Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-235/2021 24.06.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Natiq Mürsəl oğlu sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlunun (mərzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X2 və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 1986-cı il tarixdə Bərdə şəhərində anadan оlmuş, Аzərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Bərdə şəhəri S.Zöhrabbəyov küçəsi ev 19 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən Təqsirləndirilən şəxs istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, о, satış məqsədilə qanunsuz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun 1-ci və 2-ci siyahılarına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,689 qram olan narkotik vasitə - heroini, təmiz çəkisi 0,417 qram olan psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlamış, Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri H.Aslanov küçəsində saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmiş, 08 fevral 2021-ci il tarixdə saat 17:55-də polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə aparılan zaman onun əynində olan qara rəngli gödəkçənin sol yan cibindən külli miqdarda, yəni 2 (iki) ədəd polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 1,306 qram və 1,383 qram, ümumi təmiz çəkisi 2,689 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə - heroin və 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,417 qram olan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Аzərbаycаn Rеspublikаsı CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, narkotik vasitələr qəbul etmişdir. 08 fevral 2021-ci il tarixdə saat 15:00 radələrində o, narkotik vasitə almaq məqsədilə Bərdə rayon Zümürxan kəndinə getmiş, həmin kənddə Taryel adlı tanışından hər qramına görə 30 manat, ümumilikdə 90 manat pul ödəməklə 3 qram heroin almışdır. O, Taryeldən metamfetamin olub-olmamasını soruşmuş, Taryel isə ona metamfetamin olduğunu bildirmişdir. O, Taryeldən bir büküm də psixotrop vasitə hesab edilən “şüşə” almış və sonra Bərdə şəhərinə qayıtmışdır. O, Bərdə şəhəri H.Aslanov küçəsi ilə gedərkən Bərdə rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək sonuncuya üzərində narkotik vasitə saxlamağı barədə məlumatlarının olduğunu bildirib, onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində onun üzərinə şəxsi axtarış keçirilmiş, bu zaman o, əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 3 ədəd büküm çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra polis əməkdaşlarına bükümlərdən ikisinin içərisində narkotik vasitə hesab edilən heroin, birində isə “şüşə” adlandırılan psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Bundan sonra aşkar edilmiş bükümlər birlikdə təhqiqatçı tərəfindən elektron tərəzidə çəkilmiş və heroinin 2,87 qram, metamfetaminin isə 0,63 qram çəkiyə malik olması müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş narkotik vasitə və psixotrop maddə təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri imzalandıqdan sonra təhqiqatçı tərəfindən götürülmüşdür. Bunun ardınca protokol tərtib edilmiş, o da digər iştirakçılar ilə birlikdə həmin protokolu imzalamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni Bərdə rayonu Zümürxan kəndində yaşayan Taryel adlı şəxsdən yalnız şəxsi istifadəsi üçün alıb üzərində saxlamış və heç kimə narkotik vasitə satmamış və onun qanunsuz dövriyyəsi ilə məşğul olmamışdır. Ona görədə əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin məcəllənin 234.1-ci maddəsinə tövsif olunmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 08 fevral 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələr və psixotrop maddələrdən istifadə etməsi, qanunsuz dövriyyəsi ilə məşğul olması, mütəmadi şəkildə üzərində narkotik vasitə gəzdirməsi barədə məlumat olduğu üçün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və o, Bərdə şəhəri H.Aslanov küçəsində saxlanılaraq saat 17:00 radələrində Bərdə rayon polis şöbəsinə gətirilmişdir. Həmin gün Şahid2 iştirakı ilə polis şöbəsinin inzibati binasında Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında Bərdə rayon Vəkil Bürosunun vəkili İslam Teymurov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə olunmaqla şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilmiş və əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 3 ədəd bükümdə olan kütlələr çıxarmışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, ancaq şəxsin üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin ikisinin içərisində özü istifadə etmək üçün narkotik vasitə olan heroin, birinin içərisində isə “şüşə” adlandırılan psixotrop maddənin olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs həmin bükümlərin içərisindəki narkotik vasitə və psixotrop maddəni 08 fevral 2021-ci il tarixdə Bərdə rayonu Zümürxan kəndində yaşayan Taryel adlı şəxsdən 90 manata aldığını söyləmişdir. Bunun ardınca şəxsin təqdim etdiyi, içərisində heroinə bənzər kütlə olan 2 büküm və içərisində metamfetaminə bənzər kütlə olan 1 büküm elektron tərəzidə çəkilmiş, müvafiq olaraq çəkilərinin 2,87 qram və 0,63 qram olması müəyyənləşdirilmişdir. Bundan sonra həmin bükümlər zərfə qoyularaq üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək iştirakçılar ilə birlikdə imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunsa da onun kiməsə narkotik vasitə satması məlumatı öz təsdiqini tapmamış və sübuta yetirilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, taksi sürücüsü kimi fəaliyyət göstərmişdir. 2021-ci ilin fevral ayının əvvəllərində günorta saatlarında Bərdə şəhərində yerləşən 8 nömrəli məktəbin yaxınlığında dayanıb müştəri gözləyən zaman Anar onun avtomobilinə əyləşib onu Bərdə rayonu Zümürxan kəndinə aparmağını istəmişdir. Yolda olarkən Anar ona bir nəfər şəxs ilə görüşməli olduğunu söyləsə də konkret olaraq həmin şəxslə hansı məqsədlə görüşəcəyi barədə heç nə deməmişdir. O, Anarı Zümürxan kəndinə çatdırdıqdan sonra Anar ona avtomobili yolun kənarında saxlasını, bir nəfər şəxs ilə görüşüb geri qayıdacağını bildirmişdir. O da Anarı yolun kənarında avtomobildən düşürmüşdür. O, Anarın kiminlə görüşdüyünü görə bilməmişdir. Bir qədər sonra Anar qayıdıb gəlmiş və avtomobilə əyləşərək Bərdə şəhərinə qayıdacağını bildirmişdir. Bundan təxminən 5-6 gün sonra, yəni 08 fevral 2021-ci il tarixdə o, qeyd etdiyi yerdə dayanıb müştəri gözləyərkən Anar yenidən gəlib onun avtomobilinə əyləşmiş və bu dəfə də avtomobili ötən dəfəki qaydada Zümürxan kəndinin ərazisində yolun kənarına doğru idarə etməsini istəmişdir. Həmin yerə çatdıqdan sonra Anar avtomobildən düşmüş və bir neçə dəqiqə sonra qayıdıb gəlib avtomobilə əyləşərək Bərdə şəhərinə gedəcəyini bildirmişdir. Avtomobili Bərdə şəhərinə doğru idarə edən zaman dəmiryolu relsinin yaxınlığına çatmağa az qalmış onların avtomobili polis əməkdaşları tərəfindən saxlanılmış və polis əməkdaşları Anarı avtomobilə əyləşdirərək aparmışlar. Sonradan o, Anarın narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün saxlanıldığını və həbs edildiyini eşitmişdir. Onun yanında Anar üzərindən heç bir narkotik vasitə çıxarıb göstərməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 fevral 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08 fevral 2021-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 ədəd şəffaf sellofan bükümdə narkotik vasitə hesab edilən heroini və 1 ədəd “gümüşü” rəngli bükümdə psixotrop maddə hesab edilən metamfetamini çıxarıb təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının 09 fevral 2021-ci il tаriхli 16/123 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs.” sözləri və imzalar olan zərfdəki 2 (iki) ədəd polietilen kəsiyi bükümlərində ayrıayrılıqda təmiz çəkiləri 1,306 qram, 1,383 qram, ümumi təmiz çəkisi 2,689 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroin, 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,417 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi icazə) tələb olunan prekursorlar”ın siyahısına əsaslanaraq yoxlanılmış və müəyyən olunmuşdur ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 10 fevral 2021-ci il tarixli, 4(021)-10/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərmənzil Komplekt Layihə Təmir Birliyinin Bərdə Mənzil Təmir İstismar Sahəsindən daxil olmuş 03 mart 2021-ci il tarixli 108 nömrəli arayışdan və 109 nömrəli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yaşamışdır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 29 aprel 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 04 may 2021-ci il tarixli 498 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və metamfetamindən sui-istifadə nəticəsində yaranmış nаrkоmаniya xəstəliyindən əzаb çəkir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı var. Narkolоji kabinetdə qеydiyyаtа alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon polis şöbəsinin 05 may 2021-ci il tarixli cavabından görünür ki, Bərdə şəhəri S.Zöhrabbəyov küçəsi ev 19 ünvanında yaşamış və həbsdə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni almasında vasitəçilik etmiş Nicat adlı narkotik vasitə istifadəçisi olan şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə və psixotrop maddəni aldığı şəxsin X6 olması müəyyən edilmiş, X3 Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfetamini çatdıran şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmamış, həmçinin Taryel Aslanovun olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 08.05.2021ci il tarixli sübutların qiymətləndirləməsi haqqında qərardan görünür ki, ümumi təmiz çəkisi 2,589 qram olan narkotik vasitə - heroin, ümumi təmiz çəkisi 0,367 qram olan psixotrop maddə - metamfetamin və şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk 08 may 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək narkotik vasitəni satmaq üçün deyil şəxsi istifadə üçün saxladığını bildirmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı ifadələrində göstərdiyi xüsusatlar daha real olduğundan və işin faktiki hallarına uyğun gəldiyindən, onun ibtidai istintaq zamanı şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələri sübut kimi qəbul edilməlidir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Bununla yanaşı, məhkəmə tərkibi ibtidai istintaq orqanının gəldiyi nəticə və təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla razılaşmır və hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham onun tərəfindən törədilmiş cinayət əməlinə uyğun deyil. Belə ki, cinayət işinin materiallarından görünür ki Təqsirləndirilən şəxs tutulanadək onun narkotik vasitələrin satışı ilə məşğul olması, kiməsə narkotik vasitə hesab edilən heroin və psixotrop maddə olan metafetamin satması, narkotik vasitələrin satışı ilə bağlı digər şəxslərlə münasibət qurması, habelə onun satış məqsədi ilə narkotik vasitələri əldə etməsi ilə bağlı dəqiq və yoxlanılmış məlumat olmamışdır. Yəni, hüquq mühafizə orqanları Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı obyektiv məlumata sahib olmamışlar. Məhkəmə istintaqında şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1 və Şahid2 təqsirləndirilən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatının daxil olmasını bildirsələr də, sonradan Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına münasibətdə müsbət nəticə əldə edə bilmədiklərini məhkəmədə təsdiq etmişlər. Məhkəmə hesab edir ki, hər hansı şəxsin qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə və psixotrop maddələri əldə etməsi, qeyd edilən vasitə və maddələrin satışı ilə məşğul olması mötəbər sübutlarla təsdiq olunmalıdır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə bağlı ittiham irəli sürülməsinə baxmayaraq, ibtidai istintaq dövründə onun narkotik vasitələrin satışı ilə məşğul olması, narkotik vasitələrin satışı ilə bağlı kiminləsə danışıq aparması və bu barədə sövdələşməsi ilə əlaqədar hər hansı bir sübut əldə edilməmişdir. Ümumiyyətlə cinayət işinin materiallarında Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edə biləcək heç bir sübut yoxdur. Məhkəmə belə qənaətə gəlir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə olan heroin və psixotrop maddə metamfetamin əldə etməsi, üzərində saxlaması və gəzdirməsi, habelə 08 fevral 2021-ci il tarixdə tarixdə onun üzərindən külli miqdarda, ümumi təmiz çəkisi 2,589 qram olan narkotik vasitə - heroin, ümumi təmiz çəkisi 0,367 qram olan psixotrop maddə - metamfetamin aşkar edilməsi öz təsdiqini tapsa da, onun həmin narkotik vasitəni məhz satış məqsədi ilə əldə etməsi öz təsdiqini tapmamışdır. Bu səbəbdən də məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni və psixotrop maddəni satmaq məqsədi ilə deyil, əksinə öz istifadəsi üçün qanunsuz olaraq əldə etmiş, saxlamış və daşımışdır. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təsirləndirilən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətlə bağlı ittiham irəli sürərkən mötəbər və obyektiv sübutlara əsaslanmalı olduğu halda bunları etməmişdir. Belə ki, həm ittiham aktından, həm də cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamın əsasını yalnız aşkar edilmiş narkotik vasitə olan heroinin külli miqdar, psixotrop maddə metamfetaminin çəkisinin isə şəxsi istehlakdan dəfələrlə artıq miqdarda olması təşkil etmişdir. Bundan başqa, təsirləndirilən Təqsirləndirilən şəxs istər şübhəli şəxs qismində dindirilərkən, istərsə də Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı ittiham irəli sürülərkən özünü qismən təqsirli bilib eyni məzmunlu ifadələr verərək ondan aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və həmin vasitəni satmaq niyyətinin olmadığını bildirmişdir. Qeyd olunan xüsusat şəxsi axtarış aparılması və götürmə barədə 08 may 2021-ci il tarixli protokolda və həmin protokola əlavə edilmiş 1 ədəd DVD diskdə də öz əksini tapmışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai istintaq orqanı yuxarıda qeyd edilən halları nəzərə almadan təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi ilə narkotik vasitə olan heroin və psixotrop maddə metafetamin əldə etməsi, saxlaması və daşıması barədə yanlış nəticəyə gəlmişdir. İbtidai istintaq orqanı belə bir nəticəyə gəlsə də, gəldiyi nəticəni təsdiq edəcək heç bir sübut əldə etməmiş və həmin sübutları cinayət işinin materiallarına əlavə etməmişdir. Həmçinin, məhkəmə tərkibi hesab edir ki, şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasına istinad edib ehtimalla narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təsirləndirilən Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edə biləcək hər hansı bir sübutun olmadığı halda, onun tərəfindən məhz satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə heroin və psixotrop maddə metafetaminin əldə edilməsi, saxlanması və daşınması qənaətinə gəlmək mümkün deyil. Nakotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixtrop maddələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmçinin, sözügedən Qanunun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir.Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Məhkəmə tərkibi belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı təqsirləndirilən şəxsin satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə hesab edilən heroin və psixotrop maddə metafetamin əldə etməsi, saxlaması və daşıması nəticəsinə gələrkən iş üzrə toplanmış mötəbər sübutlara deyil, öz şəxsi mülahizələrinə, ehtimallarına və şübhələrinə, eləcə də öz təsdiqini tapmamış məlumatlara əsaslanmışdır. Həmin şübhələri isə iş üzrə toplanmış digər sübutlarla aradan qaldırmaq mümkün deyildir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 21.2 maddəsində təsbit olunmuş təqsirsizlik prezumpsiyası prinsipinə əsasən şəxsin təqsirli olmasına əsaslı şübhələr varsa da, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Həmin Məcəllənin 28.5-ci maddəsinə əsasən şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmuyu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə tərkibi hesab edir ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs ümumi təmiz çəkisi 2,589 qram olan narkotik vasitə - heroini və ümumi təmiz çəkisi 0,367 qram olan psixotrop maddə - metamfetamini satış məqsədi ilə deyil, öz istifadəsi üçün saxlaması müəyyən olunduğundan onun əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən, həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq ümumi təmiz çəkisi 2,589 qram olan narkotik vasitə - heroini və ümumi təmiz çəkisi 0,367 qram olan psixotrop maddə - metamfetamini əldə edib üzərində saxlayıb daşımışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış aparılması və götürmə protokolu, istintaq hərəkətləri zamanı aparılmış video-çəkilişlə, işdə olan digər sübutlarla, həmçinin məhkəmə istintaqı zamanı araşdırılmış işin faktiki halları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnın 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 08 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon polis şöbəsində saxlanılan qalıq çəkisi ümumi təmiz çəkisi 2,589 qram olan narkotik vasitə - heroin, ümumi təmiz çəkisi 0,367 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 (otuz iki manat qırx qəpik) manat məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs maddi imkanı olmadığı üçün onun hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X2 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 08 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Bərdə rayon polis şöbəsində saxlanılan qalıq çəkisi ümumi təmiz çəkisi 2,589 qram olan narkotik vasitə - heroin, ümumi təmiz çəkisi 0,367 qram olan psixotrop maddə - metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhər BPİ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 01 (bir) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirdiyindən 90 (doxsan) manat manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-235/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-235/2021
24.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver