Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-239/2025 05.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Filizman oğlu, Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X8 və onun nümayəndəsi X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Göygöl rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1996-cı il tarixdə Daşkəsən rayonu, Qabaqtəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, orta təhsilli, subay, Gəncə şəhəri, Qarabağ küçəsi, 1-ci döngə ev 2-də qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən xüsusi amansızlıqla adam öldürmüş yəni, digər şəxsi qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Belə ki o, X5 ona borc pul verməsindən imtina edib onu ağır söyüşlərlə təhqir etməsindən hiddətləndiyindən aralarında yaranmış mübahisəyə birdəfəlik son qoymaq üçün onu öldürmək qərarına gəlmiş və bu məqsədlə cinayətkar niyyətini həyata keçirməkdən ötrü 25 yanvar 2024-cü il tarixdə saat 21 radələrində ünvan 1 ünvanda yerləşən Gəncə şəhəri, 36 nömrəli körpələr evi-uşaq bağçasının qarşısında orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Vasif Həsənov ilə şəxsi münasibətlər zəminində mübahisə edərək, əvvəlcədən yəni, həmin gün “Gəncə” marketdən 1,50 manata aldığı tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110, ümumi uzunluğu 235 mm olan qatlanmayan tipli, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malik olan kustar üsulla hazırlanmış, məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağı ilə həmin yerə mübahisədən xəbəri olmaqla gəlmiş Vasif Həsənovun oğlu xx.xx.2011-ci il təvəllüdlü Şahid3 və faktiki nikahda olan birgə yaşadığı Şahid1 Müzadil qızının gözləri qarşısında ona əzab və iztirab verdiyini dərk etməklə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, eyni zamanda Vasif Həsənova xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, həmçinin oğlu Şahid3 münasibətdə əziz olan atasına və Şahid1 münasibətdə əziz olan ərinə qarşı zorakı əməllər etməklə ona əzab və iztirab verdiyini dərk edərək, onların gözləri qarşısında Vasif Həsənovun qarın nahiyəsinə qəsdən vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən qarın nahiyəsinin ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq müsariqəsinin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara xəsarəti yetirmiş, daxilə keçən qaraciyərin və nazik bağırsaq müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə ilə ölümünə səbəb olan xəsarətlər yetirməklə sonuncunu qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni Vasif Həsənovu qəsdən xüsusi amasızlıqla həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək, mülki iddianı qəbul etməyərək özünü Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, hadisə günü “Münasib” şadlıq sarayında toyda olmuşdur. Toyda olarkən xalasıoğlu Teymur ona zəng etmiş və Vasifin gələrək mağarın pulunu götürdüyünü demişdir. O, xalası oğlu Teymurdan Vasifin ona nə qədər pul verdiyini soruşmuş, Teymur isə 170 manat verdiyini, 30 manat onun borcundan çıxdığını demişdir. Vasif ona o pulu çıxmayacağını gələn işdə çıxacağını demişdir. Daha sonra o, Vasifə zəng etmiş, Vasif ona pulu Teymura verdiyini demişdir. O, ölmüş şəxsin evinə getmiş və ev sahibinə pulu Vasifə deyil, ona verməli olduğunu bildirmişdir. Sonra o, Vasifə zəng vurmuş və gəlib özündən həmin pulu götürəcəyini demişdir. Vasif isə ona gəlməməyini, artıq borcunu aldığını demişdir. O, əsəbi halda“Gəncə” marketə getmiş, oradan özünə bıçaq almış və Vasifi həmin bıçaqla vurmuşdur. Hadisə zamanı küçədə işıqlandırma olmamışdır. O, sonradan kimin gəlibgetdiyini görməmiş, qaçıb getmişdir. O, bıçağı vurmaq üçün almış, Vasif öldürmək məqsədi olmamışdır. O, Vasifi vuranda Vasifin həyat yoldaşı ondan çox aralıda olmuşdur. O, qaçdıqdan sonra Vasifin yoldaşı gəlmişdir. O, bıçaq ilə bir dəfə vurmuşdur. Həmin vaxt Samir onun arxa tərəfində dayandığından, o ,Vasifin həyat yoldaşını və oğlunu görməmişdir. O, Vasif ilə telefonda danışmış, Vasifə gələn mağarda borcunu çıxacağına söz vermiş, lakin Vasif ona söyüş söymüşdür. Razılaşmalarına görə o, Vasifdən 300 (üç yüz) manat almalı, Vasif isə ona 100 manat verməli idi. Daha sonra Vasif onun xalası oğluna 170 manat vermiş, 30 manatı isə onun borcuna qarşılıq olaraq çıxmışdır. Onun 30 manata görə heç vaxt adam öldürmə fikri olmamış, hadisəni söyüş üstündə törətmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X8 mülki iddiasını müdafiə edərək tam həcmdə təmin olunmasını məhəkəmədən xahiş edərək ifadəsində göstərmişdir ki, o, qardaşının yoldaşının dediyi həddə bu hadisə ilə bağlı məlumatlı olmuşdur. Samir onları oğulları ilə birlikdə mağazaya gedərkən görmüşdür. Maşın işlək vəziyyətdə olmuş,30 manat verib qayıdıb gələcəyini demişdir. Ona bunları qardaşının yoldaşı Esmira danışmışdır. Balaca oğlu qucağında, böyük oğlu da yanında gözləmişdir. Esmira bir anda Vasifin qarşısında bir nəfər olduğunu, Yaqubun da arxasında olduğunu görmüşdür. Esmira Vasif yıxılanda balaca uşağı da tullamış və qışqıraraq Vasif tərəfə qaçmışdır. Esmira Vasifin arxası üstə yerə yıxıldığını görmüş, Yaqubun arxasınca qaçmışdır. Daha sonra Esmira qayıdanda Samirin qaçmaq istədiyini görmüş, Samirə kömək etməsi üçün yalvarmışdır. Heç kim qorxusundan yaxın gəlməmişdir. Esmiranın dediyinə görə, Samir sonra yenidən gəlib Vasifi “Fordun” arxasına qoyaraq Abbas Səhətə xəstəxanaya aparmışlar. O, təqsirləndirilən şəxsdən şikayətçidir. O, hadisə günü evdə olmuşdur. Gecə böyük qardaşı ona zəng etmiş və Vasifin bıçaqla vurulduğunu demişdir. O, isə taksi ilə Abbas Səhətə getmişdir. O, Abbas Səhətə çatdıqda qardaşına harada olmaqlarını soruşmaq üçün zəng etmiş, qardaşı 3 nömrəlidə olduqlarını və ona qardaşının öldüyünü demişdir. O, 3 nömrəliyə gedəndə qardaşının yatağın üstündə ölü olduğunu görmüşdür. Qardaşı kirayəyə mağar vermişdir. Onun qardaşının Yaqubla arasında əvvəllər narazılıqlar olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Müzadil qızı ifadəsində göstərmişdir ki, o, işdən gəlmiş yoldaşı ac olduğu üçün ona yemək vermişdir. Onun yoldaşı yemək yeyən zaman, mağar verən ev yiyəsi zəng vurmuş, Yaqubun gəlib onlardan pul istədiyini demişdir. Vasif Yaqubun pulunu xalası oğlu Teymura vermişdir. Vasif Teymura zəng etmiş və mağarın pulunu Yaquba çatdırmağını demişdir. Yaqub özü Vasifə zəng vurmuş, Vasifdən qapıya çıxmağını istəmişdir. Vasif də yeməyini yarımçıq yeyərək çölə çıxmışdır. Hadisə 30 manata görə olmuşdur. Vasifin Yaqubdan alacaqları borcları olmuşdur. O və onun oğulları Vasif ilə birlikdə mağazaya getmək üçün çölə çıxmışlar 3 yaşlı kiçik oğlu və 13 yaşlı böyük oğlu onun yanında olmuşlar. Onlar qapıdan çıxdıqda Samir ilə Yaqub “Bəy Hamamı” tərəfdən gəlirmişlər. Yaqub ilə Samir gələndə onları görüb qapıda saxlamamışlar. Yoldaşı onlara qapıda gözləmələrini demişdir. Samir ilə Yaqub maşını baxçanın qabağında saxlamış, o isə evin küncündə dayanaraq iki oğlu ilə gözləmişdir. Vasif ora gedəndə hər ikisi maşından düşmüş, Samir Vasifin arxasında , Yaqub isə qarşısında dayanmışdır. Samirlə Yaqub hazırlıqlı gəlmişlər. Onlar Vasif ilə danışmış və pulu vermələrini istəmişlər. Vasif pulun öz haqqı olduğunu demiş,Yaqub isə Vasifə borc yiyələrinin onun boğazını üzdüyünü və pulu verməli olduğunu demişdir. Vasif, Yaquba aldıqlarını verməmiş, ondan pul tələb etməməli olduğunu bildirmişdir. Daha sonra Yaqub 2 əli ilə Vasifi vurmuşdur. O, Vasifin yumruq ilə vurulduğunu fikirləşmişdir. O, Vasifin bıçaqla vurulduğunu görməmiş, qışqıraraq Yaqubun arxası ilə qaçmışdır. Yaqub qaçıb getmiş tuta bilməmişdir. O, qayıdıb gəldikdə Samir qaçmaq istəmişdir. Samir qaçmaq istəyəndə o, Vasifin yıxıldığını görmüş, Vasifi tutmuş və yerə otuzdurmuşdur. O, Vasifin dilinin qatlandığını düşünərək Samirə kömək etməsi üçün qışqırmışdır. O, Vasifin zorla dilini çıxarmış, Samir isə barının üstündə sakitcə durmuş və kömək etməmişdir. O, qışqırıb, yalvarmış və səsinə ətrafdakı insanlar gəlmişdir. Ona narahat olmamağı və təcili tibbi yardım çağırıldığı deyilmişdir. Samir orada bir polisə, birdə təcili tibbi yardıma zəng etmiş, başqa bir köməklik göstərməmişdir. Yaqub isə qaçıb getmişdir. Hadisə axşam saat 10 radəriəndə şər qarışanda olmuşdur. Küçə işıqlı olmuş, baxçanın qarşısında da işıqlar yanmişdır. Yaqub və Samir boz rəngli ford ilə gəlmiş, maşını sürətlə sürərək baxçanın qarşısında saxlamışlar. Yaqub ilə Samir onları evilərinin qapısının ağzında görmüşlər. Onların aralarındakı məsafə 25 metr olmuş və danışıqları eşitmişdir. Uşaqlar onun yanında olmuşdur. O, Yaqubun soyuğ silah ilə gələcəyini düşünməmişdir.Hadisə zamanı Samir heç nə etməmiş, Vasifin arxasında hərəkətsiz dayanmışdır. O, Yaqub qaçarkən əlində pıçağı görməmişdir. O, Vasifin koftasının cırıldığını, koftasını qaldırdıqda qarnından qan axdığını görmüşdür. O, bütün söhbətləri sərbəst eşidə bilmiş, söyüşlə bağlı onların aralarında mübahisə olmamişdır. Yaqub Vasifi vurduqdan sonra, o, Yaqubun arxası ilə qaçmış, əlində olan dəmir parçasını Yaqubu vurmaq üçün götürmüşdür. Yoldaşı onun əlində keçinmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Yaqub ilə toyda xeyir işdə olmuşdur. Xeyir işdən çıxdıqdan sonra o, Yaqubu aparmaq istəmişdir. Yaquba zəng gəlmiş, Yaqub danışdıqdan sonra ona ölmüş şəxsin evinə mağarın pulunu almaq üçün onunla birlikdə getməsini istəmişdir. O, avtomobili maşın bazarının yaxınlığına sürmüşdür. Onların qarşılarında avtomobil nasaz olduğu üçün yol bağlı olmuş və o, avtomobili kənarda saxlamışdır. Yaqub avtomobildən düşərək ev sahibi ilə söhbət etmişdir. Yaqub ilə ev sahibi 5-10 dəqiqə danışmışlar. O, həmin vaxt avtomobildə əyləşmişdir. Yaqub gəlib avtomobilə oturmuş və ondan telefonunu istəyərək Vasifə zəng vurmuşdur. Yaqub Vasifə zəng vurub pulu götürməyə gələcəyini demişdir.Yaqub ona mağarın pulunu Vasifin götürdüyünü və Vasifdən pulu alması üçün onunla getməsini istəmişdir. O, Yaqub ilə birlikdə yola çıxmış, ATS-in yanında “LUKOİL” yanacaq doldurma məntəqəsində saxlamış, yanacaq doldurmuşdur. Yanacaq doldurduqdan sonra marketin yanına çatanda Yaqub ona mağazada saxlamağını demişdir. O, Vasifin evinə yaxınlaşanda Vasifi, Esmiranı və oğlunu çöldə görmüşdür. Yaqub Vasifi görərərək əsəbləşmiş, ona maşını saxlamağını demişdir. O isə avtomobili saxlamamış ,avtomobil hərəktdə olarkən Yaqub qapını açıb, özünü çölə atmışdır. Yaqub özünü çölə atdıqdan sonra, Vasif, Yaqub tərəfə gəlmişdir. O, isə avtomobili biraz irəlidə saxlamış və Yaqub ilə Vasifin yanına gəlmişdir. O, gəlib Vasilə görüşmüş, Vasif isə Yaqubdan niyə gəldiyini soruşmuşdur. Yaqub, Vasifə mağarın onun olmadığını, pulu tam verməli olduğunu demişdir. Həmin vaxt Vasif və Yaqub mübahisə edərək yaxalamışlar. O isə 30 manata görə mübahisə edib bir-birlərini incitməmələrini onlara demişdir. O, Yaqubla Vasif mübahisə etdikləri anda Yaqubun qaçdığını görmüşdür. O, Vasif ilə qabaq-qabağa qalmış, Vasifdən nə olduğunu soruşmuş, Vasif isə ona vurulduğunu demişdir. Vasif ona bu sözü dedikdən sonra dizini yerə qoyub arxası üstə uzanmışdır. O, isə tez 103-ə zəng vurmaq istəyəndə Esmira gəlmişdir. Esmira onu vurmuş sonra dizlərini yerə qoymuşdur. Sonra o, Esmiranı götürüb Vasifin yanına aparmışdır. O, baxça tərəfdən bir nəfərin baxdığını və tez ona yaxınlaşaraq təcili tibbi yardım çağırmaq üçün olduqları yerin ünvanını soruşmuşdur. O, ünvanın 36 saylı uşaq baxçası olduğunu öyrənmiş və təcili tibbi yardıma 36 saylı uşaq baxçasının qarşısında olduqlarını demişdir. Təcili tibbi yardım isə ona qeydiyyata ala bilmədiyini, ev ünvanı istədiyini bildirmişdir. O, 100 metr məsafədə binadan bir xanımın baxdığını görmüşdür. O, xanımın yanına qaçmış, vəziyyəti izah etmiş, təcili tibbi yardım çağırmaq üçün ünvanını deməyini xahiş etmişdir. Xanım ünvanını dedikdən sonra o, yenidən Esmira ilə Vasifin yanına qayıtmışdır. Hadisə yerinə ətrafdakı insanların yığılmışdır. O, Vasifi avtomobilə mindirməkdə köməklik etmiş və birlikdə Abbas Səhətə aparmışlar. X16 xəstəxanasında həkim olmadığı və xəstənin 3 nömrəli xəstəxanaya aparılmalı olduğu deyilmiş o, Vasifi 3 nömrəli xəstəxanaya aparmışdır. O, Esmiranın baxdığı yeri görə bilməmiş, məsafə aralı olmuşdur. Esmira ilə aralarındaki məsafə təxminən 80-100 metr olmuşdur. Hadisə yeri Vasifgilin evindən təxminən 60-70 metr uzağlıqda olmuşdur. Hadisə baxçanın qapısının ağzında olmuşdur. O, Vasifin yoldaşını görməmişdir. Vasifin evi tərəf qaranlıq olmuş, ancaq baxça tərəf işıqlı olmuşdur. O, Yaqubun Vasifi bıçaqla necə vurduğunu görməmişdir. Vasif dizi üstə yıxıldıqdan sonra yerə uzanmışdır. O, təcili tibbi yardıma zəng etmişdir. O, Vasifin ailəsini tanımamışdır. Yaqub Vasifi gördüyü üçün avtomobildən tullanmışdır. Yaqub Vasifin ailəsi ilə bir yerdə olduğunu görmüşdür. Hadisə günü Yaqubun spirtli içki qəbul etdiyini eşitmişdir. O, Yaqub ilə birlikdə «Münasib» şadlıq sarayında toy məclisində olmuşdur. O, Yaqub ilə sinif yoldaşı olmuşdur. Yaqub Vasif ilə onun telefonu vasitəsi ilə əlaqə saxlamışdır. Onun yanında Vasif ilə Yaqub telefon ilə danışanda aralarında heç bir nalayiq ifadə işlədilməmişdir. O, Yaqubun hansı niyyət, məqsəd ilə getdiyini bilməmişdir. Onun Yaqubun bıçaq almağı ilə bağlı məlumatı olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, atasının telefonla Yaqub adlı adam ilə danışdığını eşitmiş və Yaqub atasından çölə çıxmağını istəmişdir. O, anası, balaca qardaşı və atası ilə birlikdə mağazaya getmək üçün evdən çıxmışlar. Onlar çölə çıxdıqdan sonra Yaqubla Samir avtomobillə gələrək baxçanın qabağına keçmişlər. Onun atası Yaqubla Samirin yanına getmiş, özləri isə döngə tərəfdən atasını izləmişdir. Onun atası ilə Yaqub mübahisə etmiş, Yaqub onun atasından pul tələb etmişdir. Atası pul verməkdən imtina etdiyi üçün Yaqub atasını bıçaqla vurmuşdur. Hadisə zamanı hava işıqlı olmuşdur. Samir atasının arxasında, Yaqub isə atasının qarşısında durmuşdur.Hadisə yeri aydın görsənmiş, ancaq Yaqubun atasını bıçaqla vurduğunu görməmişdir. Anası uşağı onun qucağına atmış, Yaqubun arxası ilə qaçmışdır. Samir hadisə yerində ona qorxmamasını və atasını xəstəxanaya aparacağını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o məhlədə iş görmüş və Yaqubun adam vurduğu xəbərinin gəldiyini eşitmiş, inanmamış, Yaqubun özündən soruşmuşdur. Yaqub ona aralarında pul məsələsi olduğunu və söyüş söydüşü üçün vurduğunu demişdir. O isə Yaquba söyüş və pula görə adam vurulmayacağını demişdir. O, Yaqubdan vurduğu adamın ölüb-ölmədiyini soruşmuş, Yaqub isə bilmədiyini demişdir. Yaqub kiməsə zəng etmiş və vurduğu adamın öldüyünü öyrənmişdir. O isə Yaquba gedib təslim olmağını demiş, Yaqub evə çatmamış polis əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş xx.xx.2024-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər Məhkəməsinin 27 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 13 saylı rəyindən görünür ki, X2 meyitinin bədənində-qarın nahiyəsinin ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq müsaqirəsinin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Qeyd edilən xəsarət həyatidir, V.B.Həsənovun ölümündən az qabaq deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir və həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərərvurmaya aiddir. X2 meyitinin bədənində deşilmiş-kəsilmiş yaradan başqa xəsarət aşkar edilməmişdir. X11 ölümünə səbəb qarının daxilə keçən qaraciyərin və nazik bağırsağın müsaqirəsinin zədələnməsi ilə müşayiət olunan kəsilmiş-deşilmiş yara nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. X2 meyitindən götürülmüş qanın məhkəmə-kimyəvi təhqiqatı zamanı narkotik maddələr və etil spirti aşkar edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 138 saylı rəyindən görünür ki, Şahid2 bədəni üzərində müəyyən edilmiş xəsarət-döş qəfəsinin qançırı-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş kompleks məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 199 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyindən əziyyət çəkməmişdir. Təqsirləndirilən şəxs ittiham olunduğu ictimai təhlükəli əməli törətdiyi zaman psixi xəstə olmamışdır. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmiş və (və ya) onları idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs ittiham edildiyi cinayət əməlini törədikdən sonra, hal-hazırda psixi xəstəlikdən əziyyət çəkmir. O, öz əməllərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və həmin əməlləri idarə etmək imkanındadır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21.3-cü maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir. Praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivimzm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu vəziyyətin yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə ballistik və trasoloji ekspertizasının 16 aprel 2024-cü il tarixli 16/362/363 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan X6 məxsus kapşonlu poluverin üzərində olan bir ədəd zədə, poluverin üzərində olan bir ədəd “a” zədəsi, köynəyin üzərində olan bir ədəd zədə və maykanın üzərində olan bir ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş X6 məxsus kapşonlu poluverin üzərində olan bir ədəd zədədə, poluverin üzərində olan bir ədəd “a” zədəsində, köynəyin üzərində olan bir ədəd zədədə və maykanın üzərində olan bir ədəd zədədə zədə yaradan predmentə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmə kmümkün deyildir. Təqdim edilmiş X6 məxsus poluverin səthində olan 02 ədəd “b”, “c” zədələri fiziki qüvənin təsirindən yaranmağa xarakterik dartılıb-cırılma, sökülmə zədələridir. Təqdim edilmiş X6 məxsus idman şalvarının, isti alt şalvarının, tumanın və 01 cüt corabın məxsus paltarların və Şahid2 məxsus paltarların üzərində hər hansı mexaniki zədə aşkar edilməmişdir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2024-cü il tarixli 13 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş X6 məxsus kapşonlu poluverin, isti alt köynəyinin və maykanın səthində olan zədələr müqayisə edilmiş və müəyyən olunmuşdur ki, bədəndə yerləşən “qarın nahiyyəsinin ön səthinin qarın boşluğuna keçən nazik bağırsaq müsaqirəsinin və qaraciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd kəsilmiş-deşilmiş yara” xəsarəti ilə kapşonlu poluverin üzərində olan bir ədəd zədə, poluverin üzərində olan bir ədəd “a” zədəsi, köynəyin üzərində olan bir ədəd zədə və maykanın üzərində olan bir ədəd zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş materialların məhkəmə ekspertizası lifli materialların tədqiqi ekspertizasının 18 mart 2024-cü il tarixli 16/361 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X6, Təqsirləndirilən şəxs və Şahid2 məxsus geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikiəri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1№-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X6 məxsus 01 ədəd poluverin üzərindən tapılmış qırmzı rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd poluverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X6 məxsus 01 ədəd idman şalvarının üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs oğluna məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli poliestr kimyəvi liflər cinsi əlamətlərinə görə X6 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs oğluna məxsus 01 ədəd poluverin üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X6 məxsus 01 ədəd ağ rəngli poluverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X6 məxsus digər geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikiəri arasında, Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının və Şahid2 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus digər geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikiəri arasında X6 məxsus digər geyim əşyalarının və Şahid2 məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Şahid2 məxsus geyim əşyalarının səthi üzərindən tapılmış kənar lif mikrohissəcikləri arasında X6 və Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının tərkib liflərindən yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2024-cü il tarixli 140 saylı rəyindən məlum olur ki, vətəndaş Təqsirləndirilən şəxs bədənində xəsarət yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 08 saylı rəyindən görünür ki, X2 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) betadır. Təqsirləndirilən şəxs şəxsiyyətini təsdiq edən sənədin kserosürətinə əsasən onun qanının qrupu B (İİİ) plusdur. Təqdim olunmuş X6 məxsus paltarlar (bir ədəd mayka, bir ədəd şalvar, bir ədəd alt tumanı, bir ədəd gödəkçə, bir ədəd uzunqol kofta, bir ədəd alt köynəyi, bir ədəd corab) üzərindəki ləkələrdə insan qanı aşkar olunmuş, həmin qanın qrup göstəricisi A (İİ beta olduğundan mərhumun özünə məxsus ola bilər. Təqdim olunmuş X6 məxsus bir ədəd tursik və bir ədəd corab üzərində qan aşkar olunmamışdır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. Təqdim olunmuş Şahid2 məxsus paltarların (bir ədəd gödəkçə, bir ədəd cins şalvar, bir ədəd uzunqol kofta) üzərində qan aşkar olunmamışdır. Təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus paltarların (bir ədəd vilvet şalvar, bir ədəd uzunqol kofta, bir ədəd uzunqol gödəkçə) üzərində qan aşkar olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 2152 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevoloji Dispanserinin xx.xx.2024-cü il tarixli 2681 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər evlər üçlüyü tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhəkəmə kollegiası təqsirləndirlən şəxsin hadisə zamanı Vasif Həsənovu öldürmək niyyətinin olmaması, onu təhqir etməsinə görə cəzalandırmaq məqsədilə xəsarət yetirməsi barədə ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğyn olmadığından və cinayət işinin materiallarında olan sübutlar, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, üzləşdirmə protokoları, ekspertiza rəyləri, istintaq hərəkəti protokoları ilə təkzib edildiyindən və təqstirləndirilən şəxsin həmin ifadəsini inandırıcı hesab etməyrək özünü müdafiə məqəsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, üzləşdirmələr, istintaq hərəkəti protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 143-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmiş, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası bu nəticəyə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının 8-ci bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" 12 dekabr 2002-ci il tarixli 3 №-li Qərarının Qərarının 8-cü bəndinin izahından görünür ki, əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhəkəmə kollegiyası bu mənada hesab edir ki, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs Vasif Həsənovun oğlu xx.xx.2011-ci il təvəllüdlü Şahid3 və faktiki nikahda olmaqla birgə yaşadığı Şahid1 Müzadil qızının gözləri qarşısında ona əzab və iztirab verdiyini dərk etməklə, müstəsna dərəcədə rəhmsizlik və qəddarlıq nümayiş etdirərək, eyni zamanda Vasif Həsənova xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, həmçinin oğlu Şahid3 münasibətdə əziz olan atasına və Şahid1 münasibətdə əziz olan ərinə qarşı zorakı əməlləri etməklə ona da əzab və iztirab verdiyini dərk edərək, onların gözləri qarşısında Vasif Həsənovun qarın nahiyəsinə bıçaqla qəsdən vuraraq ona həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən xəsarət yetirməklə sonuncunu qəsdən öldürməsi , təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə ifadə olunduğundan və bu xüsusat məhəkəmədə öz təsdiqini tapdığından, təqsirləndirilən şəxsin əməli qəsdən xüsusi amasızlıqla zərərçəkmiş şəxsi həyatdan məhrum etmə kimi qiymətləndirilməlidir. Məhkəmə kolegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini də müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, təqsirləndirildiyi maddənin sanksiyası həddində cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələbinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının CM-nin 120.2.4-cü maddəsinin sanksiyasının yuxarı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədələrinə nail olmaq olar. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi əməl xüsusilə ağır cinayət hesab edildiyindən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəndə çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə Gəncə şəhər prokurorluğunda saxlanılan bir ədəd bıçaq hökm qanüni qüvvəsini aldıqdan sonra məhv edilməli, X6 məxsus qara rəngli yun materialdan uzunqol köynək, qara rəngli uzunqol penjama köynəyi, qara rəngli papaqlı idman köynəyi, qara rəngli idman şalvarı, qara rəngli penjama şalvarı, boz rəngli tursik, ağ rəngli mayka və tünd boz rəngli bir cüt corab, onun yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməli, Təqsirləndirilən şəxs məxsus narıncı rəngli gödəkçə, qırmızı rəngli uzunqol köynək və qara rəngli şalvar, sahibinə və ya yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə məhv edilməli, Şahid2 məxsus qara rəngli şalvar, tünd qırmızı rəngli gödəkçə və qara rəngli uzunqol köynək və 01 ədəd mobil telefon onuni sahibə qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Azərbaycan Respublikasının CPM-nin 179.1-ci maddəsinin tələbinə görə Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir və həll olunur. Həmin Məcəllənin 183.1-ci maddəsinə səasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. (CPM-in 183.2 maddəsi) Azərbaycan Respublikasının CPM-in 183.3-cü maddəsinin tələbinə görə cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır.Həmçinin CPM-in 183.4-cü maddəsinin tələbləri qaydasında cinayət mühakimə icraatı zamanı mülki iddianın əsasını və iddia tələbinin məbləğini dəqiqləşdirmək zəruri olduqda müvafiq fiziki və ya hüquqi şəxs məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək mülki iddiasına əlavələr və dəyişikliklər etməyə haqlıdır. Yuxardakılara əsasən məhkəmə hesab edir ki, zərəçəkmiş şəxsin hüquqi varisi tərəfindən verilmiş 20.000 manat mənəvi zərərin və 22.000 min manat maddi ziyanın ödənilməsi hissəsində mülki iddia mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilməli, digər hissədə mülki iddanı təsdiq edəcək rəsmi sənədlər təqdim edilmədiyindən baxılmamış saxlanılmalı və həmin hissədə mülki məhəkəmə qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxsin hüquqi varisinə izah olunsun. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 123.80 (yüz iyirmi üç manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344- 347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 120.2.4-cu maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 120.2.4-ci maddəsi ilə 17 (on yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs oğlunun cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə Gəncə şəhər prokurorluğunda saxlanılan bir ədəd bıçaq hökm qanüni qüvvəsini aldıqdan sonra məhv edilsin. X6 məxsus qara rəngli yun materialdan uzunqol köynək, qara rəngli uzunqol penjama köynəyi, qara rəngli papaqlı idman köynəyi, qara rəngli idman şalvarı, qara rəngli penjama şalvarı, boz rəngli tursik, ağ rəngli mayka və tünd boz rəngli bir cüt corab onun yaxın qohumlarına qaytarılsın, imtina edildikdə məhv edilsin, Təqsirləndirilən şəxs məxsus narıncı rəngli gödəkçə, qırmızı rəngli uzunqol köynək və qara rəngli şalvar sahibinə və ya yaxın qohumlarına qaytarılsın, imtina edildikdə məhv edilsin, Şahid2 məxsus qara rəngli şalvar, tünd qırmızı rəngli gödəkçə və qara rəngli uzunqol köynək və 01 ədəd mobil telefon onuni sahibə qaytarılsın, imtina edildikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 123.80 (yüz iyirmi üç manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə zərəçəkmiş şəxsin hüquqi varisinin 20.000 manat mənəvi zərərin və 22.000 min manat maddi ziyanın ödənilməsi hissəsində mülki iddiası mənəvi zərərin ödənilməsi hissəsində qismən təmin edilsin və 3000 manat təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs alınaraq, zərəçəkmiş şəxsin hüquqi varisi X7 ödənilsin, mülki iddia digər hissədə rəsmi sənədlər təqdim edilmədiyindən baxılmamış saxlanılsın və həmin hissədə mülki məhkəmə qaydasında iddia vermək hüququ zərərçəkmiş şəxsin hüquqi varisinə izah olunsun. İş üzrə xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs oğlu isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-239/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-239/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver