Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-233/2024 14.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 və Əliyev Nicat Şirzad oğlunun katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri X11 və ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 21 avqust 2001-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Məhsəti qəsəbəsi, ünvansız fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olan və digər şəxsin az ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Belə ki o, 28 dekabr 2022-ci il tarixdə, saat 00:02 radələrində ayıq vəziyyətdə, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə əsasən nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etməməli olduğu halda həmin Qanunun tələblərini pozaraq nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Mercedes Benz E210” minik markalı, “**-ZJ-***” dövlət qeydiyyat nişanlı avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsi ilə üzü “Nizami” prospekti istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq idarə etməməli olduğu halda, həmin tələblərə əmələ etməyərək avtomobili 80-90 km/saat sürətlə hərəkət etdirərək hadisənin qarşısını almağa texniki imkanı olsa da, hadisənin baş verməsinə etinasız yanaşaraq Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim Marketin” qarşısında yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən piyada X8 idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə ehtiyatsızlıqdan vurmuş, daha sonra idarə etməni itirərək yolun əks hərəkət istiqamətinə daxil olaraq onunla əks istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sol hissəsinə çırpılmış, zərbənin təsirindən “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol sirkə kasasının qapalı, qəlpəli yerini dəyişmiş sınığı, çənəaltı nahiyəsinin yarası xəsarətləri yetirməklə ehtiyatsızlıqdan sonuncunun sağlamlığına az ağır zərər vurulmasına, X6 beyinin ənsə payının əzilməsi, beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, kəllə-əsası sümüklərinin, başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma ilə müşayiət olunan ənsə nahiyəsinin əzilmiş yarası, alt çənə sümüyünün sınığı, sol ağciyərin cırılması, döş qəfəsinin sol tərəfində İİİ-İV-V qabırğaların ön qoltuqaltı xətt üzrə sınığı, sol bazu, sol bud, sol qalça və sağ əldarağı sümüklərinin qapalı, hər iki baldır sümüklərinin isə açıq sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol gözün üst qapağının, sol dirsək, sol baldır nahiyəsinin səthi əzilmiş yaraları, sol almacıq, sol gicgah, sol said əl, sağ əl, sağ baldır, hər iki baldır nahiyələrinin sıyrıqları, daxili orqanların azqanlı olması sağlamlığına ağır zərər vurmaya aid xəsarətlər yetirməklə açıq küt kəllə-beyin travması nəticəsində baş beyinin əzilməsi və kəllə sümüklərinin çox qəlpəli sınması nəticəsində ehtiyatsızlıqdan sonuncunun ölümünə səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs münasibətdə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, araşdırılan mötəbər və təkzibedilməz sübutlarla onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olan və digər şəxsin az ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi tam təsdiq edilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadə verməkdən imtina etdiyini bildirmiş, verilmiş suallara cavab olaraq göstərmişdir ki, onun nəqliyyat vasitəsini idarə etmək hüququ yoxdur. Onun özünə məxsus avtomobili olmasa da, 16-17 yaşlarından avtomobil idarə edir. 28 dekabr 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsindən əvvəl o, sürət həddini aşmamış, avtomobili 60-70 km/saat sürətlə idarə edirmiş. Hadisə zamanı o, piyadanı görməmişdir. Həmin şəxs onun qarşısına çıxarkən o, əyləcdən istifadə etməmişdir. Həmin vaxt piyada yolun sağ tərəfindən sol tərəfinə keçirmiş. Hadisənin baş verdiyi yerdə yol işıqlandırılsa da, o, piyadanı görə bilməmişdir. O, piyadanı vurmaması üçün idarə etdiyi “Mercedes Benz E210” minik markalı, “**-ZJ-***” dövlət qeydiyyat nişanlı avtomobili sol tərəfə çəkmiş, yolun əks hərəkət istiqamətinə daxil olaraq əks istiqamətdə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Lakin o, həmin VAZ 2106” minik markalı avtomobillə toqquşmamışdan qabaq artıq piyada X8 idarə etdiyi avtomobilin ön sağ tərəfi ilə vurmuşdur. Hadisədən sonra Şahid2la birlikdə X8 Gəncə şəhər 3 saylı xəstəxanaya aparmışdır. O, Vətən müharibəsi iştirakçısıdır, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi daha təfərrüatlı ifadələri elan olunmaqla tədqiq edilmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı 28 dekabr 2022-ci il tarixdə verdiyi izahatından, daha sonra 18 may 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində dindirilərkən daha təfərrüatlı verdiyi ifadəsindən görünür ki, o, özünü təqsirli bilərək göstərmişdir ki, o, İkinci Qarabağ müharibəsi iştirakçısıdır. xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində dostu Şahid2 ona zəng edərək Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Şeş-beş” kafesində spirtli içki qəbul edəcəyini və avtomobilini idarə etməyini bildirmişdir. O Kamala narahat olmamasını və oraya gələcəyini bildirmişdir. Bir neçə dəqiqə sonra yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsindən taksi ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Şeş-beş” restoranına getmiş, orada olan zaman dostu Şahid2 tanışları Elşad və Şahlar ilə spirtli içki pivə, araq qəbul etmişlər, o isə çay içmişdir. Daha sonra Şahid2, Elşad və Şahlar ilə evə getmək üçün yola düşmüşlər. Həmin vaxt saat artıq 00:02 radələri olmalı imiş. O, Şahid2 məxsus “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sükanının arxasında əyləşmiş, Kamal isə sürücünün yanındakı oturacaqda əyləşmiş, Elşad və Şahlar arxa oturacaqda əyləşmişlər. O, Şahid2 məxsus “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsi ilə üzü “Nizami” prospekti istiqamətində hərəkətdə olan zaman “Bizim Marketin” qarşısında onun hərəkət istiqamətində yolu sağ tərəfindən sol tərəfinə keçmək istəyən bir nəfər şəxs qəfildən onun qarşına çıxmış, bu zaman o, piyadanı vurmamaq üçün sükanı sola döndərsə də, zərbədən yayına bilməmiş və idarə etdiyi avtomobilin ön sağ hissəsi ilə həmin şəxsi vurmuşdur. Həmin vaxt idarə etməni itirərək onun ilə əks istiqamətdə hərəkətdə olan “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə idarə etdiyi “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sol ön hissəsi ilə “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol qabaq yan hissəsi ilə toqquşmuşdur. “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil zərbənin təsirindən onunla eyni istiqamətdə arxadan hərəkətdə olan “Daewoo Nexia” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmış, həmin vaxt piyada zərbənin təsirindən təxminən 15-20 metr havada gedərək yolun mərkəz hissəsinə yıxılmışdır. Bundan sonra dərhal avtomobildən yerə düşərək həmin şəxsin arxası üstə uzanıqlı vəziyyətdə olduğunu, sifətinin qan olduğunu görmüşdür. O, həmin kişiyə səslənsə də, həmin şəxs ona bir cavab verməmiş, daha sonra orada olan zaman nömrəsini, markasını və sürücüsünü xatırlamadığı avtomobilə əyləşdirərək Gəncə şəhəri 3 saylı xətəxanaya aparmış və orada həmin şəxsə tibbi yardım göstərmişlər. Təqsirləndirilən şəxs həmin vaxt verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin hadisə xx.xx.2022-ci il tarixdə saat 00:02 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən “Bizim Marketin” qarşısında baş vermişdir. O, X8 tanımırmış və həmin şəxslə hər hansı bir ədavəti olmamışdır. Hadisənin baş verməsinə səbəb həmin orta yaşlı kişinin onun hərəkət istiqamətində yolu sağ tərəfindən sol tərəfinə anidən keçmək istəyən zaman qarşına çıxması olmuşdur. Hadisənin qarşısını almaq üçün sükanı sol istiqamətdə döndərsə də, hadisənin qarşısını ala bilməmişdir. O, həmin vaxt avtomobili təxminən 80- 90 km/saat sürətlə idarə edirmiş. Həmin hadisə zamanı onun idarə etdiyi avtomobildə tanışları Şahid2, Şahid3 və Şahid6 olmuşdur, avtomobildə başqa heç kəs olmamış, həmçinin yük yeri isə boş olmuşdur. X1 onun hərəkət istiqamətində yolu soldan sağa keçmək istədiyini təxminən 20 (iyirmi) metr məsafədən görmüşdür. Həmin hadisə vaxtı avtomobilinin texniki vəziyyəti saz olmuşdur. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Hadisə vaxtı onun sürücülük vəsiqəsı olmamışdır. O ümumiyyətlə spirtli içki qəbul edən deyilmiş və hadisədən əvvəl də spirtli içki qəbul etməmişdir (iş vərəqə: cild İ, səh. 44-45, 270-272). Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, mərhum oğlu X12 27 dekabr 2022-ci il tarixdə axşam saatlarında evə gəlmədiyindən narahat olmuşdur. O, evdə gəlinindən soruşduqda gəlini Ramilin zəng etdiyini və evə gec gələcəyini dediyini bildirmişdir. Lakin onlar nə qədər gözləsələr də, oğlu Ramil Musayev gəlməmişdir. Sonradan oğlu X19 şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim Marketin” qarşısında yolu keçərkən avtomobilin Ramili vurmasını və almış olduğu xəsarətlərdən oğlunun vəfat etdiyini bilmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona oğlunun dəfin xərcləri ilə əlaqədar on min manat ödənilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X9 məhkəmənin sonrakı iclaslarında Təqsirləndirilən şəxs ilə barışdığını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 28 dekabr 2022-ci il tarixdə saat təxminən 00:02 radələrində atasına məxsus VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə gedərkən dostu Şahid5 da onunla birlikdə avtomobildə olmuşdur. O, həmin avtomobillə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim Marketin” yanında üzü Gəncə şəhəri, Təbriz küçəsi istiqamətində dönmək istəyərkən sürəti azaldaraq avtomobili tam dayandırmışdır. Bu zaman “Bizim Marketin” yanında yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən bir nəfər yolu keçən zaman onun əks hərəkət istiqamətində hərəkətdə olan “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ön sağ hissəsi ilə “Bizim Market”in qarşısında piyadanı vurmuş, idarə etməni itirərək onun olduğu hərəkət istiqamətinə çıxmış və idarə etdiyi “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır, zərbənin təsirindən onun idarə etdiyi avtomobil onunla eyni istiqamətdə arxadan hərəkətdə olan “Daewoo Nexia” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Hadisə zamanı bədəninin bir neçə hahiyəsindən xəsarət almışdır. O, hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs səhhəti ilə əlaqədar olaraq ona yardım göstərmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid1 оğlu ifаdəsində göstərmişdir ki, 28 dekabr 2022-ci il tarixdə saat təxminən 00:02 radələrində özünə məxsus “Daewoo Nexia” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsi ilə üzü Gəncə şəhəri, Təbriz küçəsi istiqamətində hərəkət edərkən qarşısında “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə imiş. Həmin vaxt əks istiqamətdən gələn “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil yolu keçmək istəyən bir nəfər şəxsi vurmuş, sonra həmin “Mercedes Benz E 210” minik markalı avtomobil ön hissəsi ilə onun qarşısındakı “VAZ 2106” minik markalı avtomobili vurmuş və zərbənin təsirindən həmin “VAZ 2106” markalı avtomobil onun idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə çırpılmışdır. Bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid3 оğlu ifаdəsində göstərmişdir ki, 27 dekabr 2022-ci il tarixdə saat təxminən 21 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində “Şeş-beş” restoranında spirtli içki qəbul etmişdir. Onunla birlikdə Şahid2 da spirtli içki qəbul etmişdir. Sonra saat təxminən 00 radələrində içkili olduqlarına görə Təqsirləndirilən şəxs çağırmışlar ki, Şahid2 maşınını sürsün və onları evə düşürtsün. Onlar Şahid2 məxsus “Mercedes Benz E 210” minik markalı, **-ZJ- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişlər, avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. O isə arxada oturmuşdur. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsi ilə üzü Nizami prospekti istiqamətində hərəkətdə olarkən “Bizim Market”in qarşısında bir nəfər şəxs onların olduğu avtomobilin qarşısına çıxmış və həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin şəxsi vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs idarəetməni itirərək əks istiqamətdən hərəkətdə olan “VAZ 2106” minik markalı avtomobillə toqquşmuşdur. Sonra Təqsirləndirilən şəxsla birlikdə yoldan keçən maşınla həmin şəxsi xəstəxanaya aparmışlar. Bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid4 оğlu ifаdəsində göstərmişdir ki, o, “Bravo” marketlər şəbəkəsində satıcı işləyir. 28 dekabr 2022ci il tarixdə saat təxminən 00:02 radələrində o, xalası oğlu Şahid1 ilə sonuncunun “Daewoo Nexia” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Gəncə şəhərində “Xan Arxı”nın yaxınlığında Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsi ilə üzü Gəncə şəhəri “Təbriz küçəsi” istiqamətində hərəkət edərkən “Bizim market”in qarşısında “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil xalası oğlu Şahid1 idarə etdiyi “Daewoo Nexia” markalı avtomobilə çırpılmışdır. Onlar dərhal zərər çəkən şəxslərə köməklik etmək üçün avtomobildən düşmüşlər. Şahid4 daha sonra verilmiş suallara cavab olaraq göstərmişdir ki, “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək onların qarşısında hərəkətdə olan “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş və zərbənin təsirindən “VAZ 2106” minik markalı avtomobil onların əyləşdikləri “Daewoo Nexia” markalı avtomobilə çırpılmışdır. O, daha sonra bilmişdir ki, hadisə zamanı “Mercedes Benz E 210” minik markalı avtomobil əvvəlcə piyadanı vurmuşdur. Bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid5 оğlu ifаdəsində göstərmişdir ki, 28 dekabr 2022-ci il tarixdə saat təxminən 00:02 radələrində dostu Zərərçəkmiş şəxslə birlikdə sonuncunun idarə etdiyi “VAZ 2106” minik markalı, **- BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilində gedərkən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim Marketin” yanında üzü Gəncə şəhəri, Təbriz küçəsi istiqamətində dönmək istəyərkən dostu Təqsirləndirilən şəxs sürəti azaldaraq avtomobili tam dayandırmışdır. Bu zaman “Bizim Marketin” yanında yolun sol tərəfindən sağ tərəfinə keçmək istəyən bir nəfər yolu keçən zaman əks hərəkət istiqamətində hərəkətdə olan “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ön sağ hissəsi ilə “Bizim Market”in qarşısında piyadanı vurmuşdur. “Mercedes Benz E 210” minik markalı avtomobilin sürücüsü idarə etməni itirərək onların hərəkət istiqamətinə çıxmış və onların əyləşdikləri “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılmışdır. Sonra o, dostu Zərərçəkmiş şəxs maşından çıxarmışdır. Bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid6 оğlu ifаdəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə onun dostluq münasibətləri var. 27 dekabr 2022-ci il tarixdə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən “Şeş-beş” restoranında spirtli içki qəbul etmişdir. Yeyib-içdikdən sonra masada əyləşən hamı içkili olduğuna görə Təqsirləndirilən şəxs zəng edib çağırmışlar ki, onlarla birlikdə əyləşmiş Şahid2 maşınını sürsün və onları evə düşürtsün. Axşam saat təxminən 00 radələrində onlar Şahid2 məxsus “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə əyləşmişlər, avtomobili Təqsirləndirilən şəxs idarə etmişdir. O, arxada oturmuşdur. Avtomobildə əyləşən şəxslərdən Təqsirləndirilən şəxs başqa, hamı içkili olmuşdur. Avtomobildə həmçinin Şahid2, Şahid3 olmuşdur. Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsi ilə üzü Nizami prospekti istiqamətində hərəkətdə olarkən “Bizim Market”in qarşısında bir nəfər şəxs onların olduğu avtomobilin qarşısına çıxmış və həmin vaxt Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin ön hissəsi ilə həmin şəxsi vurmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs idarəetməni itirərək əks istiqamətdən hərəkətdə olan “VAZ 2106” minik markalı avtomobillə toqquşmuşdur. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid7 оğlu ifаdəsində göstərmişdir ki, o, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X23 Yol Patrul Xidməti baş inspektoru vəzifəsində işləyir. 28 dekabr 2022-ci il tarixdə saat təxminən 00:10 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim Marketin” qarşısında avtomobilin piyadanı vurması ilə nəticələnən yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat aldıqdan sonra hadisə yerinə getmişlər. Həmin ərazini mühafizə etmişlər. Həmin vaxt onlara məlum olmuşdur ki, avtonəqliyyat hadisəsi zamanı “Mercedes Benz E 210” markalı avtomobilin sürücüsü bir nəfər piyadanı vurmuşdur. Həmin şəxs təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılmışdır. Onlar sürücüləri müayinə üçün narkoloji dispanserə aparmışlar, sonra qəzaya uğramış avtomobilləri evakuator vasitəsilə ərazidən kənarlaşdırmışlar. Sonradan həmin piyadanın öldüyü onlara məlum olmuşdur. Bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Cinayət işinin məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş Şahid8 оğlu ifаdəsində göstərmişdir ki, o, Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X23 ƏYPB-nin Yol Patrul Xidməti inspektoru vəzifəsində işləyir. 28 dekabr 2022-ci il tarixdə saat təxminən 00:10 radələrində xidməti ərazilərində xidmətdə olarkən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində yerləşən “Bizim Marketin” qarşısında avtomobilin piyadanı vurması barədə məlumat almışlar. Dərhal hadisə baş verən əraziyə getmişlər. Onlara məlum olmuşdur ki, hadisə zamanı əvvəlcə “Mercedes Benz E 210” markalı avtomobilin sürücüsü bir nəfər piyadanı vurmuş, daha sonra isə başqa avtomobilə çırpılmışdır. Sonra təcili tibbi yardım avtomobili həmin piyadanı Gəncə şəhəri 3 saylı xəstəxanaya aparmış, onlar isə nəqliyyat vasitələrinin sürücülərini müayinə üçün narkoloji dispanserə aparmışlar. Bildirir ki, ibtidai istintaq zamanı daha təfərrüatlı verdiyi ifadəsini təsdiq edir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, “Elektron məhkəmə sistemindən çıxarış”a əsasən Azərbaycan Respublikası hüdudlarından kənarda olmasına görə məhkəmədə iştirakının təmin edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq məhkəmə istintaqı zamanı iştirak etməyən və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, həmin hadisə xx.xx.2022-ci il tarixdə saat 00:02 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mircəlal Paşayev küçəsində yerləşən “Bizim Marketin” qarşısında baş vermişdir. O, X8 tanımamış və həmin şəxslə hər hansı bir ədavəti olmamışdır. Hadisənin baş verməsinə səbəb həmin orta yaşlı kişinin onların hərəkət istiqamətində yolun sağ tərəfindən sol tərəfinə anidən keçmək istəyən zaman “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin qarşısına çıxması olmuşdur. Hadisənin qarşısını almaq üçün Təqsirləndirilən şəxs sükanı sol istiqamətdə döndərsə də, hadisənin qarşısını ala bilməmişdir. Təqsirləndirilən şəxs həmin vaxt avtomobili təxminən 60-70 km/saat sürətlə idarə edirmiş. Həmin hadisə zamanı “Mercedes Benz E 210” minik markalı, **-ZJ-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili Təqsirləndirilən şəxs idarə edirmiş, o və tanışları Şahid3 və Şahid6 sərnişin qismində avtomobildə olmuşlar, avtomobildə başqa heç kəs olmamış, həmçinin yük yeri isə boş olmuşdur. Həmin hadisə vaxtı avtomobilinin texniki vəziyyəti saz olmuşdur. Hadisə vaxtı heç bir xəsarət almamışdır. Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin olmamasından xəbəri var imiş (iş vərəqə: cild 1, səh.109-112). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 dekabr 2022-ci il tarixli “hadisə yerinə baxış barədə protokol”dan görünür ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində “Bizim Marketin” qarşısına baxış keçirilmiş, baxış zamanı hadisə yerinin fotoşəkilləri və sxemi çəkilərək protokola əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 9-34). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 16 yanvar 2023-cü il tarixli “ifadənin yerində yoxlanılması” istintaq hərəkətinin protokolundan görünür ki, həmin istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək daha təsdiq etmişdir (iş vərəqə: cild İ, səh. 126-129). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Avtomotoservis və Ticarət İstehsalat Birliyi”nin Gəncə Avtomotoservis və ticarət müəssisəsi tərəfindən verilmiş qüsur aktlarından görünür ki, hadisə nəticəsində “Mercedes Benz E 210” markalı, “**-ZJ-***” dövlət qeydiyyat nişanlı avtomobilə hadisə nəticəsində ümumilikdə 4680 (dörd min altı yüz səksən) manat, “VAZ 21074” markalı, “**-BZ-***” dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 4450 (dörd min dörd yüz əlli) manat, “Daewoo Nexia” markalı, “**- DL-***” dövlət qeydiyyat nişanlı avtomobilə isə ümumilikdə 2802 (iki min səkkiz yüz iki) manat məbləğində maddi ziyan dəymişdir (iş vərəqə: cild İ, səh. 89, 167, 171). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 28 dekabr 2022-ci il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi akt”larındandan görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, Şahid1 ayıq vəziyyətdə olmuşlar (iş vərəqə: cild İ, səh. 37, 35, 38). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin Gəncə RQİTBŞ-nin 24 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır və sürücülük hüququ məhdudlaşdırılmamışdır. “Mercedes Benz E 210” markalı, **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X2 adına qeydiyyatdadır. Təqsirləndirilən şəxs adına sözügedən nəqliyyat vasitəsinə dair etibarnamə yoxdur (iş vərəqə: cild İ, səh. 142). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin Gəncə RQİTBŞ-nin 24 yanvar 2023-cü il tarixli məktubundan görünür ki, Zərərçəkmiş şəxs sürücülük vəsiqəsi qeydiyyata alınmamışdır və sürücülük hüququ məhdudlaşdırılmamışdır. ”VAZ 2106” markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobil X7 adına qeydiyyatdadır. Zərərçəkmiş şəxs adına sözügedən nəqliyyat vasitəsinə dair etibarnamə yoxdur (iş vərəqə: cild İ, səh. 145). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsinin Gəncə RQİTBŞ-dən daxil olmuş 25 yanvar 2023cü il tarixli məktubundan görünür ki, Şahid1 BD 109636 saylı BC kateqoriyalı sürücülük vəsiqəsi xx.xx.2022-ci il tarixdən xx.xx.2032-ci il tarixədək verilmiş və sürücülük hüququ məhdudlaşdırılmamışdır. ”Daewoo Nexia” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobil X5 adına qeydiyyatdadır. Şahid1 adına sözügedən nəqliyyat vasitəsinə dair etibarnamə xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək verilmişdir (iş vərəqə: cild İ, səh. 139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 03 may 2023-cü il tarixli, 8/1001 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “Mercedes Benz E210” minik markalı, **- ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində icazə verilən maksimum 60 km/saatdan artıq, yəni 80-90 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən, “VAZ 21-06” markalı, **-BZ- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətlərinin tədiqiqi xüsusi texniki bilik tələb etmir. Sürücü Zərərçəkmiş şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən, onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. “Daewoo Nexia” markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır (iş vərəqə: cild İ, səh. 232-235). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2022-ci il tarixli, 104 nömrəli rəyindən görünür ki, X6 meyitinin bədənində aşağıdakı xəsarətlər müəyyən edildi: Beyinin ənsə payının əzilməsi, beyinin yumşaq qişasına, beyin mədəciklərinə və beyin toxumasına qansızma, kəllə-qapağı, kəllə-əsası sümüklərinin, başın yumşaq toxumalarına ənsə nahiyəsində qansızma ilə müşayiət olunan ənsə nahiyəsinin əzilmiş yarası, alt çənə sümüyünün sınığı, sol ağciyərin cırılması, döş qəfəsinin sol tərəfində İİİ- İV-V qabırğaların ön qoltuqaltı xətt üzrə sınığı, sol bazu, sol bud, sol qalça və sağ əldarağı sümüklərinin qapalı, hər iki baldır sümüklərinin isə açıq sınıqları, sınıq ətrafı yumşaq toxumalara qansızma, sol gözün üst qapağının, sol dirsək, sol baldır nahiyəsinin səthi əzilmiş yaraları, sol almacıq, sol gicgah, sol said-əl, sağ əl, sağ baldır, hər iki baldır nahiyələrinin sıyrıqları, daxili orqanların azqanlı olması- bu xəsarətlər həyatidir, bərk küt əşyanın /əşyaların/ təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həmin xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb açıq küt kəllə-beyin travması nəticəsində baş beyinin əzilməsi və kəllə sümüklərinin çox qəlpəli sınması olmuşdur. X1 ölümü onun meyitinin meyitxanada müayinəsi başlanandan (xx.xx.2022-ci il tarixdə saat 09:45-dən) 8-12 saat əvvəl baş vermişdir. X1 bədənində müəyyən edilən xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə avtomobilin onu vurması nəticəsində əmələ gələr bilər (iş vərəqə: cild İ, səh. 150-155). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-tibbi ekspertizasının 22 fevral 2023-cü il tarixli, 246 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər– sol sirkə kasasının qapalı, qəlpəli yerini dəyişmiş sınığı, çənəaltı nahiyəsinin yarası- bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir (iş vərəqə: cild İ, səh. 236-240). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 130/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir, tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır (iş vərəqə: cild İ, səh. 187-189). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-kimyəvi ekspertizasının 13 yanvar 2023-cü il tarixli, 129/K nömrəli rəyindən görünür ki, Şahid1 götürülmüş qan nümunəsində etil spirti aşkar edilməmişdir, tədqiqat üçün göndərilən qan nümunəsinin miqdarı az olduğuna görə narkotik, psixotrop maddələrin təyinatını aparmaq mümkün olmamışdır (iş vərəqə: cild İ, səh. 182-184). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan kompleks məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 23 may 2023-cü il tarixli, 313 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs qeyd edilən hadisəni törədən zaman və hal-hazırda hər hansı psixi xəstəlikdən əziyyət çəkmir, hadisə zamanı və hal-hazırda öz hərəkətlərini qiymətləndirmək, öz hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21 və 22-ci maddələrinin təsiri alıtna düşmür, onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Həmin əməli törədərkən adi psixi-emosional vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir) (iş vərəqə: cild İ, səh. 293-296). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 yanvar 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında protokol”dan görünür ki, Gəncə şəhəri, Atatürk prospektində yerləşən marketin müşahidə kamerasında xx.xx.2022-ci il tarixdə saat 00:02 radələrində “Mercedes Benz E220” markalı, “**-ZJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində “Bizim Marketin” qarşısında baş verən yol-nəqliyyat hadisəsinin görüntüsünü özündə əks etdirən videogörüntüyə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə, saat 00:02 radələrində Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, M.C.Paşayev küçəsində “Bizim Market”in qarşısında “Mercedes Benz E210” minik markalı, “**-ZJ-***” dövlət qeydiyyat nişanlı avtomobil üzü Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, 28 may küçəsi istiqamətində hərəkətdə olan zaman piyada X12 yolun sağ kənarından sol tərəfinə keçmək istəyən zaman “Mercedes Benz E210” minik markalı, “**-ZJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin qarşısına çıxır, “Mercedes Benz E210” minik markalı “**-ZJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü hadisənin baş verməsinin qarşısını almaq üçün sükanı sola döndərsə də, sonuncunu avtomobilin ön sağ tərəfi ilə vurur. Zərbənin təsirindən X12 havaya qalxaraq avtomobilin alt hissəsi ilə sürünərək asfalta yıxılaraq orada qalır. Bu zaman “Mercedes Benz E210” minik markalı, “**-ZJ-***” dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü idarəetməni itirərək həmin avtomobilin sol yan nahiyəsi onunla əks istiqamətdə hərəkətdə olan sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” minik markalı, **-BZ-*** dövlət qeydiyyat nişanlı avtomobilinin ön sol hissəsi ilə toqquşur, zərbənin təsirindən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 2106” minik markalı, 20-BZ-69 dövlət qeydiyyat nişanlı avtomobil onunla eyni istiqamətdə arxada hərəkət olan sürücü Şahid1 idarə etdiyi “Daewoo Nexia” minik markalı, **-DL-*** dövlət qeydiyyat nişanlı avtomobilə çırpılır (iş vərəqə: cild İ, səh. 88). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 sentyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərar”dan görünür ki, Şahid2, Zərərçəkmiş şəxs, X10 ayrı-ayrılıqda əməllərində inzibati xəta tərkibləri olduğundan onların inzibati məsuliyyətə cəlb edilməsi üçün hazırki cinayət işindən material ayrılaraq Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X24 göndərilmişdir, həmin qərardan həmçinin görünür ki, hazırki cinayət işi üzrə iki ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild İ, səh. 322-342). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 18 sentyabr 2023-cü il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh. 314-316). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 13 may 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir (iş vərəqə: cild 1, səh. 228). Cinayət işinin materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ibtidai istintaq zamanı təqdim etdiyi ərizəsindən görünür ki, X1 bütün dəfn və digər xərcləri Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, ona görə o, Təqsirləndirilən şəxs bağışlayır və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur (iş vərəqə: cild İ, səh. 121). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir (iş vərəqə: cild İ, səh. 39-41). Cinayət işinin materiallarına əlavə edilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur (iş vərəqə: cild İ, səh. 302). Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs və zərərçəkmiş şəxsin hüquqi varisi X3 məhkəmə baxışı zamanı təqdim etdikləri notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, onlara dəymiş zərər ödənilmiş, onlar barışmışlar, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbləri yoxdur (cinayət işinin materialları). Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan yol hərəkəti qaydalarını pozmaqla zərərçəkmiş şəxsin ölümünə səbəb olan və digər şəxsin az ağır xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətməsi təqsirləndirilən şəxsin etirafedici ifadəsi, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübut, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan Təqsirləndirilən şəxs cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə düzgün ixtisaslaşdırılmışdır. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə tərəfindən həmin maddə ilə tövsif edilməli və o, Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair 24 sentyabr 2014-cü il Qərarında müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 5 nömrəli 15 noyabr 2013-cü il tarixli Qərarının 4-cü bəndində məhkəmələrə izah edilmişdir ki, nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinərək ona cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi ilə, həmçinin zərər çəkmiş şəxslə barışıq əldə edilməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən dəymiş ziyanın könüllü olaraq ödənilməsini, bundan başqa Təqsirləndirilən şəxs Vətən müharibəsi iştirakçısı olmasını və onun “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbin olmamasını təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halların olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli qərarının 21-ci bəndində göstərilmişdir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, cinayətin ağır nəticələrə səbəb olması CM-nin 263.2, 263.3, 263-1.3, 263-1.4, 351.2 və 351.3-cü maddələrinin dispozisiyasında cinayət tərkibinin zəruri elementi kimi nəzərdə tutulduğundan həmin nəticələrin mövcudluğu özü-özlüyündə CM-nin 61.1.2-ci maddəsinə istinad edilməklə cəzanı ağırlaşdıran hal hesab edilə bilməz. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilib-ödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayət əməlinin təqsirin ehtiyatsızlıq formasına aid olmasını nəzərə alır və törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları (əvvəllər məhkum olunmamasını), təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan qeyd edilən yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini və Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsini qanuni, əsaslı və məqsədəuyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər təyin olunan cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalı, onun haqqında seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri isə hökm icraya yönəldilənədək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakterinə görə və həm onun özü və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə azadlıqdan məhrum etmə növündə əsas cəza ilə yanaşı, həm də həmin maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 45-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 45.2-ci maddəsinin tələblərinə görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. İş üzrə çıxarılan hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə olunmalıdır. İş üzrə məhkəmə məsrəfləri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə işdə olan maddi sübutlarla bağlı məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materillarında olan maddi sübut qismində tanınmış iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmılıdır. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının çəkilmə müddəti onun cəza çəkməli olduğu məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm icraya yönəldilənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin olunan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İcra və Probasiya Şöbəsinə həvalə olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – cinayət işinin materiallarına əlavə edilmiş iki ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 128 (yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Mikayıl Məmmədzadə Abdulla Məmmədov
Məhkəmə qərarları › İş №1(100)-233/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-233/2024
14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver