Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-238/2021 22.11.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Səmədov Xəqani Hacı oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi– Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1980-cı ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmuş, işləməyən, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcədə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etmə, saxlama, daşıma və satma, habelə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli külli miqdarda narkotik vasitə və psixotrop maddələrin, eləcədə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələrin İran İslam Respublikasından Azərbaycan Respublikası ərazisinə qaçaqmalçılıq yolu ilə keçirilməsi və Azərbaycan Respublikası ərazisində satışının təşkil edilməsinə köməklik göstərəcəyi barədə şəxsiyyəti istintaqla araşdırılan İran İslam Respublikası vətəndaşı “Qurban” adlı şəxsə və qeyrilərinə əvvəlcədən vəd verməklə onlarla razılaşıb cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs təşkil etmiş, bu məqsədlə aralarında olan cinayətkar razılaşmaya əsasən “Qurban” adlı şəxs və ya qrupun digər üzvü istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda - 23018,14 qram çəkidə narkotik vasitə heroini, külli miqdarda - 2020,5 qram çəkidə narkotik vasitə tiryəki, külli miqdarda – 1019 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı, 1100 ədəd həb formasında olmaqla təsiredici maddəsi metodonun ümumi miqdarı külli miqdarda – 44 qram olan narkotik vasitə metadon dərman preparatlarını, külli miqdarda – 4585 qram çəkidə psixotrop maddə metamfetamini, təsiredici maddəsi preqabalinin ümumi çəkisi külli miqdarda – 13,5 qram olan cəmi 90 ədəd konvolyut “Gabaprel 150” adlı güclü təsir edən dərman preparatlarını əldə edib özü və ya adamları vasitəsilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirib Beyləqan rayonu ərazisində istintaqa məlum olmayan ünvana gizlədərək bu barədə Təqsirləndirilən şəxs məlumat vermiş, sonuncu cinayətkar plana uyğun olaraq qeyd edilən ünvandan külli miqdarda narkotik vasitə və psixotrop maddələri, eləcədə narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə edib faktiki yaşadığı Bərdə rayonu, 588 saylı qəsəbə, ev 13 ünvanının zirzəmisinə daşıyaraq orada gizlətməklə saxlamış, həmin narkotik vasitə heroinin külli miqdarda - 8,34 qramını bir ədəd bükümə ayıraraq üzərində qanunsuz olaraq saxlamaqla ünvan 4 ünvanının qarşısına daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili işlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2021-ci il tarixdə saat 05 radələrində keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs ünvan 4 ünvanının qarşısında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə gətirilmiş və adı çəkilən idarədə həmin gün saat 06:30-dan keçirilən şəxsi axtarış və götürmə zamanı əynindəki şalvarın sağ yan cibindən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşıdığı bir ədəd bükümdə külli miqdarda – 8,34 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Tədbirinin davamı olaraq 07 fevral 2021-ci il tarixdə saat 08:30-da adı çəkilən İdarənin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs faktiki yaşadığı Bərdə rayonu, 588 saylı qəsəbə, ev 13 ünvanının zirzəmisinə sonuncunun razılığı və iştirakı ilə keçirilən baxış zamanı oradan bir ədəd sellofan torbada qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxladığı 23009,8 qram çəkidə narkotik vasitə heroin, külli miqdarda - 2020,5 qram çəkidə narkotik vasitə tiryək, külli miqdarda – 1019 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1100 ədəd həb formasında olmaqla təsiredici maddəsi metodonun ümumi miqdarı külli miqdarda – 44 qram olan narkotik vasitə metadon dərman preparatları, külli miqdarda – 4585 qram çəkidə psixotrop maddə metamfetamin, təsiredici maddəsi preqabalinin ümumi çəkisi külli miqdarda – 13,5 qram olan cəmi 90 ədəd konvolyut “Gabaprel 150” adlı güclü təsir edən dərman preparatları aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində verilmiş ittiham üzrə özünü təqsirli bilməyərərək göstərmişdir ki, heç vaxt narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən vasitələrdən istifadə etməmişdir. Üzərindən və yaşadığı binanın zirzəmisindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən vasitələri, həmçinin silah, daraq və güllələrdən xəbəri yoxdur. Həbs edilməmişdən bir neçə gün öncə İran İslam Respublikasına qızıl gətirmək üçün getmiş, qızıl alqı-satqısı ilə məşğul olduğundan tez-tez İran İslam Respublikasına gedib-gəlmişdir. Şirəli adlı şəxs ona zəng edərək İran İslam Respublikasında bir iranlının ona “torba” verəcəyini və həmin əşyanı Azərbaycan Respublikasına sərhəd keçidindən keçirməyini bildirmiş, o da razılaşmış və həmin “torba” iranlı tərəfindən ona verilmişdir. İran İslam Respublikasından sərhəddən keçərkən İranlı sərhədçilər onu saxlamış, sonradan həmin “torba” itmişdir. Həmin “torbanın” necə itməsindən xəbəri olmamışdır. Azərbaycan Respublikasına gəldikdən sonra Şirəli ilə Bərdə şəhərində xatırlamadığı oteldə görüşmüş, Şirəli ondan iranlı tərəfindən verilmiş “torbanı” tələb etmiş o isə həmin “torbanı” naməlum şəraitdə itirdiyini bildirmişdir. Sonradan Şirəlinin Azərbaycan Respublikası Baş Narkotiklərlərlə Mübarizə idarəsinin əməkdaşı olduğunu bilmişdir. Şirəli ilə 099 319 00 10 mobil nömrə ilə əlaqə saxlamış, sonradan həmin nömrəni İran İslam Respublikasında tullamışdır. Şirəli həmin “torba” da nə olması barədə ona heç bir söz deməmişdir. Maddi vəziyyəti çox pis olduğu üçün məcbur qalaraq Şirəlinin təklifi ilə razılaşmışdır. Onun heç bir narkotik vasitədən xəbəri olmamışdır, məhkəmənin diqqətinə şatdırır ki, sözügedən ittiham ona qarşı səbəbsiz yerə elan edilmişdir. Başına gələnlər Şirəli adlı polis əməkdaşının qurduğu oyunlardır. İş üzrə Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə özünü təqsirli bilməsə də, ona Cinayət Məcəlləsinin 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə verilmiş ittiham məhkmə istintaqı zamanı araşdırılmış aşağıdakı sübutlarla tam təsdiq edilmişdir. Belə ki, məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, heç vaxt narkotik vasitə, psixotrop maddə və ya güclü təsir edən vasitələrdən istifadə etməmişdir. Üzərindən və yaşadığı binanın zirzəmisindən aşkar edilmiş narkotik vasitə, psixotrop maddə və güclü təsir edən vasitələri, həmçinin silah, daraq və güllələri tanışı İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxs göndərmişdir. Qurbanı təxminən 5-6 il olarkı tanıyır. X10 Respublikasında tanış olmuşdur. Belə ki, əvvəllər təsərrüfat işləri ilə məşğul olurmuş və gül almaq üçün İran İslam Respublikasına getmişdir. Orada işlərini yekunlaşdırdıqdan sonra sərhədə doğru gəlmək üçün taksiyə əyləşmişdir. Həmin taksi sürücüsü ilə bir qədər söhbət etdikdən sonra sürücü adının Qurban olduğunu bildirmiş və nəyəsə ehtiyacı olsa zəng etməsi üçün ona öz nömrəsini vermişdir. Bundan sonra bir neçə il Qurbanla əlaqə saxlaya bilməmişdir. Daha sonra 2018-ci ilin əvvəllərində maddi vəziyyətində çətinliklər yarandığı üçün Qurbana zəng edərək ondan hal-xətir soruşduqdan sonra 5.000 manat borc verməsini xahiş etmişdir. Lakin Qurban hazırda o qədər pulunun olmadığını lakin həmin pulun əvəzində ona narkotik vasitə göndərə biləcəyini və əgər göndərdiyi narkotik vasitələri sonradan söyləcəyi ünvana yerləşdirsə bunun müqabilində 5.000 manat ala biləcəyini bildirmişdir. Həmin vaxt Qurbanın təklifi ilə razılaşmamışdır. Bundan sonra 2019-cu ilin ortalarında yenidən Qurbanla əlaqə saxlayaraq ondan borca pul istəmiş, lakin Qurban yenə də pulun olmadığını, pulun əvəzində narkotik vasitə göndərə biləcəyini və əgər göndərdiyi narkotik vasitələri sonradan söyləcəyi ünvana yerləşdirsə bunun müqabilində pul ala biləcəyini bildirmişdir. Bu dəfə də Qurbanın təklifi rədd etmiş və uzun müddət Qurbanla əlaqə saxlamamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində ailəsində yaranmış problemlə əlaqədar təcili pula ehtiyacı yaranmışdır. Bu zaman bir çox tanışlarına müraciət etsədə heç kəsdən borca pul tapa bilməmişdir. Yenidən Qurbana müraciət etmək qərarına gəlmişdir. Qurban bu dəfə də ona pul verə bilməyəcəyini, lakin əvəzində narkotik vasitə göndərə biləcəyini və əgər göndərdiyi narkotik vasitələri sonradan söyləcəyi ünvana yerləşdirsə bunun müqabilində pul ala biləcəyini bildirmişdir. Qurbana sadəcə 5.000 manat pul istədiyini bildirmişdir. Qurban narahat olmamasını onun dediyi ünvandan göndərəcəyi narkotik vasitələri götürüb tez bir zamanda söyləyəcəyi yerlərə qoysa tezliklə pulu alacağını bildirmişdir. Maddi vəziyyəti çox pis olduğu üçün məcbur qalaraq Qurbanın təklifi ilə razılaşmışdır. Qurban ona Vatsap proqramı vasitəsi ilə bir ədəd sellofan torbanın şəklini göndərərək həmin torbanı içərisində narkotik vasitə və psixotrop maddələrin olduğunu hər birinin bükümlərə bölünmüş halda olduğunu və elə bükümlər şəklində söylədiyi ünvanlara qoymalı olduğunu bildirmişdir. Bundan əlavə sellofan torbada bir ədəd silahın, sandıqçanın və sadıqçanın içərisində yeddi ədəd güllənin olduğunu bildirmişdir. Nə üçün silah göndərdiyini soruşduqda Qurban hədiyyə olaraq verdiyini bildirmişdir. Bundan sonra bir neçə gün sonra Qurban Whatsapp proqramı vasitəsi ilə ona zəng edərək sellofan torbanın Beyləqan rayonunda yerləşən Daşburun dairəsinin yaxınlığındakı Xan qızı arxının yanında Xan qızı yazılı plakatın altında olduğunu bildirmişdir. 2021-ci ilin yanvar ayının sonlarında özünə məxsus Vaz 21015 markalı **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Qurbanın dediyi ünvana yollanmış və həqiqətəndə orada qara rəngli sellofan torbanın olduğunu görmüşdür. Həmin sellofan torbanı atomobilin yük yerinə qoyaraq yaşadığı evə gəlmişdir. Əvvəlcə həmin sellofan torbanı açmış və içərisindən silahı götürmüşdür. Bundan sonra torbanın ağzını bağlamış və yaşadığı binanın zirzəmisinə aparmışdır. Həmin zirzəminin açarı sadəcə onda olduğu üçün sellofan torbanın orada olmasını heç kəs bilmirmiş. 06 fevral 2021-ci il tarixdə saat 21-22 radələrində Qurban Whatsapp proqramı vasitəsi ilə ona məxsus ***-***-**-** mobil nömrəyə zəng edərək növbəti gün, yəni 07 fevral 2021-ci il tarixdə həmin sellofan torbadan 5-10 qram narkotik vasitə heroin götürüb onun söyləyəcəyi ünvana yerləşdirməli olduğunu bildirmişdir. 07 fevral 2021-ci il tarixdə saat 05 radələrində xaş yemək üçün kafeyə gedərkən ünvan 6 ünvanının yaxınlığında 3 nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini təqdim edib polis əməkdaşı olduqlarını bildirmişlər və xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onu barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” qərarla tanış edərək Bərdə RPŞ-nə dəvət etmişlər. Burada onun hüquqlarının müdafiə edilməsi məqsədilə vəkil dəvət edilmişdir. Daha sonra onu şübhəli şəxs qismində tutmuşlar. Bundan sonra ona üzərinə videoçəkiliş əsasında şəxsi axtarış və götürmə aparılacağı bildirilmişdir. Buna etiraz etmədiyi üçün şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan olan hər hansı əşya varsə təqdim etməsi xahiş edilmişdir. Bundan sonra ilk növbədə əynində olan qara rəngli qısaqol gödəkcəsinin sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, həmin gödəkcənin sol iç cibindən özünə məxsus ümumvətəndaşlıq pasportunu, əynindəki tünd boz rəngli şalvarın sağ yan cibindən bir ədəd sellofon bükümü və əynindəki şalvarın sağ arxa tərəfindən bir ədəd silahı təqdim edərək masanın üzərinə qoymuşdur. Təqdim etdiklərindən əlavə üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qısa qol gödəkcəsinin sol iç cibindən özünə məxsus şəxsiyyət vəsiqəsi aşkar edilmiş və digər ciblərindən heç bir predmet aşkar edilməmişdir. Ona izah verilməklə mobil telefonu, şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu götürülmüşdür. Bundan sonra təqdim etdiyi sellofan bükümə baxış keçirilmiş və içərisində heroin olduğu bildirilmişdir. Həmin bir ədəd bükümdə olan heroin təxmini çəkisinin müəyyən edilməsi məqsədilə polis əməkdaşları tərəfindən elektron tərəzi ilə çəkilmişdir. Həmin bükümün çəkisinin 8,6 qram olması müəyyən edilmişdir. Bundan sonra sağ yan tərəfdən belinin üzərindən çıxardaraq təqdim etdiyi qara rəngli odlu silaha bənzər tapançaya baxış keçirilmişdir. Baxış zamanı onun üzərində “Baredda” A6 Cal 9mm, sözlərinin və ******* seriya nömrəsinin əks olunması və tapançanın sandıqcasında 7 ədəd gümüşü rəngli patronlar olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik maddə heroin və bir ədəd silah, onun patronları və sandıqça ayrı-ayrılıqda içərisi boş olan 2 ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərfin üzəri möhürlənmiş, üzəri imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı təqdim etdiyi sellofan paketdə olan bükümü və tapançanı təxminən bir həftə bundan öncə Beyləqan rayonu ərazisində yerləşən Daşburun deyilən yerdən, yolun kənarından götürdüyü qara sellofan torbanın içərisində olduğunu, həmin sellofan torbanın qeyd edilən ünvana uzun müddət öncə tanıdığı, İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxsin qoyduğunu və Qurbanın mobil nömrəsinin +**********56 olmasını, yaşadığı binanın zirzəmisində də narkotik maddənin qalan hissələrini də saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan başqa həmin narkotik vasitələri deyiləcək yerlərə qoyması müqabilində Qurban adlı şəxsin ona təxminən 4000-5000 manat pul göndərəcəyini söyləmişdir. Bundan sonra 07 fevral 2021-ci il tarixdə saat 08 radələrində yaşadığı binanın zirzəmisinə baxış keçirilməsi üçün getmişlər. Yaşadığı binanın zirzəmisinin qarşısında olan zaman ona narkotik maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra zirzəmiyə daxil olaraq təxminən 10-15 metr irəlilədikdən sonra sağ tərəfdə küncdə bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində Beyləqan rayonu ərazisindən götürdüyü narkotik maddələri saxladığını qeyd etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində bir ədəd göy rəngli sellofan torba, üç ədəd sellofan bağlama və bir ədəd plastik qab olması müəyyən edilmişdir. İlk növbədə sellofan bağalamalara baxış keçirilmiş və həmin üç ədəd bağlamadan bir ədədinin içərisində qurudulmuş halda narkotik vasitə marixuana, digər iki sellofan bağlamanın içərisində isə psixotrop maddə olan metamfetamin olması müəyyən edilmişdir. Qara rəngli sellofan torbadan aşkar edilmiş plastik qaba baxış keçirilərkən içərisində narkotik vasitə heroin olması müəyyən edilmişdir. Göy rəngli sellofan torbaya baxış keçirilərkən içərisindən bir ədəd plastik qabda psixotrop maddə metamfetamin, bir ədəd sellofan bağlamada narkotik vasitə tiryək, altı ədəd sellofan bağlamada narkotik vasitə heroin, 90 ədəd üzərində “Preqabalin” sözləri yazılmış həblər və 1100 ədəd üzərində “Metadon-40” sözləri yazılmış həblər aşkar edilmişdir. Bundan sonra qara rəngli sellofan torbadan ümumulikdə aşkar edilmiş maddələr təxmini çəkilərinin müyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmişdir. Aşkar edilmiş maddələr və həblər həmin qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılaraq götürülmüşdür. Bundan sonra protokolun tərtibatı üçün Bərdə RPŞ-nə qayıtmış və protokol tərtib edildikdən sonra heç bir etirazı olmadığı üçün imzalamışdır. Bundan əlavə istintaqa verdiyi ifadələrində bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanılan zaman, üzərinə şəxsi axtarış keçirilən zaman və yaşadığı evin zirzəmisinə baxış keçirilərkən ona qarşı hər hansı bir təzyiq olmamış, İran İslam Respublikasının vətəndaşı Qurban adlı şəxsin göndərdiyi sellofan torbada olan narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələri onun sonradan deyəcəyi ünvanlara yerləşdirməli olduğunu, əvəzində isə Qurban adlı şəxsin ona 4000-5000 manat pul verməli olduğunu, silahı, sandıqçanı və patronları da ona Qurban adlı şəxsin göndərdiyini və həmin predmetlərin ona hədiyyə olaraq verildiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinə qərəzsiz və etimad doğuran mənbədən Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək Bərdə şəhəri ərazisində dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Bundan sonra Baş İdarə rəhbərliyinə raportla məruzə edilmiş və əməliyyat axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Bundan sonra əməliyyat qrupunun yaradılması barədə əmr imzalanmışdır. Qrupun tərkibinə Şahid2, Şahid3 və o, daxil edilmişdir. O, qrupun rəhbəri təyin edilmişdir. Bundan sonra əməliyyat tədbirinin keçirilməsinə başlanılmış və 07 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs olması ehtimal edilən ünvan 7 ünvanının yaxınlığına yollanmışlar. 07 fevral 2021-ci il tarixdə saat 05 radələrində həmin ünvana çatdıqda xarici görünüşcə Təqsirləndirilən şəxs bənzəyən şəxsin piyada hərəkət etdiyini görüb ona yaxınlaşmışlar. Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını və Baş Narkotiklərlə Mübarizə İdarəsindən gəldiklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs anket məlumatlarını bildirməsini istəmişlər. Təqsirləndirilən şəxs anket məlumatlarını bildirdikdən sonra ona narkotik vasitəsitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərarla onu tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi üçün Bərdə Rayon Polis Şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Bərdə RPŞ-nə gəldikdən sonra ona hüquqlarının müdafiə edilməsi məqsədi ilə müdafiəçi təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulması barədə qərar qəbul edilmişdir. Bundan sonra 07 fevral 2021-ci il tarixdə saat 06 radələrində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs şəxsi axtarışın videoçəkiliş əsasında keçirilməsi barədə məlumat verilmişdir. Təqsirləndirilən şəxs buna etiraz etmədikdən sonra şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli, qısaqol gödəkçəsinin sağ yan cibindən özünə məxsus bir ədəd “Samsung” markalı mobil telefonu, həmin gödəkçənin sol iç cibindən özünə məxsus ümumvətəndaşlıq pasportunu, əynindəki tünd boz rəngli şalvarının sağ yan cibindən bir ədəd içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütləni və əynindəki şalvarın sağ arxa tərəfindən bir ədəd odlu sliaha bənzər əşyanı təqdim edərək masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdikərindən əlavə üzərində qanunla qadağan olunmuş heç bir əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan qısa qol gödəkçəsinin sol iç cibindən özünəməxsus şəxsiyyət vəsiqəsi aşkar edilsə də, digər ciblərindən heç bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs izah verilməklə ona məxsus mobil telefonu, şəxsiyyət vəsiqəsi və ümumvətəndaşlıq pasportu iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan bükümə baxış keçirilən zaman içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə müəyyən edilmişdir. Həmin bir bükümdə olan maddə təxmini çəkisinin müəyyən edilməsi məqsədilə elektron tərəzi ilə çəkilmiş və həmin bükümün çəkisinin 8,6 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs sağ yan tərəfdən belinin üzərindən çıxararaq təqdim etdiyi qara rəngli odlu silaha bənzər əşyaya baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs üzərində “Baredda A6 Cal 9mm” sözlərinin qeyd edildiyi, “1800693” seriya nömrəsinin əks olunması və tapançanın sandıqçasında 7 ədəd gümüşü rəngli patronların olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik maddə heroinə bənzər kütlə və bir ədəd silaha bənzər əşya, onun patronları ayrıayrılıqda içərisi boş olan iki ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Qablaşdırılmış zərfin üzəri möhürlənmiş və üzəri imzalandıqdan sonra götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi sellofan paketdə olan bükümü və odlu silaha bənzər tapançanı təxminən bir həftə bundan öncə Beyləqan rayonu ərazisində yerləşən Daşburun deyilən yerdən, yolun kənarından götürdüyünü, həmin yerə narkotik vasitə və silah qoyulmasını ona uzun müddət öncə tanıdığı İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxsin qoyduğunu, onun mobil nömrəsinin +**********56 olmasını, yaşadığı binanın zirzəmisində də narkotik maddənin qalan hissələrini də saxladığını və həmin maddələri təqdim edə biləcəyini bildirmişdir. Bundan başqa həmin narkotik vasitələri deyiləcək yerlərə qoyması müqabilində Qurban adlı şəxsin ona təxminən 4000-5000 manat pul göndərəcəyini söyləmişdir. Şəxsi axtarış və götürmə səhər vaxtı, Bərdə RPŞ-də yerləşən xidməti iş otaqlarından birində süni işıqlandırma şəraitində keçirilmişdir. Şəxsi axtarış və götürmə zamanı «Sony» markalı videokameradan istifadə edilməklə videoçəkiliş əsasında aparılmışdır. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Şikayət, təklif və protokola qeydlər daxil olmadığı üçün və protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Bundan sonra tədbir iştirakçıları 07 fevral 2021-ci il tarixdə saat 08 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvana çatdıqda videoçəkiliş əsasında Təqsirləndirilən şəxs yaşadığı binanın zirzəmisinə baxış keçirilməyə başlanılmışdır. Baxışın keçirilməsinə 07 fevral 2021-ci il tarixdə saat 08 radələrində başlanılmışdır. Təqsirləndirilən şəxs yaşadığı binanın zirzəmisinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək buna dair razılıq ərizəsini təqdim etmişdir. Bundan sonra zirzəminin qarşısına gedilmiş və həmin zirzəminin qarşısından baxışa başlanılmışdır. Burada Təqsirləndirilən şəxs həmin zirzəmidə saxladığı maddələri təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra şübhəli şəxs zirzəmiyə daxil olaraq təxminən 10-15 metr irəlilədikdən sonra sağ tərəfdə küncdə bir ədəd qara rəngli sellofan torbanı təqdim edərək içərisində Beyləqan rayonu ərazisindən götürdüyü narkotik vasitələri saxladığını qeyd etmişdir. Həmin sellofan torbaya baxış keçirilən zaman içərisində bir ədəd göy rəngli sellofan torba, üç ədəd sellofan bağlama və bir ədəd plastik qab olması müəyyən edilmişdir. İlk növbədə sellofan bağlamalara baxış keçirilmiş və həmin üç ədəd bağlamadan bir ədədinin içərisində qurudulmuş halda, tünd yaşıl rəngli narkotik vasitə marixuanaya bənzər kütlə, digər iki sellofan bağlamanın içərisində isə ağ rəngli kristall şəkilli psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Qara rəngli sellofan torbadan aşkar edilmiş plastik qaba baxış keçirilərkən içərisində qəhvəyi rəngli kəskin iyli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Qara rəngli sellofan torbaya baxış keçirilərkən içərisindən bir ədəd plastik qabda psixotrop maddə metamfetaminə bənzər kütlə, bir ədəd sellofan bağlamada narkotik vasitə tiryəkə bənzər maddə, altı ədəd sellofan bağlamada narkotik vasitə heroinə bənzər kütlə, 90 ədəd üzərində “Preqabalin” sözləri yazılmış həblər və 1100 ədəd üzərində “Metadon-40” sözləri yazılmış həblər aşkar edilmişdir. Bundan sonra qara rəngli sellofan torbadan ümumilikdə aşkar edilmiş maddələr təxmini çəkilərinin müyyən edilməsi məqsədilə sıfırlanmış halda olan elektron tərəzi ilə çəkilmiş və həmin sellofan torbadan aşkar edilmiş tünd yaşıl rəngli qurudulmuş halda narkotik vasitə marixuanaya bənzər maddənin çəkisinin 15 kq 135 qram, ağ rəngli kirstall şəkilli psixtrop maddə metamfetaminə bənzər kütlənin 4 kq 645 qram, narkotik vasitə tiryəkə bənzər kütlənin çəkisinin 2 kq 40 qram qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər maddənin ümumi çəkisinin 23 kq 530 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş maddələr və həblər həmin qara rəngli sellofan torbaya qoyularaq qablaşdırılmış və götürülmüşdür. Bundan sona zirzəminin digər hissələrindən heç bir əşya aşkar edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, bu yerdə narkotik vasitə saxlamasından heç kimin xəbərinin olmadığını və həmin maddələri ona deyiləcək yerlərə çatdırması üçün İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxsin göndərdiyini bildirmişdir. Baxış gündüz vaxtı, süni işıqlandırma şəraitində “Sony” markalı videokameradan istifadə edilməklə keçirilmişdir. Protokol iştirakçılara ucadan oxunmuş, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olunmuşdur. Şikayət, təklif və protokola qeydlər daxil olmadığı üçün və protokol düzgün tərtib edildiyi üçün imzalarla təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə eyni məzmunda ifadələr verərək işin halları ilə bağlı onun ifadəsində göstərilənləri bir daha təsdiq etmişlər. Həmçinin Şahid2 əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs onun barəsində səsləndirdiyi fikirlər yalandır, Təqsirləndirilən şəxs qeyd olunan uydurma fikirləri səsləndirərək məsuliyyətdən yayınmağa çalışır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin-nin 234.4.3 və 240.3.2-ci maddələri ilə cinayət işi başlanılmış və ibtidai istintaqının aparılması icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına əsas və səbəb Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etməsi, saxlaması və daşıması, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan külli miqdarda güclü təsir edən maddələri əldə etməsi, saxlaması və daşıması faktına görə toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş “Şəxsi axtarış və götürmə aparılması haqqında” 07 fevral 2021-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs həmin gün saat 05:10-da ünvan 9 ünvanının yaxınlığında saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinə dəvət edilmiş və orada yerləşən xidməti otaqlardan birində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılarkən əynindəki şalvarın sağ yan cibindən bir ədəd bükümdə 8,34 qram çəkidə narkotik vasitə heroin və şalvarının arxa hissəsində bel tərəfdən bir ədəd silah, sandıqça və yeddi ədəd patron aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin Təhqiqat Qrupunun təhqiqatçısı X1 tərəfindən tərtib edilmiş “Baxış keçirilməsi və götürmə haqqında” 07 fevral 2021-ci il tarixli protokola əsasən həmin gün saat 08:30-da BNMİ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs faktiki yaşadığı Bərdə rayonu, 588 saylı qəsəbə, ev 13 ünvanının zirzəmisinə keçirilən baxış zamanı oradan bir ədəd sellofan torbada 23009,8 qram çəkidə narkotik vasitə heroin, 2020,5 qram çəkidə narkotik vasitə tiryək, 1019 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana, 1100 ədəd həb formasında olmaqla təsiredici maddəsi metodonun ümumi miqdarı 44 qram olan narkotik vasitə metadon dərman preparatları, 4585 qram çəkidə psixotrop maddə metamfetamin, təsiredici maddəsi preqabalinin ümumi çəkisi 13,5 qram olan cəmi 90 ədəd konvolyut “Gabaprel 150” adlı güclü təsir edən dərman preparatları aşkar edilərək götürülmüşdür. Baxış və götürmə istintaq hərəkəti videoçəkiliş ilə həyata keçirilmiş və videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD disk protokola əlavə edilmişdir. Həmin 01 ədəd DVD disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və iş materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməbioloji ekspertizasının 07 fevral 2021-ci il tarixli 7/168 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs binanın zirzəmisində gizlətdiyi maddələr” yazılar və imzalar olan üzəri skoçla bağlanmış qara rəngli polietilen torbadakı qara rəngli polietilen bağlamada 4 ədəd ağız hissələri bağlanan şəffaf polietilen paketlərdə ayrı-ayrılıqda təmiz çəkiləri - 248,2 qram; 296,0qram; 267,0 qram; 207,8 qram, bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlamış narkotik vasitə - qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi – 1019,0 qramdır. Təqdim olunmuş qara rəngli polietilen bağlamadakı 4 ədəd şəffaf polietilen paketlərdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Qeyd: Marixuanaların ümumi çəkisi - 1019,0 qram, tədqiqata istifadə olundu cəmi - 0,2 qram (hər obyektdən 0,05 qram), qalıq - 1018,8 qram.” Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəməkimyəvi ekspertizasının 07 fevral 2021-ci il tarixli 6/554 nömrəli rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş: üzərində “...Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri yazılmış paketdəki bir ədəd bükümdə təmzi çəkisi 8,340 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. Üzərində “...Təqsirləndirilən şəxs binanın zirzəmisində gizlətdiyi...” sözləri yazılmış torbadakı içərisində 1 ədəd plastik qabda və 6 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 5100,1 qram, 4855,6 qram, 1000,4 qram, 1005,5 qram, 1008,7 qram, 5002,8 qram, 5036,7 qram, ümumi təmiz çəkisi 23009,8 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə heroindir. 2 ədəd bağlamada və 1 ədəd plastik qabda ayrıayrılıqda təmiz çəkiləri 2018,5 qram, 2015,2 qram, 551,3 qram, ümumi təmiz çəkisi 4585,00 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə - metamfetamindir. Bir ədəd bağlamada təmiz çəkisi 2020,5 qram olan tünd - qəhvəyi rəngli qətranabənzər maddə kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. 110 ədəd üzərilərində "Methadone 40” göstəriciləri olan dərman konvolyutunda 1100 ədəd (hər konvolyutda 10 ədəd olmaqla) açıq-qəhvəyi rəngli “F/M 40” göstəricili, eyni tərkibli dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 44 qram təşkil edir. 9 ədəd üzərilərində “Gabaprel 150” göstəriciləri olan dərman konvolyutunda 90 ədəd (hər konvolyutda 10 ədəd olmaqla) mavi rəngli dərman kapsullarının əsas təsiredici maddəsi preqabalindir və həmin kapsulların tərkibində preqabalinin təsir maddəsinin ümumi miqdarı 13,5 qram təşkil edir. Bir ədəd kağız paketdəki və bir ədəd polietilen torbadakı heroinlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olub, ümumi təmiz çəkisi 23018,14 qram təşkil edir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələri”-in siyahısına (Siyahı İ) daxildir. Heroin və tiryək 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Preqabalin 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” (1 nömrəli əlavə) daxildir. Qeyd: Kağız paketdəki heroinin təmiz çəkisi - 8,340 qram, tədqiqata sərf edildi - 0,050 qram, qalıq - 8,290 qram; Torbadakı heroinin ümümi təmiz çəkisi - 23009,8 qram, tədqiqata sərf edildi - 0,140 qram, qalıq – 23009,66 qram; Torbadakı metadon həblərinin ümumi sayı - 1100 ədəd həb, tədqiqata sərf edildi - 10 həb, qalıq - 1090 həb; Torbadakı tiryəkin təmiz çəkisi - 2020,5 qram, tədqiqata sərf edildi - 0,100 qram, qalıq - 2020,4 qram; Torbadakı metamfetaminin ümumi təmiz çəkisi - 4585,00 qram, tədqiqata sərf edildi - 0,120 qram, qalıq - 4584.88 qram; Preqabalin kapsullarının ümumi sayı - 90 ədəd, tədqiqata sərf edildi - 3 kapsul, qalıq - 87 kapsul.” Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 4(005)-156/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 07.02.2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işinin istintaq zamanı narkotik vasitənin əldə edilmə mənbəyinin müəyyən edilməsi məqsədi ilə əməliyyat-axtarış tədbirlərini həyata keçirən orqana verilmiş 10.02.2021-ci il tarixli 007-1870-1221 nömrəli əməliyyat tapşırığına verilmiş 09.03.2021-ci il tarixli 008-1935- 1221 nömrəli cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışı ilə məşğul olması, aşkar edilmiş narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxsdən əldə etməsi, Qurban adlı şəxsin narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri müxtəlif şəxslər vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirərək Təqsirləndirilən şəxs verməsi aşkar edilsədə, Təqsirləndirilən şəxs digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin, psixotrop maddələrin və güclü təsir edən maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, İran İslam Respublikasının vətəndaşı “Qurban” adlı şəxsin şəxsiyyətini, həmçinin narkotik vasitələri, psixotrop maddələri və güclü təsir edən maddələri Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli keçirən şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmiş, Füzuli Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.05.2019-cu il tarixdə Nizami rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 76-ci maddəsi ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, 11.07.2019-cu il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Füzuli Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 fevral 2021-ci il tarixli qərarı əsasında "xxxx" MMC-dən götürülmüş, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə aparılan danışıqlara dair CD diskdə olan məlumatlara baxış keçirilmiş, lakin baxış zamanı iş üzrə sübut əhəmiyyəti kəsb edən heç bir məlumat aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09.02.2021-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilən qalıq çəkisi 8,29 qram olan narkotik vasitə heroin və yaşadığı binanın zirzəmisindən aşkar edilərək götürülmüş qalıq çəkisi 1018,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 23009,66 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 2020,4 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 4584,88 qram olan psixotrop maddə metamfetamin, qalıq 1090 metodon həbləri və qalıq 87 preqabalin kapsulları 09 fevral 2021-ci il tarixli qərarla maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 18 fevral 2021-ci il tarixli 5(021)-31/2021 nömrəli qərardan görünür ki, xx.xx.1980-cı il tarixdə Ağdam şəhərində anadan olmuş, Ağdam rayonu, T.İsmayılov küçəsi ev 128-də qeydiyyatda olan və Bərdə rayonu, 588 saylı qəsəbə, ev 13, mənzil 9-da qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs əməlinin ifşa edilməsi və cinayət başında yaxalanması üçün həyata keçirilmiş əməliyyat axtarış tədbiri zamanı qanun pozuntusunun aşkar olunmadığı müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.03.2021-ci il tarixli 399 saylı Azərbaycan Respublikası Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Ağdam şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam şəhəri T.İsmayılov küçəsi ev 128-də qeydiyyatda olmaqla anası X3 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.03.2021-ci il tarixli Azərbaycan Respublikası Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Ağdam şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam şəhəri T.İsmayılov küçəsi ev 128-də qeydiyyatdadaır, ünvan 12 ünvanında qeydiyyatdadır. Ağdam rayonu İcra Hakimiyyəti Başçısının Ağdam şəhəri İnzibati ərazi dairəsi üzrə nümayəndəliyində olan məlumata görə o, məhkum olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.03.2021-ci il tarixli 1905 saylı Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür, hazırda Bərdə rayon 588 yerlik qəsəbə, bina 13 mənzil 9-da qeydiyyatda olmaqla yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19.03.2021-ci il tarixli 1904 saylı Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür, hazırda Bərdə rayon 588 yerlik qəsəbə, bina 13 mənzil 9-da qeydiyyatda olmaqla müvəqqəti yaşayır və anası X3 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayonundan məcburi köçkündür, hazırda Bərdə rayon 588 yerlik qəsəbə, bina 13 mənzil 9-da qeydiyyatda olmaqla anası X5 ilə birlikdə yaşayır, yaşayış yeri üzrə müsbıt xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi “X11”-nin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 may 2021-ci il tarixli, 1341 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs İSMAYİL oğlunda ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Təqsirləndirilən şəxs “Çətənə Narkomaniyası” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.05.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.4.3 və 240.3.2-ci maddəsindən həmin Məcəllənin 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrinə tövsif edilmiş, İş üzrə maddi sübutlar - şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk və baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarına tikilmiş və Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 23017,95 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1018,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 2020,4 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 4584,88 qram olan psixotrop maddə metamfetamin, qalıq 1090 metodon həbləri və qalıq 87 preqabalin kapsulları məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.05.2021-ci il tarixli “təqsirləndirilən şəxsə yenidən ittiham edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.05.2021-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, hazırki cinayət işinin materiallarından cinayət işinin materiallarından Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrin əldə edilmə mənbəyinə görə və qrupun üzvü İran İslam Respublikasının vətəndaşı Qurban adlı şəxsin, habelə qrupun digər üzlərinin barəsində Azərbaycan Respublikası CM-in 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5,206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirlidir və o həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanılmalı və bu yola ona qəti cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, əməlində cinayətlərin residivinin olması isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02.03.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20.05.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 10 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.07.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarına əsasən cəzanın qalan hissəsindən azad edilmiş, Füzuli Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 10.05.2019-cu il tarixdə Nizami rayon Məhkəməsinin qərarına əsasən Azərbaycan Respublikası CM-nin 76-ci maddəsi ilə vaxtından əvvəl şərti olaraq azad edilmiş, 11.07.2019-cu il tarixdə cəzasının sonu ilə şöbənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Füzuli Rayon Məhkəməsinin 31.05.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 6 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Göründüyü kimi Təqsirləndirilən şəxs qəsdən az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına baxmayaraq, məhkumluğu qanunamüvafiq qaydada ödənilmədən və ya götürülmədən yenidən qəsdən cinayət əməli törətmişdir. Bu isə onun əməlində cinayətlərin residivini yaratmışdır. Azərbaycan Respublikası CM-in 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-in 65.1-ci maddəsində göstərilmişdir ki, residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin məcəllənin 65.2-ci maddəsinin tələbinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə görə, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunan azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Məhkəmə kollegiyası cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07.02.2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07.02.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08.02.2021-ci il tarixli 4(005)-156/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 07.02.2021-ci il tarixdən hesablanmışdır. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 07.02.2021-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzi “X11”nin ambulator məcburi-narkoloji tibbi yoxlamanın 03 may 2021-ci il tarixli, 1341 nömrəli rəyindən görünür ki, “Müayinə zamanı Təqsirləndirilən şəxs İSMAYİL oğlunda ÇƏTƏNƏ bitkisi preparatlarından sui-istifadə edilməsi ilə nəticələnən NARKOMANİYA xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicəyə əks göstərişi yoxdur. Təqsirləndirilən şəxs “Çətənə Narkomaniyası” diaqnozu ilə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X7 dispanser qeydiyyatındadır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən 93-1.2. Alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut olub və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 23017,95 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1018,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 2020,4 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 4584,88 qram olan psixotrop maddə metamfetamin, qalıq 1090 metodon həbləri və qalıq 87 preqabalin kapsulları məhv edilməli, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk və baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 148 manat 28 qəpik dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə qeyd edir ki, sözügedən məhkəmə məsrəfi məhkumdan tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 32.5, 206.3.2, 234.4.1, 234.4.3 və 240.3.2-ci maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə 11 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası CM-in 240.3.2-ci maddələsi ilə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 07 fevral 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonar iş üzrə maddi sübut olub və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş qalıq çəkisi 23017,95 qram olan narkotik vasitə heroin, qalıq çəkisi 1018,8 qram olan narkotik vasitə qurudulmuş marixuana, qalıq çəkisi 2020,4 qram olan narkotik vasitə tiryək, qalıq çəkisi 4584,88 qram olan psixotrop maddə metamfetamin, qalıq 1090 metodon həbləri və qalıq 87 preqabalin kapsulları məhv edilsin, şəxsi axtarış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk və baxış və götürmə aparılmasının video görüntülərinin əks olunduğu 01 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 148 manat 28 qəpik Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-238/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-238/2021
22.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver