Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-234/2024 25.12.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Marif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X2 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxx 1990-cı ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işsiz, 3cü qrup əlil, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, hazırda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayət əməlini törətmiş və satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospekti, 54 nömrəli binanın qarşısında ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərməklə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qəsdən qərəzli hərəkətlər edərək, tanışı Zərərçəkmiş şəxs idarə etdiyi «Opel» markalı avtomobili binanın qarşısında düzgün yerdə saxlamadığını, digər avtomobillərin giriş-çıxışına mane olduğunu Zərərçəkmiş şəxs bildirdikdə sonuncunun, «sən mənə öyrədəcəksən necə maşın saxlayım» deməsindən əsəbləşərək, heç bir əsaslı səbəb olmadan, Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin yan şüşəsinə üzərində gəzdirdiyi əldə edilməsi yerinin müəyyən edilməsi mümkün olmayan bıçağın dəstəyi ilə zərbə vuraraq,daha sonra həmin bıçağın dəstəyi ilə sonuncunun baş nahiyyəsinə zərbələr vuraraq ona təpə nahiyyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Bundan başqa o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununda göstərilən külli miqdarda, yəni təmiz çəkisi 3,114 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək, 1 ədəd şəffaf sellofan torbada əynində olan boz rəngli cins şalvarının sağ ön cibində daşıyaraq saxlamış, 20 iyun 2023-cü il tarixdə saat 15:00 radələrində yaşadığı Gəncə şəhəri, H.Əliyev prospekti 54A ünvanındakı evin qarşısında Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq, Gəncə şəhəri, H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan boz rəngli cins şalvarının sağ ön cibindən 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 3,114 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının 221.3-cü və 234.1-ci maddələri ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, onu səhər saatlarında yaşadığı evindən polis əməkdaşları şortik-maykada aparmışlar. O polis şöbəsinə aparıldıqdan sonra, onun üzərinə zorla narkotik vasitə qoyulmuş və CM-in 234.1-ci maddəsi ilə ittiham verilmiş və ilk məhkumluğu olduğu üçün ona azadlığın məhdudlaşdırılması cəzası təyin ediləcəyi vəd edilmişdir. Bundan sonra o həbsdə olarakən ona məlum olmuşdur ki, ona qarşı sürlümş ittiham CM-in 234.4.3-cü maddəsi ilə verilmişdir. Halbuki ona CM-in 234.1-ci maddəsi ilə ittiham verləcəyi bildirilmişdir. Narkotik vasitə onun cibindən deyil qanından çıxmışdır. O əvvəllər narkotik vasitədən istifadə etmişdir. O, Vətən müharibəsindən sonra narkotik vasitədən istifadə etməmişdir.O narkoloji dispanserə aparılmamış və ondan analiz götürülməmişdir. Əvvəllər o, «kakos» adlanan narkotik vasitədən istifadə etmişdir. Daha sonra o xəstəxanda müalicə almışdır. Hazırda 1 il 5 aydır ki, həbsdədir, psixoloji durumu kafidir və o psixotrop dərimanlardan istifadə edir. O,həmçinin skeleroz xəstəliyindən əziyyət çəkir. Polis şöbəsində ona bacısı oğlunun gətiriləcəyi və bacısı oğlunun üzərinə külli miqdarda narkotik vasitənin qoyulacağı deyildiyindən,o, özünü CM-in 234.1-ci maddəsi ilə verilən ittiham üzrə təqsirli bilmişdir.Polis İdarəsində ona CM-in 221.3-cü maddəsi ilə verilən ittiham üzrə cinayət işinə xitam veriləcəyi vəd edilmişdir.Bundan sonra o, razılaşmış və CM-in 234.1-ci maddəsi ilə özünü təqsirli bilmişdir. Çəkiliş zamanı o, narkotik vasitəni yerdən tapmasını, həmin narkotik vasitənin çəkisinin isə bir qramdan artıq olmasını bildirmişdir. Həmin vaxt narkotik vasitə siqaret sellofanına bükümş və ona həmin sellofanın çəkidən çıxıldlıqdan sonra CM-in 234.1-ci maddəsinin tərkibinin yaranması bildirilmişdir. Çəklişdə narkotik vasitənin qramını görmüşdür Təqsirləndirilən şəxs daha sonra ona Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddçəsi ilə verilmiş ittiham üzrə ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs düz ifadə verir, mübahisə avtomobilin saxlanılmasına görə olmuşdur. Onun dayısı 1-ci qrup əlildir, bloka girə bilmir. Bu səbəbdən o, zərər çəkmiş şəxsə avtomobili başqa yerdə saxlamasını bildirmiş, həmin vaxt mübahisə olmuş və zərər çəkmiş şəxs ona pis cavab vermişdir. Bu səbəbdən aralarında mübahisə olmuş, lakin o, zərər çəkmiş şəxsi və onun anasını vurmamışdır. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki,Təqsirləndirilən şəxs istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, «……o, xx.xx.2022-cu il tarixdə ünvan 6 ünvanına anasının yanına gəlmişdir. Anasının həmin ünvanda 1-ci qrup əlil olan dayısı X1 qayğısına qalır. O, taksi ilə həmin binanın tinində düşmüşüdr. Həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus olan “Opel” markalı avtomobilini binanın ortasında saxlamışdır, o da Kamrana digər avtomobillərin gəlib keçə bilmədiyi, avtomobilini orada saxlamamasını bildirmişdir.Bu zaman Kamran ona əsəbi formada cavab verərək “sən mənə öyrədəcəksən nətər saxlayacağımı və gözünün götürmədiyini” demişdir. O da onun bu sözündən əsəbiləşmiş və Kamran ilə aralarında sözlə mübahisə yaranmışdır. Bu zaman səsə Kamranın anası Şahid3 gəlmişdir.O, Həyata narahat olmamasını, Kamran ilə söhbət elədiyini bildirmişdir. Bu zaman Kamran avtomobilinə minib getmişdir.O, onun arxasınca getmişdir. Kamran avtomobili saxlamışdır. O, həmin vaxt üzərində olan bıçağı çıxartmış və Kamranın avtomobilinin sol yan güzgüsünə bir neçə dəfə zərbə vurmuşdur.Kamran aynanın açanda bıçağın arxası ilə onun başına zərbələr vurmuşdur.Daha sonra Kamranın anası Həyat bıçağı onun əlindən almağa çalışan zaman Həyat sağ əlindən xəsarət almışdır. O,hadisədən sonra bıçağı yadında qalmayan yerə atmış, yerini xatırlamadığı üçün göstərə bilməmişdir. Hadisə 5-10 dəqiqə müddətinə davam etmişdir. O, Kamranın anası Həyata qəsdən xəsarət yetirməmiş, Həyat bıçağı onun əlindən alanda əli kəsilmişdir,o Həyata müqavimət göstərməmişdir. Daha sonra polis əməkdaşları onu idarəyə dəvət etmişlər.Bundan başqa göstərmişdir ki, o, xx.xx.2023-cü il tarixdə səhər saatlarında təxminən saat 10 radələrində yaşadığı evin yaxınlığlında olan məişət tullantılarının atıldığı yerə zibil atarkən zibil qutusunun yanında bir ədəd Vinston siqaret qutusu görmüş və həmin qutu diqqətini cəlb etmişdir. O, həmin qutunu açıb içinə baxanda görmüşdür ki, qutunun içində şəffaf rəngli sellofan kəsiyinə bükülü naroktik vasitə olan heroin vardır. Sonra o həmin siqaret qutusunu atıb, bükümü cibinə qoymuşdur. Bundan sonra fikirləşmişdir ki, sonra həmin narkotiki qəbul edər. Həmin tarixdə, yəni xx.xx.2023-cü il tarixdə saat 15 radələrində yaşadığı Gəncə şəhəri H.Əliyev prospekti ea 54A ünvanındakı evin qarşısında olan zaman iki nəfər mülkü geyimli şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək, onu Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşlarına etiraz etməyib 2-ci Polis Şöbəsinin inzibati binasına gəlmişdir.Polisin binasında otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və vəkilinin və polis əməkdaşlarının iştirakı ilə videçəkilişlə üzərinə şəxsi axtarış keçirilmişdir.Şəxsi axtarış zamanı üzərində narkotik vasitə, qanunla qadağan olunmuş predmet və ya əşya olub olmaması soruşulmuş, o isə öz növbəsində üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd sellofana bükülmüş heroini təqdim etmişdir.Həmin kütləni haradan əldə etməyi barədə soruşulmuşdur. O, həmin narkotiki yaşadığı evinin yaxınlığında zibil qutusunun yanından tapdığını bildirmişdir. Təqdim təqdim etdiyi bükündəki narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, həmin bükümdəki ümumilikdə 3,20 qram gəlmişdir. Həmin büküm zərfdə qablaşdırılaraq üzəri imzalanmışdır. O da imza etmişdir.Onun üzərindən aşkar edilmiş naroktik vasitə heroin ona məxsusdur və həmin kütləni o, 20 iyun 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında məişət tullantılarının atıldığı zibil qutusunun yanında yerdən tapmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış və bu barədə fikri də olmayıb. O, narkotik vasitəni istifadə etmək üçün üzərində saxlamışdır. Onun narkotik vasitə heroini üzərinndə saxlamağından, daşımağından heç kəsin xəbəri olmamışdır.Narkotiki əldə etməyində ona heç kim köməklik etməmişdir, heç kimin xəbəri olmamışdır. O,yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamır.Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki,nədə ki,digər təzyiqlər olmamışdır». Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə avtomobilin saxlanması ilə bağlı olmuşdur. O, avtomobili saxlamış Davud isə avtomobili saxladığı yerdə saxlamamsını ona bildirdiyindən aralarında mübahisə yaranmışdır.O avtomobili idarə edərək getmiş, Təqsirləndirilən şəxs əli ilə avtomobili vurmuşdur. Sonra o oradan uzaqlaşmışdır. O getdikdən sonra onun anası düşmüş və həmin vaxt onun anasının əli kəsilmişdir. O ərazidən uzaqlaşmışdır.Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur onlar barışmışlar. Zərəçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət və natamamlıq olduğundan sonuncunun istintaq zamanı verdiyi ifadəsi məhəkəmədə tədqiq edilərək elan edilmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs istintaq zamanı hadisə barədə ətraflı ifadə verərək ifadəsində göstərmişdir ki «….xx.xx.2022-cu il tarixdə ünvan 6 ünvanında özünə məxsus olan Opel markalı avtomobili ilə işlərinin arxasınca gedən zaman avtomobili binanın ortasında saxlamışdır.Bu zaman Təqsirləndirilən şəxs ona digər avtomobillərin gəlib keçə bilmədiyini avtomobilini orada saxlamamağını bildirmişdir. Bu zaman o Davuda əsəbi formada cavab verərək sən mənə öyrədəcəksən nətər saxlayacağımı, gözünün götürmədiyini demişdir. Davud onun bu sözündən əsəbiləşmiş və onunla sözlə mübahisə etməyə başlamışdır. Bu zaman səsə anası Şahid3 gəlmişdir. Davud onun anası Şahid3 narahat olmamağını,oğlu ilə söhbət elədiyini bildirmişdir. O, avtomobilinə minib getmişdir.Həmin vaxt Davud onun arxası ilə gəlməyə başlamışdır. O, avtomobilni saxlamışdır. Davud bu zaman üzərində olan bıçağı çıxartmış bıçağı onun avtomaşının aynasına vurmuşdur ki,aynanı aç. O, da aynanaı aşağı salanda Davud əvvəl yumruqla,daha sonra bıçağın arxası ilə onun baş nahiyəsinə zərbələr vurmuşdur. Anası Şahid3 bıçağı Davudun əlindən almaq istəyərkən sol əlindən xəsarət almışdır. O, anasını daha sonra xəstəxanaya aparmışdır.Polis əməkdaşları hadisə yerinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti, bina 54 ünvanında qarşısında Təqsirləndirilən şəxs əlindən anası Şahid3 bıçağı alan zaman sol əlindən xəsarət almışdır. Həmin vaxt hadisə yerində o, Təqsirləndirilən şəxs və anası Şahid3 olmuşdur. Sözügedən hadisə təxminən 5-10 dəqiqə davam etmişdir.Davudla aramızda əvvəllər heç bir mübahisələri olmamışdır. Sözü gedən hadisə ilə əlaqədar Davuda heç kəs köməklik etməmişdir. Bu barədə əvvəlcədən heç kəsin məlumatı olmamışdır» Məhkəmədə dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxsi tanımamışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin istifadə etməsi ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Hadisə iyun ayında olmuşdur. Daxil olmuş məlumat əsasında tərəflərindən əməliyyat axtarış tədbirləri həyata keçirilmiş və Təqsirləndirilən şəxs saxlanılmışdır. Təqsirləndirilən şəxs şöbəyə gətirilmiş və təhqiqatçının iştirakı ilə üzərinə baxış keçirilmişdir. Narkotik vasitə heroini Davud özü təqdim etmişdir.Həmin vaxt təqsirləndirilən şəxsə kimsə tərəfindən hər hansı təzyiq təsir olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hadisə iyul ayında olmuşdur. Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Qəbələ parkı adlanan ərazidə saxlanılmış və şöbəyə gətirilmişdir. Əməliyyat məlumatı Şahid1 olmuşdur. Onda məlumat olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni istifadəsi üçün götürməsini bildirmişdir. Təqsirləndirilən şəxsə hər hansı bir təzyiq və təsir olmamışdır.Sorğu-sual zamanı narkotik vasitəni tapmasını bildirmişdir.Təqsirləndirilən şəxs günorta radələrində tutulmuşdur. O tutulan zaman şöbəyə «Hyundai Elnatra» markalı minik avtomobili ilə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs onun qonşusudur. Onlar şikayətlərini geri götürmüşlər. Əlinin niyə kəsilməsini bilmir. O xəstə olduğundan onun yadında qalmamışdır. Şahidin Şahid3 istintaq zamanı verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadə arasında ziddiyyət və natamamlıq olduğundan sonuncunun istintaq zamanı verdiyi ifadəsi məhəkəmədə tədqiq edilərək elan edilmişdir. Şahid3 istintaq zamanı ətraflı verdiyi ifadəsində göstərmişdir ki, «……xx.xx.2022-cu il tarixdə Gəncə şəhəri, H.Əliyev prospektində, bina 54 ünvanının qarşısında oğlu Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs mübahisə etdiyini görmüşdür.O. Davuda mübahisə etməməsini və getməsini bildirmişdir.Bu zaman oğlu Zərərçəkmiş şəxs avtomobilə minib getmişdir. Həmin vaxt Davudun Kamran arxasınca gəldiyini görmüşdür. Davud bu zaman üzərində olan bıçağı çıxartmış və bıçağın arxası və yumruqla Kamranın başından vurmağa başlamışdır. Daha sonra o bıçağı onun əlindən almağa çalışan zaman sol əlindən xəsarət almışdır.Onu oğlu Kamran xəstəxanaya aparmışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 10:30 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti, bina 54 ünvanında qarşısında Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və əlində olan bıçağın arxası ilə vurmuşdur,o, həmin vaxt Davudun əlindən bıçağı almağa çalışan zaman sol əlindən xəsarət almışdır. Həmin vaxt orada o, Təqsirləndirilən şəxs və oğlu Zərərçəkmiş şəxs olmuşdur. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir.Davudla əvvəllər heç bir mübahisələri olmamışdır. Sözü gedən hadisə ilə əlaqədar Davuda heç kəs köməklik etməmişdir. Bu barədə əvvəlcədən heç kəsin məlumatı olmamışdır.Ona yalnız Təqsirləndirilən şəxs xəsarət yetirmişdir,kənar adam olmamışdır». İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 20 iyun 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins şalvarının sağ ön cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroini təqdim etmişdir. Baxış videoçəkilişlə aparılmış və disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin 22 iyun 2023-cü il tarixli, 4(125)-324/2023 qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 20 iyun 2023-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 iyun 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 oktyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə olan 3,014 qram narkotik vasitə olan heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Gəncə şəhər BPİ-nin maddi sübutların saxlama anbarına saxlanca verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılan vaxt çəkilmiş və görüntünü özündə əks etdirən bir ədəd «DVD» disk cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 iyun 2023-cü il tarixlli, video görüntüyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin TB-nin təhqiqatçısı, polis leytenantı Elgün Tağıyev, BPİ-nin 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkilləri, polis baş leytenantı Şahid1, polis leytenantı Şahid2, KTB-nin insektor-kriminalisti polis leytenantı X3,Müdafiəçi2 və şübhəli şəxs Təqsirləndirilən şəxs iştirakları ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra şəxsi axtarış zamanı təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitə,psixotrop maddə və hər hansı qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur.O da əynində olan boz rəngli cins şalvarının sağ ön ön cibindən 1 ədəd sellofana bükülmüş bükülünü çıxarıb təqdim etmişdir.Həmin bükülülərin nə olması ondan soruşulmuş, Təqsirləndirilən şəxs bükülmüş halda olan bükümdəki narkotik vasitənin heroin olmasını və bükülünün özünə məxsus olmasını, həmin bükülünü bu gün yaşadığı evin yanında zibil qutusunun yanından siqaret qutusunun içində tapdığını və özü istifadə etmək üçün saxlamasını bildirmişdir.Təqsirləndirilən şəxs bu narkotik vasitənin ona məxsus olub olmaması,polislər tərəfindən üzərinizə qoyulub qoyulmamsı soruşulmuş,Təqsirləndirilən şəxsnarkotik vasitənin onun özünə məxsus olmasını bildirmişdir. Bundan sonra onun üzərindən aşkar edilmiş içərisində narkotik vasitə heroin olan 1 ədəd sellofana bükülmüş kütlə açılmış, həmin bükülünün içərisində narkotik vasitə heroin olduğu müəyyən edilmişdir. Sonra poils əməkdaşı tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. Aşkar edilmiş 1 ədəd sellofana bükülmüş kütlə elektron tərəzisində çəkilmiş və kütlənin bükülü ilə birlikdə çəkisi 3,20 qram olması müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2022-ci il tarixli, baxış keçirilməsi haqqında protokoldan görünür ki, müstəntiq Rəşad Məmmədzadə tərəfindən Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 10-30 radələrində Gəncə şəhəri, H.Əliyev prospekti 54 nömrəli evin qarşısında üzərində olan bıçaqla cinayət törətdiyi yeri göstərmiş, fotoşəkillər çəkilmiş, protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 iyun 2023-cü il tarixli,16/642 nömrəli rəyindən görünür ki,tədqiqata təqdim edilmiş, üzərində ”Təqsirləndirilən şəxs” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan torbacıqda təmiz çəkisi 3,114 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə olan-heroindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Narkoloji Dispanserinin 06 iyul 2023-cü il tarixli, 4285 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji dispanserinin 06 iyul 2023-cü il tarixli, 361 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş qapalı KBT nəticəsində üzvi şəxsiyyət pozuntusu, postravmatik stress pozuntusu F07.0 və F43.0 diaqnozu ilə qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 iyul 2023-cü il tarixli, 1131 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2271 nömrəli rəyindən görünür ki,Şahid3 bədəni üzərində müəyyən edilmiş xəsarət-sol əlin İİİ barmağının kəsilmiş yarası-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 2273 nömrəli rəyindən görünür ki,Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarət-təpə nahiyəsinin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş edilmiş kompleksstasionar məhkəmə-psixiatrik-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 124 nömrəli rəyindən görünür ki, ekspert komissiyası cinayət işi materiallarının,həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırkı stansionar məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrininin tədqiqi və hərtərəfli təhlili sayəsində müəyyən edilmişdir ki,Təqsirləndirilən şəxs travma mənşəli üzvi şəxsiyyət pozuntusu formasında psixi patalogiyadan əziyyət çəkir,Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində şərh edilən və ona ittiham olunan cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır ,Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törətdiyi dövrdə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olduğundan ittiham olunduğu cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk etmək və onları idarə etmək iqtidarında olduğundan onun hərəkətələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.3-cü maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs əziyyət çəkdiyi travma mənşəli üzvi şəxsiyyət pozuntusunun halhazırda kompensasiya vəziyyəti müşahidə edilir.Təqsirləndirilən şəxs hal-hazırkı psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı olmadığı müəyyən edilir.Onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə zərurət yoxdur. Bununla yanaşı Təqsirləndirilən şəxs travma mənşəli üzvi şəxsiyyət pozuntusu formasında psixi patalogiyadan əziyyət çəkməsi və belə bir patalogiyanın gedişində kompensasiya vəziyyətinin dekompensasiya vəziyyətinə keçməməsi (qabaqlayıcı) tədbir kimi həmin şəxsin daim nəzarət altında saxlanılması və zərurət yarandığı tədqirdə həkim-psixatrın müşahidəsi altına verilməsi tövsiyyə edilir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlinə görə anlaqlı hesab edilməlidir. Məhkəmə psixoloji ekspertizasının gəldiyi nəticəyə görə Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən güclü ruhi həyacan (affekt) vəziyyətində olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöəsindən daxil olmuş, xx.xx.2023-cü il tarixli, 3-13-57-2/2-23470/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etdiyi mənbənin müəyyən edilməsi məqsədilə əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, onun həmin narkotik vasitələri əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİnin CAİ-dən daxil olmuş 01sentyabr 2023-cü il tarixli, 3-13-57-2/2-26475/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, idarənin əməkdaşlarının tərəfindən Təqsirləndirilən şəxs ətrafında zəruri əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə baxmayaraq, onun həmin narkotik vasitələri əldə etdiyi şəxs və ya şəxsləri müəyyən etmək mümkün olmamış, eləcə də onun narkotik vasitələri digər şəxslərə satması barədə əməliyyat məlumatı daxil olsa da həmin şəxslərin şəxsiyyətini müəyyn etmək mümkün olmamışdır. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan, çıxan məlumatlar 01 ədəd DVD diskdə istintaqa təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər BPİnin 1-ci Polis Şöbəsindən daxil olmuş ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığınıza cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində hadisə zamanı Təqsirləndirilən şəxs olmuş və zərərçəkmiş şəxs Şahid3 xəsarət yetirən zaman istifadə etdiyi bıçağın tapılması mümkün olmamış, həmçinin müyyən edilmişdir ki, Təqsirləndirilən şəxs bıçaqla xəsarət yetirən zaman qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl zərərçəkmiş şəxs ilə hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs oğlu şəhər ərazisində qərəzli xuliqanlıq hərəkətləri ilə ictimai qaydanı kobud surətdə pozmuş və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmişdir. Belə ki, həmin ərazidə yaşayan sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsi cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgə yaşayış və ədəb qaydalarını qərəzli surətdə pozmuş, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs aşkar olunmuş bıçağı haradan əldə etdiyini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 sentyabr 2023cü il tarixlli, 01 ədəd DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə olan ********* nömrəli cinayət işi üzrə cinayət işinə əlavə edilmiş Gəncə şəhər BPİ-nin CAİ-dən daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, SMS mətnləri, antenn dairəsi barədə məlumatlar olan 01 ədəd DVD diskə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə iş üçün əhəmiyyət kəsb edəcək telefon danışıqları və sms mətnləri yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefon nömrələrinə daxil olan və çıxan zənglər, SMS mətnləri, antenn dairəsi barədə məlumatlar olan 01 ədəd DVD disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasının 28 fevral 2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 22 iyun 2023-cü il tarixdə tədricxanaya daxil olmuş və ilkin baxışdan keçilmiş bədəndə səthi üzərində yeni xəsarət izləri aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Şahid3 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayət və tələbi yoxdur, ona dəymiş zərər tam ödənilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Zərərçəkmiş şəxs İstintaq və Təhqiqat İdarəsinə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, qonşusu Təqsirləndirilən şəxs tərəfindən bıçaqla onun baş nahiyəsinə xəsarət yetirilməsi ilə bağlı Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur,ona dəymiş zərər tam ödənilmişdir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş itthamlar üzrə məhəkəmə istintaqında ifadə verməzdən əvvəl CM-nin 221.3-cü maddəsi ilə təqsirli bilməsini bildirsə də, sonradan ifadəsində həmin maddə üzrə özünü təqsirli bilməməsi və iş üzrə zərər çəkmiş şəxsə qarşı xuliqanlıq hərəkətləri etməməsi və sonuncuya xəsarət yetirməməsi barədə ifadəsinə və ona 234.4.3-cü maddəsi ilə verilmiş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə heroinin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması barədə ifadəsinə, təniqidi yanaşaraq,işin faktiki hallarına uyğyn olmadığından və cinayət işinin materiallarında olan sübutlar, zərər çəkmiş şəxsin ifadəsi və şahid ifadələri,ekspertiza rəyləri, istintaq hərəkəti protokoları ilə təkzib edildiyindən və həmin ifadəni inandırıcı hesab etməyrək özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimi qiymətləndirərək, istintaq zamanı veridiyi ifadəsinə üstünlük verir. Məhəkəmə həmçinin iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin onu vurması ilə bağlı hadisəni tam xatırlamaması və təqsirləndirilən şəxsin əlində hadisə zamanı bıçağın olub-olmaması ilə bağlı ifadəsinə və iş üzrə Şahid3 təqsirləndirilən şəxsin əlində olan bıçaqla onun əlinin kəsilməsi ilə bağlı hadisəni xatırlamaması ilə bağlı ifaədəsinə tənqidi yanaşaraq, həmin ifadələr şahid ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokoları və zərəçəkmiş şəxs və şahidin istintaq zamanı verdiyi tfaədə ilə təkzib edildiyindən və həmin ifadəni inandırıcı hesab etməyrək, təqsirləndirilən şəxsi müdafiə məqəsədi ilə verilmiş ifadə kimi qiymətləndirərək, onalraın istintaq zamanı veridiyi ifadəsinə üstünlük verir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayətin tərkibi vadır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən və silah qismində istifadə edilən əşyanı tətbiq etməklə vətəndaşlar üzərində zor tətbiq olunması və belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən, zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin yan şüşəsinə üzərində gəzdirdiyi əldə edilməsi mümkün olmayan bıçağın dəstəyi ilə zərbə vuraraq,daha sonra həmin bıçağın dəstəyi ilə sonuncunun baş nahiyəsinə zərbələr vuraraq ona təpə nahiyəsinin qançırı ilə nəticələnən sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək, bıçaqdan silah qismində istifadə etməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Başqa sözlə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsi məhəkəmə istintaqı zamanı tam təsdiq olunmuşdur Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroni əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəltncə isə məhəkəmə kollegiyası hesab edir ki, həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmə istintaqı zamanı dindirilmiş bilavasitə sübut kimi kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs narkotiuk maddə heroini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də İbtidai istintaq zamanı da təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması o cümlədən satış məqsədi ilə üzərində saxlaması və daşıması barədə məlumat olmasına baxmayaraq, keçirilmiş əməliyyat tədbirləri nəticəsində təqsirləndirilən şəxsin narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs külli miqdarda 3,114 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroinin satışı ilə məşğul olub-olmaması, əldə etdiyi narkotik vasitə heroinin mənbəyini müəyyən etmək məqsədilə əməliyyat tapşırığının verilməsinə cavab olaraq, Azərbaycan Respublikası DİN-in Gəncə şəhər BPİ-dən verilmiş məktubdan da görünür ki,Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 3,114 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini aldığı şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 3,114 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtmallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın, 2005ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs narkotik maddə heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik maddə heroini satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-huquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CMnin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik maddə heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik maddə heroini qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik maddə heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi təqsirləndirlən şəxsin istintaq zamanı verdiyi qismən etirafedici ifadəsi,zərəçəkmiş şəxsin istintaq zamanı verdiyi ifadəsi, şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmədə araşdırılmış işin digər materiallarla tamamilə sübuta yetirilmişdir. Beləliklə məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq üzərindən aşkar edilərək götürülmüş 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 3,114 olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi və silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq cinayəti əməlini törətməsi məhəkəmə istintaqaı zamanı öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsüf edilməlidir. Yuxarıda qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən “keçilmiş qapalı KBT nəticəsi üzvi şəxsiyyət pozuntusu, postravmatik stress pozuntusu” F07.0, F43.0 diqanozu ilə disponser qeydiyyatında olmasını və ”İİ qarabağ müharibəsi iştirakçısı olmasını Azərbaycan Respublikasının CM-in 59.2-ci maddəsinə əsasən yüngülləşdirici hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddələrinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. İş materiallarına əlavə edilmiş narkoloji ekspertizanın rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomanlıq xəstəliyindən əzab çəkir və narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Həmçinin iş materiallarında olan arayışla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 3-cü dərəcə əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasına əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda qeyd olunan qərara əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi mualicə təyin edilə bilməz. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 3,014 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. 1 ədəd CD disk və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32.40 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü və 234.1- 1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 iyun 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan 3,014 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 1 ədəd CD disk və 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32.40 manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-234/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-234/2024
25.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver