Məhkəmə qərarları › İş №1(100)-234/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-234/2025

13.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-234/2025 13.05.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X15 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1992-ci il tarixdə Xaçmaz rayonu, Nabran kəndində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olmuş, natamam orta təhsilli, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-98/2019 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli əfv sərəncamına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, lakin 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını çəkməmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş, Laçın rayonu, Əhmədli kəndində qeydiyyatda olmaqla, Bərdə şəhəri, Natəvan küçəsində yerləşən kollecin yataqxanasında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” adlı İ siyahıya daxil olan və tərkibinə görə eynilik təşkil edən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini kibrit qutusuna yığaraq üzərində, digər hissəsini isə kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evin həyətindəki yardımçı tikilidə qanunsuz olaraq saxlamış, 21 mart 2024-cü il tarixdə saat 10:50 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində o, Bərdə şəhəri, Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş və orada saat 11:35 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki şabalıdı rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunda satış məqsədi olmadan qanunsuz olaraq saxladığı 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” İ siyahısına əsasən xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 6,03 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin əməliyyat-axtarış tədbirinin davamı olaraq həmin tarixdə saat 12:25 radələrində Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 1 ünvanında yerləşən nömrəsiz evin həyətindəki yardımçı tikilinin içərisindən üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbadakı, 02 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda satış məqsədi olmadan qanunsuz olaraq saxladığı tərkibinə görə üzərindən aşkar edilən qurudulmuş marixuana ilə eynilik təşkil edən ayrı-ayrılıqda təmiz çəkiləri 1255 qram və 1835 qram olmaqla, ümumi təmiz çəkisi külli miqdar təşkil edən 3090 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq texnikumu binasının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq birlikdə şöbəyə getməli olduğunu demişlər. O da etiraz etməyərək polis əməkdaşları ilə birlikdə şöbəyə getmişdir. Şöbədə ilkin olaraq onun üzərini axtardıqda heç nə aşkar etməmişlər. Daha sonra kibrit qutusunda narkotik vasitəni qarşısına qoyub ona məxsus olduğunu demişlər. Narkotik vasitəni qəbul etmədiyi üçün döyərək ona təzyiq göstərmişlər. Onu narkotik vasitə istifadəçisi kimi, yəni CM-in 234.1-ci maddəsi ilə sənədləşdirəcəklərini demişlər, o, həmin maddənin cəzasının yüngül olması barədə sadəcə eşitmişdir. Bundan sonra Kənan və Nəriman adlı polis əməkdaşları yaşadığı evindən narkotik vasitə çıxaracaqlarını deyib onu “Mercedes” markalı mülki avtomobillə müvəqqəti yaşadığı ünvan 3 ünvanında yerləşən nömrəsiz evə aparmışlar. O, qapıda gözləyən zaman polis əməkdaşları ailəsini evdən kənarlaşdırmış və kirayədə qaldığı evə 3 kiloqram narkotik vasitə qoyub sonradan aşkar etmişlər. İçərisində narkotik vasitə olan torbaya əli belə dəyməmişdir. Evə baxış zamanı polis əməkdaşları özlərinin qoyduqları içərisində narkotik vasitə olan iki ədəd ayrı-ayrı böyük bükülüləri yarımtikilidən aşkar etmişlər. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, arabir narkotik vasitə olan marixuana istifadə etmiş və istifadə etdiyi vaxtlarda ayrı-ayrı şəxslərdən almışdır. Əvvəllər narkotik vasitə ilə bağlı məhkum olunmamışdır. İttihamda qeyd olunan narkotik vasitələr ona məxsus olmamış, şəxsi axtarış və evə baxış zamanı qeydə alınmış video çəkilişlərdə döyüldüyü, həmçinin nalayiq ifadələrlə təhqir edildiyi üçün narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Döyülmə nəticəsində qabırğası sınmışdır. Barəsində həbs növündə qətimkan tədbirinin seçilməsinə dair vəsatətə baxılan məhkəmə iclasında polis əməkdaşları tərəfindən döyüldüyünü deməyə imkanı olmamış, lakin istintaq təcridxanasına gətirildikdən sonra polislər tərəfindən döyülməyi barədə prokurorluğa və digər qurumlara şikayətlər etmişdir. X22, Şahid1 və İdris Əhmədli adlı polis əməkdaşları saxlamış, həmin vaxtı da o, qaçmağa cəhd etməmişdir. Saxlanılarkən yanında Pambıqçılıq texnikumunun yataqxanasında yaşayan Vüsal Atakişiyev olmuş, sonuncunu da onunla birlikdə polis şöbəsinə aparılmış, lakin 48 saatdan sonra buraxılmışdır. Polis əməkdaşları ilə birlikdə evə baxış etmək üçün gedəndə evdə arvadı, anası, qardaşı, qardaşının dostu Vüsal, qayınanası və bacanağı olmuşdur. Evə baxış üçün polis şöbəsindən çıxarkən şöbənin qarşısında polis əməkdaşlarından Nərimanın yaxud Kənanın mobil telefonu ilə WhatsApp tətbiqi vasitəsilə anasının istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək evə gələcəklərini demişdir. Yaşadığı evin qarşısına gəldikdən sonra ailə üzvləri evdən kənarlaşdırılana qədər avtomobildə gözləmiş, sonuncular evdən kənarlaşdırıldıqdan sonra polis əməkdaşları yaşadığı evə narkotik vasitə qoymuşdur. Bundan sonra İdris adlı polis əməkdaşı narkotik vasitəni qoyduqları yeri ona bildirmiş və video çəkiliş zamanı çıxarıb təqdim etməyini demişdir. Polis şöbəsində Şahid1, Nəriman Əliyev və İdris Əhmədli adlı polis əməkdaşları əlləri bağlı formada onu yumruq və təpiklə vurmaqla döymüşlər. Müvəqqəti saxlama yerinə və istintaq təcridxanasına daxil olarkən xəsarəti barədə demiş, ancaq ona gözlə görünən xəsarətinin olmadığını bildirmişlər. O sadəcə ağrıkəsici istifadə etmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə, həmçinin xx.xx.2024-cü il tarixli ifadəsinə dair videoçəkiliş nümayiş etdirilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində göstərmişdir ki, təxminən 2 ildir narkotik vasitə hesab edilən marixuana istifadə etmişdir. Bu səbəbdən mütəmadi olaraq həmin narkotik vasitəni üzərində gəzdirmişdir. Təxminən 5-7 gün əvvəl İran Respublikasının vətəndaşı ilə sosial şəbəkədə yazışarkən sonuncu ona Bakı şəhərində narkotik vasitə olduğunu bildirmiş, eyni zamanda həmin narkotiki göstərdiyi ünvana çatdırmağı müqabilində ona 200 manat pul təklif etmişdir. Onun isə pula ehtiyacı olduğu üçün narkotik vasitəni götürməyinə razılıq vermişdir. Həmin şəxsin göndərişi ilə Bakı şəhərinə gedərək, orada tanımadığı ünvandan iranlının dediyi ərazidən həmin kütlələri götürmüş, həmin kütlələri hazırda kirayədə yaşadığı Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən nömrəsiz evə aparmış və evin həyətində yerləşən yardımçı tiklidə gizlətmişdir. O, həmin kütlənin birindən özü istifadə etmək məqsədi ilə bir kibrit qutusunu doldurub üzərində götürmüşdür. xx.xx.2024-cü il tarixdə saat 10:50 radələrində əvvəllər yaşadığı Bərdə şəhəri, Bakı küçəsində yerləşən Pambıqçılıq texnikumunun yaxınlığında olarkən polis əməkdaşları onu saxlayaraq qanunsuz olaraq narkotik vasitə daşımağında şübhəli olduğunu bildirmişlər və onu polis şöbəsinə gətirmişlər. Həmin vaxtı onunla birlikdə yaxınlıqda Pambıqçılıq texnikumunun yataqxanasında yaşayan X7 da olmuşdur. Polis əməkdaşları həmin şəxsi də polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçi ilə təmin olunduqdan sonra üzərinə baxış keçirilmiş və o, üzərində olan 01 ədəd kibrit qutusunda qablaşdırılmış qurudulmuş marixuananı könüllü olaraq təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzi vasitəsi ilə çəkilmiş və 9,43 qram olduğu müəyyən olunmuşdur. Baxış zamanı üzərindən aşkar edilmiş mobil telefon və narkotik vasitə müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra polislər ondan əlavə olaraq narkotik vasitəni hansısa ünvanda saxlayıb-saxlamadığını soruşmuş, o da kirayədə yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Polis şöbəsində üzərinə keçirilən baxış başa çatdıqdan sonra proses iştirakçıları ilə birlikdə Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən kirayə yaşadığı evə baxış keçirilməsi üçün getmişlər. Orada onun yaşadığı evə və həyətyanı sahəsinə baxışın keçrilməsinə hər hansı etirazının olmaması barədə ərizəsi əsasında baxış keçirilmişdir. Baxış zamanı kirayədə yaşadığı evin həyətində yerləşən yardımçı tikilidə gizlətdiyi narkotik vasitə hesab edilən qurudulmuş marixuananı özü təqdim etmişdir. Həmin kütlələrə baxış keçirilmiş və elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 3,205 kiloqram olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr yanındaca qablaşdırılıb istintaq zərurəti ilə əlaqədar götürülmüşdür. Bundan əlavə olaraq yaşadığı evdən hər hansı qeyri-qanuni əşya və ya əmlak aşkar edilməmişdir. Üzərindən aşkar edilən narkotik vasitəni İran Respublikasının vətəndaşının sifarişi əsasında sonuncunun dediyi ünvana çatdırması üçün götürmüşdür. O, aşkar edilən narkotik vasitəni pulla almamış, ancaq İran İslam Respublikasının vətəndaşı ona bildirmiş ki, əgər həmin narkotik vasitədən hər hansı şəxs istəyərsə hər qramını 9-10 manata sata bilər. Bu səbəbdən üzərinə şəxsi axtarış keçirilən zaman həmin kütləni 9-10 manata aldığını bildirmişdir. Saxlanılarkən və polis şöbəsinə gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, döyüldüyü üçün ibtidai istintaq zamanı etirafedici ifadələr vermiş, elan edilmiş ifadələrində göstərilən vaxtda ümumiyyətlə Bakı şəhərində olmamışdır. ***-***-**-** mobil nömrəni istifadə etmiş, döyülmə faktı ilə bağlı cinayət işinin başlanmasının rədd edilməsi barədə prokurorluq tərəfindən qəbul edilmiş qərardan da şikayət etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin NMQnin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə edildikdən sonra səhv etmirsə sonuncunu Bərdə şəhəri texnikumun binasının yaxınlığında saxlayıb Bərdə RPŞ-yə gətirmişlər. Təhqiqatçının otağında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı üzərindən birdəfəlik istifadə miqdarında narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Onlar Böyükkişidən hər hansı başqa yerdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşanda sonuncu yaşadığı evdə qurudulmuş marixuana olduğunu demiş, buna görə də onlar tərəfindən videoçəkilişlə Təqsirləndirilən şəxs evinə baxış keçirilmişdir. Baxış zamanı çəkisini xatırlamasa da evdən qara rəngli sellofan torbada qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona daxil olmuş, məzmunu isə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması və üzərində saxlaması ilə bağlı olmuşdur. Onlar Təqsirləndirilən şəxs texnikumun yaxınlığında adını bilmədiyi küçədə saxlamışlar. Sonuncu özü evdə narkotik vasitə saxladığını etiraf etmişdir. Yaşadığı evdə narkotik vasitə saxladığını etiraf etdikdən sonra onlar Təqsirləndirilən şəxs evinə baxış keçirmək qərarına gəlmişlər, çünki sonuncu evindən xeyli kənarda saxlanıldığı üçün oraya baxış keçirmək planları olmamışdır. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının məzmununda sonuncunun yaşadığı evdə narkotik vasitə saxlaması göstərilməmişdir. Satış faktı ilə bağlı Təqsirləndirilən şəxs danışıq apardığı digər Vüsal adlı şəxs də tutulmuş, çünki sonuncu narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını demiş və bu barədə müstəntiq tərəfindən araşdırma aparılmışdır. Təqsirləndirilən şəxs ilə bağlı əməliyyat-qeydiyyat işi açılmışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini sərbəst və heç bir təsir olmadan vermişdir. Onlar Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında saxlamışlar. Evindən və üzərindən külli miqdarda narkotik vasitə aşkar edilməsi Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dəlalət etmişdir. Aşkar olunmuş narkotik vasitə Təqsirləndirilən şəxs məxsus olmuş, polis şöbəsində olarkən və saxlanılarkən sonuncuya heç bir fiziki yaxud psixoloji zorakılıq tətbiq edilməmişdir. Onlar Təqsirləndirilən şəxsla Vüsal Atakişiyevi birlikdə saxlamışlar. Vüsalın üzərindən hansı miqdarda narkotik vasitə aşkar edilməsini xatırlamamış, lakin sonuncu məsuliyyətə cəlb olunmuş və hazırda həbsdədir. Çünki o, Vüsal Atakişiyevin işi ilə bağlı Bərdə rayon məhkəməsində ifadə vermişdir. Şahid1 məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatının məzmunu ilə bağlı əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və Şahid1 həmin ifadəsində göstərmişdir ki, ...... 21 mart 2024-cü il tarixdə ona Bərdə şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində və yaşadığı ünvanda saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur......... İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Şahid1 bildirmişdir ki, Təqsirləndirilən şəxs saxlanılmasından sonra xeyli sayda əməliyyat tədbiri keçirdikləri üçün hazırkı işlə bağlı əməliyyat məlumatının məzmunu barədə ifadə verərkən yanlışlıqla Təqsirləndirilən şəxs evində narkotik vasitə saxlaması barədə məlumatın olmamasını, həmçinin daxil olmuş əməliyyat məlumatında sonuncunun narkotik vasitənin satışı ilə məşğul olmasının öz əksini tapdığını göstərmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid3 Hafis oğlu və RPŞ-nin PPXB-nin polis nəfəri X2 Kənan Rafiq oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əri olmuşdur. İdris adlı polis əməkdaşı yaşadıqları evə gəlib axtarış etmək istədiklərini demiş və bununla bağlı heç bir sənəd göstərməmişlər. Buna baxmayaraq, onlar etiraz etməmiş, lakin axtarışı yanlarında etmələrini, nə aşkar etdiklərini görmək istədiklərini demişlər. İdris onlara evdən çıxmalı olduqlarını, əks halda dubinka ilə başlarına vuraraq polis avtomobillərinə mindirib aparacaqlarını demişdir. Onlar də məcbur olub evdən çıxmış və sonradan evlərində narkotik vasitə aşkar etdiklərini bilmişdir. İfadəsinin davamı olaraq Ramilə Xıdırova bildirmişdir ki, evlərində axtarış edənlərin arasında İdris adlı polis olmuş, o, sonuncunu şəxsən görmüşdür. İdris onlara evdən çıxmalı olduqlarını demişdir. O, İdrisi tanımış, çünki sonuncu, Alı, Nəriman və tanımadığı digər əməliyyatçılar bir il əvvəl, yəni noyabr ayının 9-u axşam saat 22 radələrində yaşadıqları evə daxil olub axtarış etmişlər. Həmin vaxt Böyükkişi evdə olmamış, o, axtarış etmələrinə etiraz etməmişdir. Polis əməkdaşları evin hər yerini dağıdıb axtarış etmiş, lakin heç nə aşkar etməmişlər. Həmin hadisədən sonra qorxduğu üçün şikayət etməmişdir. Böyükkişi saxlanılan gün onlar yas yerində olmuş, polis əməkdaşları da çağırıb evlərinə axtarış edəcəklərini bildirmişlər. Yas yerinə saat 10-11 radələrində getmişlər. Təqsirləndirilən şəxs sonuncu dəfə saxlanılandan sonra heç yerə şikayət etməmişdir. Bu barədə Böyükkişinin anası prokurorluğa şikayət etsə də nəticəsi olmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X1 Ramilə Rafiq qızı ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusu olmuşdur. Səsküy eşidib çölə çıxan zaman iki nəfər mülki geyimli şəxsin Böyükkişini qolundan tutub döyə-döyə apardıqlarını görmüşdür. O, Bərdə rayonu, Pambıqçılıq texnikumunun yataqxanasında yaşamışdır. Vüsalın evi 3-cü mərtəbədə yerləşmişdir. X3 tutub aparmışlar, axşam Vüsal buraxılmış, lakin Böyükkişi qalmışdır. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X12 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/370 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki: 1) Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusunda narkotik vasitə marixuanaya bənzər kütlə” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,03 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; 2) Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən aşkar edilərək götürülmüş narkotik vasitə hesab edilən qurudulmuş marixuanaya bənzər kütlə” sözlər və imzalar olan üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbadakı 2 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalarda ayrı-ayrılıqda 1255 qram və 1835 qram olmaqla, ümumi təmiz çəkisi 3090 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır; 3) Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd kağız paketdə və 1 (bir) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbada olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: marixuananın təmiz çəkisi - 6,03 qr. və 3090 qr., tədqiqata sərf edildi - 0,15 qr. (hər ob. - 0,05 qr.), qalıq - 5,98 qram və 3089,9 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 933 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 11:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 10:50-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 21 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı sonuncu əynində olan şabalıdı rəngli qolsuz gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunu çıxardaraq masanın üzərinə qoymaqla təqdim edib içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi kibrit qutusunun içərisinə baxdıqda ilk görünüşdən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması və qutu ilə birlikdə elektron tərəzidə çəkildikdə çəkisinin 9,43 qram təşkil etməsi müəyyən edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilərək sonuncunun əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 (bir) ədəd qara rəngli “Samsung” markalı mobil telefon, sol yan cibindən isə 01 (bir) ədəd alışqan və 01 (bir) ədəd içərisində siqaretlər olan “Argo” markalı siqaret qutusu aşkar edilmişdir. Aşkar edilmiş içərisində narkotik vasitə ola kibrit qutusu və mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürmüş, digər əşyalar isə əhəmiyyət kəsb etmədiyi üçün Təqsirləndirilən şəxs qaytarılmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin hər qramını 9 manata Bakı şəhərində İran vətəndaşından aldığını, kirayə yaşadığı ünvanda da narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təzyiqə və zorakılığa məruz qalmadığını, heç kimdən də şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə və həyətyanı sahəsindəki tikiliyə baxış keçirilməsinə etirazının olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs evin arxa hissəsində olan birmərtəbəli yardımçı tikilinin içərisindəki göy rəngli dəmir seyfdən 01 (bir) ədəd qara rəngli kisə çıxararaq təqdim etmişdir. Həmin kisənin içərisinə baxdıqda 02 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalar olduğu müəyyən edilmişdir. Həmin torbalar açıldıqda onların hər ikisinin də içərisində ilk görünüşdən narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, çəkilərinin müvafiq olaraq 1290 qram və 1850 qram olması müəyyən edilmişdir. Qeyd edilən kütlələr müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitəni Bakı şəhərində İran vətəndaşından aldığını, lakin heç kimə satmadığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, saxlanılarkən və polis şöbəsində olarkən polis əməkdaşları tərəfindən təsirə, təzyiqə və zorakılığa məruz qalmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs götürülmüş “Samsung” markalı mobil telefona baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə edilməsinə dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrələrə dair özündə məlumatları əks etdirən "xxxx" MMC tərəfindən təqdim olmuş diskə baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edən hər hansı bir məlumat aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı evində saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitə əldə edərək istifadə etməsində, üzərində və yaşadığı evdə saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 qəbul etdiyi “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərar Təqsirləndirilən şəxs olduğu yerin müşahidəsinin aparılması və yaşadığı evinə baxış keçirilməsinə dair hissədə qanuni hesab edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Bərdə rayonu ərazisində narkotik vasitələri əldə etməsində və üzərində saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10:50-də Bərdə şəhəri, Bakı küçəsində saxlanılaraq Bərdə RPŞ-yə gətirilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar edilərək götürülmüş külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbənin, bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, ifadəsində qeyd etdiyi tanımadığı İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin, həmçinin narkotik vasitə və ya onun prеkursоrlаrını, eləcə də psixotrop maddə sаtmаsının müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə baxmayaraq, müsbət nəticə əldə olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-98/2019 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli əfv sərəncamına əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinikasının Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Qaçqınların və X10 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsinin xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Laçın rayonundan məcburi köçkün kimi Bərdə şəhəri, Natəvan küçəsi, Kollecin yataqxanasında məskunlaşmış və yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 01 (bir) ədəd kibrit qutusundaki 5,98 qram, həmçinin yaşadığı ünvana baxış keçirilərkən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3089,9 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanalar maddi sübut kimi tanınaraq saxlanılması üçün Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, həmçinin yaşadığı ünvana keçirilmiş baxış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, eləcə də "xxxx" MMC tərəfindən təqdim edilmiş 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsinin böyük prokuroru X14 tərəfindən 762 C-24 nömrəli araşdırma materialı üzrə xx.xx.2024-cü il tarixdə qəbul olunmuş cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən döyülməsi, fiziki təzyiqlərə məruz qalması, edilən təzyiqlərdən müdafiə olunmaq məqsədi ilə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını yalandan deyərək törətmədiyi cinayət əməlini etiraf etməsi ilə bağlı saxlanıldığı 2 saylı istintaq təcridxanasından daxil olmuş Təqsirləndirilən şəxs müraciəti əsasında Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq cinayət hadisəsi olmadığından Cinayət- Prosessual Məcəllənin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə RPŞ-nin xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş “Tibbi müayinənin keçirilməsi və tibbi yardımın göstərilməsinin qeydiyyatı” kitabının müvafiq vərəqlərinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bərdə RPŞ-nin MSY-nə daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasının xx.xx.2024cü il tarixli məktubundan və xx.xx.2024-cü il tarixli məktubuna əlavə edilmiş məhkumun tibbi kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Bərdə rayon icra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)- 98/2019 saylı hökmü, hökmün icrasına dair Penitensiar Xidmətin 10 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin xx.xx.2023-cü il tarixli məktubu xx.xx.2023-cü il tarixdə şöbənin icraatına daxil olmuş və icra edilməsi üçün xx.xx.2023-cü il tarixli məktubla DİN-nin BDYPİ-nin Yevlax şəhər 7 saylı RQİŞ-nə göndərilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş DİN-nin BDYPİ-nin Yevlax RQİ və TBŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əsas cəzasının müddətinin bitməsi barədə Yevlax RQİ və TBŞ-nə heç bir məlumat daxil olmadığı üçün ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-98/2019 saylı hökmü ilə əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası icra edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində həm üzərindən, həm də yaşadığı evindən aşkar edilmiş narkotik vasitələrin heç birinin ona məxsus olmadığını, həmin narkotik vasitələri polis əməkdaşlarının evinə və üzərinə qoyduqlarını, şəxsi axtarış və evə baxış zamanı qeydə alınmış videoçəkilişlərdə döyüldüyü və nalayiq ifadələrlə təhqir edildiyi üçün narkotik vasitənin özünə məxsus olduğunu etiraf etdiyini, döyülməsi nəticəsində qabırğasının sındığını, məhz buna görə də ibtidai istintaq zamanı etirafedici ifadələr verdiyini, yaşadığı evin qarşısına gəldikdən sonra ailə üzvləri evdən kənarlaşdırılana qədər avtomobildə gözlədiyini, ailə üzvləri evdən kənarlaşdırıldıqdan sonra polis əməkdaşlarının yaşadığı evə narkotik vasitə qoyduğunu, evə baxış üçün gedən zaman da polislərdən kiminsə telefonu ilə WhatsApp ani mesajlaşma proqramında anasına zəng edib gələcəyi barədə qabaqcadan məlumat verdiyini göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X11 və X8 ifadələrində İdris adlı polis əməkdaşının digər polis əməkdaşları ilə birlikdə onların yaşadığı evdə axtarış apardıqlarını, axtarış zamanı iştirak etmək istədiklərini bildirdikdə polislərin onları döyməklə hədələdiyini və zorla evdən kənarlaşdırıldıqlarını göstərmişlər. O cümlədən məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X16 ifadəsində iki nəfər mülki geyimli şəxsin Təqsirləndirilən şəxs qolundan tutub sonuncunu döyə-döyə apardıqlarını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs, eləcə də şahidlər X11, X8 və X16 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, təqsirləndirilən şəxsin məsuliyyətdən yayınmasına xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə, həmçinin yaşadığı evinə baxış keçirilməsi istintaq hərəkətinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər, şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinə dair videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs nəyə görə saxlanıldığını bilmədiyini, eləcə də xx.xx.2024-cü il tarixdə tutulmamışdan qabaq polislərin bir dəfə də xx.xx.2023-cü il tarixdə onun yaşadığı evinə daxil olaraq axtarış apardıqlarını göstərsə də, iş materiallarında olan Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda və digər ilkin sənədlərdə Təqsirləndirilən şəxs məhz Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı evində saxlamasında şübhəli bilindiyi üçün saxlanılaraq Bərdə RPŞ-yə gətirilməsi qeyd olunmuşdur. Müdafiə tərəfi iddia etdiyi faktla bağlı, yəni xx.xx.2024-cü il tarixdə tutulmamışdan qabaq polislərin bir dəfə də xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evinə daxil olaraq axtarış aparmalarına dair məhkəmə istintaqı zamanı məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Əksinə Təqsirləndirilən şəxs arvadı Ramilə Xıdırova məhkəmə istintaqı zamanı həmin xüsusatla bağlı verdiyi ifadəsində qorxduğu üçün xx.xx.2023-cü il tarixdə polislərin onların evinə daxil olmaları ilə bağlı heç bir yerə şikayət etmədiyini göstərmişdir. Göründüyü kimi müdafiə tərəfi hazırkı iş üzrə tutulmamışdan qabaq da polislərin onlara qarşı qanunsuzluğa yol verdiyi iddia etsə də, həmin xüsusatla bağlı şifahi sözdən başqa məhkəməyə hər hansı mötəbər sübut təqdim edə bilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi etirafedici ifadələrində sosial şəbəkədə tanış olduğu İran İslam Respublikası vətəndaşı ilə danışdıqdan sonra sonuncunun dediyi ünvana gedərək narkotik vasitəni götürdüyünü, həmin kütlələri kirayədə yaşadığı Bərdə şəhəri, S.Vurğun küçəsində yerləşən nömrəsiz evə apararaq orada yerləşən yardımçı tikilidə gizlətdiyini, həmin kütlənin birinin üstündən özü üçün istifadə etmək məqsədi ilə qurudulmuş marixuananı bir kibrit qutusuna doldurub üzərində götürdüyünü, polis əməkdaşları tərəfindən saxlanılarkən və polis şöbəsinə gətirilərkən ona qarşı zor və fiziki qüvvə tətbiq olunmadığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmışdır. Sözügedən izahat və ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən onun üzərinə və yaşadığı evinə narkotik vasitə qoyulmasını, eləcə də ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsini göstərməmiş, əksinə müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq saxlanılarkən və polis şöbəsində olarkən polislər tərəfindən ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs həmin xüsusatları müdafiəçisinin iştirakı ilə xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində videoçəkiliş vasitəsi ilə ifadə verərkən də təsdiq edərək bir daha saxlanılan zaman və polis şöbəsində olarkən ona qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin onun üzərinə və yaşadığı evinə narkotik vasitə qoymadığını, şəxsi axtarış zaman üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, İran vətəndaşı ilə danışaraq əldə etdiyini, satmaq niyyətinin olmadığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, özünü təqsirli bildiyini, əməlindən də peşman olduğunu göstərmişdir. O cümlədən xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zamanı sonuncu özü üzərində olan 01 (bir) ədəd kibrit qutusunu təqdim edərək içərisində qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitənin hər qramını 9 manata Bakı şəhərində İran vətəndaşından aldığını, kirayə yaşadığı ünvanda da narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin kütləni də İran vətəndaşından aldığını, saxlanılarkən və polis şöbəsində gətirilərkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təzyiqə və zorakılığa məruz qalmadığını, heç kimdən də şikayət və tələbinin olmadığını bildirmişdir. Habelə xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs kirayə yaşadığı ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı sonuncu özü evin arxa hissəsində olan birmərtəbəli yardımçı tikilinin içərisindəki göy rəngli dəmir seyfdən 01 (bir) ədəd qara rəngli kisə çıxararaq təqdim edib içərisində qurudulmuş marixuana olduğunu, İran vətəndaşından aldığını, sonuncunun dediyi ünvana çatdırmalı olduğunu, saxlanılarkən və polis şöbəsində gətirilərkən polis əməkdaşları tərəfindən hər hansı təsirə, təzyiqə və zorakılığa məruz qalmadığını, heç kimdən də şikayət və tələbinin olmadığını bildirmişdir. Həm şübhəli şəxsin dindirilməsi, həm şəxsi axtarış və götürmə, həm də baxış keçirilməsi istintaq hərəkətlərinə dair videoçəkilişlərdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi öz təsdiqini tapmır. Əksinə ayrı-ayrılıqda hər üç videoçəkilişdə Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin sonunda təhqiqatçının suallarına qəti olaraq cavab verib ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, üzərindən və evindən aşkar edilmiş narkotik vasitələrin də özünə məxsus olduğunu göstərmişdir. Hətta iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid3 və Nəriman Əliyev ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə şəhəri, Bakı küçəsində saxlanıldığını, saxlanılan zaman və polis şöbəsinə gətirilərkən sonuncuya qarşı hər hansı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini, heç kimin onu döymədiyini, üzərinə və yaşadığı evinə narkotik vasitə qoymadığını, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərindən aşkar olunan bir ədəd kibrit qutusundakı, eləcə də yaşadığı evin arxa tərəfindəki yardımçı tikilidən aşkar olunan iki ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalardakı narkotik vasitə qurudulmuş marixuananı Bakı şəhərində İran İslam Respublikası vətəndaşının dediyi yerdən götürərək yarımtikilidə gizlətdiyini etiraf etdiyini göstərmişlər. Eyni zamanda hazırkı məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarının onu döydüyünü iddia etsə də, həbs qətimkan tədbirinin seçilməsinə dair Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs vəsatət və təqdimata münasibət bildirərək polislər tərəfindən döyülmədiyini göstərmişdir. Eləcə də məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, narkoloji müayinədən keçərkən həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs iki ilə yaxın arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyini, aşkar edilmiş narkotik vasitəni tapdığını də bildirmişdir. Həmçinin 2 saylı istintaq təcridxanasından daxil olmuş məhkumun tibbi kittabçasının surətindən və Bərdə RPŞ-dən daxil olmuş tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü və qabırğasının sındığını iddia etsə də, məhkəmə istintaqı zamanı toplanmış tibbi sənədlərdə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması, eləcə də qabırğasının sınması öz təsdiqini tapmamışdır. Başqa sözlə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ona qarşı fiziki yaxud psixi təsirin göstərilməsi barədə bildirməyə həmin müddət ərzində kifayət qədər imkanı olmasına baxmayaraq, bu barədə nəinki bildirmiş, əksinə ibtidai istintaq zamanı verdiyi bütün izahat və ifadələrində, həmçinin istintaq hərəkətlərinin keçirilməsi zamanı verilmiş suallara şifahi olaraq ona qarşı fiziki və psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində polis əməkdaşları tərəfindən qanunsuzluğa, psixi və fiziki zorakılığa məruz qaldığını göstərsə də, iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə aparılması, yaşadığı evinə baxış keçirilməsi və şübhəli şəxs qismində dindirilməsi istintaq hərəkətlərinə dair videoçəkilişlərdə, eləcə də barəsində tərtib olunmuş tibbi sənədlərdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə, şübhəli şəxs qismində dindirilmə və yaşadığı evinə baxış keçirmə istintaq hərəkətlərinə dair videoçəkilişlərdə Təqsirləndirilən şəxs təhqiqatçısının sualına qəti olaraq cavab verib ona qarşı təsir və təzyiqlərə yol verilmədiyini, fiziki və psixi zorakılığa məruz qalmadığını, aşkar edilmiş narkotik vasitələri də Bakı şəhərində İran vətəndaşından aldığını göstərmişdir. Bundan başqa, polis əməkdaşları tərəfindən qanunsuzluğa məruz qalması barədə Təqsirləndirilən şəxs müraciəti əsasında Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində araşdırma aparılaraq təqsirləndirilən şəxsin polis əməkdaşları tərəfindən döyülməsi, təzyiqlərə məruz qalması və onun üzərinə narkotik vasitə qoyulması faktları öz təsdiqini tapmadığı üçün Cinayət-Prosessual Məcəllənin 39.1.1-ci maddəsində göstərilən bəraətverici əsasla cinayət işinin başlanmasının rədd edilməsinə baxmayaraq, məhkəməyədək icraat zamanı həmin qərardan nə Təqsirləndirilən şəxs, nə də ki müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora yaxud məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Bundan başqa, təqsirləndirilən Təqsirləndirilən şəxs, həmçinin şahidlər Ramilə Xıdırova ilə Şəhla Şirinova ifadələrində evə baxış zamanı İdris adlı polis əməkdaşının da iştirak etdiyini göstərsələr də, ibtidai istintaq materialları, həmçinin məhkəmə istintaqı zamanı toplanmış sübutlarla, dindirilmiş şahidlərin ifadələri ilə İdris adlı polis əməkdaşının Təqsirləndirilən şəxs barəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirində iştirak etməsi öz təsdiqini tapmamışdır. Müdafiə tərəfi də iddia etdiyi həmin xüsusatla bağlı məhkəmə hər hansı bir mötəbər sübut təqdim edə bilməmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı hər hansı mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda Azərbaycan Respublikası Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərarın qəbul edilməsinə baxmayaraq, həmin qərardan nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora və məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri də öz təsdiqini tapmır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, həmçinin şəxsi axtarış və götürmə aparılması, o cümlədən yaşadığı evinə baxış keçirilməsi istintaq hərəkətlərinə dair protokollar və protokollara əlavə edilmiş videoçəkilişlər, şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinə dair videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, şahidlər X11, X8 yaxın qohumları, yəni arvadı və anası, X16 isə qonşusu olduğu üçün həmin şəxslərin məhkəmə istintaqı zamanı verdiyi ifadələri qeyri-səmimidir, həqiqəti əks etdirmir, eləcə də təqsirləndirilən şəxsin lehinə olmaqla və onun cinayət məsuliyyətdən yayınmasına xidmət etməklə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilməmiş, sonuncunun əməli ittiham olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs verilmiş ittihamda onun qanunsuz olaraq külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evində saxlaması göstərilsə də, iş materiallarında olan Bərdə RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda və digər ilkin sənədlərdə əməliyyat məlumatının Təqsirləndirilən şəxs Bərdə rayonu ərazisində qanunsuz olaraq narkotik vasitələri üzərində və yaşadığı evində saxlaması barədə daxil olması qeyd olunmuşdur. Göründüyü kimi ilkin əməliyyat məlumatında narkotik vasitəni satış və ya satış məqsədi ilə əldə etməsi ilə bağlı məlumatın daxil olması göstərilməmişdir. Həmçinin əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, bir sıra əməliyyat-axtarış tədbirinin keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı kiməsə satması və ya satış məqsədi ilə əldə etməsi barədə müsbət nəticə əldə olunmamışdır. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Nəriman Əliyev və Şahid3 ifadələrində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı sübut əldə edə bilmədiklərini göstərmişlər. Habelə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilməklə verdiyi qismən etirafedici ifadələrində üzərindən və evindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananı İran İslam Respublikası vətəndaşının sifarişi əsasında götürdüyünü, həmin narkotik vasitəni satmaq məqsədinin olmadığını, şəxsi istifadəsi üçün saxladığını göstərmişdir. Hətta şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefona baxış zamanı, eləcə də sonuncunun istifadəsində olmuş +99***-***- **-** və +99***-***-**-** mobil nömrələrinə dair mobil operatoru tərəfindən təqdim olunmuş məlumatlara baxış zamanı narkotik vasitələrin və psixotrop maddələrin satışına və ya satış məqsədi ilə əldə olunmasına dair iş üçün əhəmiyyət kəsb edəcək hər hansı məlumat aşkar olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi məhkəmə-narkoloji ekspertizasının rəyi ilə də öz təsdiqini tapmışdır. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamda onun narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evində saxlaması göstərilsə də, işin faktiki halları, əsasən də elə ibtidai istintaq orqanının istinad etdiyi ilkin raportlar və əməliyyat tapşırığına cavab məktubu ilə Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə əldə etməsi hər hansı bir mötəbər sübutla təsdiq olunmur, əksinə ilkin raportlarda və əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs verilmiş ittihamla ziddiyyət təşkil edən məlumatlar əks olunaraq, əməliyyat məlumatının narkotik vasitələri üzərində və yaşadığı evində saxlaması, eləcə də onun narkotik vasitə qurudulmuş marixuananı hansı mənbədən əldə etməsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Bütün yuxarıda qeyd olunanlara baxmayaraq, ibtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında heç bir əsaslandırma aparılmadan, yalnız formal mülahizələrə əsaslanaraq Təqsirləndirilən şəxs qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bu hal isə cinayət qanunvericiliyinin ümumi qəbul edilmiş prinsiplərinə əsasən yolverilməzdir. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı evində saxlaması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında narkotik vasitə qurudulmuş marixuananı məhz sifariş əsasında əldə etməsinə, çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Əksinə əməliyyat tapşırığına cavab məktubunda bir sıra əməliyyat-axtarış tədbirləri keçirilməsinə baxmayaraq, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitə qurudulmuş marixuananı hansı mənbədən əldə etməsini, eləcə də onun narkotik vasitə və psixotrop maddə satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə irəli sürülmüş ittihamı təsdiqləyən hər hansı bir mötəbər sübut mövcud olmadığı halda, istintaq orqanı törədilən əməlin hüquqi tövsifinə dair qənaətini yalnız formal mülahizələrlə əsaslandırmağa çalışmışdır. Halbuki cinayət işinin materiallarında olan sübutlar əsasında Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı istifadəçisi olduğunu güman etmək olsa da, onun qurudulmuş marixuananı satış məqsədilə, əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə əldə etməsini təsdiqləyən yetərli sübutları aşkar etmək olmur. Yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda əldə edib üzərində və yaşadığı evində saxlamasını təsdiq edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qarşı narkotik vasitə qurudulmuş marixuananı məhz satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evində saxlaması ilə bağlı ittiham irəli sürsə də, Ali Məhkəməsinin Plenumunun həmin Qərarında formalaşmış hüquqi mövqeyə uyğun olaraq təqsirləndirilən şəxsin əldə etdiyi narkotik vasitəni satmaq niyyətində olmasını hər hansı bir mötəbər sübutla təsdiq edə bilməmişdir. Bundan başqa, cinayət işinin materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edərkən aşkar olunan narkotik vasitənin külli miqdarda olması ilə yanaşı satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatını da əsas götürmüşdür. Bununla belə, cinayət işində satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının mötəbərliyini, yəni həqiqətə uyğunluğunu təsdiq edə biləcək heç bir sübut, sənəd, material və s. mövcud deyildir. Eləcə də cinayət işinin materiallarından satış məqsədi ilə bağlı daxil olmuş əməliyyat məlumatının nədən ibarət olması, həmin məlumatın Təqsirləndirilən şəxs təqsirini hansı qaydada təsdiq etməsini və onun hansı qaydada sübut kimi qəbul edilməsini də müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, sadəcə söz yığınından ibarət olan satışla əlaqədar əməliyyat məlumatına əsaslanıb Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinin tələblərinə ziddir. Cinayət-Prosessual Məcəllənin 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəllənin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi qeyd edir ki, cinayət-prosessual qanunvericiliyin tələbinə görə hər hansı şəxsin cinayət törədilməsində təqsirli bilinməsi barədə istintaq orqanın (ittiham tərəfinin) təqdim etdiyi sübutlar konkret, mötəbər və kifayət qədər olmalı, şübhələr və ya ehtimallar üzərində qurulmamalı, mülahizələrə əsaslanmamalı, inandırıcı və “ağlabatan” olmalı, məhkəmədə daxili inam yaratmalıdır. Narkotik vasitənin külli miqdarda olması şəxsin əməlinin Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi üçün yetərli deyil, həmin narkotik vasitənin satış məqsədi ilə əldə edilməsi hər bir fərdi halda cinayət işi üzrə toplanmış sübutların məcmusu ilə müqayisəli şəkildə qiymətləndirilməlidir ona görə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə görə, miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin yayılmasına yönəldilmiş hərəkətlər yalnız əvəzli və ya qazanc əldə edilməsi, yaxud digər şəxsi maraq məqsədlə həyata keçirildikdə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması hesab edilir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitənin satış məqsədi ilə əldə edilməsinə dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsin üzərindən və yaşadığı evindən sadəcə aşkar edilmiş narkotik vasitənin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitəni satış məqsədi ilə əldə edib üzərində və yaşadığı evində saxlaması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin prinsiplərinə zidd olardı. Bundan başqa, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il tarixdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində narkotik vasitəni İran İslan Respublikası vətəndaşından əldə etdiyini, həmin narkotiki İranlının göstərdiyi ünvana çatdırmağını müqabilində sonuncunun ona 200 manat pul təklif etdiyini, pula ehtiyacı olduğu üçün də narkotik vasitəsi götürməyinə razılıq verdiyini bildirsə də, əməliyyat tapşırığına cavab məktubunda İran İslam Respublikası vətəndaşının şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmadığı göstərilmişdir. Həmçinin ibtidai istintaq orqanı narkotik vasitəni məhz İranlıdan əldə etməsinə və sonuncunun dediyi ünvana çatdırmalı olmasına dair hər hansı bir mötəbər sübut əldə edə bilmədiyi üçün Təqsirləndirilən şəxs məhz buna görə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə ittiham irəli sürməmiş, əksinə təqsirləndirilən şəxsə verilmiş ittihamda onun narkotik vasitəni istintaqa məlum olmayan mənbədən və tarixdə əldə etməsi göstərilmişdir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində iranlı ilə bağlı göstərdiyi xüsusatın təsdiq olunmadığına dəlalət edir. Bununla da, yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edərək üzərində və yaşadığı evində saxlaması tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan qurudulmuş marixuananın qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 4-cü bəndində göstərilmişdir ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsinin izahı Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddənin mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanmasının izahı verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsinə dair izah Qanunun 1.0.8-ci maddəsində təsbit edilmişdir. Qanunun 1.0.8-ci maddəsində prekursorlar birbaşa qeyd olunmasa da, normanın mənasına görə istər narkotik vasitənin və ya psixotrop maddənin, istərsə də prekursorların şəxsin özündə, o cümlədən bilavasitə üzərində (çantasında, paltarında, daxilində gizlətməklə və s.) nəqliyyat vasitələri ilə və ya nəqliyyat vasitələrinə aid olmayan digər daşıma vasitələrindən istifadə etməklə yerinin dəyişdirilməsi üzrə hərəkətlər onların daşınması kimi, belə vasitələrin (maddələrin, prekursorların) göndərən şəxsin özünün bilavasitə iştirakı olmadan yerinin dəyişdirilməsi üzrə hərəkətlər isə, məsələn, poçtla, baqajla, predmetin narkotik vasitələr və ya psixotrop maddələr, onların prekursoru olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə təyinat yerinə aparılması onların göndərilməsi kimi qiymətləndirilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana (kannabis) narkotik vasitə hesab olunur, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 500 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/370 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tərkibinə görə eynilik təşkil edən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd kibrit qutusundakı və onun yaşadığı evin həyətində yerləşən yardımçı tikilidən aşkar edilmiş 2 (iki) ədəd üzəri yapışqanlı lentlə sarınmış qara rəngli torbalardakı narkotik vasitə olan qurudulmuş marixuananın ümumi təmiz çəkisi 3096,03 qram olmaqla külli miqdar təşkil edir. Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2023-cü il tarixli əfv sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Göründüyü kimi, şəxsin əməlində cinayətlərin residivinin mövcud olması üçün ən əsası təqsirləndirilən şəxsin törədilmiş cinayət əməlinə psixi münasibəti təqsirin qəsd formasında olmasıdır. Qeyd edilənə uyğun olaraq məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsində nəzərdə tutulan “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma” cinayəti təqsirin ehtiyatsızlıq formasında törədilən cinayətə aid olduğu üçün Təqsirləndirilən şəxs əməlində cinayətin residivini mövcud deyildir. Bununla belə, iş materiallarında olan DİN-nin BDYPİ-nin Yevlax RQİ və TBŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs əsas cəzasının müddətinin bitməsi barədə Yevlax RQİ və TBŞ-nə heç bir məlumat daxil olmadığı üçün ona Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-98/2019 saylı hökmü ilə əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası icra edilməmişdir. Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Göründüyü kimi, Təqsirləndirilən şəxs əfvetmə aktı ilə əsas cəza kimi ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının qalan hissəsini çəkməkdən azad edilsə də, əlavə cəza kimi ona təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını real olaraq çəkməməmişdir. Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, Cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinə əsasən, əsas cəzanı çəkib qurtarmış, yaxud əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş və ya cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilmiş şəxsin çəkilməmiş əlavə cəzası olduğu hallarda, məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı gündən hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli Qərarında göstərilmiş hüquqi mövqeyə görə, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında əks olunmuş hüquqi mövqelərini və Cinayət Məcəlləsinin 83.4-1-ci maddəsinin tələblərini nəzərə alaraq bir daha qeyd edir ki, bir hökmlə qəti olaraq bir neçə cəzaya (həmin cəzaların hər birinin əsas cəza yaxud əsas və əlavə cəza olmasından asılı olmayaraq) məhkum edilmiş şəxsin məhkumluğunun ödənilməsi müddətinin axımı ümumi qaydaya müvafiq olaraq şəxs barəsində təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır və bu zaman qəti cəzanın parçalanmasına, hər bir cəza üçün məhkumluq müddətinin müstəqil, yəni cəzalardan birinə görə bu müddətin bir tarixdən, digərinə görə isə başqa tarixdən hesablanmasına yol verilə bilməz. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-98/2019 saylı hökmü ilə ona əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasını real olaraq çəkib qurtarmadığı üçün həmin hökm üzrə onun məhkumluğun ödənilməsi müddətinin axımı hazırkı iş üzrə tutulan günə qədər başlamamış və buna görə də o, məhkum olunmuş şəxs hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2010-cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin yüksək ictimai təhlükəli şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək, ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən, hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Hazırkı işin faktiki halından görünür ki, Təqsirləndirilən şəxs qəsdən ittiham olunduğu ağır cinayətlər təsnifatına aid cinayət əməlini əvvəlki hökmlə təyin edilmiş əlavə cəzanı çəkmədiyi müddət ərzində törətmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 19-cu bəndində qeyd edilmişdir ki, əvvəlki hökm üzrə çəkilməmiş əlavə cəza hökmlərin məcmusu üzrə təyin edilmiş əsas cəzaya yalnız əlavə cəza qismində birləşdirilə bilər, yaxud yeni hökmlə təyin edilmiş həmin növdən olan əlavə cəza ilə CM-in Ümumi hissəsinin müvafiq maddəsinin bu cəza növü üçün müəyyən etdiyi hədlərdən çox olmamaqla toplanıla bilər. Məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(100)-98/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırkı hökmlə ona təyin ediləcək müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilməklə, Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 52-ci bəndində göstərilmişdir ki, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi yeri (həbsxana və ya müəyyən növ cəzaçəkmə müəssisəsi) yalnız qəti cəza təyin edildikdən sonra göstərilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş 30 (otuz) iş saatı (25 iş saat xx.xx.2025-ci il tarixədək, 5 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından Müdafiəçi üçün 205 (iki yüz beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,98 qram, həmçinin onun yaşadığı evinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3089,9 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar məhv edilməli, Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, o cümlədən onun yaşadığı evinə keçirilmiş baxış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC-dən təqdim olunmuş 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 933 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 21 mart 2024-cü il tarixdən hesablansın. Dövlət büdcəsi hesabından Müdafiəçi üçün 205 (iki yüz beş) manat pul onun vəkil işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 5,98 qram, həmçinin onun yaşadığı evinə baxış keçirilən zaman aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 3089,9 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalar məhv edilsin. Təqsirləndirilən şəxs üzərində aparılmış şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, o cümlədən onun yaşadığı evinə keçirilmiş baxış və götürmə istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, şübhəli şəxsin dindirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk və "xxxx" MMC-dən təqdim olunmuş 01 (bir) ədəd disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar