Məhkəmə qərarları › İş №1(100)-234/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-234/2021

22.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-234/2021 22.07.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1-da qeydiyyatda olmaqla tutulanadək ünvan 7-də yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs rəsmi nikah münasibətində olduğu arvadı Zərərçəkmiş şəxs ona xəyanət etməsindən şübhələndiyi üçün aralarında yaranmış uzunmüddətli mübahisələrə birdəfəlik son qoymaq, habelə ondan boşanmaq istəməsi ilə bağlı Gəncə şəhər, Nizami rayon məhkəməsinə iddia ərizəsi ilə müraciət etməsi səbəbindən sonuncudan qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs qəsdən həyatdan məhrum etmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirməkdən ötrü 05.02.2021-ci il tarixdə səhər saatlarında aralarında baş verən münaqişələrdən sonra Zərərçəkmiş şəxs ayrı yaşadığı ünvan 1 ünvanından götürdüyü tiyəsinin uzunluğu 130 mm, dəstəyinin uzunluğu 130 mm, ümumi uzunluğu 260 mm olan, qatlanmayan tipli, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, kustar üsulla hazırlanmış, soyuq silah hesab edilməyən bıçağı götürüb həmin tarixdə saat 11 radələrində sonuncunun yaşadığı ünvan 2 ünvanına gələrək Zərərçəkmiş şəxs ilə yenidən münasibətlərini aydınlaşdırarkən sonuncunun danışmasına belə imkan verməyib müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək bunu arzulayıb Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib orqanların yerləşdiyi nahiyələrinə zərbələr vuraraq hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən alın, sol yanaq, hər iki bazu, sol dirsək, sağ əl, sağ körpücük altı, sol süd vəzi, qarın, sol qalça, sol kürək, döş qəfəsi, sol diz, sol bilək və sol said nahiyələrinin daxilə nüfuz etməyən 21 ( iyirmi bir ) ədəd kəsilmiş-deşilmiş, döş qəfəsinin, sağ yanaq nahiyəsinin, alt dodağın dəri səthinin sıyrıqları, sağ sarğı və sağ baldır nahiyələrinin qançırları ilə müşayiət olunan sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən 5 ədəd, ümumilikdə isə çoxsaylı - 26 (iyirmi altı) ədəd xəsarət yetirmiş, lakin məqsədinə nail olmaq üçün endirdiyi zərbələrin təsirindən cinayətin törədilməsində istifadə olunan bıçağın tiyəsinin əyilərək yararsız vəziyyətə düşməsi, Zərərçəkmiş şəxs aktiv müqavimət göstərərək mənzildən qaçıb blokun dəhlizinə çıxaraq qonşuları köməyə çağırması, sonuncunun qışqırıq səslərinə oraya gələn qonşuların Təqsirləndirilən şəxs hadisə yerindən uzaqlaşdırmaları səbəbindən, habelə Zərərçəkmiş şəxs dərhal xəstəxanaya aparılaraq ona ixtisaslı tibbi yardım göstərilməklə həyatı xilas edildiyindən, o, öz iradəsindən asılı olmayan səbəblərə görə Zərərçəkmiş şəxs bilavasitə qəsdən öldürməyə yönəlmiş hərəkətlərini başa çatdıra bilməyib sonuncunu xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, o, Məcidli (Nəsirova) Aytac Rizvan qızı ilə 2017-ci ildə öz istəyi ilə ailə həyatı qurmuş, onlar bir-birlərini sevmişlər, evlənməklərində ailələrinin təsiri və narazılığı olmamışdır. Onlar evləndikdən sonra onun atasının onlara verdiyi ünvan 3 ünvanında birlikdə yaşamışğa başlamışlar. 22 oktyabr 2018-ci ildə Azra adlı qız övladları dünyaya gəlmiş, evlilikdən başqa övladları olmamışdır.Belə ki evliliklərinin ilk vaxtlarında münasibətləri normal, mehriban olsa da, sonradan təxminən 2020-ci ilin əvvəllərindən aralarında soyuqluq yaranmağa başlamışdır. Bunun yeganə səbəbi isə Aytacın ona xəyanət etməsi barədə yaranmış şübhələri olmuşdur. Belə ki, həmin ərəfələrdə Aytac “instagram” sosial şəbəkəsində özünə “azra prensessa” və “azra məcidli” istifadəçi adlı profillər açmışdır. O, bundan xəbər tutanda Aytacdan nəyə görə ondan icazəsiz və xəbərsiz profil açmasının səbəbini soruşanda aytac həmin profillərin özünə məxsus olmadığını, anası Samirənin Azranın şəkillərini paylaşmaqdan ötrü açdığını bildirib and içmişdir. Bundan sonra o, bu söhbəti bağlamış, Aytacla bu mövzuda mübahisə etməmiş, lakin yenə də özündə Aytaca qarşı şübhə qalmış, sonuncunun ona xəyanət etdiyini, “instagram”da kiminləsə danışdığını fikirləşməyə başlamışdır. Çünki Azranın şəkillərini paylaşmaqdan ötrü qayınanası Samirənin iki fərqli profil açması ona inandırıcı gəlməmişdir. Bir neçə gün sonra qayınanası Samirə onlara gələndə o, bu barədə soruşmuş, qayınanası da qızının sözlərini təsdiq edərək, hər iki profilin özünə məxsus olduğunu bildirmişdir. Lakin Aytac barədə şübhələri yarandığına görə aradabir Aytacın telefonunu yoxlamağa, kimlərlə danışıb yazışdığına baxmağa başlamışdır. 2020-ci ilin mart ayında Aytacın telefonuna baxanda “qalereya” bölməsində “silinmiş şəkillər” qovluğunda “instagram”dan çəkilmiş ekran şəkillərinin, yəni “screenshot”ların olduğunu görmüşdür. Həmin şəkillərə əsasən ona məlum olmuşdur ki, Aytac “İnstagram”da özünə məxsus profillərdən biri ilə “eliw 45-38” istifadəçi adlı profillə mesajlaşmışdır. Mesajların məzmununa əsasən, Aytac həmin profill istifadəçisi ilə hal-əhval tutmuş, X17 xəstələnməsi, həkimə aparıldığı barədə məlumat vermiş, daha sonra evdə olduğunu, danışa bilmədiyini, sonra yazacağını bildirmiş, Eliş isə nə vaxt lazım olsa Aytacı dinləyəcəyini yazmışdır. O, həmin ekran şəklini Aytaca göstərib hesabat verməsini istəyəndə sonuncu əvvəlcə mesajlardan xəbəri olmadığını, sonradan isə həmin profili anasının açıb işlətdiyini, ola bilsin ki, mesajları anasının yazdığını, “eliw 45-38” istifadəçi adlı şəxsin isə xalası qızı Elnarə olduğunu, anasının Elnarə ilə danışmış ola biləcəyini demiş, qeyri-səmimi cavablar vermişdir. Bu barədə o, qayınanası Samirədən soruşanda sonuncu qızı Aytacın dediklərini təsdiqləmişdir. Bundan sonra aralarında “instagram” mübahisəsi bağlanmışdır. Lakin yenə də içində şübhələr qalmaqda davam etmiş, lakin konkret sübutu olmadığına görə, Aytacla bu mövzu ətrafında heç bir mübahisə etməmiş, şübhələrini içində saxlamışdır. Təxminən baş vermiş hadisədən 1 ay əvvəl Aytacla xəyanətlə bağlı mübahisələri yenidən təzələnmişdir. Belə ki, 1 ay əvvələ qədər keçən müddət ərzində Aytacla danışanda tez-tez qonşuluqda yaşayan Elvin adlı iki şəxs haqqında söhbətlər açmış, tərifləmişdir. Belə ki onlarla eyni blokda iki nəfər Elvin adlı şəxs yaşayır, həmin şəxslərdən biri 4-cü, digəri isə 8-ci mərtəbədə yaşayır. 4-cü mərtəbədə yaşayan Elvin evlidir, arvad-uşağı ilə yaşayır, 8-ci mərtəbədəki isə subaydır, ata-anası ilə yaşayır. Həmin şəxslərlə qonşu kimi sıx münasibəti yoxdur, bir-birlərini görəndə ayaqüstü salamlaşıb, hal-əhval tuturlar, Aytac Elvin adlı qonşularından çox danışanda o, əsəbiləşmiş, irad tutub bunun səbəbini soruşanda Aytac xüsusi bir səbəbi olmadığını, eləcə qonşulardan söhbət açıldığına görə danışdığını, hər ikisinə qardaş gözü ilə baxdığını demişdir. Bundan sonra o, Aytacın həmin Elvin adlı şəxslərdən biri ilə münasibətdə olduğundan şübhələnmiş, lakin biri evli olub ailəsi ilə yaşadığına görə ən çox subay olan haqqında güclü şübhələri yaranmışdır. Lakin şübhələrini təsdiq edən dəlilləri olmamışdır. “instagram”dakı “eliw 45-38” istifadəçi adlı profilin də Elvinlərdən birinə məxsus olduğunu fikirləşmişdir. Hətta Aytacın danışdığı şəxslə əlbir olub yaşadığı mənzilə və atasıgilin evinə kiçik ölçülü müşahidə kameraları yerləşdirdiyini, danışdığı şəxsin onun evini izlədiyini düşünmüş, çünki, əsasən, gecələr Aytacın başqa otaqda danışdığı şəxs Aytacla telefonla söhbət edərkən Aytaca onu görməsinə işarə edən sözlər demiş, o, tez Aytacın yanına gedib kiminlə danışdığına baxmaq istəyəndə Aytac heç kəslə danışmamış, istifadə etdiyi narkotik vasitə və psixotrop maddələrin təsiri ilə qulağına olmayan səslər gəldiyini ona demişdir. Bu səbəbdən də ailə daxili soyuqluq getdikcə artmağa başlamış, onlar tez-tez xırda mövzularla bağlı dalaşmışlar. Bu səbəbdən də, baş vernmiş hadisədən təxminən 10 gün əvvəl o, atasıgilin yanına gedib atasıgilnən qalmış, Aytac isə qızı Azra ilə birlikdə qalmışdır. O, Aytacla danışmamış, yanına getməmiş, Aytacla qızının yeməkiçməyini və ehtiyacları olan başqa şeyləri isə atası Rövşən alıb aparmışdır. Fevral ayının 3-də təxminən günorta saat 12 radələrində Aytac ona zəng edib qızı Azranın başına pis hadisə gəldiyini deyib onu evə çağırmış, o, isə kiminlə qarşılaşacağını bilmədiyi üçün özünü və ailəsini qorumaq üçün hər ehtimala qarşı evdən iki ədəd mətbəx bıçağı götürüb Aytacgilin yanına getmişdir. O, Aytacın yaşadığı mənzilin qapısını döymüş, Aytac qapını açanda Azra da onun qabağına gəlmiş, o, azyaşlı qızını görüb bıçaqları cibindən çıxardıb bloka atmış, Azranı qucağına alıb kövrəlib ağlamış, daha sonra Aytacdan nə baş verdiyini, Azranın başına nə hadisəsi gəldiyini soruşanda Aytac heç nə baş vermədiyini demişdir. Belə olan halda o, Aytacdan nə üçün Azranın başına pis hadisə gəldiyini deyib onu oraya çağırdığını soruşanda Aytac onu, ümumiyyətlə ora çağırmadığını, yenə də narkotiklərin təsiri altında qarabasma gördüyünü ona dediyi üçün o, əsəbiləşmiş, “mənimlə məzələnirsən?” deyib sillə ilə Aytacın başından zərbə vurmuş, Azranı da götürüb atasıgilə getmişdir. Lakin atası uşağın azyaşlı olduğuna görə anasından ayrılmasının düzgün olmadığını deyib həmin gün axşam qızını Aytacın yanına aparmışdır. Bundan sonra hadisə baş verdiyi günədək, yəni 5 fevraladək Aytacla danışmamış, yanına getməmişdir. 05 fevral 2021-ci il tarixdə, saat 11:30 radələrində Aytacla söhbət etmək üçün yaşadığı ünvana getmişdir. onun həmin ünvana getməkdə məqsədi Aytacla xəyanət mövzusunu aydınlaşdırmaq olmuşdur. O, gedərkən üzərində bıçaq və ya başqa alət aparmamış, Aytaca zərər yetirmək niyyəti olmamış və sadəcə sonuncu ilə söhbət etmək istəmişdir. O, Aytacın yaşadığı ünvana çatıb mənzilin qapsıını döymüş, Aytac qapını açmış və o, içəri girib Azranı qucaqlamış, Aytaca isə “niyə belə elədin?” demişdir. Aytac mətbəxə keçib arxası ona tərəf dayanmış və ağlamağa başlamışdır. O, Aytaca həmin sualı verəndə xəyanətini nəzərdə tutmuş, lakin Aytac ağlayaraq “sən onsuz da” cümləsini işlətmiş, o, cümlənin davamını gətirməsinə imkan verməmiş, sözünü yarımçıq qoymuş, çünki cümlənin əvvəlindən yenə onu günahlandıracağını, səhvini etiraf etməyəcəyini başa düşmüşdür. O, Azranı qucağından yerə qoyub özü ilə apardığı mətbəx bıçağını cibindən çıxardıb Aytacın qarın nahiyəsindən zərbə vurmuş, daha sonra zərbələri davam etdirərək, sinə və qarın nahiyəsinə çoxsaylı zərbələr endirmişdir. Məqsədi Aytacın xəyanətinə görə sonuncudan qisas almaq olmuşdur. Onun vurduğu zərbələrin təsirindən Aytac yerə yıxılmış, daha sonra birtəhər gücünü toplayıb ayağa qalxaraq, mətbəxin pəncərəsini açmış, qışqıraraq başqa şəxsləri köməyə çağırmış, o, arxadan Aytacın kürək nahiyəsinə sayını dəqiq xatırlamadığı bıçaq zərbələri vurmuş, daha sonra koftasından tutub geri çəkərək pəncərəni örtmüş, fürsətdən istifadə edən Aytac onun əlindən çıxıb qapıya tərəf qaçmışdır. Aytacın kürəyindən zərbələr vurarkən bıçağın tiyəsi əyilmiş, o, tiyəsi əyilmiş vəziyyətdə olan bıçağı əlində tutub Aytacın arxasınca qaçmış, sonuncunu vurmağa davam etmək niyyətində olmuşdur. Həmin vaxt Aytaca arxadan zərbə endirib-endirmədiyini dəqiq xatırlamır. Aytac qışqıra-qışqıra qapıya tərəf qaçmış, qapını açıb bloka çıxmış, qışqırıb qonşuları çağırmışdır. O, Aytacı vurmaq üçün əlində tiyəsi əyilmiş bıçaqla arxasınca bloka çıxanda Aytacın blokda üzüüstə yerə yıxılmış vəziyyətdə olduğunu görmüşdür. O, Aytacı bıçaqla vurmayıb əlindəki tiyəsi əyilmiş bıçağı bloka atmış və üzüüstə yerdə uzanmış vəziyyətdə olan Aytacın kürəyindən bir təpik zərbəsi vurmuşdur. Bundan sonra Aytac qışqırıb kömək çağırdığına görə onlarla üzbəüz mənzildə yaşayan qonşuları Sevinc və onlardan bir mərtəbə yuxarıda, yəni 6-cı mərtəbədə yaşayan Arzu onların yanına gəlmişlər, qonşular onu oradan uzaqlaşdırdıqları üçün o, liftə minib aşağı düşmüş, könüllü olaraq Gəncə şəhər Baş Polis İdarəsinə gedib törətdiyi əməli etiraf edərək təslim olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, onun Zərərçəkmiş şəxs öldürmək niyyəti olmamışdır. Hazırda da zərərçəkmiş Zərərçəkmiş şəxs ondan şikayəti yoxdur. Odur ki, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2017-ci ildə öz istəyi ilə ailə həyatı qurmuş, onlar bir-birlərini sevmişlər, evlənmələrində ailələrinin təsiri və narazılığı olmamışdır. Onlar evləndikdən sonra qayınatasının onlara verdiyi Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mkr, ev 8, mənzil 64 ünvanında Təqsirləndirilən şəxs ilə birlikdə yaşamağa başlamışlar. 22.10.2018-ci ildə Azra adlı qız övladları dünyaya gəlmiş, evlilikdən başqa övladları olmamışdır.Evləndikdən bir müddət sonra ailədə əhəmiyyətsiz mövzularla bağlı mübahisələr baş verməyə başlamışdır. Bəxtiyar qarşılıqlı anlaşmağı bacarmayan, tez əsəbiləşib özündən çıxan insandır, əsassız yerə onu hamıya qısqanmış, küçədə, marketdə tanımadığı kimsə ona baxanda, qonşu yaxud hansısa tanış onunla salamlaşdıqda Bəxtiyar ondan aqressiv şəkildə bunun səbəbini soruşmuş, verdiyi cavablardan qane olmayıb onunla mübahisə etmişdir. Təqsirləndirilən şəxs heç yerdə işləmir, ailənin dolanışığını qayınatası Rövşən təmin etmişdir. Qayınatası Bəxtiyara taksi fəaliyyəti ilə məşğul olması üçün avtomobil də almış, lakin Bəxtiyar həmin vaxt da evə pul gətirməmiş, qazandığı pulun heç avtomobilin yanacaq xərcini ödəmədiyini demişdir. Çünki Bəxtiyar mütəmadi olaraq narkotik vasitələr və psixotrop maddələr qəbul etmiş, bununla da həm bütün pullarını zərərli vərdişlərinə xərcləmiş, həm də narkotiklərin təsiri altında əsəbi, halsız olmuş, tez-tez hallüsinasiyaları olmuş, reallıqda mövcud olmayan adamlar gördüyünü, səslər eşitdiyini demişdir. Məsələn, evdə oturduqları vaxt qəfil başqa otaqdan yanına gəlib telefonla kiminlə danışdığını soruşmuş, halbuki, həmin vaxt heç kəslə danışmamış, yaxud dəfələrlə atası Rizvan onlarda olmadığı halda gah atasının ayaqüstə dayanıb onlara baxdığını, gah evdəki uşaq arabasının içində oturduğunu demiş, o, isə evdə özlərindən başqa heç kəsin olmadığını bildirəndə Bəxtiyar “mən dəliyəm?! Olmayan şeylər uydururam?!” deyib onunla dalaşmış, hallüsinasiya gördüyünü qəbul etməmişdir. Bu səbəblərdən ailədə mütəmadi olaraq baş verən mübahisələr getdikcə artıb aralarında ciddi soyuqluq yaratmağa başlamışdır. Lakin onlar yenə də ayrılmayıb birlikdə yaşamışlar. Gününü tam dəqiq xatırlamadığı tarixdə, fevral ayının 2-də ya da 3-də səhər yuxudan oyanarkən Bəxtiyarın evdə olmadığını görmüşdür. O, həmin gün dayısıgilə baş çəkməyə gedəsi olmuş, gecədən bunu Bəxtiyara demiş, sonuncu isə onu özü aparacağını bildirmişdir. O, Bəxtiyarı evdə görməyəndə “whatsapp messenger” vasitəsilə mesaj yazıb harada olduğunu soruşmuş, Bəxtiyar isə “gəlirəm” məzmununda cavab yazmışdır. Saat 11-12 radələrində Bəxtiyar gəlib mənzilin qapısını döymüş, o, qapını açanda Bəxtiyarın əlində iki bıçaq olduğunu görmüşdür. O, qapını açarkən Azra da qapının ağzında olmuşdur. Bəxtiyar dərhal bıçaqları bloka atıb əyilərək Azranı qucaqlamış, gözləri dolmuş və ağlamağa başlamış, “mən Azraya nəsə edəcəkdim” demişdir. O, təəccüblənib Bəxtiyardan nə baş verdiyini soruşanda sonuncu ona yaxınlaşıb Azranı qucağından yerə qoymuş və qışqıra-qışqıra yumruqla onun gicgah nahiyəsindən bir neçə dəfə zərbə vurmuşdur. O, qorxub ağlamış, Bəxtiyarın yenə də narkotik vasitə qəbul etdiyini, nəticədə hərəkətlərinə nəzarəti itirdiyini fikirləşmişdir. O, özünə məxsus “Redmi Note 9” markalı telefonla qayınatasına zəng etmək istəyəndə Bəxtiyar telefonu onun əlindən alıb üç dəfə yerə çırparaq sındırmışdır. O, qorxub həyəcanlandığı üçün Bəxtiyardan daha nəsə soruşmağa macal tapa bilməmişdir. Bəxtiyarın “mən Azraya nəsə edəcəkdim”- deyərkən nəyi nəzərdə tutduğunu, ümumiyyətlə, həmin ünvana gələrkən nə üçün iki ədəd bıçaq götürdüyünü o, bilməmişdir. Səs-küyü eşidən üzbəüz mənzil qonşusu Sevinc onlara gəlib Bəxtiyarı ondan aralaşdırmış, Bəxtiyar Azranı da götürüb evdən çıxıb getmişdir. ona evdə qalmamağı, Bəxtiyarın artıq təhlükəli bir adama çevrildiyini, yenidən evə qayıdıb ona zərər verə biləcəyini deyib onu öz evinə aparmışdır. Bəxtiyarın hərəkətlərindən çox qorxmuş, həyəcanlı olmuş, nə edəcəyini bilməmiş, artıq son olduğunu, bundan sonra Bəxtiyarla yaşaya bilməyəcəyini düşünmüşdür. Həmin gün xeyli Sevincgildə oturmuş, Sevinc Bəxtiyarın bloka atdığı iki ədəd mətbəx bıçağını götürüb ona vermiş, gələcəkdə Bəxtiyarın onunla dalaşdığını sübuta yetirmək üçün lazım ola biləcəyini demişdir. O, Sevincin telefonu ilə qayınatası Rövşənə zəng edib hadisə barədə məlumat vermiş, Rövşən isə məşğul olduğunu, sonra onunla əlaqə saxlayacağını demişdir. O, Bəxtiyarın gətirdiyi bıçaqların şəklini çəkib “whatsapp”la qayınatasına göndərmiş, həmçinin anası Samirəyə zəng edib başıma gələnləri danışmışdır. Həmin ərəfələrdə Sevinc onun yaşadığı mənzilin qapısının ağzında kişi ayaqqabıları olduğunu demiş, o, qapıya yaxınlaşıb sakitcə öz qapılarına baxanda qapının ağzındakı ayaqqabıların atası Rizvana məxsus olduğunu görmüş və evdəki şəxsin atası olduğunu bilmişdir. O, seçincək halda Sevincgildən çıxıb öz evinə keçmiş, atasının evdə oturub onu gözlədiyini görmüşdür. Belə ki atasının baş vermiş hadisədən xəbəri olmamış, sonuncu onu yoxlamaq üçün təsadüfən onun evinə gəlmiş, çünki atası onlarla eyni qəsəbədə yaşadığına görə tez-tez gəlib onlara baş çəkir. Onlar hal-əhval tutmuşlar, o, atasından nə vaxt gəldiyini soruşanda atası onu yoxlamaq üçün bir az əvvəl elə-belə gəldiyini, qapının açıq olduğunu görüb evə keçdiyini, telefonuna zəng etsə də bağlı olduğunu, oturub onu gözlədiyini demişdir. O, atasına baş verənləri əvvəldən axıradək olduğu kimi danışmış, atası da Bəxtiyarın artıq təhlükəli vəziyyətə gəldiyini, sonuncu ilə bir evdə yaşamağın mümkünsüz olduğunu deyib boşanmağı təklif etmiş, atasının bu təklifindən sonra o, da Bəxtiyardan boşanmaq niyyətində olduğunu bildirmişdir. Atası ləngimədən məhkəməyə gedib ərizə vermək lazım olduğunu demiş, o, atası ilə razılaşmış, çox keçməmiş qayınatası, qayınanası və qaynı birlikdə onlara gəlmişlər və Azranı gətirmişlər. Ona məlum olmuşdur ki, Bəxtiyar Azranı götürüb atasıgilə aparmış, qayınatası isə Azranın ondan ayrı qalmaması üçün azyaşlı qızını onun yanına gətirmişdir. O, qayınatasıgilə də baş verənləri danışıb Bəxtiyarın artıq dözülməz hala gəldiyini demiş, qaynatasıgildə onun haqlı olduğunu, öz istəyi ilə boşana biləcəyini bildirmişlər və bir az söhbət edib çıxıb getmişlər. O, atası ilə birlikdə məhkəməyə gedərkən Bəxtiyarın bloka atdığı iki ədəd bıçağı atasına vermiş, atası həmin bıçaqları polisə təqdim etmək üçün özündə saxlayacağını demişdir. Onlar birlikdə Gəncə şəhər Nizami rayon məhkəməsinə getmişlər, o, boşanmaq haqqında iddia ərizəsi yazmış, əlavə olaraq, bəzi sənədlər gətirməli olduğunu bildirdikləri üçün evə qayıtmışlar, həmin gecəni atası ilə birlikdə öz evində qalmış, ertəsi gün həmin sənədləri hazırlayaraq məhkəməyə aparmış və 10-15 gün ərzində məhkəmə iclasının olacağını demişlər. Həmin gecə də qayıdıb öz evində qızı ilə birgə qalmış, lakin atasının işləri olduğuna görə gecə yanında qala bilməmiş, qapını bağlayıb yatmışlar.05 fevral 2021-ci il tarixdə, saat 11 radələrində qapı döyülmüş, qapını açıb Bəxtiyar olduğunu görmüşdür. Bəxtiyar sakitcə içəri girmiş, Azranı qucağına götürüb öpüb ağlamış, o, da baxıb kövrəlmiş, çünki Azra atasını görmədiyi günlərdə atasını arzulamışdır. O, mətbəxə keçmiş, Bəxtiyar da arxasınca keçib ona “sən niyə belə elədin?” demiş, o, Bəxtiyarın boşanmaq haqqında ərizə verdiyini nəzərdə tutduğunu fikirləşib “mən daha bundan artıq nə edə bilərdim ki?!” demiş, daha sonra “sən mənə başqa yol buraxmadın” demək istəmiş, lakin “sən mənə başqa ...” kəlməsini demişdir ki, Bəxtiyar cümləmi tamamlamağa imkan verməyib üzərində gətirdiyi bıçağı çıxardıb ona zərbələr vurmağa başlamışdır. Bəxtiyar onun sinə, qarın, kürək və digər nahiyələrinə çoxsaylı xəsarətlər yetirmişdir. O, zərbələrin təsirindən yerə yıxılmış, birtəhər gücünü toplayıb ayağa durmuş, mətbəxin pəncərəsini açıb “kömək eliyin, kömək eliyin” deyib qışqıraraq başqa şəxsləri köməyə çağırmış, lakin Bəxtiyar kürəyindən bıçaq zərbəsi vurmuş və koftasının arxasından tutub onu geri dartaraq pəncərəni örtmüşdür. O, Bəxtiyara “nə olar, balamızı yetim qoyma, məni öldürmə” deyib yalvarmış, lakin Bəxtiyar onun yalvarışlarına məhəl qoymadan, ona bıçaqla xəsarətlər yetirməyə davam etmişdir. Bəxtiyar fiziki cəhətdən güclü olduğuna görə, həmçinin o, qan itirib halsızlaşdığına görə Bəxtiyara müqavimət göstərə bilməmiş, əl-ayaq hərəkətləri ilə Bəxtiyarı özündən itələyib uzaqlaşdırmağa çalışsa da sonuncu onu buraxmamışdır. O, Bəxtiyarın başının pəncərəni örtməyə qarışmasından istifadə edib sonuncunun əlindən çıxıb qapıya tərəf qaçmış, qaçaqaça arxaya dönüb baxanda görmüşdür ki, Bəxtiyarın əlindəki bıçağın tiyəsi əyilibdir. O, qaçdığı məqamda da Bəxtiyar onun arxasınca bıçaq zərbəsi atmış, lakin həmin zərbənin kürəyinə batıb-batmadığını hazırda xatırlamır. O, qaçıb mənzilin qapısına yaxınlaşmış, qapını açıb blokun dəhlizinə çıxmış, çoxlu qan itirdiyi üçün halsızlaşıb üzüüstə yerə yıxılmışdır. O, yerdə olarkən Bəxtiyar təpiklə kürəyindən vurmuş, o, yarıhuşsuz vəziyyətdə olmuş, hadisələrə reaksiya verə bilməsə də ətrafındakı danışıqları eşidə və hərəkətləri qavraya bilmişdir. Qonşuların danışıq və hərəkətlərindən ona məlum olmuşdur ki, Bəxtiyar uzandığı yerdə də onu bıçaqla vurmaq istəmiş, lakin qonşular bıçağı Bəxtiyarın əlindən alıb yerə atmışlar, daha sonra Bəxtiyarı ondan aralaşdırıb liftə mindirərək aşağı düşürtmüşlər. Qonşuların təşəbbüsü ilə təcili tibbi yardım briqadası çağırılmış, o, ambulansla 3 №-li TTYX-ə aparılmış, yaralarına tikiş qoyulmuş və palataya yerləşdirilmişdir. Təqsirləndirilən şəxs fevralın 5-də onu qəsdən öldürməyə cəhd edərkən cinayət aləti kimi istifadə etdiyi bıçaq dəstək və tiyə hissədən ibarət olmuş, tiyəsi gümüşü rəngli metaldan, dəstəyi isə qəhvəyi rəngli taxtadan hazırlanmış, uzunluğu təxminən 25-30 sm olmuşdur. Həmin əlamətlərə uyğun bıçaq onun evində olmamış, Bəxtiyar onu vurmazdan əvvəl bıçağı üzərindən çıxarmış, lakin konkret olaraq belindən, cibindən və ya başqa bir yerdən çıxardığını xatırlamamışdır. Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçağı mətbəxdəki su kranının yanından götürməmiş, evə gələndə özü ilə gətirmişdi. Təqsirləndirilən şəxs ona 20-dən çox bıçaq xəsarəti yetirmiş, xəsarətlər, əsasən, qarın, sinə, kürək nahiyələrinə, yəni həyat üçün vacib nahiyələrə yetirilmiş, Bəxtiyar ona həmin xəsarətləri cəmi bir neçə dəqiqə ərzində aramsız olaraq yetirmiş, arada o, fürsət tapıb pəncərəni açaraq başqa şəxsləri köməyə çağırsa da Bəxtiyar pəncərəni örtüb buna mane olmuş, həmin vaxt Bəxtiyarın əlindən qaçarkən sonuncu da arxasınca qaçıb onu vurmağa çalışmış, hətta o, qaçarkən Bəxtiyar onun kürəyindən də daha bir bıçaq xəsarəti yetirmişdir. Lakin o, bütün gücünü toplayıb qapını açaraq blokun dəhlizinə çıxmış, amma bəxtiyar yenə də hərəkətlərinə son qoymayıb onu bıçaqla vurmağa davam etmək istəmişdir. Bundan başqa Bəxtiyar onun arxasınca bloka çıxandan sonra qonşular bıçağı Bəxtiyarın əlindən alıb yerə atmışlar, Bəxtiyar onu bıçaqla vurmağa davam edə bilmədiyini görüb təpiklə onun kürəyindən vurmuşdur. Qonşular Bəxtiyarı ondan aralaşdırıb liftə mindirərək, aşağı düşürtmüşlər. Təqsirləndirilən şəxs niyyəti onu öldürmək olmuş, sadəcə, özündən asılı olmadan, yəni həm onun evdən qaçıb dəhlizə çıxaraq qonşuları köməyə çağırmağı, həm hadisənin gedişatında Bəxtiyarın əlindəki bıçağın əyilərək xəsarət yetirmək üçün yararsız hala düşməsi, həm qonşuların bıçağı Bəxtiyarın əlindən alıb yerə atması, həm Bəxtiyarı ondan aralaşdırıb liftə mindirmələri, həm də ona vaxtında ilkin və zəruri tibbi yardım göstərilməsi ilə həyatının xilas edilməsi nəticəsində Bəxtiyar öz cinayətkar niyyətinə nail olmamışdır. Təqsirləndirilən şəxs nevroloji durumu yerində olmamış, sonuncu istifadə etdiyi narkotik vasitələrin və psixotrop dərmanların təsiri altında son dərəcə aqressiv və gərgin olmuş, gözünə tez-tez qarabasmalar görünmüş, öz düşüncəsində qurduğu əsassız qısqanclıq şübhələri ilə onu incitmiş, dalaşmış, aralarına soyuqluq salmışdır. Baş vermiş hadisədən bir neçə gün əvvəl Təqsirləndirilən şəxs iki bıçaqla onun yaşadığı evə gəlib daha sonra onu şiddətlə döyməsi isə onu Bəxtiyardan daha da qorxutmuş, artıq birlikdə yaşamağın mümkün olmayacağını dərk etmiş, ona görə də, boşanmaq haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Təqsirləndirilən şəxs də boşanma ərizəsi yazdığına görə ondan qisas almaq üçün öldürmək istəmiş, çünki həmin gün evə daxil olduqdan sonra ona “sən niyə belə elədin?” deyəndə boşanmaq üçün müraciət etdiyini nəzərdə tutduğunu fikirləşmiş, bundan başqa hadisədən sonra xəstəxanada onu ziyarət edən qonşularının dediyinə görə Bəxtiyar həmin gün ona çoxsaylı xəsarətlər yetirdikdən sonra qonşular Bəxtiyarı ondan aralaşdırarkən sonuncu onu göstərib “guya bu, məni məhkəmələrdə süründürmək istəyirdi?! İndi görsün onun başına nə oyun açıram” demişdir. Təqsirləndirilən şəxs yalan ifadə vermiş, onlar heç vaxt ayrılmamışlar, ayrı yaşamamışlar. Eyni zamanda o, 03 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs zəng edib qızı Azranın başına pis hadisə gəldiyini bildirməmiş, Bəxtiyarla aralarında hər hansı bir dialoq olmamışdır. O, Təqsirləndirilən şəxs xəbərsiz və icazəsiz “instagram” sosial şəbəkəsində özünə istifadəçi hesabı açmamış, anası Samirə orada “azra prensessa” və “azra məcidli” istifadəçi adlı profillər açaraq qızı Azranın şəkillərini paylaşmışdır. Sonradan Bəxtiyar bundan xəbər tutub ondan soruşanda o, da məsələni eyni cür izah etmiş, hətta anası özü də Bəxtiyara bu barədə açıqlama vermişdir. “Eliw 45-38” istifadəçi adlı profil isə anasının qohumu Elnarə adlı şəxsə məxsus olmuş, anası Elnarə ilə ümumi hal-əhval tutub Azranın səhhəti barədə söhbətlər etmişdir. O, həmin profillərlə heç kəslə danışmamış, Bəxtiyara heç vaxt bu və ya digər formada xəyanət etməmiş, Elvin adlı qonşuları ilə də münasibətləri sadəcə qonşu kimi normal olmuş, həmin şəxslərlə arasında qətiyyən heç nə baş verməmişdir. Təqsirləndirilən şəxs öz düşüncələrində qurduğu, öz təxəyyülünün məhsulu olan əsassız qısqanclıq şübhələri ilə onu incitmiş, ailəyə söz-söhbət, soyuqluq salmışdır. Təqsirləndirilən şəxs narkotik və psixotrop maddə istifadəçisi olmuş, hətta bir müddət narkoloji kabinetdə qeydiyyata düşmədən ev şəraitində narkomaniyadan müalicə də almışdır. O, dəfələrlə yaşadığı evdə “travmadol” dərmanları, həmçinin Bəxtiyarın avtomobilində istifadə olunmuş şprislər görürmüşdür. Təqsirləndirilən şəxs “travmadol” dərmanları atdığını qəbul etsə də iynə vurduğunu etiraf etməmiş, maşındakı şprislərlə taksi fəaliyyəti göstərdiyi dövrdə tanıdığı bir müştərinin maşında özünə narkotik vasitə vurduğunu demişdir. O, isə nə üçün elə müştəriləri maşına mindirdiyini soruşanda Bəxtiyar həmin müştərinin həmişə taksiyə minəndə çox pul verdiyini demiş, amma o, inanmamış, həmin iynələrdən özünün istifadə etdiyini güman etmiş, lakin Bəxtiyara sübut edə bilməmişdir. Təqsirləndirilən şəxs istifadə etdiyi dərmanların, vurduğu iynələrin təsiri altında gözünə qarabasmalar görünmüş, yad kişi səsləri eşitdiyini, evində olmayan adamları gördüyünü və s. demişdir. Təqsirləndirilən şəxs dedikləri yalandır, onların yaşadığı evə video kamera yerləşdirilməsi söhbəti Bəxtiyarın bu qəbildən olan təxəyyülünün məhsuludur. Həmin hadisə baş verməzdən əvvəl Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş münaqişələr zamanı Bəxtiyarın onu döyməsi və başqa formada zorakılıq hərəkətləri göstərməsi barədə hüquq mühafizə orqanlarına heç vaxt müraciət etməmiş, fevral ayının təxminən 2-3-də Bəxtiyarın yaşadığı ünvana gələrkən özü ilə gətirdiyi iki ədəd bıçağın hər ikisinin tiyələri gümüşü metaldan olmuş, dəstək hissələrinə isə qara rəngli plastmas örtük çəkilmiş, bıçaqlardan birinin dəstəyinin yarısı qırılmış vəziyyətdə, digərinin dəstəyində isə kiçik qırıq hissə olmuş, uzunluqları 20-25 sm olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs onun azyaşlı qızının atasıdır. Bu səbəbdən o Bəxtiyarla barışmışdır. Odur ki, Bəxtiyara yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs 2017-ci ildə Bəxtiyarla öz istəkləri əsasında ailə həyatı qurmuş, həmin evlilikdən 2018-ci ildə Azra adlı qız övladları dünyaya gəlmişdir. Aytacla Bəxtiyar evləndikdən bir müddət sonra o və arvadı Samirə qızının ailə münasibətlərində problem olduğunu, xoşbəxt olmadıqlarını hiss etmişlər, lakin Aytac bu barədə onlara heç nə deməmişdir. Eyni zamanda Bəxtiyarın valideynləri ilə münasibətləri əvvəlcədən soyuq olmuş, çünki onlar kasıb, Bəxtiyarın valideynləri isə maddi cəhətdən daha üstün durumda olduqları üçün həmişə onlara yuxarıdan aşağı baxmışlar, gediş-gəlişləri çox zəif, hətta yox dərəcəsində olmuşdur. Bəxtiyar isə harada necə davranmaq lazım olduğunu bilməyən, böyük-kiçik saymayan, narkotik maddə aludəçisi, həmçinin psixoloji problemləri də olmuşdur. Onlar qızıgilə qonaq gedəndə Bəxtiyar onlara güclə salam verib hal-əhval tutarmış, ailəsini də dolandırmadığı üçün ailənin bütün yükü Bəxtiyarın atası Rövşənin üzərində olmuş, hətta Rövşən öz avtomobilini də taksi fəaliyyəti ilə məşğul olub pul qazanması üçün Bəxtiyara vermiş, lakin Bəxtiyar vecsiz həyat tərzi sürmüş, evinə pul aparmamış, ailəsinin dolanışığı, problemləri ilə maraqlanmamışdır. Qızı ailəsində olan problemləri əvvəlcə onlara danışmasa da, təxminən cari ilin yanvarında Bəxtiyarla arasında ciddi problemlər olduğunu, tez-tez baş vermiş dava-dalaş zamanı Bəxtiyar tərəfindən döyüldüyünü, təhqir edildiyini, psixoaktiv maddələrin təsiri altında gözünə qarabasmalar göründüyünü, evə qazanc gətirmədiyini, arvadına və övladına qarşı laqeyd münasibət göstərdiyini, əsassız yerə qısqanclıq üstündə Aytacla tez-tez dalaşdığını, ailə münasibətlərinin artıq xoşagəlməz həddə çatdığını sonuncu onlara demişdi.Aytacgil ünvan 4 ünvanında, onlar isə eyni qəsəbədə qızıgilin yaxınlığında ev 16, mənzil 47 ünvanında yaşayırlar, aralarında olan məsafə yaxın olduğuna görə tez-tez gedi qızıgilə baş çəkmişlər, vəziyyətləri ilə maraqlanmışlar. Məlum hadisə baş verməzdən bir neçə gün əvvəl, səhv etmirsə, fevral ayının 3-də saat 14 radələrində o, qızıgilə getmək qərarına gəlmiş, getməzdən əvvəl qızına zəng edib xəbər vermək istəsə də telefonuna zəng çatmamışdır. O, qızıgilə getmiş, qapının açıq olduğunu görüb içəri keçsə də içəridə heç kəsi görməmiş və Aytacın qonşuda olduğunu, harada olsa gələcəyini fikirləşmişdir. Çox keçməmiş Aytac gəlib onunla görüşmüş, Bəxtiyarla yenə dalaşdıqlarını, Bəxtiyarın narkotik qəbul edib ağlını itirmiş vəziyyətdə evə gəldiyini, Aytacın üstünə bıçaq çəkdiyini, döyüb təhqir etdiyini, telefonunu sındırdığını, gedərkən isə Azranı götürüb apardığını Aytac ona demiş və çıxıb gedərkən Bəxtiyarın bloka atıb getdiyi iki ədəd mətbəx bıçağını Aytac ona vermiş, o, həmin bıçaqları saxlayıb hüquq mühafizə orqanlarına təqdim edəcəyini, qızına Bəxtiyarla boşanmasını, bu şəkildə birlikdə yaşamağın qeyri-mümkün olduğunu bildirəndə Aytac onunla razılaşaraq çoxdan boşanmaq niyyətinin olduğunu, ailədəki münaqişələrinin artıq dözülməz vəziyyətə gəldiyini demişdir. O, qızı Aytacla hazırlaşıb boşanma ərizəsi yazmaq üçün məhkəməyə gedən vaxt Bəxtiyarın atası Rövşən və anası Rövşanə həmin ünvana gəlmişlər, Azranı da özləri ilə gətirmişlər. Rövşən bildirmişdir ki, Bəxtiyar Azranı götürüb gətirsə də uşağın anasından ayrı qalmasına razı olmamışlar və ona görə də uşağı anasının yanına gətirmişlər. Aytac baş verənlər haqqında qayınatası və qayınanasına da məlumat vermiş, boşanmaq istədiyini bildirəndə Rövşəngil Aytacın fikri ilə razı olduqlarını, ailənin bu şəkildə uzun müddət davam etməyəcəyini demişlər. Rövşəngil çıxıb öz evlərinə getmişlər, o, isə qızı ilə birgə Gəncə şəhər Nizami rayon məhkəməsinə getmiş, qızı boşanma və aliment tələbinə dair iddia ərizəsi yazmışdır. Məhkəmədən çıxandan sonra həmin gün Aytacla birlikdə qalmış, çünki Bəxtiyarın təhlükə yaratmaq ehtimalına qarşı qızını tək qoymaq istəməmiş, lakin sonrakı gecə spirtli içki qəbul etdiyinə görə öz evində qalmaq qərarına gəlmiş, qızı ilə birgə qala bilməmiş, ona görə də Aytaca qapını içəridən bağlamasını, Bəxtiyarı evə buraxmamağı tapşırmışdır. X19 Müharibəsində yaralandığı üçün qayınanasıgildə qalıb yataq şəraitində müalicə aldığı üçün arvadı Samirə də yanında qalıb oğullarına qulluq etmiş, bu səbəbdən də Samirə qızı Aytacın yanında qala bilməmişdir. 05 fevral 2021-ci il tarixdə, saat 12 radələrində yuxudan durub qızıgilə getmiş, pilləkənləri qalxanda qan ləkələri olduğunu görüb təccüblənmişdir. O, qızıgilin yaşadığı 5ci mərtəbəyə qalxanda Aytacla üzbəüz qonşuluqda yaşayan Sevinc evdən çıxıb onu görmüş, Aytacın Bəxtiyar tərəfindən bıçaqlandığını, ölümcül vəziyyətdə 3 №-li xəstəxanaya çatdırıldığını bildirdiyi üçün o, dərhal xəstəxanaya getmişdir. O, xəstəxanaya çatarkən oğlunun və arvadının orada olduğunu görmüşdür. Ona məlum olmuşdur ki, qonşular hadisə barədə arvadı Samirəyə məlumat vermiş, sonuncu isə ona xəbər vermək istəsə də onun telefonuna zəng çatmamışdır. Baş vermiş hadisənin səbəbi Bəxtiyarın mütəmadi olaraq psixoaktiv maddələr qəbul edib sərxoş vəziyyətə düşməsi, həmin maddələrdən asılılıq nəticəsində davranışlarına nəzarəti itirməsi, əsəbi, gərgin olması, heç bir əsaslı səbəb olmadan münaqişə yaratması, Aytacı əsassız yerə qısqanması nəticəsində ailə münasibətlərinin pozulması, habelə onun fikrincə, qızının boşanma ərizəsi yazdığını öyrəndikdən sonra aqressivləşib buna görə qisas almaq istəməsi olmuş və Aytaca çoxsaylı bıçaq xəsarətləri yetirib sonuncunu qəsdən öldürməyə cəhd etmişdir. Onun qızı heç vaxt ərinə xəyanət etməmiş, əxlaqlı həyat tərzi keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 qızı ifadəsində göstərmişdir ki, o, 2020-ci ilin noyabr ayından Gəncə şəhəri, Nizami rayonu, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon, ev 8, mənzil 63-də ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. Zərərçəkmiş şəxs onunla üzbəüz qonşuluqda 64 saylı mənzildə yaşayır. Aytacla və əri Bəxtiyarla qonşuluq münasibətləri həmişə qaydasında olmuşdur. Bəxtiyar özünü normal aparmış, heç vaxt onlara və ya başqa qonşulara qarşı artıq-əskik davranışlara yol verməmiş, ona “bacı” deyə müraciət etmişdir. Aytacla Bəxtiyarın qonşulara qarşı münasibətləri normal olsa da öz aralarında mütəmadi mübahisələri olmuş, o, öz evindən yaranmış dava-dalaşın səslərini eşitmiş, lakin heç vaxt Bəxtiyarın Aytacı döyməsini görməmişdir. Cari ilin fevral ayının 3-də təxminən, saat 11 radələrində yenə də Bəxtiyargilin evindən səs-küy eşidib bloka çıxmış, Aytacgilin mənzilinə yaxınlaşıb qapını döymüş, qapını xatırlamadığı şəxslərdən kimsə, yəni aytac və ya Bəxtiyar açmış, o, içəri daxil olmuş və aydın olmuşdur ki, Aytacgil bir-biri ilə mübahisə etmişlər. Aytac ona “nə olar bacı, qoyma, Bəxtiyar məni döyür” demiş, Bəxtiyar isə “nə olub, niyə qışqırırsan, özünü qonşulara göstərirsən?!” deyib Aytacın üstünə yerimiş, lakin o, araya girib Bəxtiyara “başqa vaxt mənə bacı deyirsən, mənə hörmət qoyursansa, qurtar, Aytacla işin olmasın” deyə yalvarmış, Bəxtiyarın Aytacı vurmasına mane olmuşdur. Həmin vaxt Bəxtiyarın əlində silah və ya silah qismində istifadə olunan başqa əşya olmamışdır. Bəxtiyar onun yalvarışlarından sonra üzünü ona tutub “bacı, qurban olsun sənə” deyib Azranı da qucağına götürərək qapıya yaxınlaşmış, o, Bəxtiyardan Azranı aparmamasını xahiş etmiş, lakin Bəxtiyar aparacağını bildirmiş və əyilib qapının ağzından bir-birlərinə oxşayan və məişətdə istifadə olunan iki ədəd mətbəx bıçağı götürüb oradakı ayaqqabı şkafının üzərinə qoymuş, daha sonra isə Azra ilə birlikdə çıxıb getmişdir. Həmin bıçaqların dəstəyi qara rəngli olmuş, birinin dəstəyinə çəkilmiş örtüyün bir hissəsi qırılmışdır. Bundan sonra o, Aytaca öz evində qalmamasını, onun evinə keçməyini bildirmiş və birlikdə onun yaşadığı mənzilə keçmişlər. Bəxtiyarın qapının ağzından döşəmədən götürüb ayaqqabı şkafının üzərinə qoyduğu iki ədəd bıçağı götürüb o, Aytaca vermiş, həmin bıçaqların Bəxtiyara məxsus olub-olmadığını soruşmuş, Aytac isə Bəxtiyarın evə gələrkən həmin bıçaqları özü ilə gətirdiyini demiş, bundan başqa, Aytac böyük sensor ekranlı mobil telefonunu göstərib Bəxtiyarın dalaşarkən yerə çırpıb sındırdığını bildirmişdir. O, Aytacdan Bəxtiyarla nə üstündə dalaşdıqlarını soruşanda sonuncu Bəxtiyarın nəyə görə dalaşdığını bilmədiyini, evə əsəbi halda gəldiyini demişdir. O, Aytaca evdə oturmasını tapşırıb özü uşaqlarını hazırlıq kursuna aparmış, qısa müddət sonra geri qayıdarkən Aytacgilin evinin qapısının ağzında bir cüt kişi ayaqqabısı olduğunu görmüş, bu barədə Aytaca bildirmiş və sonuncu qapılarına baxanda kişi ayaqqabılarının atasına məxsus olduğunu deyib öz evlərinə getmiş, o, isə öz evində qalmış, bundan sonra nə baş verdiyini bilməmişdir. Həmin hadisədən sonra fevral ayının 5-dək Bəxtiyar evə gəlməmiş, Aytacla da hansısa formada ünsiyyəti olmamışdır. 05 fevral 2021-ci il tarixdə saat 11 radələrində blokdan səsküy gəldiyini eşidib çölə çıxmış, həmin vaxt Aytacın üzüüstə blokda yerə uzandığını, Bəxtiyarın isə ayaqüstə dayanıb Aytacı təpiklədiyini görmüşdür. Qapının ağzında blokun döşəməsində qan gölməçəsi yaranmış, Aytac başını yuxarı çevirib “bacı, qoyma öləm, yaşamaq istəyirəm, Bəxtiyar məni bıçaqlayıb” demiş, o, isə “dayan görək, Aytac, niyə ölürsən ki” deyə cavab vermişdir. Həmin vaxt o, ətrafa baxanda pilləkən qəfəsliyinin aşağı tərəfində yerdə tiyəsi əyilmiş bir ədəd bıçaq olduğunu görmüş, bununla da başa düşmüşdür ki, Bəxtiyar Aytaca həmin bıçaqla xəsarətlər yetirmiş, lakin bıçağın tiyəsi əyildiyinə görə Bəxtiyar bıçağı yerə atmışdır. Həmin bıçağın qəhvəyi rəngli tiyəsi olmuşdur. O, Bəxtiyardan baş verənlər barədə heç nə soruşmamış, sonuncu da ona heç nə danışmamış, tamamilə susmuşdur. Bəxtiyarın əlində bıçaq və ya hansısa başqa bir alət olmamışdır. Həmin ərəfədə 6-cı mərtəbədə yaşayan Arzu adlı qadın düşüb onların yanına gəlmiş, Aytaca yardım göstərməyə çalışmışdır. O, Bəxtiyarın qabağına keçib hərəkətlərinə mane olmaq məqsədilə sonuncunu Aytacdan aralaşdırmış, uzun yalvarışlardan sonra Bəxtiyarı getməyə razı sala bilmiş və liftin komandasını basıb həmin mərtəbəyə çağırmışdır. Bəxtiyar liftə minmiş, “yaxşı, bacı, gedirəm” deyib liftlə aşağı düşmüş, o, Bəxtiyarın hara getdiyini bilməmişdir. Bəxtiyar liftə minib oradan uzaqlaşdığı məqamadək hadisə yerində ondan və Arzudan başqa heç kəs olmamışdır. Bəxtiyar getdikdən sonra yuxarı mərtəbədən tanımadığı bir kişi aşağıya onların yanına düşmədən axıradək elə pilləkəndə dayanıb onlara baxmışdır. O, 103 xidmətinə zəng edib hadisə barədə məlumat vermişdir. Təcili tibbi yardım briqadası gələnədək Arzu dezinfeksiyaedici peroksid məhlulu ilə Aytacın yarasını silmiş, o, da Arzuya kömək etmişdir. Bir qədər sonra TTYX-nin həkim briqadası gəlib Aytacı xəstəxanaya aparmışdır. Zərərçəkmiş şəxs ilə qonşu olduqları müddətdə sonuncunu əxlaqlı qadın kimi tanımış, əri Bəxtiyara xəyanət etməsinin şahidi olmamış, bu barədə eşitməmişdir. Bəxtiyar da onlarla münasibətlərdə özünü normal aparmış, Aytacla aralarında arabir ailə münaqişələri olsa da həmin münaqişələrin, habelə baş vermiş hazırkı hadisənin səbəblərini o, bilməmişdir. O, səs-küy eşidib bloka çıxarkən orada Aytac, Bəxtiyar və ondan başqa heç kəs olmamışdır. Bəxtiyarın əlində bıçaq və ya başqa alət görməmiş, ətrafa baxanda isə pilləkənin aşağısında tiyəsi əyilmiş bıçaq görmüş və başa düşmüşdür ki, Bəxtiyar həmin bıçaqla Aytaca xəsarət yetirmiş, lakin sonradan tiyəsi əyildiyinə görə işinə yaramadığını görüb Bəxtiyar həmin bıçağı yerə atmışdır. Bəxtiyarın əlindən o, bıçaq almamış, başqa şəxslərin aldığını da görməmişdir. Hadisə yerində əvvəlcə o, olmuş, daha sonra isə Arzu yuxarı mərtəbədən aşağı düşmüşdür. Bəxtiyar oradan çıxıb getdikdən sonra isə yuxarı mərtəbədən tanımadığı cavan bir kişi durub onlara baxmış və onların yanına gəlməmişdir. Bu səbəbdən də o, hansısa qonşunun bıçağı Bəxtiyarın əlindən aldığını düşünməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid6 ifadəsində göstərmişdir ki, oğlu Təqsirləndirilən şəxs 2017-ci ildə Aytacla öz istəkləri əsasında ailə həyatı qumuşlar, həmin evlilikdən Azra adlı qız övladları dünyaya gəlmişdir. Oğlu evləndikdən sonra ailəsi ilə birgə onun mülkiyyətində olan ünvan 3 yaşamışdır. Bəxtiyarla Aytac nişanlı olduqları dönəmdən başlayaraq münasibətlərində soyuqluq, anlaşılmazlıq yaranmış, bir-birləri ilə yola gedə, uzlaşa bilməmişlər, əhəmiyyətsiz mövzuları mübahisəyə çevirib dalaşırmışlar. Bunun əsas səbəbi isə onun fikrincə Aytacın ailədə əsas söz sahibi olmaq, bütün istəklərini Bəxtiyara qəbul etdirmək istəyi ilə bağlı olmuşdur. Bəxtiyar isə xaraktercə əsəbi olmuş, Aytacın bu cür normal olmayan tələblərini qəbul etməmişdir. Bəxtiyarın kompromisə getməməsi, əsəbi olması həm də uşaqlıqdan bəri keçirdiyi xəstəliklərlə əlaqədar olmuşdur. Belə ki, Bəxtiyar hələ 1 yaşı tamam olmamış epilepsiya xəstəliyinə tutulmuş, 4-5 yaşına kimi həmin xəstəlikdən ciddi müalicələr almışdı. Bundan başqa Bəxtiyar nevroz xəstəliyi ilə bağlı Gəncə şəhərində nevroloji kabinetdə qeydiyyatda olmaqla uzun müddət müalicə olunmuşdur. Bəxtiyarla Aytac arasında tez-tez münaqişələr olsa da birlikdə yaşamışlar, bir-birindən ayrılmamışlar. Lakin həmişə Bəxtiyar onlara gələndə Aytacdan gileylənmiş, sonuncunun yanına qayıtmaq istəmədiyini, Aytacdan özünə qarşı xoş münasibət görmədiyini onlara demişdir. Bəxtiyar həmçinin bir neçə il əvvəl psixotrop maddələr qəbul etməyə başlamış, o, isə Bəxtiyarı bu yoldan çəkindirmək üçün bütün mümkün vasitələrdən istifadə etmiş, hətta təxminən 1 il bundan əvvəl Bəxtiyar Gəncə şəhər narkoloji kabinetinin həkimləri tərəfindən hər dəfə 15 gün olmaqla iki dəfə narkomaniyadan ambulator müalicə olunmuşdur. Bəxtiyar bir müddət həmin preparatlardan istifadə etməyi dayandırsa da son vaxtlar yenə də sonuncunun psixotrop maddələr qəbul etməsini o, şübhələnmiş, çünki tez-tez gözünə qarabasmalar göründüyünü, reallıqda mövcud olmayan səslər eşitdiyini, adamlar gördüyünü demişdir. Cari ilin yanvar ayında Bəxtiyar ona işləyib gündəlik tələbatlarını öz vəsaiti hesabına ödəmək istədiyini, ona yük olmaq istəmədiyini demiş və ona məxsus Mercedes Benz E Class markalı, **-DF-*** dövlət qeydiyyat nişanlı avtomobili taksi fəaliyyəti ilə məşğul olması üçün ondan istəmişdir. O, da etiraz etməyib özünə məxsus həmin avtomobilini oğluna vermişdir. Lakin yenə də Bəxtiyarın şəhərdaxili taksi xidməti göstərməsindən əldə etdiyi qazanc ailəsini dolandırmağa kifayət etmədiyi üçün ailənin dolanacağını o, təmin etmişdir.Cari ilin fevral ayının 5-də Bəxtiyarın Aytacı bıçaqlamasından 3-4 gün əvvəl o, işdə olarkən Aytac ona zəng edib Bəxtiyarla dalaşdıqlarını, Bəxtiyarın Aytacın üstünə bıçaqla getdiyini, evi tərk edərəkən Azranı da özü ilə apardığını ona demiş, “whatsapp”da bıçaqların şəklini ona göndərmiş, o, Bəxtiyargilin həmişəki kimi yola gedə bilmədiklərini, hansısa mövzuda sözlərinin uyuşmadığını başa düşmüş, Aytaca qapını bağlayıb Bəxtiyarı evə buraxmamasını tapşırmışdır. O, işdən çıxıb evə gedərkən Bəxtiyarın qızı Azranı da götürüb onların yaşadıqları ünvana gəldiyini görmüşdür. Bəxtiyar Aytacla yenə dalaşdıqlarını, artıq qızı ilə birlikdə onlarda qalacaqlarını demişdir. O, nə üstündə dalaşdıqlarını Bəxtiyardan soruşanda sonuncu yenə həmişəki mövzularla bağlı anlaşa bilmədiklərini demiş, lakin o, Bəxtiyara Azranın anasından ayrı qalmasına imkan verməyəcəyini demişdir. O, Aytacın yanına nə üçün bıçaqla getdiyini Bəxtiyardan soruşanda sonuncu həmin bıçaqları yaşadığı evin mətbəxindən götürdüyünü, sadəcə Aytacı qorxutmaq üçün istifadə etdiyini, Aytaca zərər vurmaq niyyətinin olmadığını, ünvanı tərk edərkən isə bıçaqları oraya atıb çıxdığını bildirmişdir. Bundan sonra xoşagəlməz hadisələrin baş verməməsindən ötrü Bəxtiyara bir daha Aytacın yanına getməməyi tapşırmış, uşağı da götürüb arvadı Rövşanə ilə birgə Aytacgilə gedəndə həmin vaxt Aytacın atası ilə evdə olduqlarını görmüşdür. Aytac artıq Bəxtiyarla yola gedə bilmədiklərini, boşanmaq istədiyini ona deyəndə o və həyat yoldaşı Rövşanə də Aytacın fikri ilə razı olmuşlar, çünki Bəxtiyarla Aytacın münasibətləri artıq dözülməz həddə çatmışdır. O, Azranı orada qoymuş, Aytaca Bəxtiyarın üzünə qapı açmamasını tapşırmış və arvadı ilə birlikdə öz evlərinə qayıtmışdır. Onlar boşanma məsələsi barədə Bəxtiyara heç nə deməmişlər. Bundan sonra fevralın 5-dək Bəxtiyar onlarla birlikdə qalmış və Aytacın yanına getməmişdir. Fevralın 5-də hər gün olduğu kimi, səhər saat 09 radələrində o, evdən çıxıb Ş.İ.Xətai prospekti 93 ünvanında yerləşən avtomobil ehtiyat hissələrinin satışını həyata keçirdiyi mağazaya işə getmişdir. O, evdən çıxarkən Bəxtiyar yatmışdır. Saat 12 radələrində Bəxtiyar onun iş yerinə gəlib söhbət etmək, aralarındakı anlaşılmazlıqları aydınlaşdırmaqdan ötrü Aytacgilə getdiyini, lakin Aytacın soyuq münasibət göstərməsindən əsəbiləşib mətbəxdən götürdüyü bıçaqla Aytacı bıçaqladığını demiş və “nə edəcəm?” deyə ondan soruşanda o, “nə etməlisən ki, səhvi etmisənsə, cəzasını da çəkməlisən, otur taksiyə, get polisə” deyə oğluna cavab vermişdir. O, Bəxtiyarla Aytacın münaqişələrinin nə vaxtsa belə bir sonluqla nəticələnəcəyini güman etdiyi üçün Bəxtiyarın Aytacı bıçaqlaması xəbəri onu çox da təəccübləndirməmişdir. Təqsirləndirilən şəxs hüquq mühafizə orqanlarına könüllü təslim olmamaq, istintaqdan qaçıb gizlənmək niyyətini ifadə etməmiş və onun iş yerindən çıxıb vaxt itirmədən təslim olmaq üçün birbaşa polis idarəsinə getmişdir. Belə ki onun təsiri olmadan da belə Bəxtiyarın özü də hüquq mühafizə orqanlarına gedib könüllü şəkildə təslim olmaq fikrində olmuşdur. Sadəcə olaraq, baş vermiş hadisənin təsiri altında psixoloji şok keçirmiş, nə etməli olduğuna qərar verməkdə çətinlik çəkirmişcəsinə “nə edəcəm?” deyə soruşmuş və o, da “nə etməlisən ki, səhvi etmisənsə, cəzasını da çəkməlisən, otur taksiyə, get polisə” oğluna deyə cavab verdikdən sonra Bəxtiyar sanki özünün də fikirləşdiyi təslim olmaq qərarını qətiləşdirmişdir. Bundan sonra isə o, Aytacın 3 №-li şəhər xəstəxanasında olduğunu öyrənib arvadı ilə oraya getsə də Aytacın anasının onları görüb səs-küy yaratmasına görə oradan çıxıb getmişlər, daha sonra isə həmin ailədən heç kimlə əlaqə saxlamamışlar. onun fikrində hadisənin baş verməsinə səbəb ailədaxili anlaşılmazlıqlar olmuş, o, heç vaxt Aytacın Bəxtiyara xəyanət etməsinin şahidi olmamış, bu barədə məlumatı olmamışdır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Rövşanə Məmmədova ibtidai istintaq orqanına oxşar məzmunlu ifadə verməklə Şahid6 ifadəsində işin halları ilə bağlı göstərdiklərini bir daha təsdiq etmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid5 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bibisinin nəvəsidir, onlar Aytacın anası Samirə ilə bibiqızı-dayıqızı kimi qohumluq münasibətindədirlər. Məcidli X6 əri olsa da sonuncu ilə hansısa formada əlaqəsi və gediş-gəlişi olmamışdır. Samirə ilə əsasən telefon vasitəsilə ünsiyyət saxlamış, çünki Bakı şəhərində yaşayıb işləməyi ilə əlaqədar Gəncəyə gəlib-gedə bilmir. 5 fevral 2021-ci il tarixdə Bəxtiyarın Aytacı bıçaqlayıb öldürməyə cəhd etməsi barədə də sonradan telefon vasitəsilə Samirədən xəbər almışdır. Bəxtiyarla Aytacın ailə münasibətlərinin problemli, mübahisəli olduğunu bilsə də hadisənin konkret hansı səbəbdən baş verməsi ona məlum deyil. Təxminən 2019-cu ildə o, “instagram” sosial şəbəkəsində özünə “Eliw 45-38” adlı istifadəçi profili açmış, həmin profillə arabir bibisiqızı Şahid4 “instagram”da istifadə etdiyi “azra prensessa”, “azra məcidli” və “tebiet huzur” adlı profillərlə yazışmış, yazışmalarının mövzusu ümumi hal-əhval tutmaq, gündəlik məsələlər haqqında danışmaq və s.-dən ibarət olmuşdur. “Eliw 45-38” adlı profildən yalnız özü istifadə edir və başqa şəxs həmin profili işlətmir, “azra prensessa”, “azra məcidli” və “tebiet huzur” adlı profillərdən isə yalnız Samirənin istifadə etdiyini bilmiş, çünki qeyd etdiyi profillər vasitəsilə yalnız Samirə ilə yazışmışdır. Samirə həmin profillərdə tez-tez nəvəsi Azranın şəkillərini paylaşmışdır. O, “Eliw 45-38” adlı profili cari ilin əvvəllərinə qədər işlətmiş, lakin bu il mobil telefonunu yenisi ilə əvəz etdiyindən digər sosial şəbəkələrdəki hesabları ilə yanaşı “instagram”da istifadə etdiyi “Eliw 45-38” adlı profilinin də parolunu itirmiş, bu səbəbdən də “instagram”da özünə “Elnara 76” adlı yeni profil açmış və halhazırda da həmin profili işlədir. O, mobil telefonunu dəyişdiyinə görə “Eliw 45-38” adlı profildə olan yazışmaların mətnlərini və profillə bağlı digər şeyləri saxlaya bilməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid4 qızının ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid4 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, qızı Zərərçəkmiş şəxs 2017-ci ildə Bəxtiyarla öz istəkləri əsasında ailə həyatı qurmuş, həmin evlilikdən 2018-ci ildə Azra adlı qız övladları dünyaya gəlmişdir.Aytacla Bəxtiyar evləndikdən bir müddət sonra o və həyat yoldaşı Rizvan qızının ailə münasibətlərində problem olduğunu, xoşbəxt olmadıqlarını hiss etmişlər, lakin Aytac bu barədə onlara heç nə deməmişdir. Eyni zamanda Bəxtiyarın valideynləri ilə münasibətləri əvvəlcədən soyuq olmuş, çünki onlar kasıb, Bəxtiyarın valideynləri isə maddi cəhətdən daha üstün durumda olduqları üçün həmişə onlara yuxarıdan aşağı baxmışlar, gediş-gəlişləri çox zəif, hətta yox dərəcəsində olmuşdur. Bəxtiyar isə harada necə davranmaq lazım olduğunu bilməyən, böyük-kiçik saymayan, narkotik maddə aludəçisi, həmçinin psixoloji problemləri də olmuşdur. Onlar qızıgilə qonaq gedəndə Bəxtiyar onlara güclə salam verib hal-əhval tutarmış, ailəsini də dolandırmadığı üçün ailənin bütün yükü Bəxtiyarın atası Rövşənin üzərində olmuş, hətta Rövşən öz avtomobilini də taksi fəaliyyəti ilə məşğul olub pul qazanması üçün Bəxtiyara vermiş, lakin Bəxtiyar vecsiz həyat tərzi sürmüş, evinə pul aparmamış, ailəsinin dolanışığı, problemləri ilə maraqlanmamışdır. Qızı ailəsində olan problemləri əvvəlcə onlara danışmasa da, təxminən cari ilin yanvarında Bəxtiyarla arasında ciddi problemlər olduğunu, tez-tez baş vermiş dava-dalaş zamanı Bəxtiyar tərəfindən döyüldüyünü, təhqir edildiyini, psixoaktiv maddələrin təsiri altında gözünə qarabasmalar göründüyünü, evə qazanc gətirmədiyini, arvadına və övladına qarşı laqeyd münasibət göstərdiyini, əsassız yerə qısqanclıq üstündə Aytacla tez-tez dalaşdığını, ailə münasibətlərinin artıq xoşagəlməz həddə çatdığını sonuncu onlara demişdir. Aytac və onların özləri Bəxtiyarın Aytacı söyübdöyməsi barədə heç vaxt hüquq mühafizə orqanlarına müraciət etməsələr də Aytacın ailə münasibətlərinə nəzər salanda sonuncunun uzun müddət Bəxtiyarla birlikdə yaşaya bilməyəcəklərini görmüş, üstəlik ailələrinin faciə ilə dağılacağından, Bəxtiyarın qızına və nəvəsinə zərər verəcəyindən qorxmuşdur.05 fevral 2021-ci il tarixdə o, oğlu ilə birlikdə anasıgildə olmuş, əri Rizvan isə öz evində qalmışdır. Həmin gün saat 12 radələrində Aytacın qonşuları onlara zəng edərək Aytacın Bəxtiyar tərəfindən bıçaqlandığını, ölümcül vəziyyətdə 3 №-li xəstəxanaya çatdırıldığını bildirdikləri üçün o, dərhal oğlu ilə xəstəxanaya getmişdir. Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həqiqətə uyğun deyil. Belə ki qızı heç vaxt Bəxtiyara xəyanət etməmiş, əxlaqlı həyat tərzi sürmüşdür. Bəxtiyar qızını bir çox əsassız səbəblərdən dolayı incitmiş, əhəmiyyətsiz qısqanclıq davaları yaratmışdır. Həmçinin Bəxtiyar uzun müddət psixoaktiv maddələr qəbul etmiş, bu cür maddələrə asılılıq yaranmış, hətta narkoloji kabinetdə qeydiyyata götürülməklə müalicələr almışdır. Bəxtiyar məhz həmin maddələrin təsiri altında, bundan başqa, psixikasında olan problemlərlə əlaqədar tez-tez gözünə qarabasmalar görünmüş, davranışlarına nəzarəti itirmiş, təxəyyülündə reallıqda mövcud olmayan hadisələr uyduraraq, heç bir əsaslı səbəb olmadan cüzi səbəbləri münaqişə yaratmaq üçün bəhanə etmiş, dəfələrlə qızı ilə dalaşmışdır. Bəxtiyar qanunsuz və əxlaqsız hərəkətlərinin səbəbkarı kimi Aytacı göstərmək üçün sonuncuya xəyanət etməsi ilə bağlı şər-böhtan atmış, bununla da öz əməllərini pərdələməyə çalışmışdır. O, 2018-ci ildə “instagram” səhifəsində “azra prensessa” və “azra məcidli” istifadəçi adlı profilləri açaraq nəvəsi Azranın şəkillərini paylaşmış, “Eliw 45-38” istifadəçi adlı profil isə dayısıqızı Şahid5 məxsus olmuş, o, həmin profil vasitəsilə aradabir Elnarə ilə danışıb hal-əhval tutmuş, Azra haqqında söhbətlər etmiş. Sonralar Bəxtiyar ondan bu barədə soruşanda o, sonuncuya məsələni olduğu kimi izah etmiş, Bəxtiyar da onun açıqlamasını səmimi qəbul etmişdir. Baş vermiş hadisənin səbəbi Bəxtiyarın mütəmadi olaraq psixoaktiv maddələr qəbul edib sərxoş vəziyyətə düşməsi, həmin maddələrdən asılılıq nəticəsində davranışlarına nəzarəti itirməsi, əsəbi, gərgin olması, heç bir əsaslı səbəb olmadan münaqişə yaratması, Aytacı əsassız yerə qısqanması nəticəsində ailə münasibətlərinin pozulması, habelə onun fikrincə, qızının boşanma ərizəsi yazdığını öyrəndikdən sonra aqressivləşib buna görə qisas almaq istəməsi olmuş və Aytaca çoxsaylı bıçaq xəsarətləri yetirib sonuncunu qəsdən öldürməyə cəhd etmişdir. Onun qızı heç vaxt ərinə xəyanət etməmiş və əxlaqlı həyat tərzi keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin 05.02.2021-ci il tarixli 120-3745-1221 saylı məktubundan görünür ki, 05 fevral 2021-ci il tarixdə xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 7-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə bıçaqla arvadı - 06.02.1997-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə çoxsaylı xəsarətlər yetirərək sonuncunu qəsdən öldürməyə cəhd etməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsindən Gəncə şəhər prokurorluğuna HK-1/80 saylı material göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.02.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Gəncə şəhər 3 saylı TTY xəstəxanasının cərrahiyyə şöbəsinin sanitar tibb bacısı X5 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qırmızı rəngli köynək və bir ədəd qadın alt şalvarı götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.02.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 6 ünvanıdır, mənzil binanın 5-ci mərtəbəsində yerləşir. Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilən zamanı mənzilin giriş qapısının çöl tərəfdən qarşısında-yerdə yaxılmış vəziyyətdə qanabənzər ləkələrin olması müəyyən edildi. Təqsirləndirilən şəxs həmin ləkələrin arvadı Zərərçəkmiş şəxs məxsus olduğunu, hadisə vaxtı Aytacın onun əlindən qaçaraq qapıdan çöbə çıxdıqdan sonra həmin yerə yıxıldığına görə axdığını bildirdi. Mənzilin içərisinə baxış keçirilərkən mənzilin mətbəx otağında yerdə qanabənzər ləkələrin və bir ədəd tiyəsi əyilmiş vəziyyətdə mətbəx bıçağının olması müəyyən edildi. Təqsirləndirilən şəxs yerdəki bıçağı və qanabənzər ləkələri göstərib bildirdi ki, həmin ləkələr arvadı Zərərçəkmiş şəxs qanıdır. Həmin bıçaq isə onun cinayətdə istifadə etdiyi, yəni Aytaca saysız və ardıcıl zərbələr vurduğu bıçaqdır. Təqsirləndirilən şəxs bildirdi ki, o, məhz həmin yerdə arvadı Aytaca bıçaq zərbələri vurmuşdur. Baxış zamanı həmçinin müəyyən edilmişdir ki, mətbəxdə masa örtükləri yerə düşmüş, oturacaq stulları isə aşmışdır. Hadisə yerinə baxış zamanı mətbəxdən qanabənzər izlərdən pambıq üzərində nümunələr götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi tiyəsi əyilmiş vəziyyətdə olan bir ədəd bıçaq əhəmiyyət kəsb etdiyi üçün qablaşdırılıraq götürülmüşdür. Hadisə yerinin bir neçə görünüşdə fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.02.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.02.2021-ci il tarixli “təqdim edilmiş əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli köynək və bir ədəd qara rəngli şalvar götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.02.2021-ci il tarixli “materialın istintaq aidiyyəti üzrə göndərilməsi haqqında” qərardan görünür ki, toplanmış materialda Azərbaycan Respublikası CM-in 29, 120.1-ci maddəsinin tərkib əlamətləri olduğundan həmin material istintaq aidiyyəti üzrə Gəncə şəhər prokurorluğuna göndərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06.02.2021-ci il tarixli “hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri – ünvan 7 ünvanıdır. Mənzil 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində pilləkən qəfəsliyinin sağ tərəfində yerləşir. Mənzilin yaşıl rəngli dəmir materialdan hazırlanmış, üzərində naxışvari bəzəkləri olan giriş qapısı vardır. Qapının üzərində, qarşısında, dəhlizin döşəməsində, pilləkənlərdə və üzbəüz qonşuluqda yerləşən mənzilin giriş qapısında qanabənzər ləkələr mövcuddur. Mənzil dəhliz, bir ədəd mətbəx otağı, mətbəx kimi istifadə olunan bir ədəd aynabənd, bir ədəd yataq otağı, bir ədəd qonaq otağı, bir ədəd hamam və bir ədəd sanitar qovşağından ibarətdir. Mətbəx və aynabənd istisna olmaqla, digər otaqlarda cinayət təqibi üçün əhəmiyyət kəsb edən heç bir hal aşkar edilmədi. Mətbəx mənzilin giriş qapısından daxil olduqda dəhlizin sağ tərəfində yerləşir, oraya qapısız arakəsmə vasitəsilə daxil olmaq mümkündür. Mətbəxə daxil olduqda sağ tərəfdə bir ədəd soyuducu, mebel dəsti, girişlə üzbəüz divarın qarşısında bir ədəd divan, girişin sol tərəfində isə divarın qarşısında ətrafında bir ədəd divan yerləşdirilmiş bir ədəd masa vardır. Mətbəxin bir ədəd pəncərəsi var, otaq süni işıq lampaları vasitəsilə işıqlandırılır. Döşəməyə sərilmiş xalçanın üzərində qanabənzər ləkələr mövcuddur. Mətbəx otağından qapısız arakəsmə ilə ayrılan aynabəndə daxil olduqda mənzilin həmin hissəsinin də mətbəx kimi istifadə edildiyi aydın olur. Orada müxtəlif məişət əşyaları mövcuddur, paltaryuyan maşının qarşısında bir ədəd, qabyuyan çanağın sağ tərəfində isə bir ədəd olmaqla döşəmənin üzərinə aşmış vəziyyətdə cəmi iki ədəd taburet vardır. Döşəmədə, taburetlərdə, pəncərədə, divarda, masada, qızdırıcı radiatorda və digər əşyaların üzərində qanabənzər ləkələr olduğu müşahidə edilir. Hadisə yerində aşkar edilmiş qanabənzər ləkələrdən tampona hopdurulmaqla nümunələr götürülmüş və müvafiq qaydada qablaşdırılıb möhürlənmişdir. Hadisə yerinə baxış zamanı iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər predmetlər aşkar edilməmiş və götürülməmişdir. Hadisə yerinin bir neçə görünüşdə fotoşəkilləri çəkilərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, 07 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 07 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti keçirilmiş, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edib göstərmişdir. Bu barədə protokol tərtib olunmuş və Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş bir ədəd bıçaq və tanınmaya təqdim olunması üçün nəzərdə tutulmuş digər iki ədəd bıçaqlar Təqsirləndirilən şəxs tanınmaya təqdim olunmuşdur. Belə ki hadisə yerindən götürülmüş bir ədəd bıçaq «2» rəqəmi ilə nömrələnmiş, müqayisə üçün götürülmüş digər iki ədəd bıçaqlar isə «1», «3» rəqəmləri ilə nömrələnmişdir. Təqsirləndirilən şəxs tanınma üçün ona təqdim olunmuş üç ədəd bıçaqlara nəzər saldıqdan sonra «2» rəqəmi ilə nömrələnmiş bıçağı göstərək məhz həmin bıçaqla Zərərçəkmiş şəxs xəsarətlər yetirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs ona təqdim olunmuş digər iki ədəd bıçaqları isə tanımadığını, ilk dəfə gördüyünü bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, aparılmış istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.01.2019-cu il tarixli AZ-İV 225162 nömrəli döğum haqqında şəhadətnamənin surətindən görünür ki, 22.10.2018-ci il təvəllüdlü X1 Bəxtiyar Rövşən oğlunun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “Götürmə aparılması və götürülmüş əşyalara baxış keçirilməsi haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 07 fevral 2021ci il tarixdə əşyanın götürülməsi istintaq hərəkəti keçirilmiş, cinayət işi üzrə Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd Xiomi Redmi markalı mobil telefon götürülmüş, baxış keçirilərkən məlum olmuşdur ki, Zərərçəkmiş şəxs təqdim etdiyi Xiomi Redmi markalı mobil telefonun arxası mavi rəngli, ön hissəsi isə qara rənglidir, telefonun arxa hissəsində zavod üsulu ilə fotokamera quraşdırılıbdır, mobil telefon fiziki təsiri nəticəsində sınıbdır və mobil telefonun üst hissəsi ilə arxa hissəsi ayrılmış vəziyyətdədir. Baxış zamanı iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, 03 fevral 2021-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs, onun olduğu ünvan 8 ünvanına gəlib hər hansı bir əsaslı səbəb olmadan onunla mübahisə edərək ona məxsus Xiomi Redmi markalı mobil telefonu əlindən alaraq üç dəfə yerə çırpıb sındırıbdır. Baxış zamanı telefonun içərisində cinayət təqibinə əsas verən hər hansı bir fayl aşkar olunmamış, təqdim olunmuş mobil telefonun fotoşəkilləri çəkilərək protokola əlavə olunmuş, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd Xiomi Redmi markalı mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “Götürmə aparılması və götürülmüş əşyalara baxış keçirilməsi haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 07 fevral 2021ci il tarixdə əşyanın götürülməsi istintaq hərəkəti keçirilmiş, cinayət işi üzrə Şahid3 təqdim etdiyi 2 (iki) ədəd bıçaq götürülmüş, baxış keçirilərkən məlum olmuşdur ki, hər iki bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla gümüşü metaldan hazırlanmış, dəstək tiyənin davamıdır, dəstəyin üzərinə qara rəngli örtük çəkilmiş, örtük dəstəyə üç ədəd pərçimlə bərkidilmişdir. Hər iki bıçaq eyni növlüdür, lakin bıçaqlardan birinin dəstəyinə çəkilmiş örtüyün yarısı qırılmış, pərçimin biri düşmüşdür. Şahid3 təqdim etdiyi 2 (iki) ədəd bıçaqların fotoşəkilləri çəkilərək protokola əlavə olunmuş, həmin bıçaqlar müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 08.02.2021-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 08 fevral 2021-ci il tarixdə əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti keçirilmiş, cinayət işi üzrə Şahid3 təqdim etdiyi 2 (iki) ədəd bıçaqlar və tanınmaya təqdim olunması üçün nəzərdə tutulmuş digər dörd ədəd bıçaqlar şübhəli şəxs Təqsirləndirilən şəxs tanınmaya təqdim olunmuşdur. Belə ki Şahid3 təqdim etdiyi bıçaq 2 (iki) ədəd bıçaqlardan biri “1”, digəri isə “6” rəqəmləri ilə nömrələndi. Tanınmalı olan “1” və “6” nömrəli bıçaqlar, həmçinin “2”, “3”, “4” və “5” nömrəli bıçaqların hər biri qatlanmayan konstruksiyalıdır. Tanınmalı olan “1” və “6” nömrəli bıçaqların dəstək hissələrində qırıqlar olduğuna görə digər bıçaqların həmin əşyalarla arasındakı oxşarlıq tanınmadan əvvəl iştirakçıların görmədiyi şəraitdə təmin olunmuşdur. Tanıyan şəxs Təqsirləndirilən şəxs təqdim edilən əşyaları nəzərdən keçirib onların eyni növdən olduğunu və bir-birilə oxşarlıq təşkil etdiyini, lakin “1” və “6” nömrəli bıçaqları göstərib 03.02.2021-ci il tarixdə Aytacın olduğu Yeni Gəncə qəsəbəsi, ev 8, mənzil 64 ünvanına gedərkən həmin bıçaqları üzərində götürdüyünü bildirmişdir. Təqsirləndirilən şəxs “1” və “6” nömrəli bıçaqların normal istismar şərtləri altında köhnəlməsini, üzərində ləkə və cızıqların olmasını bildirib istifadə etdiyi “1” və “6” nömrəli bıçaqları dəqiq tanıdığını qeyd etmişdir. Bu barədə protokol tərtib olunmuş, aparılmış istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli 4(404)-22/2021 saylı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 iyun 2021-ci il tarixədək, yəni 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin başlanğıcı 05.02.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 07.02.2021-ci il tarixli, 171 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində sağ əlin səthi yaraları, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 05.02.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi bioloji ekspertizasının 12.02.2021-ci il tarixli, 02 saylı rəyindən görünür ki,

1. Təqsirləndirilən şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır.

2. Vətəndaş Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-beta-dır. 3. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. 4. Təqdim olunmuş pambıq tampon üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. 5. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus bir ədə şalvar, bir ədəd köynək üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. 6. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədə şalvar, bir ədəd köynək üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər.

7. Təqdim olunmuş iki ədəd bıçaq üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserin 10.03.2021-ci il tarixli 713/10 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri X12 üzvü şəxsiyyət pozuntusu diaqnozu ilə qeydiyyatda durur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayonu 12 saylı evlər üçlüyü tərəfindən verilmiş 10.03.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yaşayır və arvadı Zərərçəkmiş şəxs və 2018-ci il təvəllüdlü qızı X2 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Nizami rayonu 12 saylı evlər üçlüyü tərəfindən verilmiş 10.03.2021-ci il tarixli xassiyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixiatriya Xəstəxanasının 10.03.2021-ci il tarixli, 48 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs Gəncə şəhər Psixiatriya Xəstəxanasında müalicə olunmamışlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.03.2021-ci il tarixli 2(044)-1033/2021 saylı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qərarından görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs arasında Gəncə “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində 23.12.2017-ci il tarixli, 2647 nömrəli akt qeydi ilə bağlanmış nikah pozulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 11.03.2021-ci il tarixli, 232 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixoaktiv maddələrdən istifadə edir, psixoaktiv maddə olan tramadol və lirikadan sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 10.02.2021-ci il tarixli, 193 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - alın, sol yanaq, hər iki bazu, sol dirsək, sağ əl, sağ körpücük altı, sol süd vəzi, qarın, sol qalça, sol kürək, döş qəfəsi, sol diz, sol bilək və sol said nahiyələrinin daxilə nüfuz etməyən (ümumilikdə 21 ədəd) kəsilmiş, deşilmiş-kəsilmiş yaralar - deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmiş, dərəcəsinə görə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasna səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs bədəni üzərində kəsilmiş, deşilmiş-kəsilmiş yaralardan başqa - döş qəfəsinin, sağ yanaq nahiyəsinin, alt dodağın dəri səthinin sıyrıqları, sağ sağrı və sağ baldır nahiyələrinin qançırları kimi xəsarətlər də aşkar edildi. Bu xəsarətlər - bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərlən tarixə, yəni 05.02.2021-ci il tarixə uyğun gəlir. Zərərçəkmiş şəxs mövcud xəsarətləri alarkən müxtəlif vəziyyətlərdə (ayaq üstü, oturaq və s.) ola bilərdi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserin 06.04.2021-ci il tarixli 1384 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 19.06.2019-cu il tarixdən “Psixoaktiv maddələrdən asılılıq” diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 20.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 16.04.2021-ci il tarixli "xxxx" MMC-dən götürülmüş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, diskin içərisində “SMS_Tarixçəsi_**********2122_557744646” “SMS_Tarixçəsi_**********2128_557744646”.“Zənglərin_Detallaşması_**********0506_5577 44646”; “Zəngiərin_Məxsusluq_Tarixçələri **********0533 557744646_BKC” fayllar müəyyən edilmişdir. İlkin olaraq “SMS_Tarixçəsi **********2122 557744646” adlı fayl açılmış, həmin faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01.01.2020-ci il tarixdən 05.02.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və göndərilən SMS-lərin siyahısı vardır. Baxış zamanı ümumi mövzulara aid SMS-lərdən əlavə aşağıdakılar müəyyən edilmişdir. 25-03-2020-ci il tarixdə, saat 18:17:36 da **********46 GSM nömrədən **********95 nömrəsinə “Gorusenmi cindir elim yungul oluf masAllah telide acanmisan ay yetim kient goturmede ta getmeliyik sen ol ora vgz la hem de mende dara liram yeke oglansan”- məzmunlu SMS daxil olmuşdur. 20-04-2020-ci il tarixdə saat 00:09:19-da **********46 GSM nömrədən **********32 nömrəsinə “Brat nese goture bildin ozune bir wey alindirsan yaxsi olardi ay dayi seher evezini cixardim yaman agriyiram sen o!“ məzmunlu SMS daxil olmuşdur. 01-06-2020-ci il tarixdə saat 21:11:29 da **********46 GSM nömrədən **********32 nömrəsinə “Dayicim 1 dn Leyla 2 dn balaca dvjenya eledim imkam vesa 15 dik patpres goturek sabah da sen ol tezden 1 leyla goturerem 3 aznde teline qurvan cavab de d” məzmunlu SMS daxil olmuşdur. 01-06- 2020-ci il tarixdə saat 22:45:21 də **********46 GSM nömrədən **********32 nömrəsinə “Qaqaulya 1 cavab de mende isim bilm temda ustumde qalif yigisanmi gorusek yoxsa gedim umiddi qoydun indi teli acmisan bele ele ay dayi” məzmunlu SMS daxil olmuşdur. 14-06-2020-ci il saat 11:07:46 da **********46 GSM nömrədən **********29 nömrəsinə“Brat teymurlari hara qoyubsan kucuye catir yerin de goturum İde qapıya cix isim var” məzmunlu SMS daxil olmuşdur. Bundan əlavə “SMS_Tarixçəsi **********2122 557744646” adli fayla baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heçnə aşkar edilmədi. Daha sonra diskin içərisində olan “SMS_Tarixçəsi **********2128 557744646” fayl tərəfimdən açıldı. Faylların içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrəsinə 01.01.2020-ci il tarixdən 05.02.2021-ci il tarixədək olan müddət ərzində daxil olan və göndərilən SMS-lərin siyahısı vardır. Baxış zamanı ümumi mövzulara aid SMS-lərdən əlavə aşağıdakılar müəyyən edildi. 11-05-2020-ci il saat 16:41:52 **********94 GSM nömrədən **********46 nömrəsinə“mada saxla ha suse” məzmunlu SMS daxil olmuşdur. 15-05-2020-ci il saat 18:34:44 **********94 GSM nömrədən **********46 nömrəsinə“mada saxla ha suse” məzmunlu SMS daxil olmuşdur. 03-06-2020-ci il saat 19:12:49 **********94 GSM nömrədən **********46 nömrəsinə“pulum yoxdu acca cocom var.hardan alasan ki 45” məzmunlu SMS daxil olmuşdur.17-06-2020-ci il tarixdə 00:41:1 O-dən 00:44:23-dək olan müddət ərzində **********06 saylı GSM nömrədən **********46 GSM nömrəyə aşağıdakı məzmunlu SMS-lər göndərilmişdir: “Bu ne hereketdi ne tel adsan ne bir axtarisan mene catmir fikrin nedir senin hec ele bil senin ailen yoxdur bu usaqnan heckim maraqlanmir ne sen nede ev”; “dekiler niye bele edirsen dunen zeng bu gun zeng bele soyuq insan olar bele aile olar demirswn olufsuz qalifsiz neyse ozun bilersen. “Hec olmaya cavabda vermirsen sen neter insansan neter men cehenem bilmirsen bu usaq ne yeyir ne icir ayaqinin eyaqbisi yoxdur yay paltari yoxdur bu usaq”; “ne geyir”; “Men seni kimi usaga soyuq qanli insan gormemisem bu usaqsiz neter durursan ey” məzmunlu SMSlər daxil olmuşdur. 03-07-2020-ci il tarixdə saat 00:28:35-də **********91 saylı GSM nömrədən **********46 GSM nömrəyə“Ay qaqa elime tema keçib bayaq goturduyunun 3defe cox sabaq seher 2dene leyli teskil ele oturum sene men elemirem dana onu bilisen seherde agrida o/acam” məzmunlu SMS göndərilmişdir. Bundan əlavə “SMS_Tarixçəsi **********2128 557744646” adli fayla baxış zamanı iş üçün əhəmiyyət kəsb edən heç nə aşkar edilməmişdir. Daha sonra diskin içərisində “Zənglərin_Detallaşması **********0506 557744646”; adlı fayllar açıldı. Faylların içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** saylı mobil nömrəsinin 01.01.2020-ci il tarixdən 05.02.2021-ci il tarixədək olan müddət ərzində olan zənglərinin detallaşmasını əks etdirən cədvəl vardır. Fayla baxış zamanı iş üçün əhəmiyyətli bir hal aşkar edilmədi. Diskin içərisində olan “Zənglərin _ Məxsusluq _ Tarixçələri **********533 ********* _ BKC” faylı açıldı. Faylın içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ********** mobil nömrə ilə 01.01.2020-ci il tarixdən 05.02.2021-ci ilədək müddət ərzində danışıq aparmış və sms yazmış abonentlərin şəxsiyyətlərinə dair məlumatlar əks olunub. Fləmin fayla baxış zamanı müəyyən olundu ki, yuxarıda qeyd olunan SMS-lərin göndərildiyi **********32 GSM nömrə Abuzər Zeynalova (AZE********), **********94 GSM nömrə Sərxan Əliyarzadəyə (********) və **********06 saylı GSM nömrə Şahid3 (AZE********) məxsusdur. Bundan əlavə fayla baxış zamanı iş üçün əhəmiyyətli bir hal aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks lifli materialların ekspertizasının 05.04.2021-ci il tarixli, 16/243 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış boz rəngli poliester liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 ədəd kalqotka üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliester lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd kalqotkanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış tündcəhrayı rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə kriminalistik, soyuq silah və məhkəmə-trasoloji (paltar üzərində olan mexaniki zədələrin ekspertizası üzrə) ekspertizasının 12.04.2021-ci il tarixli, 16/244/245 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən (hadisə yerindən götürülmüş) bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilən (Şahid3 təqdim etdiyi) bıçaqlar kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdırlar və soyuq silah hesab edilmirlər. Üzərlərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan Zərərçəkmiş şəxs məxsus poluverin üzərində olan "a", "c", "d", "e", "f", "k", "l" zədələri və kalqotkanın üzərində olan "m" və "n" zədələri bir tərəfi kəici, ucu deşici xassəyə malik olan predmetin, (o cümlədən, təqdim edilmiş hadisə yerindən götürülmüş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş paltarların üzərində olan zədələrdə zədə yaradan predmentə aid xüsusi əlamələr əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş hadisə yerindən götürülmüş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan Zərərçəkmiş şəxs məxsus poluverin üzərində olan "b" zədəsi fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb cırılma zədəsidir. Təqsirləndirilən şəxs məxsus paltarların üzərində trosoloji zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 10.02.2021-ci il tarixli, 193 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus poluverin üzərində olan "a", "c", "d", "e", "f", "k", "l" zədələri və kalqotkanın üzərində olan "m" və "n" zədələri müqayisə edildi, müəyyən oldu ki, bədəndə yerləşən "hər iki bazu, sol dirsək, sol süd vəzi, qarın, sol qalça, sol kürək, döş qəfəsi, sol diz, sol bilək və sol said nahiyələrinin jaxilə nüfuz etməyən deşilmi-kəsilmiş yaraları" xəsarəti ilə yuxarıda qeyd edilən zədələr yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və yuxarıda qeyd edilən xəsarətlər üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə ambulator psixiatrik və məhkəmə psixoloji ekspertizasının 10.03.2021-ci il tarixli 130/36 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zamanı öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR-nın CM-nin 21.1 və 21.3cü maddələrinin təsiri altına düşmür, onun hal-hazırda məcburi müalicəyə ehtiyyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək imkanına malikdir. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs 2010-cu ildən Gəncə şəhər Psixonevroloji Dispaeserində "üzvi şəxsiyyət pozuntusu" diaqnozu ilə qeydiyyata götürülməsi, keçən 11 il ərzində cəmi 2 dəfə həkim psixiatra müraciət etməsi, 2018-ci ldən sonra tibbi yardım üçün dispanserə müraciət etməməsi, 2019-cu ildən Gəncə şəhər Narkoloji Dispanserdə "psixoaktiv maddələrdən asılılıq" diaqnozu ilə qeydiyyata götürülməsi (Gəncə şəhər Psixonevroloji Dispanserindən verilmiş 713/10 saylı arayış, 29.06.2010-cu il tarixli 713/2010 saylı ambulator karta, Gəncə şəhər Narkoloji Dispanserindən verilmiş 1384 saylı arayış, Gəncə şəhər Psixiatriya Xəstəxanasından verilmiş 10.03.2021-ci il tarixli, 48 saylı arayış), istintaq və ekspertiza zamanı törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların qismən saxlanılması, onda müşahidə edilən emosiya və davranış pozğunluğunun (ekspertiza zamanı onda emosional davamsızlıq müşahidə olunması, hövsələsiz, acıqlı, kobud və konfliktə meyilli olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiyalarla cavab verməsi, əvəllər əsəbilik zamanı özünə xəsarətlər yetirməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizin əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs ittiham elan olunduğu cinayət əməlini törədərkən əsəbi psixi emosional halda olmuşdur, keçirdiyi emosional halın yaranma səbəblərindən biri həyat yoldaşı Aytacla münaqişəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji (psixoloji) affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.04.2021-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 26 aprel 2021-ci il tarixdə əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti keçirilmiş, cinayət işi üzrə hadisə yerindən götürülmüş bir ədəd bıçaq və tanınmaya təqdim olunması üçün nəzərdə tutulmuş digər iki ədəd bıçaqlar Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuşdur. Belə ki hadisə yerindən götürülmüş bir ədəd bıçaq «3» rəqəmi ilə nömrələnmiş, müqayisə üçün götürülmüş digər iki ədəd bıçaqlar isə «1», «2» rəqəmləri ilə nömrələnmişdir. Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim olunmuş üç ədəd bıçaqlara nəzər saldıqdan sonra «3» rəqəmi ilə nömrələnmiş bıçağı göstərək həyat yoldaşı Təqsirləndirilən şəxs özü ilə gətirdiyi məhz həmin bıçaqla onu vurub xəsarətlər yetirdiyini bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, aparılmış istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.04.2021-ci il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” prtokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 26 aprel 2021-ci il tarixdə əşyanın tanınmaya təqdim edilməsi istintaq hərəkəti keçirilmiş, cinayət işi üzrə Şahid3 təqdim etdiyi 2 (iki) ədəd bıçaqlar və tanınmaya təqdim olunması üçün nəzərdə tutulmuş digər dörd ədəd bıçaqlar Zərərçəkmiş şəxs tanınmaya təqdim olunmuşdur. Belə ki Şahid3 təqdim etdiyi 2 (iki) ədəd bıçaqlardan biri “2”, digəri isə “5” rəqəmləri ilə nömrələnmiş, tanınmalı olan “2” və “5” nömrəli bıçaqlar, həmçinin “1”, “3”, “4” və “6” nömrəli bıçaqların hər biri qatlanmayan konstruksiyalıdır. Zərərçəkmiş şəxs tanınma üçün ona təqdim olunmuş altı ədəd bıçaqlara nəzər saldıqdan sonra "2" və "5" rəqəmi ilə nömrələnmiş bıçaqları göstərək 03.02.2021-ci il tarixdə həyat yoldaşı Təqsirləndirilən şəxs özü ilə onun yaşadığı Yeni Gəncə qəsəbəsi, ev 8, mənzil 64 ünvana gətirdiyini bildirmişdir. Bu barədə protokol tərtib olunmuş, aparılmış istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin 29 mart 2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs, 05 fevral 2021-ci il tarixdə ünvan 6 ünvana gələrək arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı özü ilə üstündə gətirdiyi mətbəx bıçağı ilə azyaşlı övladının gözü qarşısında Zərərçəkmiş şəxs vurub xəsarət yetirmişdir. Hadisə mənzilin içərisində baş verdiyi üçün orada kənar şəxslər olmasa da yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs bloka çıxıb kömək çağırmış və qonşuluqda yaşayan Şahid1 qızı, Şahid2 bloka çıxaraq yaralı vəziyyətdə olan Zərərçəkmiş şəxs yanına gələrək sonuncuya tibbi yardım göstərmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.05.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 05 fevral 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 10 ünvanında baş vermiş hadisə ilə əlaqədar həmin ünvana baxış keçirilən zamanı hadisə yerindən qablaşdırılaraq götürülmüş tiyəsi əzilmiş vəziyyətdə olan 1 (bir) ədəd bıçaq, qan nümunəsi götürülmüş pambıq tamponlar, Gəncə şəhər 3 saylı TTY xəstəxanasının cərrahiyyə şöbəsinin sanitar tibb bacısı X5 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qırmızı rəngli köynək və bir ədəd qara rəngli şalvar, şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli köynək və bir ədəd qara rəngli şalvar, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd X18 9 markalı mobil telefon, Şahid3 təqdim etdiyi 2 (iki) ədəd bıçaq iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut kimi tanınmış və Gəncə şəhər Prokurorluğunun dəftərxanasına təhvil verilmiş, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd CD, video görüntülər olan 3 (üç) ədəd DVD obyektiv iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun Zərərçəkmiş şəxs öldürmək niyyətinin olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Bununla belə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan onun hadisəni 22.10.2018-ci il təvəllüdlü azyaşlı qızı Azra Məcidlinin gözü qarşısında sonuncuya və Zərərçəkmiş şəxs xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda törətməsinə dair müddəa xaric olunmalıdır. Belə ki, vurğulanmalıdır ki, 22.10.2018-ci il təvəllüdlü azyaşlı Azra Məcidli Təqsirləndirilən şəxs yeganə övladı olmaqla hadisə törədilən vaxtı iki yaşını yenicə tamamlamış olmuşdur. Bununla belə istintaq orqanı Təqsirləndirilən şəxs hadisəni qızı Azranın gözləri qarşısında törətməklə sonuncuya və Zərərçəkmiş şəxs xüsusi əzab və iztirab verdiyini dərk etməsinə, bunu arzulamasına dair hər hansı sübutu məhkəməə təqdim etməmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs elan olunmuş ittihamdan onun hadisəni 22.10.2018-ci il təvəllüdlü azyaşlı qızı Azra Məcidlinin gözü qarşısında sonuncuya və Zərərçəkmiş şəxs xüsusi əzab və iztirab verdiyini dərk etdiyi halda törətməsinə dair müddəa xaric olunmalıdır Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29-cu maddəsinin mənasına görə isə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Təqsirləndirilən şəxs xüsusi amansızlıqla qəsdən adam öldürməkdə ifadə olunan əməlini başa çatdıra bilməyib, yəni Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etməyə cəhd etməklə Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 29,120.2.4-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmişin ondan heç bir şikayət və ya tələbinin olmamasını, onunla barışmasını, himayəsində azyaşlı uşağının olmasının, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında 14 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Lakin həmin cəza başa çatmış cinayətlər üçün nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxs isə nəzərdə tutulan həmin cinayət əməlini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırmamış, yəni qeyd olunan cinayət əməlini törətməyə cəhd etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən isə cinayəti etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növü olan azadlıqdan məhrum etmənin yuxarı həddi 20 ildir və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayətə cəhdə görə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının müddəti də 20 ilin dörddə üçündən, yəni 15 ildən çox ola bilməz. Bundan əlavə Zərərçəkmiş şəxs tərəfindən Məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur, onlar barışıblar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hal (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 15 ilin dörddə üçündən, yəni 11 il 3 aydan çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Həmçinin cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05.02.2021-ci il tarixli “Şübhəli şəxsin tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli 4(404)-22/2021 saylı Gəncə şəhəri Nizami rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 05 iyun 2021-ci il tarixədək, yəni 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin başlanğıcı 05.02.2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 05 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 29,120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsimüəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 11.03.2021-ci il tarixli, 232 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixoaktiv maddələrdən istifadə edir, psixoaktiv maddə olan tramadol və lirikadan sui-istifadə etmə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Odur ki, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub və Gəncə şəhər prokurorluğunda saxlanılan, «05 fevral 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 10 ünvanında baş vermiş hadisə ilə əlaqədar həmin ünvana baxış keçirilən zamanı hadisə yerindən qablaşdırılaraq götürülmüş tiyəsi əzilmiş vəziyyətdə olan 1 (bir) ədəd bıçaq, qan nümunəsi götürülmüş pambıq tamponlar, Şahid3 təqdim etdiyi 2 (iki) ədəd bıçaq məhv edilməli, Gəncə şəhər 3 saylı TTY xəstəxanasının cərrahiyyə şöbəsinin sanitar tibb bacısı X5 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qırmızı rəngli köynək və bir ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli köynək və bir ədəd qara rəngli şalvar, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd X18 9 markalı mobil telefon qanuni sahiblərinə qaytarılmalı, həmçinin "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd CD, video görüntülər olan 3 (üç) ədəd DVD cinayət işinin materiallarında saxlanılmaldır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 05 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub və Gəncə şəhər prokurorluğunda saxlanılan, «05 fevral 2021-ci il tarixdə, saat 21 radələrində ünvan 10 ünvanında baş vermiş hadisə ilə əlaqədar həmin ünvana baxış keçirilən zamanı hadisə yerindən qablaşdırılaraq götürülmüş tiyəsi əzilmiş vəziyyətdə olan 1 (bir) ədəd bıçaq, qan nümunəsi götürülmüş pambıq tamponlar, Şahid3 təqdim etdiyi 2 (iki) ədəd bıçaq məhv edilsin, Gəncə şəhər 3 saylı TTY xəstəxanasının cərrahiyyə şöbəsinin sanitar tibb bacısı X5 təqdim etdiyi hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd qırmızı rəngli köynək və bir ədəd qara rəngli şalvar, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə zamanı əynində olmuş bir ədəd göy rəngli köynək və bir ədəd qara rəngli şalvar, Zərərçəkmiş şəxs təqdim etdiyi bir ədəd X18 9 markalı mobil telefon qanuni sahiblərinə qaytarılsın, "xxxx" MMC-dən götürülmüş 1 (bir) ədəd CD, video görüntülər olan 3 (üç) ədəd DVD cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 127,80 (yüz iyirmi yeddi manat səksən qəpik) məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakimlər:

1. (sədrlik edən) Elmin Rüstəmov

2. Faiq Mahmudov

3. Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar