Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-235/2023 27.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, 02 avqust 1992-ci il tarixdə Cəlilabad rayonu Musalı kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə cəzası 1 il 4 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Amnistiya qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 6 ay azadılmış, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad edlmiş məhkumluğu ödənilməmiş, Cəlilabad rayonu, Musalı kəndində kəndində qeydiyyatda olmaqla, Cəlilabad rayonu, Kirovka qəsəbəsində yaşayan - barəsində “həbs” qətimkan tədbiri seçilərək Ədliyə Nazirliyi Penitensiar Xidmətin Gəncə şəhər 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxsoğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs 2022-ci ilin oktyabr ayının sonu Bakı şəhəri “20 Yanvar” dairəsinin yaxınlığında yerləşən Milli Onkologiya Mərkəzinin qarşısında yolun kənarında qohumu X3 məqsədi olmadan şəxsi istifadəsi ilə əlaqədar 250 manat pul müqabilində çəkisi məlum olmayan 1 ədəd sellofan bükümdə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamini üzərində qanunsuz saxlamaqla daşımış, sonrakı günlər ərzində Cəlilabad rayonu ərazisində bir qismini istifadə edib qalan hissəsini əynində olan qara rəngli şalvarın sol yan cibinə yerləşdirib qanunsuz saxlayaraq daşıyarkən 09 noyabr 2022-ci il tarixdə saat 10:05 radələrində Goranboy RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy şəhəri H.Əliyev prospektində saxlanılaraq Goranboy RPŞ-yə gətirilmiş, üzərində şəxsi axtarış aparılan zaman satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 1 ədəd sellofan bükümdə, təmiz çəkisi 10,225 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin əynində olan qara rəngli şalvarın sol yan cibində aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, bir neçə ildir psixotrop maddə olan metamfetamin istifadə edir. Psixotrop maddələrdən qanunsuz istifadə ilə bağlı əvvəl bir dəfə məhkum olunmuşdur. Həbsdən çıxdıqdan sonra fərdi qaydada taksi sürücülüyü ilə məşğul olur. Tutulmamışdan əvvəl əldə etdiyi psixotrop maddənin bir hissəsini gizlədib saxlamışdır. 8 noyabr 2022-ci il tarixdə axşam saat 23 radələrində yaşadığı Cəlilabad rayonundan özünə məxsus “Mercedes Benz 190” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonuna müştəri aparmış, yolda istifadə etmək üçün metamfetamini də əynindəki qara rəngli şalvarın sol yan cibinə qoymuşdur. Yolda gələrkən müştərinin yanında narkotik vasitə olan metamfetamindən istifadə etmiş, Goranboy rayonunda müştərini düşürüb yola saldıqdan sonra avtomobili rayonun Qızılhacılı qəsəbəsində xarab olmuşdur. Buna görə səhər ehtiyyat hissə almaq üçün Goranboy şəhərinə gəlmişdir. Goranboy şəhərində Poçt binasının yerləşdiyi H.Əliyev prospektində piyada hərəkət edərkən bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmiş, psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib üzərində yoxlama aparmış və məhkum olunmamışdan əvvəl əldə edib saxladığı metamfetmaindən qalıq qalmış, təxminən qram yarım hissəni aşkar etmişlər. Bundan sonra polis şöbəsinin əməkdaşları onu Goranboy rayon polis şöbəsinə aparmış, 4-5 saat döydükdən sonra Afər adlı tanışından metamfetamin aldığını bildirməsini deyib, üzərinə əlavə olaraq külli miqdar metamfetamin qoymuşlar. Üzərində faktiki 1,5 qram metamfetamin olmasına baxmayaraq polislər onu döydüyü üçün razılaşıb baxış keçirilərkən 10 qram metamfetaminin hamısının ona məxsus olduğunu və Afərdən aldığını demişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ifadəsinə əlavə olaraq bildirdi ki, təxminən 2 ildir ki, psixotrop maddə metamfetamin qəbul edir, lakin baxış keçirilərkən üzərinə aşkar edilən miqdarda deyil, təxminən qram yarım metamfetamin olmuş, qalan hissə isə polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı ilkin ifadəsində bildirmişdir ki, “bir müddətdir psixotrop maddə olan metamfetamin istifadə edir. X11 xalası qızının əridir, Bakı şəhəri Qaradağ rayonu Qızıldaş qəsəbəsində yaşayır. Afərlə münasibətləri həmişə normal olmuşdur. Afərlə istifadəsində olan nömrə ilə əlaqə saxlamış, Afər ona psixotrop maddə olan metamfetamini 250 manat pul qarşılığında verəcəyini bildirmiş, 2022-ci ilin oktyabr ayının sonu dəqiq xatırlamadığı gün yaşadığı Cəlilabad rayonu Kirovka qəsəbəsindən Bakı şəhərinə gedərək “20 yanvar” dairəsinin yaxınlığında Onkologiya Mərkəzinin qarşısında yolun kənarında Afərlə görüşmüş, Afər üzərindən bir ədəd sellofan bükümdə olan psixotrop maddəni çıxarıb ona vermişdir. Bunun müqabilində əvvəlcədən aralarındakı razılaşmaya əsasən 250 manat pul verməli olsa da üzərində həmin miqdarda pul olmadığı üçün Afərə 150 manat pul verib qalan 100 manat pulu sonra verəcəyini demiş, Afər də onunla razılaşmışdır. Bundan sonra metamfetamini götürüb üzərində saxlayıb yaşadığı Cəlilbad rayonu Kirovka qəsəbəsinə gəlmiş, aldığı metamfetamindən hər gün az miqdar istifadə etmiş, 08 noyabr 2022-ci il tarixdə axşam saat 23 radələrində özünə məxsus “Mercedes Benz 190” markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə Goranboy rayonuna doğru yola çıxmış, Afərdən aldığı metamfetamini də istifadə etmək üçün əynində olan qara rəngli şalvarın sol yan cibinə qoymuşdur. 08 noyabr 2022-ci il tarixdən 09 noyabr 2022-ci il tarixə keçən gecə saat 03 radələrində Goranboy rayonu Qızılhacılı qəsəbəsində olanda idarə etdiyi avtomobildə nasazlıq yarandığı üçün avtomobili ərazidə olan yanacaq doldurma məntəqəsinin yaxınlığında yolun kənarında saxlamış, səhər açıldıqdan sonra isə təxminən saat 09:30 radələrində avtomobildən düşüb qapıları bağlayıb metamfetmaini də cibinə qoyub tanımadığı bir nəfər şəxsin idarə etdiyi, marka və modelini xatırlamadığı avtomobillə Goranboy şəhərinə gəlmişdir. Goranboy şəhərinə gəlib Poçt binasının yerləşdiyi H.Əliyev prospektində piyada hərəkətdə olan zaman bir neçə mülki geyimli şəxs ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib ona hüquq və vəzifələrini izah edib Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər. O polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, polis şöbəsinin inzibati binasına çatdıqdan sonra polis əməkdaşları onu bir otağa aparmış, şübhəli şəxs qismində saxlanıldığını demiş, üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə video çəkilişlə üzərində şəxsi axtarış aparılmış, üzərindəki əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynində olan qara rəngli şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan psixotrop maddə - metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Sellofan bükümə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, şifahi sorğu-sual zamanı üzərindən aşkar olunmuş metamfetamini Bakı şəhərində xalası qızının əri Afərdən aldığını demiş, metamfetamin elektron tərəzidə çəkildikdən sonra qablaşdırılıb imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində üzərindən aşkar olunaraq götürülmüş külli miqdarda metamfetamini şəxsi istifadəsi məqsədilə üzərində saxladığını, satmaq niyyəti olmadığını, Afərdən psixotrop maddə olan metamfetamini alan zaman həmin maddənin hansı çəkidə olmasını bilmədiyini, gündəlik təxminən 0,15 qram qəbul etdiyini, Goranboy şəhəri ərazisində tutulduğu günə qədər Afərdən aldığı metamfetamindən təxminən 1,2 qram istifadə etdiyini bildirmişdir. Həmin metamfetamini başqa şəxslərə satmaqla bağlı Afərlə aralarında hər hansısa razılaşma olmadığını, metamfetamini şəxsi istifadəsi ilə əlaqədar aldığını, gündəlik istifadə etdiyini, şəxsi istifadəsi ilə əlaqədar üzərində saxladığını, Goranboy rayonuna gələndə də istifadə məqsədilə götürdüyünü göstərmişdir”. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Azərbaycan Respublikası DİN-in Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 noyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Musalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə ona əməliyyat məlumatı daxil olmuş, Goranboy rayon polis şöbəsinin rəhbərliyinə məruzə edildikdən sonra təxirə salınmaz əməliyyat-axtarış tədbirləri keçirilməsi üçün qərar qəbul etmiş, tədbirin keçirilməsi üçün əməliyyat qrupu yaradılmış, CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2 ilə birlikdə 09 noyabr 2022-ci il tarixdə saat 09:30 radələrində xidməti avtomobillə daxil olmuş əməliyyat məlumatına əsasən Təqsirləndirilən şəxs Goranboy şəhəri H.Əliyev prospektinə gələcəyi məlum olduğu üçün həmin yerə gedib təxminən 30 dəqiqə gözlədikdən sonra Təqsirləndirilən şəxs Goranboy şəhəri H.Əliyev prospektində yerləşən poçtun inzibati binasın qarşısında piyada hərəkət etdiyini görüb yaxınlaşmış, xidməti vəsiqəni göstərərək Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını, Goranboy rayon polis şöbəsinə gəlməli olduğunu demiş, hüquq və vəzifələrini izah etmişlər. Təqsirləndirilən şəxs də onların təklifini qəbul edib Goranboy rayon polis şöbəsinə getməyə razılıq vermiş, Təqsirləndirilən şəxslə birlikdə xidməti avtomobillə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs RPŞ-nin inzibati binasına gətirildikdən sonra təhqiqatçı Ömər İsmayılovun xidməti otağına aparılmış, bundan sonra RPŞ rəhbərliyinin müvafiq tapşırığına əsasən xidməti zərurətlə əlaqədar olaraq inzibati binasından çıxıb tapşırılan iş üzrə xidmətini davam etdirmiş, ona görə Təqsirləndirilən şəxs Goranboy RPŞ-yə gətirdikdən sonra aparılmış müvafiq sənədləşmə işlərində iştirak edə bilməmiş, sonradan isə üzərindən külli miqdar metamfetamin aşkar edildiyini öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Azərbaycan Respublikası DİN-nin Goranboy RPŞ-nin CAB-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 09 noyabr 2022-ci il tarixdə Cəlilabad rayonu Musalı kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs qanunsuz əməlinin ifşa edilməsi ilə bağlı daxil olmuş məlumat əsasında Goranboy RPŞ CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ilə birlikdə 09 noyabr 2022-ci il tarixdə saat 09:30 radələrində xidməti avtomobillə Goranboy şəhəri H.Əliyev prospektinə gəlmişlər. Təqsirləndirilən şəxs poçtun inzibati binasın qarşısında piyada hərəkət etdiyini görüb ona yaxınlaşmış, Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirmiş, hüquq və vəzifələrini izah edib onlarla birlikdə üzərində şəxsi axtarış aparılacağı məqsədi ilə Goranboy rayon polis şöbəsinə gəlməli olduğunu demiş, xidməti avtomobillə Goranboy rayon polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs RPŞ-nin inzibati binasına gətirildikdən sonra təhqiqatçı Ömər İsmayılovun xidməti otağına aparılmış, əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 RPŞ-nin rəhbərliyi tərəfindən xidməti zərurətlə əlaqədar başqa bir iş tapşırıldığı üçün çıxıb getmiş, təhqiqatçı Ömər İsmayılov tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilib şübhəli şəxs qismində tutulmuş, hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona vəkillərin siyahısı təqdim edilmiş, əməliyyat müvəkkili Şahid3 və vəkil Ədalət Verdiyevin iştirakı ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, video çəkilişi isə Goranboy RPŞ-nin KTQ-nun baş inspektoru kriminalisti Həbib Məmmədov həyata keçirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan əşyaları könüllü təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən özünə məxsus olan Samsunq markalı mobil telefonunu, şalvarının sol yan cibindən isə bir ədəd sellofan bükümü və 10 qəpik pulu çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 ədəd sellofan bükümə baxış keçirilmiş və həmin sellofan bükümün içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması aşkar edilmişdir. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, təhqiqatçı tərəfindən qablaşdırılmış və axtarış iştirakçıları tərəfindən imzalandıqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “121” saylı möhürü ilə möhürlənərək ekspertiza tədqiqatına təqdim olunması üçün götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş metamfetamini Bakı şəhərində yaşayan qohumu Afər adlı şəxsdən 250 manat pul müqabilində alıb 150 manatını verdiyini və 100 manat isə borclu qaldığını demişdir. Bundan sonra isə Təqsirləndirilən şəxs Goranboy rayonunun inzibati ərazisinə gəldiyi və nasaz vəziyyətdə olduğu üçün Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində qalmış “Mercedes Benz” 190 markalı, ** BL *** dövlət qeydiyyat nişanlı avtomobili Goranboy RPŞ-nin inzibati binasının həyətinə gətirilmiş, həmin avtomobilə də baxış keçirilmiş, videoçəkilişlə aparılmış baxış zamanı hər hansı qanunsuz əşya, yaxud predmet aşkar edilməmiş, bundan sonra iştirakçılar təhqiqatçının xidməti otağında tərtib edilmiş sənədləri oxuyub imza etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 09 noyabr 2022-ci il tarixli “şəxsi axtarış aparılması” haqqında protokoldan və protokola əlavə edilmiş DVD diskdən görünür ki, Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 (bir) ədəd “Samsung” markalı smartfon tipli mobil telefonu, həmin şalvarın sol yan cibindən isə 1 (bir) ədəd şəffaf sellofana bükülmüş bükümün içərisində 10,7 qram (on tam onda yeddi) olan psixotrop maddə olan metamfetaminə bənzər kütləni könüllü olaraq aşkar edilib götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlənin metamfetamin olduğunu deyib, Bakı şəhərində yaşayan qohumu Afər adlı şəxsdən pulla aldığını, istifadəçisi olduğu üçün üzərində saxlayıb, daşıdığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 10 noyabr 2022-ci il tarixli 16/1275 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazısı və imzalar olan kağız paketdəki 1 ( bir ) ədəd sellofan bükümdə təmiz çəkisi 10,225 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Məhkəmə-kimyəvi ekspertizasının 11 noyabr 2022-ci il tarixli, 16/1284 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “X9 üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 2 ( iki ) ədəd gümüşü kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,316 qram ağ rəngli, 1,643 qram bozumtul-ağ rəngli olmaqla ümumi təmiz çəkisi 1,959 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “X9 üzərindən aşkar olunaraq götürülmüş iki ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki metamfetaminlərlə ( 1 və 2 №-li ob), üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə” yazı və imzalar olan kağız paketdəki metamfetaminlə ( 3 №-li ob ) , 2 və 3 №-li obyektlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidir, 1 və 3 №-li obyektlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni deyildir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə narkoloji ekspertizasının 16 dekabr 2022-ci il tarixli 1918 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 03 fevral 2023cü il tarixli “maddi sübut qismində tanınma barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ekspertiza tədqiqatdan sonra qalıq qalan təmiz çəkisi 10,055 qram olan külli miqdarda maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamin maddi sübut qismində tanınaraq Goranboy RPŞ-nin saxlanc otağına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış əməliyyat tapşırığına verilmiş 29 noyabr 2022-ci il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması müəyyən edilməmiş, üzərindən aşkar edilmiş psixotrop maddə olan kustar üsulla hazırlanmış 10,225 qram metamfetamini 250 manat pul qarşılığında tanışı X7 Bakı şəhərində şəxsi istifadəsi ilə bağlı almış almış, həmin vaxt yaxud sonra psixotrop maddələrin satışı ilə bağlı Afərlə aralarında hər hansı razılaşma olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Cəlilabad rayon İHB-nın Ləkin kənd İƏD üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli 617 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı və azyaşlı oğlu ilə birgə Cəlilabad rayonu Musalı kəndində qeydiyyatda olsa da Cəlilabad şəhərində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü, Cəlilabad rayon məhkəməsinin və Salyan rayon məhkəməsinin qərarlarının surətinə əsasən müəyyən edilmişdir ki, Vəliyev X5 Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə azadlığın məhdudlaşdırılması cəzası 01 il 04 ay 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 noyabr zəfər günü münasibətilə amnistiya elan edilməsi barədə” Qərarının 4-cü bəndinə əsasən xx.xx.2021-ci il tarixli qərarla təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsi 06 ay azadılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Goranboy Rayon Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsəalmanın əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutları, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq külli miqdar psixotrop maddəni satış məqsədi olmadan əldə edib, üzərində saxlamaqla daşıması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1.ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin məhkəmə istintaqı verdiyi ifadəsində göstərdiyi xx.xx.2022-ci ildə şəxsi axtarış zamanı üzərindən aşkar olunmuş psixotrop maddə olan metamfetminin hamısının ona aid olmaması, xx.xx.2022-ci ildə Goranboy RPŞyə gətirildikdən sonra böyük bir hissəsinin onun üzərinə qoyulmasını, polis əməkdaşları tərəfindən 4 saat döyüldükdən sonra onların hədələməsinə görə aşkar edilmiş külli miqdar metamfetaminin hamısının ona məxsus olmasını bildirməsi, faktiki olaraq özünə məxsus 1,5 qram metamfetamini isə məhkum olunmamışdan əvvəl ayırıb gizlətməsi barədə ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığı və özünün ibidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi qismən etirafedici ifadələri, şəxsi axtarış istintaq hərəkəti protokolu və axtarış keçirilməsi zamanı aparılmış videoçəkilişlə, ekspertiza rəyləri və cinayət işinin digər obyektiv halları ilə tam olaraq təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığında ifadəsini həmin hissələrdə həqiqətəuyğun olmayan ifadə kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı verdiyi ifadəsində xx.xx.2022-ci ildə polis əməkdaşları tərəfindən X8 inzibati binasına gətirildikdən sonra 3-4 saat döyüldüyünü, ancaq tətbiq edilmiş fiziki zorakılıqdan sonra polis əməkdaşları ilə razılaşaraq üzərinə qoyduqları külli miqdar psixotrop maddə olan metamfatiminin hamısının özünə məxsus olduğunu videoçəkilişlə aparılmış şəxsi baxış və axtarış, eləcə də ibtidai istintaq zamanı verdiyi ifadələrində etiraf etdiyi və özünü təqsirli bildiyini göstərmişdir. Məhkəmə baxışının hərtərəfliyini, iş üzrə həqiqəti müəyyən etmək üçün təqsirləndirilən şəxsin göstərdiyi xüsusatların araşdırılması məqsədilə verilmiş sorğulara cavab olaraq məhkəməyə təqdim edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş tibbi kitabçanın surətindən görünür ki, Vəliyev X4 Xidmətin 2 saylı İstintaq Təcridxanasına daxil olarkən bədəni üzərində hər hansı xəsarət, yaxud izi aşkar edilməmişdir. Yalnız döş qəfəsində 1 ədəd və sağ qasıq nahiyyəsində 1 ədəd köhnə çapıq izləri müəyyən edlmişdir ki, məhkəmə iclasında həmin xəsarətlərin yaranma şəraiti və vaxtı barədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin çapıqların xeyli müddət əvvəl çıxdığı ağacdan yıxılaraq aldığı xəsarətlərin yeri olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində Goranboy RPŞ-yə gətirildikdən sonra 4-5 saat saxlanılıb döyüldüyünü bildirsə də verilmiş sorğuya cavab olaraq təqdim edilmiş “Goranboy RPŞ-yə gətirilmiş şəxsilərin qeydiyyatı kitabı”nın surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildə saat 10:15 dəqiqədə polis şöbəsinə gətirilmiş, barəsində tutma barədə protokol tərtib edildikdən sonra həmin gün Goranboy RPŞ MSY-yə təhvil verilmişdir. Təqsirləndirilən şəxs ibtidai araşdırma müddətində ifadəsində göstərdiyi zorakılığa məruz qalması və digər qanunsuzluqlarla bağlı cinayət işinin istintaqını aparan müstəntiqə, prosessual rəhbərliyi həyata keçirən prokurora, yuxarı prokurora, nəzarət funksiyasını həyata keçirən məhkəməyə, yaxud hər hansı orqanına şikayət etməmişdir. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş şəxsi axtarış və avtomobilə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntülərdən də görünür ki, Pərviz Əliyevin bədən səthi üzərində gözlə görünən hər hansı xəsarət, yaxud xəsarət izi yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8.). “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları və əlavələri, ekspertiza rəyləri, üzərinə şəxsi axtarış keçirilməsi zamanı aparılmış videoçəkilişlə sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini də nəzərə alır. Məhkəmə kolegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən isə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Lənkəran Ağır cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cəlilabad rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin təyin etdiyi azadlığın məhdudlaşdırılması cəzası 01 il 04 ay 27 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, xx.xx.2022-ci il tarixdə cəazasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18 və 83.1-ci maddələrinin şərh edilməsinə dair” 2010cu il 6 sentyabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən, qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarına əsasən, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzanın sonradan azadlıqdan məhrumetmə növündə cəza ilə əvəz edilməsi bilavasitə cəzanın icrası ilə bağlı həyata keçirildiyindən həmin hal təqsirləndirilən şəxsə əvvəllər azadlıqdan məhrumetmə növündə cəza təyini kimi qiymətləndirilərək residiv kimi qiymətləndirilə bilməz. Göstərilən hal eyni zamanda konstitutsiya və cinayət qanunvericiliyinin ədalət və qanunçuluq prinsiplərinin pozuntusuna gətirib çıxara bilər. Məhkəmə tərkibi eyni zamanda təqsirləndirilən şəxsi xarakterizə edən hallar içərisində Salyan rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “8 noyabr zəfər günü münasibətilə amnistiya elan edilməsi barədə” Qərarının 4-cü bəndinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsinin 06 ay azadılmasını, lakin Təqsirləndirilən şəxs dövlət tərəfindən barəsində tətbiq edilmiş humanizmi qiymətləndirməməsini, islah olmamasını, məhkumluğu ödənilmədən yenidən qəsdən eynixarakterli, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən, islah olmadığını göstərən və barəsində azadlıqdan məhrumetmə növündə cəza tətbiqini qaçılmaz edən hal kimi qiymətləndirir. Məhkəmə kollegiyası yuxarıda şərh edilənləri, təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirən halları, həmçinin törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də şəxsiyyətini xarakterizə edən halları nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1- 1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 09 noyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan Goranboy rayon Polis Şöbəsinin saxlancında saxlanılan qalıq çəkisi 10,055 qram qalmış psixotrop maddə olan metamfetamin məhv edilməli, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilməli, istintaq hərəkətlərinin qeydə alındığı 2 ədəd DVD disk və 1 ədəd CD diskin cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Bundan əlavə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 25 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 150 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 4 (dörd) il, 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 noyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin. Ərazi narkoloji dispanserində qeydiyyata götürülsün. İş üzrə maddi sübut olaraq sübut olan Goranboy rayon Polis Şöbəsinin saxlancında saxlanılan qalıq çəkisi 10.055 qram qalmış psixotrop maddə olan metamfetamin məhv edilsin, onun məhv edilməsi “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilsin, 02 ədəd DVD disk, 1 ədəd CD diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 150 (yüz əlli) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən elan edildiyi gündən 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-235/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-235/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver