Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-237/2023 07.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi X5 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxxxx 2007-ci ildə Göygöl rayonunun Balçılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natmam orta təhsilii subay, işləməyən, məhkumluğu olmayan, Göygöl rayonunun Balçılı kəndində daimi qeydiyyatda olmaqla, yaşayan, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə xalası oğlu X8 Göygöl şəhəri Azay Kazımov küçəsində yerləşən “Röyal” şadlıq sarayında baş tutan toy mərasimindən sonra həmin gün saat 21 radələrində toy sahibinin yaşadığı ünvan 1 ünvanına gəlib toy məclisindən sonra təşkil edilən qurban kəsmə mərasimində qonaq kimi iştirak edərkən həmin ünvanda tanışı, sərxoş vəziyyətdə olan Zərərçəkmiş şəxs onun anası X13 ilə kobud danışmasına etirazını bildirməsi səbəbindən Zərərçəkmiş şəxsla aralarında sözlü mübahisə yaranmış, həmin mübahisə zamanı sonuncu onun ünvanına təhqiredici ifadələr işlətməsinə görə aralarından baş vermiş mübahisə onların əlbəyaxa olmaları ilə nəticələnmiş və Zərərçəkmiş şəxs ona əl zərbələri ilə qəsdən bir neçə zərbə vuraraq ona sol qalça nahiyəsinin və döş qəfəsinin ön səthinin sıyrıqları ilə müşayiət edilən dərəcələri təyin edilməyən xəsarət yetirən zaman o, Zərərçəkmiş şəxs fiziki cəhətdən gücü çatmayacağını ehtimal edərək cibində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən turist bıçağı ilə sonuncuya qəsdən zərbələr vuraraq Zərərçəkmiş şəxs döş qəfəsində yerləşən yumşaq toxumaların zədələnməsi ilə nəticələnən üç ədəd daxilə nüfuz etməyən yara ilə müşayiət edilən və dərəcəsinə görə hər biri ayrı-ayrılıqda sağlamlığa zərər vurmadıqları üçün dərəcələri təyin edilməyən, döş qəfəsində yerləşən sağ ağciyər aşağı payının zədələnməsi ilə və sol sağrı nahiyəsində yerləşən sol sağrı atreriyasının zədələnməsi ilə müşayiət edilən yaralarla nəticələnən, dərəcələrinə görə ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarətlər yetirməklə qəsdən sağlamlığa ağır bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göygöl şəhərində yaşayan xalası oğlu Arazın Göygöl şəhərində yerləşən “Röyal” şadlıq sarayında toy məclisi olmuş, o qonşusu Bayram, anası X13 və 9 yaşlı bacısı X9 ilə həmin toyda iştirak etmişdir. Saat 21 radələrində toy yekunlaşmış, o, da bəyin digər yaxın qohumları ilə birlikdə toydan sonra Arazın yaşadığı evə gəlmişdir. Arazgilin həyətində ancaq yaxın qohumlar olmuşdur. Anası və bacısı da orada olmuşdur. O, kənarda dayanıb telefonla oynamış, bəylə gəlin isə avtomobildən düşmüş, həyətdə isə qurbanlıq qoyun kəsirmişlər. Həmin anda anasına kiminsə “az qırağa dur” deməsini eşidərək oraya yaxınlaşmış, anasından ona o sözü deyəni soruşduqda xalası oğlu Arazın əmisi oğlu İlqarın “per-petuxa bıçaq vermisiz quzunu kəsməyə” sözünü deməsini eşitmişdir. İlqardan sözün kimə deyilməsini soruşmuş, məqsədi anasının orada olduğu halda İlqarın söyüşlü ifadənin işlətməsinin səbəbini soruşmaq olmuşdur. İlqar isə ona “düz deyirəm də, burda bir kişi yoxdumu heyvanı petux kəsir” demişdir. Anası onun qolundan tutub kənara aparmış və sakit durmağını, İlqarın sərxoş olmasını demişdir. O, kənarda dayanmış və mübahisə etməmişdir. İlqarın hələ də dodağının altında söylənməsini, kiminsə ünvanına söyüşlər söyməsini eşidib ona söyməsini zənn edərək ona yaxınlaşıb kimə söydüyünü soruşduqda İlqar ona “gəl bura görüm sən nə deyirdin bayaq” sözünü demiş mübahisə başlatmışdır. Onun üzərinə gedərək “kimə söyürsən əə” demiş, İlqarın yanına çatdıqda İlqar onun ünvanına söyüş söydüyünü deyib yaxasından tutmuşdur. O, da İlqara söyüşlü cavab qaytardıqda aralarında dava-dalaş başlamış və əlbəyaxa olmuşlar. İlqar başından qolu ilə tutub başına yumruq zərbələri ilə ardıcıl olaraq vurmuş, ona gücü çatmadığını görüb əvvəlcədən cibində olan bıçağı sol əli ilə çıxarmış və onun sağ qolu tərəfə bir-iki dəfə vurmuşdur. Lakin hava qaranlıq olduğu və İlqarın da başına yumruqlarla dayanmadan vurmağa davam etdiyi üçün onun dəqiq olaraq hansı nahiyəsinə vurduğunu görməmişdir. İlqarı bıçaqla bir neçə dəfə vursa da o, daha güclü zərbələrlə başına vurduğu üçün bıçağın ona dəymədiyini düşünmüş, həmin anda İlqar sol qolunu burmuş və bıçaq əlindən yerə düşmüşdür. O, əyilib yerdən bıçağı götürmüş və bıçağı İlqarın sarğı nahiyəsinə güclü zərbə ilə vurmuşdur. Həmin anda İlqar ondan əl çəkmiş və yerə yıxılmışdır. İlqar yerə yıxıldıqda artıq kənara durmuşdur. Daha sonra İlqarı xəstəxanaya aparmış, o, isə Teymur, Bayram və anası ilə evə getmişdir. Təxminən bir saat sonra polis əməkdaşları ünvanına gələrək onu polis şöbəsinə gətirmişlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə Göygöl şəhərində yerləşən “Röyal” şadlıq sarayında əmisi oğlu X8 toy məclisi olmuşdur. O, da ailə üzvləri ilə birlikdə həmin toyda iştirak etmişdir. Toyda spirtli içki qəbul etmişdir. Toy təxminən saat 20 radələrində yekunlaşmış, toydan sonra o, da yaxın qohumları ilə birlikdə Arazın yaşadığı Göygöl şəhəri, X18 küçəsi ev 107 ünvanına gəlmişdir. Gəlinin ayağının altında qurban kəsmə mərasimi keçirilmişdir.O, əvvəlcə evin birinci mərtəbəsində çay içmiş, oradan həyətə çıxdıqda bir nəfər hərəkətləri qadına bənzəyən cavan oğlanın əlində bıçaq qurbanlıq qoyun kəsməsini görmüş, həmin şəxsi əvvəlcədən tanımırmış, yalnız toyda görmüşdür, sonradan isə adının Bayram olmasını öyrənmişdir. Həmin şəxsin onun qohumunun evində qoyun kəsməsi onun xoşuna gəlmədiyi üçün “burda bir kişi yoxdumu bıçağı petuxa vermisiniz” deyərək ondan bıçağı istəmiş, o isə bıçağı ona vermiş və dediyi sözə heç bir reaksiya verməmişdir. Həmin vaxt əmisi oğlu Arazın xalası Rahilə ona Bayramın kəsə bildiyini dedikdə ona kənara durmasını, onluq bir iş olmamasını demişdir. Rahilənin oğlu Qismət ona yaxınlaşıb nəsə demək istəmiş, lakin anası onu kənarlaşdırmışdır. Nihad qoyunu kəsmiş və bəylə gəlin evə keçmişlər. Lakin onun bıçağın Bayrama verilməsinə görə əsəbi keçməmiş və söylənmişdir. Həmin vaxt Rahilənin oğlu Qismət yenidən onun yanına gələrək “kimə söyürsən əə” deyərək mübahisə yaratmış və onlar əlbəyaxa olmuşlar. Xatırlamağına görə Qismətin başını sol qolumun altında tutub sağ əli ilə ona vurmuş, həmin anda Qismətin sol əlində bıçaq olmasını, onun sağ kürəyinə doğru vurmasını görmüş və tez onun həmin qolundan tutmaq istəmişdir. Bıçaq həmin vaxt yerə düşmüş və Qismət də onun əlindən çıxmışdır.Qismət aşağı əyilmiş və arxa nahiyəsinə bıçağı zərbə ilə vurduqda sarğı hissəsinin isinməsini hiss etmiş və bir-iki addım geriyə gedib yıxılmışdır. Yıxılan vaxt huşunu itirmiş və gözünü açdıqda xəstəxanada olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs bildirmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmışdır ona qarşı şikayət və tələbi yoxdur, həm də Qismətlə qohumdurlar, belə ki Qismət əmisi oğlunun xalası oğludur. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X13 ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Göygöl rayonu Balçılı kəndində yaşayır, evlidir, 3 övladı var. Rəsmi olaraq heç bir yerdə işləmir, evdar qadındır. xx.xx.2022-ci il tarixdə qonşusu Bayram, oğlu Qismət, qızı Nazpəri ilə Göygöl şəhərində yaşayan bacısı oğlu Arazın Göygöl şəhərində yerləşən “Röyal” şadlıq sarayında toy məclisinə gəlmişdir. Saat 21 radələrində toy yekunlaşmış, onlar da bəyin digər yaxın qohumları ilə birlikdə toydan sonra Arazın yaşadığı evə gəlmişdir. Bəylə gəlin avtomobildən düşüb həyətdə dayanmış, həyətdə isə qurbanlıq qoyun kəsmişlər, lakin heyvanı kəsən şəxs düz kəsməmişdir. Qonşusu Bayram qoyunu kəsən tanımadığı orta yaşlı kişiyə heyvanı kəsməsi ilə bağlı göstəriş vermişdir. Həmin şəxs isə bıçağı Bayrama uzadaraq “Kəsə bilirsən gəl kəs” demişdir. Zərərçəkmiş şəxs isə bıçağı Bayramın əlindən alaraq “sən kimsən, çəkil burdan” demişdir. İlqara kəsə bilmədiklərini, Bayramın heyvan kəsə bildiyini dedikdə İlqar ona “get cəhənnəm ol, sənlik deyil, burda kişi yoxdumu qoyunu per-petux kəsir” demişdir. Oğlu Qismət bu sözü eşidərək İlqara irad bildirdikdə İlqar onun üzərinə gəlmiş, lakin Qismətin qolundan tutub kənara aparmış və onu danlayaraq İlqarın sərxoş olmasını demişdir. Lakin bir neçə dəqiqə sonra anidən olaraq İlqarla Qismətin əlbəyaxa olmasını dalaşmasını görmüş, cəld onlara tərəf qaçmış və onları aralaşdırmağa çalışmışdır. Qismətin başı İlqarın qolunun altında olmuşdur. Dava-dalaş vaxtı Qismətin əlində bıçaq görməmişdir. Lakin qəfildən İlqar geriyə bir iki addım atıb yerə yıxıldıqda Qismətin əlində bıçaq olmasını görmüşdür. Həmin anda kimsə “İlqarı bıçaqladılar” deyə qışqırdıqda Qisməti tez bağa tərəf aparmışdır. Çünki İlqarın qohumlarının Qismətə nəsə edəcəklərindən ehtiyat etmişdir. Daha sonra İlqarı xəstəxanaya aparmışlar və onlar Bayramın tanışı Teymurun avtomobili ilə evə getmişlər. O, İlqarın qardaşı Nihadın və ailə üzvlərinin oğlu Qismətə nəsə edəcəklərindən ehtiyat etdiyi üçün Qisməti evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, X16 ilə əvvəllər iş yoldaşı olmuş və həmin vaxtdan münasibətləri yarandığı üçün onu da öz toy məclisinə dəvət etmişdir. xx.xx.2022-ci il tarixdə özünə məxsus “Vaz 2107” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Göygöl şəhərində yerləşən “Röyal” şadlıq sarayında X8 toy məclisinə getmiş, toy saat 20 radələrində yekunlaşmış, orada qonaq olan Bayram adlı tanışı onunla qonşularını da aparmağını xahiş etmiş və o, da razılaşmışdır. Toy yekunlaşdıqdan sonra Bayram, qonşusu Qismət, sonuncunun anası və bacısı ilə birlikdə Arazın yaşadığı ünvan 3 ünvanına getmişdir. Arazın qohumlarını tanımadığı üçün darvazanın qarşısında dayanıb siqaret çəkmişdir. Bir neçə dəqiqə sonra həyətdə səs-küy eşitmiş və həmin tərəfə getdikdə əvvəlcədən tanımadığı İlqarın yerdə olmasını, Qismətin əlində bıçaq olmasını, Qismətin əlində bıçaq olmasını görmüş və ona məlum olmuşdur ki, Qismət İlqarı bıçaqla vurmuşdur. İlqarı götürüb xəstəxanaya aparmışlar, o, da Bayram və Qismətin ailəsini evə aparmışdır. Yolda isə Qismət ağlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Göygöl şəhərində yerləşən “Röyal” şadlıq sarayında oğlu X8 toy məclisi olmuşdur. Toy saat 20 radələrində yekunlaşmış, daha sonra yaxın qohumlarla birlikdə evə gəlmişlər. Saat 21 radələrində yaşadığı evin həyətində gəlinin ayağı altında qurban kəsmə mərasimi olmuşdur. O, isə evə qalxıb yerə süfrə salırmış. Qurban kəsmə mərasimi yekunlaşmış və bəylə gəlin evə qalxmışlar. Hava soyuq olduğu üçün musiqiçiləri həyətə gətirməmişlər və camaat da dağılışıb getmişdir. Evdə olan zaman anidən həyətdən səs eşitmiş və eyvana çıxdıqda qaranlıq da olsa bir nəfərin yerdə olmasını görmüşdür. Yaxınlaşdıqda qaynı oğlu Zərərçəkmiş şəxs yerdə olmasını, ondan qan axmasını, qardaşı Nihatın isə onun yanında olmasını görmüşdür. Hər şey anidən baş verdiyi üçün heç nə başa düşməmiş və İlqarı xəstəxanaya aparmışlar. Sonradan bacısı oğlu Qismətin İlqarı bıçaqla vurduğunu öyrənmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, o, Göygöl rayonu Balçılı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Heç bir yerdə işləmir. X16 ilə bir neçə il əvvəl peşə liseyində eyni bir yerdə oxumuş və həmin vaxtdan münasibəti yarandığı üçün onu da öz toy məclisinə dəvət etmişdir. Həmçinin Arazın xalası Rahilə Əliyeva onun qonşusudur. xx.xx.2022-ci il tarixdə Rahilə Əliyeva və onun oğlu Qismət ilə Göygöl şəhərində yerləşən “Röyal” şadlıq sarayında X8 toy məclisinə getmişdir. Toy saat 20 radələrində yekunlaşmış, toy gedişatında tanışı Teymurdan Rahilə və uşaqlarının da onunla gedəcəyini deyərək ondan avtomobil ilə onları də aparmasını xahiş etmişdir. Toy qurtardıqda Rahilə ona bəyin evinə getməyi, orada da az müddət durub sonra evə getməyi dedikdə razılaşmış və Teymurla birlikdə Arazgilin həyətinə getmişdir. Saat 21 radələrində Arazgilin həyətində gəlinin ayağı altında qurban kəsmə mərasimi olmuşdur. O, da qurban kəsilən yerdə olmuşdur. Qurbanlıq qoyunu tanımadığı bir nəfər şəxs kəsmiş, lakin heyvanın başını düzgün kəsmədiyi üçün kənardan müdaxilə edərək həmin şəxsə heyvan kəsməsi ilə bağlı istiqamət vermişdir. Həmin anda Rahilə bıçağın ona verilməsini deməsini eşidərək qoyuna tərəf gedib bıçağı əlinə aldıqda, arxasından bir nəfər kişinin “bu qapıda kişi yoxdumu, per-petux heyvan kəsir” deməsini eşitmiş, lakin həmin sözə heç bir reaksiya verməmiş və həmin tərəfə belə baxmamışdır. Rahilə ona onun heyvan kəsməyi bacardığını dedikdə o, Rahiləyə xatırlamasına görə “az sən kənara dur” dediyini eşitmişdir. Həmin şəxs bıçağı onun əlindən alıb Nihat adlı qardaşına verərək heyvanı kəsməsini demişdir. Həmin şəxs sərxoş və aqressiv olduğu üçün ona heç nə deməmiş, lakin Qismət ona yaxınlaşıb söyüşlü danışmasının ayıb olmasını demiş, onlar mübahisə etmək istədikdə Rahilə oğlu Qisməti kənara aparmışdır. Bir neçə dəqiqə sonra bəylə gəlin evə qalxmış, hər kəs dağılışmışdır. O, darvazanın yanında dayanıb Teymurla söhbət etmiş, anidən olaraq həyətdə səs-küy eşitmiş və həmin tərəfə getdikdə İlqarın yerdə olmasını, Qismətin əlində bıçaq olmasını, Nihadın isə qışqıraraq İlqarın bıçaqlandığını deməsini görmüşdür. Ona məlum olmuşdur ki, Qismət İlqarı bıçaqla vurmuşdur. İlqarı götürüb xəstəxanaya aparmış, Teymur isə onu və Qismətin ailəsini evə aparmışdır. Yolda isə Qismət ağlamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, 30 oktyabr 2022-ci il tarixdə hadisə yerinə baxış keçirilmiş, baxış zamanı müəyyən edilmişdir ki, hadisənin baş verdiyi yer, ünvan 3 ünvanında yerləşən Şahid3 məxsus fərdi yaşayış evinin həyətidir. Evə həyətə açılan giriş darvazasından daxil olduqda 6 metr enində 30 metr uzunluğunda həyət var. Sağda daş hasar, solda baş yerləşir. Hadisə evin qarşısında daş hasarın yanında baş vermişdir. Daş hasarın yanında yerdə qan izləri və Zərərçəkmiş şəxs məxsus içərisində qan olan bir tay ayaqqabı var. Hadisə yerində iş üçün əhəmiyyət kəsb edən əşya, predmetlər, həmçinin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq aşkar edilməmişdir. Hadisə yerinin fotoşəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmış, fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçağı təqdim etmiş və həmin bıçağın fotoşəkilləri çəkilərək protokolla götürülmüş, fotoşəkillər protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “təqdim edilmiş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı üzərində olan qara rəngli şalvar, tünd göy rəngli ön hissəsi düyməli olan qollu köynək, ağ rəngli alt geyim köynəyi, ön hissəsi sarı və qara rəng olan ağ rəngli qolsuz köynək onun təqdim etməsi ilə götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 30 oktyabr 2022-ci il tarixdə saat 21 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə tibb ekspertizası və patoloji anatomiya birliyi publik hüquqi şəxsin Göygöl rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 351 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş beş ədəd deşilmiş-kəsilmiş yara aşkar edilmişdir. Bu yaralardan dördü döş qəfəsinin sağ yarısında, biri isə sol sağrı nahiyəsində yerləşmişdir. Döş qəfəsində yerləşən yaralardan biri daxilə nüfuz edən yaradır- sağ ağciyər aşağı payının zədələnməsi ilə müşayiət olunur. Sol sağrı nahiyəsində yerləşən yara isə sol sağrı atreriyasının zədələnməsi ilə nəticələnir. Qeyd olunan hər iki yara dərəcəsinə görə ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Döş qəfəsində yerləşən digər üç yara daxilə nüfuz edən yaralar olmayıb, yumşaq toxumaların zədələnməsi ilə müşayiət olunur və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə tibb ekspertizasının xx.xx.2022-ci il tarixli 339 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər-sol qalça nahiyəsinin və döş qəfəsinin ön səthinin sıyrıqları–bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kriminalistik və məhkəmə tarasoloji ekspertizasının 27 yanvar 2023-cü il, 16/115/116 nömrəli rəyindən görünür ki: İ. - Tədqiqata təqdim edilmiş bıçaq zavod üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişiklər edilməmişdir. İİ. – Tədqiqata tıəıqdim olunan uzunqol köynəyin üzərində olan 02 ədəd, qısaqol köynəyin üzərində olan 02 ədəd zədələr, maykanın üzərində olan 05 ədəd zədələr və şalvarın üzərində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan prdemetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakerik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş uzunqol köynəyin, qısaqol köynəyin, maykanın və cins şalvarın üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Pataloji Anatomiya ETT Birliyinin xx.xx.2022-ci il tarixli, 351 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarətlər ilə təqdim edilmiş köynəklərin, maykanın və şalvarın səthində olan zədələr müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “dördü döş qəfəsinin sağ yarısında, biri isə sağrı nahiyəsində yerləşən deşilmiş-kəsilmiş yaraları” xəsarətləri ilə uzunqol köynəyin üzərində olan olan 02 ədəd zədələr, qısaqol köynəyin üzərində olan 02 ədəd zədələr, maykanın üzərində olan 05 ədəd zədələr və şalvarın üzərində olan 01 ədəd zədə yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər yerləşmə yerinə görə üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəməpsixiatrik və məhkəmə-psixoloji ekspertizasından təqdim edilmiş 22 dekabr 2022-ci il tarixli, 780/275 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur.Məhkəmə-psixoloji ekspertizası həmin nəticəyə gəlmişdir ki: 1.Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivzim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O, cinayət əməlini törətdiyi zaman öz hərəkətlərinə cavab vermək, hərəkətlərini idarə etmək qabiliyyətinə malik olmuşdur.
2. Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Gəncə Şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 5185 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Gəncə Şəhəri Psixo-Nevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 587 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2018ci il tarixdə dispanserə müraciət edib və ona “Davranış pozuntaları” diaqnozu qoyulmuşdur bundan sonra bir daha dispanserə müraciət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 noyabr 2022-ci il tarixli “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikas CM-nin 126.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,Göygöl Rayon Məhkəməsinin 20 dekabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Göygöl Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(066)-105/2022 saylı qərarı ilə seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri istintaq müddətinin sonunadək, yəni 28 fevral 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Göygöl rayon İHB-nin Balçılı kənd İƏD-si üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Əliyev X1 qeydiyyatdadır. X6 oğlu İ qrup əlil, anası-X13, bacısı-X11, bacısı-X3 ibarət ailə tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs tərəfindən veriilmiş xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam formada ödənmiş və Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 036731 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs atası X10 İ qrup əlildir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə razılıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxslə qohum olmasını,əməlindən səmimi peşman olmasını, atasının İ qrup əlil olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi, cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.8-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi, zərər çəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmaması, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 435.4.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır. Qeyd olunanlarla yanaşı məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbləri nəzərə alınmaqla zərər çəkmiş şəxslə razılıq əldə edərək barışmasını, zərərçəkmiş şəxslə qardaş olmasını, cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən də (cəza çəkmədən) islah olunması mümkündür. Odur ki, Məhkəmə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini, təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən şərti məhkum edilmiş şəxsə sınaq müddəti müəyyən edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən, davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək, habelə həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustasqlığı qətikman tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Həmçinin məhkəmə vurğulayır ki, Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 63 (altmış üç) manat ekspertiza xərcləri dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödəniləməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübutlar- hadisənin törədilməsində istifadə edilmiş 01 ədəd uzunqol köynək, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd cins şalvar və 01 ədəd soyuq silah hesab edilməyən turist bıçağı Göygöl rayon polis şöbəsində saxlanılır. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Göygöl rayon polis şöbəsində saxlanılan, hadisənin törədilməsində istifadə edilmiş 01 ədəd uzunqol köynək, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd cins şalvar sahiblərinə qaytarilmalı, qəbul etmədikdə məhv edilməli, 01 ədəd soyuq silah hesab edilməyən turist bıçaq məhv edilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş cəmi 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X4 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. İş üzrə mülki iddia və müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindikdən sonra hesablansın. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 70.5-ci maddəsinə əsasən üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış vəzifəsi qoyulsun. Davranışı üzərində nəzarət Göygöl rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “ev dustaqlığı” qətikman tədbiri «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə 63 (altmış üç) manat ekspertiza xərcləri məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Göygöl rayon polis şöbəsində saxlanılan, hadisənin törədilməsində istifadə edilmiş 01 ədəd uzunqol köynək, 01 ədəd qısaqol köynək, 01 ədəd mayka, 01 ədəd cins şalvar sahiblərinə qaytarılsın, qəbul etmədikdə məhv edilsin, 01 ədəd soyuq silah hesab edilməyən turist bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş cəmi 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.