağlı müraciət etsə də, bələdiyyə sədri müqavilə bağlamaqdan imtina etmişdir. O, bu məsələ ilə bağlı bir neçə aidiyyəti olan və olmayan dövlət qurumlarına müraciət etsə də, heç bir nəticəsi olmamışdır. 2018-ci il tarixdə keçirilən hərracla qeyd olunan bələdiyyə fonduna məxsus torpaq sahələri X5 mülkiyyətinə keçirilmişdir. Onun keçirilən hərracla bağlı heç bir məlumatı olmamışdır. Buna görə də, onunla həm bələdiyyə sədri, həm də Çapay Sadıqlı arasında narazılıq yaranmışdır. Nə onun, nə də ki, Şahid11 həmin bələdiyyə torpağından imtina etmələri ilə bağlı heç bir imtina ərizələri olmamışdır. Bütün bunlara görə də, 2018-ci il tarixdən bu günə kimi Çapayla onun arasında həmişə narazılıq, dava olmuşdur. Çapay Sadıqlı onu bir neçə dəfə Bərdə Rayon Məhkəməsinə şikayət etmişdir. Bundan əlavə, xx.xx.2022-ci il tarixdə bu gün, yəni xx.xx.2022-ci il tarixdə onun Çapayı öldürdüyü yerdən təxminən 20 metr aralı məsafədə, torpaq yolun kənarında, ona məxsus əkin sahəsinin baş tərəfində Çapayla omübahisə olmuşdur. Çapay Bərdə rayon polis şöbəsinə onu şikayət etmişdir. Çapayın onun barəsində tez-tez məhkəməyə, polisə şikayət etməsi onda Çapaya qarşı əsəb, kin yaratmışdır. xx.xx.2022-ci il tarixdə, Çapayla mübahisəsi olanda o həmin vaxt Çapaya “səni öldürəcəm, ancaq sənə burdan bir sot da olsun torpaq verməyəcəm” sözlərini demişdir. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat, 07 radələrində yuxudan oyanıb həmişəki kimi heyvanları sahəyə aparıb onları örüşlədikdən sonra evə qayıdıb xırda heyvanları rahatlamış, bundan sonra evin həyətində bəzi işləri görmüşdür. Təxminən 12 radələrində həmkəndlisi Cəlilin oğlunun kiçik toy mərasimi keçirilən Yevlax rayonu, Kövərkənd ərazisində yerləşən Laçın restoranına getmək üçün evdən çıxmışdır. Taksi fəaliyyəti ilə məşğul olan həmkəndlisi Elçinə məxsus “VAZ 2107” markalı göy rəngli avtomobil ilə digər həmkəndlisi Hüseynlə birlikdə toy mərasiminə getmişdir. Avtomobildəki digər şəxsin məcburi köçkün olduğunu bilsə də, ancaq adını dəqiq bilməmişdir. O, restoranda oraya birlikdə getdiyi Adamlarla yox, başqa şəxslərlə oturmuşdur. Həmin şəxslərdən biri də, Bərdə rayonu, Buəhmədli kənd sakini, bacanağının qardaşı Həbib adlı şəxs olmuşdur. Toy mərasimi saat 13-də başlamışdır. Qapıda heyvanlar susuz olduğu üçün o, toyda bir qədər yeyib içdikdən sonra təxminən 14-15 radələrində evə qayıtmışdır. Toyda olarkən o, az miqdarda spirtli içki qəbul etmişdir. Toydan evə gəlib bir stəkan çay içmiş, əyninin paltarını dəyişib sahəyə, mal-qaranın yanına qayıtmışdır. Sahədə malqaranı suluyub otlamaq üçün yenidən otlaq sahəsinə yerləşdirdikdə Çapay Sadıqlının onun torpağının baş hissəsində kənd istiqamətində dayanan ağ rəngli, “Niva” markalı avtomobilini görmüşdür. O, Çapayın da avtomobilinin yaxınlığında olacağını düşünüb Çapayı öldürmək məqsədi ilə daima əkin sahəsində və təsərrüfatında istifadə etdiyi özünə məxsus kərəntini mal-qaranın otladığı yerdən götürüb əlinə almış və sahənin ayaq tərəfindən baş tərəfinə otlaq yerinin içərisi ilə yavaş-yavaş gəlmişdir. Onun əkin sahəsinin baş tərəfində yolun kənarında su arxı olmuşdur. Həmin su arxını “latok” adlandırmışdırlar. O, həmin “latok”un üstündan yola tərəf rahat şəkildə keçmək üçün beton turbadan körpü də hazırlamışdır. O, əlində kərənti ilə körpüdən keçəndə Çapayın çodanı olan və öz aralarında “Appılış” deyə çağırdıqları kənd sakini Cəmaləddin ilə qarşılaşmış və Cəmaləddindən “hanı bu şərəfsiz” deyərək Çapayı soruşmuşdur. Cəmaləddin isə ona Çapayın avtomobilin yanında oturduğunu demişdir. O, “latok”un kənarı, yolun sol tərəfi ilə Çapaya tərəf gəlmiş və Çapaydan “sən kimin var-yoxuna söyürdün” soruşmuşdur. Çapay isə “yaxşı edirəm” dedikdə o, Çapayı öldürmək məqsədi ilə əvvəlcədən götürdüyü və sağ əlində tutduğu kərəntinin tiyəsi ilə Çapay Sadıqlının baş nahiyəsinə bir dəfə vurmuşdur. O, Çapayı birinci dəfə vuranda Çapay ayaq üstə olmuşdur. Birinci dəfə Çapaya kərəntinin tiyəsi ilə baş nahiyəsindən zərbə ilə vurduqda kərəntinin tiyəsi qırılmış və Çapay yerə, “latok” ilə avtomobilin arasında yerə yıxılmışdır. Bundan sonra o, kərəntinin qırılan tiyəsini yerdən sağ əlinə götürüb Çapayın qarın nahiyəsinə dəqiq xatırlamadığı sayda zərbələr endirmiş, bu zaman Çapay ona heç bir müqavimət göstərə bilməmişdir. Bundan sonra o, Çapayın əkin sahəsində işləyən kombayn sürücüsünə qışqıraraq “siz bu şərəfsizin yerini niyə biçirsiniz” sözlərini demiş, həmin şəxslər onun sözlərindən sonra əkin sahəsində biçini dayandırıb öz texnikaları ilə həmin yeri tərk etmişdirlər. Məhkəmədən onun əməlinin CMnin 120.1-ci maddəsinə töfsiv edilməklə hökm çıxarılmasın xahiş edir. Daha sonra ifadəsində əlavə olaraq bildirmişdir ki, o, Çapayı öldürmək məqsədilə ilə kərəntini mal-qaranın otarıldığı yerdən götürərkən onun yanında heç kim olmamışdır. O, Çapay Sadıqlıya əlindəki kərəntinin tiyəsi ilə zərbələr endirdikdə Çapay qışqıraraq “Qoymayın, bu məni öldürür” demişdir. O, Çapaya əlindəki kərəntinin tiyəsi ilə zərbələr endirdikdə Çapayın səsinə Şahid2 gəlmiş, o Cəmaləddinə “aralaş burdan” deyərək Cəmaləddini qovmuşdur. O, Çapaya əlindəki kərəntinin tiyəsi ilə zərbələr endirdikdə Çapayın əlində hər hansı bir əşya, taxta parçası olmamışdır. Çapay ona heç müqavimət belə göstərə bilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs qismində dindirilən zaman əvvəl vermiş olduğu ifadəsinə əlavə və dəyişikliklər edərək bildirmişdir ki, 2016-cı il tarixdən etibarən onunla Çapay Sadıqlı arasında torpaq davası olmuşdur. Çapay Sadıqlı dəfələrlə yalan ifadələrlə onu polisə şikayət etmişdir ki, guya o, Çapayı asıb, kəsib, öldürür. Bu barədə o, Ədliyyə Nazirliyinə, Ombudsmana, Daxili İşlər nazirliyinə və bir neçə aidiyyəti qurumlara müraciət etmişdir. Buna baxmayaraq, nəticə əldə edə bilməmiş, şikayətinə baxılmamışdır. Dəfələrlə həmin torpaq məsələsi ilə bağlı Bərdə rayonu, Samux kənd bələdiyyəsinə yazılı yox, şifahi müraciət etmişdir. Şikayətlə bağlı Ədliyyə nazirliyi Bərdə Regional idarəsinin keçmiş rəisi Mövsüm müəllim Samux bələdiyyəsini və onu otağına çağırmışdır. Həmin torpaq 8 nəfərin icarəsində olmuşdur. Onun barəsində daima mübarizə apardığı torpaq sahəsi ümumilikdə 1.07 ha ölçüdə olmuşdur. Həmin ümumi torpağın 0.53 ha hissəsi isə Şahid11 qalmışdır. O, həmin torpağın 1.6 ha hissəsi üçün Şahid11 adına dövlətə vergi ödənişi etmişdir. Mövsüm müəllim də Samux bələdiyyəsindən izahat alaraq hərrac vaxtı ilk növbədə Şahid11, ikinci növbədə ona məlumat verilməsi bardə göstəriş vermişdir. 2018-ci ilin sonlarında o, həmin torpağın gizli keçirilən hərrac yolu ilə X1 verildiyini öyrənmişdir. Təxminən 2021-ci il tarixdə Çapay Sadıqlı onun barəsində Bərdə Rayon Məhkəməsinə iddia ərizəsi vermiş, mülki iş məhkəmədə hakim Əyyub Kərimovun icraatında olmuşdur. Məhkəməyə o, dəfələrlə çağırılmışdır. Onu məhkəmədə polis qapıdan qovaraq məhkəmənin iclasına buraxmamış, Məhkəmənin verdiyi qətnamələrin hamısı şər böhtan olmuşdur. Qətnamədə qərəzli və yalan olaraq onun bələdiyyə torpağını satın alması yazılmışdır. Hansı ki, o, bələdiyyə torpağını deyil, Şahid11 pay torpağını Niyazdan satın almışdır. Bundan başqa, guya o, məhkəmə iclasında barəsində mübahisə apardığı bələdiyyə torpaqlarının ona valideynlərindən qalması haqqında sözlər işlətmişdir. Çapay Sadıqlı iki dəfə onun barəsində şikayət etmişdir. Dəqiq xatırlamadığı tarixdə Bərdə Rayon Məhkəməsindən ona zəng edilmiş və mübahisəli torpağa ölçü üçün mütəxəssisin gələcəyini bildirmişdirlər. xx.xx.2022-ci il tarixdə mütəxəssis torpağı ölçmək üçün gəlmişdir. O, mütəxəssisə yerinin sərhədlərini göstərdikdə Çapay Şahid11 pay torpağını onun torpağının üstünə zəbt kimi yazdırmışdır. Buna görə də, onun Çapayla həmin vaxt mübahisəsi yaranmışdır. Onlar qarşılıqlı olaraq biri-birilərinə söyüb, nalayiq ifadələr işlətmişdirlər. Çapay ona şər, böhtan ataraq onu polisə şikayət etmişdir. Həmin tarixdən sonra o, Çapayı Bərdə RPŞ-nin təhqiqatçısı Natiq müəllimin otağında görmüşdür. Çapay Natiq müəllimlə mübahisə etmişdir. Bundan sonra o, şöbədən çıxıb evə getmişdir. O, xx.xx.2022-ci il tarixdə, təxminən saat 14:30 radələrində getdiyi toy mərasimindən getdiyi adamlarla da evinə geri qayıtmışdır. O, paltarını dəyişib bir stəkan da çay içib evdəkilərlə söhbət etmiş sonra saat 15 radələrində əkin sahəsinə getmiş, sahədə mal-heyvanı sulayıb, heyvanları rahatladıqdan sonra Çapay Sadıqlının “Niva” markalı avtomobilinin Çapayın sahəsinin baş tərəfində dayandığını görmüşdür. O, sahədə daima otu biçdiyi kərəntini götürüb Çapayın avtomobili tərəfə sahənin içərisi ilə yavaş-yavaş irəliləmiş, su “latoku”nun üstündən saldığı körpüdən keçdikdə Çapayın çobanı “Appılış” ləqəbi ilə çağırdıqları kənd sakini Cəmaləddini görüb ondan “hanı bu şərəfsiz” deyə soruşmuş, Cəmaləddin ona Çapayın avtomobilini işarə edərək 60-70 metr aralı məsafəni göstərmiş və Çapayın orada olduğunu demişdir. O, kərəntini sağ əlində tutaraq Çapaya yaxınlaşmış və Çapaydan “o günki haqqhesabda kimin var yoxun söyürdün” soruşmuşdur. Çapay ona “yaxşı edirəm” cavabını verdikdə o, kərəntini başının üstünə qaldırdıqda Çapay” oğraş, məni öldürmək istəyirsən” dedikdə o, kərənti ilə Çapayın baş nahiyəsinə bir dəfə zərbə vurmuş, Çapay yerə yıxılmışdır. Zərbədən kərənti svarka yerindən qırılmışdır. O, kərəntinin tiyəsini götürüb Çapayın qarın nahiyəsinə ardıcıl 3-4 dəfə zərbə endirmişdir. Çapay yerdə təxminən 40-50 saniyə xırıldadıqdan sonra nəfəsi kəsilmiş və ölmüşdür. Əgər Çapay ona “səhv etmişəm, bağışla” sözlərini desəydi, o zaman o, heç Çapayı öldürməzmiş. Çapayın ona “yaxşı etmişəm, oğraş, sən məni öldürmək istəyirsən” deməsi onu özündən çıxarmış, buna görə də o, əsəbinin, həyacanının qarşısını ala bilməmişdir. O, mobil telefonunu cibindən çıxarıb “050 582-36-28” saylı nömrəsi ilə Bərdə RPŞ-nin təhqiqatçısı Natiq müəllimə Çapayı öldürməsi barədə məlumat vermişdir. Natiq müəllim isə ona 102 Çağrı Mərkəzinə zəng etməsini məsləhət bilmişdir. O, bundan sonra qardaşı oğlu Zaura zəng etmiş, Çapayı öldürdüyünü demiş və gəlib onu hadisə yerindən Bərdə RPŞ-yə aparmasını xahiş etmişdir. Zaurla danışdıqdan təxminən 3-4 dəqiqə sonra Cəmaləddin ona yaxınlaşanda o, Cəmaləddinə əsəbi halda söyüb qovmuşdur. Cəmaləddin də qoyun sürüsünün yanına getmişdir. Hadisə yerinə ilk Bərdə RİHB-nın Samux kənd nümayəndəsi Rufan gəlmişdir. Bundan az sonra isə Zaur hadisə yerinə gəlmişdir. O, Zaurun avtomobilinə minib təslim olmaq üçün polis şöbəsinə gəldikdə yolda polis işçiləri ilə qarşılaşmışdır. O, polis əməkdaşlarına könüllü təslim olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, X11 onun atasıdır. Çapay Sadıqlı ali təhsilli olmuş və son vaxtlara kimi Bərdə rayonu, Samux kənd orta məktəbində riyaziyyat müəllimi işləməklə bərabər Samux kəndində onalara məxsus pay torpağında, habelə Samux kənd bələdiyyəsindən icarəyə götürdüyü torpaq sahəsində əkinçiliklə, kənd təsərrüfatı ilə məşğul olmuşdur. Atası anası Tahirə Sadıqlı ilə yaşamışdır. Həmkəndlisi Təqsirləndirilən şəxs evi ilə atasının evi arasında təxminən 3-4 ev olmuşdur. O, Təqsirləndirilən şəxs kənd sakini kimi uşaqlıqdan tanımışdır. Bundan başqa, Təqsirləndirilən şəxs pay torpağı ilə onlara məxsus Samux kəndi ərazisində yerləşən pay torpağı da biri-birilərinə yaxın məsafədə yerləşmişdir. Təxminən 2018-ci il tarixdə atası X32 Məmmədovun pay torpağının yaxınlığında olan Samux kənd bələdiyyəsinin fonduna aid torpaq sahəsini açıq hərrac yolu ilə icarəyə götürmüşdür. O, atasının təsərrüfat işləri ilə maraqlanmamışdır. Atası bələdiyyə torpağını icarəyə götürüb istifadə etdikdən sonra Təqsirləndirilən şəxsla atası arasında bir sıra narazılıqlar yaranmışdır. Təqsirləndirilən şəxs torpaq sahəsinin atasına icarəyə verilməsini heç cür qəbul edə bilməmişdir. Həmin torpağa görə atası ilə Təqsirləndirilən şəxs arasında bir neçə dəfə mübahisə və dava olmuşdur. 5-6 hektar ölçüdə olan torpağa icarə müqaviləsi əsasında atası sahiblik etsə də, Təqsirləndirilən şəxs həmin torpaq sahəsini zəbt etməyə çalışmış və atası da X. Məmmədov barəsində Bərdə rayon polis şöbəsinə, Bərdə Rayon Məhkəməsinə rəsmi müraciət etmişdir. Onun atası Təqsirləndirilən şəxs tərəfindən öldürüldükdən sonra,o xx.xx.2022-ci il tarixdə onların arasında əkin sahəsinin yaxınlığında dava düşdüyünü, Xazərin atasını vurduğunu bilmişdir. O, hadisə yerinə çatanda atası artıq ölmüşdür. Təqsirləndirilən şəxsdən şikayətçidir ona ən ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 iyun 2022-ci il tarixdə, saat 14 radələrində o kombaynla Samux kəndində buğda biçərkən Sərxan da həmin torpaq sahəsində olmuşdur. Həmin gün saat15 radələrində Çapay onun işlədiyi əraziyə gəlmişdir. O, Sərxan və Çapay birlikdə yemək yemişlər. Sərxan həmi vaxt ona Çapay müəllimin Samux kəndində yerləşən torpaq sahəsindəki buğdasının kombaynla biçilməli olduğunu demişdir. O, kombaynla Çapayın Samux kəndindəki torpaq sahəsinə getmiş və Çapayın torpaq yolun sağ tərəfindəki əkin sahəsində məhsulu kombaynla biçməyə başlamışdır. Çapayın torpaq sahəsi 2 hektar olmuşdur. O, 1-ci dəfə kombaynla biçini bitirdikdən sonra sahənin ayağında kombaynı dayandırmışdır. Bu zaman onunla Çapayın oturduğu yer arasındakı məsafə təxminən 500 metrdən çox olmuşdur. O, biçilmiş buğdanı sahədə olan Kamaz markalı yük avtomobilinə boşaltmış və ikinci biçməyə başlamışdır. O, torpaq sahəsinin baş hissəsinə, Çapayın oturduğu yerə yaxın məsafəyə çatan zaman əlində kərənti ilə əl-qolunun və paltarlarının qanlı, tanımadığı bir nəfər kişinin isə kombayna tərəf gəldiyini görmüşdür. Həmin şəxs əlindəki kərətini ona göstərərək yuxarı qaldırıb ona “sahəni biçmə, biçdiyin taxılı da Kamaza boşalt, mənim qapıma aparsın” demişdir. O, kombayndakı taxılı Kamaza boşaldaraq Samux kəndindəki başqa şəxsin ərazisini biçməyə getmişdir. O, əlində kərənti ilə ona yaxınlaşan şəxsin Çapay Sadıqlını kərənti ilə vurmasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki,hadisənin baş verdiyi günü xatırlamır. Hadisə gününə kimi Xazər və Çapayın münasibətlərinin nə yerdə olmasından xəbəri olmamışdır. Hadisə günü o, heyvan otarmış, həmin vaxt Xazər əlində kərənti ilə onun yanından keçib getmiş, o isə heyvanların yanında olmuşdur. Onun qoyun otardığı yerlə Çapayın ara məsafələri təqribən 70 metr olmuşdur. O, Xazər və Çapayın aralarında olan münasibətləri bilməmiş və Xazərin Çapayı vurmasını təqribən 70 metrdən görmüşdür. O, Xazərin Çapayı kərənti ilə vurmasını görmüş və bundan sonra həmin ərazidən uzaqlaşmışdır. O Xazərin Çapayı bir dəfə vurmasını gördükdən sonra həmin ərazidən çıxıb getmişdir. Xazər Çapayı hansı vəziyyətdə vurmasını görməmişdir. Xazərin Çapayın baş nahiyyəsindən vurmasını görmüşdür. O, hadisə baş verən ərazidə olmamışdır. Müstəntiqin yazdığı ifadənin məzmunu ona aydın olmamışdır. İbtidai istintaq zamanı videoçəkliş zamanı olan təfərrüatlar yadında qalmamışdır. Onun görmə qabiliyyəti normaldır. Xazərin Çapaya neçə dəfə zərbə vurmasını görməmişdir. O, Xazərə yaxınlaşmamış və həmin ərazidən uzaqlaşmışdır. Xazər ona “gəlmə sənidə öldürərəm” demişdir. Çapayın öldürməsindən xəbəri olmamışdır. O, Çapaydan hər hansı bir səs eşitməmişdir. O şəxsiyyət vəsiqəsini nə vaxt almasını bilmir. Şahid2 məhəkəmədə və istintaq zamanı verdiyi ifadələr,eləcə ifadənin yerində yoxlanması zamanı verdiyi ifadələr arasında ziddiyyət olduğundan hər iki ifadəsi məhəkəmədə tədqiq edilğişdir. Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində ifadəsində göstərmişdir ki, «onu kənd arasında Appılış adı ilə çağırırlar. O, qoyun oturmaqla məşğuldur. O, 26 iyun 2022-ci il tarixdə, saat 16 radələrində Bərdə rayonu, Samux kəndində pay torpaqları yerləşən ərazidə Bərdə rayonu, Samux kənd sakini Çapay Sadıqovun torpağında sonuncunun qoyunlarını otaran zaman Çapay əkin sahələrinin arası ilə gedən torpaq yolun sol tərəfində, “su latoku” adlandırılan su arxının pilitəsinin üzərində, özünə məxsus ağ rəngli “Niva” markalı avtomobilinin yanında, arxası həmkəndlisi Təqsirləndirilən şəxs pay torpağına, üzü isə torpaq yolun sağ tərəfində yerləşən əkin sahəsinə tərəf oturmuşdur. Çapayın avtomobili Samux kənd yaşayış məntəqəsinə tərəf yolun solunda, əks istiqamətdə dayanmışdır. Çapay öz pay torpaq sahəsində 2 nəfər şəxsə kombayn vasitəsilə taxıl biçdirmişdir. O, taxılı biçənlərin haradan olduqlarını, kim olduqlarını bilməmişdir. Həmin gün saat 16 radələrində o, Çapayın olduğu yerdən təxminən 100 metr aralı məsfədə qoyunları otararkən, Təqsirləndirilən şəxs da öz pay torpağının baş tərəfində iri buynuzlu mal-qarasını örüşləmişdir. Birdən o, pay torpağı sahəsindən Samux kənd sakini Təqsirləndirilən şəxs əlində kərənti ilə öz pay torpaq sahəsinin baş tərəfindən həmin torpaq sahəsinin içərisi ilə Çapayın oturduğu yerə, yəni öz torpaq sahəsinin ayaq hissəsinə gəldiyini görmüşdür. Xazər Çapay istiqamətində Çapaya “sən mənim arvadımı söymüsən” deyərək gəlmişdir. Çapay bu zaman oturaqlı vəziyyətdə olmuşdur. Çapay oturaqlı vəziyyətdə olarkən Xazər Çapayın başından kərəntinin tiyəsi ilə bir dəfə zərbə vurmuş, ardınca yenidən ikinci dəfə Çapayın başından kərəntinin tiyəsi ilə zərbə vurmuşdur. Bu zaman Çapay Xazərə qışqıraraq, yalvaraq “bəsdi, daha vurma, bəsdi, qurban olum burax” demişdir. Çapay qışqıraq ona “Appılış gəl maa kömək elə” demişdir. O bu zaman Xazərə tərəf gedərək onun əlində olan kərəntini almaq istəmişdir. X19qları yerə çatmasına təxminən 6-7 metr qalmış Xazər kərəntini başının üzərinə qaldırıb ona tərəf tutaraq “yaxın gəlmə, sənin başını üzərəm” sözlərini demişdir. O, qorxduğundan arxaya tərəf qaçmışdır. Xazər kərəntinin tiyəsi ilə üçüncü dəfə Çapayın başından vurduqda kərəntinin taxtası qırılmışdır. Xazər kərənti qırıldıqdan sonra kərəntinin üzərində tiyəsi olan taxta hissəsindən tutaraq Çapayın qarın hissəsinə ard-arda dayanmadan zərbələr vurmuşdur. Xazərin gözü dönmüşdür. Həmin vaxt da Çapay Xazərə yalvararaq vurmağı dayandırmasının istəmişdir. Xazər Çapayın qarın nahiyəsinə zərbələr vurduqdan sonra Çapayın səsi kəsilmişdir. Çapay qan içində olmuş və özünə məxsus avtomobili ilə su arxının arasında yıxılıb qalmışdır. Bu zaman o, baş verənləri bir qədər uzaqdan durub müşahidə etmişdir. Çapayın səsi kəsildikdən sonra Xazər qışqıraraq “öldü” demişdir. Bundan sonra Xazər ona tərəf baxaraq “get, indidə Çapayın qoyunlarını yeyərsən” demişdir. Bundan sonra Bərdə rayon Samux kənd sovetinin sədri Rufan və Rufanın bacısı oğlu xatırlamadığı avtomobil ilə hadisə yerinə gəlmişdirlər. Şahid2 ifadəsində əlavə olaraq bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 16 radələrində Bərdə rayonu, Samux kəndinin əkin sahələri olan hissəsində, torpaq yolun kənarında X25 tərəfindən kərənti ilə zərbələr yetirilərkən yaxınlıqda ondan başqa kombaynı idarə edən iki nəfər şəxs olmuşdur. Xazər Çapayı öldürən vaxt həmin iki nəfər şəxs kombaynı idarə etmişdirlər. Xazər Çapayı öldürdükdən sonra həmin iki nəfər şəxsi əkin sahəsindən qovmuşdur. Həmin iki nəfər şəxs də qorxularından əkin yerindən uzaqlaşmışdırlar. Xazər 10-15 dəqiqə ərzində ilkin bir neçə zərbədən sonra əlindəki kərəntinin sapının qırılmasına baxmayaraq, yenə də kərəntinin tiyəsi olan hissəsi ilə vurmaqda davam edərək Çapayı öldürmüşdür. Xazər Çapayın baş nahiyəsində kərənti ilə vurduqdan sonra Çapay su arxı ilə “Niva” markalı avtomobilinin arasında yıxılıb qalmışdır. Çapay ancaq əllərini qabağa tutub Xazərə vurmamağı üçün yalvarmış, onu köməyə çağırmışdır. Ancaq o, öz canının dərdindən Çapaya kömək edə bilməmişdir. Çapayın yalvarış səsləri hələ də onun qulağından getməmişdir. Çapay ona “gəl mənə kömək elə” sözlərini çox desə də, o, Xazərin qorxusundan yaxın gedə bilməmişdir. Xazər Çapaya əlindəki kərənti ilə zərbələr vurarkən Çapayın əlində heç nə olmamışdır. Təxminən 10-15 dəqiqə müddətində Xazər Çapaya əlindəki kərəntinin tiyəsi ilə çoxlu zərbələr endirmişdir. Ancaq o, zərbələrin sayını dəqiq xatırlamamışdır. Xazər Çapayın başına kərənti ilə vurduqdan sonra Çapay yerə yıxılmış, Çapay yerdə olarkən Xazər onu vuran zaman Çapay “Appılış, gəl maa kömək elə” demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun əmisidir. Təqsirləndirilən şəxs uzun müddət Rusiya Federasiyasında işlədikdən sonra 1998-ci il tarixdən etibarən Bərdə rayonu, Samux kəndinə gələrək kənd təsərüffatı ilə məşğul olmuşdur . Təqsirləndirilən şəxs özünə məxsus torpaq sahəsinin yanında Bərdə rayonu, Samux kənd bələdiyyəsinin fonduna aid torpaq sahəsi həmkəndlisi Niyazın icarəsində olsa da, sonuncunun razılığı ilə əmisi icarə haqqını ödəməklə həmin torpaq sahəsini 2006-cı ildən istifadə etmişdir. 2018-ci il tarixdə bələdiyyə tərəfindən əmisinin istifadəsində olan torpaq sahəsi Çapay Sadıqlının istifadəsinə verilmişdir. Həmin torpaq sahəsi Çapaya qeyri-qanuni verildiyi üçün əmisi ilə Çapayın arasında narazılıq yaranmışdır. Təqsirləndirilən şəxs bələdiyyə torpağı ilə bağlı bir neçə quruma şikayət yazmışdır. xx.xx.2022-ci il tarixdə əmisi Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng edərək əkin sahəsində mütəxəssislərin torpaq sahəsinin ölçüsünü aparan zaman Çapay Sadıqlı ilə arasında yenidən narazılıq yarandığını, Çapay Sadıqlının onun ünvanına nalayiq sözlər işlətməsinə görə əli ilə Çapayın qulaq nahiyəsindən itələdiyini bildirmişdir. Bununla bağlı Çapay ilə Xazəri Bərdə RPŞ-yə çağırmışlar. xx.xx.2022-ci il tarixdə, təxminən saat 16:09 radələrində Təqsirləndirilən şəxs onun mobil telefonuna zəng vurmuş və Çapayı əkin sahəsinin başında vurub öldürdüyünü demişdir. O dərhalNatiq Şükürova zəng vurub Xazərin Çapayı öldürməsi barədə məlumat vermişdir.Daha sonra isə təcili tibbi yardıma zəng edib hadisə yerinə getmişdir. Bərdə rayonu, Samux kənd yaşayış məntəqəsindən əkin sahələrinə gedən torpaq yolda Çapayın “Niva” markalı avtomobilini, və “latok”un üzərində oturan əmisi Təqsirləndirilən şəxs görmüşdür. Xazərin əynindəki ağ rəngli köynəyi qan içərisində olmuşdur. Həmin vaxt Çapayın avtomobili ilə latokun arasında bükülü vəziyyətdə tərpənmədiyini görmüşdür. O, Çapayın öldüyünü bilmih və Xazərin istəyi ilə sounucunui Bərdə RPŞ-yə aparmaq üçün avtomobilinə əyləşdirmişdir. O polisə gedəndə uolda tez-tez polis əməkdaşları ona zəng etmiş, o isə olduğu yeri polislərə demişdir. Samux kəndinin mərkəzində polis əməkdaşlarını görüb dayanmış və Xazər özünü Ədil adlı əməliyyatçıya təqdim etmişdir. Bundan sonra o, hadisə yerinə qayıtmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə X11 onun həmkəndliləri olmuşdur. xx.xx.2022-ci il tarixdə, təxminən saat 12 radələrində kənd sakini Cəlilin oğlunun kiçik toy mərasiminə gedəndə ,kəndin mərkəzində olarkən Xazər ilə Əli ona yaxınlaşıb avtomobilində boş yerin olub olmadığını soruşmuşdur. O isə həmin şəxsləri toy mərasiminə apara biləcəyini bildirmişdir. Bundan sonra kəndin girişində Hüseyn ilə Turalı da avtomobilinə mindirmişdir. Laçın restoranında Təqsirləndirilən şəxs başqa avtomobildə gedənlərin hamısı eyni masada əyləşmişlər. Toy mərasimində yemək yedikdən sonra Tural, Əli, Hüseyn və o, toya pul yazdırmaq üçün çölə çıxmışlar. Daha sonra Xazər də mərasim zalından çölə çıxmış və onlara qoşularaq kəndə qayıtmışdır. O, Təqsirləndirilən şəxs evinin qarşısına kimi aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və X7 həmkəndliləri kim tanımışdır. xx.xx.2022-ci il tarixdə günorta saatlarında kənd sakini Cəlilin oğlunun kiçik toy mərasiminə getmək üçün Turalla birlikdə kəndin girişinə getmişlər. Həmin vaxt kəndçisi Elçinin avtomobilinin gəldiyini görüb avtomobili saxlamış və toya onları da aparmasını xahiş etmişdir. Avtomobilidə Elçindən başqa, Təqsirləndirilən şəxs və Əli də olmuşdur. Əli sürücünün yanında, Təqsirləndirilən şəxs arxada sağ tərəfdə, Tural arxa oturacaqda ortada, o isə Turalın solunda əyləşmişdir. Restoranda Xazərdən başqa hamısı eyni masa, Xazər isə öz qohumlarının yanında əyləşmişdir. Təxminən saat yarım sonra onlar mərasim zalını tərk edəndə Təqsirləndirilən şəxs da kəndə getmək üçün onlara qoşulmuş və onlar evlərinə qayıtmışlır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki,Təqsirləndirilən şəxs və Sadıqlı Çapayı tanımışdır. xx.xx.2022-ci il tarixdə, Cəlilin oğlunun kiçik toy mərasiminə kənd sakini Elçinin avtomobili ilə getmşilər Avtomobild\ Elçin, Xazər və Əli də olmuşdur. Əli sürücünün yanında, Təqsirləndirilən şəxs arxada sağ tərəfdə, ortada o, onun solunda isə Şahid5 əyləşmişdir. Restoranda Xazərdən başqa hamısı eyni masa əyləşmişdir. Onlar toyda işğtirak etmiş və evlərinə qayıdanda Xazər də onlarla birlikdə qayıtmışdır.. Təqsirləndirilən şəxs onunla birlikdə mərasim zalından çöldə olarkən və ya evə qayıdarkən yolda Xazəri zəng edib kəndə geri çağırmamışdır. Təqsirləndirilən şəxs onların yanında olan vaxt Çapay Sadıqlı barəsində hər hansı bir söhbət edilməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 istintaqda verdiy ifadəsçini təsdiq edərək ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə toya gedən vaxt Elçinin göy “VAZ 2107” markalı avtomobilinin ön oturacağında əyləşmişdir. Ondan başqa avtomobildə Tural və Hüseyn də olmuşdur. Restoranda Xazərdən başqa hamısı eyni masada, Xazər isə öz qohumlarının yanında oturmuşdur. Təxminən bir saat oturub yemək yedikdən sonra evə getmək getmək istədiklərini Xazərə bildirdikdə həmin vaxt Xazər də kəndə getmək üçün onlara qoşulmuşdur. Onlar gəldikləri avtomobil ilə də geri qayıtmışdırlar. Samux kəndidə onlar avtomiobildən düşmüş Elçin Xazəri aparmış, ancaq Xazərin avtomobildən harada düşdüyünü bilməmişdir. Hadisədən təxminən 1 həftə əvvəl Xazərin saçını o kəsmişdir. Təqsirləndirilən şəxs ona Çapay Sadıqlını öldürəcəyi ilə bağlı heç nə deməmişdir. Çapayın Xazərdən məhkəməyə şikayət etdiyini kənd camaatından eşitmişdir. Nadir hallarda Çapay yanına saçını kəsdirməyə gəlmişdir. Çapay onun yanına gələndə Xazərlə bağlı hər hansı bir söhbət etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə şöbəyə Bərdə rayonu, Samux kəndi ərazisində qəsdən adam öldürmə cinayət hadisəsinin baş verməsi barədə məlumat daxil olmuş və rəhbərliyin göstərişi ilə “FİAT” doblo markalı xidməti avtomobili ilə həmin əraziyə getmişdir. O, Samux kəndində qarşıdan gələn “Lexus” markalı avtomobilin sürücüsünün ona uzaq vuran işıqları ilə işarə etdiyini görmüş və avtomobili saxlamışdır. Həmin avtomobildən üzərində ağ rəngli uzunqol köynəyi, boz rəngli parça şalvar və ayaqlarında uzunboğaz rezin çəkmələri olan şəxs yerə düşmüş, adam öldürdüyünü bildirmiş və ondan şöbəyə aparılmasını xahiş etmişdir. Həmin şəxsin paltarları qanlı və sağ əlində kəsik olmuşdur. O həmin şəxsi aparıb şöbənin növbətçi hissəsinə təhvil vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, təxminən 2022-ci ilin may ayında Bərdə Rayon Məhkəməsindən mübahisəli torpaq sahəsində ölçü işlərinin aparılması üçün 7 saylı Bərdə Ərazi İdarəsinə məktub daxil olmuşdur. Həmin məktub əsasında xx.xx.2022-ci il tarixdə o Bərdə rayonu, Samux kəndi ərazisində yerləşən torpaq sahəsini ölçmək üçün getmişdirlər.Mübahisə Samux kənd sakinləri Çapay Sadıqlı ilə Təqsirləndirilən şəxs arasında baş verdiyindən o torpaq sahəsinə çatmamışdan əvvəllər tərəflərin hər ikisinə də zəng edib ölçü aparılan zaman orada olmalarını xahiş etmişdir. Ölçü zamanı Təqsirləndirilən şəxs ilə Çapay Sadıqlı mübahisəli torpaq sahəsində onunla birlikdə olmuşdurlar. O, ölçü cihazı ilə torpaq sahəsini ölçmüş, Çapayla Xazər də əllərindəki torpağa dair sənədləri göstərərək ona öz fikirlərini bildirmişlər. Elə bu vaxt Xazər qəflətən əsəbiləşib onunla üzbəüz duran Çapay Sadıqlının boyun-qulaq nahiyəsinə əli ilə bir dəfə zərbə vurmuş və şaqqıltı səsi eşidilmişdir. Onun durduğu yerlə Çapayla Xazərin durduğu yer arasında həmin vaxt təxminən 1.5 metr məsafə olmuşdur. Çapay Xazər tərəfindən vurulduqdan sonra heç nə deməmiş, Çapay təxminən həmin yerdən 10-15 metr uzaqlaşdıqdan sonra Təqsirləndirilən şəxs qarşı nalayiq sözlər işlətmişdir. Həmin vaxt Xazər Çapayın üzərinə getmiş,Xazərin üzərinə gəldiyini görən Çapay Xazərin çənə nahiyəsindən yumruqla vurmuşdur. Daha sonra Çapay həmin yerdən uzaqlaşmış, Xazər Çarayın ardınca getmək istəyən o, sonuncuya mane olmuş və sakitləşdirməyə çalışmışdır. Çapayın avtomobilinə minib getməsindən, Xazərin də sakitləşməsindən əmin olduqdan sonra hər ikisi arasında olan dava-dalaşa görə ölçü işlərini yekunlaşdıra bilməmişdir. Təxminən 1 həftə sonra hüquq-mühafizə orqanlarının iştirakı ilə hər iki tərəfin iştirakı təmin olunmaqla, mübahisəli torpaq sahəsinin ölçülməsi yekunlaşmışdır. Bərdə rayonu, Samux kəndində yerləşən mübahisəli torpaq sahəsində Xazərlə Çapay arasında olan dava-dalaş vaxtı yaxınlıqda yaxınlıqda idarənin sürücüsü Şahid13 olmuşdur. Dava vaxtı onlar torpaq sahəsinin ortasında, sürücü Şahid13 isə sahəsinin baş tərəfində, “latok” deyilən yerdə avtomobilin içərisində olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin 7 saylı Bərdə Ərazi İdarəsi Yerquruluşunun təşkili şöbəsində yerquruluşu üzrə mühəndis vəzifəsinə işləyən Şahid12 Bərdə rayonu, Samux kəndində yerləşən mübahisəli torpaq sahəsini ölçməsi üçün həmin kənddə yerləşən torpaq sahələrinə aparmışdır. xx.xx.2022-ci il tarixdə, təxminən saat 11 radələrində o, mübahisəli torpağın baş tərəfində, “latok” adlandırılan su arxının yanında idarəyə məxsus xidməti avtomobilin içərisində oturmuş, Şahid12 isə torpaq sahəsinin içərisində Xazər və Çapayın iştirakı ilə ərazini cihaz vasitəsilə ölçmüşdür. Həmin vaxt Çapay ilə Xazərin mübahisə etmiş və biri-birilərinə nalayiq ifadələr işlətmişlər.Mübahisə zamanı Çapay Xazərin çənə nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Bundan sonra isə Çapayla Xazər biri-birilərindən aralaşmışrlar. Onun bildiyinə görə mübahisənin başlanmasına Xazərin Çapaya zərbə vurması səbəb olmuşdur. Şahid12 dediyinə görə əvvəlcə Xazərin Çapayı vurduğunu, sonra aralarında yaranan mübahisə zamanı Çapayın da Xazəri vurduğunu bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, o, özünə məxsus “kamaz” markalı yük avtomobili ilə sahədə biçilən taxılın daşınması ilə məşğul olmuşdur. Sərxan biçin vaxtı taxıl sahibləri ilə əlaqə saxlamış və öz kombaynını Bərdə rayonu, Qayalı kənd sakini Elməddinə verərək taxıl biçini işləri ilə məşğul olmuşdur. xx.xx.2022-ci il tarixdə, Bərdə rayonu, Samux kənd sakini kimi tanığı mərhum Çapay Sadıqlının əkin sahəsini biçmək üçün sonuncunu məhsul yerinə getmişdirlər. Kombayn əkin sahəsinə daxil olub biçməyə başlamışdır. O da biçilən yerin baş tərəfində kombaynın bunkerinin dolmasını gözləmişdir. Onlar Çapayın əkin sahəsinə daxil olduqda Çapay həmin əkin sahəsinin ayaq tərəfində, torpaq yolu keçdikdən sonra su latokunun üstündə oturub biçinə baxmışdır. Elməddin artıq ikinci bunkeri kamaza boşaltdıqda Çapay hələ də söyüd ağaclarının altında oturmuşdur. Elməddin ikinci bunkeri boşaltdıqdan sonra bir dəfə biçə-biçə onun yanına gəlmiş və yenidən sahənin ayaq tərəfinə biçərək qayıtmışdır. Elməddin onun mobil telefonuna zəng edib onu yanına çağırmışdır. O, kamazla yerin ayaq tərəfinə getmiş, kombaynın yanında sonradan adının Xazər olduğunu bildiyi əlində ağac olan şəxs ona kamazı kombaynın altına verməsini, taxılı boşaltmasını bildirmiş və əli ilə Çapayın olduğu yeri göstərib “onun gününə düşmək istəmirsənsə, taxılı aparıb mənim qapıma boşalt” sözlərini demişdir. Həmin vaxtı Çapayın adını bilmədiyi çobanı da yaxınlıqda olmuşdur. Xazər əsəbi halda həmin çobana söymüşdür. O, Çapaya tərəf baxdıqda onun latokun yanında uzandığını görmüşdür. Xazər onları heç texnikadan yerə düşməyə də qoymamışdır. Elməddin kombaynda bunkerin üzərində dayanmış, aşağı düşə bilməmişdir. O da kamazdan yerə düşə bilməmişdir. Buna görə də, onlar sahəliyin içərisi ilə xeyli getdikdən sonra torpaq yola çıxıb kəndə tərəf irəliləmişdirlər. Həmin vaxt o, Çapayı ilanın çaldığını düşünmüşdür. Çapay yerdə yıxılı vəziyyətdə olsa da, avtomobili Çapayı aydın görməsinə mane olmuşdur. Taxıl bunkerdən kamaza töküldükdən sonra onlar kəndin içərisinə daxil olduqda çobanın oğlu onlara yaxınlaşmış və həmin oğlanla birlikdə taxılı aparıb Çapayın evinin həyətinə boşlatmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə X7 həmkəndli kimi tanımışdır. Çapay Sadıqlı ilə Təqsirləndirilən şəxs arasında yaranan mübahisəyə səbəb torpaq sahəsi Samuxlu kənd bələdiyyəsinin torpaq fonduna aid olmuşdur. O, 2015-ci il tarixdə Samuxlu bələdiyyəsinə sədr seçildikdən sonra Çapay Sadıqlı mübahisəli torpaq sahəsi haqqında adına olan şəhadətnamə ilə ona müraciət etmişdir. Çapay Sadıqlı ilə əvvəlki bələdiyyə sədri arasında münasibətlər yaxşı olmadığı üçün Çapay əlində şəhadətnamə olmasına baxmayaraq, həmin bələdiyyə torpağından istifadə edə bilməmişdir. Buna görə də, qeyd olunan mübahisəli torpaq sahəsini əvvəlcə Niyaz, sonra isə Xazər istifadə etmişdir. Belə ki, Xazər Niyazdan pay torpağı satın aldıqdan sonra Təqsirləndirilən şəxs həmin pay torpağın baş tərəfindən cinayət hadisəsinin baş verdiyi latok adlandırılan su arxına istiqamətdə pay torpağının sağında 2.65 ha ölçüdə, eyni istiqamətdə pay torpağın ayaq tərəfində, latok adlandırılan istiqamətdə, latokla paralel 3.15 ha ölçüdə bələdiyyə mülkiyyətinə aid torpaqdan istifadə etməyə başlamışdır. Çünki əvvəllər həmin pay torpağın keçmiş mülkiyyətçisi Niyaz da qeyd olunan bələdiyyə torpaqlarını istifadə etmişdir. Bütün bunlara baxmayaraq, mərhum Çapay Sadıqlının həmin bələdiyyə torpaqlarını istifadə etməsinə dair əlində şəhadətnaməsi olmuşdur. Çapay Sadıqlı ona bu məsələ ilə bağlı müraciət etdikdən sonra o, Təqsirləndirilən şəxs şifahi xəbərdarlıq etmişdir. Mütəxəssislərin, Xazərin, onun, Çapayın iştirakı ilə mübahisəli torpaq sahələri ölçülmüşdür. Həmin vaxtlar Xazərlə Çapayın arasında heç bir narazılıq olmamışdır. Bundan sonra Çapay Sadıqlı qanunda edilmiş dəyişikliklərə əsasən bələdiyyə torpağının hərrac yolu ilə icrayə götürmək məqsədi ilə əvvəlcə bələdiyyəyə müraciət etmişdir. Bələdiyyə həmin torpaq sahəsi barədə çıxarış almış və keçirilən hərracda Çapay Sadıqlı müvəffəqiyyət qazanmışdır. Çapay Sadıqlı qeyd olunan torpaq sahələri barəsində sənədləşdirmə işlərini yekunlaşdırdıqdan sonra Xazər həmin torpaq sahəsi barədə narazılıq yaratmağa başlamışdır. Bundan sonra hər ikisi biribirindən polisə, məhkəməyə şikayət etmişlər. Təqsirləndirilən şəxs Çapay Sadıqlının istifadəsinə verilən torpaq sahələrinə daxil olduğu üçün mübahisə yaranmışdır. Hətta bir dəfə onun, icra nümayəndəsinin, Çapay və Xazərin iştirakı ilə Xazərin Çapaya icrayə verilmiş bələdiyyə torpağına bir daha daxil olmayacağına dair öhdəlik götürməsi ilə bağlı akt da tərtib olunmuşdur. Həmin aktın kimdə olması barədə onun dəqiq məlumatı olmamışdır. Bundan başqa, istintaqa əlavə edilməsi üçün o, Samuxlu bələdiyyəsinin torpaq fonduna daxil olan və Çapay Sadıqlıya hərrac yolu ilə verilən mübahisəli hər iki torpaq sahəsinə dair sənədlərin surətlərini təqdim etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 iyun 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Bərdə rayonu, Samux kənd yaşayış məntəqəsindən əkin sahələrinə gedən torpaq yolun sol tərəfidir. İstintaq hərəkətinin iştirakçısı, Bərdə rayonu, Samux kənd sakini Şahid2 Təqsirləndirilən şəxs əlindəki kərənti ilə Çapay Sadıqlını öldürüyü yeri və şəraiti bildirərək cinayətin törədildiyi yeri göstərir. Baxış zamanı cinayətin predmeti olan hissələrə ayrılmış kərənti (dəryaz) və iş üçün əhəmiyyət kəsb edə biləcək əşyalar ayrı-ayrılıqda müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 iyun 2022-ci il tarixli meyitə baxış protokoldan görünür ki, təşrih masası üzərində paltarlı meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: Ağ rəngli qısa qol köynək, köynəyin sağ ön səthində sağ çiyin tikişindən20,0 sm aşağı, sağ yan tikişdən 0,5 sm sola aşağı sərbəst kənardan 16,5 sm yuxarı, cəmi 11 ədəd ən böyüyü 7,0 x 0,5 sm, ən kiçiyi 2,0 x 0,4 sm ölçülərdə zədələr vardır. Köynəyin sol ön səthində sol çiyin tikiş hissəsində 4,0 x 0, 3 sm, aşağı sərbəst kənardan 2,0 sm yuxarı 2,5 x 0,3 sm, bu zədədən 22,5 sm yuxarı 2 ədəd 7,3 x 0,2 sm, 4,5 x 0,3 sm ölçülərdə cəmi 4 ədəd zədələr vardır, köynək qana bulaşmışdır. Sol ön cibi boşdur. Ağ rəngli qolsuz mayka, maykanın ön səthində boyun tikintisindən 6,5 sm aşağı, sağ sərbəst kənardan 12,5 sm yuxarı, cəmi 9 ədəd bir birindən 4,0 sm, 13,5 sm, 28,2 sm aralı ən böyük 11,0 x 2,5 sm, ən kiçiyi 2,5 x 0,5 sm ölçülərdə zədələr vardır. Mayka qana bulaşmışdır. Tünd göy başlığında qara rəngli kəmər olan şalvar, aşlvarın sol ayaq hissəsində aşağı sərbəst kənardan53,0 sm yuxarı şalvarın yuxarı tikilişindən 33,6 sm aşağı 5,0 x 0,4 sm ölçüdə zədə vardır.Şalvar da qana bulaşma müşahidə olunur. Tursik 18,0 sm yuxarı, yuxarı sərbəst kənardan isə 7,5 sm, aşağı 4,0 x 0,5 sm ölçüdə zədə vardır. Bir cüt qara rəngli corab vardır. Paltarlar soyundurulduqdan sonra məlum oldu ki, meyit kişi cinslidir. Düzgün bədən qurluşu vardır. Kafi köklükdədir. Boyun uzunluğu 172 sm-dir. Meyitin ümumi dəri örtüyü və gözünün selikli qişaları ağarmış rəngdədir. Əl ilə yoxladıqda meyit soyumuşdur. Meyitin bədəninin arxa səthində ifadə olunmuş göyümtül bənövşəyi rəngdə meyit rəngləri vardır. Ləkələrə barmaqla təyziq etdikdə itir və 40-45 saniyədən sonra öz əvvəlki vəziyyətini alır. Meyit qacıması yoxlanılan zaman əzələ qrupları inkişaf etmişdir. Başının tükləri qəhvəyi ağ rəngdədir, düzdürlər uzunluqları 3,7-3,9 sm-dir. Əllədikdə kəllə qapağı sümükləri tamdırlar. Meyitin gözləri qapalıdır. Göz qapaqlarının birləşdirici qişası solğun cəhrayı rəngdədir. Göz almaları salamatdır, buynuz qişa bulanlıqdır, qişa tünd qəhvəyi rəngdədir. Göz bəbəkləri dairəvi formadadır. Bərabər ölçülərdə olub hər biri 0,5 sm diametrindədir. Burun dəlikləri sərbəstir ifrazad yoxdur.Qabıq seyvanları normal quruluşludur.Xarici qulaq keçəcəkləri sərbəstdir ifrazat yoxdur.Ağzı yarımaçıq vəziyyətdədir.Meyitin üzü və dodaqları sianozlaşmışdır. Dili diş xəttinin arxasında sərbəst yerləşmişdir.Üst çənədə,sağda 5ədəd,solda 5ədəd aşağı çənədə sağda 1ədəd,solda 4ədəd sarı metaldan dişləri vardır. Qalan dişləri tam və təbiidir.Ağız boşluğunun selikli qişasında xəsarət yoxdur.Boynu gövdəyə müvafiqdir.Döş qəfəsi silindirik formada olub simmetrikdir.Qarnı döş qəfəsindən hündür səviyyədədir.Onurğa sutununda patoloji əyilmələr yoxdur.Əllədikdə fəqərə sümükləri tamdır.Xarici cinsiyyət üzvləri kişi tiplidir normal quruluşludur.Arxa kecəcək dəliyi yumulu vəziyyətdədir.Ətraf dərisi aralıq nahiyəsi təmizdir zədəsizdir.Hər iki yuxarı və aşağı ətraflar normal quruluşludur.Əllə yoxladıqda sümükləri tamdırlar.Meyitin xarici müayinəsində aşağıdakı xəsarətlər aşkar edildi.Beyin təpə nahiyəsində 2ədəd 2,0 x 0,5sm, 3,5 x 0,4sm, ənsə nahiyəsində 2ədəd 5,0 x0,3 sm, 4,5 x 1,4 sm ölçülərdə,düz xətt şəkilli formalarda, kənarları nisbi hamar,qansızmalı yaralar vardır.Həmçinin döş qəfəsi nahiyəsinin sol yarısının ön səthində X qabırğa bərabərliyində orta körpücük xətti üzrə 1 ədəd 6,0 x 2,0 sm, həmin yaradan 23,5 sm aşağı,sol bud-çanaq oynağı nahiyəsində 1ədəd 5,0 x 0,5 sm,qeyd olunan yaralari yoxladıqda bir-biri ilə birləşirlər,döş qəfəsi nahiyəsinin sol yarısında Vİİİ qabırğa səviyyəsində orta körpücük xətti üzrə 1ədəd 5,0 x 1,9 sm döş qəfəsi nahiyəsinin sağ yarısının ön səthində orta körpücük xətti ilə ön qoltuq xətti arasında 2 ədəd 7,0 x 2,0 sm, 2,9 x 0,5 sm,bir-birindən 2,0 sm aralı,sağ qoltuq nahiyəsinin orta hissəsində 1ədəd 7,0 x 4,0 sm,döş qəfəsi nahiyəsinin sağ yarısında 4ədəd bir-birindən 0,75sm, 0,3sm aralı ən böyüyü 6,5 x 4,5sm, ən kiçiyi 4,5 x 1,0 sm, sağ qasıq nahiyəsində 1ədəd 3,6 x 1,0 sm sağ qabırğaaltı nahiyədə 1ədəd 6,5sm x 2,7 sm,göbək nahiyəsinin sağ yarısında 1 ədəd 4,5 x 1,5sm, sol bud nahiyəsinin orta 1/3-nin bayır səthində 1 ədəd 6,3 x1,9 sm ölçülərdə,düz xətt şəkilli formalarda,kənarları hamar qansızmalı uclarından biri iti,digəri küt olan yaralar vardır.Sol əlin İ baş barmağının arxa səthində 1 ədəd 0,7 x 0,5sm, sol bazu nahiyəsinin aşağı 1/3-nin arxa səthində 1 ədəd 3,2 x 1,0 sm, sol said nahiyəsinin yuxarı 1/3-nin arxa səthində 1 ədəd 8.0 x 2,5 sm,sol said,dirsək,bazu nahiyəsinin aşağı 1/3-nin bayır səthinə kimi 1ədəd 15,0 x 3,5 sm, sol said nahiyəsinin orta 1/3-nin arxa səthində 1 ədəd 4,0 x 0.5 sm, sol əl nahiyəsinin ovuc səthində İİİ daraq səviyyəsində 1 ədəd,sağ bazu nahiyəsinin aşağı 1/3-nin arxa səthində 1ədəd 2,0 x 0,5 sm,sağ dirsək nahiyəsinin arxa səthində 1 ədəd 5,0 x 1,0sm, sağ əl nahiyəsinin İ baş barmağının arxa səthində 1 ədəd 1,5 x 1,0sm ölçülərdə,düz xətt şəkilli formalarda kənarları hamar,ucları iti yaralar vardır. Sol əlin İ baş barmağı oynaqdan qəlpəli şəkildə sınmışdır.Döş qəfəsinin sağ yarısında olan 1 ədəd yaradan bağırsaq xaricə çıxmışdır. Meyitin xarici müayinəsində yuxarıda qeyd olunan xəsarətlərdən başqa digər xəsarətlər müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “üzləşdirmə haqqında” protokoldan görünür ki, aparılmış üzləşdirmə istintaq hərəkəti zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə “Çapayı əlindəki kərənti ilə gəlib sən öldürdün. Sən əlindəki kərənti ilə Çapayı öldürərkən Çapay məni köməyə çağırdı, ancaq sən Çapaya kömək etməyimə imkan vermədin, məni qovdun ” sözlərini demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 iyun 2022-ci il tarixli, 369 saylı məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, X5 məhkəmətibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə nahiyəsinin qançırı, sağ qulaq pərdəsinin travma yırtığı küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 iyun 2022-ci il tarixli, 446 saylı məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-sağ əl nahiyəsinin İİ-İİİ barmağının səthi kəsilmiş yarası kəsici xəssəyə malik olan əşyanın təsirindən, ola bilsin kərəntinin tiyəsinin təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 iyun 2022-ci il tarixli, 15 saylı məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X3 meyitinin bədənində aşağıdakı xəsarətlər- ürəyin, qara ciyərin və ağciyərin yaralanması və Vİ-Vİİ- Vİİİ qabırğaların kəsilməsi ilə döş boşluğuna keçən 8 (səkkiz) ədəd, döş qəfəsi nahiyəsində döş boşluğuna keçməyən 1 (bir) ədəd və sağ qabırğaaltı nahiyədə 1 (bir) ədəd, sağ qasıq nahiyəsində 1 (bir) ədəd, göbək nahiyəsində 1 (bir) ədəd, qarın boşluğuna keçən deşilmiş-kəsilmiş yaralar, sol bud nahiyəsinin 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları, başın təpə nahiyəsinin 2 (iki) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd kəsilmiş-çapılmış yaraları, sol əlin İ-ci barmağının 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd, sol saidin 2 (iki) ədəd, sol said, dirsək və sol bazu nahiyələrini əhatə edən sahənin 1 (bir) ədəd, sol əlin ovuc səthində 1 (bir) ədəd sağ bazu nahiyəsində 1 (bir) ədəd, sağ dirsək nahiyəsində 1 (bir) ədəd, sağ əlin İ-ci barmağın 1 (ədəd) kəsilmiş yaraları, sol əlin İ barmağının qəlpəli sınığı vardır. Həmin xəsarətlər həyatidirlər, ölümdən az vaxt əvvəl törənmişlər, qeyd olunan xəsarətlərdən sol əlin İ-baş barmağının qəlpəli sınığı küt əşyanın təsirindən törənmişdir, qalan digər deşilmiş-kəsilmiş, kəsilmiş-çapılmış və kəsilmiş yaralar kəsici kənara və iti uca malik alətin (alətlərin) təsirindən törənmişlər, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə kərəntinin tiyəsi ilə törənə bilərlər, dərəcələrinə görə a) sol əlin İ-baş barmağının qəlpəli sınığı canlı şəxslərdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. b) ürəyin, qara ciyərin və ağciyərin yaralanması və Vİ-Yİİ-Vİİİ qabırğaların kəsilməsi ilə döş boşluğuna keçən 8 (səkkiz) ədəd və sağ qabırğaaltı nahiyədə 1 (bir) ədəd, sağ qasıq nahiyəsində 1 (bir) ədəd, göbək nahiyəsində 1 (bir) ədəd, qarın boşluğuna keçən deşilmişkəsilmiş yaraları birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. c) başın təpə nahiyəsinin 2 (iki) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd, döş qəfəsi nahiyəsinin daxilə keçməyən 1 ədəd, sol bud nahiyəsinin 1 (bir) ədəd deşilmişkəsilmiş yaraları, sol əlin İ-ci barmağının 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd, sol saidin 2 (iki) ədəd, sol said, dirsək və sol bazu nahiyələrini əhatə edən sahənin 1 (bir) ədəd, sol əlin ovuc səthində 1 (bir) ədəd sağ bazu nahiyəsində 1 (bir) ədəd, sağ dirsək nahiyəsində 1 (bir) ədəd, sağ əlin İ-ci barmağın 1 (bir) ədəd kəsilmiş yaraları canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. X3 ölümünə səbəb döş və qarm nahiyəsinin döş və qarm boşluğuna keçən deşilmiş-kəsilmiş yaralanmaları ilə əlaqədar ürəyin, qara ciyərin, ağ ciyərin yaralanmaları nəticəsində baş vermiş kəskin qanitirmə olmuşdur. X3 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meytinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. X3 meyitindən götürülmüş qanda etil, metil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (xx.xx.2022-ci il tarixli 2268/k saylı maddi sübutların müayinəsi aktı). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə tibbi-bioloji ekspertizasının 28 iyun 2022-ci il tarixli, 423/2022-MTBŞ nömrəli rəyindən görünür ki, zərərçəkmiş X5 ABO sistemi üzrə qan qrupu- Balfa/H/(İİİ), təqsirləndirilən Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu-O/İ/-. Ekspertizaya təqdim olunan 04 ədəd kərənti hissələri, 15 ədəd tənzif tampon, Təqsirləndirilən şəxs məxsus şalvar, köynək, 01 cüt rezin sapox, Ç.Sadıqlıya məxsus şalvar, köynək, alt mayka və trusik üzərində insan qanı ləkələri aşkar olundu.Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «B», «H» antigenləri və əksər ləkələrdə həmçinin alfa aqqlyutinini alındı.Bu qan ləkələri bir şəxsə məxsusdursa Balfa(H)/İİİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş X8 məxsus ola bilər. Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfabeta/İ/ qruplu Təqsirləndirilən şəxs da qarışmış qanının olması inkar olunmur, əgər hadisə zamanı onda qanaxma ilə müşahidə olunan xəsarət olubsa. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 iyun 2022-ci il tarixli, 337/2022-MTKŞ məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki, təqdim edilmiş X8 məxsus köynəyin ön hissəsinin sol nahiyəsində üç ədəd, köynəyin ön hissəsinin sağ nahiyəsində çoxsaylı, köynəyin arxa hissəsində beş ədəd, maykanın ön hissəsində çoxsaylı, şalvarın sağ ayağının ön-orta nahiyəsində bir ədəd, şalvarın sol ayağının ön-yan nahiyəsində bir ədəd və tumanın sol ayağının ön nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədələr iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişlər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir cüt çəkmə, köynək və şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş kərənti (dəryaz) tiyəsi (işçi metal hissəsi) kustar üsulu ilə, dəstəyi əldəqayırma üsulu ilə hazırlanmış təsərrüfat-məişət təyinatlı əmək alətidir və soyuq silah hesab edilmir. Təqdim olunmuş kərənti (dəryaz) hissələri kənarları boyu bir-biri ilə uyğunluq təşkil etmir və defekt qeyd edilir. (defekt olduğuna görə hissələri tutuşdurmaq mümkün olmadı). Lakin bu hissələrin formasına, quruluşuna və rənginə görə eyni bir tamın hissələri olması da inkar edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının 28 iyul 2022-ci il tarixli T 329/2022 saylı rəyindən görünür ki, vətəndaş Ç.Q,Sadıqlıda baş beyin silkələnməsi ilə müşayiət olunan başın ənsə nahiyyəsinin qançırı və ağ qulaq pərdəsinin travmatik perforasiyası olmuşdur. Qeyd edilən diaqnozlar istər nevropatoloq, istərsə də burun-qulaq-boğaz həkimi tərəfindən obyektiv müayinələr əsasında düzgün təyin edilmişdir, xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmiş, yetirilmə müddəti qərarda göstərilən xx.xx.2022-ci ilə uyğun gəlir, istər birlikdə, istərsə də ayrılıqda sağlamlığın qısa müəddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətlərin xarakteri və yerləşdiyi nahiyələr onların şəxsin özü tərəfindən yetirilə bilməsini inkar edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 29 iyun 2022-ci il tarixli, 418/142 saylı rəyindən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərini xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs törətmiş olduğu əməldən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra isə əsəbi psixi-emosional halda olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisəsi ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli 1028 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 iyun 2022-ci il tarixli “ifadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 16 radələrində əkin sahəsinə gəlib heyvanları sulayıb yerləşdirdikdən sonra mərhum Çapayın maşınının əkin sahəsinin baş tərəfində, söyüd ağacının kölgəsində dayandığını görmüşdür. O, daima əkin yerindəki məftillərin altını təmizləmək üçün istifadə etdiyi kərəntini Çapay Sadıqlını öldürmək üçün “əlinə götürmüş, piyada (ayaqla) körpü tərəfə tək getmişdir. O, kərəntini sağ çiyninin üzərində, sağ əlinlə tutaraq gəlmiş, su arxının üstündə özü saldığı körpünün üstünə çıxanda Cəmaləddini görmüş, Cəmaləddin açıq sahədə, ondan təxminən 30 metr aralıda qoyun otarmışdır. O, körpüdən keçmiş və Cəmaləddindən “hanı o şərəfsiz” deyə soruşmuş, Cəmaləddin ona Çapayın söyüdün, maşının yanında oturduğunu demişdir.O, yavaş-yavaş maşının yanına irəliləmiş, Çapayın“latok”un üzərində oturduğunu görmüşdür. O yaxınlaşaraq Çapaydan“kimin var-yoxuna söyürsən” deyə soruşmuş, Çapay ona “yaxşı eləmişəm, söymüşəm” sözlərini dedikdəo, əlindəki kərəntini ilə Çapayın başından vurmuşdur. Zərbədən sonra Çapay yerə yıxılmış, kərənti də tiyəsindən qırılmışdır. O, kərəntinin qırılan tiyəsini götürüb Çapayın qarın nahiyəsinə zərbələr endirmişdir. O, Çapayın qarın nahiyəsinə zərbələr vurmuş və Çapayın artıq öldüyünü bilmişdir. O, Çapayı öldürüb qurtarandan sonra 102 çağrı mərkəzinə zəng edib polisə məlumat vermişdir. O, baş vermiş cinayət hadisəsindən 3 gün əvvəl Cəmaləddinə “müdirin nə badə gələ, təkcə buralarda hərlənə.” sözlərini demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07 iyul 2022ci il tarixli “ifadənin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Şahid2 xx.xx.2022-ci il tarixdə, təxminən saat 16 radələrində əkin sahəsinə Çapay Sadıqlının qoyunlarını otaran zaman kəndlisi Təqsirləndirilən şəxs əlində kərənti (dəryaz) ilə gəlib ondan Çapayın yerini souşduğunu, Xazərin Çapaya yaxınlaşaraq əlindəki kərənti ilə Çapaya çoxlu sayda zərbələr endirdiyini, Çapay kömək üçün onu çağırsa da Xazərdən qorxduğu üçün köməklik göstərə bilmədiyini bildirərək cinayət hadisəsinin yeri və şəraitini göstərərək cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 07 iyul 2022-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək onun şahid qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Polis Şöbəsinin verilmiş əməliyyat tapşırığının 14 iyul 2022-ci il tarixli, 22313 nömrəli cavab məktubunda göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 16:24 radələrində X7 həmkəndlisi Təqsirləndirilən şəxs aralarında olan şəxsi münasibətlər zəmnində əkin sahəsinə gedən yolda kələntinin tiyəsi ilə sonuncunun bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı zərbələr vuraraq qəsdən oldürməsi faktı ilə əlaqdar əməliyyat tapşırığında göstərilən xüsusatlar üzrə tərəfimizdən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmiş, həmin hadisənin Bərdə rayoni, Həsənqaya kənd sakini Şahid14 və Bərdə rayonu, Qayalı kənd sakini Şahid1 şahid olduqları müəyyən edilmişdir. X5 öldürülməsində Təqsirləndirilən şəxs hər hansı şəxsin ona köməklik göstərilməsi müəyyən edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 6060 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicədə olmayıb. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X35 Dispanserin xx.xx.2022-ci il tarixli, 433 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs X35 Dispanserin dispanser müşahidəsində deyil. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Mərkəzi X15 Şəxsin 26 iyun 2022-ci il tarixli, 836 nömrəli aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu orta olmuşdur. (dərəcə 1,9 pr) İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 iyun 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə, saat 23:59-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 28 iyun 2022-ci il tarixli, 4(021)-76/2022 saylı qərarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay həddində həbs qətimkan Məhəkəmə təqsirləndirilən şəxsin zərəçəkmiş şəxsi 50-60 saniyə vaxt saniyə ərzində öldürməsi,onun əzab çəkməsini istəməməsi, zərbə vurduqdan sonra Çapayın artıq ölməsi. Çapay Sadıqlıya təxminən 3-4 zərbə endirməsi, sonuncunu xüsusi amansızlıqla öldürməməsi barədə ifaədsi digər mötəbər sübutlarla təkzib olunduğundan və həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etmir. Beləki, Xazər Məməmdov istintaq zamanı verdiy ifadəsində göstərmişdir ki, «…….Çapay Sadıqlıya kərənti ilə zərbələr endirərkən sonuncu tərəfindən heç bir müqavimətlə qarşılaşmadığını bildirsə də, ifadənin yerində yoxlanması istintaq hərəkətində “nə üçün onun boğazını kəsib tez bir zamanda öldürmək istəmirdin, nə üçün Çapay Sadıqlı yerə yıxıldıqdan sonra onun həyatı üçün daha mühüm nahiyələrinə, məsələn baş nahiyəsinə zərbə endirmirdin sualına çünki Çapay mənə imkan vermirdi cavabını vermişdir. Məhkəmə-tibbi ekspertizasının 16 iyul 2022-ci il tarixli, 15 nömrəli rəyində göstərilən X5 meyitinin başın təpə nahiyəsinin 2 (iki) ədəd, ənsə nahiyəsinin 2 (iki) ədəd, döş qəfəsi nahiyəsinin daxilə keçməyən 1 ədəd, sol bud nahiyəsinin 1 (bir) ədəd deşilmiş-kəsilmiş yaraları, sol əlin İ-ci barmağının 1 (bir) ədəd, sol bazunun 1 (bir) ədəd, sol saidin 2 (iki) ədəd, sol said, dirsək və sol bazu nahiyələrini əhatə edən sahənin 1 (bir) ədəd, sol əlin ovuc səthində 1 (bir) ədəd sağ bazu nahiyəsində 1 (bir) ədəd, sağ dirsək nahiyəsində 1 (bir) ədəd, sağ əlin İ-ci barmağın 1 (bir) ədəd kəsilmiş yaraları, sol əlin İ-baş barmağının qəlpəli sınığı Təqsirləndirilən şəxs tərədindən onun baş nahiyəsinə bir dəfə yox, dörd dəfə zərbə endirildiyini, yerə yıxıldıqda hələ də sağ olduğunu və yaşamaq üçün, həyatda qalmaq uzun müddət özünü müdafiə etməyə çalışdığını, təqsirləndirilən şəxslə mübarizə apardığını və ondan imdad istədiyni təsdiq edir. Eləcə də Təqsirləndirilən şəxs istintaq zamanı verdiy ifadəsində Çapay Sadıqlını öldürərkən ətrafda heç kimin olmadığını bildirməsinə baxmayaraq, ifadənin yerində yoxlanması istintaq hərəkətində Şahid2 hadisə yerindən təxminən 80-100 metr aralı məsafədə baş verənləri müşayiət etdiyini etiraf etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması istintaq hərəkətində Çapay Sadıqlını 4-5 saniyə müddətində vurduğu 3-5 zərbə ilə öldürməsi kimi xüsusatlar cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 423/2022 MTBŞ saylı, məhkəmə-tibbi kriminalistik ekspertizasının xx.xx.2022-ci il tarixli, 337/2022 MTKŞ saylı, məhkəmə-tibbi ekspertizasının 16 iyul 2022-ci il tarixli, 15 nömrəli ekspert rəyləri və Şahid2 ifadəsi ilə tam təkzib edilmişdir. Həmçinin məhkəmə xüsusi amansızlıqla məsələsinə qiymət verərkən bildirir ki, cinayətin törədildiyi predmeti kərənti, həmçinin xəsarətlərin say lokolizasiyası (yəni bədənin hər tərəfində olması) cinayətin xüsusi amansızlıqla törədilməsini təsdiq edir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.4 və 128-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmiş və təqsirləndirilən zərərçəkmiş şəxslə barışmamışdır. Məhkəmə bu nəticəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarının izahını da nəzərə alır.Beli ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarına əsasən, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq, həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Belə ki, xüsusi amansızlıqla adam öldürmə cinayət əməlinin tövsifi zamanı nəzərə alınmalıdır ki, burada söhbət təqsirləndirilən şəxsin cinayəti törədərkən zərərçəkmişə qarşı müstəsna dərəcədə qəddarlığından və rəhmsizliyindən gedir. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində mərhum Çapay Sadıqlı ilə aralarında uzun müddət davam edən torpaq mübahisəsindən bezdiyini, sonuncuya qarşı kin saxladığını bildirmişdir. məhkəmə-tibbi ekspertizasının 16 iyul 2022-ci il tarixli, 15 nömrəli rəyinə əsasən cinayət hadisəsi baş verən zaman təqsirləndirilən Təqsirləndirilən şəxs mərhum Çapay Sadıqlıya 15 yüngül, 1 az ağır və 11 ağır olmaqla, ümumilikdə 27 kəscisi, kəsici-deşici və deşici xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmişin ürək nahiyəsinə öndən arxaya istiqamətində, 2.6 sm dərinliyində, qanitirmə ilə nəticələnən və ölümünə səbəb olan dişici xəsarət yetirməsinə baxmayaraq, bundan əlavə 10 dəfə əlavə ağır xəsarət yetirmişdir ki, bu da Təqsirləndirilən şəxs uzun illər Çapay Sadıqlıya bəslədiyi kinin, nifrətin təzahürü, sonuncunu amansız və rəhimsizcəsinə öldürmək məqsədini, niyyətini büruzə verir. 1954-cü il təvəllüdlü zərərçəkmiş şəxs yalın əllə uzun müddət təqsirləndirilənə qarşı müqavimət göstərərək həyatda qalmağa çalışmış, yaxınləqda olan, cinayət hadisəsinin şahidi Cəmaləddin Alıyevdən köməklik istəmiş, Təqsirləndirilən şəxs tərəfindən 27-ci, yəni yetirilən sonuncu xəsarətin belə ağrısını hiss etdikdən sonra ölmüşdür. Təqsirləndirilən şəxs Çapay Sadıqlıya yetirdiyi sonuncu xəsarətdən sonra hadisə yerində dayanıb sonuncunun can verərək ölməsini gözləməsi qəsdən adam öldürmə cinayətini xüsusi amansızlıqla törətdiyini göstərir. Bundan başqa, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, təxminən saat 11 radələrində Əmlak Məsələləri Dövlət Xidmətinin “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” PHŞ-nin 7 saylı Bərdə Ərazi idarəsinin əməkdaşı tərəfindən mübahisəli torpaq sahəsi ölçülərkən Çapay Sadıqlı ilə aralarında yaranan mübahisə zamanı sol əli ilə sonuncunun sağ qulaq nahiyyəsinin arxa hissəsindən bir dəfə yumruqla vuraraq beyin silkələnməsinə səbəb olan başın ənsə nahiyəsinin qançırı, sağ qulaq pərdəsinin travma yırtığı ilə müşayiət edilən, törənmə müddəti xx.xx.2022-ci il tarixə uyğun gələn və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül xəsarət yetirməsi X3 izahatı, şahid ifadələri, habelə məhkəmə-tibbi ekspertizasının 04 iyun 2022-ci il tarixli, 369 nömrəli, təkrar məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, T 329/2022 saylı ekspert rəyləri ilə təsdiq edilmişdir. Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.4 və 128-ci maddələri ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yalnız təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.4 və 128-ci maddələrinin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədələrinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Konstitsuya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 02 aprel 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.9-cu maddəsinin“könüllü gəlib təqsirini boynuna alma” müddəası törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsi barədə şəxsin azad və könüllü surətdə (hər hansı bir psixi və ya fiziki təsirə məruz qalmadan) istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətini həyata keçirən orqanlara və ya digər dövlət orqanına gələrək yazılı və ya şifahi şəkildə məlumat verməsi, həmçinin hüquqmühafizə orqanlarına törədilmiş cinayət və onu törədən şəxsin məlum olması, lakin şəxsin özünün ifşa olunmasını bilmədən könüllü gəlib təqsirini boynuna alması kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.2-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduqda bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tədbiq edilmir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs özünü könüllü olaraq polisə təqdim etməsi yüngülləşdirici hal kimi nəzərə alınsa da, onun təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsinin sanksiyasında ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan, (CM-in 120.2.4-cü maddəsinə münasibətdə) Təqsirləndirilən şəxs cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tədbiq edilə bilməz. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 26 iyun 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Bərdə rayon prokurorluğunda saxlanılan maddi sübutlar - kərəntinin (dəryazın) dəstəyinin və tiyəsinin hissələri, tampon vasitəsilə 3 müxtəlif yerin hər birindən 05 ədəd olmaqla qanabənzər nümunələr, mərhum X8 məxsus 01 ədəd mobil telefon, 01 “ALVENTO CLASSİC” etiketli, ön hissəsində düymələri olan ağ rəngli qısaqol köynək, 01 ədəd “BONUS” etiketli, ağ rəngli xətləri olan boz rəngli parça şalvar, 01 ədəd “LUX, ÜÇ EL YİLDİZ” etiketli, üzəri deşikli ağ rəngli qolsuz köynək və 01 ədəd üzərində ağ rəngli naxışlar olan göy rəngli trusik, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman əynində olmuş 01 ədəd “Hoffrer Germany” etiketli, üzərində damalar olan göy rəngli parça şalvar, 01 ədəd “SARRAR” etiketli, ön hissəsində düymələri olan ağ rəngli uzunqol köynək və 01 cüt boğaz hissəsində “SHAHPAR” sözü yazılan, alt hissəsi göy rəngdə olan qara rəngli rezin çəkmələr onların yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 17 (on yeddi) il 06 (altı) ay müddətinə, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasınən Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 18 (on səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli 26 iyun 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Bərdə rayon prokurorluğunda saxlanılan maddi sübutlar - kərəntinin (dəryazın) dəstəyinin və tiyəsinin hissələri, tampon vasitəsilə 3 müxtəlif yerin hər birindən 05 ədəd olmaqla qanabənzər nümunələr, mərhum X8 məxsus 01 ədəd mobil telefon, 01 “ALVENTO CLASSİC” etiketli, ön hissəsində düymələri olan ağ rəngli qısaqol köynək, 01 ədəd “BONUS” etiketli, ağ rəngli xətləri olan boz rəngli parça şalvar, 01 ədəd “LUX, ÜÇ EL YİLDİZ” etiketli, üzəri deşikli ağ rəngli qolsuz köynək və 01 ədəd üzərində ağ rəngli naxışlar olan göy rəngli trusik, Təqsirləndirilən şəxs cinayət hadisəsini törətdiyi zaman əynində olmuş 01 ədəd “Hoffrer Germany” etiketli, üzərində damalar olan göy rəngli parça şalvar, 01 ədəd “SARRAR” etiketli, ön hissəsində düymələri olan ağ rəngli uzunqol köynək və 01 cüt boğaz hissəsində “SHAHPAR” sözü yazılan, alt hissəsi göy rəngdə olan qara rəngli rezin çəkmələr onların yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar