Məhkəmə qərarları › İş №1(100)-237/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-237/2022

29.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-237/2022 29.11.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Səmədov Xəqani Hacı oğlu (sədrlik edən), hakimlər X10 və Əliyev Nural Turab oğlundan ibаrət tərkibdə, X17 və Məmmədov Orxan Elxan oğlunun katibliyi ilə, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi X5 və onun nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Nümayəndə, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Tovuz rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxx 1981-ci ildə Tovuz rayonunun İbrahimhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, Tovuz rayonunun İbrahimhacılı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs 07 dekabr 2021-ci il tarixdə Rusiya Federasiyasının İrkutsk Vilayətində yaşayan qardaşı X11 həmkəndlisi X8 oğlu Şahid11 tərəfindən Rusiya Federasiyasının İrkutsk Vilayətində döyülməsini qardaşı Ruslan Əhmədovun ona bildirməsindən sonra Şahid11 zəng edib bu barədə onunla söhbət etmək istəməsinə baxmayaraq ona zəng çatmadığından sonuncunun Rusiya Federasiyasının İrkutsk Vilayətində yaşayan qardaşı Elnur Alırzayevə zəng vuraraq qardaşı Elşənin nə səbəbə Ruslanı döyməsinə iradını bildirdikdən sonra sonuncunun onu nalayiq ifadələrlə təhqir etməsindən əsəbləşərək ona “Watsap” sosial şəbəkəsində “Dədəni cırıq-cırıq edəcəm bax burada, dədəni para-para edəcəyəm sənin burada, sabah çentirdə dədəni cındır günə qoyacam” məzmunlu səs yazısı göndərmiş, həmin səs yazısını Elnur Alırzayevin “Watsap” vasitəsilə atası Ənvər Alırzayevin istifadəsində olan mobil telefona atması və sonuncunun səs yazısına qulaq asdıqdan sonra yaranmış olan narazılığı söhbət edib yoluna qoymaq üçün 08 dekabr 2021-ci il tarixdə, saat 11 radələrində ona zəng edərək yaşadıqları Tovuz rayonunun İbrahimhacılı kəndinin mərkəzində yerləşən çayxanaya çağırmış, o, Ənvər Alırzayevin çağırışı ilə tanışları Şahid1 və X6 ilə sonuncunun idarə etdiyi etdiyi “Vaz 21 074” markalı avtomobillə həmin çayxanaya getdikdən sonra Ənvər və qardaşı Zərərçəkmiş şəxs ilə birlikdə çayxananın arxa tərəfinə keçərək söhbət edən zaman həmin tarixdə, saat 12 radələrində aralarında yaranmış mübahisə zamanı Ənvər Alırzayevin və Zərərçəkmiş şəxs onun özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsini özünə qarşı qəbul edilməz təhqir hesab edərək qisas almaq niyyətilə sonuncuları qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək üçün Ənvər Alırzayevə kəllə ilə sifət nahiyəsindən vurub sonuncuya sağlamlığa zərər vurmayan sağ qaş nahiyəsinin qançırı və səthi yarası kimi xəsarətlər yetirdikdən sonra əvvəlcədən yaşadığı evdən götürdüyü və qarın nahiyəsində saxladığı deşici-kəsici xassəyə malik olan, soyuq silah hesab edilməyən mətbəx bıçağını çıxarıb həmin bıçaqla Ənvər Alırzayevin qardaşı Zərərçəkmiş şəxs gözlərinin qarşısında, sonuncuya müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla Ənvər Alırzayevin həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya ölümünə səbəb olan-dərəcəsinə görə döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən və sol ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran xəsarət yetirmiş, daha sonra isə Ənvər Alırzayevin gözlərinin qarşısında sonuncuya müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, onlara xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq xüsusi amansızlıqla qardaşı Zərərçəkmiş şəxs həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi qarın nahiyəsinə bir dəfə zərbə vurub sonuncuya dərəcəsinə görə qarın nahiyyəsinin daxilə nüfuz edən, enən çənbər bağırsağı və çənbər bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayiət edilən həmçinin qanaxma ilə nəticələnən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vuran 01 ədəd deşilmiş-kəsilmiş xəsarət yetirərək hadisə yerindən uzaqlaşmış, həmin vaxt çayxananın qarşısında olan Şahid8 idarə etdiyi “Vaz 2107” avtomaşınla Ənvər Alırzayev və Zərərçəkmiş şəxs Tovuz rayon mərkəzi xəstəxanasına apararılarkən Tovuz şəhər ərazisində təcili tibbi yardım maşını ilə rastlaşıb sonuncuların həmin avtomobilə yerləşdirilib xəstəxanaya aparılmalarına baxmayaraq Ənvər Alırzayev aldığı xəsarətlərdən xəstəxanada ölmüş, yəni, o, Ənvər Alırzayevi xüsusi amansızlıqa qəsdən öldürmüş, Zərərçəkmiş şəxs isə vaxtında ixtisaslı tibbi yardım göstərilərək həyatı xilas olunduğundan öz niyyətini iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyərək sonuncunu xüsusi amansızlıqa qəsdən öldürməyə, yəni xüsusi amansızlıqa qəsdən həyatdan məhrum etməyə cəhd etmiş, həmçinin iki və ya daha çox şəxsi qəsdən həyatdan məhrum etməyə cəhd cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Tovuz rayonu, İbrahimhacılı kəndində ailəsi ilə birlikdə yaşamışdır. xx.xx.2021-ci il tarixdə axşam saat 23 radələrində qardaşı X31 Federasiyasından “Whatsapp” proqramı vasitəsilə ona zəng vuraraq həmkəndlisi X9 oğlu Şahid11 içkili vəziyyətdə onu evdən çölə çağıraraq və guya Elşənə qarşı söyüş söydüyünü bəhanə edib, onu döydüyünü bildirmişdir. Bundan sonra qardaşının niyə döyüldüyü ilə maraqlanmaq üçün Şahid11 zəng vurmuş, lakin Elşən telefona cavab verməmişdir. Bundan sonra o, Elşənin qardaşı Elnur Alırzayevə zəng vuraraq Elşənin qardaşı Ruslanı niyə döydüyünü soruşmuş, Elnur isə ona qardaşının bir il bundan qabaq Elşəni söydüyünü, lakin bunu boynuna almadığını, buna görə də Elşənin qardaşını döydüyünü və yaxşı etdiyini bildirmişdir. O, Elnurdan qardaşı Ruslanı nalayiq söyüşlərlə təhqir edərək, ana-bacı söyüşü söydüyünü soruşduqda, Elnur yenidən yaxşı etdiyini deyərək, ona da ana-bacı söyüşü soymüş, o, da əvəzində Elnuru söyərək telefonu söndürmüşdür. Səhəri gün, yəni 08 dekabr 2021-ci il tarixdə səhər saat 08 radələrində Ənvər Alırzayevin arvadı Nərgiz onların evinə gələrək səs-küy salmağa başlamış və o, Nərgizin səsinə yuxudan durub, otaqdan çıxmışdır. O, Nərgizə xoş gəlmisən dedikdə, Nərgiz ona “mənim uşaqlarımı niyə söymüsən” demiş, o da Nərgizə “bəs sənin oğlun niyə mənim qardaşımı döyüb, üstəlik də qardaşımı, ailəsini niyə söyüb, bundan sonra mən də sənin oğlunla danışdım və oğlun məni də söydü, mən də ona görə onu söydüm” sözlərini demişdir. Bundan sonra Nərgiz ona nalayiq söyüş söyərək ağzının üstündən bir şillə vurmuş, o isə “zərər yoxdu, canın sağolsun, elə bil anam-bacım məni vurdu” demiş və stola oturmuşdur. Bundan sonra evdəkilərə Nərgizə çay süzmələrini bildirmiş, Nərgiz isə su içmişdir. Lakin buna baxmayaraq Nərgiz səs-küy salmaqla, onu təhqir etməyə davam etmiş, o isə başqa söz-söhbət olmasın deyə evdən həyətə çıxıb siqaret çəkmişdir. Nərgiz çıxıb getdikdən təxminən 1 saat sonra isə Ənvər Alırzayev istifadəsində olan mobil telefon nömrəsinə “Vatsapp” proqramı vasitəsilə zəng vuraraq “kəndin mərkəzindəyəm, tez kəndin mərkəzinə gəl, küçük” demişdir. O, əvvəlcə buna baş qoşmamış və televizora baxmış, daha sonra Ənvər ona bir də zəng vuraraq, “noldu, niyə gəlmədin, səni gözləmirəm mən?” demişdir. O, bundan sonra narahat olduğundan və təklənəcəyindən ehtiyat edərək, hər ehtimala qarşı mətbəx otağından mətbəx bıçağını götürüb qarın nahiyəsində gizlədərək evdən çıxmışdır. Evdən çıxanda isə tanışı Şahid1 ona zəng vurmuş və yanında birgə dostları olan Şəhriyar Həsənzadənin olduğunu bildirmişdir. Onlar hal-əhval tutduqdan sonra, Nizami ondan harada olduğunu soruşmuş, o isə Nizamiyə küçənin başına çıxdığını bildirmişdir. Nizami ona çay içməyi təklif etdikdə, o da Nizamilə razılaşmış, bundan sonra Nizami və Şəhriyar “Vaz 2107” markalı avtomobillə gəlib onu yaşadıqları evin yerləşdiyi küçənin başından götürmüşlər. Həmin vaxt avtomobilin sükanı arxasında Şəhriyar, qabaq oturacağında Nizami, arxa oturacağında isə o, əyləşmiş və Nizami onlara çay içməyi təklif etmiş, onlar da razılşamışlar. O, kəndin mərkəzinə çatıb, avtomobildən düşdükdən sonra onlara “gedin çayxanaların birində çay için, mənim isə Rafiqə məxsus çayxanada biraz işim var, kəndçim var onunla söhbət edib, çıxacam” demiş və həmin qeyd etdiyi çayxanaya tərəf getmiş və arxasınca kiminsə gəlməyinə fikir verməmişdir. Onu çayxananın qarşısında Ənvərin qardaşı Zərərçəkmiş şəxs qarşılayaraq çayxanaya keçirmiş, çayxanadan içəri girəndə isə Ənvər ona çayxananın arxa tərəfinə keçməyini əli ilə işarə etmişdir. O da qabağında Ənvər, arxasında isə Fərmanla birlikdə çayxananın arxa tərəfinə keçmiş və arxalarınla kiminsə gəlməyinə fikir vermədən köhnə tikilinin qarşısında Ənvər Alırzayev ilə üzbəüz dayanmışdır. Ənvər ona “sən mənə niyə söyübsən” demiş, o isə Ənvərə söhbətdən xəbəri olmadığını, oğlu Elşənin qardaşı Ruslanı döydüyünü və anabacı söyüşü söydüyünü deyib, bütün bunlardan xəbəri olub-olmadığını soruşmuşdur. Ənvər isə ona “səhvi olub, döyüləsi imiş ki, döyüblər, sən niyə məni söymüsən” demiş, o da Ənvərə “oğlunla maraqlan gör birinci kim söyüş söyüb” dedikdə, Ənvər qolundan tutaraq ona “məni tanıyırsanmı, mən Ənvərəm” demiş, o isə “bəli, səni tanıyıram, sən Ənvərsən” demişdir. Bundan sonra o, Ənvərin qolundan itələyib, ona əlini çəkməyini deyərək “qardaşımı söyüb-söydüyünüz bəs deyil, hələ sən də məni çağırıb məni döymək istəyirsən?” demişdir. Bundan sonra Ənvər onun yaxasından yapışmış və bu vaxt o, Ənvər Alırzayevə kəllə ilə vurmuşdur. Daha sonra Ənvər onun, anasının və arvadının ünvanına çox nalayiq söyüşlər söymüş, bu zaman Ənvərin qardaşı Fərman da onun sinəsindən yumruqla vurmuşdur. O, Ənvərin ailə üzvlərinin və onun ünvanına söydüyü nalayiq söyüşləri özünə qarşı qəbul edilməz təhqir hesab edərək, evdən gətirdiyi, üzərində olan bıçaqla Ənvər Alırzayevin sol yuxarı nahiyəsindən bir zərbə endirmişdir. Həmin vaxt Fərman onun sol tərəfindən çəkməyə başlamış, Fərmanın da bu hərəkətinə görə onun qarın nahiyəsinin sol tərəfindən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Bundan sonra o, heç nəyə fikir verməmiş və dərhal da bıçağı paltarlarının qarın hahiyəsində gizlədərək, çayxanaya gəldiyi yolla, yəni, çayxananın giriş qapısından çıxmışdır. Çayxanadan çıxdıqdan sonra gəldikləri “Vaz 2107” markalı avtomaşın tərəfə getmiş və o, avtomaşının qapısını açmaq istəyərkən, qapısının bağlı olduğunu görüb, arxaya baxdıqda Şəhriyarın və Nizaminin gəldiyini görmüşdür. O, avtomaşına oturduqdan sonra üzü Qovlar şəhəri tərəfə getmişlər. Birlikdə avtomobillə gedərkən Nizami və Şəhriyar ondan nə olduğunu soruşduqda, onlara “sözümüz çəpləşdi, bıçaqla vurdum” demiş, ondan kimi vurduğunu soruşduqda isə onlara “həmkəndlimi bıçaqla vurdum” demişdir. Bundan sonra o, Dönük Qırıqlı kəndi ərazisində olan dəmiryol keçidini keçib üzü magistral yol tərəfə təxminən 1 km hərəkət etdikdən sonra magistrala çatmamış, yolun sağ tərəfində olan adını bilmədiyi zavodun qarşısında Şəhriyara maşını saxlamağını demiş, Şəhriyar və Nizami ona heç nə deməyərək maşını saxlamışdır. O, avtomaşından düşmüş və hadisə zamanı istifadə etdiyi bıçağı zavodun qarşısında yolun kənarına atmışdır. Bıçağı atdıqdan sonra isə piyada magistral yol tərəfə getmiş, təxminən 500-600 metr getdikdən sonra etdiyi Qovlar polis bölməsinin əməkdaşı olan İlham müəllimə zəng edib, ona bu barədə məlumat vermişdir. İfadəsinə əlavə olaraq göstərmişdir ki, onun həmkəndliləri X18 və Zərərçəkmiş şəxs ilə hər hansı ədavəti və düşmənçiliyi olmamış, onları bıçaqla vurmaqda məqsədi Ənvər Alırzayevin onu alçaldaraq söydüyü söyüşlərə görə onu cəzalandırmaq istəyi olmuş, onları öldürmək məqsədi olmamış, həm Ənvər Alırzayevə, həm də Zərərçəkmiş şəxs bir bıçaq zərbəsi vurmuş, nəticədə yetirdiyi xəsarətlə Ənvər ölmüş, Fərman isə yaralanmışdır. Əlavə olaraq ifadəsində törətdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirdiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərmişdir ki, X18 əri, Zərərçəkmiş şəxs isə qaynıdır. 07 dekabr 2021-ci il tarixdə saat 23 radələrində evdə olarkən əri Ənvərin telefonuna Elnurun “Vatsapp” proqramı vasitəsilə zəng etdiyini görmüşdür. Ənvər Rusiya Federasiyasından oktyabr ayının 30-da gəldiyi üçün, ərinin Azərbaycan mobil telefon nömrəsi olmamış və kiminləsə əlaqə saxlamaq istəyəndə onun Rusiya mobil telefon nömrəsi ilə “Vatsapp” proqramı vasitəsilə zəng vurub danışmışdır. Bundan sonra o, oğlu Elnura zəng vurduqda Elnur ondan atasının evdə olub-olmadığını soruşmuş, o isə oğluna Ənvərin yatdığını demişdir. Daha sonra Elnur ona “atamı heç bir yerə getməyə qoyma, qardaşım Elşən Rusiya Federasiyasının İrkutsk vilayətində Maksimin qardaşı Ruslanla dalaşıb və Maksim bizə “Vatsapp” proqramı vasitəsilə pis-pis səslər yollayaraq, atamı öldürəcək” demiş, o isə Elnurdan həmin səslərin göndərilməsini istəmişdir. Bundan sonra o, narahat olduğundan saat 23 radələrində qaynı Fərmangilə getmiş, Rafiqə Elşəngilin dalaşdıqlarını deyərək Elşənə zəng vurmasını istəmiş, Rafiq “Vatsapp” proqramı vasitəsilə Elşənə zəng vurub, telefonu ona vermişdir. O, Elşənlə danışdıqda Elşən ona hər şeyin yaxşı olduğunu, narahat olmamağı və heç bir probemin olmadığını bildirmişdir. Bundan sonra o, Fərmanın yatdığı otağa keçib ona Elşənlə Maksimin qardaşı Ruslanın dalaşdığını və Elşənlə danışmağını bildirmişdir. Fərman telefonu əlindən alıb Elşənə “nolub-niyə dalaşmısız” demiş, Elşən ona nəsə demək istəyəndə isə internet kəsilmiş və danışa bilməmişlər. Bundan sonra Fərman ondan nə baş verdiyini soruşduqda, o Fərmana “uşaqlar dalaşıb, Maksim isə Elşəngilə bizə pis-pis sözlər deyib” demiş, Fərman isə ona əhəmiyyət verməmişdir. O, daha sonra Fərmana Ənvərin bu barədə məlumatı olmadığını demiş, Fərman da ona “narahat olma, sabah özümüz gedib söhbət edərik” demişdir. Bundan sonra Rafiq öz avtomobili ilə onu evlərinə gətirmiş və Ənvərin telefonuna baxdıqda Elnurun Maksimin atdığı səsləri göndərdiyini görmüşdür. Bundan sonra ayrı otağa keçib, həmin səslərə qulaq asmışdır. Həmin səslərdə Maksim nalayiq söyüşlər söyərək Elşənə “sənin atanı çayxanada deşik-deşik edib öldürəcəm” kimi sözlər demişdir. Bundan sonra Ənvər yuxudan ayılaraq ondan haradan gəldiyini soruşmuş, o da qaynı Fərmangildən gəldiyini demiş, Ənvər ondan Fərmangilə nə üçün getdiyini soruşduqda X25 dalaşdığını demişdir. Ənvər də “uşaqdılar, burda nə varki” demiş, o isə Maksimin Elnura pis-pis sözlər atdığını söyləmişdir. Bundan sonra Ənvər ondan telefonu alıb səslərə qulaq asmış və ona “Maksim elə bil içkilidir, bu sözləri həyatı boyu mənə deməz” demişdir. Bundan sonra Ənvər Maksimə “Maksim sabah çayxananın qarşısına gələrsən” deyə səs atmış və yatmışdır. Səhərisi gün, yəni, 08 dekabr 2021-ci il tarixdə saat 08 radələrində evdən çıxaraq Ənvərdən xəbərsiz Maksimgilə getmiş, darvazanı Maksimin anası Fəridə açmış və onunla salamlaşdıqdan sonra, Maksimin evdə olub-olmadığını soruşmuş, Fəridə isə ona Maksimin evdə olduğunu demişdir. O, qapıdan içəri girdikdə, Maksimin öz otağı ilə aynabəndin arasında dayandığını görmüş və Maksim onu gördükdə ağız ucu “xoş gəlmisən” demişdir. O da “sağol” deyib divanda əyləşdəkdən sonra Maksimə “uşaqlar dalaşıblar” demiş, Maksim də ona əsəbi halda “hə dalaşıblar” deyərək, əlini stola vurub, “sənin oğlun olan Elşəni öldürəcəm” demişdir. Bundan sonra Fəridə Maksimə “yavaş danış” demiş, Maksim isə Fəridəyə “sakit dur, ya mən ölməliyəm, ya Elşən, ya da Ənvər” demişdir. Daha sonra Fəridə Maksimə “dəlisənmi, sənin atanın və qardaşının meyitini Rusiya Federasiyasından Ənvər yollayıb, mənim ona böyük hörmətim var” demişdir. Maksim isə iki əli ilə başına vuraraq, əsəbi halda “mən Ənvər kişinin üzünə necə baxacam, bizi qarşılaşdırdılar” demiş və stolun başına fırlanıb, yenə “ya mən ölməliyəm, ya Elşən, ya da Ənvər” demişdir. Maksim ona bu sözü təxminən 4-5 dəfə demişdir. O, Maksimə bu söhbəti qurtarmağı deyib, divandan durmuş, Maksim isə anasına “sakit dur, iki uşağım sənə əmanətdi, ya türməliyəm, yada ölməliyəm, yada öldürməliyəm” demişdir. Bundan sonra o, Maksimə dediyini edəcəksənmi deyə soruşub, atdığı səsdəki Elşənin bir yaşlı qızına qarşı söydüyü nalayiq şeyi də edəcəksənmi deyə soruşmuş və əlinin arxası ilə Maksimin ağzından bir sillə vurmuşdur. Bundan sonra Maksim onun əlindən tutub, “bu əllərinlə mənə çörək vermisən, bizə pisliyiniz dəyməyib, dediyin sözə görə mənə vurdun, bizi qarşılaşdırdılar” demiş və telefonunda Ruslanın şəklini ona göstərmişdir. O, şəkilə baxdıqda, Ruslanın üzündə nazik bir cızıq izi olduğunu görmüş, Maksimdən “bu şəkili Ruslanmı göndərib” deyə soruşmuş, o isə Rusiya Federasiyasında həmkəndilisi Elşadın göndərdiyini demişdir. Bundan sonra o, evdən çıxmış, darvazanın qarşısında olarkən Maksim əlini başına vuraraq “ya mən ölməliyəm, ya Elşən, ya da Ənvər” demişdir. Bundan sonra o “özünüz bilərsiz” deyib darvazadan çölə çıxarkən, Fəridə ona “Ənvərə deyərsən Maksimin ağzına bir şillə vursun, qələt edirlər” demişdir. Bundan sonra o, evə gəlmiş, evə gəldikdə isə Ənvərin evdə olmadığını görmüşdür. Təxminən 5 dəqiqə sonra Ənvər evə gəlmiş və qazın və işıq pulunun ödənilməsi barədə çekləri ona verib, haradan gəldiyini soruşmuşdur. O isə Ənvərə Maksimgildən gəldiyini və Maksimin peşman olduğunu demişdir. Bundan sonra Ənvər telefonunu istəmiş və Maksimə zəng vurub “Maksim gəlirsənmi” demiş, Maksim isə ona “gəlirəm” deyə cavab vermişdir. Daha sonra o, Ənvərə “Maksimə söyüş söydüyünə görə heçnə demə” demiş, Ənvər isə “burda nə varkı, narahat olma, mesajları heç kimə görsətmə” deyib evdən çıxıb getmişdir. O da Ənvərin arxasınca çölə çıxıb “Əli” marketə baxmış və sakitçilik olduğunu görüb geri qayıtmışdır. Evə çatarkən qaynının arvadı Tamamın qaça-qaça gəldiyini görmüşdür. Tamam ona Maksimin Ənvərin qaşına kəllə ilə vurduğunu, Ənvərin qaşının qanadığını və həkimə getdiklərini bildirmiş, o, Maksimin Ənvəri harada vurduğunu soruşduqda, Tamam ona Ənvərlə Maksimin çayxanın arxasına keçdiklərini, Maksimin 1 dəqiqə sonra geri qayıtdığını demişdir. Bundan sonra o, “Əli” marketin qarşısına getmiş, səs-küyə baldızı Əntiqə də gəlmiş və birlikdə Tovuz rayon mərkəzi xəstəxanasına getmişdirlər. Bundan sonra bilmişdir ki, əri Ənvər ölmüş, qaynı Fərman isə ağır vəziyyətdə olduğundan əməliyyata götürülmüşdür. Bundan başqa ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qardaşı Ruslanın oğlu Elşənin arxasınca onu “sındırdığını” dediyinə görə X26 Federasiyasının İrkutsk vilayətində mübahisəsi düşmüş, bu zaman Elşən orada Ruslanı döymüş, bu səbəbdən qaynı oğlu Rafiqin işlətdiyi çayxanada Ənvərlə Maksimin mübahisəsi düşmüş, mübahisə zamanı Maksim Ənvərə və Fərmana bıçaqla vuraraq, əri Ənvəri öldürmüş, qaynı Fərmanı isə yaralamışdır. Əlavə olaraq ifadəsində Təqsirləndirilən şəxs şikayətçi olduğunu, ona ağır cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəməyədək icraat zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş, məhkəmə istintaqı zamanı isə ifadəsi elan edilməklə tədqiq edilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hazırda arvadı Şahid5, oğlu Şahid6 və gəlini Şəhanə Alırzayeva ilə birlikdə Tovuz rayonu İbrahimhacılı kəndində yaşayır. 07 dekabr 2021-ci il tarixdə evdə olarkən saat təxminən 23 radələrində mərhum qardaşı Ənvərin arvadı Nərgiz Alırzayeva yaşadığı evə gələrək ona Rusiya Federasiyasının İrkutski vilayətində yaşayan oğlu Elşənin ona zəng vurduğunu, Elşənin həmkəndililəri olan Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olan qardaşı Ruslanla dalaşdığını və onu şillə ilə vurduğunu, buna görə ola bilər ki, Maksimin gəlib atasını vura biləcəyini və Ənvərlə Maksimi dalaşmağa qoymamağımı bildirmişdir. O Nərgizə “narahat olma, yəqin ki, toydan çıxıblar və içkili olduğlarından dalaşıblar, gecə vaxtı heçnə lazım deyil, sabah özümüz gedib söhbət edərik ki, görək bu nə məsələdi” demiş, bundan sonra oğlu Rafiq öz avtomobili ilə Nərgizi evlərinə aparmış və o, yatmışdır. Səhərisi gün, yəni, 08 dekabr 2021-ci il tarixdə saat 09 radələrində arvadı Tamam çayxanaya getmiş, saat 11 radələrində isə o, çayxanaya gedib Tamamdan çayxanaya kimin gəldiyini soruşmuş, arvadı Tamam ona hələki heç kimin çayxanaya gəlmədiyini demişdir. Bundan sonra o, çayxanadan çölə çıxmış, təxminən yarım saat sonra Ənvər çayxanaya gəlmişdir. O, Ənvərdən nə məsələ olduğunu, oğlu Elşənlə Maksimin qardaşı Ruslanın niyə dalaşdığını soruşmuş, Ənvər ona özünün də bu barədə məlumatı olmadığını, uşaqlara zəng edib soruşacağını, Maksimin də indi gələcəyini və onunla söhbət edəcəyini demişdir. Təxminən yarım saat sonra isə Maksimin çayxanaya tərəf gəldiyini görüb, Maksimlə görüşmüş və Maksimə çayxanaya keçməyi dəvət etmişdir. Maksimin arxasınca isə tanımadığı adını sonradan bildiyi Nizaminin, onun arxasıncada yenə tanımadığı və adını sonradan bildiyi Şəhriyarın gəldiyini görmüşdür. Nizami ilə Şəhriyarın arasında təxminən 7-8 metr məsafə olmuşdur. Bundan sonra o və Maksim çayxanaya keçmiş, həmin vaxt Ənvər də çayxananın içində olmuşdur. Ənvər Maksimə çayxananın kabinetində oturmağı təklif etmiş, Maksim isə kabinetin qapısını bağlayaraq əli ilə çölə çıxmaqlarını bildirmişdir. Bundan sonra o, Ənvər, Maksim və yanında olan Nizami çayxanın çöl qapısından arxa tərəfə keçmiş, Şəhriyar isə onlarla birlikdə arxa tərəfə keçməmişdir. Bundan sonra Ənvər və Maksim köhnə tikilinin yaşıl rəngli qapısının qarşısında üzbəüz, o və Nizami isə şam ağacının yanında dayanmışlar. Ənvər Maksimə “ayıb deyilmi, niyə söyüş söyürsən, yadından çıxartmısanmı, mən Ənvərəm” demiş, Maksim isə “onlar da mənə söyüblər” demişdir. Ənvər Maksimə “sənin söyüş söydüyün səs yazıları məndə var, istəyirsənsə mən sənə onları qulaq asdıraram, əgər Elşəngil də səni söyübsə səndə həmin səsləri mənə göstər” demişdir. Bundan sonra Maksim başını fırlayaraq Ənvərə kəllə ilə vurmuşdur. O, bunu gördükdə onları aralamaq üçün yanlarına getmək istəmiş, bu zaman Nizami əli ilə onun qarşısını kəsərək Ənvər tərəfə getməyinə mane olmuşdur. Bundan sonra Maksim əlini Ənvərdən çəkib, ona tərəf dönərkən Maksimin əlində nə isə parıldadığını və Ənvərin çənəsindən boynuna tərəf qan axdığını görmüşdür. Daha sonra Maksim ona tərəf gəlib onunla qarşı-qarşıya dayanmış və Maksimin ona əli ilə nəsə vurduğunu hiss etmişdir. Daha sonra Maksim ona rus dilində “mənim üçün heçnədi” deyib qışqıraraq getmişdir. Onun arxasınca isə Nizami getmiş və bundan sonra onun gözləri qaralaraq heçnə hiss etməməyə başlamışdır. Daha sonra yadında qaldığı qədərilə Ənvər gəldiyi çayxananın çöl qapısından içəri girmiş və arvadı Tamam ona üzünü silməyi üçün dəsmal vermişdir. Ənvər də həmin dəsmalla üzünü silərək çayxananın çöl qapısından çıxmışlar. Ənvər Müstəcəfin maşınına oturmuş və o da həmin avtomaşına əyləşmişdir. Daha sonra onlar Müstəcəfin maşınına oturub xəstəxanaya getmişdirlər. Zərərçəkmiş şəxs eyni zamanda ifasində göstərmişdir ki, onun və qardaşı Ənvərin Təqsirləndirilən şəxsla heç vaxt hər hansısa bir ədavət və ya düşmənçiliyi olmamış, Maskimlə münasibətləri həmişə yaxşı olmuşdur. Rusiya Federasiyasının İrkutski vilayətində Ənvərin oğlu Elşənlə Təqsirləndirilən şəxs qardaşı Ruslan dalaşmış, Ənvərin oğlu Elşən Ruslanı döymüş, bu səbəbdən qardaşı sadəcə olaraq Maksimlə söhbət etmək üçün oğlu Rafiqin işlətdiyi çayxanaya çağırmış, çayxananın arxasında isə Ənvərlə Maksimin mübahisəsi düşmüş, mübahisə zamanı Maksim Ənvərə və ona bıçaqla vuraraq, qardaşı Ənvəri öldürmüş, onu isə yaralamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində göstərmişdir ki, X12 və Zərərçəkmiş şəxs tanımır. Təqsirləndirilən şəxsla isə təxminən 4 il əvvəl rayonda çayxanada tanış olmuş və onunla həmin gündən dostluq münasibətləri yaranmışdır. Ona məxsus olan ** BL *** dövlət qeydiyyat nişanlı “Volqa Siber” markalı avtomaşının üzərində həbs olduğundan, hadisə olmamışdan 2-3 gün qabaq avtomaşını polis şöbəsinə aparılmışdır. Hadisə günü, yəni, 08 dekabr 2021-ci il tarixdə oğlu Atillanı məktəbdən götürmək üçün saat 10 radələrində istifadəsində olan mobil telefon nömrəsi ilə dayısı oğlu olan X4 mobil telefonuna zəng vuraraq, ona maşın lazım olduğunu bildirmiş, Habil isə ona maşının evdə olduğunu, avtomaşının açarının atası Ədalət Qələndərovda olduğunu və gedib evdən götürə biləcəyini bildirmişdir. O, Habillə danışdıqdan sonra dayısı Ədalətdən maşının açarlarını götürmüş və kirvəsi və dostu olan Şahid1 zəng vuraraq harada olduğunu soruşmuş, Nizami isə evdə olduğunu bildirmişdir. O, avtomobillə olduğunu və evdəkiləri bazara düşürüb gələcəyini bildirmişdir. Daha sonra o, həyat yoldaşını və bacısını bazara düşürmüş və Nizamigilə gəlmişdir. O, Nizamigildə biraz söhbət edib çay içərkən Nizami ona Maksimin “Vatsapp” proqramı vasitəsilə səs atdığını bildirmişdir. O, Nizamiyə dostları olan Maksimə zəng vurmasını və hal-əhval tutmasını bildirmiş, bundan sonra Nizami “Vatsapp” proqramı vasitəsilə 2 dəfə zəng vursa da, Maksim telefona cavab verməmişdir. Daha sonra Maksim özü “Vatsapp” proqramı vasitəsilə Nizamiyə zəng vurmuş və Nizami onunla hal-əhval tutduqdan sonra, Maksimə onunla birlikdə evlərində çay içdiyini demiş, Maksim onlardan boşluq olub-olmadığını soruşmuş, o isə hazırda işi olmadığını, saat 15:00-dək boş olduğunu bildirmişdir. Maksim isə Nizamiyə İbrahimhacılı kəndinə gəlib birlikdə çay içməyi təklif etmiş və Nizami də razılaşıb, onu yaşadığı evin yerləşdiyi küçənin başından götürəcəyini bildirmişdir. Bundan sonra onlar darvazadan çölə çıxmış, Nizami ondan darvazanın qarşısında saxladığı “Vaz 2107” markalı avtomobilin kimin olmasını soruşmuş, o isə Nizamiyə həmin maşının dayısı oğlu Habilin olduğunu demişdir. Bundan sonra Maksimin yaşadığı Tovuz rayonu İbrahimhacılı kəndinə getmişlər və Maksimi evlərinin yerləşdiyi küçənin başından götürmüşdürlər. Onlar Maksimlə görüşüb, hal-əhval tutduqdan sonra Nizami birlikdə gedib çay içməyi demiş, Maksim də onlara kəndin mərkəzindəki həmişə oturduqları çayxanaya getməyi təklif etmişdir. Onlar əvvələr də kəndin mərkəzində yerləşən həmin hadisənin olduğu çayxanaya getmişdirlər. Onlar çayxananın yanında avtomobili saxladıqdan sonra avtomobildən birlikdə düşüb çayxanaya tərəf getmiş, “Əli” marketin yanında 4-5 nəfər ağsaqqal şəxsin olduğunu görüb, Maksimlə həmin şəxslərə salam vermişdirlər. Avtomaşının açarı maşında qaldığından o, Nizamiyə maşının açarlarının maşında qaldığını, avtomaşının qapılarının bağlanacağından narahat olduğu üçün gedib açarları götürüb qayıdacağını bildirib avtomaşına getmiş və maşından açarları götürüb çayxanaya qayıtmışdır. Nizami onun gəldiyini görüb, çayxanadan içəri girmiş, içəriyə girdikdə isə Maksimi və Nizamini görmədiyindən arxa tərəfdə kreslo olan yerdə oturacaqlarını və orada olacaqlarını fikirləşib həmin yerə getmişdir. Çayxananın taxta qapısını keçdikdən sonra Maksimin çayxananın ortasında olduğunu və çayxananın arxa qapısı tərəfdən gəldiyini, onun arxasınca isə 2-3 nəfər şəxsin gəldiyini görmüşdür. Həmçinin kreslonun yanında təxminən 14 yaşlı uşağın olduğunu da görmüşdür. Həmin vaxt o, Maksimdən “noldu, çay içmirikmi” deyə soruşmuş, Maksim isə ona “yox, tez gəl gedək” demiş, o da Maksimə “nolub” dedikdə, Maksim ona “heçnə, gəl” demişdir. Daha sonra o, Nizamidən nə olduğunu soruşduqda, Nizami “mənə ay qaqa bilmirəm, görmüsənmi gəl gedək deyir” demiş və Maksimin arxasınca çayxanadan çıxıb, maşın tərəfə getmişdirlər. Maksim “Əli” marketi keçdikdən sonra onlara “tez gəlin” demiş, o da Maksimə “nolub, gəlirik də” demiş və avtomaşına çatıb, avtomaşını açdıqda, kiminsə arxalarınca dayanmalarını dediyini eşitmişdir. O isə Maksimdən həmin şəxsin onlarla olub-olmadığını soruşmuş, Maksim isə ona “mənlə olduğunu və başqa haqq-hesab olduğunu” demişdir. Bundan sonra o, maşının sükanında, qabağ oturacaqda Maksim, arxa oturacaqda isə Nizami oturmuşdur. O, avtomaşını işə salıb üzü Qovlar şəhəri tərəfə getmişlər. Avtomaşında olarkən o, Maksimdən dəfələrlə nə olduğunu, niyə qanının qara, kefsiz olduğunu soruşsa da, Maksim hər dəfə “elə bir ciddi məsələ yoxdur, sonra bu barədə ətraflı” danışarıq deyib onu yola vermişdir. Nizami də ona nə olması barədə heç bir şey deməmişdir. Bundan sonra Düz Qırıqlı kəndinin dəmiryol keçidini keçib üzü magistral yol tərəfə təxminən 1 km hərəkət etdikdən sonra magistrala çatmamış, yolun sağ tərəfində olan adını bilmədiyi zavodun yanında Maksim ona maşını saxlamağını demiş, o, maşını saxladıqdan sonra Maksim onlara “siz gedin” demiş, o Maksimə “başın xarabdımı, bizi niyə çağırmışdın, bəs çay içəcəkdik” demiş, Maksim isə onlara “mənim təcili işim var, getməliyəm” demişdir. O Maksimə hara lazımdısa aparıb düşürə biləcəyini bildirmiş, Maksim isə ona lazım olmadığını bildirdib sağollaşmışdır. Bundan sonra onlar Tovuz rayonuna gəlmiş və avtomaşını gətirib Habilgilin həyətinə qoyub, Nizami ilə birlikdə Təzə məhəllə adlanan yerdə çayxanada oturub çay içmişdirlər. Çayxanada olarkən Nizami ona Maksimlə Ənvərin dalaşdığını, Maksimin Ənvəri kəllə ilə vurduğunu, bunu gördükdən sonra Maksimlə Ənvəri və Fərmanı araladığını demiş, daha sonra isə eşitmişdirlər ki, Təqsirləndirilən şəxs Ənvər Alırzayevi və qardaşı Zərərçəkmiş şəxs bıçaqlamış, Ənvər ölmüş, Fərman isə yaralanmışdır. Bundan sonra o, günorta saat 14 radələrində evə gedərkən yolda Habili görmüş və onunla salamlaşıb, hal əhval-tutduqdan sonra Habilin maşını ilə çayxanaya getdiklərindən, ölənin və yaralananın qohumlarının Habilə nəsə etməyindən qorxduğu üçün, Habilə avtomaşınını rayona çıxartmamağını demiş, Habil də ondan bunun səbəbini soruşduqda, Habilə dostunun adam vurduğunu, maşının isə kameralara düşdüyünü, onluq və maşınlıq bir şey olmadığını demişdir. Bundan başqa ifadəsinə əlavə olaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs hansı məqsədlə həmkəndiləri olan Ənvər Alırzayevi öldürməsi, Zərərçəkmiş şəxs isə yaralaması barədə məlumatı olmamış, Maksim onlara Ənvəri və ya Fərmanı bıçaqlaması barədə heç bir şey deməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 08 dekabr 2021-ci il tarixdə saat 11:30 radələrində evdən çıxaraq əmisi Fərmanın oğlu Şahid6 məxsus İbrahimhacılı kəndinin mərkəzində yerləşən çayxanaya getmiş, ora çatdıqda çayxananın qarşısında Ənvəri və Fərmanı görmüş və onlarla salamlaşıb, hal-əhval tutduqdan sonra çayxanadan içəri keçmişdir. Çayxananın taxta qapsını keçdikdən sonra orada çayxananın arxa qapısına yaxın kresloda üzü pəncərə tərəfə oturub çay istəmişdir. Həmin vaxt orada tək olmuşdur. Təxminən 10 dəqiqə sonra Ənvəri, arxasında isə Fərman, Maksimi, yanında adını sonradan bildiyi Nizamini və onun arxasınca da adını sonradan bildiyi Şəhriyarı görmüşdür. Ənvər, Fərman, Maksim və Nizami çayxananın arxa qapısından keçərək orada şam ağaclarının yanına gedərək, köhnə tikilinin yaşıl qapısı ilə üzbəüz olan yerdə dayanmışdırlar. O, daha sonra Ənvər ilə Maksimin nəsə söhbət etdiklərini görmüşdür. Fərman və Nizami isə orada heç nə danışmadan dayanmışdırlar. Təxminən 1 dəqiqə sonra isə Maksimin kəllə ilə Ənvəri vurduğunu görüb, tez oturduğu yerdən qalxaraq onlara tərəf getmişdir. Həmin vaxt Fərmanın onları aralamaq istədiyini, Nizaminin isə Fərmanın qarşısına keçdiyini, onların yanına çatdıqda isə Maksimin əlində bıçaq olduğunu görmüşdür. Maksim Ənvəri bıçaqla vurmaq istəyərkən o, tez Maksimin bıçaq tutan sağ əlindən tutaraq Maksimin Ənvəri bıçaqla vurmasını qoymamışdır. O, həmin vaxt elə bilmişdir ki, Maksim Ənvəri birinci dəfə bıçaqla vurmaq istəyir, lakin sonradan bilmişdir ki, o, oraya çatanadək Maksim əvvəlcə Ənvəri, daha sonra isə Fərmanı bıçaqla vurmuşdur. Hər şey çox ani vaxtda baş vermiş, o, Maksimin əlini tutduqdan sonra Maksim bərkdən qışqırıb oradan aralaşaraq çayxananın arxa qapısından çayxanaya daxil olmuş, Nizami də onun arxası ilə çayxanaya girmişdir. Daha sonra isə o, Ənvərin paltarının boğaz hissəsindən qan çıxdığını və qaşından qan axdığını görmüş və bu zaman Ənvər onlara Maskimin onu vurduğunu demişdir. Bundan sonra Ənvər, Fərman və o, çayxananın arxa qapısından içəri daxil olmuşlar. Fərmanın arvadı olan Tamam Ənvərin qaşından qan axdığını görüb, ona mətbəxdən dəsmal gətirmiş, Ənvər də dəsmalla üzünü silib çayxanadan çölə çıxarkən Rafiq içəri girmişdir. Bu zaman Rafiq Ənvərin üzünə baxıb, nə olduğunu soruşmuş, Ənvər isə Fərmana “oğraş məni vurdu” demişdir. Bundan sonra Rafiq Maksimgilin arxasınca qaçmışdır, o da Fərman və Ənvərlə birlikdə çayxandan çıxıb, “şəhidlərin abidəsi” yerləşən istiqamətdə getmişdirlər. Bu zaman Maksimin qabaqda, arxasınca isə Nizami və Şəhriyarın yolun o biri tərəfinə keçərək, ağ rəngli “Vaz 2107” markalı avtomaşına minib getdiklərini görmüşdür. Şəhidlərin abidəsinə çatdıqdan sonra isə Ənvər orada olan Müstəcəfə Maksimin onu vurduğunu, onu tez həkimə aparmasını demiş, bundan sonra Müstəcəf tez avtomaşında sükan arxasına, Ənvər qabaq oturacaqda, Fərman və həmkəndlisi Xanlar isə avtomaşının arxa qapısını açaraq avtomaşının arxa oturacağında əyləşərək üzü Qovlar şəhəri tərəfə getmişdirlər. Rafiq və o isə Rafiqə məxsus avtomobillə onların arxasınca getmişdir. Onlar Tovuz rayon mərkəzi xəstəxanasına çatdıqda isə Ənvərin vəfat etdiyini, Fərmanın isə əməliyyata götürüldüyünü eşitmişdirlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, mərhum X18 qaynı və Zərərçəkmiş şəxs isə əridir. 07 dekabr 2021-ci il tarixdə saat 23 radələrində Ənvərin arvadı Nərgiz Alırzayeva onların evinə gələrək Rusiya Federasiyasının İrkutsk vilayətində yaşayan oğlu Elşənin ona zəng vurduğunu, Elşənin həmkəndilisi olan Təqsirləndirilən şəxs Rusiya Federasiyasında olan qardaşı Ruslanla dalaşdığını və onu şillə ilə vurduğunu, buna görə ola bilər ki, Maksimin gəlib atasını vura biləcəyini və X22 dalaşmağa qoymamağını bildirmiş, Fərman isə Nərgizə narahat olmamasını, sabah özləri gedib söhbət edəcəklərini demişdir. Bundan sonra oğlu Rafiq öz avtomobili ilə Nərgizi evlərinə aparmışdır. Səhərisi gün, yəni, 08 dekabr 2021-ci il tarixdə saat 09 radələrində o, çayxanaya gedib açaraq oranı təmizləmişdir. Saat 11 radələrində isə çayxanaya əri Fərman gəlmiş və ondan qardaşı Ənvərin bura gəlib-gəlmədiyini soruşmuş, o isə Fərmana Ənvərin gəlmədiyini bildirmişdir. Bundan sonra Fərman çayxanadan çölə çıxmış, onun başı isə mətbəxdəki işlərinə qarışmışdır. Saat 12 radələrində isə mətbəxdə olarkən Ənvərin səsini eşitmiş, bundan sonra isə mətbəxdən çölə çıxdıqda Maksimin çayxananın arxa qapısından çayxananın içinə girdiyini, sonuncunun çayxananın taxta qapısını keçdikdən sonra taxta qapının yanında bir nəfər şəxsin də Maksimin arxasınca getdiyini görmüşdür. Maksimin çayxananın içində olarkən isə onun acıqlı şəkildə “adamı bax belə edərlər” dediyini eşitmişdir. Bundan sonra Ənvərin qaşı qanlı şəkildə mətbəxə tərəf gəldiyini görüb, dəsmalı yuyaraq Ənvərə üzünün qanını silmək üçün vemişdir. Ənvər də üzünün qanını silib və mətbəxdən çıxmışdır. Həmin vaxt oğlu Rafiq çayxananın qapısının açıb içəri daxil olmuş, qapının ağzında Rafiq Ənvərdən nə olduğunu soruşmuş, Ənvər isə Rafiqə “oğraş məni bıçaqla vurdu” demişdir. Bundan sonra oğlu Maksimgilin arxasınca getmiş, Rafiqin arxasınca isə Ənvər çayxanadan çölə çıxmış, Ənvərin arxasınca isə Fərman çayxanadan heçnə olmamış kimi, sakit şəkildə çayxanadan çıxmışdır. Bundan sonra o, Rafiqin arxasınca gedib, Rafiqə geri qayıtmasını bildirmiş, bu zaman o, Maksimin iki nəfərlə birlikdə “Vaz 2107” markalı avtomaşına minib getdiyini görmüşdür. Geri qayıdanda isə Ənvərin Müstəcəfin maşınında getdiyini görmüşdür. Həmin vaxt maşında Fərman və Xanlar da olmuşdur. Onların arxasınca isə Rafiq və qohumu olan Orxanla birlikdə oğluna məxsus avtomaşınla getmişdir. Təxminən 1 saat sonra isə o, Ənvərin arvadı və baldızı ilə birlikdə xəstəxanaya getmişdirlər. Onlar xəstəxanaya çatdıqda isə Ənvərin öldüyünü, Fərmanın isə ağır vəziyyətdə olduğundan əməliyyata götürdüklərini bilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 Şahid5 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, 08 dekabr 2021-ci il tarixdə saat 10 radələrində evdən çıxaraq Fərmanın oğlu Şahid6 məxsus İbrahimhacılı kəndinin mərkəzində yerləşən çayxanaya Tamam və Rafiqə kömək etmək üçün getmişdir. O, həmin çayxanaya daxil olduqda çayxanada təkcə Tamam olmuş, Tamam ilə salamlaşıb hal-əhval tutduqdan sonra, Tamam səhər yeməyi hazırlamış və ona çay hazırlamağa kömək etmişdir. Saat 11 radələrində isə çayxanaya Fərman, ondan təxminən 15 dəqiqə sonra isə Ənvər gəlib, odun sobasının yanında oturub söhbət etmişdirlər. Bundan sonra o, çayxananın mətbəx otağına keçib orada Tamama kömək etməyə başlamış, saat 12 radələrində isə o, mətbəxdən çayxananın arxa otağına çıxıb pəncərədən çölə baxarkən Ənvəri, Fərmanı və onların yanında tanımadığı başqa 2 nəfər şəxsi görmüşdür. O, həmin şəxslərə çox fikir verməyib, mətbəx otağına keçmiş və başı mətbəxdəki işlərinə qarışmışdır. Təxminən 4-5 dəqiqə sonra isə mətbəxdə olarkən Ənvərin səsini eşitmiş, bundan sonra Tamam mətbəxdən çölə çıxmış, Tamamın ardınca isə o, mətbəxdən çölə çıxdıqda Ənvərin qaşı qanlı şəkildə çayxananın arxa otağında görmüşdür. Bundan sonra o, çox qorxmuş və yenidən mətbəxə qayıtmışdır. Mətbəxdən çıxdıqda isə Ənvərin və Fərmanın çayxanadan çölə çıxdıqlarını görmüş və onların arxasınca çölə çıxaraq Ənvərin və Fərmanın Müstəcəfin avtomaşınına əyləşib getdiklərini görmüşdür. Daha sonra eşitmişdir ki, Maksim adlı həmkəndlisi Ənvər və Fərmanı bıçaqlamış, Ənvər ölmüş, Fərman isə yaralanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 08 dekabr 2021-ci il tarixdə saat 10:30 radələrində evdən çıxaraq öz şəxsi “Vaz 2107” markalı avtomaşını ilə kəndin mərkəzində yerləşən şəhidlər üçün tikilmiş abidənin yanına gəlmiş və orada kənd sakinləri ilə söhbət etməyə başlamışdır. Saat 12 radələrində isə həmkəndlisi X9 avtomaşınının yanına gəldiyini görmüş və Ənvərin yanına getmişdir. Ənvər ona Maksimin onu vurduğunu, onu tez həkimə çatdırmağını demiş, o, tez avtomaşında sükan arxasına oturmuş, Ənvər də özü qabaq oturacaqda əyləşmişdir. Bu zaman Ənvərin qardaşı Zərərçəkmiş şəxs və həmkəndlisi Xanlar avtomaşının arxa qapısını açaraq avtomaşının arxa oturacaqlarında əyləşmişdirlər. Bundan sonra o, avtomaşını işə salaraq üzü Qovlar şəhəri tərəfə sürmüşdür. Kəndin çıxacağında Fərman əlini qarnına qoyaraq “ayə məni də vurub” demiş, təxminən 2-3 dəqiqə sonra Ənvərin gözünün çevrildiyini və ağzını tamamilə açaraq möhkəm xoruldadığını görmüşdür. Onlar Qovlar şəhər xəstəxanasına çatdıqda, çayçının qarşısında əyləşən həkimləri görmüş və onlara Ənvərin bıçaqlandığını deyərək yardım istəmişlər. Həmin həkimlər Ənvərə baxdıqdan sonra, onlara Ənvərin ağır vəziyyətdə olduğunu və onun təcili Tovuz mərkəzi xəstəxanasına çatdırılmalı olduğunu bildirmişlər. Bundan sonra Xanlar tez təcili tibbi yardıma zəng vurmuş, Tovuz rayonuna gələrkən yolda təcili tibbi yardım maşını onlarla qarşılaşmış və yolda maşını saxlamışlar və Ənvəri təcili tibbi yardım maşınına qoymuşlar. Fərman isə özü avtomaşından düşərək təcili tibbi yardım maşınına əyləşmişdir. Bundan sonra onlar da təcili tibbi yardım maşının arxasınca Tovuz rayon mərkəzi xəstəxanasına gəlmişlər. Təxminən 10-15 dəqiqə sonra eşitmişdirlər ki, Ənvər Alırzayev vəfat etmiş, Fərman isə əməliyyata götürülüb. Sonradan bilmişdir ki, həmkəndlisi Təqsirləndirilən şəxs Ənvər Alırzayevi və qardaşı Zərərçəkmiş şəxs bıçaqlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, 07 dekabr 2021-ci il tarixdə saat 15 radələrində evdə olarkən oğlu Təqsirləndirilən şəxs ona kiçik oğlu Ruslanın şəklini göstərərək, Ruslanı Rusiya Federasiyasının İrkutsk vilayətində döydüklərini bildirmişdir. O, şəkilə baxdıqda Ruslanın üzünün və gözünün şişdiyini və göyərdiyini görmüşdür. Bundan sonra o, Maksimdən Ruslanı kimin döydünü soruşmuş, Maksim ona həmkəndlisi X2 Ruslanı döydüklərini demişdir. O, Maksimin əsəbləşməməyi üçün ona başqa söz deməmiş, Maksim də heç nə deməmişdir. Səhəri günü, yəni 08 dekabr 2021-ci il tarixdə saat 09 radələrində darvazanın döyüldüyünü eşidib, darvazanı açdıqda tanımadığı bir qadının dayandığını görmüşdür. O, həmin qadından kim olduğunu soruşduqda, ona Ənvər Alırzayevin arvadı Nərgizin olduğunu bildirmişdir. Ona bağışla səni tanımadım deyib, ondan gəlişinin səbəbini soruşmuş, Nərgiz isə “sənə deməyəcəyəm, Maksimi görüb onunla danışacağam” demiş, o da Nərgizi evə dəvət etmişdir. Nərgiz evə daxil olarkən Maksim mətbəxdən zala daxil olmuşdur. Maksim Nərgizi gördükdə ona “xoş gəlmisən” demiş, Nərgiz isə Maksimin üstünə gedərək, onun ağzından əli ilə bir şillə vurmuşdur. Bundan sonra Nərgiz Maksimə “öl, haram olsun, ayıb olsun” kimi təhqiredici sözlər deyərək, aralarında nəsil davası düşəcəyini bildirmişdir. O isə Nərgizə “niyə, nə üstə” demiş, Nərgiz isə ona heç nə deməmişdir. Bundan sonra o, Nərgizi sakitləşdirib, divanda otuzdurmuş və gəlininə Nərgizə çay gətirməyini demişdir. Nərgiz isə çay içməyərək, yanında olan suyu içmiş, bundan sonra o, Nərgizi qucaqlayıb, onu evdən darvazaya qədər ötürmüşdür. O, evə girdikdə Maksimin evdə olmadığını görmüşdür. Gəlini də nəvəsini məktəbə aparmışdır. Sonradan isə bilmişdir ki, Ənvər Maksimə zəng vurub, onu Ənvərin qardaşı Zərərçəkmiş şəxs oğlu Rafiqə məxsus kəndin mərkəzindəki çayxanaya çağırmış, Maksim də evdən mətbəx bıçağını götürüb, evdən çıxmış, evdən çıxdıqdan sonra həmin çayxanaya getmiş, çayxananın arxa tərəfində Ənvərlə Maksimin mübahisəsi düşmüş, Ənvər oğlu Maksimi təhqir etmiş, buna görə də Maksim Ənvəri bıçaqlayıb öldürmüş, Ənvərin qardaşı Zərərçəkmiş şəxs isə yaralamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid10 Şahid9 ilə oxşar məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, 1996-cı ilin aprel ayından valideynləri ilə birlikdə Rusiya Federasiyasının İrkutsk şəhərinə getmiş və həmin vaxtdan da orada yaşamışdır. 07 dekabr 2021-ci il tarixdə tanışının toy məclisində olarkən Ruslanın onun arxasınca nalayiq söyüş söydüyünü eşitmiş və bundan narahat olub, Ruslanın mobil telefonuna zəng vurub, onunla görüşmək istədiyini demişdir. Axşam saat 23 radələrində o, yanında 3 nəfər dostu ilə birlikdə Ruslanın yaşadığı evin qarşına getmiş və onunla orada görüşmüşdür. Həmin vaxt Ruslanın da yanında 2 nəfər rus vətəndaşı olmuşdur. O, Ruslandan arxasınca niyə söyüş söydüyünü soruşmuş, Ruslan əvvəlcə ona elə bir sözün olmadığını və onu söymədiyini bildirmiş, daha sonra söhbət zamanı Ruslan ona nalayiq söyüşlər söydüyünü etiraf etmişdir. Bu zaman o, Ruslandan nə üçün onu söydüyünü soruşduqda Ruslan ona Maksimə zəng vurub, onunla birgə söhbət edəcəklərini bildirmişdir. O, Ruslanın bu sözündən əsəbləşib Ruslanın üzündən 2 şillə vurmuş, bu zaman o, yerə yıxılmışdır. Ruslanın yanında olan şəxslər sonuncunu avtomaşına mindirib, aparmışlar. O da bundan sonra evə gəlmiş, saat 02 radələrində qardaşı Elnur ona zəng vuraraq, Təqsirləndirilən şəxs “Vatsapp” proqramı vasitəsilə onun arxasınca nalayiq söyüşlər söydüyünü və atası Ənvər Alırzayevi öldürəcəyi barədə səs yazıları atdığını bildirmişdir. Bundan sonra o, narahat olub Ruslana zəng vurub onunla görüşmüş, Ruslanla söhbət etdikdən sonra Ruslan səhvini başa düşüb ondan üzr istəmiş və tamamilə barışmışdırlar. Həmçinin, Ruslan Maksimin həmin atdığı səslərə görə də səhv etdiyini bildirmişdir. Daha sonra Ruslan Maksimə neçə dəfə “Vatsapp” prqoramı vasitəsilə zəng vursa da, Maksim telefona cavab verməmiş, bundan sonra o, Ruslanla sağollaşıb evə gəlmişdir. Səhərisi gün isə əmisi oğlu Şahid6 ona zəng vuraraq Təqsirləndirilən şəxs atası Ənvər Alırzayevi və əmisi Zərərçəkmiş şəxs bıçaqladığını, atasının vəfat etdiyini, əmisi Fərmanın isə xəstəxanada əməliyyat olunduğunu və vəziyyətinin ağır olduğunu demişdir. Bundan sonra o, Azərbaycan Respublikasına bilet alıb, Tovuz rayonuna gəlmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Tovuz rayonunun İbrahimhacılı kəndinin mərkəzində yerləşən Şahid6 məxsus çayxananın arxa tərəfidir. Şahid6 məxsus çayxana Tovuz rayonu İbrahimhacılı kəndinə mərkəzi istiqamətində hərəkət etdikdə yolun sağ tərəfində yoldan 17 metr məsafədə yerləşir. Qeyd edilən yoldan çayxanaya tərəf döndükdə yolayrıcında “Əli Market” adlı ərzaq mağazası vardır, mağaza ilə üzbəüz “Şəhidlər Abidəsi” vardır. Mağazadan çayxanaya tərəf getdikdə yolun sağ tərəfində İbrahimhacılı kənd Poçt şöbəsi vardır. Həmin çayxana ilə üzbəüz isə kişi salonu vardır. Çayxanın qarşısı beton ilə örtülmüşdür. Qarşısında şam ağcaları və tut ağacı vardır. Çayxana mişar daşından hörülmüşdür və çəhrayı rənglə rənglənmişdir. Çayxananın giriş qapısı ikitaylı dəmir materialdan olmaqla 1.6x2.2 metr ölçüdədir, üzbəüz qapıdan sol tərəfdə isə plastik materialdan iki ədəd 1.6x1.8 metr ölçüdə dəmir barmaqlıqlarla bağlı vəziyyətdə pəncərələri vardır. Dəmir qapıdan çayxanaya daxil olduqda ilk öncə zal yerləşir. Girişdən sol tərəfdə taxta materialdan hazırlanmış və bir-birindən ayrılmış ayrıca müştərilərin əyləşməsi üçün nəzərdə tutulmuş 03 ədəd otaq vardır. Girişdən sağ tərəfdə stol və stullar vardır. Stolun qarşısında isə qızdırıcı kimi nəzərdə tutulmuş odun sobası vardır. Girişlə üzbəüz yerləşən taxta qapıdan çayxananın digər arxa otağına keçdikdə həmin otağın taxta materialla iki hissəyə ayrıldığı müşahidə eşidilir. Taxta qapıdan keçdikdən sonra isə çayxananın sağ tərəfində mətbəx otağı vardır. Qarşısında isə dörd ədəd çəhrayı rəngli kreslolar və stollar vardır. Çayxananın arxa tərəfinə keçmək üçün dəmir qapısı vardır. Dəmir qapıdan çayxananın arxa tərəfinə keçdikdən sonra həmin ərazinin torpaq örtüklü olmaqla orada şam ağaclarının olduğu müəyyən edildi. Çayxananın qeyd olunan arxa qapısından çölə çıxdıqda sağ tərəfdə çayxana ilə bitişik istifadəsiz köhnə tikili vardır. Çayxananın arxa qapısından çölə çıxdıqda sol tərəfdə, şam ağaclarının yanında istifadəsiz köhnə tikili vardır. Hadisə yeri qeyd olunan köhnə tikilinin yaşıl rəngli ikitaylı qapısının qarşısında yerləşir. Baxış zamanı hadisə yerində torpaq səthi üzərində qanabənzər ləkələrin olduğu aşkar edilmişdir. Həmin qanabənzər ləkələr çayxananın arxa qapısından 11.20 metr məsafədən başlayaraq bir neçə yerdə vardır. Qeyd olunan qanabənzər ləkə çayxananın arxa qapısından çıxdıqda üzbəüz yerləşən şam ağacından 140 sm məsafədə, köhnə tikilidən isə 110 sm məsafədə yerləşir. Baxış zamanı qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunələri, eləcə də hadisə yerindən qanabənzər ləkələrin hopmuş olduğu iki ədəd çınqıl daşı tərəfimdən müvafiq qaydada qablaşdırılmaqla götürülmüş, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən 09 mart 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” xx.xx.2021-ci il tarixli və həmin tarixli “bıçağın götürülməsi haqqında” protokollardan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı tiyəsinin uzunluğu 13 sm, dəstəyinin uzunluğu 10.5 sm, ümumi uzunluğu 23,5 sm olan 01 ədəd bıçaq götürülmüşdür. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Tovuz rayon Şöbəsi tərəfindən təqdim edilmiş “meyitin ekspertizası”na dair xx.xx.2021-ci il tarixli 30 №-li rəyindən görünür ki, X9 meyitində döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən və sol ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası və sağ qaş nahiyəsinin qançırı və səthi yarası kimi xəsarətlər aşkar edildi. Qeyd edilən xəsarətlər həyatidir, həmin xəsarətlərdən deşilmiş-kəsilmiş yara iti ucu, kəsəri və küt tərəfi olan yastı tiyə tipli deşici-kəsici əşyanın (alətin), ola bilsin ki, ekspertizaya təqdim edilmiş mətbəx bıçağının deşici-kəsici hissəsinin təsirindən əmələ gələ bilməsi istisna edilmir. Sağ qaş nahiyəsinin qançırı və səthi yarası isə küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir və Ə.Q.Alırzayevin əlbəyaxa olması nəticəsində əmələ gələ bilərdi. Həmin xəsarətlərdən döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən və sol ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə, digər xəsarət, yəni sağ qaş nahiyəsinin qançırı və səthi yarası isə sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. X9 meyitindən götürülmüş qanın məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik və digər güclü təsirə malik maddələr isə aşkar edilməmişdir. X9 hadisə zamanı əynində olan paltarlardakı zədələrlə onun meyiti üzərində olan xəsarət (yara) üst-üstə düşür. X9 ölümü onun meyitinin meyitxanada müayinəsindən (müayinə xx.xx.2021-ci il tarixdə saat 13:50-də başlamışdır) 2-3 saat əvvəl baş vermişdir. X18 xəsarət yetirilərkən xəsarət yetirən şəxslə üzbəüz, lakin müxtəlif duruş vəziyyətlərində (ayaqüstü, oturmuş, uzanmış və s.) ola bilərdi. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Tovuz rayon Şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair xx.xx.2021-ci il tarixli 805 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarət- qarın nahiyyəsinin daxilə nüfuz edən, enən çənbər bağırsağı və çənbər bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayiət edilən həmçinin qanaxma ilə nəticələnən deçilmiş-kəsilmiş yarası (bir ədəd) iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Tovuz RMX-na müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2021-ci il tarixdə əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamılığa ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, iti kənara malik əşyanın (alətin), ola bilsin ki, ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi deşici-kesici hissəsi ilə əlbəyaxa zamanı əmələ gələ bilməsi isitisna olunmur. Zərərçəkmiş şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını, həmçinin onun paltararındakı zədələrin yerləşmə yerlərini nəzərə alaraq demək olar ki, paltarlardakı zədələrlə bədəni üzərində olan yara uyğunluq təşkil edirlər. Zərərçəkmiş şəxs bədənindəki xəsarətin lokalizasiyası və xarakterinə əsasən demək olar ki, deşilmiş-kəsilmiş yara yetirilərkən o xəsarət yetirilən anda ayaqüstü duruş vəziyyətində xəsarət yetirən şəxslə bədənin ön və sol səthləri ilə qarşılıqlı vəziyyətdə ola bilərdi. İş materiallarına əlavə olunmuş Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Tovuz rayon Şöbəsi tərəfindən təqdim edilmiş “canlı şəxsin ekspertizası”na dair xx.xx.2021-ci il tarixli 783 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində aşkar edilmiş xəsarət-sol çiyinüstü nahiyənin sıyrıqları küt əşyanın (əşyaların) təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəmişdir, müayinə olunan şəxsin göstərdiyi xx.xx.2021-ci il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcələri təyin edilmir. Təqsirləndirilən şəxs bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni, əlbəyaxa zamanı əmələ gələ bilməsi isitisna olunmur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 16/1323 saylı materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X13, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. X13 məxsus 01 ədəd gödəkcənin üzərindən tapılmış tünd göy rəngli poliester liflər cinsi əllamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. X13 məxsus digər geyim əşyaları üzərində Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Zərərçəkmiş şəxs məxsus 01 ədəd qolsuz gödəkcənin üzərindən tapılmış tünd göy rəngli poliester liflər cinsi əllamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçənin tərkib liflərinə uyğun gəlirlər. Zərərçəkmiş şəxs məxsus digər geyim əşyaları üzərində Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçənin üzərindən tapılmış qara rəngli poliakrilonitril liflər cinsi əllamətlərinə görə X13 məxsus 01 ədəd gödəkcənin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının üzərində X13 məxsus digər geyim əşyaları tərkib liflərindən yoxdur. Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkçənin üzərindən tapılmış açıq göy rəngli poliester liflər cinsi əllamətlərinə görə Zərərçəkmiş şəxs məxsus 01 ədəd qolsuz gödəkcənin tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının üzərində Zərərçəkmiş şəxs məxsus digər geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsi tərəfindən təqdim edilmiş məhkəmə ballistik və məhkəmə trasoloji ekspertizasına dair xx.xx.2021-ci il tarixli 16/1324/1325 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş mərhum X9 hadisə zamanı əynində olmuş gödəkçənin, qəhvəyi rəngli köynəyin, boz çəhrayı rəngli uzunqol köynəyin, qış alt köynəyinin, maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) və Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş uzunqol gödəkçənin, qolsuz gödəkçənin və köynəyin üzərində olan (hər birində bir ədəd olmaqla) bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmentin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş patarların üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan mərhum X9 hadisə zamanı əynində olmuş şalvarların, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş şalvarın və Təqsirləndirilən şəxs hadisə vaxtı əynində olmuş paltarların üzərində hər hansı mexaniki zədə yoxdur. İş materiallarına əlavə edilmiş 7 fevral 2022-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi Nərgiz Alırzayeva tərəfindən təqdim edilmiş diskə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs mərhum X9 böyük oğlu Elnur Alırzayevin ünvanına nalayiq söyüşlər söyərək, “Dədəni cırığ-cırığ edəcəm bax burda, dədəni para-para eliyəcəm sənin burda, sabah çentirdə dədəni cındır günə qoyacam” barədə səs yazısı göndərmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X20 Bölməsi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 16/1359 saylı materialların məhkəmə ekspertizasına dair rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Şahid1, X3 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının və avtomobil oturacaq üzlüklərinin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. “VAZ-21074” markalı avtomobilin sol qabaq oturacağının üzərindən tapılmış tünd göy rəngli pambıq liflər cinsi əlamətlərinə görə X3 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. X3 məxsus geyim əşyalarının üzərində “VAZ 21074” markalı avtomobilin oturacaq üzlüklərinin tərkib liflərindən yoxdur. “VAZ-21074” markalı avtomobilin sağ qabaq oturacağının üzərindən tapılmış mavi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının üzərində “VAZ 21074” markalı avtomobilin oturacaq üzlüklərinin tərkib liflərindən yoxdur. “VAZ-21074” markalı avtomobilin arxa oturacağının üzərindən tapılmış qara rəngli pambıq liflər cinsi əlamətlərinə görə Şahid1 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Şahid1 məxsus geyim əşyalarının üzərində “VAZ 21074” markalı avtomobilin oturacaq üzlüklərinin tərkib liflərindən yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “ Məhkəmə-Tibbi Ekspertiza və X16” X34 “maddi sübutların ekspertizası”na dair 06/2022- MTBŞ saylı, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X9 ABO sistemi üzrə qrup göstəricisi –Abeta/H/(İİ). Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi A (İİ)şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi: O(İ)/ şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən/. Ekspertizaya təqdim olunmuş Ə.Q.Alırzayevə məxsus bir ədəd qolsuz mayka, alt köynəyi, alt şalvarı, uzunqol köynək, uzunqol kofta, uzunqol gödəkçə, şalvar, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol koftası, şalvar, ona keçirilmiş kəmər, qolsuz gödəkçə və uzunqol gödəkçə, bir ədəd bıçağın tiyəsi, iki ədəd zərfə ayrı-ayrılıqda qablaşdırılmış çay daşları, yeddi ədəd zərfə ayrı-ayrılıqda qablaşdırılmış torpaq nümunələri üzərində insan qanı ləkələri aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” və “H” antigenləri, Ə.Q.Alırzayevə məxsus bir ədəd qolsuz mayka, alt köynəyi, alt şalvarı və uzunqol köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək və qolsuz gödəkçə üzərində həmçinin beta aqqlyutinini də alındı. Bu qan ləkələri Abeta/H/(İİ) qruplu bir şəxsə, o cümlədən X13 və ya Zərərçəkmiş şəxs (əgər onun qanında müşayiətçi “H” antigeni varsa) məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə həmçinin O (İ) qruplu şəxsin, o cümlədən Təqsirləndirilən şəxs da (əgər onda hadisə zamanı qanaxma ilə müşahidə olunan xəsarətlər olmuşdursa) qarışmış qanın olması mümkündür. Təqdim olunmuş Ə.Q.Alırzayevin kəməri və bıçağın dəstəyi üzərində qan, Təqsirləndirilən şəxs məxsus bir ədəd uzunqol sviter, şalvar və uzunqol gödəkçə üzərində isə qana şübhəli hər hansı bir ləkə aşkar olunmadı. Qərarın təsvir hissəsində əmələ gəlmə müddəti barəsində olan suala hal hazırda dəqiq metodlar olmadığı üçün cavab vermək mümkün olmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanseri tərəfindən təqdim edilmiş ambulator məhkəmə psixiatrikpsixoloji ekspertizasına dair 10 dekabr 2021-ci il tarixli 760/245 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin aksentuasiyası) baxmayaraq, o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əqli inkafında psixi xəstəliyi ilə əlaqədar olan gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hərəkətlərin xarakter və mənasını anlaya bilərdi və hal-hazırda anlayır. Təqsirləndirilən şəxs baş vermiş hüquqazidd hərəkətlərdən əvvəl adi, hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin fəaliyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyilli deyildir. İş materiallarına əlavə edilmiş Tovuz rayon polis şöbəsindən əməliyyat tapşırığına cavab olaraq göndərilmiş xx.xx.2021-ci il tarixli, 186-6289-1221 saylı əməliyyat tapşırığına cavab məktubundan görünür ki, xx.xx.1981-ci il təvəllüdlü Tovuz rayonu, İbrahimhacılı kənd sakini Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 12:00 radələrində İbrahimhacılı kəndinin mərkəzində yerləşən çayxananın həyətinin arxa tərəfində şəxsi münasibətlər zəminində kəsici-deşici alət olan bıçaqla həmkəndliləri xx.xx.1964-cü il təvəllüdlü X13 döş qəfəsinin sol yan səthinə 1 (bir) ədəd daxilə nüfuz edən kəskin qanitirmə ilə müşayiət olunan deşilmiş-kəsilmiş yara xəsarəti yetirməklə qəsdən öldürmüş və sonuncunun qardaşı xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs qarın nahiyəsinin qarın boşluğuna nüfuz edən və yoğun bağırsağın zədələnməsi ilə müşayiət olunan 1(bir) ədəd deşilmiş-kəsilmiş yarası xəsarəti yetirməklə sonuncunu qəsdən öldürməyə cəhd etmişdir. Keçirilmiş əməliyyat tədbirlər zamanı müəyyən edilmişdir ki, Tovuz rayonu, İbrahimhacılı kənd sakinləri Təqsirləndirilən şəxs, X18 və Zərərçəkmiş şəxs aralarında yaranmış mübahisənin səbəbi Rusiya Federasiyasının İrkutsk vilayətində yaşayan Təqsirləndirilən şəxs qardaşı X11 X9 oğlu Şahid11 tərəfindən döyülməsi olmuşdur. Baç vermiş hadisəni görən kənar şəxsləri müəyyən etmək məqsədi ilə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Keçirilmiş əməliyyat-axtarışı tədbirləri zamanı müəyyən edilmişdir ki, hadisədən əvvəl Maksim Əhmdovun və Ənvər Alırzayevin və Zərərçəkmiş şəxs aralarında heç bir münaqişə və narazılıq olmamışdır. Keçirilmiş əməliyyat-axtarışı tədbirləri zamanı, Təqsirləndirilən şəxs hər hansı bir şəxslə mübahisəsi və dava-dalaşı eləcədə Təqsirləndirilən şəxs hər hansı bir şəxslə hadisədən əvvəl üzərində bıçaq gəzdirməsi müəyyən edilməmişdir. Keçirilmiş əməliyyat-axtarışı tədbirləri nəticəsində xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs hadisədən əvvəl Tovuz rayon sakinləri X6 və Şahid1 ilə görüşdükləri müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli “cinayəti törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 120.1 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Tovuz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni 08 dekabr 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Tovuz RİHB-nın İbrahimhacılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tovuz rayon İbrahimhacılı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşamış və ailə üzvləri anası, arvadı və iki azyaşlı uşağından ibarətdir. İş materiallarına əlavə edilmiş Tovuz RİHB-nın İbrahimhacılı kənd İƏD üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində həmkəndliləri Ənvər Alırzayevi və Zərərçəkmiş şəxs bıçaqla vurmasında məqsədinin onları öldürmək yox, Ənvər Alırzayevin onu alçaldaraq söydüyü söyüşlərə görə onu cəzalandırmaq olduğunu, lakin yetirdiyi xəsarətlə Ənvərin öldüyünü, Fərmanın isə yaralandığını göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs verilmiş ittihamlarla özünü təqsirli bilməməsilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, məhkəmə istintaqı zamanı dindirilmiş zərər çəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri və digər iş materialları ilə Təqsirləndirilən şəxs ona verilmiş ittihamlarla təqsirli olduğu öz təsdiqini tapmışdır. Belə ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsla zərərçəkmiş şəxs Ənvər Alırzayev arasında Təqsirləndirilən şəxs Rusiya Federasiyasında yaşayan qardaşının Ənvər Alırzayevin oğlu tərəfindən döyülməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı Ənvər Alırzayevin və Zərərçəkmiş şəxs onun özünün və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən Təqsirləndirilən şəxs Ənvər Alırzayevə və Zərərçəkmiş şəxs üzərində olmuş bıçaqla xəsarət yetirmiş, nəticədə Ənvər Alırzayev ölmüş, Zərərçəkmiş şəxs isə yaralanmışdır. Həmçinin cinayət işinin materiallarında olan “diskə baxış keçirilməsi” haqqında protokoldan müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs mərhum X9 böyük oğlu Enur Alırzayevin ünvanına nalayiq söyüşlər söyərək, “Dədəni cırığ-cırığ edəcəm bax burda, dədəni para-para eliyəcəm sənin burda, sabah çentirdə dədəni cındır günə qoyacam” barədə səs yazısı göndərmişdir. Bundan başqa məhkəmə tibbi ekspertizasının rəylərindən müəyyən olunmuşdur ki, Ənvər Alırzayevə yetirilmiş xəsarətlərdən döş qəfəsinin sol yan səthinin daxilə nüfuz edən və sol ağciyərin yuxarı payını zədələyən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilmişdir. Zərərçəkmiş şəxs yetirilmiş xəsarət isə qarın nahiyyəsinin daxilə nüfuz edən, enən çənbər bağırsağı və çənbər bağırsağın müsariqəsinin zədələnməsi ilə müşayiət edilən həmçinin qanaxma ilə nəticələnən deşilmiş-kəsilmiş yarası (bir ədəd) iti kənara malik əşyanın (alətin) təsirindən əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilmişdir. Göründüyü kimi yaranmış mübahisəyə görə Maksim X1 Alırzayevin ünvanına nalayiq söyüşlər söyərək, ona atası Ənvəri təhdid edici səs yazısı göndərməsi, bundan sonra isə hadisənin baş verdiyi gün Ənvər və Zərərçəkmiş şəxslərlə görüşdüyü zaman, Təqsirləndirilən şəxs həm Ənvər Alırzayevə, həm də Zərərçəkmiş şəxs bıçaqla sağlamlığa ağır zərər vurmanın əlamətlərinə aid edilən xəsarətlər yetirməklə onların həyatı üçün mühüm olan orqanlarına zərər yetirmişdir ki, bu da, Təqsirləndirilən şəxs niyyətinin onları öldürmək olduğunu təsdiq etmişdir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 nömrəli Qərarının 8-ci bəndində göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Beləliklə, məhkəmə araşdırılmış sübutların cəminə obyektiv qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun əməli Azərbaycan Respublikası CM-in 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə tövsif olunmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran və yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti nəzərə alınaraq barəsində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində azyaşlı uşağın olması, 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-in 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayətlər təsnifatına aid olduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəza çəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Həmçinin həmin Məcəllənin 56.2-ci maddəsində göstərilmişdir ki, xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 15.5-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər kateqoriyasına aid olduğu nəzərə alınaraq, Təqsirləndirilən şəxs təyin olunan azadlıqdan məhrum etmə növündə cəzanın ilk 1 (bir) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunda saxlanılan qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunələri və qanabənzər ləkələrin hopmuş olduğu iki ədəd çınqıl daşı məhv edilməli, meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş meyitin əynində olmuş qəhvəyi rəngli uzunqol poluver, bənövşəyi və ağ rəngli naxışlardan ibarət uzunqol köynək, boz rəngli kişi alt köynəyi, ağ rəngli mayka, belində qara rəngli dəri kəməri olan tünd göy rəngli cins şalvar, boz rəngli kişi alt tumanı, tünd göy rəngli trusik, boz rəngli bir cüt yun corab, bir cüt qara rəngli ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla tiyəsinin uzunluğu 13 sm, dəstəyinin uzunluğu 10.5 sm, ümumi uzunluğu 23,5 sm olan 01 ədəd bıçaq məhv edilməli, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd qara rəngli kurtka, 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli yun uzunqol köynək yaxın qohumlarına qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Ş.Musayevanın istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd cins şalvar və 1 ədəd qısaqol köynək, 01 cüt ayaqqabı və 01 ədəd kəmər sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Şahid6 xx.xx.2021-ci il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş X9 hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd qara rəngli kurtka zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməli, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd qara rəngli dəri kurtka və 1 ədəd tünd göy rəngli qolsuz gödəkçə sahibinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan 184 (bir yüz səksən dörd) manat 60 (altmış) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351, 353, 356-358-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4, 29,120.2.4 və 29,120.2.7-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 18 (on səkkiz) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasının ilk 1 (bir) ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu vaxtdan, yəni xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınaraq Tovuz rayon prokurorluğunda saxlanılan qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunələri və qanabənzər ləkələrin hopmuş olduğu iki ədəd çınqıl daşı məhv edilsin, meyitə baxış keçirilməsi haqqında protokolla götürülmüş meyitin əynində olmuş qəhvəyi rəngli uzunqol poluver, bənövşəyi və ağ rəngli naxışlardan ibarət uzunqol köynək, boz rəngli kişi alt köynəyi, ağ rəngli mayka, belində qara rəngli dəri kəməri olan tünd göy rəngli cins şalvar, boz rəngli kişi alt tumanı, tünd göy rəngli trusik, boz rəngli bir cüt yun corab, bir cüt qara rəngli ayaqqabı zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması zamanı həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla tiyəsinin uzunluğu 13 sm, dəstəyinin uzunluğu 10.5 sm, ümumi uzunluğu 23,5 sm olan 01 ədəd bıçaq məhv edilsin, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd qara rəngli kurtka, 1 ədəd göy rəngli cins şalvar və 1 ədəd qara rəngli yun uzunqol köynək yaxın qohumlarına qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Ş.Musayevanın istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd cins şalvar və 1 ədəd qısaqol köynək, 01 cüt ayaqqabı və 01 ədəd kəmər sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Şahid6 xx.xx.2021-ci il tarixdə istintaqa təqdim etdiyi və həmin tarixli götürmə aparılması haqqında qərar və protokolla götürülmüş X9 hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd qara rəngli kurtka zərərçəkmiş şəxsin hüquqi varisinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olduğunu bildirdiyi 1 ədəd qara rəngli dəri kurtka və 1 ədəd tünd göy rəngli qolsuz gödəkçə sahibinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan 184 (bir yüz səksən dörd) manat 60 (altmış) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar