Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-233/2020 29.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Məhkəməsinin sədri Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X9, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2, X7, Müdafiəçi3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1972-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Şəmkir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu götürülməmiş və ödənilməmiş, ünvan 1 qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə, xx.xx.1980-ci ildə Şəmkir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri Ə.Cavad küçəsi ev 10-da qeydiyyatda olmaqla, Şəmkir şəhəri Nizami küçəsi ev 62-də yaşayan, barəsində “başqa yerə getmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə təqsirləndirilməsinə, xx.xx.1980-ci ildə Şəmkir rayonu Şiştəpə kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində üç yetkinlik yaşına çatmayan uşağı olan, fərdi əməklə məşğul olan,Şəmkir rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəmkir rayon məkəməsinin xx.xx.2020-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilməmiş və götürülməmiş, Şəmkir rayonu Şiştəpə kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, xx.xx.2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs1 xx xxx 2020-ci il tarixdə, saat 12 radələrində tanışı Təqsirləndirilən şəxs3 33 manat pul ödəyərək bir ədəd sellofana bükülmüş 0.478 qram çəkidə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və ünvan 3 nömrəli ünvanda yerləşən yaşadığı evə daşımış, həmin tarixdə saat 15 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Şəmkir şəhəri Natəvan küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarın sağ cibindən bir ədəd sellofan bükümdə, Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ saylı qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixatrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş təmiz çəkisi 0.478 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 xx xxx 2020-ci il tarixdə, saat 11 radələrində tanışı Təqsirləndirilən şəxs3 evin qarşısında 135 manat pul ödəyərək iki ədəd sellofana bükülmüş 1.164 qram çəkidə satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış və ünvan 4 nömrəli ünvanda yerləşən yaşadığı evə daşımış, həmin tarixdə saat 16 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı Şəmkir şəhəri Nizami küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki qara rəngli şalvarın sağ cibindən iki ədəd sellofan bükümdə Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” və “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” ilə müəyyən edilmiş təmiz çəkiləri 0.467 qram və 0.697 qram, ümumi təmiz çəkisi 1.164 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs3 satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə etmək niyyəti ilə xx xxx 2020-ci il tarixdə İmişli rayonuna gedərək 280 manat pul ödəməklə narkotik vasitə olan külli miqdarda heroini qanunsuz əldə edib üzərində saxlamaqla Şəmkir rayonunun Şiştəpə kəndində yerləşən evinə daşımış, xx xxx 2020-ci il tarixdə, saat 11 radələrində yaşadığı evin qarşısında iki bükümdə hər biri 0.467 qram və 0.697 qram olmaqla cəmi 1.164 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq qazanc əldə etmək məqsədilə Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 135 manata, həmin tarixdə saat 12 radələrində isə bir bükümdə 0.478 qram çəkidə narkotik vasitə olan heroini qanunsuz olaraq qazanc əldə etmək məqsədilə Şəmkir rayonu Şiştəpə kəndində yaşadığı evin qarşısında Təqsirləndirilən şəxs1 33 manata satmışdır. Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx xxx 2020-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs3 Şəmkir şəhəri 20 yanvar küçəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinə dəvət olunub üzərinə şəxsi axtarış aparılan zaman onun əynindəki cins şalvarın sağ ön cibindən şəffaf sellofana bükülmüş vəziyyətdə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satmış olduğu narkotik vasitə olan kustar üsulla hazırlanmış heroin ilə eyni xassəli və eyni tərkibli olmaqla təmiz çəkisi 4.809 qram olan Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin İ siyahısı” və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə İ siyahısı” ilə müəyyən edilmiş kustar üsulla hazırlanmış narkotik vasitə olan külli miqdarda heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxslərin qeyd olunan cinayət əməlini törətmələri onların özlərinin etiraf ifadələri ilə yanaşı iş üzrə dindirilmiş şahidlərin ifadələri, ekspertiza rəyləri, habelə sübut xarakterli sair iş materialları ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 20 il olar ki, narkotik vasitə istifadəçisidir. 2018-ci ildə narkotik vasitə saxlamağa və narkotik tərkibli bitkilər əkməsinə görə məhkum olunmuş, 2019-cu ilin iyun ayında həbsdən azad olunmuşdur. xx.xx.2020-ci il tarixdə narkotik vasitə qəbul etmək istədiyi üçün əvvəlcədən tanıdığı, narkotik vasitə satışı ilə məşğul olan Şəmkir rayonu Şiştəpə kənd sakini “Dovşan” ləqəbi ilə tanıdığı Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***- ***-**-** saylı mobil nömrəsinə ***-***-**-** mobil nömrəsi ilə zəng edərək Ramizdən narkotik vasitə istəmiş, sonuncu onunla razılaşmış və narkotik vasitəni alması üçün Şəmkir rayon Şiştəpə kəndinə evinin yaxınlığına gəlməsini demişdir. O, Ramizin yaşadığı Şiştəpə kəndinə getmiş və 33 manat qarşılığında bir ədəd sellofana bükülmüş vəziyyətdə, şərti adı “kokos” olan narkotik vasitə hesab edilən heroini Ramizdən alıb oradan uzaqlaşmışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Şəmkir şəhəri Natəvan küçəsi ilə yaşadığı ev istiqamətinə gedərəkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Şəmkir RPŞ-nə dəvət etmişlər. Şəmkir RPŞ-də onun üzərinə şəxsi axtarış keçirlilən zaman bir ədəd sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmiş, təqdim etdiyi narkotik vasitə elektron tərəzi ilə çəkildikdə çəkisi təqribən 0.88 qram olmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Şifahi sorğu zamanı o, narkotik vasitəni Şəmkir rayonu Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs3 özü istifadə etmək üçün aldığını, eyni zamanda əvvəllər də bir neçə dəfə Ramizdən narkotik vasitə olan heroin aldığını və hazırda törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 5-6 aydır şərti adı “kokos” olan narkotik vasitə hesab edilən heroini qəbul edir. xx.xx.2020-ci il tarixdə narkotik vasitə qəbul etmək istədiyi üçün əvvəlcədən tandığı, narkotik vasitə satışı ilə məşğul olan Şəmkir rayonu Şiştəpə kənd sakini Təqsirləndirilən şəxs3 istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** mobil nömrəsi ilə zəng edərək Ramizdən narkotik vasitə istəmiş, Ramiz onunla razılşmış və narkotik vasitəni almaq üçün Şəmkir rayon Şiştəpə kəndinə yaşadığı evin yaxınlığına dəvət etmişdir. O, Ramizin yaşadığı Şiştəpə kəndinə getmiş və 135 manat qarşılığında iki ədəd sellofana bükülmüş vəziyyətdə olan narkotik vasitə heroini Ramizdən alıb oradan uzaqlaşmışdır. Həmin gün aldığı narkotik vasitədən bir qədərini istifadə etmişdir. xx.xx.2020-ci il tarixdə saat 16 radələrində Şəmkir şəhəri Nizami küçəsi ilə yaşadığı evə gedərəkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onu Şəmkir RPŞ-nə dəvət etmişlər. Şəmkir RPŞ-də onun üzərinə şəxsi axtarış keçirlilən zaman iki ədəd sellofana bükülmüş narkotik vasitə heroini təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitə elektron tərəzi ilə çəkilmiş, həmin narkotik vasitələrin çəkisi ayrı-ayrılıqda təqribən 1.20 qram və 0.94 qram olmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə bir ədəd zərfdə qablaşdırılaraq möhürlənib götürülmüşdür. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, əvvəllər də bir neçə dəfə Ramizdən özü qəbul etmək üçün narkotik vasitə almış, həbs olunduqdan sonra Ramizin Təqsirləndirilən şəxs1 da narkotik vasitə satdığını bilmişdir. Hazırda törətdiyi əməldən peşmandır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər dəfələrlə oğurluq etdiyinə görə məhkumluq həyatı yaşamış və təxminən 20 il olar ki, narkotik vasitələrdən istifadə edir. QİÇS (İmmun Çatışmamazlığı) xəstəliyinə tutulmuş və İİ qrup əlildir. İmişli rayon sakini olan şəxsin narkotik vasitə satdığını bildiyindən həmin şəxslə münasibət yaratmış, məqsədi isə həmin şəxsdən narkotik vasitə alaraq narkotikə olan tələbatını ödəmək olmuş və bu səbəbdən də mütəmadi olaraq narkotik vasitə qəbul etmişdir. Narkotik vasitə lazım olduğu zaman, həmin İmişli rayon sakini ilə xatırlamadığı mobil nömrələr ilə əlaqə saxlayaraq, sonuncuya narkotik vasitə lazım olduğunu bildirmiş və razılaşaraq İmişli rayonuna gedib narkotik vasitə almışdır. xx.xx.2020ci il tarixdə İmişli rayonuna gedərək 280 manat qarşılığında bir bükümdə olan 8 qram narkotik vasitə heroini özü istifadə etmək üçün almışdır. xx.xx.2020-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ona zəng edərək narkotik vasitə istədiklərini bildirmişlər. O, yaşadığı evin qarşısında Möhsünə təxminən iki qram narkotik vasitə olan heroin vermiş, Möhsündə ona bunun müqablində 135 manat pul vermişdir. Möhsün getdikdən təxminən bir saat sonra Zakirdə onun evinin qarşısına gəlmiş və o, Zakirə 33 manat müqabilində təxminən 0.5 qram çəkidə bir bükümdə narkotik vasitə vermişdir. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Şəmkir şəhəri 20 yanvar küçəsində olarkən polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək, ona X5 dövriyyəsində məşğul olmaqda şübhəli olduğunu bildirərək onu Şəmkir RPŞ-nə dəvət etmişlər. Şəmkir RPŞ-də üzərinə axtarış aparılmış və üzərindən bir bükümdə olan narkotik vasitə heroin aşkar olunmuşdur. Həmin narkotik vasitə ona məxsusdur, lakin üstündən aşkar olunan 4,6 qram narkotik vasitə ona məxsus deyil. O, həmin heroinin hansı şəkildə cibinə qoyulmasından məlumatsız olmuşdur. Təqsirləndirilən şəxs3 ifadəsində həmçinin göstərmişdir ki, əvvəllərdə bir dəfə İmişli rayonundan olan, adını xatırlamadığı şəxsdən narkotik vasitə alaraq özü qəbul etmiş, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 başqa heç kəsə narkotik vasitə satmamış, üzərindən aşkar olunmuş narkotik vasitə ona məxsus deyil. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanına verdiyi ifadəsinin məhkəməyə verfiyi ifadəsi ilə ziddiyət təşkil etdiyi hissəsi elan edilmiş, Təqsirləndirilən şəxs3 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, ondan üzərində olan narkotik vasitələri təqdim edilməsi təklif olunduqda o, üzərində saxladığı bir bükümdə olan narkotik vasitəni polis əməkdaşalrına təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkildikdə 4.6 qram olmuşdur. Üzərindən aşkar olunmuş narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Həmin vaxt o, üzərindən aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və İmişli rayon sakinindən aldığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şəmkir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin rəisi, polis kapitanı Şahid1 ifadəsində göstərmişdir ki, o, RPŞ-nin Cinayət Axtarış bölməsinin rəisi vəzifəsində işləyir. xx xxx 2020-ci il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında şöbə rəhbərliyinin göstərişi ilə saat 15 radələrində Şəmkir RPŞ-nin əməkdaşları Şahid2 və Şahid5 ilə birlikdə, narkotik vasitələr saxlamaqda şübhəli olduğundan, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs1, Şəmkir şəhəri Natəvan küçəsində yaşadığı evin yaxınlığında saxlamışlar və Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs1 heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Şəmkir rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs1 bir ədəd şəffaf sellofan bükümdə sarımtıl rəngli heroinə bənzər kütlə təqdim edərək həmin kütlənin narkotik vasitə olduğunu bildirmiş, aşkar olunmuş heroinə bənzər kütlə elektron tərəzidə çəkildikdə çəkisi təqribən 0.88 qram olmuşdur. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni Şəmkir rayonu Şiştəpə kənd sakini Ramiz adlı şəxsdən 33 manata aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Həmin gün saat 17 radələrində Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2 üzərində narkotik vasitə saxlaması barədə daxil olmuş məlumat əsasında, şöbə rəhbərliyinin göstərişi ilə Şəmkir RPŞ-nin əməkdaşları baş əməliyyat müvəkkili Şahid3 və Həbibli Ömər Anar oğlu ilə birlikdə, narkotik vasitələr saxlamaqda şübhəli olduğundan, Şəmkir şəhər sakini Təqsirləndirilən şəxs2, yaşadığı Şəmkir şəhəri Nizami küçəsində Təhsil Şöbəsinin yaxınlığında saxlamışlar və Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs2 heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Şəmkir rayon polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs2 əynində olan cins şalvarın sağ yan cibindən iki ədəd şəffaf sellofan bükümdə sarımtıl rəngli heroinə bənzər kütləni təqdim edərək həmin kütlənin narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 həmin narkotik vasitəni saxlanmazdan təxminən bir-neçə saat öncə Şəmkir rayonu Şiştəpə kənd sakini Ramiz adlı şəxsdən 135 manata aldığını və özü istifadə etmək üçün saxladığını bildirmişdir. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitəni satan şəxsin Şəmkir rayonu Şiştəpə kəndində yaşayan Təqsirləndirilən şəxs3 olması müəyyən edilmiş və bundan sonra xx xxx 2020-ci il tarixdə yaradılmış əməliyyat qrupu ilə birlikdə Əliyev X12 şəhəri 20 yanvar küçəsində saxlanılaraq polis şöbəsinə dəvət edilmiş, sonuncu heç bir etiraz etmədən onlarla birlikdə Şəmkir rayon polis şöbəsinə gəlmişdir. Şəmkir rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış zamanı sonuncuya üzərində olan qanunsuz əşyaları təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın cibindən bir büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində sarımtıl rəngli maddə olması müəyyən olunmuş, sonuncu həmin maddənin narkotik vasitə olduğunu bildirmişdir. Sifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 üç gün əvvəl İmişli rayonundan olan adını xatırlamadığı şəxsdən 8 qram narkotik vasitəni 280 manata aldığını, həmin narkotik vasitədən yarım qramını Təqsirləndirilən şəxs1, təxminən iki qramını isə Təqsirləndirilən şəxs2 satdığını, bir qədərini isə özü istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid5, Şahid3 və Həbibli Ömər Anar oğlu da Şahid1lə eyni məzmunlu ifadələr verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 Şahid1lə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı göstərdiklərini təsdiq etmiş, lakin Təqsirləndirilən şəxs3 aşkar edilmiş narkotik vasitəni onun üzərindən deyil, evinin zirzəminin içərisindəki dolabdan aşkar etdiklərini bildirmişidir. Bu səbəbdən cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsinin məhkəməyə verfiyi ifadəsi ilə ziddiyət təşkil etdiyi hissəsi elan edilmiş və sözügedən ziddiyətə cavab olaraq Şahid2 bildirdi ki, polis əməkdaşıdır və başqa cinayət işləri ilə bağlı da əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsində iştirak etdiyi üçün fikrində müəyyən qarışıqlıq ola bilər. Şəmkir rayon polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs3 əynində olan qara rəngli cins şalvarın cibindən bir büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açıldıqda içərisində sarımtıl rəngli maddə olması müəyyən olunmuş, sonuncu həmin maddənin narkotik vasitə olduğunu bildirmişdir. Sifahi sorğu zamanı Təqsirləndirilən şəxs3 üç gün əvvəl İmişli rayonundan 8 qram narkotik vasitəni 280 manata aldığını, həmin narkotik vasitədən yarım qramını Təqsirləndirilən şəxs1, təxminən iki qramını isə Təqsirləndirilən şəxs2 satdığını, bir qədərini isə özü istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Saleh qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs3 onun əridir və birgə nigahlarından üç övladları var. X6 həbs olunaraq bir neçə il həbsdə olmuşdur. Rusiya Fedarasiyasından deportasiya olunub qayıdıb gəldikdən sonra Ramizin aktiv olaraq narkotik vasitələr qəbul etməsi, sonuncu Rusiya Fedarasiyasında olduğu zaman QİÇS (İmmun Çatışmamazlığı) xəstəliyinə tutulması ona məlum olmuşdur. Ramiz həmin vaxtdan sonra bir neçə dəfə oğurluq cinayəti etdiyinə görə həbs olunmuşdur. Sonuncu dəfə Ramiz 2017-ci ildə həbs olunaraq iki il azadlıqdan məhrum edilmiş və 2019-cu ildə həbsdən azad olunmuşdur. xx xxx 2020-ci il tarixdə Ramiz evə bazarlıq etmək üçün Şəmkir şəhərinə getmişdir. Evdən çıxdıqdan bir müddət sonra Ramiz gecikdiyindən o, Ramizin mobil nömrəsinə zəng edərək harada olmasını maraqlanmaq istəmiş, lakin Ramizin mobil telefonuna zəng çatmamışdır. Sonradan eşitmişdir ki, Ramizin üzərindən narkotik vasitə aşkar edilmiş və o, Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən həbs olunmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir RPŞ-nin xx xxx 2020-ci il tarixli raportlardan görünür ki, Şəmkir şəhəri Natəvan küçəsi ev 53-də yaşayan Təqsirləndirilən şəxs1 və Şəmkir şəhəri Ə.Cavad küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qəbulu ilə məşğul olmaları və saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir RPŞ-nin xx xxx 2020-ci il tarixli raportdan görünür ki,Şəmkir şəhəri Nizami küçəsi ev 62-də qeydiyyatda olan Təqsirləndirilən şəxs2 Şəmkir şəhəri Nizami küçəsində saxlanılaraq Şəmkir RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılarkən qara rəngli şalvarının cibindən iki ədəd sellofan bükülmüş çəkiləri 0,94 qram və 1,20 qram olan bükümlər aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni Şəmkir rayonu Şiştəpə kənd sakini Ramiz adlı “Dovşan” ləqəbli tanıdığı şəxsdən 130 manat qarşılığında aldığını bildirmişdir. Məhkəmədə tədqiq edilən Şəmkir RPŞ-nin xx xxx 2020-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman onun üzərindən bir ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 4,809 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Keçirilmiş əməliyyat istintaq tədbirləri nəticəsində Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini xx xxx 2020-ci il tarixdə İmişli rayon sakini X1 müəyyən olunmuşdur. X2 barəsində Şəmkir RPŞ-nin CAB-də 800323 nömrəli axtarış işi açılmışdır. Məhkəmədə tədqiq edilən Şəmkir RPŞ-nin “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəmkir şəhəri Natəvan küçəsi ev 53də yaşayan Təqsirləndirilən şəxs1 X5 dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələrin əldə etdiyi mənbəni müəyyənləşdirməsinə dair qərar qəbul olunmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir RPŞ-nin “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2020-ci il tarixli qərardan görünür ki, Şəmkir şəhəri Ə.Cavad küçəsi ev 10-da yaşayan Təqsirləndirilən şəxs2 X5 dövriyyəsi ilə məşğul olduğu yerləri və narkotik vasitələrin əldə etdiyi mənbəni müəyyənləşdirməsinə dair qərar qəbul olunmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 5(076)- 54/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 cinayət əməllərini ifşa etmək məqsədilə onun barəsində əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair Şəmkir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru X8 xx.xx.2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Məhkəmədə tədqiq edilən xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokollardan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs1 üzərindəki ağ-qara rəngli idman gödəkcəsinin sol yan cibindən selofana bükülmüş sarımtıl rəngli heroinə bənzər kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs2 üzərindəki qara rəngli şalvarının cibində olan iki ədəd sellafona bükülmüş narkotik vasitə kokosaşkar olunmuşdur. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. Məhkəmədə tədqiq edilən xx xxx 2020-ci il tarixli şəxsi axtarış və götürmə haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, baxış zamanı Təqsirləndirilən şəxs3 üzərində olan bir bükümdə olan narkotik vasitəni polis əməkdaşalrına təqdim etdi.Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. Məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Şəmkir rayonu Məhkəməsinin xx xxxx 2020-ci il tarixli “yaşayış sahəsində axtarış və götürmə istintaq hərəkətinin aparılması haqqında qərara əsasən Təqsirləndirilən şəxs3 yaşadığı Şəmkir rayonu Şiştəpə kəndində yerləşən ünvanında tərəfimdən axtarış və götürmə aparılmış, lakin iş üzrə əhəmiyyət kəsb edən hər hansı maddi sübut aşkar edilməmişdir. Bu barədə protokol tərtib olunmuş, fotoşəkillər çəkilməklə iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli sənədə və diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azercell Telecom MMC-dən xx xxxx 2020-ci il tarixli məktubla daxil olmuş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs3 istifadəsində olan 050.992-24-92 nömrəsindən Təqsirləndirilən şəxs1 istifadəsində olan 050.700-53-93 mbil nömrəsi, Təqsirləndirilən şəxs2 istifadəsində olan 050.635-48-24 mobil nömrəsi və X2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə mütəmadi olaraq telefon danışıqlarının aparıldığı müəyyən olunmuşdur. Baxışın nəticəsi barədə protokol tərtib olunaraq iş materiallarına əlavə edilmişdir. Məhkəmədə tədqiq edilən xx xxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 135 manat müqabilində özü qəbul etmək üçün iki bükümdə narkotik vasitə olan heroin aldığını onun üzünə qarşı bildirmişdir. Bu barədə protokol tərtib edillərək iş materiallarına əlavə olunmuşdur. Məhkəmədə tədqiq edilən xx xxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə dindirmə istintaq hərəkəti keçirmişdir. İstintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiklərini bir daha təsdiq edərək xx xxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 35 manat müqabilində özü qəbul etmək üçün bir bükümdə narkotik vasitə olan heroin aldığını onun üzünə qarşı bildirmişdir. Bu barədə protokol tərtib edillərək iş materiallarına əlavə olunmuşdur. Məhkəmədə tədqiq edilən Materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli 16/355 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şüb. Şəxs Təqsirləndirilən şəxs1 təqdim etdiyi narkotik vasitə kütlə...” sözlər və imzalar olan kağız paketdəki, bir ədəd polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 0.478 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmədə tədqiq edilən Materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli 16/356 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs2 təqdim etdiyi narkotik vasitəyə bənzər kütlələr...” sözlər və imzalar olan kağız paketdəki, 2(iki) ədəd polietilen kəsiyinə bükülmüş ayrı ayrılıqda təmiz çəkiləri 0.467 qram, 0.697 qram, ümumi təmiz çəkisi 1.164 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Məhkəmədə tədqiq edilən Materialların məhkəmə ekspertizasının xx xxx 2020-ci il tarixli 16/358 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs3 təqdim etdiyi...” sözləri yazılmış kağız paketdəki, 1(bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4.809 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üç ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 663 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müəlicə edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülü Məhkəmədə tədqiq edilən məhkəmə-narkoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 677 saylı və 678 saylı rəylərdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkirlər. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacları vardır. Narkoloji kabinetdə qeydiyyata alınmaları məsləhət görülür. Məhkəmədə tədqiq edilən ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2020-ci il tarixli 381 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs3 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar olunmur. Məhkəmədə tədqiq edilən Şəmkir Rayon Konsultativ Poliklinikasının xx xxx 2020-ci il tarixli 187, 188 və 189 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Konsultativ Poliklinikasının nakoloji kabinetində heroin narkomaniyası diaqnozu ilə qeydiyyatda dayanır, psixiatrik kabinetdə isə qeydiyyatda dayanmır. Təqsirləndirilən şəxs2 narkoloji və psixiatrik kabinetlərində qeydiyyatda dayanmır. Təqsirləndirilən şəxs3 narkoloji kabinetində həşiş narkomaniyası diaqnozu ilə qeydiyyatda dayanır, psixiatrik kabinetində isə qeydiyyatda dayanmır. Məhkəmədə tədqiq edilən Şəmkir şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir şəhəri Natəvan küçəsi ev 53-də yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən Şəmkir rayon Şiştəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Əliyev X12 rayon Şiştəpə kəndində yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 üç yetkinlik yaşına çatmayan uşaqları vardır. Məhkəmədə tədqiq edilən şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 iki azyaşlı uşaqları vardır. Məhkəmədə tədqiq edilən Əmək və X15 Nazirliyinin xx.xx.2008-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 ikinci qrup əlildir. Məhkəmədə tədqiq edilən Şəmkir şəhər mənzil istismar kontorunun xx.xx.2020-ci il tarixli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Şəmkir şəhəri Nizami küçəsi ev 62-də yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmədə tədqiq edilən xx xxx 2020-ci il tarixli şübhəli şəxsi tutma protokollarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşlar. Məhkəmədə tədqiq edilən xx xxx 2020-ci il tarixli “təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi və MSY-dən azad olunması haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və onlar MSY-dən azad olunmuşlar. Məhkəmədə tədqiq edilən xx xxx 2020-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Məhkəmədə tədqiq edilən Şəmkir rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(076)- 62/2020 saylı qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxx 2020-ci il tarixdən hesablanmışdır. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tələbnaməsindən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmlərinin surətindən, görünür ki, Əliyev X13 Hərbi Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 333.2-ci maddəsi ilə təqsirli bilinib, N ay intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmişdiTəqsirləndirilən şəxs3 X12 Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin məhkum edilmiş, xx.xx.2008-ci il tarixdə Bakı şəhəri Qaradağ Rayon Xalq Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə, 06 ay 18 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Əliyev X12 Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. Əliyev X12 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tələbnaməsindən və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs1 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə, 01 ay 5 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X3 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs3 məhkəmə istintaqında vermiş olduğu ifadəsində üzərindən aşkar olunan narkotik vasitənin ona məxsus olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər və qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının xx xxxx 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2011-ci il tarixli 02 nömrəli Qərarının 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satnmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamaları bükülməsi və işin halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslərin şəxsiyyətini, törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onların törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunmaları və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlindən səmimi peşman olmalarını, yaşayış yeri üzrə müsbət xarakterizə olmalarını, Təqsirləndirilən şəxs1 himayəsində iki azyaşlı uşaqlarının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzalarını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran halın olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs3 törətdiyi cinayət əməlindən səmimi peşman olmasını, ikinci qrup əlil olamasını, himayəsində üç yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Məhkəmə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivinin olmasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onların cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, cinayət işinin materiallarında olan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin məhkum edilmiş, xx.xx.2019-cu ildə cəzasının sonu ilə azad olunmuş, həmçinin Əliyev X12 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir və həbsdədir. Cinayət işinin materiallarında olan Şəmkir rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilinib 01 il 01 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə Salyan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə, 01 ay 5 gün vaxtından əvvəl şərti azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs3 cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin ediləcək cəzaya qismən və ya tam birləşdirilməlidir. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmalarına baxmayaraq, məhkumluqları qanunamüvafiq qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməli törətmişlər. Bu isə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 əməlində cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin məcəllənin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsləronlara təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzasını çəkməlidirlər. Belə ki, onların islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onların şərti məhkum edilmələrinə əsaslar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs3törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Həmçinin məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onların barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, onlar dərhal məhkəmə zalından həbs edilməli barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını–ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Təqsirləndirilən şəxs3 barəsində olan məhkəmə-narkoloji ekspertizasınınrəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müəlicə edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Digər təqsirləndirlən şəxslər barəsində olan məhkəmə-narkoloji ekspertizasının rəylərindən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkirlər, narkomaniyadan məcburi müalicəyə ehtiyacları var və ərazi narkoloji dispanserində qeydiyyata alınmaları məsləhət görülür. Odur ki, Təqsirləndirilən şəxs3 cəza çəkdiyi müddətdə yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu, ev dustaqlığından və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 02 gün saxlanıldıqdan sonra xx.xx.2020-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Belə olan halda, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək hazırki iş üzrə tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı hökm elan olunduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış iki bükümdə 0.378 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış iki bükümdə 0.964 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4.759 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir.Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət X4 Göstərən İşçi Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də Azercell Telecom” MMC-dən alınmış Təqsirləndirilən şəxs3 mobil telefon danışıqları barədə bir ədəd DVD disk, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk isə cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 97 (doxsan yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Cəzaçəkmənin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs1nа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi nakroloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın. Cəzaçəkmənin başlanğıcı xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəza çəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs2nа Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbi qaydasında narkomaniyadan məcburi müalicə təyin olunsun və о, ərazi nakroloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs3 Şəmkir Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən hazırki hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs3 6 (altı) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edislin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, xx xxx 2020-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 ərazi nakroloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Şəmkir Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış iki bükümdə 0.378 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış iki bükümdə 0.964 qram çəkidə narkotik vasitə olan heroin, Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunaraq götürülmüş və ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 4.759 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin.Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət X4 Göstərən İşçi Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də Azercell Telecom” MMC-dən alınmış Təqsirləndirilən şəxs3 mobil telefon danışıqları barədə bir ədəd DVD disk, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk, Təqsirləndirilən şəxs3 üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk isə cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 97 (doxsan yeddi) manat 20 (iyirmi) qəpik məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada (hər birindən 32 manat 40 qəpik) alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X16 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-233/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-233/2020
29.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver