Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-232/2025 05.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Filizman oğlu, Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi Üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində X2 Üzrə Şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və X5, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxxxx 1957-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvələr məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, o, 04 dekabr 2023-cü il tarixdə, saat təxminən 14:00 radələrində ünvan 2 ünvanında qısa müddət ərzində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sonuncunun iradəsi əleyhinə qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını təmin etmək məqsədilə mənzilin qonaq otağında əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona sağ sağrı, sol qasıq nahiyyələrində qançırlarla müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirib zor tətbiq etməklə otaqda yerləşən divanın üzərində sonuncunu üzü üstə uzadıb əynindəki paltarları soyundurduqdan sonra gərilmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeritmiş, anus dəliyində sıyrıq və anal dəlik sfinktorunun boşalması əlamətləri ilə nəticələnən anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, həbsdən azad olduqdan sonra daş karxanasında işləmişdir. Elnur adlı oğlana evdə tək yaşadığını və yanında bir qadın olmasını istədiyini demişdir. Elnur isə ona qadın tapmışdır. O, Elnur və həmin qadın ilə birlikdə “zalatoy manqal” adlanan kafedə həmin gün birlikdə yemək yemişdir. O, ertəsi gün Elnur ilə birlikdə Şəlaləni və azyaşlı qızını öz evinə gətirmişdir. Daha sonra o, Şəlalə ilə bir yerdə yaşamışdır. Şəlalə ilə onu Elnur tanış etmişdir. Onun məbhusluqdan qayıtdıqdan sonra normal pulu olmamışdır. Elnur ondan dəfələrlə 200 (iki yüz) manat, 300 (üç yüz) manat borc pul almışdır. O, Şəlalə ilə birlikdə Elnurun oğlunun ad gününə getmişdir. Orada olan zaman Elnurun oğluna 50 (əlli) manat vermişdir. Daha sonra O, Elnur, Elnurun yoldaşı və Şəlalə, birlikdə “zalatoy manqal” adlanan kafeyə getmişlər. O, Şəlalə ilə ailə qurmaq istədiyini bildirmişdir. O, əvvəllər ailəsinin olduğunu və hal-hazırda ayrıldıqlarını demişdir. O, Şəlalə adlı qadın ilə ailə qurmaq istəmiş, Şəlalə isə onunla razılaşmışdır və birlikdə yaşamışlar. O, aralarında ər arvad münasibətlərində, olmamışlar. Şəlalə ilə onun qeyri təbii yolla aralarında cinsi əlaqə olmamış, təbii yolla olmuşdur. Şəlalə ona qarşı heç bir narazılıq etməmişdir. 17 gün ərzində aralarındakı münasibət yaxşı olmuşdur. Şəlalənin ondan hansı səbəbə şikayət etdiyini bilməmişdir. Elnurla onun arasında hər hansı bir problem olmamışdır. O, birlikdə yaşadıqları 17-ci gün işə getmiş 2-3 saatdan bir Şəlalə ilə telefon vasitəsilə əlaqə saxlamışdır. O, mühafizədə işləmiş, səhər saat 5-də işə gedib, axşam 10-da evə gəlmişdir. Daha sonra, O, dəfələrlə Şəlaləyə zəng etmiş Şəlalənin nömrəsi isə məşğul olmuşdur. O, isə narahat olaraq işlədiyi yeri başqa bir adama tapşıraraq evə gəlmişdir. Şəlalə darvazanı bağlıyaraq, açarı daşın altına qoymuşdur. O, açarın yerini bilmədiyi üçün qonşudan çəkic alaraq darvazanın qıfılını qırmış və içəri girmişdir. Evə girdikdən sonra Şəlalənin evdə olmadığını görmüşdür. Şəlalə evdən getdikdən sonra ondan polisə şikəyət etmiş və o, polis əməkdaşları tərəfindən saxlanılmışdır. O, Elnurdan Şəlaləni taparsa ona məlumat verməsini istəmişdir. Daha sonra o, Şəlaləni polis idarəsində görmüşdür. O, Şəlalə ilə tanış olanda Şəlalənin əvvəlki həyat yoldaşından boşanmadığını demişdir. O, Şəlalə adlı qadına evini vəd etmişdir, öldükdən sonra evinin ona qalacağını demişdir. O, evin hal-hazırda anasının adında olduğunu və anasının tək varisinin özü olduğunu demişdir. Şəlalə ilə onun arasında 17 gündə heç bir narazılıq olmamışdır. Elnurun işdən xəbəri olmamış, Şəlalə ilə Elnurun yoldaşı qohum olmamışlar. O, Şəlaləyə və uşağına baxacağını dair vəd vermişdir. Həmin gündən Şəlalə ilə onun arasında ailə münasibətləri yaranmışdır. Şəlalə ona qarşı heç bir etiraz etməmiş, ondan razı olmuşdur. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Elnur onun dayısının kürəkənidir. O, Elnurun yoldaşı ilə söhbət etmiş, Elnurun yoldaşına ərinin ona baxmadığını uşağını və özünü atıb getdiyini demişdir. Elnurun yoldaşı isə ona evini verəcəyini, uşağınada baxacağı bir insanın olduğunu demişdir. Daha sonra O, Zülfüqar ilə görüşmüş, Zülfüqara boşanmadığını və nikahda olaola Zülfüqar ilə yaşamağının düzgün olmadığını bildirmişdir. Zülfüqar isə ona gəlib evində yaşamasını və hər şeydə köməklik edəcəyini demişdir. O isə çöldə qaldığı üçün Zülfüqar ilə razılaşmışdır. Zülfüqar onun uşağına ata kimi baxacağına söz vermişdir. Zülfüqar onu evinə apardığı ilk gün münasibətləri yaxşı olmuşdur. Zülfüqar evə bazarlıq etmiş, birlikdə danışıb, deyib gülmüşlər. Zülfüqar ilə o, ilk gün təbii yolla ilə cinsi əlaqədə olmuşlar. 1-2 gün münasibətləri belə davam etmiş, daha sonra Zülfüqar onun uşağının hərəkətlərinə qarşı narazılıq etmişdir. O, uşağının psixoloji problemlərinin olduğunu bildirmişdir. Zülfüqar onun uşağına görə ona qarşı aqresiv davranmışdır. Bu bir neçə gün belə davam etdikdən sonra Zülfüqar ailəsi ilə danışmışdır. Ailəsi ilə danışarkən Zülfüqar evi öz oğluna verəcəyini demişdir. O isə Zülfüqara evi ona verəcəyini dediyini xatırlatmışdır. O, evin Zülfüqarın anasının adına olduğunu bilməmişdir. O, Zülfaqara evində maraqlı olmadığını, tək istəyi üşağı böyüyənə qədər ona dəstək durmağı olmuşdur. Zülfüqar ona qeyri təbii yolla zorakılıq etmiş və uşağını vurmuşdur. O, isə Zülfüqar ilə birlikdə qalmağın alınmayacağını anlamışdır. Daha sonra o, heç kəsə demədən taksi çağıraraq başqa yerə getmişdir. Zülfüqarın daimə içkili olmuş, ona söz demək mümkün olmamışdır. Zülfüqar ona stəkan atmış və həmin stəkan həm ona, həm də uşağına dəymişdir. O, 15 gündən sonra Zülfüqarın əlindən çıxa bilmədiyini görmüşdür. Zülfüqar ona qeyri təbii yolla cinsi əlaqədə olmağı təklif etməmiş, onu zorakılıq yolu ilə məcbur etmişdir. O, Zülfüqara təbii yolla cinsi əlaqədə olmağa etiraz etməmişdir. Zülfüqar ona qarşı zorakılıq etdiyi gün, o, qaçmaq istəmişdir. O, Zülfüqarın ona zorakılıq etməsinə maneə ola bilməmiş, gücü çatmamışdır. Hadisə zamanı uşaq baxçada olmuşdur. Zülfüqar onunla zorla bir dəfə qeyri təbii yolla cinsi əlaqə olmuş və bundan sonra o qaçmış, bu barədə polisə şikayət etmişdir. O xəsarət olaraq göyərmələrin olduğunu bildirmişdir. Zülfüqar hadisə günü onu bıçaq ilə hədələmiş və zorla qeyri təbii yola cinsi əlaqədə olmuşdur. O, qorxduğu üçün hadisə günü gedib polisə şikayət edə bilməmiş, üzərindən 5 gün keçdikdən sonra polisə bu barədə şikayət etmişdir. O, Zülfüqarın yanından qaçdıqdan sonra 5 gün ərzində dayısı qızının yanında qalmışdır. O, qaçdıqdan sonra Zülfüqar Elnurun ailəsinə onun tapılması ilə əlaqədar təzyiqlər göstərmişdir. Onun Zülfüqardan şikayət etməsinin iki səbəbi olmuşdur, Zülfüqar tərəfindən zorakılığa məruz qalmış və Zülfüqar Elnurunda ailəsinə təzyiq göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Zülfüqar ilə birlikdə bazarda işləmiş və tanışlıqları oradan yaranmışdır. O, Zülfüqarın özünə çox köməklik və yaxşılıq etmişdir. Zülfüqar ona evdə tək yaşadığını bildirmiş və yanında bir qadının yaşamasını istəmişdir. O isə Zülfaqara yoldaşının bir qohumu olduğunu və ərindən ayırldığını demişdir. O, Zülfüqara Şəlalə ilə ailə qurub yaşamasını məsləhət görmüşdür. Zülfüqar ilə Şəlaləni o tanış etmişdir. “Zalatoy manqal” adlanan kafedə birlikdə oturub çörək yemişlər. O bu söhbətləri sonradan eşitmiş və polis tərəfindən çağırılmışdır. O, polis əməkdaşlarına məsələ ilə bağlı məlumatının olmadığını demişdir. O, Zülfüqar ilə Şəlalənin arasında normal münasibətin olduğunu, birlikdə onun oğlunun ad gününə gəlib iştirak etdiklərini də bildirmişdir. O, Şəlalədən niyə belə bir hadisə olduğunu soruşanda Şəlalə ona cavab verməmişdir. Şəlalə polisdə danışmışdır. O, Zülfüqardan heç bir pislik görməmiş, Zülfüqar ilə Şəlalənin arasında olan münasibəti də bilməmişdir. O, Şəlalə ilə qohum olsa da onu az müddət ərzində tanımışdır. Zülfüqar Şəlaləyə onu ortada qoymayacağını Şəlaləyə həmişə köməklik edəcəyini demişdir. O, polis idarəsinə getdikdən sonra şikayətin nəyə görə olduğunu bilmişdir. O, Zülfüqar ilə Şəlalənin arasında heç bir narazılıq hiss etməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 yanvar 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər prokurorluğuna müraciət edilmiş, lakin Gəncə şəhər prokurorunun 26 yanvar 2024-cü il tarixli qərarı ilə vəsatət təmin edilməmiş, həmin tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək MSY-dan azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 yanvar 2024-cü il tarixli “üzləşdirmə” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirilmiş və üzləşdirmə zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı xx.xx.20233-cü il tarixdə yaşadığı ünvan 5 ünvanındakı qonaq otağında onunla zorla, iradəsinə zidd qeyri-təbii yolla cinsi əlaqədə olmasını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11 dekabr 2023-cü il tarixli “Hadisə yerinə baxış keçirilməsi” haqqında protokoldan görünür ki. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs iradəsinə zidd qeyri-təbii yolla cinsi əlaqədə olduğu ünvana, ünvan 3 və bu barədə prrotokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 yanvar 2024-cü il tarixli ifadinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlama istintaq hərəkəti keçirilmiş və o, Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olduğu yeri, yəni yaşadığı ünvan 2 ünvanını əyani olaraq göstərmişdir. Bu barədə protokol tərtib edilmiş və şəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 fevral 2024-cü il tarixli “telefona baxış” keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs istifadələrində olan mobil telelfonlara baxış keçirilsə də iş üçün mühüm əhəmiyyət kəsb edəcək hər hansı bir hal aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Məhkəmə-tibb ekspertizasının 11 dekabr 2023-cü il tarixli 1896 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, (doğmuş qadına məxsusdur) pozulma müddəti iki həftədən artıqdır (köhnədir). Zərərçəkmiş şəxs anus dəliyyində aşkar edilən sıyrıq və anal dəlik sfinktorunun boşalması əlamətləri anal dəlik vasitəsi ilə qeyri-təbii yolla cinsi əlaqəni təsdiq edən əlamətlərdir və müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs bədənində - anus dəliyində müyyən edilən sıyrıqdan başqa, sağ sağrı sol qasıq nahiyyələrində qaçırlar kimi xəsarətlər də müyyən edildi. Bu xəsarətlər – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir . İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 mart 2024-cü il tarixli 359 nömrəli rəyindən görünür ki, "Təqsirləndirilən şəxs “bədəni üzərində xəsarət” müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinsiyyət orqanlarında cinsi əlaqəyə mane ola bilən hər hansı bir səbəb-patologiya, deformasiya, çapıq toxuması aşkar edilmədi. Təqsirləndirilən şəxs laborator müayinəsi zamanı QİÇŞ və zöhrəvi xəstəlik müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 04 mart 2024-cü il tarixli 366 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində xəsarət müəyyən edilmədi. Zərərçəkmiş şəxs laborator müayinəsi zamanı QİÇŞ və zöhrəvi xəstəlik müəyyən edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 26 yanvar 2024-cü il tarixli 61 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli AR CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyac yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixoloji ekspertizasının 29 fevral 2024-cü il tarixli 08 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs qeyd edilən hadisə vaxtı və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onun əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir; praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) asan daxil olma. Zərərçəkmiş şəxs hadisə vaxtı qorxmuş və həyəcanlı emosional vəziyyətdə olmuşdur. Bu hal təqsirləndirilən şəxsin ona qarşı törətmiş olduğu əməllərlə bağlı ola bilər. Zərərçəkmiş şəxs hadisə vaxtı fizioloji affaket halında olmamışdır (keçirməmişdir). Zərərçəkmiş şəxs hal-hazırda özündən uydurmağa meyillilik müşahidə olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixoloji ekspertizasının 29 fevral 2024-cü il tarixli 09 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən əməli törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkməmişdir. Onun əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir; praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ona şamil edilən əməli törədərkən adi emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ona şamil edilən əməli törədərkən fizioloji affaket halında olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il tarixli tələbnamədən, eləcə də Qaradağ rayon xalq məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1977-ci il tarixdə Kirovabad şəhər xalq məhkəməsinin hökmünə əsasən xx.xx.2000-ci il tarixədək tarixədək qüvvədə olmuş Azərbaycan SSR CM-nin 207-ci maddəsinin 3-cü hissəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.1980-ci il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.1982-ci il tarixdə Kəpəz rayon xal məhkəməsinin hökmünə əsasən xx.xx.2000-ci il tarixədək tarixədək qüvvədə olmuş Azərbaycan SSR CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsinə əsasən 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və xx.xx.1984- cü il tarixdə cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmuş, xx.xx.1985-ci il tarixdə Kirovabad şəhər Kəpəz rayon xalq məhkəməsinin hökmünə əsasən xx.xx.2000-ci il tarixədək qüvvədə olmuş Azərbaycan SSR CM-nin 106-cı maddəsinin 1-ci və 3-cü hissələri, 38, 39-cu maddələrinə əsasən 01 (bir) il 5(beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1987-ci il tarixdə Kəpəz rayon xalq məhkəməsinin hökmünə əsasən xx.xx.2000-ci il tarixədək tarixədək qüvvədə olmuş Azərbaycan SSR CM-nin 106-cı maddəsinin 1-ci hissəsinə, 143-cü maddəsinin 2-ci hissəsinə, 38-ci maddəsinə əsasən əmlakı müsadirə olunmaqla 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1990-cı il tarixdə Kəpəz rayon xalq məhkəməsinin hökmünə əsasən xx.xx.2000-ci il tarixədək tarixədək qüvvədə olmuş Azərbaycan SSR CM-nin 143-cü maddəsinin 2-ci hissəsi, 207-ci maddəsinin 2-ci hissəsi, 38-ci maddəsinə əsasən 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.1992-ci il tarixdə Astarxan şəhəri Lenin rayon xalq məhkəməsinin hökmünə asasən RSFSR CM-nin 108-ci maddəsinin 1-ci hissəsi, 40-cı maddəsinə əsasən 05 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Azərbaycan Respublikasının xx.xx.1992-ci il tarixli amnistiya qərarına əsasən cəzası 1/3 həddə azaldılmış, xx.xx.1994-cü il tarixdə Goranboy rayon xalq məhkəməsinin hökmünə əsasən xx.xx.2000-ci il tarixədək tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası CM-nin 185-ci maddəsinin 1-ci hissəsi, 106-cı maddəsinin 1-ci hissəsi, 143-cü maddəsinin 4-cü hissəsi, 38, 39-cu maddələrinə asan 08 (səkkiz) il 08 (səkkiz) ay 7(yeddi) gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və Qaradağ rayon xalq məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarı ilə əməli Azərbaycan Respublikası CM-nin 304.1, 128.1-ci maddələrinə tövsif edilərək cəzası 02 (iki) il 08 (səkkiz) ay 7 (yeddi) gün müddətinə qədər azaldılmış və cəzasını çəkib qurtardığı üçün cəzadan azad edilmiş, Gəncə şəhər Kəpəz rayon məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 221.3, 234.1 və 150.1-ci maddələri ilə təqsirli bilinib 06 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, həmin məhkəmənin xx.xx.2007-ci il tarixli hökmü ilə CM-nin 127.1 və 134-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlıqdan məhrum edilmiş, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4, 186.2.2, 132, 145.2.1, 145.2.5, 145.2.6, 149.2.4, 134, 29,120.2.3, 29, 120.2.4, 29,120.2.6-cı maddələri ilə təqsirli bilinib 15 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı şəhər Nizami rayon məhkəməsinin xx.xx.2010-cu il tarixli qərarı ilə CM-nin 186.2.2-ci maddəsi hökümdən xaric edilməklə 14 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, həmin məhkəmənin xx.xx.2012ci il tarixli qərarı ilə cəzası 14 il 11 ay müddətinə endirilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmiş və məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserindən alınmış 02 fevral 2024-cü il tarixli 55 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserə xx.xx.1981-ci il tarixdə 01 dəfə müraciət etmiş, qeydiyyat kitabında adı qeyd olunmuş, ambulator kartası yoxdur, sonradan heç bir müraciət olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserindən alınmış xx.xx.2024-cü il tarixli 438 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Narkoloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs Gəncə şəhər BPİ-yə ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam olaraq ödədiyi üçün ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı, eləcə də ibtidai istintaqın yekun mərhələsində verdiyi ifadəsində Zərərçəkmiş şəxs ilə könüllü şəkildə cinsi əlaqədə olduğunu bildirməsi barədə ifadəsinə işin faktiki hallarına uyğun olmadığından, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ifadənin yerində yoxlanması və üzləşdirmə protokolları, ekspertiza rəyləri ilə təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirb inandırıcı hesab etmir. Beləliklə də məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə zor tətbiq etmə hədəsi ilə onunla qeyri-təbii yolla cinsi əlaqədə olması tam sübuta yetirilmişdir. Belə ki, o, 04 dekabr 2023-cü il tarixdə, saat təxminən 14:00 radələrində ünvan 5 ünvanında qısa müddət ərzində qeyri-rəsmi ər-arvad münasibətində olduğu Zərərçəkmiş şəxs ilə sonuncunun iradəsi əleyhinə qeyri-təbii yolla cinsi əlaqədə olub cinsi ehtirasını təmin etmək məqsədilə mənzilin qonaq otağında əlləri ilə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyyələrinə vuraraq ona sağ sağrı, sol qasıq nahiyyələrində qançırlarla müşayiət edilən dərəcəsi təyin edilməyən xəsarətlər yetirib zor tətbiq etməklə otaqda yerləşən divanın üzərində sonuncunu üzü üstə uzadıb əynindəki paltarları soyundurduqdan sonra gərilmiş cinsiyyət orqanını Zərərçəkmiş şəxs arxa keçəcək dəliyinə yeritmiş, anus dəliyində sıyrıq və anal dəlik sfinktorunun boşalması əlamətləri ilə nəticələnən anal dəlik vasitəsilə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli zorakılıq hərəkətləri etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsif məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə tövsif edilməli və o həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə bu nəticəyə gələrkən «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003cü il tarixli 04 saylı qərarının 1-ci bəndinin izahını da nəzərə alır. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etsinlər. Cinayət Qanunun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərəçəkmiş şəxslə barişmasını CM-nin 59.1.12-ci maddəsinə əsasən, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayətin xüsusi təhlükəli residivi olması Azərbaycan Respublikasının CM-in 61.1.1-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran haldır. Məhkəmə kollegiyasiyası həmçinin təqsirləndirlən şəxsin əvvəllər xüsusilə ağır cinayətdə məhkum olunmasına baxmayaraq, yendən xüsusilə ağır cinayət törətməsini və islah yoluna qədəm qoymamasını qeyd edir. Azərbaycan Respublikasının CM-nın 18.3.3-cü maddəsinə əsasən, qəsdən ağır və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən xüsusilə ağır cinayət törədilməsi cinayətin xüsusilə təhlükəli residivini yaradır. Məcəllənin 83.3.5-ci maddəsinə əsasən, xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən 8 il keçdikdə ödənilməsi nəzərdə tutulduğundan, Təqsirləndirilən şəxs əvvələr məhkumuluğunun ödənilməsi üçün qanunda nəzərədə müddət keçmədən yendən qəsdən xüsusilə ağır cinayət törətməsi, cinayətin xüsüsilə təhlükəli residivini yaradır.Məhəkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs cinayətin xüsüsilə təhlükəli residivi nəzərə alınmaqla cəza təfin olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsinin sanksiyasının yuxarı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədələrinə nail olmaq olar. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə - xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxs ona təyin olunan cəzanın bir hissəsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməldir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 26 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 150.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 150.1-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 25 yanvar 2024-cü il tarixdən 26 yanvar 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 05 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-232/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-232/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver