Məhkəmə qərarları › İş №1(100)-236/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-236/2023

06.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-236/2023 06.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X12, X11, X8, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1986-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, uşaqlarını yaz Şəmkir rayonu Kür qəsəbəsi, döngə 1, ev 2, mənzil 3 ünanda qeydiyyatında olan və yaşamış, barəsində “həbs”qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddəni əldə etmiş, daşımış və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs müəyyən edilməyən mənbədən və tarixdə satış məqsədi ilə külli miqdarda narkotik vasitə heroin və psixatrop maddə metanfetamini əldə edib, etibarnamə əsasında idarə etdiyi «Mersedes Benz V220» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilində saxlamaqla yaşadığı Şəmkir rayonu, Kür qəsəbəsinə daşımış, 02 sentyabr 2022-ci il tarixdə tarixdə saat 14 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin Kür bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Kür qəsəbəsində saxlanılaraq Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə gətirilib idarə etdiyi «Mersedes Benz V220» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilinə baxış keçirilən zaman həmin avtomobilin sürücü tərəfdən olan qapısının üzərində avtomobilin tavan hissəsinın kənarındakı kapronun altından biri şəffaf sellofan bükümdə, digəri isə qara rəngli sellofan bükümdə olmaqla “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci bəndi ilə müəyyən edilən, kustar üsulla hazırlanmış təmiz çəkisi 6,698 qram olan heroin və bir ədəd bükümün içərisində 10 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı ayrılıqda təmiz çəkiləri 0.175 qram, 0.156 qram, 0.174 qram, 0.175 qram, 0.182 qram, 0.151 qram, 0.167 qram, 0.176 qram, 0.155 qram, 0.209 qram, ümumi təmiz çəkisi 1,720 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək, ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir, icarəyə götürdüyü «Mersedes Benz V 220» markalı ** OX *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhərinə və digər rayonlara müştəri aparmaqla məşğul olmuşdur. Böyük oğlunun anadan gəlmə nitq qüsuru vardır. Oğlunu bir çox yerlərə müalicəyə aparsada heç bir əlac olmamışdır. Bunun fikrini çəkdiyindən müəyyən hallarda fikrini dağıtmaq üçün narkotik vasitə qəbul etmişdir. Sonuncu dəfə Bakı şəhərində Beynəlxalq avtovağzalda olduğu zaman bir nəfərin avtomobildən nəsə atmasını görmüş, maraqlı gəldiyindən avtomobildən atılmış əşyanı götürüb baxdıqda orada bir kiçik büküm olmasını görmüş, bükümü açdıqda onun içərisində bir qara, digəri şəffaf olmaqla iki büküm olmuş, birinci şəffaf sellofanın içərisində əvvəllər özü qəbul etdiyi patı kimi tanıdığı narkotik vasitənin olmasını görmüş, digər qara rəngli sellofanı isə açıb içərisinə baxmamış, özü narkotik vasitə qəbul edən olduğundan, eyni zamanda özündə narkotik vasitə olmadığından həmin narkotik vasitəni qəbul etmək üçün götürmüş və avtomobilinin sürücü tərəfdə olan oturacağının üst tərəfində tavanla qapının örtüldüyü yerdə kapronun altında gizlədib saxlamışdır. Bakı şəhərindən gəldikdən sonra Şəmkir rayonunda olduğu boş günlərin birində patı kimi tanıdığı narkotik vasitədən bir dəfə istifadə etmiş, qalanı isə həmin gizlətdiyi yerdə qalmış və öz istifadəsi üçün saxlamışdır. 02 sentyabr 2022-ci il tarixdə saat təxminən 14 radələrində Şəmkir rayonu, Kür qəsəbəsində olduğu zaman Şəmkir rayon polis şöbəsinin Kür polis şöbəsinin əməkdaşları onu saxlayaraq idarə etdiyi avtomobili ilə birlikdə narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirib onu Şəmkir rayon polis şöbəsinin Kür polis bölməsinə aparmışlar. O da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmiş, polis şöbəsində ona müdafiəçilərin siyahısı təqdim olunmuş, müdafiəçi tutmaq üçün imkanı olmadığını bildirdikdə ona dövlət hesabına müdafiəçi dəvət olunmuşdur. Müdafiəçi gəldikdən sonra ona üzərində olan qanunsuz əşya və ya narkotik vasitəni təqdim etməsi təklif edilmiş, o isə üzərində heç bir narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunsuz heç nə aşkar olunmamışdır. Daha sonra idarə etdiyi avtomobilinin sürücü tərəfdə oturacağının üst tərəfində tavanla qapının örtüldüyü yerdə kapronun altında qanunsuz olaraq narkotik vasitə gizlətdiyini bildirmiş, sonra müdafiəçisinin iştirakı və onun özünün razılığı ilə birlikdə avtomobilinə baxış keçirilmiş və gizlətdiyi narkotik vasitə aşkar olunmuşdur. Həmin narkotik vasitələrdən patı kimi tanınan narkotik vasitə elektron tərəzidə çəkilmiş və çəkisi 2.29 qram olmuş, digər qara rəngli sellofan açıldıqda isə içərisində polis əməkdaşları kakos kimi tanıdıqları heroin olduğunu bildirmişlər və həmin büküm elektron tərəzidə çəkildikdə 10.63 qram olmuşdur. 10.63 qram heroin onun olmadığını, polis əməkdaşları tərəfindən qoyulduğunu qeyd etmişdir.Daha sonra aşkar olunmuş narkotik vasitələr bir ədəd zərfdə qablaşdırlaraq götürülmüş, sorğu – sual edilmiş, o,narkotik vasitə istifadəçisi olduğunu və buna görə həmin narkotik vasitəni saxladığını bildirmişdir. Baxış zamanı protokol tərtib olunmuş həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Özü narkotik vasitə qəbul etsə də heç vaxt narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olmamış, bu günə kimi kimsəyə narkotik vasitə satmamışdır. Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 02 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində Şəmkir RPŞ-nin Kür polis bölməsində xidmətdə olan vaxt Kür qəsəbəsi sakini Anar adlı şəxsin narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğulolması, avtomobilində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə saxlaması və hal-hazırda Kür qəsəbəsi ərazisində idarə etdiyi avtomobillə hərəkətdə olması barədə məlumat daxil olmuşdur . Daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmış və o, Şahid1 ilə birlikdə adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs Kür qəsəbəsi ərazisində idarə etdiyi «Mersedes Benz» markalı **- OX-*** dövlət qeydiyyat nişanlı avtomobillə saxlayaraq Kür polis bölməsinə gətirmişlər. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri elan olunduqdan sonra ona dövlət hesabına vəkil X5 müdafiəçi təyin edilmiş və sonra videoçəkiliş vasitəsi ilə ona üzərində qanunla saxlanılması və daşınması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa təqdim etməsi, əks təqdirdə üzərinə məcburi şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq saxladığı heç bir əşyası olmadığını, yalnız idarə etdiyi «Mersedes Benz» markalı **- OX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücü oturacağının üst tərəfində narkotik vasitə və psixotrop maddə saxladığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də onun üzərindən həqiqətən də qanunsuz olaraq əldə edib saxladığı heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Bu barədə protokol tərtib edilmiş və tərtib edilmiş protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs özünün razılığı və iştirakı ilə, eləcədə videoçəkilişlə onun idarə etdiyi «Mersedes Benz» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilə baxış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz V220» markalı avtomobilin sol ön qapısını açaraq qapının çərçivəsinin iç hissəsinin tavana yaxın hissəsində olan plastikin altında bir ədəd qara sellofanda olan büküm və bir ədəd şəffaf sellofanda olan bükümü təqdim etmişdir. Həmin bükümə baxış zamanı qara sellofanda olan bükümün qəhvəyi rəngdə olması, narkotik vasitə heroinə bənzər kütlə olması və şəffaf sellofan bükümdə olanın isə psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən olunmuşdur. Qara sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə elektron tərəzi ilə çəkilmiş ümumi çəkisi 10.63 qram və şəffaf sellofanda olan psixotrop maddə metamfetaminə bənzər kütlə isə çəkilərkən büküm ilə birlikdə ümumi çəkisi 2.29 qram olduğu müəyyən olunmuşdur. Həmin kütlə qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 117 nömrəli möhürü ilə möhürlənmiş və götürülmüşdür. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş kütlələrin psixotrop maddə metamfetamin və narkotik vasitə heroin olduğunu bildirmişdir.O,həmin narkotik vastələrəin Bakı şəhəri Beynəlxalq avtovağzalda olduğu zaman bir nəfərin avtomobildən atmasını gördüyündən, maraqlı gəldiyindən avtomobildən atılmış əşyanı götürüb baxdıqda orada bir kiçik büküm olmasını, bükümü açdıqda onun içərisində bir qara, digəri şəffaf olmaqla iki büküm olmasını, birinci şəffaf sellofanın içərisində əvvəllər özü qəbul etdiyi patı kimi tanıdığı psixotrop maddənin olmasını görmüşdür.Digər qara rəngli sellofanı isə açıb içərisinə baxmamış, özü narkotik vasitə qəbul etdiyindən, eyni zamanda özündə narkotik vasitə olmadığından həmin narkotik vasitəni qəbul etmək üçün götürmüş və avtomobilinin sürücü tərəf oturacağının üst tərəfində tavanla qapının örtüldüyü yerdə kapronun altında gizlədib saxladığını, Bakı şəhərindən gəldikdən sonra Şəmkir rayonunda olduğu boş günlərin birində patı kimi tanıdığı psixotrop maddədən bir dəfə istifadə etdiyini, qalanı isə həmin gizlətdiyi yerdə qaldığını və öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilməsi davam etdirilmiş və avtomobildən qanunsuz olaraq saxladığı başqa heç bir əşya aşkar edilməmiş və götürülməmişdir. Avtomobilə baxış keçirilməsi ilə əlaqədar protokol tərtib edilmiş, protokol iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə bir sıra əməliyyat məlumatları olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 və Şahid3 Şahid2 ifadəsi ilə eyni məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 04 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və onun həbs etmənin əvvəli 02 sentyabr 2022-ci il tarixdən hesablanmaldır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 02 sentyabr 2022-ci il tarixli 16/1055 №-li rəyindən görünür ki, təhqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs idarə etdiyi **-OX-***d.q.n.-lı avtomobildən aşkar edilmiş narkotik vasitə...” sözləri və imzalar olan kağız paketdəki; üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd qara rəngli polietilen kəsiyi bükümündəki digər şəffaf polietilen kəsiyi bükümünndə təmiz çəkisi 6,698 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.10 (on) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,175 qram, 0,156 qram, 0,174 qram, 0,175 qram, 0,182 qram, 0,151 qram, 0,167 qram, 0,176 qram, 0,155 qram, 0,209 qram, ümumi təmiz çəkisi 1,720 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2022-ci il tarixli, 1896 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixatrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə psixiatrik ekspertizasının 24 noyabr 2022-ci il tarixli, 718 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 03 fevral 2023-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar edilərək götürülmüş və ekspert tədqiqatlarına sərf edildikdən sonra qalıq qalmış bir ədəd zərfdə qablaşdırılmış 6.598 qram narkotik vasitə olan heroin və 1.220 qram psixatrop maddə olan metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-nə məsul saxlanca verilmişdir. Həmçinin 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. 02 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 sentyabr 20222-ci il tarixli “şəxsi axtarış aparılması” haqqında protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 sentyabr 2022-ci il tarixli “baxış aparılması” haqqında protokoldan və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş, bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD-R diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir RPŞyə verilmiş 18 sentyabr 2022-ci il tarixli əməliyyat tapşırığının 13 dekabr 2022-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs 02 sentyabr 2022-ci il tarixdə saat 15 radələrində idarə etdiyi «Mersedes Benz V220» markalı ** OX *** dövlət qeydiyyat nişanlı avtomobilindən aşkar olunmuş narkotik vasitə olan heroini və psixotrop maddəni Bakı şəhərində əldə etmişdir. Onun narkotik vasitəni və psixatrop maddəni aşkar etdiyi yeri və vaxtı müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni və psixotrop maddəni satş məqsədi ilə əldə etmiş olsa da keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində o, polis əməkdaşları tərəfindən saxlanıldığından qeyd edilən maddəni və narkotik vasitəni satmağa imkan tapmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxsn əvvələr məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X9 ərazi Bölmələrinin İdarə etmə Biliyi Şəmkir rayon X6 Hüquqi şəxsi tərfindən xx.xx.2022-ci il tarixli A/329 saylı arayışdan görünür ki, X3 rayon X6 Hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsində xx.xx.2022-ci il tarixdən “Uşaq serebral iflici tetraparez inkişafdan geri qalması” diaqnozu ilə dispanser qeydiyatda durur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 oktyabr 2022-ci il tarixli 1931 saylı arayışdan görünür ki, anası X2 xx.xx.2018-ci il tarixdən Şəmkir rayonu, Konsultotiv polikniknasında endokrinaloji kabinetdə disponser müşahidəsində durur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-sosial ekspertiza və reablitasiya xidməti 29 saylı tibbi-sosial ekspert Komissiyasının xx.xx.2016cı il tarixli 1AK84KQ0001 saylı məktubundan görünür ki, X7 İİ qrup əlildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(100)-236/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Şəmkir rayon Polis Şöbəsinin xx.xx.2023-cü il tarixli məktubundan və protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 13:20-ə Şəmkir rayon ərazisində saxlanılaraq Şəmkir Rayon Polis Şöbəsinə aparılmışdır. Məhəkəmə Təqsirləndirilən şəxs özünü cinayət işi üzrə təqsirli bilməyərək, metamfetaminin ona məxsus olmaqla şəxsi istifadəsi üçün saxlamasını, həmçinin heronin ona məxsus olmaması polis əməkdaşları tərəfindən qoyulması barədə ifadəsi mötəbər sübutlarla, o cümlədən Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ilkin ifadələri, şahid ifadələri, şəxsi axtarış keçirilməsi barədə protokol, baxış və götürmə keçirilməsi barədə protokol, həmin protokollara əlavə olunmuş videogörüntülər, maddi sübutlar, iş üzrə keçirilmiş əməliyyat tapşırıqları və digər sübutlarala təkzib edildiyindən həmin ifadəni özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimt qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda kustar üsulla hazırlanmış təmiz çəkisi 6,698 qram olan heroin və bir ədəd bükümün içərisində 10 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı ayrılıqda təmiz çəkiləri 0.175 qram, 0.156 qram, 0.174 qram, 0.175 qram, 0.182 qram, 0.151 qram, 0.167 qram, 0.176 qram, 0.155 qram, 0.209 qram, ümumi təmiz çəkisi 1,720 qram kustar üsulla hazırlanmış psixatrop maddə metamfetamini satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd olunan sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə tövsif edilməlidir. Məhkəmə həmçinin bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar olunmuş narkotik vasitələrin miqdarı ilə yanaşı, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, 2 növdə və çox saylı bükümdə avtomobildə olması sonuncunu qanunsuz olaraq satış məqsədi həmin narkotik vasitələri əldə etməsi və saxlaması kimti qiymətləndirilməlidir Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını və Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən bir uşağının Şəmkir rayon X6 Hüquqi şəxsin Konsultativ Poliklinika şöbəsində xx.xx.2022-ci il tarixdən “Uşaq serebral iflici tetraparez inkişafdan geri qalması” diaqnozu ilə dispanser qeyyda durması, anası X2 xx.xx.2018-ci il tarixdən Şəmkir rayonu, Konsultotiv polikniknasında endokrinaloji kanetdə disponser müşahidəsində durması, atasının İİ qrup əlil olması cəzasının yüngüləşdirlən halladır. Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal yoxdur. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı onun tutulduğu gündən, yəni 02 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə maddi sübut kimi tanınıb Şəmkir RPŞ-nin saxlancına verilmiş 6.598 qram narkotik vasitə olan heroin və 1.220 qram psixatrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Şəmkir RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. xx.xx.2022-ci il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk və Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32,40 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilisin ona, 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu vaxtdan, 02 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Şəmkir RPŞ-nin saxlancına verilmiş 6.598 qram narkotik vasitə heroin və 1.220 qram psixatrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Şəmkir RPŞ-nə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. xx.xx.2022-ci il tarixdə Şəmkir RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Cavidan Həsənov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk və Təqsirləndirilən şəxs idarə etdiyi «Mersedes Benz» markalı **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar