Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-232/2021 22.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), Əliyev Nural Turab oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Nəbizadə Məğrur Etibar oğlunun katibliyi ilə, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X3 və İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1977-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2mış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Əmirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyən etdi: Əmirov Təqsirləndirilən şəxs təmiz çəkisi 0,952 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini satış məqsədilə məlum olmayan vaxt və mənbədən qanunsuz olaraq əldə edib bir ədəd şəffaf sellofanda qablaşdırıb əynində olan qara rəngli dəri qış gödəkçəsinin sağ yan cibində daşıyaraq saxlamış, 05.12.2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri M.A.Abbaszadə küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsinin yaxınlığında saxlanılaraq Gəncə şəhəri H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin inzibati binasına gətirilib üzərinə baxış keçirilərkən əynində olan qara rəngli dəri qış gödəkçəsinin sağ yan cibindən 0,952 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa o, təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini birlikdə satmaq barədə razılaşdıqdan sonra 13.01.2021-ci il tarixdə saat 02 radələrində satış məqsədi ilə külli miqdarda, yəni ayrı ayrılıqda təmiz çəkiləri 22,489 qram, 0,991 qram, 0,620 qram, 0, 951 qram, 0,928 qram, ümumi təmiz çəkisi 25,979 qram çəkidə psixotrop maddə olan metamfetamini, külli miqdar hesab edilən 24,206 qram çəkidə narkotik vasitə olan heroini yaşadığı ünvan 5 ünvanında yerləşən evində digər şəxsdən götürdükdən sonra ümumi təmiz çəkisi 25,979 qram çəkidə psixotrop maddə olan metamfetamini, külli miqdar hesab edilən 24,206 qram çəkidə narkotik vasitə olan heroini evin mətbəx mebelinin içərisində saxlamış, 13.01.2021-ci il tarixdə saat 17:00 radələrində Gəncə şəhər BPİ-nin CAİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Əmirov Təqsirləndirilən şəxs ünvan 6 ünvanında yerləşən Gəncə şəhər BPİ-nə gətirilərək həmin tarixdə üstünə baxış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet aşkar edilməmiş, həmin gün saat 18 radələrində yaşadığı ünvan 5 ünvanında yerləşən evə baxış keçirilərkən isə evin mətbəx mebelinin içərisindən, külli miqdar hesab edilən 24,206 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda, ayrı ayrılıqda təmiz çəkiləri 22,489 qram, 0,991 qram, 0,620 qram, 0, 951 qram, 0,928 qram, ümumi təmiz çəkisi 25,979 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Əmirov Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə olan ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitədən uzun müddətdir istifadə edir. 03.12.2020-ci il tarixdə yaşadığı Gəncə şəhəri N.Nərimanov prospekti 8-ci döngədə, küçədə olan zaman yerdə şəffaf sellofana bükülmüş halda bükülü görmüş, yerdən həmin bükülünü götürmüş və baxan zaman heroinə bənzədiyini görmüşdür. O, əvvəllər də narkotik vasitədən istifadə etdiyi üçün həmin bükülüdəki kütlənin heroin olduğunu bilmişdir. Həmin narkotik vasitəni istifadə etmək üçün cibinə qoymuş və iki gün müddətində bir dəfə həmin heroindən istifadə etmişdir. 05.12.2020-ci il tarixdə saat 19 radələrində Gəncə şəhəri M.A.Abbaszadə küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsinin yaxınlığında olarkən həmin tapdığı narkotik vasitə olan heroini üzərində olan qara rəngli dəri qış gödəkçəsinin sağ yan cibində saxlamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etdikdən sonra onu saxlayıb, Nizami rayon Polis İdarəsinin inzibati binasına aparmışlar. Orada müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış zamanı onun üzərində olan qara rəngli dəri qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş halda, həmin narkotik vasitə olan heroin və həmin gödəkçənin sol iç cibindən isə 1 ədəd 2 milliqramlıq şpris aşkar olunmuşdur. Bundan sonra protokol tərtib edilmiş və həmin narkotik vasitə olan heroin zərfdə qablaşdırılmış, protokola və zərfə öz imzasını çəkərək təsdiq etmişdir. Həmin vaxt üzərində olan heroinin çəkisi təxminən 1 qram olmuşdur. Həmçinin ifadəsində göstərmişdir ki, 2020-ci ilin avqust ayında Bakı şəhərində olan narkoloji dispanserdə müalicə aldığı vaxt Bakı şəhərini yaxşı tanımadığı üçün Gəncə şəhərində olan tanışı Zaurdan ona tanış taksi sürücüsü tapmasını xahiş etmiş, Zaur isə ona adını sonradan bildiyi İmamqulu adlı şəxsin xatırlamadığı mobil nömrəsini vermiş, o, İmamquluyla bir neçə yerə gedib gəlmiş və münasibətləri yaranmışdır. İmamqulu da onun narkoloji dispanserdə müalicə aldığını bilmiş və narotikdən özünün də istifadə etdiyini demişdir. Təxminən bir neçə gün sonra o, Gəncə şəhərinə qayıtmışdır. 12.01.2021-ci il tarixdə İmamqulu ona zəng edərək onda 25 qram çəkidə “metamfetamin” adlı psixatrop maddə olduğunu bildirmişdir. O, da İmamquluya Gəncə şəhərinə gəlməsini demişdir. Həmin şəxsi onunla Zaur tanış etdiyi üçün o, Zaura da zəng edib İmamqulunun onlara gəldiyini, gəlib birlikdə çay içməyi təklif etmişdir. Zaur da razılaşmış və onlara gələcəyini demişdir. Lakin İmamqulunun avtomobilinin seriyası Bakı şəhərində qeydiyyatda olduğu üçün postdan buraxılmamış və başqa taksi ilə gəlmişdir. Ona görə də İmaqulu 13.01.2021ci il tarixdə saat 02 radələrində Gəncə şəhərinə çatmışdır. İmamqulu onların evinin qarşısında taksidən düşən zaman yanında adını sonradan bildiyi Afiq adlı şəxsin də olduğunu görmüşdür. Onların evində Afiq, İmamqulu və Zaurla oturub çay içdikdən sonra İmamqulu ona telefonda dediyi metamfetamini vermişdir. O, həmin psixotrop maddəni öz istifadəsi üçün əldə etmişdir. Bundan sonra Afiq və Zaur onların evində qalmaq istəmədikləri üçün o, İmaqulu ilə Afiqi “Kolorit” adlı otelə aparıb yerləşdirmiş, səhəri gün isə onlar Bakıya getmişlər. 13.01.2021-ci il tarixdə saat 17 radələrində yaşadığı evin yaxınlığında olduğu vaxt bir neçə nəfər mülki geyimdə şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşıb Gəncə şəhər BPİ-nə getmiş, polis idarəsində ona üzərində narkotik vasitə gəzdirdiyi üçün şübhəli olduğunu demişlər. Sonra hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilərək üzərinə baxış keçirilmiş, lakin baxış zamanı onun üzərindən qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı ondan yaşadığı evdə hər hansı bir narkotik vasitə olub-olmaması barədə soruşulmuş və o, yaşadığı evdə psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra yaşadığı evə baxış keçirilmiş, baxış zamanı o, yaşadığı evin otağında olan mətbəx mebelinin siyirməsindən sellofan kisənin içərisində olan digər sellofan parçalarına bükülmüş bükülünü təqdim edərək həmin bükülünün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükülü açılmış bükülünün içərisində ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Həmçinin heroin də aşkar edilmişdir ki, onun həmin heroindən məlumatı olmamışdır. Sorğu zamanı o, həmin bükülüdə olan metamfetamini 11.01.2020-ci il tarixdə Rza adlı şəxsdən ümumilikdə 520 manata özü istifadə etmək üçün aldığını və yaşadığı evdə saxladığını bildirmişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, baxış zamanı aşkar edilmiş psixotrop maddə olan metamfetamin ona məxsus olsa da, aşkar edilmiş 24,206 qram çəkidə narkotik vasitə olan heroin ona məxsus olmamış, psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini və törətdiyi əmələ görə peşmançılıq çəkdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmətdə olarkən ünvan 8-də yaşayan Əmirov Təqsirləndirilən şəxs narkotik vasitəni üzərində daşımaq, gəzdirmək və yaşadığı evdə narkotik vasitə saxlamaqla istifadə etməsilə bağlı əməliyyat yolu ilə məlumat daxil olmuş, bununla bağlı o və Gəncə şəhəri BPİ-nin CAİ-nin baş əmliyyat müvəkkili Şahid2 ilə birlikdə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində 13.01.2021-ci il tarixdə saat 17 radələrində Əmirov Təqsirləndirilən şəxs tərəflərindən ünvan 8 ünvanının yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin inzibati binasına gətirilmiş və Gəncə şəhər BPİ-nin inzibati binasının xidməti otaqlarından birində videoçəkilişlə və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs Əmirovun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Əmirovun üzərindən dövriyyəsi qadağan edilmiş narkotik vasitə və ya psixatrop maddə aşkar edilməmiş, bundan sonra həmin gün saat 18 radələrində Təqsirləndirilən şəxs Əmirov, müdafiəçisi Cəfər Hacıyevlə birlikdə Təqsirləndirilən şəxs Əmirovun yaşadığı ünvan 10 ünvanında yerləşən evinə baxış keçirilməsi üçün getmişlər. Evə baxış keçirməzdən əvvəl Əmirov Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etirazı olmaması barədə ərizə ilə müraciət etmiş, bundan sonra Təqsirləndirilən şəxs Əmirovun yaşadığı evə videoçəkilişlə baxış keçirilmiş və baxış zamanı evin mətbəx mebelinin siyirməsindən bir ədəd kisə aşkar edilmişdir. Kisəyə baxış keçirilən zaman kisənin içərisindən bir ədəd böyük, 4 ədəd isə kiçik həcmli bükülüdə ilkin baxışdan psixotrop maddə olan metamfetaminə oxşar kütlə və bir bükümdə isə heroinə oxşar kütlə aşkar edilmişdir. Həmin heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 26.83 qram olmuşdur. Psixotrop maddə olan metamfetaminə oxşar böyük həcmli kütlənin çəkisi 23.22 qram, 4 ədəd kiçik həcmli bükülünün çəkisi isə 4.09 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs Əmirov həmin narkotik vasitə və psixotrop maddəni 2-3 gün əvvəl özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən Rza adlı şəxsdən aldığını bildirmişdir. Daha sonra Əmirov Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəyə oxşar kütlə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərəkiştirak edən şəxslər tərəfindən imzalanmışdır. Həmin vaxt o da öz imzası ilə protokolun doğruluğunu təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami RPİ-nin CAŞ-ın əməliyyat müvəkkili vəzifəsində xidmət etdiyi müddətdə onlara ünvan 8-də yaşayan Əmirov Təqsirləndirilən şəxs üzərində narkotik vasitə daşıması, gəzdirməsi və istifadə etməsilə bağlı əməliyyat məlumatı daxil olmuş, bununla bağlı o və Gəncə şəhəri Nizami RPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid4 ilə birlikdə təxirə salınmaz əməliyyat tədbirləri həyata keçirmiş, keçirilmiş əməliyyat tədbiri nəticəsində 05.12.2021-ci il tarixdə saat 19 radələrində Əmirov Təqsirləndirilən şəxs tərəflərindən Gəncə şəhər M.A.Abbaszadə küçəsi ilə 20 yanvar küçəsinin kəsişməsində saxlanılaraq Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirilmiş və Gəncə şəhər Nizami rayon Polis İdarəsinin inzibati binasının otaqlarının birində videoçəkilişlə, müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Əmirovun əynində olan qara rəngli dəri qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş, açıq qəhvəyi rəngli, toz halında olan narkotik vasitə heroinə oxşar kütlə, həmin gödəkçənin sol iç cibindən isə bir ədəd 2 qramlıq içərisində maye olan şpris aşkar edilmişdir. Həmin heroinə oxşar kütlə elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 1,21 qram olmuşdur. Bundan sonra heroinə oxşar kütlə zərfdə qablaşdırılaraq möhürlənmiş və bu barədə protokol tərtib edilərək iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 Şahid3 ifadəsilə oxşar məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş 05 dekabr 2020-ci tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, X4 üzərində narkotik vasitə gəzdirməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Nizami RPİ-nə daxil olmuş məlumat ilə əlaqədar olaraq keçirilmiş tədbirlər nəticəsində X2 şəhəri M.A.Abbaszadə küçəsi ilə 20 Yanvar küçəsinin kəsişməsinin yaxınlığında saxlanılmış və onun üzərinə şəxsi axtarış keçirilməsi üçün Nizami RPİ-yə gətirilmişdir. Şəxsi axtarış zamanı X4 əynində olan qara rəngli dəri qış gödəkçəsinin sağ yan cibindən 1 ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş, açıq qəhvəyi rəngli, toz halında olan narkotik vasitə “heroinə” bənzər kütlə və həmin gödəkçənin sol iç cibindən isə 01 ədəd 02 qramlıq, üzərində iynəsi və içərisində maye olan şpris(inyeksiya üçün) aşkar edilərək götürülmüş, həmin 01 ədəd kütlə elektron tərəzidə çəkilmiş, narkotik vasitəyə oxşar kütlənin büküldüyü falqa ilə birlikdə ümumi çəkisi 1,21 (bir tam, yüzdə iyirmi bir) qram olmuş və həmin kütlə 1 N-li zərfə, 01 ədəd 02 qramlıq, üzərində iynəsi və içərində maye olan şpris(inyeksiya üçün) isə 2 N-li zərfə qoyulub qablaşdırılmışdır. Şəxsi axtarış zamanı iştirak etmiş X6 onun üzərindən aşkar olunaraq götürülmüş kütlə narkotik vasitə“heroin” olduğunu və həmin kütləni yaşadığı küçədə yerdən tapdığını, şəxsi istifadəsi məqsədi ilə üzərində saxladığını bildirmişdir. İş materiallarına əlavə edilmiş 13 yanvar 2021-ci tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Əmirov Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən dövriyyəsi qanunla qadağan edilmiş, hər-hansı bir əşya və ya predmet aşkar edilməmiş, baxış zamanı Əmirov Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri N.Nərmanov prospekti 8-ci döngə ev 13 ünvanında narkotik vasitə olduğunu və həmin narkotik vasitəni təqdim edə biləcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş 13 yanvar 2021-ci tarixli “mənzilə baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki,ünvan 11 ünvanında yaşayan Əmirov Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı həyətin sol tərəfində yerləşən Şahid3 yaşadığı otaqda olan mətbəx mebelinin siyirməsindən bir ədəd sellofan kisə çıxararaq təqdim etmişdir. Həmin sellofan kisənin içərisində, tünd rəngdə, ilk görünüşdən narkotik maddə olan “heroinə” oxşar kütlə və bundan başqa bir ədəd böyük həcimli, 4 ədəd isə kiçik həcimli bükülülər aşkar edilmiş, sorğu zamanı Şahid3 həmin bükülülərin birinin içərisində olan maddənin narkotik vasitə olan heroin, digər kütlələrin içərisində isə psixotrop maddə hesab edilən metamfetamin olduğunu, həmin heroini və metamfetamini o, təxminən 2-3 gün əvvəl tanımadığı, özünü ona İran İslam Respublikasının vətəndaşı kimi təqdim etdiyi Rza adlı şəxsdən aldığını, əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etdiyi üçün evində özü qəbul etmək üçün saxlamışdır. Daha sonra həmin kütlələr şübhəli şəxsin və iştirakçıların iştirakı ilə elektron tərəzidə çəkilmiş, aşkar olunmuş ümumi çəkisi 26,83 qram çəkidə heroinə oxşar kütlə, 23.22 və 4.09 qram çəkidə psixotrop maddə metamfetaminə bənzər kütlələr qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 91 saylı möhürü ilə möhürlənmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 14 yanvar 2021-ci il tarixli 16/41 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “şübhəli şəxs Əmirov Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə və 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyinə bükülmüş olan 4(dörd) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümlərində ayri-ayrılıqda 22,489 qram, 0,991 qram, 0,620 qram, 0,951 qram, 0,928 qram, ümumi çəkisi təmiz çəkisi 25,979 qram maddələr kustar üsulla hazlırlanmış psixotrop maddə -metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Əmirov Təqsirləndirilən şəxs yaşadığı mənzildən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə” yazıları və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 24,206 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Təqdiqata təqdim edilmiş, bir ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 Bölməsinin 06 dekabr 2020-ci il tarixli 16/791 nömrəli materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “05.12.2020-ci il tarixdə vət. Əmirov Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş” sözləri və imzalar olan kağız paketdəki, bir ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0.952 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Həmin kağız paketdəki olan bir ədəd 2 ml-lik şprisin içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri X1 Məcburi Narkoloji-tibbi yoxlamanın 13 yanvar 2021-ci il tarixli 504 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Əmirov narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş 05 dekabr 2020-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Əmirov Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdə saat 19:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 07 dekabr 2020-ci il tarixli Gəncə şəhər BPİ-si İTİ-nin baş müstəntiqi, polis mayoru X7 tərəfindən qəbul edilmiş qərardan görünür ki, Əmirov Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 13 yanvar 2021-ci il tarixli “şübhəli şəxsi tutma” protokolundan görünür ki, Əmirov Təqsirləndirilən şəxs 13 yanvar 2021-ci il tarixdə saat 17:30-da Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 15 yanvar 2021-ci il tarixli qərarından görünür ki, təqsirləndirilən şəxs Əmirov Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 13 yanvar 2021-ci il tarixdən hesablanmaqla, 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli qərarından görünür ki, Gəncə şəhər BPİ-in CAİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 13 yanvar 2021-ci il tarixli qərarının Əmirov Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə dair hissədə qanuni hesab edilmişdir. İş materiallarına əlavə edilmiş 10 aprel 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, təqsirləndirilən şəxs Əmirov Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmuş, həmçinin Təqsirləndirilən şəxs Əmirovun narkotik vasitə satdığı şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə edilməmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş tələbnamədən görünür ki, Əmirov Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 11.01.2021-ci il tarixli 117 nömrəli arayışdan görünür ki, Əmirov Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 06.01.2021-ci il tarixli 32 nömrəli arayışdan görünür ki, Əmirov Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilərkən Əmirov Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində baxış zamanı aşkar edilmiş psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu bildirsə də, aşkar edilmiş 24,206 qram çəkidə narkotik vasitə olan heroinin ona məxsus olmadığını, psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi üçün əldə etdiyini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs Əmirov tərəfindən verilmiş həmin məzmunlu ifadəni uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətini yüngülləşdirməyə xidmət edən ifadə kimi qəbul edərək, onun təqsirinin məhkəməyədək icraat zamanı özünü təqsirli bilməklə verdiyi ifadəsilə, məhkəmə istintaqı zamanı isə özünü qismən təqsirli bilməklə verdiyi ifadəsi ilə, şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə öz təsdiqini tapmış hesab edir. Belə ki, məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində Əmirov Təqsirləndirilən şəxs özünü verilmiş ittihamlarla tamamilə təqsirli bilərək ifadəsində göstərmişdir “...12.01.2021-ci il tarixdə İmamqulu ona zəng etmiş və onda 25 qram çəkidə narkotik vasitə olan “heroin” və eyni çəkidə “metamfetamin” adlı psixatrop maddə olduğunu, “heroin”i və “metamfetamini” Gəncə şəhərində satmağına köməklik etməsini, 2000 manat verməsini, qalanını da onun satıb gəlir əldə edə biləcəyini demişdir. O, da Gəncə şəhərinə gəlməsini, həmin narkotik vasitəni satıb ona 2000 manat verəcəyini demişdir. Həmin şəxsi onunla Zaur tanış etdiyi üçün o, Zaura da zəng edib İmamqulunun onlara gəldiyini, gəlib birlikdə çay içməyi təklif etmişdir. Zaur da razılaşmış və onlara gələcəyini demişdir. Lakin İmamqulunun avtomobilinin seriyası Bakı şəhərinə qeydiyyatda olduğu üçün postdan buraxılmamış və başqa taksi ilə gəlmişdir. Ona görə də İmaqulu 13.01.2021-ci il tarixdə saat 02 radələrində Gəncə şəhərinə çatmışdır. İmamqulu onların evin qarşısında taksidən düşən zaman yanında adını sonradan bildiyi Afiq adlı şəxsin də olduğunu görmüşdür. Onların evdə Afiq, İmamqulu, Zaur və o, oturub çay içdikdən sonra İmamqulu ona telefonda dediyi narkotik vasitə olan heroini vermiş və o, bunun müqabilində İmamquluya 200 manat vermişdir. Qalan 1800 manat pulu isə onlar Bakıya gedəndən sonra göndərəcəyini bildirmişdir. Lakin o, İmamquluya 1800 manat pulu göndərmək fikrim olmamışdır. Çünki onun o qədər pulu olmamış və o, həmin narkotik vasitə və metamfetamini tanış adamlara satmaq, bir qismini də özü istifadə etmək niyyəti olmuşdur. Onlar həmin harkotik vasitə olan “heroin”-nin gecə bir qisimini istifadə etmiş və Afiq və Zaurun onların evdə qalmasını istəmədiyi üçün o, İmaqulu ilə Afiqi “Kolorit” adlı otelə aparıb səhəri gün Bakıya getsin deyə yerləşdirmişdir. 13.01.2021-ci il tarixdə saat təxminən 17 radələrində o, yaşadığı evin yaxınlığında olan vaxt bir neçə nəfər mülkü geyimdə şəxslər ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edib, onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. O, polis əməkdaşlarının təklifi ilə razılaşıb Gəncə şəhər BPİnə getmiş, polis idarəsində onun narkotik vasitənin üzərində gəzdirdiyi barədə şübhəli olduğunu demişlər. Sonra onun hüquqularının müdafiəsi üçün onu dövlət hesabına vəkillə təmin etmişlər. Vəkil Cəfər Hacıyev ona təqdim edilmiş, heç bir etirazının olmadığını bildirmişdir. Sonra onun üzərinə baxış keçirilmiş, lakin baxış zamanı onun üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər-hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Baxış zamanı ondan yaşadığı evdə hər-hansı bir narkotik vasitə olub-olmaması barədə soruşulmuş və o, yaşadığı evdə narkotik vasitə hesab edilən heroin və psioxotrop maddə metamfetanin vardır. Bundan sonra müdafiəçinin və iştirakçıların iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı o, yaşadığı evin otağında olan mətbəx mebelinin siyirməsindən selofan kisənin içərisində olan digər sellofan parçalarına bükülmüş bükülüləri təqdim etmişdir. Sorğu zamanı o, həmin bükülünün birinin içərisində narkotik vasitə heroin, digərlərinin içərisində isə psixotrop maddə metamfetamin olmuşdur. Baxış zamanı müdafiəçinin iştirakı ilə polis əməkdaşları tərəfindən bükülülər açılmış, bir ədəd bükülünün içərisində qəhvəyi rəngdə, kəskin iyili, ilk görünüşdən narkotik maddə olan heroinə oxşar kütlə aşkar edilmiş, dörd bükülünün içərisində isə ağ rəngli kristal formalı psixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Sorğu zamanı o, həmin bükülülərdə olan heroini və metamfetamini o, 11.01.2020-ci il tarixdə Rza adlı şəxsdən ümumilikdə 520 manata almışdır...”. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarında göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İş materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs Əmirovun yaşadığı evə baxış keçirilərkən evin mətbəx mebelinin içərisindən, külli miqdar hesab edilən 24,206 qram çəkidə narkotik vasitə olan heroin və külli miqdarda, ayrı-ayrılıqda təmiz çəkiləri 22,489 qram, 0,991 qram, 0,620 qram, 0, 951 qram, 0,928 qram, ümumi təmiz çəkisi 25,979 qram çəkidə psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd olunanlar Təqsirləndirilən şəxs Əmirovun narkotik vasitə olan heroinin ona məxsus olmamasına, həmçinin psixotrop maddə olan metamfetamini şəxsi istehlak məqsədilə saxlamasına dair verdiyi ifadəsini inandırıcı hesab etmir. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Əmirov Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Əmirov Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-nin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Əmirov Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi təqsirləndirilən şəxs Əmirov Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən məhkəmə təqsirləndirilən şəxs Əmirov Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hal kimi qəbul edir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən təqsirləndirilən şəxs Əmirov Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Əmirov Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Bundan başqa cinayət işinin materiallarından görünür ki, Əmirov Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdən 07 dekabr 2020-ci il tаriхədək şübhəli şəxs qismində tutulmuş, 07 dekabr 2020-ci il tаriхdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilməklə müvəqqəti saxlama yerindən buraxılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apelyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Əmirov Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmalıdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən iş üzrə xüsusi müsadirə təyin edilməməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinin anbarında saxlanılan Əmirov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,902 qram heroin, yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 25,729 qram metamfetamin və 24,006 qram heroin məhv edilməli, Təqsirləndirilən şəxs Əmirovun üzərinə və yaşadığı evinə baxış zamanı aparılmış video çəkilişi əks etdirən 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci təqsirləndirilən şəxs Əmirov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə hesab edir ki, Əmirov Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilməklə, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Əmirov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələrilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Əmirov Təqsirləndirilən şəxs 05 dekabr 2020-ci il tarixdən 07 dekabr 2020-ci il tаriхədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzadan çıxılmaqla üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə növündə cəza saxlanılsın. Əmirov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 13 yanvar 2021-ci il tarixdən hesablansın. Əmirov Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər Baş Polis İdarəsinin anbarında saxlanılan Əmirov Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 0,902 qram heroin, yaşadığı mənzildən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 25,729 qram metamfetamin və 24,006 qram heroin məhv edilsin, Təqsirləndirilən şəxs Əmirovun üzərinə və yaşadığı evinə baxış zamanı aparılmış video çəkilişi əks etdirən 03 (üç) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan 64 (altmış dörd) manat 80 (səksən) qəpik ekspertiza xərci təqsirləndirilən şəxs Əmirov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Əmirov Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müаlicə təyin edilsin və narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Əmirov Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-232/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-232/2021
22.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver