Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-231/2022 17.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X6 və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X18 və X7 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçilər Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X8, X5, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxxx 1981-ci il tarixdə Kəlbəcər rayonu Seyidlər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmuş, işləməyən, Kəlbəcər rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələri ilə 04 iyun 1996-cı il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işləməyən, Kəlbəcər rayonu Seyidlər kəndində qeydiyyatda olmaqla, Goranboy rayonu, Yeni Veyisli qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə qapalı məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs1 2021-ci ilin avqust ayının təxminən ortalarında evlənməsi üçün bacısı X4 ona məsləhət bildiyi, lakin əvvəllər şəxsən görmədiyi xx.xx.2000-ci ildə anadan olmuş, Goranboy rayonu, İrəvanlı kəndində yaşayan, Goranboy şəhərində yerləşən "xxxx" ASC-nə məxsus fabrikdə toxucu işləyən Zərərçəkmiş şəxs “Whatsapp” mesajlaşma proqramı vasitəsilə evlənmək təklif etməsi barədə mesaj göndərmiş, Zərərçəkmiş şəxs onunla evlənmək istəmədiyini bildirib təklifini rədd etməsi barədə mesajla cavab verdikdən sonra evlənmək məqsədi ilə onu oğurlamaq qərarına gəlmiş, cinayətkar niyyəti barədə Zərərçəkmiş şəxs qonşusu X10 bildirmədən sonuncudan Zərərçəkmiş şəxs işə getdiyi vaxtı öyrənmiş və digər zəruri məlumatları əldə etmiş, bu niyyətlə xx.xx.2021-ci il tarixdə Goranboy rayonu, Yeni Veyisli qəsəbəsində yaşayan qardaşı oğlu Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs ertəsi gün evlənmək məqsədi ilə oğurlamaq planı barədə bildirib onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılığa əsasən xx.xx.2021-ci il tarixdə, saat 07 radələrində özünə məxsus olan və razılığa əsasən Təqsirləndirilən şəxs2 idarə etdiyi “Naz-Lifan” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonu, İrəvanlı kəndinə gəlib Zərərçəkmiş şəxs hər gün işə getdiyi Goranboy-Goran avtomobil yolunun kənarında gözləməyə başlamış, həmin gün saat 08:30 radələrində Zərərçəkmiş şəxs iş yoldaşı Şahid2 ilə birlikdə yolun kənarı ilə piyada hərəkət etdiklərini gördükdə Təqsirləndirilən şəxs2 avtomobili Zərərçəkmiş şəxs yaxınlığında saxlamış, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs2la birlikdə avtomobildən yerə düşüb Zərərçəkmiş şəxs yaxınlaşmış, bu zaman niyyətlərini başa düşüb özünü müdafiə etmək üçün Şahid2 arxasında gizlənən Zərərçəkmiş şəxs oğurlamaq üçün Şahid2 itələyib yıxaraq sonuncuya sol bazu və said nahiyələrinin sıyrıqları kimi, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bu zaman Şahid2 Zərərçəkmiş şəxs oğurlanmasının qarşısını almaq məqsədilə onu tutub saxlamaq istəyərkən onun əynində olan bir ədəd ağ rəngli qısaqol köynəyə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılma-cırılma, sökülmə zədələri yetirmiş, Təqsirləndirilən şəxs2 isə öz növbəsində Şahid2 ağzını əli ilə tutaraq onun Zərərçəkmiş şəxs kömək etmə cəhdlərinin qarşısını almış, daha sonra Zərərçəkmiş şəxs müqavimət göstərməsinə baxmayaraq onu zorla qucağına alıb sonuncunun iradəsinə zidd olaraq avtomobilin salonuna, yəni arxa oturacağına məcburi qaydada yerləşdirməklə özü də onun yanında əyləşmiş, bundan sonra Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək iradəsi ziddinə müqavimətini qırmaqla onu Təqsirləndirilən şəxs2 idarə etdiyi həmin avtomobillə Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən qohumluq münasibətlərində olduğu Şahid8 məxsus yaşayış evinə aparıb saxlamış, daha sonra onun qaçmağa cəhd etməsinin və hadisə barədə digər şəxslərə məlumat verməsinin qarşısını almaq məqsədilə valideynləri ilə görüşdürəcəyini vəd edib onu aldadaraq bacısının əri Şahid9 idarə etdiyi “Opel Vito” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə alış-veriş üçün Gəncə şəhərinə müxtəlif geyim dükanlarına aparmış, daha sonra Zərərçəkmiş şəxs valideynlərinin və polis əməkdaşlarının onları axtardığını, təqib etdiyini bilib, onu iradəsinə zidd olaraq həmin günü təxminən saat 12 radələrində təsadüfən rastlaşdığı, cinayətdən xəbəri olmayan, həmin vaxt yanında olan bacısı Şahid5 qonşusu X2 idarə etdiyi “Volkswagen Passat” markalı, **-EF-*** dövlət qeydiyyat nişanlı avtomobillə Göygöl rayonu, Murovdağ qəsəbəsindəki yol ayrıcına gətirmiş, oradan da Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq, xahişi ilə qardaşı Şahid4 həmin yerə gətirdiyi özünə məxsus “Naz- Lifan” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilə məcburi əyləşdirib, avtomobilin qapılarını içəridən bağlayaraq, avtomobildən düşüb qaçmasının qarşısını almaq məqsədilə, avtomobildən düşəcəyi halda onu hədənin icra ediləcəyi üçün real əsaslar olmadan ölümlə hədələməklə uzaq qohumluq münasibətlərində olduğu Şahid7 Samux rayonu Zazalı kəndində yaşadığı evə aparıb həmin gün saat 21 radələrinə kimi orada saxlamış, oradan isə iradəsinə zidd olaraq xx.xx.2021-ci il tarixdə saat 01 radələrində cinayətdən xəbəri olmayan Şahid10 idarə etdiyi “Vaz 21099” markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobillə kirayələdiyi Daşkəsən rayonu, Pirverdilər kəndində yerləşən X11 məxsus yaşayış evinə aparmış, həmin gün gecə yaşayış evinin yataq otağında Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək onu döşəmə üzərinə sərdiyi yorğanın üzərinə uzadıb əvvəlcə əynindəki bir ədəd ağ rəngli koftanı, bir ədəd ağ rəngli maykanı, bir ədəd ağ rəngli busqalteri, bir ədəd göy rəngli cins şalvarı və bir ədəd qırmızı rəngli tumanı əynindən zorla çıxarıb, həmin paltarlardan mayka, tuman və şalvara fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılma-cırılma, sökülmə zədələri yetirmiş, daha sonra Zərərçəkmiş şəxs müqavimətini qırmaq məqsədilə bir əli ilə Zərərçəkmiş şəxs əllərini tutub saxlamış, öz əynində olan şalvarı bir qədər aşağı çəkdikdən sonra gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına, yəni uşaqlıq yoluna daxil edib zor tətbiq etməklə, ona sağ saidin, döş qəfəsinin ön səthinin solunun və sağ budun iç səthinin qançırları kimi, zorla cinsi əlaqədə olma zamanı əmələ gələn, sağlamlığa zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirməklə onunla cinsi əlaqədə olaraq onu zorlamış, təxminən bir-iki saat müddətində yatıb oyandıqdan sonra vahid niyyətlə əhatə olunan qəsdlə sübh vaxtı, yəni havanın işıqlandığı vaxt yenidən Zərərçəkmiş şəxs əynində olan yuxarıda qeyd olunan paltarları zor tətbiq etməklə əynindən çıxartmış, Zərərçəkmiş şəxs müqavimətini qırmaq məqsədilə bir əli ilə onun əllərini tutub saxlamış, gərginləşmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına, yəni uşaqlıq yoluna daxil edib zor tətbiq etməklə onunla cinsi əlaqədə olaraq Zərərçəkmiş şəxs zorlamışdır. Təqsirləndirilən şəxs2 2021-ci ilin avqust ayının təxminən ortalarında əmisi Təqsirləndirilən şəxs1 xx.xx.2000-ci ildə anadan olmuş, Goranboy rayonu, İrəvanlı kəndində yaşayan, Goranboy şəhərində yerləşən "xxxx" ASC-nə məxsus fabrikdə toxucu işləyən Zərərçəkmiş şəxs “Whatsapp” mesajlaşma proqramı vasitəsilə mesajla göndərilmiş evlənmək təklifi Zərərçəkmiş şəxs tərəfindən rədd edildikdən sonra, Təqsirləndirilən şəxs1 evlənmək məqsədi ilə onu oğurlamaq qərarına gəlmiş, cinayətkar niyyəti barədə Zərərçəkmiş şəxs qonşusu X10 bildirmədən sonuncudan Zərərçəkmiş şəxs işə getdiyi vaxtı öyrənmiş və digər zəruri məlumatları əldə etmiş, bundan sonra Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə Zərərçəkmiş şəxs ertəsi gün evlənmək məqsədi ilə oğurlamaq planı barədə ona bildirdikdə, Təqsirləndirilən şəxs1 təklifi ilə onunla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, aralarında olan razılığa əsasən xx.xx.2021-ci il tarixdə, saat 07 radələrində Təqsirləndirilən şəxs1 məxsus olan və razılığa əsasən özünün idarə etdiyi “Naz-Lifan” markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobillə, onunla birlikdə Goranboy rayonu, İrəvanlı kəndinə gəlib Zərərçəkmiş şəxs hər gün işə getdiyi Goranboy- Goran avtomobil yolunun kənarında gözləməyə başlamış, həmin gün saat 08:30 radələrində Zərərçəkmiş şəxs iş yoldaşı Şahid2 ilə birlikdə yolun kənarı ilə piyada hərəkət etdiklərini gördükdə avtomobili Zərərçəkmiş şəxs yaxınlığında saxlamış, aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs1la birlikdə avtomobildən yerə düşüb Zərərçəkmiş şəxs yaxınlaşmış, bu zaman niyyətlərini başa düşüb özünü müdafiə etmək üçün Şahid2 arxasında gizlənən Zərərçəkmiş şəxs oğurlamaq üçün Təqsirləndirilən şəxs1 Şahid2 itələyib yerə yıxaraq sonuncuya sol bazu və said nahiyələrinin sıyrıqları kimi, sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirmiş, bu zaman Şahid2 Zərərçəkmiş şəxs oğurlanmasının qarşısını almaq məqsədilə onu tutub saxlamaq istəyərkən onun əynində olan bir ədəd ağ rəngli qısaqol köynəyə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılma-cırılma, sökülmə zədələri yetirmiş, özü isə həmin vaxtı Şahid2 ağzını əli ilə tutaraq onun Zərərçəkmiş şəxs kömək etmə cəhdlərinin qarşısını almış, daha sonra Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs müqavimət göstərməsinə baxmayaraq onu qucağına alıb sonuncunun iradəsinə zidd olaraq avtomobilin salonuna, yəni arxa oturacağına məcburi qaydada yerləşdirməklə özü də onun yanında əyləşmiş, bundan sonra Zərərçəkmiş şəxs qarşı zor tətbiq edərək iradəsi ziddinə idarə etdiyi həmin avtomobillə onu Göygöl rayonu, Hacıməlik qəsəbəsində yerləşən Təqsirləndirilən şəxs1 qohumluq münasibətlərində olduğu Şahid8 məxsus yaşayış evinə apararaq Zərərçəkmiş şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurlamışdır. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixli ifadəsində ona Azərbaycan Respublikasının CM-in 144.2.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək, Azərbaycan Respublikasının CM-in 149.1-ci maddəsi elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, cəzaçəkmə müəssisəsindən çıxdıqdan sonra ailədə hamı ona ailə quraraq düzgün işlərlə məşğul olmasını təklif etmişlər. O, ailə qurmaq üçün əvvəlcə qız tapmalı olduğunu demiş, ona Aysel ilə ailə həyatı qurmağı böyük bacısı Yeganə məsləhət görmüşdür. Aysel əvvəllər ailəli olub boşanmış, bu səbəbdən də ona Ayseli almağı məsləhət görmüşlər. O, Ayselin nömrəsini bacısı Yeganədən götürmüşdür. O, Ayselin nömrəsinin “Whatsapp” proqramına istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “Whatsapp” proqramı vasitəsilə sms yazaraq Ayselə özünü təqdim etmiş, Yeganənin qardaşı olduğunu və onunla evlənmək istədiyini demişdir. Aysel əvvəlcə onu narahat etməməsini bildirsə də, sonradan onun yazdığı mesajlara cavab yazmışdır. Bundan sonra o, Ayseli ailə qurmaq məqsədilə qaçırmaq qərarına gəlmişdir. Bu məqsədlə əvvəllər tanıdığı Goranboy rayonu, İrəvanlı kəndində yaşayan Lalə adlı şəxslə əlaqə saxlamış, Lalədən Ayselin haradan işə gedib-gəldiyini soruşmuş, Lalə maraqlanıb ona Ayselin haradan işə getməsini başa salmışdır. 30 avqust 2021-ci il tarixdə saat 07 radələrində idarə etdiyi “Naz Lifan” markalı avtomobili ilə Goranboy rayonu, Yeni Veyisli qəsəbəsinə getmişdir. Orada qardaşı oğlu Təqsirləndirilən şəxs2 “mənimlə Gorana getmək lazımdır” deyib, onu da özü ilə götürmüşdür. O, Fidovsi Bayramovla birlikdə Goranboy rayonu, İrəvanlı kəndinə gəlmişlər. Yolda gələrkən o, avtomobilin idarə olunmasını Təqsirləndirilən şəxs2 həvalə etmişdir. Saat 08 radələrində onlar uzaqdan Zərərçəkmiş şəxs və adını sonradan bildiyi Şahid2 gəldiklərini görmüşlər. O, həmin vaxt Təqsirləndirilən şəxs2 “uzaqdan gələn Ayseli qaçıracam” demişdir. Təqsirləndirilən şəxs2 həmin vaxta qədər onun Ayseli qaçırmaq məqsədilə oraya gəldiyini bilməmiş, o an bilsə də çarəsiz qalıb heçnə deyə bilməmişdir. Onlar avtomobillə onlara yaxınlaşmış, o və Firdovsi avtomobildən düşmüş, o, Rəxşəndəyə yaxınlaşıb “Ayseli qaçırıram” demişdir. Rəxşəndə ona “qələt edirsən, hara aparırsan” deyə cavab vermişdir. Rəxşəndənin bu sözlərindən sonra o, Ayselin əlindən tutub zorla avtomobilin arxa oturacağına otuzdurmuş, Firdovsi isə Şahid2 qarşısını kəsmişdir. Firdovsi Rəxşəndəni yerə yıxmış və Rəxşəndənin ona Ayseli avtomobilə mindirilməsinə mane olmasına imkan verməmişdir. Sonra Firdovsi avtomobilin sükanı arxasına əyləşmiş və onlar Göygöl rayonuna getmişlər. Yolda gedərkən Aysel ona heç bir müqavimət göstərməmiş və sakitcə oturmuşdur. O, yolda bacısı Leylaya zəng edərək Ayseli götürüb gəldiyini demiş, Göygöl şəhərinə çatdıqda bacısı Leyla ilə yenidən əlaqə saxlamış, Leyla ilə Göygöl şəhərində görüşmüşlər. O, Leylanı da götürmüş, orada Firdovsi düşərək geri qayıtmışdır. Oradan o, Aysel və Leyla birlikdə Göygöl rayonu, Hacıməlik qəsəbəsində yaşayan kirvəsi Osmangilin evlərinə getmişlər. Orada Osmanın adını bilmədiyi həyat yoldaşı onları qarşılamışdır. Bir neçə dəqiqədən sonra Osman evə gəlmişdir. Osmanın evində Aysel onunla ailə həyatı qurmağa razılaşmışdır. Həmin vaxt o, anası Muxayətlə danışmış, anasına Ayseli qaçırıb gətirdiyini dedikdə anası ona evə gəlmələrini demişdir. Bundan sonra onlar ona məxsus avtomobillə valideynlərinin yaşadığı Balçılı kəndinə getməyi qərara almışlar. Yolda anası ona zəng edərək Goranboy rayon polis şöbəsinin əməkdaşlarının evə gəldiyini dediyindən o, evə getməmiş, əvvəldən tanıdığı həmin kənddə yaşayan Samirgilə getmiş, avtomobili onların qapısında saxlamış, telefonları da avtomobildə qoyub, oradan tanıdığı taksi vasitəsilə yenidən Hacıməlik qəsəbəsinə Osman gilə getmişdir. Leylanın işi olduğu üçün xəstəxanaya getmiş, bir neçə dəqiqədən sonra yoldaşı Fikrətlə birlikdə Osmangilə gəlmişlər. Orada onlar Gəncə şəhərinə gedib Ayselə paltar almaq barədə qərara gələrək, Fikrətə məxsus “Opel” markalı avtomobili ilə Gəncə şəhərinə getmişlər. Nizami küçəsinin yaxınlığında Fikrət onları düşürüb getmişdir. Onlar orada “Brent House” mağazası, sonra “Xəmsə” ticarət mərkəzi ilə üzbəüz yerləşən ayaqqabı mağazasından alış-veriş edib geri qayıtmışlar. Nizami küçəsi ilə Nəriman küçəsinin kəsişməsində Aysel ilə bacısı Leyla qadın paltar mağazasına getmişlər. O isə qarşı tərəfdəki telefon mağazasına gedərək oradan nömrə alıb geri qayıtmışdır. Onların alış-verişləri təxminən 3-4 saat çəkmişdir. Orada təsadüfən bacısını tanıyan, eləcə də bacısıgillə Göygöl rayonu, Murovdağ qəsəbəsində yaşayan adını bilmədiyi şəxsin idarə etdiyi avtomobillə Göygöl rayonu istiqamətində getmişlər. Həmin vaxt bacısı Leylanın qızı Buxayət zəng edərək Ayselin valideynlərinin və polis əməkdaşlarının gəldiyini demiş, ona görə də, o, qardaşı Elməddinə zəng edərək anasını və onun avtomobilini gətirməsini demişdir. Onun fikri anasının onlarla söhbət edərək məsələni nizama salması olmuşdur. Onlar Murovdağ qəsəbəsinə gedən yolun ayrıcında qardaşı Elməddingillə görüşmüş, anası, bacısı və qardaşı həmin avtomobillə Murovdağ qəsəbəsinə getmiş, o isə Aysellə öz avtomobili ilə Samux rayonu, Zazalı kəndində yaşayan Bayramgilə getmişdir. Həmin vaxt evdə Bayramın oğlu olmuş, Bayramın oğlu yaxınlıqda yaşayan bacısını çağırmış, bacısı gəldikdən sonra o, ona Ayseli qaçırdığını demişdir. Bir neçə dəqiqədən sonra Bayram gəlmiş, o, Bayramla görüşmüş və ona Ayseli qaçırdığını, lakin Ayselin valideynlərinin onları axtardıqlarını demişdir. Bayram da Aysel ilə avtomobilin pəncərəsindən hal-əhval tutmuş, Ayseldən nə üçün evə gəlmədiyini soruşmuş, Aysel də düşmək istəmədiyini demişdir. Təxminən 5-10 dəqiqədən sonra onlar oradan Göygöl rayonu, Hacıməlik qəsəbəsinə Osmangilin evinə gəlmişlər. Orada qadınlar Aysellə söhbət etmiş, Aysel orada ondan şikayət etməyəcəyini demiş, hətta Aysel onunla şərt kəsərət istədiyi vaxt onu valideynlərigilə gətirib-aparacağını soruşmuş, o da Ayselə istədiyi vaxt evlərinə aparıbgətirəcəyinə söz vermişdir. Bundan sonra qardaşı Elməddinlə danışaraq Ayselin şikayəti olmadığını, lakin polis şöbəsinə getmək istəmədiklərini, Göygöl rayon polis şöbəsində tanışı olub-olmadığını, gəlib evə Ayselin izahatının almasını demişdir. Elməddin də ona Göygöl RPŞ-də Nihad adlı tanışının olduğu deyərək Nihadı çağırmışdır. Nihad Osmangilin evinə gəlmiş, orada Aysellə danışmış, Aysel Nihada izahat verərək heç bir şikayəti olmadığını demiş, hətta Osman Ayselə misal göstərərək özünün də qızı olduğunu, belə məsələlərə həssas yanaşdığını, ona də görə də hər hansı şikayəti varsa polis əməkdaşına bildirməyini təklif etmişdir. Aysel isə tam öz istəyi ilə izahat verərək şikayəti olmadığını demiş və öz xətti ilə izahatın sonuna heç bir əlavəsi olmadığını yazmışdır. Lakin buna baxmayaraq Ayselin valideynləri əl çəkmədiyini, şikayətçi olduqlarını bildirmişdir. Nihad izahatın Goranboy RPŞ-nə göndərəcəyini demişdir. Onlar orada saat 21 radələrinədək qalmışlar. Orada olarkən bacısı Leyla da ora gəlmişdir. Bakı şəhərində yaşayan qardaşı Şaiq ona zəng edərək, “Ayselin qohum əqrabası bilirlər ki, siz Osmangilin evindəsiniz” deyə soruşmuşdur. O, qardaşı Şahid4 zəng edib “bizə bir yer tap gedib orada gizlənək, bizi heç kim tapmasın” demiş, Elməddin də ona Azər adlı şəxsin indi xatırlamadığı mobil nömrəsini vermişdir. O, Azərlə mobil telefonda danışmış və Azər ona “Daşkəsənə gəlin, sizə deyəcəm hara getmək lazımdır” demişdir. Sonra o və Aysel taksiyə minib Daşkəsən rayonuna getmişlər. Daşkəsən rayonunda olarkən o, taksi sürücüsünü Azərlə danışdırmış və Azərin dediyi yerə getmişlər. O, həmin yeri tanımamış, ev sahibinə evdə 1 həftə qalıb istirahət edəcəklərini demişdir. O, Aysel ilə birlikdə həmin evdə qalmış, lakin onunla cinsi əlaqədə olmamışdır. Saat 11 radələrində o, Aysel ilə gedib mağazadan ərzaq alıb geri qayıtmışlar. Onlar yemək yedikdən sonra onları gətirən taksiyə zəng edərək qaytarmasını demiş, taksi ilə Göygöl rayonu, Hacıməlik kəndində yaşayan Osmangilin evlərinə getmişlər. Onunla Ayselin bibisi Qəmər əlaqə saxlayaraq Aysellə görüşmək istədiklərini, polisə şikayət etmədiklərini və polislə gəlməyəcəklərini demiş, o da inanmış, onların gəlməsini demiş, lakin o və Aysel yaxınlıqda olan Osmanın qudasının evinə getmişdir. Orada olan zaman Ayselin qohumları polis əməkdaşları ilə birlikdə gəlmişlər. Ona bu barədə Fikrət zəng edərək məlumat vermişdir. Həmin vaxt bacısı Leyla gəlib Ayseli aparmış, orada isə valideynləri Ayseli götürərək getmişlər. Polis əməkdaşları onu axtardıqlarından o qaçıb gizlənmiş, lakin polis əməkdaşları 07 sentyabr 2021-ci il tarixdə onu Qazax şəhərində tutmuşlar. Məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 ifadəsində ona Azərbaycan Respublikasının CM-in 144.2.3-cü maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 30 avqust 2021-ci il tarixdə səhər saat 07 radələrində əmisi Ramil ona zəng edərək onu gəlib götürəcəyini, bir nəfər şəxslə görüşməli olduqlarını demiş, o da Ramillə razılaşmışdır. Bundan sonra əmisi Ramil onu yaşadığı Goranboy rayonu, Yeni Veyisli qəsəbəsindən götürmüş və birlikdə Goran qəsəbəsinə getmişlər. Ramil yolda kiminləsə telefonla danışmış, lakin o, Ramilin kiminlə danışdığını bilməmişdir. Onlar Goran qəsəbəsinə çatanda Ramil avtomobili saxlamış və onlar avtomobildən düşmüşlər. Ramilin görüşməli olduğu adam ora gəlmədiyi üçün onlar yenidən avtomobilə əyləşmiş və o, avtomobilin sükanı arxasına keçmişdir. Ramil ona İrəvanlı kəndinə getmələrini demiş, o, Ramildən nə üçün İrəvanlı kəndinə getdiklərini soruşmamışdır. İrəvanlı kəndinə çatanda yolun kənarı ilə Ayselin, və Ayseldən təxminən 40-50 metr aralıda Rəxşəndənin gəldiyini görmüşlər. Ayselin yanına çatanda Ramil ona avtomobili saxlamağını demişdir. O da avtomobili saxlamış, lakin avtomobildən düşməmişdir. Ramil avtomobildən düşüb Ayselə yaxınlaşmış və Ayselin qolundan tutaraq onu avtomobilə əyləşdirmiş, özü də Ayselin yanında əyləşmişdir. Ramil daha sonra ona Göygöl şəhərinə getmələrini demişdir. O, Ramilə nə üçün Göygöl şəhərinə getdiklərini dedikdə sonuncu ona səbəbini deməmişdir. Onlar Göygöl şəhərində xəstəxananın qarşısında bibisi Leyla ilə görüşmüşlər. O və Ramil avtomobildən düşmüş, Leyla bibisi avtomobilin içində Aysellə görüşmüşdür. O bundan sonra oradan aralaşıb yaşadığı Goranboy rayonu, Yeni Veyisli qəsəbəsinə getmişdir. O, Ramilin Ayseli qaçırdığını bilməmiş, Ramil ona bu barədə heçnə deməmişdir. Ramil sadəcə avtomobili Ayselin yanında saxlamağını demiş, o da səbəbini soruşmadan avtomobili Ayselin yanında saxlamışdır. O, Ramildən nə üçün Zərərçəkmiş şəxs avtomobili əyləşdirdiyini, Ayselin kim olduğunu soruşmamışdır. O, Ayselin zorla qaçırıldığını hiss etməmişdir. Bir dəfə Ramil əlini Ayselin çiyninə qoyub onu qucaqlamaq istəyəndə sonuncunun “əlini rədd elə” sözlərini dediyini eşitmişdir. O, ümumiyyətlə avtomobildən düşməmiş, Rəxşəndənin hansı şəraitdə xəsarət aldığını, yıxıldığını görməmişdir. Onun Ramilin yaşadıqları evə gəlməsindən, anasının Ayselə zəng etməsindən məlumatı olmamışdır. O, qorxduğu üçün qaçmışdır. Onu Goranboy rayon polis şöbəsinin əməkdaşları çağıranda ona Ayseli zorla qaçırtdıqlarını demişlər. O da cinayət məsuliyyətinə cəlb olunmaqdan qorxaraq qaçıb gizlənmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmasının, himayəsində azyaşlı uşaqlarının və xəstə qardaşının olmasının nəzərə alınaraq məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2021-ci ilin avqust ayının ikinci yarısında onun istifadəsində olan ***-***-**- ** nömrəli mobil telefonun “WhatsApp” proqramına tanımadığı ***-***-**-** saylı mobil nömrənin “WhatsApp” proqramından “Salam necəsən” başlıqlı sms daxil olmuş, cavab yazaraq kim olduğunu soruşmuş, ona əmisi qızı Lamiyənin qayınanası Yeganənin bacısı Leylanın qardaşı Ramil olduğunu və onu tanıyaraq ailə qurmaq fikrinin olduğunu bildirmişdir. O, cavab yazaraq “məsləhət bilsəydi Yeganə xala deyərdi” sözlərini yazmış və Ramilin nömrəsini yaza və zəng edə bilməməsi üçün qadağan olunmuş zənglərin siyahısına əlavə etmişdir. O, 30 avqust 2021-ci il tarixdə saat 08:30 radələrində qohumu və həmkəndlisi Şahid2 ilə işə getmək üçün Goranboy rayonu, İrəvanlı kəndində avtobus gözləyərkən qarşılarında dövlət qeydiyyat nişanları yerində olmayan “Lifan” markalı avtomobil dayanmış, avtomobildən tanımadığı iki nəfər şəxs düşərək onlara yaxınlaşıb salam vermişlər. Rəxşəndə onlardan kim olduqlarını soruşduqda həmin şəxslərdən biri, sonradan adını bildiyi Ramil onu göstərərək “bu qızı aparmağa gəlmişik” demiş və Ramil onun belindən tutmuş, o isə Rəxşəndənin qolundan tutmuşdur. Lakin adını sonradan bildiyi Firdovsi Rəxşəndənin qışqırıb səs salmaması üçün əli ilə ağzının tutmuşdur. Ramil isə onu qucağına alıb sonradan adını bildiyi Firdovsinin idarə etdiyi avtomobilin arxa oturacağına zorla mindirərək özü də onun yanında oturmuşdur. Firdovsi isə avtomobili idarə etmiş və oradan Goran qəsəbəsi istiqamətində hərəkət etmişlər. O, bir neçə dəfə avtomobilin qapısını açıb özünü avtomobildən atmaq istəmiş, lakin avtomobilin qapıları bağlı olduğu üçün qapını aça bilməmişdir. Üzərində olan mobil telefonu isə Ramil avtomobildə onun əlindən alaraq söndürmüşdür. Onlar onu Göygöl şəhərinə aparmışlar. Göygöl şəhərində əvvəlcədən bacısının toy mərasimində gördüyü Leyla adlı qadın, yəni Ramilin bacısı da avtomobilə əyləşmişdir. Leyla avtomobildə ona baxaraq gülümsəmiş, lakin heçnə deməmişdir. Onlar onu Mollacəlilli kəndinə tanımadığı bir evə aparmış, həmin evin həyətində bir nəfər tanımadığı yaşlı qadın olmuşdur. Onlar həmin evin həyətində onu apardıqları “Lifan” markalı avtomobili saxlamışlar. Ramil orada öz mobil telefonunu söndürüb onun mobil telefonu ilə birlikdə avtomobilə qoymuş və Firdovsi isə oradan çıxıb getmiş, onun hara getdiyini bilməmişdir. Orada Leyla onu dilə tutub “narahat olma, sən qaçırılmağınla razılaş, Ramil sənə nə desən alacaq, onun maddi imkanı yaxşıdır” demiş, o isə Leylaya “mən heç vaxt razılaşası deyiləm, mən sənin qardaşın Ramillə ailə qurası deyiləm, məni geri evimizə qaytarın” demiş, lakin sonuncu ona əhəmiyyət verməmişdir. O, evin içərisinə girməmiş, həyətdə Ramillə çay içmişlər. O, düşmüşdür ki, həmin evə getməkdə məqsəd avtomobili və mobil telefonu gizlətmək olmuşdur. Çünki sonradan həmin avtomobildən istifadə etməmişlər. Bundan sonra Ramil Leyla ilə birlikdə onu tanımadığı avtomobillə Göygöl rayonu, Hacıməlik kəndinə kirvə dedikləri tanımadığı şəxsin evinə aparmışlar. Onlar həmin evdə olarkən Ramil və Leyla onun valideynlərinin Göygöl rayonuna gələcəklərini bildikləri üçün onu valideynləri ilə gördüşdürməyə aparacaqlarını deyib, Leylanın əri Fikrətin idarə etdiyi avtomobilə əyləşdirib Gəncə şəhərinə aparmışlar. Fikrət onları Gəncə şəhərində düşürərək evə qayıtmışdır. Onlar Gəncə şəhərində olarkən onu tanımadığı paltar mağazasına aparıb ona bir neçə paltar alıb geyindirib baxmış və həmin paltarları almışlar. O, onu valideynlərinin yanına tez aparsınlar deyə onların ona paltar almalarına razı olmuşdur. Çünki, Gəncə şəhərinə gəldikdə Leyla ona “gedək sənə paltar alaq, sonra valideynlərinə aparacam” demişdir. O, həmin vaxt qorxduğu üçün və onu valideynləri ilə görüşdürəcəklərini fikirləşdiyinə görə paltar alınmasına etiraz etməmişdir. O, Gəncə şəhərində paltar dükanlarını gəzərkən insanların sıxlığından istifadə edərək qaçmaq imkanına malik olmuş, lakin onu valideynləri ilə görüşdürəcəklərini dediklərindən o, valideynlərini görən kimi avtomatik olaraq onlarla çıxıb gedəcəyini fikirləşdiyindən qaçmağa ehtiyac olmadığını düşünmüş, bu səbəbdən də qaçmamışdır. Onlar onu yenidən Göygöl rayonu, Hacıməlik kəndinə adını bilmədiyi kirvəsinin evinə aparmışlar. Onlar Hacıməlik kəndinə gedərkən Ramil onun bildiyinə görə qardaşı Elməddinə zəng edib özünü “Lifan” markalı avtomobilini gətirməsini, eləcə də onun valideynləri ilə danışıq üçün anasını da gətirməsini demişdir. Elməddin də avtomobili deyilən yerə gətirmiş, avtomobillə kirvə deyilən şəxsin evinə getmiş, lakin oradan tez çıxmışlar. Onlar orada bir müddət telefonla danışdıqdan sonra onu valideynləri ilə görüşdürməmiş, Ramil onu öz idarə etdiyi “Lifan” markalı avtomobilə əyləşdirib qapıları içəridən bağlamış və ona “qapını açsan səni öldürəcəm” dediyi üçün o da qapını açmaq niyyətinə düşməmişdir. Ramil onu Samux rayonuna tanımadığı bir fərdi yaşayış evinə aparmışdır. Orada onu avtomobildən düşürtmüş, əvvəlcə evdə bir cavan oğlan və bir yaşlı qadın olmuş, sonra qonşuluqda yaşamaqla ailəli olan ev sahibinin qızı gəlmiş, daha sonra ev sahibi olan kişi gəlmişdir. Ramil onu avtomobildə qoyub qapıları bağlamışdır. Onlar orada təxminən 2 saat qaldıqdan sonra Ramilin qardaşı Elməddin tanımadığı tanışının idarə etdiyi markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil ilə gəlmiş, onu həmin avtomobilə əyləşdirmiş, Ramil onun və öz mobil telefonunu öz avtomobilinə qoymuş, avtomobili də elə orada saxlamışdır. Ramil, Elməddin və Elməddinin tanışı idarə etdiyi avtomobil ilə onu Daşkəsən rayonunun tanımadığı kəndinə aparmışlar. Onlar həmin kəndə gələrkən hava qaranlıq olmuşdur. Sürücü həmin kənddən bir nəfər tanımadığı şəxsdən açar alıb onu bir qapısı bağlı fərdi yaşayış evinə gətirmiş, Elməddinin tanışı ev sahibinə “ailəli adamdır, yoldaşı xəstədir və həkim dağ havası buyurub” demişdir. Elməddin və tanışı Ramil ilə onu həmin evdə qoyub getmişlər. Onlar getdikdən sonra Ramil evin darvazasını bağlamış, onu evin giriş hissəsindən sol tərəfdə yerləşən sayca ikinci otağa aparmış və otağında qapısını bağlayıb açarı götürmüşdür. Ramil orada bir müddət ona öz türmə həyətından danışmış, ona avtomobil, paltar alacağını və ona qulluqçu tutacağını bildirmişdir. Ramil bir müddət söhbət etdikdən sonra o, saat olmadığına görə vaxtı dəqiq bilməmiş, amma evin pəncərəsindən havanın qaranlıq olduğunu görmüşdür. Onlar olduqları otaq iki ədəd ayrı-ayrı çarpayı olmuşdur. Ramil həmin çarpayının birinin üzərindən yorğanı götürüb yerə sərmiş, sonra ona yaxınlaşıb qolundan tutmuş, ona razı olmayacağı təqdirdə öldürəcəyi ilə hədələmiş, valideynləri ilə görüşdürməyəcəyini, həmişə burda saxlayacağını deyib onu tutub yorğanın üstünə uzatmışdır. O, Ramilə əlləri ilə və ayağı ilə müqavimət göstərərkən Ramil bir əli ilə qollarını arxadan tutmuş, bir əli ilə əynində olan ağ rəngli koftanı çəkib çıxartmış, həmin vaxt o, hiss etmişdir ki, koftanın sol boyun hissəsi cırılmışdır. Sonra o, qolunu Ramilin əlindən çıxartmış və Ramilin əynində qalan digər paltarları çıxartmağa mane olmaq istəyərkən Ramil ona çığırmış, onu döyəcəyini demiş və yenidən əllərini arxadan bir əli ilə tutduqdan sonra əynində olan ağ rəngli maykanı çıxardarkən sağ tərəfdən cırmış və əynindən çıxartmış, sonra ağ rəngli döşlüyünü çəkib çıxartmışdır. Ramil onun əynində olan göy rəngli cins şalvarı çıxartmaması üçün o, üzü üstə çönmüşdür ki, şalvarın düyməsini aça bilməsin, lakin Ramil onu arxası üstə çöndərib şalvarı çəkərkən şalvarın sepi qırılmış və Ramil şalvarı əynindən çıxartmış, sonra əynində çəhrayı rəngdə olan trusiki çıxardarkən trusik də cırılmış və əynindən çıxmışdır. Sonra Ramil əllərini yenə əvvəlki vəziyyətdə tutmuş və öz şalvarını onun bildiyinə görə tam çıxartmayıb üzərinə uzanmaq istəyərkən o, ayaqları ilə Ramili kənara itələmək istəyərkən yenidən ona çığırıb üstünə uzanıb gərilmiş cinsiyyət orqanını onun cinsiyyət orqanına salıb onunla zorla cinsi əlaqədə olmuş, lakin bildiyinə görə ereksiya olmamışdır. Ramil bir neçə dəqiqədən sonra üzərindən durmuş və qollarını buraxmışdır. Ramil onunla zorla cinsi əlaqədə olarkən o, sağ budundan, döş qəfəsindən və sağ qolundan xəsarətlər almışdır. Ramil orada olan çarpayıya uzanmış, o isə ayağa durub əynindən çıxartdığı paltarların cırıq olmasına baxmayaraq geyinmiş və orada olan çarpayının üstündə oturmuşdur. Təxminən bir iki saatdan sonra pəncərədən havanın işıqlandığını görmüşdür. Həmin vaxt Ramil yuxudan oyanmış və yenidən onu yerdəki yorğanın üstünə uzadıb qollarını tutub paltarlarını çıxartmış və onunla yenidən zorla cinsi əlaqədə olmuş, həmin vaxt uşaqlıq yoluna spermanın töküldüyünü hiss etmişdir. Ramil durub şalvarını çəkdikdən sonra o, paltarlarını geyinmişdir. Təqsirləndirilən şəxs1 şikayətçidir, ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Digər Təqsirləndirilən şəxs2 ona qarşı hər hansı bir qanunsuz hərəkət etməmiş, hazırda onunla barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun doğma qızıdır. 30 avqust 2021-ci il tarixdə səhər tezdən Zərərçəkmiş şəxs Şahid2 ilə birlikdə işlədikləri müəssisəyə getmişlər. Həmin gün saat 09 radələrində Rəxşəndə ona zəng edərək, “Ayseli yanımdan qaçırdılar” demişdir. O, dərhal Rəxşəndənin yanına, oradan isə Goranboy rayon polis şöbəsinə gedib ərizə ilə müraciət etmişdir. Sonradan ona Ayseli Təqsirləndirilən şəxs1 qaçırdığı məlum olmuşdur. Hadisədən bir-iki gün qabaq yaşadığı evə bir şəxs gələrək yoldaşından onun nömrəsini soruşmuş, guya Allahverdinin oğlu olduğunu, dam tikdirmək istədiyini demişdir. Yoldaşı həmin şəxsə onun nömrəsini vermiş, növbəti gün ona tanımadığı nömrədən zəng gəlmiş, zəng edən şəxs ona dam tikməyə usta lazım olduğunu demiş, o isə etiraz edərək işlərinin olduğunu və vaxtı olmadığını demişdir. Həmin gün günorta saatlarında bir qadın qızı Ayselə zəng edərək adının Dilgüşə olduğunu, onlara gələcəyini demiş, qızı həmin şəxsi tanımadığını dedikdə gələrək tanışlıq verəcəyini bildirmişdir. Elə həmin ərəfələrdə onlarla bir küçədə yaşayan Lalə adlı qadın qonşuluqda yaşayan qardaşının arvadı Səlfinazla danışaraq qızı Ayselin işlədiyi Azərxalçaya işə girmək fikrinin olduğunu demiş, Ayselin iş vaxtını soruşaraq Aysellə birlikdə gedəcəyini və işə girmək üçün müraciət edəcəyini demiş, Səlfinaz isə Lalənin niyyətini başa düşməyərək Ayselin səhər saatlarında 09 radələrində işə Azərxalçanın avtomobili ilə işə getdiyini demişdir. 30 avqust 2021-ci il tarixdə səhər saatlarında o, işə getmiş, Lalənin küçədə oturduğunu görmüş, bir qədər aralıda yaşadıqları küçənin baş tərəfindən qara rəngli, dövlət qeydiyyat nişanı olmayan «Nazlifan» markalı avtomobilin küçənin baş tərəfində, yol ayrıcında dayandığını görmüş, lakin əlil maşını olduğundan heç nə başa düşməmiş, həm də avtomobildə heç kim olmamışdır. Təxminən 30-40 dəqiqədən sonra bibisi qızı Rəxşəndə ona zəng edərək qızı Ayselin qaçırıldığını demişdir. O, evə gəlmiş, Rəxşəndə də onlara gəlmiş, Rəxşəndə DİNnin 102 xidmətinə zəng edərək məlumat verdiyini demiş, o da DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermiş və Goranboy rayon polis şöbəsinə getmişlər. Orada şikayət ərizəsi yazmış, həmin vaxt qızının Cavadın oğlu Ramil tərəfindən qaçırıldığını öyrənmişdir. Sonradan hadisədən əvvəl onun nömrəsini istəmiş şəxsin məhz elə qaçırılmada iştirak etmiş Firdovsi olduğunu, Ayselə zəng etmiş şəxsin isə Firdovsinin anası olduğunu öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun dayısı nəvəsidir. O, və Aysel "xxxx" ASC-nin Goranboy rayon filialında toxucu işləyirlər. 30 avqust 2021-ci il tarixdə saat 08:30-da o və Aysel yaşadıqları kənddən Goranboy-Goran yolu istiqamətində işə getmək üçün avtobus dayanacağına gedərkən “Lifan” markalı avtomobil onların yanında dayanmışdır. İki nəfər şəxs avtomobildən düşüb onlara yaxınlaşmışlar. Həmin şəxslərdən adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 ona salam verib “qızı qaçırtmağa gəlmişəm” demişdir. O, Ramilə “hansı qızı” demiş, Ramil sonuncuya “yanında duran Ayseli” deyə cavab vermiş, o isə Ramilə “dəlisən” demişdir. Ramil Ayseli qaçırmaq istəyən zaman Aysel ondan tutmuş, Ramil də onların hər ikisini itələmiş, həmin vaxt o və Aysel yerə yıxılmışlar. Lakin Ayselin hansı nahiyəsinin yerə dəyməsini, Ayselin hansı xəsarətləri almasını bilməmişdir. Çünki, Ramil Ayseli yerdən götürüb avtomobilə mindirmiş, həmin vaxt Ayseldən tutmaq istədikdə Ayselin hansısa paltarının sökülməsi səsini eşitmişdir. O, yerdən duranda artıq avtomobil getmiş, avtomobilin nömrəsinə baxmış, nömrənin yerində olmadığını görmüşdür. Adını sonradan bildiyi Firdovsi isə o, yerə yıxıldıqdan sonra qışqırmaq istədikdə ağzını tutmuş, Firdovsi onu itələməmiş və yıxmamışdır. Onları Ramil yerə yıxmış, Firdovsi isə o qışqıran zaman gəlib ağzını tutmuş, həmin vaxt Ramil Ayseli avtomobilə mindirmişdir. O, dərhal Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə və Şahid1 zəng edib məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Hadisədən əvvəl bir oğlan onlara gələrək ərinin nömrəsini istəmiş, əri usta olduğu üçün dam tikdirmək istədiyini demiş, o həmin oğlana ərinin nömrəsini vermişdir. Bundan sonra qızı Ayselə bir qadın zəng edərək onlara gəlmək istədiyini bildirmiş, qızı həmin qadından kim olduğunu soruşduqda gələndə tanışlıq verəcəyini demişdir. 30 avqust 2021-ci il tarixdə səhər saatlarında o, qızını işə yola salmış, bir neçə dəqiqədən sonra qonşuların qışqırıq səslərini eşitmiş, onlar kiminsə qaçırıldığını demişlər. O, həmin səs-küyə küçəyə çıxdıqda onun qızının qaçırıldığını öyrənmişdir. Bundan sonra o özünü narahat hiss etmiş, halı dəyişmiş, qonşular ona tibbi yardım göstərmişlər. Bir qədər sonra qızı Aysel öz telefonu ilə onun yanında olan əmisi qızı Leylaya zəng etmiş, o, Leyladan telefonu alıb həmin vaxt qızı ilə danışmış, qızı ona qızını qaçıran şəxsin Ramil olduğunu, Ramilin isə qayının qızının qaynanasının qardaşı olduğunu demişdir. O, Ramili tanımamış, onu heç vaxt görməmişdir. Bundan sonra o və yoldaşı Ramilin Göygöl rayonunda yaşayan bacısı Leylagilə getmiş, orada onlara Ayselin yerini deməmişlər. Növbəti gün, onlar yenə Leylagilə getmiş, lakin onlar qızının yerini ona deməmişlər. Sonradan o, səhəti ilə əlaqədar gəlib-gedə bilməmiş, qızının Ramildən alınması ilə əri və digər qohumları məşğul olmuşdur. O, Aysellə sonuncu qaçırıldıqdan sonra yalnız bir dəfə danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 onun yoldaşının dayısı oğludur. Ramilin bir neçə dəfə məhkumluğu olmuşdur. 30 avqust 2021-ci il tarixdə o, tarlada su sulamış, günorta saatlarında nahar etmək üçün evə gəlmişdir. Həmin vaxt o, Ramilin onlarda olduğunu görmüş, Ramillə görüşüb hal-əhval tutmuşdur. Ramilin avtomobili onun həyətimdə olmuş, sonuncu ona qız qaçırtdığını demişdir. O, qızın avtomobildə olduğunu görmüş, qıza düşüb evə gəlməsini təklif etmiş, lakin qız avtomobildən düşməmişdir. O, qıza allah xoşbəxt etsin demiş, qızdan özü gəlib-gəlmədiyini soruşmuş, qız onun sualına cavab olaraq çiynini çəkmişdir. O, qızın cavabından heçnə başa düşməmiş, təxminən 15 dəqiqə sonra taksi gəlmiş, avtomobilin nömrəsi və markasına baxmamış, Ramil və Aysel həmin taksiyə minib getmişlər. Onların hara getdiklərini o bilməmiş, heç bununla maraqlanmamış, çünki ona Ramilin qız qaçırması maraqlı olmamışdır. Adını sonradan bildiyi Aysel isə zorla qaçırılması, Ramili istəməməsi barədə ona heç nə deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 30 avqust 2021-ci il tarixdə o, həyat yoldaşı X12 ilə evdə olmuşdur. Həmin vaxt Ramil, bacısı Leyla və yanlarında ilk dəfə gördüyü, adını sonradan bildiyi Aysel adlı qadın onlara gəlmişlər. Onların ilk dəfə hansı avtomobillə gəldiklərini bilməmişdir. Ramil ona Ayseli qaçırdığını demiş, o, Ramildən qızı zorla qaçırdıb-qaçırmamasını soruşmamış, çünki, Ayselin sərbəst hərəkət etməsinə görə zorla qaçırıldığını düşünməmişdir. Çünki, Aysel çox rahat olmuş, zorla qaçırılana oxşamamış, narazılıq etməmiş, zorla qaçırıldığını deməmişdir. Aysel ilə Ramil təxminən 2 saat onlarda olmuş, yemək yemiş, bundan sonra paltar almaq üçün Leylanın əri Fikrətin avtomobili ilə Gəncə şəhərinə getmişlər. Həmin gün axşam saatlarında Ramil və Aysel yenə onlara gəlmiş, lakin çox qalmayıb çıxıb getmişlər. Onların getməsindən bir qədər sonra Goranboy RPŞ-nin əməkdaşları onlara gələrək Ramilin və Ayselin yerini soruşmuş, o isə onlara harasa getdikərini demişdir. Bir gün sonra Ramil və Aysel onlara gəlmiş, həmin vaxt Göygöl RPŞ-nin Nihat adlı əməkdaşı onlara gələrək Ayseldən izahat almış, Ayseldən zorla qaçırılıb-qaçırılmadığını soruşmuş, Aysel özü könüllü narazılığının olmamasını demiş, bu barədə izahat yazmış və öz xətti ilə imzalamışdır. Bundan bir qədər sonra Ayselin qohumları ilə Goranboy RPŞ-nin əməkdaşları onlara gəlmiş, həmin vaxt Ramil və Aysel onunla qonşuluqda yaşayan qudası İbad ilə sonuncuya məxsus evdə olmuşdur. Ayselin qohumları və Goranboy RPŞ-nin əməkdaşları Ayseli görmək istədiklərini bildirmiş, o da qudasıgilə gedərək bu barədə məlumat vermiş, Ramil heç bir etiraz etməmiş, Ayselin gedib onlarla görüşməsini bildirmişdir. O da Ayseli gətirmiş, Aysel qohumları ilə danışdıqdan sonra onlarla getmək istədiyini bildirmiş və çıxıb getmişdir. Həmin vaxt Ramil də polislərin adını eşidərək qaçmışdır. O və həyat yoldaşı Ayselin zorla qaçırıldığını bilməmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qayınıdır, Təqsirləndirilən şəxs2 isə qayının oğludur. 30 avqust 2021-ci il tarixdə Ramil ona zəng edərək Hacıməlik qəsəbəsində Osmangildə olduğunu, yoldaşı Leylanın da orada olduğunu deyərək ora gəlməsini bildirmişdir. O, Osmangilə getmiş, orada Ramillə görüşmüş, Ramilin qız qaçırdığını öyrənmişdir. Həmin vaxt adını sonradan bildiyi Ramilin qaçırdığı Aysel sakit oturmuşdur. Osman Ayselə özünün də qızı olduğunu, əgər zorla gətirilibsə Ayseli azad edə biləcəyini, Ramilin isə heçnə etməyə qoymayacağını demiş, eyni sözləri o da Ayselə demiş, Aysel onlara narazılığı haqqında heçnə deməmiş, hətta Aysel ondan qohumları ilə danışmaq üçün mobil telefonunu istəmiş, o da mobil telefonunu Ayselə vermiş, Aysel də onun mobil telefonu ilə anasına zəng etmiş, anası ilə danışmış, bir qədər də doluxsunmuş, anasına şikayət etməmələrini, gələrək danışıq etmələrini demiş, sonra Ayselə otağa keçərək təklikdə sərbəst danışmasını demişdir. Aysel otağa keçərək anası ilə təklikdə danışmış və onun telefonunu qaytamışdır. Bundan sonra yoldaşı Leyla Ayselə paltar almaq üçün Gəncə şəhərinə gedəcəklərini demiş, o, onları avtomobili ilə Gəncə şəhərinə aparıb düşürmüş və işə qayıtmışdır. Bir qədər sonra ona Göygöl RPŞ-nin əməkdaşları zəng edərək Ayselin valideynlərinin gəldiklərini və onun harada olduğunu soruşmuşdur. O, polis əməkdaşlarına işdə olduğunu demiş, sonra onlarla birlikdə evə getmişdir. Yoldaşı ona zəng edərək Ayselin qohumlarının gəldiklərini və onların evə gəlmələrini demişdir. Bir neçə dəqiqədən sonra yoldaşı Leyla, qayınanası Muxayət və Elməddin gəlmişlər. Ayselin qohumları onlara nalayiq sözlər deməyə başlamış, o, onlara Ramil və Ayselin harada olduqlarını bilmədiklərini demiş, hətta mobil telefonu ilə Osmana zəng edərək Osmanla danışmış, Ramilin və Ayselin orada olubolmadığını soruşmuş, mobil telefonunu tanımadığı polis əməkdaşı da götürürək soruşmuş, Osman isə təxminən 10-15 dəqiqə əvvəl harasa getdiklərini demişdir. Sonra Ramilin hara getdiyini bilməmiş, növbəti gün, yəni 31 avqust 2021-ci il tarixdə Ayselin qohumları onlara gələrək onları Osmangilə aparmalarını demişlər. O və yoldaşı Leyla onları Osmangilə aparmış, orada Goranboy RPŞ-nin əməkdaşları da olmuş, Ramil və Aysel Osmangilin qonşuluğunda yaşayan qudasıgildə olmuşlar. X13sıgilə getmiş, orada Ayselə valideynlərinin gəldiyini demiş, Aysel onları görmək üçün Osmangilə gəlmişdir. Ayselin gəlməsinə Ramil heç bir etiraz etməmiş, Aysel qohumları ilə bir qədər söhbət etdikdən sonra onlarla birlikdə getmək qərarına gəlmişdir. Bundan sonra Aysel şikayət etmiş və nəticədə Ramil və Firdovsi həbs olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərmişdir ki, 30 avqust 2021-ci il tarixdə axşam saatlarında Şahid4 ona zəng edərək taksi kimi qardaşını Daşkəsən rayonuna aparmaq lazım olduğunu bildirmişdir. O da Elməddinlə razılaşmış, həmin vaxt Elməddin Göygöl rayonu, Murovdağ qəsəbəsində bacısıgildə olduğunu bildirmiş və Elməddini də götürməyini istəmişdir. O, ora gedərək Elməddini götürmüş, oradan isə Samux rayonu, Zazalı kəndinə gedərək tanımadığı evdən Ramili və adını sonradan bildiyi Ayseli götürmüş və Daşkəsən rayonu, Pirverdilər kəndinə getmişdir. Elməddin ona qardaşı Ramilin qız qaçırdığını deməyərək qardaşının Bakı şəhərindən gəldiyini, Daşkəsən rayonunda istirahət edəcəyini və ailəsi ilə birlikdə gəldiyini demişdir. Daşkəsən rayonu, Pirverdilər kəndinə çatdıqda Elməddin kiməsə zəng etmiş, Elməddinin telefonla danışığından ev sahibi olduğunu bilmiş, adını bilmədiyi ev sahibi də kəndin mərkəzinə gəlmiş, ev sahibini də avtomobilə mindirmiş və ev sahibinin həmin kənddə yerləşən evinə getmişlər. Ev sahibi evin şəraitini başa saldıqdan sonra onlar birlikdə avtomobilə yaxınlaşmış, Aysel düşüb Ramil ilə evə getmiş, onlar isə geri qayıtmışlar. Növbəti gün səhər saatlarında Elməddin ona zəng edərək qardaşı Ramilgili götürüb gətirməyini demişdir. O da Elməddinə təəccüblə yanaşmış və nə üçün belə tez qayıtmaq istədiklərini soruşmuşdur. Elməddin ona qardaşının Ayseli öz razılığı ilə ailə qurmaq üçün qaçırdığını demişdir. Bundan sonra o, Daşkəsən rayonu, Pirverdilər kəndinə getmiş, Ramil və Ayseli elə düşürdüyü evdən götürmüş, Ramil ilə Aysel avtomobilin arxa oturacağında əyləşmişlər. Kəndin mərkəzində Ramil Ayselə DİN-nin 102 xidmətinə danışıb razılaşdıqları kimi şikayəti yoxdur sözlərini deməsini demişdir. Onların üzərində mobil telefon olmamış, Ramil ondan Ayselin 102 xidmətinə zəng etməsi üçün mobil telefonunu istəmiş, o da Ramilə istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonunu vermişdir. Ramil ona “avtomobili saxla, Aysel danışsın” demiş, o da avtomobili saxlamış, Aysel onun telefonu ilə DİN-nin 102 xidmətinə zəng edərək «mən özüm gəlmişəm, valideynlərim şikayətçidir, valideynlərim ərizələrini geri götürsünlər» demişdir. Bundan sonra bildiyinə görə Ayselin yanındakı qohumu şikayət etmiş, onun nömrəsini isə əzbər bilmədiyi üçün onlar Samux rayonu, Zazalı kəndinə telefonu götürmək üçün getməli olmuşlar. Yolda Daşkəsən rayonu, Alunitdağ qəsəbəsindən keçəndə Elməddinlə rastlaşmış, Elməddin də avtomobili ilə heyvan aparırmış, orada Elməddin ona Ramildən kənarda Ramili hara düşürəcəyi barədə mütəmadi məlumat verməyini bildirmişdir. O, Ramilgili Zazalı kəndinə aparmışdır. Ramil və Aysel orada tanımadığı şəxsə məxsus evə girmiş, o isə çöldə gözləmişdir. Daha sonra onları Samux rayonu, Zazalı kəndindən Göygöl rayonu Mollacəlilli kəndinə aparmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 07 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 07 sentyabr 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 07 sentyabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 4(045)-65/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Goranboy rayon məhkəməsinin 08 sentyabr 2021-ci il tarixli 4(045)-66/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Daşkəsən rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, əsasında "xxxx" MMCdən daxil olmuş diskə baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, diskdə olan “Zənglərin_Detallaşması_**********5746_558566171” sözləri yazılmış faylda Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2021-ci il tarixdən saat 00:00 dəqiqədən xx.xx.2021-ci il tarixə saat 23:59 dəqiqəyədək daxil olan və çıxan zənglər barədə məlumatlar əks olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “baxış keçirilməsi haqqından” görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olan ***- ***-**-** saylı mobil nömrə hadisənin baş verdiyi 30 avqust 2021-ci il tarixdə saat 08.10 dəqiqədə “Goranboy rayonu, Cinliboluslu kəndi”nin anten dairəsində, 31 avqust 2021-ci il tarixdə saat 17:15 dəqiqədə “Samux rayonu, Əliuşağı kəndi”nin anten dairəsində, saat 17.48, 17.50, 18:20, 19:18, 21:40, 21:57 dəqiqələrdə “Göygöl rayonu, Hacıməlikli kəndi”nin anten dairəsində qeydə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “əşyanın tanınmasının aparılması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı Təqsirləndirilən şəxs1 əynində olmuş və istintaq zamanı götürülmüş bir ədəd boz rəngli şalvarı tanımışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X9 Publik Hüquqi şəxsin Goranboy rayon şöbəsinin xx.xx.2021-ci il tarixli, 526 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində sağ saidin, döş qəfəsinin ön səthində solda və sağ budun iç səthinin qançırları kimi xəsarətlər aşkar edilmişdir, həmin xəsarətlər zorla cinsi əlaqədə olma zamanı əmələ gələ bilər, əmələ gəlmə müddəti xx.xx.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin məhkəmə-lifli materialların kriminalistik ekspertizasının xx.xx.2021-ci il tarixli, 16/966 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Zərərçəkmiş şəxs məxsus bir ədəd şalvarın səthi üzərindən tapılmış boz rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus bir ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin məhkəmə-trasoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 16/967 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş qırmızı rəngli tumanın üzərində olan bir ədəd, göy rəngli cins şalvarın üzərində olan bir ədəd, ağ rəngli qısaqol köynəyin üzərində olan bir ədəd və ağ rəngli maykanın üzərində olan bir ədəd zədələr fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıbcırılma, sökülmə zədələridir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2021-ci il tarixli, 752/242 nömrəli kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs2 əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs2 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs2 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2021-ci il tarixli, 753/243 nömrəli kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hazırki cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və hərəkətlərini idarə etmək iqtidarında, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk edib hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs1 əməli törətməmişdən əvvəl emosional halından asılı olaraq əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2022-ci il tarixli, 23 nömrəli məhkəmə-psixoloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs yaş xüsusiyyətləri və intellektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlərin xarakter və mənasını anlaya bilərdi. Zərərçəkmiş şəxs özünün psixi yaş və fərdi-psixi xüsusiyyətlərindən, intellektual inkişafı və emosional halından asılı olaraq onunla cinsi əlaqədə olarkən müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs əqli inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri aşkar edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 519 saylı rəyindən görünür ki, Şahid2 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarətlər- sol bazu və said nahiyəsinin sıyrıqları, küt əşyanın o, cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni, xx.xx.2021-ci il tarixdə əllə yetirilmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olmadığı üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 2014 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində xəsarət müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 cinsiyyət orqanlarında cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb-patologiya, deformasiya, çapıq toxuması aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş və istintaq zamanı götürülmüş üzərlərində zədələr olan bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qırmızı rəngli tuman və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd boz rəngli şalvar maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 idarəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4, 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay, 27 gün müddətinə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 idarəsinin xx.xx.2021-ci il tarixli tələbnaməsindən görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial ekspertiza və Reablitasiya Xidmətinin 24 saylı Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.2015-ci il tarixli məktubundan görünür ki, X14 TSEK-in diaqnozu: Kəskin imbesillik dərəcəsində olan ağıl zəifliyi. Əqli gerilir tez-tez qıcolma tutmaları ilə. Onurğanın skoliozu, qazbellik. Hər iki aşağı və yuxarı ətrafların, kürək nahiyyəsinin, başın, oma-büzdüm nahiyyələrinin müxtəlif ölçülü ekzostozları yerişin və statikanın pozulması. Kənar şəxsin qulluğuna ehtiyacı var. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs sonradan onunla evlənməyə razılaşması və onunla könüllü olaraq cinsi əlaqədə olması, digər Təqsirləndirilən şəxs2 isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 tərəfindən onun iradəsinə zidd olaraq oğurlanmasından xəbərsiz olması, əmisi Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs evlənmək məqsədilə oğurlaması barədə ona əvvəlcə deməməsi ilə bağlı ifadələrinin zərərçəkmiş şəxs və şahidlərin ifadələri, üzləşdirmə protokolları və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib olunduğundan həmin ifadələrə tənqidi yanaşaraq təqsirləndirilən şəxslərin məsuliyyətdən yaxa qurtarmaq üçün verdikləri ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 144.2.3 və 149.1-ci maddələri və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CMin 144.2.3-cü maddəsində nəzərdə əməllərində tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olub bir qrup təşkil edərək adam oğurladıqlarına görə onların əməlləri Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-cü maddələri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə tövsif edilməli və onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar olmadığından təqsirləndirilən şəxslər həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikasının CPM-nin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 61.1.1-ci maddəsinə əsasən əməlində cinayətin residivinin olması onun cəzasını ağırlaşdıran hal kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs2 himayəsində iki azyaşlı uşağının əlil qardaşının olmasını Azərbaycan Respublikasının CM-in 59.1.4 və zərərçəkmiş şəxslə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12 və himayəsində əlil qardaşının olması Azərbaycan Respublikasının CM-in 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 idarəsinin xx.xx.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4, 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay, 27 gün müddətinə vaxtından əvvəl şərti olaraq cəzadan azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 15.4–cü maddəsinə görə Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri az ağır və ağır cinayətlər hesab edildiyindən və həmin Məcəllənin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilməsi müəyyən edildiyindən, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi maddələrin sanksiyası həddində cəza təyin edilərək həmin cəzalar qismən toplanmaqla qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən onun əməli cinayətin residivi kimi qiymətləndirilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmişdir. Ona görə də hazırda o, məhkumluğu olan şəxsdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4, 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay, 27 gün müddətə şərti olaraq vaxtından əvvəl azad etmə cəzasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv etməklə və ona bu Məcəllənin 67.1-ci maddəsinə əsasən ona yeni təyin edilmiş cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edildiyindən, Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 07 sentyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs2 oğlunun zərərçəkmiş şəxslə barışmasını nəzərə alaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni doqquz ildən artıq ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs2 barəsində qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, səmimi etirafını və əməllərindən peşman olmasını,himayəsində azyaşlı övladlarının və əlil qardaşının olmasını, cinayətin törədilməsindəki rolunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, onların təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinə həmin Məcəllənin 62-ci maddəsini tətbiq etməklə Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin edilməsi ilə cəzanın məqsədlərinə nail olmaq olar. Cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şübhəli şəxsin tutulması haqqında 07 sentyabr 2021-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Daşkəsən Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarları ilə onlar barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2–ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2ci maddələrinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə isə onun tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsində göstərilmişdir ki, ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Məhkəmə qeyd edir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 93 manat 90 qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Maddi subutlarla bağlı məhkəmə göstərir ki, iş üzrə maddi sübut kimi tanınmış Daşkəsən rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş və istintaq zamanı götürülmüş üzərlərində zədələr olan bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qırmızı rəngli tuman və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd boz rəngli şalvar sahiblərinə qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356-358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3 və 149.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 149.1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Bakı şəhəri, Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 178.2.1, 178.2.2, 178.2.4, 188.1 və 188.2-ci maddələri ilə təqsirli bilinib, 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasını, Bakı şəhəri, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 2 ay, 27 gün müddətə şərti olaraq vaxtından əvvəl azad etmə cəzası Azərbaycan Respublikasının CMnin 67.1-ci maddəsinə əsasən ona yeni təyin edilmiş cəza ilə qismən birləşdirilərək Təqsirləndirilən şəxs1 hökmlərin məcmusu üzrə qəti olaraq 10 (on) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun tutulduğu andan, 07 sentyabr 2021-ci tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış Daşkəsən rayon prokurorluğunda saxlanılan Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş və istintaq zamanı götürülmüş üzərlərində zədələr olan bir ədəd ağ rəngli qısaqol köynək, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli cins şalvar, bir ədəd qırmızı rəngli tuman və Təqsirləndirilən şəxs1 məxsus bir ədəd boz rəngli şalvar sahibinə qaytarılsın imtina edildikdə məhv edilsin. Məhkəmə ekspertizasının keçirilməsinə xərclənmiş 93 manat 90 qəpik məbləğində pul vəsaiti təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-231/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-231/2022
17.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver