Məhkəmə qərarları › İş №1(100)-230/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-230/2023

17.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-230/2023 17.07.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı –Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Nofel oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx xxx 1998-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, məhkumluğu olmayan, Şəmkir rayonu Qasım İsmayılov kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs, 01 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Atatürk prospekti 116 A ünvanında yerləşən "xxxx" marketin qarşısında Şahid1 məxsus Toyota markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda fəhlə işlədiyi sexin rəhbəri Zərərçəkmiş şəxs işdən yaranmış borcunu ödəməməsi səbəbindən sonuncunun onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsinə görə avtomobildən düşüb yaxınlıqdakı marketdən aldığı soyuq silah hesab edilməyən istintaq zamanı müəyyən edilməmiş bıçala qəsdən Zərərçəkmiş şəxs bədən və bud nahiyyələrinə qəsdən zərbələr vuraraq sonuncuya kəskin ürək və damar çatışmamazlığı və trombemboliya ilə nəticələnən, yerli qan dövranının pozulmasına səbəb olan dizarxası arteriya və venanın kəsilməsi ilə müşahidə olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuramaya aid olan sağ baldır nahiyəsinin bir ədəd kəsilmiş-deşilmiş yarası, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid olan döş qəfəsinin sol yan səthinin bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətləini yetirməklə qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübular, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.2.4–cü və 221.3-cü maddələri ilə özünü təqsirli bilməyərək, özünü CM-nin 126.1–ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ailə üzvləri ilə birlikdə Şəmkir rayonu Qasım İsmayılov kəndinndə qeydiyyatda olmaqla yaşayır. Ailəsini dolandırmaq üçün təxminən 1 ilə yaxındır ki, Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən sellofan yığımı sexində Əli adlı şəxsin yanında işləyir. ünvan 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs əvvəllər tanıyır, belə ki, Zərərçəkmiş şəxs onun bir yerdə işlədiyi Əli adlı şəxsin şərikidir. Əli adlı şəxs ona sürücülük vəsiqəsi almış və onun adına olan cəriməni ödəmiş, onun Əliyə 1500 manat borcum yaranmışdır. O, əvvəllərdə Əli adlı şəxsin yanından çıxıb getmək istəmiş, lakin Əliyə borcu olduğu üçün onu buraxmamışdır. Zərərçəkmiş şəxslə aralarında əvvəllər heç bir vaxt mübahisə olmamışdır. Təxminən hadisədən 20 gün əvvəl Əli ilə aralarında narazılıq olduğu üçün işdən çıxıb Bakı şəhərinə getmiş, getməmişdən əvvəl Sabir ona get narahat olma, onun arxasındadır və Əli ilə söhbət edib aralarında olan narazılığı yoluna qoyacaqdır. O, Bakı şəhərində olan zaman Əli, qayınanası Ceyhunə onun baldızı Gülüş və onun oğlu Həsənlə birlikdə onun qaldığı yerə gələrək yenidən işə qayıtmağını, əgər gəlməsə onu öldürəcəyini bildirmişdir. Əlidən yerini hardan öyrəndiyini soruşan zaman, ona qaynı Kamranı döyərək Bakı şəhərində qaldığı yeri ondan öyrəndiyini demişdir. Əli və qohumları Bakı şəhərinə gəldikdən sonra Əli və onunla gələn qayınanası və onun bacısını yola saldıqdan bir neçə gün sonra Gəncə şəhərinə qayıtmış və səhəri günü Əli ilə görüşmüş, görüş zamanı Əli ona olan borcunu istəmiş, bu zaman ona hal-hazırda pulunun olmadığını və ona olan borcunu işləyərək verəcəyini demiş, zamin kimi özünə məxsus VAZ 2107 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili Əlinin yaşadığı evdə, Gəncə şəhəri C.Cabbarlı küçəsində yerləşən həyətində saxlamışdır. Avtomobilini Əligildə saxladıqdan sonra Əli Sabir ilə ilə telefon vasitəsi ilə əlaqə saxlayıb sonradan Əliyə məxsus Toyota markalı avtomobil ilə Sabiri yaşadığı evin yaxınlığından götürüb əvvəllər işlədiyi Əlinin sexi istiqamətində getmişlər. Yolda gedən zaman Əli sexin açarını götürmədiyini deyib maşını geri qaytarmış və Atatürk prospekti ilə hərəkət edən zaman maşının içərsində Sabir onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməyə başlamış, həmin vaxtı Əlidən maşını saxlamasını istəmiş, lakin Əli maşını saxlamamış və ancaq o, bir neçə dəfə dedikdən sonra Əliyə özünü pis hiss etdiyini və su almaq istədiyini dedikdən və əsəbindən ağladığını gördükdən sonra Əli idarə etdiyi maşını Gəncə şəhəri Atatürk prospektində yerləşən “Al marketin“ qarşısında saxlamışdır. Əli maşınını saxladıqdan sonra maşından düşüb “Al marketə“ girmiş, marketin içərsində olan zaman qərara gəlmişdir ki, bıçaq da alsın. Marketin içərsində olan zaman Əli marketə daxil olmuş və ondan siqaret almağını istəmiş, bundan sonra o, aldığı suyun, siqaretin, bıçağın pulu verib aldığı da bıçağı da götürüb çölə çıxmaq istəyən zaman Əli maykasından tutub dartmışdır ki, saxlasın, lakin onun əlindən çıxıb Sabirin oturduğu maşına doğru qaçmışdır. Maşına yaxınlaşan zaman maşının qapısını açan kimi Sabir içərdən ona təpik atmış, bundan sonra əlindəki mətbəx bıçağı ilə onun ayağına bir bədən hissəsinə də bir bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Əli maşına oturub maşını işə salıb Sabiri aparmış, o da əlindəki bıçaqla qayınanasının yaşadığı ünvan 3 ünvanına getmişdir. Hadisən 5-10 dəqiqə sonra, yəni yolda Əliyə zəng edib baş vermiş hadisənin nə ilə nəticələndiyini və Sabirin vəziyyətini soruşmuşdur. Əli həmin vaxtı onun ünvanına nalayiq ifadələri işlətmiş və telefonu keçirmişdir. Həmin vaxtı özündə olmamış, Zərərçəkmiş şəxs vuraraq xəsarət yetirdiyi məətbəx bıçağını qayınanasının yaşadığı Gəncə şəhəri 1-ci mik-da binana 3-ün yaxınlığında olan zibil qabına atmışdır. Hadisə təxminən 1-2 dəqiqə davam etmişdir. Sabir avtomobildə onu və ailə üzvlərini nalayiq ifadələrlə söyüb təhqir etmiş, şəxsiyyətini alçaldan ifadələr işlətdiyi üçün o əsəbləşərək özündən sıxmış və məcbur olub mağazadan bıçaq alaraq onun ayağına vurmuşdur. O, Zərərçəkmiş şəxs bıcaqla vuran zaman ətrafda heç kim olmamışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, təxminən bir il bundan əvvəl əvvəllər tanıdığı Əli adlı şəxslə tullantı salafanlarının yığımı ilə məşğul olmağa qərara gəlmişdir. Şahid1 ilə birlikdə Gəncə şəhəri Poçt qəsəbəsində kirayəyə anbar götürmüşlər və tullantı salafanlarının yığımına başlamışlar. Həmin vaxtı bibisi oğlu Vüqar da onlarla birlikdə işləməyə başlamışlar. Bir müddət keçdikdən sonra onlara işçi lazım olmuş, o da Gəncə şəhəri 1-ci mik-da yerləşən “Həsən“ marketə öz telefon nömrəsini qoymuşdur ki, əgər işçi olarsa onunla əlaqə saxlasın. Təxminən bir ay keçdikdən sonra “ Həsən “ marketdən tullantı salafanlarını götürən zaman marketdə işləyən işçi ona Gəncə şəhəri 1-ci mik-da yaşayan bir nəfərin işləmək istədiyini bildirmişdir. Həmin günün səhəri adını sonradan öyrəndiyi Nurməmməd adlı şəxs işlədikləri Gəncə şəhəri Poçt qəsəbəsi Abbas Səhət küçəsində yerləşən sexə gələrək onlara işləmək istədiyini bildirmişdir. O və şəriki Əli Nurməmməd adlı şəxslə söhbət etdikdən sonra onunla işləməyə razılıq vermişlər. Şəriki Əli ilə birlikdə Nurməmmədə ilk ayı 350 manat sonra əgər işlər yaxşı gedərsə əmək haqqını 450 manata qədər qaldıracaqlarını bildirmişlər Nurməmməd də razılaşmışdır. Təqsirləndirilən şəxs iki ay onlarla işlədikdən sonra səhər Nurməmmədə zəng edəndə ona zəng çatmamışdır. Nurməmmədin yaşadığı Gəncə şəhəri 1-ci mik-da yerləşən binanın qarşısına getmişdir ki, Nurməmmədi tapsın. Lakin həmin vaxtı Nurməmmədi tapa bilməmiş, bir müddət keçdikdən sonra şəriki Şahid1 zəng edərək Nurməmmədi axtarmamağını bildirmiş, belə ki, Təqsirləndirilən şəxs Şəmkir rayonunda kəndlərdən oğurluq etdiyi üçün Şəmkir polisi tərəfindən saxlandığını bildirmişdir. Həmin günün səhəri Şəmkir rayonu Kür qəsəbəsində olan Polis Bölməsinə getmiş və polis bölməsində məlum olmuşdur ki, Təqsirləndirilən şəxs icarəyə götürdükləri “Ford” markalı avtomobil ilə Şəmkir rayonunda oğurluq etmişlər. Həmin hadisədən bir neçə gün keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən işinə, yəni işlədikləri sexə qayıtmış, onlarla üç ay işlədikdən sonra icarə əsasında işlətdikləri və Təqsirləndirilən şəxs idarə etdiyi “ Ford“ markalı avtomobili aşırmış, ancaq buna da əhəmiyyət verməmişlər və avtomobili düzəldirib işləməyə davam etmişlər. Sonradan onlara məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Gəncə şəhərində onlara əməkdaşlıq etdikləri marketlərdən pul yığmağa və işlədikləri sexdən topladıqları salfanlardan oğurlamağa başladığını öyrənmişlər. Həmin vaxtı Nurməmməd qaynı Kamranla birlikdə işləmiş, o və şəriki Şahid1 Nurməmmədin Gəncə şəhərində əməkdaşlıq etdikləri marketlərdən pul toplamasını və sexdən mal oğurlamasını bildiklərini öyrəndiyi üçün arvadı Aysu və qaynı Kamranla birlikdə Bakı şəhərinə getmişlər. İcarə əsasında işlətdikləri “Ford” markalı avtomobilin akumulyatorunu söküb və eyni zamanda onda olan və tullantı salafan almaq üçün verdikləri 2000 manat puluda götürmüşdür. Nurməmmədlə əlaqə saxlamaq istəmişlər, ancaq saxlaya bilməmişlər. Nurməmməd bir müddət keçdikdən sonra şəriki Şahid1lə əlaqə saxlamış, şəriki Əli ona zəng edərək Nurməmmədin Bakı şəhərindən qayıtdığını demişdir. Həmin vaxtı Əliyə demişdir ki, gəlsin onu da götürsün, Nurməmmədlə birlikdə söhbət etsinlər. Təxminən yarım saat keçdikdən sonra Əli özünə məxsus Toyota Camery markalı avtomobil ilə onu yaşadığı evdən götürmüş, o, avtomobilə minən zaman görmüşdür ki, Nurməmməd avtomobildə arxada oturmuşdur. O, avtomobilə oturduqdan sonra Nurməmmədə sual vermişdir ki, niyə onların adından əməkdaşlıq etdikləri mağazalardan yığdığı pulları və malın pulunu götürmüşdür. Nurməmməd də malın pulunu götürmədiyini və adlarından istifadə edərək Gəncə şəhərində əməkdaşlıq etdikləri marketlərdən pul yığmadığını bildirmişdir. Bu zaman o, Gəncə şəhərində əməkdaşlıq etdikləri bir neçə mağaza sahibinə zəng etmiş və onlar da təsdiq etmişlər ki, həqiqətən Nurməmməd həmin mağazalardan onların adından istifadə edərək pul yığmışdır. Bundan sonra Nurməmməd avtomobilində etiraf etmişdir ki, həqiqətən Gəncə şəhərində onların əməkdaşlıq etdikləri bir neçə mağazadan adlarından istifadə etməklə pul yığmış və mal almaq üçün ona verdikləri pulu götürərək Bakı şəhərinə getmişdir. Bundan sonra Nurməmmədin bu hərəkətlərinə əsəbləşib ona bir neçə ağır söz demiş və işlədərək pulunu ödətdirəcəyini demişdir. Bu zaman Nurməmməd özünü pis hiss etdiyini deyərək kövrəlmiş və Əlidən avtomobili saxlamağı istəmişdir ki, mağazadan su və siqaret alsın. Sonra Əli idarə etdiyi avtomobili Gəncə şəhəri Atatürk prospektində yerləşən "xxxx" marketin qarşısında saxlamış, Əli avtomobili saxladıqdan sonra Nurməmməd avtomobildən düşüb marketə getmiş, bir müddət keçdikdən sonra şəriki Əli Nurməmməd gec gəldiyi üçün avtomobildən düşmüş və onun dalınca marketə getmişdir. Həmin vaxtı Əli ondan nəsə istədiyini soruşmuş, o da siqaret istədiyini demişdir. Əli avtomobildən düşüb marketə getdikdən 10-15 dəqiqə sonra Nurməmməd marketdən çıxıb oturduğu avtomobilin istiqamətində gəlməyə başlamışdır. O, bir anlıq eşitmişdir ki, Əli qışqırır ki, qapını bağlasın. Həmin vaxtı o nə olduğunu anlamadan Nurməmməd Əliyə məxsus Toyota markalı avtomobilin qapısını açıb əlində ki, bıçaqla ona zərbələr endirməyə başlamışdır. Həmin vaxtı o, özünü müdafiə etmək məqsədi ilə ayağını qaldırmış və Nurməmmədə müqavimət göstərməyə çalışmış, lakin buna baxmayaraq Nurməmməd əlindəki bıçaqla ayağına və bədəninə zərbələr etmişdir. Sonra isə çıxıb getmişdir. Həmin vaxtı Əli avtomobilə oturub onu Gəncə Beynəlxalq xəstəxanasına aparmışdır. Əvvəllər Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmuş, lakin o, Təqsirləndirilən şəxs onlara etdiklərini, yəni əməkdaşlıq etdikləri mağazalardan onların adından pul yığmasını və ona mal almaq üçün verdikləri pulu götürüb Bakı şəhərinə getməsini üzə çıxardıqdan sonra münasibətləri pozulmuşdur. Hadisə baş verən günü o, Şahid1 avtomobilində Təqsirləndirilən şəxs subut etmişdir ki, onların adından Gəncə şəhərində əməkdaşlıq etdikləri marketlərdən pul yığmış və ona mal almaq üçün verdikləri pulu götürüb Bakı şəhərinə qaçıb getmişdir. Nurməmməd avtomobildə olan zaman onun üzərində bıçaq olmamışdır. Onlara qarşı etdiklərini üzə çıxardıqdan sonra Nurməmməd özünü narahat hiss etmiş və şəriki Əlidən avtomobili saxlamasını, guya marketdən su və siqaret alacağını bildirmiş, elə həmin vaxtı marketdən bıçaq alıb onu vurmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmiş və həmin vaxtı ətrafa şəxslərin gəlməsinə fikir verməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçi olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, lakin atası ilə birlikdə yol kənarlarında olan tullantı sellofanları yığıb, Şəki şəhərində olan sexə vermişlər. Şəmkir rayonu Qasım İsmayılov kəndində yaşayan Təqsirləndirilən şəxs 1 il olar ki, tanımış, belə ki, sellofan yığmaq üçün istifadə etdikləri avtomobildə sürücü işləmişdir. Gəncə şəhər Şəhriyar küçəsi ev 17-də yaşayan Zərərçəkmiş şəxs onunla şərikdir və bir yerdə işləyirlər. Onlarla heç bir düşmənçiliyi və yaxud da ədavəti olmamışdır. Sabirlə Nurməmmədin yanında münasibətləri yaranmışdır, sonradan ailəvi gediş-gəlişləri olmuşdur. Sonradan Nurməmməd iş yerində narazılıq yarandığı üçün çıxıb getmişdir. Nurməmmədin onun atasına 2100 manat da borcu var idi. Belə ki, Nurməmməd avtomobilinin cərimələrini sildirməkdən ötrü atasından borc pul almış, lakin borcunu verməyərək Bakı şəhərinə qaçmışdır. Nurməmməd Bakı şəhərinə getməmişdən qabaq ona sellofan almaq üçün verdiyi 700 manat nəğd pulu götürüb onlardan xəbərsiz Bakı şəhərinə qaçmışdır. O da Nurməmmədlə danışaraq ona demişdir ki, gəlsin işinə çıxsın, onun aylıq maaşını da qaldıracaq, həm işləsin, həm də borcunu versin. Həmçinin Nurməmmədin qayınanası da bir dəfə onun arxasınca Bakı şəhərinə getmişdir. Sabirlə Nurməmməd arasında mübahisə olmuş və onlar küsülü olmuşlar. 01 oktyabr 2022-ci il tarixdə saat 17 radələrində Nurməmmədlə söhbət edən zaman ona demişdir ki, ailəlidir, işləməlidir, gəlib sabahdan çıxsın işinə, həm pul qazanıb ailəsinə baxsın, həm də onlara olan borcunu az-az qaytarıb versin. Nurməmməd ona demişdir ki, Sabirlə gedib danışsın, Sabirlə telefonla danışıb, Nurməmmədin onunla barışmaq istədiyini demişdir. O da etiraz etməmiş, sonra idarə etdiyi Toyota Camry markalı **-BM-*** dövlət qeydiyyat nişalı avtomobillə Nurməmməd də qabaqda oturmuş getmişlər Sabirgilə. Sabiri Bağmanlar qəsəbəsindən evindən götürüb şəhərin mərkəzinə gəlmişlər. O, maşından düşüb bankomatdan pul çıxartmış, maşına qayıdanda görmüşdür ki, Sabirlə Nurməmməd sözlə mübahisə etmişlər. O da onlara məsləhət görmüşdür ki, təzə barışıblar, mübahisə etmək lazım deyil. Sonra maşınla Gəncə şəhəri, Atatürk prospekti ilə gedən zaman Nurməmməd Sabirə demişdir ki, “sən mənə peysər ana və bacısı pozğun olduğunu deyibsən”. O da onlara bir daha sakit olmalarını bildirmişdir. Sonra Nurməmməd "xxxx" marketin qarşısında olan zaman ağlaya-ağlaya ona demişdir ki, maşını saxlasın, marketdən su alacaq. Nurməmməd maşından düşüb gedəndən sonra o da marketə getmişdir ki, siqaret alsın. O, marketdən siqaret alıb ödəniş etmək üçün kassanın yanında olan zaman kassanın yanında orta ölçülü mətbəx bıçağı görmüş, ancaq elə başa düşmüşdür ki, bıçaq dükana məxsusdur. Lakin Nurməmməd bıçağı götürən zaman başa düşmüşdür ki, o bıçaqla bir qədər əvvəl maşında mübahisə etmiş Sabiri vura bilər. Ona görə də bıçağı onun əlindən alsa da bıçaq yerə düşmüşdür. Nurməmməd də bıçağı əyilib yerdən götürən zaman onun əynində olan paltardan tutmuş, lakin Nurməmməd çırpınıb qaçmaq istədiyi üçün paltar cırılıb əlində qalmışdır. Nurməmməd də əlində bıçaq maşına tərəf qaçmışdır. O da uzaqdan Sabirə qışıqırıb demişdir ki, maşının qapılarını bağlasın, Nurməmmədin əlində bıçaq var, onu vuracaq. Lakin Sabir uzaqdan onu eşitmədiyi üçün Nurməmmədin arxasınca maşına tərəf qaçmışdır. Nurməmməd Sabir əyləşən tərəfdə maşının qapısını açaraq əlindəki bıçağı bir neçə dəfə ona atmış, o bu zaman çatıb Nurməmmədi qucaqlayıb kənara çəkmişdir. Həmin vaxt Sabir ona demişdir ki, kömək etsin, xəsarət alıbdır. Sonra Sabirin bədənindən güclü qan axmağını görüb tez idarə etdiyi avtomobilə əyləşmiş və Sabiri Beynəlxalq xəstəxanaya aparmışdır. Xəstəxanada Sabiri həkimlər əməliyyat etmişlər. 01 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" marketin qarşısında Sabirlə Nurməmmədin mübahisəsi və sonuncunun Sabiri bıçaqla vurub xəsarət yetirməsi təxminən 4-5 dəqiqə davam etmiş və həmin vaxt ətrafa kənar şəxslər toplaşdığına fikir verməmişdir. Təqsirləndirilən şəxs ümumilikdə 6710 manat pullarını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs işlədiyi sexdən 1 ton 500 kq mal əksik gəlmiş, yəni 1300 manat dəyərində mal yoxdur, salafan almaq üçün ona verdiyi 700 manat pulu, 280 manat, 180 manat pulu, bundan başqa Gəncə şəhəri Cavadxan qəsəbəsində yerləşən Natiq adlı şəxsə məxsus mağazaya 250 manat pulu verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir, təqaüdçüdür. Şahid1 doğma oğludur. 2022-ci ilin fevral ayında oğlu Əli yanına gələrək bildirmişdir ki, tanışı Sabir ilə birlikdə sellofan tullatılarının yığımı ilə məşğul olmaq istədiyir. Bundan sonra oğlu Əli və onun tanışı Sabir ilə görüşdükdən sonra oğlu Əli və onun tanışı Sabirə 10000 min manat pul vermişdir ki, onlar işə başlasınlar. İlk olaraq onlar bir Fort markalı maşın götürüb şəhərdə sellofan yığmağa başlamışlar. Bir müddət keçdikdən sonra oğlunun şəriki Sabir əlavə maşın götürmüşlər. Bunu götürdükdən sonra Sabiri çağırmış və öz narazılığını bildirmişdir. Sabirin götürdüyü ikinci maşını Sabirin qohumu Vüqar adlı şəxs sürməli idi. Vüqar maşını təxminən 20 gün keçdikdən sonra oğlu Əliyə demişdir ki, qızı xəstəllənib və təcili Türkiyə Respublikasına gedəcək və özü ilə Nurməmməd adlı şəxsi gətirmiş ki, ikinci maşını sürsün. O, narazılıq etsə də, sonunda Nurməmməd onlarla işləməyə başlamış, sonradan məlum olmuşdur ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsi yoxdur. Ona bildirmişdir ki, sürücülük vəsiqəsi olmasa işləyə bilməz, bundan sonra Nurməmməd bildirmişdir ki, 1500 manat cəriməsi olduğu üçün sürücülük vəsiqəsini ala bilmir və ona cərimələrini ödəməsi üçün 1500 manat borc pul versin. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsini aldıqdan sonra işləməyə başlamış, belə ki, oğlunun şəriki Sabir kənar rayonlarla işləmiş, Nurməmməd işə Gəncə şəhərinin içərsində olan məntəqlərdən malı yığmışdır. Əli bir müddət keçdikdən sonra ona malın əksik olduğunu bildirmişdir. 2022-ci ilin iyun ayında Əli xəstə olduğu üçün işə gedə bilmədiyi üçün anbara Nurməmmədin qaynı Kamran nəzarət etmişdir. O da Əliyə bildirmişdir ki, anbara baxınsın görsün harasa dağılmayıb ki. Onlar gedib anbara baxmışlar və məlum olmuşdur ki, anbarda heç bir dağıntı yoxdur. xx.xx.2022-ci il tarixdə sonuncu dəfə anbarda hesab apardıqdan sonra dövriyədə 18.000 min manat pul olduğu məlum olmuş və demək olar ki, başa-baş çıxmışlar. Həmin vaxtı Nurməmmədin qaynı Kamran işləmişdir. Bundan sonra Əliyə demişdir ki, qazancları çox azdır. Oğluna niyə belə olduğunu soruşanda oğlu Əli ona malın kimsə tərəfindən oğurlandığını demişdir. Sonradan anbarı onlara icarəyə verən Məhərrəm adlı şəxslə əlaqə saxlamış, o isə anbarın çölündə müşahidə kamerasının olduğunu və anbarın mühafizəçi tərəfindən qorunduğunu bildirmişdir. Bundan sonra oğlu Əli və onun şəriki anbarda olan malı çəkdikdə məlum olmuşdur ki, maldan 1 ton 300 kq əksikdir. Bu hadisən sonra oğlu Əli və şəriki Sabir Kamranı işdən çıxarıb anbarı Nurməmmədə həvalə etmişlər. Anbar Nurməmmədə həvalə olunduqdan sonra o, 30 qəpikdən keyfiyətsiz mal alıb oğlu Əlidən hər kiloya 80 qəpik almış və bütün bu hadisələrdən sonra onlara təxminən 4000 manata yaxın ziyan dəymişdir. Bütün bu hadisələrdən sonra oğlu Əli və şəriki Sabir qəflətən yenidən anbarı yoxlayanda yenidən 1 ton mal əksik çıxdıqdan sonra Əli Nurməmmədi qovmuşdur ki, getsin ya malın pulunu və ya da malı yerinə qoysun. Həmin vaxtı bir həftə ərzində Nurməmməd hissə-hissə malı gətirib çıxarmışdır. Baş vermiş hadisələrdən sonra Əli artıq özü anbarda malları qəbul etməyə başlamışdır. 2022-ci ilin sentyabr ayında Nurməmməd icarəyə götürdükləri Ford markalı maşını Göygöl rayonu ərazisində aşırdığı üçün onlara 1600 manat ziyan dəymiş, həmin pulu oğlu Nurməmmədin ödəmək şərti ilə verib maşını düzəltirmişdir. 2022-ci ilin senyabr ayının 24-də Əli şəriki Sabir ilə onlara gəlmiş və bildirmişlər ki, Nurməmməd axşamdan Əlinin ona mal almaq üçün verdiyi 700 manat pulu və idarə etdiyi Ford markalıl avtomobilin akumulyatorunu söküb qaynı Kamran və arvadı ilə birlikdə Bakı şəhərinə qaçmışdır. Sonradan məlum olmuşdur ki, Nurməmməd özünə lambardan yeni VAZ 2107 markalı avtomobil almış və həmin maşınla qaçmışdır. Nurməmmədin maşını aldığı lambard məlumat vermişdir ki, Nurməmməd pullarını da götürüb qaçmış, ola bilsin ki, maşını satsın və bundan sonra lambardın sahibləri polisə müraciət etmişlər və avtomobilə saxla statusu vermişlər. 29 sentyabr 2022-ci ilin tarixdə Nurməmmədin babası, nənəsi, qayınanası Ceyhunə və qayınatası Rövşən onlara gələrək Nurməmmədin xahişini etmişlər ki, şikayət etməsinlər. O da demişdir ki, gətirsin mənimsədiyi pulları versin yoxsa şikayət edəcək. Bundan sonra Nurməmməd Əliyə sms yazaraq mənimsədiyi pulları işləyib geri qytaracağını bildirmişdir. 01 oktyabr 2022-ci il tarixdə Əli bildirmişdir ki, Nurməmməd gəlib-gedir, onunla görüşsün. O da Əliyə demişdir ki, getsin onunla görüşsün və yanına gətirsin. Həmin günü təxminən saat 19 radələrində Nurməmmədin özü onlara gəlmiş, bundan sonra Nurməmməd lambarddan aldığı maşını qonşunun qapısının ağzında qoyub Əliyə maşının açarını və sənədləri vermiş, oğlu da sənədləri və açarı ona verib Nurməmmədlə küçənin başında görüşməyə getmişdir. Əli getdikdən sonra Nurməmmədin qayınanası Ceyhunə və qayınatası Rövşən onlara gəlmişlər. Ceyhunə xahiş etmişdir ki, Nurməmməd gəlmiş, icazə versin Əlinin yanında işləsin və onlara olan borcunu ödəsin. Həmin vaxtı Əli zəng etmişdir ki, Nurməmməd yanındadır, qayınanası və qayınatasına görə, onların xətrinə Nurməmmədi bağışlayır, səhərdən gəlsin işləsin. Həmin günün səhəri saat 08 radələrində yuxudan durmuş və görmüşdür ki, Əlinin maşını yoxdur, keçmiş onun otağına və görmüşdür ki, yeri açılmamışdır. Bundan sonra Əliyə zəng etmiş və ondan harda olduğunu soruşanda, ona heç nə deməmiş və evə gəlib hər şeyi danışacağını bildirmişdir. Təxminən saat 11 radələrində Əli evə gəlmiş və Nurməmmədin Sabiri bıçaqla vurduğunu bildirmişdir. Hadisənin neçə olduğunu soruşanda Əli Nurməmməd ilə görüşdükdən sonra Sabir gilə getdiklərini, Sabiri evdən götürdükdən sonra Altun şadlıq sarayına getdiklərini, şənlik evində oğlunun bir nəfərlə görüşüb maşına qayıtdıqda Sabir ilə Nurməmmədin mübahisə etdiklərini gördüyünü və Nurməmmədin Sabirə “sən niyə mənə peysər dediyini” soruşmuş Sabir isə cavabında ona “bəli sən peysərsən dediyini” eşitmiş və maşını sürüb getdiyini, həmin vaxtı Nurməmmədin Atatürk prospektində Al marketin qarşısında Əlidən maşını saxlmasını, düşüb marketdən su almaq istədiyini dediyi üçün Əli maşını saxlamış, bundan sonra əvvəlcə Nurməmmədin maşından düşmüş, sonradan isə oğlu Əli maşından düşüb marketə getmiş və oğlu kassada bir ədəd mətbəx bıçağının olmasını görmüş, bundan sonra Nurməmmədin həmin bıçağı götürüb çölə qaçan zaman onu saxlamaq istəsədə əynində ki, mayka çırılmış və əlindən çıxıb maşında oturan Sabiri bıçaqla vurduğunu bildirmişdir. Sonradan oğlu Əli Sabiri öz maşını ilə Gəncə şəhər Beynəlxalq xəstəxasına aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs əridir. Onunla təxminən bir ilə yaxındır ki, ailəlidir. Əri Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayından sonra Şahid1 adlı şəxsin yannında sellofan sexində işləməyə başlamış, həmin vaxtı Sabir adlı şəxsdə Şahid1lə birlikdə işləmiş, onlar şərik olmuşlar. Təxminən 2022-ci ilin mayında qardaşı Kamranda onların yanında 15-20 gün işləmiş, ancaq sexə daxil olan mallarda əksik gəldiyi üçün və qardaşı Kamranın onlara 1500 manat borcu yarandığı üçün işdən çıxmışdır. Ancaq həyat yoldaşı Nurməmməd Əli və Sabirlə işləməyə davam etmiş, əri Nurməmməd Əli və Sabirlə birlikdə işləyən zaman onların münasibəti yaxşı olmuş və hətta Əli yoldaşı Nurməmmədin maaşını 500 manata qədər qaldırmışdır. Həyat yoldaşım Nurməmmədin sürücülük vəsiqəsi olmadığı üçün Əlinin atası Şahid2 Nurməmmədə sürücülük vəsiqəsinin alınmasında köməklik etdiyi üçün Nurməmmədin Əliyə borcu yaranmışdır. Hər ay Nurməmməd aldığı maaşdan həmin borcunuda ödəmişdir. 2022-ci ilin senyabr ayında yoldaşı Nnurməmməd işdən çıxmış, çünki artıq Əli və Sabirlə işləyə bilməmiş, ziyan olduğu üçün işdən çıxmaq qərarını vermiş və 25 sentyabrında yoldaşı Nurməmmədin kreditlə aldığı VAZ 2107 markalı avtomobil ilə Bakı şəhərinə işləmək üçün getmişlər. Həmin vaxtı qardaşı Kamranda onlarla getmişdir. Lakin bir neçə gün sonra Əli həyat yoldaşına zəng edərək onu yenidən Gəncə şəhərinə öz köhnnə işinə çağırmış və Nurməmməd razılaşmışdır. Səhəri günə yoldaşı işdən icazə almasına baxmayaraq Əli Nurməmmədi axşam saat 18:00 Gəncə şəhərinə çağırmışdır. Nurməmməd onunla birlikdə özünə məxsus VAZ 2107 markalı avtomobil ilə Gəncə şəhərinə gəlmiş və onu anası gilə düşürdükdən sonra getmiş Əli ilə görüşməyə. Nurmməmməd Əli ilə görüşə getdikdən təxminən 1 saat sonra Nurməmməd ona zəng etmişdir ki, Sabiri bıçaqla vurmuşdur. Nurməmməd ona demişdir ki, Sabir onu söyüb təhqir etdiyi üçün əsəbləşib onu vurmuşdur. Hadisədən əvvəldə Sabir telefon vasitəsi ilə ərini söymüş və bundan əlavə Nurməmmədin dediyinə görə görüşən vaxtıda ona söydüyü üçün Sabiri bıçaqla vurmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs bacısı Şahid7 həyat yoldaşıdır. 2022-ci ilin may ayının əvvəllərində yeznəsi Nurmməmmədə məxsus VAZ 2107 markalı avtomobili ağaca vurduğu üçün Nurməmmədə demişdir ki, yanında işləsin və maşının təmir olunmasına kömək etsin. Nurməmməd həmin vaxtı Əli adlı şəxsin yanında sellofan yığımı ilə məşğul olmuş, həmin gündən sonra yeznəsi Təqsirləndirilən şəxs yanında, yəni onun işlədiyi sellofan yığımı sexində sexə daxil olan malların çəki eləyib onları qəbul etmişdir. Təxminən həmin sexdə 15-20 gün işləmiş, bir müddət işlədikdən sonra Şahid1 hesabat etdikdən sonra bildirmişdir ki, gələn malların çəkisində əksik var və Şahid1 1500 manat borcu yaranmışdır. Hesabat apardıqdan sonra artıq çəkidə durmamış və həmin vaxtdan Nurməmmədə başqa cür, yəni malların yığılıb boşaldılmasında kömək etməyə başlamışdır. Şahid1 borcu yarandıqdan sonra anası Ceyhunə və atası Rövşən Şahid1 atası Şahid2 yanına getmişlər və bildirmişlər ki, onllara yaranan borcunu hissə-hissə ödəyəcək, elə həmin vaxtı borcundan 300 manat pul vermişlər. Özüm talesemiya xəstəsi olduğu üçün həkim komisiyasından keçmək üçün onu Bakı şəhərinə çağırmışlar, elə həmin vaxtı bilmişdir ki, bacısı Aysu və həyat yoldaşı Nurməmməd Bakı şəhərinə gedirlər. Onlarla Bakı şəhərinə getmiş 2 gün sonra yenidən Gəncə şəhərinə qayıtmışdır. 01 oktyabr 2022-ci il tarixdə saat 18 radələrində Gəncə şəhəri, Atatürk prospektində yerləşən "xxxx" marketin qarşısında Sabirlə Nurməmmədin mübahisəsi və sonuncunun Sabiri bıçaqla vurması barədə heç bir xəbəri olmamışdır. O, hadisəni baş verdiyi gün axşam saatlarında Nurməmmədi axtaran və yaşadığı binanın qarşısına gələn polis əməkdaşlarından öyrənmişdir. Həmin vaxtı Nurməmmədin qardaşı Sərxana zəng edib hadisə barədə soruşanda, ona Sabirin Nurməmmədə söydüyü üçün Nurməmmədin Sabiri bıçaqla vurduğunu demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanımır onunla heç bir ədavəti yoxdur. 2021-ci ilin iyul ayından “Al“ marketlər şəbəkəsinin Gəncə şəhərində yerləşən müxtəlif mağazalarında satıcı kimi işləmiş, hazırda “Al“ market MMC-nin Samux şəhərində yerləşən mağazasının müdiri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işdə olmuş, həmin vaxtı onunla birlikdə mağzada kassir satıcı işləyən Şahid4 bildirmişdir ki, çay içmək istəyir və ona mağazanın arxa tərəfində yerləşən otağında çay içməyə icazə vermişdir. Mağazanın işi ləngiməsin deyə kassada onu əvəz etmişdir. O, kassada olan zaman içəriyə bir nəfər adını bilmədiyi şəxs daxil olmuş, həmin şəxs mağazada təxminən 4-5 dəqəqə gəzdikdən sonra əlində mağazada satılan mətbəx bıçağı ilə birlikdə kassaya yaxınlaşmışdır. Həmin vaxtı kassada digər müştərilər olduğu üçün onları yola saldığı üçün həmin şəxs kassada gözləməli olmuşdur. Bu zaman bir nəfər adını bilmədiyi şəxs mağazaya daxil olaraq mətbəx bıçağı almaq istəyən şəxsdən niyə gec gəldiyini və istədiyi şeyləri tapa bildiyini soruşan zaman həmin şəxs aldığı mətbəx bıçağından başqa yarım litirlik su götürmüşdür. Sonradan mağazaya daxil olan dolu oğlan isə “ Kent-4 “ markalı siqaret istəmişdir. O, mağazada olan müştərini yola saldıqdan sonra növbə həmin şəxsə çatmış, suyu və siqareti vurduqdan sonra mağazaya sonradan daxil olan şəxs, bıçağını alan şəxsin mağazadan çölə çıxmaq istəyəndə onu tutmaq istəmiş, lakin həmin şəxsin əynində olan qısaqol yay köynəyi cırılmış və o, mağazadan aldığı və əlində olan bıçaqla yolun kənarında dayanmış nömrəsini görmədiyi “Toyota“ markalı avtomobilə tərəf qaçmışdır. Təxminən 5-6 dəqiqə sonra küçədən səs-küy gəlmiş və mağazanın qapısından çölə baxan zaman görmüşdür ki, mağazaya sonradan daxil olan dolu şəxs mağazaya ondan əvvəl daxil olan və mağazadan mətbəx bıçaq alan şəxsi aralamağa çalışır. Sonradan həmin dolu şəxs avtomobilin sükanına oturmuş, avtomobili hərəkət edirməyə başlamışdır. Mağazadan bıçaq alan şəxs isə bir neçə dəqəqə sonra sakit şəkildə Adil xan Ziyadxanov küçəsi ilə üzü “Beynəlxalq“ xəstəxana istiqamətində getmişdir. Hadisə baş verdikdən 10-15 dəqiqə sonra işlədiyi mağazaya mülki geyimdə iki nəfər gələrək özlərini polis əməkdaşı kimi təqdim etmişlər və mağazanın müşahidə kameralarına baxmaq istəmişlər. Həmin polis əməkdaşları ilə müşahidə kameralarına baxan zaman görmüşdür ki, mağazaya müştəri kimi daxil olan adını bilmədiyi şəxs mağazadan mətbəx bıçağı alaraq həmin bıçaqla mağazanın qarşısında dayanmış “Toyota“ markalı avtomobilə tərəfə qaçaraq əlindəki bıçaqla avtomobilin içərisində olan adını və özünü görmədiyi, lakin həmin vaxtı səsini eşitdiyi şəxsi bıçaqla vurmuşdur. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində işlədiyi mağazanın qarşısında həmin hadisə baş verən zaman mağazanın iş fəaliyyəti pozulmamışdır. İstintaq zamanı ifadəsində mağazanın iş fəaliyyətinin pozulması barədə yazılanların mənasını başa düşməmiş, müstəntiq yazmış o da imza etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Atatürk prospekti 116A ünvanında yerləşən AL marketin qarşısıdır. “Paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qırmızı rəngli kişi üçün gödək yay şalvarı baxış keçirilərək gələcəkdə ekspertizaya təqdim olunması məqsədi ilə götürülmüş və bu barədə protokol tərtib edilmişdir. Video görüntüyə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri Atatürk prospektində yerləşən və hadisə yerinin yaxınlığına quraşdırılmış Gəncə Təhlükəsiz şəhər kamerasından və "xxxx" marketə quraşdırılmış müşahidə kamerasından götürülmüş görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, bir nəfər arıq bədən quruluşlu şəxs "xxxx" marketin kassasından bir ədəd mətbəx bıçağına oxşar kəsici deşici aləti götürüb mağazadan çölə çıxmaq istəyir, bu zaman onun yanında olan dolu bədən quruluşlu şəxs ona mane olmaq istəyir, lakin həmin dolu bədən quruluşlu şəxsin əlindən dartınıb çıxaraq mağazadan çölə tərəf çıxıb, mağazanın çölündə olan avtomobilə tərəf yaxınlaşır. Həmin vaxtı ətrafa kənar şəxslər toplaşır. Bir müddət sonra həmin avtomobil oradan uzaqlaşıb H.Əliyev prospektində hərəkətini davam etdirir. Diskə baxışla əlaqədar protokol tərtib edilmişdir. “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsini yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yeri, daha sonra bıçağı tulladığı yeri əyani olaraq göstərmişdir. Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Atatürk prospekti 116A ünvanında yerləşən “ AL “ marketin qarşısında baş vermiş hadisə zamanı Təqsirləndirilən şəxs tanışı Zərərçəkmiş şəxs vurduğu bıçağın yerini müəyyən etmək mümkün olmamış, hadisə vaxtı ətrafda olan şəxslər narahat olsa da həmin şəxslərin dairəsini müəyyən etmək mümkün olmamış, eyni zamanda hadisənin şahidi olmuş Şahid1, Şahid4 və Şahid3 dindirilməsi üçün istintaqa təqdim edilmiş, Gəncə şəhəri Atatürk prospekti 116A ünvanında yerləşən “ AL “ marketin müşahisə kameralarından götürülmüş görüntülən də istintaq təqdim edilmişdir. Həmçinin keçirilmiş əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında əvvəllər heç bir ədavət və düşmənçilik olmamışdır. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 2019 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində kəskin ürək və ya damar çatışmamazlığı və trombemboliya ilə nəticələnən, yerli qan dövranının pozulmasına səbəb olan dizarxası arteriya və venanın kəsilməsi ilə müşahidə olunan sağ baldır nahiyəsində bir Ədəd, döş qəfəsinin sol yan səthində bir ədəd deşilmiş-kəsilmiş yaralar aşkar edildi. qeyd edilən xəsarətlər deşici - kəsici əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir. Sağ baldır nahiyəsinin və döş qəfəsinin sol yan səthinin deşilmiş-kəsilmiş yaralarının əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci i1 tarixə uyğun gəlir, dərəcələrinə görə sağ baldır nahiyəsinin deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir, döş qələsinin sol yan səthinin deşilmişkəsilmiş yarası isə sağlamlığın qısa müddətə bozülmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir Vət. Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində yuxarıda göstərilən xəsarətlərdən başqa döş qəfəsinin sağ yarısının ön səthində bir ədəd sağalmış yaranın izi olan çapıq toxuması da müəyyən edildi. Bu çapığın morfololi əlamətlərinə əsasən, belə hesab edirəm ki, çapığın əmələ gəlmə müddət qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və yara həkim cərrah tərəfindən işlənmiş və tikiş qoyulmuşdur. Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs döş qəfəsinin kompyuter tomoqrafiyasına əsasən, radioloq həkimin rəyindən görünür ki, Zərərçəkmiş şəxs sağ döş boşluğunda kateter, hava və qan vardır. Lakın qeyd edilənlər həkim cərrah tərəfindən xəstəlik tarixində yazılmadığından Zərərçəkmiş şəxs döş qəfəsinin sağ yarısında aşkar edilən xəsarətlərin əmələ gəlmə mexanizmi və ağırlıq dərəcəsi barədə rəy vermək mümkün deyil. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 41 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrupu B(İİİ) alfa-dır.Vət. Zərərçəkmiş şəxs məxsus bir ədəd gödək şalvar (şortik) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B(İİİ) olduğundan onun özünə məxsus ola bilər. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2022-ci il tarixli 694 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs hazırda da öz hərkətlərini qiymətləndirmək, hərəklərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur Gəncə şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 oktyabr 2022-ci il tarixdən hesablanmışdır. Gəncə şəhər evlər üçülüyü tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri 1-ci mikrarayon bina 3, mənzil 39-da yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İV № 884297 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X3 xx.xx.2023-cü il tarixdə anadan olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.2.3 və 70-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməklə 01 il şərti sınaq müddəti təyin olunmuşdur. Şirvan Apelasiya Məhkəməsinin Hərbi Kollegiyasının xx.xx.2018-ci il tarixli qərarı ilə sınaq müddəti 02 il 06 aya, qədər artırılmışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qırmızı rəngli kişi üçün gödək yay şalvarı iş üzrə maddi sübut kimi tanınmış, saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Təqsirləndirilən şəxs və Şahid5 barəsində material ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulmuş ittihamlarla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurmuş, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq etmə kimi qiymətləndirərkən mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. Məhkəmə, həm ibtidai istintaq həm də, məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə, eyni zamanda işin faktiki hallarına hüquqi qiymət verib hesab edir ki, hadisə şəxsi münasibətlər zəmnində baş vermiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Nofel oğluna qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına ağır zərər vurmamış və xuliqanlıq cinayətini törətməmişdir. Belə ki, aparılmış istintaqla müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs şərik işlətdikləri sexdə fəhlə işləmişdir. Həmin dövrdə müxtəlif səbəblərə görə Təqsirləndirilən şəxs onlara borcu yaranmış və o həmin sexdən çıxıb getmişdir. Bundan sonra Şahid1 və Zərərçəkmiş şəxs Nurmamməd Kazımovu taparaq borcunu qaytarmalarını bildirmişlər. O hazırda pulu olmadığı üçün borcunu qaytara bilmədiyini, kreditə aldığı özünə məxsus VAZ 2107 markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili zamin olaraq Şahid1 yaşadığı evdə qoymuş və yenidən həmin sexdə işləyərək borcunun ödəyəcəyi bardə qarşılıqlı razılıga gəlmişlər. Hadisə günü onlar avtomobildə gedərkən Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs sual vermişdir ki, niyə onların adından əməkdaşlıq etdikləri mağazalardan yığdığı pulları və malın pulunu götürmüşdür. Nurməmməd də malın pulunu götürmədiyini və adlarından istifadə edərək Gəncə şəhərində əməkdaşlıq etdikləri marketlərdən pul yığmadığını bildirmişdir. Bu zaman o, Gəncə şəhərində əməkdaşlıq etdikləri bir neçə mağaza sahibinə zəng etmiş və onlar da təsdiq etmişlər ki, həqiqətən Təqsirləndirilən şəxs həmin mağazalardan onların adından istifadə edərək pul yığmışdır. Bundan sonra Təqsirləndirilən şəxs etiraf etmişdir ki, Gəncə şəhərində onların əməkdaşlıq etdikləri bir neçə mağazadan adlarından istifadə etməklə pul yığmış və mal almaq üçün ona verdikləri pulu götürərək Bakı şəhərinə getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs bu hərəkətlərinə əsəbləşib onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətmiş, Şahid1 avtomobildən düşüb bankomatdan pul çıxarıb qayıdarkən onların mübahisə etdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sən mənə peysər ana və bacısı pozğun olduğunu deyibsən” dediyini eşitmişdir. Sonra Təqsirləndirilən şəxs ağlaya-ağlaya Şahid1 özünü pis hiss etdiyini avtomobili saxlamağını marketdən su alacağını xahiş etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsindən əşəbləşərək avtomobildən düşüb yaxınlıqdakı marketdən aldığı soyuq silah hesab edilməyən istintaq zamanı müəyyən edilməmiş bıçala qəsdən Zərərçəkmiş şəxs bədən və bud nahiyyələrinə qəsdən zərbələr vuraraq sonuncuya həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuramaya aid olan xəsarətləini yetirməklə qəsdən sağlamlığına ağır zərər vurmuşdur. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq etmə kimi qiymətləndirərkən onun zərərçəkmiş şəxslə işə görə aralarında yaranmış pul məsələsinə görə zərərərçəkmiş Zərərçəkmiş şəxs avtomobilin salonunda onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsinə, Şahid1 avtomobildən düşüb bankomatdan pul çıxarıb qayıdarkən onların mübahisə etdiyini, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs “sən mənə peysər ana və bacısı pozğun olduğunu deyibsən” deməsinə onun ağlaya-ağlaya Şahid1 özünü pis hiss etdiyini üçün marketdən su alacağını üçün avtomobili saxlamağını xahiş etməsinə, yəni hadisənin açıq-aşkar şəxsi münasibətlər zəmnində baş verməsini və təqsirləndirilən şəxsn niyyətinin içtimai qaydanın kobut surətdə pozulmasına yönəlmədiyi təsdiq olunduğu halda, öz topladığı qeyd edilən sübutlara düzgün hüquqi qiymət verməyərək əsasız və yanlış olaraq onun əməlini xuliqanlıq niyyəti ilə törədilən əməl və xuliqanlıq etmə kimi qiymətləndirmişdir. İstintaq orqanı Təqsirləndirilən şəxs hadisəni xuliqanlıq niyyəti ilə törətməsinə və xuliqanlıq etməsinə dair heç bir sübut toplamamış, Təqsirləndirilən şəxs verilən ittihamda onun Zərərçəkmiş şəxs borcunu ödəməsi səbəbindən onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsindən əşəbləşərək cinayət törətməsini qeyd edir, lakin bu xüsusatı nəzərə almayıb onun əməlini əsassız və yalnış olaraq Azərbaycan Respublikası CM-nin 126.2.4cü və 221.3-cü maddələrinə tövsif etmiş və onun əməlinin hansı sübutlara əsasən nə üçün belə tövsif edilməsi əsaslandırılmamışdır. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Ali Məhkəməsinin Plenum qərarlarında verilmiş təfsirlərdən çıxış edərək hesab edir ki, “xuliqanlıq cinayətinin, eləcə də xuliqanlıq niyyəti ilə sağlamlığa ağır zərərvurmanın subyektiv cəhətinin mütləq şərti kimi çıxış edən xuliqanlıq motivi və onun əsasını təşkil edən hallar şəxsin ictimai qayda, ümumqəbuledilmiş davranış modeli ilə bağlı olan dəyərləri dərk etməsini və bilərəkdən (qəsdən) bu dəyərlərə qarşı etinasızlıq göstərməsini, yəni kifayət qədər mürəkkəb məzmuna malik olan həmin dəyərlərin və onların pozuntularının şəxsin şüuru ilə əhatə olunmasını ehtiva edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17 fevral 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 saylı Qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, “məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır” (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, Cinayət Məcəlləsinin cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nə ticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olan belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” movcud olmadığı və təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmadığı, təqsirkarın hərəkətlərini konkret zərərçəkmiş şəxslə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyi halda, istintaq orqanı onun əməlini əsassız olaraq xuliqanlıq və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə olan cinayətlər kimi tövsif etmişdir. Halbuki, belə hallarda, xüsusilə də mübahisə və yaxud dalaşma zərərçəkmiş şəxsin təşəbbüsü ilə başladıqda, münaqişəyə onun özünün hüquqa zidd hərəkətləri səbəb olduqda, şəxs belə zərərçəkmişə qarşı xuliqanlıq niyyəti ilə hərəkət etməkdə və belə əlamətlə müşayiət olunan cinayətin törədilməsində təqsirləndirilə bilməz. Əməlin xuliqanlıq olması üçün şəxsin hərəkətlərində dispozisiyanın şərti mövcud olmalı, yəni şəxsin hərəkətləri mütləq ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlərin edilməsinə yönəlməlidir. İstintaq zamanı iki nəfər şahidin ifadəsində göstərilmişdir ki, hadisə zamanı mağazanın iş fəaliyyəti pozulmuş və ətrafa şəxsiyyəti müəyyən olunmayan şəxslər yığılmışdır. Əvvala ibtidiai istintaq zamanı müəyyən olunmuşdur ki, hadisə mağazanın icərisində deyil, yolda dayanmış avtomobilin icərisində, təxminən 5 dəqiqə müddətində baş vermişdir. İkincisi hadisə yerinə kənar şəxslərin gəlməsi o demək deyildir ki, təqsirləndirilən şəxsin əməli içtimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlmişdir. Əgər hadisə yerinə şəxslərin toplaması içtimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlmə kimi qiymətləndirilsə, ondan ehtiyyatsızlıqdan baş vermiş yol nəqliyyat hadisəsi yerinə kənar şəxslərin toplaşmasını da nəzərə alıb, təqsirləndirilən şəxsə həm də xuliqanlıq cinayətini törətməsimnə görə əlavə olaraq CM-nin 221-ci maddəsi ilə də ittiham verilməlidir. İstintaq orqanı Təqsirləndirilən şəxs əməlini xuliqanlıq etmə kimi tövsif edərkən xuliqanlıq cinayətinə dair ittihamda onun “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən” qərəzli hərəkətlər törətməsi kimi Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasından köçürülmüş ifadələrlə təsvir etmiş, cəmiyyətə açıqca hörmətsizliyin, ictimai qaydanın pozuntusunun nədən ibarət olması, pozuntunun məhz kobud olmasına dəlalət edən hallar isə ittihamda müəyyən edilmiş saydıqları xuliqanlıq cinayətinin təsvirində əks etdirilməmişdir. Və yaxud ictimai qaydanın kobud şəkildə pozulduğunu, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunduğunu, digər mühüm halları təsdiq edən, o cümlədən ictimai qaydanın kobud pozuntusunun baş verməsinə, cəmiyyətə qarşı açıqca hörmətsizliyinin ifadə edilməsinə dəlalət edən hal kimi zor tətbiq etmənin və yaxud digər qərəzli hərəkətlərin ictimai yerdə (başqalarının gözü qarşısında) törədilməsinə istinad edildiyi hallara belə müvafiq sübutlar gətirməmiş, sübutlar bazası müstəsna olaraq münaqişə tərəfləri ilə məhdudlaşmışdır. Göründüyü kimi həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinə eyni zamanda işin faktiki tam subut olundu ki, hadisə şəxsi münasibətlər zəmnində baş vermiş, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığına ağır zərər vurmamış və xuliqanlıq cinayətini törətməmiş, təqsirləndirilən şəxsin əməli ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsinə yönəlməmişdir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur( Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması içtimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsinədə mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi) Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan həddlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir içtimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıd göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan ittihamlar üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 125.3-cü maddəsinə tələbinə görə Bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş hallarda alınmış məlumatlar, sənədlər və əşyalar hüquqi qüvvəsi olmayan hesab edilir və onların ittihamın düzgün həlli üçün hər hansı halın sübut olunmasında istifadə edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələrdə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulurki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsinin tələblərinə görə məhkəmənin hökmü o halda qanuni hesab edilir ki, o Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunlarınını tələblərinə rmayət edilməklə çıxarılmış olsun. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə tərəfindən ittiham hökmü məhkəmə istintaqında tədqiq edilmiş möhtəbər və mümkün sübutlara əsaslanaraq və təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək çıxarıla bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 350.2-ci maddəsinə əsasən Bu məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhəkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1-ci maddəsinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır. 42.1.2 əməldə cinayət tərkibi olmadıqda; Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.2.2-ci maddəsinin tələbinə görə bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallavr mövcud olduqda ; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinəəsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə töfsiv olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələrinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma və CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsi kimi qiymətləndirilə bilməz . Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin əlamətləri olmadığından onun əməli CM-nin 126.2.4-cü maddəsindən həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli və ona elan edilmiş CM-nin 221.3-cü maddəsində nəzərdə tutulmuş ittiham üzrə əməlində cinayət tərkibi olmadığına görə ona həmin ittiham üzrə bəraət verilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertizasının rəyləri və məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-ın 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyndən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli 4 saylı Qərarının 1-ci bəndində məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-in 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun bir sıra qərarlarında göstərilmişdir ki, hər bir cinayət ilə onun törədilməsinə görə tətbiq olunduğu cəza arasında məqsədyönlü və əsaslı bağlılıq olmalıdır. (CM-in 48-ci maddəsi, CM-in 53.4. və Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2004-cü il və xx.xx.2011-ci il tarixli qərarları). Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən himayəsində bir azyaşlı uşağının olmasını, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını şəxsiyyətini, ailə və sosial vəziyyətini, təyin olunacaq cəzanın onun islah olunmasına, törətdiyi cinayətin məqsəd və motivini, cinayətin törədilməsində rolunu nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının orta həddində azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab etməklə, cəzanın məqsədinə və cəzanın məqsədlərindən olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qırmızı rəngli kişi üçün gödək yay şalvarı zərərçəkmiş şəxsə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfləri, mülki iddia və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə bəraət verilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin ona 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 11 oktyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd qırmızı rəngli kişi üçün gödək yay şalvarı zərərçəkmiş şəxsə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar