Məhkəmə qərarları › İş №1(100)-230/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-230/2020

15.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-230/2020 15.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X14 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1996-cı il tarixdə Tovuz şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayış yeri üzrə qeydiyyatda olmaqla, həbs edilənədək qeyd olunan ünvanda yaşamış, barəsində “həbs”qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə, saat 22:00 radələrində Tovuz şəhərində yerləşən “Bəy” kafesində keçirilən toy məclisində spirtli içki qəbul edib sərxoş vəziyyətə düşdükdən sonra şəhərin “Öysüzlü döngəsi” adlanan ərazisində yerləşən X6 məxsus çayxanaya gəlib orada tanışı Şahid1 10-15 manat məbləğində borca pul istəmiş, həmin vaxt dost kimi qəbul etdiyi Şahid1 ona uca səslə “pulum var, vermirəm” cavabı verməsini və ətrafdakı şəxslərin onun pula ehtiyacı olduğunu bilmələrini öz şəxsiyyətinin alçaldılması kimi qəbul edərək əsəbləşib sonuncu ilə çayxanadan çıxıb piyada yanaşı hərəkət etdikləri zaman Şahid1lə aralarında yaranmış mübahisə zamanı sonuncunun sifətindən bir dəfə yumruqla vurduqda Şahid1 qohumu Zərərçəkmiş şəxs zəng edərək baş verənlər barədə məlumat verdikdən sonra Nizami baş vermiş mübahisəyə aydınlıq gətirmək üçün Şahid1 yanına gəldikdə o, Zərərçəkmiş şəxs gəldiyini görərək onunla təklikdə “söhbət” etmək üçün sonuncunu kənara dəvət edib onunla birlikdə Tovuz şəhəri M.H.Şəhriyar küçəsində yerləşən musiqi məktəbinin sağ tərəfində yerləşən “Künbəz” adlanan çayxana istiqamətində irəliləyərkən saat 22:30 radələrində Zərərçəkmiş şəxs onunla aqressiv danışması və çayxananın yaxınlığına çatdıqda onun boğazından tutub sıxmasından hiddətlənib sonuncunu qisas almaq niyyətilə qəsdən öldürmək qərarına gəlmiş, bu məqsədlə əynindəki gödəkçənin iç cibində saxladığı zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən məişət təyinatlı səyahət bıçağını çıxarıb Zərərçəkmiş şəxs bədən səthinin həyat fəaliyyətini təmin edən mühüm orqanlarının yerləşdiyi nahiyələrə ardıcıl zərbələr vuraraq sonuncuya döş qəfəsinin döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının İV seqmentinin zədələnməsi ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid deşilmiş-kəsilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid olan döş qəfəsinin sol yan divarının kəsilmiş yarası və dərəcəsi təyin olunmayan alt çənənin sol yarısının səthi kəsilmiş yarası kimi xəsarətlər yetirmiş, həmin vaxt hadisə yerinə gələn Şahid5 ona növbəti zərbələr yetirməsinə imkan verməyib qucaqlayaraq onu zərərsizləşdirdiyindən, habelə Zərərçəkmiş şəxs Şahid1 tərəfindən vaxtında Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılaraq həkimlər tərəfindən təcili təxirəsalınmaz ixtisaslı tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edildiyindən o, bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməlini öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyərək Zərərçəkmiş şəxs qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, həbs edilənədək ünvan 2 ünvanda anası X9 və qardaşı X10 ilə birlikdə yaşamışdır. Tovuz rayonunun Abulbəyli kəndində yaşayan Zərərçəkmiş şəxs ilə hadisədən təxminən 2-3 il əvvəl şəxsi münasibəti yaranmış, hadisəyədək aralarında hər hansı bir söz-söhbəti, ədavəti, düşmənçiliyi olmamışdır. Şahid1 isə uşaqlıqdan tanımış, Nizaminin Kənanın dayısı oğlu olduğunu onlarla dəfələrlə ayrı-ayrılıqda görüşsələr də heç bir vaxt bir yerdə görüşmədiklərindən hadisə baş verən ana qədər Nizaminin Kənanın dayısı oğlu olduğunu bilməmişdir. Şahid1lə də onun münasibətləri həmişə çox yaxın olmuş, aralarında hər hansı bir narazılıq, ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2019-cu il tarixdə, saat 20 radələrində o, Elvin adlı tanışının toy mərasimində iştirak etmək üçün “Bəy” şadlıq sarayına getmişdir. Toya getməmişdən əvvəl Aqil adlı tanışıyla zəngləşmiş və onun artıq Fuad və Tural adlı digər tanışları ilə toy mərasimində bir yerdə olduqlarını biləndən sonra o, da toya getmişdir. Toy məclisi “Bəy” şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən zalda keçirilmişdir. O, də gəlib Aqil, Fuad və Turalla görüşəndən sonra bir qədər ayaq üstdə söhbət etmiş, sonra keçib oturmuş və təxminən 2 stəkan pivə içəndən sonra səs-küy çox olduğuna görə oradan çıxmaq qərarına gəlmişdir. Ona görə də Aqilgilə “Öysüzlü pavorotuna gedirəm, görüm uşaqlardan kim var, görüşüm, olmasa evə gedəcəm”sözlərini demişdir. O “Öysüzlü pavorotu” deyəndə Öysüzlü kəndinə gedən yoldakı döngədə yerləşən Mahir adlı şəxsin çayxanasını nəzərdə tutur. Adətən dost tanışları ilə axşamlar orada yığışıb çay içmiş, söhbətləşmiş, domino oynamışlar. Kənan da adətən orada olmuşdur. Həqiqətəndə Kənanla münasibəti yaxın olmuş, onu həmişə özünə yaxın bilmişdir. O, restorandan tək çıxıb bir qədər aralıdakı VAZ 2107 markalı avtomaşının Kənan adlı sürücüsündən xahiş etmişdir ki, onu həmin çayxanaya düşürsün. O, həmin çayxanaya gedəndə Aqilgil toy yerində qalmışlar. Çayxanaya gələndə orada Kənan və tovuzlu kimi tanıdığı Elnur adlı oğlandan başqa çox adam olmuşdur. O, həmin çayxananı işlədən Mahir əmi deyərək çağırdıqları şəxsin Qılınc adlı oğluna 200 manat borc pul vermiş, ondan 100 manatı Qılıncın özü, 50 manatını da atası ona qaytarmışdır, aralarında 50 manat borcları qalmışdır. O, toya 30 manat pul yazdırdıqdan sonra üstündə pul qalmadığı üçün kafeyə gələn kimi Mahir adlı şəxsə yaxınlaşıb “ay Mahir əmi pulun varsa, imkandırsa mənə həmin puldan 15-20 manat verə bilərsənmi, Qılınc demişdi atamdan götürərsən” sözlərini demiş, Mahir cavabında: “yarım saata, bir saata pul yığılsın uşağın yanında qoyacam gəlib götürərsən”sözlərini demişdir. Bundan sonra o, yaxınlaşıb əvvəlcə dostu Elnura “pulun varsa 15-20 manat verə bilərsənmi, sonra Mahir əmidən götürərsən”sözlərini demiş, Elnur həmin vaxtı domino oynadığı üçün “var domino oynayıram, durub verərəm”sözlərini demişdir. Belə olanda o, Kənana “sən hələ oturmusansa, varındırsa mənə 15-20 manat ver, Mahir əmidən götürərsən mən gedirəm” sözlərini demiş, Kənan isə ona cavabında “kimə pul lazımdırsa mənim üstümə gəlir, imkan verməyəcəksiniz ki, oyunumuzu oynayaq” sözünü ucadan demişdir. ,Belə ki, həmən vaxt Kənan digər şəxslərlə domino oynayırmış. Bu sözləri yüksək səslə dediyi üçün çayxanada olan şəxslər də Kənanın ona verdiyi cavabı eşitmiş və o, Kənana: “vermirsən vermə, səsini kimə eşitdirirsən?” deyə irad bildirən zaman Kənan ona: “yaxşı eləyirəm” deyə cavab verdiyi üçün o, Kənana “eybi yoxdur, allah canını sağ eləsin, ancaq olmayanda alçaq səslə deyirlər ki, başqaları eşitməsin” deyib bayıra çıxmışdır. Onunla Kənanın arasında olan bu söhbəti Elnur eşitmiş, digər şəxslərin eşidib-eşitmədiklərini bilməmişdir. O, bayıra çıxandan sonra Aqil, Tural və Fuad gəlmiş və bayırda dayanıb söhbət etmişlər. Təxminən 2-3 dəqiqə sonra Kənan bayıra çıxmış və Aqilgillə görüşəndən sonra o, Kənana “sən niyə içəridə belə danışırsan, ayıb döyülmü, nə vaxt səndən və ya başqasından pul alıb qaytarmamışam, pul lazım idi ki, sənə ağız açdım, sən niyə camaatın içində bunu bildirdin?” sözlərini demiş, Kənan isə oyun oynayan vaxtı kiminsə ondan pul istəməsinə adətən əsəbləşdiyini demişdir. O Kənana pulu özünün istədiyini bildirmiş və ona: “başqası istəmədi ki, başqa vaxtı qardaş deyirsən” deyə ona bir daha iradını bildirmişdir. Kənan yenidən əsəbi halda ona: “kimsə gəlib məndən oyun vaxtı pul istəyəndə əsəbləşirəm” demişdir. O, Kənanın elədiyi hərəkətdən peşman olmaqdansa daha yüksəkdən danışmağa başladığını görüb “adam qardaş qardaş dediyi adamın pula ehtiyacı olduğunu camaatın içində bildirməz” sözlərini demiş, Kənan isə yenidən ona: “yaxşı eləyib belə danışıram” deyəndə O, da Kənana: “sən qələt eləyib belə danışırsan, qardaş deyirsənsə belə danışmamalısan” demişdir. Kənan söhbəti mübahisəyə çevirib “qələti sən edirsən” demiş, o, da Kənana eyni tərzdə cavab verərək “biz qardaş olmuşuq amma səni belə tanımamışam” demişdir. Bundan sonra Kənanın əsəbi halda “voobşe nə deyirsən, nə deyisən” deyə üstünə gəldiyini görüb onu əli ilə kənara itələmişdir. Belə olanda yanlarındakı uşaqlar, onu və Kənanı aralayıb “ayıbdır sizə yaraşmaz ” deyəndə Kənan ona: “sən indi görəcəksən” deyib onu hədələmişdir. Aqilgil onu aralayıb şəhərin arası, yəni İcra hakimiyyətinin binasına tərəf aparmışlar. O, isə çayxananın qarşısında tək qalmışdır. Aradan təxminən 5 dəqiqə keçdikdən sonra Kənanın istifadəsində olan, hazırda xatırlamadığı telefon nömrəsinə zəng edib demişdir ki, “biz qardaşıq bizə yaraşarmı camaatın içində belə danışmaq haradasan gəl bura, sən bilirsən ki, mən sənin xətrini nə qədər çox istəyirəm”. Kənan isə cavabında “sən hardasan” deyərək ondan soruşanda “bayaqkı yerdəyəm” deyərək ona cavab vermişdir. Kənan onun sözlərinin qarşılığında nəlayiq sözlərlə “şəhərin arasına gəl, bura gəl gör hələ sənin arxanı necə dağıtdıracam” deyəndə o, Kənana: “mənəmi deyirsən ə, heç kim mənə, heç nə edə bilməz gəlirəm indi” demiş və əsəbindən kafenin qarşısındakı ağacın dibində olan, qara rəngli pivə butulkasını götürüb daşa vurub sındıraraq əlinə götürüb Kənanın “şəhərin arası” dediyi yerə tərəf getmişdir. O, əlindəki butulka qırığı ilə Tovuz RİH-nin inzibati binasının qarşısındakı parka gələndə görmüşdür ki, Kənan, Nizami, Aqil, Fuad, Tural və başqa tanımadığı uşaqlar parkın içində dayanıb söhbət edərək onu gözləyirlər.,Yaxınlaşıb “hanı Kənan?” deyərək soruşanda Nizami qabağa gəldiyi üçün “mənim üstümə gəlmisən ay Nizami” deyəndə ona sual vermişdir. Nizami də “hə” deyərək cavab vermiş. “Nəyə gəlmisən mənim üstümə ? “Söhbətəmi” gəlmisən?” deyərək bir daha soruşanda o, yenə də “hə” deyərək cavab verdiyi üçün o, Nizamiyə “mənə heç kim, heç nə edə bilməz ay Nizami gəl gedək söhbətimizi edək” deyib Tovuz RİH-nin inzibati binasının qarşısındakı parkın sol tərəfdəki küncündən dəmir yolunun kənarında yerləşən çayçılara tərəf getmişlər. Yol boyu Nizami onunla mübahisə edib onu sındırmağa çalışmış, Kənan, Aqil, Tural, Fuad və tanımadığı başqa uşaqlar da arxaları ilə gəlmişlər. Dəmir yolu tərəfdə olan çayxanaların yanına gələndən sonra Nizami onun boğazından yapışıb sıxdığı üçün o, da Nizaminin qolundan tutmuş, bu zaman Kənanın da onlara yaxınlaşdığını görüb onu təkləyəcəklərindən qorxub əynindəki dəri gödəkcənin iç cibində olan dəstəyi qara rəngdə olan qatlanan cib bıçağını çıxarıb tiyəsini açaraq bıçağın tiyəsi ilə Nizaminin bədənindən bir neçə dəfə vurmuşdur. Nizami boyda ondan xeyli böyük olduğuna görə bıçağın onun bədəninin hansı hissələrinə dəydiyinin fərqində olmamış,lakin bıçaqla vurmaqda məqsədi onu öldürmək olmamışdır. Ümumiyyətlə həmin vaxtı, nə hərəkət etdiyini heç özü də dərk etməmişdir. Həmin vaxtı uşaqlardan kimsə qışqırıb “ay Orxan dayan bıçaq dəydi” deyən zaman kimsə bıçağı əlindən almış, bıçağı kimin əlindən aldığını bilməmişdir. Nizami ondan aralanıb getmiş və hadisə yerinə gələn polis əməkdaşları onu polis şöbəsinə aparmışlar. Nizamini vurduğu bıçağı sonradan polis şöbəsində görmüş, belə başa düşmüşdür ki, onu Aqil aparıb polisə təhvil vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid1 bibisi oğludur. Tovuz şəhər sakini Təqsirləndirilən şəxs hələ uşaq vaxtlarından çayxanalarda işlədiyinə görə üzdən tanısa da, təxminən iki ilə yaxın müddət ərzində aralarında yaxın, səmimi münasibətlər yaranmışdır. Hadisə baş verən günə kimi Orxandan özünə qarşı hər hansı bir kobud, nəlayiq hərəkət görməmişdir. Bibisioğlu Kənanın da Orxanla yaxın münasibəti olmuşdur. xx.xx.2019-cu il tarixdə saat 20-20:30 radələrində o, «Tovuz kolxoz bazarının yaxınlığındakı Turan şadlıq sarayında toyda olmuş, bibisi oğlu Kənan özünün istifadəsində olan 055 ***-**-** nömrəli telefonundan onun istifadəsində olan 070 ***-**-** nömrəli telefona zəng edib həyəcanlı şəkildə onu rayon mərkəzinə çağırmışdır. O, Kənandan nə problem olduğunu soruşanda o, “Taysonla söhbətim düşübdür” deyərək cavab vermişdir. Onlar hamısı Orxanı xarici görünüşünə görə Tayson adlı boksçuya oxşatdıqlarına görə onu bu adla çağırmışlar. O, toydan çıxıb taksi ilə Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasının yerləşdiyi əraziyə, həmin bina ilə üzbə-üz dayanacağın sağ tərəfində «saatlar» deyilən yerdəki arkanın yanına gəlmişdir. İcra hakimiyyətinin binasının qarşısındakı ərazini hamı «şəhər arası» deyərək adlandırmış, həmin yerə gələndə Kənanla onun tanıdığı Fuad adlı oğlan orada dayanmışlar. O, Kənandan Taysonun, yəni Orxanın harada olduğunu soruşanda o, «gəlir» deyərək cavab vermişdir. Aradan təxminən 5 dəqiqə keçmiş Orxan “Öysüzlü dairəsi” deyilən tərəfdən həmin yerə yaxınlaşmışdır. Onun əlində heç nə olmamışdır. O, Orxanın yaxınlaşıdığını görüb ona tərəf getmiş və onlar qarşılaşanda Orxan «sənmi gəlmisən Kənanın söhbətini mənimlə eləməyə?» deyərək ondan soruşduqda o, da Kənana «hə» deyərək cavab vermişdir. Bundan sonra Orxan ona «gəlmisən gedək təklikdə söhbətimizi edək» deyəndə fikirləşmişdir ki, yəqin Fuadla Kamranın yanında ona demək istəmədiyi sözlər var, ona görə Orxanla razılaşmış və Orxanla bir yerdə ”xxxxxxxxx” ASC-nin qarşısından keçib dəmir yolu tərəfdə yerləşən çayxanalara tərəf getmişlər. Yol boyu Orxana aqressiv sual vermiş, dost olduqları halda nə səbəbdən Kənanın onu çağırdığını soruşmuş, onlar «Künbəz» deyilən çayxanalar olan yerə gəlib çatan kimi o, Orxanın boğazından tutmuş və bir daha ona niyə Kənanla mübahisə etdiyini soruşmuşdur. Lakin ona heç bir zərbə endirməmiş, bu zaman Orxan onun qolundan tutmuş və bir anda Orxan qəflətən əlindəki bıçaqla birinci onun sol döş nahiyyəsindən vurmuşdur. Orxan bir neçə dəfə onun döş nahiyyəsindən vurmaq istəmiş və onun zərbələrindən biri də onun döş nahiyyəsindən vurmaq istəyəndə kənara çəkildiyi üçün sol yan tərəfindən dəymiş, elə bu vaxt Ramal adlı oğlan Orxanı tutub onu vurmağa qoymamış ancaq ona tərəf atdığı bıçaq zərbələrindən biri da onun çənəsinə dəymişdir. Həmin yer qaranlıq olduğuna görə o, Orxanın bıçağı, haradan necə çıxardığını görməmiş, qəflətən onu vurmağa başlamış və ardıcıl olaraq endirdiyi zərbələrdən 3 zərbə ona dəymiş, bir çoxu isə ona dəyməmiş, lakin əynindəki gödəkçəyə dəymiş, həmin xəsarətlərdən bir çoxu ona dəymədiyi üçün sağ qala bilmişdir. Döşünə dəyən bıçağın yerindən qan axdığını hiss edəndə artıq halsızlaşmışdır. Həmin vaxtı orada olan Kənanla və Fuad Gəray adlı oğlanın taksi maşını ilə onu Tovuz rayon Mərkəzi xəstəxanasına aparmış və orada əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində bildirmişdir ki, o, Tovuz rayonu Bozalqanlı kəndində yaşayır. Təqsirləndirilən şəxs o, uşaqlıqdan tanımışdır. O, əvvəllər «Beko» çay evində qəlyan satmaqla məşğul olmuşdur. O, da həmin vaxtlardan onu tanımış, onunla normal münasibləri olmuş, sonrdan aralarındakı bu münasibətlər dostluq münasibətlərinə çevrilmişdir. Onun Orxanla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Xarici görünüşünə görə tanınmış boksçu Taysona oxşadığına görə hamı Orxanı «Tayson» ləqəbi ilə çağırmışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 22 radələrində o, Tovuz şəhərində “Öysüzlü pavarotu” adlanan yerdəki dostunun işlətdiyi çayxanaya getmiş, nərd oynayan tanımadığı şəxslərin yanında dayanıb oyuna baxmışdır. Çayxana sahibi Mahir də oturub oyuna baxmışdır. Bu zaman Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə yanında iki nəfər tanımadığı oğlanla onun yanına gəlmişdir. Orxan ondan 15 manat borc pul istəmiş, o, üzərində pulunun az olduğunu və daha sonra verəcəyini bildirmişdir. Orxan narazılıq edəndə o, “vermirəm” sözünü demiş, buna görə Orxan çayxanadan çıxdıqdan sonra onunla mübahisə etməyə başlamışdır. Onlar bir-birlərini itələmiş, Orxanla birlikdə olan oğlanlar isə onları sakitləşdirmişlər. O, Orxanın sərxoş halda dava salacağını görüb dayısı oğlu Zərərçəkmiş şəxs zəng vurub harada olduğunu soruşmuş, Nizamini şəhərin mərkəzinə çağırmışdır. Daha sonra Orxandan ayrılıb Tovuz rayon İH-nin binasının yanındakı saatların yanına gəlmiş, Orxanla birlikdə olan iki nəfər adını bilmədiyi oğlan da onun yanında olmuşdur. Həmin vaxt Orxan ona zəng vurub harada olduğunu soruşmuş, o, 3-5 dəqiqəyə gələcəyini bildirmişdir. Daha sonra Nizami onun yanına gəlmiş, Nizami gələn vaxt Orxan onların yanına gəlmişdir. Orxan Nizamini görüb ona gedib təklikdə söhbətlərini etməyi demişdir. Onlar isə saatın yanında dayanıb onların arxasınca getməmişlər. Onlar gedəndən təxminən 15-20 dəqiqə sonra kiminsə Nizaminin qoluna girib “Künbəz” çay evinin yanından o, dayanan tərəfə gətirdiyini görmüş, dərhal taksi saxlatdırıb Nizamini Tovuz rayon mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə axşam saat 18 radələrində Elvin adlı dostunun dəvəti ilə onun Babək adlı qohumunun toy mərasimində iştirak etmək üçün “Bəy” şadlıq sarayına getmişdir. Bir müddət sonra Aqil, Tural və Tayson deyərək çağırdıqları Orxan bir yerdə həmin toya gəlmiş və onun oturduğu stolda seyrəklik olduğuna görə onunla əyləşmişlər. Toy məclisi qeyd etdiyi kimi “Bəy” şadlıq sarayının 2-ci mərtəbəsində yerləşən zalda keçirilmişdir. Orxangil gələndən sonra təxminən 2-3 saat bir yerdə oturmuşlar, yeyib içmişlər. Hamısı araq içirmiş, Orxan da araq içmişdir. Saat 20-21 radələrində Orxan, Tural və Aqil bir yerdə həmin toydan çıxmış, fikirləri “Öysüzlü pavorotuna” çayxanaya getmək olmuşdur. Şadlıq evindən çıxıb yaxınlıqda yerləşən 5 mərtəbəli binanın tinindəki dördyola kimi gedərək oradan sola dönmüş və “Öysüzlü pavorotu” deyilən yerdə yerləşən Mahir adlı şəxsin işlətdiyi çayxanaya gəlmişdir. Orxan çayxanaya girəndən sonra orada çayxana sahibindən daha sonra isə Kənandan borca pul istəmiş, Kənan Orxana pul verməmişdir. Kənanın pulu olmadığını hündürdən deməsi Orxanın xoşuna gəlməmiş və “sən niyə bu sözləri hündürdən deyirsən, niyə buradakılar bilməlidir ki, mənim pulum yoxdur” deyərək Kənanla mübahisə etməyə başlamış və onlar bayıra çıxmışlar. Həmin vaxt saat 22 radələri olmuş, onlar mübahisə etmək istəyərkən o, araya girib onları aralamış, Kənanın burnu qanadığı üçün onu çəkib aparmış, su axtarıb tapa bilməkləri üçün burnunu dəsmalla silmişdir. Sonra qayıdıb icra hakimiyyətinin qarşısındakı parkın künc tərəfinə çatmamış, saatların, arkaların yanında dayanmışlar. O, Tural və Aqil Kənanı aralayıb su axtarmağa gedəndə Orxan da çayxananın yanından tək şəhərin arası tərəfə getmişdir. Həmin arada Kənan istifadəsində olan telefondan Nizami adlı qohumuna zəng edib Orxandan ona şikayətlənmiş və Nizami Orxanı tanıdığı üçün Kənana telefonu Orxana verməsini deyəndən sonra Kənan telefonu Orxana vermiş, Orxan Nizami ilə əsəbi halda danışaraq ona: “görüşərik” deyib telefonu Kənana qaytarandan sonra qeyd etdiyi kimi “şəhərin içinə”, yəni rayon İcra hakimiyyətinin qarşısındakı parka doğru getmişdir. Aradan bir müddət keçmiş Nizami 2107 markalı ağ rəngli maşınla onların dayandıqları yerə tərəf gəlmişdir. Nizami Kənandan nə baş verdiyini soruşmuş, Kənan ona Orxanın borca pul istədiyini, ona ucadan cavab verdiyi üçün Orxanın ona “sən niyə ucadan camaatın içində deyirsən ki, hamı eşidir pulum yoxdur” sözlərini demiş, bunun üstündə mübahisələri düşdüyünü və Orxanun onu vurduğunu bildirmişdir. Bundan sonra Nizami aralanıb Orxanın getdiyi istiqamətdə hərəkət etmişdir. Təxminən 5 dəqiqə sonra səs-küy eşitmiş, səs gələn tərəfə qaçmış, “Beko” çay evinin yanına gələndə Nizaminin yaralandığını, Orxanı isə polis əməkdaşları tutub apardığını görmüşdür. Nizaminin döş hissəsindən qan axmış, köməkləşib onu taksi maşınının yanına gətirmiş, oradan taksi ilə onu Tovuz rayon mərkəzi xəstəxanasına aparmışlar. Həmin vaxtı onların yanında olmadığı üçün bunun hansı şəraitdə necə baş verdiyini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində o, tanışları Tovuz şəhər sakini Fuad Zahid oğlu,Tural Rövşən oğlu və Orxan Mahir oğlu ilə birlikdə Tovuz şəhərində yerləşən “Bəy” kafesində keçirilən toy məclisinə getmişlər. Onlar birlikdə həmin məclisdə oturub hamısı spirtli içki olan araq içmişlər. Həmin günü saat 22-30 radələrində onlar məclisdən çıxıb Tovuz şəhərində yerləşən “Öysüzlü pavarotu” adlanan yerə getmişlər. Orada tanışları Tovuz şəhər sakini Kənanla rastlaşmışlar. Orxan Kənandan 15-20 manat borc pul istəmiş, Kənan “özümə də pul lazımdır, verə bilmərəm” sözlərini demiş, buna görə çayxanadan kənarda aralarında kiçik münaqişə baş vermiş, rayon İcra Hakimiyyətinin binasının yanında Orxan Kənanla mübahisə etməyə başlamışdır. Kənan da öz qohumu Nizamiyə zəng vurub oraya çağırmış, aradan bir az keçəndən sonra Nizami onların yanına şəhərin arasına gəlmiş, Nizami gələndə Orxan onlardan aralanmış, yanlarında olmamışdır. Nizami Orxana zəng vurmuş “hardasan gəl söhbət edək” sözlərini demiş, Orxan təxminən 5 dəqiqə sonra gəlmiş, onların yanına çatan kimi Orxan Nizamini təklikdə kənara çəkmişdir. Orxanla Nizami onlardan aralanıb Tovuz rayon İcra hakimiyyətinin binasının qabaq tərəfində Tovuz musiqi məktəbinin yanında yerləşən “Künbəz” çayxanasının arxa tərəfinə getmiş, onlar isə şəhərin arasında qalmışlar. Onlar gedəndən təxminən 15-20 dəqiqə sonra çayxananın arxasında səs-küy eşitmiş, oraya getdikdə Orxanla Nizaminin əlbəyaxa olub dalaşdıqlarını görmüş, Orxanın əlində bıçaq olmuş, onlar bir birlərinin yaxasından tutmuşlar və süpürləşə süpürləşə “Künbəz” çayxanasının qabağına tərəf gəlmişlər. Nizami Orxana “sən məni bıçaqlamı qorxudursan, mən sənin bıçağından qorxmuram” sözlərini demiş, həmin vaxt Orxan əlindəki bıçaqla Nizamini vurmuşdur. Bundan sonra ətrafdakılardan kimsə Nizamini tez götürüb oradan uzaqlaşmışlar. Orxan əlində bıçaq yenə onun arxasınca qaçmaq istəmiş, onlar isə Orxanı tutmuş, həmin vaxt Orxanın əlindən bıçaq yerə düşmüşdür. O, bıçağın yerə düşdüyünü görüb dərhal bıçağı yerdən götürüb kənara tullamışdırdır. Bundan sonra ara sakitləşmiş, Nizaminin arxasınca Tovuz rayon mərkəzi xəstəxanasına getmişdir. Xəstəxanada polis əməkdaşları ona zəng vurub bıçağın yerini ondan soruşmuş, o, o, geri qayıdıb həmin yeri ətrafı axtarmış və həmin bıçağı Orxanın Nizamini bıçaqla vurduğu yerdən təxminən 20-25 metr aralıdan Tovuz rayon Şahmat məktəbinin qarşısındakı zambaq kolunun arxasından yerdən tapmış və istintaqa təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanımış, münasibətləri həmişə yaxşı olmuşdur. xx xxxxxx 2019-cu il tarixdə, axşam saat 19-20 radələrində o, Elvin adlı tanışının toy məclisində iştirak etmək üçün “Bəy” kafesinin 2-ci mərtəbəsində keçirilən toy mərasiminə getmişdir. O, həmin yerə gələndə artıq yaxın münasibətlərdə olduğu Aqil, Fuad və Orxan adlı tanışları bir yerdə oturub yeyib içmişlər. O, Aqil, Orxan və Fuad həmin toy məclisində təxminən iki saata yaxın müddətdə olmuş, yemək yemiş, araq içmiş və rəqs etmişlər. Saat 22 radələridə o, Orxan, Fuad və Aqil toydan çıxıb kafenin həyətinə düşmüşlər. Bundan sonra onlar piyada “Öysüzlü pavorotu” adlanan yerdəki Mahir adlı şəxsin işlətdiyi çayxanaya tərəf getmiş və oraya gəlib çatandan sonra Orxan “bir dənə Kənanın yanına girib çıxıram” deyərək çayxanaya girmiş, onlar da onun arxasınca çayxanaya girmişlər. Təxminən 4-5 dəqiqədən sonra Orxan çayxanadan çıxmış, ancaq bir söz deməmişdir. Aradan 2-3 dəqiqə keçmiş Kənan çayxanadan çıxmış və bundan sonra Orxanla Kənan bir-biri ilə pulla bağlı mübahisə etməyə başlamışlar, Orxan “mənim pulum olub həmişə vermişəm, indi mənə lazımdır niyə vermirsən” demiş, Kənan özünə pul lazım olduğunu demişdir. Sonra onlar bir-birləri ilə mübahisə edə-edə aşağı taksilər dayanan yerə tərəf gedəndə onlarda arxaları ilə getmişlər. Orxanla Kənan gəlib “Öysüzlü pavarotu”, yəni Öysüzlü döngəsi adlanan yerdən bir qədərdə aşağı keçərək həmin yer sakitçilik olduğuna görə orada üzbəüz dayanıb yenə də mübahisələrini davam etdirəndə Orxan yumruqla Kənanın sifətindən vurmuş və Kənan ona heç bir müqavimət göstərməyib “canın sağ olsun” deyərək ondan aralanıb yaxınlıqdakı uşaq xəstəxanasının həyətinə tərəf getmişdir. Orxan Kənanı vuranda onun dodağı qanamışdır. O, Kənanın arxasınca gedəndə görmüşdür ki, artıq Kənan telefonla danışa danışa geri qayıtmışdır. Həmin vaxt onun kiminlə danışdığını bilməsə də, özündən soruşandan sonra bildirmişdir ki, dayısı oğlu Nizamiyə zəng etmiş, Orxanla söhbəti düşdüyünü, Orxanın onu incitdiyini ona demişdir. O, Kənanın arxasınca gedib geri qayıdanda Fuadı, Aqili və Orxanı görməmişdir. O, Kənanla bir yerdə olanda görmüşdür ki, Nizami xatırladığına görə ağ rəngli VAZ 2106 markalı avtomaşınla gəlib döngədə düşüb Kənanla görüşmüş və ondan nə baş verdiyini soruşanda Kənan ona “ağızlaşdıq Orxan məni vurdu” sözlərini demişdir. Elə bu vaxt Orxanın çayxana tərəfdən gəldiyini görmüş, gəlib Nizamiyə yaxınlaşanda Nizami “niyə vurubsan, səndən balacadır” deyərək Orxandan soruşanda Orxanda ona “mənə cavab qaytarıb ona görə vurmuşam” cavabını vermişdir. Bundan sonra onların hər ikisi söhbət etmək üçün aralanmış, Orxanla Nizami həmin yerdə “Künbəz” çay evinin arxasına tərəf getmiş, onlar isə həmin yerdə qalmışlar. Bir müddət sonra səs-küy gəldiyii görüb Kənanla birlikdə həmin yerə getmişdir. Onlar yaxınlaşanda “Künbəz” çay evinin yanında polis əməkdaşlarının Orxanın yanında olduqlarını görmüş, polis əməkdaşları Orxanı çay evinə aparıb orada əlini yuduqdan sonra əvvəlcə salfetka ilə, sonra isə bintlə bağlamış, sonra maşına qoyaraq təcili yardıma aparıb əlini sarıtdıqdan sonra polis şöbəsinə aparmışlar. Həmin vaxtı o, da Orxanın yanında olmuş, polis şöbəsinə də bir yer də getmişlər. O, Orxanın yanına gələndə Kənan olmamış, həmin vaxtı onu görməmiş, ola bilsin Kənan Nizaminin yanına getmişdir. Bildiyinə görə söhbət etməyə gedəndə Orxan cibindən çıxardığı bıçaqla Nizamini iki-üç dəfə vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5 ifadəsində bildirmişdir ki, 2006-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğul olur və ünvan 3 ünvanda yerləşən “Beko» çay evini işlədir. Həmin küçə Tovuz rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında yerləşməklə eyni zamanda mərkəzi meydan adlanır. Təqsirləndirilən şəxs təxminən 10-12 il bundan əvvəl o, avtomobil məktəbinin nəzdində yerləşən idman zalına idmana gedən vaxtlardan görüb tanımışdır. Orxan həmin vaxtlar uşaq olmuş, yaxınlıqda yaşadıqları üçün idman zalına gəlib getmişdir. Atası onları atdığına, yəni anasından ayrıldığına görə çətinliklə dolanmış, metal yığıb satmaqla məşğul olmuşdur. Təxminən 15-16 yaşlarında Orxan onun yanında işləmiş, o, Orxanı müxtəlif işlərə buyurmuş, düşəndə çay dəmləmiş, stolu yığışdırmış, sonralar isə qəlyan hazırlamağı və satmağı öyrənərək qəlyan ilə məşğul olmuşdur. Onun Orxana yazığı gəlmiş, Orxan pis uşaq olmamış,pul qazanmaq, anasını dolandırmaq üçün çox çalışmış, hansı işə buyursa getmiş, ərinməmiş, heç nədən qorxmamışdır. Münasibətləri çox yaxşı olmuşdur. Onun yanından çıxandan sonra Orxanın Bakıda işlədiyini eşitmişdir. xx xxxxxx 2019-cu il tarixdə, gecə saat 22-23 radələrində o, “Beko” çay evində, iş yerində olmuşdur. Bu zaman “Künbəz” çay evində işləyən Ayxan adlı uşaq onun yanına gəlib Orxanın kimləsə dalaşdığını demiş, o, bunu eşidib tez işlədiyi çayxanadan çıxıb həyətə düşdükdə Künbəz” çay evinin qarşısında köhnə univermaq tərəfdə 3-5 nəfər adam yığışdığını görmüş, həmin yerə gəlib çatanda Orxanın artıq əlindəki bıçaqla Nizamini vurduğunu görmüş, Nizami əlini döşünə tutub kənara çəkilmiş, OrxanNizamiyə yenidən bıçaqla xəsarət yetirmək istdikdə onu qucaqlayıb “sən neyləyirsən” deyərək onun üstünə qışqırıb kənara çəkəndə Orxanın bıçağı yerə düşmüş, Nizamini isə kimlərsə xəstəxanaya aparmışdır. Polis əməkdaşlarının yaxınlaşdıqlarını görəndən sonra o, Orxanı buraxmış və öz iş yerinə qayıtmışdır. Sonradan Vüqar adlı polis əməkdaşı onu çağırandan sonra “Künbəz” çay evinə gedib həmin vaxt əlindən axan qanı yumaq üçün polis əməkdaşları tərəfindən oraya aparılan Orxanla görüşəndə, Orxan onun üstünə ağlaya-ağlaya “ay qa mən adammı vurdum” deyəndə onu sakitləşdirmiş və polislər Orxanı götürüb aparmışlar. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid6 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, 2011-cı ildən DİO-da, 2016-cı ilin aprel ayından isə Tovuz RPŞ-nin PPXB-nün komandiri vəzifəsində işləyir. xx xxxxxx 2019-cu il tarixdə saat 21-30 radələri olardı o, Dəmir yol vağzalından qatarla X2 yola salınan məhkum olunmuş şəxslərin mühafizəsini təmin etməklə məşğul olmuşdur. Həmin vaxtı PPXB-nün polis nəfəri polis serjantı X8 efir vasitəsilə Tovuz şəhərində İH-nin binasının qarşısındakı “künbəz” çay evinin arxasında bıçaqlanma hadisəsinin baş verdiyini demiş, əlavə kömək çağırmışıdır. O, məlumatı alan kimi dərhal patrul maşını ilə hadisə yerinə getmişdir. Oraya gəldikdə Orxana yaxınlaşıb onu sakitləşdirmiş, Orxan «komandir məni tutma, qurban olum məni tutma» deyərək ona yalvarmağa başlamışdır. O, Orxanın sərxoş vəziyyətdə olduğunu görüb ona narahat olmamasını, tutmayacağını demişdir. Orxanın əlində barmaqlarının iç tərəfi kəsik-kəsik olduğuna görə həmin yerləri tikmək üçün təcili tibbi yardıma aparmaq istəyəndə Ramal adlı oğlan oraya gəlmiş və Orxan onu görüb qucaqlayaraq «qardaş sənə nəsə olmadı ki, nətərsən yaxşısanmı» deyərək soruşanda «Ramal mən yaxşıyam, narahat olma» deyərək ona cavab vermişdir. Ramal bir qədər Orxanı sakitləşdirib, ona təsəlli vermiş və ona hər şeyin yaxşı olacağını deyəndən sonra onlar Təqsirləndirilən şəxs oradan avtomaşınla Tovuz rayon təcili tibbi yardım stansiyasına aparmış və orada Təqsirləndirilən şəxs sərxoşluğu yoxlanıldıqdan sonra ona lazımı tibbi yardım göstərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs tərəflərindən PPXB-nün xidməti avtomobili ilə Tovuz rayon polis şöbəsinə gətirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli Tovuz rayon PŞ-nin məsul növbətçisi polis baş leytenantı Orxan Məmmədovun raportundan görünür ki, Tovuz rayonu Abulbəyli kənd sakini 1988-ci il təvəllüdlü Zərərçəkmiş şəxs döş qəfəsinin deşilmiş-kəsilmiş yarası xəsarəti ilə xəstəxanaya müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Tovuz rayonu, Künbəz adlı çayxananın arxa tərəfində baş vermiş və baxış zamanı iş üzrə mühüm əhəmiyyət kəsb edə biləcək heç bir əşya və ya predmet müəyyən edilərək götürülməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Əşyayanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid3 könüllü olaraq istintaqa təqdim etdiyi bıçaq bir ədəd ağzı qatlanan cib bıçağıdır, həmin bıçaq müvafiq qaydada götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Paltarların götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus göyümtül-bozumtul rəngli cins, iki yan və arxa cibləri olan şalvar (və kəmər), qara rəngli sintetik materialdan hazırlanmış, öndən zəncirbəndlə bağlanan qolsuz gödəkçə, bozumtul rəngli “Özyıldız” etiketi olan qolsuz mayka, qara rəngli, öndən 7 düymə ilə bağlanan uzunqol köynək, qaramtıl rəngli üzərində “Tamko” etiketi olan qolsuz jilet iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Şahidin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şahid3 ifadəsi dəqiqləşdirilməsi məqsədilə ifadəsi yerində yoxlanılmış və şahid həmin zaman cinayətin aləti hesab edilən bıçağı atdığı yer və daha sonra tapdığı yeri əyani surətdə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə haqqında xx xxxxxx 2019-cu il tarixli 674 saylı protokoldan görünür ki, 1996-cı il təvəllüdlü Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 22:59-da yüngül dərəcəli sərxoş olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx xxxxxx 2019-cu il tarixli “Təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman, sonuncu ifadəsində qeyd etdikləri xüsusatları müşahidə edilmə ardıcıllığı ilə əyani olaraq göstərmiş, Zərərçəkmiş şəxs bıçaqla vurduğu yeri əli ilə göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,xx xxxxxx 2019-cu il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi ilə əlaqədar tutulmiuş şəxsin müvəqqəti saxlama təcridxabnasından azad edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və onun Tovuz rayon PŞ-nin MSY-dən azadlığı buraxılması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 720 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər-sağ əlin İ, İİİ və İV barmaqlarının kəsilmiş yaraları; sağ əlin sıyrıqları halında qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixdə əmələ gəlmişdir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Təqsirləndirilən şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, sağ əlin İ, İİİ və İV barmaqlarının kəsilmiş yaralarının və sağ əlin ovuc səthinin sıyrığı iti kənara malik əşyanın (alətin), eləcə də şüşə qırığının kəsici təsiri, sağ əlin qançır-şişkinliyi və arxa səthinin sıyrığı isə müxtəlif şəraitlərdə, eləcə də Təqsirləndirilən şəxs yıxılaraq sağ əlinin yerin bərk səthinə dəyməsi nəticəsində əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 732 №-li ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının İV seqmentinin zədələnməis ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası, döş qəfəsinin sol yan divarının kəsilmiş yarası, alt çənənin sol yarısının səthi kəsilmiş yarası iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-ma gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2019-cu il tarixdə əmələ gəlmişdir və dərəcələrinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər iti kənara malik əşyanın (alətin), eləcə də bıçağın tiyəsinin deşici-kəsici və kəsici hissəsindən əmələ gəlməsi inkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur, Təqsirləndirilən şəxs ondan üzr istəyib, Təqsirləndirilən şəxs bağışlayıbdır. Ona görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunmasını istəmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-in Baş Əməliyyat və X3 Təqsirləndirilən şəxs barəsində tərtib etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz RPŞ tərəfindən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Qətimkan tədbirinin ləğv edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daha ciddi qətimkan tədbiri seçilməsi zərurəti yarandığından onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 4(062)-42-2019 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Tovuz Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay 16 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi bioloji ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 904/2019 MTBŞ saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs AB0 sistemi üzrə qan qrupu 0 alfa,beta /İ/dir. Ekpertizaya təqdim edilmiş bıçaq, Zərərçəkmiş şəxs məxsus şalvar (və kəmər), qolsuz gödəkçə, qolsuz mayka, uzunqol köynək, qolsuz jilet üzərində olan ləkələrdə insan qanı aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda yalnız “H” antigeni alındı. H antigeni 0 alfa,beta (İ) qrupun əsasını təşkil edir. Bu qan ləkələri 0 alfa, beta (İ) qruplu şəxsə, o cümlədən də AB0 sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində olan ləkələrdən hazırlanmış preparatlarda sitoloji tədqiqat üçün yararlı hüceyrə elementləri aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs ibtidai istintaqa təqdim etdiyi notarial qaydada təsdiq edilmiş xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİH Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəsi Y.İbrahimov tərəfində verilmiş xx.xx.2020-ci il tarixli 1022 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz şəhəri H.Aslanov küçəsi ev 73-də qeydiyyatda olmaqla, anası X9 və qardaşı X7 ibarət ailə tərkibi var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz RİH Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəsi Y.İbrahimov tərəfində verilmiş xx.xx.2020-ci il tarixli 1020 nömrəli xasiyyətnamədən görünür ki, Tovuz şəhəri H.Aslanov küçəsi ev 73-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Tovuz şəhəri ərazisində yaşadığı müddət ərzində onun və ailə üzvlərinin barəsində Tovuz RİH Başçısının Tovuz şəhəri İƏD üzrə nümayəndəliyinə heç bir şikayət ərizəsi və münaqişəli ailə kimi qeydiyyata alınmamış, ləkələyici material daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon Mərkəzi Xəstəxanasının xx.xx.2020-ci il tarixli 193 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon Mərkəzi Xəstəxanası PHŞ-in Konsultativ Poliklinika şöbəsinin ruhi əsəb və narkoloji otaqlarının dispanser qeydiyyatında dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X4 xx.xx.2020-ci il tarixli 356 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Psixiatriya xəstəxanasında qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 607-MTKŞ/2019 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthində solda 01 (bir) ədəd, arxa səthində solda 01 (bir) ədəd, sviterin ön səthində solda 02 (iki) ədəd, köynəyin ön səthində solda 01 (bir) ədəd və arxa səthində solda 01 (bir) ədəd, qolsuz maykanın ön səthində solda 02 (iki) ədəd dəlib-keçən deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr küpü, kafi itilikdə olan ülgüc və iti ucu yastı tiyə tipli deşici kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus paltarlarda (gödəkçə, sviter, köynək və mayka) aşkar edilmiş dəlib-keçən deşilmiş-kəsilmiş zədənin forma, xətti ölçüləri (əsas zədənin) və morfoloji əlamətlərinə əsasən güman etmək olar ki, deşici-kəsici alətin tiyəsinin iz törədən hissəsinin eni (səthə daxil olma səviyyəsində) 1,7-2,0 sm-ə yaxın ola bilərdi. Zərərçəkmiş şəxs bədənindəki yara kanallarının uzunluqları haqqında hər hansı bir məlumat olmadığı üçün, iz törədən alətin tiyəsinin uzunluğu haqqında fikir söyləmək mümkün olmadı. Zərərçəkmiş şəxs məxsus gödəkcənin ön səthinin sol yuxarı nahiyəsində 02 (iki) ədəd, ön səthində solda 01 (bir) ədəd, sağ qolunun ön səthinin aşağı nahiyəsində 01 (bir) ədəd, arxa səthinin yuxarı orta nahiyəsində 02 (iki) ədəd, arxa səthində solda 01 (bir) ədəd, arxa səthinin aşağı nahiyəsində orta və sol nahiyəsində 05 (beş) ədəd və sol qolunun arxa səthində 01 (bir) ədəd dəlib-keçməyən kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan iti kənarlı alətin (alətlərin) təsirindən törənmişlər. Zərərçəkmiş şəxs məxsus paltarlarda (gödəkçə, sviter, köynək və mayka) aşkar edilmiş deşilmiş-kəsilmiş və kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı ilə törənməsi inkar olunmur. Zərərçəkmiş şəxs məxsus köynəyin ön səthində sağda cırılma xarakterli zədə aşkar olundu. Bu cırılma küt yaranma mexanizminə malik olub, köynəyin müvafiq nahiyyəsinin kəskin dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus gödəkcənin sağ qolu birləşən dairəvi tikiş üzrə, sökülmə vardır. Bu sökülmə küt güvvə təsiri ilə gödəkcənin müvafiq nahiyyəsinin kəskin gərilib-dartılması nəticəsində müxtəlif şəraitlərdə əmələ gəlmişdir. Zərərçəkmiş şəxs məxsus şalvarda əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı səyahət bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Şahid1 xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxsla aralarında baş vermiş hadisə ilə bağlı barışıblar, onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz Rayon şöbəsinin xx xxxx 2020-ci il tarixli 721 nömrəli məktubundan görünür ki, xx xxxxxx 1996-cı il təvəllüdlü ünvan 1 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs xx xxxx 2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon Çağırış komissiyası tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq olunmuş hərbi həkim ekspertizası haqqında Əsasnaməyə əsasən xəstəliklər cədvəlinin 14b maddəsi (Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, anamnezində kəllə-beyin travması) ilə dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilərək ehtiyata keçirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 505 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər X1 Mərkəzinin ambulator kompleks məhkəmə-psixiatrik və məhkəmə psixoloji ekspertizasının xx xxxx 2020-ci il tarixli 323/128 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs cinayət əməlini törətməzdən əvvəl, həmin əməli törədən zaman və hazırki ekspertiza zamanı AZ İFADƏLİ ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, KƏLLƏ-BEYİN TRAVMASİ MƏNŞƏLİ (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirmişdir və keçirir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (Qazax Rayonlararası Psixiatriya Xəstəxanasından verilmiş xx.xx.2020-ci il tarixli 356 saylı arayış, Tovuz MRX PHŞ tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 193 saylı arayış, xx.xx.2019-01 il tarixli 720 saylı ekspert rəyi), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə edilməsi, hövsələsiz və narahat olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiyalarla cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs AZ İFADƏLİ ÜZVİ ŞƏXSİYYƏT POZUNTUSU, KƏLLƏ-BEYİN TRAVMASİ MƏNŞƏLİ (Psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.0 xəstəliyi keçirməsinə baxmayaraq həmin xəstəlik az ifadəli və nisbi yaxşılaşma (kompensasiya) mərhələsində olduğundan o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 -ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və ya anları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs psixi inkşafı nəzərə alınmaqla yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək qabiliyyətində olmuşdur. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, keçirdiyi xəstəliyi ilə Milli Ordu sıralarına həqiqi hərbi xidmətə çağırılmaması (Qazax Rayonlararası Psixiatriya Xəstəxanasınian verilmiş xx.xx.2020-ci il tarixli 356 saylı arayış, Tovuz MRX PHŞ tərəfindən verilmiş xx.xx.2020-cİ il tarixli 193 saylı arayış, xx.xx.2019-cu il tarixli 720 saylı ekspert rəyi), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyalırın saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə edilməsi, hövsələsiz və narahat olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiyalarla cavab verməsi və s.) az ifadəli olması əsas verir. Vət. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Vət. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla etdiyi hərəkətlərin xarakter və mənasını anlamışdır və hal-hazırda da anlayır. Vət. Təqsirləndirilən şəxs törətdiyi hüquqazidd hərəkətlərdən əvvəl adi psixi-emsional halda olmuşdur. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş, davranışının mümkün nəticələrini görə bilmişdir. Vət. Təqsirləndirilən şəxs özündən uydurmağa və yalan danışmağa meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əlavə məhkəmə-tibb ekspertizasının xx xxxx 2020-ci il tarixli 04 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs döş qəfəsinin döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının İV seqmentinin zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası, döş qəfəsinin sol yan divarının kəsilmiş yarası, alt çənənin sol yarısının səthi kəsilmiş yarası. Qeyd edilən xəsarətlər iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovux RMX-na gətirildiyi və qərarın təsviri hissəsində göstərilən xx xxxxxx 2019-cu il tarixdə əmələ gəlmişdir. Həmin xəsarətlərdən döş qəfəsinin döş boşluğuna nüfuz edən və sol ağciyərin yuxarı payının İV seqmentinin zədələnməsi ilə müşayiət olunan deşilmiş kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, döş qəfəsinin sol yan divarının kəsilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, alt çənənin sol yarısının səthi kəsilmiş yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyindən və ona Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi elan olunmuş ittihamın məzmununa əlavə və dəyişikliklər edilməklə onun Cinayət Məcəlləsinin 29,120.1-ci maddələri ilə təqsirləndilən şəxs qismində cəlb edilməklə, ona Cinayət Məcəlləsinin həmin maddəsi ilə yenidən ittiham elan edilməsinə dair qərar qəbul edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus şalvar (və kəmər), qolsuz gödəkçə, qolsuz mayka, uzunqol köynək, qolsuz jilet və cinayətin törədilmə aləti bir ədəd bıçaq maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş edilmiş xx xxxxxxxx 2020-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun zərərçəkmiş Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin mənasına görə isə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qəsdən öldürməkdə ifadə olunan əməlini başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməklə Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,120.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmişin ondan heç bir şikayət və ya tələbinin olmamasını, onunla barışmasını, Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə nəzərdə tutulan həmin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməlini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin yuxarı həddi 14 ildir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti də 14 ilin dörddə üçündən, yəni 11 il 03 aydan çox ola bilməz. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən təqdim edilmiş ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 11 il 03 ayın dörddə üçündən, yəni 07 il 10 ay 15 gündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx xxxxxx 2019-cu il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx xxxxxx 2019-cu il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi ilə əlaqədar tutulmiuş şəxsin müvəqqəti saxlama təcridxabnasından azad edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməsi və onun Tovuz rayon PŞ-nin MSY-dən azadlığı buraxılması qərara alınmış,xx xxxxxx 2019-cu il tarixli “Qətimkan tədbirinin ləğv edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində daha ciddi qətimkan tədbiri seçilməsi zərurəti yarandığından onun barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi qərara alınmış, xx xxxxxx 2019-cu il tarixli 4(062)-42-2019 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə” Tovuz Rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay 16 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək, bu iş üzrə cəmi bir gün tutulması ilə əlaqədar həbsdə saxlandığı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilmə, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsimüəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli 505 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut olub və Tovuz rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus şalvar (və kəmər), qolsuz gödəkçə, qolsuz mayka, uzunqol köynək, qolsuz jilet qanuni sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, 1 (bir) ədəd bıçaq isə məhv edilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 07 (yeddi) il 10 (on) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək bu iş üzrə cəmi 1 (bir) gün həbsdə saxlandığı müddət, ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 07 (yeddi) il 10 (on) ay 14 (on dörd) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı xx xxxxxx 2019-cu il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Tovuz rayon Prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs məxsus şalvar (və kəmər), qolsuz gödəkçə, qolsuz mayka, uzunqol köynək, qolsuz jilet qanuni sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, 1 (bir) ədəd bıçaq isə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində X14 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar