Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-232/2024 18.03.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər X2 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X11 oğlunun katibliyi, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı2 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1990-cı il tarixdə Şəmkir rayonu, Seyfəli kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs arvadı, xx.xx.1999-cu il təvəllüdü Zərərçəkmiş şəxs istifadəsində olan «Azercell» mobil operatoruna məxsus +99***-***-**-** saylı mobil nömrə vasitəsilə «WhatsApp» mesajlaşma proqramı ilə istintaqa məlum olan müxtəlif kişilərlə sevgi məzmunlu qarşılıqlı yazışmalarını və telefon danışıqlarını bilərək 01 iyul 2023-cü il tarixdə Rusiya Federasiyasının Moskva şəhərindən yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndinə gələrək arvadı Zərərçəkmiş şəxs hansı səbəbdən müxtəlif kişilərlə sevgi məzmununda telefon yazışmaları və telefon danışıqlarının olmasını soruşub onunla mübahisə etmiş, Zərərçəkmiş şəxs heç kimin onun şəxsi işinə qarışa bilməməsini deyərək boşanmaq istədiyini bildirdikdə Təqsirləndirilən şəxs sonuncunu qısqanclıq niyyəti ilə öldürmək qərarına gəlmiş, ondan qisas almaq məqsədi ilə əvvəlcədən babası Əli Əhmədovdan miras qalmış L 55377 nömrəli təklüləli yivsiz odlu ov tüfəngini özü ilə götürərək 07 iyul 2023-cü il tarixdə saat 06 radələrində qayınatası Şahid1 yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən evinə gedərək çardağın üzərinə çıxıb qəsdini reallaşdırmaq üçün əlverişli məqam gözləmiş, həmin gün saat 21 radələrində göyərti yığmaq üçün evin bağ sahəsinə keçən Zərərçəkmiş şəxs geri qayıtmasını gözləmiş, təxminən 3-4 dəqiqə sonra sonuncu bağa açılan açıq sarı rəngli dəmir qapıdan çardağın altına daxil olarkən tüfəngin lüləyini Zərərçəkmiş şəxs tuşlayaraq ona ov tüfəngi ilə bir dəfə qarın nahiyəsinə atəş açmaqla döş qəfəsinin ön səthinin sağ yarısında sağ qabırğaaltı nahiyənin, sağ bazu nahiyəsinin yuxarı üçdə birinin iç-ön səthinin, sağ mil sümüyünün qəlpə sınığı ilə müşayiət olunan sağ saidin ön və arxa bayır səthinin qırmalı odlu silah yaralanması olmaqla sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirmiş, həmin vaxt odlu silahdan açılan atəş nəticəsində yaranmış partlayış səsini eşidib qızı Zərərçəkmiş şəxs tərəf qaçaraq Şahid1 cəld surətdə zərərçəkmiş qızını qucaqlayıb bədəni ilə onu qorumaq üçün sipər çəkməsi və qışqıraraq qonşuları köməyə çağırması nəticəsində Təqsirləndirilən şəxs ikinci dəfə atəş açmasına mane olması və sonuncunun qəsdini reallaşdıra bilməyəcəyini başa düşüb hadisə yerindən qaçması, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü Cinayət Məcəlləsinin 127-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Rusiya Federasiyasında olarkən arvadı Zərərçəkmiş şəxs telefonda danışıqlarını, səsyazılarını və çılpaq şəkillərini görüb 2023-cü ilin iyul ayında Şəmkirə qayıtmış və Zəhraya atası evinə getməsini demişdir. Arvadı da buna görə çıxıb atası evinə getmişdir. O, Zəhranın valideynləri ilə boşanmaları və uşaqların onunla birlikdə qalmaları barədə danışmışdır. Bir gün sonra da yenidən Zəhragilə gedərək eyni məsələlər barədə danışmış və uşaqların yanında qalmaları barədə razılaşmışdır. Bu söhbətin üstündən bir müddət keçəndən sonra o, Zəhranın yaşadığı evin 3-4 metr hündürlükdəki çardağında gizlənərək arvadının yanına kimin gəlib-getdiyini dəqiqləşdirmək istəmişdir. Hadisə günü Zəhra onu görən kimi qışqırmış, həmin vaxtı aralarında məsafə təxminən 3 metr olmuş və o, əlində olan oldu silahdan atəş açmışdır. Onun arvadını öldürmək fikri olsa idi sonuncunun qolundan atəş açmazdı, əksinə ölümünə atəş açardı, lakin o, öldürmək niyyəti ilə atəş açmamışdır. Atəş açdıqdan sonra o, evə getmiş və polis əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Rusiya Federasiyasından 2023-cü ilin iyul ayının əvvəlində, hadisədən üç gün qabaq qayıtmışdır. O, Rusiyada olarkən Zəhra onun valideynləri ilə birlikdə yaşamış, lakin hərəkətləri barədə bildikdə sonuncu atası evinə getmişdir. Rusiyada olarkən bir dəfə zəng edən vaxtı Zəhranın kiminləsə danışdığını görüb o, bundan şübhə etmişdir. Elə həmin ərəfədə anası Rusiyaya gəldiyi üçün o, Zəhranın mobil telefonunu da özü ilə gətirməsini demiş və anası arvadının telefonu gətirib ona vermişdir. O, telefonu açanda hər şeyi görmüş, telefona əlavə proqram da yükləyərək danışıqlara baxmış, telefondaki məlumatları bərpa etdirmiş və geri qaytarmışdır. Ona görə də onda Zəhranın əxlaqsız hərəkətləri barədə şübhə yaranmış və o, telefonda olanları gördükdən sonra Azərbaycana qayıdıb boşanmaq qərarına gəlmişdir. Rusiyada olan zaman o, Zəhranın valideynlərinə boşanmaq istədiyini demişdir. O, Şəmkirə qayıdandan sonra Zəhra ilə söhbət etmiş və sonuncu olanları etiraf edərək “şeytana aldandığını” demişdir. O isə arvadına boşanmaq istədiyini bildirmiş, sonuncu da onunla razılaşmışdır. Həmin ərəfədə onunla Zəhra arasında mübahisə olmamışdır. Hadisə günü o, qayınatası Arifin yaşadığı evin həyətində çardağın şiferinin üstünə çıxıb kimin gəlib-gedəcəyinə baxmış, Zəhra da orada olmuşdur. Rusiyadan qayıtdıqdan sonra o, cəmi iki dəfə Zəhragilə gedib valideynləri ilə boşanma barədə danışmış, son gedişinin ertəsi günü isə sonuncunun evinin çardağın şiferinin üstünə çıxmışdır. Hadisə zamanı istifadə etdiyi ata evində saxladığı silah mərhum babası Əlidən ona yadigar qalmış ov tüfəngi olmuşdur. O, ümumiyyətlə həmin silahdan istifadə etməmiş, atasının da silahdan xəbəri olmamışdır. Zəhranın danışdığı oğlanın gələcəyini düşündüyü üçün o, Arifgilin çardağın şiferinin üstünə silahla çıxmış və silahı özü ilə götürməkdə məqsədi Zəhranın danışdığı adam gələcəyi təqdirdə silahla sonuncunu qorxudub arvadının valideynlərinin qarşısına çıxarmaq olmuşdur. Hadisə günü o, təxminən saat 5-6da hasar olmadığı üçün arxa həyətdən məhləyə girərək arvadının yaşadığı evin çardağın şiferinin üstünə çıxmışdır. Həmin vaxt kiminsə onu görməsini bilməmişdir. Çardağın şiferinin üstündə 2-3 saatdan çox gözləmiş, çünki fikri gecəyə qədər gözləmək olmuşdur. O, orada olan vaxt səhv etmirsə Zəhranın bibisigil gəlmiş, o da həmin vaxtı çıxdığı yerdə gizlənərək gözləmişdir. O, çardaq tərəfə boylanaraq kiminsə gəlib-gəlmədiyinə baxan zaman Zəhra onu görüb qışqırmış, o da arvadının qoluna atəş açmışdır. Atəş açdığı vaxt Zəhra ilə aralarında 3-3,5 metr məsafə olmuşdur. Onun əlində olan silah təklüləli olduğuna görə içərisinə bir ədəd patron yerləşdirmiş, lakin o, özü ilə iki ədəd patron götürmüşdür. İki patron götürməkdə məqsədi isə özünü müdafiə etmək olmuş, çünki Zəhranın əmisigil də qonşuluqda yaşamış və əgər lazım gələrsə qorxutmaq üçün havaya atəş etmək istəmişdir. Əslində isə heç atəş açmaq məqsədi olmamış, sadəcə Zəhra onu görən zaman qışqırdığı üçün o, özünü itirib atəş açmışdır. Birinci atəşdən sonra o, ikinci patronu yuvaya yerləşdirməmiş, atəş açanda Zəhranı vurmaq istəməmiş, nə qədər sağ tərəfə nişan alsa da qırmalar açılıb arvadının qoluna dəymişdir. Atəş açan zaman Zəhranın yanında heç kim olmamış, sonuncu bağdan həyətə keçmişdir. Zəhra yaralanandan sonra atası Arif yanına gələrək qızını avtomobili ilə həkimə aparmış, o da həmin vaxt çıxdığı yerdə gizlənmişdir. Düşünmüş ki, Arif qızını bu vəziyyətdə görüb ürəyi getsə Zəhranı o, həkimə aparar. Arif Zəhranı avtomobilə qoyandan sonra o, düşüb getmişdir. Arif atəşdən təxminən 30 saniyə sonra gəldiyi üçün o, düşüb Zəhraya köməklik edə bilməmişdir. Arif orada onu görməmiş, çünki o, bir qədər hündürdə gizlənmiş, sonuncunun başı Zəhraya qarışmış, lakin qayınatası yuxarıya baxmış olsa idi onu görə bilərdi. Bağa gedən zaman onun Zəhranı vurmaq imkanı olsa da, öldürmək niyyəti olmadığı üçün həmin vaxt arvadına arxadan atəş açmamışdır. Çünki Zəhra bağa gedən zaman sonuncunu arxadan vurmaq onun üçün daha asan olmuş, əgər Zəhranı vurmaq kimi bir niyyəti də olsa idi həmin vəziyyətdə vurmuş olardı. Sadəcə Zəhra qayıdanda onu görüb qışqırdığı üçün o, atəş açmışdır. O, Zəhra bağdan həyətə olan qapını açan kimi atəş açmamış, arvadının sağ qoluna nişan almış, qoluna nişan alıb atəş açmaqda da məqsədi etdiyi hərəkətlərə görə sonuncunu cəzalandırmaq olmuşdur. Zəhra yaralanandan sonra o, sonuncunun yıxıldığını görmüş, həmin ərəfədə onun ikinci patronu atmağa imkanı da olmuş, lakin arvadını öldürmək yox cəzalandırmaq istədiyi üçün ikinci atəşi açmamışdır. Onun üzərində olan iki patrondan əlavə digər yerdə də üç patronu olmuşdur. Hadisə zamanı üzərində olan ikinci patronu istintaqa vermişdir. O, atəş açan zaman Zəhranın atası Arif təxminən 20 metr kənarda stolun baş tərəfində oturmuş, oradan səsə gəlməsi də bir qədər vaxt aparmışdır. O, silahı tuşlayıb atəş açmamış, 3-4 metr ara məsafə olduğu üçün əgər tuşlamış olsa idi arvadının başından vurmuş olardı. Atəş açdıqdan sonra Zəhra dərhal küncə sıxılmış, lakin o, sonuncunu hələ də görə bilmiş, Arif isə bir qədər sonra gəlmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin ifadəsi və xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü tam təqsirli bilməklə verdiyi etirafedici ifadəsi elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, ............................... O, 01 iyul 2023-cü il tarixdə bilet alaraq Şəmkir rayonu, Aşağı Seyfəli kəndinə gəlmişdir. 02 iyul 2023-cü il tarixdə o, Zəhranın atası evinə getmişdir. Onu qayınatası Arif və qaynanası Ağgül qarşılamış, Zəhra isə onun qarşısına çıxmamışdır. O, Arif və Ağgüldən Zəhranın niyə əxlaqsızlıq etdiyini soruşduqda, onlar Zəhranın pis də olsa, yaxşı da olsa qızları olduğunu, əgər qəbul etmirsə, boşanmağını demişlər. Belə olan halda o, qızlarına düzgün tərbiyə verə bilmədiklərini deyib övladları ilə görüşüb getmişdir. 04 iyul 2023-cü il tarixdə o, yenə Zəhranın ata evinə getmiş və nə üçün başqa kişilərlə münasibət qurub danışdığını və həmin şəxslərin kimlər olduğunu soruşmuşdur. Zəhra ondan boşanacağını və onun işlərinə qarışmaq ixtiyarının olmadığını demişdir. Bundan əlavə Zəhra ona “bədən mənim, can mənim, nə istəyirəmsə edərəm”-deyib onu daha da qıcıqlandırmışdır. O, əsəblərinə hakim olaraq yenə övladları ilə görüşüb getmişdir. O, evdə çox fikirləşmiş və Zəhradan qisas almaq qərarına gəlmişdir. Bunun üçün 07 iyul 2023-cü il tarixdə saat 06 radələrində o, yaşadığı fərdi yaşayış evinin həyətində yerləşən əl damında saxladığı rəhmətlik babası Əli Əhmədovdan yadigar qalmış təklüləli ov tüfəngini və 2 ədəd patronu götürüb Zəhranın atası evinin qarşısında olan çardağın dam örtüyünün üzərinə çıxmışdır. O, orada oturub xeyli vaxt düşünmüş və Zəhranı gördükdə onu tüfənglə vurmaq qərarına gəlmişdir. O, çardağın şiferinin üstündə oturub xeyli siqaret çəkərək Zəhranın tək qalmasını gözləmişdir. O, saat 20:00-dək orada dayanmış, həmin vaxtlarda qayınatası Arif işdən evə gəlmiş və bağdan nəyisə istəyərək Zəhranı bağa göndərmişdir. O, Arifin köməkçi tikilidə oynayan nəvələrinin yanına getdiyini və bununla da Zəhranın tək qaldığını görüb sonuncunu vurmaq qərarına gəlmişdir. Təxminən 3-4 dəqiqə sonra Zəhra bağa açılan dəmir qapıdan çardağın altına daxil olarkən o, atəş açmaq üçün ayağa qalxmış və tüfəngin lüləyini Zəhraya tərəf tuşlamışdır. Bu zaman Zəhra onu görüb qışqırmış və o, bir dəfə Zəhranın qarın nahiyəsinə atəş açmışdır. Zəhra qışqıraraq yerə yıxılmışdır. Qayınatası Arif köməkçi tikilidən çıxıb Zəhranın yanına qaçmışdır. O, Arifi görüb dərhal oradan uzaqlaşmışdır. Arif Zəhraya bağ tərəfdən atəş açıldığını düşünüb bağa tərəf boylanmışdır. Lakin, Zəhra əli ilə çardağın üstünü göstərmişdir. Arif çardağın damına baxsa da onu görməmişdir. O da çardağın üstündən qaçaraq qonşunun hasarının üzərində dayanıb baş verənləri izləmişdir. Yaranmış səs-küyə Zəhranın əmisi arvadı gəlmişdir. Təxminən 10-15 dəqiqə sonra Zəhranı xəstəxanaya aparmışlar. O da hasarın üzərindən hoppanaraq yaşadığı evə getmiş, atasına və anasına Zəhranı tüfənglə vurduğunu demişdir. O, yemək yeyib könüllü təslim olmaq üçün Şəmkir rayon polis şöbəsinə getmək qərarına gəlmişdir. Təxminən 15 dəqiqə sonra Şəmkir rayon polis şöbəsinin əməkdaşları gələrək onu polis şöbəsinə aparmışlar. O, arvadı Zərərçəkmiş şəxs başqa şəxslərlə telefonla danışıb və yazışmaqla sevgi münasibətində olması səbəbindən onun namusuna ləkə saldığı üçün qisas almaq məqsədi ilə sonuncunu tüfənglə vurmaq qərarına gəlmişdir. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, elan olunmuş ifadəsində “tüfəngi Zəhraya tərəf tuşladım və qarın nahiyəsinə atəş açdım” ifadələri onun sözləri ilə yazılmamış, o, tüfəngin qırmalarının yayılacağını bildiyi üçün silahın lüləsini maksimum kənara çəkərək Zəhranın sağ qoluna atəş açmışdır. Atəş açmaqda məqsədi də Zəhranı öldürmək yox, cəzalandırmaq olmuşdur. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun qismən etirafedicisi ifadəsi ilə yanaşı məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, dırnaq düzəldilməsi isə məşğul olduğu üçün hadisə günü, yəni 07 iyul 2023-cü il tarixdə rəfiqəsi onlara gəlmiş və saat 11-dən saat 16:30-dək onlarda olmuşdur. Həmçinin həmin gün günorta bibisi və əmisinin arvadı da onunla Əfsun arasında olan boşanma söhbətini danışmaq üçün onlara gəlmişlər. O, gün ərzində Əfsunun çardağın şiferində gizlənməsini bilməmiş, səhər tezdən axşamadək evdə olmuş, anası isə bağ tərəfdə moruq toplamışdır. Axşamüstü atası Şahid1 işdən gəlmiş, həmin vaxtı uşaqları da evdə olmuşdur. O, anasına kömək etmək üçün bağa keçmiş, təxminən 30 dəqiqə kömək etdikdən sonra həyətə qayıtmışdır. Bir qədər sonra anası küçənin başına su gətirməyə getmişdir. O da evə girib uşaqlarına yemək verərək çölə çıxmışdır. Bu zaman həm də özləri üçün yemək hazırlamış və yeməyi talvarın altında qoyduqdan sonra atası onu bağa göndərmişdir. O, sarı qapıdan bağ tərəfə keçmiş və bir neçə dəqiqə sonra işini qurtarıb qayıdanda bağın qapısını örtmüşdür. Həmin vaxtı o, Əfsunun çardağın uc tərəfində tüfəngi ona tuşlayıb durduğunu görmüş, lakin qışqırmamış və donub qalmışdır. Əfsun ona doğru nişan almış, 2-3 saniyə sonra isə atəş açmışdır. Güllə onun sağ qoluna dəymiş, qırmaları isə bədəninə dolmuşdur. Atəş açandan sonra o, qışqıraraq evin küncünə girmiş və artıq Əfsunu görməmişdir. Atası Arif qaça-qaça gəlib üzərinə uzanmış ki birdən ikinci güllə də atılar, lakin atası güllənin hansı istiqamətindən atıldığını bilməmişdir. Atası ilk əvvəl elə bilmiş ki, bağ tərəfdən atəş açılmışdır. O, həmin vaxt danışa bilməsə də əli ilə çardağı işarə edərək atasına oradan atəş açıldığını göstərmiş, lakin Arif işarə etdiyi istiqamətə baxsa da heç kimi görməmiş, daha sonra isə onu avtomobilə mindirib xəstəxanaya aparmışdır. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Əfsun Şəmkirə qayıtmamış atası evinə getmişdir. Əfsunla da səhv etmirsə sonuncu dəfə 2023-cü ilin iyun ayının 22-də danışmış, iyul ayının 1-i isə Əfsun Moskvadan qayıtmış, həmin gün də gələrək onun valideynləri ilə söhbət etmişdir. Onun atası Əfsuna mədəni qaydada boşanmalı olduqlarını, uşaqları istəyirsə də götürə biləcəyini demişdir. Həmin gün Əfsun uşaqlarla oynayıb getmişdir. Ayın 3-ü Əfsun yenidən onun yaşadığı evə gəlmiş, həmin vaxt atası evdə olmamış, Əfsun da uşaqlarla oynamış və anasına onunla təklikdə görüşmək istədiyini demiş, lakin anası onları tək qoymayacağını bildirmişdir. O da biraz Əfsunla anasının yanında dayanaraq ərinin deməyə sözü olmadığını görüb otaqdan çıxmışdır. Anası da Əfsuna bura tez-tez gəlməməsini, boşanacaqlarını və uşaqları da istəsə götürə biləcəyini demişdir. İyul ayının 5-i Əfsun yenə onlara gəlmiş, uşaqlarla oynamış, həmin gün də onların danışığı olmamışdır. Məlum baş vermiş hadisədən əvvəl Əfsun ona hədə qorxu gəlməmişdir. Yaşadığı ata evi bir mərtəbəli həyət evi olmuş, məhlə tərəfi hasarla əhatələnsə də bağ tərəfdə hasar olmamış, metal çəpər çəkilmiş, su çəninin də hündür pilləkəni olmuş ki, onunla çıxıb su çənin üzərinə qalxanda tam çardağın üzərinə düşmək olsun. Çardaqdan həm həyət, həm də bağ görünmüşdür. Hadisə günü hadisə anından başqa o, Əfsunu görməmiş, lakin ola bilsin ki, sonuncu onu görmüş, çünki o, dəfələrlə bağa gedib-gəlmişdir. Hadisədən az əvvəl o, bağdan həyətə keçdikdən sonra qapını örtmüş, qapının həyət tərəfdəki dəstəyi də qırılmış, əgər qapının dəstəyi qırıq olmasa idi, o, küncə sıxılmaq əvəzinə bəlkə açıb bağ tərəfə keçə bilərdi. O, qapını örtüb başını qaldıran zaman təsadüfən Əfsunun onu tüfənglə nişan aldığını və silahı ona tuşladığını görmüşdür. Əfsunun əlindəki tüfənglə nişan aldığını görüb o, yerində donub qalmış və səsini çıxara bilməmişdir. Əfsun atəş açdıqdan sonra ağrı hiss etdiyi üçün o, qışqırmış və 2-3 metr məsafədə olan evin küncünə qaçmışdır. Əfsun ona atəş açan zaman 3-3,5 metr hündürlükdə, 4 metrdən də çox uzaqlıqda dayanmışdır. Atası yanına gələn zaman üstünə uzanmış ki, ikinci güllə atılsa özünə dəysin. Əfsun atəş açdıqdan sonra atası 1-1,5 dəqiqəyə yanına gəlmişdir. Silahdan çıxan qırmaların 52-53 ədədi qoluna, 30-dan çoxu isə bədəninə dəymişdir. O, sonuncu dəfə bağa keçən zaman Əfsunun onu görüb-görməməsini bilməmiş, amma bağdan həyətə qayıdanda Əfsun tüfəngi konkret olaraq ona tuşlamışdır. O, başqa şəxslərlə sadəcə yazışmış, digər heç nə olmamışdır. O, ibtidai istintaq zamanı verdiyi ifadəsinin hadisə gününə qədər olan hissədə təsdiq etmişdir. Onun hadisə ilə əlaqədar Təqsirləndirilən şəxs şikayəti yoxdur və sonuncuya təyin olunacaq cəzanı məhkəmənin mülahizəsinə buraxır, lakin boşanma məsələsi ilə əlaqədar Əfsunla barışmamış və boşanmaqda fikri qətidir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızıdır. Hadisə baş verən gün işdən evə gələrək paltarlarını dəyişmiş və axşam yeməyi üçün çardağın altında oturmuşdur. Zəhra ilə arvadı Ağgül isə yemək hazırlamışlar. Bir qədər sonra Ağgül su gətirmək üçün küçənin başına getmişdir. Həmin vaxtı onun yanında balaca nəvəsi Mədinə olmuşdur. Zəhra yeməyi stola qoyduqdan sonra bağa getmişdir. Bir neçə dəqiqə sonra Zəhra bağın qapısından keçib qayıdarkən o, güllə səsi eşitmişdir. O, ilk öncə heç nə başa düşməmiş və qızının qışqırtı səsinə sonuncunun yanına qaçmışdır. Zəhranın vurulduğunu başa düşüb qorumaq üçün onu qucaqlamış, həmin vaxtı Zəhra da əli ilə çardağın damını göstərmişdir. O, dama baxsa da heç kimi görməmişdir. Zəhranın sağ qolundan və sinə nahiyəsindən qan axmışdır. Onun qışqırıq səsinə qardaşı MaŞahid1 arvadı Şahid2 gəlmişdir. Daha sonra o, dərhal qızını idarə etdiyi avtomobilə mindirib xəstəxanaya aparmışdır. Yolda arvadı Ağgül də maşına minmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, hadisə günü evdə başqa adam olmamış, güllə səsi eşidən zaman hava işıqlı olmuş, lakin o, güllənin haradan atıldığını görməmişdir. Güllə səsindən sonra qışqırıq səsi eşitmiş və səsə qızının yanına qaçmışdır. Zəhra əli ilə çardağa tərəf işarə etmiş, lakin o heç kəsi görməmişdir. Onun durduğu yerdən qızının vurulduğu yerə təxminən 15 metr məsafə olmuşdur. Qızının yanına gələndə çardaqda kimisə görməmişdir. O, ilkin olaraq düşünmüş ki, Zəhranı bağ tərəfdən atəş açıb vurmuşlar, ona görə də özünü qızının üstünə sipər kimi həmin tərəfdən tutmuşdur. O, ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 Şahid1 ilə oxşar məzmunlu ifadə vermiş və əlavə olaraq göstərmişdir ki, kürəkəni Təqsirləndirilən şəxs Moskvadan zəng edərək ona Zəhranın başqa oğlanlarla danışdığını demiş, o da bu barədə qızından soruşanda sonuncu bunu təsdiq etmişdir. Daha sonra o, Əfsuna qızından boşanmasını söyləmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. O, 07 iyul 2023-cü il tarixdə Moskva şəhərindən evə qayıtmış, həmin vaxtı əri Gəray bağı sulamışdır. Əfsunun evdə olmadığını görüb əri Gəraydan oğlunun harada olduğunu soruşmuş, sonuncu isə Əfsunun dostları ilə birlikdə getdiyini demişdir. Təxminən saat 21-də Əfsun əlində tüfənglə evə gələrək gəlini Zəhranı vurduğunu demişdir. Onlar bunu eşidib pis olmuşlar. Əfsundan Zəhranı nə üçün vurduğunu soruşanda oğlu əməli namusa görə törətdiyini demişdir. Gəray Əfsuna gedib polisə təslim olmasını demiş, Əfsun da görüşüb təslim olmaq üçün Şəmkir rayon polis şöbəsinə getmişdir. Oğlu təslim olmaq üçün Gərayın idarə etdiyi “VAZ 2107” markalı avtomobillə getmişdir. Lakin bir neçə dəqiqədən sonra Gərayın mobil telefonu avtomobildə qaldığı üçün Əfsun geri qayıtmışdır. Oğlu evə qayıtdığı üçün o, sonuncuya yemək yeyib sonra getməsini demişdir. Bir qədər sonra polis şöbəsinin əməkdaşları gələrək oğlunu aparmışlar. Daha sonra o, Zəhranın Şəmkir Rayon Mərkəzi Xəstəxanasına aparıldığını bilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 14 iyun 2023-cü il tarixdə Şəmkir rayonu, Yuxarı Seyfəli kəndində sinif yoldaşının evində kollektiv olaraq son zəng tədbirinə toplaşmışlar. Bir-iki gün sonra “WhatsApp” proqramı vasitəsi ilə ona mesaj gəlmiş və “salam” yazılmışdır. O da “salam” yazıb kim olduğunu soruşanda Zəhra onu tədbirdə görüb xoşu gəldiyini yazmışdır. Daha sonra o, Zəhra ilə “WhatsApp” proqramı ilə danışanda sonuncu ondan xoşu gəldiyini demiş və ona öz şəkillərini göndərmişdir. İyun ayının 18-dən isə nə o Zəhraya yazmış, nə də ki sonuncu ona yazmışdır. Çünki o, Zəhranın evli olduğunu bilib əlaqəni kəsmişdir. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, birinci dəfə yazışanda Zəhra ona evli olduğunu deməmiş, bu barədə daha sonra söyləmiş və ərinin işləmək üçün Rusiya Federasiyasının Moskva şəhərinə getdiyini bildirmişdir. Zəhra ona görüşmək də təklif etmiş, sonuncunun onun mobil nömrəsini haradan əldə etməsini bilməmiş və aralarında yalnız yazışma olmuşdur. Zəhra son vaxtlar onunla soyuq danışdığı üçün o, sonuncunun başqa şəxslərlə münasibətdə olduğunu düşünmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs Amil vasitəsilə tanımışdır. 18 iyun 2023-cü il tarixdə Amillə görüşəndə sonuncu Zəhra adında bir qızla danışdığını, hətta qızın ona çılpaq şəkillərini atdığını demişdir. O, Amildən Zəhra adlı qızla harada tanış olduğunu soruşanda sonuncu 14 iyun 2023-cü il tarixdə son zəng şənliyində tanış olduğunu demişdir. Amil ona Zəhranın atdığı çılpaq şəkilləri də göstərmişdir. O da Zəhranın şəkillərinə baxarkən sonuncunun nömrəsini əzbərləmiş və həmin gün axşam Zəhraya zəng edib sonuncu ilə tanış olmuşdur. O, xeyli müddət Zəhra ilə telefonla danışmışdır. Zəhra ona Amil ilə mübahisə edib əlaqəni kəsdiyini demişdir. Zəhra onun nömrəsini Amilin telefonundan götürməsinə və onun çılpaq şəkillərini göstərməsinə əsəbiləşərək Amil ilə əlaqəni kəsmişdir. O, Zəhranın evli olduğunu və iki övladının olduğunu bilməmişdir. O, sonuncu dəfə Zəhra ilə 21 iyun 2023-cü il tarixdə danışmışdır. Həmin gün Zəhranın əri Əfsun ona zəng edib danışmış, o da Zəhranın evli olduğunu bilmədiyini demişdir. O, Zəhranın ailəli olduğunu bildikdən sonra sonuncu ilə əlaqəsini kəsmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 1031 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön səthinin sağ yarısında sağ qabırğaaltı nahiyənin, sağ bazu nahiyəsinin yuxarı üçdə birinin iç-ön səthinin, sağ mil sümüyünün qəlpəli sınığı ilə müşayiət olunan sağ saidin ön və arxa bayır səthinin qırmalı odlu silah yaralanması patronu qırma ilə doldurulmuş odlu silahdan, ola bilsin ki, ov tüfəngindən atəşin əlavə faktorlarının təsir etmədiyi uzaq məsafədən (ən azı 10-15 metr məsafədən) açılmış bir atəş nəticəsində törənmişdir, törənmə müddəti 07 iyul 2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə bu xəsarətlər ümumilikdə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş qırma yaralarının lokalizasiyasına və yara kanalının istiqamətinə əsasən onu demək olur ki, atəş açan şəxs zərər çəkmiş şəxsdən nisbətən soldan hündür məsafədə (çardaqdan) olmaqla ayaqüstü duruş vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Şəmkir rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 774 nömrəli məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər - boyun sol yan səthinin cızıqları iti uclu əşyaların təsirindən törənmişlər, törənmə müddətləri 07 iyul 2023-cü il tarixə uyğun gəlir. Sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün ağırlıq dərəcələri təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 450/2023- MTBŞ nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Zərərçəkmiş şəxs qan qrupu - A(İİ); 2) Təqsirləndirilən şəxs qan qrupu - A(İİ) /Şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/; 3) Ekspertizaya təqdim olunan 12 ədəd çubuqlu pambıq tampon, Zərərçəkmiş şəxs qızma məxsus kofta, şalvar, büstqalter və hadisə yerindən götürülmüş bir cüt yay başmağı üzərində insan qanı ləkələri aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda «A» antigeni, əksər ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri Abeta/İİ/ qruplu şəxsə, o cümlədən zərərçəkmiş Zərərçəkmiş şəxs və ya Təqsirləndirilən şəxs məxsus ola bilər, əgər hadisə zamanı sonuncuda qanaxma ilə müşahidə olunan xəsarət olubsa; 4) Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus şalvar və köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 324- MTKŞ/2023 nömrəli məhkəmə-tibbi kriminalistik ekspertizasının rəyindən görünür ki: 1) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus qısaqol köynəyin ön səthində sağda, büstqalterin ön səthində sağda və idman şalvarın yuxarı nahiyəsində ortada çoxsaylı kiçik ölçülü dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələrin forma, xarakteri və morfoloji əlamətlərinə əsasən, həmçinin qərarın təsviri hissəsində olan məlumatlarını nəzərə alaraq demək olar ki, bu zədələr odlu silah zədələnməsinin giriş dəlikləridirlər, patronu mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan ayrı-ayrı mərmilərin (qırmaların) təsirindən atəşin uzaq məsafədən, mərmilərin (qırmaların) səpələnmə zonasından açılmış atəş nəticəsində əmələ gələ bilərdi; 2) Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus idman şalvarın sol ayaq hissəsinin ön səthində ortada bir ədəd dəlib-keçən zədə aşkar olunmuşdur. Bu zədə küt yaranma mexanizminə malik olub, məhdud cırılmadır, şalvarın müvafiq nahiyəsinin dartılması nəticəsində əmələ gələ bilərdi; 3) Ekspertizaya təqdim edilmiş hadisə yerindən götürülmüş bir ədəd şəpit (sabo) üzərində hər hansı bir zədə aşkar olunmamışdır; 4) Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın və köynəyin üzərində hər hansı bir zədə aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3- 16-16/2-3/1127-3/1128 nömrəli məhkəmə ballistik və daktiloskopik ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, patronluğunun uzunluğu 70 mm olan, 16 kalibrli, “İjK” modelli, “L 55377” №-li, xarici çaxmaqlı, təklüləli tüfəngidir - yivsiz odlu ov silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tətiyinə toxunmadan kənar fiziki təsir nəticəsində ondan öz-özünə atəş açılmır. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronlardan istifadə etməklə 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, karteçlər 600 metr məsafəyə, 30-40 dərəcə bucaq altında atılan güllələr isə 1000-1500 metr məsafəyə uçma qabiliyyətinə və təxminən 100 metr məsafədəki hədəfə (o cümlədən canlı hədəfə) zədəyetirmə qabiliyyətinə malikdirlər; 2) Tədqiqata təqdim edilmiş 3 (üç) ədəd patron zavod üsulu ilə hazırlanmış, 16 kalibrli olmaqla, həmin kalibrə malik, patronluğunun uzunluğu 70 mm olan, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardırlar, atəşə yararlıdırlar; 3) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 16 kalibrli patronun atəşlə ayrılmış hissəsidir - gilizidir. Həmin giliz təqdim edilmiş “İjK” modelli, “L 55377” №-li ov tüfəngindən atılmışdır; 4) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet hamarlüləli ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış, patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissəsidir - qırmadır. Həmin qırmanın üzərində atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmış sürtünmə izləri xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onun tədqiqata təqdim edilmiş ov tüfəngindən atılıb-atılmadığını, eləcədə atəşdən əvvəl təqdim edilmiş gilizlə vahid bütövlük təşkil edib-etməməsini müəyyən etmək mümkün deyil; 5) Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet hamarlüləli odlu ov tüfənglərində istifadə edilmək üçün nəzərdə tutulmuş, zavod üsulu ilə hazırlanmış 16 kalibrli patronların daxilinə doldurulan atəş komponentlərinin atəşlə ayrılmış hissəsidir, tıxacdır. Həmin tıxacın üzərində atəş prosesində istifadə olunan zaman atıldığı tüfəngin lülə kanalının divarından qalmış sürtünmə izləri xüsusi əlamətlərə malik olmadığından və eyniləşmə tədqiqatı üçün azlıq təşkil etdiyindən onun tədqiqata təqdim edilmiş ov tüfəngindən atılıb-atılmadığını, eləcə də atəşdən əvvəl təqdim edilmiş gilizlə vahid bütövlük təşkil edib-etməməsini müəyyən etmək mümkün deyildir; 6) Tədqiqata təqdim edilmiş “L 55377” №-li ov silahından sonuncu təmizləmədən sonra atəş (atəşlər) açılmışdır. Müvafiq elmi metodika olmadığından atəşin sayını və vaxtını müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X4 X12 Ambulator Şöbəsinin xx.xx.2023-cü il tarixli, 479 nömrəli kompleks ambulator məhkəmə-psixiatrik və məhkəməpsixoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik aşkar edilmir, o, hadisədən əvvəl və hadisə anında anlaqlı vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs hadisədən əvvəl və hadisə anında öz hərəkətlərinin faktiki xarakterini dərk etmiş, özünü idarə etmək və hadisəni faktiki qavramaq qabiliyyətində olmuşdur. Hazırda Təqsirləndirilən şəxs xroniki psixi xəstəliyin, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəliyin əlamətləri mövcud deyildir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21-ci maddəsinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlər görülməsinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur. Bu halın yaranma səbəblərindən biri zərərçəkmişin ona xəyanət etmə fikirləri ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 22:40-da Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə azadlığının faktiki məhdudlaşdırıldığı 07 iyul 2023-cü il tarixdə saat 21:35-dən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli 07 iyul 2023-cü il tarixdən hesablamaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Şəmkir rayonu, Aşağı Seyfəli kəndindəki Şahid1 məxsus fərdi yaşayış evidir. Hadisə yerinə baxış zamanı iş üçün əhəmiyyət kəsb etdiyindən bağ sahəsinə açılan dəmir qapının sağ küncündə olan şərti olaraq 1 nömrə ilə işarələnmiş qanabənzər şübhəli ləkələrdən, fərdi yaşayış evinin divarının küncündən 2 nömrə ilə işarələnmiş qanabənzər şübhəli ləkələrdən, çardağın altına doğru uzanaraq damcı şəkilli olan 5 nömrə ilə işarələnmiş qanabənzər şübhəli ləkələrdən, çardağın altında olan 6 nömrə ilə işarələnmiş qanabənzər şübhəli ləkələrdən, “QAZ 3110” markalı, **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ arxa qapısının çöl tərəfində olan 7 nömrə ilə işarələnmiş qanabənzər şübhəli ləkələrdən, “QAZ 3110” markalı, **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa oturacağının sağ tərəfində olan 8 nömrə ilə işarələnmiş qanabənzər şübhəli ləkələrdən pambıq çöplə nümunələr götürülərək, üzərində qanabənzər şübhəli ləkələr olan 1 cüt tərlik 3 nömrəsi ilə işarələnib götürülərək, 1 ədəd eynək və 1 ədəd patrona rezin 4 nömrəsi ilə işarələnib götürülərək müvafiq qaydada qablaşdırılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş boz rəngli parça şalvar və tünd göy rəngli qısaqol köynək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Həmin paltarlar üzərində zədə izləri aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qısaqol köynəyi müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Köynəyin ön sağ hissəsində xeyli sayda deşiklər mövcuddur və üzərində qanabənzər şübhəli ləkələr vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “paltarlara baxış keçirilməsi və götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli idman şalvarı və qara rəngli büstqalter müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Şalvarın üzərində qanabənzər şübhəli ləkələr vardır və sol diz nahiyəsində 0,8 sm diametrində sökülmə izi mövcuddur. Büstqalterin sol hissəsində isə xeyli sayda deşilmə izləri vardır və ilgəklərinin üzərində qanabənzər şübhəli ləkələr müşahidə edilir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyaya (tüfəngə və patrona) baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, cinayətin aləti olan tüfəngin səthinə müxtəlif bucaq altında təbii və süni işıqda vizual baxdıqda gözlə görünə bilən hər hansı bir iz müşahidə edilməmişdir. Tüfəngin ümumi uzunluğu 121 sm, lüləsinin uzunluğu 79 sm, qundaq hissəsinin uzunluğu isə 42 sm-dir. Tüfəngin qundağı sarı-qəhvəyimtil rəngli olmaqla taxta materialdan hazırlanmışdır. Tüfəngin qundaq hissəsinin uc hissəsi qara rəngli, orta hissəsi isə göy rəngli yapışqan lentlə bağlanmışdır. Tüfəngin lüləsi açılaraq lülə yuvasına baxılmış və orada hər hansı bir əşya aşkar edilməmişdir. Lülənin qundağa daxil olan hissəsində “P 55377” rəqəmləri həkk olunmuşdur. Tüfəngin qırmızı rəngli qalın parça materialdan olan kəndiri vardır. Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən təqdim edilmiş patron göy rəngli olmaqla silindrik formalı olub dib hissəsinin səthi üzərində 2 (iki) ədəd 16 rəqəmləri və “FİOCCHİ İTALY” yazıları həkk olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, üzərində qanabənzər ləkələr olan altı qara üzəri qəhvəyi rəngli bir cüt şəpit (sabo) müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən evində, yardımçı tikililərdə və həyətyanı sahələrdə istintaq orqanı tərəfindən axtarış və götürmə aparılmasına icazə verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “axtarış aparılması və götürülməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin birinci mərtəbəsindəki saxlanc otağının divarındakı oyuğun içərisindən 2 ədəd ov silahlarında istifadə etmək üçün nəzərdə tutulmuş patron aşkar edilərək müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyaya (patronlara) baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş 2 ədəd patronun hər biri yaşıl rəngli olmaqla silindrik formalı olub dib hissəsinin səthi üzərində 4 (dörd) ədəd 16 rəqəmləri və beş guşəli ulduz şəkili, gövdəsinin səthi üzərində isə “STERLİNG”, “70 mm”, “16cal 28 gr” və “4” “3,25 mm” sözləri həkk olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı aşkar edilmiş 1 ədəd giliz müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “əşyaya (patronlara) baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması zamanı aşkar edilərək götürülmüş 1 ədəd giliz göy rəngli olmaqla silindrik formalı olub dib hissəsinin səthi üzərində 2 (iki) ədəd 16 rəqəmləri və “FİOCCHİ İTALY” yazıları, gövdəsinin səthi üzərində isə “BPS”, “70 mm” və “16cal 28 gr” sözləri həkk olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2023cü il tarixli raportdan görünür ki, Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yaşayan Şahid1 07 iyul 2023-cü il tarixdə saat 20:41-də ***-***-**- ** mobil nömrədən Azərbaycan Respublikası DİN-nin 102 Zəng Xidmətinə zəng edərək qızı Zəhranın əri Əfsun tərəfindən odlu silahla vurulması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş və onun üzərində olan L 55377 nömrəli 16 kalibrli təklüləli ov tüfəngi, bir ədəd ov tüfənginin patronu və iki ədəd mobil telefon götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RPŞ-nin əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs qısqanclıq niyyəti ilə qisas alıb qəsdən öldürmək məqsədi ilə Şəmkir rayonu, Aşağı Seyfəli kəndində yerləşən Şahid1 məxsus fərdi yaşayış evində arvadı xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs ov tüfəngi ilə xəsarət yetirərək qəsdən öldürməyə cəhd edən zaman ətrafda cinayət hadisəsinə şahidlik etmiş və cinayət hadisəsi törədilən zaman iştirakçı olmuş hər hansı bir şəxs və ya şəxslər olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə amansız rəftar etməsi, ləyaqətini mütəmadi alçaltması, qeyd edilən şəxs və ya şəxslərin təhqir edilməsi, hədəqorxu gəlmə hallarının olması, Təqsirləndirilən şəxs spirtli içkilərə və narkotik maddələrə qarşı aludəçiliyinin olması, eləcə də arvadı Zərərçəkmiş şəxs qəsdən öldürməzdən əvvəl yaxın qohumları, eləcə də digər şəxslərlə hər hansı bir probleminin olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs cinayət törətməyə sövq edən, təhrik edən və yaxud cinayətin törədilməsində kömək edən hər hansı bir şəxs(lər) müəyyən edilməmişdir. Hadisədən əvvəl Zərərçəkmiş şəxs bir neçə şəxslə qeyri-rəsmi sevgi münasibətində olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Şəmkir Rayon Mərkəzi Xəstəxanası” PHŞ-in xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs xəstəxananın narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Şəmkir RİH başçısının Aşağı Seyfəli KİƏDÜN-nin arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həmin kəndə atası – xx.xx.1965-ci il təvəllüdlü Şahid6, anası – xx.xx.1968-ci il təvəllüdlü Şahid5, qardaşı – xx.xx.1991-ci il təvəllüdlü X6, arvadı – xx.xx.1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs, qızları – xx.xx.2018-ci il təvəllüdlü X7 və xx.xx.2021-ci il təvəllüdlü X5 ilə birlikdə yaşamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizəsindən və həmin tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, ibtidai istintaq orqanına müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, sonuncudan şikayət və tələbinin olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 1 ədəd patrona rezin, altı qara üzəri qəhvəyi rəngli bir cüt şəpit (sabo), 06 (altı) ədəd qana şübhəli ləkələrə batırılmış pambıq çöp, 1 ədəd boş giliz, 1 ədəd qırma (karteç), Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən çəkilərək flakona doldurulmuş 5 ML həcmində qan nümunəsi, Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş tünd göy rəngli qısaqol köynək və boz rəngli parça şalvar, Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli idman şalvarı, qara rəngli büstqalter və qara rəngli qısaqol köynək, 1 ədəd “P 55377” nömrəli tüfəng və 3 ədəd patron maddi sübut kimi tanınaraq saxlanılması üçün Şəmkir rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, sonuncudan şikayət və tələbi yoxdur, təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını, odlu silahı özü ilə götürməkdə məqsədinin Zərərçəkmiş şəxs danışdığı şəxsin gələcəyi təqdirdə silahla sonuncunu qorxudub arvadının valideynlərinin qarşısına çıxarmaq olduğunu, əlindəki odlu silahı Zərərçəkmiş şəxs qarşı tuşlamadığını və sonuncunu nişana almadığını, Zərərçəkmiş şəxs qarşı atəş açmaq məqsədinin olmadığını, sadəcə sonuncu onu görən zaman qışqırdığı üçün özünü itirib atəş açdığını, üzərində ikinci patronun da olduğunu və əgər Zərərçəkmiş şəxs öldürmək niyyətində olsa idi həmin patronu da tüfəngin lüləsinə yerləşdirib Zərərçəkmiş şəxs atəş açmaq imkanının olduğunu göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin təqsriləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin ifadəsində, həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü tam təqsirli bilməklə verdiyi etirafedici ifadəsində göstərmişdir ki, arvadı Zərərçəkmiş şəxs ona qarşı xəyanət etdiyi üçün o, sonuncudan qisaq almaq qərarına gəlmiş, babasından ona yadigar qalmış odlu silahı götürüb Zərərçəkmiş şəxs yaşadığı ata evinə gedib çardaqda gizlənmiş, orada oturub xeyli vaxt düşünmüş və Zərərçəkmiş şəxs gördükdə tüfənglə vurmaq qərarına gəlmiş, Zərərçəkmiş şəxs bağa açılan dəmir qapıdan çardağın altına daxil olarkən o, atəş açmaq üçün ayağa qalxmış, tüfəngin lüləyini Zərərçəkmiş şəxs tərəf tuşlamış və bir dəfə sonuncunun qarın nahiyəsinə atəş açmış, atəşdən sonra Zərərçəkmiş şəxs qışqırmış, qayınatası Şahid1 köməkçi tikilidən çıxıb qışqırıq səsinə qızının yanına gələn zaman o, Arifi görüb dərhal oradan uzaqlaşmış və çardağın üstündən qaçaraq qonşunun hasarının üzərində dayanıb baş verənləri izləmişdir. O, arvadı Zərərçəkmiş şəxs başqa şəxslərlə telefonla danışıb və yazışmaqla sevgi münasibətində olması səbəbindən onun namusuna ləkə saldığı üçün qisas almaq məqsədi ilə sonuncunu tüfənglə vurmaq qərarına gəlmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin ifadəsində, eyni zamanda xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü tam təqsirli bilməklə verdiyi etirafedici ifadəsində göstərmişdir ki, o, birinci dəfə Zərərçəkmiş şəxs atəş açdıqdan sonra aradı qışqıraraq yerə yıxılmış, o isə boş gilizi tüfəngdən çıxarıb ikinci patronu yuvaya yerləşdirmək istəyən zaman səsə qayınatası Şahid1 gəlmiş, o da qayınatasını görüb qorxmuş və sonuncuya zərər yetirə biləcəyini düşünüb arvadına ikinci dəfə atəş açmamışdır. Eyni zamanda xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs öldürmək qərarına gəldiyini, məhz bu niyyətlə yaşadığı evdə saxladığı odlu silahla birlikdə 4 ədəd patrondan 2 ədədini üzərində götürdüyünü, sübh tezdən axşama qədər Zərərçəkmiş şəxs yaşadığı ata evinin çardağının damında gizlənərək sonuncunu güddüyünü və tək qalması üçün fürsət axtardığını, Zərərçəkmiş şəxs tək görən zaman da əlində olan odlu silahı sonuncuya tərəf tuşladığını və onu nişan aldığını, daha sonra isə bir dəfə sinə nahiyəsindən atəş açdığını, boş gilizi tüfəngdən çıxarıb ikinci patronu yuvaya yerləşdirmək istəyən zaman Zərərçəkmiş şəxs qışqırıq səsinə qayınatası Şahid1 gəldiyini, qayınatasını görüb qorxduğunu və sonuncuya zərər yetirə biləcəyini düşünüb arvadına ikinci dəfə atəş açmadığını, həm də ki qayınatası gələndən sonra Zərərçəkmiş şəxs vura bilmək üçün görmədiyini göstərmişdir. Yuxarıda göstərilən istintaq hərəkətlərinə dair protokollardan görünür ki, həmin istintaq hərəkətləri zamanı Təqsirləndirilən şəxs ifadə verərkən müdafiəçisi yanında olmuşdur. O cümlədən Təqsirləndirilən şəxs özünün müqavilə əsasında müdafiəçisi X3 iştirakı ilə xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində onun namusuna ləkə saldığı üçün Zəhra Əhmədovdan qisas almaq qərarına gəldiyini və sonuncunu tüfənglə vurmaq istədiyini, məhz bu niyyətlə yaşadığı evdə saxladığı odlu silahla birlikdə 4 ədəd patrondan 2 ədədini üzərində götürdüyünü, sübh tezdən axşama qədər Zərərçəkmiş şəxs yaşadığı ata evinin çardağının damında gizlənərək sonuncunu güddüyünü və tək qalması üçün fürsət axtardığını, Zərərçəkmiş şəxs tək görən zaman da əlində olan odlu silahı sonuncuya tərəf tuşladığını, daha sonra isə bir dəfə sinə nahiyəsindən atəş açdığını, səsə qayınatası Şahid1 gəldiyini, sonuncunu görüb oradan dərhal orada uzaqlaşdığını və qonşunun hasarının üzərində dayanıb baş verənləri seyr etdiyini göstərmişdir. Habelə zərərçəkmiş Zərərçəkmiş şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində bağın qapısını örtüb başını qaldıran zaman təsadüfən Əfsunun onu tüfənglə nişan aldığını və silahı konkret olaraq ona tuşladığını gördüyünü, Əfsunun əlindəki tüfənglə nişan aldığını görüb yerində donub qaldığını və səsini çıxara bilmədiyini, Əfsun atəş açdıqdan sonra ağrı hiss etdiyi üçün qışqırdığını və 2-3 metr məsafədə olan evin küncünə qaçdığını göstərmişdir. Hətta Zərərçəkmiş şəxs atası Şahid1 da məhkəmə istintaqı zamanı verdiyi ifadəsində atəş səsi gəldikdə ilk öncə heç nə başa düşmədiyini, güllə səsindən sonra qızının qışqırıq səsi eşitdiyini və səsə sonuncunun yanına qaçdığını, Zəhranın vurulduğunu başa düşüb qorumaq üçün onu qucaqladığını, həmin vaxtı Zəhranın əli ilə çardağın damını göstərdiyini, dama baxdıqda heç kimi görmədiyini, qızının sağ qolundan və sinə nahiyəsindən qan axdığını, özünün qışqırıq səsinə qardaşı MaŞahid1 arvadı Şahid2 gəldiyini, daha sonra isə dərhal qızını idarə etdiyi avtomobilə mindirib xəstəxanaya apardığını göstərmişdir. Həmçinin həm ibtidai istintaq zamanı, həm də məhkəmə istintaqı zamanı Azərbaycan Respublikası Konstitusiyasının 66-cı və Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 20-ci maddəsinin tələbləri izah edildikdən sonra şahid qismində dindirilmiş Təqsirləndirilən şəxs atası Şahid6 və anası Şahid5 ifadələrində 07 iyul 2023-cü il tarixdə saat 21 radələrində Təqsirləndirilən şəxs əlində tüfənglə evə gələrək Zərərçəkmiş şəxs namusa görə odlu silahla vurduğunu dediyini göstərmişlər. O cümlədən “həbs” qətimkan tədbirinin seçilməsinə dair Şəmkir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən də görünür ki, Təqsirləndirilən şəxs məhkəmə iclası zamanı ittiham olunduğu cinayət əməlini qısqanclıq zəminində törətdiyini, əməlindən də peşman olduğunu göstərmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs barəsində olan məhkəmə-tibb ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oldu silahdan bir dəfə atəş açdıqdan sonra sonuncuya döş qəfəsinin ön səthinin sağ yarısında sağ qabırğaaltı nahiyənin qırmalı odlu silah yaralanması xəsarətini yetirmişdir. Göstərilən xəsarətin yerləşdiyi yer də məhz insan üçün həyati əhəmiyyətli olan orqanın (qaraciyərin) lokalizasiyasını əhatə etdiyindən həyat üçün mühüm orqana xəsarət yetirilməsi ilə də nəticələnə bilərdi. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını, əgər belə bir niyyəti olmuş olsa idi ikinci patronu da odlu silahın yuvasına yerləşdirərək atəş açmağa imkanının olduğunu göstərsə də, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı elə özünü müqavilə əsasında müdafiəçisinin iştirakı ilə xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində onun namusuna ləkə saldığı üçün Zəhra Əhmədovdan qisas almaq qərarına gəldiyini və sonuncunu tüfənglə vurmaq istədiyini, məhz bu niyyətlə yaşadığı evdə saxladığı odlu silahla birlikdə 4 ədəd patrondan 2 ədədini üzərində götürdüyünü, sübh tezdən axşama qədər Zərərçəkmiş şəxs yaşadığı ata evinin çardağının damında gizlənərək sonuncunu güddüyünü və tək qalması üçün fürsət axtardığını, Zərərçəkmiş şəxs tək görən zaman da əlində olan odlu silahı sonuncuya tərəf tuşladığını, daha sonra isə bir dəfə sinə nahiyəsindən atəş açdığını, səsə qayınatası Şahid1 gəldiyini, sonuncunu görüb oradan dərhal uzaqlaşdığını və qonşunun hasarının üzərində dayanıb baş verənləri seyr etdiyini göstərmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin ifadəsində, həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü tam təqsirli bilməklə verdiyi etirafedici ifadəsində onun namusuna ləkə saldığı üçün Zəhra Əhmədovdan qisas almaq qərarına gəldiyini və sonuncunu tüfənglə vurmaq istədiyini, Zərərçəkmiş şəxs tək görən zaman əlində olan odlu silahı sonuncuya tərəf tuşladığını və onu nişana aldığını, daha sonra isə bir dəfə sinə nahiyəsindən atəş açdığını, boş gilizi tüfəngdən çıxarıb ikinci patronu yuvaya yerləşdirmək istəyən zaman səsə qayınatası Şahid1 gəldiyini, qayınatasını görüb qorxduğunu və sonuncuya zərər yetirə biləcəyini düşünüb arvadına ikinci dəfə atəş açmadığını, həm də ki qayınatası gələndən sonra Zərərçəkmiş şəxs vura bilmək üçün görmədiyini göstərmişdir. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs öldürmək niyyətində olmadığını, əgər belə bir niyyəti olmuş olsa idi ikinci patronu da odlu silahın yuvasına yerləşdirərək atəş açmağa imkanının olduğunu iddia etsə də, iş materiallarına əsasən Təqsirləndirilən şəxs odlu silahdan Zərərçəkmiş şəxs sinə nahiyəsindən atəş açdıqdan sonra sonuncunun qışqırıq səsinə qayınatası Şahid1 gəlməsi və qızını qucaqlayıb bədəni ilə onu qorumaq üçün sipər çəkməsi, həmçinin qışqıraraq qonşuları köməyə çağırması nəticəsində Təqsirləndirilən şəxs ikinci dəfə atəş açmasına mane olması və qəsdini reallaşdıra bilməyəcəyini başa düşüb hadisə yerindən qaçması, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməmişdir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs yaşadığı atası evinə üzərində oldu silah və iki ədəd patron götürərək getməsi, səhər saat 06 radələrindən axşam saat 21 radələrinə qədər Şahid1 yaşadığı evin çardağın üzərinə çıxıb gizlənməsi, Zərərçəkmiş şəxs odlu silahla vurmaq üçün əlverişli şərait gözləməsi, axşam saatlarında sonuncunun tək qaldığını görüb əlindəki oldu silahı Zərərçəkmiş şəxs qarşı yaxın məsafədən tuşlayaraq sonuncunu nişan alması və sinə nahiyəsindən bir dəfə atəş açması, bu cinayət əməlini də məhz Zərərçəkmiş şəxs ona qarşı xəyanət etdiyi və namusuna ləkə gətirdiyi üçün namusunu təmizləmək məqsədi ilə törətməsi, o cümlədən hadisədən sonra köməklik edərək zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması əvəzinə, tam əksinə hadisə yerindən qaçaraq kənarda durub baş verənləri sadəcə heç nə olmamış kimi izləməsi onun Zərərçəkmiş şəxs məhz sonuncunu öldürmək niyyəti ilə atəş açmasını tam olaraq təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin, məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, CPM-in 20-ci maddəsinə əsasən heç kəs şəxsən özünün və yaxın qohumlarının əleyhinə ifadə verməyə məcbur edilə və buna görə hər hansı təqibə məruz qala bilməz. Odur ki, təqsirləndirilən şəxsin yaxın qohumları məhkəmə iclasında ifadə verməkdən imtina etdikdə, onların məhkəməyədək icraat zamanı şahid qismində verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, məhkəməyədək icraatda dindirilərkən onlara qeyd edilən maddənin mahiyyəti izah edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Həmin Qərarın 24-cü bəndində də göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin ifadəsini, həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü tam təqsirli bilməklə verdiyi etirafedici ifadəsini iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin ifadəsi, həmçinin xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü tam təqsirli bilməklə verdiyi etirafedici ifadəsi ittihamın həllində əsas götürülməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il 3 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, qəsdən adam öldürmə cinayəti həm birbaşa, həm də dolayı qəsdlə törədilə bildiyi halda belə cinayəti törətməyə cəhd yalnız birbaşa qəsdlə həyata keçirilə bilər. Bu zaman təqsirkar öz əməlinin (hərəkət və hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk edir, onun nəticələrini qabaqcadan görür və bunları arzu edir. Lakin ölüm hadisəsi onun iradəsindən asılı olmayan səbəblərdən (məsələn başqa şəxslərin işə qarışması, zərərçəkmişin fəal müqaviməti, ona vaxtında tibbi yardım göstərilməsi) baş vermir. Beləliklə də, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs 07 iyul 2023-cü il tarixdə saat 21 radələrində qısqanclıq niyyəti ilə təklüləli yivsiz odlu ov tüfəngini Zərərçəkmiş şəxs tuşlayaraq ona bir dəfə qarın nahiyəsinə atəş açmaqla sonuncuya sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməsi, həmin vaxt odlu silahdan açılan atəş nəticəsində yaranmış partlayış səsini eşidib qızı Zərərçəkmiş şəxs tərəf qaçaraq Şahid1 cəld surətdə zərərçəkmiş qızını qucaqlayıb bədəni ilə onu qorumaq üçün sipər çəkməsi və qışqıraraq qonşuları köməyə çağırması nəticəsində Təqsirləndirilən şəxs ikinci dəfə atəş açmasına mane olması və sonuncunun qəsdini reallaşdıra bilməyəcəyini başa düşüb hadisə yerindən qaçması, eləcə də zərərçəkmiş şəxsin vaxtında Şəmkir Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq ona göstərilən ixtisaslı tibbi yardım nəticəsində sağ qalması səbəbindən Təqsirləndirilən şəxs qəsdən adam öldürməkdə ifadə olunan niyyətini bilavasitə öz iradəsindən asılı olmayan səbəblərdən başa çatdıra bilməyib, qəsdən adam öldürməyə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd etməsi tam sübuta yetirilmişdir. Bununla da, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi cinayətin odlu silahdan istifadə etməklə törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə də məhkəmə tərkibi törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən, o cümlədən ağırlaşdıran halların olmasını, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, cinayətin odlu silahdan istifadə etməklə törədilməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.10-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal olduğu üçün onun barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən, xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün - ciddi rejimli cəzaçəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 iyul 2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən müqavilə əsasında həyata keçirilsə də, həmin Büronun digər vəkili Müdafiəçi1 tərəfindən təyinat əsasında həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Həmin Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 20 (iyirmi) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş - 1 ədəd patrona rezin, altı qara üzəri qəhvəyi rəngli bir cüt şəpit (sabo), 06 (altı) ədəd qana şübhəli ləkələrə batırılmış pambıq çöp, 1 ədəd boş giliz, 1 ədəd qırma (karteç) və Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən çəkilərək flakona doldurulmuş 5 ML həcmində qan nümunəsi məhv ediləli; Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş tünd göy rəngli qısaqol köynək və boz rəngli parça şalvar yaxın qohumlarına qaytarılmalı, götürülmədikdə məhv edilməli; Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli idman şalvarı, qara rəngli büstqalter və qara rəngli qısaqol köynək sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməli; 1 ədəd “P 55377” nömrəli tüfəng və 3 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 07 iyul 2023-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 Nazim oğlu üçün 120 (bir yüz iyirmi) manat pul onun vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Şəmkir rayon prokurorluğunun maddi sübutların saxlanması otağına təhvil verilmiş - 1 ədəd patrona rezin, altı qara üzəri qəhvəyi rəngli bir cüt şəpit (sabo), 06 (altı) ədəd qana şübhəli ləkələrə batırılmış pambıq çöp, 1 ədəd boş giliz, 1 ədəd qırma (karteç) və Zərərçəkmiş şəxs sağ qol nahiyəsindən çəkilərək flakona doldurulmuş 5 ML həcmində qan nümunəsi məhv edilsin. Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş tünd göy rəngli qısaqol köynək və boz rəngli parça şalvar yaxın qohumlarına qaytarılsın, götürülmədikdə məhv edilsin. Zərərçəkmiş şəxs hadisə vaxtı əynində olmuş qara rəngli idman şalvarı, qara rəngli busqalter və qara rəngli qısaqol köynək sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. 1 ədəd “P 55377” nömrəli tüfəng və 3 ədəd patron Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-232/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-232/2024
18.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver