Məhkəmə qərarları › İş №1(100)-231/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-231/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-231/2025 30.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Filizman oğlundan ibarət tərkibdə, X8 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1997-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olmaqla, ünvan 2əsinin əhatə etdiyi ərazidə yerləşən 198 nömrəli evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs qeyri şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında təmiz çəkisi 855 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, təmiz çəkisi 1011,2 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini və tərkibində narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 0,075 qram təşkil edən, 15 ədəd ağ rəngli, dairəvi formalı dərman həbini ilkin olaraq 200 manat yol pulu, narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini özünə götürmək və narkotik vasitələrin satışından əldə ediləcək gəlirdən 3000 manat ona verilməsi müqabilində satış məqsədi ilə qanunsuz olaraq Qazax rayonu ərazisindən əldə edib Bakı şəhəri ərazisinə daşıyaraq müxtəlif şəxslərə qanunsuz olaraq satmaq barədə razılığa gələrək 20 sentyabr 2023-cü il tarixdə saat 05 radələrində Qazax rayonu ərazisinə gəlib mobil telefonunda olan “Whatsapp” tətbiqi vasitəsi ilə şəxsiyyəti məlum olmayan şəxslə əlaqə saxlayıb narkotik vasitələrin ünvan 3 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətindəki borunun içərisinə qoyulmasını təsdiq edən ünvan məlumatlarını və şəkilləri əldə edib qeyd edilən ünvana gedərək borunun içərisinə qoyulmuş 1 ədəd qara rəngli idman çantasındakı 1 ədəd göy rəngli polietilen torbanın içərisində olan üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 855 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 1011,2 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə hər birinin tərkibində 0,075 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 1,125 qram təşkil edən, 15 ədəd ağ rəngli, dairəvi formalı dərman həbini həmin yerdən götürərək satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin tarixdə saat 05:45-də ünvan 5 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin qarşısında saxlanılaraq Qazax şəhəri ,Heydər Əliyev prospekti, 165A ünvanda yerləşən rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 20 sentyabr 2023-cü il tarixdə saat 06:45-dən saat 09:20-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlində daşıdığı qara rəngli idman çantasının içərisindən 1 ədəd göy rəngli polietilen torbanın içərisində olan üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi 855 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, üzəri şəffaf rəngli yapışqanlı lentlə bağlanmış qara rəngli polietilen bağlamada təmiz çəkisi 1011,2 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə hər birinin tərkibində 0,075 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 1,125 qram təşkil edən 15 ədəd ağ rəngli, dairəvi formalı dərman həbi aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, o narkotik vastlərin istifadəçisi olmuş, satışı ilə məşğul olmamışdır. İran vətəndaşını tanımamış sonuncu ilə telefon vasitəsi ilə əlaqə saxlamışdır. Həmin şəxs ona “nəşə vardır onu gedib götürməlisən” demişdir. Ona pul təklif olunmuş, lakin o pula razı olmamışdır. O həmin şəxsə gedib götürə biləcəyini, həmin narkotik vasitənin bir qismini isə özü üçün götürəcəyini bildirmişdir. Həmçinin o “çəkən” olmasını həmin şəxsə bildirmişdir. Bundan sonra o, Qazax şəhərinə gəlmiş, həmin yerdə çantanın olmasını görmüş, lakin çantanın içində nə olmasından onun xəbəri olmamışdır. O həmin çantanı götürən zaman polis əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra ona polis əməkdaşları tərəfindən çantada olan narkotik vasitələr göstərilmişdir. Çantanın içindən “kakos” aşkar olunmuşdur. Bundan sonra ona dərman “metadon” göstərilmişdir. O isə polis əməkdaşlarına “nəşəyə” görə gəlməsini bildirmişdir. Həmçinin o günahını etiraf etməsini polis əməkaşlarına bildirmişdir. Əlavə şeylər onluq olmamışdır. Ona iki maddə ilə ittiham verilmişdir. O bu hadisəni bilmədən törətmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən görünür ki, «….polis əməkdaşları tərəfindən saxlanılmazdan 7-8 ay əvvəl Məhəmməd adlı şəxsi tanımışdır. 2023-cü ilin sentyabr ayının xatırlamadığı tarixdə, polis əməkdaşları tərəfindən saxlanılmazdan bir neçə gün əvvəl “Məhəmməd” adlı şəxs “whatsapp” tətbiqində onunla əlaqə saxlayıb Qazax rayonunda təxminən 1 kiloqram narkotik vasitə olan heorin, təxminən 1 kiloqram narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitələri Bakı şəhərinə gətirmək lazım olduğunu, etibar edə biləcəyi adam tapmadığını bildirmiş, narkotik vasitələri götürüb Bakı şəhərinə gətirməyini xahiş etmişdir. O həmin şəxslə razılaşmışdır. 19 sentyabr 2023-cü il tarixdə saat 19 radələrində işdən evə getdikdən sonra əvvəllər taksi xidmətindən istifadə etdiyi Tural adlı şəxsə zəng vurub onu Qazax rayonuna aparıb-gətirməsini xahiş etmiş, təxminən 200 manata onunla razılaşmışlar. Belə ki, onun pulu olmadığı üçün Məhəmməd adlı şəxsdən yol pulu istəmiş, Məhəmməd adlı şəxs ona götürəcəyi narkotik vasitənin üstündə 200 manat pul olacaq, həmin pulu yol pulu elə demişdir. Bundan sonra o qohumu X6 zəng vurub ona əsgər yoldaşları ilə görüşmək üçün Qazax rayonuna getməli demiş, Orxanın Ağstafa rayonunda şəxsi işi olduğu üçün onunla birlikdə getməsini təklif etmiş, Orxan da razılaşmışdır. Tural həmin gün saat 22-23 radələrində yaşadığı Sumqayıt şəhərində yerləşən “əşya bazarı” adlanan yerə gəlmiş, o orada avtomobilə əyləşmiş, bundan sonra Orxanı götürmək üçün onun yaşadığı Sumqayıt şəhərində yerləşən “Xəzər bağları” adlanan əraziyə getmiş, orada Orxan avtomobilə əyləşmiş, Tural avtomobili idarə edərək Bakı şəhəri istiqamətində hərəkət etməyə başlamışdır. Turalın gözü yaxşı görmədiyi üçün və axşam olduğu üçün Bakı şəhərində avtovağzalın yaxınlığında avtomobili Orxan idarə etməyə başlamışdır. 20 sentyabr 2023-cü il tarixdə saat 05 radələrində Qazax rayonuna çatdıqdan sonra “Məhəmməd” adlı şəxslə “whatsapp” tətbiqində əlaqə saxlamış, həmin şəxs ona xəritə atmış, o yolu Orxana izah etmiş, mobil telefonundakı xəritə vasitəsi ilə həmin şəxsin göndərdiyi ünvan məlumatını açan zaman həmin yerin Qazax rayon stadionu ərazisi olduğunu bilib həmin istiqamətə hərəkət etməyə başlamış, stadionun qarşısına çatdıqdan sonra o avtomobildən düşüb həmin yerə getmiş, lakin narkotik vasitəni tapa bilməyib geri qayıtmış, daha sonra o avtomobildən düşüb stadionun həyətinə getmiş, Məhəmməd adlı şəxsin göndərdiyi ünvan məlumatına xəritədə baxıb stadionun həyətində boru olan yerə getmiş, borunun içərisində baxdıqdan bir ədəd qara rəngli idman çantası olduğunu görmüş, çantanı götürüb açmadan stadionun həyətindən çıxmış, stadionun qarşısındakı küçədə avtomobilə tərəf gedən zaman Qazax rayon polis şöbəsinin əməkdaşları onları saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsinə gəldikdən sonra o təhqiqatçıya təhvil verilmiş, təhqiqatçı ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulduğunu izah edib onu qərarla tanış etmiş, müdafiəçi ilə təmin olunmaq hüququnu izah edib vəkillərin siyahısını təqdim etmiş, o siyahıdan vəkil X2 onun dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi təyin edilməsini xahiş etmişdir. Müdafiəçi ilə təmin olunduqdan sonra təhqiqatçı ona hüquq və vəzifələrini izah edib bununla bağlı yazılı bildirişləri təqdim etmişdir. Daha sonra həmin otaqda videoçəkiliş aparılaraq üzərində şəxsi axtarış aparılmağa başlanmış, şəxsi axtarış zamanı əlində tutduğu qara rəngli idman çantasının içərisindən 1 ədəd göy rəngli sellofan torbada üzəri şəffaf yapışqanlı lentlə sarınmış iki ədəd qara rəngli sellofan büküm, 1 ədəd kiçik ölçülü şəffaf sellofan büküm aşkar edilmişdir. Təhqiqatçı həmin bükümləri bir-bir açdıda bükümlərdən birinin içərisindən narkotik vasitə olan marixuanaya oxşar yaşıl rəngli ot kütləsi, digərindən qəhvəyi rəngli, narkotik vasitə olan heroinə oxşar kütlə, kiçik sellofan bükümdə isə 15 ədəd ağ rəngli həbb aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdə içərisində qəhvəyi rəngli kütlə olan bükümün 1150 qram yaşıl rəngli kütlə olan bükümün 925 qram olması aşkar edilmişdir. Həmin bükümlər 1 ədəd göy rəngli polietilen torbaya yığılıb qara rəngli idman çantasının içərisinə qoyulub qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, üzərində şəxsi axtarış aparılan özünə məxsus olan 1 ədəd "Samsung" markalı mobil telefon aşkar edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, əvvəllər təqsirləndirilən şəxsi tanımamışdır. 2023-cü ilin sentyabr ayında ona Qazax rayonundan narkotik vasitə götürüləcəyi barədə əməliyyat məlumatı daxil olmuşdur. Səhər saat 5 radələri olmuşdur. Onlar məlumatı aldıqdan sonra Qazaxda stadion adlanan yerə getmişlər. Şəxsin əlində qara çanta olmuşdur. Həmin vaxt şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Saxlanılan şəxs polis əməkdaşları olduğumuzu bilən zaman qaçmağa cəhd göstərmişdir. Qaçan zaman şəxs tutulmuşdur. Qaçmaq istəyən zaman orada olan bir avtomobil yüksək sürətlə həmin ərazidən uzaqlaşmışdır. Şəxs Qazax RPŞ-nə gətirilmiş və növbətçi hissəyə təhvil verilmişdir. Qazax RPŞ-in baş təhqiqatçısı Anar Hüseynov şübhəli şəxs qismində həmin şəxsi tutmuşdur. Çəkliş zamanı şəxsin əlində daşıdığı çanta açılmış, içində olan narkotik vasitə olan heroin, kəskin iyi olan marixuana və sellofanda ağ rəngli 15-20 ədəd həblər olmuşdur. Saxlanılan şəxs həmin çantanın İran vətəndaşı tərəfindən göndərildiyini bildirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımır. 2023-cü ilin sentyabr ayında polis əməkdaşı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında raportla rəisə məruzə edilmişdir. Bundan sonra Qazax rayonunda yerləşən stadionun yanında vətəndaşın əlində qara idman çanta ilə gəlməsini görmüşlər. Onlar vətəndaşa yaxınlaşmış və özlərini təqdim etmişlər. Vətəndaş onların polis əməkdaşları olduğunu bilən zaman qaçmağa cəhd etmişdir. Onlar isə vətəndaşı qaçmağa qoymamışlar. Həmin vaxt ərazidə avtomobil olmuş və vətəndaş həmin avtomobil istiqamətində qaçmağa cəhd etmişdir. Onlar vətəndaşı şöbəyə aparmış və raportla aidiyyəti üzrə təhvil vermişlər. Bundan sonra təhqiqatçı vətəndaşı şübhəli şəxs qismində tutmuş və üzərinə video çəklişlə baxış keçirilmişdir. Çəkliş zamanı çanta açılmış və çantanın içərisindən 03 ədəd bağlama aşkar edilmişdir. Kəskin iyisi olan marixuanaya bənzər “nəşə”, heroinə bənzər kütlə və həblər aşkar edilmişdir. Saxlanılan şəxs həmin maddələri İran vətəndaşından əldə etməsini, həmin çantanı isə Bakı şəhərinə aparacağını bildirmişdir. Bundan sonra bağlama sənədlərşdirilmiş və ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o təqsirləndirilən şəxsi tanıyır. 19 sentyabr 2023-cü il tarixdə narotin maddənin götürülməsi barədə əməliyyat məlumat daxil olmuşdur. Bundan sonra onlar 20 sentyabr 2023-cü il tarixdə, gecə saat 05 radələrində idman çantasında bir nəfər vətəndaşın gəlməsini görmüş və onlar həmin vətəndaşa yaxınlaşaraq özlərini tədim etmişlər. Həmin vaxt vətəndaş qaçmağa cəhd etsə belə, onlar həmin vətəndaşı Qazax RPŞ-nə gətirilmişlər. Şəxsin üzərinə baxış keçirilən zaman, çantadan 15 həb, 2 qara bükümdə qurudulmuş marixuana aşkar edilmişdir. Baxış video çəkliş ilə aparılmışdır. xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax rayon Məhkəməsinin 21 sentyabr 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə-bioloji ekspertizasının 21sentyabr 2024-cü il tarixli, 3-16-16/2-7/1328 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlələr” yazı və imzalar olan idman çantasındakı qara rəngli bağlamada təmiz çəkisi 855,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-quruldulmuş marixuanadır. Məhkəmə-kimyəvi ekspertizasının 21 sentyabr 2024-cü il tarixli, 3-16-16/2-6/4955 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs….” sözləri olan zərfdəki 15 ədəd üzərlərində heç bir göstəricisi olmayan ağ rəngli dairəvi formalı dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,075 qram təşkil edir. Bir ədəd qara rəngli çantanın içərisindəki bir ədəd bükümdə təmiz çəkisi 1011,2 qram qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmiış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotk maddələr”-in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. Məhkəmə-narkoloji ekspertizasının 12 iyun 2024-cü il tarixli 1049 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyat alınması məsləhət görülür. Şəxsi axtarış və götürmə haqqında protokoldan görünür ki, 20 sentyabr 2024-cü il tarixdə saat 06:45 dəqiqədən saat 09:20 dəqiqəyədək olan müddət ərzində videoçəkilişdən istifadə edilərək Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əlində tutduğu 1 ədəd idman çantasının içərisində olan 1 ədəd polietilen torbanın içərisindən üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen bükümdə çəkisi 1150 qram təşkil edən qəhvəyi rəngli kütlə, narkotik vasitə olan heorinə oxşar, üzəri yapışqan lentlə bağlanmış 1 ədəd polietilen bükümdə çəkisi 925 qram təşkil edən yaşıl rəngli, narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə, şəffaf selofan kəsiyində 15 ədəd ağ rəngli həb, üzərindən mobil telefon aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs həmin kütlələri və həbləri internet vasitəsi ilə tanış olduğu İran İslam Respublikası vətəndaşı vasitəsi ilə əldə etdiyini bildirmişdir. 15 dekabr 2023-cü il tarixli sənədə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına tərtib edilmiş 252 nömrəli tutulmuş şəxsin tibbi kitabçasına baxış zamanı müəyyən edilmişdir ki, həmin kitabçanın “ilkin tibbi müayinə” adlanan hissəsində, 5-ci səhifədə göstərilmişdir ki, 20 sentyabr 2023-cü il tarixdə həkim Sevda Nəsibova tərəfindən Təqsirləndirilən şəxs müayinə edilən zaman bədəni üzərində tutulmazdan əvvəl alınmış zədələr və bədən xəsarətləri, baxış zamanı dəri səthində çapıqlar və zədələr aşkar edilməmişdir. Həmin kitabçanın “İsgəncə və qeyri-insani və ləyaqəti alçaldan rəftar nəticəsində törədildiyi güman edilən bədən xəsarətlərinin müayinəsi” adlanan hissəsində, 8-ci səhifədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs heç bir bədən xəsarəti aşkar edilməmişdir. Baxış zamanı kitabçanın hər səhifəsinin surəti “HP” markalı surətçıxaran qurğu vasitəsi ilə 7 vərəqdə çıxarılaraq protokola əlavə edilmişdir. 25 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********27 saylı nömrə nömrə xx.xx.2023-cü il tarixdə saat 05:01:02dən saat 06:01:02-dək “Qazax rayonu, Neft Terminali ərazisi”, “Qazax rayonu, Qazax Baladiyyasi, Qazax rayon Mashghulluq Markazi”, “Qazax rayonu, Canali baladiyyasi”, “Qazax rayonu, Heydar Aliyev 97i ila Azadliq kuchasinin kasishmasi, Qazax Rayon Shahidlar Xiyabani”, “Qazax shahari, N. Narimanov massivi, AVTO 101 yaxinlighi”, “Qazax rayonu, Qaraqapaq kandi”, saat 06:03:40-dan saat 09:11:10-dək “Qazax shahari, Nizami kuchasi, 3 X19 Maktab” anten dairələrində olmuşdur. Təqsirləndirilən şəxs istifadəsində olan **********70 saylı nömrə nömrə xx.xx.2023cü il tarixdə saat 00:06:32-dən saat 01:42:57-dək “Qaradagh rayonu, Sangachal qasabasi, Baki-Alat yolu, 45-ci km, “Haciqabul rayonu, Pirsaat qasabasi”, “Haciqabul shah., R. İbrahimov kuch, X1”, “Haciqabul shahar., Mehdi Huseynzada kuch, Qabirstanliq yolunun yani”, “Kurdamir -Haciqabul yolu,Padar kandi”, “Kurdamir r. Karrar kandi”, “Kurdamir rayonu, Atakishili kandi”, “Kurdamir rayonu, Pirili kandi” anten dairələrində olmuş, saat 01:42:57-dən sonra anten məlumatları göstərilməmişdir. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan **********27 saylı və **********70 saylı nömrələr ilə X4 istifadəsində olan **********96 saylı nömrə və digər nömrələr arasında narkotik vasitələrin, psixotrop maddələrin alqı-satqısı, əldə edilməsi və istehlakı barədə qısa mesaj mətnləri, 08 avqust 2023-cü il və 20 sentyabr 2023-cü il tarixlərdə **********50 saylı nömrə ilə, 19 sentyabr 2023-cü il tarixdə X7 istifadəsində olan **********61 saylı və **********24 saylı, 19 sentyabr 2023-cü il və 20 sentyabr 2023-cü il tarixlərdə X4 istifadəsində olan **********96 saylı nömrələr ilə aralarında zənglər aşkar edilmişdir. 09 aprel 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 24 sentyabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd diskə Təqsirləndirilən şəxs və müdafiəçisi X9 iştirakları ilə baxış zamanı Təqsirləndirilən şəxs “Mehemedd səsli mesajlar” adlı qovluqda olan 102 ədəd, “Mehened Teze səsli mesajlar” adlı qovluqda olan 21 ədəd səs fayllarını dinlədikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin danışıqlar nakotik vasitələri Qazax rayonu ərazisindən əldə edib Bakı şəhəri ərazisinə aparmaq üçün istifadəsində olan mobil telefondakı “Whatsapp” tətbiqində Məhəmməd adlı şəxslə bir-birilərinə göndərdikləri səsli mesajlardır, lakin o həmin mesajların çoxuna qulaq asmamışdır. “Mehened Teze videogörüntülər” adlı qovluqda 3 ədəd videogörüntüyə baxış keçirdikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin videogörüntüləri Məhəmməd adlı şəxs ona göndərmişdir. Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətindəki borunun içərisinə qoyulmuş 1 ədəd qara rəngli idman çantasındakı təmiz çəkisi 855 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, təmiz çəkisi 1011,2 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və hər birinin tərkibində 0,075 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 1,125 qram təşkil edən 15 ədəd dərman həbini həmin yerdən götürərək müəyyən məbləğdə pul müqabilində Bakı şəhərində daşımaq barədə şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayan şəxslə razılığa gəlmişdir. Həmin narkotik vasitələrin Qazax İdman Sağlamlıq Kompleksinin həyətindəki borunun içərisinə hansı tarixdə və hansı şəxs tərəfindən qoyulmasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Qazax rayonu ərazisindən narkotik vasitələri əldə etmək üçün mobil telefonu vasitəsi ilə əlaqə saxladığı +98 910 *** **** və +98 905 *** **** saylı nömrələr İran İslam Respublikasının mobil rabitə operatoruna məxsus olduğundan, həmin nömrənin sahibini və faktiki istifadəçisini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etmək üçün birlikdə Qazax rayonuna gəldiyi taksi sürücüsü “Tural” adlı şəxsin xx.xx.1993-cü ildə Cəlilabad rayonunda anadan olmuş, Abşeron rayonu, Saray qəsəbəsi, Təzə məhəllədə qeydiyyatda olan X11 olması müəyyən edilmiş, digər şəxsin şəxsiyyətini müəyyən etmək, Təqsirləndirilən şəxs cinayət əməlini törətməkdə həmin şəxslərlə əlbir olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri əldə etmək üçün Qazax rayonu ərazisində yaşayan hər hansı şəxs və ya şəxslərlə əlaqələrinin olub-olmaması müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilmişdir. 24 sentyabr 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus olan “Samsung Galaxy A51” markalı mobil telefona baxış zamanı “WhatsApp AZE PLUS” tətbiqində “Mehemedd” adı ilə qeyd edilmiş +98 910 436 6950 saylı və “Mehened Teze” adı ilə qeyd edilmiş +98 905 679 3430 saylı nömrələr ilə Təqsirləndirilən şəxs arasında bir-birilərini uzun müddətdir ki, tanımaları və münasibətlərinin olması, Qazax rayonu ərazisindən narkotik vasitələrin əldə edilərək daşınması, satılması, əvvəllər də narkotik vasitələrin əldə edilməsi və daşınması barədə səsli və mətn mesajları, zənglər, narkotik vasitələrin ünvan 3 ünvanda yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətindəki borunun içərisinə qoyulmasını təsdiq edən ünvan məlumatları və şəkillər aşkar edilmişdir. 25 mart 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, iş üzrə keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən əldə olunmuş 01 ədəd diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan **********27 saylı nömrə 20 sentyabr 2023-cü il tarixdə saat 05:01:02dən Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanıldığı vaxtadək Qazax şəhəri ərazisində müxtəlif anten dairələrində olmuşdur. Həmçinin, Təqsirləndirilən şəxs istifadəsində olan **********27 saylı və **********70 saylı nömrələr ilə digər nömrələr arasında narkotik vasitələrin, psixotrop maddələrin alqısatqısı, əldə edilməsi və istehlakı barədə qısa mesaj mətnləri, 08 avqust 2023-cü il və 20 sentyabr 2023-cü il tarixlərdə **********50 saylı nömrə ilə aralarında zənglər aşkar edilmişdir. 09 aprel 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, 24 sentyabr 2023-cü il tarixli mobil telefona baxış keçirilməsi haqqında protokola əlavə edilmiş 01 ədəd diskdəki məlumatlara baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin danışıqlar nakotik vasitələri Qazax rayonu ərazisindən əldə edib Bakı şəhəri ərazisinə aparmaq üçün istifadəsində olan mobil telefondakı “Whatsapp” tətbiqində Məhəmməd adlı şəxslə bir-birilərinə göndərdikləri səsli mesajlardır. Qazax rayon Polis Şöbəsindən əməliyyat tapşırığına verilmiş cavabdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanda yerləşən Qazax İdman Sağlamlıq Kompleksinin həyətindəki borunun içərisinə qoyulmuş 1 ədəd qara rəngli idman çantasındakı təmiz çəkisi 855 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, təmiz çəkisi 1011,2 qram təşkil edən külli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və hər birinin tərkibində 0,075 qram olmaqla narkotik vasitə olan metadon təsiredici maddəsinin ümumi miqdarı 1,125 qram təşkil edən 15 ədəd dərman həbini həmin yerdən götürərək müəyyən məbləğdə pul müqabilində Bakı şəhərində daşımaq barədə şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayan şəxslə razılığa gəlmişdirlər. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsinin 20 iyun 2024-cü il tarixli, 7948 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada müalicədə olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onun narkotik vastlərin satışı ilə məşğul olmaması , İran vətəndaşı ilə əvvəllər heç bir münasibəti olması, həmin şəxsin ona yalnız“nəşə vardır onu gedib götürməlisən” deməsi və ona pul təklif olunması, lakin onun pula razı olmaması ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və digər iş materialları ilə, həmçinin şahid ifadələri, mobil telefona baxış keçirilməsi haqqında, diskə baxış keçirilməsi haqqında protokollar, əməliyyat-axtarış tədbirləri nəticəsində əldə edilmiş məlumatlar kimi biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiqini tapmadığından və təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs təmiz çəkisi 1011,1 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, təmiz çəkisi 854,95 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, tərkibində əsas təsiredici maddəsi narkotik vasitə metadon olan 13 ədəd dərman həbinin qalıqlarını satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıq olması, qanunsuz olaraq əldə edib, pul qarşılığında daşıyb saxlaması, telefon danışıqları və sms bildirişlərinin olması onun qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Belə ki, Təqsirləndirilən şəxs ilkin ifadəsində Məhəmməd adlı şəxsi polis əməkdaşları tərəfindən saxlanılmazdan daha əvvəl tanıması, həmin şəxs təkid etdiyi və pula ehtiyacı olduğu üçün onunla razılaşması, həmin şəxsin ona yol pulunu, əlavə də pul verəcəyini deməsi, əlavə ifadəsində isə polis polis əməkdaşları tərəfindən saxlanılmazdan 7-8 ay əvvəl Məhəmməd adlı şəxsi dayısı oğlu X5 vasitəsi ilə tanıması, Məhəmməd adlı şəxsin Xalidlə narkotik vasitə alqı-satqısı ilə məşğul olması, əvvəllər Məhəmməd adlı şəxslə narkotik vasitə alqı-satqısı ilə bağlı hər hansı işi olmaması, narkotik vasitəni götürdükdən sonra qurudulmuş marixuanadan bir qədər öz istifadəsi üçün götürüb Bakı şəhərinə çatan kimi hansısa ünvana qoyub həmin ünvan məlumatlarını Məhəmməd adlı şəxsə göndərmək barədə razılaşması, həmin narkotik vasitəni götürdükdən sonra kimlərəsə satmaq, satışında iştirak etmək barədə Məhəmməd adlı şəxslə razılaşmaması, Məhəmməd adlı şəxsin ona göndərdiyi həmin səsli mesajların çoxunu oxumadığını göstərsə də, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona baxış zamanı “Mehemedd” adı ilə qeyd edilmiş +98 910 *** **** saylı və “Mehened Teze” adı ilə qeyd edilmiş +98 905 *** **** saylı nömrələr ilə Təqsirləndirilən şəxs arasında bir-birilərini uzun müddətdir ki, tanımaları və münasibətlərinin olması, əvvəllər də narkotik vasitələrin, psixotrop maddələrin əldə edilməsi və daşınması, 200 manat yol pulu və narkotik vasitələrin satışından əldə ediləcək gəlirdən 3000 manat ona verilməsi müqabilində satış məqsədi ilə qanunsuz olaraq Qazax rayonu ərazisindən əldə edib Bakı şəhəri ərazisinə daşıyaraq müxtəlif şəxslərə qanunsuz olaraq satmaq barədə razılığa gəlmələri barədə səsli və mətn mesajları ilə məhəkəmədə öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınıb Qazax rayon Polis Şöbəsində saxlanılan qalmış təmiz çəkisi 1011,1 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 854,95 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, tərkibində əsas təsiredici maddəsi narkotik vasitə metadon olan 13 ədəd dərman həbinin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Qazax rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 ədəd bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Qazax rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A51” markalı mobil telefon onun yaxın qohumlarına qaytarımalı imtina etdikdə məhv edilməldir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 151 (yüz əlli bir) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmlıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Qazax rayon Polis Şöbəsində saxlanılan qalmış təmiz çəkisi 1011,1 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, təmiz çəkisi 854,95 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, tərkibində əsas təsiredici maddəsi narkotik vasitə metadon olan 13 ədəd dərman həbinin qalıqları hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Qazax rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 ədəd bank kartı cinayət işinin materiallarında saxlanılsın, Qazax rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs məxsus “Samsung Galaxy A51” markalı mobil telefon onun yaxın qohumlarına qaytarılsın imtina etdikdə məhv edilsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 151 (yüz əlli bir) manat məbləğində pul məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar