Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-234/2023 07.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 və Təqsirləndirilən şəxs iştirakları ilə, 01.1986-cı ildə Gəncə şəhərində doğulmuş, orta təhsilli, evli, Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi ev 10, mənzil 2-də yaşayış yeri üzrə qeydiyyatda olan, həbs edilənədək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, 01 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bükümün içərisində təmiz çəkisi 14,431 qram narkotik vasitə olan heroini əldə edib üzərində saxlayaraq daşımış, 01 noyabr 2022-ci il tarixdə saat 15:50 radələrində Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində Göygöl şəhəri Azay Kazımov küçəsində saxlanılaraq Göygöl rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd üzəri yapışqan lentlə bağlanmış sellofan bükümün içərisində təmiz çəkisi 14,431 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, bir neçə ildir narkotik vasitələrin müxtəlif növlərindən istifadə edir. 01 noyabr 2022-ci il tarixdə saat təxminən 15 radələrində gəzmək məqsədi ilə Göygöl şəhərinə getmişdir. Göygöl rayonunun Azay Kazımov küçəsində piyada hərəkətdə olduğu zaman mülki geyimli bir neçə nəfər şəxs ona yaxınlaşaraq özlərini Göygöl rayon Polis şöbəsinin əməkdaşları kimi təqdim etmişlər. Ona narkotik vasitənin istifadəsində, bu məqsədlə narkotik vasitənin qanunsuz əldə edilməsində şübhəli olduğunu bildirib onu Göygöl RPŞ-yə gətirmişlər. Göygöl RPŞ-də onun üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşya vardırsa təqdim etməsi təklif edilmişdir. O əynində olan şalvarın sağ yan cibində öz istifadəsi üçün saxladığı sellofan bükümdə olan, kokos deyilən narkotik vasitə olan heroini polis əməkdaşlarına təqdim etmişdir. Bildirmişdir ki, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə Bakı şəhərində olduğu zaman tanımadığı şəxsdən əldə etmişdir. Belə ki, İran İslam Respublikasında fəaliyyət göstərən mobil operatora məxsus +98-***-***-**-** saylı nömrə ilə “Whatsapp” sosial şəbəkəsində danışaraq Bakı şəhərində təyin edilmiş məkandan götürülmək yolu ilə 200 manata almışdır. Qeyd olunan nömrə ilə danışdığı şəxsin kim olmasını bilməmişdir. O, həmin narkotik vasitə olan heroini Bakı şəhərində aldıqdan sonra üzərində saxlamışdır. Həmin narkotik vasitədən nə yaşadığı evdə, nə də ki, başqa yerdə saxlamamış, həmçinin o, əvvəllər heç kimə narkotik vasitə satmamış və ya pay verməmişdir. O, üzərindən aşkar olunmuş narkotik vasitədən bir dəfə insulin iynəsinə doldurub damarına vurmaqla istifadə etmişdir. Polis əməkdaşları tərəfindən saxlanılarkən üzərində təxminən 0.05 qram narkotik vasitə olan heroin olmuşdur. Lakin polis şöbəsində polis əməkdaşları onu təsir altında saxladıqları üçün o, polislərin onun üzərində olan narkotik vasitənin miqdarını artırmalarına etiraz etməmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitənin çəkisini artıraraq 14 qram edilmişdir. O, ilkin ifadəsində polis əməkdaşları tərəfindən ona qarşı hər hansı zorakılıq edilmədiyini bildirsə də, o, saxlanılarkən onun üzərində narkotik vasitə olmasına baxmayaraq üzərində olan narkotik vasitənin miqdarını artırılmışdır. Üzərində olan narkotik vasitənin onsuz da külli miqdarda olduğunu və ona veriləcək ittihama təsir etməyəcəyi bildirilmişdir. Həmin vaxtı polis əməkdaşları onu döyməmişlər, lakin sözlə onu təsir altına salmışlar. O, həmin vaxtı polis əməkdaşlarından qorxduğu üçün üzərindən aşkar olunan narkotik vasitənin özünə məxsus olduğunu demişdir. Lakin onun üzərində 14 qram narkotik vasitə heroin olmamışdır. Məhkəmənin diqqətinə çatdırır narkotik vasitələrin satışı ilə məşğul olmamış, narkotik vasitələri kimlərəsə satmamış və ya hər hansı bir maraq müqabilində kimlərəsə narkotik vasitə verməmişdir. İttiham olunduğu CM-in 234.1-1-ci maddəsinin sanksiyası çox olduğu üçün əməlinin CM-in 234.1-ci maddəsinə tövsif edilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 01 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi ev 10, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və müəyyən vaxtlarda Göygöl rayonu ərazisində vaxt keçirib narkotik vasitə qəbul etməsi barədə məlumat almışdır. Daxil olmuş məlumatla bağlı, yəni Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 da tədbirə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl şəhərinin inzibati ərazisində olmasını müəyyən edərək, saat 15:50 radələrində Göygöl şəhəri Azay Kazımov küçəsində Təqsirləndirilən şəxs aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı, Orxan Məmmədov tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili X7 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində saxladığı narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “kokos” adlandırdıqları narkotik vasitə olan heroin olmasını bildirmiş və həmin kütləni Bakı şəhərində İran vətəndaşından aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məkkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxs istər saxlanılan zaman, istərsə də polis şöbəsində olduğu zaman ona hər hansı təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin konkret olaraq necə əldə etməsi istiqamətində tərəflərindən tədbirlər davam etdirsədə, bununla bağlı məlumat əldə olunmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X5 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X8 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Abdullasur küçəsi ev 21-də ailə üzvləriylə birlikdə yaşayır. O. Göygöl RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir, rütbəsi polis leytenantıdır. Bildirmişdir ki, 01 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri Kəpəz rayonu Məhsəti qəsəbəsi ev 10, mənzil 2-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi, saxlaması və müəyyən vaxtlarda Göygöl rayonu ərazisində vaxt keçirib narkotik vasitə qəbul etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatla bağlı, yəni Təqsirləndirilən şəxs əməllərinin ifşa edilməsi məqsədilə Göygöl RPŞ-nin X3 əməliyyat müvəkkili Şahid1 Göygöl RPŞ-nin rəisinə raportla məruzə edərək bu barədə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul etmiş və onu da həmin tədbirə cəlb etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Göygöl şəhərinin inzibati ərazisində olmasını müəyyən edərək, saat 15:50 radələrində Şahid1 ilə birlikdə Göygöl şəhəri Azay Kazımov küçəsində Təqsirləndirilən şəxs aşkar edərək ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib onu Göygöl rayon polis şöbəsinə gətirmişlər. Polis şöbəsində təhqiqatçı, polis baş leytenantı Orxan Məmmədov tərəfindən videoçəkilişlə, onların və Göygöl rayonu vəkil bürosunun vəkili X7 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümün içərisində saxladığı narkotik vasitə olan heroinə bənzər maddə aşkar edilərək götürülmüşdür. Aşkar edilmiş maddə xüsusi elektron tərəzidə çəkilmiş və həmin maddə bükümlə birlikdə kağız zərfə qoyularaq Azərbaycan Respublikası DİN-nin 72 nömrəli möhürü ilə möhürlənərək qablaşdırılmışdır. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol tərəflərindən imzalarla təsdiq edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin “kokos” adlandırdıqları narkotik vasitə olan heroin olmasını bildirmiş və həmin kütləni Bakı şəhərində İran vətəndaşından aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 22 sentyabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə saat 16:15-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03. Noyabr 2022-ci il tarixli, “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 noyabr 2022-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsini təklif edilərkən o, əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofan bükümün içərisində saxladığı 2 ədəd ayrı-ayrı ağ rəngli sellofan bükümdə ümumi təmiz çəkisi 16 qram narkotik vasitə olan heroini təqdim etmiş, baxış zamanı aşkar edilmiş büküm zərfə qoyularaq Azərbaycan Respublikası DİN-in 72 nömrəli möhürü ilə möhürlənmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həmin kütləni Bakı şəhərində “İranlı” dediyi şəxsdən öz istifadəsi üçün aldığını, həmin kütlədən başqa heç bir yerdə saxlamadığını bildirmiş, bu barədə iştirakçıların iştirakı ilə protokol tərtib olunmuş və protokola əlavə edilməsi üçün “Samsung” markalı videoaparatın tətbiqindən istifadə edilməklə video çəkiliş aparılmış və 01 ədəd DVD diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarının sağ yan cibindən 01 ədəd sellofan bükümdə olan ümumi təmiz çəkisi 16 qram narkotik vasitə olan heroini təqdim etmiş, bundan başqa özünə məxsus qara rəngli mobil telefonda olan və İran vətəndaşına məxsus +98-***-***-**-** saylı nömrə ilə “Whatsapp” sosial şəbəkəsində danışdığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 noyabr 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Honor” modelli telefona baxış keçirilmiş və baxış zamanı mobil telefonda +98-***-***-**-** saylı nömrə ilə “Whatsapp” sosial şəbəkəsində danışdıqlar müəyyən olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl rayon Məhkəməsinin 03 noyabr 2022-ci il tarixli, 4-(066)-97/2022 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitənin həqiqətən də İran vətəndaşından alıb-almaması, həçminin +98- ***-***-**-** saylı nömrənin kimə məxsus olmasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ekspertizasının 02 noyabr 2022-ci il tarixli 16/1248 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman üzərindən götürülmüş” yazı və imzalar imzalar olan kağız paketdəki 1 ( bir) ədəd üzəri yapışqan lentlə bağlanmış seloffan bükümdə təmiz çəkisi 14.431 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə narkoloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli 114 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 847 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3, 69.4-cü maddələri ilə 500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə cərimə tam şəkildə ödənilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01.02.202cü il tarixli, cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Göygöl RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 Eldayq oğluun əməlində cinayət tərkibi olmadığından barələrində cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 11 dekabr 2022-ci il tarixli cinayət işi üzrə əməliyyat tapşırığına cavabında göstərilmişdir ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə heroini haradan əldə etməsi, onun digər yerlərdə narkotik vasitə saylayıbsaxlmaması və kimlərəsə satıb-satmamasının müəyyən edilməsi mümkün olmamışdır Eynin zamanda Təqsirləndirilən şəxs digər yerlədə narkotik vasitə saxlaması və satması və ya pay verməsi halları müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər İcra Hakimiyyəti başçısının Nətavan QİƏD üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli 61 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs arvadı X4 və oğlu X1 ibarət ailə tərkibi ilə Gənə şəhəri, Məhsəti qəsəbəsi, ev 10 mənzil 2-də yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 fevral 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 14,431 qram narkotik vasitə “heroin” Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılmasına verilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı üzərindən aşkar olunan heroinə bənzər kütlənin 1 qarama yaxın olmasına, ondan aşkar edilən narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən tərəfindən əlavə narkotik vasitə qoyulmasına dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, sözügedən xüsusat iş üzrə dindirilmiş digər şahidlərin ifadələri, çoxsaylı istintintaq hərəkətlərinin protokolları və.s sübutlarla tamamilə təkzib edilir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən şəxs X10 əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmitədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşaqların olması cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 01 noyabr 2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə narkoloji ekspertizasının 24 yanvar 2023-cü il tarixli 114 nömrəli rəyindən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin eilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 14.431 qram narkotik vasitə-heroin Göygöl RPŞ-nin xüsusi saxlanc yerinə verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin xüsusi saxlanc otağında verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz tədqiqatdan sonra qalıq qalmış 14,431 qram olan narkotik vasitə-heroin məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X15 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 55 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili X12 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 330 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 30 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 01 noyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Göygöl RPŞ-nin xüsusi saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi tədqiqatdan sonra qalıq qalmış 14,431 qram olan narkotik vasitə-heroin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 55 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X11 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 330 manat məbləğində pul köçürülsün. Təqsirləndirilən Təqsirləndirilən şəxs 30 manat 40 qəpik qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-234/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-234/2023
07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver