Məhkəmə qərarları › İş №1(100)-234/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-234/2022

22.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-234/2022 22.08.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X18, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Şahid1, Şahid9, Şahid11, Şahid4, Şahid5, Şahid8, Şahid6, Şahid3, Şahid7, Şahid2, Şahid10 Abbasəli oğlu və müdafiəçi Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü ildə Tərtər rayonu Balakəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri, polis serjantı vəzifəsində işləmiş, əvvəllər məhkum olunmamış, Tərtər rayonu Balakəngərli kəndində qeydiyyatda olan və Göygöl rayon Üçtəpə kəndində yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə xeyli miqdarda özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu niyyətlə şəxsi tanışlıq münasibətlərinə görə yaranmış inam və etibardan istifadə etməklə Gəncə şəhər sakini Şahid1 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun övladı X19 Gəncə şəhər Baş Polis İdarəsinin, İstintaq və Təhqiqat idarəsində Azərbaycan Respublikası CM-in 181.2.1 və 181.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair ********* saylı cinayət işi üzrə barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi, eləcə də cinayət işinə xitam verilməsi ilə bağlı təsir etmək imkanına malik olduğuna inandırıb, 15 000 (on beş min) manat pul verəcəyi halda Gəncə şəhər Baş polis İdarəsinin Müvəqqəti saxlanma yerinin mühafizəçisi, polis serjantı-polis nəfəri vəzifəsində işlədiyi üçün öz qulluq mövqeyindən istifadə etməklə həmin cinayət işinin istintaqını aparan Gəncə şəhər Baş Polis İdarəsinin, İstintaq və Təhqiqat idarəsinin müstəntiqi, polis baş leytenantı Hüseyin Musayevə təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, zərərçəkmiş Şahid1 şəxsən özündən 2020-cu ilin dekabr ayında sonuncunun qudası X34 şəhəri, A.İsgəndərov küçəsində yerləşən mənzilində 13 000 (on üç min) manat məbləğində pulu aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək zərərçəkmiş şəxsə qarşı xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin müddət ərzində Şahid1 2 000 (iki min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək dələduzluq etməyə cəhd etmiş, eləcə də Gəncə şəhər Baş Polis İdarəsinin, İstintaq və Təhqiqat idarəsinin vəzifəli şəxsi olan H.Musayevin xidməti vəzifəsinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid1 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Şahid9 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək onu Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik şöbəsinə müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin fevral ayında Gəncə şəhər Baş polis İdarəsinin inzibati binasının yanında Şahid9 ilə görüşüb 6500 (altı min beş yüz) manat pulunu ələ keçirmiş, bununla yanaşı öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna Şahid9 əminlik və inam yaratmaq üçün özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar idarəsinin əməkdaşı kimi təqdim edib Şahid9 telefon zəngi edərək sonuncunun qısa müddətdə Bakı şəhərinə çağırılacağını bildirməklə qanunsuz hərəkətlər edib Şahid9 xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid9 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Bundan başqa o, Gəncə şəhəri Nizami rayon Polis İdarəsinin Təminat qrupunun polis nəfəri vəzifəsində işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid11 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədini yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin aprel ayının əvvələrində Samux şəhəri H.Əliyev prospektində yerləşən Samux rayon Polis şöbəsinin inzibati binasının qarşısında əvvəlcə 7000 (yeddi min) manat, daha sonra 2021ci ilin aprel ayının axırlarında – Gəncə şəhəri H.Əliyev prospekti 475 ünvanında yerləşən Gəncə şəhər Baş Polis idarəsi Nizami Rayon Polis İdarəsinin inzibati binasının qarşısında 200 (iki yüz) manat, həmçinin 26 iyun 2021-ci il tarixdə Gəncə şəhəri C.Rəfibəyli 66 ünvanında yerləşən Kəpəz TV-nin qarşısında 600 (altı yüz) manat vahid niyyətlə ümumilikdə 7800 (yeddi min səkkiz yüz) manat pulu öz qulluq mövqeyinə görə etibardan sui-istifadə edərək ələ keçirməklə, bununla yanaşı öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna Şahid11 əminlik və inam yaratmaq üçün özünü Gəncə Şəhər Baş polis İdarəsinin əməkdaşı Səbuhi Hümbətov kimi təqdim edib Şahid11 telefon zəngi edərək guya işə düzəlməyi üçün heç bir qanuni əsas olmadan sənədlər tələb etməklə qanunsuz hərəkətlər edib sonuncuya təkrarən xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin müddət ərzində Şahid11 1000 (bir min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyinə görə iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək dələduzluq etməyə cəhd etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid11 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid4 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Mikayıl Salmanovu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci ilin iyul ayının əvvəllərində Gəncə şəhəri H.Əliyev prospekti 433 ünvanında yerləşən “Gəncə Mall”ın qarşısında Şahid4 ilə görüşüb 10000 (on min) manat pulunu ələ keçirib xeyli miqdarda ziyan vuraraq dələduzluq etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid11 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid5 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Abbasqulu Salmanovu Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Gəncə Regional Mühafizə Polisi idarəsinə müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 17 iyul 2021-cü il tarixdə, ünvan 7 ünvanında yerləşən mənzildə Şahid5 ilə görüşüb sonuncunun 4000 (dörd min) manat pulunu almaqla ələ keçirib dələduzluq etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid11 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid8 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Ülvi Aslanovu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci iln avqust ayının əvvəlində Göygöl rayon Üçtəpə kəndində Şahid8 ilə görüşüb sonuncunun 8000 (səkkiz min) manat pulunu ələ keçirmiş, bununla yanaşı öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna Şahid8 əminlik və inam yaratmaq üçün özünü Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini kimi təqdim edərək Şahid8 oğlu Ülvi Aslanova telefon zəngi edib guya sonuncunun işə qəbul olunması münasibətilə təbrik etməklə qanunsuz hərəkətlər edərək Şahid8 xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmiş, həmin müddət ərzində Şahid8 4000 (dörd min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək dələduzluq etməyə cəhd etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid8 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid6 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu Gəncə şəhər Nizami rayon polis İdarəsinin Pos patrul xidmətinə müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 2021-ci iln avqust ayının 24-də Gəncə şəhər Nizami rayon İdarəsinin qarşısında Şahid6 ilə görüşüb sonuncunun 3000 (üç min) manat pulunu ələ keçirərək ziyan vurub dələduzluq etmiş, həmçinin Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid6 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid3 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 26 avqust 2021-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində öz yaşadığı mənzildə Şahid7 ilə görüşüb 5000 (beş min) manat, həmçinin həmin gün yenidən öz yaşadığı evdə əlavə olaraq 3000 (üç min) manat, 2021-ci ilin avqust ayının sonlarında Gəncə şəhər Nizami rayon Polis İdarəsinin qarşısında 2500 (iki min beş yüz) manat, həmin gün, yəni 2021-ci il avqust ayının axırlarında Tacəddinə məxsus Göygöl rayon Üçtəpə kəndindəki yaşayış evində 1500 (bir min beş yüz) manat vahid niyyətlə ümumilikdə 8000 (səkkiz min) manat pulunu Şahid16 vasitəsilə ələ keçirmiş, bununla yanaşı öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna Şahid2 əminlik və inam yaratmaq üçün özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrlar idarəsinin rəisi Səbuhi Hümbətov kimi təqdim edib Şahid2 telefon zəngi edərək guya DİN-nin Xüsusi Təyinat Bölüyünə işə düzəlməyinə köməklik edəcəyinə dair söz verib Şahid3 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid2 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid7 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunu Azərbaycan Respublikası Daxili İşlər Orqanlarına müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 26 avqust 2021-ci il tarixdə Göygöl rayonu Üçtəpə kəndində öz yaşadığı mənzildə Şahid7 ilə görüşüb 8000 (səkkiz min) manat pulunu Şahid18 vasitəsilə ələ keçirmiş, bununla yanaşı öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna Şahid7 əminlik və inam yaratmaq üçün özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşı Səbuhi Hümbətov kimi təqdim edərək telefon zəngi edib Bakı şəhərinə çağırtdırmaqla qanunsuz hərəkətlər edərək Şahid7 xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq etmiş, eləcə də həmin müddət ərzində Şahid7 2 000 (iki min) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək dələduzluq etməyə cəhd etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid7 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Bundan başqa o, həmin vəzifədə işlədiyi müddətdə təkrarən, eyni niyyətlə, yəni qulluq mövqeyinə görə ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid20 vasitəsilə tanıdığı Şahid2 geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Şahid19 Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul bölüyünə müvafiq vəzifəyə təyin edilməsi ilə bağlı təsir etmək imkanına malik olduğunu yalandan vəd verərək, vədinin yerinə yetirilməsi müqabilində etibardan sui-istifadə etmə və aldatma yolu ilə 26 avqust 2021-ci il tarixdə Gəncə şəhər Nizami Rayon polis İdarəsinin inzibati binasının yanında sonuncu ilə görüşüb 5500 (beş min beş yüz) manat pulunu ələ keçirmiş, bununla yanaşı öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna Şahid2 əminlik və inam yaratmaq üçün özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kadrlar idarəsinin əməkdaşı kimi təqdim edib Şahid19 telefon zəngi edərək sanki onun adına maaş kartı açıldığını və qısa müddətdə Bakı şəhərinə çağırılacağını bildirməklə qanunsuz hərəkətlər edib Şahid2 xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq etmiş, eləcə də həmin müddət ərzində sonuncudan 1 500 (bir min beş yüz) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etdiyindən iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək dələduzluq etməyə cəhd etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid2 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Bundan başqa o, ona olan inam və etibardan istifadə etməklə özgənin əmlakını ələ keçirmək məqsədilə Şahid17 vasitəsilə tanıdığı Şahid10 Abbasəli oğluna geniş əlaqələrinin olmasını, qeyd olunan əlaqələrindən istifadə edərək sonuncunun oğlu Şahid12 Gəncə şəhər Nizami rayon polis İdarəsinin Pos patrul xidmətinə işə düzəlməsi adı ilə ilk olaraq təsadüfən yolda rastlaşdığı X24 adına olan bank kartına E-manat vasitəsilə xx.xx.2021-ci il tarixdə 300 (üç yüz) manat göndərtdirməklə, xx.xx.2021-ci il tarixdə Gəncə şəhər Hərbi məhkəməsinin yaxınlığında zərərçəkmiş Şahid10 4000 (dörd min) manat pulu almaqla, bundan sonra hissə-hissə olaraq xx.xx.2021-ci il tarixdə Şəki rayonu Mərkəzi Poçtundan öz adına Bakı şəhər Mərkəzi Poçtuna 1600 (bir min altı yüz) manat, xx.xx.2021-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndinin Poçtu vasitəsilə Gəncə şəhər Mərkəzi Poçtuna öz adına 600(altı yüz) manat, xx.xx.2021-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndinin Poçtu vasitəsilə Gəncə şəhər Mərkəzi Poçtuna öz adına 500 (beş yüz) manat, xx.xx.2021-ci il tarixdə Şəki rayon Mərkəzi Poçtu vasitəsilə Gəncə şəhər mərkəzi Poçtuna 600 manat göndərtdirməklə ümumilikdə vahid niyyətlə 7600 (yeddi min altı yüz) manat pulunu ələ keçirmiş, bununla yanaşı öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmək iqtidarında olduğuna Şahid2 əminlik və inam yaratmaq üçün özünü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin kadrlar idarəsinin inspektoru kim təqdim edərək Şahid12 telefon zəngi edib məsələnin müsbət həlli istiqamətində işlər görüldüyünü bildirib qanunsuz hərəkətlər etməklə Şahid10 xeyli miqdarda ziyan vurub təkrarən dələduzluq etmiş, eləcə də həmin müddət ərzində sonuncudan 400 (dörd yüz) manat məbləğində pulu eyni niyyətlə, yəni aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək istəmiş, lakin sonuncu həmin məbləği ona verməkdən imtina etməsinə görə iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək dələduzluq etməyə cəhd etmiş, eləcə də Daxili İşlər Nazirliyinin məsul səlahiyyətli şəxslərinin xidməti vəzifələrinin icrası ilə əlaqədar xeyrinə edəcəyi hərəkətə görə maddi neməti rüşvət qismində verməyə Şahid10 ələ alma, sövdələşmə və digər üsullarla sövq etməklə təkrarən təhrik etmişdir. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, 2008-ci ildən DİO-da, 2017-ci ildən 2021-ci ilədək Gəncə şəhər BPİ-nin MSY-də, 2021-ci ilin mart ayından isə sonuncu vəzifəsində xidmət etmişdir. Şahid1 və X25 əvvəllər tanımamış, həmin şəxslərlə hər hansı qohumluq əlaqələri, ədavət və ya düşmənçiliyi olmamışdır. 2020-ci ilin noyabr ayının dəqiq xatırlamadığı tarixində X36 polis əməkdaşları tərəfindən müvafiq qaydada tutularaq Gəncə şəhər BPİ-nin MSY-nə gətirilmiş, sonuncunun anası Şahid1 ona yaxınlaşaraq oğluna necə köməklik göstərməyin mümkün olduğunu soruşanda o, cavabında bu barədə heç nə bilmədiyini, lakin Zəminənin bir ana kimi övladı üçün narahat olduğunu görüb müstəntiqdən bu barədə maraqlanacağını demişdir. Bundan bir neçə gün sonra Zəminə Elmar adlı kürəkəni ilə birlikdə MSY-nə gələrək 3000 manat pullarının olduğunu deyib həmin pul müqabilində oğlu Orxan Həsənovu zaminliyə azadlığa buraxılmasının mümkün olub-olmadığını soruşmuşdur. O, 2021-ci ilin mart ayında Şahid1 və sonuncunun kürəkəni Elmar adlı şəxslə Gəncə şəhər BPİ-nin MSY-nin yaxınlığında görüşmüş, həmin vaxt Zəminə ona pulun üzərində olduğunu və bunun müqabilində oğlunu zaminliyə çıxarmaq istədiyini bildirmiş, o, isə Zəminəyə köməklik göstərmək üçün Hüseyn adlı müstəntiqlə danışacağını demiş və həmin vaxt zaminlik ödənişinin real olmasını vurğulamaq üçün 3000 manat məbləğində pulu Zəminədən götürmüşdür. O, daha sonra Gəncə şəhər BPİ-nin Hüseyn adlı müstəntiqinə yaxınlaşıb Şahid1 3000 manat məbləğində pul təklif etdiyini bildirmiş, Hüseyn isə Orxan Həsənovun zaminliyə buraxılmasının mümkün olmadığını dedikdən sonra ertəsi gün o, həmin pulu Şahid1 evində sonuncunun ərinin iştirakı ilə Zəminənin özünə qaytarmışdır. Bundan sonra Orxan Həsənovun zaminliyə azadlığa buraxılması alınmadığından Şahid1 onun və digər polis əməkdaşlarının barəsində şikayətlər etməyə başlamışdır. Belə ki o, Orxan Həsənovun zaminliyə azadlığa çıxarılması üçün 3000 manat məbləğində pulu Zəminədən götürsə də qısa bir zamanda bu alınmadığı üçün həmin məbləğdə pulu geri qaytarmış və həmin pulu heç kəsə verməmişdir. O, Şahid7 polis orqanlarına işə düzəltmək adı ilə 5000 manat, Şahid3 polis orqanlarına işə düzəltmək adı ilə 10500 manat, Şahid8 oğlu Ülvini polis orqanlarına işə düzəltmək adı ilə 8000 manat, Şahid5 Polis orqanlarına işə düzəltmək adı ilə 4000 manat, Şahid11 polis orqanlarına işə düzəltmək adı ilə 7800 manat pulu almış, lakin həmin şəxslərin heç birini işə düzəldə bilməmişdir. O, istər adlarını qeyd etdiyi şəxləri polisə işə düzəltmək adı ilə, istərsə də Şahid1 oğlu Orxan Həsənovun azadlığa buraxılması müqabilində ümumilikdə vətəndaşlardan aldığı 38300 manat pulu şəxsi ehtiyacları üçün və uşağının xəstəliyi üçün xərcləmişdir.Bundan başqa bildirmişdir ki, Şahid10 7600 manat pulu onun oğlu X47 alayına düzəltmək adı ilə almışdır, həmin pulu borclarını vermək üçün almışdır. Şahid10 ifadəsində göstərdikləri doğrudur, o, 4000 manat pulu ilk olaraq Arifin özündən Hərbi məhkəmənin qarşısında almışdır. Sonrakı pulları 1600 manatı Bakı Mərkəzi Poçundan götürmüşdür. Növbəti 600 manatı Tərtər rayon Poçtundan, axırıncı 500 və 600 manatı isə Gəncə şəhər mərkəzi Poçtundan və Gəncə şəhəri Nizami rayonu Mərkəzi kitabxananın yanında poçtdan götürmüşdür. 300 manat pulu isə Bakıda təsadüfən rastlaşdığı Oruc Babayev adlı şəxsin bank kartına göndərtmişdir. Onun bu işlə heç bir əlaqəsi yoxdur, pulu özü xərcləmişdir. Cinayət işinə əlavə edilmiş səs yazısı ona məxsusdur, Cavanşirlə telefonda danışan odur, özünü Daxili İşlər Nazirliyinin Kadrlar şöbəsinin inspektoru kimi təqdim edir. Bundan başqa digər səs yazısında danışan özüdür, “narahat olma, sənədlərində heç bir problem yoxdur” sözləri ona məxsusdur. Həmçinin o, Şahid7 zəng edərək özünü Səbuhi Hümbətov kimi təqdim etməmişdir. Ola bilər ki, ona həqiqətən də Kadrlar şöbəsindən zəng ediblər, o Heydəri və digər pul aldığı şəxsləri DİNnin saytında işə qəbul olunmaları üçün qeydiyyatda keçimişdir, onları hansısa yol ilə inandırmalı olmuşdur. Raminin ifadəsində qeyd etdiyi Səbuhi Hümbətov isə o özü olmuşdur. Həmin nömrəni də öz adına açıb istifadə edib tullamışdır. X20 işə düzəltmək adı ilə 3000 manat pul almışdır. Bundan başqa Əlidən də 6500 manat məbləğində işə düzəltmək adı ilə almışdır. Piroğlu, İsmayıl, Fazil, Aygün adlı şəxslərin pul almağında heç bir iştirakı olmamışdır. O, özü Piroğluya, İsmayıla və Fazilə işə düzəltmək imkanını təsdiq etmişdir. Onların bu işdə maddi marağı olmamışdır. Aygün isə onun sözü ilə zərərçəkmişləri qeydiyyatdan keçirmişdir. Onun da bu işdə marağı yoxdur. Bayramı aparıb görüşdürdüyü həmin şəxs Nizami RPİ-nin qərargah rəisi, polis mayoru, soyadını unutduğu Səbuhi müəllim olmuşdur. O, Səbuhi müəllimə Bayramı xalası oğlu kimi təqdim etmişdir. Səbuhinin vətəndaşlarla onun arasında olan danışığından xəbəri olmamışdır. Bayramı və atası Rasimi inandırmaq üçün bu hərəkəti etmişdir. Həmin vaxt Polis orqanlarına həqiqətən də uşaqları götürürdülər. O da bundan istifadə edərək pul aldığı uşaqların həqiqətən də pulsuz keçəcəyinə ümid ediyim üçün pulları almışdır. Rasimdən oğlu Bayramı işə düzəltmək üçün 5500 manat pul almışdır. Qeyd edilən (***-***-**-**, ***-***-**- **, ***-***-**-** və ***-***-**-**, ***-***-**-**) nömrələrdəki şəxs özü olmuşdur, vətəndaşlara özü zəng etmişdir və tam yadında qalmasa da nömrələr onun adına olmalıdır. Bütün zərəçəkmiş şəxslərdən pulları Daxili İşlər Nazirliyinin kadrlar şöbəsinin rəisinə işi müsbət həll olunması üçün həmin idarəyə veriləcəyi adı ilə almışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, oğlu Orxan Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3-cü maddələri ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilmiş, hal-hazırda da istintaq təcridxanasında saxlanılır. 09 noyabr 2020-ci il tarixdə oğlu Orxan Kəpəz rayon polis idarəsinin əməkdaşları tərəfindən tutularaq idarəyə aparılmış və idarədə olan zaman əməliyyat axtarış şöbəsinin rəisi Şahin Musayev, əməliyyatçılar Orxan, Zülfüqar və Rəşad, bundan başqa rəis müavini Adil Əliyev tərəfindən döyülmüş və sonuncuya edilən təzyiq nəticəsində törətmədiyi əməli boynuna almışdır. Belə ki 2020-ci ilin dekabr ayında o, sabiq Gəncə şəhər Kəpəz RPİ-nin rəis müavini vəzifəsində xidmət edən Adil Əliyevlə görüşmüş, sonuncudan ona köməklik göstərməsini xahiş etmişdir. Bu zaman Adil Əliyev 15000 (on beş min) manat müqabilində övladını cinayət məsuliyyətindən azad edərək bayrama qədər evə buraxdıracağını bildirmişdir. O, isə 15000 manat məbləğində pulu ödəməyə imkanının olmadığından, həmin məbləğin bir qədər aşağı endirilməsini xahiş etmiş, Adil Əliyev bu barədə rəisə məruzə edəcəyini bildirərək bir qədər sonra qayıdıb 13000 (on üç) min manat müqabilində ona kömək göstərəcəyini demiş və daha sonra onu Gəncə şəhər BPİ-nin MSY-də işləyən Tacəddin adlı polis serjantı ilə tanış edərək, həmin pulu Tacəddinə verməyini bildirmişdir. Beləliklə həmin gün, dəqiq xatırlamadığı tarixdə o, 13000 manat məbləğində pulu qudası X34 şəhəri, A.İsgəndərov küçəsində yerləşən evində Tacəddin adlı polis əməkdaşına vermiş, həmin vaxt onların yanında heç kim olmamış və yalnız ikisi olmuşdur. Bundan sonra Adil Əliyev övladı Orxanı 2-3 günə azadlığa buraxdıracağına dair söz vermişdir. Həmin müddət keçdikdən sonra oğlu azadlığa çıxmadığı üçün o, yenidən Adil Əliyevin qəbuluna getmiş, sonuncu rəisin cinayət işi ilə ətraflı olaraq tanış olduğunu və əlavə olaraq 17000 manat pulun zəruri olduğunu bildirib, kağız parçası üzərinə “30000” rəqəmini ona uzatmışdır. Daha sonra isə “oğlunun cinayət məsuliyyətindən azad olunmasını istəyirsənsə, əlavə 17000 manat pul gətir” deyə müraciət etmiş, daha sonra isə bildirmişdir ki, “ərin Rusiyada kommersantdır, imkanın var, o pulu tapa bilərsən”. O, isə Adildən verdiyi 13000 manat məbləğində pulu geri istəyəndə sonuncu onun qolumdan tutub otağından çölə atmış, Şahin Musayev və digər polis əməkdaşları isə onu idarədən çölə çıxartmışlar. Tacəddinin məhkəmədə verdiyi ifadəsinin yalan olduğunu ona pul qaytarmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, oğlu Şahid19 ikinci Qarabağ müharibəsinin iştirakçısıdır. Bayram 2021-ci ilin iyun ayında hərbidən evə qayıtdıqdan sonra özünə iş axtarmağa başlamış, ona zəng edərək dayısı oğlu Talehin tanışı olduğunu, həmin şəxsin onu polisə işə düzəldə biləcəyini bildirmişdir. O, da tələsməməyi, özü həmin şəxslə danışacağını demişdir. Bundan sonra Taleh, o və oğlu ilə birlikdə sonradan adını bildiyi Tacəddin adlı şəxslə Gəncə şəhər Nizami RPİ-nin inzibati binasını qarşısında görüşmüşlər, Tacəddin ona bildirmişdir ki, «bir şansdır, pulsuz polisə işə götürürlər». O, da pulsuz olduğuna görə Tacəddinlə razılaşmış, sonra Tacəddin onun oğlu ilə birlikdə binaya daxil olmuşlar, təxminən 15-20 dəqiqədən sonra qayıtmışlar, həmin vaxt Tacəddin ona bildirmişdir ki, «polisə 10000 (on min) manata düzəldirlər, səndə mənə buna görə 7000 ( yeddi min ) manat verərsən». O, Tacəddinin dediyi şərtlə razılaşmamışdır. Bundan sonra Tacəddin 6500 (altı min beş yüz) manat verərsən demiş, uzun söhbətdən sonra o, Tacəddinlə 6500 manata razılaşmışdır. Tacəddin ilkin olaraq 5500 manat istəmiş, 1000 manatını isə işə düzəldikdən sonra verməyi ona demişdir. 26 avqust 2021-ci il tarixdə oğlu ona zəng edərək bildirmişdir ki, Tacəddin pulu istəyir. Buna görə də o, oğlu Bayram və qaynı oğlu Talehlə birlikdə Gəncə şəhər Nizami RPİ-nin qarşısına gəlmişlər, o, həmin şəxslərin yanında oğlunu polisə işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs 5500 manat pulu vermişdir. Tacəddin də narahat olmamağı, 20 gün müddətinə oğlunun işə qəbul olunacağını demişdir. Bundan sonra o, görmüşdür ki, Tacəddin oğlunu polisə işə qəbul etdirmir, hətta bundan sonra o, Tacəddinin atası Rizvanın da evinə getmiş, sonuncu da ona bildirmişdir ki, onun pulu tezliklə qayıdacaqdır. Sonradan o, başa düşmüşdür ki, Tacəddin oğlunu Gəncə şəhər Baş Polis İdarəsin Post Patrul xidmətinə işə düzəltmək məqsədilə aldadaraq pulunu ələ keçirdib ona qarşı dələduzluq etmişdir. Təqsirləndirilən şəxs pulu ondan alarkən polis fomasında olmuş, özünü isə Nizami RPİ-nin polis serjantı kimi təqdim etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşu Fazil adlı şəxsin vasitəsilə tanımışdır. 2021-ci ilin avqust ayının əvvələrində Fazil yolda onunla qarşılaşmış və ona bildirmişdir ki, “bacanağımın oğlunu işə düzəldirəm, gəl istiyrsənsə səni də işə düzəldim”. O, isə atası ilə məsləhətləşdikdən sonra fikrini deyəcəyini bildirmişdir. O, atası ilə məsləhətləşlikdən sonra həmin günün axşamı atası ilə birlikdə Fazilin yaşadığı Göygöl rayonu Üçtəpə kəndindəki evinə getmişlər. Bundan sonra Fazil Tacəddinlə birlikdə öz yaşadığı evə gəlmiş, Tacəddin onun boyuna baxıb atasına üzünü tutub heç bir problem olmadığını, hər şeyin öz boynuna götürmüşdür. Həmin vaxt atası onun əlində problem olduğunu, boyunun da balaca olduğunu bildirib bu şeylərin problem yaradıb-yaratmamasını soruşanda Tacəddin bir daha hər şeyi öz boynuna götürdüyünü, gələcəkdə nəsə problem olduqda yaşadığı evi və Fazilin evini tanıdıqlarını qeyd etmişdir. Bu söhbətlərdən sonra atası onun polisə işə düzəlməyi üçün nə qədər pul istədiklərini soruşanda X51 xidmətinə işə düzəlməyinə 12000 manat pul lazım olduğunu bildirmişdir. Atası isə həmin məbləğə gücünün çatmadığını deyəndə Tacəddin “12 mindən aşağı yeri yoxdu, ancaq 8 min manatı bəri başdan verərsən, çünki bu pul Bakıya Nazirliyə çatacaq, qalan 4 min manat pulu da kursdan qayıdandan sonra formanı geyinəndə verərsən” demişdir. Səhərisi gün, yəni 2021-ci ilin avqust ayının əvvələrində Tacəddinin yaşadığı evə gedərək (Göygöl rayon Üçtəpə kəndi) 5000 manat pulu aparıb sonuncuya vermişdir. Bundan 3-4 saat sonra Tacəddin ona zəng edib “rəis narazılıq edir, 3000 manat da lazımdır” demişdir. O, də həmin gün 3000 manat pul tapıb aparıb yenə Tacəddinin evində sonuncuya vermişdir. Bu hadisədən sonra Tacəddin onunla birlikdə Sabir küçəsinə getmiş, foto çıxardılan yerdə Aygün adllı qadının vasitəsilə Nazirliyə teleqram vurdurmuşdur. Bundan sonra Tacəddin onu bir neçə tibb müəssisəsinə apararaq sağlamlığı ilə bağlı arayışlar almış, sağlamlıq kağızları aldıqdan sonra o, sənəd üçün fotoşəkillər çəkdirib Tacəddinə vermişdir. Bu məsələdən bir neçə gün keçdikdən sonra o, Göygöl rayon qeydiyyatında olduğu üçün Göygöl rayon xəstəxanasından yenidən bəzi sənədlər alıb Tacəddinə vermişdir. O, ümumilikdə bütün sənədlərin surətini yığıb Tacəddinə təhvil vermiş, sonuncu ona bildirmişdir ki, avqust ayının 29-da səhər saat 07:00-də Nazilikdə sıra baxışında olmalıdırlar. 28 avqust 2021-ci il tarixdə Tacəddin ona zəng edərək sıra baxışının 05 sentyabra qaldığını bildirmişdir. Tacəddindən sonra Səbuhi Hümbətov adlı şəxs (***-***-**- **, ***-***-**-**) ona zəng edərək özünü Daxili İşlər Nazirlyinin Kadrlar İdarəsinin rəisi kimi təqdim etmiş və polis-polkovnik leytenantı olduğunu bildirmişdir. Səbuhi Hümbətov telefonda bildirmişdir ki, “sənin adını Post Patruldan çıxardaq Xüsusi təyinatlıların siyasına salaq, sənin medalın olduğu üçün səni ora seçmək istəyirik”. O, isə razılaşmamışdır. Bundan sonra o, Tacəddinə zəng etmiş, Səbuhi adlı polis işçisinin ona zəng etdiyini bildirmiş və etdiyi təklifi Tacəddinə danışmışdır. Tacəddin telefonda ona bildirmişdir ki, “dəlisən ora 18-20 minə düzəldirlər, qayıt zəng et denən istiyirəm”. O, yenidən Səbuhiyə zəng edib xüsusi təyinatlıları istədiyini bildirmiş, Səbuhi telefonda ona “Gəncə şəhər Baş Polis idarəsinin Kadrlar şöbəsinin rəis müavini Təqsirləndirilən şəxsla əlaqə saxla və ona istəyini de” deyə cavab vermişdir. Bu söhbətdən sonra o, 2500 manat pul aparıb Tacəddinin işlədiyi Gəncə şəhər Nizami rayon Polis İdarəsinin qarşısında sonuncuya vermiş, pulu verdikdən sonra həmin gün, yəni 2021-ci il avqust ayının axırlarında Tacəddin yenidən 1500 manat pulu ondan istədiyi üçün o, Tacəddinin yaşadığı Göygöl rayon Üçtəpə kəndinə gedib həmin məbləğdə pulu sonuncuya vermişdir. Beləliklə o, polisə işə düzəlmək məqsədilə Təqsirləndirilən şəxs hissə-hissə olmaqla ümumilikdə 12000 manat məbləğində pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısı oğlu X8 vasitəsilə tanımış, Səməndər özü də Tacəddini təsadüfən yolda tanımışdır. Belə ki, Nazim Bakıya gedərkən Tacəddini yolda görərək sonuncunu da apara biləcəyini demiş, bundan sonra Nazim Tacəddinlə birlikdə Bakı şəhərinə getmişlər. Yolda olarkən Tacəddin Rasimə qohum əqrəbasında Polis orqanlarına işə düzəlmək istəyən insanın olub-olmamasını soruşmuş, olduğu təqdir də həmin şəxsi polisə işə düzəldəcəyini bildirmişdir. Bundan sonra onlar 2021-ci ilin iyul ayında o, Tacəddinlə telefonla danışıb Gəncə şəhərində görüşmüş, görüş zamanı Tacəddin özünü Gəncə şəhər Polis İdarəsinin kadrlar idarəsinin rəisi kmi təqdim etmiş, onun Tacəddinə inanmaqda əsas məqsədi isə sonuncunun polis əməkdaşı olması olmuşdur. Tacəddin 10000 manat müqabilində oğlu Mikayılı polis orqanlarına işə düzəldəcəyini bildirmişdir. Belə ki onun oğlu Mikayıl İİ vətən müharibəsində iştirak etmiş və qazidir. O, da Tacəddinin səmimiyyətinə inanıb sonuncunun bu təklifini qəbul etmiş, 1-2 gün içində həmin pulu düzəldib Tacəddinə verəcəyini bildirmişdir. 2021-ci ilin iyul ayının dəqiq xatırlmasa da səhv etmirsə 8-11 iyul aralığında Tacəddinlə Gəncə şəhəri “Gəncə Mall”ın yaxınlığında görüşmüş, oğlu Mikayılı polis orqanlarina işə düzəltmək məqsədilə 10000 manat pulu Tacəddinə vermişdir. Bundan sonra isə Tacəddin pulu ondan götürüb onunla birlikdə Gəncə şəhəri Sabir küçəsində yerləşən kompyuter salonunda bir nəfər qadına yaxınlaşmış, həmin qadın onun oğlunun Polis orqanlarına qeydiyyatdan keçirilməsinə kömək etmişdir. Bundan başqa oğlunun və onun özünün şəxsiyyət vəsqilərini, oğlunun attestat vərəqəsini, hərbi biletini Tacəddinə təqdim etmişdir. Bu hadisədən sonra isə əlaqələri qəfildən itmiş, sonra isə bir neçə dəfə telefonla Tacəddinlə danışarkən sonuncu ona müxtəlif bəhanələr gətirib görüşməkdən imtina etmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Tacəddin onların etibarından sui-istifadə edərək onlara qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, təxminən 2021-ci ilin iyul ayının ortalarında qonşusu Şahid13la rastlaşıb söhbət edən vaxt oğlunu DİO-da işə düzəltmək istədiyini, tanışının olub-olmadığını soruşmuşdur. Çingiz isə ona Tacəddin adlı tanışının DİO-da işləmək üçün polisə adam düzəltdiyini demiş, o, isə Çingizə həmin şəxslə danışmasını, oğlu Abbasqulunu polisə düzəltmək istədiyini demişdir. Həmin günün səhərisi günü o, Çingizlə yaşadığı evin qarşısında olan zaman Tacəddin onun yaşadığı evin qarşısına gəlmiş, o, orada Tacəddinlə tanış olduqdan sonra Tacəddinlə oğlunu 4000 manat pulun qarşılığında Mühafizə Polisinə düzəltməsi üçün razılaşmışdır. O, Tacəddinlə razılaşdıqdan sonra 4000 manat pulu Tacəddinə vermiş, Tacəddin də oğlu Abbasqulunu sənədləşmə işləri aparmaq adı ilə aparmışdır. Tacəddin pulu ondan aldıqdan sonra tezliklə oğlunu polisə düzəldəcəyini demişdir. Sonradan mütamadi olaraq Tacəddinlə əlaqə saxlasa da sonuncu hər dəfəsində ona müxtəlif bəhanələr gətirərək gah xəstə olduğunu, tezliklə işin alınacağını demişdir. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onun oğlunu polisə işə düzəltmək adı ilə yaşadığı S.Vurğun küçəsində ondan 4000 manat pul almışdır. O, 17 iyul 2021-ci il tarixdə yaşadığı ünvan 8 ünvanında qonşusu Şahid13 yanında oğlu X10 işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs 4000 manat məbləğində pul sayıb vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qaynatası Rizvana görə tanımış, Rizvan Üçtəpə kəndində yaşayır və orada market işlədir. Tacəddini də Rizvanın kürəkəni kimi tanımışdır. O, ilk olaraq Tacəddinə 2019-cu ilin avqust ayında 2800 manat pul vermiş, həmin pulu da Tacəddin ondan guya onu Polis orqanlarına işə düzəltmək adı ilə almışdır. Sonradan iş alınmadığı üçün həmin pulu ona geri qaytarmışdır. Son olaraq isə Təqsirləndirilən şəxs özü telefonla ona zəng edərək Polisə işə düzəlmək istəyib-istəmədiyini soruşanda o, bununla razılaşmışdır. Tacəddin ondan 2021-ci ilin avqust ayının 24-də 3000 manat almış, həmin pulu Tacəddinə o, atasının iştirakı ilə qeyd etdiyi tarixdə Gəncə şəhər Nizami rayon polis idarəsinin qarşısında vermişdir. Tacəddin guya onu Nizami RPİ-nin Post patrul xidmətinə düzəltməli imiş, pulu verdikdən sonra Tacəddin ona siyahı verərək tibb müəssisələrindən arayış almağı bildirmişdir. Bundan əlavə Tacəddin ona bildirmişdir ki, Daxili İşlər Nazirliyinə gedib sıra baxışından keçmək lazım olacaq, lakin Tacəddin bundan sonra yalanlar danışaraq onu aldatmağa başlamışdır. Hətta o, narkomaniyadan, psixiatriyadan arayışlar alaraq gətirib Tacəddinə vermiş, sonradan bilmişdir ki, Tacəddin onun etibarından sui-istifadə edərək ona qarşı dələduzluq etmişdir. Tacəddin onu Gəncə şəhər Nizami rayon polis İdarəsinin pos patrul xidmətinə işə düzəltmək məqsədilə o, sonuncuya 3000 manat pul vermiş, lakin Tacəddin onu aldadaraq həmin pulu alıb geri qaytarmamışdır. Təqsirləndirilən şəxs ondan pulları alarkən özünü Gəncə şəhər Nizami rayon Polis idarəsinin əməkdaşı kimi tanıtmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs Şahid18 vasitəsilə tanımış, Piroğlu atasıgilin yaşadığı Göygöl rayon Üçtəpə kəndində qonşudur. 24 avqust 2021-ci il tarixdə Piroğlu atasının yaşadığı Göygöl rayonu Üçtəpə kəndinə gələrək atası X31 Polis orqanlarına işə düzəldən tanışının olduğunu demiş və onu da həmin tanışı işə düzəldə biləcəyini bildirmişdir. Həmin işi dostu, Nizami rayon Polis İdarəsinin serjantı Tacəddinin görə biləcəyini demişdir. Atasının dediyinə görə Piroğlu həmin vaxt evdən çölə çıxaraq Tacəddinə zəng edib bu işi düzəldə bilib-bilməyəcəyini soruşanda Tacəddin də işi həll edəcəyinə söz vermişdir. Səhərisi gün yəni, 25 avqust 2021-ci il tarixdə o, atası ilə Nizami Rayon polis İdarəsinin qarşısına gedib orada Tacəddinlə görüşmüşlər. Həmin görüş zamanı Tacəddin onlara yüz faiz əminlik vermişdir ki, onu Polis orqanlarına işə düzəldəcək və onlardan bir gün ərzində 8000 manat pulu çatdırmalarını tələb etmişdir. 26 avqust 2021-ci il tarixdə, saat 12 radələrində o, Göygöl rayonu, Üçtəpə kəndində Tacəddinin yaşadığı evdə görüşüb 8000 manat pulu sonuncuya vermiş, pulu verdikdən sonra Tacəddin onu Sabir küçəsinə aparıb oradakı foto çıxarılan yerdən ona Daxili İşlər Nazirliyinin ünvanına teleqram vurdurmuşdur. Bundan sonra 29 avqust 2021-ci il tarixdə onu Daxili İşlər Nazirliyinə sıra baxışına çağırmışlar, lakin sıra baxışı zamanı boyu 179 sm olduğu üçün onu Polis orqanlarına işə götürməmişlər. Oradan çıxdıqdan sonra o, Tacəddinə zəng edib bu məsələni danışmışdır. Tacəddin isə ona bildirmişdir ki, yəqin ki, boy məsələsini problem kimi göstəriblər, əlavə 2000 manat lazımdır. Tacəddinlə danışıqdan sonra ona şəhər nömrəsi ilə zəng gəlmiş, zəng edən şəxs özünü Gəncə şəhər Baş Polis İdarəsinin kadrlar şöbəsinin rəisi polkovnikleytenant İlkin Muradov kimi təqdim etmişdir. İlkin Muradov ona narahat olmamağı, Gəncədə işi həll edəcəyini bildirmişdir. 29 avqust 2021-ci il tarixdə Gəncəyə qayıtdıqdan sonra axşam saatlarında o, atası ilə birlikdə Tacəddinlə görüşmüş, Tacəddin həmin görüş zamanı 2000 manat əlavə pul lazım olduğunu, buna görə də işin belə problemə düşdüyünü demişdir. Atası isə pulları olmadığını, rəislə görüşmək istədiyini bildirmişdir. Tacəddin də bununla razılaşıb 05 sentyabr 2021-ci il tarixdə rəislə onları görüşdürəcəyini bildirmişdir. Lakin 04 sentyabr 20201-ci il tarixdə atası Tacəddinə zəng edib razılaşdıqları görüş barəsində soruşmüş, Tacəddin isə Nizami Rayon Polis İdarəsinin rəisi ilə danışdığını və rəisin bu məsələyə “yaxşi” dediyini bildirmişdir. Bundan sonra 05 sentyabr 2021-ci il tarixdə bir nəfər şəxs ona zəng edərək özünü polis polkovnik-leytenentı Səbuhi Hümbətov kimi təqdim edib Daxili İşlər Nazirliyinin Kadrlar İdarəsinin rəisi olduğunu demiş, ona telefonda 07 sentyabr 2021-ci il tarixdə Bakı şəhəri Ağ şəhər deyilən yerdə X59 gəlməyini bildirsə də 06 sentyabr 2021-ci il tarixdə İlkin Muradov ona zəng edib 07 sentyabrda getməməyi bildirmiş, çünki X44 həmin vaxt Naxçıvana səfər edəcəyini də qeyd etmişdir. Beləliklə Tacəddin pulu aldıqdan sonra nə onu Polis orqanlarına işə düzəltmiş, nə də ki bu günə qədər pulu geri qaytarmışdır. O, Təqsirləndirilən şəxs Şahid18 vasitəsilə tanımış, Şahid18 telefon nömrəsi ***-***-**-**-dır, Piroğlu onu Təqsirləndirilən şəxsla tanış etmiş və bu işin Tacəddin tərəfindən həll oluna biləcəyini demişdir. O, Polis Orqanlarına işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs 8000 manat pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacanağı Şahid16 vasitəsilə tanımış, Fazil 2021-ci ilin avqust ayında ona zəng edərək Tacəddin adlı pois tanışının kim ki istəyirsə Polis orqanlarına işə düzəltdiyini bildirmişdir. Fazilin bu təklifi ona münasib olmuş, o, oğlu X58 orqanlarına işə düzəltmək qərarına gəlmişdir. Bundan sonra oğlu Ülvi avqust ayının əvvələrində Gəncə şəhərində Tacəddinlə görüşmüş, həmin görüş zamanı Tacəddin oğlunun boyuna baxıb Polis orqanlarına işə düzəlməyinə yararlı olduğunu bildirmişdir. Oğlu Tacəddinlə görüşdükdən sonra bacanağı Fazil (***-***-**-**) ona zəng edərək Tacəddinin oğlunun işə düzəltməyi üçün 12000 manat pul lazım olduğunu bildirmişdir. O, isə Fazilə cavabında buna imkanı olmadığını, həmin məbləğin mümkün qədər aşağı olmağını xahiş etmişdir. Bu söhbətdən sonra Fazil yenidən ona zəng edib ilkin olaraq 8000 manat pulu verməli olduğunu, formanı geyindikdən sonra qalan 4000 manat pulun rəisə, yəni Gəncə şəhər Baş Polis İdarəsinin rəisinə çatacağını bildirmişdir. Tacəddinlə 2021-ci ilin avqust ayının əvvəllərində, gününü dəqiq xatırlamadığı tarixdə Göygöl rayon Üçtəpə kəndində Fazilin evinin qarşısında, Tacəddinin idarə etdiyi VAZ 2107 markalı avtomobilin içərisində görüşmüşlər. Həmin vaxt o, Fazilin iştirakı ilə 8000 manat pulu Tacəddinə sayıb vermiş, həmin pul 10 ədəd 100 dollardan, bundan başqa 100 manatlıq, 50 manatliq və 20 manatlıq əskinaslardan ibarət olmuşdur. Tacəddin pulu sayıb götürdükdən sonra ona söz vermişdir ki, onun oğlu Ülvini Gəncə şəhər Baş Polis idarəsinin Təhlükəsiz şəhər kameraları olan şöbəyə düzəldəcəkdir. Bundan sonra Tacəddinin maşını ilə onlar Gəncə şəhəri Sabir küçəsində yerləşən kompyuter salonuna gəlmişlər, orada Aygün adlı xanıma Tacəddin bildirmişdir ki, onun oğlunu polis orqanlarına işə düzəltməyə qeydiyyat aparsın. Həmin vaxt da 10 manat pulu Tacəddin Aygünə vermişdir. Kompyuter salonundan çıxdıqdan sonra onlar Tacəddin və Fazillə birlikdə Gəncə narkoloji dispanserinə getmişlər, oradan da oğlu üçün arayış almışlar. Lakin bu hadisələrdən sonra müəyyən müddət keçməsinə baxmayaraq Tacəddindən heç bir səs-soraq çıxmamışdır. Hətta Tacəddin oğluna forma da aldırmışdır. 2021-ci ilin sentyabr ayında ***-***-**-**, ***-***-**-** nömrələrdən ona və oğluna zəng gələrək özlərini Gəncə şəhər Baş Polis İdarəsinin rəis müavini və Nazirlikdən vəzifəli şəxs kimi təqdim edib oğlu Ülvinin işə düzəlməyinə görə onları təbrik də etmişlər. Lakin hal-hazıradək nə onun oğlu Polis orqanlarına işə düzəlib, nə də ki həmin məqsədlə Tacəddinə verdiyi 8000 manat pulu sonuncu geri qaytarıbdır. O, oğlu X58 orqanlarına işə düzəltmək məqsədilə Təqsirləndirilən şəxs 8000 manat pul vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həm onlara uzaqdan qohum düşür, həm də sonuncu ilə bir kənddə yaşayırlar. 2021-ci ilin fevral ayında atası Tacədinin bir neçə nəfər şəxsi Polis orqanlarına işə düzəltdiyini, onun da polis kimi işləmək istədiyini bildirmişdir. Əvvəlcədən qohumluq əlaqələri olduğu üçün o, Tacəddinlə 2021-ci ilin fevral ayında, dəqiq xatırlamadığı tarixdə Üçtəpə kənd bələdiyyəsinin yanında görüşmüşlər. Tacəddin həmin görüş zamanı ona bildirmişdir ki, 6500 manat pul verəcəyi təqdirdə Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin TŞ kameralarına nəzarət bölməsinə işə düzəldə bilər. Həmin görüşdən 4-5 gün sonra 2021-ci ilin fevral ayında Təqsirləndirilən şəxsla Gəncə şəhər Baş Polis idarəsinin İnzibati binasının qarşısında görüşmüşlər, görüşən zamanı onun yanında anası Şahid14 qızı da olmuşdur. Həmin vaxt o, anasının yanında 6500 manat pulu sayıb Tacəddinə vermiş, Tacəddin pulu sayıb götürdükdən sonra “allah xeyir versin” deyib getmişdir. O, işə düzəmək məqsədilə pulu verdikdən sonra bir neçə dəfə telefonla Tacəddinlə danışmış, telefon əlaqəsində olarkən Tacəddin ona tezliklə onu Bakıya çağıracaqlarını demişdir. Hətta bir dəfə ona özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edən adını xatırlmadığı şəxs xatırlamadığı nömrədən zəng edərək onu Bakıya çağırmış, idman formasını da özü ilə gətirməyini demişdir. Həmin vaxtdan sonra Tacəddindən hər hansı bir xəbər çıxmamış, sonradan o, eşitmişdir ki, Tacəddin onun kimi bir neçə nəfərdən də Polis orqanlarına işə düzəltmək adı ilə aldadaraq pul almışdır. Tacəddin onu Gəncə şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik İdarəsinin TŞ kameralarına nəzarət bölməsinə işə düzəltmək məqsədilə ondan 6500 manat pul almış, lakin vədinə əməl etməyib nə onu işə düzəltmiş, nə də ki pulunu geri qaytarmışdır. Təqsirləndirilən şəxs ondan pulları alarkən özünü Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşı kimi tanıtmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bacısıgilin tanışı Şahid17ovun vasitəsilə tanımışdır. Oğlu Cavanşir əsgərlikdən gəldikdən sonra İsmayıl onlara Gəncə şəhər Baş Polis İdarəsində tanışının olduğunu, həmin şəxsə müraciət edərək oğlunu X59 düzəldə biləcəyini demişdir. 2021-ci ilin oktyabr ayının 29-da oğlu Cavanşirlə birlikdə Gəncə şəhərində Nizami Rayon Polis İdarəsinin yanında görüşmüşlər, Tacəddinin nömrəsini vermişdi ki, sonuncu ilə görüşüb iş məsələsi barəsində söhbət etsinlər. Onlar görüş zamanı bir-birlərini tanımışlar və oğlu “Vətən” müharibəsi zamanı aldığı medalın vəsiqəsini, medalın özünü Tacəddinə vermişdir. Bundan sonra onlar yaşadıqları Şəki rayonuna qayıtmışlar. Onlar Şəkiyə qayıtdıqdan İsmayıl ilə telefon vasitəsilə əlaqə saxlamışlar, İsmayıl telefonda X59 işə düzəlməyin 17-18 min manat olduğunu bildirmişdir. O, isə İsmayıla həmin məbləğin ödənilməsinə gücü çatmadığını demişdir. X17 telefonla danışmış, İsmayılın tanışı olduğuna görə 8 min manat müqabilində Tacəddinin işi düzəldəcəyini bildirmişdir. Onlar isə həmin məbləğlə razılaşmışlar. Hətta bir dəfə də ona Aygün adlı xanım zəng vuraraq telefonda özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş və təqdim etdikdən sonra oğlu Cavanşirin tərcümeyi-halını soruşmuşdur. O, əvvəlcə 300 manatı Tacəddinin deməyi ilə 01 noyabr 2021-ci il tarixdə Şəki rayonu Aşağı Göynük kəndində yerləşən «Uğur» marketdən “e-manat” vasitəsilə Daxili İşlər Nazirliyinin əməkdaşı Aygün xanımın ərinin kartına göndərmiş, pulu göndərdiyi şəxsin adı X42 olmuşdur. Bundan sonra o, 4000 (dörd min) manat pulu 10 noyabr 2021-ci il tarixdə İsmayıl, İsmayılın adını bilmədiyi bir nəfər dostu, onun dostu Vüqar, oğlu Cavanşirin iştirakı ilə Gəncə şəhər Nizami rayon Polis idarəsinin qarşısında Tacəddinə vermişdir. Bundan sonra isə 3600 manat pulu hissə-hissə Tacəddin ona zəng etdikcə poçt vasitəsilə sonuncuya göndərmişdir. Həmin pulları Tacəddinə göndərdikdə hər dəfəsində də telefonla İsmayıla bu barədə xəbər vermiş, İsmayıl isə hər dəfəsində ona narahat olmamağı, işin tezliklə düzələcəyini bildirmişdir. 3600 manatın ilk hissəsi olan 1600 manatı Şəki rayonu Mərkəzi Poçtdan 13 noyabr 2021ci il tarixdə Təqsirləndirilən şəxs adına Bakı şəhər Mərkəzi Poçtuna göndərmişdir. 2-ci dəfə isə 20 noyabr 2021-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndinin Poçtu vasitəsilə Tacəddinin adına Gəncə şəhər Mərkəzi Poçtuna 600 manat, 3-cü dəfə isə Şəki rayonu Aşağı Göynük kəndinin Poçtu vasitəsilə Gəncə şəhər Mərkəzi Poçtuna 500 manat, 4-cü dəfə isə Şəki rayon Mərkəzi Poçtundan 03 dekabr 2021-ci il tarixdə Gəncə şəhər mərkəzi Poçtuna Təqsirləndirilən şəxs adına 600 manat pul göndərmişlər. Beləliklə o, Təqsirləndirilən şəxs adına hissə-hissə olmaqla ümumilikdə 7600 manat pul göndərmişdir. O, daha sonra oğlunun işə düzəlmədiyini görüb artıq Tacəddinin onları aldatdığını görmüş, bu barədə İsmayıla bildirdikdə İsmayıl onlara Tacəddin pulu vermədiyi təqdirdə maşınını satıb pulu ödəyəcəyini demişdir. Sonradan Tacəddinin pulu qaytarmadığını və heç bir iş düzəltmədiyini görüb İsmayılla əlaqə saxladıqda sonuncu onlara heç bir məbləğdə pulu qaytarmayacağını, prokuror tanışının olduğunu, heç kimdən qorxmadığını və şikayət etmələrini bildirmişdir. İsmayıl Tacəddini onlara Gəcə Şəhər Nizami Rayon Polis İdarəsinin kadrlar şöbəsinin rəisi kimi, polis kapitanı rütbəsində tanıtmışdır. Həmçinin onu da qeyd edim ki, İsmayıla bu problem barədə soruşduqda o, prokuror tanışının olduğunu heç kimdən qorxmadığını dedi. O, oğlu Şahid12 Daxili İşlər Nazirliyi X59 düzəltmək məqsədilə Təqsirləndirilən şəxs ümumilikdə 7600 manat məbləğində pul vermiş, lakin Tacəddin onlardan həmin pulları alaraq guya oğlunu həmin Alaya işə düzəldəcəyinə söz verərək onlara qarşı dəldəduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qohumu Elman İbrahimovun vasitəsilə tanımış, atası toy məclislərinin birində olarkən Elmana onu polisə işə düzəltmək istədiyini demiş, Elman da atasına Tacəddinin telefon nömrəsini vermişdir. Bundan sonra atası Tacəddinlə telefon əlaqəsi yaratmış, Tacəddin polisə işə düzəlmək üçün nə etməli olduqlarını izah edəcəyini bildirmişdir. Lakin əvvəldən Tacəddinlə onların arasında hər hansı bir pul haqq-hesabı olmamışdır. Sonradan Tacəddin bu işin belə alınmayacağını, bunun üçün 8000 manat pul lazım olduğunu bildirmişdir. O, əvvəlcə pulu verməkdə tərəddüd etsə də sonradan işin düzəlməyi üçün pulu Tacəddinə vermək qərarına gəlmişdir. O, əlində nağd pul olmadığından borc götürmüş, həmin müddət ərzində Tacəddin ona narkoloji dispanserdən, psixiatriya xəstəxanasından müəyyən arayışlar verilməli olduğunu bildirmişdir. Beləliklə o, 2021-ci ilin aprel ayının 5-10 aralığında, gününü dəqiq bilmədiyi tarixdə Tacəddinlə görüşüb əvvəlcə 7000 manat pulu Samux rayon Polis şöbəsinin qarşısında atası X4 iştirakı ilə Tacəddinə vermiş, lakin üzərindən bir müddət keçdikdən sonra özünü Gəncə şəhər Baş Polis idarəsinin rəis müavini kimi təqdim edən Səbuhi Hümbətov xatırlamadığı nömrədən ona zəng edərək narkoloji, ruhi əsəb dispanserindən arayış, 3x4 ölçüdə şəkil istəmişdir. O, isə bundan sonra Tacəddinlə əlaqə saxlayıb Səbuhinin ondan qeyd etdiyi sənədləri istədiyini bildirəndə sonuncu ona 200 manat pul verməyi və həmin sənədləri özü həll edəcəyini bildirmişdir. Təxminən 2021-ci ilin aprel ayının 20-21-i tarixində o, Gəncə şəhər Nizami RPİ-nin qarşısında 200 manat pulu Tacəddinə vermiş, həmin vaxt onların yanında heç kim olmamışdır. Bundan sonra 26 iyun 2021-ci il tarixdə onun email ünvanına Daxili İşlər Nazirliyinin Kadrlar darəsinin rəis müavini Rüfət Həsənovun imzası ilə onun xidmətə qəbul edilmədiyi ilə bağlı məktub gəlmişdir. Tacəddin yenidən ondan 600 manat pul istəmişdir ki yenidən onun işə düzəlməyi ilə bağlı müraciət etsin. O, da 600 manat pulu bu dəfə də tək olmaqla Gəncə şəhər Kəpəz TV-nin qarşısında 26 iyun 2021-ci il tarixdə Tacəddinə vermişdir. Beləliklə o, Gəncə şəhər Baş Polis İdarəsinə serjant vəzifəsinə düzəlmək üçün hissə-hissə olmaqla ümumilikdə 7800 manat pulu Tacəddinə vermiş, lakin Tacəddin onu aldadaraq həmin pulu alaraq öz ehtiyacları üçün xərcləmişdir. Uzun müddət keçməyinə baxmayaraq o, iş məsələsinin alınmadığını görəndə artıq Tacəddinin ona qarşı dələduzluq etdiyini başa düşmüş və məcbur qalıb bu barədə Gəncə şəhər Prokurorluğuna müraciət etmişdir. Təqsirləndirilən şəxs pulları ondan alarkən özünü Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin əməkdaşı kimi tanıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs bibisigilin tanışı Şahid17 vasitəsilə tanımış, o, əsgərlikdən gəldikdən sonra İsmayıl onlara Gəncə şəhər Baş Polis İdarəsində tanışının olduğunu, sonuncuya müraciət edərək onu X59 düzəldə biləcəyəni demişdir. 2021-ci ilin oktyabr ayının 29-da o, atası ilə birlikdə Gəncə şəhərində Nizami Rayon Polis İdarəsinin yanında Tacəddinlə görüşmüş, Tacəddinin nömrəsini onlara İsmayıl vermişdir ki, görüşüb iş məsələsi barəsində söhbət etsinlər. Görüş zamanı onlar bir-birlərini tanımışlar və o, Vətən müharibəsi zamanı aldığı medalın vəsiqəsini, medalın özünü Tacəddinə vermişdir. Bundan sonra onlar yaşadıqları Şəkiyə rayonuna qayıtmışlar. Şəkiyə qayıtdıqdan İsmayıl ilə telefon vasitəsilə əlaqə saxlamışlar, İsmayıl telefonda X59 işə düzəlməyin 17-18 min manat olduğunu bildirmişdir. O, isə İsmayıla həmin məbləğin ödənilməsinə gücü çatmadığını demişdir. X17 telefonla danışmış, İsmayılın tanışı olduğuna görə 8 min manat müqabilində Tacəddinin işi düzəldəcəyini bildirmişdir. Onlar isə həmin məbləğlə razılaşmışlar. Hətta bir dəfə də atasına Aygün adlı xanım zəng vuraraq telefonda özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim etmiş, təqdim etdikdən sonra onun tərcümeyi-halını soruşmuşdur. Əvvəlcə atası 300 manatı Tacəddinin deməyi ilə 01 noyabr 2021-ci il tarixdə Daxili İşlər Nazirliyinin əməkdaşı Aygün xanımın ərinin kartına Şəki rayonu Aşağı Göynük kəndində yerləşən Uğur marketdən “e-manat” vasitəsilə göndərmiş, pulu göndərdiyi şəxsin adı X42 olmuşdur. Bundan sonra atası 4000 (dörd min) manat pulu 10 noyabr 2021-ci il tarixdə İsmayıl, İsmayılın adını bilmədiyi bir nəfər dostu, atasının dostu Vüqar və onun iştirakı ilə Gəncə şəhər Nizami rayon Polis idarəsinin qarşısında Tacəddinə vermişdir. Bundan sonra isə 3600 manat pulu hissə-hissə Tacəddin atasına zəng etdikcə Poçt vasitəsilə sonuncuya göndərmişdir. Həmin pulları Tacəddinə göndərdikdə hər dəfəsində atası telefonla İsmayıla bu barədə xəbər vermiş, İsmayıl isə hər dəfəsində narahat olmamağı, işin tezliklə düzələcəyini bildirmişdir. 3600 manatın ilk hissəsi olan 1600 manatı atası Şəki rayonu Mərkəzi Poçtundan 13 noyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs adına Bakı şəhər Mərkəzi Poçtuna göndərmiş, 2-ci dəfə 20 noyabr 2021-ci il tarixdə Şəki rayonu Baş Göynük kəndinin Poçtu vasitəsilə Tacəddinin adına Gəncə şəhər Mərkəzi Poçtuna 600 manat, 3-cü dəfə Şəki rayonu Aşağı Göynük kəndinin Poçtu vasitəsilə Gəncə şəhər Mərkəzi Poçtuna 500 manat, 4-cü dəfə isə Şəki rayon Mərkəzi Poçtundan 03 dekabr 2021-ci il tarixdə Gəncə şəhər mərkəzi Poçtuna Təqsirləndirilən şəxs adına 600 manat pul göndərmişlər. Beləliklə Təqsirləndirilən şəxs adına hissə-hissə olmaqla ümumilikdə 7600 manat pul göndərmişlər, qeyd olunan məbləğlərdə pulları göndərdikdən işinin düzəlmədiyini görüb artıq Tacəddinin onları aldatdığını görmüşlər. Onlar bu barədə İsmayıla bildirdikdə İsmayıl onlara Tacəddin pulu vermədiyi təqdirdə maşınını satıb pulu ödəyəcəyini demiş, sonradan isə Tacəddinin pulu qaytarmadığını və heç bir iş düzəltmədiyini görüb İsmayıl ilə əlaqə saxladıqda İsmayıl onlara heç bir məbləğdə pulu qaytarmayacağını və şikayət etməyi onlara bildirmişdir. İsmayıl Tacəddini onlara Gəncə şəhər Nizami Rayon Polis İdarəsinin kadrlar şöbəsinin rəisi kimi tanıtmışdır. 7600 manat pulun axırıncı hissəsi olan 600 manatı atası Şəki rayon Mərkəzi Poçtu vasitəsilə Gəncə şəhər Mərkəzi Poçtuna göndərmişdir. Onlar hissə-hissə olmaqla ümumilikdə 7600 manat məbləğində pulu onun Daxili İşlər Nazirliyi X59 düzəltmək məqsədilə Tacəddinə vermişlər, lakin Tacəddin onlardan həmin pulları alaraq vədinə əməl etməyib onlara qarşı dəldəduzluq etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs ondan pulları alarkən özünü Gəncə şəhər Nizami rayon Polis İdarəsinin kadrlar idarəsinin rəisi, polis kapitanı kimi tanıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, o, 1992-ci ildə 2012-ci ilin yanvar ayına kimi X45 polis serjantı kimi işləmiş, Təqsirləndirilən şəxs da həmin işlədiyi müddət ərzində tanımışdır. 2021-ci ilin iyul ayında Tacəddin ona zəng edərək Polis orqanlarına işə adam düzəldə biləcəyini, Polisə düzəlmək üçün tanışının olub-olmamasını soruşmuşdur. O, da Tacəddinin ona dediyi sözü qonşusu Mehmana çatdırmışdır. Mehman isə bununla razılaşıb Tacəddinlə oğlu Abbasqulunu işə düzəltmək üçün danışmaq istədiyini bildirmişdir. Bundan sonra Tacəddin və Mehman telefon əlaqəsi yaradaraq Abbasqulunun işə düzəlməyi üçün 4000 manata razılığa gəlmişlər. 2021-ci ilin iyul ayının 17-də onlar Mehmanın yaşadığı Gəncə şəhəri S.Vurğun küçəsində yerləşən 24 ünvanında görüşmüşər. Həmin vaxt Tacəddin Mehmana sonuncunun oğlu Abbasqulunu Polis orqanlarına işə düzəldə biləcəyinə dair söz vermiş, Mehman da bu məqsədlə 4000 manat pulu sayıb Tacəddinə vermişdir. Lakin Tacəddin vədinə əməl etməyib Abbasqulunu işə düzəltməmişdir. O, Tacəddinin Polis orqanlarına işə düzəltməyi ilə bağlı Mehmandan başqa heç kəsə söz deməmişdir. Onun fikrincə Təqsirləndirilən şəxs 4000 manat pulu almaqda məqsədi aldatma yolu həmin məbləğdə pulu Mehmandan ələ keçirtmək olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid14 qızı ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun uzaqdan qohumudur. 2021-ci ilin fevral ayında eşitmişdir ki, Tacədin bir neçə nəfər şəxsi polis orqanlarına işə düzəldibdir. Sonradan Tacəddin onunla sözbət edəndə bildirmişdir ki, onun oğlunu Polis Orqanlarına işə düzəldə bilər. Onlar da Tacəddinin polis əməkdaşı olduğuna və onlarla qohum olduğuna inanıb qərara gəlmişlər ki, oğlanlarını işə düzəltsinlər. Bu məqsədlə də 2021-ci ilin fevral ayında Tacəddin ilə Gəncə şəhər Baş Polis idarəsinin İnzibati binasının qarşısında görüşmüşlər, həmin vaxt onun oğlu da onların yanında olmuşdur. Onun oğlu Polis orqanlarına işə düzəlmək məqsədilə 6500 manat pulu sayıb Tacəddinə vermiş, Tacəddin pulu sayıb götürdükdən sonra “allah xeyir versin” deyib getmişdir. Bundan sonra Tacəddin onun oğlu ilə bir neçə dəfə telefon vasitəsilə əlaqə saxlamış, danışıq zamanı Tacəddin tezliklə oğlunun Bakıya çağrılacağını demişdir. Hətta bir dəfə kimsə onun oğluna zəng etmiş, özünü Daxili İşlər Nazirliyinin əməkdaşı kimi təqdim edərək oğlunu Bakıya çağırmış və idman forması da özü ilə aparmasını demişdir. Həmin vaxtdan sonra Tacəddindən hər hansı bir xəbər çıxmamış, sonradan onlar eşidib bilmişlər ki, Tacəddin onlardan başqa bir neçə nəfərdən də Polis Orqanlarına işə düzəltmək adı ilə aldadaraq pul almışdır. Təqsirləndirilən şəxs 6500 manat pulu alarkən özünü Gəncə şəhər Kəpəz rayon Polis İdarəsinin işçisi kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərdi ki, 2014cü il tarixdən Gəncə şəhəri Cavadxan küçəsində yerləşən kompyuter xidmətində operator kimi işləyir. Onun əsas işi vətəndaşlara viza alınmasında köməklik etmək (qeydiyyatla bağlı), dövlət orqanlarına ərizə yazmaqda köməklik etməkdən ibarətdir. Təqsirləndirilən şəxs polis əməkdaşı kimi tanımış, 2021-ci ilin yay aylarında Tacəddin bir nəfər oğlan və səhv etmirsə həmin şəxsin valideyni ilə kompyuter salonuna gəlmiş, Tacəddin həmin şəxsin polis orqanlarına işə düzəlmək istədiyini və qeydiyyatdan keçmək lazım olduğunu bildirmişdir. O, isə öz növbəsində işi bu olduğu üçün həmin şəxsin polis orqanlarına işə düzəlmək üçün qeydiyyatını aparmış, xidmət haqqı olaraq da 10 manat pulu da Tacəddin vermişdir. O, bir çox belə vətəndaşların Polisə işə düzəlməsi üçün kompyuter vasitəsilə CV göndərmiş, bir çox vətəndaşın beləcə bu yolla işə düzəlməyinə köməklik göstərmişdir. Çünki vətəndaşların bir çoxu həmin proseduru bilmir və o, da yalnız həmin prosedura koməklik etmişdir. Hətta Tacəddin bir dəfə onun yanında olduqdan sonra növbəti dəfə Tacəddinin adından gələn vətəndaşları telefonla ondan qeydiyyat aparılmasını xahiş etmişdir. O, isə həmin vətəndaşlardan xidmət haqqı olaraq 10 manat pul almışdır. Tacəddin 7-8 nəfər vətəndaşı onun yanına göndərmişdir ki, qeydiyyatını aparsın. Onun vətəndaşları qeydiyyatdan keçirməkdə məqsədi həmin şəxslərin işə düzəlmək istəməsi və onun da birbaşa işi kompyuter xidməti göstərmək olduğu üçün Daxili İşlər Nazirliyinə həmin şəxslərin adına CV göndərmək olmuşdur. Onun Tacəddinlə başqa hər hansı bir əlaqəsi olmamış, hazırda istintaqdan eşidib bilmişdir ki, Tacəddin həmin şəxslərdən müəyyən qədər pullar alaraq dələduzluq etmişdir. O, Tacəddinin bu formada vətəndaşları aldatdığını bilsəydi sonuncunun gətirdiyi və ya zəng edib xahiş etdiyi vətəndaşları qeydiyyatdan keçirməzdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid16 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs təxminən bir ildir ki tanıyır, o, Tacəddinlə Göygöl rayonu Üçtəpə kəndində qonşuluqda yaşayır, onların arasında normal münasibət olmuş, onun hər zaman polis əməkdaşı kimi Tacəddinə hörməti və inamı olmuşdur. 2021-ci ilin avqust ayında səhər saatlarında o, işə gedəndə Tacəddinlə rastlaşmış, Tacəddin ona 2 nəfər yaxın, inandığı insan olduğu halda həmin şəxsləri polisə polis nəfəri kimi işə düzəldə biləcəyini demişdi. O, da həmin söhbət zamanı Tacəddinə öz oğlunu işə düzəltmək istədiyini demiş, Tacəddin ondan oğlunun yaşını, boyunu soruşmuş, o, oğlunun 32 yaşının olduğunu deyəndə Tacəddin ona oğlunun yaşının keçdiyini, bu səbəbdən də oğlunu işə düzəldə bilməyəcəyini demişdir. Onun da ağlına bacanağının oğlu Ülvi gəldiyindən Tacəddinə bu barədə söhbət etmiş, bacanağı ilə danışdıqdan sonra məlumat verəcəyini demişdir. O, bacanağı Faiqə zəng edərək bu barədə danışdıqda Faiq oğlunu polisə düzəltməyə razı olduğunu, lakin özünün Tacəddinlə söhbət edib pul məsələsini danışmaq istədiyini demişdir. O, telefonda Tacəddinin ona dediyi 12000 manat məbləği Faiqə demiş, Faiq isə bununla razılaşmayıb cəmi 8000 manat pul gətirə biləcəyini demişdir. Bundan təxminən 1- 2 gün sonra o, Faiqə zəng etmiş, pulu götürüb Üçtəpə kəndinə gəlməsini, Tacəddinin gözlədiyini demişdir. Bir qədər sonra Faiq onun yaşadığı evə gəlmiş, o, Tacəddinə zəng edib yaşadığı evin qabağına gəlməsini istəmişdir. Tacəddin yaşadığı evin qabağına gəlmiş, Faiq Tacəddinə 8000 manat pul vermiş, orada X15 işə düzəldəcəyini, Ülvi polisə qəbul olunduqdan sonra Faiqin daha 3000 manat verməli olduğunu demiş, Faiq də Tacəddinlə razılaşmışdır. Sonradan onlar birlikdə Cavadxan küçəsinə getmişlər, o, avtomobildə qalmış, Faiqgil isə sənədləşmə üçün gedib qayıtmışlar. Onlar evə qayıdan zaman Göygöl rayonu Üçtəpə kəndində Ramin adlı qonşusu ilə rastlaşmışlar, onlarla söhbət edən zamanı o, Ülvini polisə işə düzəltdiklərini dedikdən sonra Ramin də polisə düzəlmək istədiyini, atası ilə bu barədə danışıb ona məlumat verəcəyini demişdir. Həmin günün axşamı yaşadığı evə qayıdanda Afiqin yaşadığı evin qapısında olduğunu görmüş, nə baş verdiyini soruşduqda Afiq oğlunun işi ilə bağlı gəldiyini dediyindən o, Tacəddinə zəng edib sonuncunu evinin qabağına çağırmışdır. Tacəddin gəlib oraya çatdıqdan sonra Afiqi tanıdığından Afıqə heç bir problemin olmadığını, Afiqin də oğlunu işə düzəldəcəyini deyib 8000 manat əvvəldən verəcəyi barədə söhbət etmişlər, sonradan çıxıb getmişlər. O, Afiqlə Tacəddin arasında sonradan nə baş verdiyini bilməmiş, sonradan Afiqdən eşitmişdir ki, Afiq oğlunu polisə düzəltmək məqsədilə Tacəddinə 8000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid17 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs qonşusu X12 vasitəsilə tanımış, Tacəddinin qohumunun avtomobili Goran-Tərtər rayonunda xarab olduğundan qonşusu Murov köməklik etmiş, bundan sonra Tacəddinlə Murov arasında tanışlıq yaranmışdır. 2021-ci ilin oktyabr ayında o, qonşusu Murovla görüşən zaman sonuncu Tacəddinlə tanışlığı barədə ona məlumat vermiş, bundan sonra isə Tacədinin kimsə istəsə polisə işə düzəltdiyini demişdir. O, isə bu barədə əvvəllər tanıdığı Şahid10 məlumat vermiş, Arifi isə oğlunun vasitəsilə tanımışdır. Belə ki, onun oğlu ilə Arifin bacısı oğlu sağdış-solduş olmuşlar. Şahid10 əvvəlcədən oğlunu polisə işə düzəltmək istədiyini bildirdiyi üçün Murovun həmin sözündən sonra Arifə bu barədə məlumat vermək qərarına gəlmişdir. O, telefon vasitəsilə Arifə sözügedən məsələ barəsində məlumat vermiş, Arif isə bu məsələ ilə bağlı müsbət fikrini bildirmişdir. Hətta bir dəfə də o, Arifdən məsələnin alınıb-alınmamasını soruşanda sonuncu pulu olmadığını və işin alınmadığını bildirmişdir. Bundan sonra isə o, xəstəxanada yatarkən Arif ona zəng edərək Tacəddinlə razılaşdıqlarını və işin artıq düzəldiyini bildirmişdir. 10 noyabr 2021-ci il tarixdə Arif ona zəng edərək yola çıxmağını, onu da götürüb gedib Tacəddinlə görüşüb pulu vermək istədiyini bildirmişdir. Həmin gün o, Arif, Arifin oğlu Cavanşir, onun dostu Cəmşid Bəşirov, Arifin adını bilmədiyi dostu ilə birlikdə Gəncə şəhərinə gedərək Tacəddinlə Nizami rayon Polis İdarəsinin yaxınlığında görüşmüşlər. Görüş zamanı Arifin oğlu və Cəmşid bir qədər aralı dayanmışlar, Arif Tacəddinlə danışdıqdan sonra dostunun və onun yanında 4000 manat pulu sayıb Tacəddinə vermiş, Tacəddin pulu sayıb götürmüşdür. Bundan sonra onlar sağollaşmışlar və birlikdə geri qayıtmışlar. Sonradan o, Arifdən eşidib bilmişdir ki, ayrı-ayrı vaxtlarda sonuncu Tacəddinə daha 3600 manat pul göndərmişdir. Bir müddət sonra isə Arifin oğlunun işə düzəlmədiyini gördükdə o, artıq başa düşmüşdür ki, Tacəddin onların hamısını aldatmışdır. Tacəddinin əvvəllər hər hansı şəxsdən işə düzəltmək adı ilə pul aldığını bilməmişdir. Arif oğlu Cavanşiri işə düzəltmək istədiyini ona bildirdiyinə görə, qonşusu Murov da Tacəddin adlı şəxsin polisə işə düzəltdiyini bildirdiyinə görə Arifə köməklik etmək məqsədilə Ariflə Murovu tanış etmişdir. Təqsirləndirilən şəxs özünü onlara Gəncə şəhər Polis İdrəsinin əməkdaşı, rəisin sağ əli kimi tanıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərdi ki, o, ikinci Qarabağ müharbəsinin iştirakçısı olmuş, 2021-ci ilin iyun ayında hərbidən ev buraxılmış və özünə iş axtarmağa başlamışdır. Həmin vaxt dayısı oğlu X37 ona bildirmişdir ki, «sən müharibə iştirakçısısan, nazirin qərarı var və sən polisə işə düzələ bilərsən». O, da tanışı olmadığını, necə qəbul olmağı bilmədiyini demişdir. Həmin vaxt Taleh ona demişdir ki, Tacəddin adlı tanışı var, özü də polisdə işləyir, onu da polisə işə düzəldə bilər. O, da dayısı oğluna inandığına görə razılaşmış və həmin vaxt Taleh telefonla kiminləsə danışmış, sonra isə ona demişdir ki, «Tacəddin bizi Gəncə şəhər Nizami RPİ-nin yanında gözləyir». Buna görə də o, atası Şahid2 bu barədə demiş, onlar birlikdə Gəncə şəhər Nizami RPİ-nin yanına getmişlər. Taleh Tacəddinlə görüşəndən sonra sonuncu ilə onları tanış etmişdir. Bundan sonra Tacəddin onu Nizami RPİ- nin inzibati binasına aparmış, onlar binaya daxil olub 2-ci mərtəbəyə qalxmışlar və Tacəddinlə birlikdə bir otağa daxil olmuşlar. Orada kresloda oturan şəxs mayor rütbəli bir nəfər polis əməkdaşı olmuşdur. Həmin mayor rütbəli şəxs onun sənədlərinə baxmış, üzünü tutub Tacəddinə bildirmişdir ki, “atası ilə məbləği danışmısınız”, Tacəddin də danışdığını demişdir. Həmin şəxs də ona bildirmişdir ki, «sənədləri yığın nə lazımdırsa köməklik edərik». Bundan sonra o, Tacəddinlə birlikdə binanı tərk etmiş, Tacəddin ona bildirmişdir ki, polisə girmək üçün sənədlər toplamaq və kiməsə hörmət etmək lazımdır. Tacəddin ilkin olaraq atasına demişdir ki, «polisə girmək 10000 (on min) manatdır, sən isə 7000 manat verərsən, qalanı isə polisə girəndən sonra verərsən». Atası Tacəddinlə razılaşmamış, bundan sonra Tacəddin atası ilə 6500 (alt min beş yüz) manata razılaşmış və demişdir ki, 1000 manatı əmri verilənindən sonra verər. Bundan sonra onlar Tacəddinlə sağollaşıb ayrılmışlar, Tacəddinin dediyi sənədləri o, toplamağa başlamışdır. Sənədləri topladıqdan sonra Tacəddinin ona verdiyi ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış, Tacəddin Gəncə şəhəri “Xəmsə park” ticarət mərkəzin yanında olduğunu bildirib sənədləri aparıb verməyi ona demişdir. O, da aparıb sənədləri Tacəddinə vermiş, onlar birlikdə Nizami RPİ-yə getmişlər, Tacəddin binaya daxil olmuş, təxminən 15-20 dəqiqədən sonra binanın qarşısında onunla görüşmüş və ona demişdir ki, «atana denən pulu sabah gətirsin, sənədləri rəis Bakıya göndərsin». O, da evə gedib bu barədə atasına demiş, 26 avqust 2021-ci il tarixdə onlar Gəncə şəhəri Nizami RPİ-nin yanına getmişlər, atası Tacəddinlə görüşmüş və onun polisə işə düzəlməyi məqsədi ilə 5500 (beş min beş yüz) manat məbləğində pul Tacəddinə vermişlər. Tacəddin onlara bildirmişdir ki, «narahat olmayın, sizə zəng edib çağıracaqlar». Bundan sonra ona müxtəlif mobil nömrələrdən zəng gəlmiş, onu təbrik etmişlər və bildirmişlər ki, «sizin sənədləriniz təsdiq olunubdur». Bundan sonra ***-***-**-**, ***-***-**-** nömrələrdən bir nəfər şəxs ona zəng edərək özünü DİN-nin əməkdaşı kimi təqdim edib bildirmişdir ki, «sizin adınıza maaş kartı açılıb, bir həftədən sonra Bakı şəhərinə gələrsiniz, burada bizim nümayəndəmiz sizi qarşılayacaqdır». Bundan sonra ona heç bir yerdən zəng gəlməmiş, o, həmin mobil nömrələrə zəng etsə də nömrələrin işləmədiyini görmüşdür. Bundan sonra Tacəddinə zəng edəndə sonuncu ona cavab verərək bildirmişdir ki, «başım bəladadır, özümü bədbəxt eləmişəm, sənin işə düzəltmək adı ilə aldığım pulunu verəcəm». Bundan sonra dəfələrlə Tacəddinə işə düzəlmək üçün vermiş olduğu 5500 (beş min beş yüz) manat pulu istəsə də sonuncu hər dəfə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Təqsirləndirilən şəxs onlardan pulu alarkən özünü Gəncə şəhər BPİ-nin Nizami RPİ-nin polis serjantı kimi təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid20 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs 2021-ci ilin iyul ayının axırlarında təsadüfən Gəncə şəhəri ərazisində yerləşən “Şan” marketin yaxınlığında tanımışdır. Belə ki o, marketin yaxınlığında özünə məxsus avtomobili təmir sexində düzəltdirərkən bir nəfər polis serjantı formasında şəxsin VAZ 2106 markalı avtomobildən düşdüyünü və telefonla danışdığını görmüşdür. Həmin şəxs telefonda 7 nəfər siyahı gəldiyini və həmin siyahını da ancaq müharibə iştirakçılarına ayırıldığını, təcili olaraq sənədlərin verilməsini, bunun çox yaxşı şans olduğunu bildirmişdir. O, adını sonradan Tacəddin bildiyi şəsə yaxınlaşıb harada işlədiyini soruşanda sonuncu Nizami RPİ-nin polis serjantı işlədiyini bildirmişdir. O, Tacəddindən «deyəsən polisə uşaqları götürürlər deyə» soruşanda sonuncu ona bildirmişdir ki, “bu nazirin göstərişidir, müharibə iştirakçılarını polisə pulsuz götürürlər”. O, da bibisi oğlu Bayramın da bu ərəfələrdə polisə işə düzəlmək istədiyini bildiyi üçün Tacəddinin nömrəsini götürmüşdür ki, Bayramın atasına versin və danışıb razılaşsınlar. Bundan sonra o, Tacəddinin nömrəsini bibisinin yoldaşı Rasimə vermişdir. O, 2021-ci ilin iyul ayında Rasimlə birlikdə Nizami RPİnə getmişlər, Tacəddinə zəng etmişlər, sonuncu çölə çıxdıqdan sonra o, Rasimi Tacəddinə təqdim edərək sonuncunun oğlunun polisə işə düzəlmək istədiyini demişdir. Tacəddin də həmin vaxt işə qəbul olunmağın pulsuz olduğunu, lakin kadrların rəisinin hörmətini etmək lazım olduğunu bildirmişdir. Rasim elə bir pulunun olmadığını, məsləhətləşdikdən sonra Tacəddinə bir cavab verəcəyini bildirmişdir. Bundan təxminən 2 gün sonra Rasim ona zəng edərək Tacəddinlə görüşməyə getdiyini, aralarında razılaşdıqlarını və aparıb pulu Tacəddinə verəcəyini bildirmişdir. Bundan sonra o, Rasimgilin görüşü olan yerə yarım saat sonra çatmış, o, həmin yerə ora çatdıqda artıq Rasim 5500 manatı Tacəddinə vermişdir. O, Rasimə bəlkə də tələsdiyini deyəndə sonuncu Tacəddinlə maraqlandığını, sonuncunun polis əməkdaşı olduğunu və inandığını dediyinə görə o, artıq heç bir söz deməmişdir. Bundan sonra isə onlara məlum olmuşdur ki, Tacəddin Rasimin pulunu alaraq sonuncuya qarşı dələduzluq etmişdir. X46 tanış etməkdə məqsədi sadəcə bibisi oğlu Bayramın işə düzəlməyinə bir insan kimi köməklik etmək olmuşdur. Təqsirləndirilən şəxsla təsadüfən tanış olmuş, sonuncunun başqa hər hansı bir şəxsdən işə düzəltmək adı ilə pul aldığını bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X26 ifadəsində göstərdi ki, o, 2017-ci ildən etibarən X29, 2018-ci ildən isə Gəncə şəhər Baş Polis İdarəsinn İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi vəzifəsində xidmət aparır. 04 noyabr 2020-ci il tarixdə Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə yaşayan X1 şəhər Kəpəz RPİ-yə ərizə ilə müraciət edərək bildirmişdir ki, 04 noyabr 2020-ci il tarixdə, saat 02 radələrində kirayəçi kimi yaşadığı Gəncə şəhəri, Məhsəti qəsəbəsi, 4-cü küçədə yerləşən fərdi yaşayış evində qızı X13, nəvələri X32 və X38 ilə birlikdə yatan zaman naməlum 3 nəfər kişi cinsli şəxslər üzlərində maska, başlarında qara papaq və əllərində əlcək ilə evin hasarından aşmaqla açıq olan giriş qapısından evə basqın edərək hamısının yatdığı yataq otağına daxil olub onları yuxudan oyadaraq pul tələb etmişlər, Briliant Bayramova isə cavabında pullarının olmadığını deyəndə həmin şəxslərdən biri yumruqla Briliant Bayramovanın sağ göz nahiyəsinə bir neçə dəfə zərbə endirərək xəsarət yetirmiş, həmin vaxt sonuncu evə daxil olan şəxslərlə tutaşmış, tutaşan zaman həmin şəxslərdən birinin üzərində olan paltarları və maskanı çıxartmış, həmin vaxt qızı Əfsanə Həsənova qışqırıb səs-küy saldığı üçün həmin şəxslər evdən çıxaraq qaçıb getmişlər. Həmin müraciət əsasında onun tərəfindən fakta görə 04 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1-ci maddəsi ilə cinayət işi başlanılaraq icraatına qəbul edilməklə istintaqı aparılmışdır. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində həmin cinayət əməlinin X39, X27, X36, X28 və şəxsiyyətləri istintaqa məlum olmayan digər üç nəfər şəxslər tərəfindən törədilməsi müəyyən edilmişdir. 14 noyabr 2020-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcələsinin 181.2.1-ci maddəsindən həmin məcəllənin 181.2.1 və 181.2.3-cü maddələrinə tövsif edilərək istintaq davam etdirilmişdir. X19 törətdiyi cinayət əməli ilkin sübutların məcmusu ilə kifayət qədər sübuta yetirildiyi üçün 23 noyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 181.2.1, 181.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin maddələrdə nəzərdə tutulan ittiham Orxan Həsənova elan edilmişdir. 27 iyul 2021-ci il tarixdə cinayət işi Azərbaycan Respublikası Cinayət Məcələsinin 181.2.1-ci maddəsindən həmin məcəllənin 181.2.1, 181.2.3, 181.2.4 və 181.2.5-ci maddələrinə tövsif edilərək istintaq davam etdirilmiş, 16 avqust 2021-ci il tarixdə həmin cinayət işi üzrə ittiham aktı tərtib edilərək cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs təxminən 2021-ci ilin martaprel aylarında onun yanına gələrək icraatında istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs Orxan Həsənovun qohumu olduğunu, sonuncuya necə köməklik edə biləcəyini soruşmuş, o, isə Orxanın təqsirləndirilən şəxs qismində cəlb edildiyini və sonuncuya hər hansı bir köməklik göstərə bilməyəcəyini demiş, Təqsirləndirilən şəxs da ona heç bir məbləğdə pul təklif etməmiş və o Tacəddindən heç bir məbləğdə pul almamışdır. “Səs yazısı ilə bağlı diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, içərisində Şahid1 (A) olduğu ehtimal edilən şəxslə kişi cinsli naməlum şəxs arasında baş tutmuş danışığın əks edildiyi səs yazısı olduğu müəyyən edilmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, baxış keçirilən ünvan Göygöl rayonu Üçtəpə kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus olan evin qarşısıdır.Baxış zamanı Şahid7 xx.xx.2021-ci il tarixdə həmin evə gedərək işə düzəlmək üçün Təqsirləndirilən şəxs 8000 manat pul verdiyini, lakin həmin pulun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişdir. “Baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki,baxış keçirilən ünvan Göygöl rayonu Üçtəpə kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus olan evin qarşısıdır.Baxış zamanı Şahid8 həmin evə gedərək işə düzəlmək üçün Təqsirləndirilən şəxs 8000 manat pul verdiyini, lakin həmin pulun Təqsirləndirilən şəxs tərəfindən dələduzluq yolu ilə ələ keçirildiyini bildirmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Şahid7 ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yoxlanması istintaq hərəkətində təsdiq edərək əyani şəkildə göstərmişdir. “İfadənin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, Şahid3 ifadəsində göstərdiyi xüsusatları ifadəsinin yoxlanması istintaq hərəkətində təsdiq edərək əyani şəkildə göstərmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha vermiş olduğu ifadəni təsdiq etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid7 Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha vermiş olduğu ifadəni təsdiq etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid4 Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha vermiş olduğu ifadəni təsdiq etmişdir. “Üzləşdirmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs ilə üzləşdirmə istintaq hərəkəti zamanı ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha vermiş olduğu ifadəni təsdiq etmişdir. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verimiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, X33 və Təqsirləndirilən şəxs adına Tərtər rayonu Balakəngərli kəndində 4 nəfər ailə üzvü ilə birlikdə 2,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xx.xx.2018-ci il tarixli ********** qeydiyyat nömrəsilə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və xx.xx.2018-ci ilı tarixli AN-0704778 sayhlı alqı-satqı müqaviləsinə əsasən X14 adına özgəninkiləşdirilmişdir. X33 və Təqsirləndirilən şəxs adına Tərtər rayonu Balakəngərli kəndində 5 nəfərlə 0,15 ha həyatyanı torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində aşkar edilmişdir. Baş Dövlət Yol Polis İdarəsi tərəfindən verimiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və X3 adına nəqliyyat vasitəsi yoxdur. Gəncə şəhər Baş Polis İdarəsinin Ə191-120-21 saylı xx.xx.2021-ci il tarixli əmrindən görünür ki, Gəncə şəhər Nizami RPİ-nin təminat hissəsinin polis nəfərisürücüsü, polis serjantı Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının X29 xidmət keçmə haqqında əsasnaməsinin135-ci maddəsinin 9-cu bəndinə əsasən X29n xidmətdən xaric edilmişdir. Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Gəncə şəhər Vərəm xəstəxanasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin xəstəxanada qeydiyyatda durmur. Göygöl rayon Üçtəpə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon Üçtəpə kəndində həyat yoldaşı X11, övladları X9 və X6 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 993358 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X9 xx.xx.2013-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X7r. AZ-İİİ № 210853 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X6 xx.xx.2014-cü il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası X7r. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 15 yanvar 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxslərin ifadələri, şahidlərin ifadələri, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, və 32.4, 312.2-ci maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2 və 29,178.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayətlər az ağır, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsində nəzərdə tutulmuş cinayət isə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayət daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar toplanılmalı və bu yolla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.4-cü maddəsinin tələbinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini və ictimai təhlükəliliyini və şəxsiyyətini nəzərə alaraq, məhkəmə hesab edir ki, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 178.2.4 və 32.4, 312.2-ci maddələrində nəzərdə tutulmuş əsas cəza ilə yanaşı ona əlavə cəza kimi Azərbaycan Respublikası CM-nin 46-cı maddəsinə əsasən müəyyən vəzifə tutma hüququndan məhrum etmə növündə də cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə məsrəfləri və xüsusi müsadirə tətbiq olunacaq əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3 və 32.4, 312.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2 və 29,178.2.3-cü maddələri ilə CM-nin 46.2-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.2-ci maddəsi ilə 01 (bir) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən əsas və əlavə cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 02 (iki) il müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 07 (yeddil) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 15 yanvar 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Əlavə cəza kimi təyin edilmiş dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. İş üzrə maddi sübut olan iki ədəd DVD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar