Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-238/2023 05.06.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxx 1975-ci ildə Bərdə rayonu Türkmən kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Türkmən kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni təmiz çəkisi 2,927 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və təmiz çəkisi 2,689 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz əldə edib yaşadığı Bərdə şəhəri Ş.İ.Xətai küçəsində yerləşən nömrəsiz evdə saxlamış, 01 noyabr 2022-ci il tarixdə, saat 22 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Ş.İ.Xətai küçəsində müəyyən edilib şübhəli şəxs qismində saxlanılmış, yaşadığı evə baxış keçirilərkən, oradan, yəni yaşadığı evin qonaq otağında paltar dolabının içində satış məqsədi ilə saxladığı 1 (bir) ədəd göy rəngli sellofan bükümdə, 3 (üç) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,922 qram, 0,846 qram, 0,921 qram, ümumi təmiz çəkisi 2,689 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, 10 (on) ədəd şəffaf sellofan bükümlərdə və 3 (üç) ədəd qırmızı sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,330 qram, 0,249 qram, 0,246 qram, 0,267 qram, 0,236 qram, 0,192 qram, 0,232 qram, 0,235 qram, 0,198 qram, 0,226 qram, 0,144 qram, 0,163 qram, 0,209 qram, ümumi təmiz çəkisi 2,927 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında video konfrans vasitəsilə qoşularaq təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, ifadəsində göstərdi ki, Bərdə şəhəri Səttərxan küçəsində yaşayır, subaydır, heç bir yerdə işləmir, narkotik vasitə aludəçisi və istifadəçisi olduğundan, narkotik vasitə saxlayır. O, 31 oktyabr 2022-ci il tarixdə mobil telefonunda “Saleh” adı ilə istifadə etdiyi “İnstaqram” sosial şəbəkə vasitəsi ilə “Anar” adlı “İnstaqram” sosial şəbəkə istifadəçisinin səhifəsində narkotik tərkibli vasitələrin şəkillərini görüb həmin səhifəyə yazmış, səhifənin sahibi tanımadığı şəxs də ona yazı yazmağa başlamışdır. Həmin səhifəyə narkotik istifadə etdiyini və narkotik vasitələr lazım olduğunu yazmış, həmin şəxs onda hər növ narkotik vasitənin olduğunu yazıb lazım olan yerə çatdırıldığını yazmışdır. Həmin şəxslə razılaşıb 200 manat dəyərində heroin və metamfetamin almaq istədiyni yazmış, həmin şəxs Unibanka məxsus plastik kart şəkli göndərmiş və həmin karta Bərdə şəhəri H.Əliyev prospektində yerləşən Bazarstore marketin qarşısında yerləşən Milli ön aparatı vasitəsi ilə 200 manat pul köçürmüşdür. Həmin şəxs ona Bərdə şəhərində yerləşən “ayaq körpüsü” kimi tanınan yerə getməyini yazmış, həmin yerə gedib yenidən həmin səhifəyə burada olduğunu yazmış, həmin şəxs körpünün qurtaracağında siqaret qutusu olduğunu və narkotik vasitələrin həmin siqaret qutusnun içərisində olduğunu yazmışdır. Körpünün qurtaracağına tərəf gedib yerdə Winçestr markalı siqaret qutusunu götürüb siqaret qutusunun içərisinə baxanda orada narkotik vasitələr olan bükülülər olduğunu görmüş, həmin bükülüləri sayıb 16 ədəd büküm olduğunu, həmin bükümləri götürüb Bərdə şəhəri Ş.İ.Xətai küçəsində yerləşən müvəqqəti yaşadığı evdə getdiyi zaman polis əməkdaşları onu tutub qanunsuz olaraq narkotik vasitə saxladığını və üzərində gəzdirdiyini bildirmişlər. O da etiraf edərək üzərində narkotik vasitə olduğunu kimdən hansı üsulla aldığını demişdir. Sonra polis əməkdaşları ona təklif etmişlər ki, həmin narkotik vasitəni evə aparıq qoysun evindən aşkar edib götürsünlər. O da polis əməkdaşlarının dedikləri ilə razılaşmış və yaşadığı evə gəlmişlər. O həmin narkotik vasitə və psixotrop maddəni evidə dolabı və şkafın içərisinə qoymuşdur. Bundan sonra polis əməkdaşları ona qanunsuz olaraq narkotik vasitə saxladığını və üzərində gəzdirdiyini və ona yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Sonra ərizə yazmış və yaşadığı evə videoçəkilişlə baxış keçirilmişdir. Ona yaşadığı evdə qanunsuz olaraq tərkibində narkotik vasitələr olan maddələr saxlamağı barədə sual verilmiş, o da polis əməkdaşlarına yaşadığı fərdi yaşayış evinin yataq otağında narkotik tərkibli vasitələrin olduğunu bildirib könüllü onlara paltar dolabının içərisində və tumbuçqanın içərisində olan narkotik vasitələri və sixotrop maddələri təqdim etmişdir. Polis əməkdaşları narkotik vasitələri və psixotrop maddələri götürüb baxış keçirmişlər, 03 ədəd sellofana bükülmüş içərisində heroinə bənzər kütlə, 13 ədəd sellofana bükülmüş metamfetaminə bənzər kütlə aşkar edilərək elektron tərəzidə çəkilərək 1 ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş sonra polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişlər. Şöbənin inzibati binasında hüquqlarının müdafiə olunması üçün müdafiəçi dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman qanunla gəzdirilməsi qadağan edilmiş maddə aşkar edilməmişdimr. Narkotik vasitələrin və psixotrop maddələrin istifadəçisi olmuş və narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmamışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Bərdə RPŞ-nin NMQN-nin baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Bərdə şəhəri Ş.İ.Xətai küçəsində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuş, ona görə də, tərəfindən 01 noyabr 2022-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Bundan sonra tərəfindən keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs 01 noyabr 2022-ci il tarixdə saat 22 radələrində Bərdə şəhəri Ş.İ.Xətai küçəsində olan zaman saxlanılmış və yaşadığı Bərdə şəhəri Ş.İ.Xətai küçəsin yerləşən evinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində qonaq otağında olan paltar dolabından və tumbuçkadan 13 ədəd sellofana bükülmüş içərisində heroinə bənzər kütləni, 03 ədəd sellofana bükülmüş metamfetaminə bənzər kütlə təqdim etmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də həmin bükülülərdə narkotik maddə saxladığını və istifadə etdiyini bildirmiş, bundan sonra aşkar edilmiş bükülülər elektron tərəzidə çəkilmiş, aşkar edilmiş bükülülər 01 ədəd zərfdə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmiş, müdafiəçi dəvət edildikdən sonra üzərinə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdə, üzərində narkotik vasitələri saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə və üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Bərdə rayon Polis şöbəsinin NMQ-nin baş əməliyyat müvvəkili, polis kapitanı Şahid1 tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsinə dair qərarı qanuni hesab edilmişdir. xx.xx.2022-ci il tarixli Ərizədən görünür ki, Bərdə şəhəri Ş.İ.Xətai küçəsində yaşayan Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etirazı yoxdur. “Baxış və götürmə keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, 01 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə şəhəri Ş.İ.Xətai küçəsində yaşadığı evə baxış keçirilən zaman yaşadığı evin yataq otağında olan dolabdan 03 ədəd şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 2,689 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop olan metamfetamin, yaşayış evinin qonaq otağında olan paltar dolabının içərisindən 13 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 2,927 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə olunmuş diskdən görünür ki, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmişdir. Materialların məhkəmə-ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1252 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs müvəqqəti yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər kütlələr....” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd göy rəngli sellofan bükümdə:-3 (üç) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,922 qram, 0,846 qram, 0,921 qram, ümumi təmiz çəkisi 2,689 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. -10 (on) ədəd şəffaf sellofan bükümlərdə və 3 (üç) ədəd qırmızı sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,330 qram, 0,249 qram, 0,246 qram, 0,267 qram, 0,236 qram, 0,192 qram, 0,232 qram, 0,235 qram, 0,198 qram, 0,226 qram, 0,144 qram, 0163 qram, 0,209 qram, ümumi təmiz çəkisi 2,927 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Bərdə rayon Polis Şöbəsinin 15 noyabr 2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, tapşırığa uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitə hesab olunan heroin və psixotrop maddə olan metamfeatmini satış məqsədi ilə əldə edərək yaşadığı evdə saxlaması müəyyən edilmiş, lakin narkotik vasitə olan heroini və psixotrop maddə olan metamfeatmini hansı mənbədən əldə etməsi və əvvəllər narkotik maddənin satışı ilə məşğul olub-olmaması əməliyyta yolu ilə müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə Təqsirləndirilən şəxs narkotik maddələri və psixotrop maddələri əldə etdiyi “Anar” adlı İntaqram sosial şəbəkə səhifəsinin kimə məxsus olması müəyyən edilməsi mümkün olmamışdır. Diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman yaşadığı evin yataq otağında olan dolabdan 03 ədəd şəffaf sellofan bükümlərdə ümumi təmiz çəkisi 2,689 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop olan metamfetamin, yaşayış evinin qonaq otağında olan paltar dolabının içərisindən 13 ədəd sellofan bükümlərdə ümumi təmiz çəkisi 2,927 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs aşkar olunan bükülülərin içərisində narkotik vasitə və psixotrop maddə olmasını etiraf etmişdir. Bundan sonra həmin bükülülər elektron tərəzidə çəkilərək qablaşdırılıb götürülmüşdür. Bərdə şəhər Mirzəxan-Qaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Türkmən kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarekterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 01 noyabr 2022-ci ildən hesablanmışdır. Bərdə rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Bərdə rayon Mərkəzi xəstəxanasının xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 23 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Tələbnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2002-ci il tarixdə Astraxan st. XDİŞ tərəfindən RF CM-nin 222 mad, 1 his, 73 b, 02 il A.M.E, 01 il 06 ay şərti sınaq müddətinə cəlb edilmişdir. «Sübutların qiymətləndirilməsi haqqında» 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 3 (üç) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,922 qram, 0,846 qram, 0,921 qram, ümumi təmiz çəkisi 2,689 qram, ekspertiza zamanı 0,15 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 2,539 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 10 (on) ədəd şəffaf sellofan bükümlərdə və 3 (üç) ədəd qırmızı sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,330 qram, 0,249 qram, 0,246 qram, 0,267 qram, 0,236 qram, 0,192 qram, 0,232 qram, 0,235 qram, 0,198 qram, 0,226 qram, 0,144 qram, 0,163 qram, 0,209 qram, ümumi təmiz çəkisi 2,927 qram olması, ekspertiza zamanı isə 0,65 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 2,277 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə əldə etmədiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs oğlundan aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X4 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram,nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 3 (üç) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,922 qram, 0,846 qram, 0,921 qram, ümumi təmiz çəkisi 2,689 qram, ekspertiza zamanı 0,15 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 2,539 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 10 (on) ədəd şəffaf sellofan bükümlərdə və 3 (üç) ədəd qırmızı sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,330 qram, 0,249 qram, 0,246 qram, 0,267 qram, 0,236 qram, 0,192 qram, 0,232 qram, 0,235 qram, 0,198 qram, 0,226 qram, 0,144 qram, 0,163 qram, 0,209 qram, ümumi təmiz çəkisi 2,927 qram olması, ekspertiza zamanı isə 0,65 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 2,277 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X7 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 01 noyabr 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş 3 (üç) ədəd şəffaf sellofan bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,922 qram, 0,846 qram, 0,921 qram, ümumi təmiz çəkisi 2,689 qram, ekspertiza zamanı 0,15 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 2,539 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və 10 (on) ədəd şəffaf sellofan bükümlərdə və 3 (üç) ədəd qırmızı sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri, 0,330 qram, 0,249 qram, 0,246 qram, 0,267 qram, 0,236 qram, 0,192 qram, 0,232 qram, 0,235 qram, 0,198 qram, 0,226 qram, 0,144 qram, 0,163 qram, 0,209 qram, ümumi təmiz çəkisi 2,927 qram olması, ekspertiza zamanı isə 0,65 qram istifadə edilməsi və ekspertiza tədqiqatından sonra qalıq çəkisinin 2,277 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X4 üzrə Dövlət Komissiyasının Daimi X7 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 60 (altmış) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-238/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-238/2023
05.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver