Məhkəmə qərarları › İş №1(100)-231/2020

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-231/2020

07.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-231/2020 07.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1991-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam-orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə X10 Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə saat 18 radələrində Zərərçəkmiş şəxs ilə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsi 28 may küçəsində yerləşən “Məkan” çay evinin həyətində, Zərərçəkmiş şəxs xx.xx.2020-ci il tarixdə saat 15 radələrində onun Rusiya Federasiyasında yaşayan dostu X3 yaşadığı ünvan 2 ünvanında yerləşən evinə gedərək Cəlil Allahyarovun anası X2 evində mübahisə etməsinə iradını bildirməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi, müəyyən olunmamış cib bıçağı ilə Zərərçəkmiş şəxs sol sinə nahiyəsinə qəsdən bir zərbə vurub sonuncunun sağlamlığına, döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol ağciyərin və diafraqmanın zədələnməsi ilə müşayiət olunan daxilə keçən kəsilmiş-deşilmiş yara ilə nəticələnən xəsarət yetirməklə, insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun yaşadığı küçə ilə paralel olan M.Müşfiq küçəsində yaşamış və daim Salmanla görüşüb söhbət etmişlər. xx.xx.2020-ci il tarixdə saat 22 radələrində dostu Müşfiqlə küçədə görüşən zaman mobil telefonu olmadığı üçün Müşfiqdən hazırda Rusiya Federasiyasında yaşayan digər dostu Cəlil ilə hal-əhval tutmaq üçün “WhatsApp” sosial şəbəkəsi ilə danışmaq üçün Cəlilə zəng etməsini xahiş etmiş, Müşfiq də Cəlilə zəng etmiş və o, Cəlillə telefonda danışan zaman Cəlil ona həmin gün saat 18 radələrində Xəyyam adlı qonşusu və Xəyyamın qardaşı oğlu Salmanın Cəlilin əmisi oğlu Şahmarın evinə gedib orada dava saldıqlarını, dava zamanı Cəlilin evində yaşayan anasının da ürəyinin xəstə olduğu üçün hadisədən narahat olduğunu demişdir. O isə “sabah onlarla görüşüb özüm də başa salaram” demişdir. xx.xx.2020-ci il tarixdə 18 radələrində küçədə olan zaman təsadüfən Salmanın Sabutay adlı əmisi oğlunun “Niva” markalı avtomobili ilə onların küçəsindən keçdiyini görmüş və əl işarəsi edib avtomobili saxladıb Sabutaya dünən Cəlilin əmisigilə gedib, orada səs-küy saldıqlarını bildirərək irad tutmuşdur. Sabutay heç bir söz deməmiş, o isə Sabutaydan Salmanın harada olmasını soruşanda Sabutay ona X11dəki Məkan çay evi adlı obyektlərində olduğunu bildirmiş, ora söhbət etmək üçün gəlməsini ona demişdir. O isə birazdan ora gələcəyini bildirmişdir. Həmin vaxt üzərində bir ədəd cib bıçağı olmuş, həmin cib bıçağını o, həmişə üzərində saxlamışdır. Sabutay getdikdən sonra o, biraz dayanmış və tanımadığı taksi ilə Yeni Gəncə qəsəbəsində olan “Məkan” çay evinin qarşısına getmişdir. Sonra piyada “Məkan” çay evinin içərisinə keçmiş, bu zaman həyətdə Salman, Sabutay və başqa 3 nəfər şəxsin də həyətdə olduğunu görmüş, onlarla əl verib salamlaşmış və orada kupelərin birində oturmuş və söhbət etməyə başlamışdır. O, Salmangilə “siz düz eləmiyibsiz, hamının evində anası bacısı var, heç kimin evinə belə girib dava salmaq olmaz” demiş, Salman isə orada dava salmadığını bildirmiş, sonra o, orada Salmanın da səs-küy saldığını və söyüşlər söydüyünü demiş, bu zaman onlar mübahisə etmiş və kupedən durub həyətə çıxmışlar. Həyətə çıxan zaman Salman yaxasından tutub silkələmiş, o da Salmanın yaxasından tutub bir-birilə dartışmağa başlamışlar. Həmin şəxslər isə kənarda durub onlara baxmış, bu zaman o, Salmanın onu döyəcəyini görmüş və sağ cibində olan qatlanan cib bıçağını çıxarmış və sağ əli ilə Salmanın bədəninin sol nahiyəsinə bir dəfə vurmuşdur. Bu zaman Salman ondan əlini çəkmiş və yanındakı şəxslər üzərinə gəlmiş, o da tez oradan qaçaraq küçəyə çıxmış və qaçaraq oradan uzaqlaşmışdır. Orada binaların arası ilə qaçan zaman isə bıçağı yolda atmışdır. Bir az sonra yaşadıqları küçəyə gəlmiş və polislərin onu axtardığını bildiyindən Nizami rayon Polis İdarəsinə gedib əməlini etiraf etmişdir. İfadəsinə əlavə olaraq törətdiyi əmələ görə səmimi olaraq peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəməyədək icraat zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan olunaraq tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, İbrahim qonşu küçədə yaşadığı üçün onu tanımışdır. xx xxx 2020-ci il tarixdə əmisi Xəyyamın qonşuları Şahmarla onların evinin qarşısında mübahisə etdiyini görmüş və o da ora gedib əmisi Xəyyamı sakitləşdirmişdir. Bundan sonra orada mübahisələri olmuş və onlar oradan aralaşıb evə getmişlər. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində əmisi Xəyyama məxsus Yeni Gəncə qəsəbəsində yerləşn “Məkan” çay evinə getmişdir. Həmin vaxt xüsusi karantin rejimi olduğu üçün ora işləməmişdir. Yalnız özləri oranı bağlı olduğu müddətdə mühafizə etmək üçün ora getmişlər. Biraz sonra əmisi oğlu Sabutay da ora gəlmiş və qonşusu İbrahimin onu soruşduğunu, Sabutayın da İbrahimi ora dəvət etdiyini demişdir. Biraz sonra İbrahim tək ora gəlmiş və onlar İbrahimlə orada olan kupedə oturub söhbət etmiş, söhbət zamanı İbrahim onlara Şahmarın evində mübahisə edən zaman Şahmarın əmisi arvadının həyəcandan halının pisləşdiyini demiş, o isə orada mübahisə etmədiyini demiş və bu zaman aralarında sözlə mübahisə olmuş, ona gör də onlar kupedən çıxmışlar. Həmin vaxt əmisi oğlu Sabutay da kənarda dayanamışdır. İbrahim onu əsəbləşdirdiyi üçün bir birilərinin yaxasından tutmuş və sirkələmiş, əlbəyaxa olan zaman o, müvazinətini itirib yerə yıxılmış və Sabutay onları aralamışdır. İbrahim isə dərhal qaçıb ordan uzaqlaşmış və o, ayağa qalxanda sol tərəf qarın nahiyyəmdən qan axdığını götürmüşdür. Bundan sonra o, Sabutayın avtomobilinə oturmuş və özü 3 saylı TTYX-na getmişdir. Orada isə onu əməliyyat etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əmisi oğludur. Təqsirləndirilən şəxs isə onlarla qonşu küçədə yaşayır. xx xxx 2020-ci il tarixdə saat 17 radələrində özünə məxsus “Niva” markalı avtomobili ilə küçədə gedən zaman İbrahim onu görmüş və əmisi oğlu Salmanın yerini soruşmuş, o isə birazdan Salmanla birlikdə Gəncə şəhəri Yeni Gəncə qəsəbəsində olan “Məkan” çay evində olacaqlarını demişdir. xx xxx 2020-ci il tarixdə saat 18 radələrində İbrahim ora gəlmiş, həmin vaxt o və Salman orada olmuş, o, İbrahim və Salman əvvəlcə bir yerdə oturub söhbət etmişlər. Söhbət zamanı İbrahim bir neçə gün əvvəl əmisi Xəyyam və Salmanın gedib Şahmarın evinin qarşısında mübahisə etdiyini, bu zaman dostu Cəlilin anasının halının pisləşdiyini demiş, bu zaman onlar arasında mübahisə olmuş və mübahisə zamanı onlar çölə çıxaraq əlbəyaxa olub bir-birini itələmişlər. Həmin vaxt o, kənarda dayanmış və onlara müdaxilə etməmişdir. Çünki həmin vaxt yalnız bir-birinin yaxasından tutmuşlar. Bu zaman İbrahim qəfildən bıçağı çıxarmış və əlində olan bıçaqla Salmanın sol tərəfindən bir dəfə zərbə vurmuş, bunu görən kimi o, tez onlara yaxınlaşıb aralamış və İbrahim oradan qaçıb getmişdir. O da Salmanı öz avtomobililə 2 saylı TTYX-na aparmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı oğludur. xx xxx 2020-ci il tarixdə saat 15 radələrində küçədə olan zaman telefonla yüksək səslə danışarkən qonşusu Şahmar ona yaxınlaşmış və iradını bildirmişdir. O isə Şahmara oğlu yaşında olduğunu demiş və kənara çəkilməsini bildirmişdir. Şahmar da ona nalayiq söz demiş və qaçıb evlərinə girmişdir. Bu zaman qardaşı oğlu Salman da ora gəlmiş və o, Şahmarın valideyinlərinə ona tərbiyə vermələrini demək üçün qapısının qarşısına getmişdir. Lakin Şahmar küçəyə çıxmamışdır. Biraz sonra o və Salman oradan uzaqlaşıb getmişdir. xx.xx.2020-ci il tarixdə saat 18 radələrində o, qardaşı oğlu X11 qəsəbəsində yerləşən “Məkan” çay evində İbrahim tərəfindən bıçaqlandığını bilmişdir. X9 nə səbəbə vurması barədə həmin vaxt məlumatı olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş canlı şəxsin ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 815 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət- döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol ağciyərin və diafraqmanın zədələnməsi-deşici-kəsici alətin təsiri nəticəsində əmələ gləmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Gəncə şəhər şöbəsi tərəfindən verilmiş maddi sübutların ekspertizasına dair xx.xx.2020-ci il tarixli, 20 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrupu ABO sistemi üzrə B (İİİ) alfadır, təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus paltarlar (bir ədəd qısaqol köynək, bir ədəd boz rəngli mayka) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsi tərəfindən təqdim olunmuş xx xxxxxx 2020-ci il tarixli 16/542 saylı məhkəmə-trasoloji ekspertizasının rəyindən görünür ki, təqdim olunan köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2020-ci il tarixli 815 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş köynəyin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin sol yan səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, sol ağciyərin və diafraqmanın zədələnməsi” xəsarəti ilə köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması haqqında” xx xxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmaqla 3 ay müddətinə, yəni xx xxxxxx 2020-ci il tarixədək “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx xxxxxx 2020-ci il tarixədək seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallar ına əlavə edilmiş Gəncə şəhər BPİ-nin İstintaq və təhqiqat idarəsinin baş müstəntiqi, polis mayoru X5 xx xxxxxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması məqsədə müvafiq hesab edilməmiş və xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji dispanserin xx.xx.2020-ci il tarixli, 2304 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin Xəstəxananın psixonevroloji dispanserdə qeydiyyatında durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra hakimiyyəti Səhiyyə idarəsi Narkoloji dispanserin xx.xx.2020-ci il tarixli, 2529 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası narkoloji dispanserində qeydiyyatında durmur. İş materiallarına əlavə edilmiş xx xxx 2020-ci il tarixli ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirmişdir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsi, törətdiyi əmələ görə peşmançılıq çəkməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən həmin məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsi zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varislə barışıq əldə edilməsini nəzərdə tutur. Odur ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60.1-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mavi rəngli kofta və bir ədəd boz rəngli mayka sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 31,50 (otuz bir manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-cimaddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və məhkəmə iclas zalında həbs edilsin. Məhkəməyədək icraat zamanı həbsdə saxlanıldığı 3 (üç) ay müddət Təqsirləndirilən şəxs təyin olunmuş 3 (üç) il müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı məhkəmə iclas zalında həbs edildiyi vaxtdan, yəni xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin anbarında saxlanılan Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol mavi rəngli kofta və bir ədəd boz rəngli mayka sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 31,50 (otuz bir manat əlli qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu vaxtdan (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) 20 (iyirmi) gün müddətinə X10 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar