Məhkəmə qərarları › İş №1(100)-236/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-236/2021

01.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-236/2021 01.09.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Əliyev Natiq Mürsəl oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu (mərzəçi hakim) və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X9 və X3 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri, 1 saylı Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1972-ci il tarixdə Qazax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmuş, həbs olunanadək Qazax şəhəri, M.Ə.Sabir küçəsi, ev 61A ünvanında daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayının əvvəllərində faktiki olaraq yaşadığı ünvan 2 ünvanında yerləşən evində məlum olmayan vaxtda və mənbədən əldə etdiyi əkilib-becərilməsi qanunla qadağan edilmiş narkotik tərkibli çətənə (kannabis) bitkilərinin toxumlarını qanunsuz olaraq külli miqdar təşkil edən, yəni ümumi sayı 19 ədəd çətənə (kannabis) bitkilərini əkib aqrotexniki qaydada qulluq göstərməklə yetişdirərək kultivasiya etmiş, 02 fevral 2021-ci il tarixdə saat 13.40 radələrində Qazax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə istifadə və kultivasiya etməkdə şübhəli bilinərək yaşadığı evə baxış keçirilərkən evin yataq otağında içərisinə elektrik lampası ilə süni işıq çəkilmiş paltar dolabının içərisindən bir ədəd plastik qabda ayrı-ayrılıqda əkilmiş külli miqdar təşkil edən, 19 ədəd yaş halda ümumi təmiz çəkisi 25 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 237.2.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 02 fevral 2021-ci il tarixdə saat 13:40 radələrində o, çayxanaya getmək məqsədi ilə evinin həyətinə çıxmışdır. Bu zaman polis geyim formasında və mülki paltarda olan 4-5 nəfər şəxsin darvazadan keçərək evinin həyətinə daxil olduqlarını görmüşdür. Həmin vaxt qeyd olunan şəxslər özlərini ona təqdim edərək, Qazax rayon polis şöbəsinin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra polislər ona yaşadığı evdə tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsində şübhəli bilindiyini, ona görə də, polis əməkdaşları tərəfindən onun yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. O da, öz növbəsində polis əməkdaşlarına hər-hansı bir etiraz etməmiş, yaşadığı ünvana baxış keçirə biləcəklərinə razılıq vermiş və bu barədə ərizə yazmışdır. Sonra polis əməkdaşları ondan yaşadığı ünvanda hər-hansı bir narkotik tərkibli maddələr, həmçinin onların prekursorlarının olub-olmamasını, o cümlədən əkib-becərdiyi tərkibində narkotik maddələr olan bitkilərin olub-olmamasını, əgər varsa təqdim etməsini ona təklif etmişlər. O da, polis əməkdaşlarına yaşadığı ünvanda tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkibbecərdiyini və qeyd olunan bitkiləri onlara təqdim edə biləcəyini bildirmişdir. Onun bu sözlərindən sonra evinin qonaq otağından sol tərəfdə olan yataq otağına keçərək, həmin otaqda yerləşdirilmiş paltar dolabının qarşısında dayanmış və o, dolabın qapısını açaraq içərisində olan plastik materialdan qaba tökdüyü torpaqda əkib-becərərək qulluq etdiyi bir neçə sayda çətənə bitkilərini polis əməkdaşlarına təqdim etmişdir. Bu zaman polis əməkdaşları onun əkib-becərdiyi həmin çətənə bitkilərini, əkdiyi plastik qab ilə birlikdə dolabdan götürmüşlər. Polis əməkdaşları qeyd olunan bitkiləri, kökləri ilə birlikdə plastik qabdan, torpağın içərisindən çıxararaq saymış və plastik qabda əkib-becərərək qulluq etdiyi bitkilərin 9 (doqquz) ədəd, ən böyüyünün 28 (iyirmi səkkiz), ən kiçiyinin isə, 13 (on üç) santimetr ölçüsündə olduğu məlum olmuşdur. Baxış saat 15:00 radələrinə qədər davam etmişdir və həmin vaxt ərzində polis əməkdaşları dəfələrlə narkotik aşkar olunan otağa girib çıxmışlar. Aşkar olunmuş bitkilər onun, polis əməkdaşlarının və baxışda iştirak edən mütəxəssis-aqranomun iştirakı ilə qablaşdıraraq, iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Onlar bu barədə tərtib edilən protokolun, o cümlədən bitkilərin qablaşdırıldığı torbanın üzərini öz imzaları ilə imzalamışdırlar. O, qeyd olunan çətənə bitkilərini 02 (iki) ay əvvəl əkmişdir. O, bitki toxumlarını “Ağstafa” çayının Qazax rayonunun ərazisindən keçən hissəsinin sahilindən, çöllük ərazidən yabanı halda bitmiş çətənə bitkisinin kollarının toxumlarından toplayaraq əldə etmişdir. Həmin bitkiləri əkib-becərməkdə və qulluq etməkdə məqsədi, gələcəkdə özü üçün istifadə etmək olmuşdur, kiməsə satmaq və ya digər formada vermək məqsədi olmamışdır. O, ümumilikdə doqquz ədəd çətənə kolu əkmişdir, digər on ədədinin onun evindən aşkar olunmasından xəbəri olmamışdır. Belə ki, polis əməkdaşları narkotik vasitələrin aşkar olunduğu otağa dəfələrlə girib-çıxdığından digər on ədəd çətənə kollarını polislər tərəfindən həmin yerə qoyulduğunu düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdə saat 12:50 radələrində o, Qazax RPŞ-nin inzibati binasında, iş otağında olarkən, ona Qazax şəhərində yaşayan “Şahin” adlı şəxsin yaşadığı mənzildə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri əkib-becərməsi və kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, o, həmin məlumat barəsində dərhal şöbə rəisinə raport ilə məruzə etmiş, daha sonra RPŞ-nin CAB-nin rəisi, polis baş leytenantı X7 tərəfindən bu istiqamətdə əməliyyat-axtarış tədbirlər keçirilməsinə dair qərar qəbul edilmişdir. Şahin adlı şəxsin cinayət başında yaxalanması və cinayət əməlinin ifşa olunması məqsədi ilə əməliyyat qrupunun yaradılmasına dair protokol tərtib edildikdən sonra, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3 və KTQ-nun baş inspektoru polis kapitanı Şahid4 ilə birlikdə, bu istiqamətdə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Keçirilmiş tədbirlərinin nəticəsində Şahin adlı şəxsin ünvan 3-da qeydiyyatda olan və yaşayan xx.xx.1972-ci il təvəlllüdlü Təqsirləndirilən şəxs olması və onun hazırda yaşadığı evində olması müəyyən olunmuşdur. Saat 13:30 radələrində onlar, o cümlədən də, RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8 və dəvət edilmiş mütəxəssis-aqronom X5 polis şöbəsindən çıxaraq, RPŞ-nə məxsus olan “Renault” markalı, ** AP *** dövlət nömrə nişanlı xidməti avtomobil ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi üçün M.Ə.Sabir küçəsi ev 61 A ünvanının qarşısına getmişlər və evin həyətinə daxil olmuşlar. Həmin vaxt KTQ-nun baş inspektoru Şahid4 əlində olan “Sony” markalı cihaz ilə onların hərəkətlərini lentə almağa başlamışdır. Saat 13:40 radələrində Təqsirləndirilən şəxs evinin həyətindən darvaza istiqamətinə gedərkən onlar ilkin olaraq özlərini təqdim edərək Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsində şübhəli bilindiyi, tərəflərindən Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs isə, onlara heç bir etiraz etmədiyindən, yaşadığı evə baxış keçirə biləcəklərinə razılıq etməsinə dair sonuncu ərizə vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda hərhansı bir narkotik tərkibli maddələr, həmçinin onların prekursorlarının, o cümlədən əkibbecərdiyi tərkibində narkotik maddələr olan bitkilərin olub-olmaması soruşulmuş, əgər varsa könüllü olaraq təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da, yaşadığı evdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyini və qeyd olunan bitkiləri təqdim edə edəcəyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs arxası ilə gedərək müşayət edib onun evinə, evinin qonaq otağından sol tərəfdə yerləşən yataq otağına daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs həmin otaqda yerləşdirilmiş paltar dolabının qarşısında dayanaraq qapısını açıb, içərisində olan plastik materialdan qaba tökdüyü torpaqda əkib-becərdiyi bir neçə sayda çətənə bitkilərini təqdim etmişdir. Onlar qeyd olunan bitkiləri kökləri ilə birlikdə plastik qabdan çıxarıb saymışlar və həmin bitkilərin 19 (on doqquz) ədəd, ən böyüyünün 28 (iyirmi səkkiz), ən kiçiyinin isə, 13 (on üç) santimetr ölçüdə olduğu məlum olmuşdur. Baxış zamanı dəvət edilmiş mütəxəssisaqronom X1 çıxarılmış həmin bitkilərin hamısının, tərkibində narkotik maddələr olan çətənə bitkiləri olması və qeyd olunan bitkilərin yetişdirilməsi üçün aqrotexniki qaydada qulluq edilməsini bildirmişdir. Daha sonra qeyd olunan bitkilərin hamısı Təqsirləndirilən şəxs, onların və baxışda iştirak edən mütəxəssis-aqranomun iştirakı ilə qablaşdıraraq, iş üçün sübuti əhəmiyyət kəsb edəcəyindən götürülmüş və onlar tərtib edilən “Baxış keçirilməsi və götürmə haqqında” protokolun, o cümlədən bitkilərin qablaşdırıldığı politelin torbanın üzərində olan qeydləri imzalamışlar. Sonradan keçirilmiş müvafiq ekspertizanın rəyinə əsasən Təqsirləndirilən şəxs evindən aşkar edilərək götürülmüş, ümumilikdə 19 (on doqquz) ədəd həmin bitkilər, təmiz çəkisi-25 qram olan qanunla əkilib-becərilməsi qadağan olunmuş və hamısına aqrotexniki qaydada qulluq olunaraq yetişdirilmiş çətənə (kannabis) bitkiləri olması müəyyən olmuşdur. İstintaq hərəkəti tamamlanmış və bütün iştirakçılar tərtib edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” protokolu imzaladıqdan sonra Təqsirləndirilən şəxs onların tərəfindən rayon polis şöbəsinə gətirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində Şahid1 göstərmiş olduğu xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 fevral 2021-ci il tarixdə, saat 12:55 radələrində RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 onun istifadəsində olan mobil telefonuna zəng edərək, keçiriləcək əməliyyat-axtarış tədbirində iştirak edərək köməklik etmək üçün lazım olduğunu bildirib, onu iş otağına dəvət etmişdir. O da, heç bir etiraz etmədən Şahid1 iş otağına getdikdən sonra Şahid1 ona Qazax şəhərində yaşayan Şahin adlı şəxsin yaşadığı mənzildə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkib-becərməsi və kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Şahid1 isə, həmin məlumat barəsində şöbə rəisinə raport ilə məruzə etmiş, daha sonra da, RPŞ-nin CAB-nin rəisi, polis baş leytenantı X7 tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Ona görə də, Şahin adlı şəxsin cinayət başında yaxalanması və onun cinayət əməlinin ifşa olunması məqsədilə əməliyyat qrupunun yaradılmasına dair protokol tərtib edilmiş və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid3, KTQ-nun baş inspektoru polis kapitanı Şahid4, o və əməliyyat müvəkkili Şahid1 həmin əməliyyat qrupunun tərkibinə daxil edilmişlər. Daha sonra bu istiqamətdə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Tərəflərindən keçirilmiş həmin tədbirlərinin nəticəsində Şahin adlı şəxsin Qazax şəhəri, M.Ə.Sabir küçəsi ev 61 A-da qeydiyyatda olan və yaşayan xx.xx.1972-ci il təvəlllüdlü Təqsirləndirilən şəxs olması və onun hal-hazırda həmin ünvanda yerləşən evində olması müəyyən olunmuşdur. Saat 13:30 radələrində onlar, o cümlədən RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X8 və dəvət edilmiş mütəxəssisaqronom X5 polis şöbəsindən çıxaraq, RPŞ-nə məxsus olan “Renault” markalı, ** AP *** dövlət nömrə nişanlı xidməti avtomobil ilə Təqsirləndirilən şəxs evinə baxış keçirilməsi üçün qeyd olunan ünvanda yerləşən fərdi yaşayış evinin qarşısına getmişlər və evin həyətinə daxil olmuşlar. Bu zaman KTQ-nun baş inspektoru Şahid4 əlində olan “Sony” markalı cihaz ilə onların hərəkətlərini lentə almağa başlamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs evinin həyətindən darvaza istiqamətində gedərkən onlar ilkin olaraq özlərini təqdim edərək Qazax RPŞ-nin əməkdaşları olduqlarını bildirmişlər. Daha sonra Təqsirləndirilən şəxs onun yaşadığı evdə qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin əkilib-becərilməsində şübhəli bilindiyindən, tərəflərindən yaşadığı evə baxış keçirilməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs isə, onlara heç bir etiraz etməyərək yaşadığı evə baxış keçirə biləcəklərinə razılıq verməsinə dair ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər-hansı bir narkotik tərkibli maddələr, həmçinin onların prekursorlarının, o cümlədən əkib-becərdiyi tərkibində narkotik maddələr olan bitkilərin olub-olmamasını soruşulmuş, varsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs da, etiraf edərək yaşadığı evdə tərkibində narkotik maddələr olan çətənə bitkilərini əkib-becərdiyini və qeyd olunan bitkiləri təhqiqata təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs arxası ilə gedərək müşayət edib sonuncunun evinə, evinin qonaq otağından sol tərəfdə yerləşən yataq otağına daxil olmuşlar. Bu zaman Təqsirləndirilən şəxs həmin otaqda yerləşdirilmiş paltar dolabının qarşısında dayanaraq dolabın qapısını açıb, içərisində olan plastik materialdan qaba tökdüyü torpaqda əkib-becərdiyi bir neçə sayda çətənə bitkilərini onlara təqdim edərək bildirmişdir ki, həmin bitkilər məhz onun tərəfindən əkilərək qulluq edilmişdir. Ona görə də onlar qeyd olunan bitkiləri kökləri ilə birlikdə plastik qabdan, torpağın içərisindən çıxararaq saymış və Təqsirləndirilən şəxs həmin plastik qabda əkib-becərərək qulluq etdiyi bitkilərin 19 (on doqquz) ədəd, ən böyüyünün 28 (iyirmi səkkiz), ən kiçiyinin isə, 13 (on üç) santimetr ölçüdə olduğu onlara məlum olmuşdur. Baxış zamanı dəvət edilmiş mütəxəssis-aqronom X1 çıxarılmış həmin bitkilərin hamısının tərkibində narkotik maddələr olan çətənə bitkiləri olduğunu və qeyd olunan bitkilərin yetişdirilməsi üçün hamısına aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evindən aşkar edilmiş həmin bitkilərin hamısı Təqsirləndirilən şəxs, onların və baxışda iştirak edən mütəxəssis-aqranomun iştirakı ilə qablaşdıraraq, iş üçün sübuti əhəmiyyət kəsb etdiyindən götürülmüş və onlar tərtib edilən “Baxış keçirilməsi və götürmə haqqında” protokolun, o cümlədən bitkilərin qablaşdırıldığı politelin torbanın üzərində olan qeydləri öz imzaları ilə imzalamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid4 göstərmiş olduğu xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 fevral 2021-ci il tarixli, “Baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Qazax RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanına baxış keçirilərkən evin qonaq otağından sol tərəfdə yerləşən yataq otağından, həmin otaqda olan dolabın içərisindən bir ədəd plastik qabda yetişdirilmiş 19 (on doqquz) ədəd, ən böyüyünün 28 (iyirmi səkkiz), ən kiçiyinin isə, 13 (on üç) santimetr ölçüsündə olduğu müəyyən edilən, ilkin baxışdan narkotik xassəli marixuana (kannabis) bitkisinə bənzəyən bitkilər aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 03 fevral 2021-ci il tarixli 16/108 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “.........Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş..........” sözləri yazılmış 01(bir) ədəd politelin paketdə, ümumi sayı 19 (on doqquz) ədəd, ümumi təmiz çəkisi-25 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Qazax Psixiatriya xəstəxanasından alınmış olan 11 fevral 2021-ci il tarixli 133 nömrəli məktubdan görünür ki, Qazax şəhəri, M.Ə.Sabir küçəsi ev 61A-da qeydiyyatda olan və yaşayan xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həmin xəstəxanada psixoloji qeydiyyatda yoxdur. Lakin, 2006-cı ildən Qazax Psixiatriya xəstəxanasının narkoloji kabinetində profilaktiki qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış olan 16 fevral 2021-ci il tarixli məhkumluq barədə tələbnamədən və işə əlavə edilmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 06 aprel 2010-cu il tarixli 1(101)-280/2010-cu il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 01 iyul 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76 maddəsinə əsasən cəzasının çəkilməmiş 02 ay 12 günündən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 06 (altı) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ona görə də, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş şəxs hesab edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Qazax rayon məhkəməsinin 22 fevral 2021-ci il tarixli 4(023)-03/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 12 (on iki) gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Qazax RİHB-nin şəhər İƏD üzrə nümayəndəliyindən verilmiş 19 mart 2021-ci il tarixli 11-21/645 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs M.Ə.Sabir küçəsi ev 61A-da qeydiyyatdadır və tək olaraq yaşayır. Yaşayış yerindən müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 09 mart 2021-ci il tarixli 5(023)-7/2021 saylı qərardan görünür ki, Qazax RPŞ-nin CAB-nin rəisi, polis baş leytenatı Murad Qurbanov tərəfindən qəbul edilmiş 02.02.2021-ci il tarixli qərar qanuni hesab edilsin. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 aprel 2021-ci il tarixli 380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobionidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 07.05.2021-ci il tarixli “Üzləşdirilmə” protokolundan görünür ki, iş üzrə əlavə ifadələri arasında olan əhəmiyyətli ziddiyyətlərin aradan qaldırılması məqsədi ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilə şahid qismində dindirilmiş Qazax RPŞ-nin əməkdaşları, Şahid1 və Şahid3 arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir.Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən, Şahid1 və Şahid3 həmin ifadələrində göstərmiş olduğu xüsusatları, bir daha təsdiq etmişdirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 26 aprel 2021-ci il tarixli, “Götürmə və baxışın aparılması haqqında” protokoldan görünür ki, Şahid5 könüllü olaraq təqdim etməsinə əsasən sonuncudan 03 metr 87 santimetr uzunluğunda 01 ədəd elektrik naqili və həmin naqilin ucuna bərkidilmiş 60 voltluq 01 ədəd elektrik lampası götürülərək həmin əşyalara baxış keçirilmişdir. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı onun evində aşkar olunan narkotik tərkibli çətənə kollarının ümumi sayının 19 ədəd deyil 9 ədəd olması ilə bağlı verdiyi ifadəsi təqsirləndirilən şəxsin özünün ibtidai istintaq zamanı verdiyi ifadələri, şahid ifadələri, baxış protokolu, əlavə edilmiş video çəkiliş və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib birbiri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərədə tutulan cinayətin tərkibi vardır. Təqsirləndirilən şəxs evinin yataq otağında yerləşdirilmiş, işərisinə elektrik lampası ilə süni işıq çəkilmiş dolabın içərisindən bir ədəd plastik qabda külli miqdarda narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə tövsif edilməli, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin 16 fevral 2021-ci il tarixli məhkumluq barədə arayışından və işə əlavə edilmiş Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Məhkəməsinin 06 aprel 2010-cu il tarixli, 1(101)-280/2010-cu il saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.2-ci maddəsi ilə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri, Nizami rayon məhkəməsinin 01 iyul 2016-cı il tarixli qərarı ilə Azərbaycan Respublikasının CM-nin 76 maddəsinə əsasən cəzasının çəkilməmiş 02 ay 12 günündən vaxtından əvvəl şərti azad edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 06 (altı) il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Ona görə də, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilmiş və məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsiə cinayətin təhlükəli residivi yaranır. Beləliklə, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivini yaradır. Təqsirləndirilən şəxs əməlində təhlükəli residivin olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran haldır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və ya götürülməmiş yenidən qəsdən ağır cinayət törətdiyindən onun bu əməli cinayətin təhlükəli residivi yaratdığından, ona CM-nin ittiham olunduğu maddə üzrə cəza təyin edilərkən CM-nin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəza təyin edilməli, cəza təyin edilərkən həmin maddənin sanksiyasında nəzərdə tutulan cəzanın üçdə ikisindən az olmayan cəza təyin edilməli, habelə cinayətin residivi cəzanı ağırlaşdıran hal kimi də nəzərə alınmalıdır. Məhkəmə tərkibi yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkmələri müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduqu andan, yəni 22 fevral 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və onun narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən maddi sübut Qazax rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ümumi sayı 19 (on doqquz) ədəd, ümumi təmiz çəkisi-25 qram olan ekspertiza tədqiqatlarına 0,38 qram istifadə olunduqdan sonra qalıq 24,62 qram qurumuş vəziyyətdə olan çətənə (kannabis) bitkisi nümunələri, 03 metr 87 santimetr uzunluğunda 01 ədəd elektrik naqili və həmin naqilin ucuna bərkidilmiş 60 voltluq 01 ədəd elektrik lampası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Qazax rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30 (otuz) manat 40 (qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X10 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi təqsirləndirilən şəxs X6 30 (otuz) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 30 (otuz) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 180 (yüz səksən) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 22 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və onun narkoloji kabinetdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut Qazax rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, ümumi sayı 19 (on doqquz) ədəd, ümumi təmiz çəkisi-25 qram olan ekspertiza tədqiqatlarına 0,38 qram istifadə olunduqdan sonra qalıq 24,62 qram qurumuş vəziyyətdə olan çətənə (kannabis) bitkisi nümunələri, 03 metr 87 santimetr uzunluğunda 01 ədəd elektrik naqili və həmin naqilin ucuna bərkidilmiş 60 voltluq 01 ədəd elektrik lampası hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Qazax rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə 30 (otuz) manat 40 (qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X10 həyata keçirdiyindən 180 (yüz səksən) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar