Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-232/2020 16.09.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X10 Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Gəncə şöbəsinin X10 Məhkəməsində prokuroru, kiçik ədliyyə müşaviri X5, müdafiəçilər Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Qəhrəmanov Zabil Köçəri oğlu və X2 iştirakları ilə məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq müəyyən etdİ Məhkəmənin icraatına Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işi daxil olmuşdur. Məhkəmənin hazırlıq iclasında cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanması məqsədi ilə ilkin dinləmələr aparılmışdır. Məhkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin müdafiəçiləri yazılı və şifahi vəsatət verərək cinayət işinin ibtidai istintaqını aparmış Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulduğunu bildirib Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 303-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsini və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasını xahiş etmişlər. Müdafiəçilər vəsatətlərini onunla əsaslandırmışlar ki, təqsirləndirilən şəxslərə qarşı irəli sürülmüş ittiham qanunsuz və əsassızdır, təqsirləndirilən şəxslərin müdafiə hüququ pozulmuşdur. Belə ki, müdafiəçi Elxan Osmanov bildirdi ki, Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi ücün xx.xx.2020-ci il tarixdə işə buraxılmış, həmin gündə cinayət işinin ibtidai istintaqın yekunlaşdırılmış, bir gün sonra isə cinayət işinin materialları ilə tanış edilmişlər. Cinayət işinin materialları ilə tanış olarkən Təqsirləndirilən şəxs1 protokola yazılı vəsatət verərək özünü verilən ittihamla təqsirli bilmədiyini müdafiəçinin işə yeni qoşulduğunu, istintaqın təzələnməsini və müdafiəçinin iştirakı ilə yenidən dindirilməsini və iş üzrə istintaqın obyektiv araşdırılmasını və hüquqlarının tam təmin olunmasını şərait yaradılmasını xahiş etmiş, lakin onların vəsatətləri əsassız olaraq rədd olunmuşdur. X4 isə bildirdi ki, müdafiə etdiyi Alıyev Tural Rafiq oğlunu narkotik vasitə satmağa təhrik etmiş, «Kənan» adlı şəxsin kimliyi müəyyən edilməmiş, həmin şəxsin polis əməkdaşı olmasına baxmayaraq, həmin şəxsin istifadəsində olmuş mobil telefon nömrəsinin kimə məxsus olması araşdırılmamış, bu barədə cinayət işinin materialları ilə tanış olarkən vəsatət versə də vəsatəti əsassız olaraq rədd olunmuşdur. Buna görə də təqsirləndirilən şəxslərə müdafiə hüqunun təmin edilməsini həyata keçirmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs1 bildirdi ki, dövlət hesabına təyin olunmuş vəkili Yusif Hüseynovdan imtina edərək müqavilə əsasında hüquqlarını Elxan Osmanovun müdafiə etməsini istəsə də, istintaq orqanı onun hüquqlarını pozaraq, Elxan Osmanovun onu müdafiə etməsinə imkan verməyərək istintaqı yekunlaşdırmış və onun müdafəçisinin işitirakı ilə dindirməmişdir. Məhkəmə hazırlıq iclasında iş materiallarını nəzərdən keçirərək hesab edir ki, müdafiəçilərin vəsatəti əsaslıdır və bundan başqa istintaq orqanı tərəfindən məhkəməyədək icraat zamanı digər kobud qanun pozuntularına yol verildiyindən, Azərbaycan Respublikası CPM-in 303-cü maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməli və işin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Cinayət işinin materiallarından görünür ki, cinayət işi üzrə qəbul edilmiş “Əməliyyataxtarış tədbirinin keçirilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərarlar Azərbaycan Respublikası Konstitusiyasının və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə zidd olaraq tərtib edilmiş və nəticədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Konstitusiya ilə təsbit olunmuş hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Belə ki, Kəpəz rayon Polis Bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən Əməliyyat-axtarış fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 10cu maddəsinə və Azərbaycan Respublikası CPM-in 445-ci maddəsinə istinad edilərək “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” xx xxxxxx 2020-ci il tarixli qərarlar qəbul edilmiş, qeyd edilən qərarlarda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə qəbul etməsi,adqı-satqısı ilə məşğul olması, üzərində saxlanması ilə bağlı məlumata əsasən onların müəyyən olunaraq üzərlərinə baxış keçirilməsi göstərilmişdir. Halbuki, "Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 445-ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan yalnız xüsusi hallarda (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunun 10-cu maddəsinin 4-cü hissəsində göstərilmiş hallarda) binaya, o cümlədən yaşayış yerlərinə, hasarlanmış tikinti obyektlərinə, qurğu və ya torpaq sahələrinə daxil olma və onlara baxış keçirilməsi növündə əməliyyat-axtarış tədbiri keçirilə bilər. Lakin qeyd olunan qanunlarda canlı şəxsin üzərinə baxış keçirilməsi kimi əməliyyat-axtarış tədbiri nəzərdə tutulmamışdır. Həmçinin Şahid1 tərəfindən qəbul edilmiş həmin qərarların surətləri xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 445.2-ci maddəsinə əsasən Gəncə şəhər prokuroruna göndərilsə də,lakin bu barədə qəbul edilmiş qərarlar nəzarət qaydasında məhkəməyə göndərilməmiş, onun qəbul etdiyi qərarların qanuniliyinin və əsaslığının yoxlanması haqqında məhkəmənin qərarı cinayət işinin materiallarına əlavə edilməmiş, bundan sonra əməliyyat tədbirinin qanuniliyi barədə məhkəmənin qərarı olmadan cinayət təqibi davam etdirilmişdir. Halbuki, Azərbaycan Respublikasının Konstitusiyasına, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445-ci maddəsinin tələblərinə əsasən Şahid1 tərəfindən qəbul edilmiş həmin qərarların qanuniliyinin və əsaslığının yoxlanması barədə məhkəmənin qərarı işin materiallarına əlavə edilməli, yalnız məhkəmə həmin əməliyyat tədbirini qanuni və əsaslı hesab etdikdən sonra cinayət təqibi davam etdirilməli idi. Yalnız bu halda, “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2015-ci il tarixli qərarında qeyd olundugu kimi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilərdi. Bundan başqa cinayət işinin materiallarından görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 Aərbaycan Respublikası CM-nin 234.4.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilərkən özünü ümumiyyətlə təqsirli bilmədiyini və ifadə verməkdən imtina etdiyini göstərdiyi halda onun müdafiəçisi X8 Azərbaycan Respublikası CPM-nin 92.10.1-ci maddəsinin tələblərini (müdafiə etdiyi şəxsin qanuni mənafeyinə zidd olaraq hər hansı hərəkəti etmək, o cümlədən onun törədilmiş cinayətlə əlaqəsini və təqsirini təsdiq etmək) pozaraq müdafiə etdiyi şəxsin mövqeyinə zidd olaraq vəsatət verərək, digər Təqsirləndirilən şəxs2 narkotik vasitə satmağa təhrik edən «Kənan» adlı şəxsin polis əməkdaşı olmasını əsas gətirib onun əməlini CM-nin 234.1-ci maddəsinə tövsif edilməsini müstəntiqdən xahiş etmiş, bundan sonra isə Gəncə şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi polis mayoru X6 təqsirləndirilən şəxs və onun müdafiəçisinin biri digərinə zidd olan xahişlərini vəsatət kimi qəbul edərək həmin tarixdə vəsatətin rədd edilməsi barədə qərar qəbul etmişdir. Bundan sonra xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 ərizə yazaraq dövlət hesabına təyin edilmiş müdafiəçi X3 hüquqlarını müdafiə etməsindən imtina edərək müqavilə əsasında müdafiəci X2 onun hüquqlarının müdafiə etməsini xahiş etmişdir. Həmin gün xx xxxx 2020-ci il tarixdə müstəntiq ibtidai istintaq qurtarması barədə protokol tərtib edərək Təqsirləndirilən şəxs1 və onun müqavilə əsasında hüquqlarını müdafiə etmək üçün işə buraxılmış müdafiəçi X7 məlumat vermişdir. xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və onun müqavilə əsasında hüquqlarını müdafiə etmək üçün bir gün əvvəl işə buraxılmış müdafiəçi X9 cinayət işinin materialları ilə tanış olarkən təqsirləndirilən şəxs protokolda yazılı qeydlər verərək hüquqlarının tam təmin edilməsi üçün vəkilinin iştirakı ilə yenidən dindirilməsini və istintaqın təzələnməsini xahiş etmişdir. Lakin ibtidai istintaqı aparan müstəntiq X6 həmin vəsatəti Azərbaycan Respublikası CPM-in tələblərinə zidd olaraq rədd etməklə təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Halbuki, Azərbaycan Respublikası CPM-in 19.1-ci maddəsinə əsasən cinayət təqibinin gedişində təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə şübhəli və ya təqsirləndirilən şəxslərin keyfiyyətli hüquqi yardım almaq hüququnu təmin etmək üçün tədbirlər görməlidir. Bundan başqa Azərbaycan Respublikası CPM-in 121-ci maddəsinin tələblərinə əsasən cinayət təqibi ilə bağlı bütün halların lazımi hüquqi prosedura daxilində hərtərəfli, tam və obyektiv araşdırılmasına, cinayət prosesi iştiraklarının və cinayət prosesində iştirak edən digər şəxslərin pozulmuş hüquqlarının və qanuni mənafelərinin bərpa edilməsinə yönəlmiş vəsatət və xahişlər rədd edilə bilməz. Bununla da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-nin 19.1., 92.2.10., 121.2, 303.1., 303.3.1. və 445-ci maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra, Konstitusiya) 26-cı maddəsinin İ və İİ hissələrinə görə hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Yenə Konstitusiyanın 61-ci maddəsində göstərilmişdir: Hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq hüququ vardır. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində nəzərdə tutulur ki, təqsirləndirilən şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsilə özünü müdafiə etmək və ya müdafiəçinin ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə belə müdafiədən pulsuz istifadə etmək hüququna malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqların qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Azərbaycan Respublikası CPM-in 303.1., 303.3.1-ci maddələrinə görə, məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud pozuntulara yol verildiyini müəyyən etdikdə, məhkəmə cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı Azərbaycan Respublikası CPM-in 19.1., 92.2.10., 121.2, 303.1., 303.3.1. və 445-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən, bu pozuntuların mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilməli və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-in 306.2-ci maddəsinə əsasən cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərar qəbul etdikdən sonra məhkəmə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin uzadılması barədə məsələyə də baxmışdır. Cinayət işinin materiallarından görünür ki, Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmişdir.Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə xx.xx.2020-ci il tarixədək, uzadılmışdır. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2020-ci il tarixədək, həbs qətimkan tədbiri seçilmişdir. İstintaq orqanı tərəfindən xx xxxx 2020-ci il tarixdə tərtib olunmuş ittiham aktı xx xxxx 2020-ci il tarixdə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror tərəfindən təsdiq olunaraq xx xxxx 2020-ci il tarixdə məhkəməyə göndərilmişdir. X10 Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində seçilmiş qətimkan tədbiri məhkəmənin hazırlıq iclasının keçirilməsi təmin edilənədək, qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası CPM-in 306.2.1-ci maddəsinə əsasən ibtidai araşdırma zamanı təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti cinayət işinin baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması haqqında qərarın çıxarıldığı anda qurtardığndan baxmalıdır. Məhkəmə hesab edir ki, məhkəməyədək icraat zamanı yol verilmiş kobud qanun pozuntuları ibtidai istintaq orqanı tərəfindən aradan qaldırılmalı və cinayət işi üzrə ibtidai istintaq başa çatdırılmalıdır. Göstərilən qanun pozuntularının aradan qaldırılması üçün müəyyən müddət tələb olunur. Ona görə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixdən 01 (bir) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılması zəruridir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1.5, 303.1, 303.3.1, 159, 306, 448-454-cü maddələrini qərara aldı: 1.Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə, təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntularına yol verildiyindən bu pozuntuların mümkün dərəcədə aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Gəncə şəhər Prokuroruna qaytarılsın.
2. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti xx.xx.2020-ci il tarixdən 01 (bir) ay, yəni xx xxxxxx 2020-ci il tarixədək uzadılsın.
3. Qərarın surəti tərəflərə təqdim edilsin.