Məhkəmə qərarları › İş №1(100)-235/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-235/2022

12.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-235/2022 12.05.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Əliyev Nural Turab oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı– Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1984-cü il tarixdə Oğuz rayonu Bayan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 iyun 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.4, 120.2.5 və 120.2.9-cu maddələri ilə məhkum olunmuş və məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, Oğuz rayonu Bayan kəndində qeydiyyatda olmaqla həbs edilənədək Ağdam rayonu Quzanlı qəsəbəsində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.2, 228.4 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs sərxoş vəziyyətdə 09 dekabr 2021-ci il tarixdə saat 17 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən arvadı Şahid5 məxsus fərdi yaşayış evinin həyətində və evin dəmir qapısının qarşısındakı küçədə həmin evə verilən elektrik enerjisinin sərfiyyatına görə yaranmış və 01 dekabr 2021-ci il tarixdə 21/1027 nömrəli xəbərdarlıq bildirişi ilə ödənilməsi tələb olunan 148,14 (bir yüz qırx səkkiz manat on dörd qəpik) manat debitor borcun ödənilməməsinə görə "xxxx" ASC-nin Aran X13 və Satışı İdarəsinin Ağdam Elektrik Şəbəkəsində nəzarətçi-mühəndis vəzifəsində işləyən Zərərçəkmiş şəxs1 və həmin Şəbəkədə elektrik montyoru işləyən Şahid4 tərəfindən 09 dekabr 2021-ci il tarixdə saat 10 radələrində verilməsi dayandırılmış elektrik enerjisini həmin gün saat 15 radələrində elektrik naqilini qarmaq şəklində düzəldib sayğaca giriş xəttini zədələməklə elektrik şəbəkəsinə qanunsuz qoşaraq elektrik enerjisinin verilməsinin bərpa edilməsini müəyyən edən və bunun qarşısını almaq istəyən 08 iyul 2020-ci il tarixli K/20-02677-2 nömrəli əmrlə "xxxx" ASC-nin Enerji Alışı və Balans İdarəsinin rayon və regional balans bölməsinin balans hesabatı üzrə mühəndisi vəzifəsində işləməklə həmin vəzifəyə dair təlimatın 3.2-ci bəndinə əsasən rayon və X13 və satış idarələrinin elektrik şəbəkələrinin xidməti ərazisində elektrik enerjisinin alışına və balans uçotuna aid bütün məsələlərin həllində nöqsanların aradan qaldırılması, bunlara yol verən şəxslərə qarşı tədbir görülməsi və ya onların cəzalandırılması üçün dərhal bölmə rəhbərinin qarşısında məsələ qaldırmaq səlahiyyəti və sair xidməti vəzifələri yerinə yetirən hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs2 və 30 aprel 2015-ci il tarixli K-15-0334 nömrəli əmrlə həmin ASC-nin Aran X13 və Satışı İdarəsinin Ağdam X7 satış sahəsinin nəzarətçimühəndisi vəzifəsində işləməklə həmin vəzifəyə dair təlimatın 19, 27, 28, 29, 35, 36 və 38ci bəndlərinə əsasən debitor borcların yaranma səbəblərini araşdırmaq və ödənilməsini təmin etmək, elektrik enerjisinə olan borcların ödənişini təmin etmək, kəsim ilə bağlı məsələlərin təşkili və nəzarətdə saxlanılmasını təmin etmək, şəbəkəyə qanunsuz qoşulma hallarını aşkarlamaq və müvafiq tədbirlər görmək, elektrik enerjisinə olan borc siyahılarına əsasən ödənişin təşkilini təmin etmək, şəbəkəyə qanunsuz qoşulma hallarını aşkarlamaq və aparıcı mühəndisi məlumatlandırmaq səlahiyyəti və sair xidməti vəzifələri yerinə yetirən hakimiyyət nümayəndəsi Zərərçəkmiş şəxs1 cinsiyyət orqanının adını çəkərək nalayiq ifadə işlədib yaşadığı evin həyətindən çıxmalarını tələb edib evin qonaq otağında yerləşən güzgülü dolabın siyirməsindən götürdüyü 2020-ci ilin yay fəslində, istintaqla tarixi, vaxtı və ünvanı dəqiq müəyyən edilə bilməyən Bərdə şəhəri ərazisində yerləşən mağazadan qanunsuz olaraq əldə etdiyi, tiyəsi bozumtul-gümüşü rəngli metaldan olmaqla uzunluğu 91 mm, əsasında eni 25 mm, qalınlığı 4 mm, dəstəyi 2 ədəd eyni rəngli metal löhvədən olmaqla uzunluğu 116 mm, əsasında eni 30 mm, qalınlığı 9 mm olan, zavod üsulu ilə hazırlanmış, ümumi təyinatlı, qatlanan ov bıçaqlarına uyğun kəsici-deşici xassəyə malik soyuq silah hesab edilən bıçaqla xidməti vəzifələrini yerinə yetirərkən Zərərçəkmiş şəxs1 zor tətbiq edib qəsdən bir dəfə zərbə vuraraq sol qoltuqaltı nahiyənin çapıq toxuması sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən xəsarət, Zərərçəkmiş şəxs2 isə zor tətbiq edib qəsdən bir dəfə zərbə vuraraq döş qəfəsinin soltərəfli torakoabdominal yaralanması, hemotoraks, dalağın kəsilmiş yarası, daxili qanaxma dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə qanunsuz olaraq soyuq silah əldə edib, hakimiyyət nümayəndələrinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərib zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığa ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.2, 228.4 və 315-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2004-cü ildə hərbi xidmətdən qayıtdıqdan bir neçə ay sonra Oğuz rayonu Bayan kəndində yerləşən evdə ögey anasını qəsdən öldürmüş, bu səbəbdən 13 il müddətinə azadlıqdan məhrum edilmişdir. 2021-ci ilin oktyabr ayında iş tapa bilmədiyi üçün Oğuz rayonu Bayan kəndindən Elmira ilə birlikdə Ağdam rayonu Quzanlı qəsəbəsinə gəlmiş, həmin vaxtdan qəsəbədə yaşamışlar. Ağdam rayonunda iş tapa bilmədiyindən müxtəlif ünvanlarda fəhləlik edərək özünü və arvadını dolandırmışdır. Maddi durumu aşağı olduğu üçün elektrik enerjisinin aylıq sərfiyyatına görə yaranmış borcu ödəyə bilməmişdir. Hər ay “Tariyel” adı ilə tanıdığı şəxs yaşadığı ünvana gələrək elektrik sayğacının üzərindəki göstəriciləri qeyd etməklə aylıq elektrik enerjisinə görə yaranmış borcu hesablamış, bundan bir neçə gün sonra isə borc bildirişini gətirmişdir. Evdə olmadığı zamanlarda “Tariyel” bildirişi evin qapısına ilişdirərək çıxıb getmişdir. Sonuncu dəfə təxminən hadisədən 2-3 gün əvvəl “Tariyel” adlı şəxs yaşadığı ünvana bildiriş gətirmiş, nə özü, nə də arvadı Elmira evdə olmadığı üçün bildirişi evin qapısına ilişdirib getmiş, həmin gün yolda arvadını görmüş və heç olmasa, bu ay 20-30 manat tapıb ödəmələrini demiş, əks halda elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq etmişdir. Həmin bildirişdə elektrik enerjisinə görə yaranmış ümumi borcun 120 manat olması göstərilmiş, lakin borcu ödəyə bilməmişlər. Bu səbəbdən 09 dekabr 2021-ci il tarixdə saat 10:00 radələrində Elmira ilə birlikdə evdə olarkən “Tariyel”in onu çağırdığını eşitmişdir. Onlar evdən çölə çıxanda “Tariyel”in adlarını bilmədiyi başqa 2 nəfər şəxs ilə birlikdə gəldiyini görmüşlər. “Tariyel” elektrik enerjisinə görə yaranan borcu ödəməyən abonentlərin evlərinə, o cümlədən onların evinə elektrik enerjisinin verilməsinin dayandırılacağını bildirmiş, o isə borcu ödəməyə heç cür maddi imkanı olmadığını deyib elektrik enerjisinin dayandırılmasına etiraz etməmişdir. Bundan sonra “Tariyel” ilə birlikdə gələn şəxslərdən yaşda böyük olanı mobil telefon vasitəsilə videoçəkiliş aparmağa başlamış, yaşda kiçik olanı isə evin həyətyanı sahəsində yerləşən elektrik dirəyinə dırmaşmışdır. Elektrik dirəyinə dırmaşan şəxs əynindəki şalvarın kəmərinə bərkidilmiş kəlbətin vasitəsilə elektrik sayğacına gedən naqili kəsib yerə düşdükdən sonra “Tariyel” və digərləri çıxıb getmişlər. Həmin vaxt nə “Tariyel”, nə də digərləri ilə arasında heç bir mübahisə və ya narazılıq yaranmamışdır. Saat 15:00 radələrində evdən çıxıb piyada şəkildə “Ağdam Market” adlı ərzaq mağazasına yollanmışdır. Mağazadan 0,7 l həcmində spirtli içki olan araq və ərzaq məhsulları alıb evə geri qayıtmışdır. Evə qayıtdıqdan sonra elektrik dirəyinə dırmaşaraq elektrik naqillərini qarmaq formasında düzəldib elektrik enerjisinin verilməsini bərpa etmişdir. Bundan sonra evə daxil olaraq aldığı spirtli içkinin təxminən 150 ml-ni yemək yeyə-yeyə qəbul etdikdən sonra oturub televizora baxmışdır. Saat 17:00 radələrində çöldən səs gəldiyini eşidib həyətə çıxmışdır. Bu zaman “Tariyel”in sonradan adının Şükür olmasını bildiyi yaşlı şəxs ilə birlikdə həyətə daxil olduqlarını görmüşdür. Həmin vaxt Şükür evdə işığın yanılı vəziyyətdə olduğunu görüb “İşığı kim qoşub?” sualını vermiş, o da cavabında işığın özü tərəfindən qoşulduğunu bildirmişdir. Elə bu zaman Şükür “Ə sənin əbəjdadını...” deyib cinsiyyət orqanının adını çəkmiş və ardınca “Sən kimsən ki işıq qoşursan?” ifadəsini işlətməklə üzərinə hücum etmişdir. Həmin vaxt əynində göy rəngli uzunqol köynək və göy rəngli cins şalvar olmuşdur. “Tariyel” Şükürün onun üzərinə hücum edərək paltarından yapışdığını gördüyü üçün yaxınlaşıb Şükürü ondan aralaşdırmağa cəhd etmişdir. Buna baxmayaraq, Şükür söyüş söyməyi davam etdirmiş, heç cür ondan əl çəkməmişdir. Bu zaman evin həyətinə daha bir nəfər 30-35 yaşlarında olan tanımadığı şəxs daxil olmuş, başa düşdüyü qədəri ilə həmin şəxs “Tariyel” və Şükür ilə birlikdə gəlmiş və əlində haradansa götürdüyü dəmir parçası olmuşdur. Həmin şəxs onlara yaxınlaşaraq böyüklük göstərməyə, Şükürü ondan, onu isə Şükürdən kənarlaşdırmağa cəhd göstərmişdir. Bu zaman əsəbiləşərək həmin şəxslərin çıxıb getmələri üçün onları qorxutmaq məqsədilə yaşadığı evin giriş hissəsindən sol tərəfdə yerləşən divara söykənmiş vəziyyətdə olan beli götürmüşdür. Əlində bel ilə Şükürə yaxınlaşanda Şükür beli alıb onun ayaqlarına bir neçə dəfə bel ilə zərbələr endirmişdir. Buna görə də daha da əsəbiləşərək qonaq otağına daxil olmuş və güzgülü dolabın siyirmələrini boşaldaraq qatlanan tipli bıçağı götürüb həyətə çıxmışdır. Həmin bıçağı 2020ci ilin yay aylarında Bərdə şəhərində yerləşən xatırlamadığı mağazadan 30 manata almış və əvvəllər heç vaxt istifadə etməmişdir. “Tariyel” əlində bıçaq olduğunu görüb qorxusundan arxa-arxaya gedərək həyətdən çölə çıxmağa çalışsa da, Şükür söyüş söyməyi davam etdirmiş, yerdən daş götürərək ona atmış, 30-35 yaşlarında olan şəxs isə əlindəki dəmir parçası ilə onu vuraraq geri çəkilmişdir. Ancaq baş verənlər nəticəsində hər hansı ciddi xəsarət almamışdır. Daha sonra daş atan Şükürün üzərinə hücum çəkərək ilk bıçaq zərbəsini qoltuqaltı nahiyəsindən, ikincini isə qarın nahiyəsindən vurmuşdur. Bununla belə Şükürün yerə yıxılıb-yıxılmadığını xatırlamır. Şükürə bıçaq zərbələri endirdikdən sonra həyətdən çıxmağa çalışan “Tariyel” və digər şəxsin üzərinə getmişdir. Həyətdən çöldə həmin şəxslərin onunla mübahisəni davam etdirdiklərini gördüyündən onlardan birinə bıçaqla zərbə vurmuş, içkili olduğuna görə həmin bıçaq zərbəsinin konkret olaraq hansı şəxsə dəydiyini bilməmişdir. Bundan sonra qapının çöl tərəfində yerdə uzanıqlı vəziyyətdə qalan Şükürə yaxınlaşaraq qolundan tutub qaldırmağa çalışmış və ağsaqqal olduğunu xatırladaraq söyüş söyməsinin səhv olduğunu demişdir. Lakin Şükür qışqıraraq səs-küy salmağa başlamışdır. Buna görə də həyətə daxil olub əlindəki bıçağı evin sağ tərəfində qazılmış quyunun yaxınlığındakı torpaq yığınının üzərinə ataraq ayağı ilə basıb torpaqda gizlətmişdir. Ardınca piyada şəkildə yaşadığı evdən bir qədər aralı məsafədə yerləşən qayınatası Əbülfətin evinə getmişdir. Qayınatası ondan nə baş verdiyini xəbər aldıqda, hadisə barəsində ətraflı heç nə danışmadan sadəcə dalaşdığını söyləmişdir. Təxminən 2-3 dəqiqə sonra yaşadığı evə qayıtdıqda darvazanın qarşısına çatanda “Tariyel” və digərlərinin orada olmadıqlarını, ətrafda sakitlik hökm sürdüyünü görmüşdür. Bir neçə dəqiqə sonra isə polis əməkdaşları gəlib onu Ağdam rayon polis şöbəsinə aparmışlar. Həmçinin o, ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2001-ci ildən "xxxx" ASC-nin X14 Satış departamentinin Quzanlı 10 kilovoltluq hava xətti üzrə nəzarətçi-mühəndis vəzifəsində işləyir. Onun vəzifəsi ayda bir dəfə abonentlərin elektrik sayğaclarını oxuyaraq aylıq elektrik enerjisi sərfiyyatını bildiriş şəklində abonentlərə çatdırmaqdan, abonentləri ödənişə cəlb etməkdən, hava xətlərinə nəzarət etməkdən və digər işlərdən ibarətdir. Təqsirləndirilən şəxs təxminən 2 ay əvvəl tanımağa başlamışdır. Belə ki, Rəhim 2021-ci ilin oktyabr ayından abonent Şahid5 Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Anbarın yanı” adlandırılan ərazidəki fərdi yaşayış evində abonent ilə ər-arvad münasibətində yaşayır. Vəzifəsinə uyğun olaraq hər ay vaxtlıvaxtında abonentlərin, o cümlədən Rəhim və Elmiranın yaşadıqları ünvana gedib elektrik sayğacının üzərindəki göstəriciləri qeyd etməklə elektrik enerjisinə görə yaranmış borcu hesablayaraq bu barədə bildirişi təqdim etmişdir. Lakin Rəhimi tanımağa başladığı vaxtdan heç vaxt aylıq elektrik enerjisi sərfiyyatına görə ödəniş etməmişdir. Rəhim və Elmira evdə olmadıqları zamanlarda bildirişi evin qapısına ilişdirərək çıxıb getmişdir. Sonuncu dəfə baş vermiş hadisədən təxminən 2-3 gün əvvəl Rəhim və Elmiranın yaşadığı ünvana gedib bildiriş aparmış, nə Rəhim, nə də arvadı Elmira evdə olmadıqları üçün bildirişi evin qapısına ilişdirib getmişdir. Elmiragilin evinə apardığı bildirişdə elektrik enerjisinə görə yaranmış ümumi borcun 148 manat olması göstərilmişdir. Hətta bir müddət əvvəl ödəniş edilməyəcəyi halda elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə Elmiraya xəbərdarlıq etmiş, Elmira isə ona 2022-ci ilin yanvar ayında təxminən 20-30 manat ödəməyə imkanı olduğunu söyləmişdir. Ödənişi vaxtlı-vaxtında etməyən abonentlərə elektrik enerjisinin verilməsinin dayandırılmalı olduğu barədə X17 göstəriş daxil olduğundan 09 dekabr 2021-ci il tarixdə saat 10:00 radələrində digər nəzarətçi-mühəndis X6 və elektrik montyoru Şahid4 ilə birlikdə Rəhim və Elmiranın yaşadığı ünvana getmişdir. Həmin evin qapısı qarşısına çatıb abonenti çağırdıqda Elmira evdən çölə çıxmış, bu zaman o, Elmiraya elektrik enerjisinə görə yaranan borcu ödəməyən abonentlərin evlərinə elektrik enerjisinin verilməsinin dayandırılacağını izah etmişdir. Bir qədər sonra Rəhim evdən çıxaraq işləmədiyi üçün borcu ödəməyə imkanı olmadığını demiş və elektrik enerjisinin verilməsinin dayandırılmasına etiraz etməmişdir. Bundan sonra o, mobil telefon vasitəsilə videoçəkiliş aparmağa başlamış, Müsafir isə elektrik dirəyinə dırmaşmışdır. Apardığı videoçəkilişdə elektrik sayğacının göstəricilərinin 3548 kilovatt olduğunu, sayğac şəbəkədən ayrıldıqdan sonra isə ekranda olan göstəricilərin söndüyünü qeydə almışdır. Müsafir elektrik sayğacına gedən naqili kəsib yerə düşdükdən sonra onlar abonentin həyətindən getmişlər. Həmin vaxt nə Elmira, nə də Rəhim ilə arasında heç bir mübahisə və ya narazılıq yaranmamışdır. Saat 16:00 radələrində xidməti ərazisində olarkən Elmiranın yaşadığı evdə işığın yanmasını görüb şəbəkəyə qanunsuz qoşulma halının olduğunu yəqin etmişdir. Bu barədə tədbir görmək məqsədilə X12 yollanmış, həmin vaxt aparıcı mühəndis Şahid1 idarədə olsa da, balans hesabatı üzrə mühəndis Zərərçəkmiş şəxs2 işdə olmamışdır. Daha sonra mobil telefon vasitəsilə Şükürə zəng edərək Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan sakinlərdən birinin şəbəkəyə qanunsuz qoşulma halı olduğuna görə dərhal idarəyə gəlməsini xahiş etmişdir. Şükürə və Elşənə saat 17:00 radələrində həmin əməkdaşlarla birlikdə özünə məxsus “VAZ-21063” markalı avtomobillə Rəhim və Elmiranın yaşadığı ünvana yollanmışlar. O və Şükür avtomobildən düşsə də, Elşən avtomobildə qalmış, darvazanın çöl tərəfində dayanıb abonenti səsləmişdir. Əvvəlcə, Elmira, ardınca isə Rəhim həyətə çıxdıqdan sonra o və Şükür onlarla birlikdə elektrik sayğacına yaxınlaşmışlar. Bu zaman sayğaca daxil olan giriş xəttinin zədələndiyini, əlavə xətt çəkilməklə şəbəkəyə qanunsuz qoşulduğunu aşkar etmişdir. Rəhimdən nə üçün belə etdiyini soruşanda ona “Yaxşı eləmişəm” cavabını vermiş, daha sonra Şükür sayğacın giriş xəttini zədələdiyi üçün Rəhimə barəsində akt tərtib ediləcəyini izah etmişdir. Həmin vaxt Rəhim işkili vəziyyətdə olmuşdur. Rəhim əsəbiləşərək evin divarına söykənmiş vəziyyətdə olan beli götürüb onun sağ ayağından bir dəfə vurmuş, ardınca Şükürün üzərinə hücum çəkmişdir. Artıq bu zaman Elşən avtomobildən düşərək ora gəlmişdir. Rəhimin bel ilə Şükürü vurmaq istədiyini görüb yaxınlaşaraq beli Rəhimin əlindən almışdır. O, Rəhimin əlindən beli aldıqdan sonra həyətdəki tut ağacının yanına tullamışdır. Bundan sonra Şükür və Elşəni özündən qarşıya buraxaraq qaçmalarına şərait yaradıb özü onların arxasınca hərəkət etmişdir. Evin qapısından çölə yenicə çıxmışdır ki, Rəhim qəflətən arxa tərəfdən hücum edərək bıçaqla sol qoltuqaltı nahiyəsindən bir dəfə zərbə endirmişdir. Rəhimin ondan bir neçə metr irəlidə olan Şükürə yaxınlaşaraq bir dəfə bıçaq zərbəsi endirdiyini görmüşdür. Ancaq həmin bıçaq zərbəsinin Şükürün konkret olaraq hansı nahiyəsindən dəydiyini görə bilməmişdir. Xəsarət aldıqdan sonra yaxınlıqda yerləşən “Qarabağ” tikinti materiallarının anbarına gedib içəri daxil olmuşdur. Həmin vaxt anbarda Ağdam rayon İcra Hakimiyyətinin komendantı işləyən Adil olmuşdur. Anbara daxil olduqdan sonra “Bu əclaf bizi vurdu” cümləsini işlətmiş, Adil dərhal anbardan çölə çıxıb Şükürün olduğu yerə doğru qaçmağa başlamışdır. Bundan sonra Elşən yaxınlaşıb onu avtomobilinə əyləşdirib idarə edərək Ağdam rayon Mərkəzi Xəstəxanasının X1 Stansiyasına çatdırmışdır. Şükür isə vəziyyəti daha ağır olduğundan Adil tərəfindən köməklik göstərilərək xəstəxanaya aparılmışdır. Xəstəxanaya çatdıqda Şükürün vəziyyətinin ağır olduğunu və təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparıldığını öyrənmişdir. Ona tibbi yardım göstərildikdən sonra isə səhhətində hər hansı digər problemin yaranmasının qarşısını almaq məqsədilə şəbəkənin satış departamentinin müdiri Müşfiq onu şəxsi avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışdır.Hadisə vaxtı o, Rəhimə hər hansı nalayiq ifadə işlətməmişdir. Hazırda Rəhimlə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, 2017-ci ildən "xxxx" ASC-nin Aran X13 və Satışı İdarəsinin Ağdam Elektrik Şəbəkəsində balans hesabatı üzrə mühəndis vəzifəsində işləyir. Onun vəzifəsi tabeli strukturlarda enerji alışı və balans uçotu üzrə hesabatların hazırlanmasını təmin etməkdən, uçot nöqtələri üzrə balans mənsubiyyətinə uyğun olaraq müvafiq dəyişiklik aparılmasından, lazım olan avadanlıq və mal-material sifarişlərinin hazırlanmasından, verilmiş göstərişlərin, tapşırıqların müəyyən olunmuş müddətlərdə yerinə yetirilməsini, statistik hesabatların və məlumatların hazırlanmasını təmin etməkdən və digər işlərdən ibarətdir. 09 dekabr 2021-ci il tarixdə nəzarətçi-mühəndis Zərərçəkmiş şəxs1 mobil telefon vasitəsilə ona zəng edərək Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan sakinlərdən birinin həmin gün səhər saatlarında debitor borca görə elektrik enerjisinin verilməsinin dayandırılmasına baxmayaraq, şəbəkəyə qanunsuz qoşulduğunu bildirmiş və X12 gəlməsini istəmişdir. Buna görə də o, saat 16:00 radələrində idarəyə getmiş, həmin vaxt aparıcı mühəndis Şahid1 və nəzarətçi mühəndis Zərərçəkmiş şəxs1 orada olmuşlar. Firdovsi onlara həmin gün saat 10:00 radələrində abonent Şahid5 yaşadığı evə gedib elektrik enerjisindən istifadəyə görə yaranan debitor borcu ödəmədiyi üçün enerjinin verilməsinin dayandırılması, ancaq həmin gün xidməti ərazisində olarkən həmin evdə işığın yanmasını görüb şəbəkəyə qanunsuz qoşulma halının olduğunu müəyyən etməsi barədə məlumat vermişdir. Buna görə də o, vəzifə təlimatında göstərildiyi kimi rayon və regional satış idarələrinin Elektrik Şəbəkələrinin xidməti ərazisində elektrik enerjisinin alışına və balans uçotuna aid bütün məsələlərin həllində nöqsanların aradan qaldırılması, bunlara yol verən şəxslərə qarşı tədbir görülməsi hüququna uyğun olaraq Elşən və Firdovsi ilə həmin gün saat 17:00 radələrində sonuncunun idarə etdiyi avtomobil ilə abonent Şahid5 yaşadığı ünvana getmişdir. Həmin ünvana getməkdə məqsədi şəbəkəyə qanunsuz qoşulma halını dəqiqləşdirmək, belə bir şey olduğu halda, qanunsuz naqili ləğv etmək və həmin naqili birbaşa kabel ilə əvəzləşdirmək olmuşdur. Şahid5 yaşadığı ünvana çatdıqdan sonra avtomobildən düşüb qapının qarşısına gəlmişlər. Firdovsi qapının çöl tərəfində dayanıb abonenti səsləmişdir. Əvvəlcə, Şahid5, arxasınca isə həmin xanımın sonradan adının Təqsirləndirilən şəxs olmasını bildiyi əri həyətə çıxmışlar. Bundan sonra o, Firdovsi ilə birlikdə evin həyətindəki elektrik sayğacına yaxınlaşmışdır. Bu zaman Elşən arxalarınca hərəkət etmişdir. Evin həyətində sayğacın quraşdırıldığı yerə yaxınlaşıb sayğaca daxil olan giriş xəttinin zədələndiyini, əlavə xətt çəkilməklə şəbəkəyə qanunsuz qoşulduğunu aşkar etmişlər. Rəhimdən nə üçün belə etdiyini soruşanda Rəhim Firdovsiyə “Yaxşı eləmişəm” cavabını verərək ünvanlarına nalayiq ifadələr işlədib “qapıdan çıxın” sözlərini demişdir. O, Rəhimə irad tutub özünü layiqli şəkildə aparmasını bildirməklə atası ilə yaşıd olduğunu söyləmişdir. Həmin vaxt Rəhim əsəbiləşərək evin divarına söykənmiş vəziyyətdə olan beli götürüb Firdovsinin sağ ayağından bir dəfə vurmuş və ardınca onun üzərinə hücum çəkmişdir. Bu zaman Elşən Rəhimi zərərsizləşdirmək məqsədilə hərəkətlərinə mane olmağa çalışmışdır. Rəhim həmin vaxt əsəbiləşərək bel ilə onu vurmaq istədiyi üçün Firdovsi yaxınlaşaraq beli Rəhimin əlindən alaraq həyətdəki tut ağacının yanına tullamışdır. Daha sonra Firdovsi ona və Elşənə dərhal həyətdən çıxmalı olduqlarını söyləmişdir. O, Elşən ilə birlikdə Firdovsinin qarşısı ilə gedərək həyətdən çıxanda Firdovsi onların arxasınca hərəkət etmişdir. Həmin vaxt yaranan qarışıqlıqda sol qoltuqaltı nahiyəsindən qan axdığını hiss etmişdir. Lakin Rəhimin onu nə vaxt, harada və nə ilə vurduğunu bilməmişdir. Özünü toplayıb həyətin qapısından çölə yenicə çıxmışdır ki, özünü itirib Ağdam rayon İcra Hakimiyyətinin komendantı işləyən Adilə məxsus, boz qızılı metallik rəngli “Lexus” markalı avtomobilin sağ yan tərəfində yerə yıxılmışdır. Sonradan öyrənmişdir ki, Rəhim yaşadığı evdən götürdüyü bıçaqla Firdovsiyə və ona xəsarət yetirmiş, vəziyyəti daha ağır olduğundan Adil tərəfindən köməklik göstərilərək Ağdam rayon Mərkəzi Xəstəxanasının X1 Stansiyasına çatdırmış, oradan isə təcili tibbi yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparılmışdır. Hazırda Rəhimlə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar məzmunlu ifadə verərək ifadəsini özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, 2004-cü ildən "xxxx" ASC-də işləyir. 2016-cı ildən ASC-nin X10 Satış departamentinin İmamqulubəyli 10 kilovoltluq hava xətti üzrə nəzarətçi-mühəndis vəzifəsində işləyir. Onun vəzifəsi ayda bir dəfə abonentlərin elektrik sayğaclarını oxuyaraq aylıq elektrik enerjisi sərfiyyatını bildiriş şəklində abonentlərə çatdırmaqdan, abonentləri ödənişə cəlb etməkdən, hava xətlərinə nəzarət etməkdən və digər işlərdən ibarətdir. Ödənişi vaxtlıvaxtında etməyən abonentlərə elektrik enerjisinin verilməsinin dayandırılmalı olduğu barədə X12 göstəriş daxil olduğundan 09 dekabr 2021-ci il tarixdə saat 10:00 radələrində ödəniş edənədək elektrik enerjisinin müvəqqəti dayandırılması üçün Quzanlı 10 kilovoltluq hava xətti üzrə nəzarətçi-mühəndis Zərərçəkmiş şəxs1 və elektrik montyoru Şahid4 ilə birlikdə abonent Şahid5 yaşadığı Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən ünvana getmişdir. Həmin evin qapısı qarşısına çatıb abonenti səslədikdə Şahid5 evdən çölə çıxmışdır. Bu zaman Firdovsi abonentə yaranan borcu ödəməyən abonentlərin evlərinə elektrik enerjisinin verilməsinin dayandırılacağını izah etmişdir. Bir qədər sonra sonradan adının Rəhim olmasını və abonent ilə ər-arvad münasibətində yaşamasını bildiyi şəxs evdən çıxaraq işləmədiyi üçün borcu ödəməyə imkanı olmadığını demiş və elektrik enerjisinin verilməsinin dayandırılmasına etiraz etməmişdir. Bundan sonra Firdovsi mobil telefon vasitəsilə videoçəkiliş aparmağa başlamış, Müsafir isə elektrik dirəyinə dırmaşmışdır. Firdovsi tərəfindən aparılan videoçəkilişdə elektrik sayğacının göstəricilərinin 3548 kilovatt olduğu, sayğac şəbəkədən ayrıldıqdan sonra isə ekranda olan göstəricilərin söndüyü qeydə alınmışdır. Müsafir elektrik sayğacına gedən naqili kəsib yerə düşdükdən sonra onlar abonentin yaşadığı ünvandan çıxıb getmişlər. 10 dekabr 2021-ci il tarixdə səhər saatlarında işə gələndə Şahid5 sayğacının qanunsuz şəbəkəyə qoşulması aşkar edildiyindən əvvəlki gün saat 17:00 radələrində Firdovsinin balans mühəndisi Zərərçəkmiş şəxs2 və aparıcı mühəndis Şahid1 ilə birlikdə abonentin ünvanına yollandıqlarını, Firdovsi və Şükürün abonentin əri Rəhim ilə aralarında yaranan mübahisə zamanı sonuncu tərəfindən bıçaqlandıqlarını eşitmiş, lakin hadisənin konkret olaraq hansı şəraitdə baş verdiyini təfsilatı ilə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş dindirilmiş Şahid4 oğlu şahid Cənnət Məhərrəmovun ifadəsinə oxşar məzmunlu ifadələrə verərək ifadəsini özünə aid hissədə təsdiq etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, Rəhim ilə 2018-ci ilin əvvəllərində Bakı şəhərində yerləşən “Piano” adlı restoranda qabyuyan işləyən zaman tanış olmuşdur. Tanış olduqdan təxminən 2-3 ay sonra, yəni 2018-ci ilin mart ayında Rəhim ilə rəsmi şəkildə nikaha daxil olub Bakı şəhərində yaşamağı davam etdirmişdir. Rəhim ilə nikahından övladı olmasa da, əvvəlki nikahından 2 oğlu vardır. Onun özünə məxsus Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən torpaq sahəsində birmərtəbəli fərdi yaşayış evi vardır. 2021-ci ilin dekabr ayında rəsmi şəkildə Ağdam Yaşıllaşdırma İdarəsində xadimə kimi işə götürülmüşdür. X22 rayonunda iş tapa bilmədiyindən müxtəlif ünvanlarda fəhləlik etməklə dolanışıqlarına köməklik göstərmişdir. Maddi durumu aşağı olduğundan elektrik enerjisinin aylıq sərfiyyatına görə yaranmış borcu ödəyə bilməmiş, buna görə də 01 dekabr 2021-ci il tarixdə yaranmış 148,14 manat borcu ödəməli olduqları barədə xəbərdarlıq bildirişi almışdır. Həmin bildirişdə borcu ödəməyəcəkləri halda elektrik enerjisinin dayandırılacağı barədə xəbərdarlıq edilmişdir. Hər ay “Tariyel” adı ilə tanıdığı şəxs yaşadığı ünvana gələrək elektrik sayğacının üzərindəki göstəriciləri qeyd etməklə aylıq elektrik enerjisinə görə yaranmış borcu hesablamkış, bundan bir neçə gün sonra isə borc bildirişini gətirmişdir. Evdə olmadıqları zamanlarda “Tariyel” bildirişi evin qapısına ilişdirərək çıxıb getmişdir. “Tariyel” sonuncu bildirişi baş vermiş hadisədən təxminən 2-3 gün əvvəl gətirmiş, nə özü, nə də əri Rəhim evdə olmadığı üçün bildirişi evin qapısına ilişdirib getmiş, həmin gün yolda onu gördükdə heç olmasa dekabr ayı ərzində 20-30 manat tapıb ödəmələrini demiş, əks halda elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq etmişdir. Bu zaman o, “Tariyel”ə Rəhimin pul almalı olduğunu, yaranmış borcun bir qismini tezliklə ödəyəcəklərini demişdir. “Tariyel” ona dekabr ayının sonunadək elektrik enerjisinin verilməsinin dayandırılmayacağına dair vəd versə də, 09 dekabr 2021ci il tarixdə saat 10:00 radələrində Rəhim ilə birlikdə evdə olarkən “Tariyel”in yaşadıqları ünvana gəlib onları çağırdığını eşitmişdir. Evdən çölə çıxanda “Tariyel”in tanımadığı 2 nəfər şəxs ilə birlikdə gəldiyini görmüşlər. Daha sonra “Tariyel” elektrik enerjisinə görə yaranan borcu ödəyə bilməyən abonentlərin evlərinə, o cümlədən onların evlərinə elektrik enerjisinin verilməsinin dayandırılacağını bildirmişdir. Həmin vaxt Rəhim borcu ödəməyə heç cür maddi imkanının olmadığını demiş və elektrik enerjisinin dayandırılmasına etiraz etməmişdir. Bundan sonra “Tariyel” mobil telefon vasitəsilə videoçəkiliş aparmağa, yaşda kiçik olan şəxs isə evin həyətində yerləşən elektrik dirəyinə dırmaşmağa başlamışdır. Həmin şəxs elektrik sayğacına gedən naqili kəsib yerə düşdükdən sonra “Tariyel” və digərləri çıxıb getmişlər. Həmin vaxt nə “Tariyel”, nə də digərləri ilə Rəhim arasında heç bir mübahisə və ya narazılıq yaranmamışdır. Həmin gün saat 15:00 radələrində Rəhim mağazaya gedəcəyini deyərək evdən çıxmış və təxminən 15-20 dəqiqə sonra evə qayıtmışdır. Bu zaman Rəhimin mağazadan spirtli içki olan araq, çörək, kolbasa və digər ərzaq məhsulları aldığını görmüşdür. Daha sonra Rəhim elektrik enerjisinin verilməsini bərpa etmək məqsədilə dirəyə dırmaşmaqla naqili qoşub qanunsuz olaraq evə elektrik enerjisinin verilməsini bərpa etmişdir. Rəhim naqili sayğaca qoşarkən atası Əbülfət də yaşadıqları evin həyətində olmuş və bir neçə dəqiqə sonra çıxıb getmişdir. Bundan sonra Rəhim evə daxil olub yemək yeyə-yeyə spirtli içki qəbul etdikdən sonra oturub televizora baxmışdır. Saat 17:00 radələrində çöldən kiminsə onları səslədiyini eşitmişlər. Rəhim həmin vaxt evdən həyətə çıxsa da, evdə qaldığı üçün onları səsləyən şəxslərin kim olduqlrını bilməmişdir. Təxminən 5-10 dəqiqə sonra Rəhim evə daxil olub güzgülü dolabın siyirmələrində nə isə axtarmış və bir neçə saniyə sonra yenidən çölə çıxmışdır. Lakin Rəhimin siyirmədə nə axtardığını, nə isə götürüb-götürmədiyini görməmişdir. Evdə olarkən həyətdən hər hansı səs-küy eşitməmiş, çağıran şəxs və ya şəxslərlə Rəhim arasında nələrin yaşandığının şahidi olmamışdır. Rəhim bir neçə dəqiqə sonra yenidən evə daxil olub gələnlərin “işıq idarəsinin işçiləri” olduğunu, həmin şəxslərə bıçaqla xəsarət yetirdiyini söyləmiş və ondan dərhal atası Əbülfətin evinə getməsini istəmişdir. Bu səbəbdən o, evdən çölə çıxıb atasının yaşadıqları evin arxa tərəfində yerləşən evinə getmişdir. Həmin vaxt evdə atası Əbülfət və kiçik qardaşı Ruslan olmuşdur. O, atasına və qardaşına Rəhimin “işıq idarəsinin işçiləri”nə xəsarət yetirməsi barədə məlumat vermişdir. Bir neçə dəqiqə sonra Rəhimin özü də atasının evinə gəlmişdir. Atası Rəhimdən nə baş verdiyini xəbər aldıqda, Rəhim hadisə barəsində ətraflı heç nə danışmadan sadəcə dalaşdığını söyləmişdir. Rəhim təxminən 2-3 dəqiqə orada qalıb evə qayıtsa da, o, təxminən 1-2 saat sonra evinə getmişdir. Evə getdikdə Rəhim orada olmamış, sonradan Rəhimin polis əməkdaşları tərəfindən aparıldığını öyrənmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, “təxminən 6 ildir Ağdam rayon İcra Hakimiyyətinin komendantı vəzifəsində işləyir. Onun vəzifəsi körpələr evi-uşaq bağçalarına inventarların paylanılmasını həyata keçirməkdən ibarətdir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, həmin şəxs ilə arasında heç bir düşmənçilik və ədavət olmamışdır. 09 dekabr 2021-ci il tarixdə saat 17:00 radələrində Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən “Anbar” adlandırılan ərazidə olarkən əvvəllər "xxxx" ASC-nin X10 əməkdaşı kimi tanıdığı “Tariyel” adlı şəxsin sol qarın nahiyəsini tutaraq anbara daxil olduğunu görmüşdür. Həmin vaxt anbarda özündən başqa təxminən 2-3 nəfər işçi olmuşdur. “Tariyel” içəri daxil olduqdan sonra “Bu əclaf bizi vurdu” cümləsini işlətmiş, buna görə də dərhal anbardan çölə çıxmışdır. Bu zaman X10 digər əməkdaşı Şükürün Elmira adlı qadının əri ilə birlikdə yaşadığı evin darvazası qarşısında yerdə uzanıqlı vəziyyətdə olduğunu, Elmiranın əri kimi tanıdığı, ancaq adını bilmədiyi şəxsin əlində bıçaqla Şükürün yanında dayandığını görmüşdür. Həmin şəxs onu görən kimi yaşadığı evin həyətyanı sahəsinə daxil olmuş və bir neçə saniyə sonra həyətdən çölə çıxaraq qaçmağa başlamışdır. O, yaxınlaşanda Şükürün əlləri ilə sinə nahiyəsini tutduğunu gördüyü üçün bıçaq xəsarətləri aldığını yəqinləşdirmişdir. Bu səbəbdən dərhal Şükürü tək şəkildə yerdən qaldırıb özünə məxsus olan boz qızılı-metallik rəngli, “Lexus” markalı **-MD-*** dövlət qeydiyyat nişanlı avtomobili saxladığı yerə aparmışdır. Şükürü avtomobilin sağ qabaq oturacağına əyləşdirdikdən sonra sükan arxasına keçib avtomobili işə salmış və Ağdam rayon Mərkəzi Xəstəxanasının X1 Stansiyasına çatdırmışdır. Orada Şükürün vəziyyətinin ağır olduğu bildirildiyindən Şükürü təcili tibbi yardım avtomobili vasitəsilə Bərdə rayon Mərkəzi Xəstəxanasına aparmışlar”. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış “hadisə yerinə baxış keçirilməsi haqqında” 09 dekabr 2021-ci il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən Şahid5 Təqsirləndirilən şəxs ilə birlikdə yaşadığı birmətəbəli fərdi yaşayış evinin həyətyanı sahəsi və evin dəmir qapısı qarşısından keçən küçədir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış” götürmə aparılması və götürülmüş əşyaya baxış keçirilməsi haqqında” 10 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 09 dekabr 2021-ci il tarixdə saat 10:00 radələrində abonent Şahid5 yaşadığı ünvanda elektrik enerjisinin verilməsinin dayandırılmasının videogörüntülərini özündə əks etdirən 1 ədəd “DVD” diski təqdim etmiş və disk müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Zərərçəkmiş şəxs1 özünün iştirakı ilə 1 dəqiqə 30 saniyə müddətində davam edən videogörüntülərə baxış zamanı müəyyən edilmişdir ki, danışan, eyni zamanda çəkiliş aparan Zərərçəkmiş şəxs1 abonent Şahid5 148 manat debitor borcu olduğuna görə aparıcı mühəndis Cənnət Məhərrəmovun iştirakı ilə sayğacının şəbəkədən açıldığını, elektrik montyoru Şahid4 kəsimlə məşğul olduğunu bildirməklə çəkilişi davam etdirib abonentin yaşadığı evin həyətində yerləşən sayğacın göstəricilərini nümayiş etdirir, sayğacdakı göstəricinin “3548” olması nümayiş etdirildikdən sonra Şahid4 kəsimi həyata keçirib-keçirmədiyi soruşur və çəkilişin sonunda sayğacda artıq gərginliyin olmadığı göstərilir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 09 dekabr 2021-ci il tarixli 426 nömrəli “sərxoşluq üçün tibbi arayış” aktından görünür ki, Təqsirləndirilən şəxs orta dərəcə sərxoş olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eskpertiza və X5 10 dekabr 2021-ci il tarixli 279 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər sağ baldır, döş qəfəsi, sol bud nahiyələrinin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ola bilsin ki, əlləri ilə, bel ilə, müddəti 09 dekabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eskpertiza və X5 11 yanvar 2022-ci il tarixli 08 nömrəli rəyindən görünür ki, Şahid1 məhkəmə tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı xəsarət aşkar edilmədi. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eskpertiza və X5 09 fevral 2022-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin soltərəfli torakoabdominal yaralanması, hemotoraks, dalağın kəsilmiş yarası, daxili qanaxma deşici-kəsici təsir göstərə bilən alət, ola bilsin bıçağın təsirindən törənmişdir, həmçinin ekspertizaya təqdim edilmiş bıçaq və ya həmin bıçağın xarakterik xüsusiyyətlərinə malik digər bıçağın təsirindən törənə bilərdilər, müddəti 09 dekabr 2021-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eskpertiza və X5 14 fevral 2022-ci il tarixli 33 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət - sol qoltuqaltı nahiyənin mapıq toxuması deşici-kəsici təsir göstərə bilən alət, ola bilsin bıçağın təsirindən törənmişdir, həmçinin ekspertizaya təqdim edilmiş bıçaq və ya həmin bıçağın xarakterik xüsusiyyətlərinə malik digər bıçağın təsirindən törənə bilərdi, müddəti 09 dekabr 2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eskpertiza və X11” Publik Hüquqi şəxsin 03 fevral 2022-ci il tarixli 794/2021-MTKŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus jiletin, köynəyin, alt köynəyinin və maykanın sol yan hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus sviterin və alt köynəyinin sol qoltuqaltı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edilmişdir. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus alt köynəyinin sağ qoltuqaltı nahiyəsində bir ədəd məhdud sökülmə aşkar edilmişdir. Bu sökülmə küty yaranma mexanizminə malikdir, alt köynəyinin həmin nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus mayka üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus şalvarın arxa hissəsinin sağ yuxarı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olunmuşdur. Bu cırılma küt yaranma mexanizminə malikdir, şalvarın müvafiq nahiyəsinin hər hansı bir əşyaya ilişibdartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynək üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı qatlanan ov bıçaqlarına uyğun gəlir və kəsici-deşici xassəyə malik soyuq silahdır. Təqdim olunmuş bel zavod üsulu ilə hazırlanmış ümumi təyinatlı, təsərrüfat-məişət təyinatlı belə uyğun gəlir, soyuq silah hesab olunmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Eskpertiza və X11” Publik Hüquqi şəxsin 27 dekabr 2021-ci il tarixli 929/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 qan qrupu A/İİ/-dir. Ekspertizaya təqdim olunan Zərərçəkmiş şəxs1 məxsus sviter, alt mayka və alt köynək üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin “beta” aqqlyutinini alınmışdır. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 və ya Zərərçəkmiş şəxs2 məxsus ola bilər (əgər onların qanında müşayiətçi “H” antigeni varsa). Tədqiq olunan Zərərçəkmiş şəxs2 məxsus jilet, alt köynəyi, köynək və mayka üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri, əksər ləkələrdə həmçinin “beta” aqqlyutinini alınmışdır. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 məxsus ola bilər (əgər onların qanında müşayiətçi “H” antigeni varsa). Tədqiq olunan Təqsirləndirilən şəxs məxsus şalvar üzərində insan qanı aşkar olunmuşdur. Bu qan ləkəsinin qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 və ya Zərərçəkmiş şəxs1 məxsus ola bilər (əgər onların qanında müşayiətçi “H” antigeni varsa). Tədqiq olunan 01 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Bu qan ləkələrinin qrup göstəricisi AB0 sistemi üzrə tədqiq olunduqda “A” və “H” antigenləri alınmışdır. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və hadisə zamanı Təqsirləndirilən şəxs qanaxma ilə müşahidə olunan xəsarət olduğu halda ona da məxsus ola bilər (əgər onların qanında müşayiətçi “H” antigeni varsa). Tədqiqata təqdim olunmuş bel, kepka papaq və Təqsirləndirilən şəxs məxsus köynək üzərində isə qana şübhəli ləkələr aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserin 08 fevral 2022-ci il tarixli, 166 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X23 Dispanserin 24 noyabr 2021-ci il tarixli 30987 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X23 Dispanser müşahidəsində deyil. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserin 25 yanvar 2022-ci il tarixli, 51 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçübbiçmək, hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyyətindədir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 09 mart 2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs hadisənin törədilməsində istifadə etdiyi 1 ədə bıçaq, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qara rəngli sviter, 1 ədəd boz rəngli alt isti köynəyi və 1 ədəd ağ rəngli mayka, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd qara rəngli jilet, 1 ədəd mavi rəngli köynək, 1 ədəd alt isti köynəyi və 1ədəd ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli köynək və 1 ədəd göy rəngli cins şalvar cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış, saxlanılması üçün Ağdam rayon prokurorluğunun maddi sübutların saxlanılması otağına verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış "xxxx" ASC-nin Aran X13 və Satışı İdarəsinin Ağdam Elektrik Şəbəkəsindən daxil olmuş 01 dekabr 2021-ci il tarixli 21/1027 nömrəli xəbərdarlıq bildirişindən görünür ki, Ağdam rayonu Quzanlı qəsəbəsində yaşayan abonent Şahid5 01 dekabr 2021-ci il tarixə olan 148,14 (bir yüz qırx səkkiz manat on dörd qəpik) manat debitor borcu 7 iş günü müddətində ödəməsi xahiş edilmiş, əks təqdirdə elektrik enerjisinin verilişinin dayandırılacağı və baş verə biləcək xoşagəlməz hallara görə məsuliyyətin abonentin üzərində qalacağı bildirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 09 dekabr 2021-ci il tarixli gündəlik kəsim barədə məlumatdan görünür ki, abonent kodu **********01663 olan Şahid5 elektrik enerjisinin verilməsi 148,14 manat borca görə dayandırılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış əmək müqavilələrinin surətlərindən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə 13 aprel 2015-ci il tarixdə "xxxx" ASC-nin Aran X13 və Satışı İdarəsinin Ağdam X7 satış sahəsinə nəzarətçi-mühəndis vəzifəsinə işə götürülmələri barədə əmək müqaviləsi bağlanmış və həmin tarixdə vəzifə təlimatları ilə tanış olmuşlar. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 30 aprel 2015-ci il tarixli K-15-0334 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 13 aprel 2015-ci il tarixdən "xxxx" ASC-nin Aran X13 və Satışı İdarəsinin Ağdam Elektrik Şəbəkəsində 2 ay sınaq müddəti ilə nəzarətçi-mühəndis vəzifələrinə təyin edilmişlər. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 03 mart 2017-ci il tarixli K/17-00821 nömrəli əmrdən görünür ki, Zərərçəkmiş şəxs2 03 mart 2017-ci il tarixdən "xxxx" ASC-nin Aran X13 və Satışı İdarəsinin Ağdam X9 şöbəsinə balans hesabatı üzrə mühəndis vəzifəsinə keçirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 08 iyul 2020-ci il tarixli K/20-02677-2 nömrəli əmrdən görünür ki, "xxxx" ASC-nin Bakı və regionlar üzrə X13 və Satışı İdarələrinin tərkibində olan Enerji, Balans və Kəsim bölmələrinin ləğv edilməsilə əlaqədar Zərərçəkmiş şəxs2 həmin tarixdən vəzifəsi və əməkhaqqı saxlanılmaqla Enerji Alışı və Satışı İdarəsinə balans hesabatı üzrə mühəndis vəzifəsinə keçirilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Aran X13 və Satışı İdarəsi X10 21 fevral 2022-ci il tarixli 21/203 nömrəli məktubundan görünür ki, 09.12.2022-ci il tarixdə Quzanlı qəsəbə sakini Şahid5 evinə quraşdırılan sayğaca baxış keçirilən zaman abonentin EEİQ-nı 32- maddəsini pozaraq sayğaca gələn giriş kabelin zədələyərək sayğacdan kənar elektrik enerjisindən istifadə etdiyi aşkar edilmiş və abonentə 763.24 AZN cərimə aktı təyin edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlinin araryışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs həyat yoldaşı Şahid5 oğluna məxsus evdə qeydiyyatsız yaşayır və nümayəndəliyə onun barəsində heç bir şikayət daxil olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət, tələbi yoxdur və ona dəymiş zərər ödənilmişdir Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı şikayət, tələbi yoxdur və ona dəymiş zərər ödənilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 09 dekabr 2021ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan və Ağdam Rayon Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 12 yanvar 2021-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 07 iyun 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 120.2.2, 120.2.5 və 120.2.9-cu maddələri ilə təqsirli bilinib 13 il azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 21 fevral 2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinə müvafiq olaraq cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. “Azərbaycan Respublikası CM-nin 83.2-ci maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 08 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, CM-nin 83.1-ci maddəsindən göründüyü kimi məhkumluq cinayət törətməyə görə müəyyən cəza növünə məhkum edilmiş şəxs barəsində məhkəmənin ittiham hökmünün qanuni qüvvəyə mindiyi gündən başlanır və bütün cəzaçəkmə müddəti ərzində və cəzaçəkmə müddətindən sonrakı dövrdə qanunla müəyyən edilmiş müddətlər çərçivəsində davam edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində-onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası CM-nin 18.3.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər iki dəfə və ya xüsusilə ağır cinayət törətməyə görə əvvəllər bir dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə cinayətlərin xüsusilə təhlükəli residivini yaradır. Cinayət işinə əlavə olunmuş tələbnamədən və hökmdən göründüyü kimi Təqsirləndirilən şəxs 21 fevral 2017-ci ildə cəzanın sonu ilə azad olunmasına baxmayaraq məhkumluğu ödənilməmiş, yenidən qəsdən cinayət əməlini törətmişdir. Odur ki, onun hazırki cinayət əməli cinayətin xüsusilə təhlükəli residivi kimi qiymətləndirilməlidir. Məhkəmə, cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib, bütün sübutlara məcmu halda qiymət verərək təqsirləndirilən Təqsirləndirilən şəxs əməlinin hüquqi tövsifi məsələsini də həll etmişdir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarının 7-ci bəndində göstərilmişdir ki, şəxsin xidməti vəzifəsini həyata keçirməsi dedikdə onun dövlət, bələdiyyə, mülkiyyət formasından asılı olmayaraq qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçmiş digər müəssisə və təşkilatlarla, habelə fəaliyyəti qanunvericiliyə zidd olmayan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərlə bağlanmış əmək müqaviləsindən (kontrakdan) irəli gələn xidməti vəzifələrin dairəsi başa düşülür. İctimai borcunu yerinə yetirmək dedikdə isə vətəndaşların həm onların üzərinə xüsusi olaraq qoyulmuş ictimai vəzifələrin, həm də cəmiyyətin xeyrinə digər ictimai faydalı fəaliyyətin (məsələn hüquq pozuntusunun qarşısıının alınması, törədilən və ya törədilməsi nəzərdə tutulmuş cinayət haqqında hakimiyyət orqanına məlumat vermə, şahid və ya zərərçəkmişin cinayətkarı ifşa edən ifadə verməsi və s.) həyata keçirilməsi başa düşülür. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin tirafedici ifadəsi, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 228.4 və 315-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisələri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.2, 228.4 və 315-ci maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, CM-in 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, habelə CM-in 59.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərin ondan heç bir şikayət və tələbinin olmamasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin xüsusilə təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışmasını və cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini yüngülləşdirici hal kimi nəzərə alınsa da, əməlində xüsusilə təhlükəli residiv olması Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qəbul edildiyindən cəza təyin olunarkən bu Məcəllənin 60.1-ci maddəsində müəyyən edilmiş qayda tətbiq edilə bilməz. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğluna Azərbaycan Respublikası CM-nin 126.2.2, 228.4 və 315-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilirki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinə əsasən cinayətlərin xüsusi təhlükəli residivi zamanı və ya ömürlük azadlıqdan məhrum etmə cəza növü müəyyən müddətə azadlıqdan məhrum etmə cəza növü ilə əvəz edildikdə — xüsusi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Qanunun qeyd edilən tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Onun həbsdə saxlanıldığı müddət cəza müddətinə daxil edilməli və ona təyin ediləcək qəti cəzanın əvvəli onun tutulduğu vaxtdan, yəni 09 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia, maddi ziyan və ekspertiza xərci yoxdur İş üzrə maddi sübut kimi tanınıb Ağdam rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qara rəngli sviter, 1 ədəd boz rəngli alt isti köynəyi və 1 ədəd ağ rəngli mayka, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd qara rəngli jilet, 1 ədəd mavi rəngli köynək, 1 ədəd alt isti köynəyi və 1 ədəd ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli köynək və 1 ədəd göy rəngli cins şalvar təsərrüfat təyinatını itirdiyindən məhv edilməli, hadisənin video görüntülərinin köçürüldüyü 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanıldır. Bundan əlavə, təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi məqsədilə məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil 17 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabatlara əsasən, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 17 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 102 manat məbləğində pul köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.2.2, 228.4 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və CM-nin 126.2.2-ci maddəsi ilə 8 (səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.4-cü maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 315-ci maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 9 (doqquz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 09 dekabr 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınıb Ağdam rayon prokurorluğunun maddi sübutlar otağında saxlanılan 1 ədəd bıçaq, Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd qara rəngli sviter, 1 ədəd boz rəngli alt isti köynəyi və 1 ədəd ağ rəngli mayka, Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd qara rəngli jilet, 1 ədəd mavi rəngli köynək, 1 ədəd alt isti köynəyi və 1 ədəd ağ rəngli mayka, Təqsirləndirilən şəxs məxsus 1 ədəd göy rəngli köynək və 1 ədəd göy rəngli cins şalvar təsərrüfat təyinatını itirdiyindən məhv edilsin, 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 102 (yüz iki) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar