Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-232/2023 18.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs2 və Müdafiəçi3 Təqsirləndirilən şəxs1 və Müdafiəçi4 iştirakları ilə, xx xxxxxx 1959-cu il tarixdə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, fermer təsərrüfatı ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, “barəsində polisin nəzarəti altına vermə“ qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 206.3.2-ci maddəsi ilə, xx xxxxxx 1985-ci il tarixdə Abşeron rayonu, Digah qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi qaydada sürücüsü işləmiş, əvvəllər məhkum olunmamış, Abşeron Rayonu, Digah qəsəbəsi, X7 küçəsi, ev 16 ünvanda qeydiyyatda olmaqla, Abşeron Rayonu, Digah qəsəbəsi, Bakıxanov küçəsində nömrəsiz evdə yaşamış, barəsində “həbs“ qətimkan tədbiri seçilməklə hazırda ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 206.3.2 və 213-1.1-ci maddələri təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 zərgərlik məmulatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə xeyli miqdarda keçirtmək barədə 2022-ci ilin iyul ayında Türkiyə Respublikasında olarkən Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq hər qramına görə 1 ABŞ dolları pul əldə etmək müqabilində Təqsirləndirilən şəxs2 Türkiyə Respublikasında qanuni əsaslarla əldə etdiyi, müxtəlif əyarlı qızıldan hazırlanmış qızıl zinət əşyalarını ona çatdırmaq üçün tamah niyyəti ilə cəmi çəkisi 2148,5 qram olmaqla, ümumilikdə dəyəri 189 264 manat təşkil edən 297 ədəd boyunbağı, 15 ədəd kulonlu boyunbağı, 57 ədəd üzük, 111 cüt sırğa, 130 ədəd kulon, 72 ədəd qolbaq, 270 ədəd kilid və 11 ədəd sancaq, həmçinin digər metaldan hazırlanmış cəmi çəkisi 26,52 qram olmaqla, ümumilikdə dəyəri 8 manat təşkil edən 12 ədəd halqa və 4 ədəd təmir üçün alət ucluqlarından ibarət zərgərlik məmulatlarını, eləcə də 2022-ci ilin iyul ayında Türkiyə Respublikasında istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə əldə etdiyi, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış hər birinin 1 qutusunun qiyməti 8 manat təşkil edən 480 manat dəyərində 60 qutu “LESS SMELL PARLİAMENT” markalı, 240 manat dəyərində 30 qutu “X11” markalı və 720 manat dəyərində 90 qutu “SUPER SLİMS MURATTİ AMBASSADOR” markalı olmaq, cəmi dəyəri xeyli miqdarda - 1440 manat təşkil edən tütün məmulatlarını idarə etdiyi “MERCEDES BENZ ACTROS 1848” markalı, 50EG481 dövlət qeydiyyat nişanlı dartıcı və onun “WAGEN-MEYER” markalı, ** ZB *** dövlət qeydiyyat nişanlı yarımqoşqusundan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının sağ və sol yan yük sandıqçalarının içərisində rezin örtüyü altında yerləşdirərək gizlədib ümumilikdə xeyli miqdarda – yəni, 190712 manat dəyərində sadalanan zərgərlik və tütün məmulatlarını 16 iyul 2022-ci il tarixdə 23 radələrində Gürcüstan Respublikasından tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrək Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Təqsirləndirilən şəxs2 zərgərlik məmulatlarını Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə xeyli miqdarda keçirmə barədə 2022-ci ilin iyul ayında Türkiyə Respublikasında olan Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs1 və şəxsiyyət məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olaraq bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, əldə edilmiş razılığa və ümumi cinayətkar niyyətə uyğun olaraq Təqsirləndirilən şəxs1 zərgərlik məmulatlarının Türkiyə Respublikasından Azərbaycan Respublikasına qaçaqmalçılıq yolu ilə gətirilməsi müqabilində zərgərlik məmulatlarının hər qramına görə 1 ABŞ dolları pul verəcəyini vəd etməklə Təqsirləndirilən şəxs1 tərəfindən 2022-ci ilin iyul ayında Türkiyə Respublikasında müxtəlif əyarlı qızıldan hazırlanmış, cəmi çəkisi 2148,5 qram olan 297 ədəd boyunbağı, 15 ədəd kulonlu boyunbağı, 57 ədəd üzük, 111 cüt sırğa, 130 ədəd kulon, 72 ədəd qolbaq, 270 ədəd kilid və 11 ədəd sancaq, həmçinin digər metaldan hazırlanmış, cəmi çəkisi 26,52 qram olan, 12 ədəd halqa və 4 ədəd təmir üçün alət ucluqlarından ibarət, ümumilikdə dəyəri xeyli miqdarda – 189272 manat təşkil edən zərgərlik məmulatlarının cinayətdən məlumatı olmayan şəxslər vasitəsilə Türkiyə- Gürcüstan sərhəddində yerləşən Hopa şəhərində çatdırıb Azərbaycan Respublikasında tamah məqsədi ilə satışını həyata keçirtmək üçün ona çatdırılması məqsədi aralarında olan razılaşmaya əsasən “MERCEDES BENZ ACTROS 1848” markalı, 50EG481 dövlət qeydiyyat nişanlı dartıcı və onun “WAGEN-MEYER” markalı, 01ZB218 dövlət qeydiyyat nişanlı yarımqoşqusundan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının sağ və sol yan yük sandıqçalarının içərisində rezin örtüyün altında yerləşdirilərək gizlədilməsinə və 16 iyul 2022-ci il tarixdə 23 radələrində Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonunun inzibati ərazisində yerləşən “Qırmızı Körpü” gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 2012-ci ildən müxtəlif şəxslərə məxsus yük nəqliyyat vasitələrində sürücü kimi işləyir, 2019-cu ildən isə Türkiyə Respublikası və Rusiyaya Federasiyası olmaqla, xarici ölkələrə yük aparıb-gətirir. “MERCEDES BENZ ACTROS 1848” markalı, 50EG481 dövlət qeydiyyat nişanlı dartıcı və onun “WAGEN-MEYER” markalı, 01ZB218 dövlət qeydiyyat nişanlı yarımqoşqusundan ibarət yük nəqliyyat vasitəsini etibarnamə əsasında idarə edir və hər yük daşımaya görə təxminən 500 ABŞ dolları gəlir əldə edir. O, 26 sentyabr 2021-ci il tarixdə Türkiyə Respublikasına yük apardıqdan sonra İzmit şəhərində olan tanışı “Dilarə” adlı qadınla görüşmüş, bu görüş zamanı “Dilarə” ona Türkiyədə olan bir qadın tanışının Bakı şəhərinə qızıldan hazırlanmış zərgərlik məmulatları göndərmək istədiyini söyləyib, həmin qadının zərgərlik məmulatlarını gömrükdən gizli, yəni qaçaqmalçılıq yolu ilə keçirib Bakıda təhvil vermək müqabilində pul verməyi təklif etdiyini söyləmişdir. O, ilk dəfə təhlükəli olacağını, gömrükdə saxlanılacağını düşünüb tam razılaşmasa da, bu barədə düşünəcəyini söyləmiş və 10 oktyabr 2021-ci il tarixdə Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycana gəlmişdir. Borcları olduğu üçün pula ehtiyacı olduğundan 05 noyabr 2021-ci il tarixdə Türkiyədə “Dilarə” ilə danışıb təkliflə razılaşdığını söyləmiş, bu zaman “Dilarə” zərgərlik məmulatlarını göndərmək istəyən qadının istifadəsində olan +**********71 saylı mobil nömrəni ona göndərmişdir. “Dilarə” həmin qadının anket məlumatlarını, peşəsini və haqqında hər hansı digər məlumatı ona bildirməmişdir. 2021-ci ilin noyabr ayının əvvəlləri və ya ortalarında Türkiyə Respublikasının mobil operatoruna məxsus xatırlamadığı mobil nömrə ilə +**********71 saylı mobil nömrəyə zəng edərək “Dilarə”nin təklifi ilə razılaşdığını demişdir. Zəngə cavab verən şəxs səsinə görə təxminən orta yaşlı bir qadın olmuş, azərbaycan dilində danışmış, ləhcəsi Azərbaycanın cənub bölgəsində istifadə edilən ləhcəyə oxşamışdır. Telefon danışığı zamanı aralarında olan razılaşmaya əsasən o, Türkiyə Respublikasında olarkən həmin qadın qaçaqmalçılıq yolu ilə gizli şəkildə gömrük nəzarətindən keçirərək Bakıda təhvil verməli olduğu qızılları ona kuryer vasitəsi ilə sərhədə yaxın yerə çatdırmalı, o da qızılları kuryerdən götürərək onları idarə etdiyi yük nəqliyyat vasitəsində gizlədib Gürcüstan ərazisindən tranzit keçirməklə Türkiyə Respublikasından Azərbaycana gətirməli, bundan sonra qızılları Bakıda ondan götürməli olan şəxs onunla əlaqə saxlayaraq onları götürməli və həmin şəxs gördüyü işin müqabilində qızılın hər qramına görə ona 1 ABŞ dolları pul verməliymiş. Qadın danışıq zamanı ona öz adını, peşəsini və digər məlumatlarını söyləməmiş, səsindən orta yaşlı qadına oxşadığından telefonunda adını “Bibi” kimi qeyd etmişdir. Razılaşmaya uyğun olaraq o, ilk dəfə 17 noyabr 2021-ci il tarixdə Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına yük gətirərkən təxminən 200 qram, ikinci dəfə 13 mart 2022-ci il tarixdə Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedib eyni marşrut üzrə 02 aprel 2022-ci il tarixdə yük gətirərkən təxminən 700 qram, üçüncü dəfə isə Gürcüstandan tranzit keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına gedib eyni marşrut üzrə 29 may 2022-ci il tarixdə yük gətirərkən təxminən 1000 qram çəkidə olmaqla, ümumilikdə 3 dəfə Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə qızıllar gətirmişdir. Bunlardan ilk ikisində qızılları əynindəki gödəkcənin cibində gizlətmiş, üçüncüdə isə idarə etdiyi “MERCEDES BENZ ACTROS 1848” markalı, 50EG481 dövlət qeydiyyat nişanlı dartıcının salonunda olan yataq dəstinin altında gizlətmişdir. Bu qızılları o, hər dəfə İstanbul şəhərində fərqli ünvanlarda ayrı-ayrı tanımadığı, zahiri əlamətlərini və əlaqə vasitələrini xatırlamadığı kuryerlərdən qəbul etmişdir. Hər bir halda qızılları Ülviyyə adlı qadına müxtəlif əşyalara bükülü formada vermişdir. Birinci dəfə “Meyvəli” bazarı adlanan ərazidə, sonrakı iki halda isə yük nəqliyyat vasitəsini Bakıda gömrük postunda saxlayıb taksi ilə Yasamal rayonu ərazisində yerləşən “Space” televiziya kanalının inzibati binasının yaxınlığında Ülviyyəyə qızılları əşyalarla təhvil vermişdir. Qızılları verərkən Ülviyyə və o həmişə tək olmuş, özü heç vaxt qızılları çəkməmiş, “Bibi” ona qızılları hansı çəkidə olduğunu demiş, buna uyğun olaraq pulunu almışdır, keçirtdiyi qızıllara görə aldığı pulun dəqiq məbləğini xatırlamır. Sonuncu dəfə 28 iyun 2022-ci il tarixdə idarə etdiyi “MERCEDES BENZ ACTROS 1848” markalı, 50EG481 dövlət qeydiyyat nişanlı dartıcı və onun “WAGEN-MEYER” markalı, 01ZB218 dövlət qeydiyyat nişanlı yarımqoşqusundan ibarət yük nəqliyyat vasitəsi ilə yüklü formada Gürcüstan ərazisindən tranzit keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, 2022-ci ilin iyul ayının əvvəli yükü İstanbul şəhərinin Qebze rayonunda təyinat yerinə çatdırmışdır. Bundan sonra “Bibi” ilə “Whatsapp” mobil əlavəsi vasitəsi ilə əlaqə saxlayıb Türkiyə Respublikasından olduğunu söyləyərək ondan Azərbaycan Respublikasına aparmağa qızılının olub-olmamasını soruşmuş, “Bibi” də təxminən 1 kiloqram qızılının olduğunu, ona çatdıracağını söyləmişdir. 13 iyul 2022-ci il tarixdə Türkiyə Respublikasının Bursa şəhərində Türkiyə Respublikasından Azərbaycan Respublikasına daşımalı olduğu “marketlərdə istifadə olunan metaldan mebellər, marketlərdə mal daşımaq üçün qara metallardan araba və plastik kütlədən səbətlər” yükünü təhvil almış və “Bibi” ilə “Whatsapp” mobil əlavəsi vasitəsi ilə əlaqə saxlayıb Türkiyədən Azərbaycana aparmalı olduğu qızılı ona çatdırmasını söyləmişdir. Türkiyənin Hopa şəhərində yerləşən “Sarp” sərhəd keçid məntəqəsinə çataraq sərhədin yaxınlığında gözləmiş, 2022-ci ilin iyul ayının ortalarında sərnişin avtobusu vasitəsi ilə qızılları ona çatdırmışdır. Qızıllar qablaşdırılmış halda olmuş o, qızılları götürüb hissələrə bölərək idarə etdiyi “MERCEDES BENZ ACTROS 1848” markalı, 50EG481 dövlət qeydiyyat nişanlı dartıcı və onun “WAGEN-MEYER” markalı, 01ZB218 dövlət qeydiyyat nişanlı yarımqoşqusundan ibarət yük nəqliyyat vasitəsinin dartıcısının sağ və sol yan yük sandıqçalarının içərisində rezin örtüyün altında gizlətmişdir. Eyni tarixdə həmin sərhəd məntəqəsində yerləşən “Duty Free” mağazasından Bakı şəhərində satmaq məqsədlə xatırlamadığı qiymətə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 60 qutu “X9”, 30 qutu “X11” və 90 qutu “X12” markalı siqaret alaraq onları da qızıllar olan yerdə gizlətmişdir. İdarə etdiyi “MERCEDES BENZ ACTROS 1848” markalı, 50EG481 dövlət qeydiyyat nişanlı dartıcı və onun “WAGEN-MEYER” markalı, 01ZB218 dövlət qeydiyyat nişanlı yarımqoşqusundan ibarət yük nəqliyyat vasitəsi ilə Türkiyə Respublikasını tərk edib Gürcüstan Respublikası ərazisinə daxil olmuş, 1 və ya 2 gün Gürcüstanda qaldıqdan sonra Gürcüstandan tranzit keçməklə 16 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikasının “Qırmızı Körpü" gömrük postundan ölkə ərazisinə daxil olmuşdur. O, gömrük postuna daxil olduqdan sonra nəqliyyat vasitəsində daşıdığı yükə dair sənədləri gömrük əməkdaşına təqdim etmiş, gömrük əməkdaşları hal şahidləri və öz iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirtmiş, “MERCEDES BENZ ACTROS 1848” markalı, 50EG481 dövlət qeydiyyat nişanlı dartıcının sağ və sol yan yük sandıqçalarının içərisində rezin örtüyün altında gizlətdiyi qızılları və siqaretləri aşkar etmişlər. Bunun ardınca aşkar edilmiş qızıllar və siqaretlər sayılmış nəticədə zərgərlik məmulatlarının 144 ədəd boyunbağı, gümüşü rəngdə 168 ədəd boyunbağı, 60 ədəd qolbağı, 12 ədəd yumru qolbağı, 30 ədəd klon, 111 ədəd sırğa, 57 ədəd üzük, 100 ədəd üzərində göz muncuğu olan kulon, 6 ədəd üzərində göz muncuğu olan sancaq, 5 ədəd sancaq, 270 ədəd boyunbağı bağlamaq üçün kilit, 12 ədəd boyunbağılarını bir arada tutmaq üçün halqa şəkilli predment və 4 ədəd təmir üçün alət ucluğundan və tütün məmulatlarının isə 60 qutu “X9” markalı, 30 qutu “X11” markalı və 90 qutu “X12” markalı siqaretdən ibarət olduğu müəyyən edilmişdir. Bu barədə protokol tərtib edilmiş və o, digər iştirakçılarla birgə protokolla tanış olaraq onu imzalamışdır. Saxlanıldıqdan sonra “Bibi” adlı şəxslə danışaraq ona bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs1 ifadəsində əlavə olaraq göstərdi ki, siqaretləri Bakı şəhərində satmaq niyyətində olsa da, onları konkret kimə satacağını müəyyən etməmiş, ayrı-ayrı şəxslərə təklif edəcəyini, kim razılaşsa həmin şəxsə də satacağını düşünmüşdür. “Bibi” adlı şəxsi əvvəllər heç vaxt görməmiş, onu yalnız aralarında keçirilmiş üzləşdirmə zamanı tanımışdır. “Bibi” ilə həmişə “Whatsapp”la əlaqə saxlamış, sonuncu dəfə “Bibi” ona qızılların çəkisinin 1 kiloqram olduğunu demişdir. Qızılların faktiki çəkisinin çox olmasını isə gömrükdə qızıllar aşkar edildikdən sonra bilmişdir. Təqsirləndirilən şəxs2 “Bibi” kimi tanıdığı şəxs olmasını aralarında keçirilmiş üzləşdirmə zamanı bilmişdir. O, qızılların çəkisinə və sayına görə belə güman etmişdir ki, qızıllar satış məqsədi ilə əldə edilmişdir, lakin onların konkret kimlərə satılmasını və ya verilməsini, bunu “Ülviyyə” və ya “Bibi”nin edib-etməməsini bilmir. Təqsirləndirilən şəxs2 kimin vasitəsi ilə həmin qızıl-zinət əşyalarını ona çatdırmasından xəbərdar deyildir, Təqsirləndirilən şəxs2 ona Azərbaycana aparmalı qızıl olduğunu demiş və əvvəllər kuryer sonuncu dəfə sərnişin avtobusu ilə qızılları görünməyən bağlamada gizlədilməklə ona çatdırmış, Azərbaycana keçəndən sonra götürəcəyini demişdir. Təqsirəndirilən şəxs Təqsirləndirilən şəxs1 məhkəmə iclasında verilən suallara cavab olaraq göstərmişdir ki, “Can” adlı şəxsi tanımır, qızılları ona tanımadığı şəxslər çatdırmış, 16 iyul 2022-ci il və əvvəlki tarixlərdə ölkə ərazisinə qızıl-zinət əşyaları gətirməklə bağlı yalnız “Bibi” yəni Təqsirləndirilən şəxs2 ilə danışmış, qızıllar da ona məxsus olmuş, səhədə yaxın yerdə ona çatdırılmışdır. Hazırda törətdiyi əmələ görə peşmandır, aşkar edilmiş gizli yolla keçirtdiyi siqaretlərin dövlətə verilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qızıl-zinət əşyalarının pərakəndə satışı ilə məşğuldur, həmişə satdığı qızıl-zinət əşyalarını Türkiyə Respublikasından əldə etmişdir. Şahid4 adlı bir qızı vardır. 2021-ci ilin sentyabr, oktyabr və ya noyabr ayında Təqsirləndirilən şəxs1 qızının qayınanası, xatırlamadığı tarixdə rəhmətə getmiş Məlahətin qızı Ülviyyəyə göndərdiyi geyim əşyalarını Türkiyə Respublikasından Azərbaycana Respublikasına gətirərək qızına təhvil vermişdir. Ülviyyə Əlibabadan geyim əşyalarını götürdükdən sonra Əlibabanın yük nəqliyyat vasitəsi sürücüsü olduğunu bilib qızından Əlibabanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini götürmüşdür. Əlibabanın mobil nömrəsini götürməkdə məqsədi Əlibabaya Türkiyə Respublikasında yaşayan, qızıl satışı ilə məşğul olan tanışlarından qızıl-zinət əşyalarını götürərək qaçaqmalçılıq yolu ilə gömrük sərhədindən keçirib ona çatdırmasını və bunun müqabilində ona qızılın hər qramına görə 1 ABŞ dolları verməyi təklif etmək olmuşdur. Xatırlamadığı tarixdə istifadəsində olan +**********71 saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “Votsap” mobil əlavəsi ilə Əlibabaya zəng edib Türkiyə Respublikasında ona məxsus qızıl-zinət əşyalarının olduğunu söyləyib onları qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirib-gətirə bilməyəcəyini soruşmuş və bunun müqabilində qızılın hər qramına görə 1 ABŞ dolları pul verəcəyini söyləmişdir. Əlibaba bir qədər düşünüb cavab verəcəyini bildirmiş, xatırlamadığı tarixdə Əlibaba ona “Votsap” mobil əlavəsi ilə zəng edib Türkiyə Respublikasında olduğunu Azərbaycana qaçaqmalçılıq yolu ilə aparılmalı qızılın olub-olmadığını soruşmuş, o da Əlibabaya təxminən 300 qram çəkidə qızılın olduğunu, həmin çəkidə qızılları təkbaşına gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirməsinin çətin olacağını, aşkar edilə biləcəyini söyləmiş, Əlibaba isə ona tək olmadığını, özü kimi bir neçə sürücü olduğunu, həmin qızılları kiçik çəkilərdə ayrı-ayrı hissələrə ayıraraq gömrük sərhədindən keçirəcəklərini, bildirmiş, o da Əlibaba ilə razılaşıb Türkiyə Respublikasından kuryer vasitəsi ilə həmin qızılların Əlibabaya çatdırılmasını təmin etmişdir. Yaşının çox olmasına görə rahat hərəkət edə bilmədiyi üçün görə qızı Ülviyyəyə Əlibaba ilə görüşməsini, Əlibabanın onun sifarişi əsasında Türkiyədən geyim əşyalarını gətirdiyini deyib geyimləri Əlibabadan götürməsini demiş və xatırlamadığı məbləğdə pulu əşyalarını gətirdiyinə görə Əlibabaya verməsini xahiş etmişdir. Əlibaba həqiqətən də qızıllarla birgə paltarlar da gətirmiş, qızılların qızılları paltarların arasında saxlamasını söyləmişdir. Qızından Əlibabaya verməsini xahiş etdiyi pul da əslində Əlibabaya qızılları gətirməsinə görə verməli olduğu pul olmuşdur. X3 qızıl gətirməsindən xəbəri olmamış, paltarların arasında olan qızılları qızının xəbəri olmadan gizli şəkildə götürmüş, paltarları isə qızına vermişdir. Bu yolla Təqsirləndirilən şəxs1 xatırlamadığı tarixlərdə təxminən 3-4 dəfə Türkiyədən ona qızıl-zinət əşyaları gətirmişdir. Qızılların hamısı ona məxsus olmuş və tanımadığı müştərilərə satmışdır. Hər dəfə Əlibaba ona qızılları ayrı-ayrı sürücülərin arasında yuxarıda qeyd edilən məqsədlə böldüyünü, gömrük sərhədindən keçdikdən sonra onları yenidən sürücülərdən yığdığını demişdir. Bütün halda qızılları Əlibabaya Türkiyədə kuryerlər vasitəsilə çatdırmış, Azərbaycana keçdikdən sonra da həmin qızılları qəbul etmişdir. Son dəfə, yəni təxminən 2022-ci ilin iyul ayında Əlibaba yenidən ona “Votsap”la zəng edərək Türkiyədə olduğunu, oradan Azərbaycana gətirilməli qızıl olub-olmadığını soruşmuş, o da. Bundan sonra 2022-ci ilin iyul ayından ona məlum olmuşdur ki, Əlibaba 16 iyul 2022-ci il tarixdə “Qırmızı körpü” gömrük sərhədindən keçərkən onun idarə etdiyi nəqliyyat vasitəsindən qaçaqmalçılıq yolu ilə gətirdiyi təxminən 2 kiloqram çəkidə qızılzinət əşyaları aşkar edilmişdir. Əlibabanın sonuncu dəfə də ona qızıl-zinət əşyaları gətirməsindən qızı Ülviyyənin xəbəri olmamışdır, o bu dəfə həmin qızılları ya özü götürməyi, ya da başqa bir tanışı vasitəsi ilə götürməyi planlaşdırmışdır. Yaşına görə hər kəs onu “Bibi” deyə çağırır, ola bilsin ki, Əlibaba səsindən onun yaşının çox olmasını başa düşüb onun adını telefonuna “Bibi” kimi yazmışdır. Əlibaba həmişə ona “Bibi” kimi xitab etmişdir. O, Əlibabaya öz adını, soyadını və digər anket məlumatlarımı deməmişdir. Eyni zamanda o, Təqsirləndirilən şəxs1la heç vaxt görüşməmiş, onunla yalnız telefonda “Votsap”la danışmışdır, danışıqları zamanı Təqsirləndirilən şəxs1 olduğunu bilmişdir, +**********71 saylı mobil nömrə onun istifadəsində olmuşdur. O, Əlibaba ilə “Dilarə” adlı qadın vasitəsi ilə deyil, qızının qayınanası Məlahət vasitəsi ilə tanış olmuşdur, ibtidai istintaq zamanı aşkar edilmiş, “Whatsapp” mobil əlavə vasitəsi ilə olan danışıqlar onunla Əlibaba arasında aparılmışdır, lakin bu danışıqların dəqiq tarixlərini xatıralamır. Təqsirləndirilən şəxs1 sonuncu dəfə ona gətirməli olduğu qızıl-zinət əşyalarını satış məqsədi ilə əldə etmək istəmişdir. Təqsirləndirilən şəxs1 16 iyul 2022-ci il tarixdə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirdiyi, hazırki cinayət işi üzrə maddi sübut qismində tanınmış qızıl-zinət əşyalarının hamısı ona məxsusdur. “Can” adlı şəxsi tanımır, işin ibtidai istintaqı zamanı hələ ilkin araşdırma mərhələsində hazırda barəsində şikayət verdiyi Şahid5 qaçaqmalçılıq yolu ilə Əlibabanın gətirdiyi qızıl-zinət əşyalarının gömrük rəsmiləşdirilməsi ilə bağlı onu aldadaraq 20 000 manat pul almış, sonradan isə verdiyi vədi yerinə yetirməmişdir. İlkin ona ibtidai istintaqının sonrakı mərhələlərində cinayət işi üzrə maddi sübut qismində tanınmış qızılların hamısının özünə məxsus olacağını etiraf edəcəyi təqdirdə həbs ediləcəyini bildirdiyinə və özü də yaşı ilə əlaqədar həbs ediləcəyi təqdirdə qapalı şəraitdə qala bilməyib öləcəyini düşündüyünə görə qorxduğundan məhkəməyə qədərki bütün ifadələrində qızılların ancaq bir hissəsinin ona məxsus olmasını demişdir. Sonradan araşdırma gedişatında aldadıldığını başa düşüb ibtidai istintaqı aparan orqana – müstəntiqə rəsmi şəkildə müraciət etmişdir. Hazırki iş üzrə ittiham olunduğu maddə ilə özünü tam təqsirli bilir, törətdiyi əməldən səmimi peşmandır. Aşkar edilmiş qızılları Türkiyə Respublikası İstanbul şəhərində yerləşən “Qapalı Çarşı” adlanan ticarət mərkəzindən tanışlarından almış, onları xatırlmadığı kuryerlər vasitəsilə Təqsirləndirilən şəxs1 çatdırmış, sonuncu dəfə isə Türkiyə daxili hərəkət edən tanımadığı sərnişin avtobusunun sürücüsü vasitəsilə Hopa şəhərində bağlama üzərində “ad soyad və əlaqə nömrəsi yazılmaqla” Əlibabaya göndərmiş, kuryer sərhədə yaxın yerdə qızıl olan bağlamaları Əlibabaya vermiş, özü isə Əlibabanı Bakıda qarşılayıb qızılları ondan götürməli imiş. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, “Qırmızı Körpü” gömrük postunda xidmət edir. 16 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində “Qırmızı Körpü” gömrük postunda xidmətdə olduğu zaman Gürcüstandan tranzit keçməklə Türkiyə Respublikasından Azərbaycan Respublikasına idarə etdiyi “Mercedes Benz” markalı, 50EG481/01ZB218 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə gələn, əvvəllər tanımadığı Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs1 ilə şifahi sorğu-sual apararaq idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük orqanına bəyan edilməli olan hər hansı predmetin olub-olmaması barədə soruşmuş, Əlibaba isə idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və daşıdığı yükdən başqa gömrük orqanına bəyan edilməli olan hər hansı predmet olmadığını bildirmişdir. Bundan sonra o, hal şahidlərinin iştirakı ilə həmin nəqliyyat vasitəsinə gömrük baxışı həyata keçirmiş və baxış zamanı “MERCEDES BENZ” markalı, 50EG481/01ZB218 nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının sağ və sol yan yük sandıqçalarının içərisində rezin örtüyün altında gömrük nəzarətindən gizlədilmiş müxtəlif forma və ölçülərdə qızıla bənzər metaldan hazırlanmış 296 ədəd boyunbağı, 16 ədəd kulonlu boyunbağı, 72 ədəd qolbaq, 30 ədəd kulon, 111 cüt sırğa, 57 ədəd üzük, 100 ədəd göz muncuğu, 6 ədəd üzərində göz muncuğu olan sancaq, 5 ədəd sancaq, 270 ədəd boyunbağı bağlamaq üçün kilid, 12 ədəd boyunbağılarını bir arada tutmaq üçün halqa şəkilli predmet, 4 ədəd təmir üçün alət ucluğu, eyni zamanda üzərində “X9” yazısı olan 60 qutu, “X11” yazısı olan 30 qutu, “X12” yazısı olan 90 qutu siqaretlər aşkar etmişdir. Bununla bağlı protokol tərtib etmiş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, fərdi qaydada yük daşımaqla ailəsini dolandırır. 16 iyul 2022-ci il tarixində “Qırmızı Körpü” gömrük postunda olarkən təxminən saat 22:30 radələrində Sənan adlı gömrük əməkdaşı ona yaxınlaşıb yük nəqliyyat vasitəsinə gömrük baxışını keçirmək istədiyini bildirib hal şahidi qismində iştirak etməyini xahiş etmiş, o da razılaşmışdır. İdxal xəttində olarkən həmin postda onun kimi günəmuzd fəhləlik edən Faiq də hal şahidi qismində iştirak etməsi üçün həmin yerə dəvət etmişdir. Onlara hüquq və vəzifələrini izah edildikdən sonra baxış keçirilməyə başlanılmış “Mercedes Benz” markalı, 50EG481/01ZB218 nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının sağ və sol yan yük sandıqçalarının içərisində rezin örtüyün altında gömrük nəzarətindən gizlədilmiş müxtəlif forma və ölçülərdə qızıla bənzər metaldan hazırlanmış təxmini çəkisi 2 kq-dam çox qızıl zinət əşyaları və üzərində “X9” yazısı olan 60 qutu, “X11” yazısı olan 30 qutu, “X12” yazısı olan 90 qutu siqaretlər aşkar olunmuşdur. Bundan sonra gömrük əməkdaşı olan Sənan qeyd edilən hallarla bağlı protokol tərtib etmiş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 da “Qırmızı Körpü” gömrük postunda əl yüklərini daşıyaraq günəmuzd fəhləliklə məşğul olduğunu xx.xx.2022-ci ildə qızıl zinət əşyaları və siqaretlərin aşkar edilməsində iştirak etdiyi bildirmiş və Şahid3 ilə eyniməzmunlu ifadə vermişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 iyul 2022-ci il tarixli “nəqliyyat vasitəsinə baxış və götürmə haqqında” protokol və 19 iyul 2022-ci il tarixli “çəki barədə akt”dan görünür ki, keçirilmiş yoxlama zamanı 16 iyul 2022-ci il tarixdə saat 22:30 radələrində Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda, Türkiyə Respublikasından Azərbaycan Respublikasına “MERCEDES BENZ” markalı, 50EG481/01ZB218 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dartıcısının sağ və sol yan yük sandıqçalarının içərisində rezin örtüyün altında gömrük nəzarətindən gizlədilmiş müxtəlif forma və ölçülərdə ümumi çəkisi 2200 qram olan qızıl-zinət əşyaları və üzərində “X9” yazısı olan 60 (altmış) qutu, “X11” yazısı olan 30 (otuz) qutu, “X12” yazısı olan 90 (doxsan) qutu siqaret aşkar edilib götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 19 iyul 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 araşdırmaya könüllü surətdə təqdim etdiyi “Samsung A12” markalı mobil telefona baxış keçirilmiş və bu zaman “Whatsapp” sosial şəbəkəsi vasitəsi ilə adı “Bibi” olaraq qeyd edilmiş +**********71 saylı mobil nömrənin istifadəçisi ilə 21 dekabr 2021-ci il tarxidən çoxsaylı telefon danışıqları apardığı, bu danışıqlarda Təqsirləndirilən şəxs1 qızılları həmin şəxsdən aldığı, ümumilikdə həmin şəxslə qızıl məmulatlarının daşınması üçün mütəmadi əlaqədə olduğu müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 07 sentyabr 2022-ci il tarixli 19 iyul 2022-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş 01 ədəd CD-diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, CD-diskdə Təqsirləndirilən şəxs1 istifadəsində olan “Samsung A12” markalı mobil telefonda adını “Bibii” kimi qeyd etdiyi (zərgərlik məmulatlarını əldə etdiyini bildirdiyi şəxs), +**********71 saylı mobil nömrənin istifadəçisi ilə “Whatsapp” mobil əlavəsində apardığı danışıqlara dair 20 ədəd “mp3” formatında səs yazısından ibarət və 11 ədəd “jpg” formatında fotoşəkildən ibarət fayl vardır. Səs yazılarına baxış nəticəsində onlardan 5 ədədinin “Bibii” kimi qeyd edilmiş şəxsə, qalan 15 ədədinin Təqsirləndirilən şəxs1 məxsus olduğu, danışıqların Təqsirləndirilən şəxs1 “Bibi” adlı şəxsdən zərgərlik məmulatlarını təhvil alınmasına, Təqsirləndirilən şəxs1 “Bibi” adlı şəxsdən pul qarşılığında daşınmalı zərgərlik məmulatlarının olub-olmamasına soruşmasına dair məzmunda olduğu aşkar edilsə də, danışıqların aparıldığı tarixi müəyyən etmək mümkün olmamışdır. CD-diskə yazılmış fotoşəkillərə baxış zamanı onlarda Təqsirləndirilən şəxs1 ilə adı telefonda “Bibii” kimi qeyd edilmiş şəxs arasında “Whatsapp” mobil əlavəsində aparılmış danışıqların əks olunduğu müəyyən edilmişdir. Belə ki, bu danışıqlar zamanı Təqsirləndirilən şəxs1 “Bibi” kimi qeyd edilmiş şəxsə 26 may 2022-ci il tarixdə, 17 iyun 2022-ci il tarixdə və 08 iyul 2022-ci il tarixdə səs yazıları, 08 iyul 2022-ci il tarixdə isə öz pasportunun fotoşəklini, göndərmiş, “Bibi” kimi qeyd edilmiş şəxs isə məlum olmayan tarixdə ona “en geç sabah sekizde orda abi alınlar direk bayram diye kapatıyorlarmış” məzmunda mətn formasında mesaj, üzərinə əlyazma formasında “SAMADOV ALİBABA +**********85” yazılmış, içərisində məlum olmayan əşya yerləşdirilmiş 2 ədəd ağ rəngli sellofan bağlamanın fotoşəklini, üzərində qeyd olmayan oxşar əlamətlərə malik 2 ədəd ağ rəngli sellofan bağlamanın yan tərəfdən fotoşəklini, üzərində hər hansı qeyd olmayan, içərisində məlum olmayan əşya yerləşdirilmiş 1 ədəd ağ rəngli sellofan bağlamanın fotoşəklini göndərmişdir. Bundan əlavə CD-diskdə müxtəlif zərgərlik məmulatlarının əks olunduğu 4 ədəd fotoşəkil vardır. Bu fotoşəkillərin üçündə zərgərlik məmulatları ilə yanaşı müxtəlif qeydlər yazılmış vərəqlər əks olunmuşdur. Vərəqlərin hər üçünün yuxarı sağ hissəsində “Nazire Veysel” sözləri və mənası müəyyən edilməyən müxtəlif rəqəm və sözlər yazılmışdır. Vərəqlərdə olan tarix qeydinin qarşısındakı yazılar natamam və başa düşülməyən şəkildə yazıldığından tarixlərin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 07 sentyabr 2022-ci il tarixli nəqliyyat vasitəsinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 idarə etdiyi ““MERCEDES BENZ ACTROS 1848” markalı dartıcı ağqara rənglərdədir, arxa və ön dövlət qeydiyyat nişanlı eynilik təşkil etməklə “50EG481”dir, qoşqusu birləşdirilmiş vəziyyətdədir. Dartıcının fərdi məlumatlarının yazıldığı, banına bərkidilmiş lövhəyə baxış keçirildikdə məlum oldu ki, onun şassi nömrəsi WDB9340321L755340, mühərrik nömrəsi 541978C0888513-dür. ““MERCEDES BENZ ACTROS 1848” markalı dartıcının “WAGEN-MEYER” markalı yarımqoşqusu ağ rəngdədir, furqon tiplidir, dövlət qeydiyyat nişanı “01ZB218” kimidir. Qoşqunun ön hissəsinə bərkidilmiş, fərdi məlumatlarının yazıldığı lövhəyə baxış keçirildikdə şassi nömrəsi W091723357GM27150-dir. Baxış zamanı müəyyən edilmişdir ki, zərgərlik məmulatları və tütün məmulatlarının aşkar edildiyi yük sandıqçaları dartıcının sağ və sol yan tərəflərində yerləşir, sandıqçaların kustar üsulla hazırlanmasına dair hər hansı əlamət mövcud deyildir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 oktyabr 2022-ci il tarixli, 7/1027-9/6561 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 60 qutu qutu “LESS SMELL PARLİAMENT” markalı, 30 qutu “X11” markalı və 90 qutu “SUPER SLİMS MURATTİ AMBASSADOR” markalı siqaretlər istifadəyə yararlıdırlar. “LESS SMELL PARLİAMENT” markalı siqaretin 1 qutusunun qiyməti 8 manat, 60 qutusunun cəmi dəyəri 480 manat, “X11” markalı 1 qutusunun qiyməti 8 manat 30 qutusunun cəmi dəyəri 240 manat və 720 manat dəyərində 90 qutu “SUPER SLİMS MURATTİ AMBASSADOR” markalı siqaretin 1 qutusunun qiyməti 8 manat, 90 qutusunun cəmi dəyəri 720 manat olmaqla, sadalanan 3 adda siqaretin 16 iyul 2022-ci il tarixdə ümumilikdə dəyəri 1440 manat təşkil edir. Tədqiqat zamanı “LESS SMELL PARLİAMENT” markalı siqaretin 1 qutusu, “X11” markalı siqaretin 1 qutusu və “SUPER SLİMS MURATTİ AMBASSADOR” markalı siqaretin 1 qutusu sərf edilmiş, içərisində 13 dənə siqaret olan 01 qutu və hər birinin içərisində 20 dənə siqaret olan 58 qutu “LESS SMELL PARLİAMENT” markalı siqaret, içərisində 13 dənə siqaret olan 01 qutu və hər birinin içərisində 20 dənə siqaret olan 28 qutu “X11” markalı siqaret və içərisində 13 dənə siqaret olan 01 qutu və hər birinin içərisində 20 dənə siqaret olan 88 qutu “SUPER SLİMS MURATTİ” markalı tütün məmulatları qalıq təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 10 oktyabr 2022-ci il tarixli, 6/5187-9/6589 nömrəli ekspert rəyində göstərilmişdir ki, 297 ədəd boyunbağı, 15 ədəd kulonlu boyunbağı, 57 ədəd üzük, 111 cüt sırğa, 130 ədəd kulon, 72 ədəd qolbaq, 270 ədəd kilid və 11 ədəd sancaqdan ibarət zərgərlik məmulatları 750 və 583/585 əyarlı qızıldan, 12 ədəd halqa və 4 ədəd təmir üçün alət ucluqları isə qiymətsiz metal ərintisindən (mis, dəmir, alüminium və s.) hazırlanmışdır. Zərgərlik məmulatlarının üzərlərində qaş olanların qaşları qiymətli daşlara aid deyildir. Təqdim edilən məmulatların 16 iyul 2022-ci il tarixə ümumilikdə dəyəri 189272 manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş 25 yanvar 2023-cü il tarixli «baxış keçirilməsi haqqında» protokoldan görünür ki, ***-***-**-** saylı mobil nömrə Təqsirləndirilən şəxs2 adına qeydiyyata alınmışdır. Təqsirləndirilən şəxs2 istifadəsində olan Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə arasında 25 mart 2022-ci il tarixdən 15 oktyabr 2022-ci il tarixədək 105 zəng həyata keçirilmişdir. Zənglər Təqsirləndirilən şəxs1 əvvəllər də qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə qızıl-zinət əşyaları gətirdiyini bildirdiyi 17 noyabr 2021-ci il tarixdə, 02 aprel 2022-ci il tarixdə və 29 may 2022ci il tarixlərdə, eləcə də sonuncu dəfə ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə zərgərlik məmulatlarını gətirdiyi 16 iyul 2022-ci il tarix üzrə (hadisədən 3 gün əvvəl və 3 gün sonra nəzərə alınmaqla) təhlil edilərkən Şahid4 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrələr arasında 30 mart - 05 aprel 2022-ci il tarixlərdə, 31 may və 03 iyun 2022-ci il tarixlərdə (29 may 2022-ci il tarixdə zəng həyata keçirilməməsi nəzərə alınmaqla) çoxsaylı zənglər həyata keçirilmiş, 16 iyul 2022-ci il tarixdə, eləcə də həmin tarixdən 3 gün əvvəl və 3 gün sonra zəng olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 25 yanvar 2023-cü il tarixli 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” və “cinayət işindən digər cinayət işinin ayrılması haqqında” qərarlardan görünür ki, 16 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 idarə etdiyi nəqliyyat vasitəsindən aşkar edilərək götürülmüş ümumilikdə dəyəri 1440 manat təşkil edən siqaretlər, 750 və 583/585 əyarlı qızıldan hazırlanmış 297 ədəd boyunbağı, 15 ədəd kulonlu boyunbağı, 57 ədəd üzük, 111 cüt sırğa, 130 ədəd kulon, 72 ədəd qolbaq, 270 ədəd kilid və 11 ədəd sancaqdan ibarət zərgərlik məmulatları, qiymətsiz metal ərintisindən (mis, dəmir, alüminium və s.) hazırlanmış 12 ədəd halqa və 4 ədəd təmir üçün alət ucluqları maddi sübut kimi tanınmış, tütün məmulatları Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılmış, zərgərlik məmulatları isə ayrılmış cinayət işi üzrə maddi sübut kimi tanınıb mülkiyyətçisi müəyyən edilənədək Dövlət Gömrük Komitəsinin xəzinəsinə təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı birliyi 3 saylı xüsusi təyinatlı 158 saylı Mənzil Kommunal İstismar sahəsinin verdiyi 28 dekabr 2022-ci il tarixli, 42 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 5 ünvanda yaşaması barədə məlumat olmadığından onu xarakterizə etmək mümkün deyil. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi xx.xx.2023-cü il tarixli, ******* saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bakı şəhəri, Nəsimi rayonu, Kaveroçkin küçəsi ev 16-da qeydiyyatdadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Abşeron rayon İcra Hakimiyyəti Digah qəsəbəüzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş 08 sentyabr 2022-ci il tarixli, 613 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Digah qəsəbəsi H.Z Tağıyev küçəsi 16 ünvanda qeydiyyatda olmaqla, Digah qəsəbəsi Bakıxanov küçəsində atasına məxsus 3 azyaşlı övladı 2014-cü il təvəllüdlü Yavər Səmədzadə, 2015-ci il təvəllüdlü Sulidin Səmədzadə 2019-cu il təvəllüdlü Rəsul Səmədzadə, 1956-cı il təvəllüdlü X6 və arvadı xx.xx.1990-cı il təvəllüdlü Fatimə Səmədova ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 17 noyabr 2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 17 noyabr 2022-ci il tarixdə CMnin 206.3.2 və 213-1.1-ci maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2023-cü ildə ittihamın məzmunu dəyişdirilməklə yenidən həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Yasamal rayon Məhkəməsinin 17 noyabr 2022-ci il tarixli, 4(004)-976/2022 nömrəli qərarından görünür ki, Cinayət Məcəlləsinin 206.3.2 və 213-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 15 noyabr 2022-ci il tarixdən hesablanmaqla istintaq müddətinin sonunadək, yəni 05 yanvar 2023-cü il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 23 dekabr 2022-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə ibtidai istintaq müddəti 3 (üç) ay, yəni 05 aprel 2023-cü il tarixədək uzadılmış, Yasamal rayon Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 4(004)- 1093/2022 nömrəli qərarı ilə 05 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 17 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə” haqqında və “təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 17 noyabr 2022-ci il tarixdə CM-nin 206.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, hazırki cinayət işinin ibtdai istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona qarşı dələduzluq edilməsi barədə müraciəti əsasında Şahid5 barəsində Baş prokurorluq vasitəsilə Yasamal rayon polis idarəsinə material ayrılıb göndərilmişdir. Məhkəmə baxışı zamanı verilmiş sorğuya əsasən təqdim edilmiş və məhkəmədə araşdırılmış Yasamal rayon prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Şahid5 tərəfindən ona qarşı dələduzluq edilməsi barədə şikayəti əsasında Yasamal Rayon polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə istintaqı zamanı tədqiq etdiyi hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirən məhkəmə kollegiyası, hesab edir ki cinayət işinin mövcud materialları, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanı tərəfindən qanuni və əsaslı olaraq təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham elan edilərək qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsi qənaətinə gəlinmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinin əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi cinayət əməli sayılır. Həmin maddənin Qeyd hissəsinə 1-ci hissəsinə əsasən Bu Məcəllənin 206.1-ci maddəsində “xeyli miqdar” dedikdə, əlli min manatdan yuxarı, lakin iki yüz min manatdan artıq olmayan məbləğ başa düşülür. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxslər işin ibtidai istintaqı, həm də məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə, “WhatsApp” proqramı ilə aparılmış danışıqların məzmununa “baxış protokolu”na və digər tədqiq edilmiş sübutlara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində iştirak etmiş, özünə məxsus xeyli miqdar qızıl-zinət əşyalarının Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq qaçaqmalçılıq yolu ilə keçirilib Türkiyə Respublikasından Azərbaycan Respublikasına gətirilməsi üçün Təqsirləndirilən şəxs1 ilə cinayət əlaqəsinə girərək həmin qızıl-zinət əşyalarının Azərbaycan Respublikasına gətirilməsi üçün hər qramına görə 1(bir) ABŞ dolları məbləğində pul vəsaitini Təqsirləndirilən şəxs1 verməyi öhdəsinə götürmüş, Türkiyə Respublikası İstanbul şəhərində yerləşən “Qapalı çarşı” ticarət mərkəzindəki səyyar satıcılardan əldə etdiyi özünə məxsus müxtəlif adda və növdə, ümumi çəkisi 2200 qram olan qızıl-zinət əşyalarını Türkiyə Respublikasında ölkədaxili sərnişin daşıma fəaliyyətini həyata keçirən avtobus sürücüsü vasitəsilə Türkiyə Respublikasının Gürcüstan Respublikası ilə sərhədində yerləşən Hopa şəhərində malların keçirildiyi yerdə Təqsirləndirilən şəxs1 çatdırmış, sonradan da həmin qızıl zinət əşyalarını Azərbaycan Respublikasında qəbul etməyi öhdəsinə götürmüşdür. Təqsirləndirilən şəxs1 isə qabaqcadan aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs2 məxsus qızıl-zinət əşyalarının olduğu yük bağlamasını digər şəxslər vasitəsilə qəbul etdikdən sonra bağlamanı açaraq orada plastik qutu və sellofan torbalara qablaşdırılmış formada olan qızıl-zinət əşyalarını gömrük nəzarətindən kənar, yəni gizli şəkildə Azərbaycan Respublikasına gətirmək üçün müxtəlif hissələrə bölərək idarə etdiyi “MERCEDES BENZ ACTROS 1848” markalı, 50EG481 dövlət qeydiyyat nişanlı dartıcının sağ və sol yan yük sandıqçalarının içərisində rezin örtüyün altında gizlətmiş, sonradan isə əlavə gəlir əldə etmək üçün qeyd edilən sərhəd nəzarət məntəqəsində yerləşən “Duty Free” mağazasından Bakı şəhərində satmaq məqsədilə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 60 qutu “X9”, 30 qutu “X11” və 90 qutu “X12” markalı siqaret alaraq qızılları yerləşdiyi saxlanc yerində gizlətmişdir. 16 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 “Qırmızı Körpü" gömrük postundan Azərbaycan Respublikasını ərazisinə daxil olmuş, nəqliyyat vasitəsində qanuni daşıdığı yükə dair sənədləri və avtonəqliyyat vasitəsinə məxsus sənədləri gömrük əməkdaşına təqdim etmiş, gömrük əməkdaşları tərəfindən hal şahidləri və öz iştirakı ilə idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirtmiş, həmin vaxt dartıcının sağ və sol yük sandıqçaları içərisində Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə qəsdən keçirilməsinə nail olduğu Təqsirləndirilən şəxs2 məxsus xeyli miqdar qızıl-zinət əşyaları və özünə məxsus xeyli miqdar tütün məmulatı-siqaretlər aşkar edilib götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxslərin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əməllərində cinayət tərkibi vardır. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarına, plenum qərarlarına və cinayət işinin materiallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli CM-nin 206.3.2, 213.-1.1-ci, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə uyğundur və həmin maddə ilə təqsirli biliib cəzalandırılmalıdırlar. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hal(lar), həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs1 himayəsində 3 azyaşlı uşağı olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, cinayətin digər iştirakçısı (Təqsirləndirilən şəxs2)nın ifşasına yönəlmiş hərəkətlərini isə CM-nin 59.1.10-cu maddəsinə əsasən, Azərbaycan Respublikasının, törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, ailəyə yeganə qazanc gətirən şəxs olmasını isə CM-nin 59.2-ci, onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlini səmimi etiraf edərək əməlindən peşman olmasını, təqaüd yaşına çatmış 64 yaşlı qadın olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-nin 61.1.6-cı maddəsinə əsasən cəzalarını ağırlaşdıran hal onların qeyd edilən cinayət əməlini (qaçaqmalçılığı) tamah məqsədilə törətmələridir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinin sanksiyasında beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinin sanksiyasında iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə əsasən şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrum etmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən, azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu qərar hökmdə əsaslandırılmalıdır. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Hazırki cinayət əməlinin ağır cinayət kateqoriyasına aid edilməsi, hazıki cinayət əməlinə qədərki dövrdə də təqsirləndirilən şəxslər tərəfindən cinayət məsuliyyətinə səbəb olmayan miqdarda qızıl–zinət əşyalarının Azərbaycan Respublikasının gömrük sərhədindən gizli şəkildə keçirilməsini məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 eynixarakterli əməlləri törətməyə meyllilik kimi xarakterizə edən və onlara digər cəza növlərinin tətbiq edilməsini istisna edən hal olaraq nəzərə alır. “Azərbaycan Respublikası CM-də dəyişikliklər edilməsi haqqında” 7 mart 2012-ci il tarixli Azərbaycan Respublikasının Qanununa 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir, Təqsirləndirilən şəxs1 gömrük sərhədindən gizli olaraq keçirtdiyi cinayətin predmeti olan aksiz markası ilə markalanmamı tütün məlumatı-siqaretlər dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət əməli iqtisadi fəaliyyət sahəsində olan cinayət hesab edilməklə əsas obyekti mall və əmtəələrin ölkəyə idxal edilməsi ilə əlaqədar alınan rüsumlarla bağlı yaranan ictimai münasibətlərdir. Gömrük qanunvericiliyinə əsasən qızıl-zinət əşyaları və aksiz markası ilə markalanmış əmtəəələrin ölkəyə idxal edilməsinə görə qanunverciilikdə nəzərdə tutulan miqdarda dövlət büdcəsinə ödəniş edilməlidir. Cinayət işinin məhkəmə baxışı zamanı xx.xx.2022-ci ildə “Qırmızı görpü” gömrük postundan aşkar edilmiş qızıl-zinət əşyalarının Təqsirləndirilən şəxs2 məxsus olması cinayət işinin ibtidai istintaqı zamanı toplanılmış və məhkəmədə tədqiq edilmiş Təqsirləndirilən şəxs1 ibtidai araşdırmanın və məhkəmə istintaqının bütün dövründə verdiyi, Təqsirləndirilən şəxs2 isə məhkəmə baxışı zamanı verdiyi ifadələri, Təqsirləndirilən şəxs1 istifadəsindəki mobil telefon məlumatlarında əlyazma formasında yazılan qeydlərin fotoşəkilləri və digər mötəbər sübutlarla tam təsdiqini tapmışdır. Azərbaycan Respublikasının CM-nin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. CM-nin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs1 münasibətdə törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, cinayəti törətdikdən sonrakı davranışını, cinayət törətmiş digər şəxsin (Təqsirləndirilən şəxs2) ifşa edilməsindəki rolunu və hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilən cəzasını yüngülləşdirən digər halların məcmusunu nəzərə alaraq, qeyd edilən xüsusatları müstəsna hal kimi qiymətləndirib hesab edir ki, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-maddəsinin sanksiyasında nəzərdə tutulandan da aşağı həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Cinayət Məcəlləsinin 66.3-ci maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir Odur ki, məhkəmə Təqsirləndirilən şəxs1 cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə təyin ediləcək azadlıqdan məhrumetmə cəzasını qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin etməyi məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs2 münasibətdə də məhkəmə hesab edir ki təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-maddəsində nəzərdə tutulmuş aşağı həddən də aşağı müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Məhkəmə, həmçinin Təqsirləndirilən şəxs2 təqaüd yaşına çatmış qadın olmasını, törətdiyi əməldən səmimi peşmançılıq çəkməsini, eləcə də şəxsiyyəti ilə bağlı digər halları nəzərə alaraq ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də islah oluna biləcəyi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkmədən islah oluna bilinəcəyi üçün ona təyin ediləcək azadlıqdan məhrumetmə cəzası şərti olaraq tətbiq edilməlidir. Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Şərti məhkumetmə zamanı məhkəmə məhkumun üzərinə davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoya bilər. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalı, davranışı üzərində nəzarətin həyata keçirilməsi Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki Təqsirləndirilən şəxs1 münasibətdə xüsusi müsadirə tətbiq edilməli aksiz markası ilə marakalanmayan və dövlətə verilməsini xahiş etdiyi, gömrük nəzarətindən gizli keçirtdiyi iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan içərisində 13 dənə siqaret olan 01 qutu və hər birinin içərisində 20 dənə siqaret olan 58 qutu “LESS SMELL PARLİAMENT” markalı siqaret, içərisində 13 dənə siqaret olan 01 qutu və hər birinin içərisində 20 dənə siqaret olan 28 qutu “X11” markalı siqaret və içərisində 13 dənə siqaret olan 01 qutu və hər birinin içərisində 20 dənə siqaret olan 88 qutu “SUPER SLİMS MURATTİ” markalı tütün məmulatları dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə hesab edir ki, hökmün təsviri əsaslandırıcı hissəsində göstərilənlərə əsasən məhkəmə istintaqı zamanı toplanmış mötəbər sübutlara əsasən Təqsirləndirilən şəxs2 tərəfindən işin ibtidai istintaq zamanı digər şəxs(lər) tərəfindən kənar təsirə məruz qalaraq daha ciddi cəzaya məruz qalacağı hədəsi ilə bağlı aşkar edilmiş qızıl-zinət əşyalarının (2148 qramın) yalnız bir hissəsinin (65 qramının) özünə məxsus olmasını bildirməsi müəyyən edildiyindən Təqsirləndirilən şəxs2 münasibətdə xüsusi müsadirə tətbiq olunmamalı, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan ümumilikdə dəyəri 189 264 manat təşkil edən və Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan cəmi çəkisi 2148,5 qram olmaqla, ümumilikdə dəyəri 189 264 manat təşkil edən 297 ədəd boyunbağı, 15 ədəd kulonlu boyunbağı, 57 ədəd üzük, 111 cüt sırğa, 130 ədəd kulon, 72 ədəd qolbaq, 270 ədəd kilid və 11 ədəd sancaq, həmçinin digər metaldan hazırlanmış, cəmi çəkisi 26,52 qram olmaqla, ümumilikdə dəyəri 8 manat təşkil edən 12 ədəd halqa və 4 ədəd təmir üçün alət ucluqlarından ibarət qızılzinət əşyaları - zərgərlik məmulatları müvafiq gömrük ödənişlərini apardıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs2 qaytarılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 714 (yeddi yüz on dörd manat) manatın tütün məmulatlarının ekpsertizasına aid 180 (bir yüz səksən) manat hissəsi Təqsirləndirilən şəxs1, qalan 534 (beş yüz otuz dörd) manat hissəsi isə müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Bundan əlavə Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi3 25 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs2 müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 həyata keçirdiyindən 150 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 1 (bir) il, müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib ona 1 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına təyin edilsin. Təqsirləndirilən şəxs1 üzərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə qəti olaraq 1(bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 15 noyabr 2022-ci ildən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 (iki) il azadlıqdan məhrum etmə cəzası 1 (bir) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə davranışına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 davranışı üzərində nəzarət Bakı şəhəri Probasiya İdarəsinə havalə edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbirinə dəyişdirilsin və bu qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan cəmi çəkisi 2148,5 qram olmaqla, ümumilikdə dəyəri 189 264 manat təşkil edən 297 ədəd boyunbağı, 15 ədəd kulonlu boyunbağı, 57 ədəd üzük, 111 cüt sırğa, 130 ədəd kulon, 72 ədəd qolbaq, 270 ədəd kilid və 11 ədəd sancaq, həmçinin digər metaldan hazırlanmış, cəmi çəkisi 26,52 qram olmaqla, ümumilikdə dəyəri 8 manat təşkil edən 12 ədəd halqa və 4 ədəd təmir üçün alət ucluqlarından ibarət qızıl-zinət əşyaları gömrük ödənişləri ödənildikdən sonra qanuni sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq “Azərterminalkompleks” Birliyində saxlanılan, iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan içərisində 13 dənə siqaret olan 01 qutu və hər birinin içərisində 20 dənə siqaret olan 58 qutu “LESS SMELL PARLİAMENT” markalı siqaret, içərisində 13 dənə siqaret olan 01 qutu və hər birinin içərisində 20 dənə siqaret olan 28 qutu “X11” markalı siqaret və içərisində 13 dənə siqaret olan 01 qutu və hər birinin içərisində 20 dənə siqaret olan 88 qutu “SUPER SLİMS MURATTİ” markalı tütün məmulatları dövlət nəfinə müsadirə edilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınaraq Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan ümumilikdə dəyəri 189 264 manat təşkil edən və Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan cəmi çəkisi 2148,5 qram olmaqla, ümumilikdə dəyəri 189 264 manat təşkil edən 297 ədəd boyunbağı, 15 ədəd kulonlu boyunbağı, 57 ədəd üzük, 111 cüt sırğa, 130 ədəd kulon, 72 ədəd qolbaq, 270 ədəd kilid və 11 ədəd sancaq, həmçinin digər metaldan hazırlanmış, cəmi çəkisi 26,52 qram olmaqla, ümumilikdə dəyəri 8 manat təşkil edən 12 ədəd halqa və 4 ədəd təmir üçün alət ucluqlarından ibarət qızıl-zinət əşyaları - zərgərlik məmulatları müvafiq gömrük ödənişlərini apardıqdan sonra qanuni sahibi Təqsirləndirilən şəxs2 qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 714 (yeddi yüz on dörd manat) manatın tütün məmulatlarının ekspertizasına aid 180 (bir yüz səksən) manat hissəsi Təqsirləndirilən şəxs1, qalan 534 (beş yüz otuz dörd) manat hissəsi isə müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs2 müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 həyata keçirdiyindən 150 (yüz əlli) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-232/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-232/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver