Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-233/2025 21.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Daşkəsən rayonu, Xoşbulaq kəndi, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ndə “həbs” qətimkan tədbiri seçilməklə Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə ttiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in İ siyahısına daxil edilən 6,329 qram çəkidə psixotrop maddə metamfetamini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla ünvan 3 ünvanın qarşısına daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 04 mart 2024-cü il tarixdə saat 06:30-da yuxarıda qeyd olunan ünvanda saxlanılaraq Şəmkir RPŞ-nin inzibati binasına gətirilib həmin tarixdə saat 08:10-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 6,329 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, saxlanıldığı gün gecə saat 04 ya 05 radələrində yaşadığı fərdi evində yatarkən evin salonundan səslər gəldiyini eşitmiş, otaqdan çıxarkən təxmini 15 nəfər qara maskalı şəxsin evdə olduğunu görmüşdür. Həmin şəxslərdən 1 nəfəri Şəmkir RPŞ-nin İnar adlı polis əməkdaşını tanımış, qara maskada olan şəxslər ona zərbə vuraraq yerə yıxılmışdır. Şəmkir rayon Polis şöbəsinə aparılmış, binada bir otağa salmış, 2 nəfər şəxs olduğu otağa girmiş, onu yenidən döyməyə başlamış, təzyiq edərək qabağına qoyduqları bükümü götürməyi, əks təqdirdə yaşadığı evə qoyacaqlarını demişlər. İdarədə olan otaqlardakı səs-küyü - başqalarının döyülmə səslərini ona eşitdirib eynisini edəcəklərini demiş, hüquqlarının müdafiəsi üçün adını xatırlamadığı xanım vəkil təqdim olunmuşdur. Sonra isə onu X8 çıxarıb avtomobilə əyləşdirmiş, idarədən çıxarkən yolda avtomobil “Vaz 2106” markalı avtomobilə dəymiş, pis vəziyyətdə olmuşdur. “Vaz 2106” markalı avtomobilin sürücüsü avtomobildən düşüb nə lazımsa edəcəyini demiş, həmin hal, yəni avtomobilin qəzaya düşməsi şöbənin müşahidə kameralarına da düşmüş, 1 saat qəza yerində gözlədikdən sonra şöbədən “Cip” markalı avtomobil çıxmış, onu həmin avtomobilə əyləşdirib narahat olmamağı, ən kiçik bükümü verdiklərini demişlər. Narkotik vasitə istifadəçisi olmamış, növünü, formasını bilməmişdir. Avtomobil ilə yaşadığı evə gedərkən evin qarşısında “Niva” markalı avtomobil içində ona təqdim etdikləri vəkil olmuşdur. Evə axtarış keçiriləcəyini demiş, polis əməkdaşları evin ünvanını xatırlamadığı üçün onları evə qəsdən kamera olan yerlərdən aparmağa çalışmışdır. Evə gələrkən ailə üzvləri atası və qardaşının, uşaqların hamısını otağa saldıqlarını görmüş, onları həyətə çıxmasına icazə verməmişlər. Qonşuların bir neçəsi pəncərədən baxdığı üçün təzyiq edərək onları da qovmuşlar. Evə axtarış keçirərkən heçnə aşkar olunmamış, yenidən onu Şəmkir Polis İdarəsinə aparmışlar. Baş Cinayətkarlıqla Mübarizə idarəsində də öz etirazını bildirmiş, sonra onu hansısa polkovnikin otağına qaldırmış, sonuncu da ona narahat olmamağı, haqqın yerini tapacağını demişdir. Bir nəfər şəxs də arxadan ona hər şeyin yaxşı olacağını, narahat olmamağı demiş, onu Kürdəxanıya - İstintaq Təcridxanasına aparıb 48 saat saxlamışlar. Niyə belə etdiklərini soruşduqda onlara belə təlimat verildiyini və təlimata uyğun hərəkət etdiklərini demişlər. Məhkəməyə gedərkən də orada nəzarət altında saxlanılmış, təzyiq göstərmişlər. Onlar verdikləri narkotik vasitəni guya Şəmkir rayonunda tanımadığı ünvanda yolun kənarında tanımadığı şəxsdən aldığını demiş, hakimə deyərkən sonuncu gülərək “öz danışdıqlarına özün inanırsan?!” deyə soruşmuş, ağsaqqal vəkil isə ona yaxınlaşaraq “seyid sənsən?” deyə soruşmuş, heçnə edə bilməyəcəyini demişlər. Baş Cinayətkarlıqla Mübarizə idarəsində yeməyə pendir çörək vermiş, tibbi müayinədən keçərkən müstəntiq qanında heçnə çıxmadığını və təmiz olduğunu demişdir. Daha sonra 3 nəfər qadının iştirakı ilə ondan yenidən qan götürmüş, su verib içməyi tələb etmişlər. Su verdikdən sonra onu narkoloji dispanserə aparmışlar. Həmin təzyiqlərlə bağlı heç bir quruma şikayət etməmiş və işə baxan məhkəmənin ədalətli qərar verəcəyinə inanmışdır. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əvvəllər narkotik vasitə istifadə etsə də, saxlanıldığı müddətlərdə istifadə etməmişdir. Əvvəl məhkumluğu olmuş, həmin məhkumluğu da Şəmkir RPŞ-nin İnar adlı şəxsin onun üzərinə qanunsuz narkotik vasitə qoyması ilə bağlı olmuşdur. Saxlanılma səbəbinin isə İnar adlı şəxsin ona qarşı hərəkətləri olduğunu güman edir. Sanksiya məhkəməsində verdiyi ziddiyətli ifadə psixoloji təsirin nəticəsidir. Əməliyyatçılar vurarkən onlara qarşı heç bir müqavimət göstərməmişdir. Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları yaşadığı evə daxil olarkən evdə qardaşı, qardaşının yoldaşı, uşaqları, atası və anası olmuşdur. Qara maskalı şəxslər evə daxil olarkən anası ilə atasının qışqırıq səslərinə oyanmış, nə məqsədlə gəldiklərini soruşsa da, onlar cavab verməmiş, onu Şəmkir polis şöbəsinə aparmışlar. Qarşısına qoyduqları bükümü isə sonradan cibinə qoymuşlar. Saxlanmasının səbəbini özü də bilmir, heç kəslə dalaşmamış və heç kəslə ədavəti olmamışdır. İnarla görüşləri yas və toy məclislərində olmuş, hər ikisi toy şənliyində qonaq qismində dəvət olunmuşlar. İnar toyda olarkən cavanlara qarşı təzyiq etdiyi üçün onunla yüngül mübahisəsi olmuş, sonuncuya camaatı incitməməyi demişdir. İnarla toyda ağızlaşdığı üçün onu saxladıqlarını ehtimal edir, başqa heç bir polis əməkdaşı ilə qərəzi və münaqişəsi olmamışdır. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində göstərmişdir ki, Təqsirləndirilən şəxs 05 mart 2024-cü ildə Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə ittiham elan edilən zaman o, elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində, 04 mart 2024-cü il tarixdə saat 06:30 radələrində ünvan 6 ünvanın yaxınlığında olan zaman bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını demiş, özlərini təqdim etmiş, ona qanunsuz olaraq narkotik vasitələrin dövriyəsində şübhəli olduğunu bildirmiş, onu Şəmkir Rayon Polis Şöbəsinə aparmışlar. Ona hüquq və vəzifələri izah edilmiş, videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanı üzərində qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə təqdim etməyi təklif edilmiş, bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə “patı” olduğunu bildirmiş, özünə məxsus 01 ədəd “Samsung” markalı mobil telefonu təqdim etmişdir. 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamin polis əməkdaşı tərəfindən qablaşdırılıb möhürlənərək imzalanmışdır. Şəxsi axtarış davam etdirilərkən üzərindən əlavə əşya və ya predmet aşkar edilməmiş, “Samsung” markalı mobil telefonun polis əməkdaşı tərəfindən götürülmüş, şifahi sorğu-sual zamanı üzərindən aşkar edilmiş metamfetamini 2 gün əvvəl Şəmkir rayonu ərazisindən tanımadığı şəxsdən 50 manat qarşılığında aldığını və şəxsi istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları və müdafiəçi ilə birlikdə yaşadığı ünvan 7 ünvana baxış keçirilmiş, lakin evdən hər hansı bir əşya və predmet aşkar edilməmiş, Şəmkir RPŞ-yə qayıdandan sonra sənədləri imzalamışdır. İstintaqın sonrakı dövründə də Təqsirləndirilən şəxs 14 iyun 2024-cü il tarixdə istintaqa verdiyi əlavə ifadəsində ilkin verdiyi ifadədə göstərdiyi xüsusatları bir daha təsdiq etmiş, üstündən aşkar edilmiş psixotrop maddəni heç kimə satmaq niyyətinin olmadığını, mobil telefonundan aşkar edilmiş mesajlardan xəbərinin olmadığını bildirmişdir. Nərimanov Rayon Məhkəməsində “həbs” qətimkan tədbiri seçilən zaman Təqsirləndirilən şəxs barəsində ona ittiham olunan əməldə özünü qismən təqsirli bilərək, üzərindən aşkar edilmiş narkotik vasitəni 50 manat müqabilində şəxsi istifadəsi üçün almasını bildirmişdir. Məhkəmənin sualına cavab olaraq, polis əməkdaşları tərəfindən saxlanılarkən təzyiqə məruz qalmadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, xx.xx.2024-cü ildə Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuş, bununla bağlı baş idarə rəhbərinə məruzə edilmiş, əməliyyat axtarış qrupu yaradılmış, qrupda özü və təhqiqatçı olmuşdur. 2024-cü ilin mart ayının 4-ü səhər şəxsin olduğu ünvana Şəmkir rayonuna yollanmış, əməliyyat tədbirində Şəmkir RPŞ-nin polis əməkdaşından biri cəlb olunmuşdur. Şəxsin olduğu əraziyə yollanmış, şəxsə yaxınlaşıb özümüzü təqdim etmiş, daha sonra şəxs özünü təqdim etmiş, şəxs özünü təqdim etdikdən sonra tərəfimizdən Şəmkir RPŞ-yə dəvət edildi. Şəxsi RPŞ-yə apardıqda onun üzərinə şəxsin axtarış keçirilmiş, təhqiqatçının otağında həyata keçirilmişdir. Axtarış vaxtı üzərindən 1 büküm metamfetmanin aşkar olunmuş, şəxs üzərindən aşkar olunan narkotik vasitəni tanımadığı Şəmkir sakinindən 50 manata aldığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuşdur. Lakin sonrakı dövrdə satışla bağlı heçnə müəyyənləşdirməmişlər. Şəxsin saxlanılmasında özü, Murad və Şəmkir RPŞ-nin əməkdaşı iştirak etmişlər. Şəxsin üzərindən metamfetamindən əlavə şəxsi əşyalar da aşkar olunmuşdur. Şəxsə qarşı polis əməkdaşları tərəfindən fiziki və psixoloji təsir olmamış, şəxsi Şəmkir rayonu “Qaçaq Nəbi” küçədə səhər təxminən saat 06:00 radələrində saxlamışlar. Şəxsin üzərinə baxış keçirilməsi prosesində iştirak etmiş, şəxsin yaşadığı evə də baxış keçirmişlər. Bakı şəhərindən Şəmkir rayonuna mart ayının 3-ü tədbirə isə 4-ü günü getmişlər. Polis əməkdaşları məni yaşadığım evdə yatarkən yataqda saxlamışlar. Əməliyyatı keçirdikdən sonra ərazi üzrə Şəmkir rayon prokurorluğuna məlumat vermişlər. Şəxs üzərindən aşkar olunan narkotik vasitəni tanımadığı Şəmkir rayon sakinindən 50 manat qarşılığında almışdır. Şəxsin narkotik vasitə aldığı şəxs barəsində məlumat toplaya bilməmişlər. Məlumat öz təsdiqini tapmamışdır. Xeyr, şəxsə qarşı tərəfimizdən fiziki və psixoloji təsir olmamışdır. Sonradan da şəxsin narkotik vasitəni kimə satması kimdən alması ilə bağlı heç bir məlumatımız olmamışdır. Məhkəmədə müdafiə tərəfinin verdiyi vəsatət əsasında əlavə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, təxminən 2024-cü ilin fevral ayında, BMCMİ-nin əməkdaşları Şəmkir rayon Polis Şöbəsinə gələrək Ruslan adlı şəxsdə narkotik vasitə olması və daşımasına dair onlarda məlumat olduğunu bildirmişlər. Şəxsi yaşadığı küçə yaxınlığında yaxalayaraq Şəmkir RPŞ-yə gətirmiş, BMCMİ-nin əməkdaşları tərəfindən şəxs vəkillə təmin edilərək Şəmkir RPŞ-nin inzibati otaqların birində üzərinə baxış keçirilmiş, baxış keçirildikdən sonra şəxsin üzərindən 5-6 qrama yaxın metamfetamin aşkar olunduğunu, şəxs narkotik vasitəni tapdığını və şəxsi istifadəsi üçün üzərində daşıdığını bildirmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, şəxsi küçədə tutmuş, evə girməmişlər. Şəxsi küçədə harasa getdiyi zaman yaxalamışlar. Şəxsi dəqqiqliklə hansı saatda saxladığını xatırlamasa da, səhər saatları olmuşdur. Əməliyyat tədbirinin keçirilməsində BMCMİ-nin əməkdaşı olmaqla iştirak etmiş, uzun müddət keçdiyindən tam xatırlamır, özünə də şəxsdə narkotik vasitədən istifadə etməsi, üzərində daşıması ilə bağlı məlumat daxil olmuşdur. Əvvəlcə şəxsdə narkotik vasitə olması, daşımasına dair məlumat daxil olmuşdur. Sonradan əməliyyat tədbiri təşkil olunmuş, əvvəldən evdən çıxacağı zaman üzərində narkotik vasitə olmasına dair məlumat olmuşdur. Şəxsi gedəcəyi yerə qədər təqib etməmiş, evdən çıxdıqdan sonra küçədə tutmuşlar. Şəxsi axtarışda iştirak etməmişdir. Sonradan üzərində metamfetamin aşkar olunduğunu, şəxsi istifadəsi üçün daşıdığını bildirmişdir. BMCMİ-nin tədbirində iştirakının səbəbi yerli əməkdaşı olduğu üçün ərazini tanımağı olmuşdur. Şəxs saxlanıldıqdan sonra şöbəyə gətiriləndə həqiqətən yolda Şöbənin qarşısında qəza baş vermiş, qəza zamanı cismani xəsarət olmamış avtomobillərə maddi ziyan dəymişdir. Ruslanla əvvəllər hər hansı mübahisə yaşamamışdır. Ruslanı, nə də dayısı oğlunu tanımır, ola bilər ki, hansısa toyda bir-birilərini görmüşlər. Nə Ruslanı nə də qohumlarını tanımır. Onlarla arasında əvvəl hansısa mübahisə və ədavət olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdar narkotik vasitə və psixotrop maddə əldə edib üstündə daşıması barədə BMCMİ-yə əməliyyat məlumatı daxil olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar və əmrdən görünür ki, Təqsirləndirilən şəxs ətrafında əməliyyat axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, əməliyyat axtarış qrupu yaradılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Şəmkir RPŞ-dən verilən xx.xx.2024-cü il tarixli, 313110/2-6287/2024 saylı məktub və həmin tarixli qərardan görünür ki, Şəmkir şəhəri, Q.Nəbi küçəsi ev 17-də yaşayan X3 cinayət əməllərində iştirakının ifşa edilməsi üçün Şəmkir RPŞ CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid2 ibarət əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü ildə saat 06:30-da Qaçaq Nəbi küçəsi 30 ünvanı yaxınlığında saxlanılıb saxladıldığı yerdə şərait olmadığı üçün Şəmkir RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü tarixli BMCMİ-nin İstintaq İdarəsinin rəisinə ünvanlanmış təqrirdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilən psixotrop maddə metamfetamini satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir. Bundan başqa aşkar edilmiş psixotrop maddəni ona satan şəxsin şəxsiyyətini müəyyən etmək digər oxşar cinayətlərdə iştirakı, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərlə əlaqələrini müyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan DVD diskdən görünür ki, Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saat 06:30-da Şəmkir RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən psixotrop maddə metamfetaminə oxşar maddə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə kimyəvi ekspertizasının 04 mart 2024-cü il tarixli 3-16-16/2-6/1309 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: “Azərbaycan Respublikası DİN Zərflər üçün №6” dairəvi möhür əksi, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş... şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 6,329 qram ağ rəngli, kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metamfetaminin təmiz çəkisi: 6,329 qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq: 6,229 qr. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 1482 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs “opioidlərdən və kannabinoidlərdən istifadə etmə” halları olub. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs götürülmüş sidik nümunəsində OPİ (+), THC (+) aşkar olundu. Deməsinə görə, narkotik vasitə marixuanadan istifadə edir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 951/K nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkoloid və çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən “kannabionid” aşkar edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli təqrirdən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq çəkisi 6,229 qram olan psixotrop maddə metamfetamin maddi sübut hesab edilmiş, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanması üçün DİN-nin BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “sms məlumatlara baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokol və əlavəsi olan CD diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil telefon nömrəsi ilə xx/xx/2023 15:23:38,**********57,**********67, Sebrli ol cvb gozdrem burdakindan ama gencede bobadi hazırda yeslis, xx/xx/2023 15:23:39,**********57,**********67, do ordan gotrecikxx/xx/202317:53:23,**********99,**********57,Atam,xx/xx/202319:25:32,**********57,********** 08, normalni duzelebilmirem belde vallah olmur xx/xx/2023 19:25:32,**********57,**********08,Oxan men ucgundu ged ge vallah bele qardas olmurdu bilmirem basadusenmi meni ne birdefelik sey duzelmir ki rahad lomkadansa cxax desen qaqa verdim men na xx/xx/2023 19:25:37,**********57,**********08,rmalni duzelebilmirem belde vallah olmur,xx/xx/2023 21:22:47,**********57,**********89,Oxan bizde aqrmaçaq ucun nese divjenya edrik bizdede candi geceyeki, xx/xx/2023 21:22:53,**********57,**********89, mi gozde sorada bele vallah bezir adam xx/xx/2023 15:24:37,**********57,**********08, Ayqam sen qadan alaram 10deyqaya cadiram ayqam xayis edrem onu denen yaxsi elesiner papradski oxan qaqa xx/xx/2023 00:59:35,**********57,**********66, Salam bosuz gele bilerem indi gorsey masajinizi isdeyrem, xx/xx/2023 19:07:08,**********99,**********57,Telfon ac blokdan sozum deyyym gana at cndr onsda san cndrsan gada wafasizi gotun yoxdu sozm deyim san na qapasan san yixm narkaman koncni xx/xx/2023 13:06:09,**********99,**********57,Ay koncn narkaman pat cakan ay dan cndrn dalmayaxsan allahdan bildan na istyram danin zalili olduxun gun dan onsda hayata tak qalajan xx/xx/2023 17:19:27,**********08,**********57,Ay qaqa niye meni yalanci cixartdin.niye awmisan xx/xx/2023 23:56:28,**********99,**********57,Ela bunar demak istyrdim man hewkimn nomrasnan yixma onsda tanmadxm nomran acas dolam man yorldum san koncnsan bawn buraxdm yixma san natar qurursusan is xx/xx/2024 23:26:48,**********27,**********57,Ayqam bilirem pulumun yoxluğuna acmisan pulum var lazim olan qədər xx/xx/2024 23:26:49,**********27,**********57,sag olgedirem cavab vermedin məzmunlu narkotik vasitənin istehlakı ilə bağlı yazılan smslər olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “mobil telefona baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, şəxsin istifadəsində olan “Samsung” markalı mobil telefonda iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Daşkəsən RİH tərəfindən verilmiş 22.04.204-cü il tarixli, 5-42/2-265/2024 saylı məktubdan görünür ki, Əşrəfov X4 rayonu, Xoşbulaq kəndində yaşamır. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefonun ailə üzvlərinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(076)-51/2024 nömrəli qərarından görünür ki, “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili işlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Şahid1 tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli qərarı qanunauyğun hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il sınaq müddəti ilə şərti hesab edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan X2 PHŞ-dən verilən xx.xx.2024-cü il tarixli, 4027 saylı arayışdan görünür ki, Daşkəsən rayonu, Xoşbulaq kəndi, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Şəmkir şəhəri, Q.Nəbi küçəsi, ev 17 ünvanda faktiki yaşayan Təqsirləndirilən şəxs oğlu arxiv məlumatına əsasən qeyd edilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan 2 saylı İstintaq Təcridxanasından məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-16-/17/36/2-1080/2005 saylı məktubdan görünür ki, X5 səhhəti ilə bağlı Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 5(076)-51/2024 saylı qərardan görünür ki, DİN-nin BMCMİ-də qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərar Təqsirləndirilən şəxs barəsində əməliyyat axtarış tədbirləri həyata keçirilməsinə dair qərar yaşadığı evə baxış keçirilməsi hissədə qanuni hesab edilmiş, üzərinə baxış keçirilməsinə aid hissədə isə qərarın yoxlanılmasından imtina edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab olaraq verilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəni satış məqsədilə əldə edib üzərində saxlaması müəyyən edilmiş, lakin ona narkotik vasitə satmaqda şübhəli olan şəxs, digər cinayətlərin törədilməsində iştirakı narkotik vasitələrin və psixotrop maddələrin satışında əlaqəli olan şəxslərlə əlaqəsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli, “materialın ayrılması haqqında” qərarlardan görünür ki, cinayət işi materiallarından aşkar edilmiş psixotrop maddənin mənbəyi ilə bağlı material ayrıca icraata ayrılmışdır. Müdafiə tərəfindən məhkəməyə təqdim edilən elan və tədqiq edilən Şəmkir RİHB Şəmkir şəhər İƏD üzrə nümayəndəlikdən verilmiş xx.xx.2025-ci il tarixli, 5-76-1/2-02Ç- 156/2025 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şəmkir şəhər, Qaçaq Nəbi küçəsi ev 79-da yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin ibtidai araşdırmanın ilkin dövründə verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs Mirrəsul oğlunun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə tövsif edilməli və o həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın ilkin mərhələsində həm şübhəli, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən, eləcə də üzərinə keçirilmiş şəxsi axtarış zamanı videoçəkilişdə üzərindən aşkar edilən psixotrop maddə olan metamfetamini tanımadığı Şəmkir sakinindən şəxsi istifadəsi üçün 50 (əlli manat) müqabilində aldığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə baxışında ittiham tərəfinin şahidləri qismində dindirilmiş həm BMCMİ-nin, həm də Şəmkir RPŞ-nin polis əməkdaşları şəxsin narkotik vasitələrin istehlakı ilə məşğul olmasını, lakin kimlərə psixotrop maddə satması barədə məlumatlarının olmadığını bildirmişlər. Həmçinin şəxs barəsində BMCMİ-də olan ilkin əməliyyat məlumatı ilə sonradan verilmiş əməliyyat tapşırığına cavab məktubunun məzmununda əsaslı ziddiyyətlər olmuş, məktubda Təqsirləndirilən şəxs Mirrəsul oğlunun narkotik vasitə, psixotrop maddə əldə etdiyi, yaxud satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının rəyində isə Təqsirləndirilən şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində tiryək qrupuna aid olan alkaloid aşkar edildiyi göstərilmişdir. Bundan başqa həm ibtidai araşdırma, həm də məhkəmə baxışı zamanı verilmiş telefon danışıqlarına dair məlumatları baxış keçirilməsi zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olmasını təsdiq edən hər hansı hal(lar) müəyyən edilməmişdir. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanının göstərdiyi kimi təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş psixotrop maddənin şəxsi istehlak miqdarından dəfələrlə artıq olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddənin satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda heroini əldə edib üzərində saxlamaqla daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, narkotik vasitə və psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni və psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair hər hansı bir sübut əldə edə bilməmiş, eyni zamanda aşkar edilmiş psixotrop maddə olan metamfetaminin yalnız 1 bükümdə olmasına diqqət yetirməmişdir. İttiham tərəfinin satış məqsədini təsdiq edən sübut kimi göstərdiyi, şəxsin istifadəsində olan mobil telefon nömrəsi ilə aparılmış sms yazışmalarda isə daha çox şəxsin narkotik vasitə əldə etməyə yönələn və kifayət qədər vulqar və kobud sözlər nalayiq ifadələrlə müşayiət olunan cəhdləri və birlikdə narkotik vasitə istehlak etmə istəkləri aşkar edilir və həmin sms-lərin şəxsin satış niyyətini təsdiq edən mötəbər sübut kimi qiymətləndirilməsi ədalətli və qanuni deyildir. Cinayət işi materiallarında isə daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair sübutedici hal mövcud deyil. Cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, qeyri-müəyyən əməliyyat məlumatlarına əsaslanıb Təqsirləndirilən şəxs psixotrop maddələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işinin materiallarından da görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq məhkəməyə təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən 7 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, narkotik vasitələrin və psixotrop maddələrinin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə aşkar edilmiş psixotrop maddə metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarda olması əsas götürülərək satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə metamfetamini satış məqsədilə əldə etməsi cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr......dir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən psixotrop maddələr - BMT-nin 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatlarıdır. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İİ siyahıya əsasən metamfetamin psixotrop maddə hesab olunur, metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 2 qramdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2024-cü il tarixli, 8 №li qərarına əsasən tarixli qərarının 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir.Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən göstərilmiş psixi təzyiq nəticəsində ona məxsus olmayan psixotrop maddəni ailə üzvlərinin təhdid edilməsi nəticəsində, yəni onların əsassız cinayət məsuliyyətinə cəlb edilməməsi üçün öz üzərinə götürməsini, təkrar evə gətirilib evdə baxış keçirilərkən qəsdən kamera olan küçələrdən gətirməsini göstərmişdir. Məhkəmə qeyd edir ki, həmin xüsusatları nə ibtidai araşdırma, nə də məhkəmə baxışı zamanı təsdiq edən sübut müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş, şəxsin saxlanılma yeri və anı eləcə də polis şöbəsinə aparılıb təkrar evə baxışa gətirilməsinə dair görüntülər təqdim edilməmişdir. Məhkəmənin mülahizəsinə əsasən videogörüntülərin olduğu halda qorumağa çalışdığı ailə üzvləri atası-anası tərəfindən təqdim edilməməsi ağlabatan deyil və qeyd edilənlər təqsirləndirilən şəxsin məhkəmədə müdafiəsinə dəlil olaraq göstərdiklərinin əsassız olması fikrini formalaşdırır. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini satış məqsədi olmadan şəxsi istehlak və sair oxşar məqsədlə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan naməlum çəkidə psixotrop maddə metamfetamini məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 04 mart 2024-cü il tarixdə, saat 06:30-da yaşadığı ünvanın yaxınlığında saxlanılaraq Şəmkir RPŞ-nin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 08:10-dan etibarən üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda təmiz çəkisi 6,329 qram çəkidə ağ rəngli, kristallik formada, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilib götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Mirrəsul oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs Mirrəsul oğlunun törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, xəstəlikdən əziyyət çəkməsini Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Lakin şifahi olaraq bildirilən məlumata əsasən şəxsin himayəsində qeyri rəsmi nikakdan olan 2 övladı olmasını göstərilsə də məhkəmə qeyd edir ki, bununla bağlı hər hansı təsdiqedci rəsmi sənəd təqdim edilmədiyindən (doğum haqqında şəhadətnamə doğum haqqında akt qeydlərindən çıxarış yaxud VVAQ orqanı tərəfindən verilmiş arayış) həmin halın mövcud olub-olmaması qeyro müəyyən olduğu üçün məhkəmə bunu yüngülləşdirici hal kimi nəzərə almır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə tərkibi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə cəzası təyin etməklə və şəxsin həmin cəzanı real olaraq çəkməklə həm islah olunacağı qənaətinə gəlmişdir. Hökm qanuni qüvvəyə minənədək təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Mirrəsul oğlu ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin növbətçi hissələrin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş qalıq çəkisi 6,229 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında görüntüləri olan 2 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən ədəd 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin, ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq DİN-nin BMCMİ-nin növbətçi hissələrin maddi sübutların saxlanması kamerasına təhvil verilmiş qalıq çəkisi 6,229 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış və yaşadığı evə baxış keçirilməsi haqqında görüntüləri olan 2 ədəd DVD disk, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən ədəd 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-233/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-233/2025
21.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver