Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-23/2025 19.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər; Məmmədzadə Mikayıl Maarif oğlu, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X15, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri; Gəncə Regional vəkil bürosunun vəkilləri X5, Müdafiəçi2 və Müdafiəçi3 iştirakları ilə, xx.xx.2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, Kəlbəcər rayonu, Güneypəyə kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri, Kəpəz rayonu, A.Səhhət küçəsi, bina 28-də yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü və xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0.257 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 24 noyabr 2021-ci il tarixdə saat 21:30 radələrində Gəncə şəhər Kəpəz RPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhəri, Azərbaycan küçəsində yerləşən 3 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhəri, Kəpəz RPİ-yə gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,208 qram, ümumi təmiz çəkisi 0,257 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o satış məqsədi olmadan məlum olmayan vaxtda və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, təmiz çəkisi 0.199 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 06 yanvar 2022-ci il tarixdə saat 23:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində o, Gəncə şəhəri, Nizami prospektində yerləşən “Ramada Plaza” hotelin yaxınlığında saxlanılaraq ünvan 4 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sol yan cibindən 1 ədəd polietilenə bükülmüş içərisində təmiz çəkisi 0.199 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan o, tanışı olan Bakı şəhər sakini Təqsirləndirilən şəxs2 ilə satış məqsədləri olmadan birgə istifadə üçün məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq satış məqsədi ilə ayrı-ayrılıqda 11.099 qram, 0.133 qram, 0.158 qram qram olmaqla, ümumi təmiz çəkisi 11.390 qram çəkidə külli miqdarda narkotik vasitə olan heroini, 1.433 qram, 0.301 qram olmaqla ümumi təmiz çəkisi 1.734 qram çəkidə psixotrop maddə olan metamfetamini qanunsuz olaraq satış məqsədi olmadan birgə istifadə etmək məqsədi ilə əldə edib kirayədə yaşadıqları ünvan 6 ünvanında saxlamış, 20 iyun 2022-ci il tarixdə DİN BNMİ QBRŞ-nin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2000-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 7 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Ü.Hacıbəyov küçəsində yaşayan Təqsirləndirilən şəxs2 ilə birlikdə müvəqqəti kirayədə yaşadıqları, ünvan 9 ünvanında yerləşən mənzildə saxlanılaraq, mənzilə baxış keçirilən zaman mənzilin yataq otağında olan stolun üzərindən üç ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 11.099 qram, 0.133 qram, 0.158 qram olmaqla ümumi təmiz çəkisi 11.390 qram narkotik vasitə heroin, bundan başqa iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1.433 qram və 0.301 qram olmaqla, ümumi təmiz çəkisi 1.734 qram psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o ibtidai istintaq zaman verdiyi ifadəsini təsdiq edir. O evdə olan zaman, qapı döyülmüş, o qapını açmış və həmin vaxt polis əməkdaşları işəri daxil olmuşlar. Onda narkotik vasitə olmuş, lakin həmin narkotik vasitə 11 qram olmamışdır. Onda olan narkotik vasitə istifadə üçün olmuşdur. O saxlanılan zaman, onun xəsarətləri olmuşdur. O, sənədlərə imza edərək, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Onu 1-ci epizod üzrə Dövran adlı polis əməkdaşı tutmuşdur. Çəkisi dəqiq yadında deyildir, amma onun üzərində narkotik maddə olmuşdur. O, həmin epizod üzrə özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilmişdir. Bundan sonra, o, polis idarəsinə aparılmış və polis idarəsində üzərində aşkar olunan narkotik vasitənin ona məxsus olmasını təsdiq etmişdir. 2-ci epizod üzrə isə, polis əməkdaşları yaxınlaşmış, qapı döyülmüş və polis əməkdaşları içəri daxil olmuşlar. Onlar döyüldüklərindən narkotik vasitəni qəbul etmişlər. O, özünü CM-in 234.1-ci maddəsi ilə təqsirli bilmiş və ona görə ona təqdim olunan sənədləri imza etmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən, (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 istintaq zamanı müdafiəçisinin iştirakı ilə verdiyi ifadəsində, ona Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlarla özünü təqsirli bilməyərək, özünü Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, «… Təqsirləndirilən şəxs2 ilə tutulmazdan 7-8 ay əvvəl tanış olmuş və sonuncu ilə münasibətləri yaxşı olmuşdur. Onlar birlikdə Gəncə şəhəri Ş.İ.Xətai prospektində kirayə ev tutaraq orada qalmışlar. Həmin evi kirayəyə tutmaqda məqsədləri qeyri-rəsmi nigahda yaşadıqları qadınlarla görüşmək olmuşdur. 20 iyun 2022ci il tarixdə o və Bəhri kirayədə yaşadıqları evdə olan zaman təxminən saat 20:30 radələrində evin qapısı döyülmüşdür. O qapının gözlüyündən baxan zaman, əvvəllər tanıdığı Ayxan adlı şəxsin olduğunu görmüş və Ayxanı tanıdığı üçün mənzilin qapısını açmışdır. O qapını açdıqda Ayxanla birlikdə mülki geyimdə olan tanımadığı 6-7 nəfər şəxslər mənzilə daxil olmuşlar. Həmin şəxslər ondan Ayxanın ona 1 (bir) gün əvvəl saxlamaq üçün verdiyi narkotik vasitə olan marixuananın harda olduğunu soruşmuşlar. O isə, marixuana kolunun soyuducunun üzərində olmasını demişdir. Bundan sonra, həmin şəxslər, özlərini polis əməkdaşları kimi təqdim edib onların yaşadığı evdə axtarış aparmışlar. Həmin vaxt polis əməkdaşları marixuana kolunu soyuducunun üzərindən götürmüşlər. Yataq otağında axtarış aparılan vaxtı, güya, polis əməkdaşları, otaqdan narkotik vasitə heroini tapmışlar. Həmin vaxt polis əməkdaşları mətbəxdən bir az duz götürərək, həmin duzun psixotrop maddə metamfetamin kimi qeyd edərək, çəkiliş aparmışlar. Həmin vaxt polis əməkdaşları, onu və tanışı Təqsirləndirilən şəxs2 döymüşlər. Onu Hacı kimi tanıdığı polis əməkdaşı və digər əməlliyatçılar döydüyündən, onlar çəkiliş zamanı narkotik vasitə heroinin və psixotrop maddə metanfetaminin onlara məxsus olduqlarını və yaşadıqları evdə aşkar olunduğunu etiraf etmişlər. Video çəkilişdə aşkar edilmiş narkotik vasitə heroin nə onun, nə də ki, tanışı Təqsirləndirilən şəxs2 olmamışdır. Aşkar edilmiş psixotrop maddə metamfetamin də, nə onun, nə də ki, tanışı Bəhri Həsəmovun olmamış, həmin maddə adi mətbəx duzu olmuşdur. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, kirayədə yaşadıqları evdən aşkar edilmiş narkotik vasitə heroini həqiqətən, nə onun, nə də ki, onun tanışı Təqsirləndirilən şəxs2 olmamışdır. Onların yaşadıqları evdə, təxminən, bir çəkimlik metamfetamin olmuşdur. Həmin metamfetamini o və Bəhri polis əməkdaşları evə gəlməzdən əvvəl, çəkib qurtarmışlar. Falqalar, həmin vaxtı stolun üzərində olmuşdur. Onun və Bəhrinin birlikdə kirayədə yaşadıqları evdən aşkar edilmiş narkotik vasitə heroin nə onun, nə də ki, Bəhrinin olmadığı üçün nə o, nə də ki, Bəhri həmin narkotik vasitədən heç kimə satmamış, nə də ki, pay verməmişlər. 4098 5844 6032 2421 nömrəli “Leo bank“-a məxsus plastik kart onun atası Arif Əmrahovun adına olsa da, həmin plastik kartı, o istifadə etmişdir. O özü, 1X/bet və Mos/Bet oyunları oynadığı üçün, həmçinin Bəhrinin də, həmin oyunları oynadığı üçün o, Bəhrinin plastik kartına oyun oynamaq üçün pul köçürmüşdür. ***-***-**-** mobil nömrəsi o tutulanadək, onun istifadəsində olmuşdur. ***-***-**- ** mobil nömrəsi, onun tanışı Ələddin adlı şəxsə məxsus olmuşdur. Ayrı-ayrı şəxslərlə telefonla əlaqə saxlamış, kimlərlə əlaqə saxlaması yadında qalmamış, amma əlaqə saxladığı adamlardan özü istifadə etməsi üçün narkotik vasitə istəmişdir. Onun narkotik vasitə və psixotrop maddənin alqı satqısı ilə bağlı heç kimlə, heç bir söhbəti olmamışdır. Azərbaycan Respublikasının Cm-in 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə təqsirləmdirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, « o, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. 14 noyabr 2021-ci il tarixdə o, Bakı şəhər Yasamal rayonu ərazisində olan zaman, bir nəfər əvvəllər tanımadığı İran İslan Respublikasının vətəndaşı ilə söhbət edən zaman, onun da, narkotik vasitə heroin istifadəçisi olduğunu demişdir. Həmin şəxs isə, ona “lazım olarsa, pul müqabilində narkotik vasitə heroin sata biləcəyini” demişdir. O isə, həmin şəxsdən narkotik vasitə olan heroini hansı qiymətə satacağını soruşmuşdur. Həmin şəxs, “bükümünü 35 manata satacağını” bildirmişdir. Bundan sonra, o, həmin şəxslə razılaşmış və 70 manat pul müqabilində həmin şəxsdən biri polietilen torbada, digəri isə, qızılı rəngli falqaya bükülmüş formada olan heroini almışdır. O, həmin heroini, öz istifadəsi üçün almış və hər əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibinə qoymuşdur. Bundan sonra, o, Gəncə şəhərinə gəlmişdir. O, həmin heroindən istifadə edə bilməmişdir. 24 noyabr 2021-ci il tarixdə, saat 21:30 radələrində o, Gəncə şəhəri, Azərbaycan küçəsi 3 nömrəli orta məktəbin yanında olan zaman, 2 (iki) nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını deyərək, onun üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu deyərək, onu Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə dəvət etmişlər. O Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinə olan zaman, ona təqdim edilən vəkillərin siyahısından hüquqlarını müdafiə etmək üçün vəkil Nüşabə Cəbrayılovanı seçmişdir. Bundan sonra, vəkilin iştirakı ilə video çəkilişlə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt, onun 14 noyabr 2021-ci il tarixdə, Bakı şəhər Yasamal rayonu ərazisində, əvvəllər tanımadığı İran İslam Respublikasının vətəndaşından aldığı və əynində olan tünd göy rəngli şalvarın sol yan cibində saxladığı, bir ədəd falqanı polis əməkdaşlarına təqdim etmişdir. Həmin vaxt bir ədəd polietilen sellofa, bir ədəd də qızılı rəngli siqaret falqasına bükülmüş bükümlər aşkar olunmuşdur. Orada olan polis əməkdaşları qızılı rəngli falqanı və polietilen sellofanı açmış və içərisində qəhvəyi rəngli, kəskin iyili narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. O həmin narkotik vasitə olan heroini öz istifadəsi üçün üzərində saxlamışdır. Həmin bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkillən zaman, polietilen sellofan bükülü 0,27 qram, qızılı siqaret falqasına bükülmüş bükülü isə 0,11 qram, hər ikisi bir yerdə isə 0,38 qram olmuşlar. Bundan sonra həmin bükümlərdə olan narkotik vasitələr ekspertizaya təqdim edilməsi üçün polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, onun üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmişdir. Protokol doğru tərtib edildiyi üçün o da protokola imza etmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli gödəkcənin sağ yan cibindən bir ədəd 20 manatlıq əskinaz, 7 ədəd 5 manatlıq əskinaz, həmin gödəkcənin sol üst yan cibindən isə bir bir ədəd içərisi boş falqa və bir ədəd üzərində bankomat kartı nömrəsi aşkar olunmuşdur. Şəxsi axtarış keçiriləndən sonra onun özünə qaytarılmışdır. Daha sonra ekspertizanın rəyi gəlmiş və rəydə göstərilmişdir ki, şəxsi axtarış zamanı üzərindən aşkar olunaraq götürülmüş 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,208 qram olmaqla narkotik vasitə olan heroindir. O üzərindən şəxsi axtarış zamanı aşkar olunmuş və Bakı şəhərində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığı narkotik vasitədən heç kimə satmamışdır.Verilən suallara cavab olaraq İlahm Əmrahlı bildirmişdir ki, o narkotik vasitə aldığı şəxsin adını, yaşayış yerini, harada olmasını və ona satdığı narkotik vasitəni haradan əldə etməsini bilmir. O, Bakı şəhər Yasamal rayonu ərazisində xatırlamadığı yerdə təsadüfən həmin şəxslə qarşılaşarkən həmin narkotik vasitəni 70 manat müqabilində almışdır. Üzərində narkotik vasitə saxlamağından özündən başqa heç bir kəsin məlumatı olmamışdır. Azərbaycan Respublikasının CM-in 234.1-ci maddəsi ilə istintaqı aparılmış ********* nömrəli cinayət işi üzrə təqsirləmdirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23:30 radələrində Gəncə şəhər Nizami prospektində yerləşən “Ramada Plaza” mehmanxanasının yaxınlığı ilə gedən zaman tanımadığı 2 (iki) nəfər şəxs ona yaxınlaşmış və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin vaxt onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. O, Gəncə şəhər Baş Polis İdarəsində olan zaman ona hüquqları izah edilmiş və ona vəkil Bürosunun növbətçi vəkili olan Emin Əliyev təqdim edilmiş və o Emin Əliyevə etiraz etməmişdir. Həmin vaxt müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunla qadağan olunmuş predmet və ya əşya olub olmaması soruşulmuşdur. O da əynində olan qara rəngli şalvarın sol yan cibində olan politelinə bükümdə olan metamfetamini polis əməkdaşlarına təqdim etmişdir. Həmin metamfetamin elektron tərəzi ilə çəkilmiş, ümumi çəkisi 0,33 qram olmuşdur. O həmin metamfetamini xx.xx.2022-ci il tarixdə tanışı İsi ləqəbli şəxsdən almasını və həmin metamfetamindən xx.xx.2022-ci il tarixdə bir dəfə istifadə etməsini bildirmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 bildirir ki, İsi adlı şəxsi,təxminən, 20-25 gündür tanıyır, Gəncə şəhər, Depo qəsəbəsi, Bəndərin marketi deyilən ərzaq malları mağzasının yaxınlığında fərdi yaşayış evində yaşayır. İsi adlı şəxsdən 20-25 gün ərzində, təxminən, 3-4 dəfə hər birini 20-30 manata prixotrop maddə olan metanfetamin almışdır. O həmin psixotrop vasitədən heç kimə nə verməmiş, nə də ki satmamışdır. O özü istifadə etmək üçün İsi adlı şəxsdən sonuncu dəfə xx.xx.2022-ci il tarixdə 30 manata almışdır. O əvvəllər istifadə etdiyim psixotrop maddə olan metanfetamini hər dəfə təxminən 20-25 gün əvvəl tanış olduğun İsi adlı şəxsdən almışdır. İsinin əsl adını bilmir. Həmin şəxsi İsi ləqəbli şəxs kimi tanıyır və yaşadığı fərdi yaşayış evinin Gəncə şəhər, Depo qəsəbəsi, Bəndərin işlətdiyi ərzaq malları mağazasının yaxınlığında oluğunu bilir...» Məhkəmədə dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 234.4.1ci və 234.4.3-cü maddələri ilə ona elan olunmuş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, ibtidai istintaq zaman vermiş olduğu ifadəsini təsdiq edir. Hadisə İlhamın danışdığı kimi olmuşdur. Onlar evdə olan zaman, polis əməkdaşları içəri daxil olmuşlar. O, İlhamı çoxdan tanımışdır. İlham onun dostudur. Onlar evdə oturan zaman, qapı döyülmüş və polis əməkdaşları içəri daxil olmuşlar. Həmin vaxt ,evdə narkotik vasitə olmuşdur. O, narkotik vasitənin istifadəçi olmuşdur. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyrək, özünü 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, «….. o, qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşamışdır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir aydır ki, psixotrop maddə metamfetamin istifadə edir. Gəncə şəhər sakini Təqsirləndirilən şəxs1 tanıyır, təxminən 1-2 aydır ki, İlhamın Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən kirayə tutduğu mənzildə yaşayır. Təxminən 7-8 gün əvvəl Bakı şəhərində olarkən İlhamın xahişi ilə o İran vətəndaşı, tanımadığı şəxsin Bakı şəhəri Mehdabad qəsəbəsində, yolun kənarına atdırdığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini həmin yerdən götürüb Gəncə şəhərində İlhamla yaşadıqları həmin mənzilə gətirmişdir ki, arabir o özüdə istifadə etsin. 20 iyun 2022-ci il tarixdə saat 20:30 radələrində o İlhamla kirayədə yaşadıqları həmin evdə olarkən bir neçə nəfər mülki geyimli şəxslər yaşadıqları ünvana gəlib onlara yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişdirlər. Onun və İlhamın barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddə saxlamaqda və satmaqda, narkotik xassəli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduqlarını bildirərək mənzilə baxış keçirilməsi zərurətinin olduğunu söyləmışdirlər. Onlar həmin şəxslərə etiraz etməyib bu barədə ərizə ilə müraciət etmişdirlər. Onlar razılıq ərizələri əsasında yaşadıqları ünvana videoçəklişlə baxış keçirmışdirlər. Baxış zamanı yaşadıqları evin yataq otağında stolun üzərində olan üç ədəd bükümdə narkotik vasitə heroin və iki ədəd bükümdə psixotrop maddə metamfetamini təqdim etmişdirlər. Həmin bükümlərə baxış keçirilib elektron tərəzidə çəkmişdirlər və baxışda iştirak edən şəxslərin iştirakları ilə qablaşdırılmışdır. O və iştirakçılar həmin aşkar olunan və qablaşdırılan zərfin üzərini imzalamış və zərf ekspertizaya göndərrilməsi üçün götürülmüşdür. Bundan sonra onlar yaşadıqları evin mətbəxində olan İlhamın dostu Ayxanın gətirdiyi bir ədəd dibçəkdə əkilib becərilmiş narkotik tərkibli çətənə bitkisi aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Sonra baxış keçirilsədə başqa qanunsuz əşya aşkar olunmamışdır. Bundan sonra onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinə gedəcəyimi bildirmişdirlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları ilə birlikdə avtomobililə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasınına gəlmişdirlər. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarımın müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona bildirildi ki, həmin müdafiəçilərdən kimi istəyirəmsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O təqdim olunmuş vəkillərin siyahısından Müdafiəçi2 hüquqlarımın dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi2 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışdırlar. Şəxsi axtarış zamanı o üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Sonra protokol tərtib olunmuşdur. O protokolu düzgün tərtib edildiyinə görə müdafiəçinin iştirakı ilə imzalamışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, kirayədə yaşadıqları ünvandan aşkar olunmuş həmin narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 7-8 gün əvvəl Bəhri Bakı şəhərindən, İran vətəndaşının atdırdığı yerdən götürüb gətirmiş, İran İslam Respublikasının vətəndaşı olan Mehran adlı şəxslə instagram sosial şəbəkəsində təsadüfi hesab açaraq tanış olmuş və Bakı şəhərində Mehdiabad qəsəbəsində narkotik vasitə və psixotrop maddəni gizlətdiyi yerdən özügötürərək Gəncə şəhərinə gətirmiş,kirayədə yaşadıqları mənzilə baxış keçirilən zaman oradan aşkar edilmiş Leo Banka məxsus 4098 5844 6283 0900 nömrəli plastik kart ölkə ərazisində nağdsız ödənişlər geniş yayıldığı üçün həmin bank hesabını açaraq plastik kartdan istifadə etmiş, nə o nədə ki, İlham həmin narkotik vasitə və psixotrop maddəni heç kimə satmamışlar, onlar kirayədə yaşadıqları mənzildən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni şəxsi istifadə üçün əldə edərək saxlamışlar, plastik kartlardan yalnız müəyyən mağazalarla alış-veriş zamanı nağdsız ödəniş vasitəsi kimi istifadə etmişlər, Ayxandan başqa heç kimə narkotik vasitə və psixotrop maddə verməmiş,o əvvəllər heç kimə narkotik vasitə və psixotrop maddə satmamış, nə o saxlanılan zaman nə də ki, polis şöbəsində olarkən ona qarşı zor tətbiq edilməmiş, polis əməkdaşları məni saxlayan zaman onun üzərində mobil telefon olmuş və onun mobil nömrəsi ***-***-**-** olmuşdur». Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 2022-ci ildə şəxslərin yaşadığı ünvanda narkotik vasitənin saxlanılması və narkotik vasitələrin aludəçisi olması ilə bağlı əməliyyat məlumatı daxil omuşdur. Daxil olmuş məlumat rəhbərliyə məruzə olunmuş və əməliyyat qrupu yaradılmışdır. Tərəflərindən əməliyyat tədbiri həyata keçirilmişdir. Şəxslərin yaşadığı ünvana baxış zamanı narkotik vasitə heroin və metamfetamin aşkar olunmuş və götürülərək sənədləşdirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 2022-ci ilin iyun ayının 20-də Şahid10 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatına əsasən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti 50/141-ə getmişlər. Həmin vaxt onlar evə daxil olan zaman həmin şəxslər evdə olmuşlar. Evdə 13 qrama yaxın narkotik vasitə heroin və 2 qramdan çox metamfetamin olmuşdur. Həmin maddələr götürülmüş və sənədləşdirilmişdir.Hadisə 3 il əvvəl olduğundan ifadəsi tam yadında deyildir, ifadəsində hər şeyi göstərmişdir istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Məhkəmə iclasında şahid qismində dinirilmiş Şahid2 Şahid1 və Şahid10 ifadələrində göstərilənləri bir daha təsdiq etməklə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hadisə 03 il bundan əvvəl olmuşdur. 2022-ci ilin əvvəllərində bir nəfər şəxsin üzərində narkotik vasitənin olması ilə bağlı onlara əməliyyat məlumat daxil olmuşdur . Bundan sonra o və Piran adlı polis əməkdaşı ilə həmin şəxsi məüyyən edərək Gəncə şəhər Baş Polis İdarəsinə gətirmişlər. Həmin şəxsin üzərində narkotik vasitə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, hadisə onun yadında qalmamışdır,istintaq zamanı verdiyi ifadəsinin təsdiq edir. Məhkəmədə (şahid qısa ifadə verdiyindən) Şahid6 istintaqda verdiyi ifadəsi məhkəmədə elan edilməklə tədqiq olunmuşdur. Şahid6 istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki,...”Mənə verilən suallara cavab olaraq bildirirəm ki, yuxarıda göstərilən ünvanda yaşayıram. Özüm rəsmi olaraq Kəpəz RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edirəm, polis leytenantıyam. Kəlbəcər rayonu, Sarıdaş Ərazisi Dairəsi, Güneypəyə kəndində qeydiyyatda olan, Gəncə şəhəri, Poçt qəsəbəsi MS ev 28-də yaşayan Təqsirləndirilən şəxs1 əvvəllər tanımırdım, onunla heç bir düşmənçiliyim və yaxud da ədavətim olmamışdır. xx.xx.2021-ci il tarixdə Kəpəz RPİ-də gündəlik xidmətimdə olan zaman baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 bildirdi ki, məlumatı var ki, İlham adlı Gəncə şəhər sakini narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğuldur, daimi üzərində narkotik vasitə gəzdirməkdə şübhəlidir və hazırda Gəncə şəhəri Azərbaycan küçəsindədir. Daxil olmuş məlumat idarə rəhbərliyinə məruzə olunandan sonra həmin günü əməliyyat qrupu yaradıldı və mən, baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 ilə birlikdə Gəncə şəhəri Azərbaycan küçəsində” yerləşən 3 nömrəli orta məktəbin yaxınlığında adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs1 tərəfimizdən saxlanılaraq Kəpəz RPİ-nə gətirildi. Sonra Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra ona hüquq və vəzifələri elan olundu, daha sonra ona dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirildi. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd falqanı təqdim etdi. Həmin vaxt təhqiqatçı tərəfindən falqa açıldı və içərisindən bir ədəd polietilen sellofana, bir ədəd də qızılı rəngli siqaret falqasına bükülmüş bükümlər çıxdı. Sonra qızılı rəngli falqanı və polietilen sellofanı açıb içərisində qəhvəyi rəngli, kəskin iyili narkotik vasitəyə bənzər kütləni aşkar etdik. Sorğu zamanı Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümləri 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirdi. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirildi və onun üzərindən aşkar edilmiş pul və bankomat kartı onun özünə qaytarıldı. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümlər ayrıayrılıqda elektron tərəzidə çəkildi, polietilen sellofan bükülü 0,27 qram, qızılı siqaret falqasına bükülmüş bükülü isə 0,11 qram oldu. Daha sonra həmin bükümlərdə olan kütlələrin tərkibini və dəqiq çəkisini müəyyən etmək üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə kütlələr təhqiqatçı tərəfindən qablaşdırılaraq götürüldü və üzəri isə 120 saylı möhürlə möhürləndi. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edildi, protokol ucadan oxundu, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edildi.” Məhkəmədə şahid qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs İlhamı tanıyır. Hadisə 3 il əvvəl olduğu üçün onun yadında dəqiqliyi ilə qalmamışdır. Həmin vaxt o da narkotik vasitələrdən istifadə etmişdir. Hazırda müalicə alaraq sağalmışdır. Onun İlhamla münasibəti və dostluğu olmuşdur. O İlhama zəng etmiş, lakin İlhama zəng çatmadığı üçün İlhamın yanına getmişdir. O qapını döyən zaman həmin vaxt polis əməkdaşları orada yəni həmin evin 2-ci mərtəbəsində olmuşlar. İlham qapını açan zaman polis əməkdaşları ona arxadan zərbə vururaq evə daxil olmuşlar. Bundan sonra İlhamgil tutulmuşdur. Məhkəmədə (şahidi qısa ifadə verdiyindən) şahid X9 istintaqda verdiyi ifadəsi elan məhkəmədə olunmuş, şahid həmin ifadəsində göstərmişdir ki,...” ailə üzvləri ilə birlikdə yaşayır. Rəsmi olaraq, heç bir yerdə işləmir.Təxminən bir ildir ki, arabir psixotrop maddə metamfetamin istifadə edir. O həmin psixotrop maddənin bir bükümünü hər dəfə 10-15 manata Gəncə şəhəri X33 prospekti ev 50, mənzil 141 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 alıb əldə etmişdir. O İlhamdan indiyədək 3-4 dəfə psixotrop maddə metamfetamin alıb özü istifadə etmişdir. Təxminən 3-4 gün bundan əvvəl o Gəncə şəhərində köhnə avtovağzal deyilən ərazidə işləyərkən evlərin birinin damından bir ədəd plasmas dibçəkdə əkib becərilmiş narkotik tərkibli çətənə bitkisi tapıb əldə etmişdir. Həmin çətənə bitkisini aparmağa yeri olmadığına görə o həmin bitkini İlhamın yaşadığı ünvana aparıb sonuncuya vermişdir ki, gələcəkdə yetişsə həmin narkotik vasitədən özü istifadə edər. 21 iyun 2022-ci il tarixdə saat 13:30 radələrində mən Gəncə şəhəri H.Əliyev prospektində, yolun kənarında olan vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq onun narkotik vasitəni üzəridə salamağımda şübhəli olduğunu bildirmişdirlər. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib polis əməkdaşları olduqlarını bildirmişdirlər. Polis əməkdaşları onlarla birlikdə Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsinə regional şöbəsinə gedəcəyini bildirmişdirlər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları onunla birlikdə avtomobililə əyləşib özləri ilə birlikdə onu Gəncə şəhərində yerləşən Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb bölgəsində regional şöbəsinin inzibati binasınına aparmışdırlar. Şöbənin inzibati binasında xidməti iş otağında hüquqlarımın müdafiə olunması üçün müdafiəçi ilə təmin olmunmağından ötrü ona müdafiəçilərin siyahısını təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilərə, əgər seçməkdə tərəddüd etsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O təqdim olunmuş vəkillərin siyahısından X10 hüquqlarımın dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Müdafiəçi X16 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış aparmışdırlar. Şəxsi axtarış zamanı onun üzərindən qanunsuz əşya aşkar olunmamışdır. Sonra protokol tərtib edilmişdir. Protokol uca səslə oxunduqdan sonra o müdafiəçinin iştirakı ilə imzalamışdır. Verilən suallara cavab olaraq Ayxan Qasımov bildirmişdir ki, onun həmin narkotik tərkibli çətənə bitkisini saxlamağa yeri olmadığına görə saxlamaq məqsədilə İlhama vermiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadıqları evdə aşkar olunmuş narkotik vasitəyə və ya psixotrop maddənin əldə olunmasında, saxlanmasında onun hər hansı bir iştirakı olmamış, o bir neçə dəfə Təqsirləndirilən şəxs1 kirayədə yaşadığı Gəncə şəhəri X33 prospekti bina 50, mənzil 141 ünvanında İlhamın özündən 3-4 dəfə psixotrop maddə almış, o İlhamdan psixotrop maddəni alan zaman İlham evdə tək olmuş, Təqsirləndirilən şəxs2 həmin vaxtı evdə olmamış, o heç kimə narkotik vasitə verməmiş, satmamış, gələcəkdə də vermək və ya satmaq fikri olmamış, o, heç yerdə narkotik vasitə və ya digər qanunsuz əşya saxlamamış, saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı heç bir qanunsuz hərəkət olmayıb, heç kimdən şikayət və tələbi olmamışdır.» Məhkəmədə şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, o bilmir nə işlə bağlı o dəvət olunmuşdur. O həmin şəxsləri tanıyır və onun ünsuyəti vardır. Şəhəri yeri olduğu üçün onların ünsiyyətləri olmuşdur. Şahid məhkəmə iclasında qısa ifadə verdiyindən onun ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq olunmuşdur. Şahid9 ifadəsində göstərmişdir ki, «...Şahid9 ifadəsində bildirmişdir ki, ailəsi birlikdə qeyd edilən ünvanda yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir, lakin fərdi əməklə məşğuldur. Özü təxminən bir il olar ki, həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin istifadə etmişdir. Kəlbəcər rayonu Güneypəyə kəndində qeydiyyatda olan, Gəncə şəhəri A.Səhhət küçəsi ev 28-də yaşayan Təqsirləndirilən şəxs1 təxminən 7-8 ay olar ki, İska ləqəbli dostunun Gəncə şəhəri Depo qəsəbəsində yerləşən evində tanış olmuşdur. O 10-15 dəfə olar ki, İlhamdan narkotik vasitə və psixotrop maddə metamfetamin almışdır. İlhamdan narkotik vasitə heroinlə psixotrop maddə metamfetamini Gəncə şəhəri 1-ci mikrorayon və Azərittifak adlana ərazidə almışdır. ***-***-**-** saylı mobil nömrə yaşadığı Ceyrana məxsus olsa da, həmin nömrəni o özü istifadə etmişdir. Verilən suallara cavab olaraq Şahid9 bildirmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 20 radələrində onun istifadəsində olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa sa qurvan olum ta üzürlü say, ma pul gətirən adam axırda qehbəlik eledi, sən öl ta üzürlü say dana qaqam menim, başına dönüm”, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində “ 10 manat borcum qalsın, hər şeyini sikim sabah catajaq 10 manat pulun, qurvan olum üzürlü say” tipli sms-si o Təqsirləndirilən şəxs1 göndərmiş, İlhamdan psixotrop maddə metamfetamin almaq istəmiş, xx.xx.2021-ci il tarixdə saat 19 radələrində sizin istifadənizdə olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə “qaqam menim, yarı ağ, yarı da qara olsun, ay qaqa sa qurvan olum, men mikrorayondayam pulda düzəlmədi, 1 dənə yarı kola, 2 dənə 10-luq pati qaqa” tipli sms-si o Təqsirləndirilən şəxs1 göndərmiş, İlhamdan bir qədər psixotrop maddə metamfetamin və bir qədər də narkotik vasitə heroin almış, xx.xx.2022-ci il tarixdə saat 18 radələrində sizin istifadənizdə olan ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa sa qurvan olum, utandım zəng vurub deməyə, qardaşımın goru vəziyətim çox pisdi, pis ağrıyıram, sən öl dedim nolar qurvam olum ma kömək ver dana, qeyrətini, namusunu sikim sabah verəjəm, amma indi ayağının altda ölüm kömək elə dana qurvan olum, 30 manata görə qeyrətini, namusunu ona qurban eliyən döyəm da nolar taksi pulunu düzəldim imkan varsa getir” tipli sms-si mən Təqsirləndirilən şəxs1 göndərmiş, İlhamdan bərk ağrıları olduğu üçün ona ya psixotrop maddə metamfetamin, ya da narkotik vasitə heroin satmasını xahiş etmiş, o, həmin sms-ləri Təqsirləndirilən şəxs1 yazmış, mütamadi olaraq o İlhamdan həm narkotik vasitə heroin, həm də psixotrop maddə metamfetamin almış, ona görə də həmin smsləri İlhamın özünə yazıb İlhamdan öz istifadəsi üçün narkotik vasitə heroin və psixotrop maddə metamfetamin almaq istəmiş, Təqsirləndirilən şəxs1 aldığım narkotik vasitə heroin və psixotrop maddə metamfetamini özü istifadə etmək məqsədi ilə İlhamdan almış, həmin narkotik vasitə və psixotrop maddədən heç kimə satmamış və heç kimə pay olaraq, borc olaraq verməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində İlham adlı şəxsin narkotik vasitələrin və psixotrop maddələrin istifadəsi və qanunsuz dövriyəs ilə məşğul olması barədə əməliyyət məlumatı daxil olmuş və hazırda həmin şəxsin Gəncə şəhəri Nizami prospekti “Ramada Plaza” hotelinin yaxınlığında olduğu bildirilmişdir. Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış, o həmin idarənin kiçik əməliyyat müvəkkili polis serjantı Şahid4 ilə birlikdə Gəncə şəhəri Nizami prospektində yerləşən “ Ramada Plaza “ hotelinin yaxınlığına gedib hotelin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin istifadəsində, saxlamasında və satışında şübhəli olan İlham adlı şəxsi saxlayaraq həmin şəxsi Gəncə şəhər Baş Polis İdarəsiinin inzibati binasına gətirmiş və Gəncə şəhər Baş Polis İradəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı polis mayoru X3 xidməti otağında dövlət hesabına dəvət edilmiş müdafiəçinin iştirakı ilə adı sonradan onlara məlum olan Təqsirləndirilən şəxs1 üzərinə videogörüntü vasitəsi ilə şəxsi axtarış keçirilmışdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 qanunla sxalanılması qadağan edilmiş və ya dövriyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmiş, əks təqdirdə üzərinə şəxsi axtarış keçirələcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxtı əynində olan vilvet şalvarın sol yan cibindən bir ədəd polietilen içərsində ağ rəngli kristal formalı kütləni çıxarıb təqdim etmiş və sorğu-sual zamanı həmin kütlənin psixotrop maddə şüşə olmasını, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhər Depo qəsəbəsində yaşayan İska ləqəbli şəxsdən həmin şəxsin yaşadığı evin yaxınlığında 30 manata aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını və həmin psixotrop maddədən bu günə qədər heç kimə satmadığını, heç kəsə pay olaraq vermədiyini bildirmişdir. Şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır . Aşkar olunmuş kütlə aptek tərəzisində çəkilmiş və sellofanla birlikdə çəkisi 0.33 qram olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs1 üzərində aşkar olunaraq götürülmüş kütlənin tərkibini, dəqiq çəkisini müəyyən etmək məqsədi ilə ekspertizaya təqdim etmək üçün qablaşdırılaraq götürülmüş və üzəri dəftərxananın 91 saylı möhrü ilə möhürlənmişdir. Verilən suallara cavab olaraq Şahid3 bildirmişdir ki, Şahid8 ilə birlikdə 27 saylı orta məktəbdə oxumuş, həmin şəxsi uşaqlıq vaxtlarından tanımış, qiyabi də olsa münasibətiləri olmuş, İsgəndərlə bir məktəb yoldaşı kimi mobil telefonla danışıqları olmuş, həmçinin İsgəndərin mobil nömrəsi sadə və yadda qalan nömrə olduğu üçün İlham adlı şəxsi saxlayan zaman sonuncunun mobil telefonuna daxil və xaric olan nömrələrə baxış keçirmiş və həmin vaxt İsgəndərin mobil nömrəsini görmüş, İlhamın mobil telefonunda olan və İlham ilə danışıq aparan şəxslərin kimliyini müəyyən etmək üçün həmin şəxslərlə əlaqə saxlayıb dindirilməsi üçün istintaqa təqdim etmiş, həmin şəxslərdən biri İsgəndər, digəriləri isə Zaur, Xəyal və Ələddin adlı şəxslər olmuşdurlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər sakini İlham adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması , daimi üzərində narkotik vasitə gəzdirməkdə şübhəli olması və hazırda Gəncə şəhəri Azərbaycan küçəsində olması barədə onalara məlumat əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında həmin günü əməliyyat qrupu yaradılmış və o, əməliyyat müvəkkili, polis leytenantı Şahid6 ilə birlikdə Gəncə şəhəri Azərbaycan küçəsində yerləşən 3 nömrəli orta məktəbin yaxınlığında adı, soyadı sonradan məlum olan Təqsirləndirilən şəxs1 tərəflərindən saxlanılaraq Kəpəz RPİ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs1 təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra həmin şəxsə hüquq və vəzifələri elan olunmuş, İlhama dövlət hesabına müdafiəçi təyin olunduqdan sonra üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 əynində olan tünd göy rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd falqanı təqdim etmişdir. Həmin vaxt təhqiqatçı tərəfindən falqa açılmış və içərisindən bir ədəd polietilen sellofana, bir ədəd də qızılı rəngli siqaret falqasına bükülmüş bükümlər çıxmışdır. Sonra qızılı rəngli falqanı və polietilen sellofanı açıb içərisində qəhvəyi rəngli, kəskin iyili narkotik vasitəyə bənzər kütləni aşkar etmişlər. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs1 həmin kütlələrin narkotik vasitə heroin olduğunu, özü istifadə etmək üçün üzərində saxladığını, həmin bükümləri 14 noyabr 2021-ci il tarixdə Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı İran İslam Respublikası vətəndaşından aldığını bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilmiş və İlhamın üzərindən aşkar edilmiş pul və bankomat kartı həmin şəxsin özünə qaytarılmışdır.Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş bükümlər ayrı-ayrılıqda elktron tərəzidə çəkilmiş, polietilen sellofan bükülü 0.27 qram, qızıl siqaret falqasına bükülmüş bükülü isə 0.11 qram olmuşdur. Daha sonra həmin bükümlərdə olan kütlələr qablaşdırılaraq götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, özü narkotik vasitə heroin və psixotrop maddə metamfetmin istifadəçisidir. Təqsirləndirilən şəxs1 2021-ci ildən tanımışdır. Belə ki, 2021-ci ilin dekabr ayında Bakı şəhərindən gəlmiş və dostu Elvinin Gəncə şəhəri Depo qəsəbəsində yerləşən evində olan zaman İlhamla tanış olmuş və sonuncunun narkotik vasitə heroin və psixotrop maddə metamfetmin satdığını bilmişdir.Həmin vaxt 60 manat verib İlhamdan narkotik vasitə heroin və psixotrop maddə metamfetmin almışdır. Bundan sonra mütamadi olaraq İlhamdan narkotik vasitə heroin və psixotrop maddə metamfetmin almış, sonra İlham ona narkotik vasitə ilə metamfetamini nisyə satmışdır. xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2022-cı il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-157/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətə, yəni xx.xx.2022-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş, “həbs” etməminin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(043)-156/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 (üç) ay müddətə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, “həbs” etməminin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. 06 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 06 yanvar 2022-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 08 yanvar 2022-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSYdən azad edilmişdir. 24 noyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 24 noyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 26 noyabr 2021-ci il tarixli “qətimkan tədbirinin seçilməsi haqqında vəsatətin müdafiə olunmasından imtina edilməsinə dair” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Gəncə şəhər BPİ-nin MSYdən azad edilmişdir. 20 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış və üzərində şəxsi axtarış zamanı video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhəri, X33 prospekti, bina 50, mənzil 141 ünvanda yerləşən tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə kirayədə yaşadığı evinə video görüntü ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən öncə Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 yaşadıqları mənzildə qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 yaşadıqları mənzildə onlara məxsus narkatik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, eləcə də dostu Ayxan adlı şəxsə məxsus bir ədəd narkotik tərkibli çətənə bitkisi olduğunu bildirərək həmin əşyaları təqdim etmək üçün polis əməkdaşlarını evin sol tərəfdə olan yataq otağına dəvət etmişdir. Sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 polis əməkdaşlarının müşayəti ilə sol tərəfdəki yataq otağına gedib masanın üzərindəki bükümləri və falqa kağızlarını, kağız borucuqları göstərib həmin bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, falqa kağızlarını və kağız borucuqları isə narkotik vasitə və psixotrop maddə qəbul edərkən istifadə etdiklərini bildirmişlər. Həmin masanın üzərinə baxış zamanı bir ədəd sellofan kəsiyi üzərində beş ədəd büküm, digər sellofan torba içərisində narkotik vasitənin qəbulunda istifadə olunması ehtimal olunan, üzərində yanıq izləri olan çoxlu falqa kağız parçaları və beş ədəd kağız borucuqlar, eləcə də iki ədəd Leobanka məxsus plastik kartlar, bir ədəd «Samsung» və bir ədəd «Redmi» markalı mobil telefonlar aşkar olunmşdur. Həmin beş ədəd bükümlərə baxış zamanı bir ədəd iri sellofan kəsiyi və bir ədəd falqa kağızı bükümündə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə, digər bir ədəd falqa kağızı bükümündə isə qara rəngli narkotik vasitə heroinə bənzər kütlələr, digər bir ədəd sellofan kəsiyi və bir ədəd məndil kağızı bükümündə isə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunmuşdur. Həmin heroinə bənzər üç büküm elektron tərəzidə çəkilərək ümumi çəkisinin qablaşdırma ilə birlikdə 13,14 qram, metamfetaminə bənzər iki bükümün isə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2,73 qram olduğu müəyyən edilmişdir. Həmin beş büküm digər beş ədəd kağız borucuqlarla birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı vasitəsilə bağlanıb möhürlənərək qablaşdırılmış, üzəri iştirakçılar tərfindən imzalanmış və götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 **********830900 nömrəli bank kartının və «Redmi» markalı mobil telefonun ona məxsus olduğunu, Təqsirləndirilən şəxs1 isə digər **********322421 nömrəli bank kartının və «Samsung» markalı mobil telefonun ona məxsus olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs1 dostu Ayxan adlı şəxsə məxsus olduğunu bildirdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmələri üçün polis əməkdaşlarını mətbəx otağına dəvət etmişlər. Polis əməkdaşları onların arxasınca mətbəx otağına daxil olmuş və Təqsirləndirilən şəxs1 soyuducunun üzərində olan bir ədəd plastmas qutuda əkilmiş yaşıl yarpaqları və budaqları olan bir ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkini göstərib həmin bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu və həmin bitkini bir gün əvvəl dostu Ayxan adlı şəxsin gətirib evdə bir gün saxlamaq üçün ona verdiyini bildirmişdir. Həmin plastmas dibçəkdə əkilmiş bir ədəd bitkiyə baxış keçirərkən kəskin iyli, narkotik tərkibli çətənə bitkisinə bənzər bitki olduğu, dibindəki torpağın suvarıldığı üçün rütubətli olduğu və dibində alaq otlarının olmadığı aşkar olunmuşdur. Mütəxəssis həmin bir ədəd bitkiyə aqrotexniki qaydada qulluq olunması barədə rəy bildirmişdir. Bundan sonra həmin bitki kökündən çıxarılıb metrə ilə ölçülərkən və tərəzidə çəkilərkən uzunluğunun kökü ilə birlikdə 34 santimetr, çəkisinin isə 6,53 qram olduğu müəyyən edilmişdir. Həmin bir ədəd bitki bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı vasitəsilə bağlanıb möhürlənərək qablaşdırılmış, üzəri iştirakçılar tərfindən imzalanmış və götürülmüşdür. Mənzilə baxış davam etdirilərək iş üzrə əhəmiyyət kəsb edəcək digər heç bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra ikinci diskdə olan video görüntüyə baxış keçirilir və baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 üzərinə dövlət hesabına dəvət edilmiş müdafiəçi, Gəncə 1 saylı Vəkillər Bürosunun vəkili X6 iştirakı və video görüntü ilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs1 üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya olmadığını bildirmiş, bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi. 20 iyun 2022-ci il tarixli Təqsirləndirilən şəxs2 yaşadığı evə və üzərində şəxsi axtarış zamanı video çəkilişdən görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhəri X33 prospekti bina 50, mənzil 141 ünvanında yerləşən tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə kirayədə yaşadığı evinə video görüntü ilə baxış keçirilir və baxış keçirilmədən öncə Təqsirləndirilən şəxs2 və və Təqsirləndirilən şəxs1 yaşadıqları mənzildə qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilir. Təqsirləndirilən şəxs2 kirayədə birlikdə yaşadığı Təqsirləndirilən şəxs1 yaşadıqları mənzildə onlara məxsus narkatik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, eləcə də dostu Ayxan adlı şəxsə məxsus bir ədəd narkotik tərkibli çətənə bitkisi olduğunu bildirərək həmin əşyaları təqdim etmək üçün polis əməkdaşlarını evin sol tərəfdə olan yataq otağına dəvət edir. Bundan sonra Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının müşayəti ilə sol tərəfdəki yataq otağına gedib masanın üzərindəki bükümləri və falqa kağızlarını, kağız borucuqları göstərib həmin bükümlərin narkotik vasitə heroin və psixotrop maddə metamfetamin olduğunu, falqa kağızlarını və kağız borucuqları isə narkotik vasitə və psixotrop maddə qəbul edərkən istifadə etdiklərini bildirirlər. Həmin masanın üzərinə baxış zamanı bir ədəd sellofan kəsiyi üzərində beş ədəd büküm, digər sellofan torba içərisində narkotik vasitənin qəbulunda istifadə olunması ehtimal olunan, üzərində yanıq izləri olan çoxlu falqa kağız parçaları və beş ədəd kağız borucuqlar, eləcə də iki ədəd Leobanka məxsus plastik kartlar, bir ədəd Samsung və bir ədəd Redmi markalı mobil telefonlar aşkar olunur. Həmin beş ədəd bükümlərə baxış zamanı bir ədəd iri sellofan kəsiyi və bir ədəd falqa kağızı bükümündə qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə heroinə, digər bir ədəd falqa kağızı bükümündə isə qara rəngli narkotik vasitə heroinə bənzər kütlələr, digər bir ədəd sellofan kəsiyi və bir ədəd məndil kağızı bükümündə isə ağ rəngli, kristal şəkilli psixotrop maddə metamfetaminə bənzər kütlələr aşkar olunur. Həmin heroinə bənzər üç büküm elektron tərəzidə çəkilərək ümumi çəkisinin qablaşdırma ilə birlikdə 13,14 qram, metamfetaminə bənzər iki bükümün isə qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2,73 qram olduğu müəyyən edilir. Həmin beş büküm digər beş ədəd kağız borucuqlarla birlikdə bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı vasitəsilə bağlanıb möhürlənərək qablaşdırılır, üzəri iştirakçılar tərfindən imzalanır və götürülür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 **********830900 nömrəli bank kartının və «Redmi» markalı mobil telefonun ona məxsus olduğunu, Təqsirləndirilən şəxs1 isə digər **********322421 nömrəli bank kartının və «Samsung» markalı mobil telefonun ona məxsus olduğunu bildirirlər. Bundan sonra Təqsirləndirilən şəxs1 dostu Ayxan adlı şəxsə məxsus olduğunu bildirdiyi bir ədəd narkotik tərkibli çətənə bitkisini təqdim etmələri üçün polis əməkdaşlarını mətbəx otağına dəvət edir. Polis əməkdaşları onların arxasınca mətbəx otağına daxil olurlar və Təqsirləndirilən şəxs1 soyuducunun üzərində olan bir ədəd plasmas qutuda əkilmiş yaşıl yarpaqları və budaqları olan bir ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkini göstərib həmin bitkinin narkotik tərkibli çətənə bitkisi olduğunu və həmin bitkini bir gün əvvəl dostu Ayxan adlı şəxsin gətirib evdə bir gün saxlamaq üçün ona verdiyini bildirir. Həmin plasmas dibçəkdə əkilmiş bir ədəd bitkiyə baxış keçirərkən kəskin iyli, narkotik tərkibli çətənə bitkisinə bənzər bitki olduğu, dibindəki torpağın suvarıldığı üçün rütubətli olduğu və dibində alaq otlarının olmadığı aşkar olunur. Mütəxəssis həmin bir ədəd bitkiyə aqrotexniki qaydada qulluq olunması barədə rəy bildirir. Bundan sonra həmin bitki kökündən çıxarılıb metrə ilə ölçülərkən və tərəzidə çəkilərkən uzunluğunun kökü ilə birlikdə 34 santimetr, çəkisinin isə 6,53 qram olduğu müəyyən edilir. Həmin bir ədəd bitki bir ədəd ağ rəngli kağız zərfə qoyularaq zərfin ağzı yapışdırıcı vasitəsilə bağlanıb möhürlənərək qablaşdırılır, üzəri iştirakçılar tərfindən imzalanır və götürülür. Mənzilə baxış davam etdirilərək iş üzrə əhəmiyyət kəsb edəcək digər heç bir əşya və ya predmet aşkar edilmir. Daha sonra ikinci diskdə olan video görüntüyə baxış keçirilir və baxış zamanı müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 üzərinə dövlət hesabına dəvət edilmiş müdafiəçi, Gəncə 1 saylı Vəkillər Bürosunun vəkili Müdafiəçi2 iştirakı və video görüntü ilə baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs2 üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilir. Həmin vaxt Təqsirləndirilən şəxs2 üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya olmadığını bildirir.Daha sonra Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilir və onun üzərindən qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya aşkar edilmir. Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc tətbiq etmə, döymə halları baş verməmişdir. Bununla da şəxsi axtarışın başa çatdırılması elan edilir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərdən görünür ki, baxış zamanı ilkin olaraq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilir və həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd içərisində kiristal dənəciklər olan polietilen sellofanı çıxarıb təqdim edir və polis əməkdaşlarının sorğu-sualı zamanı polietilen sellfonda olan kütlənin psixotrop maddə şüşə olmasını, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri Depo qəsəbəsində yaşayan İsi ləqəbli şəxsdən 30 manat müqabilində aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin psixotrop maddədən xx.xx.2022-ci il tarixdə səhər saatlarında istifadə etdiyini, lakin həmin psixotorp maddədən heç kimə satmadığını və heç kimə pay olaraq borc olaraq vermədiyini bildirir. Daha sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilir və onun əynində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış heç bir əşya aşkar edilmir və götürülmür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd polietilen sellofanda olan kütlə elektron tərəzidə çəkilir, polietilen sellofan bükülü 0,33 qram olur. Bundan sonra həmin sellofanda olan kütlə qablaşdırılaraq götürülür.Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc zor tətbiq etmə, döymə halları baş verməmişdir. 24 noyabr 2021-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs1 üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntülərə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, İlkin olaraq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və ona bu barədə bildiriş təqdim olunur. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərində qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi bildirilir və həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli şalvarın sol yan cibində saxladığı bir ədəd içərisində kiristal dənəciklər olan polietilen sellofanı çıxarıb təqdim edir və polis əməkdaşlarının sorğusu zamanı polietilen sellfonda olan kütlənin psixotrop maddə şüşə olmasını, xx.xx.2022-ci il tarixdə günorta saatlarında Gəncə şəhəri Depo qəsəbəsində yaşayan İsi ləqəbli şəxsdən 30 manat müqabilində aldığını, özü istifadə etmək məqsədi ilə üzərində saxladığını, həmin psixotrop maddədən xx.xx.2022-ci il tarixdə səhər saatlarında istifadə etdiyini, lakin həmin psixotorp maddədən heç kimə satmadığını və heç kimə pay olaraq, borc olaraq vermədiyini bildirir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış davam etdirilir və onun əynində saxlanılması qanunla qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış heç bir əşya aşkar edilmir və götürülmür. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş 01 ədəd polietilen sellofanda olan kütlə elektron tərəzidə çəkilir, polietilen sellofan bükülü 0,33 qram olur. Bundan sonra həmin sellofanda olan kütlənin tərkibini və dəqiq çəkisini müəyyən etmək üçün ekspertizaya təqdim edilməsi məqsədi ilə qablaşdırılaraq götürülür, üzəri isə 91 saylı möhürlə möhürlənir. Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi ilə əlaqədar təhqiqatçı tərəfindən protokol tərtib edilir, protokol ucadan oxunur, protokol doğru tərtib edildiyi üçün imzalarla təsdiq edilir. Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirir ki, o saxlanılan andan hal-hazıra qədər olan müddət ərzində ona qarşı hər hansı bir fiziki güc zor tətbiq etmə, döymə halları baş verməmişdir. ********** nömrəli cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış keçirilməsi protokolundan görünür ki, aşkar olunmuş 01 ədəd qızılı rəngli, “Samsung J2” markalı smartfon telefona baxış keçirilmiş və baxış zamanı telefonda cinayət iş üçün əhəmiyyət kəsb edə biləcək hər hansı bir hal aşkar edilmir və götürülmür. Yalnız mobil telefonun “Qaleri” bölməsində ovuc içində və polietilen sellofonlarda psixotorp maddə metamfetaminə bənzər kütlələr olan şəkillər vardır. İş üçün əhəmiyyət kəsb etdiyindən həmin şəkillər götürülür və protokola əlavə edilir. ********** nömrəli cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd qızılı rəngli, “Samsung J2” markalı smartfon telefona baxış protokolundan görünür ki, “Samsung J2” markalı mobil telefona baxış keçirilmiş və baxış zamanı telefonun “Vatsap” proqramında “Babo narko” adlı şəxslə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək səs yazışmasından məlum olur ki, “Babo narko” adlı şəxs Təqsirləndirilən şəxs1 deyir ki,“özündə gördün Bakıya mal qoydum, gəlib götürəndə olmadı, mənlik deyil, daha Bakıya mal da qoya bilmirəm”, Təqsirləndirilən şəxs1 da deyir ki, “ mən Bakını neynirəm, 10 qram, 15 qram, 20 qram olsun, Gəncədən götürüm, o boyda rasxod edib Bakıdanmı götürməliyəm malı, bizim danışığımız Gəncə olub eləmi”, “Babo narko” adlı şəxs də deyir ki, “mən Gəncəyə malı bir şərtlə göndərərəm ki, malın pulunu sən verəsən, yol pulunu mən, indi nətər deyirsən mən sənin qulluğundayam”, Təqsirləndirilən şəxs1 deyir ki, “ malın pulunu nətər vurum, başa düşmədim, bu səfər malın pulunun yarısını verim, yarısını sən kömək elə, yarısının pulunu karta atım, malın yerini demə, konum at ki, mal flan yerdədi”, “Babo narko” adlı şəxs deyir ki, “oldu qardaş, onda çıxım çölə mal tapım, taksiçini tapım malı göndərim, bununla iki dəfədi məni ziyana salırsan, eybi yox, sən mənim qardaşlığımı görəcən, inşallah ziyanların hamısını qaytaracağıq”, Təqsirləndirilən şəxs1 malı ona neçiyə verəcəyini soruşur, “Babo narko” adlı şəxs də daşı 16-ya, torpağı isə ona 15-ə verəcəyini bildirir. Daha sonra “Babo narko” adlı şəxslə Təqsirləndirilən şəxs1 ilə bir-birilərini qarşılıqlı söyürlər, Təqsirləndirilən şəxs1 ona çatacaq malı niyə göndərmədiyini, onun dediyi yerə niyə malı qoymadığını soruşur, “Babo narko” adlı şəxs də İlhamın yalan danışdığını, malı dediyi yerə qoyduğunu, lakin İlhamın malı götürüb, pulunu verməkdən imtina etdiyini deyir. DİN-in Baş İnformasiya və Komunikasiya İdarəsinin xx.xx.2023-cü il tarixli 313-57/2- 4380/23 nömrəli məktub əsasında daxil olmuş və Təqsirləndirilən şəxs1 məxsus olan ***- ***-**-** və Təqsirləndirilən şəxs2 məxsus ***-***-**-** mobil nömrələrinə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan və həmin nömrələrdən xaric olmuş və daxil olmuş mesajların “CD” diskdə olan yazısına baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 20:10:32-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ Ay qaqa qadan alım sənə arxayınam, qurban olum bircədənə ağ koftanı həmişəki kimi alsan lap qəşəng olar, alanda sən öl 10 manatlıq helə elə alınsın”, xx.xx.2022-ci il tarixdə saat 20:30:30-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ Ay qaqa saa qurban olum, qardaşın sözünü yerə salma 5-cə manat çatmır, o da var yoxunu sabah verəjəm, mən saa boyun oluram dana söyüş söyürəm a qaqa 5 manata görə özün bilirsən ki, yalandan söyüş söymərəm”, xx.xx.2022-ci il tarixdə saat 21:06:29-da Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ ay qaqa uşaq çıxıb indi gəlir bura sən yavaş-yavaş gəl elə elə 15 dəyqiyə ol burda “,xx.xx.2022-ci il tarixdə saat 21:54:03-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ ay qaqa sənə qurban olum, nə yalan deyim 2 manata görə ilişib qalmışam “,05.2022-ci il tarixdə saat 21:55:36-da Təqsirləndirilən şəxs1 oğuna məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ Ağali belə eləmə dana ay Ələddin bu pulu gözdüyür, 30 manat demişəm təmiz pul vurmalıyam, yəni ağali mənə bayaq belə deyisən, mən saa uverinni oluram sonrada belə “,xx.xx.2022-ci il tarixdə saat 21:55:58-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**- ** mobil nömrəsinə “ Ay qaqa çıxmırsan mən burdayam “, xx.xx.2022-ci il tarixdə saat 21:56:18-də Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ Hardasan “ məzmunlu, həmin tarixdə saat 21:56:20-də ***-***-**-** mobil nömrəsindən sizin istifadənizdə olan ***-***-**-** mobil nömrəsinə “ Turalın qabağındayam 29 manatdır “, xx.xx.2022-ci il tarixdə saat 22:37:25-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ baş qarışıqdır, görüsən qaqa xot kim olur olsun səni heç kimin yanında yalançı çıxarmaram, söyüşdə söydü saat uzağı 4-də verəjəm, nə olar qaqa ayağının altında ölüm ya yarı yada ikisindən birini təşkil elə “,xx.xx.2022-ci il tarixdə saat 22:15:15-də Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ qaqaş o tema ma çatasıydı, 1.4 qara kofta 0.4 ağ kofta niyə aldadırsan bizi. Bizim danışığımız elə olub saa yazan İlhamdı pawtavoydan, o pulu mən vermişəm. Danışıq olub 2 qara kofta 1 ağ kofta o da vastanavit olmalıdır vso, Elvin səni gözləyir onnan danış yoluna qoy, 2 qaraydı gözümnən baxdım çəkdi verdi, 4.8 ağ idi yarı ağda Elvin dedi özünə götürərsən verəcəyi var idi “,xx.xx.2022-ci il tarixdə saat 22:21:01-də Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil mömrəsinə “ A kişi oğlu mənim sözümə samneniya eliyirsən elə məndə öz gözümnən gördüyümü deyirəm sənə, saa salafannan çıxarıb 4 dənə qaranı qoymuşuq tərəziyə 1.48 gəlib, ağ da ki, Elvin sənə demədi yarını özümə qaranın üstünə gələn ağları saa verən idi, mənim bir dənə bütöv temam maa çatmalıydı “,xx.xx.2022-ci il tarixdə saat 20:20:32-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ qaqa bəyaqki kimi kömək elə bilirsən qaldı o pul temasına bir kəlmədə danışdıq razılaşdıq 2 qara ikimizə əmələ gələr qaqa “,xx.xx.2022-ci il tarixdə saat 21:30:23-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ qaqa yarada and olsun 22 manat pul var birdə ağzı bağlı siqaretimiz var heç kimə vermədin o boyda yol gəlmişik 1 manatınıda axşam verərəm “ xx.xx.2022-ci il tarixdə saat 21:32:15-də Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ ağali sən niyə belə edirsən ki, yox ay qaqulya belə olmur “,xx.xx.2022-ci il tarixdə saat 12:39:49-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ qaqa burda 10 manatlıq çet var hələ saa nə qədər dedim ki, ona denən ki, üstündən götürməsin mən 7-8 aydı mal vururam o qədər gic döyəm ki, 10 luqla 20 seçə bilmirəm ki. Bunnan 2 dəfədir ki, oyuna düşürəm 10 manatlıq çetə görə ağda bir dəfə daş götürərsən “,xx.xx.2022-ci il tarixdə saat 12:46:54-də Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ kişisin brat kişinin xırtləyi var, sənin sözünə vid vermiyək bə vermiyəsənsə niyə deyisən veriləjək orda 10 manatlıq çet olmayıb nə isə e karoçe dana o sən öl axrı pis olajax görüşərik “,xx.xx.2022-ci il tarixdə saat 20:01:59-da Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ ağali danışdım sən 40 vursan 10 dənə kola saa özünədə 1-2 daş əmələ gəlir “, xx.xx.2022-ci il tarixdə 21:50:59-da ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***- **-** mobil nömrəsinə “ qaqa qadan alın sənin saa qurban olum nə olar ki, 2 qəşəng elətdir dana qonaqlarımız var Ayxan var idi ey o səfər də 5 manat temasında gəlib boyun oldu saa bax onun qonaqları var “, xx.xx.2022-ci il tarixdə saat 20:22:30-da Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-**mobil nömrəsinə “ ay qa Orxannan görüş ha ayaqqabının içindədir aynöyunlər 2 dənə kola bir dənə daşdı götür “, xx.xx.2022-ci il tarixdə saat 14:00:03-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ deyirəm hər şey sən fikirləçdiyin kimi döy da özündə görüsən 5 manat məndən ötrü heç nə döy hər gün temaya 60 manat pul verirəm “, xx.xx.2022-ci il tarixdə saat 08:56:15-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ ayağının altında ölüm heç kimə heçnə demə gəlirəm qurban olum ikisinidə qəşəng al dünən ki, kimi jırnı “, xx.xx.2022-ci il tarixdə saat 19:41:29-da Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ ay qaqa gör nə deyirəm elə orda 10luqdan çox daş var İmam Hüseyn haqqı kolada nə qaldı onu verdi belə 30 verib götürən var idi səni fikirləşib götürdüm sən öl bu da mənim sağ olum yəni özümə heçnə yoxdur bir azdan özümə kanal axtarajam “, xx.xx.2022-ci il tarixdə saat 19:44:25-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ ə qadan alaram qaqam mənim sağ ol sən heç olmasa koladan sən allah düzünü de birdən ayrı şey olar vurub ölərəm “, xx.xx.2022-ci il tarixdə saat 19:45:23-də Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ ağali dəlisənmi o nə sözdü a qaqa “ məzmunlu həmin tarixdə saat 19:47:14-də ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsinə “ and verirəm səni yaradan allaha təmiz koladımı bu qatqısı zadə yoxdu ki, məzmunlu həmin tarixdə saat 19:47:51-də Təqsirləndirilən şəxs1 məxsus ***-***-**-** mobil nömrəsindən ***-***-**-** mobil nömrəsinə “ ağali kişiyik xirtləyimiz var “ tipli sms-lər göndərilməsi aşkar edilmişdir. "xxxx" MMC-dən xx.xx.2022-ci il tarixli BKC/LGL-6297/22 nömrəli məktub əsasında daxil olmuş və Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə 01 noyabr 2021-ci il tarixdən 31 yanvar 2022-ci il tarixədək daxil olan və həmin nömrələrdən xaric olmuş mesajların “CD” diskdə olan yazısına baxış keçirilmişdir. Həmin diskə baxış zamanı müəyyən edilmişdir ki, xx.xx.2021-ci il tarixdə saat 23 radələrində ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə “Nolar ikoş gel, xeyalda deyir gördüm pisdi vəziyyətin, qadan alım iynədə getir, ölürəm, xahiş taksi pulu verəcəm qadan alım dözənmirəm” tipli sms göndərilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 20 radələrində ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa sa qurvan olum ta üzürlü say, ma pul gətirən adam axırda qehbəlik eledi, sən öl ta üzürlü say dana qaqam menim, başına dönüm”, xx.xx.2021-ci il tarixdə saat 17 radələrində “ 10 manat borcum qalsın, hər şeyini sikim sabah catajaq 10 manat pulun, qurvan olum üzürlü say” tipli sms göndərilmişdir. Bundan başqa xx.xx.2021-ci il tarixdə saat 19 radələrində həmin ***-***-**- ** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə “qaqam menim, yarı ağ, yarı da qara olsun, ay qaqa sa qurvan olum, men mikrorayondayam pulda düzəlmədi, 1 dənə yarı kola, 2 dənə 10-luq pati qaqa” tipli sms göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 14 radələrində ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə “ay qaqa sen qadan alim niyə belə eliyisən, öləm ey mən burda sən öl, yəni çox pis gündəyəm ay qa post qoyub çıxmaq istəyirəm” tipli sms göndərilmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18 radələrində ***-***-**-** mobil nömrəsindən Təqsirləndirilən şəxs1 məxsus olan ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa sa qurvan olum, utandım zəng vurub deməyə, qardaşımın goru vəziyətim çox pisdi, pis ağrıyıram, sən öl dedim nolar qurvam olum ma kömək ver dana, qeyrətini, namusunu sikim sabah verəjəm, amma indi ayağının altda ölüm kömək elə dana qurvan olum, 30 manata görə qeyrətini, namusunu ona qurban eliyən döyəm da nolar taksi pulunu düzəldim imkan varsa getir” tipli sms göndərilmişdir. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli 16/1248 nömrəli rəyində görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan maddi sübut....” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd gümüşü rəngli kağız bükümün içərisində olan 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,208 qram, ümumi təmiz çəkisi 0,257 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-vi il tarixli 16/24 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş 0,33 qram kütlə....” yazılar və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf rəngli sellefon bükümdə təmiz çəkisi 0,199 qram maddə, kustar üsulla hazırlanmış psixorop maddə - metamfetamindir. Məhkəmə-biolji ekspertizasının xx.xx.2023-cü il tarixli 16/689 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evin otağındakı stolun üzərindən aşkar olunmuş üç ədəd bükümdə narkotik vasitə heroinə və iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlələr və beş ədəd kağız borucuqlar....” sözləri və imzalar olan kağız paketdəki, 2 (iki) ədəd iç-içə qoyulmuş şəffaf polietilen kəsiyi bükümündə, 1 (bir) ədəd “gümüşü” rəngli falqa bükümündə və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 11,099 qram, 0,133 qram, 0158 qram ümumi təmiz çəkisi 11,390 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 1 (bir) ədəd ağ rəngli salfet bükümdə və 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,433 qram, 0,301 qram, ümumi təmiz çəkisi 1,761 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 5 (beş) ədəd bir manat pil əskinaslarının üzərində metamfetamin izləri vardır, metanfetamin iz şəklində olduğu üçün qurumaddəsinin miqdarı hesablamaq və müqaisəli tədqiqat aparmaq mümkün olmadı. Tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evin mətbəx otağında soyuducunun üzərindən aşkar olunmuş bir ədəd plasmas dibçəkdə əkib becərilmiş narkotik tərkibli bir ədəd çətənə bitkisinə bənzər bitki...” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd təmiz çəkisi 5,634 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin 1-ci siyahısının İİ bəndinə daxildir. Aqronom (mütəxəssis) X7 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 272 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyatda alınması məsləhət görülür. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 266 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəsətliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli, ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına cavabdan görünür ki,X11 hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə və psixotrop maddə satması barədə əməliyyat məlumatı olmasına baxmayaraq Təqsirləndirilən şəxs1 narkotik vasitə və psixotrop maddə satdığı şəxs və ya şəxsləri müəyyən edib dindirilməsi üçün istintaqa təqdim etmək mümkün olmamış, qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitədən yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı olmuş, lakin digər yerlərdə gizlədərək saxlaması, həmçinin onun şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən etmək mümkün olmamışdır, Həmçinin Təqsirləndirilən şəxs2 narkotik vasitə və psixotrop maddə satması barədə əməliyyat məlumatları olmamış, lakin onun narkotik vasitə və psixotrop maddəni Təqsirləndirilən şəxs1 ilə birlikdə kirayədə yaşadıqları Gəncə şəhəri X33 prospekti bina 50, mənzil 141 ünvanında saxlası barədə əməliyyat məlumatları olmuş həmin narkotik vasitə və psixotrop maddə əldə etməsində ona kiminsə kömək edən şəxs və ya şəxsləri, narkotik vasitə və psixotrop maddəni əldə etdikləri İran İslam Respublikasının vətəndaşı Mehran adlı şəxsi müəyyən edib, həmçinin onun şəhər ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər rayonlararası narkolji dispanserlərindən verilmiş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs1 dispanserdə xx.xx.2022-ci il tarixdən heroindən suni istifadə nəticəsində əmələ gəlmiş narkomaniya diaqnozu ilə qeydiyyatdadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Psixiatriya Xəstəxanası” Publik hüquqi şəxs və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublikası Narkoloji Mərkəzi” Publik hüquqi şəxs tərəfindən verilmiş məktublardan görünür ki, Təqsirləndirilən şəxs2 xəstəxanalarda müalicədə olmayıb və qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin 12 nömrəli xidməti sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, X23 müvəqqəti məskunlaşmış və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası Nəsimi rayon İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalatı Birliyinin 51 nömrəli xidməti sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 14 ünvanında qeydiyyatdadır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 0,217 qram heroin, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqtından qalıq qalmış 0,179 qram metamfetamin məhkəmə-biolji ekspertizasının xx.xx.2022-cü il tarixli tədqiqatından qalıq qalmış 11,240 qram heroin, 1,634 qram metamfetamin və 5,614 qram çətənə bitkisi iş üçün mühüm əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmış, cinayət işinin istintaqı başa çatdıqda cinayət prosesinin iştirakçıları tanış olduqdan sonra saxlanılması üçün Gəncə şəhər BPİ-də xüsusi ayrılmış saxlanca təhvil verilmişdir. xx.xx.2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs İlahm Əmrahlı 04 noyabr 2021-ci il tarixli ifadəsində 26 aprel 2021-ci il tarixdə DİN-in BNMİ-nin QBRŞ-nə gətirilərkən və şöbədə olarkən polis əməkdaşları tərəfindən döyüldüyünü, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulduğunu bildirdiyindən müvafiq sənədlərin surəti hüquqi qiymət verilməsi üçün Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Gəncə şəhər prokurorluğunda aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası DİN-in BNMİ-nin QBRŞ-nin əməkdaşları tərəfindən zorakılığa məruz qalması, ona qarşı qanunsuz hərəkətlər edilməsi faktı və Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilən narkotik vasitənin polis əməkdaşları tərəfindən zor tətbiq edilərək onun üzərinə qoyulduğunu bildirməsi öz təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə səasən “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərar qəbul edilmişdir. 12 aprel 2023-cü il tarixli “Sübutların qiymətləndirməsi” haqqında qərardan görünür ki, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 0,217 qram heroin, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqtından qalıq qalmış 0,179 qram metamfetamin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-cü il tarixli tədqiqatından qalıq qalmış 11,240 qram heroin, 1,634 qram metamfetamin və 5,614 qram çətənə bitkisi iş üzrə maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasının, həmçinin yaşadığı evə baxış və götürmə aparılmasının və təqsirləndirilən şəxs qismində dindirilməsinin videogörüntüləri olan 5 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 2 ədəd CD disk, “Leo “ banka aid 2 ədəd plastik kart iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında xx.xx.2005-ci il tarixli, 961-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən heroin 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq, 2 qram və daha çox olduqda külli miqdar hesab edilir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasının 07 mart 2025-ci il tarixli 3-16-17/41/2-1500/2025 saylı məktubundan görünür ki, X23 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasına təhvil verilərkən bədən üzərində heç bir xəsarət olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin xx.xx.2025ci il tarixli 57/2-7495/25 saylı məktubdan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Gəncə şəhər BPİ-nin MSY-nə daxil olarkən hər iki şəxs tibbi müayinədən keçirilmiş və xəsarətləri olmaması müəyyən edilmişdir. Məhkəmə təqsirəlndirilən şəxslər X17 yaşadıqları evdən 1 qrama yaxın heroin aşkar edilmişdir. 11 qram heroin və metamfetamin onlara məxsus olmaması və polis əməkdaşları tərəfindən işgəncəyə, fiziki və psixi təsirə məruz qalaraq, narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin yaşadıqları evə qoyulmaları ilə bağlı verdiyi ifadələrinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, istintaq zamanı onların özlərinin müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzərlərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkilişlə təkzib edildiyindən və onlara polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi onların polis əməkdaşları tərəfindən döyülməsi faktının təsdiqini tapmaması barədə “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən,fakt təsdiqini tapmadığından, məhkəmədə verdikləri ifadələrinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadələri həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri əldə edib daşıyaraq saxlamasına görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə verilmiş ittihama gəlincə isə, məhkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 psixotrop maddə metamfetaminin və narkotik vasitə heroinin satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Məhkəmə istintaq zamanı da, təqsirləndirilən şəxslərin barəsində daxil olan məlumatda da, görünür ki, təqsirləndirilən şəxslərin psixotrop maddə metamfetaminin və narkotik vasitə heroin qanunsuz dövriyyəsi ilə məşğul olmaları, o cümlədən, satış məqsədi ilə üzərlərində saxlamaları narkotik vasitə heroinin və psixotrop maddə metafetaminin aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı təqsirləndirlən şəxslərin əməllərini qanunsuz olaraq, satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik vasitə heroin və psixotrop maddə metafetaminin satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı, qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan sübutlar olmadığından, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək, hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə düzgün tövsif olunmamış və qeyd edilən ittiham üzrə onun əməli 1-ci iki epizod üzrə Azərbaycan Respublikasının CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-ci maddəsinə ,3-cü epizod üzrə CM-in 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, narkotiklə bağlı birinci epizod üzrə iş materiallarında olan Gəncə şəhər BPİnin Kəpəz rayon Polis İdarəsinin əməliyyat müvəkkili X2 tərtib etdiyi xx.xx.2021-ci il tarixli raportda, xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində, o cümlədən saxlanması ilə bağlı xx.xx.2021-ci il tarixli raportda X14 mütəmadi olaraq narkotik vasitə qəbul etməsində, əldə edib üzərində gəzdirməsində və saxlamasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Həmçinin narkotiklə bağlı ikinci epizod üzrə Gəncə şəhər BPİ-nin CAB-nin rəisi Xanlar Məmmədovun tərtib etdiyi xx.xx.2021-ci il tarixli raportda, Gəncə şəhər BPİ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 xx.xx.2022-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissəsində, o cümlədən saxlanması ilə bağlı xx.xx.2022-ci il tarixli raportda X14 qanunsuz olaraq narkotik vasitə əldə edib istifadə etməsində və ünvan 15 ünvanı ərazisində üzərində saxlamasında şübhəli olması barədə əməliyyat məlumatının daxil olması göstərilmişdir. Eyni zamanda, hər iki epizod üzrə, ayrı-ayrılıqda şübhəli şəxsin tutulması haqqında protokollarda da, X22 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olması göstərilmişdir. O cümlədən, birinci epizodla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid6 və Şahid5 ifadələrində əməliyyat məlumatının X14 narkotik vasitədən istifadə etməsi barədə daxil olduğunu, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş 8,27 və 0,11 qram narkotik vasitə X22 özünün istifadəsi üçün üzərində gəzdirdiyini bildirdiyini, sonradan keçirilmiş əməliyyat tədbirləri nəticəsində də, X22 narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı bir məlumatın əldə olunmadığını göstərmişlər. Habelə ikinci epizodla bağlı məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid4 və Şahid3 ifadələrində əməliyyat məlumatının X14 narkotik vasitələri üzərində gəzdirməsi və qəbul etməsi ilə bağlı daxil olduğunu, sonuncunun narkotik vasitələrin satışı ilə məşğul olmasını müəyyən edə bilmədiklərini, X22 narkotiki şəxsi istifadəsi üçün üzərində saxladığını və istifadə etdiyini bildirdiyini göstərmişlər. Hətta, hər iki epizod üzrə adları yuxarıda qeyd edilən polis əməkdaşları ibtidai istintaq zamanı da, şahid qismində dindirilərkən ifadələrində X14 narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsini və ya satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığını göstərmişlər. O cümlədən, iş materiallarında olan xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda da, göstərilmişdir ki, X14 narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı olsa da, narkotik vasitəni satdığı şəxslərin dairəsini, həmçinin narkotik vasitəni habelə istifadəsində mobil telefon nömrəsi olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı tərəfindən X18 qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə olan heroinin və metamfetaminin təkrar satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıması göstərilsə də, işin faktiki halları, əsasən də, elə ibtidai istintaq orqanının istinad etdiyi əməliyyat tapşırığına cavab məktubu ilə X22 narkotik vasitə olan heroini və metamfetamini satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə, əməliyyat tapşırığına cavab məktubunda X22 verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, onun hər hansı şəxsə və ya şəxslərə narkotik vasitə olan heroini və metafetamini satmasını müəyyən etməyin mümkün olmadığını göstərilmişdir. Belə olan halda, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, X22 narkotik vasitələrlə bağlı hər iki epizod üzrə ibtidai istintaq zamanı həm şübhəli şəxs, həm də təqsirləndirilən şəxs qismində verdiyi bütün izahat və ifadələrində üzərindən aşkar olunan narkotik vasitə olan heroinin özünə məxsus olmasını, şəxsi istifadəsi üçün üzərində saxlayaraq gəzdirdiyini, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və hər iki epizod üzrə üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddədən heç kimə satmadığını göstərmişdir. Həmçinin xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdən də, görünür ki, hər iki epizod üzrə ayrı-ayrılıqda qeyd edilən tarixlərdə müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilən zaman X22 üzərindən aşkar edilən narkotik vasitə olan heroini tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən heç kimə satmadığını, istifadə etmədiyini və heç kimə vermədiyini bildirmişdir. Eyni zamanda, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, 272 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyindən də, görünür ki, X22 narkotik vasitələrdən istifadə edir və narkotik vasitə heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Bundan əlavə, xx.xx.2021-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı X22 əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən 1 ədəd gümüşü rəngli falqanı olan narkotik vasitə “heroinə” bənzər kütlə aşkar edilərək götürülmüşdür. Həmçinin xx.xx.2021-ci il tarixli, 16/1248 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyindən də, görünür ki, 1 (bir) ədəd gümüşü” rəngli kağz bükümün içərisində olan 1 (bir) ədəd qızılı rəngli kağız bükümdə və 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrıayrılıqda təmiz çəkiləri 0,049 qram, 0,208 qram, ümumi təmiz çəkisi 0,257 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Göründüyü kimi, istintaq orqanı tərəfindən təkrarən satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə heroinin və pisixotrik maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı X22 və Təqsirləndirilən şəxs2 ittiham verilsə də, satış məqsədini təsdiqləyən, yəni, X22 və Təqsirləndirilən şəxs2 istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və pisixotrop maddəsi çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Həmçinin istintaq orqanı tərəfindən qabaqcadan əlbir olan bir qrup şəxslə bağlı ittiham üzrə də, hər hansı sübuta istinad edilməmişdir. Məhkəmə istintaq zamanı da X22 və Təqsirləndirilən şəxs2 əməlində qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin narkotik vasitə və psixotrop maddəni əldə etmə və saxlama cinayət əməlinin törəm\ələri ilə bağlı hər hnası bir hal müəyyən edilməməmişdir. Belə ki, məhkmə istintaqı zaman təqsirlədirlən şəxslərin aşkar edilmiş na rkotik vasitəni və psiixotrop maddəni satış mqəsdi olmadan çəxsi istifadə ilə bağlı əldə edib, bu mqəsdlə yaşadıqları evdə saxlamamalrı müəyyən edilmişdir. Əksinə, əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, X22 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroini həqiqətən hansı mənbədən əldə etməsini, o cümlədən narkotik vasitə olan heroini və metamfetamini satdıqları şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Yuxarıda qeyd edilən halların olması X22 narkotik vasitə olan heroini və psixotrop maddəni satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. Sinayət işinin materiallarında olan smslərlə də təqsirləndirilən şəxs X14 narkotik vasitə olan heroindən və psixotrop maddə metafetamindən istifadə etməsi bir daha öz təsdiqini tapır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Belə olan halda təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda psxiotrop maddə metamfetmin əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aşkar olunmuş psxiotrop maddə metamfetmin və narkotik vasitə heroin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin Məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroinin və psxiotrop maddə metamfetminin qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, Təqsirləndirilən şəxs1 əməli ittiham verilmiş Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrindən , 1-ci və 2-ci epizod üzrə CM-nin 234.1-ci maddəsinə,3-cü epizod üzrə isə CM-nin 234.1-1-ci maddəsinə töisif edilməli , Təqsirləndirilən şəxs2 əməli isə Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki,Təqsirləndirilən şəxs1 ona verilmiş ittihamlar üzrə 1-ci və 2-ci epizod üzrə əməli satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdaqrından artıq miqdarda əldə etməsi və saxlaması,3-cü epizod üzrə isə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdaqrından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı evdə daşıyaraq saxlaması, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi olmadan külli miqdarda narkotik vasitə olan heroini və şəxsi istehlak miqdaqrından artıq miqdarda psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib yaşadığı evdə daşıyaraq saxlaması cinayət əməlini törətmələri onların özlərinin qismən etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, videoçəkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından məhəkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 2341.1-1-ci maddələri və Təqsirləndirilən şəxs2n isə Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsi təqsirli bilinib cəzalandırılmalıdırlar. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 13-cü bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulan əməllərin təkrar törədilməsi dedikdə onların hər hansı birinin iki dəfə və ya daha çox törədilməsi başa düşülməlidir. Azərbaycan Respublikasının hazırda qüvvədə olan Cinayət Məcəlləsində narkotik vasitələri və ya psixotrop maddələri satış məqsədi olmadan qanunsuz olaraq təkrar əldə etmə və ya saxlama tövsifedici əlamət kimi nəzərdə tutulmamışdır. Buna görə də satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda bir neçə dəfə əldə etmə və saxlama əməli CM-in 234.1-ci maddəsi ilə əhatə olunur və həmin maddə ilə tövsif olunmalı, satış məqsədi olmadan narkotik vasitələri və psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda təkrar əldə etmə CM-in 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınır. Azərbaycan Respublikası CM-in 234.4.2-ci maddəsi ilə bu Məcəllənin 234.2 və 234.3-cü maddələrində nəzərdə tutulmuş əməllərin təkrar törədilməsinə görə məsuliyyət müəyyən edildiyindən, əvvəllər Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət törətmiş şəxs tərəfindən, həmin əməllərin hər hansı birinin törədilməsi CMin 234.4.2-ci maddəsi ilə tövsif oluna bilməz. Maddənin dispozisiyasından göründüyü kimi, əməlin CM-in 234.4.2-ci maddəsi ilə tövsif edilməsi üçün əvvəl əməldə CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlamətləri mövcud olmalı, daha sonra isə qeyd edilən cinayətlərin hər biri ayrı-ayrılıqda təkrar törədilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Təqsirləndirilən şəxs1 aşkar olunmuş narkotik vasitələrin qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 may 2005-ci il tarixli 2 nömrəli Qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir (onların hissələridir). Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İİ-ci siyahısına əsasən metamfetamin narkotik vasitə hesab olunur, metamfetamin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. (köhnə red) İş materiallarında olan 20 sentyabr 2022-ci il tarixli 16/1122 nömrəli və 13 may 2023-cü il tarixli 16/504 nömrəli məhkəmə-kimyəvi ekspertizalarının rəylərindən görünür ki, X12 hər iki epizod üzrə üzərindən aşkar edilmiş heroinin və metamfetamin ümumi təmiz çəkiləri ayrı-ayrılıqda 0.309 qram və 0.451 qram olmaqla hər biri şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Azərbaycan Respublikasının CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəlsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs1 tərəfindən cinayətlərin təkrar törədilməsini Azərbaycan Respublikasının CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 59-cü maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla onların təqsiri sübuta yetirildiyi Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 234.1-ci və 234.1-1ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 234.1-1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxslərin həbsdə saxlama müddəti onlara təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci ilə kimi və 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci tarixədək, bu iş üzrə dörd gün şübhəli şəxs kimi saxlandığı müddət, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrumetmə cəzası saxlanılmaldır. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmlıdır. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınmlıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 0,217 qram heroin, məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022ci il tarixli tədqiqtından qalıq qalmış 0,179 qram metamfetamin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-cü il tarixli tədqiqatından qalıq qalmış 11,240 qram heroin, 1,634 qram metamfetamin və 5,614 qram çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, psxiotrop maddə metamfetminin və narkotik vasitə heroin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Həmçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülərini özündə əks etdirən 09 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 129.60 manat (yüz iyirmi doqquz manat altmış qəpik) təşkil Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci və 234.1-1-ci maddələrii ilə təqsirli bilinsin və ona CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 234.1-1-ci maddəsi ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək və 06 yanvar 2022-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək həbsdə saxlandığı 04 (dörd) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 nun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2021-ci il tarixli tədqiqatından qalıq qalmış 0,217 qram heroin, məhkəməkimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli tədqiqtından qalıq qalmış 0,179 qram metamfetamin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-cü il tarixli tədqiqatından qalıq qalmış 11,240 qram heroin, 1,634 qram metamfetamin və 5,614 qram çətənə bitkisi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış və götürmə aparılmasının, həmçinin yaşadığı evə baxış və götürmə aparılmasının və təqsirləndirilən şəxs qismində dindirilməsinin videogörüntüləri olan 5 ədəd DVD disk, "xxxx" MMC-dən təqdim edilmiş 2 ədəd CD disk, “Leo “ banka aid 2 ədəd plastik kart cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 129.60 manat (yüz iyirmi doqquz manat altmış qəpik) təşkil Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu ( Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-23/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-23/2025
19.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver