Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-239/2022 06.06.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlu və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, 23 dekabr 1988-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Qazax şəhəri Ə.Süleymanov küçəsi ev 1 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan, 11 oktyabr 2021-ci il tarixdən həbsdə olan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahaların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanuna əsasən külli miqdar hesab edilən 8,137 qram çəkidə narkotik vasitə olan heroini, 0,207 qram çəkidə metamfetamin və 0,79 qram çəkidə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Qazax şəhəri Ə.Süleymanov küçəsi ev 1 ünvanında yerləşən evində saxlamış, 11 oktyabr 2021-ci il tarixdə saat 11:25-də Qazax RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında olan kiçik ölçülü dolabın siyirtməsindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,79 qram bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, şkafda olan parça materiallı jiletin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə 0,054 qram, 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə 0,164 qram çəkidə heroin, qararəngli siqaret qutusunun içərisindən 01 ədəd şəffaf sellofan torbacığın içərisində 02 ədəd gümüşü rəngli falqa bükümlərində 0,061 qram və 0,146 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, 01 ədəd gümüşü rəngli, üzərində heroin izləri olan elektron tərəzi, yataq otağında olan qararəngli kağız qutunun içərisindən və jurnal masasının üzərindən 11 ədəd 1mm-lik, 1 ədəd 2 ml-lik və 03 ədəd içərisində heroin izləri olan şüşə flakonlar və evin mətbəxində olan soyuducunun qapısının içəri hissəsindən 01 ədəd iç-içə keçirilmiş şəffaf polietilen kəsiyi bükümündə 7,919 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən bir il yarımdır ki, müxtəlif növ narkotik vasitələrdən istifadə edir. 11.10.2021-ci il tarixdə günorta saatlarında yuxarıda qeyd olunan ünvanda yerləşən yataq otağında olarkən polis əməkdaşları yaşadığı ünvana gələrək yataq otağında özlərini təqdim edib narkotik maddələrin qanunsuz saxlanılması və istifadəsi ilə bağlı tədbir keçirdiklərini ona bildirdikdən sonra evdə saxladığı və istifadəsi üçün nəzərdə tutduğu narkotik vasitələri könüllü təhvil verməyini təklif etmişlər. Yataq otağındakı çarpayıdan qalxaraq özünə məxsus əvvəlcədən əldə etdiyi Bakı-Qazax avtomobil yolunun Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində yol kənarında yabanı halda bitən çətənə kollarından toplayıb yaşadığı ünvanda qurudaraq öz şəxsi istifadəsi üçün saxladığı kibrit qutusunda olan marixuananı təqdim etmişdir. Sonra isə yataq otağında saxladığı “kakos” və digər narkotik vasitələri təqdim etmişdir. Həmin narkotik vasitələrə baxış keçirilən zaman hər biri ayrı-ayrılıqda açılaraq içərisinə baxılmaqla elektron tərəzi vasitəsilə çəkilmişlər. Baxış zamanı bir ədəd evin yataq otağından aşkar edilmiş kibrit qutusunun içərisində olan yaşıl rəngli, kəskin iyili narkotik vasitə olan marixuanaya bənzər otşəkilli kütlənin kibrit qutusu ilə birgə çəkisinin 3,69 qram olduğu müəyyən edilmişdir. Daha sonra yataq otağında olan şkafın içərisindəki jiletin sağ yan cibindən 04 ədəd sellofan və gümüşü rəngli siqaret kağızına bükülü halda olan büküm aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilərkən içərisindən tünd qəhvəyi rəngli və ağrəngli kütlələr aşkar olunmuşdur. Həmin bükümlər də ayrılıqda elektron tərəzi vasitəsilə çəkilən zaman içərisində tünd qəhvəyi kütlələr olan polietilen bükülülərin 0,39 qram və 0,20 qram olduğu, digər şəffaf polietilen bükümlərdə olan kütlələrin isə çəkilərinin 0,23 qram və 0,19 qram olduqları müəyyən olunmuşdur. Baxış zamanı yataq otağında kağız qutuda olan on iki ədəd “insulin” şpirsti və 03 ədəd dibində qəhvəyi qalıqları olan “valerian ekstrakt” şüşələri, həmçinin də bir ədəd gümüşü rəngli elektron tərəzi şkafın siyirtməsindən aşkar edilmişdir. Aşkar edilmiş qeyd etdiyi predmetlər onun və baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra baxış evin mətbəxində davam etdirilmişdir. Mətbəxə baxış keçirilərkən orada olan soyuducunun içərisində şəffaf rəngli polietilen kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, kəskin iyili narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Qeyd etdiyi kütlə də elektron tərəzi vasitəsilə çəkilən zaman onun sellofanla birlikdə çəkisinin 8,91 qram olduğu müəyyən edilmişdir. Soyuducudan aşkar edilmiş narkotik vasitə ona məxsus olmamışdır. Yəqin ki polis əməkdaşları özləri soyuducunun içərisinə qoymuşlar. Həmin kütlə onun iştirakı ilə kağız zərfə qoyulub qablaşdırılmaqla sübut əhəmiyyətini kəsb etdiyini qeyd edərək polis əməkdaşları tərəfindən götürülmüşdür. Yaşadığı evə baxış keçirilməsinə dair protokol tərtib olunmuş, o də həmin protokola imza etmişdir. Narkotik vasitə satmamış və satış məqsədi ilə saxlamamışdır. Məlahət adlı qadını tanıyır ona nartkotik vasitəni pul əvəzində verməmiş, onunla birlikdə narkotik vasitə qəbul etmişdir. Telefonunda olan mesajları xatırlamır, bu barədə bir fikir deyə bilmir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 11 oktyabr 2021-ci il tarixdə saat 12 radələrində Qazax şəhər sakini Sərxan adlı şəxsin külli miqdarda narkotik vasitə əldə etməsi və qanunsuz olaraq dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışdır. Həmin məlumatın yoxlanması üçün dərhal raportla rəhbərliyə müraciət edərək ünvan 2 ünvanda yerləşən evində qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olduğunu bildirmişdir. Həmin məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Bundan sonra, əməliyyat qrupunun yaradılması haqqında protokol tərtib olunmuş və o əməliyyat qrupuna daxil olan digər iş yoldaşları ilə birlikdə, bu istiqamətdə müvafiq əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə başlamışlar. Həmin tədbirlərlə bağlı müəyyən etmişdir ki, “Sərxan” adlı şəxs hal-hazırda, qeyd olunan ünvanda yerləşən evindədir. Ona görə də, 11 oktyabr 2021-ci il tarixdə saat 11:25 radələrində o və əməliyyat qrupuna daxil olan digər polis əməkdaşları Qazax RPŞdən əməliyyat tədbirinin keçirilməsinə başlamışlar. Birlikdə onun Qazax şəhərində yerləşən yaşadığı evin qarşısına getmişlər. Həmin evin qarşısına çatdıqdan sonra təhqiqatçı videoçəkiliş ilə əməliyyat qrupunun üzvlərinə keçiriləcək istintaq hərəkətinin mahiyyəti barəsində məlumat verdikdən sonra, “Sərxan” adlı şəxsin yaşadığı evin həyətinə daxil olmuşlar. Həyətdə olan bir nəfər özünü təqdim edən Tərxan adlı şəxs Təqsirləndirilən şəxs qardaşı olduğunu, yaşadıqları evə baxış keçirilməsinə dair heç bir etiraz və tələbinin olmadığını, Təqsirləndirilən şəxs yaşadıqları evdə olduğunu bildirmişdir. Sonra birlikdə Sərxanın yaşadığı evdəki yataq otağına girmişlər. Yataq otağında Təqsirləndirilən şəxs çarpayıda yatılı vəziyyətdə olmuşdur. Videoçəkiliş aparan polis əməkdaşı Ruslan Çobanov və ilkin olaraq təhqiqatçı X10 adlı şəxsi oyatmış və çarpayıdan qalxıb əynini geyinməsini, onun iştirakı ilə evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs çarpayıdan qalxıb əynini geyinmiş və özünü təqdim edib Təqsirləndirilən şəxs olduğunu qeyd etmişdir. Azər Əliyev videoçəkiliş ilə özünü və əməliyyat qrupuna daxil olan polis əməkdaşlarını Təqsirləndirilən şəxs təqdim edərək ona izah etmiş ki, onun X2 dövriyyəsi ilə məşğul olması haqqında polisə əməliyyat məlumatı daxil olduğundan, onun evinə baxış keçiriləcəkdir. Təqsirləndirilən şəxs isə evinə baxış keçirilməsinə heç bir etiraz etmədiyini bildirmişdir. Bu zaman Azər Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində və yaxud evində narkotik vasitə, psixotrop maddə, o cümlədən onların prekursorlarının olub-olmaması soruşulmuş, əgər vardırsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Sonra yataq otağında olan kiçik şkafın siyirtməsinə baxış zamanı oradan bir ədəd kibrit qutusunun içərisində yaşıl rəngli, kəskin iyili narkotik vasitə marixuanaya bənzər, qutu ilə birlikdə 3,69 qram çəkidə kütlə aşkar edilmişdir. Sonra yataq otağında olan şkafın içərisindəki jiletin sağ yan cibindən 04 ədəd sellofan və gümüşü rəngli siqaret kağızına bükülü halda olan bükümlər aşkar edilmişdir. Həmin bükümlərin içərisinə baxış keçirilərkən içərisindən tünd qəhvəyi rəngli və ağrəngli kütlələr aşkar olunmuşdur. Həmin bükümlər də ayrılıqda elektron tərəzi vasitəsilə çəkilən zaman içərisində tünd qəhvəyi kütlələr olan polietilen bükülülərin 0,39 qram və 0,20 qram olduğu, digər şəffaf polietilen bükümlərdə olan kütlələrin isə çəkilərinin 0,23 qram və 0,19 qram olduqları müəyyən olunmuşdur. Baxış zamanı yataq otağında kağız qutuda olan on iki ədəd “insulin” şpirsi və 03 ədəd dibində qəhvəyi qalıqları olan “valerian ekstrakt” şüşələri, həmçinin də bir ədəd gümüşü rəngli elektron tərəzi şkafın siyirtməsindən aşkar edilmişdir. Aşkar edilmiş qeyd etdiyi predmetlər onun və baxışda iştirak edən şəxslərin iştirakı ilə qablaşdırılmaqla götürülmüşdür. Daha sonra baxış evin mətbəxində davam etdirilmişdir. Mətbəxə baxış keçirilərkən soyuducunun içərisindən şəffaf rəngli polietilen kəsiyinə bükülmüş içərisində tünd qəhvəyi rəngli, kəskin iyili narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edilmişdir. Həmin kütlə çəkilişə təqdim edilmiş, kütlə elektron tərəzi vasitəsilə çəkilən zaman onun sellofanla birlikdə çəkisinin 8,91 qram olduğu müəyyən edilmişdir. Soyuducudan aşkar edilmiş kütlə onun və digər şəxslərin iştirakı ilə kağız zərfə qoyulub qablaşdırılmaqla sübut əhəmiyyəti kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsində göstərdiyi soyuducudan aşkar edilmiş kütlə ona məxsus olmaması və həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən qoyulması barədə göstərməsi həqiqətə uygun deyildir. Ona hec kim fiziki və ya psixi təsir göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Təqsirləndirilən şəxs təxminən 1 ildir ki, narkotik vasitə aludəçisidir. Bununla bağlı bir neçə dəfə onu müalicə etdirməyə çalışsalar da o narkotik vasitələri qəbul etməkdən uzaqlaşa bilmir. 11 oktyabr 2021-ci il tarixdə yaşadığı evdə olarkən polis əməkdaşları giriş qapısını döyüb yaşadığı evin həyətinə daxil olmuşlar. Onunla söhbət etdikdən sonra qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və satışı ilə məşğul olmasında şübhəli olduğunu, onun iştirakı ilə yaşadığı evə baxış keçirməli olduqlarını bildirmişlər. O da polis əməkdaşlarının yaşadığı evə baxış keçirməsinə dair etirazı olmaması ilə bağlı ərizə yazmışdır. Polis əməkdaşları Təqsirləndirilən şəxs ətrafında əməliyyat tədbirlərinin keçirilməsinə dair qəbul edilmiş qərarı ona təqdim etmişlər. Təxminən bir saata yaxın yaşadıqları evə polis əməkdaşları tərəfindən baxış keçirilmişdir. Baxış keçirildikdən sonra polis əməkdaşları Təqsirləndirilən şəxs yataq otağından və mətbəxdən narkotik vasitəyə bənzər kütlələr aşkar edərək götürdüklərini qeyd edib qardaşı Təqsirləndirilən şəxsla birlikdə Qazax RPŞ-yə getmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 oğlu ifadəsində göstərdi ki, Qazax şəhərində yaşayan Təqsirləndirilən şəxs tanıyır. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyini, X2 dövriyyəsi ilə məşğul olduğunu bilir. Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil nömrəni istifadə etdiyini bilmişdir. Özü narkotik vasitə istifadəçisi olduğu üçün Sərxandan bir neçə dəfə narkotik vasitə almışdır, pulu olmayan vaxtalarda isə borc olaraq istəmişdir. İstifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə 19 sentyabr 2021-ci il tarixdə “Seqo patı var isdiyən olsa de” məzmununda mesaj yazmışdır, həmin mesajı yazmaqda məqsədi isə Sərxandan narkotik vasitə almaq imiş, ola bilsin ki mesaj mətnindən kiməsə patı vermək mənasında başa düşülsə də, ancaq o həmin mesajı ağlında Sərxandan narkotik vasitə almaq məqsədilə düşünüb yazmışdır. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” 11.10.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vaitə qəbul etməsi və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitəsi saxlaması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. 11.10.2021-ci il tarixli ərizədən görünür ki, Şahid4 oğlu ərizə yazaraq qardaşı Təqsirləndirilən şəxs təxminən bir ildir narkotik vasitə istifadə etdiyini və yaşadıqları evə polis əməkdaşlarının baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. “Baxış keçirilməsi haqqında” 11.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri Ə.Süleymanov küçəsi ev 1 ünvanında yerləşən yaşadığı evə baxış zamanı evin yataq otağına baxış keçirilərkən yataq otağında olan şkafdakı jiletin sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə 0,054 qram, 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə 0,164 qram, 01 ədəd şəffaf sellofan torbacığın içərisində olan 01 ədəd 0,61 qram, 01 ədəd 0,146 qram olmaqla 02 bükümdə 0,207 qram ümumi çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin, mətbəxdə olan soyuducunun içərisindən isə 01 ədəd iç-içə keçirilmiş şəffaf polietilen kəsiyi bükümündə 7,919 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin, yataq otağında olan dolabın siyirtməsindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,79 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 01 ədəd gümüşü rəngli, üzərində heroin izləri olan elektron tərəzi, karton qutudan isə 11 ədəd 1mm-lik, 1 ədəd 2 ml-lik və 03 ədəd içərisində heroin izləri olan şüşə flakonlar aşkar olunaraq götürülmüşdür. Qazax Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli 5(023)-54/2021 saylı qərarından görünür ki, Qazax RPŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən qəbul olunmuş 11.10.2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. «Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında» 12.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı dolabın siyirtməsindən aşkar olunaraq götürülüb qablaşdırılmış təmiz çəkisi 0,79 qram narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 2021-ci ilin oktyabr ayının əvvələrində dəqiq yadında qalmayan tarixdə Bakı-Qazax avtomobil yolunun Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində çay kənarında yabanı halda bitən çətənə kollarının üzərindən yarpaqlarını toplayaraq yaşadığı evə gətirmiş və qurudaraq öz şəxsi istifadəsi üçün saxlamışdır. Təqsirləndirilən şəxs Qazax rayonu Yuxarı Salahlı kəndindən keçən yol kənarında yabanı halda bitən çətənə kollarının yerini göstərsə də, mövsüm dəyişikənliyi ilə əlaqədar olaraq həmin ərazidə bitki örtüyünün qalıqlarının qalmadığı müəyyən edilmiş, ifadənin yerində yoxlanılması zamanı iştirak edən aqranom-mütəxəssis yabanı halda bitən çətənə kollarının hazırki mövsüm ərzində bitmədiyini, ona görə də həmin ərazidə olan bitki kollarının qalıqlarının məhv olduğunu və aşkar edilərək götürülməsinin mümkün olmadığını bildirmişdir. “Dsikə baxış keçirilməsi haqqında” 13.01.2022-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə məhkəmə qərarı əsasında keçirilmiş texniki rabitə kanallarından və digər texniki vasitələrdən informasiyanın çıxarılması nəticəsində əldə olunmuş məlumatların qeyd olunduğu 1 ədəd CD diskə baxış keçirilmişdir. Baxış zamanı 1 ədəd CD disk «HP» markalı kompüterə yerləşdirilmiş, diski açan zaman diskin içərisində 08 ədəd Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı və ***-***-**-** saylı mobil nömrələrə məxsus excel fayllarının olduğu müəyyən edilmişdir.“SMS_Tarixçəsi__**********4754__5********.pdf” adlı excel faylı tərəfimdən açıldıqda sol yuxarı küncündə Sorğulanan Məlumat : 556043434, Sorğu başlanğıc və bitmə tarixi : 01/08/2021 00:00:00 - 26/10/2021 00:00:00 və rəqəmlərinin olduğu müəyyən edildi. Həmin excel faylına baxış keçirilən zaman ilk səhifədə sağ küncdə 04-08-2021-ci il tarixdə saat 23:20:25-də ***-***-**-** saylı mobil nömrədən “Qaqa alindira bilisen bu iwimi de alindir,hormetinnen yaxwi cixajam.evde tekem,mehliye gelende xeber ele bunu verim gosder.alinir alinsin.alinmir canin s” və “aq olsun”, ***-***-**-** saylı mobil nömrədən isə 19-09-2021-ci il tarixdə saat 05:16:41-da isə “Seqo patı var isdiyən olusa de”məzmununda mesajların yazıldığı müəyyən edilmişdir. Qazax Rayon Polis Şöbəsinin 22.12.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Əhmədov Sərxan İlham oğlunun uzun müddətdir ki, narkotik vasitə alüdəçisi olduğu, eyni zamanda qanunsuz dövriyyəsi ilə məşğul olduğu müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərin dairsəini müəyyən etmək istiqamətində müsbət nəticə əldə etmək mümkün olmamışdır. “Üzləşdirmə haqqında” 14.01.2022-ci il tarixli protokoldan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. “Üzləşdirmə haqqında” 14.01.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə istintaq hərəkəti keçirilmişdir. Üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Materialların məhkəmə ekspertizasının 12.10.2021-ci il tarixli 16/1082 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotikə bənzər kütlələr qablaşdırılmışdır...” sözləri və imzalar olan kağız paketdəki:-01 ədəd “gümüşü” rəngli kağız bükümdə və 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 0,54 qram, 0164 qram, ümumi təmiz çəkisi 0,218 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.1 ədəd şəffaf sellofan torbacığın içərisində olan 02 ədəd “gümüşü” rəngli falqa bükümlərindəki polietilen kəsiklərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,061 qram, 0,146 qram, ümumi təmiz çəkisi 0,207 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evinin mətbəxindən aşkar edilmiş narkotikə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki 01 ədəd iç-içə keçirilmiş şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 7,919 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir.Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs evindən aşkar edilmiş narkotikə bənzər kütlə..” sözləri yazılmış kağız paketdəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi 0,79 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır.Tədqiqata təqdim edilmiş üzərində “Əhmədov Sərxan İlham oğlunun evindən aşkar edilən elektron tərəzi qablaşdırılmışdır..” adlar və imzalar olan kağız paketdəki 01 ədəd “gümüşü” rəngli elektron tərəzi üzərində heroin izləri vardır. Bu iz mikroçəki təşkil etdiyindən, yəni tərəzinin ölçmə həddindən aşağı olduğundan izin miqdarı təyin olunmur və bu səbəbdən müqayisəli tədqiqat aparmaq mümkün deyldir.Tədqiqata təqdim edilmiş üzərində “Əhmədov Sərxan İlham oğlunun evindən aşkar edilmiş..” sözləri və imzalar olan karton qutudakı 11 ədəd 1 ml-lik, 01 ədəd 2ml-lik şpislərin və 03 ədəd flakonların içərisində heroinin izləri vardır, heroin iz şəklində olduğu üçün quru maddəsinin miqdarını hesablamaq və müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Tədqiqata təqdim edilmiş 2 ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər.Heroin , “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (siyahı İ) daxildir.Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahasının İİ bəndinə daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizasının 29.12.2021-ci il tarixli 1565 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Qazax şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 14.01.2021-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri Ə.Süleymanov küçəsi ev 1 ünvanında anası X5 və qardaşı Şahid4 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. “Şübhəli şəxsin tutulması haqqında” 11.10.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax Rayon Məhkəməsinin 13.10.2021-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 11 oktyabr 2021-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. «Sübutların qiymətləndirilməsi haqqında» 09 mart 2022-ci il tarixli qərardan görünür ki, ekspertiza tədqiqatından qaytarılmış qalıq 0,167 qram metafetamin, 8,077 qram çəkidə heroin və 0,77 qram çəkidə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 12 ədəd “insulin” şpris və 03 ədəd şüşə flakon maddi sübut kimi tanınmış saxlanılması üçün Qazax RPŞ-də məsul saxlanca verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamla təqsirli bilərək, evin mətbəxindəki soyuducunun içərisindən aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroinin ona məxsus olmadığını, narkotik vasitə satış məqsədi ilə saxlamadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsinə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X3 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, marixuana-kannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Qazax Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından qaytarılmış qalıq 0,167 qram metafetamin, 8,077 qram çəkidə heroin və 0,77 qram çəkidə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 12 ədəd “insulin” şpris və 03 ədəd şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X7 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsu ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 11 oktyabr 2021-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Qazax Rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından qaytarılmış qalıq 0,167 qram metafetamin, 8,077 qram çəkidə heroin və 0,77 qram çəkidə qurudulmuş marixuana, 01 ədəd elektron tərəzi, 12 ədəd “insulin” şpris və 03 ədəd şüşə flakon hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X2 X3 üzrə Dövlət Komissiyasının Daimi X7 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat 80 (səksən) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-239/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-239/2022
06.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver