Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-236/2022 28.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və X2 ibarət tərkibdə Məhkəmə iclasının katibi: X11 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs X3, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1998-ci ildə Tovuz rayonu, Köhnəqala kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonu, Köhnəqala kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 07.11.2021-ci il tarixdə saat 18 radələrində, Tovuz rayonu, Köhnəqala kəndində qaynatası Şahid2 məxsus fərdi yaşayış evinin yerləşdiyi küçədə həmkəndlisi Şahid1 Şahid2 yaşadığı evin həyətində olan qadın qohumlarına baxdığı üçün onların arasında yaranmış sözlə mübahisə zamanı Zərərçəkmiş şəxs yumruqla onu sifətindən vurub yerə yıxdığı və ona sağ üst göz qapağının qançırı, sol almacıq nahiyəsinin qançır şişkinliyi ilə müşayət olunan, nəticədə sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər yetirməsi səbəbindən şəxsi münasibətlər zəminində yaranmış dava zamanı yerdən götürdüyü daşla Zərərçəkmiş şəxs başından qəsdən bir dəfə vuraraq sonuncuya başın alın nahiyəsinin alın sümüyünün basılmış sınığı və baş beyinin yüngül dərəcəli əzilməsi ilə müşayiət edilən əzilmiş-cırılmış yarası ilə nəticələnən insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü tam təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs və Şahid1 bir həmkəndli kimi tanıyır. Onlarla əvvəllər hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır və hazırda da yoxdur. Hadisə baş verən gün, yəni 07.11.2021-ci il tarixdə saat 18 radələrində o, qaynatası Şahid2, qaynanası Günay, arvadı Rəvanə, baldızları Nuranə və Mədinə, qaynı Ayaz qaynatasının bağında xurma yığıb həyətə gəlmiş və həyətdə oturmuşlar. Qayınatasının bacısı Zəminə onlara köməyə sonra gəlmişdir. Həyətin giriş qapısı açıq olmuş, həmin vaxt qonşusu Pərvin küçə ilə qaynatasının evinin yanından keçmiş və boynunu əyib həyətin giriş qapısından həyətə baxmışdır. O da həyətdən küçəyə çıxaraq küçədə olan Pərvinə nə üçün həyətə baxdığını demişdir. Pərvin ona əvvəlcə heç bir söz deməmiş və ondan təxminən 2 metr aralanmışdır. Həmin vaxt evinin yaxınlığında olan çayxanada olan qayınatası Elbrus çayxanadan onların yanına gəlmiş, onu əli ilə itələyib həyətə salmağa çalışmışdır. Bu zaman qaynanası Günayda küçəyə çıxmışdır. Həmin vaxt Pərvin «göz baxmağa yaranıb» demiş, sonra onun və ailəsinin ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Həmin vaxt həyətdə olan arvadı və bacılarıda küçəyə çıxmış, həmçinin özüdə küçəyə çıxmışdır. Buna baxmayaraq Pərvin təkrarən onun ailəsinə və ölüsünə nalayiq söyüşlər söymüş və onlardan bir qədər aralanıb qardaşı Aqili çağırmışdır. Həmin vaxt küçədə olan Aqil qaçaraq onların yanına gəlmiş və ona yaxınlaşan kimi yumruqla sifətindən bir zərbə vurmuşdur. Bu zaman Pərvində arxasından qolları ilə tutub onu tərpənməyə qoymamış, o zərbənin təsirindən yerə yıxılmışdır. Bu zaman Pərvində onunla bərabər yerə yıxılmışdır. Bu zaman o, yerdə olan daşı əlinə götürüb Aqilə atmış, daş Aqilin başından dəymişdir. Bundan sonra ara sakitləşmiş, evdən kimsə su və dəsmal gətirmiş, Aqilin başında olan qanı kəsmək üçün Aqilin başına sıxmışdır. Lakin Aqilin qanı kəsməmiş, ona görə də Pərvin qardaşı Aqili yol ilə keçən bir avtomaşınla oradan aparmışdır. Həmin vaxt onu qayınatası və qayınanası həyətə salmışlar. Həmçinin bildirmişdir ki, törətdiyi əməldən səmimi olaraq peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, hadisə baş verən gün, yəni 07.11.2021-ci il tarixdə saat 18 radələrində o, kənddə olan evlərinin yerləşdiyi küçədə hadisə yerindən təxminən 150 metr aralıda əmisi Vəlinin evinin qarşısında oturub telefonla oynamışdır. Həmin vaxt Elburusun evinin qarşısında qardaşı Pərvinlə Qasımın sözlə mübahisə etdiklərini, bu zaman Qasımın yumruqla qardaşının sinəsindən bir dəfə vurduğunu görmüş, dərhal onlara tərəf getmişdir. Həmin vaxt Qasımın qaynatası Elbrus da orada olmuşlar. O, Pərvinə çatanadək Qasımı Elbrus və onun arvadı Günay həyətə salmışlar. O, Elbrusa yaxınlaşıb ondan nə üçün Qasımın qardaşını vurduğunu soruşmuş, Elbrus ona nə üçün dalaşadıqlarını bilmədiyini bildirmişdir. Bu vaxt Qasım həyətdən küçəyə çıxmış və onun qarşısına gəlmiş, o, Qasımdan nə üçün qardaşını vurduğunu soruşduqda Qasım onun qardaşının ünvanına nalayiq söyüşlər söyərək qardaşının üzərinə getmək istəmişdir. O, Qasımın qardaşını vurmaq istədiyini görüb, yumruqla onun sifətindən vuraraq onu yerə yıxmışdır. Bu zaman Günay yaxınlıqda olan mağazanın yanından qaça-qaça onların yanına gəlmiş və nə olduğunu soruşmuşdur. Həmin vaxt Günay onu arxa tərəfindən əlləri ilə qucaqlamış, o, tərpənə bilməmişdir. Qadındır deyə ona güc göstərməmiş, bu zaman Elbrus, Ariz və Qasım birləşib qardaşı Pərvini azyaşlı uşağının yanında yerə yıxıraq əlləri ilə və təpiklə vuraraq döyməyə başlamışlar. Onların qardaşı Pərvini döydüyünü görüb onu qucaqlayan Günayı əli ilə kənara itələmiş və ona nə üçün məni tutmusan get qardaşını döynləri arala demişdir. Bundan sonra o, qardaşını döyənlərə yaxınlaşıb qardaşını onların əlindən almaq istədikdə təxminən 1,5 metr məsafədən Qasım əlinə iri, yəni təxminən diametri 15-20 sm olan daşı götürüb onunla üzbəüz dayanmış, daha sonra həmin daşı onun sifətinə atmış, daş onun başının qabaq sol tərəfinə dəymiş, onun başından qan axmağa başlamış, zərbədən o, huşunu itirən kimi olmuş, həmin vaxt qardaşı Pərvini döyənlər ondan aralanmışlar. Qardaşı Pərvin yaxınlıqdan keçən avtomaşına onu mindirib xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisi və kürəkəni, Şahid1, Zərərçəkmiş şəxs həmkəndlisi və qonşularıdır. Hadisə baş verən gün, yəni 07.11.2021-ci il tarixdə saat 18 radələrində, Qasım arvadı olan Rəvanə ilə bir yerdə onun evində olmuşlar. Onlar birlikdə xurma toplamışlar. Elbrus işi qurtardıqdan sonra evdən çıxıb evlərinin yaxınlığında təxminən 100 metr aralı olan çayxanaya getmişdir. Qasım, qızı Rəvanə və o evin həyətində olmuşlar. Bu zaman həmkəndlisi Pərvin evlərinin yanından keçmiş, həyətlərinin açıq olan giriş qapısından həyətə baxmışdır. Həmin vaxt Qasım həyətdən küçəyə çıxaraq Pəvinə nə üçün həyətə baxdığını demiş, Pərvində Qasıma “baxmaqda pulunladırmı yaxşı edirəm baxıram” demişdir. Bu səbəbdən Qasımla Pərvin arasında sözlə mübahisə olmuş, o küçəyə çıxmış və onları sakitləşdirməyə çalışmışdır. Həmin vaxt çayxanada olan əri Elbrusda həmin yerə gəlmişdir. O və Elbrus bir yerdə Qasımı həyətlərinə salmış, özləri isə küçədə qalmışlar. Həmin vaxt o və Elbrus Pərvini sakitləşdirib evinə getməsini bildirmişlər. Bu zaman Pərvin Elbrusun və Qasımın ünvanına nələyiq, yəni arvad uşaq söyüşü söymüş və yumruğu ilə Elbrusun sol qulağının dibinə bir zərbə vurmuşdur. Pərvin Elbrusdan 5-6 metr aralanıb qardaşı Aqili çağırmışdır. Həmin vaxt Qasımda həyətdən küçəyə çıxmış, bu zaman Aqildə bizdən təxminən 100 metr aralıdan küçədən onların yanına gəlmişdir. Aqil onlara yaxınlaşan kimi Qasımın üzərinə cumaraq yumruqla Qasımın sifətinə vurmuş, Qasımı arxasıüstə yerə yıxmışdır. O, Pərvini və Aqili sakitləşdiməyə çalışmışdır. Bu zaman Qasım yerdən qalxmış və yerdən daş götürüb həmin daşı Pərvinə tərəf atmış, Aqil Pərvindən qabaqda olduğu üçün daş Aqilin başına dəymişdir. Aqil başından yaranlandıqdan sonra o həyətə keçərək dəsmal gətirib Aqilə yardım etmək istəmişdir. Lakin o dəsmalı gətirənədək Pərvin Aqili yolla keçən bir avtomaşınla xəstəxanaya aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5, X6, Şahid5 və məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 Şahid3 ilə oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs qardaşı Elbrusun kürəkəni, Şahid1 və Zərərçəkmiş şəxs qonşularıdır. Onlarla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə baş verən gün, yəni 07.11.2021-ci il tarixdə saat 17 radələrində o kəndlərində olan işlətdiyi gözəllik salonunu bağlayıb evlərinə gəlmiş, həmin vaxt qardaşı Elbrus, arvadı Günay, qızı Rəvanə və onun əri Qasım, qardaşının digər qızları Mədinə və Nuranə, oğlu Ayaz bağlarında xurma yığmışlar. O da ev paltarını geyinib bağa gedərək onlara kömək etmişdir. Belə ki, onlar xurma yığarkən yerə tökülmüş xurmaları yeşiklərə yığmışdır ki, toyuq yeməsin. Qardaşı və ailəsi işlərini görüb həyətə getmişlər. O isə bağda qalıb işləməyə davam etmişdir. O bağlarının axırında işləmiş, oradan evə təxminən 100 metr olmuşdur. Saat 19 radalərində o işini görüb qurtarmış və həyətlərinə getmişdir. Həmin vaxt qardaşı və ailəsi həyətdə olmuşlar. Onların tədirgin olduğunu görüb nə baş verdiyini soruşduqda onlar demişlər ki, qonşuları Pərvin evlərinin qarşısından keçərkən həyətlərinə baxmış, Qasımda buna görə ona iradını bildirmiş, bu səbəbdən Qasımla Pərvin arasında mübahisə olmuş, sonra Pərvinin qardaşı Aqil oraya gələrək küçədə Qasımı yumruqla vurmuş, Qasımda daşla Aqili vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, “Zərərçəkmiş şəxs onun qardaşıdır. Onlar bir evdə yaşayırlar. Təqsirləndirilən şəxs, X8 və Şahid5 bir həmkəndli kimi tanıyır, onlarla hər hansı ədavəti və düşmənçiliyi olmamışdır. Hadisə baş verən gün, yəni 07.11.2021 -ci il tarixdə saat 18 radələrində o 8 yaşlı oğlu Öməri götürüb yolda olan qazlarını gətirməyə getmişdir. Elburusgilin evinin yanından keçdikdə, Elburusun bacısı Zəminənində küçədə olduğunu görüb onunla salamlaşmış, onlar söhbət etmişlər. Həmin vaxt Qasım Elburusun evinin həyətindən küçəyə çıxaraq ona «nə baxırsan biz tərəfə» demiş və ona yaxınlaşıb yumruqla bir neçə dəfə sinəsinə vurmuş, o Qasıma heç nə deməmiş, yanlarında olan Zəminə ona evinə getməsini bildirmiş, o evinə tərəf getmək istədikdə, Qasım ona dovşan kimi hara qaçırsan deyib onun evinə getməyinə icazə verməmiş, bu zaman oğlu ağlayaraq evlərinə tərəf getmişdir. Həmin vaxt onlardan təxminən 250 metr aralı olan qardaşı Aqil onun yanımna gəlmişdir. Qardaşı Aqil onun yanına gələnədək Elburus və arvadı Günay küçəyə çıxaraq Qasımı həyətlərinə salmışlar. X16 yaxınlaşıb nə baş verdiyini soruşmuş, Elbrus da Qasımla onun mübahisə etdiyini demişdir. Bu vaxt Qasım həyətdən küçəyə çıxmış və onun ünvanına nəlayiq söyüşlər söyərək ona tərəf gəlmişdir. Qardaşı Qasımın qarşısını kəsib ondan nə baş verdiyini soruşduqda Qasım yenədə onun ünvanına nəlayiq söyüşlər söymüşdür. Bundan sonra qardaşınında ünvanına nəlayiq ifadələr işlətmişdir. Bu zaman qardaşı Aqil yumruqla Qasımın sifətindən vurmuş, Qasım yerə yıxılmışdır. Həmin vaxt Günay qardaşı Aqili arxa tərəfindən qucaqlamış, onu tərpənməyə qoymamışdır. Qasım ayağa qalxmış və oraya gələn qonşuları Ariz, Qasım və Elburus birlikdə onu yerə yıxaraq əlləri ilə vuraraq döyməyə başlamışlar. Belə olduqda qardaşı Aqi onu tutub saxlayan Günayı kənara itələyib ona yaxınlaşmış, onu Qasımın, Elburusun və Arizin əlindən almaq istədikdə Qasım yerdən götürdüyü iri həcmli daşı qardaşının başına tərəf atmışdır. Daş qardaşı Aqilin başının qabaq sol tərəfindən dəymiş və qardaşı yaralanmışdır. Həmin vaxt onu döyənlər onu buraxmışlar. Orada olanlardan qardaşının qanını kəsmək üçün parça istəmiş, lakin onlar parça verməmiş, haqq oldu qoy ölsün demişlər. O qardaşına kömək edərək onu yolla keçən adını sonradan bildiyi Tovuz rayonu alakol kənd sakini Namiq adlı şəxsin avtomaşınına mindirib xəstəxanaya tərəf yola düşmüşdür. Tovuz rayonu Dondar Quşçu kəndi ərazisində qarşılarında onlarla eyni istiqamətə hərəkətdə olan bibisi oğlu X7 avtomaşınını görüb onu saxlatmış və onun avtomaşınına minmişlər. Bundan sonra onları Xəyal Tovuz rayon mərkəzi xəstəxanasına aparmış və orada həkimlər qardaşını müayinə etmişlər. Onun da bədənində göyərti izləri olmuş, lakin həkimlər onun xəsarəti cüzi olduğu üçün onu qeydiyyata almamışlar. Aqil 5 gün xəstəxanada müalicə aldıqdan sonra Kamal həkimin məsləhəti ilə onu Bakı şəhərinə Nevrocərrahiyyə xəstəxanasına aparmışlar. Aqil 20.11.2021-ci il tarixədək həmin xəstəxanada müalicə olunmuşdur”. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini, eləcə də iş materiallarına əlavə edilmiş sənədləri tədqiq edib sübut növü kimi qəbul edir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir rayon MTE və PA şöbəsinin 22.11.2021-ci il tarixli 722 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-başın alın nahiyəsinin alın sümüyünün basılmış sınığı və baş beyinin yüngül dərəcəli əzilməsi müşayiət edilən əzilmiş- cırılmış yarası, küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən 07.11.2021-ci il tarixdə əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarət qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni məhdud səthli küt əşya (lar), eləcə də daş parçası ilə endirilmiş zərbənin təsiri nəticəsində əmələ gələ bilməsi istisna edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Şəmkir rayon MTE və PA şöbəsinin 11.11.2021-ci il tarixli 724 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar edilmiş xəsarətlər sağ göz üst qapağının qançırı və sol almacıq nahiyyəsinin qançır-şişkinliyi küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən 07.11.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurnayan xəsarətlərə aid edildiyindən dərəcələritəyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakteri və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni insan bədəninin hissələri (dırnaq, yumruq, təpik və s) ilə endirilmiş zərbələrin təsiri nəticəsində əmələ gələ bilməsi istisna olmur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 29 dekabr 2021-ci il tarixli, 810 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərinin ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM- nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, hal-hazırda da öz hərəkətlərini ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər psixiatriya müəssisələrində qeydiyyatda durmaması, tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi (özünün deməsinə görə), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, ekspertiza zamanı aktiv surətdə müdafiə olunaraq zərərçəkmişlə barışdığını bildirməsi, cinayət əməlini törədərkən, istintaq və hazırkı ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, eskpertiza zamanı onda qavrama, yaddaş,emosiya təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 15 dekabr 2021-ci il tarixli protokoldan və Tovuz Rayon Məhkəməsinin 17 və 20 dekabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və 20 dekabr 2021-ci il tarixdə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Tovuz Rayon İcra Hakimiyyəti başçısının Alakol kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 28 dekabr 2021-ci il tarixli, 841 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayonu, Köhnəqala kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 08 dekabr 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş zərərçəkmiş şəxs X3 ərizələrindən görünür ki, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur və onunla barışmışdır. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təqsirləndirilən şəxsin etirafedici ifadələrini digər sübutlarla qarşılıqlı şəkildə təhlil edib hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə tövsif edilməli və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsini, həmin məcəllənin 59.2-ci maddəsinə əsasən zərər çəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını, əməlindən səmimi olaraq peşman olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə belə nəticəyə gəlir ki, Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4№-li qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ağır cinayətlər kateqoriyasına daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş, böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslərin, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi nəzərdə tutulmuşdur. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Həmçinin, cinayət işinin materiallarından müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs 15 dekabr 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və Tovuz Rayon Məhkəməsinin 20 dekabr 2021-ci il tarixli qərarı ilə barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, barəsində azadlıqdan məhrum etmə növündə təyin ediləcək cəzanın başlanğıcı 15 dekabr 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs ona təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsində nəzərdə tutulmuş müsadirə olunmalı olan əmlakı müəyyən edilmədiyindən məhkəmə onun barəsində xüsusi müsadirənin tətbiq olunmamasını əsaslı və qanuni sayır. İş üzrə mülki iddia, məhkəmə xərci yoxdur. Bundan əlavə, təqsirləndirilən Ələkbərov X9 müdafiəçinin xidmətlərini ödəməyə vəsaiti olmadığına görə onun hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 27 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə göstərilmiş cəmi 27 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 162 manat məbləğində pul köçürülməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 3 (üç) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 15 dekabr 2021-ci il tarixdən hesablansın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 162 (yüz altmış iki) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-236/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-236/2022
28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver