Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-239/2023 27.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşavi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1989-cu ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmuş, fərdi əməklə məşğul olan, Daşkəsən rayon Məhkəməsinin xx.xx.2015-ci il l tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ilə 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilmiş, 07 oktybar 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-ci il tarixli amnistiya qərarına əsasən azad edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək ilə 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 7 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Bayan küçəsi, ev 162-də yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdar, yəni ümumi təmiz çəkisi 2.820 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və 2.363 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 10 oktyabr 2022-ci il tarixdə saat 21:00 radələrində Gəncə Şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, Bayan küçəsində saxlanılaraq Gəncə şəhəri, H.Ə. Hüseynzadə 5 ünvanında yerləşən Gəncə şəhəri BPİ-nə gətirilmiş, idarədə üzərində şəxsi axtarış aparılan zaman əynində olan göy rəngli cins şalvarının sağ yan cibindən qanunsuz olaraq satış məqsədilə külli miqdarda əldə edib saxlayaraq daşıdığı bir ədəd sellofan bükümdə təmiz çəkisi 2.820 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və bir ədəd sellofan bükümdə təmiz çəkisi 2.363 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, narkotik vasitə olan kakos və şüşədən istifadə edir. 2022-ci il sentyabr ayının əvvəli Gəncə şəhəri Totanlıda çay evində olan zaman Gəncə Narkomaniyanın işçiləri gəlib onu çay evində tutmuş, yolda gələrkən qonşularıının evinin yanında saxlayıb “maşını şumon edəcəkəyik, narkotik çıxsa aparacağıq baş idarəyə, yox çıxmasa yerində söhbət edərik” demişlər. Bundan sonra maşını şumon etmişlər və maşından heç nə çıxmamışdır. Polis əməkdaşları ona “2500 manat ver buraxaq” deyəndə O, “1500 manat verə bilərəm” bildirmişdir. Həmin vaxt cibində 500 manat pul olsa da, polis əməkdaşları gecə saat 2-yə kimi qədər pulu tapıb gətirməsinə görə vaxt vermişlər. Bundan sonra polislər onu buraxmış, lakin pulu tapıb verməmişdir. Aradan 1 həftə keçdikdən sonra polis əməkdaşları ona xəbər yollayıb “istəyir mal olsun və ya olmasın, biz onu 234.4.3 ilə tutacağıq” demişlər. Bundan sonra 10 oktyabr 2022-ci ildə yaşadığı evdə tualetdə olarkən polis əməkdaşları gəlib onu baş idarəyə aparmışlar. Orada polis əməkdaşları ona “bu malı götürüb getməlisən, yoxsa evdən 1 kilo çıxaracağıq” demişlər. O da “evdən 1 kilo çıxarmağa ehtiyac olmadığını, gətirin nə lazımdısa qol çəkim, heç olmasa 234.1-lə qeydiyyata salın demiş, polislər isə ona arxayın olmağı yüngül maddə ilə məhkəməyə verilcəyini bildirmişlər. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq, narkotik vasitə heroin və psixotrop maddə metamfetamin istifadəçisi olsa da narkotik vasitələrin satışı ilə məşğul olmadığını, cinayət işi materiallarına əlavə edilmiş “sms” mətnlərin onun tərəfindən və ona yazıldığını bildirmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqından fərqli olaraq ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, "xx.xx.2022-ci il tarixdə saat təxminən 21:00 radələrində yaşadığı Gəncə şəhəri, Bayan küçəsində olarkən tanımadığı iki nəfər şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim etmiş, onu Gəncə şəhər BPİ-yə dəvət etmişlər. O könüllü polis əməkdaşları ilə birlikdə Gəncə şəhər BPİ-nin inzibati binasına gəlmiş, orada hüquq və vəzifələri izah olunmuş, bundan sonra Gəncə Şəhər 1 saylı vəkillər bürosunun vəkillərin siyahısında olan X2 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl üzərində qanunla qadağan olunmuş hər hansı bir predmet va əşya olub olmaması soruşulmuşdur. O da öz növbəsində, əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofana bükülmüş kütləni çıxarıb təqdim etmiş, həmin kütlələri bir gün qabaq instagram sosial şəbəkəsi vasitəsiylə əlaqə saxladığı, adını və ünvanını bilmədiyi şəxsdən Bakı şəhərində 140 manat müqabilində aldığını demişdir. Pulu Bakı şəhərində yerləşən yerini xatırlamadığı mağazaların birində olan “milliön” aparatı vasitə ilə xatırlamadığı kart hesabına yükləmiş, daha sonra Bakı şəhərində Razin qəsəbəsində yerləşən binaların birinin blokunda dəmir parçasının altından götürmüş, avtobusla Gəncə şəhərinə qayıtmışdır. Həmin kütlələri öz istifadəsi üçün saxlamış, heç kimə verməmiş, bir dəfə istifadə etmişdir. lə ona məxsusdur, həmin kütləni xx.xx.2022-ci ili tarixdə Bakı şəhərində adını bilmədiyi və tanamadığı şəxsdən 140 manat müqabilində almışdır. İstifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr var və həmin mobil nömrələri o istifadə etmişdir. Polis idarəsində olan zaman ona heç bir zor tətbiq edilməmiş, yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə saxlamamışdır". Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 10 oktyabr 2022-ci il tarixdə ünvan 4 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkoik vasitə və psixotrop maddə qəbul etməsi, gəzdirməsi və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul etmiş, bölmənin kiçik inspektoru polis nəfəri polis serjantı Şahid2la birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 10 oktyabr 2022-ci il tarixdə, saat 21 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bayan küçəsi yaxınlığında olmasını müəyyən edib həmin yerə getmişlər. Təqsirləndirilən şəxs yaxınlaşıb xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmiş onu Baş Polis İdarəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə baxış keçirməzdən əvvəl hüquqlarını müdafiə etmək məqsədilə müdafiəçi qismində Samir Əsgərov dəvət edilmiş və Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predmet varsa təqdim etməsi təklif edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükümü təqdim etmiş, təhqiqatçının sualına cavab olaraq ağ rəngli sellofan bükülüdə olan kütlənin pisxotrop maddə metanfetamin, digər kütlənin isə narkotik vasitə olan heroin olduğunu, bükülülərin ona məxsus olduğunu, həmin bükülüləri “instaqram” sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxsdən dünən yəni 09 oktyabr 2022-ci il tarixdə axşam saatlarında Bakı şəhəri Razin qəsəbəsi ərazisindən 140 manata almasını, həmin şəxsə ödənişi “milliön” ödəmə terminalı vasitəsilə ödədiyini, sonradan həmin qəbzi atdığını, həmin şəxslə yalnız zənglə əlaqə saxladığını, ödənişi etdikdən sonra həmin şəxs ona Razin ərazisində yerləşən 288 saylı binanın 4-cü blokunda sağ tərəfində dəmir əşyanın altında gizlətdiyini və narkotik vasitələri götürdüyünü, həmin kütlələri götürdükdən sonra növbəti gün Bakı avtovağzalından avtobusa minərək Gəncə şəhərinə qayıtdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sol yan cibindən 1 ədəd “Samsung” markalı və sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu, eyni zamanda əynində olan şalvarın sol yan cibindən “Kapital bank”a məxsus 4169 7413 6902 1843 saylı kartı təqdim etmiş, bank kartını narkotik vasitələri almaqda istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümlərə baxış zamanı birinci sellofan bükümdə qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə heroinə oxşar kütlə, digər sellofan bükümdə isə psixotrop maddə metamfetaminə bənzər kütlə müəyyən olunmuşdur. Heroinə bənzər kütlə sellofan bükümlə birlikdə aptek tərəzisində çəkildikdə çəkisi 3,65 qram, psixotrop maddə metanfetaminə bənzər kütlənin sellofan büküm ilə birlikdə çəkisi 3,36 qram olması müəyyən edilmişdir. Həmin sellofan bükümlər içərisi boş ağ rəngli zərfə qoyularaq qablaşdırılmış, kağız zərfin üzəri "DİN-nin Zərflər üçün 91 saylı" möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı isə Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək, ifadəsini özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gəncə şəhəri hərbi şəhərcik kvartal 9, mənzil 9-da qeydiyyatda olmaqla ünvan 5 ünvanda ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən 5-6 ildir ki, kakos adlandırdıqları narkotik vasitə olan heroindən istifadə edir. Təqsirləndirilən şəxs tanıyır, onunla uzun müddət qonşuluqda yaşamış, münasibətləri yaxşı olmuşdur. O narkotik vasitəyə ehtiyacı olan zaman Eminlə əlaqə saxlamış və sonuncu ona pul müqabilində narkotik vasitə alıb verirmiş. ***-***-**-** saylı mobil nömrə onun həyat yoldaşı Türkan Ələkbərovanın istifadəsindədir. Həmin mobil nömrədən xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ”Ay kuceli men burdayam bagmanda 10 manatdiq das seylede qaqa” məzmununda mesajı həyat yoldaşı Türkanın istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə o yazmışdır. Həmin məzmunda mesajı yazmaqda məqsədi Emindən ona pul müqabilində narkotik vasitə təşkil etməsi olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 oktyabr 2022-ci il tarixli raportdan görünür ki, Gəncə şəhəri, Bayan küçəsi, ev 162-də yaşayan Təqsirləndirilən şəxs Gəncə şəhəri ərazisində mütamadi olaraq narkotik vasitə və psixotrop maddə qəbul etməsi, gəzdirməsi və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokol və protokola əlavə edilmiş 1 ədəd DVD diskdən görünür ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər BPİ-nin İTİ-nin təhqiqatçısı, polis baş leytenantı X4, BPİ-nin NMB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid1 və həmin bölmənin kiçik inspektoru polis serjantı Şahid2, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edildikdən sonra axtarış keçirilməmişdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd sellofan bükümləri təqdim etmiş, təhqiqatçının sualına cavab olaraq Təqsirləndirilən şəxs sellofan bükülüdə olan kütlənin pisxotrop maddə metanfetamin, digər kütlənin isə narkotik vasitə olan heroin olmasını, bükülülərin ona məxsus olduğunu, həmin bükülüləri “instaqram” sosial şəbəkəsində tanış olduğu tanımadığı şəxsdən aldığını, ödənişi “milliön” ödəmə terminalı vasitəsilə ödədiyini, lakin sonradan həmin qəbzi atdığını, həmin şəxslə yalnız zəng vasitəsi ilə əlaqə saxladığını, ödənişi etdikdən sonra həmin şəxsin Bakıxanov qəsəbəsi ərazisində yerləşən 288 saylı binanın 4-cü blokunda sağ tərəfində dəmir əşyanın altında gizlətdiyini və narkotik vasitələri oradan götürdüyünü, həmin kütlələri götürdükdən sonra növbəti gün Bakı avtovağzalından avtobusa minərək Gəncə şəhərinə qayıtdığını bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sol yan cibindən 1 ədəd “Samsung” markalı və sağ yan cibindən 1 ədəd “Nokia” markalı mobil telefonu, eyni zamanda əynində olan şalvarın sol yan cibindən Kapital banka məxsus olan 4169 7413 6902 1843 saylı kartı təqdim edir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və üzərindən qanunsuz əşya və ya predment aşkar olunmur. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sellofan bükümlərə baxış zamanı birinci bükümün içərisində qəhvəyi rəngli ilk baxışdan narkotik vasitə olan heroinə oxşar kütlə, digər sellofan bükümün içərisində ilk baxışdan pisxotrop maddə metanfetaminə bənzər kütlə müəyyən olunur. İçərisində narkotik vasitə olan heroinə bənzər kütlə sellofan qablaşdırma ilə birlikdə ümumi çəkisinin müəyyən olunması məqsədi ilə tərəzidə çəkilir və çəkisi 3,65 qram, pisxotrop maddə metanfetaminə bənzər kütlənin sellofan büküm ilə birlikdə çəkisi 3,36 qram olması müəyyən edilir. Həmin sellofan bükümlər içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırılır. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin Zərflər üçün 91 saylı" möhürü ilə möhürlənir, üzəri iştirakçılar tərəfindən imzalanır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 21 noyabr 2022-ci il tarixli, “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ********** saylı mobil nömrədən “Ay qam karvada var niye bele edisen qadan alim biz qardawiq soxum malin icine mene soz veribsen ayibdi gedirem eve”, “Qaqam sen menim qaqamsan mene2dene torpaq ver karvasi nedi verim qardawin qapilara duwur xahiw edirem imkanlawdirsan gul olar”, “Emil karta hara deyisen vurum1dene torpaq ver vezyetden cixim hemde sene hediyye verejem gel gotur Sen ol qaqam agriyiram”, “Mene 1 cavab ver buda yatir qaqam berk tincixiram qaqana komeklik ele qaraya 1 ni az verersen qaqan berk agriyir xahiw edirem”, “Qaqam senin qadan alim meni gor ne olar 5- 10torpaq collere duwmuyum qiraq neter qaqanda ele”, “Ay qaqam100m var mene 2 dene pas at 2 de sonra atarsan ya neter deyisen cavab yaz ya zeng vur”, “Mene tema tap qaraya zeng catmir Emin sen ol pis qiriliram sikim bele kayfin icini”, “qarada dedim mal isdeyir ver naqdi pula senin pulunu buyun axwama kimi catmasa men verejem Allaha and olsun” məzmununda, ********* saylı mobil nömrədən “Ay menin qardawim teli ac mene bir cavap ver men onunla daniwmiwam mene ayid olani verki mende ona verim temani duzum qowum” məzmunda smsləri yazılmış, eləcə də Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə, xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək narkotik vasitələrin alınması ilə bağlı müxtəlif nömrələrdən çoxsaylı nalayiq ifadələrlə zəngin smslər daxil olmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X9 Bölməsinin 11 oktyabr 2022-ci il tarixli 16/1186 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində, “şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 2,363 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 1(bir) ədəd sellofan bükümdə təmiz çəkisi 2,820 qram olan maddə isə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 05 yanvar 2023-cü il tarixli 09 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin və psixotrop maddə olan metanfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhəri Psixonevroloji Dispanseri tərəfindən verilmiş 14 oktyabr 2022-ci il tarixli 5303 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanser tərəfindən verilmiş 15 oktyabr 2022-ci il tarixli 409 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 16 iyul 2022-ci il tarixdən “opividlərdən asılılıq" diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 16 yanvar 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,33 qram olan metamfetamin və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,77 qram olan heroin, sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş, 10 oktyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı aparılmış video çəkilişlərin olduğu bir ədəd “DVD” disk, telefon danışıqlarına dair məlumatları özündə əks etdirən “Azercell MMC”dən alınmış 1 ədəd CD disk iş üzrə əhəmiyyət kəsb etdiyindən sübut kimi tanınıb cinayət işinə əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 25 oktyabr 2022-ci il tarixli tələbnamədən və Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Əliyev X5 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ilə 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilmiş, 07 oktybar 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-ci il tarixli amnistiya qərarına əsasən azad edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək ilə 3 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı X8 Müəssisəsinə keçirilmiş və Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 7 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021ci ildə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 10 oktyabr 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” protokol və Gəncə Şəhər Məhkəməsinin 12 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası, Təqsirləndirilən şəxs məhkəmə baxışında verdiyi ifadəsində göstərdiyi üzərindən aşkar edilmiş 2 ədəd sellofan bükümlərin, yəni narkotik vasitə heroinin və psixotrop maddə metamfetamin onun olmamasına, heroin və psixotrop maddə istifadəçisi olsa da həmin bükülülərin polis əməkdaşları tərəfindən üzərinə qoyulmasına dair ifadəsinə tənqidi yanaşaraq, özünün məhkəmə istintaqı zamanı qismən, ibtidai araşdırma zamanı ilkin olaraq verdiyi tam etirafedici ifadəsi, şahidlərin ifadələri, 10 oktyabr 2022-ci il tarixli “şəxsi axtarış və götürmə haqqında”, protokol və istintaq hərəkətinin qeydə alındığı videoçəkiliş, 21 noyabr 2022-ci il tarixli "xxxx" MMC-dən daxil olmuş “baxış keçirilməsi haqqında”protokol, ekspert rəyləri, və cinayət işinin obyektiv halları ilə tam təkzib edildiyindən, öz ifadəsindən başqa digər mötəbər sübutla təsdiqini tapmadığından, təqsirləndirilən şəxs tərəfindən özünü müdafiə etmək, daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığı üçün həqiqətəuyğun olmayan hesab edir və həmin hissədə sübut növü kimi qəbul etmir. Yuxarıda göstərilənlərlə yanaşı məhkəmənin Təqsirləndirilən şəxs verdiyi həmin ifadələri sübut növü kimi qəbul etməməsinə dair nəticəyə gəlməsinə əsas təqsirləndirilən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ********* saylı mobil nömrədən “Ay qam karvada var niye bele edisen qadan alim biz qardawiq soxum malin icine mene soz veribsen ayibdi gedirem eve”, “Qaqam sen menim qaqamsan mene2dene torpaq ver karvasi nedi verim qardawin qapilara duwur xahiw edirem imkanlawdirsan gul olar”, “Emil karta hara deyisen vurum1dene torpaq ver vezyetden cixim hemde sene hediyye verejem gel gotur Sen ol qaqam agriyiram”, “Mene 1 cavab ver buda yatir qaqam berk tincixiram qaqana komeklik ele qaraya 1 ni az verersen qaqan berk agriyir xahiw edirem”, “Qaqam senin qadan alim meni gor ne olar 5- 10torpaq collere duwmuyum qiraq neter qaqanda ele”, “Ay qaqam100m var mene 2 dene pas at 2 de sonra atarsan ya neter deyisen cavab yaz ya zeng vur”, “Mene tema tap qaraya zeng catmir Emin sen ol pis qiriliram sikim bele kayfin icini”, “qarada dedim mal isdeyir ver naqdi pula senin pulunu buyun axwama kimi catmasa men verejem Allaha and olsun” məzmununda, ********* saylı mobil nömrədən “Ay menin qardawim teli ac mene bir cavap ver men onunla daniwmiwam mene ayid olani verki mende ona verim temani duzum qowum” məzmununda, eləcə də həmin diskin məhkəmə araşdırılması zamanı müəyyən edilmiş Təqsirləndirilən şəxs istifadəsindəki mobil nömrəyə, 10.06.202- xx.xx.2022-ci il tarixlərdə narkotik vasitələrin alınması ilə bağlı müxtəlif nömrələrdən çoxsaylı nalayiq ifadələrlə zəngin sms yazışmaları olmuşdur. Həmçinin məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs 10 oktyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularkən üzərində prosessual hərəkətlər keçirilməmişdən əvvəl o, müdafiəçi ilə təmin olunmuş, hüquq və vəzifələri qanunla müəyyən edilmiş qaydada izah olunmuş, prosessual hərəkətlər videoçəkilişlə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs bədən səthi üzərində həmin vaxt gözlə görünən hər hansı xəsarət yaxud xəsarət izi, eləcə də qeyri adi psixo-emosional halda olduğunu gösərən hal müəyyən edilməmiş, üzərindən aşkarlanmış narkotik vasitə heroin və psixotrop maddə metamfetaminin ona məxsus olmasını bildirərək müdafiəçisinin yanında hər hansı etiraz və ya narazılıq etməmiş, istintaqın sonrakı mərhələlərində də Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi ona qarşı edilmiş qanunsuzluqlarla bağlı müraciəti olmamışdır “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. Bundan başqa həmin Qanununun İİ siyahısında psixatrop maddə hesab edilən metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitəni satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitənin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə əsasən cinayət işi üzrə məhkəmədə tədqiq edilən hallara, o cümlədən təqsirləndirilən şəxsin üzərindən aşkarlanmış narkotik vasitə heroinin və psixotrop maddə olan metamfetaminin külli miqdarda yəni şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmasına, 2 müxtəlif növdə olmasına, tədqiq edilmiş cinayət işinin materiallarına müvafiq olaraq, təqsirləndirilən şəxsin narkotik vasitə və psixotrop maddəni satış məqsədi ilə əldə edərək yaşadığı evdə saxlaması qənaətinə gəlir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı qismən, ibtidai istintaq zamanı tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2009-cu il təvəllüdlü qızı Şəhrazad Əliyevanın olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi onun cəzasını ağırlaşdıran haldır. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Bununla əlaqədar Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilirki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, Təqsirləndirilən şəxs cəza məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması yalnız onun cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 25 oktyabr 2022-ci il tarixli tələbnamədən və Gəncə şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Əliyev X5 rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək ilə 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilmiş, 07 oktybar 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisin xx.xx.2016-ci il tarixli amnistiya qərarına əsasən azad edilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Suraxanı Rayon Məhkəməsinin 29 mart 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 14 saylı X8 Müəssisəsinə keçirilmiş, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 1 il 7 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2021-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin təhlükəli residivi sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə dair işlər üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3, 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumuluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayaraq, cinayətlərin hər təsnifatı üçün müstəqil şəkildə hesablanmalıdır . Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4 və 83.4-1-ci maddələrinin məzmununa görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə azadlıqdan məhrum etmə ilə yanaşı digər cəzaya məhkum olunmuş şəxs məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə yenidən qəsdən cinayət törətdikdə, onun əməli cinayətin residivini yaradır. Azərbacan Respublikası Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayətlər kateqoriyasına daxil olduğundan və Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayətləri törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmədən və götürülmədən yenidən qəsdən ağır cinayət törətdiyindən onun əməli cinayətlərin təhlükəli residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən təhlükəli residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz Məhkəmə, törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbi nəzərə alınmaqla Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün ciddi rejimli cəzaçəkmə müəssisəsi müəyyən edilməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 10 oktyabr 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin ekspert rəyinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkiləri 2.77 qram olan heroin və 2.333 qram metamfetamin məhv edilməli, 1 ədəd “DVD” və 1 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 30,40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Bundan əlavə iş materiallarına əlavə edilmiş hesabat arayışından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 25 (iyirmi beş) saat iştirak etməklə müdafiə etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat miqdarında haqq ödənilməlidir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 150 (yüz əlli) manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin, ona 8 (səkkiz) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin başlanğıcı 10 okyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut olaraq Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan tədqiqata sərf edildikdən sonra qalıq təmiz çəkiləri 2.77 qram olan heroin və 2.33 qram metamfetamin məhv edilsin, 1 ədəd “DVD” və 1 ədəd CD disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 150 (yüz əlli) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-239/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-239/2023
27.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver