Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-232/2022 15.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə2, Təqsirləndirilən şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 oğlunun iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.2006-cı ildə Cəlilabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli (şagird), əvvəllər məhkum olunmamış, Ağstafa rayonu, Tatlı kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 47-ci korpus ünvanında kirayədə yaşayan, barəsində yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 24 oktyabr 2021-ci il saat 18 radələrində Ağstafa rayonu, Tatlı kəndində yerləşən nənəsi Şahid2 məxsus evin qarşısında həmin kənd sakini, xx.xx.2005ci il təvəllüdlü Zərərçəkmiş şəxs Aytən adlı qızla aralarındakı münasibətlə bağlı ona iradını bildirməsi səbəbindən Zərərçəkmiş şəxsla mübahisə edərək evin yaxınlığındakı “Telman bulağı” adlanan ərazidə mübahisəni davam etdirib sonuncunun onun ünvanına söyüş söyməsinə görə qisas almaq məqsədilə üzərində gəzdirdiyi tiyəsi 72 mm, dəstəyi 98 mm, ümumi uzunluğu 170 mm olan, zavod üsulu ilə hazırlanmış soyuq silah hesab edilməyən qatlanan tipli cib bıçağı ilə bir neçə dəfə sağ kürək nahiyyəsinə qəsdən vuraraq sonuncuya sağ döş qəfəsinin və onurğa sütunu üzərində boşluğa keçməyən yarası kimi yüngül dərəcəli, döş qəfəsinin sol tərəfinin daxilə sirayət edən, ağciyərin zədələnməsi ilə müşayiət olunan dərəcələrinə görə həyat üçün təhlükəli olan ağır dərəcəli bədən xəsarəti yetirib Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onun Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinayətin törədilməsində təqsirliliyi özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, maddi sübutlar, ekspertiza rəyləri, istintaq hərəkətlərinin protokolları və cinayət işinə aid məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlərlə sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonunun Tatlı kəndində qeydiyyatda olsa da, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 47-ci korpus ünvanında kirayədə yaşayır. Binəqədi rayonu, Qorxmaz Baxşıyev adına 179 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Ağstafa rayonu, Tatlı kənd sakini Zərərçəkmiş şəxs 2020-ci ilin yay aylarında Tatlı kəndində olan zaman tanımışdır. Həmin vaxtdan sonra onunla münasibətləri yaranmışdır. Ağstafa rayonu, Tatlı kənd sakini Aytən adlı qızı 6 ildir ki, tanıyır. Bir neçə il bundan əvvəl Aytənə qarşı sevgi münasibəti yaranmışdır. O, Tatlı kəndinə gələn zaman hərdən Aytəni kənddə görəndə onunla danışmışdır. Zərərçəkmiş şəxs isə Aytən adlı qızı sevdiyinə görə 2019-cu ilin yay ayında Tatlı kəndində onuna sözlə mübahisə etmiş, lakin həmin vaxt aralarında dava-dalaş olmamışdır. Hadisədən təxminən 1 həftə əvvəl Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində kirayədə yaşadığı küçədə hasara ağ rəngli boya ilə “Aytən” adının yazıldığını görüb həmin yazının yanında şəkil çəkdirib ***-***-**-** nörməsi ilə qeydiyyatdan keçdiyi “whatsapp” proqramının səhifəsində paylaşmışdır. Bundan sonra Sadiq ona “whatsapp” proqramında həmin şəklin nə olduğunu soruşmuş, o, isə həmin şəkli Bakı şəhərində olan zaman çəkdirdiyini demişdir. Bundan sonra Sadiq ona heç nə yazmamışdır. 22.10.2021-ci il tarixdə o, Ağstafa rayon hərbi komissarlığında qeydiyyata düşmək üçün Ağstafa rayonu, Tatlı kəndində gəlmişdir. Lakin sənədləri düzəlmədiyi üçün iş bir qədər uzanmışdır. 24.10.2021-ci il tarixdə saat 18 radələrində o, Tatlı kəndində yaşadığı nənəsi Şahid2 evindən çıxıb yaxınlıqda olan “Allahverən bulağı” adlanan bulaqdan su götürməyə getmişdir. O, evdən çıxan zaman Tatlı kənd sakinləri Zərərçəkmiş şəxs və İlham Hüseynovun onların evinə tərəf gəldiyini görmüşdür. Həmin şəxslər onu çağırdıqdan sonra onların yanına getmişdir. Zərərçəkmiş şəxs və İlham Hüseynov ona demişlər ki, “whatsapp” proqramında paylaşdığı “Aytən” adı olan şəkil nədir. O, isə həmin şəxslərə demişdir ki, Bakı şəhərində olan zaman həmin şəkli çəkdirdiyi adi bir şəkildir. Həmin şəxslər onun ünvanına söyüş söyməyə başlamışlar. Həmin vaxt qonşuları Qızıl adllı qadın evdən çıxıb onlara dalaşmamalarını demiş, bundan sonra o, həmin şəxslərə oradan uzaqlaşıb söhbət etmələrini bildirmişdir. Onlar yaxınlıqda olan “Telman bulağı” adlanan yerə getmişlər. Oraya çatdıqdan sonra o, Sadiqla və İlhamla həmin şəklə görə sözlə mübahisə etməyə başlamışlar. O, həmin şəxslərə Aytəni sevdiyi zaman həmin şəkli çəkdirdiyini demişdir. Sadiq ona Aytəndən uzaq durmasını, onu sevməməyini bildirmişdir. O isə artıq Aytəni sevmədiyini demişdir. Bundan sonra Sadiq Aytəni sevənin barəsində nalayiq söyüşlər söymüş, o isə əli ilə Sadiqin sinəsindən itələmişdir. Həmin vaxt sonuncu yumruqla bir dəfə onun alnının sağ tərəfinə vurmuşdur. O da yumruqla 4-5 dəfə Sadiqin başına vurmuşdur. Bundan sonra Sadiq yumruqla onun sol gözünə vurmuş və onun anasının ünvanına nalayiq söyüş söymüş, o da Sadiqin anasının ünvanına nalayiq söyüş söymüşdür. Bundan sonra Sadiq və İlham üstünə tərəf gəlmişlər. Həmin vaxt o, əynində olan şalvarın sağ arxa cibində olan qatlanan, düymə ilə açılan bıçağı çıxardaraq sağ əlinə götürüb tiyəsini açmış, bıçaqla bir neçə dəfə sol yanı ona tərəf olan Sadiqin kürək nahiyyəsinə vurmuşdur. Bundan sonra o, Sadiqdən aralanmış, Sadiq bir neçə metr arxaya getmişdir. Sonuncu əli ilə kürəyini yoxlayan zaman kürəyinin qanadığını bilmişdir. Bundan sonra İlham onun yanına gəlmiş, Sadiqi bıçaqla vurub-vurmadığını soruşmuşdur. O isə Sadiqi bıçaqla vurduğunu demişdir. Bundan sonra o, bıçağı qatlayıb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. O, nənəsi Südabənin evinə getmiş, evin hamam otağında üzünə su vurmuş, bıçağı hamam otağındakı su qızdırılan çənin üstünə qoymuşdur. Bundan sonra o, evdə sol gözünə buz qoymuşdur. Bir neçə dəqiqə sonra atası yanına gəlmiş, ondan nə baş verdiyini soruşmuşdur. O isə Sadiqlə dalaşdığını demişdir. Sonra o, evdən çıxıb kəndin kənarına tərəf getmişdir. Bir neçə saat sonra atası ona zəng vurub polislərin onu axtardığını, gəlməli olduğunu demişdir. O isə kəndin mərkəzinə tərəf getmiş, atasının əmisi oğlu Turalla və polis əməkdaşları ilə görüşüb Ağstafa rayon polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, 25.10.2021-ci il tarixdə saat 18 radələrində Ağsafa rayonu, Tatlı kəndində “Telman bulağı” adlanan yerdə Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman yanlarında yalnız İlham olmuşdur. Həmin bıçağı 2021-ci ilin oktyabr ayının əvvəllərində Bakı şəhərində xatırlamadığı ərazidə yerdən tapmış, bundan sonra evdə anası bıçağı əlindən almışdır. Ağstafa rayonuna gəlməmişdən bir neçə gün əvvəl o, bıçağı evlərində görüb götürüb üzərində gəzdirmişdir. Hal-hazırda o, Zərərçəkmiş şəxsla barışmış, səhhəti ilə əlaqədar zərərçəkmişə dəymiş zərər ödənilmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd etdiklərini və törətdiyi əməlindən səmimi peşmançılıq keçirməsini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Ağstafa rayonu, Tatlı kənd orta məktəbinin 11-ci sinifində oxuyur. Təqsirləndirilən şəxs təxminən 1-2 ildir tanıyır, münasibətləri hər zaman normal olmuş, aralarında heç bir narazılıq olmamışdır. Kamil də Ağstafa rayonunun Tatlı kəndindən olsa da, Bakı şəhərində yaşayır. Kamil yay tətilində, bayramlarda kəndə gəlir, bir neçə gün qalıb qayıdır. 23 oktyabr 2021-ci il tarixdə “İnstaqram” sosial şəbəkəsindən ona sms gəlmiş, oxuyanda dostunun bacısı olduğunu görmüşdür. O, inanmayıb araşdırmış və ona məlum olmuşdur ki, dostunun bacısı adı ilə ona sms yazan Təqsirləndirilən şəxsdir. Kamilin Tatlı kəndində olduğunu bilib, sonuncu ilə bu barədə söhbət etmək qərarına gəlmişdir. 24 oktyabr 2021-ci il tarixdə saat 18 radələrində dostu İlham onun yaşadığı evə gəlmişdir. Həmin vaxt o, İlhama Kamilin etdiyi hərəkətləri danışmışdır. İlham, Kamilin ona da yazdığını demişdir. Ona görə də qərara gəlmişlər ki, Kamillə görüşüb, bu barədə söhbət etsinlər ki, bir də belə hərəkət etməsin. Ona görə də Kamilin yaşadığı evə getmişlər. Kamili evdən çağırmış, sonuncu evdən çıxanda bir az kənarda söhbət etmələrini onunla işi olduğunu demişdir. Kamil də onlarla birlikdə yaşadığı kənddə yerləşən “Allahverənli” adlanan yerə getmişlər. Orada o və İlham Kamilə öz iradlarını bildirmişlər. Kamil əvvəlcə etiraf etməmişdir. Bundan sonra o, “sms yazana söyüş söyüm?” demişdir. Bu zaman Kamil də həmin söyüşləri onun ünvanına demişdir. Ona görə də aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı o, Kamilin sifət nahiyyəsinə zərbə vurmuş və onlar əlbəyaxa olmuşlar. Bu zaman kürəyinə ardıcıl olaraq bir neçə dəfə nə isə batdığını hiss etmiş, bu zaman Kamil ondan aralanmışdır. Həmin vaxt Kamilin əlində bıçaq olduğunu görüb, sonuncunun onu bıçaqla vurduğunu bilmişdir. O, ağrıdan aşağı çökmüş, dostu İlhama Kamilin onu bıçaqladığını demişdir. Ona görə də İlham ona yaxınlaşıb köməklik etmişdir. Kamil isə hadisə yerindən çıxıb getmişdir. Kamil ondan aralandıqdan sonra sonuncunu təkrarən vurmağa cəhd etməmiş, o, aşağı çökdüyü üçün hadisə yerindən uzaqlaşmışdır. Kamilin hadisə zamanı əlində olan bıçağı görmüşdür, Kamilin ona xəsarət yetirdiyi həmin bıçaq qatlanan cib bıçağı olmuşdur. Mübahisə və dava-dalaş Kamillə onun arasında baş vermiş, o, Kamilə əli ilə, sonuncu isə ona bıçaqla xəsarət yetirmişdir. İlham isə ancaq onları aralamağa çalışmışdır. Hal-hazırda o, Təqsirləndirilən şəxslə barışmış, səhhəti ilə əlaqədar dəymiş zərər tam şəkildə ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilən Şahid1 ifadəsində göstərmişdir ki, o, Fəxri Nağıyev adına Tatlı kənd tam orta məktəbinin 11-ci sinif şagirdidir. Zərərçəkmiş şəxs onun sinif yoldaşı və dostudur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır, onun Bakı şəhərində yaşadığını, sonuncu ilə yaxın münasibəti olmadığını bildirmişdir. 24.10.2021-ci il tarixdə saat 18 radələrində o, Tatlı kəndində məktəbin yanı ilə evlərinə tərəf gedirmiş. O, evə gedən zaman Zərərçəkmiş şəxs qabağından gəlmişdir. Sadiq onunla birlikdə getməsini xahiş etmiş, bir nəfərdən söz soruşacağını bildirmişdir. O isə razılaşıb Sadiqlə birlikdə Təqsirləndirilən şəxs yaşadığı nənəsi Sədaqətin evinə tərəf getmişdir. Onlar evə çatan zaman Kamil əlində su qabı ilə evdən çıxmışdır. Onlar Kamili çağırmışlar. Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə sözlə mübahisə etməyə başlamışdır. Həmin vaxt yaxınlıqda olan evdən bir nəfər qadın çıxıb dalaşmamaqlarını demişdir. Bundan sonra onlar yaxınlıqda olan “Telmanın bulağı” adlanan yerə tərəf getmişlər. Orada olan çinar ağacının altında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs üzbəüz dayanıb sözlə mübahisə etməyə başlamışlar. O isə onlardan 5-6 metr kənarda dayanmışdır. Onlar sözlə mübahisə edən zaman bir-birinə söyüş söyməyə başlamışlar. Bundan sonra onlar ayaq üstündə qabaq-qabağa dayanıb tutaşaraq bir-birilərinin sifətinə, başına yumruq atmağa başlamışlar. Həmin vaxt o, hər ikisini aralamaq üçün yanlarına tərəf getmişdir. O, yanlarına çatan zaman Zərərçəkmiş şəxs ona tərəf çevrilib demişdir ki, “belimə bax gör nə olub?”. Bundan sonra o, Sadiqin əynində olan uzunqol köynəyin bel tərəfini yuxarı qaldırmış, həmin vaxt görmüşdür ki, alt geyimi olan maykası qandır. Bundan sonra o, Təqsirləndirilən şəxs sağ əlində bıçaq olduğunu görmüşdür. O, Kamilə demişdir ki, “əlindəki bıçaq nədir, bu nə hərəkətdir”. Kamil isə heç nə deməmişdir. Bundan sonra o, Sadiqin əynində olan uzunqol köynəyi cırıb əynindən çıxartmış, kürəyinin qanayan yerlərinə sıxmış, ona kömək edib evinə aparmışdır. Şahid1 həmçinin göstərmişdir ki, o, Kamillə Sadiqin hər ikisinin tutaşaraq bir-birlərini vurduğunu görmüş, lakin kimin birinci vurduğunu görməmişdir. Həmin vaxt onların yaxınlığında yalnız özü olmuş, ətrafda başqa adam olmamışdır. Bundan başqa, məhkəməyədək icraat mərhələsində şahid qismində dindirilən Şahid2 ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuşdur. Belə ki, məhkəmə baxışı zamanı məhkəməyə teleqram ünvanlayan Şahid2 ibtidai istintaq zamanı vermiş olduğu ifadəsini təsdiq etdiyini göstərmişdir. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun nəvəsidir. Kamil anası ilə birlikdə Bakı şəhərində yaşayır. Yay aylarında, bayramlarda Ağstafa rayonu, Tatlı kəndinə gələrək bir neçə gün qalır. Zərərçəkmiş şəxs isə həmkəndlisidir. Sadiqin atası Sahillə arasında əvvəllər heç bir ədavət olmamış, yaxın münasibətləri olmuşdur. 20 oktyabr 2021ci il tarixdə nəvəsi Kamil Bakı şəhərindən Ağstafa rayonu, Tatlı kəndinə qonaq gəlmişdir. 24 oktyabr 2021-ci il tarixdə saat təxminən 19 radələrində oğlu Araz və digər ailə üzvləri ilə birlikdə yaşadığı evdə olmuşdur. Bu zaman Kamilin evə gəldiyini və sifət nahiyyəsində xəsarət olduğunu görmüşdür. Araz Kamildən nə baş verdiyini soruşmuşdur. Kamil isə həmkəndlisi Sahilin oğlu Sadiqin onu döydüyünü demişdir. Ona görə də Kamil evdə qalmış, Araz kəndin mərkəzinə çıxmışdır ki, Kamilin döyülməyinin səbəbini örgənsin. Araz getdikdən bir neçə dəqiqə sonra Kamil də evdən çıxmışdır. Sonradan Kamilin hara getdiyini bilməmiş və bu barədə oğlu Araza bildirmişdir. Kamil getdikdən sonra polis əməkdaşları yaşadığı evə gəlib Kamilin həmkəndlisi Sahilin oğlu Sadiqi bçaqla vurduğunu demişlər və Kamilin harada olduğunu soruşmuşlar. Həmin vaxt ona məlum olmuşdur ki, Kamil həmin tarixdə yaşadığı kənddə Sadiqlə dalaşmış, Sadiq Kamili əli ilə vurduğu üçün Kamil də üzərində olan bıçaqla Sadiqə xəsarət yetirmişdir. Gecə saatlarında Kamil, Kamilə təyin olunmuş vəkillə və polis əməkdaşları ilə birlikdə onun yaşadığı evə gəlmişlər və oğlu Arazın da iştirakı ilə Kamil Sadiqə xəsarət yetirdiyi bıçağı evin həyətində olan hamamdan gizlətdiyi yerdən götürərək polis əməkdaşlarına təhvil vermişdir. O, hadisənin hansı səbəbdən baş verməsini bilməmişdir (iş vərəqə: cild İ, səh. 106-107). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25.10.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq Təqsirləndirilən şəxs istintaqa könüllü təqdim etməsinə əsasən götürülmüşdür (iş vərəqə: cild İ, səh. 44-48). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 12.02.2022-ci il tarixli üzləşdirmə istintaq hərəkətinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs arasında üzləşdirmə keçirilmiş və həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadələrində göstərdiklərini bir daha bir-birlərinin üzünə qarşı demişlər (iş vərəqə: cild İ, səh. 147-148). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibb ekspertizasının 10.02.2022-ci il tarixli, 44 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər döş qəfəsinin sol tərəfinin daxilə sirayət edən bıçaq yarası, ağciyərin zədələnməsi ilə, sağ döş qəfəsinin və onurğa sütunu üzərində boşluğa keçməyən iki ədəd bıçaq yaraları kəsici əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 24.10.2021-ci il tarixdə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi və 1 ədəd kəsilmiş deşilmiş boşluğa keçən bıçaq yarası dərəcələrinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır, 2 ədəd boşluğa keçməyən yaralar isə yüngül zərər vurmaya aiddirlər (iş vərəqə: cild İ, səh. 161). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə tibbi-bioloji ekspertizasının 17.01.2022-ci il tarixli, 935/2022-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs qan qrupu, ABO sistemi üzrə O alfa beta (1). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkcə, şalvar, bıçaq üzərində olan ləkələrdə O alfa beta (1) qruplu insan qanı aşkar olundu. Bu qan ləkələri O alfa beta (1) qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus ola bilər (iş vərəqə: cild İ, səh. 130- 133). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-ballistik və trasoloji ekspertizanın 28.01.2022-ci il tarixli, 808-MTKŞ/2021 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarının sağ ayaq hissəsinin ön səthində iki ədəd məhdud cırılmalar vardır. Bu cırılmalar küt yaranma mexanizminə malikdirlər, ola bilsin ki, şalvarın müvafiq nahiyyələrinin hər hansı bir predmetə ilişib-dartılması nəticəsində əmələ gələ bilərdi. Zərərçəkmiş şəxs məxsus gödəkcənin sol yan cibinin yuxarı köndələn tikiş üzərində məhdud sökülmə vardır. Bu sökülmə küt qüvvənin təsiri ilə köynəyin müvafiq nahiyyəsinin gərilib-dartılması nəticəsində əmələ gələ bilərdi. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs oğuna məxsus şalvarda və köynəkdə əhəmiyyət kəsb edən hər hansı bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış qatlanan tipli cib bıçağıdır və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçağın üzərində sonradan hər hansı əlavə və dəyişiklik edilməmişdir (iş vərəqə: cild İ, səh. 152-155). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 11.02.2022-ci il tarixli, 88/26 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hazırki ekspertiza zamanı da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz əməlinin (hərəkət və hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyi dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini idarə etmək və hərəkətlərinə cavab vermək qabiliyyətindədir. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir (iş vərəqə: cild İ, səh. 162-164). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 01.03.2022-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs barəsində Təqsirləndirilən şəxs ilə barışması səbəbindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cu maddəsinə əsasən həmin Məcəllənin 157-ci maddəsi ilə inzibati icraat başlanılmamış, iş üzrə götürülmüş Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd göy rəngli idman şalvarı, quru qan nümunəsi, qəhvəyi rəngli, üzərində “ADİDAS” yazılmış gödəkcə və Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq, bozumtul-göy rəngli cins şalvar, qırmızı rəngli uzunqol köynək maddi sübut kimi tanınmış və Ağstafa rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir (iş vərəqə: cild İ, səh. 165-171). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 10.11.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İ, səh. 103). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğlu 25.10.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh. 25). Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş 26.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 26.10.2021-ci il tarixdə yetkinlik yaşına çatmayanı nəzarət altına vermə qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Ağstafa rayon X2 Saxlama Yerindən azad edilmişdir (iş vərəqə: cild İ, səh. 89). Cinayət işinə əlavə edilmiş 14.02.2022-ci il tarixli Ağstafa rayonu İcra Hakimiyyəti başçısının Tatlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin arayışından görünür ki, Musayev X3 rayonu, Tatlı kəndində qeydiyyatda olmasına baxmayaraq, hal-hazırda Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, 1-ci mədən, 47-ci korpus ünvanında yaşayır (iş vərəqə: cild İ, səh. 159). Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxslə barışmış, səhhəti ilə əlaqədar dəymiş zərər tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsini xahiş edir (cinayət işinin materialları). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutu, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, qeyd edilən sübut növləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi sübuta yetirildiyindən onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Odur ki, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif olunmalı və o, həmin maddə ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “24” dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan şəxsdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 85.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayanlara cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növləri təyin edilir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmadığını, bundan başqa onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun ilk dəfə cinayət törətməsini, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, onun hal-hazırda məktəbli olmasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur və cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58 və 59-cu maddələrinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsə cəza təyin edilən zaman nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cəza təyin edilərkən Cinayət Məcəlləsinin 85-ci və 60-cı maddələrinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsinə əsasən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar qrupuna aid edilərkən, qanunvericilik həmin şəxslərin kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də, cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X4»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsi, ədalət mühakiməsinin yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin, Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli, 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 435.4.2-ci maddəsində isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Həmin Məcəllənin 435.4.3-cü maddəsinin tələblərinə görə yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrar törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədə uyğun deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Həmçinin Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs hansı növ cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənlərə əsasən məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini əhəmiyyətli dərəcədə azaldan nəticələrini, onun cinayəti yetkinlik yaşına çatmadığı dövrdə törətməsini və hazırda da yetkinlik yaşına çatmayan şəxs olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək peşmançılıq çəkməsini, hazırda orta məktəbdə oxumasını, zərərçəkmiş şəxsin onunla barışaraq ona qarşı hər hansı bir şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti təyin edilməklə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məqsədə müvafiq hesab edir. Belə ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməsi təqsirləndirilən şəxsin özünü, onun ailəsini ciddi məhrumiyyətlərə düçar edə bilər, onun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət edə bilməz. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs cəza çəkmədən islah olunmasını mümkün sayır, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərara gəlir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə müvafiq olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Qeyd edilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində sınaq müddəti müəyyən edilməli və Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, təhsilini davam etdirmək vəzifələri qoyulmalı, davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. Həmçinin sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Eyni zamanda, qeyd edilməlidir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs 25.10.2021-ci il tarixdən 26.10.2021-ci il tarixədək, yəni 02 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30.04.2021-ci il tarixli qərarının 2 və 2.21-ci bəndlərində göstərilmişdir ki:
2. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin.....: 2.21. Qərarın 25-ci bəndinin birinci abzasında “bir və ya bir neçə növ” sözləri çıxarılsın və aşağıdakı məzmunda 5-ci abzas əlavə edilsin: “Cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir.” Bundan başqa, məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Ağstafa rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd göy rəngli idman şalvarı, qəhvəyi rəngli, üzərində “ADİDAS” yazılmış gödəkcə və Təqsirləndirilən şəxs məxsus, bozumtul-göy rəngli cins şalvar, qırmızı rəngli uzunqol köynək müvafiq olaraq sahiblərinə qaytarılmalı, bundan başqa quru qan nümunəsi və Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq məhv edilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, ekspertiza xərci müəyyən edilməmiş, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1 maddələrini rəhbər tutaraq, məhkəmə
hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq edilməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək, təhsilini davam etdirmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət onun yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Ağstafa rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs məxsus bir ədəd tünd göy rəngli idman şalvarı, qəhvəyi rəngli, üzərində “ADİDAS” yazılmış gödəkcə və Təqsirləndirilən şəxs məxsus, bozumtul-göy rəngli cins şalvar, qırmızı rəngli uzunqol köynək müvafiq olaraq sahiblərinə qaytarılsın, bundan başqa quru qan nümunəsi və Təqsirləndirilən şəxs məxsus bir ədəd bıçaq məhv edilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, xüsusi müsadirə edilməli olan əmlak yoxdur, ekspertiza xərci müəyyən edilməmişdir. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.