Məhkəmə qərarları › İş №1(100)-237/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-237/2025

04.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-237/2025 04.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi - X5 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1971-ci il tarixdə Qazax rayonu, Kolair kəndində anadan olmuş, evli, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, İİ-ci qrup müharibə əlili, Ağstafa rayonu, Kolayır kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs şəxsiyyətləri istintaqa məlum olmayan şəxs və ya şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında təmiz çəkisi 6,81 qram təşkil edən xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranını, ümumi təmiz çəkisi 3015 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və təmiz çəkisi 211,777 qram təşkil edən külli miqdarda xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki müxtəlif şəxslərə qanunsuz olaraq satmaq barədə razılığa gələrək 24 mart 2024-cü il tarixdə saat 22-23 radələrində mobil telefonunda olan “WhatsApp” tətbiqi vasitəsi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə əlaqə saxlayıb narkotik vasitələrin Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığında kolun yanına qoyulmasını təsdiq edən ünvan məlumatlarını və şəkilləri əldə edib qeyd edilən ünvana gedərək istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan tarixdə Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığında kolun yanına qoyulmuş 1 ədəd qara rəngli idman çantasındakı 1 ədəd qara rəngli polietilen torbanın içərisində olan üzəri yapışqanlı lentlə sarınmış 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,81 qram təşkil edən xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranını, üzəri yapışqanlı lentlə sarınmış 2 ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda təmiz çəkiləri 1505 qram və 1510 qram olmaqla, ümumi təmiz çəkisi 3015 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı və üzəri yapışqanlı lentlə sarınmış 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 211,777 qram təşkil edən külli miqdarda xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki 24 mart 2024-cü il tarixdə saat 23 radələrində həmin yerdən götürüb satış məqsədi ilə qanunsuz olaraq əldə edərək üzərində saxlayıb daşımış, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin tarixdə saat 23:15-də Qazax rayonu, Ağköynək kəndi ərazisində saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən RPŞ-nin inzibati binasına gətirilmiş və qeyd olunan ünvanda 25 mart 2024-cü il tarixdə saat 00:15-dən 02:40-dək olan müddətdə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman əlində tutduğu qara rəngli idman çantasının içərisindən 1 ədəd qara rəngli polietilen torbanın içərisində olan üzəri yapışqanlı lentlə sarınmış 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,81 qram təşkil edən xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı, üzəri yapışqanlı lentlə sarınmış 2 ədəd qara rəngli polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 1505 qram və 1510 qram olmaqla, ümumi təmiz çəkisi 3015 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və üzəri yapışqanlı lentlə sarınmış 1 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 211,777 qram təşkil edən külli miqdarda xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.4.1 və 234.4.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Şəhriyar adlı şəxsin 2023-cü ildə sosial şəbəkə vasitəsilə ona zəng etməsi nəticəsində sonuncu ilə tanışlığı yaranmışdır. Həmin şəxs özünü İran İslam Respublikası vətəndaşı kimi tanıtmışdır. Şəhriyar onun narkotik vasitə istifadəçisi olduğunu bildiyi üçün bir dəfə ona 2 kibrit qutusu marixuana göndərmişdir. Bu dəfə isə onu aldadıb tutmuşlar. Saxlanılmamışdan 5-6 ay əvvəl Şəhriyar adlı şəxsin nömrəsini telefonundan silmiş və danışmamış, həmin müddət ərzində sonuncu ona bir neçə dəfə mesaj yazmış, lakin onun gözləri zəif gördüyü üçün mesajları oxuya bilməmiş, cavab da yazmamışdır. Saxlanıldığı gün ona 15-16 dəfə tanımadığı bir nömrədən zəng gəlmiş, lakin o, nömrəni tanımadığı üçün telefonu açmamışdır. Axşam vaxtı bir qədər içkili olduğu üçün həmin nömrədən gələn zəngi açmış və kim olduğunu soruşanda cavab gəlmədiyi üçün yenidən kim olduğunu soruşmuşdur. Bu dəfə telefondakı şəxs Şəhriyar olduğunu demişdir. O, sonuncuya “sənə deməmişəm ki mənə zəng etmə” demişdir. Şəhriyar isə istifadə etməsi üçün ona marixuana göndərdiyini, Qazax rayonu, Ağköynək kəndində yerləşən “Samalyotun yanı” deyilən ərazidə olduğunu və götürməsini demişdir. Narkotik vasitə qarşılığında Şəhriyar ondan 500 manat istəmiş, o isə pulunun olmadığını və buna görə narkotik vasitəsinin lazım olmadığını demişdir. Şəhriyar artıq narkotik vasitəni göndərdiyini və götürməsini demişdir. O da Qazax rayonu, Ağköynək kəndində yerləşən “Samalyotun yanı” deyilən əraziyə getmiş, həmin vaxtı hava qaranlıq olmuşdur. O, orada bir idman çantası olduğunu görmüşdür. Şəhriyar ona bir ədəd cins şalvar və bir ədəd köynək göndərəcəyini dediyi üçün o, paltarların idman çantasında olduğunu düşündüyünə görə həmin çantanı götürmüşdür. Bu zaman polis əməkdaşları onu yıxıb çanta ilə polis şöbəsinə aparmışlar. Orada da ona təzyiq göstərilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, o, Şəhriyar adlı şəxsi keçən ildən tanımış və sonuncu ilə WhatsApp proqramı vasitəsilə danışmışdır. Şəhriyar adlı şəxs ona zəng edib qazi olduğunu bildiyini və qazilərə hörmət etdiyini demiş, bununla da tanışlıqları yaranmışdır. O, narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Şəhriyar ona İran İslam Respublikasında yaşadığını demiş, əlaqə saxladığı zaman ondan narkotik vasitə istifadə edib-etmədiyini soruşmuş, o da marixuana istifadə etdiyini demişdir. Bundan sonra Şəhriyar Azərbaycana nə lazım olsa göndərə biləcəyini demiş, o isə ehtiyac olmadığını bildirmişdir. Əvvəl də Şəhriyar ona bir dəfə 2 kibrit qutusu marixuana və gödəkçə göndərmiş, o da həmin narkotik vasitəni “Samalyotun yanı” deyilən ərazidən götürmüşdür. Əvvəl götürdüyü 2 kibrit qutusu marixuanaya görə Şəhriyar adlı şəxsə pul ödəməmiş, sonuncu hədiyyə kimi göndərmişdir. Şəhriyar ona 2 kibrit qutusu marixuana göndərdikdən sonra yenidən narkotik vasitə göndərməsə də o, sonuncu ilə danışmağa davam etmiş, Şəhriyar sonrakı danışıqlarında ona göndərdiyi narkotik vasitədən əlavə pul qazanmağını da təklif etmiş, lakin o, razı olmamışdır. Şəhriyar ona istifadə etməsi üçün metamfetamin və heroin göndərməyini təklif etmiş, o isə razı olmamışdır. Bundan sonra o, Şəhriyara bir daha ona zəng etməməsini demişdir. Sonuncu hər iki dəfə istifadəsi üçün ona marixuana göndərəndə qarşılığında pul istəmiş, o isə pulu olmadığını deyib heç nə verməmişdir. Şəhriyar ona narkotik vasitəni pul qarşılığında bir yerdən başqa yerə aparmaq məzmununda təklif etməmiş, ikinci dəfə ona zəng edərək istifadə etməsi üçün marixuana göndərdiyini demiş, o isə pulu olmadığını demişdir. Bundan sonra Şəhriyar artıq narkotik vasitəni göndərdiyini və gedərək götürməyini, pula ehtiyacı olduğunu, imkanı olanda 300-500 manat pul göndərməyini demişdir. Narkotik vasitə qoyulmuş idman çantasının ölçüsü kiçik olmuş, Şəhriyar göndərdiyi narkotik vasitənin çəkisinin nə qədər olmasını deməmiş, sadəcə şəxsi istifadəsi üçün pay kimi göndərdiyini bildirmişdir. İkinci dəfə narkotik vasitə qoyulan yer birinci dəfə narkotik vasitə qoyulan yerdən bir qədər aralı olmuşdur. Şəhriyar adlı şəxslə görüntülü danışan zaman sonuncu onun əynində cins şalvar olduğunu görüb “burada yaxşı cins paltarlar var və mən sənə göndərəcəm” demişdir. Buna görə də Şəhriyar ona şalvar və köynək göndərmişdir. O, sonuncu dəfə də Şəhriyarın şəxsi istifadəsi üçün az miqdarda narkotik vasitə göndərdiyini düşünmüşdür. İdman çantasını götürən zaman içərisinə baxmağa imkanı olmamışdır. O, nə Şəhriyar adlı şəxsə pul göndərməmiş, nə də ki sonuncudan pul almamışdır. Şəhriyarın mobil nömrəsini xatırlamamış, lakin telefonunda həmin nömrə qalmış olar bilərdi. Mobil telefonunu müstəntiqə təqdim etmişdir. Şəhriyar deməsinə görə sosial şəbəkədə qazi olan şəxslərin siyahısından onun adını və nömrəsini görüb zəng etmişdir. Saxlanılmağı polisin işi olmuş, onu aldadıb saxlanıldığı yerə gətirmişlər. Saxlanılmamışdan qabaq +99***-***-**-** mobil nömrədən istifadə etmişdir. Onun Şəhriyarla pulu hansı formada göndərməyi barədə danışığı olmamışdır. Nə üçün Şəhriyarın ona ilk dəfə narkotik vasitə göndərən zaman saxlanılmadığını bilməmiş, onu polis şöbəsində yox, saxlanıldığı yerdə döymüşlər. Döyülməyi nəticəsində göz nahiyəsi şişmişdir. Bu barədə prokurora şifahi formada desə də rəsmi olaraq heç bir quruma şikayət etməmişdir. Polis əməkdaşları idman çantasının içərisinə əlavə heç nə qoymamışdır. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il, xx.xx.2024cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində verdiyi ifadələri elan edilməklə tədqiq edilmiş və Təqsirləndirilən şəxs həmin ifadələrində özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməklə göstərmişdir ki, o, təxminən 1995-ci ildən mütəmadi olaraq narkotik vasitə olan marixuanadan istifadə etmiş, bəzi vaxtlarda isə narkotik vasitə olan heroindən istifadə etmiş, lakin heroin istifadə etmə halları mütəmadi xarakter daşımamışdır. Təxminən 1-2 il bundan əvvəl bir nəfər tanımadığı şəxs onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng edərək adının Şəhriyar olduğunu, İran İslam Respublikasının vətəndaşı olduğunu, ancaq Bakı şəhərində yaşadığını, onun müharibə qazisi olması barədə məlumatının olduğunu, qazilərə böyük hörmət bəslədiyini, bu səbəbdən də onunla dostluq əlaqəsi saxlamaq istədiyini bildirmişdir. Lakin həmin şəxs onun barəsində haradan və kimdən məlumat əldə etməsi barədə heç bir söz deməmişdir. Bundan sonra o, Şəhriyarla münasibət qurmağa başlamış, lakin sonuncu ilə heç vaxt üzbəüz görüşməmiş, onlar yalnız mobil telefon vasitəsilə, bəzi vaxtlarda isə WhatsApp mobil tətbiqi vasitəsilə görüntülü danışmışlar. Əlaqə saxladıqları müddətdə o, Şəhriyarın narkotik vasitələrin satışını həyata keçirməsi barədə məlumat əldə etmiş, sonuncu isə onun narkotik vasitə istifadəçisi olduğunu öyrənmişdir. 2023-cü ilin oktyabr ayının xatırlamadığı günündə Şəhriyar mobil telefon vasitəsilə onunla əlaqə saxlayaraq hədiyyə qismində ona 1 (bir) ədəd qış gödəkçəsi göndərdiyini və istifadə etməsi üçün həmin gödəkçənin cibində 2 (iki) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana qoyduğunu bildirmişdir. O, Şəhriyarın göndərdiyi hədiyyəni bir ədəd sellofan torbanın içərisində sərnişin daşıma fəaliyyəti ilə məşğul olan əvvəlcədən tanımadığı “Mercedes Sprinter” markalı mikroavtobusdan Ağstafa rayonu ərazisində təhvil almışdır. Daha sonra həmin narkotik vasitəni istifadə etmişdir. Şəhriyar narkotik vasitəni ona hədiyyə qismində göndərdiyi üçün bunun qarşılığında sonuncuya hər hansı məbləğdə pul verməmişdir. Bundan sonra Şəhriyar və o, bir neçə ay müddətində əlaqə saxlamamışlar. xx.xx.2024-cü il tarixdə günorta saatlarında tanımadığı bir nömrədən onun mobil telefonuna bir neçə dəfə zəng gəlmişdir. Lakin, o, nömrəni tanımadığı üçün həmin zənglərə cavab verməmişdir. Bir qədər sonra isə Şəhriyar özünə məxsus olan mobil nömrədən ona zəng etmiş və cavab verdikdə bayaqdan başqa bir nömrədən ona zəng etdiyini bildirib hansı səbəbə zəngə cavab vermədiyini soruşmuşdur. O isə nömrəni tanımadığı üçün zəngi açmadığını demişdir. Daha sonra Şəhriyar ona hədiyyə qismində cins materialından olan gödəkçə göndərdiyini və keçən dəfə olduğu kimi istifadə etməsi üçün gödəkçənin cibində 2 (iki) ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana göndərdiyini, gödəkçənin qara çantanın içərisində olduğunu, onun mobil nömrəsini çantanı göndərdiyi mikroavtobusun sürücüsünə verdiyini və Ağstafa rayonuna çatdıqda sürücünün onunla əlaqə saxlayacağını demişdir. Bundan sonra o, Qazax şəhəri ərazisində gözləmişdir. Həmin gün axşam saatlarında Şəhriyar yenidən ona zəng edərək sürücünün Ağstafa rayonunu keçib getdiyini, lakin ona zəng etməyi unutduğunu, ona görə də çantanı Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Samolyotun yanı” adlanan əraziyə qoyacağını deyib həmin ərazini tanıyıb-tanımadığını soruşmuşdur. O da tanıdığını demiş və telefon danışığından bir neçə dəqiqə sonra dostuna məxsus olan, təxminən 3 ildir hər hansı bir sənəd olmadan idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə təkbaşına həmin əraziyə getmişdir. Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Samolyotun yanı” deyilən əraziyə çatıb həmin ərazini nə qədər axtarsa da hər hansı bir çanta tapa bilməmişdir. Ona görə yenidən Qazax şəhəri “Çinar dibi” adlanan əraziyə qayıtmışdır. Bir qədər sonra Şəhriyar yenidən ona zəng edərək çantanı götürübgötürmədiyini soruşmuş, o isə həmin əraziyə getdiyini, lakin hər hansı bir çanta tapa bilmədiyini demişdir. Bunu eşidən Şəhriyar sürücünün çantanı həmin ərazidə kolun yanına qoyduğunu bildirmiş və oraya gedib dəqiq axtarmağını istəmişdir. Bundan sonra o, saat 23 radələrində yenidən idarə etdiyi “Moskviç” markalı avtomobillə təkbaşına Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Samolyotun yanı” adlanan əraziyə getmişdir. Avtomobildən enib həmin ərazini axtarmağa başlamışdır. Bu vaxt kolun yanında 1 (bir) ədəd qara rəngli idman çantasının olduğunu görmüşdür. O, həmin çantanı götürən kimi qəflətən kolların arxasından bir neçə nəfər şəxs çıxıb onu tutmuş və narkotik vasitələrin əldə edilməsində, saxlanılmasında, satışında şübhəli olduğunu izah edib onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmişlər. O, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, sadəcə olaraq narkotik vasitə istifadəçisi olduğunu, əlindəki idman çantasının içərisində isə paltar olduğunu bildirmişdir. Buna baxmayaraq, polis əməkdaşları ona inanmamış və onu idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə birlikdə Qazax rayon polis şöbəsinin inzibati binasına aparmışlar. Polis şöbəsinə gəldikdən sonra onu təhqiqatçıya təhvil vermişlər, hüquq vəzifələri izah edildikdən və müdafiəçi ilə təmin olunduqdan sonra onun üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təhqiqatçı ona üzərində narkotik vasitə və psixotrop maddə varsa təqdim etməsini təklif etmişdir. O, üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını bildirmişdir. Təhqiqatçı ondan əlindəki qara rəngli idman çantasında nə olduğunu soruşduqda o, çantanın içərisində paltar olduğunu, həmin paltarı isə əslən İranlı olan, Bakı şəhərində yaşayan Şəhriyar adlı şəxsin hədiyyə qismində ona göndərdiyini bildirmiş və həmin çantanı könüllü surətdə təqdim etmişdir. Təhqiqatçı çantanı açdıqda içərisindən üzəri yapışqanlı lentlə bağlanmış 1 ədəd qara rəngli torba çıxmışdır. Təhqiqatçı lenti açdıqda torbanın içərisində üzəri yapışqanlı lentlə bağlanmış 2 ədəd qara rəngli torba və həmin torbalardan birinin üzərinə lentlə sarınmış 2 ədəd sellofan bağlama olduğu müəyyən edilmişdir. Təhqiqatçı həmin bağlamaların içərisində nə olduğunu soruşduqda, o, bu barədə heç bir məlumatının olmadığını demişdir. Daha sonra təhqiqatçı ilk öncə 2 ədəd qara rəngli torbanı açdıqda içərisində yaşıl rəngli qurudulmuş kütlə, digər 2 ədəd sellofan bağlamalarda isə qara rəngli kütlələr olduğu müəyyən edilmişdir. O yenidən həmin kütlələrin nə olması barədə heç bir məlumatının olmadığını demişdir. Daha sonra 2 ədəd sellofan bağlama elektron tərəzi vasitəsilə çəkilmiş, çəkiləri ayrı-ayrılıqda 7,08 qram və 221,58 qram, digər 2 ədəd qara rəngli torbaların isə ayrı-ayrılıqda çəkilərinin 3,16 kiloqram və 3,15 kiloqram olması müəyyən edilmişdir. Həmin kütlələr ekspertizaya təqdim edilməsi üçün qara rəngli idman çantasının içərisinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra təhqiqatçı ondan üzərində başqa narkotik vasitə olub-olmadığını soruşmuş, o da olmadığını demiş və üzərindəki “Samsung” markalı mobil telefonunu, eyni zamanda idarə etdiyi “Moskviç” markalı avtomobilə aid olan 2 ədəd açarı cibindən çıxarıb təqdim etmişdir. Təqdim etdiyi mobil telefon təhqiqatçı tərəfindən 1 ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Daha sonra polis əməkdaşlarından biri tərəfindən onun üzərində axtarış aparılmış, lakin üzərindən hər hansı bir qanunsuz predmet aşkar olunmamışdır. Ardınca təhqiqatçı ondan idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə narkotik vasitə və ya psixotrop maddə olub-olmadığını soruşmuş, o da olmadığını demiş və avtomobilə baxış keçirilməsinə etiraz etmədiyini bildirib bu barədə yazılmış ərizəni imzalamışdır. Onlar xidməti otaqdan şöbənin həyətinə çıxaraq onun idarə etdiyi həmin avtomobilə yaxınlaşmış, polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilməyə başlanmış və baxış zamanı avtomobilin saxlanc yerindən 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Həmin tərəzi təhqiqatçı tərəfindən bir ədəd kağız zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Tərəzidən başqa avtomobilindən hər hansı bir narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. O, heç kəsə narkotik vasitə və ya psixotrop maddə satmamış və satmaq niyyəti olmamış, Şəhriyar adlı şəxsin ona göndərdiyi idman çantasının içərisindən aşkar edilmiş narkotik vasitələrlə heç bir əlaqəsi olmamış, idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildən aşkar edilmiş elektron tərəzidən keçmiş vaxtlarda “Qırmızı Körpü” gömrük postunda tır sürücülərindən qızıl-zinət əşyaları alan zaman istifadə etmiş, həmin vaxtdan da tərəzi avtomobildə qalmışdır. +98 936 899 2464 mobil nömrə İran İslam Respublikasının vətəndaşı Şəhriyar adlı şəxsə məxsus olmuş, həmin nömrədən onun istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə göndərilmiş səsli mesajlar Şəhriyara aid olmuş, xx.xx.2024-cü il tarixdə sonuncu ilə aralarındakı yazışma zamanı o, Şəhriyara səsli mesaj göndərməmiş, o, audio zəng vasitəsilə danışmışdır. +98***-***-**-** nömrədən onun istifadəsində olan +99***-***- **-** mobil nömrəyə göndərilmiş səsli mesajlar başqa bir İran vətəndaşına aid olmuş, həmin şəxsin şəxsiyyəti barədə heç nə xatırlamamışdır. Ona təqdim edilmiş səsli mesajlarda da həmin şəxsin hansı məsələ barədə danışmasını unutmuş, qabaqcadan da hər hansı bir şəxslə əlbirliyi olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadələri elan olunduqdan sonra məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, onu ağ rəngli “VAZ-2107” markalı avtomobil ilə polis şöbəsinə aparmışlar. Şəhriyar adlı şəxs ona kibrit qutusunda marixuana göndərəcəyini deməmiş, sadəcə çəkmək üçün marixuana göndərəcəyini demişdir. ***-***-**-** mobil nömrə onun istifadəsində olmuşdur. Onu xx.xx.2024-cü il tarixdə axşam saat 9-10-un yarısı saxlamışlar, həmin vaxtdan mobil telefonu polis əməkdaşları tərəfindən götürülmüşdür. Ona sadəcə təyyarə abidəsinin fotoşəkili göndərilmiş, digər fotoşəkillər ona göndərilməmişdir. Elan edilmiş mesajlardan onun məlumatı olmamış, o, mesaj göndərməyi bacarmamışdır. Polis əməkdaşları onu döymüşdür. O, heç bir mənası olmadığı üçün döyülməyi barədə video çəkiliş zamanı heç bir söz deməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin CABın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmış və o, qrup iştirakçıları ilə birlikdə Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığına getmişdir. Həmin ərazidə əlində çanta olan şəxsə yaxınlaşaraq özlərini təqdim edib sonuncunu Qazax RPŞ-yə dəvət etmişlər. Şöbədə inzibati binanın birinci mərtəbəsində xidməti otaqda təhqiqatçı tərəfindən videoçəkiliş əsasında şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs çantanı necə əldə etdiyini soruşduqda sonuncu çantanın əvvəlcədən tanıdığı iranlı tərəfindən hədiyyə qismində göndərildiyini və içərisində paltar olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs çantanı könüllü şəkildə onlara təqdim etmişdir. Çantanı açdıqda içərisində 1 ədəd qara rəngli bağlama olduğu məlum olmuşdur. Həmin qara rəngli bağlamanı açdıqda içərisindən 2 ədəd qara rəngli bağlama aşkar edilmişdir. Aşkar edilmiş bağlamalar açıldıqda içərisində narkotik vasitə olan marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs qeyd olunan bağlamalar haqqında məlumatı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilmiş və avtomobilin saxlanc yerindən bir ədəd elektron tərəzi aşkar edilmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı ona məxsus olmuş, məzmunu Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin daşınmasında və istifadəsində şübhəli olmasından ibarət olmuşdur. Daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması qeyd edilməmişdir. Sonuncunun saxlanılması zaman dörd nəfər olmuşlar. Onlar əməliyyat məlumatında göstərilən, yəni Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Təyyarə abidəsi”nin yanına gəldikdən sonra həmin vaxt şəxsiyyəti məlum olmayan bir nəfər şəxsin əlində çanta ilə gəldiyini görmüşlər. “Təyyarə abidəsi” yolun kənarında yerləşmişdir. O və əməliyyat qrupunun üzvləri Təqsirləndirilən şəxs yaxınlaşarkən sonuncu əlində qara idman çantası ilə yol kənarında saxladığı avtomobilinə tərəf getmişdir. Əməliyyat məlumatının daxil olduğu günü dəqiq xatırlamamış, lakin Təqsirləndirilən şəxs saxlanılmasından bir neçə saat əvvəl olmasını deyə bilmişdir. Əməliyyat məlumatında göstərilən əraziyə gələndə Təqsirləndirilən şəxs əlində çanta ilə piyada hərəkət etdiyini görmüşdür. Sonuncunun üzərində olan çantanın kimin tərəfindən qoyulduğunu görməmişdir. Onlar Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığında Təqsirləndirilən şəxs yaxınlaşıb özlərini təqdim etdikdən sonra sonuncunun şəxsiyyətini müəyyənləşdirib polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs saxlanılan zaman onlar əməliyyat tədbirinə şəxsi avtomobilləri ilə getmiş, lakin neçə avtomobil getdiklərini xatırlamamış, Təqsirləndirilən şəxs özlərinin avtomobil ilə şöbəyə gətirmişlər, həmin vaxt avtomobili kimin idarə etdiyini xatırlamamış, lakin özü olmamışdır. Təqsirləndirilən şəxs avtomobilinə şöbədə video çəkilişlə baxış keçirmişlər. Saxlanılan zaman Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərməmiş və qaçmağa cəhd etməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs çantanın içərisində narkotik vasitə olması barədə məlumatı olmadığını, çantanın içərisində paltar olduğunu bildiyini qeyd etmişdir. Saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs heç bir fiziki yaxud psixoloji təzyiq göstərilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs iranlının əvvəllər də bir neçə dəfə ona pay göndərdiyini demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid2, RPŞ-nin PPXB-nün tağım komandiri Şahid3 və RPŞ-nin PPXB-nün polis nəfəri Alıyev X3 Elvin Elçin oğlu ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Qazax RPŞ-nin PPX-nin bölüyünün tağım komandiri X1 ifadəsində göstərmişdir ki, daxil olan əməliyyat məlumatına əsasən digər polis əməkdaşları ilə birlikdə onun avtomobili ilə Təqsirləndirilən şəxs saxlanıldığı yerə getmişlər. Həmin yerə çatdıqda Təqsirləndirilən şəxs əlində idman çantası ilə avtomobilinin yanında olmuşdur. O, avtomobilini Təqsirləndirilən şəxs yaxınlığında saxladıqdan sonra avtomobilində olan polis əməkdaşları düşərək Şöhrətə yaxınlaşmışlar. Bu vaxt ərzində o, avtomobilini hərləyib gəlmişdir. Polis əməkdaşları Təqsirləndirilən şəxs əlindəki idman çantasının içərisinə baxmışlar. Bundan sonra onun idarə etdiyi avtomobillə Təqsirləndirilən şəxs polis şöbəsinə aparmışlar. Şöbədə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış və sonuncunun əlindəki idman çantasının içərisində iki ədəd qara rəngli sellofana bükülmüş bağlama aşkar edilmişdir. İfadəsinin davamı olaraq Kənan Qənbərov bildirmişdir ki, polis əməkdaşları ilə birlikdə hadisə yerinə gedən zaman avtomobili o, idarə etmiş, digər polis əməkdaşları ondan əvvəl avtomobildən düşüb Təqsirləndirilən şəxs yaxınlaşmış. Həmin müddət ərzində o, avtomobili hərləyib gəlmiş və Təqsirləndirilən şəxs çanta ilə birlikdə onun avtomobilinə əyləşdirmişlər. Sonuncu saxlanıldığı yerə öz avtomobili ilə gəlmişdir. Təqsirləndirilən şəxs avtomobilini o, idarə edib şöbəyə gətirməmiş, kimin gətirdiyini də bilməmişdir. O, öz avtomobili ilə hadisə yerinə gəlmiş və oradan da həmin avtomobillə Təqsirləndirilən şəxs şöbəyə aparmışdır. Sonuncunun saxlanılması yerinə 5 nəfər ona məxsus “Opel” markalı avtomobili ilə getmişlər. Təqsirləndirilən şəxs şöbəyə gətirərkən onun avtomobilində o, polis serjantları Şahid3 və Şahid4, eləcə də Təqsirləndirilən şəxs olmuşlar. Hadisə yerinə onunla birlikdə gəlmiş digər polis əməkdaşları orada qalmış və o, sonuncuların şöbəyə necə qayıtdıqlarını bilməmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən əlində olan çantadakı narkotik vasitənin özünə məxsus olmasını bildirməmiş, xatırladığı qədəri ilə sonuncu çantanın içərisində dostunun hədiyyə qismində göndərdiyi paltarların olduğunu demişdir. Təqsirləndirilən şəxs narkotik vasitəni hansı məqsədlə əldə etməsi və daşıması haqqında dəqiq məlumatı olmamışdır. Sonuncunun əlindəki çantadan narkotik vasitə olan marixuana və sellofanda həblər aşkar edilmiş, lakin o narkotikin çəkisini bilməmişdir. Təqsirləndirilən şəxs saxladıqdan sonra digər polis əməkdaşları onun əlindəki idman çantasının içərisinə baxmış, şöbədə baxış zamanı idman çantasından iki bağlama aşkar edilmiş, idman çantasının içərisində paltar olmasını görməmişdir. Təqsirləndirilən şəxs saxlanılan yerdə polis əməkdaşları idman çantasına baxanda o, avtomobilində olmuş və sadəcə bu prosesi kənardan müşahidə etmişdir. Polis əməkdaşları çantanın içərisini açıb baxdıqdan sonra bağlamış və onlar polis şöbəsinə getmişlər. Polis şöbəsində video çəkiliş əsasında idman çantasına baxış keçirilmiş və narkotik vasitələrin növü müəyyən edilmiş, lakin çantadan paltar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs saxlanılan zaman sonuncunun əlindəki çanta açıldıqdan sonra sadəcə vizual olaraq baxılmış, həmin vaxt polis əməkdaşları çantanın içərisini nə yerə tökməmiş, nə də ki içərisindən bir şey götürməmişlər. Çantanın içərisinə polis şöbəsində video çəkiliş zamanı dəqiq baxış keçirilmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - Cinayət-Prosessual Məcəlləsi) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 Bölməsinin xx.xx.2024-cü il tarixli, 16/381 nömrəli məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə..” sözləri və imzalar olan qara rəngli idman çantasındakı : 1) Üzəriləri yapışqanlı lentlə sarınmış 2 (iki) ədəd qara rəngli polietilen torbalarda ayrı-ayrılıqda 1505 qram və 1510 qram olmaqla, ümumi təmiz çəkisi 3015 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; 2) Üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd şəffaf polietilen torbada təmiz çəkisi 211,777 qram olan maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir; 3) Üzəri yapışqanlı lentlə sarınmış 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 6,81 qram olan maddə (bitki mənşəli kütlə), narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə həşiş qatranıdır; 4) Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs avtomobilindən aşkar edilmiş elektron tərəzi” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitələrə məxsus izlər aşkar edilmədi; 5) Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd qara rəngli idman çantasında olan marixuanalar tərkiblərinə görə eynidirlər; 6) Tədqiqata təqdim olunmuş tiryək və həşiş qatranı kimyəvi tərkiblərinə görə müxtəlif olduqları üçün aralarında müqayisəli tədqiqat aparılmır; 7) Tiryək “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısının İ bəndinə daxildir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli, 1071 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin gün saat 00:05-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, tutulmanın əvvəli isə xx.xx.2024-cü il tarixdə saat 23:15-də azadlığının faktiki məhdudlaşdığı vaxtdan hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs Qazax RPŞ-yə ünvanlandığı xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə Qazax RPŞ-nin əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və avtomobilə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, həmin tarixdə müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman sonuncunun əlində tutduğu 1 ədəd qara rəngli parça materialından hazırlanmış çantanın içərisində olan 1 ədəd üzəri yapışqan bantla bağlanmış sellofan torbanın içərisindən üzəri yapışqan bantla bağlanmış 2 ədəd sellofan torbada ayrı-ayrılıqda çəkiləri 3,16 kiloqram və 3,15 kiloqram təşkil edən yaşıl rəngli, qurudulmuş halda olan kütlələr, üzəri yapışqan bantla bağlanmış 1 ədəd sellofan bükümdə çəkisi 7,08 qram təşkil edən qara rəngli kütlə, üzəri yapışqan bantla bağlanmış 1 ədəd sellofan bükümdə çəkisi 221,58 qram təşkil edən qara rəngli kütlə aşkar edilmişdir. Daha sonra şəxsi axtarış davam etdirilərək Təqsirləndirilən şəxs üzərindən 1 ədəd mobil telefon və 2 ədəd avtomobil açarı aşkar edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin nə olması barədə heç bir məlumatının olmadığını, çantanı ona bir müddət əvvəl tanıdığı, əslən İran İslam Respublikası vətəndaşı olan “Şəhriyar” adlı şəxsin içərisində geyim əşyaları olması adı ilə göndərdiyini bildirmişdir. Şəxsi axtarış başa çatdıqdan sonra Təqsirləndirilən şəxs idarə etdiyi “Moskviç” markalı, **- BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilmiş və avtomobilin salonundan 1 (bir) ədəd elektron tərəzi aşkar edilmişdir. Şəxsi axtarış zamanı aşkar edilmiş içərisində narkotik vasitələrə bənzər kütlələr olan bağlamalar və 01 (bir) ədəd mobil telefon, eləcə də avtomobilə baxış zamanı aşkar edilmiş elektron tərəzi müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı avtomobilin salonundan aşkar edilmiş beş ədəd düyməciyi olan elektron tərəzinin işlək vəziyyətdə olması müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş sonuncuya məxsus “Samsung Galaxy J3” markalı mobil telefona baxış zamanı həmin telefonun **********19299 və **********19291 İMEİ kodlu olması, eləcə də içərisində "xxxx" MMC mobil operatoruna məxsus +99***-***-**-** mobil nömrə quraşdırılması müəyyən edilmişdir. Mobil telefonda olan “WhatsApp Business” mobil tətbiqinə daxil olduqda Təqsirləndirilən şəxs +99***-***-**-** mobil nömrə ilə qeydiyyatdan keçməsi aşkar edilmişdir. Həmin tətbiqdəki xx.xx.2024-cü il tarixə aid yazışmalara baxan zamanı Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrə ilə İran İslam Respublikasına aid mobil operatora məxsus olan “Shahriyar” adı ilə qeydiyyatdan keçmiş +98-***-***-**-** mobil nömrə arasında bir-birilərini uzun müddətdir ki, tanımaları və münasibətlərinin olması barədə səsli və mətnli mesajların, eləcə də narkotik vasitələrin həmin gün Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığında kolun yanına qoyulmasını təsdiq edən ünvan məlumatların və şəkillərin olması aşkar edilmişdir. Baxış zamanı, həmçinin “WhatsApp Business” mobil tətbiqində Təqsirləndirilən şəxsla İran İslam Respublikasına aid mobil operatora məxsus +98-***-***-**-** mobil nömrə arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mesajların və səsli danışıqların olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “telefon danışıq məlumatlarına baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş informasiya daşıyıcı olan diskdən görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş +99***-***-**-** mobil nömrəsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 (bir) ədəd informasiya daşıyıcı olan diskə baxış zamanı həmin nömrənin antena dairəsinin 24 mart 2024-cü il tarixdə saat 20:47:33-dən etibarən Qazax RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldığı vaxtadək Qazax şəhəri ərazisində müxtəlif antena dairələrində olması, eləcə də 24 mart 2024-cü il tarixdə saat 23:15-dək Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrəsi ilə İran İslam Respublikasına aid mobil operatora məxsus +98-***-***-**-** mobil nömrə arasında mütəmadi olaraq qarşılıqlı zənglərin olması aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əldə etməsi, üzərində saxlaması, daşıması, istehlakı və satışı barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” qərardan görünür ki, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, üzərində saxlamasında, daşımasında, istehlakında və satışında şübhəli olan Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportdan görünür ki, qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsində, üzərində saxlamasında, daşımasında, istehlakında və satışında şübhəli olan Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:15-də Qazax rayonu, Ağköynək kəndi ərazisində saxlanılaraq, idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saat 23:25-də Qazax RPŞ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığında kolun yanına qoyulmuş 1 ədəd qara rəngli idman çantasındakı təmiz çəkisi 6,81 qram təşkil edən xeyli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranını, ümumi təmiz çəkisi 3015 qram təşkil edən külli miqdarda tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və təmiz çəkisi 211,777 qram təşkil edən külli miqdarda xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryəki həmin yerdən götürərək müxtəlif şəxslərə qanunsuz olaraq satmaq barədə şəxsiyyətinin müəyyən edilməsi mümkün olmayan şəxslə razılığa gəlməsi müəyyən edilmiş, lakin həmin narkotik vasitələrin Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığında kolun yanına hansı tarixdə və hansı şəxs tərəfindən qoyulmasını müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs Qazax rayonu ərazisindən narkotik vasitələri əldə etmək üçün mobil telefonu vasitəsi ilə əlaqə saxladığı +98 936 899 2464 nömrə İran İslam Respublikasının mobil rabitə operatoruna məxsus olduğundan, həmin nömrənin sahibini və faktiki istifadəçisini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs həmin narkotik vasitələri əldə etmək üçün Qazax rayonu ərazisində yaşayan hər hansı şəxs və ya şəxslərlə əlaqələrinin olub-olmamasını da müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumat əldə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əlində olan çantadan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,76 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3014,6 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq qalmış 211,677 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi, həmçinin şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy J3” markalı mobil telefon maddi sübut kimi tanınmış və Qazax RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş, şəxsi axtarış və avtomobilə baxış istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 (bir) ədəd disk və mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk maddi sübut kimi tanınmış və iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasının xx.xx.2025-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə 2 saylı istintaq təcridxanasına daxil olarkən tibbi müayinədən keçirilmiş və onun bədən səthi üzərində xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Qazax RPŞ-nin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Qazax RPŞ-nin MSY-nə daxil olarkən həkim müayinəsindən keçirilmiş və xəsarətin olması müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar 2-ci qrup əlildir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək şəxsi axtarış zamanı əlində olan çantadan aşkar edilən narkotik vasitələrdən xəbərinin olmadığını, həmin çantanı ona əslən İranlı olan Şəhriyar adlı tanışının göndərdiyini, çantanın içərisində paltar olduğunu düşündüyü və həmin paltarı götürmək üçün dalınca getdiyini, lakin içərisində aşkar edilən çəkidə narkotik vasitələr olmasından xəbərinin olmadığını, tutulduğu yerdə polis əməkdaşlarının onu döydüklərini göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş ilə, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əlində olan çantanın içərisində narkotik vasitənin olmasından xəbərinin olmadığını göstərsə də o, xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində xx.xx.2024-cü il tarixdə əvvəlcədən tanıdığı özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Şəhriyar adlı şəxsin onun istifadəsində olan mobil nömrəsinə WhatsApp ani mesajlaşma proqramında zəng edərək birinci səfər olduğu kimi ona geyim əşyaları və şəxsi istifadəsi üçün iki kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana göndərdiyini, narkotik vasitə ilə geyim əşyalarının qara rəngli idman çantasında olduğunu, çantanı ona mikroavtobus sürücüsü vasitəsi ilə göndərdiyini, sürücünün Ağstafa rayonu ərazisində olanda onunla əlaqə saxlayacağını dediyini, bir qədər sonra Şəhriyar adlı şəxsin ona yenidən zəng edərək sürücünün ona zəng etməyi unutduğunu və çantanı Qazax rayonu, Ağköynək kəndi ərazisində “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığında kolun yanına qoyduğunu, gedib həmin yerdən çantanı götürməsini dediyini, bu zəngdən sonra özünün Şəhriyarın dediyi yerə getdiyini, lakin çantanı tapa bilmədiyi üçün Qazax şəhərində geri qayıtdığını, həmin gün saat 23 radələrində Şəhriyarla danışdıqdan sonra yenidən “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığına getdiyini və orada olan kolun dibindən bir ədəd qara rəngli çantanı görərək götürüb uzaqlaşarkən polis əməkdaşları tərəfindən saxlanıldığını, daha sonra isə iradə etdiyi avtomobillə birlikdə polis şöbəsinə aparıldığını göstərmişdir. Qeyd edilən izahat və ifadələrinin hamısı Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə alınmış və izahatla ifadələrin sonunda Təqsirləndirilən şəxs əlyazma ilə qeyd yazaraq izahatla ifadələrini oxuduğunu, onun sözləri ilə doğru yazıldığını, hər hansı şikayət və tələbinin olmadığını göstərmişdir. Həmin izahatla ifadələrində Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü göstərməmiş, sadəcə tutulan zaman polislərin onun qolunu buraraq tutduqlarını göstərmişdir. Həm Təqsirləndirilən şəxs, həm də müdafiəçisi sözügedən izahat və ifadələri imzaları ilə təsdiq etmişlər. Həmçinin xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əlində saxladığı çantaya baxış keçirilərkən içərisində olan 1 ədəd üzəri yapışqan bantla bağlanmış sellofan torbanın içərisindən üzəri yapışqan bantla bağlanmış 2 ədəd sellofan torbada ayrı-ayrılıqda çəkiləri 3,16 kiloqram və 3,15 kiloqram təşkil edən yaşıl rəngli qurudulmuş halda olan kütlələr, üzəri yapışqan bantla bağlanmış 1 ədəd sellofan bükümdə çəkisi 7,08 qram təşkil edən qara rəngli kütlə, üzəri yapışqan bantla bağlanmış 1 ədəd sellofan bükümdə çəkisi 221,58 qram təşkil edən qara rəngli kütlə aşkar edilmişdir. Həmin kütlələr aşkar edildikdən sonra Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitələrin ona məxsus olmadığını, içərisində paltar bilib gedərək çantanı götürdüyünü, həmin çantanı İrandan olan Şəhriyar adlı tanışının ona göndərdiyini, həmin şəxsin ona qazilərə hörmət etdiyini bildirdiyini, içərisində paltar olması adı ilə həmin çantanı ona göndərdiyini, hər hansı şəxsdən də şikayət və tələbinin olmadığını göstərmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması, o cümlədən ona qarşı fiziki və ya psixi zorakılıq hallarına yol verilməsi, eləcə də çantanın içərisindən geyim əşyalarının aşkar edilməsi öz təsdiqini tapmır. Əksinə videoçəkiliş zamanı Təqsirləndirilən şəxs istintaq hərəkətinin sonunda təhqiqatçının sualına qəti olaraq cavab verib istintaq hərəkətinin aparılmasına etirazının olmadığını, hər hansı şəxsdən də şikayət və tələbinin olmadığını göstərmişdir. O cümlədən iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2, Şahid3, Şahid4 və X1 ifadələrində Təqsirləndirilən şəxs əlində qara rəngli çanta ilə özünə məxsus avtomobilə yaxınlaşan zaman saxlanıldığını, həmin vaxtı sonuncunun onlara hər hansı müqavimət göstərmədiyini, çantanın Təqsirləndirilən şəxs əlində olduğunu, saxlanılarkən və polis şöbəsinə gətirilərkən də sonuncuya qarşı hər hansı fiziki və ya psixi zorakılıq hallarına yol verilmədiyini göstərmişlər. Habelə şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy J3” markalı mobil telefondakı “WhatsApp Business” mobil tətbiqində baxış zamanı xx.xx.2024-cü il tarixdə onun istifadəsində olan +99***-***-**-** mobil nömrə ilə İran İslam Respublikasına aid mobil operatora məxsus olan “Shahriyar” adı ilə qeydiyyatdan keçmiş +98-***-***-**-** mobil nömrə arasında bir-birilərini uzun müddətdir ki tanımaları və münasibətlərinin olması barədə səsli və mətnli mesajların, eləcə də narkotik vasitələrin həmin gün Qazax rayonu, Ağköynək kəndi ərazisində yerləşən “Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsi”nin yaxınlığında kolun yanına qoyulmasını təsdiq edən ünvan məlumatların və şəkillərin olması aşkar edilmişdir. Baxış zamanı, həmçinin “WhatsApp Business” mobil tətbiqində Təqsirləndirilən şəxsla İran İslam Respublikasına aid digər mobil operatora məxsus +98-***-***-**-** mobil nömrə arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar mesajların və səsli danışıqların olması da aşkar edilmişdir. Halbuki Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində şəxsi axtarış zamanı əlində olan çantadan aşkar edilən narkotik vasitələrdən xəbərinin olmadığını göstərmişdir. Hətta iş materiallarında olan həbs qətimkan tədbirinin seçilməsinə dair Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqinin vəsatətinə münasibət bildirərkən üzərində olan çantadan aşkar edilmiş narkotik vasitənin hamısının ona məxsus olmadığını, üzərində olan sellofan torbada iki ədəd kibrit qutusunda olan marixuananın ona məxsus olduğunu, narkotik vasitəni ona Bakı şəhər sakini Şəhriyar adlı şəxsin göndərdiyini, həmin şəxsin ona göndərdiyi sellofan torbada yalnız iki kibrit qutusunda narkotik vasitə marixuana olduğunu qeyd edərək təqdimatın təmin edilməməsini xahiş etmişdir. Məhkəmənin həmin qərarından da göründüyü kimi, Təqsirləndirilən şəxs hazırkı məhkəmə istintaqı zamanı əlindəki çantanın içərisində narkotik vasitənin olmasından xəbərinin olmadığını göstərsə də, ibtidai istintaq zamanı həbs qətimkan tədbiri seçilərkən məhkəmə tərəfindən verilmiş suallara cavabında əlində olan çantanın içərisində iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etməsi ilə həmin çantanın içərisində qabaqcadan narkotik vasitə olmasını bildiyini təsdiq etmişdir. Eyni zamanda iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1071 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs həkim komissiyası tərəfindən verilmiş suallara cavab olaraq üzərindən aşkar edilən narkotik vasitəni onlayn yolu ilə Şəhriyar adlı İran vətəndaşından aldığını göstərmişdir. Ümumiyyətlə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsində əlində olan çantanın içərisində narkotik vasitənin olmasından xəbərinin olmadığını göstərsə də, o, xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, o cümlədən xx.xx.2024-cü il tarixdə keçirilmiş tanış etmə istintaq hərəkəti zamanı özünü Cinayət Məcəlləsinin 234.1ci maddəsi ilə təqsirli bildiyini qeyd etməklə iddia etdiyi özünü İran İslam Respublikası vətəndaşı kimi təqdim edən Şəhriyar adlı şəxsin ona göndərdiyi çantada narkotik vasitə olmasını bildiyini bir daha təsdiq etmişdir. Eləcə də həm Qazax RPŞ-dən, həm də 2 saylı istintaq təcridxanasından daxil olmuş məktublardan görünür ki, Təqsirləndirilən şəxs hər iki quruma qəbul edilərkən tibbi müayinədən keçirilmiş və onun bədəni üzərində xəsarət aşkar olunmamışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyüldüyünü iddia etsə də, məhkəmə-tibbi ekspertizasının rəyi, eləcə də digər tibbi sənədlərlə onun bədəni üzərində tutulduğu günə uyğun gələn döyülməyə xarakterik xəsarətin olması öz təsdiqini tapmamışdır. Bundan başqa, məhkəməyədək icraat zamanı Təqsirləndirilən şəxs dövlət hesabına müdafiəçiyə malik olmasına baxmayaraq ibtidai istintaq materiallarında nə özünün, nə də ki müdafiəçisinin polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmır. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkəmə istintaqında ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində saxlanılarkən polis əməkdaşları tərəfindən döyüldüyünü və əlində olan çantanın içərisində narkotik vasitələr olduğunu bilmədiyini göstərsə də, iş materiallarında, xüsusilə də onun ibtidai istintaq dövründə xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatında, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrində, həmçinin şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair videoçəkilişdə, eləcə də şahidlərin ifadələrində saxlanılarkən və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması xüsusatı öz təsdiqini tapmamışdır. Əksinə şəxsi axtarış və götürmə istintaq hərəkətlərinə dair videoçəkilişdə Təqsirləndirilən şəxs təhqiqatçının suallarına qəti olaraq cavab verib istintaq hərəkətinin aparılmasına etirazının olmadığını, hər hansı şəxsdən də şikayət və tələbinin olmadığını göstərmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə Qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə Qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə Qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı fiziki və psixi zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Eyni zamanda ibtidai istintaq materiallarında nə təqsirləndirilən şəxsin, nə də ki müdafiəçisinin məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etmələri öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatını, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələrini iş üzrə dindirilmiş şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış və götürmə istintaq hərəkətinə dair protokol və protokola əlavə edilmiş videoçəkiliş, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2024-cü il tarixdə tutulduqdan sonra şübhəli şəxs qismində verdiyi ilkin izahatı, xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində, xx.xx.2024-cü il, xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü qismən təqsirli bilməklə verdiyi etirafedici ifadələri ittihamın həllində əsas götürülməlidir. Bundan başqa, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs məxsus “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobili kimin idarə edərək polis şöbəsinə gətirməsi xüsusatı ilə bağlı bir-birinə zidd ifadələr vermişlər. Belə ki, polis əməkdaşı Şahid1 ifadəsində Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onlara məxsus avtomobillə şöbəyə gətirildiyini göstərsə də, digər polis əməkdaşı Şahid4 ziddiyyətli ifadə verərək, Təqsirləndirilən şəxs məhz sonuncunun özünə məxsus “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə şöbəyə gətirildiyini göstərmiş, o cümlədən Şahid2 ifadəsində tamamilə fərqli ifadə verərək, Təqsirləndirilən şəxs idarə etdiyi “Moskviç” markalı avtomobili hansı polis əməkdaşı tərəfindən Qazax rayon polis şöbəsinə aparılmasını bilmədiyini və həmin avtomobili onun idarə etmədiyini göstərmiş, eləcə də Şahid3 ifadəsində Təqsirləndirilən şəxs avtomobilini hazırda sərəncamda olan Kənan adlı polis əməkdaşının idarə edərək şöbəyə gətirdiyini göstərmişdir. Kənan Qənbərov isə ifadəsində Təqsirləndirilən şəxs avtomobilini onun idarə edib şöbəyə gətirmədiyini, həmin avtomobili kimin gətirdiyini bilmədiyini, onun öz avtomobili ilə hadisə yerinə getdiyini və oradan da həmin avtomobillə Təqsirləndirilən şəxs şöbəyə gətirdiyini göstərmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məxsus “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sonuncunun özü tərəfindən idarə olunaraq polis şöbəsinə aparılması birmənalı olaraq öz təsdiqini tapmasa da, həmin avtomobili kimin idarə edərək polis şöbəsinə gətirməsi qeyri-müəyyəndir. Bu hal isə ona dəlalət edir ki, Təqsirləndirilən şəxs məxsus “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil sonuncunun saxlanıldığı yerdən Qazax rayon polis şöbəsinə aparılanadək polis əməkdaşlarının sərəncamında olmuş və məhz həmin müddət ərzində də Təqsirləndirilən şəxs qeyd edilən avtomobildə olmamışdır. Bununla belə xx.xx.2024-cü il tarixli “şəxsi axtarış və avtomobilə baxış keçirilməsi haqqında” protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin açarları onun üzərindən aşkar edilir, daha sonra isə özünə qaytarılır və Təqsirləndirilən şəxs polis əməkdaşının ona bildirməsindən sonra açarları əynində olan qış üst geyiminin cibinə qoyur. Həmin istintaq hərəkətinin davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə baxış keçirilərkən avtomobilin açarlarının Təqsirləndirilən şəxs olmasına baxmayaraq, avtomobilə ilk əvvəl polis əməkdaşı yaxınlaşır və sürücü tərəfdən avtomobilin qapısını tutacağından tutmaqla birbaşa olaraq, yəni açardan istifadə etmədən açır. Göründüyü kimi avtomobilin açarları Təqsirləndirilən şəxs olsa da, istintaq hərəkətinin əvvəlində avtomobilin qapılarını o, açmır, ümumiyyətlə də açardan istifadə etmir. Bu hal isə istintaq hərəkətindən əvvəl Təqsirləndirilən şəxs idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qapılarının artıq açıq vəziyyətdə olmasına zəmin yaradır. Buna baxmayaraq, avtomobilə baxış zamanı salonda qabaq sərnişin tərəfdəki saxlanc yerindən bir ədəd işlək vəziyyət olan elektron tərəzi aşkar edilir. Həmin tərəzi ilə bağlı Təqsirləndirilən şəxs həm məhkəmə istintaqı, həm də məhkəməyədək icraat zamanı verdiyi ifadələrində həmin tərəzidən keçmiş vaxtlarda “Qırmızı Körpü” gömrük postunda tır sürücülərindən qızıl-zinət əşyaları alan zaman istifadə etdiyini, həmin vaxtdan da tərəzinin avtomobildə qaldığını bildirmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/381 nömrəli məhkəməkimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1 (bir) ədəd gümüşü rəngli elektron tərəzinin üzərində narkotik vasitələrə məxsus izlər aşkar edilməmişdir. İbtidai istintaq orqanı xx.xx.2024-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarla həmin tərəzini maddi sübut kimi tanısa da, qərarda sözügedən elektron tərəzinin məhz narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlılığın olmasına dair hər hansı bir əsaslanma göstərməmişdir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilmişdir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 21.3-ci maddəsində göstərilmişdir ki, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Belə olan halda məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış zamanı, avtomobilin salonunda qabaq sərnişin tərəfdəki saxlanc yerindən aşkar edilmiş bir ədəd işlək vəziyyət olan elektron tərəzinin narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşya kimi qəbul edilməsi yolverilməzdir və həmin tərəzi sübutların siyahısından çıxarılmalıdır. Bundan başqa, iş materiallarında olan Qazax RPŞ-nin CAB-ın əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2024-cü il tarixli raportda saxlanılan zamanı Təqsirləndirilən şəxs müqavimət göstərərək qaçmağa cəhd etməsi qeyd edilsə də, elə Şahid1 və digər polis əməkdaşları məhkəmə istintaqı zamanı verdikləri ifadələrində saxlanılan zaman Təqsirləndirilən şəxs onlara heç bir müqavimət göstərmədiyini və qaçmağa cəhd etmədiyini göstərməklə həmin raportda qeyd edilən xüsusatları təkzib etmişlər. Bu hal isə saxlanılan zaman Təqsirləndirilən şəxs müqavimət göstərərək qaçmağa cəhd etməsi xüsusatını şübhə altına almaqla inkar edir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının, 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların və “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.11-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 8-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 16-cı bəndində göstərilmişdir ki, bir neçə növ narkotik vasitənin və ya psixotrop maddənin satış məqsədilə əldə edilməsi, saxlanılması, hazırlanması, istehsal edilməsi, emal edilməsi, daşınması və göndərilməsi və ya satış məqsədi olmadan əldə edilməsi, saxlanılması, hazırlanması, emal edilməsi, daşınması müəyyən edildikdə, külli miqdar və ya xüsusilə külli miqdar əlamətinin olub-olmaması məsələsi həll edilərkən hər bir növ narkotik vasitənin miqdarı müəyyən edilib ittihamda ayrıca göstərilməli, lakin əməl miqdarı daha böyük olan narkotik vasitəyə görə (daha ciddi məsuliyyətə səbəb olan miqdar üzrə) tövsif olunmalıdır. Yəni aşkar edilmiş müxtəlif növ narkotik vasitələrdən (psixotrop maddələrdən) hər hansı birinin miqdarı yuxarıda qeyd edilən siyahılarda külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə əməl CM-in 234.1-1-ci və ya 234.4.3-cü maddəsi ilə, xüsusilə külli miqdar kimi göstərilmiş miqdarı təşkil etdikdə satış məqsədinin olub-olmamasından asılı olmayaraq CM-in 234.4-1-ci maddəsi ilə tövsif edilməli, aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddələrin heç biri külli miqdar təşkil etmədikdə isə satış məqsədilə törədilən əməl (miqdarın xeyli miqdar təşkil edib-etməməsindən asılı olmayaraq) CM-in 234.2-ci maddəsi ilə, belə məqsəd olmadan törədilən əməl isə (narkotik vasitənin və ya psixotrop maddənin miqdarı xeyli miqdar təşkil etdikdə) CM-in 234.1-ci maddəsi ilə tövsif edilməlidir. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən qurudulmuş marixuana (kannabis), tiryək və həşiş qatranı narkotik vasitə hesab olunur; marixuananın külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 500 qramdır; həşiş qatranın xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0,4 qram və ondan yuxarıdır; tiryəkin külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi isə 50 qramdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 16/381 nömrəli məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının rəyinə əsasən, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə həşiş qatranın çəkisi 6,81 qram olmaqla xeyri miqdar təşkil etsə də, qurudulmuş marixuananın ümumi çəkisi 3015 qram, tiryəkin isə ümumi çəkisi 211,777 qram olmaqla ayrı-ayrılıqda külli miqdar təşkil edirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X2 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Yuxarıda sadalanlara əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən ayrı-ayrılıqda üç növ narkotik vasitənin, yəni qurudulmuş marixuananın, tiryəkin və həşiş qatranın aşkar edilməsi, qurudulmuş marixuananın və tiryəkin ümumi təmiz çəkilərinin ayrı-ayrılıqda külli miqdar təşkil etməsi, marixuananın çəkilib ayrı-ayrılıqda iki ədəd bağlama yığılması, üzərindən qurudulmuş marixuana ilə həşiş qatarının aşkar edilməsinə baxmayaraq, onun məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən yalnız tiryəkdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkməsi, eləcə də şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş mobil telefona baxış zamanı narkotik vasitələrin dövriyyəsinə aid mesajların və səsli mətnlərin, o cümlədən narkotik vasitələrin olduğu yerin məkanının şəkillərinin aşkar edilməsi faktları Təqsirləndirilən şəxs mənfəət əldə etmək üçün qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı külli miqdarda narkotik vasitələri ayrı-ayrı şəxslərə satış məqsədilə əldə etməsini tam olaraq sübuta yetirir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 12-ci bəndində göstərilmişdir ki, qeyd olunan cinayətin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi dedikdə, bu cinayətdə onu birlikdə törətmək haqqında qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin qəsdən birgə iştirak etməsi başa düşülməlidir. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinin mənasına görə, CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsinə yönəlmiş hərəkətlər edilənədək, yəni cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər cinayətin iştirakçıları arasında qabaqcadan əlbirlik olması, cinayətkar niyyətin həyata keçirilməsi üçün razılıq əldə edilməsi müəyyən edildikdə əməl cinayətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi kimi qiymətləndirilməlidir. Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən yuxarıda göstərilən cinayətin törədilməsi həm də o zaman yaranır ki, iştirakçılar arasında razılaşmaya əsasən həmin maddələrdə (CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində) göstərilən hərəkətləri onlardan biri həyata keçirsin. Əgər qabaqcadan əldə olunmuş razılıq CM-in 234.2-ci və ya 234.3-cü və ya 234.3-1-ci maddəsində göstərilən əməllərin birgə yerinə yetirilməsini, məsələn, narkotik vasitənin əldə olunmasını, saxlanmasını, daşınmasını deyil, müstəsna olaraq bunların törədilməsində icraçıya (icraçılara) köməkliyin göstərilməsini (məsələn, narkotik vasitənin qoyulduğu yeri tapmaq üçün icraçıya bələdçiliyin edilməsini) nəzərdə tutursa və kömək edən şəxs tərəfindən CM-in 234.2 və 234.3-cü maddələrində göstərilən hərəkətlərdən hər hansı biri faktiki olaraq yerinə yetirilmirsə, həmin şəxsin əməli yuxarıda qeyd olunan Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 6 may tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cinayətin icraçısının (icraçılarının) əməllərinin hüquqi tövsifindən asılı olaraq, həmin cinayətdə köməkçi qismində iştirak etmə kimi CM-in 32.5-ci maddəsinə istinad olunmaqla tövsif edilməlidir. Yalnız CM-in 234.2, 234.3 və 234.3-1-ci maddələrində göstərilən hərəkətlərin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi CM-in 234.4.1-ci maddəsinin tərkibini yaratdığı üçün təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır. Cinayət Məcəlləsinin 33.1-ci maddəsinə əsasən, cinayətin iştirakçılarının məsuliyyəti onların hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakterindən və dərəcəsindən asılı olaraq müəyyən edilir. Cinayət Məcəlləsinin 33.2-ci maddəsinə əsasən, cinayətin birgə icraçıları birgə törətdikləri cinayətə görə, bu Məcəllənin 32-ci maddəsinə istinad edilmədən, həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 06 may 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, iştirakçılığın obyektiv cəhəti kəmiyyət, keyfiyyət əlamətləri, bütün iştirakçılar üçün vahid cinayətkar nəticə, habelə əməl ilə vahid cinayətkar nəticə arasındakı səbəbli əlaqə ilə səciyyələnir. Keyfiyyət əlaməti cinayətin iştirakçılarının hərəkətlərinin müştərək şəkildə həyata keçirilməsini nəzərdə tutur. Bu əlamətə əsasən cinayət əməli bir neçə şəxs tərəfindən əlaqəli şəkildə törədildiyi zaman hər bir iştirakçı cinayətin törədilməsi üçün müvafiq hərəkətləri (hərəkətsizliyi) yerinə yetirərkən digər iştirakçılara müəyyən dərəcədə vasitəçilik etmiş olur. İcra olunan hərəkətlərdən asılı olaraq onların rolu fərqlənir: - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətinin əlamətlərini tamamilə əhatə edən hərəkətləri icra etdikdə onlar cinayətin icraçıları kimi çıxış edirlər; - cinayətin törədilməsində iştirak edən şəxslər cinayətin obyektiv cəhətini təşkil edən hərəkətləri qismən icra etdikdə, onların hərəkətləri icraçının hərəkətini tamamlamış olur və bu cür iştirakçılar cinayətin birgə icraçısı sayılmaqla cinayət tərkibinin obyektiv cəhətini səciyyələndirən hərəkəti əlaqəli şəkildə icra edirlər. Məsələn, şəxs rolların bölgüsünə görə, cinayətin törədilməsində icraçıya bilavasitə yardım (dəstək) göstərməyə yönəlmiş hərəkətlər edərsə (şəxsin yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak etməsi, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakın aparılması, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıların sığortalalanması) o, Cinayət Məcəlləsinin 32.2-ci maddəsində göstərildiyi kimi, birgə icraçı hesab edilir. Həmin maddəyə görə, cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq) icraçı sayılır. Hazırkı işin faktiki hallarından görünür ki, təqsirləndirilən şəxs ittiham olunduğu cinayətin obyektiv cəhətini təşkil edən hərəkətlərin icra edilməsinə başlanılana qədər, yəni Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxslə cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, sonuncular arasında əldə olunmuş razılaşmaya əsasən Təqsirləndirilən şəxs vəzifəsi içərisində külli miqdarda narkotik vasitə qurudulmuş marixuana, tiryək və həşiş qatranı olan əl çantasını təyinat nöqtəsindən götürərək daşımaqdan ibarət olmuş, bunun qarşılığında o, mənfəət kimi iki kibrit qutusunda şəxsi istifadəsi üçün narkotik vasitə qurudulmuş marixuana əldə etməli olmuş, nəticə etibarı ilə də aralarında olan rolların bölgünüsə əsasən Təqsirləndirilən şəxs qeyd edilən hərəkətləri real olaraq icra etmişdir. Bununla da məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmə tərkibi İİ-ci qrup müharibə əlili olmasını Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməlləri törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onun əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halın olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək, ona Cinayət Məcəlləsinin 234.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarinin təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. İş materiallarında olan Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 25 mart 2024-cü il tarixdən hesablamaqla 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Bununla bağlı məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarında həbsetmənin əvvəli 25 mart 2024-cü il tarixdən götürülsə də, iş materiallarında olan sənədlərə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 23:15-də Qazax rayonu, Ağköynək kəndi ərazisində saxlanılmış və idarə etdiyi “Moskviç” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə birlikdə saat 23:25-də Qazax RPŞ-nin Növbətçi hissəsinə təhvil verilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığı faktiki olaraq xx.xx.2024-cü il tarixdə saat 23:15-dən etibarən məhdudlaşdırılmışdır. Cinayət-Prosessual Məcəlləsinin 147.4-cü maddəsinə əsasən, barəsində tutulma tətbiq edilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan tutulmuş hesab edilir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 mart 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs əlində olan çantadan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,76 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3014,6 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq qalmış 211,677 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi məhv edilməli, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy J3” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılmalı, şəxsi axtarış və avtomobilə baxış istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 (bir) ədəd disk və mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 14 iyun 2024-cü il tarixli 8 nömrəli Qərarının 28-ci bəndində göstərilmişdir ki, narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 9 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi Qaydası”nın 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə CM-in 93-1-ci maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, 1071 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən əllilik dərəcəsi olduğuna görə Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyаdаn məcburi müalicə təyin edilməməli, lakin o, ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 mart 2024-cü il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Qazax RPŞ-nin saxlanma anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs əlində olan çantadan aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,76 qram narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan həşiş qatranı, ekspertiza tədqiqatından sonra qalıq qalmış 3014,6 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, ekspertiza tədqiqatından sonra qalıq qalmış 211,677 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək, eləcə də Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi məhv edilsin. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş “Samsung Galaxy J3” markalı mobil telefon Təqsirləndirilən şəxs yaxın qohumlarına qaytarılsın. Şəxsi axtarış və avtomobilə baxış istintaq hərəkətinə dair 01 (bir) ədəd disk, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsindən təqdim olunmuş 01 (bir) ədəd disk və mobil telefona baxış keçirilməsi istintaq hərəkətinə dair 01 (bir) ədəd disk iş üçün əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar