Məhkəmə qərarları › İş №1(100)-233/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-233/2022

12.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-233/2022 12.12.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4 və müdafiəçilər – “Alyans” Vəkil Bürosunun vəkili Müdafiəçi2, fərdi qaydada fəaliyət göstərən vəkil X8, Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bakı şəhər 22 saylı Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, xx xxxx 1974-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Biləcəri şossesi, döngə 1 ünvanında nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 və xx xxxxxx 1970-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış,ünvan 3 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə küçəsində ünvansız fərdi yaşayış evində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs1 24 dekabr 2012-ci il tarixdə “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin əvvəllərindən qeyd olunan “Xəbər kanalı” səhifəsində Goranboy rayon icra hakimiyyəti başçısının aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini vəzifəsinə işləyən Zərərçəkmiş şəxs2, əvvəllər Su və meliorasiya idarəsinin Goranboy rayon Subartezian quyularının istismarı idarəsinin rəisi işləmiş sonuncunun atası Akif İbrahimov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Kəlbəcər rayon şöbəsində baş əməliyyat müvəkkilli vəzifəsində işləyən qardaşı Xaliq İbrahimov və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında guya həmin vəzifəli şəxslər tərəfindən dövlətə məxsus pul vəsaitlərin mənimsənilməsi, rayon ərazisində torpaq sahələrinin qanunsuz olaraq zəbt edilməsi və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci ilin fevral ayının ortalarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs2 istifadəsində olan ***-***-**-** nömrəli telefonla danışarkən sonuncunun özü, atası Akif İbrahimov və qardaşı Xaliq İbrahimov barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı özlərində başqa rüsvayedici məlumatların olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxs2lə birlikdə bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs2 və qeyriləri barədə yayımladıqları video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü Təqsirləndirilən şəxs2 və özünə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayının 11-də qeyd olunan “Xəbər kanalı” səhifəsində X19 İstismar İdarəsinin Goranboy xidmət sahəsində çilingər vəzifəsində işləyən Zərərçəkmiş şəxs3 özünün, eləcə də qardaşı Goranboy rayonu üzrə maliyyə idarəsinin müdiri İltifat Sadıqov tərəfindən guya dövlətə məxsus pul vəsaitlərinin mənimsənilməsi, rayon ərazisində qanunsuz olaraq torpaq sahələrinin zəbt olunması və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci ilin aprel ayının ortalarında özünə müraciət etmiş Zərərçəkmiş şəxs3 ilə Yevlax şəhərinin ərazisində görüşərək, sonuncunun özü və qardaşı İltifat Sadıqov barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatların da özlərində olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxs2lə birlikdə ona bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs3 və yaxını barədə yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü Təqsirləndirilən şəxs2 və özünə 1.200 (bir min iki yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin aprel ayından etibarən qeyd olunan “Xəbər kanalı” səhifəsində Goranboy rayonu Səfikürd kənd tam orta məktəbin direktoru vəzifəsində işləyən Zərərçəkmiş şəxs4 guya dövlətə məxsus pul vəsaitlərini mənimsəməsi, qanunsuz olaraq şagirdlərdən pul toplaması və digər xarakterli, onu qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci aprel ayının sonlarında özünə müraciət edən Zərərçəkmiş şəxs4 və anası Şahid1 26 aprel 2021-ci il tarixdə Goranboy rayonunun Qızıl Hacılı kəndinin ərazisində görüşdükləri zaman Zərərçəkmiş şəxs4 barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatların da özlərində olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxs2lə birlikdə bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs4 barədə yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə 300 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb edib, Zərərçəkmiş şəxs4 barəsində rüsvayedici məlumatların qeyd edilən internet səhifəsindən tədricən silinməsi və sonradan yeni video çarxların paylaşılmamasına görə Şahid1 vasitəsi ilə Zərərçəkmiş şəxs4 məxsus 300 manat məbləğində pul vəsaitini 26 aprel 2021-ci il tarixdə Qızıl Hacılı kəndində hədə-qorxu ilə almağa nail olduqdan sonra cinayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 2021-ci ilin aprel ayının sonlarında Zərərçəkmiş şəxs4 ilə “WhatsApp” mobil proqramı vasitəsi ilə əlaqə saxlayaraq, eyni məlumatları yenidən hədəqorxu gəlməklə bəyan edib, sonuncu barəsində yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə əlavə olaraq 300 manat məbləğində pul vəsaitinin verilməli olduğu bildirərək hədə-qorxu hərəkətlərini vahid niyyətlə davam etdirməklə, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində Zərərçəkmiş şəxs4 cəmi 600 (altı yüz) manat məbləğində pul vəsaitini vahid niyyətlə təkrarən hədə-qorxu ilə tələb etmişdir. Bundan başqa, o, təkrarən, tamah niyyəti ilə zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etmək məqsədilə “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində 2021-ci ilin fevral ayından etibarən Goranboy rayon icra hakimiyyəti başçısının aparatının Ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında guya həmin vəzifəli şəxslər tərəfindən dövlətə məxsus pul vəsaitlərin mənimsənilməsi və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yaydıqdan sonra, 2021-ci ilin aprel ayının sonlarında “Whatsapp” mobil proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs5la əlaqə saxlayaraq əlində sonuncunun guya icra nümayəndəliklərindən və yerli bələdiyyə orqanlarından pul toplamağı, qanunsuz olaraq torpaq sahəsini müxtəlif şəxslərə istifadəyə verməyi barədə xidməti iş və şəxsi həyatı ilə bağlı başqa rüsvayedici məlumatların olduğunu və həmin məlumatları yayacağını hədə-qorxu gəlməklə bəyan edib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs5 və qeyriləri barədə yayınlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə 1.500 (bir min beş yüz) manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, həmin pul vəsaitini ondan hədə-qorxu ilə tələb etmiş, lakin Zərərçəkmiş şəxs5 həmin pul vəsaitini vermək üçün onunla görüşməməsinə baxmayaraq, cinayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 2021-ci ilin may ayının ortalarında yenidən “Whatsapp” mobil proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs5la əlaqə saxlayaraq eyni məlumatları yenidən hədə-qorxu gəlməklə bəyan edib, sonuncu barəsində yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü özünə cəmi 3.000 (üç min) manat məbləğində pul vəsaitinin verilməli olduğu bildirərək, həmin pul vəsaitini hədə-qorxu ilə ondan təkrarən tələb etmişdir. Bundan başqa, o, təkrarən, “Youtube” internet üzərindən video paylaşım platformasında yaratdığı “Xəbər kanalı” səhifəsində sosial məsələlərlə bağlı qarşılıqlı müzakirə kontekstində birgə çəkiliş apardığı Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs qismində tamah niyyəti ilə zərərçəkmiş haqqında rüsvayedici məlumatlar yayma hədəsi ilə pul vəsaitini tələb etməyə dair aralarında əvvəlcədən əldə olunmuş cinayətkar sövdələşməyə uyğun olaraq 2021-ci ilin əvvəllərindən qeyd olunan “Xəbər kanalı” səhifəsində Goranboy rayon icra hakimiyyətinin başçısının müavini Zərərçəkmiş şəxs1 və icra hakimiyyətinin digər vəzifəli şəxsləri haqqında guya həmin vəzifəli şəxslər tərəfindən dövlətə məxsus pul vəsaitlərin mənimsənilməsi, rayon icra hakimiyyətinin tabeliyində olan səhiyyə orqanlarında guya qanunsuz fəaliyyətlə məşğul olunması və digər xarakterli, dövlət qurumunun vəzifəli şəxslərini qəsdən hörmətdən salan rüsvayedici məlumatları video çarxlar formasında qeyd olunan “Xəbər kanalı” səhifəsində yayıb, həmin video çarxların qeyd edilən səhifədən silinməsinə dair 2021-ci ilin iyul ayının əvvəllərində özünə müraciət edən Zərərçəkmiş şəxs1 tanışı Şahid2 ilə həmin tarixdə Goranboy rayonunun ərazisində görüşərək, sonuncuya özündə Goranboy şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barəsində xidməti iş və şəxsi həyatları ilə bağlı başqa rüsvayedici məlumatların olduğunu və həmin məlumatları yayacağı hədəsini Təqsirləndirilən şəxs2lə birlikdə bildirib, qeyd edilən səhifədə Zərərçəkmiş şəxs1 və qeyriləri barədə yayımlanmış video çarxların silinməsi və yeni video çarxların yayımlanmaq üçün hazırlanmamasından ötrü Təqsirləndirilən şəxs2 və özünə 4.000 manat məbləğində pul vəsaitinin verilməli olmasını bildirib, hədəsinin icrasına real əsaslarının olmasını nümayiş etdirərək, hədə-qorxu ilə tələb edib, cinayətkar əməllərini davam etdirməklə, həmin niyyətlə 2 avqust 2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti 529 ünvanında yerləşən “Azərbaycan Nəşriyyatı”nın inzibati binasında yerləşən iş otağında Şahid2lə yenidən görüşdükdə eyni məlumatları sonuncuya Təqsirləndirilən şəxs2lə birlikdə yenidən hədə-qorxu gəlməklə bəyan edib, əldə edəcəyi pulun bir hissəsinin guya özünün həmin rayona gediş-gəliş zamanı xarab olmuş avtomaşınının təmiri üçün də ödəyəcəyini bildirərək hədə-qorxu hərəkətlərini vahid niyyətlə davam etdirib, İcra Hakimiyyətinin rəhbər vəzifəli şəxsi olan Zərərçəkmiş şəxs1 və qeyriləri barədə rüsvayedici məlumatların qeyd edilən internet səhifəsindən 2021-ci ilin avqust ayının sonundan başlayaraq tədricən silinməsi və sonradan yeni video çarxların paylaşılmamasına görə Təqsirləndirilən şəxs2 iştirakı ilə Zərərçəkmiş şəxs1 məxsus 2.000 manat məbləğində pul vəsaitini hədə-qorxu ilə almağa nail olub Təqsirləndirilən şəxs2lə aralarında böldükdən sonra, eyni niyyətlə, 10 avqust 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Şahid2 məxsus “Mercedes Benz C180” model “AZ ** GE ***” dövlət qeydiyyat nişanlı avtomobildə sonuncudan Təqsirləndirilən şəxs2lə birlikdə gəlmiş cinayətdən xəbərsiz olan oğlu Şahid3 vasitəsi ilə qalan 2.000 manat məbləğində Zərərçəkmiş şəxs1 məxsus pul vəsaitini almaqla, Təqsirləndirilən şəxs2lə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vahid niyyətlə cəmi 4.000 (dörd min) manat məbləğində pul vəsaitini təkrarən hədə-qorxu ilə tələb etməklə almışdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməlləri zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 1993-cü ildən etibarən müxbir kimi jurnalistika fəaliyyətinə başlamış və “525”,”Odlar yurdu”, “Ədalət” qəzetlərində işləmişdir. 2004-cü ildən etibarən televiziya müxbiri kimi fəaliyyət göstərmiş və 2004-2007ci illərdə “Space” telekanalının Qarabağ bölgəsi üzrə müxbiri, 2007-2008-ci illərdə “Kanal D” telekanalının Azərbaycan Respublikası üzrə müxbiri, 2008-2011-ci illərdə “Azad Azərbaycan” telekanalının Aran bölgəsi üzrə müxbiri, 2011-2020-ci ilin mart ayınadək “AZTV”-nin Qarabağ bürosunun müdiri vəzifəsində çalışmışdır. 2020-ci ilin mart ayından etibarən, müxtəlif KİV-lə əməkdaşlıq etmiş, “44 Günlük” müharibə zamanı internet platformada yayımlanan “Xural TV”-də müxbir kimi fəaliyyət göstərmişdir. Bununla yanaşı, 2012-ci ildə “Youtube” internet platformasında “Təqsirləndirilən şəxs1” adlı profil açaraq, xəbər paylaşımları etmiş, 2020-ci ilin mart ayından sonra, həmi profilin adını “Xəbər kanalı”na dəyişərək “Youtube”, eləcə də “Facebook” və “TikTok” internet platformalarda olan eyni adlı səhifələrə xəbər paylaşımları və video çəkilişlər yükləmişdir. “Xəbər kanalı”nın ünvanına, istifadə etdiyi 050 209 30 01 mobil telefon nömrəsi, “Whatsapp” mobil tətbiqində qoşulu olan +**********2 nömrə və elektron ünvanı vasitəsi ilə göndərilən şikayətlər əsasında o, video çarx və ya mətn formasında xəbərlər hazırlayaraq “Youtube”, “Facebook” və “TikTok” internet platformalarda olan “Xəbər kanalı” adlı profillərdə paylaşmışdır. Video çəkilişlərin və paylaşımlarını etdiyi xəbərlərin mətnlərini özü yazmış və çəkilişi özü aparmışdır. “Xəbər kanalı”nın ünvanında əsasən dövlət orqanlarının qanunsuz hərəkətləri barədə ərizələr daxil olmuş və o, bunun əsasında video çarxlar, eləcə də xəbərlər hazırlamışdır. 2021-ci ilin fevral ayından başlayaraq, Goranboy rayon sakinləri tərəfindən Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə ünvanına daim müraciətlər daxil olmuşdur. 2021-ci ilin iyun ayının ortalarında Goranboy rayonunun sakini, ictimai fəal Şahid2 Yasamal rayonu, Mətbuat prospekti yerləşən Azərbaycan Nəşriyyatın binasının 4-cü mərtəbəsində yerləşən ofisinə gələrək, rayon icra hakimiyyətinin başçısını tərifləyib, rayon barəsində kanalında tənqidi fikirlər bildirməməyini istəmişdir. Lakin o, öz növbəsində icra hakimiyyəti düzgün işləyəcəyi təqdirdə tənqid edici xəbərlər paylaşmayacağını demişdir. Bundan başqa, onun daha Şahid2lə ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs2 onunla birlikdə 2021-ci yanvar ayından etibarən “Xəbər kanalı” profilində ekspert kimi çalışmışdır. Şahid2 Zərərçəkmiş şəxs1 və icra hakimiyyətinin digər vəzifəli şəxsləri barəsində sosial media hesablarından nüfuzdan salan xarakterli video görüntülərin silinməsi və yeni xəbərlərin paylaşılmaması üçün 4.000 manat pul tələb etməmiş və almamış, Şahid2 avtomobilini təmir etmək üçün 4.000 manat borc olaraq pul istəmiş və buna görə 10 avqust 2021-ci il tarixdə sonuncu oğlu Şahid3 2.000 manat pul vermiş, “Kapital Bank” tərəfindən verilmiş 5103 0714 0746 3047 nömrəli bank kartı qızı Aytən Abdullayevaya məxsus olmuş və həmin bank kartı onun istifadəsində olmuşdur. Bundan başqa Zərərçəkmiş şəxs3 sonuncunun özü və Goranboy rayon Maliyyə idarəsinin müdiri vəzifəsində işləyən İltifat Sadıqov, eləcə də qardaşı oğlunun qanunsuz hərəkətləri barədə video çarxlar yaymaması üçün 1200 manat məbləğində pul tələb etməsi, Zərərçəkmiş şəxs4 barəsində rüsvay edici məlumatlar yaymaq və “Xəbər kanalı” səhifəsinə yüklənmiş video çarxların silinməsi üçün 300 manat pul almamış, Akif Məhərrəmov ona şikayəti işıqlandırmaq üçün ona 300 manat xidmət haqqı kimi vermişdir. Zərərçəkmiş şəxs4 onun barəsində edilən şikayətin silinməsini xahiş etmiş və şikayətin əsassız olduğunu demişdir. Bundan sonra o Akif Məhərrəmova bu barədə dedikdə Akif verdiyi 300 manatı geri qaytarmağını bildirmişdir. O da bu barə Zərərçəkmiş şəxs4 dedikdə Lamiyə Akifin 300 manatını özü verəcəyini deyərək həmin pulu Akifə qaytarmaq üçün vermişdir. Əlavə olaraq Lamiyədən 300 manat pul tələb etməmiş, Zərərçəkmiş şəxs5 barəsində rüsvay edici məlumatları yaymamaq üçün ilkin olaraq 1500, sonradan isə 3000 manat pul tələb etməmiş, Zərərçəkmiş şəxs2 özü, əvvəllər Su və meliorasiya idarəsinin Goranboy rayon Subartezian quyularının istismarı idarəsinin rəisi işləmiş atası Akif İbrahimov və DTX-də işləyən qardaşı Xaliq İbrahimov barəsində rüsvay edici məlumatların yayılmaması üçün 1500 manat pul tələb etməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 182.2.1 və 182.2.2-ci maddələri ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, “Youtube.com” internet platformasında Təqsirləndirilən şəxs1 tərəfindən yaradılan “Xəbər kanalı” səhifəsində aparıcı işləmişdir. Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, media işçisi kimi tanımış və 2021-ci ilin yanvar ayından etibarən sonuncu ilə birlikdə işləməyə başlamışdır. O, aylıq maaşa Təqsirləndirilən şəxs1 ilə birlikdə çalışmış və hər ay müxtəlif olmaqla təxminən 500 manat məbləğində əmək haqqı almışdır. Təqsirləndirilən şəxs1 kimdənsə pul alması barədə məlumatı olmamışdır. Goranboy rayon sakini, ictimai fəal Şahid2 saxlanılan zamandan bir necə ay əvvəl tanımışdır. Belə ki, sonuncu bir dəfə dəqiq xatırlamadığı tarixdə onların Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Azərbaycan Nəşriyyatı”nın inzibati binasının 4-cü mərtəbəsində yerləşən ofisinə gələrək, Təqsirləndirilən şəxs1lə birgə işlədiyi “Xəbər kanalı” adlanan səhifəsində Goranboy rayonu haqqında mənfi xarakterli videolar paylaşıldığından narahat olduqlarını bildirib, rayon rəhbərliyinin müsbət fəaliyyəti haqqında da xəbərlər paylaşılmasını xahiş etmiş, sonradan isə Təqsirləndirilən şəxs1lə Şahid2 arasında yaxın münasibətlər yaranmışdır. Sonuncuların arasında Goranboy rayonu ilə bağlı sonrakı söhbətlər və Təqsirləndirilən şəxs1 Şahid2 xahişlərinə hansı formada cavab verməsi barədə məlumatı olmamışdır. Bundan başqa, Şahid2 Təqsirləndirilən şəxs1 4000 manat pul verməsi barədə məlumatı olmamış, Şahid2 Təqsirləndirilən şəxs1 və Şahid3 pul verməsini görməmiş, lakin sonuncuların arasında olan hər ikisində iştirak etmiş, onun yanında Yevlax rayonunda Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs3 arasında pul barədə danışıq olmamış, sonradan sonuncular çəkilib təklikdə danışıq aparmışlar, Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 və Şahid1, eləcə də Zərərçəkmiş şəxs5 pul tələb edərək alması barədə məlumatı olmamış, Təqsirləndirilən şəxs1lə birlikdə Zərərçəkmiş şəxs2 ilə Goranboy rayon icra hakimiyyətində görüşmüşlər və sonra rayonun ərazisində yerləşən restoranların birində oturmuşlar, onun yanında pul barədə danışıq aparılmamış, həmçinin Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 pul istəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2015-ci ildən etibarən Goranboy rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində işləyir. 2015-ci ilədək Goranboy rayonunda yerləşən “X16”nin direktoru vəzifəsində işləmiş və həmin dövrdə xidməti fəaliyyətilə əlaqədar olaraq, Goranboy rayon Mədəniyyət Mərkəzində təşkilatçı vəzifəsində işləyən Şahid2 tanımışdır. Təxminən 1 il əvvəl “Youtube.com” internet platformasında “Xəbər kanalı” adlanan səhifə vasitəsilə onun haqqında rüsvayedici məlumatlar paylaşılmağa başlanılmışdır. Belə ki, həmin kanalın sahibi Təqsirləndirilən şəxs1 ilə aparıcısı Təqsirləndirilən şəxs2 tərəfindən mütəmadi olaraq yayımlanan verilişlərdə onun guya Goranboy rayonunda təhsil, səhiyyə, mədəniyyət və digər sahələrin inkişafına mane olduğunu, rayon icra hakimiyyətinin işçiləri tərəfindən müharibə əlilləri, veteranları və şəhid ailələri ilə kobud formada davranıldığı, eləcə də onun vəzifə səlahiyyətlərindən digər formada sui-istifadə etməsi əks olunmuş, bu isə cəmiyyət və işlədiyi kollektiv arasında onu nüfuzdan salmaqla barəsində mənfi rəy yaratmışdır. Həmin video çarxlar onu rüsvay etdiyi üçün qeyd olunan məlumatların yayınmasına qarşı olmuşdur. Buna görə də, Goranboy rayonunda ictimai fəal kimi tanınan, media nümayəndələri ilə əlaqələri olan tanışı Şahid2 müraciət edib həmin video çarxların silinməsinə yardımçı olmasını xahiş etmişdir. Şahid2 onunla razılaşaraq, bir müddət sonra Goranboy rayonuna səfər etmiş Təqsirləndirilən şəxs1lə görüşmüşdür. Təqsirləndirilən şəxs1 Şahid2 vasitəsi ilə sözügedən video çarxları silinməsi üçün ondan 4.000 manat məbləğində pul tələb etmiş və əks təqdirdə, barəsində rüsvayedici xarakterli videolar paylaşmağa davam edəcəyini Şahid2 bildirmişdir. O, Təqsirləndirilən şəxs1 tələbi ilə razı olduğunu və pulu verəcəyini Şahid2 demişdir. Lakin bununla belə, Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri barədə Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət etmiş və müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma başlanılmış, həmçinin Təqsirləndirilən şəxs1 tələb etdiyi pul vəsaitlərinin əməliyyat qaydasında video çəkiliş aparılaraq Şahid2 tərəfindən verilməsinə şərait yaradılmışdır. xx.xx.2021-ci il tarixdə Şahid2 Təqsirləndirilən şəxs1 təqdim etməsi üçün 2.000 (iki min), xx.xx.2021-ci il tarixdə isə 2.000 (iki min) manat pul vermiş və Şahid2 öz növbəsində xx.xx.2021-ci il tarixdə 2.000 manat pulu Təqsirləndirilən şəxs1 özünə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən Azərbaycan Nəşriyyatının inzibati binasındakı xidməti otağında, qalan 2.000 manat pulu isə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhərinin ərazisində öz minik avtomobilində Təqsirləndirilən şəxs1 göstərişi ilə sonuncunun oğlu Şahid3 verdiyini bildirmişdir. Onun Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Şahid3 ilə birbaşa ünsiyyəti olmamış və qeyd olunan məsələnin həll olunması üçün Şahid2 ondan maddi və sair nemətlər tələb etməmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlardan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2020-ci ilin sentyabr ayının 10-da Goranboy rayon icra hakimiyyəti başçısının aparatının Sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini vəzifəsinə təyin olunmuş və hazırda da həmin vəzifədə işləyir. Təqsirləndirilən şəxs1lə 2005-ci ildə tanış olmuş, həmin vaxt sonuncu “Space” telekanalında aparıcı vəzifəsində işləmiş və keçirilən parlament seçkilərini işıqlandırmışdır. 2021-ci ilin fevral ayından etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 aparıcılıy etdiyi “Youtube” internet platformasında yayımlanan “Xəbər Kanalı” səhifəsində rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin, o cümlədən onun guya qanunsuz hərəkətlərə yol verməsi haqqında rüsvayedici video reportajlar yüklənmişdir. Bununla yanaşı, həmin səhifəyə onun DTX-də işləyən qardaşı Xaliq İbrahimov haqqında da rüsvay edici xarakterli video çəkilişlər əlavə edilmişdir. 2021-ci ilin fevral ayının ortalarında, təxminən ayın 12-si ilk video çarxlar yükləndikdən sonra Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq rayon barəsində cəmiyyətdə mənfi fikir yaradan, həqiqətə uyğun olmayan video reportajlar yükləməməyini istəmişdir. Danışıq zamanı Təqsirləndirilən şəxs1 İcra hakimiyyətində işləyən 4 nəfər şəxsin ona məlumatlar ötürdüyünü və özündə çox sayda video reportaj hazırlamağa materialların olduğunu bildirmişdir. Eləcə də, Təqsirləndirilən şəxs1 danışıq zamanı tanışının Goranboy icra hakimiyyətinin başçısı Məhərrəm Quliyevin adından video çəkilişlərin səhifədən silinməsi ilə bağlı xahiş etdiyini və bunun üçün özünə hörmət edilməsini istədikdə rayon icra başçısının imtina etdiyini əlavə etmişdir. Təqsirləndirilən şəxs1 özünə məlumat verən şəxsdən 1.500 manat pul aldığını qeyd edərək, köhnə videoların silinməsi, eləcə də özündə olan onun, həmçinin əvvəllər Su və meliorasiya idarəsinin Goranboy rayon Subartezian quyularının istismarı idarəsinin rəisi vəzifəsində işləmiş atası Akif İbrahimov və DTX-də işləyən qardaşı Xaliq İbrahimov barəsində rüsvayedici məlumatların yayılmaması üçün özünə 1.500 manat pul verilməsini istəmişdir. Bununla yanaşı, istədiyi məbləğdə pul verilmədiyi halda video çəkilişləri silməyəcəyini və digər sosial şəbəkələrdə olan xəbər kanallarının yayınlanmış video reportajlardan istifadə edərək, məlumat yayacağını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmçinin, razılaşmadığı təqdirdə rayon icra hakimiyyətinin başçısı və digər vəzifəli şəxsləri barədə onda olan məlumatlar əsasında rüsvayedici video reportajlar hazırlamağa davam edəcəyini bildirmişdir. Danışıq zamanı o, Təqsirləndirilən şəxs1lə ilk 2 videonun silinməsinə razılaşmış və Təqsirləndirilən şəxs1 pul verməsi üçün Bakı şəhərində görüşmək qərarına gəlmişlər. Danışıqdan sonra, Təqsirləndirilən şəxs1 həqiqətən də bir ədəd video çarxı silmiş, lakin onunla sonra görüşməmişdir. 15 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 ona zəng edərək nəyə görə görüşmək üçün gəlmədiyini soruşmuş və o, səhhətilə bağlı bunu edə bilmədiyini demişdir.O, Təqsirləndirilən şəxs1 Goranboy rayonuna dəvət etmiş və sonuncu dostu İlqar adlı şəxslə birlikdə gələcəyini bildirmişdir. 16 fevral 2021-ci il tarixdə rayon icra hakimiyyətində Təqsirləndirilən şəxs1lə görüşmüş və sonra Təqsirləndirilən şəxs1lə rayon ərazisində yerləşən “Çökək” adlı kafedə əyləşdikləri zaman, sonuncudan KİV-ə məlumat verən 4 nəfər şəxsin kimlər olması barədə məlumat verməsini istəmiş, lakin, Təqsirləndirilən şəxs1 həmin şəxslər barədə məlumat verməmişdir. Görüş zamanı o, Təqsirləndirilən şəxs1 1500 manat məbləğində pulu verməmişdir. Bundan sonra onların münasibəti soyumuş və Təqsirləndirilən şəxs1 yaratdığı internet səhifəsində onun və rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri barədə yeni video reportajlar hazırlamaqla yanaşı, sildiyi video çarxı da bərpa etmişdir. Təqsirləndirilən şəxs1 Goranboy rayonunda olarkən Təqsirləndirilən şəxs2 sonuncu ilə birlikdə gəlmişdir. Təqsirləndirilən şəxslərdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, X19 İstismar İdarəsinin Goranboy xidmət sahəsində çilingər vəzifəsində çalışır. 2002-ci ildə Goranboy şəhəri, Heydər Əliyev prospekti Mərkəzi poçtun yaxınlığında yerləşən torpaq sahəsini arvadı Gülmira Aslanovanın adına almışdır. Bundan sonra torpaq sahəsinin ərazisi ilə bağlı Rəsul Mirzəyevlə arasında mülki mübahisə başlamış və 2007-ci ildən başlayaraq mülki müstəvidə qeyd olunan məsələ ilə bağlı məhkəmələrdə müraciətlərinə baxılmışdır. Sonuncu dəfə, 18 iyun 2021-ci il tarixdə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyası onun lehinə qətnamə qəbul etmişdir. 2021-ci ilin aprel ayından Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən aparıcılıq edildiyi “Youtube” internet platformasında yayımlanan “Xəbər Kanalı” səhifəsində onun guya qanunsuz olaraq Rəsul Mirzəyevə məxsus torpaq sahəsini zəbt etməsi barədə video çarx paylaşılmışdır. Həmin video çarxda onun guya rayon icra hakimiyyətində işləyən qardaşı oğlu Zərərçəkmiş şəxs5 və rayon maliyyə idarəsinin müdiri İltifat Sadıqov ilə birlikdə cinayətkar dəstə yaradaraq, özbaşınalıq etdikləri göstərilmişdir. Bundan sonra, səhifədə olan telefon nömrəsindən Təqsirləndirilən şəxs1lə əlaqə saxlayaraq, nəyə görə bilmədiyi məsələ ilə bağlı yalan məlumat yaydığını soruşmuş və məhkəmə sənədlərini sonuncuya “Whatsapp” proqramı vasitəsi ilə ***-***-**-** mobil telefon nömrəsinə göndərmişdir. Təqsirləndirilən şəxs1 görüşməyi təklif etmiş və bir necə gün sonra, aprel ayının ortalarında, onlar Yevlax şəhərində, köhnə avtovağzal kompleksinin yerində yerləşən kafedə görüşmüşlər. O, Təqsirləndirilən şəxs1 məhkəmə sənədlərini bir daha göstərək, məsələni düzgün işıqlandırmadığını və həqiqəti göstərmədiyini bildirmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 yanında Təqsirləndirilən şəxs2 olmuşdur. Sənədlərə baxdıqdan sonra, Təqsirləndirilən şəxs1 onunla da video reportaj çəkmiş və həmin zaman o, Rəsul Mirzəyevin haqsız olduğunu bildirmişdir. Video çəkiliş qurtardıqdan sonra Təqsirləndirilən şəxs1 onu idarə etdiyi avtomobilin arxasına aparaq, baqajdan avtomobil ehtiyat hissəsini göstərmiş və 1200 manat qiymətində olan həmin ehtiyat hissəsinin dəyərinin ödənilməsini istəmişdir. Əks təqdirdə yenidən barəsində özünü İ Qarabağ müharibəsinin iştirakçısı kimi təqdim edən Rəsul Mirzəyevə qarşı təzyiq göstərməyi və qardaşının, eləcə də qardaşı oğlunun qanunsuz hərəkətləri barədə video çarxlar yayacağını bildirmişdir. O, imkanının olmadığını, buna görə pul verə bilməyəcəyini cavab olaraq qeyd etmiş və Təqsirləndirilən şəxs1 pul verməmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs1 yenidən ailə üzləri barədə rüsvayedici video çarxlar hazırlayaraq, öz səhifəsində paylaşmışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlardan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, Goranboy rayonu Səfikürd kənd tam orta məktəbinin direktoru vəzifəsində işləyir. 2021-ci ilin aprel ayından etibarən “Youtube” internet platformasında yayımlanan və Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən aparıcılığı edildiyi “Xəbər Kanalı” səhifəsində işlədiyi məktəbdə guya qanunsuzluqların baş verməsi haqqında video reportajlar yüklənmişdir. Həmin video çarxlar Goranboy rayon sakini Akif Məhərrəmovun çox saylı müraciətləri əsasında çəkilmişdir. Akif Məhərrəmov həmin məktəbdə vakant olan kitabxanaçı vəzifəsinə təyin olunmaq istəmiş, lakin həmin vəzifəyə İİ Qarabağ müharibəsində vəfat etmiş şəhid ailəsinin üzvü təyin olunmuşdur. Buna görə Akif Məhərrəmov daim onun haqqında müxtəlif dövlət orqanlarına həqiqətə uyğun olmayan müraciətlər etmişdir. 2021-ci ilin aprel ayının sonlarında “Xəbər Kanalı” sosial səhifəsində guya onun qanunsuz hərəkətləri barədə video çarxlar hazırlandıqdan sonra, anası Şahid1 Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq Akif Məhərrəmovun qərəzli olaraq şikayət etdiyini və sonuncunun yalandan böhtan atdığını bildirmişdir. Bir müddət sonra anası Akif Məhərrəmovun özünün etirafedici səs yazısını Təqsirləndirilən şəxs1 göndərmişdir. Təqsirləndirilən şəxs1 də “Whatsapp” mobil proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb həmin video görüntülərin silinməsi və əlavə olaraq özündə olan onun dövlət vəsaitini mənimsəməyi, qanunsuz olaraq şagirdlərdən pul toplamağı barədə rüsvayedici yeni məlumatların yayılmaması üçün, yaşadığı evdə görüşməyi təklif etmiş, lakin o, razı olmamışdır. Bundan sonra, anası Şahid1 ilə birlikdə Qızıl Hacılı kəndində Təqsirləndirilən şəxs1 ilə görüşməyə qərarlaşmışlar. 2021-ci ilin aprel ayının sonlarında, təxminən ayın 26da Qızıl Hacılı kəndində Arzu Verdiyevin yaşadığı evdə Təqsirləndirilən şəxs1lə görüşmüşdür. Həmin zaman Təqsirləndirilən şəxs1 anası ilə onu kənar şəxslər olmayan otağa çəkərək, barəsində rüsvayedici məlumatlar yaymaq üçün Akif Məhərrəmovdan 300 manat pul aldığını bildirmiş və özündə barəsində rüsvayedici video çarxların çəkilməsi üçün əlavə məlumatların olduğu əlavə etmişdir. Həmin zaman anası Şahid1 qeyd olunan video çarxların silinməsi və yeni video çarxların yayımlanmaması üçün onun yanında Təqsirləndirilən şəxs1 300 manat şəxsən pul vermişdir. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs1 həmin video çarxları bir müddət sonra siləcəyini bildirmişdir. 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs1 yenidən “Whatsapp” mobil proqramı vasitəsi ilə onunla əlaqə saxlayıb verilən məbləğin az olduğunu və video görüntülərin silinməsi, eləcə də barəsində yeni rüsvay edici video çarxların hazırlanaması üçün əlavə olaraq 300 manat pul verməyini istəmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 pulun köçürülməsi üçün “Kapital Bank” tərəfindən verilmiş Aytən Abdullayevaya aid 5103 0714 0746 3047 nömrəli bank kartının foto şəklini ona göndərmişdir. Lakin o, əlavə olaraq Təqsirləndirilən şəxs1 pul verməmiş və həmin karta pul köçürməmiş, həmçinin sonuncunun zənglərinə daha cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 dəfələrlə anası Şahid1 ilə əlaqə saxlayıb görüşmək və onun özünə zəng etməsini istəmiş, lakin daha onun Təqsirləndirilən şəxs1lə ünsiyyəti olmamışdır. Təqsirləndirilən şəxs1 Qızıl Hacılı kəndində anasından pul alan zaman Təqsirləndirilən şəxs2 də Arzu Verdiyevin evində olmuş, lakin aralarında olan danışıqlarda iştirak etməmiş, Təqsirləndirilən şəxs1 verilmiş 300 manat məbləğində pul vəsaiti ona məxsus olmuş və ərizəsinə əlavə etdiyi Aytən Abdullayevaya aid 5103 0714 0746 3047 nömrəli bank kartının fotoşəklini Təqsirləndirilən şəxs1 ona göndərmiş və ərizəsinə əlavə etdiyi “Muxbir 1” adlı şəxslə “Whatsapp” mobil proqramı vasitəsi ilə aparılmış danışıq anası Şahid1 tərəfindən, şəxsi mobil telefonundan həyata keçirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, onlardan hər hansı şikayəti və tələbi olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2006cı ildən etibarən Goranboy rayon Mədəniyyət mərkəzində mədəni təşkilatçı vəzifəsində işləyir, həmçinin ictimai fəal kimi sosial şəbəkə hesabları vasitəsilə rayon sakinlərinin, müharibə veteranlarının, əlillərin və şəhid ailələrinin problemlərinin işıqlandırılması və dövlət qurumlarına çatdırılması ilə məşğul olmuşdur. “Youtube.com” internet platformasında özünə məxsus “Xəbər kanalı” adlı səhifədə müxtəlif problemləri işıqlandıran Təqsirləndirilən şəxs1 ilə təxminən 5 il əvvəl tanış olmuş və sonradan sonuncu ilə yaxın münasibətləri yaranmışdır. Təqsirləndirilən şəxs1 Goranboy rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və icra hakimiyyətinin digər işçiləri barəsində xidməti fəaliyyətini mənfi səciyyələndirən, cəmiyyət arasında nüfuzdan salan xarakterli videolar çəkib paylaşmağa başlamışdır. Videoların əsas məzmunu Goranboy rayon İcra Hakimiyyətində rayon ərazisində yerləşən uşaq bağçalarının tərbiyəçilərinin işə çıxmadığı halda əmək haqlarının, eləcə də bağçalara ayrılan qida məmulatlarının satılaraq əldə olunmuş vəsaitlərin mənimsəməsi, rayon icra hakimiyyətinin tabeliyində olan səhiyyə orqanlarında qanunsuz fəaliyyətlə məşğul olunması, vətəndaşlarla qeyri etik davranılması və digər xarakterli rüsvayedici məlumatlardan ibarət olmuşdur. Bu məsələ rayon rəhbərliyinin, xüsusilə də, Zərərçəkmiş şəxs1 narahatlığına səbəb olmuş və buna görə də sonuncu ona müraciət edərək videoların sosial şəbəkə hesablarından silinməsinə kömək etməsini xahiş etmişdir. Sonra iyul ayının 3-5 tarixlərində Təqsirləndirilən şəxs1 Goranboy rayonuna səfər edərkən sonuncu ilə əlaqə saxlayıb görüşmüşdür. Görüş zamanı Təqsirləndirilən şəxs1 həmin videoların silinməsi müqabilində Zərərçəkmiş şəxs1 tərəfindən ona 4.000 manat məbləğində pul verməsini tələb etmişdir. Sonra bu barədə Zərərçəkmiş şəxs1 bildirdikdə, sonuncu Təqsirləndirilən şəxs1 şərti ilə razılaşmış və həmin məsələni həll etməyi üçün ona 4000 manat pul vermişdir. Bundan sonra o, Azərbaycan Respublikası Baş Prokurorluğuna ərizə ilə müraciət edib Təqsirləndirilən şəxs1 qanunsuz əməlləri ilə bağlı tədbir görülməsini xahiş etmiş və müraciətilə bağlı video çəkiliş altında Zərərçəkmiş şəxs1 məxsus 4.000 manat məbləğində pulu iki dəfəyə Təqsirləndirilən şəxs1 verməyinə şərait yaradılmışdır. 2021-ci ilin avqust ayının 2-də Təqsirləndirilən şəxs1 pul vermək üçün sonuncu ilə əlaqə qurmuş və o, Təqsirləndirilən şəxs1lə Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospektində yerləşən “Azərbaycan Nəşriyyatı”nın inzibati binasının 4-cü mərtəbəsində yerləşən otaqda görüşmüşdür. Həmin vaxt otaqda Təqsirləndirilən şəxs1lə birlikdə jurnalist kimi fəaliyyət göstərən Təqsirləndirilən şəxs2 da olmuşdur. Yenidən video görüntülər barədə danışıdıqda Təqsirləndirilən şəxs1 həm də ki, Təqsirləndirilən şəxs2 Goranboy rayonunun vəzifəli şəxsləri barəsində çox saylı şikayətlərin olduğunu hədəqorxu ilə bildirmişlər və buna görə də gələcəkdə yeni video görüntülərin qarşısı almaq barədə danışıq aparmışlar. Gələcəkdə Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxsləri barəsində yeni xəbərlərin yayımlanmaması və “Youtube” platformasına yüklənmiş videoların hissə-hissə silinməsi üçün o, cibindən 20 ədəd 100 manatlıq əskinası, yəni 2.000 manat məbləğində pulu çıxarıb şəxsən Təqsirləndirilən şəxs1 vermişdir. Pulu saymaq istəsə də, Təqsirləndirilən şəxs1 buna imkan verməmiş və dərhal pulu bükülmüş vəziyyətdə əlindən alıb otağa çağırdığı oğlu Şahid3 şalvarının cibinə qoymuşdur. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs1 Goranboy rayonu və rayon rəhbərliyi haqqında mənfi xarakterli məlumatlar paylaşmayacağına dair söz vermiş və o, qalan 2000 manat pulun bir müddət sonra veriləcəyini qeyd etmişdir. 10 avqust 2021-ci il tarixdə günorta saatlarında o, Təqsirləndirilən şəxs1lə yenidən zəngləşib pulun qalanını vermək istədiyini bildirmiş və sonuncu ona Abşeron rayonu, Xırdalan dairəsinin yaxınlığındakı “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında yerləşən çayxanaya gəlməsini istəmişdir. O, qeyd olunan ünvana gəldikdə Təqsirləndirilən şəxs1 yerinə oğlu Şahid3 Təqsirləndirilən şəxs2lə gəldiyini müşahidə etmiş və həmin zaman sonuncular ona Təqsirləndirilən şəxs1 məşğul olduğu, əvvəlcədən razılaşdıqları 4.000 manat pulun qalan hissəsini Şahid3 götürəcəyini bildirərək, pulun avtomobildə verilməsini istəmişlər. O, dayanacaqda saxladığı özünə məxsus “Mercedes Benz C 180” model, **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobildə əyləşərək Şahid3 20 ədəd 100 əskinaslardan ibarət cəmi 2000 manat pul vermişdir. O, Şahid3 pul verərkən, Təqsirləndirilən şəxs2 avtomobilin yanında gözləmiş və pulu Şahid3 verdikdən sonra, sonuncu həmin puldan 200 manatı özünə qaytarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, atası Təqsirləndirilən şəxs1 jurnalist fəaliyyəti ilə məşğul olmuş və “Youtube” internet platformasında yayımlanan “Xəbər kanalı” adlı səhifəni idarə etmişdir. Xəbər kanalının fəaliyyət istiqaməti mərkəzi və yerli icra hakimiyyəti orqanlarının fəaliyyətindəki qüsurları işıqlandırmaq, bununla bağlı verilişlər çəkərək, müzakirələr apararaq həmin çəkilişləri paylaşmaqdan ibarət olmuşdur. Atası həmin kanalı Təqsirləndirilən şəxs2 adlı tanışı ilə birlikdə “Azərbaycan Nəşriyyatı”nın binasında icarəyə götürdüyü ofisdən idarə etmiş və atasının işi ilə bağlı onun ətraflı məlumatı olmamışdır. xx.xx.2021-ci il tarixdə Şahid2 adlı şəxs atası Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 yanına ofisə gəlmiş, lakin sonuncuların hansı məzmunda danışmalarına fikir verməmişdir. Şahid2 ofisdən çıxdıqdan sonra atası onu yanına çağıraraq bilmədiyi məbləğdə pul verərək həmin pulu evə aparmasını tapşırmış və o, sonuncunun qeyd etdiyi kimi etmişdir. xx.xx.2021-ci il tarixdə saat 17 radələrində o, qeyd olunan ofisdə olarkən Təqsirləndirilən şəxs1 ona Təqsirləndirilən şəxs2lə birlikdə Abşeron rayonu Xırdalan şəhərinə getməyini və bir nəfər şəxsin ona pul verəcəyini bildirmiş, eləcə də sonradan həmin pulu ondan götürəcəyini əlavə etmişdir. O, atası ilə razılaşmış və Təqsirləndirilən şəxs2lə birlikdə sonuncuya məxsus “Opel” markalı qırmızı rəngli avtomobillə qeyd edilən ünvana gedərək Şahid2lə görüşmüşdür. Görüş zamanı o, kənara çəkilərək telefonla danışmış, sonra avtomobilə tərəf gedərkən, Təqsirləndirilən şəxs2 ona veriləcək puldan 200 manatı Şahid2 qaytarmağını bildirmişdir. O, Şahid2lə birlikdə sonuncunun avtomobilinə əyləşdikdən sonra Şahid2 cibindən pul çıxararaq saymağa başlamış, saydıqdan sonra 2.000 manat pulu ona təqdim etmiş və o, Təqsirləndirilən şəxs2 tapşırığına uyğun olaraq həmin məbləğdən 200 manatı Şahid2 vermişdir. Bundan sonra o, Şahid2 avtomobilindən düşərək Təqsirləndirilən şəxs2 avtomobilinə əyləşmiş və sonuncuya Şahid2 1.800 manat pul aldığını bildirmişdir. Təqsirləndirilən şəxs2 aldığı vəsaitindən 500 manat pulun özünə verilməsini istəmiş və o, avtomobildə 500 manat pulu Təqsirləndirilən şəxs2 vermişdir. Sonra, hüquq mühafizə orqanı tərəfindən saxlanılmışdır. Bundan başqa, Şahid2 nə görə Təqsirləndirilən şəxs1 pul verməsi barədə onun məlumatı olmamış, Şahid2 tərəfindən ona veriləcək pulun məbləğini əvvəlcədən bilməmişdir. Məhkəmə iclasında tədqiq olunan iş üzrə ibtidai istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, 2019-cu ilin iyul ayının 5-də Goranboy rayon icra hakimiyyəti başçısının aparatının Ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsinə təyin olunmuş, hazırda da həmin vəzifədə işləyir. 2021-ci ilin fevral ayından etibarən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən aparıcılığı edildiyi “Youtube” internet platformasında yayımlanan “Xəbər Kanalı” səhifəsində Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxslərinin, o cümlədən onun guya qanunsuz hərəkətlərə yol vermələri haqqında rüsvay edici video çarxlar yüklənmişdir. Belə ki, video çarxlarda guya onun rayon icra hakimiyyətinin digər vəzifəli şəxsləri ilə birlikdə icra hakimiyyətinə məxsus pul vəsaitini ələ keçirməsi göstərilmişdir. 2021-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs1 “Whatsapp” proqramı vasitəsi ilə Rusiya Federasiyasına aid +7 rəqəmi ilə başlayan nömrədən ona zəng edərək, özündə onun qanunsuz hərəkətləri, yəni guya icra nümayəndəliklərindən və yerli bələdiyyə orqanlarından pul toplamağı, qanunsuz olaraq torpaq sahəsini müxtəlif şəxslərə istifadəyə verməyi barədə məlumatların olduğunu bildirmiş və həmin məlumatların yayılmaması üçün özünə 1500 manat məbləğində pul vəsaitinin verilməsini istəmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda az yaşlı qız uşağının qətlə yetirilməsi ilə bağlı baxılan cinayət işində iştirak etmək üçün getdiyini bildirmiş və onunla Gəncə şəhərində görüşmək istədiyini əlavə etmişdir. O həmin zaman Təqsirləndirilən şəxs1 hansı səbəbdən barəsində rüsvayedici məlumatlar toplaması ilə bağlı açıq söhbət aparmaq üçün sonuncunu Goranboy rayonuna dəvət etmiş, lakin Təqsirləndirilən şəxs1 imtina edərək, onun yanına gəlməsini istəmişdir. Təqsirləndirilən şəxs1 görüşmədiyi təqdirdə barəsində mənfi fikir yaradan video çarxları öz səhifəsində yayımlayacağını əlavə etmiş, buna baxmayaraq o, Təqsirləndirilən şəxs1lə görüşməmiş və sonra sonuncu öz səhifəsində onun barəsində yenidən həqiqəti əks etdirməyən video çarxlar paylaşmışdır. 2021-ci ilin may ayının ortalarında yenidən Təqsirləndirilən şəxs1 “Whatsapp” proqramı vasitəsi ilə onunla əlaqə saxlayaraq, özündə barəsində başqa rüsvayedici məlumatların olduğunu və pul vermədiyi təqdirdə həmin video çarxları da yayacağını bildirmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 artıq əvvəl dediyi məbləğin az olduğunu qeyd etmiş və yaxın zamanlarda Goranboy gələcəyini, həmin zaman özünə 3000 manat pul verilməsini istəmişdir. O, cavab olaraq pul verməyəcəyini Təqsirləndirilən şəxs1 bildirmiş və bundan sonra daha sonuncu ilə ünsiyyəti olmamışdır. Bundan sonra, Təqsirləndirilən şəxs1 yenidən özünə məxsus “Xəbər Kanalı” səhifəsində barəsində rüsvayedici video çarxlar yayımlamışdır. Məhkəmə iclasında tədqiq olunan iş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs4 onun doğma qızıdır. 2021-ci ilin aprel ayından etibarən “Youtube” internet platformasında yayımlanan və Şahid3 və Təqsirləndirilən şəxs2 tərəfindən aparıcılığın edildiyi “Xəbər Kanalı” səhifəsində Zərərçəkmiş şəxs4 dövlət vəsaitini mənimsəməsi, qanunsuz olaraq şagirdlərdən pul toplamaması barədə rüsvay edici məlumatlar yayımlanmışdır. Bundan sonra o, Təqsirləndirilən şəxs1 ilə əlaqə saxlayaraq Akif Məhərrəmovun qızını şərlədiyini bildirmiş və onda olan Akif Məhərrəmovun qərəzli olaraq qızı barəsində şikayət etməsini təsdiq edən səs yazısını Təqsirləndirilən şəxs1 göndərmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 Akif Məhərrəmovun dediklərinin guya düz olmasını bildirmək üçün öz səhifəsinə yüklədiyi video çarxı ona göndərmişdir. Daha sonra, 26 aprel 2021-ci ilin tarixdə Təqsirləndirilən şəxs1 onunla qızını görüşmək üçün Qızıl Hacılı kəndində Arzu Verdiyevin yaşadığı evə çağırmışdır. Həmin zaman Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs4 ilə onu kənar şəxslər olmayan otağa çəkərək, qızı barədə rüsvay edici məlumatlar yaymaq üçün Akif Məhərrəmovdan 300 manat pul aldığını və özündə əlavə olaraq Zərərçəkmiş şəxs4 məktəbdən pul toplaması, qanunsuz olaraq işçilər qəbul etməsi ilə bağlı yeni məlumatların olduğunu bildirmişdir. O, yüklənmiş video çarxların silinməsi və yeni video çarxların yayımlanmaması üçün Təqsirləndirilən şəxs1 300 manat pul verməyə razı olmuş və qızının yanında Təqsirləndirilən şəxs1 300 manat pul vermişdir. Həmin zaman otaqda yalnız o, Təqsirləndirilən şəxs1 və Zərərçəkmiş şəxs4 olmuşdur. Pulu aldıqdan sonra Təqsirləndirilən şəxs1 həmin video çarxları bir müddət sonra siləcəyini və əlavə olaraq yeni video çarxlar yükləməyəcəyini bildirmişdir. Daha sonra, Təqsirləndirilən şəxs1 öz səhifəsinə yüklədiyi “Goranboyda yalan davar, doğru da?” adlı video çarxında Akif Məhərrəmovun böhtan xarakterli məlumatlar yaymasını göstərmişdir. Onlara qarşı xeyirli iş görməsini təsdiq etməsi üçün həmin video çarxı Təqsirləndirilən şəxs1 “Whatsapp” proqramı vasitəsi ilə ona göndərmişdir. Sonra, 2020-ci ilin aprel ayının sonlarında Təqsirləndirilən şəxs1 “Whatsapp” mobil proqramı vasitəsi ilə Zərərçəkmiş şəxs4 ilə əlaqə saxlayıb verilən məbləğin az olduğunu, video görüntülərin silinməsi və barəsində yeni rüsvay edici video çarxların hazırlanamaması üçün əlavə olaraq 300 manat pul verməsini istəmişdir. Həmin zaman Təqsirləndirilən şəxs1 pulun köçürülməsi üçün “Kapital Bank” tərəfindən verilmiş Aytən Abdullayevaya aid 5103 0714 0746 3047 nömrəli bank kartını Zərərçəkmiş şəxs4 göndərmişdir. Lakin, qızı əlavə olaraq Təqsirləndirilən şəxs1 pul verməmiş və həmin karta pul köçürməmiş, eləcə də sonuncunun zənglərinə daha cavab verməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 dəfələrlə onunla əlaqə saxlayıb görüşmək istəmiş, lakin onların daha sonuncu ilə ünsiyyəti olmamışdır. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(001)-1052/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 ətrafında 3 ay müddətinə texniki vasitələrdən istifadə etməklə gizli video və foto çəkilişinin aparılması, poçt göndərişlərinin yoxlanılması, habelə yaşayış yerlərinə və gediş-gəlişi olduğu əməliyyat marağı kəsb edən yerlərə zəruri halda baxış əməliyyat-axtarış tədbirinin keçirilməsinə icazə verilmişdir. “Pul əskinazlarının təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid2 əməliyyat-axtarış tədbirinin keçirilməsi üçün 20 ədəd 100 manatlıq əskinası, cəmi 2.000 manat məbləğində pul vəsaitini Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinə könüllü olaraq təqdim etmiş və əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Şahid2 üzərində video qeydiyyatını aparan xüsusi texniki vasitə quraşdırılmışdır. “Pul əskinazlarının təqdim edilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə Şahid2 əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə 20 ədəd A74757881, A83866166, A18537178, A87444211, A00725598, A78697982, A66029167, A28223406, B00800915, B12301640, B03089584, C75364469, C46245908, C44616186, C43134678, C45208466, C50099633, C75442332, C95084622, C62878435 seriya nömrəli 100 manatlıq pul əsginasını Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat idarəsinin əməkdaşlarına təqdim etmiş, C50099633, C46245908, A87444211, C75442332, C44616186, A00725598, B00800915, C43134678, A78697982, B12301640 seriya və nömrəli 100 manat nominalında pul əsginasları xüsusi qeyd ilə nömrələnmiş və əməliyyat axtarış tədbirinin keçirilməsi üçün Şahid2 üzərində video qeydiyyatını aparan xüsusi texniki vasitə quraşdırılmışdir. “Baxış keçirilməsi haqqında ” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki,keçirilmiş əməliyyat tədbiri nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında cinayət başında yaxalanmış Təqsirləndirilən şəxs2 Əlabbas oğlunun və Şahid3 üzərilərinə, habelə Təqsirləndirilən şəxs2 Əlabbas oğluna məxsus olan zoğalı rəngli “Opel Vektra” markalı, AZ ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmişdir.Baxış keçirilən zaman Təqsirləndirilən şəxs2 Əlabbas oğlu üzərində olan özünə məxsus qara rəngli “Samsung” markalı və qara rəngli “Kibosun” markalı mobil telefonları, habelə özünə məxsus olan zoğalı rəngli “Opel Vektra” model, ** LD *** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yerində olan 5 ədəd 100 manatlıq əskinasları (C62878435, A83866166, C45208466, A28223406, A66029167 seriya və nömrəli) könüllü olaraq araşdırmaya təqdim etmişdir. Bununla yanaşı, Şahid3 şalvarının sol cibində olan 13 ədəd 100 manatlıq əsginasları (C50099633, C46245908, A87444211, C75442332, C44616186, A00725598, B00800915, C43134678, A78697982, B12301640, B03089584, A74757881, C95084622 seriya və nömrəli), habelə tünd-göy rəngli “Samsung” markalı mobil telefonu könüllü olaraq araşdırmaya təqdim etmişdir. Baxışda iştirak edən, Şahid2 bildirmişdir ki, qeyd edilən pul vəsaitləri onun tərəfindən adları çəkilən şəxslərə verilmiş, özünü jurnalist kimi təqdim edən Təqsirləndirilən şəxs1 öz “Youtube” kanalında Goranboy Rayon İcra hakimiyyətinin başçısının müavini Zərərçəkmiş şəxs1 və icra hakimiyyətinin digər vəzifəli şəxsləri barədə şantaj xarakterli çəkdiyi video çarxların silinməsi müqabilində onun, vasitəsilə Zərərçəkmiş şəxs1 4000 manat məbləğində pul tələb etmiş, həmin məbləğin 2000 manatını Təqsirləndirilən şəxs1 tapşırığı ilə Abşeron rayonu, Xırdalan şəhəri, Xırdalan dairəsinin yaxınlığında yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs2 Əlabbas oğluna və Şahid3 təqdim etmişdir. Zərərçəkmiş şəxs1 pul vəsaitlərinin alınmasında köməklik etdiyi üçün həmin məbləğdən 2 ədəd 100 manatlıq əskinasla, cəmi 200 manat (C75364469, A18537178 seriya və nömrəli) ona verilmişdir. Baxış davam etdirilərək aşkar edilmiş həmin əskinaslar ultrabənövşəyi şüalar altında xüsusi cihaz vasitəsilə işıqlandırılarkən 10 ədəd 100 manatlıq əskinasların (C50099633, C46245908, A87444211, C75442332, C44616186, A00725598, B00800915, C43134678, A78697982, B12301640 seriya və nömrəli) üzərilərində limuniset qələmlə xüsusi sözlərin yazıldığı müəyyən edilmişdir. Baxış zamanı aşkar edilmiş müvafiq olaraq C50099633, C46245908, A87444211, C75442332, C44616186, A00725598, B00800915, C43134678, A78697982, B12301640, C62878435, A83866166, C45208466, A28223406, A66029167, B03089584, A74757881, C95084622, C75364469, A18537178 seriya və nömrəli 20 (iyirmi) ədəd 100 (yüz) manatlıq əskinaslardan ibarət 2000 (iki min) manat məbləğində pul müvafiq qaydada qablaşdırılaraq, götürülmüşdür. “Video görüntülərə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, əməliyyat-axtarış tədbiri ilə əlaqədar Şahid2 üzərində video qeydiyyat cihazı ilə çəkiliş aparmaqla, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə sonuncuların iş yerində görüşür və aralarında aparılmış danışıq zamanı Təqsirləndirilən şəxs1 rayonla bağlı həddindən artıq çox saylı şikayətlərin olduğunu, gec gəlməsi səbəbindən 300 manat qazancından qalmasını, artezianlarla, qazilərlə, təhsillə və sair xüsusatlarla bağlı video çəkiliş aparması üçün yeni müraciətlər əsasında rayona çağırıldığını bildirir, buna cavab olaraq Şahid2 Mirvari xanıma pozduğu videonu göstərdiyini, eləcə də daha münasibətlərinin düzəlməsi üçün müvafiq xərcin ödənilməli olmasını dediyini qeyd edir. Təqsirləndirilən şəxs1 yenidən çox saylı şikayətlərin olduğunu, həmin videonu Şahid2a inamın yaranması üçün sildiyini, reytinqlərinin yüksək olması səbəbindən videoları silməyəcəyəni, lakin işlərini dayandıracağını bildirir. Şahid2 yenidən video görüntülərin silinməsini istədikdə, Təqsirləndirilən şəxs1 tələsməməsini, avqust ayının sonlarında, sentyabr ayının əvvəllərində videoların ikisini pozacağını qeyd edir. Təqsirləndirilən şəxs2 video görüntülərin silinməsi ilə bağlı müraciət edən şəxslərin digər şəxslərə çıxaraq “ayrı oyun” çıxaracaqlarını deyir. Video görüntüdə aparılan danışıqlardan aydın olur ki, Təqsirləndirilən şəxs1 oğlu Şahid3 digər otaqda olmuş və qısa müddətlik danışıq aparılan otağa daxil olub, sonra isə çıxmışdır. Sonra Təqsirləndirilən şəxs2 qeyd edir ki, özünə gələn şikayətləri də daha onun özünə və ya başqa şəxsə göndərəcək ki, özləri şikayətçilərlə danışıb məsələni həll etsinlər, sonuncular başqa yerlərə müraciət etməsinlər. Təqsirləndirilən şəxs1 şikayətçiləri qəbul edəndə güc göstərilməməsini istəyir, Təqsirləndirilən şəxs2 isə həmin şəxslərdən 1-2 ilə güc dilində danışmağın zəruri olduğunu deyir və Təqsirləndirilən şəxs1 sonuncu ilə razılaşır. Danışıq zamanı Şahid2 rayonla bağlı məsələlərin yekunlaşmasını istədiyini qeyd edir, Təqsirləndirilən şəxs1 onunla razılaşır. Sonra Şahid2 2000 manat məbləğində pul gətirdiyini, təxminən bir həftə ərzində qalan 2000 manatı alıb verəcəyini deyir, lakin rayonla bağlı videoların heç olmasını birinin silinməsini istəyir və Təqsirləndirilən şəxs1 ona razılığını bildirərək, daha çox pul, hörmət qazanmaq istədiyi, eləcə də gələcəkdə birgə iş görmələri üçün Şahid2lə razılaşdığını əlavə edir. Sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2lə birlikdə Şahid2 özləri ilə birgə işləyib, ətraf rayonlardan tənqidi videolar hazırlayaraq, özünə pul və nüfuz qazanmasını təklif edirlər. Təqsirləndirilən şəxs1 pulu oğlu Şahid3 verməsini Şahid2 istəyir, lakin sonuncu pulu Təqsirləndirilən şəxs1 özünə verəcəyini qeyd edir. Video çəkilişin 19:44-cu dəqiqəsində Təqsirləndirilən şəxs1 Şahid3 otağa dəvət edir və 100 manatlıq əsginaslar ibarət olan pulu Şahid2 alaraq Şahid3 verib, evə aparmasını deyir. Pulu aldıqdan sonra, Təqsirləndirilən şəxs1 pulun qalan hissəsini altıncı gün gəlib rayondan götürəcəyini və rayonla bağlı işini bitirdiyini qeyd edir. Daha sonra, Şahid2 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə vidalaşaraq, otağı tərk edir. “Səs yazılarına əlavə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 tərəfindən istintaq orqanına könüllü olaraq təqdim edilmiş onunla Təqsirləndirilən şəxs1 ilə arasında olan səs yazılarının köçürüldüyü 1 ədəd “CD” daşıyıcısına baxış keçirilmişdir.Baxış zamanı “CD” daşıyıcısında 5 ədəd fayl daxilində Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 arasında aşağıdakı məzmunda səs yazısı əks olunmuşdur. 1.“AUD-20210917- WA0035” adlı səs yazısının əvvəlində Təqsirləndirilən şəxs1 ilə Zərərçəkmiş şəxs2 şəxsi məzmunda danışırlar və sonra isə şəbəkə və ya internet qoşulması ilə bağlı aparılan danışıq kəsilir. 2.“AUD-20210917- WA0036” adlı səs yazısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 Məhərrəm müəllimə görə, dayanması üçün Bulud adlı şəxsin xahiş etdiyi və onun Bulud adlı şəxs vasitəsi ilə icra hakimiyyətinə (“sizinkilərə” ifadəsini işlədir) bir söz dediyini, lakin mənfi olmaqla, “nə edir, onu da etsin” cavabını aldığını qeyd edir. Sonra, Zərərçəkmiş şəxs2 informasiyanın kökünü öyrənmək üçün onunla görüşməyi təklif edir, buna cavab olaraq Təqsirləndirilən şəxs1 informasiyanın pul olduğunu bildirir. 3.“AUD-20210917- WA0037” adlı səs yazısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 yayımladığı videoları silməyəcəyini və belə olduğu halda digər kanalların həmin məlumatlardan istifadə edərək, paylaşacaqlarını qeyd edir. 4. “AUD-20210917- WA0038” adlı səs yazısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 onlara aid bir videonu çıxartdığı, ikinci videonu çıxartmaq üçün onları gözlədiyini və icra başçısı ilə görüşmək istədiyini deyir, eləcə də Goranboy rayona gəlməsi üçün ona avtomobilin ayrılmasını istəyir. 5. “AUD-20210917- WA0039” adlı səs yazısında Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 videoları silə biləcəyini, digər kanalına yüklədiyi halda baxışların daha çox olacağını, tənqid əsasında rayon icra başçıların işdən çıxarıldığını, yaşlı icra başçıların tənqid olunmamaları üçün külli miqdarda pul verdiklərini, icra başçısının özünü qorumasını, əsəbiləşdiyi halda barələrində yeni məlumatları yayacağını, görüşməyə razı olduğunu, rayon icra başçısı ilə görüşmək istədiyini bildirir. Danışıq zamanı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 videoları sildiyi təqdirdə, sonuncu ilə görüşəcəyini qeyd edir, Təqsirləndirilən şəxs1 də hər iki videonun yayımı dayandıracağını və bu barədə artıq göstəriş verdiyini cavab olaraq deyir. “Baxış keçirilməsi haqqında ” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki,“Youtube” internet platformasında yayımlanan “Xəbər kanalı” səhifəsində 09 fevral 2021-ci il tarixdə paylaşılmış “Dəhşət!!! Rayonu vor zakonlar idarə edir? Rüşvət tualetdə alınır – DTX nin qorxusundan” adlı video çarxda Təqsirləndirilən şəxs1 Goranboy rayon icra hakimiyyətinin rəhbər vəzifəli şəxslərinin təhsil sahəsinə aid vəzifələrə işçiləri rüşvət müqabilində qəbul etməsi və məktəb müəllimlərindən aylıq haqq alınması barədə müzakirə aparır. Həmin səhifədə 12 fevral 2021-ci il tarixdə paylaşılmış “Təhsil şöbəsinin müdürü “Uşaqbaz”, müavini “Zapravşik” olan icra başçısı kim?” adlı video çarxda Təqsirləndirilən şəxs1 Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, habelə Zərərçəkmiş şəxs1 tərəfindən dövlət vəsaitinin mənimsənilməsi və rüşvət müqabilində qanunsuz hərəkətlərə yol verililməsi ilə bağlı müzakirə aparır. Eləcə də, 12 mart 2021-ci il tarixdə paylaşılmış “Zeynal Nağdəliyevin diqqətinə!!!Goranboyun 2 icra başçısı var. Məhərrəm Quliyev idarə edə bilmir” adlı video çarxda Təqsirləndirilən şəxs1 Goranboy rayon icra hakimiyyətinin vəzifəli şəxsləri, habelə Zərərçəkmiş şəxs1 tərəfindən rüşvət almaları, vətəndaşlara təzyiq göstərmələri, eləcə də Goranboy rayon məhkəməsində ədalətsiz qərarların qəbul edilməsi məzmununda müzakirə aparır.15 mart 2021-ci il tarixdə paylaşılmış “Goranboy təhsili batıb, səhiyyə çöküb. İcra başçısı idarəetməni itirib” adlı video çarxda Təqsirləndirilən şəxs1 Goranboy rayon icra başçısının müavini Zərərçəkmiş şəxs1 rayon məktəblərinin direktorları və müavinləri, uşaq bağçalarının müdirlərindən, eləcə də, mədəniyyət və səhiyyə sahəsində aid qurumların rəhbərlərindən müəyyən maddi nemət alması, ona təhkim olunmuş sahələrə zəruri nəzarəti həyata keçirtməməsi ilə bağlı müzakirə aparır.18 mart 2021-ci il tarixdə paylaşılmış “Goranboy icra hakimiyyətində əslində nə baş verir? Zərərçəkmiş şəxs1 çoxlu şikayətlər var-niyə?” adlı video çarxda Təqsirləndirilən şəxs1 Goranboy rayon icra başçısının müavini Zərərçəkmiş şəxs1 uşaq bağçalarına ayrılan dövlət vəsaitlərini, əmək haqlarını mənimsəməsi, ona təhkim olunmuş səhiyyə, mədəniyyət, təhsil sahələrinə nəzarəti həyata keçirtməsi mövzusunda müzakirə aparır.05 aprel 2021-ci il tarixdə paylaşılmış “Milyoncu məmurların-siyahısı” adlı video çarxda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Goranboy rayon icra başçısının müavini Zərərçəkmiş şəxs1, rayon icra hakimiyyətinin Ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs5 və sonuncunun ailə üzvlərinin dövlət vəsaitini mənimsəmələri, rüşvət almaları və sair mövzularda qarşılıqlı danışıq-müzakirə aparırlar.11 aprel 2021-ci il tarixdə paylaşılmış “Goranboyda total narazılıq-korrupsiya, rüşvət, anarxiya” adlı video çarxda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Goranboy rayon icra başçısının müavini Zərərçəkmiş şəxs1 ona təhkim olunmuş səhiyyə, təhsil, mədəniyyət sahəsində nəzarəti həyata keçirtməməsi, rüşvət tələb etməsi, eləcə də, rayon Maliyyə idarəsinin rəisi İltifat Sadıqovun, oğlu Zərərçəkmiş şəxs5 və qardaşı Zərərçəkmiş şəxs3 ilə cinayətkar dəstə yaradaraq, özbaşına torpaq sahələrini zəbt edib, qanunsuz inşaat işləri aparmaları, məhkəmə qərarların icrasına mane olmaları, dövlət vəsaitini mənimsəmələri və digər mövzularda qarşılıqlı danışıq-müzakirə aparırlar.16 aprel 2021-ci il tarixdə paylaşılmış “İcra başçısı şikayətçini döydürür, faktı ört-basdır edirlər-mafiya qanunları-Goranboyda” adlı video çarxda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Goranboy rayon icra hakimiyyətinin, həmçinin rayon ərazisində fəaliyyət göstərən müəssisə və təşkilatların əməkdaşlarının vətəndaşlar üzərində təzyiq göstərmələri və sair məzmunda qarşılıqlı danışıq-müzakirə aparırlar.12 iyul 2021-ci il tarixdə paylaşılmış “Məktəbdə barama yetişdirilir, şagirdlər Rusiyada. Klanların idarə etdiyi, bəxtsiz rayon - Goranboy” adlı video çarxda Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Goranboy rayon icra başçısının müavini Zərərçəkmiş şəxs1, icra hakimiyyətinin Ərazi idarə etmə və yerli özünü idarə etmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyən Zərərçəkmiş şəxs5, İcra hakimiyyətinin əməkdaşı Zərərçəkmiş şəxs2yinin, Goranboy rayon Subartezian quyularının istismarı idarəsinin rəisi işləmiş sonuncunun atası Akif İbrahimov, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində işləyən qardaşı Xaliq İbrahimovun dövlət vəsaitini mənimsəmələri, qanunsuz sahibkarlıqla məşğul olmaları, vətəndaşlar üzərində təzyiq göstərmələri ilə bağlı qarşılıqlı danışıq-müzakirə aparırlar. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyətlə bağlı Şahid2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə sonuncunun “Youtube” internet platformasında yayımlanan “Xəbər kanalı” səhifəsində paylaşılmış rüsvayedici video çarxların silinməsi üçün 4.000 manat məbləğində pulun verilməsini onun vasitəsi ilə Mirvari Ağamaliyevadan tələb etdiyini, 2.000 manat məbləğində pulu şəxsən aldığı, eləcə də yeni video çarxlar yaymayacağına dair vəd verdiyini, qalan 2.000 manat məbləğində vəsaitin götürülməsi üçün öz yerinə oğlu Şahid3 görüşə göndərdiyini və özünə çatması qalıq qalan 2.000 manat məbləğində pul vəsaitini oğlu Şahid3 verdiyini bir daha bildirməklə sonuncunu törətdiyi cinayət əməlini ifşa etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyətlə bağlı Şahid2 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs2 üzünə Mirvari Ağamaliyeva barəsində yayınlanmış rüsvayedici video çarxların silinməsi və yeni video çarxların yayımlanmaması üçün onun iştirakı ilə xx.xx.2021-ci il tarixdə Sənan Abdullyaevə 2000 manat məbləğində pul verdiyini, sonra xx.xx.2021-ci il tarixdə onunla bir yerdə gəlmiş Təqsirləndirilən şəxs1 oğlu Şahid3 2.000 manat pul verdiyini bir daha bildirməklə sonuncunu törətdiyi cinayət əməlini ifşa etmişdir. "Üzləşdirmə haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, ifadələri arasında olan ziddiyətlə bağlı Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs1 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatları bir daha təsdiq edərək Təqsirləndirilən şəxs1 üzünə özünün və ailə üzvlərinin barəsində rüsvayedici məlumatlar yaymamaq üçün sonuncunun ondan 1500 manat məbləğində pul vəsaitini tələb etməsini bir daha bildirməklə sonuncunun törətdiyi cinayət əməlini ifşa etmişdir. Sənədlərin texniki ekspertizasının xx.xx.2021-ci il tarixli 5/1056 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 20 ədəd A74757881, A83866166, A18537178, A87444211, A00725598, A78697982, A66029167, A28223406, B00800915, B12301640, B03089584, C75364469, C46245908, C44616186, C43134678, C45208466, C50099633, C75442332, C95084622, C62878435 seriya nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasları xüsusi mühafizə vasitələrlə təchiz olunmaqla poliqrafik çap üsulları ilə hazırlanmış və eyni nominallı həqiqi pul əsginası ilə eynilik təşkil edir. Təqdim edilmiş C44616186, C50099633, C46245908, A87444211, C75442332 nömrəli 100 Azərbaycan manatı nominallı pul əskinasların üzərində UB işıqda görünən “Rüşvət 2021” yazıları, təqdim edilmiş, A00725598, B00800915, C43134678, A78697982, B12301640 nömrəli 100 Azərbaycan manatı nominallı pul əsginasların üzərində UB işıqda görünən “Nəzarət 2021” yazıları müəyyən edilmişdir. Bakı şəhəri 35 saylı Mənzil Komunal Təsərrüfat Birliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 3 ünvanında qeydiyyatdadır. Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.2006-cı il tarixdə anadan olmuşdur. AZ № 12507319 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 xx.xx.2009cu il tarixdə anadan olmuşdur. Ağcabədi şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 ailə üzvləri həyat yoldaşı X4, övladları X5, X6 və Şahid3 ibarətdir. Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmışdır. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 özünə məxsus avtomobilin saxlanc yerindən aşkar olunan 5 ədəd A83866166, A66029167, A28223406, C45208466, C62878435 seriya nömrəli 100 manatlıq, Şahid3 aşkar olunan 13 ədəd A74757881, A87444211, A00725598, A78697982, B00800915, B12301640, B03089584, C46245908, C44616186, C43134678, C50099633, C75442332, C95084622 seriya nömrəli 100 manatlıq və Şahid2 aşkar olunan 2 ədəd A18537178, C75364469 seriya nömrəli 100 manatlıq əskinasları, cəmi 20 (iyirmi) ədəd 100 (yüz) manat nominalında əskinaslardan ibarət 2.000 (iki min) manat məbləğində pul vəsaiti maddi sübut kimi tanınmış və xüsusi saxlanc yerində saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsinə təhvil verilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 ədəd “CD” daşıyıcısı və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş 1 ədəd “CD” daşıyıcısı maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. Zərərçəkmiş şəxs3 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs5 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərə hədə-qorxu gəlmədiyini, Şahid2 borc olaraq ona pul verdiyini, digər təqsirləndirilən şəxs Atayev X2 Sənan Həsən oğlu tərəfindən törədilən cinayət əməlləri barədə məlumatı olmadığını və cinayətlərin törədilməsində sonuncu ilə əlbir olmadığını bildirsələr də, məhkəmə onların bu ifadələrini məhkəmə iclasında dindirilmiş, zərərçəkmiş şəxslər və şahidlərin ifadələrini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 182.2.1 və 182.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiklərindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, kəskin mərhələli sol mədəcəyin divarının arxa miokard infaktı, İİ mərhələ hipertoniya xəstəliyi, İİ tip şəkərli diabet xəstəsi olmasını, ürəyin stendəşdirilməsi cərrahiyyə əməliyyatı keçiməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətləri öz qulluq borcunu yerinə yetirən şəxslərə və onların yaxın qohumlarına qarşı törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.8-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs2 başqa digər zərərçəkmiş şəxslərlə barışmasını, zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını, himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs1 əməlində cinayətləri öz qulluq borcunu yerinə yetirən şəxslərə və onların yaxın qohumlarına qarşı törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.8-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəliliyini, cəzalarını yüngülləşdirən və ağırlaşdıran halların olmasını nəzərə alaraq, təqsirləndirilən şəxslər ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab etməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət, məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət və Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və xüsusi saxlanc yerində saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsinə təhvil verilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 özünə məxsus avtomobilin saxlanc yerindən aşkar olunan 5 ədəd A83866166, A66029167, A28223406, C45208466, C62878435 seriya nömrəli 100 manatlıq, Şahid3 aşkar olunan 13 ədəd A74757881, A87444211, A00725598, A78697982, B00800915, B12301640, B03089584, C46245908, C44616186, C43134678, C50099633, C75442332, C95084622 seriya nömrəli 100 manatlıq və Şahid2 aşkar olunan 2 ədəd A18537178, C75364469 seriya nömrəli 100 manatlıq əskinasları, cəmi 20 (iyirmi) ədəd 100 (yüz) manat nominalında əskinaslardan ibarət 2.000 (iki min) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil verilməlidir. Eləcə də əməliyyat-axtarış tədbiri zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 ədəd “CD” diskin və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskin iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia verilməmiş və xüsusi müsadirə tətbiq ediləcək əmlak müəyyən olunmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 10 avqust 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.1 və 182.2.2-ci maddələri ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 10 avqust 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış və xüsusi saxlanc yerində saxlanılması üçün Azərbaycan Respublikası Baş Prokurorluğunun maddi-texniki təminat şöbəsinə təhvil verilmiş Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs2 özünə məxsus avtomobilin saxlanc yerindən aşkar olunan 5 ədəd A83866166, A66029167, A28223406, C45208466, C62878435 seriya nömrəli 100 manatlıq, Şahid3 aşkar olunan 13 ədəd A74757881, A87444211, A00725598, A78697982, B00800915, B12301640, B03089584, C46245908, C44616186, C43134678, C50099633, C75442332, C95084622 seriya nömrəli 100 manatlıq və Şahid2 aşkar olunan 2 ədəd A18537178, C75364469 seriya nömrəli 100 manatlıq əskinasları, cəmi 20 (iyirmi) ədəd 100 (yüz) manat nominalında əskinaslardan ibarət 2.000 (iki min) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə təhvil verilsin. Eləcə də əməliyyat-axtarış tədbiri zamanı qeydə alınmış video görüntülərin köçürüldüyü 1 ədəd “CD” diskin və Zərərçəkmiş şəxs2 tərəfindən təqdim olunmuş 1 ədəd “CD” diskin iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 62 (altmış iki) manat məbləğində pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə onlara hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar